4. Porterin “rəqabət amilləri” modeli Sahə bazarlarının quruluşunun öyrənilməsində geniş istifadə olunan metodoloji alətlərdən biri də rəqabət sahəsində tanınmış mütəxəssislərdən olan, Harvard məktəbinin nümayəndəsi Maykl Porterin 1979-cu ildə təklif etdiyi “Rəqabətin hərəkətverici qüvvələri” modelidir. Bu model həm də “Porterin beş qüvvəsi” kimi də adlandırılır. Bu model:
Şəkil 2.1. “Rəqabətin hərəkətverici qüvvələri” modeli Sahədə mövcud şirkətlər arasında rəqabətin intensivliyi rəqiblərin istehsal etdikləri məhsulların qiymətini, keyfiyyətini və çeşidini hansı fəallaıqla dəyişməsi cəhdlərindən asılıdır.
Sahə daxilində mövcud rəqiblərin bazar rəqabəti amilləri:
Bazarda yeni rəqiblərin meydana çıxmasının mümkün təhlükələri mövcud rəqiblərin reaksiyasından və sahəyə (bazara) giriş maneələrindən asılıdır. Bazara giriş və bazardan çıxış maneələri bazar quruluşunun mühüm elementləri sırasına daxildir. Burada obyektiv və subyektiv xarakterli amillər ola bilər. Buna görə də firmaların bazar fəaliyyətinin təşkili zamanı bu element ciddi şəkildə öyrənilməlidir. Bazara giriş maneələri – əmtəə bazarına yeni subyektlərin daxil olmasına və ya əmtəə bazarındakı subyektlərin fəaliyyətinin çətinləşdirilməsinə yönəldilmiş hərəkətlərdir. Aşağıdakılar bazara giriş maneələrini yaradan zəminlər hesab edilir: