103
luqlarına, içki vә nәşәlәrinә toxunmasaydı, sizi әmin edirәm ki,
Qurana vә onun hökmlәrinә bu düşmәnçiliyi bәslәmәzlәrdi. Hәtta
onlar şәriәtçi belә olardılar. Bundan heç şubhәniz olmasın.
Onlar zülmlәrinә sәs çıxarmayacaq, soyğunlarına, çalıb-
talamalarına, rәzalәt vә fәnalıqlarına qarışmayacaq bir kitabdan,
belә bir dindәn yerdәn göyә qәdәr razıdırlar. Fәqәt Quran buna
müsaid bir kitab, islam buna müsaid bir din deyildir. Onu
yadellilәrin bu qәdәr cәhdi, yerlilәrin xәyanәti vә müsәlmanların
cәhalәt vә zәlalәtinә baxmayaraq, heç bir zaman Tövrat vә İncilә
bәnzәdә bilmәyәcәklәr. Allah tәrәfindәn qorunmuş olan bu Kitabı
tәhrif edә bilmәyәcәklәr. Buna görә dә onların bu Kitaba olan
düşmәnçiliyi bitmәyәcәk.
Zalımlar zülmlәrindәn vaz keçmәdiklәri müddәtdә Qurana
düşmәn olaraq qalacaqlar vә onlar var olduğu müddәtdә dә Quran
onların qәzәbini artırmağa davam edәcәk.
Quranı hәyat qaynağı günәşә bәnzәtmişdik. Bu günәşin hәyat
qaynağı ola bilmәsi üçün insanın gözünü, könlünü vә zehnini ona
açması vacibdir. Әgәr pәrdәlәrini sıx örtmüsәnsә, demәli sәnin
üçün günәş doğmayıb. Quran günәşinin aydınlığından faydalana
bilmәk insanın duyğu vә düşüncә zindanlarının divarlarını yıxıb,
ağıl vә qәlb pәrdәlәrini aralaması ilә mümkündür. Gözlәrini yüman
dünyanı özünә zindan etdiyi kimi, qәlbini vә ağlını bağlayan da
Quranın şәfa vә rәhmәtindәn istifadә edә bilmәz.
Quranın tarixin tozlu dәhlizlәrindәn çıxardıb bizә tәqdim
etdiyi nümunәlәrin yerdәn çıxmadığına, bunların İlahi hikmәtә
tabe olaraq bәlli bir qanunauyğunluqla seçildiyinә daha әvvәl
toxunmuşduq. Belәliklә, bu seçim İlahi nümunәdәn biri olan nәzir
qissәsi üçün dә keçәrlidir. Rәbbimizin bu qissә ilә vermәk istәdiyi
nәsihәti qәdimlәrin tәbiri ilә desәk «әfradını cami, ağyarını
mani»
34
şәklindә izah edә bilmәyimizi asanlaşdırmaq mәqsәdilә
qәlәmә aldığımız bu risalә bәhs edildiyi müәyyәn ayәlәr
çәrçivәsindә bu gün içindә olduğumuz hala bәnzәr hallara diqqәt
çәkmәkdәdir.
34
Gәrәkli bütün ünsürlәri ehtiva edәn gәrәkli olmayanı kәnara qoyan, tam, mükәmmәl.
ADAYIŞ RİSALӘSİ
104
Bunların maddәlәr halında xülasәsini versәk:
1. QURANIN ANLAŞILMASI PROBLEMİ
Quranın tәhrifdәn İlahi zәmanәtlә qorunmuş bir Kitab olması
insanlıq vә möminlәr üçün hәqiqәtәn böyük bir nemәtdir. Belә ki,
bu nemәti әldә saxlamaq Müsәlmanların tәhrif vә tәğyirin hәr
növündәn qorunmuş vә mühafizә olduqları mәnasına gәlmir.
Quranın mәtnini tәhrif edә bilmәyәn Quran düşmәnlәri, ona inanıb,
anlayb, yaşayacaq olan insanların duymaq vә düşünmәk
qabiliyyәtlәrini mәhv etmәyә meyllәndilәr.
Bu gün Quranın mәtninin tәhrif edilmәdiyi nә qәdәr dәqiq vә
sevindirici bir hәqiqәtdirsә, ona varis edilәn Müsәlmanların düyğu
vә düşüncәlәrinin dәhşәtli dәrәcәdә tәhrif olması da әn az o qәdәr
dәqiq vә kәdәrlәndirici haldır. Vә bu proses dәhşәtli dәrәcәdә
artmaqdadır. Bu vәziyyәtdә Quranın qorunmuş olmasının
Müsәlman fәrdlәr üçün praktiki bir qiymәti qalmır. Fәrz etsәk ki,
onun tәhrifi zamanı nәticә nә olacaqdırsa, bu ikinci halda da nәticә
eyni olacaqdır. Amma әldә qorunmuş bir Kitabın olması hәr
zaman üçün mahiyyәtә dönmәyi mümkün edәn potensial bir güc
olaraq Müsәlmanların önündә durur.
Bu vәziyyәtdә Müsәlmanın üzәrinә düşәnlәr bunlardır: Quranı
doğru anlaya bilmәk üçün tәhrif edilmiş vә pozulmuş qәlbini vә
ağlını düzәltmәk, belә bir tәxribata mәruz qalmış beyinlәrin
mәhsulu olan vә Quranın İncillәşdirilmәsi anlamına gәlәn
açıqlamalara qarşı ayıq olmaq. Bununla bәrabәr, Quranın hәyatdan
xaric olunması üçün rәsmi-dini ya da rәsmi-elmi qurumlar vә
müәssisәlәr tәrәfindәn dәstәklәnib fәna halda bir oryentalist surәti
olan çevrәlәr tәrәfindәn «elm» pәrdәsi altında başladılan «xidmәt»
görünüşlü hücumlara qarşı durmaq. Bunun üçün dә zamanlar vә
zәminlәrüstü Qurani anlayışın dinamikasını, «hәyat» modellәrini
vә ölümsüz örnәklәrini toplumun istifadәsinә tәqdim etmәk vә
bunu geniş kütlәlәrә çatdırmaq.
ADAYIŞ RİSALӘSİ
105
2. ÖNDӘRLİK PROBLEMİ VӘ BU PROBLEMİN HӘLLİNDӘ
QURANİ ALTERNATİVLӘR
Müasir islami hәrәkatların әsas problemlәrindәn biri olan
öndәrlik probleminin kamil mәnada hәlli üçün Qurani örnәklәrdәn
istifadә ilә
alternativlәr inkişaf etdirmәk. Bu sahәdә inkişaf
etdirilәn bir günlük vә ucuz, tarixin qanunlarına vә Qurani ör-
nәklәrә әhәmiyyәt vermәyәn zәhmәtsiz vә mәşәqqәtsiz vasitәlәr
yerinә daha tutarlı vә sünnәtullaha uyğun vasitәlәrә diqqәt çәkmәk.
Tәbii ki, sıxışdırıldıqları mühasirәdәn bir an әvvәl xilas olmaq
istәmәk müsәlmanların haqqıdır. Onlar bunu istәmәklә qınana
bilmәzlәr. Necә ki, «Tәki, bir an әvvәl xilas olum, kimin
öndәrliyindә, hansı üsul vә ya üslubla olur olsun» - deyә bilmәzlәr.
Hәr hansı bir hәrәkat özü üçün belә düşüncәsiz vә mәnfәәtçi
vasitәlәri mәnimsәyә bilәr, lakin İslami hәrәkat әsla. Müsәlmanlar
bilәcәklәr ki, sıxışdırıldıqları mühasirәdәn tam mәnada xilas olmaq
bәdәl
35
istәyәn bir işdir. O bәdәli gözünü qırpmadan ödәyәn
fәdakar mәnsublar yetişdirmәdiyi müddәtdә dә islami hәrәkat bir
aldanışdan digәrinә sürüklәnib gedәcәk.
Sözügedәn bәdәlin nә olduğu, bu bәdәlin hansı bir üsul vә ya
üslubla ödәnәcәyi kimi suallara Quranı nәzәrdәn qaçıraraq dolğun
cavablar tapmaq mümkün deyil. Bu nöqtәdә hәyat kitabı olduğu
tez-tez vә şüar olaraq söylәnәn Kitabın, hәyatımızın bu sahәsindә
önümüzә sәrilәn problemlәri hәll etmәkdә bizә necә asanlıq tәmin
edәcәyini bilmәk lazımdır. Yoxsa onun hәyat Kitabı olması sözdә
qalacaq. O, özünә müraciәt etmәyәnin vә nәsihәt etdiyi hәyatı
yaşamayanların hәyatının Kitabı deyil. Onun mücәrrәd hәyat kitabı
olması isә qәlib bir sözdür vә kimsәyә bir şey qazandırmaz.
Elә bu nöqtәdә «hәyat kitabı» olan Quranın tәklif etdiyi
vasitәlәrdәn biri olan adayış prosesini başlamaq problemlәrimizdәn
birinin hәllindә bizә asanlıq tәmin edәcәk.
Doğum evinin qapısında hәyәcanla gözlәyәn ata namizәd-
lәrdәn neçәdәn neçәsi övladlarının sәsini elә ilk eşitdiklәri mә-
qamda İmranın Zövcәsinin göstәrdiyi «kişiliyin» mindә birini
göstәrәrәk «Ya Rәbbi, bunu sәnә nәzir verdim, mәndәn qәbul et!»
35
(әr) Әvәz, dәyәr, qiymәt
ADAYIŞ RİSALӘSİ
106
deyә bilәrlәr?
Allahın üç, beş, yeddi övlad verdiyi Müsәlman atalar, hәr
birini öz yoluna xәrclәdiyi bu qәdәr övladdan birini belә O-nun
yoluna, qәlblә, ixlasla bağışlaya bilmir. «Әti dә sümüyü dә Sәnin,
Sәnin dininin, ya Rәbbim» deyә bilmirsә, üstәlik әn dindar ata-
analar belә İslami hәssaslığına şübhә etmәdiklәri övladlarının bir
axşam evә gec gәlmәsi qarşısında gözlәri hәdәqәsindәn çıxır,
yerindә dura bilmirlәrsә, şәhadәtdәn söz edәn övladlarına «Aman,
o necә sözdür? Allah qorusun!» deyirlәrsә, Allahı sevdiklәrinә
kimi inandıra bilәrlәr vә dinin yerlәrdә sürünәn bayrağı necә
ucalar?
Bәnzәtmәdә bir xәta olmasın: «Ata oğluna bir bağ bağışlamış.
Oğul ataya bir salxım üzümü çox görmüş» mәsәlinә bәnzәyәn bu
vәziyyәtdә o insanların qәdәri saxta öndәrliklәrin vә öndәrciklәrin
әlindә oyuncaq olmaq deyilmi?
Bir çox müsәlman vә «patriarxal» ailәdә «İslami tәrbiyә ilә
böyütmә» adı altında mütlәq bir ata monarxiyasının maddi vә/ vә
ya mәnәvi tәzyiqi altında müәyyәn bir yaşa qәdәr әldә tutulan gül
kimi övladlarımızın, bu yaşdan sonra eynilә boşalmış qapı yayı
kimi әlә-ovuca sığmaz, hәşәrat, üsyankar, şeytan ordusunun
potensial bir namizәdi olmaq yolunda әmin addımlarla irәlilәyәn
biri olub çıxmalarında, Kitabın verdiyi örnәklәrdәn bixәbәr
olmaqları ilә nә edәcәklәrini bilmәyәn ustadların, müsәlman
aydınların, hacı әfәndilәrin, hoca әfәndilәrin, şeyx әfәndilәrin,
şagirdlәrin, xadimlәrin, dәvәtçilәrin, bir sözlә, hәr kәsin vә hәr biri
dә «bizim» olan, İslamın bu torpaqlardakı varlıq «zәmanәti» hesab
olunan müsәlman ailә başçılarının mәgәr heç rolu yoxdurmu?
Әtrafınıza baxın! İnsanlara Din’i öyrәtmә vә anlatma
mәqamında olanların övladlarının ürәk ağrıdan halına baxın. Dara
düşәndә sarıldıqları Adәm vә Nuh peyğәmbәrlәrin oğulları Qabil
vә Kәnan nümunәlәri, ya da Nuh әleyhissәlәmın qadını vә Lut
әleyhissәlәmın qızları onları qurtarmağa yetәrmi vә Allah qatında
mәşru bir sәbәbdirmi? Üstәlik, Allah Kitabında şiddәtli bir üslubla
bu fәrmanı bildirdiyi halda:
«Ey inananlar, nәfsinizi vә әlinizin altındakıları atәşdәn
qoruyun!..» (66,7)
Müsәlman ailәlәr özlәrinә sәbәb tapmadan әvvәl Quranın bu
ADAYIŞ RİSALӘSİ
107
mövzudakı әzәmәtli reseptlәrini öyrәnsәlәr vә tәtbiq etsәlәr, yәni
«sahibiyik» dediyi şeylәrin hәqiqәtәn sahibi olsalardı, әlbәttә
övladları xatırlandığı zaman üzlәri qızaracaq halda olmayacaqlar,
onları Allaha tәrbiyә etdirmә şüurunda davranacaqlar.
Bu torpaqlardakı İslamın gәlәcәyini cәmiyyәtin toxumları olan
Müsәlman ailәlәrin yetişdirәcәklәri övladlarda görәn vә onlara
ümid bağlayanlar, umduqları dağların püskürüb hәm öz başlarına,
hәm dә toplumun başına lavalar yağdırdığını gördükçә ümidsizliyә
qapılmaqdadırlar. Bu ümidsizlik dә onları sonu ziyan olan bir
laqeydliyә vә nәmәlazımçılığa aparacaq.
Bu acınacaqlı vәziyyәti ötüb yenә dә beynindә, adını «İslami
tәrbiyә» qoyduğu vә (әksәr halda evdә mütlәq hakim, qüdrәtli kişi
rolunu oynayan atanın şüuraltındakı) İslamilәşdirilmiş patriarxallıq
düşüncәsiylә övladlarını yetişdirәnlәr, bәlkә onları min bir sәylә,
beyninә yeritdiyi «xidmәt(!) edilәcәk yüksәk bir mövqe» yә
yerlәşdirirlәr, lakin ondan sonra da hesabda Allah üçün tәrbiyә
etdiklәri övladlarını Allaha vә onun dininә vermәyә qıya bilmәyib,
hәtta onu Allahdan qısqanıb onun üzәrindәki mütlәq avtoritetlәrini
– zövqlә - ömür boyu sürdürürlәr. O, övlad «atasının sözәbaxan
övladı» olmasının nemәtlәrini yaxşı bir tәhsil, çevrә, mәqam vә
mәnsub sahibi olmaq şәklindә dadırsa da, bir ömür boyu öz
ayaqları yerinә başqasının – lap elә bu başqası atası olsun -
ayaqları üzәrindә durduğu üçün «şәxsiyyәt» ola bilmir. Üzәrindәki
mübahisә edilmәz qul siyasәtinin bәdәli olaraq şәxsiyyәtini özünә
himayә edәn o ölümlü qullara artıqlaması ilә ödәyir. Tәbii,
nәticәdә әlindә Allaha verәcәk bir şeyi qalmır. Bu tip ailәlәrin
vәziyyәti bu adamın vәziyyәtinә bәnzәyir: Adam Allaha qurban
vermәk üçün bir quzu alır. Onu sözügedәn niyyәtlә bәslәyib
böyüdәr. Quzu böyüdüyü zaman bir baxar ki, can alan bir qoyun
olmuş. Söz verdiyi qapıya tәslim etmәyә onu qıya bilmir, «heç
olmazsa, südünü paylaşaq» üzsüzlüyü ilә әhdindәn qaçar.
Bütün bu yanlışlar, aldanmalar xoşniyyәtli olsa da bir çoxu
cәhalәtdәn qaynaqlanmaqdadır vә heç biri Müsәlmanların istәr
fәrdi, istәr cәmiyyәt mәsәlәlәrinә bir hәll ola bilmir, heç ola da
bilmәyәcәk... Ta ki Qurani modellәrә etibar edilәnә qәdәr.
ADAYIŞ RİSALӘSİ
108
3. MÜSӘLMAN QADININ MӘQAMI
İslami cәmiyyәtlәrin toxumu mislindә olan Müsәlman ailә
modelinin mәhvәri «ana» nın tәşkil etdiyi inkar edilmәyәcәk bir
gerçәkdir. Müsәlman toplumlarda әn çox önәmsәnilmәyәnlәr
siyahısının başında Müsәlman qadının durduğu da...
Bu nәdәn belәdir? Bunun tarixi qәdim vә sәbәblәri çox
müxtәlif. Mәgәr Quranda qadının önәmsәnilmәmәsinә әlverişli bir
sıra hökmlәrmi mövcuddur? Bax, elә bunu kimsә iddia edә bilmәz.
Әksinә, Quran Müsәlman qadına İslam cәmiyyәtindә önәmli bir
yer seçmiş vә onu layiq olduğu mәqama, yәni «sevgili» vә «ana»
olmaq kimi ica bir mәrtәbәyә qaldırmışdır.
Qadın Quranda da, sünnәtdә dә әn çox «analıq» keyfiyyәti ilә
önә çıxarılmaqdadır. Necә dә çıxarılmasın ki? Onun tәbiәti,
fiziologiyası, psixologiyası hәr zaman bu ülvi vәzifәni әskiksiz
yerinә yetirә bilmәsi üçün lazım olan şeylәrlә tәchiz olunmuşdur.
Qadın bir güzgünün önünә keçib fiziologiyasını araşdırsın.
Fiziologiyası ona «Sәn anasan!» deyәcәk. Qadın könül aynasının
qarşısında ruhunu vә hislәrini araşdırsın. Sevәcәnliyi, şәfqәti, ürәyi
yumşaqlığı, incәliyi, qeyrәti, xidmәti, himmәti
36
ilә könlü ona «Sәn
anasan!» deyәcәk.
Әgәr qadın bir sıra xarici tәsirlәrlә bu uca mәqamından
uzaqlaşdırılır ya da uzaqlaşırsa, fitrәtindәn vә әsl vәzifәsindәn,
yәni Allahın onu yerlәşdirdiyi cәbhәdәn qaçır, qorunması üçün
özünә verilәn qalxandan imtina edir - demәkdir. Öz vәzifәsinә
önәm vermir, işindәn qaçır - demәkdir. Hәr kәsin bildiyi bir hә-
qiqәt: Üzәrinә borc olmayan işlәrlә çalışanlar üzәrlәrinә borc olan
işlәri axsadarlar. Qadın ona verilәn ilahi sahәni tәrk edib onun
olmayan sahәlәrә tәcavüz edәrsә, o cәmiyyәtdә, әlbәttә, tarazlıq
pozulacaq, iş bölgüsü alt-üst olacaq, vәzifәlәr axsayacaq.
İlahi nizamın әn böyük özәlliyi hәr şeyi yerli yerindә qılması
(hikmәt)dır. İlahi nizam atın önünә әti, itin önünә otun
qoyulmadığı bir nizamdır. Bәşәri sistemlәr gәlmişlәr, hәr bir şeyin
tәbiәtinә vә fitrәtinә zidd davranaraq «ata әt, itә ot vermәk»
şәklindә xüsusilәşdirә bilәcәyimiz bir yanlışlığa düşmüşlәr. Hәtta
36
(әr.) Çalışma, çabalama, sәy, cәhd, comәrdlik
ADAYIŞ RİSALӘSİ
109
bütün imkanlarını sәfәrbәr edәrәk atı әt, iti dә ot yemәyә, mәtbuat
vә kütlәvi informasiya vasitәlәrini istifadә edәrәk inandırmışlar.
Bu şәkildә әşyanın tәbiәtinә müdaxilә etmәk kimi bir cürәtә
sahiblәnmişlәr. İslam әşyanın tәbiәtini qorumağın o biri adıdır.
Çağdaş qadın–kişi münasibәtlәri dә bundan fәrqlәnmir.
Qadınların kişilәşdiyi bir dünyada әlbәttә, kişilәr dә qadınlaşacaq.
Lakin nә qәdәr kişilәşirsә kişilәşsin, ya da kişilәşdirilsin,
fiziologiyası, tәbiәti, psixologiyası ilә qadın qadındır vә onu başqa
bir şey olmağa zorlamaq hәm ona, hәm kişiyә, hәm ailәnin digәr
fәrdlәrinә, hәm dә topluma bir zülmdür.
Bu zülmün pәncәsinә düşmәkdәn Müsәlman ailәlәr belә
qorunmaz oldu. İslami keyfiyyәtlәrә sahib idealist gәnc qızlarımız
«analıqdan» başqa hәr şeyә çox hәvәslidirlәr. Hәtta aralarında
özünü «Zeynәb» elan edib, yanına bir dә «Hüseyn» alaraq
«qiyama» hazırlananlar belә var. Vә nәticәdә bir sıra üzücü,
kәdәrli hadisәlәr, depressiya, ümidlәrlә oynayanlar, ümidlәriylә
oynadanlar...
Bunun belә olmasında Müsәlman kişinin, vәzifәsini yerinә
yetirmәyәn Müsәlman kişinin rolu heç yoxdurmu? Әlbәttә, gü-
nahın böyük ağırlığı Müsәlman kişinin çiyinlәrindәdir. Sәlahiy-
yәtini yerinә yetirmәkdә aciz olan erkәklәr diyarında hәrkәsin
başının bәlaya düşmәsi tәbii haldır. Üstәlik әmәllәri elm vә bәsirәt
yönlәndirmәyәndә, onları hiss vә duyğular yönlәndirir.
Heç şübhәsiz ki, İslami toplumun yetişdirilmәsindә әn böyük
rol Müsәlman qadınındır. Kütlәvi informasiya vasitәlәrinin
körpәlәrimizin mәnәvi qәtllәrinin baş verdiyi bir zamanda
Müsәlman qadın onları necә diqqәtsiz buraxa bilәr. Özünü vә
tәrbiyәsi ilә mәsul olduğu körpәlәrini göz görә-görә televiziya adlı
bir canavarın vәhşi qollarına necә tәslim edә bilәr?
Әgәr Müsәlman bir ailәdә qadın: «Yoldaşıma vә körpәmә
qarşı vәzifәmi tam icra edim» deyәrsә, 24 saat ona ancaq yetәr. Bu
sәbәblә Müsәlman qadını özünü әlavә bir işә versә, bizcә bu әsl
vәzifәsini vә işini axsatması anlamına gәlir. Problem Müsәlman
qadının işlәyib, işlәmәyәcәyi problemi deyil. Problemә yanlış ad
verilir. Mәgәr Müsәlman qadın «işsiz-gücsüz», bekardırmı ki,
kimsә onun işlәyib, işlәmәyәcәyini özlәrinә dәrd edir? Әgәr
Müsәlman qadın vәzifәsini bilir, mәsuliyyәtlәrindәn xәbәrdardırsa,
ADAYIŞ RİSALӘSİ
110
bir dәqiqәsinin belә boş olmadığını anlayacaq. Kimsә özünә «iş»
axtara bilәr, amma Müsәlman qadın әsla. Onun işi başından aşır.
Müsәlman ailә yemәklәrin restoranda yeyildiyi, uşaqların
bağçalarda böyüdüldüyü, evin iki nәfәrlik otel ya da pansion kimi
istifadә edildiyi ailә deyil ki....
Yuxarıda tәsvir etdiyimiz tipdә bir «ailә» olması mümkündür,
fәqәt bu ailә İslami toplumun çәyirdәyi ola bilmәz vә o ailәdә
yetişәn övladdan da xeyir gәlmәz. Çünki, Quranın tәklif etdiyi ailә
modelinә әhәmiyyәt verilmәmiş, çeynәnmişdir. Bir tam әmәlә
gәtirәn modeli tәşkil edәn parçalarından sadәcә biri:
“Evlәrinizdә qәrar tutun! İlk cahiliyyә dövründә olduğu kimi
açıq-saçıq gәzmәyin. Namaz şılın, zәkat verin, Allaha vә Onun
Rәsuluna itaәt edin. Ey ev әhli! Allah sizdәn günahınızı silib
aparmaq vә sizi tәr-tәmiz etmәk istәyir. Evlәrinizdә oxunan
Allahın ayәlәrini vә hikmәti yada salın. (33/33,34)
Әlbәttә, Quranın Müsәlman qadına tәqdim etdiyi proqram
sadәcә bu qәdәr deyil. O, bir çox yerdә, Müsәlman qadına birbaşa,
ya da dolaysıyla müraciәt edәrәk fitrәtinә uyğun olan vәzifәlәri
xatırladır.
Belәliklә, bunlardan biri dә bu risalәdә әlә aldığımız «adayış
qissәsi»dir.
Bu qissә vә onun Hannә, Eyşa vә Mәryәm kimi qadın
qәhrәmanları qulluğunun şüurunda olan Müsәlman qadın üçün bir
imkandır. Hәm dә necә imkan...
Әgәr o, bu imkanı dәyәrlәndirә bilәrsә, hәm özünün, hәm
ailәsinin, hәm dә cәmiyyәtinin xilasına vәsilә olacaq әzәmәtli bir
prosesi başlada bilәr.
Adayanlar vә adananların çox olduğu bir toplumu heç bir
zalım güc әzә bilmәyәcәkdir. Vә o toplum bәxtәvәr vә azad
insanların toplumu olacaqdır.
Nә bәxtәvәrdir Hannә kimi adayanlar!
Nә bәxtәvәrdir Mәryәm kimi adananlar!
Nә bәxtәvәrdir Zәkәriyya (ә) kimi bağbanlar!
Nә bәxtәvәrdir Yәhya vә İsa (mәnәvi qurban) (ә) kimi
qurbanlar!
«Yer üzündә hәr şey yox olacaq, yalnız әzәmәt vә kәrәm
sahibi Rәbbinin üzü (rizasi) әbәdi qalacaq» (55/26,27)
ADAYIŞ RİSALӘSİ
111
MÜӘLLİFİN İSTİFADӘ ETDİYİ
QAYNAQLAR
QURANİ KӘRİM
Beydavi, (Әl-Kadi) Nasirüddin әbu Sәid Abdullah b. Ömәr әş-
Şirazi; ӘNVARUT-TӘNZİL MӘ ӘSRӘRUT-TӘVİL, Darul-
Kütübil-İlmiyyә, BEYRUT 1998.
Cәlaleyn, Cәlalüddin Muhammәd b.Әhmәd әl- Mahalli vә
Cәmalüddin әs- Süyuti, TӘFSİRU CӘLALӘYN, Mәktәbәtul
–Halebuni, DİMEŞK.
El-Beqavi, әl- İmam әbu Muhammәd әl – Hüseyn b. Mesud;
TEFSİRUL –BEGAVİ, Darul – Marife, BEYRUT 1997.
El-Cemel, Süleyman b.Ömer el-Acil; el-FÜTÜHATÜL –
İLAHİYYE, Matbaatu İsa Babı el-Halebı, MİSİR
el- Ferra, ebı Zekeriyya Yahya b. Ziyad; MEANİL-QURAN, el-
Heyetül-Mısrıyyetül-Amme, MİSİR 1972.
el-Meragi, Әhmәd Mustafa; TEFSİRÜL-MERAGİ, Matbaatu
Mustafa el- Babi el-Halebi, MİSİR 1982.
et-Taberi, Cәfәr Muhammed b.Cerır; CAMİUL-BEYAN AN
TEVİL-İ AYİL-QURAN, Matbaatu Mustafa el-Babi el-
Halebi, MİSİR
İbn Hişam, Ebı Muhammәd Abdulmәlik; SİRATÜN-NEBI,
Mektebetu Darut-Türas, QAHİRӘ
İbnül-Esir, el-Cezeri; el-KAMİL FİT-TARİH, Darul-Kitabil-
Arabı, BEYRUT 1986.
Kurtubi, Ebu Abdillah Muhammәd b. Ahmәd; EL-CAMİLİ-
AHKAMİL-QURAN, Darul-Kütübil-İlmiyye, BEYRUT 1988.
Razi, el-İmam Fahrüddin; El-TEFSİRUL-KEBİR, Darul-Kütübil-
İlmiyye, BEYRUT 1990.
Seyyid Kutub; Fİ ZİLALİL – QURAN, Daruş-Şuruk, MİSİR
1987.
Zemahşeri,
Ebil-Qasım
Carullah
Mahmud
b.
Ömәr;
EL_KEŞŞAF, Darul- Marife, BEYRUT
Zirikli, Hayrüddin; EL-ALAM, Darul-İlm Lil-Melayin, BEYRUT
1989.
ADAYIŞ RİSALӘSİ
112
TӘRCÜMӘÇİLӘRİN İSTİFADӘ ETDİYİ
QAYNAQLAR
Allahın yardımı.
Allahın tәqdiri
Böyük türkcә sözlük. D. Mehmet Doğan. Ülke Yayın Haber.
1994.
Azәrbaycan dilinin izahlı lüğәti. 4 cilddә, Bakı, 1964.
Әrәb –fars sözlәri lüğәti. Bakı, Yazıçı 1985.
ADAYIŞ RİSALӘSİ
113
MÜӘLLİFİN ÇAP OLUNMUŞ DİGӘR
KİTABLARI:
DÜŞÜNCӘ
1. Ürәk dövlәti (İç dünyamızın tәmir vә inşası haqqında)
2. Ürәk fәthi (İslami fәthlәrin tәbiәtinә dair)
3. Hәyatın yenidәn inşası üçün (Hәyatı kim, necә vә nә
üçün tәmir etdi? Hәyatı tәkrar kim, necә inşa edә bilәr?)
4. Nә etmәli - Necә etmәli - Kiminlә etmәli (Hәyatı inşa
etmәk üçün nәyi, necә, kiminlә etmәli)
5. Hәcc risalәsi («Möhtәşәm ibadәt»ә dair möhtәşәm bir
kitab)
ARAŞDIRMA
1. İman (Kәlamın әqidәlәşmәsi, әqidәnin kәlamlaşması vә
hәr yönü ilә sәhih iman)
2. Üç Muhammәd /İki tәsәvvür bir gerçәk
(Bir-birinә qarşı iki peyğәmbәr tәsәvvürü vә Quranın tanıtdığı
gerçәk Peyğәmbәr)
3. Yәhudilәşmә tәmayülü (Son sözü «Yәhudilәrdәn deyil,
Yәhudilәşmәkdәn qorxun» olan bir araşdırma)
4. İslami diriliş hәrәkatları (Vәhhabilik, İhvani Müslimin,
Cemaat-i İslami vә digәrlәri)
TARİX
1. İmamlar vә Sultanlar (İslam tarixinin ilk 150 ili vә
İmam Әzam Әbu Hәnifәnin mücadilәsi)
2. İslami Hәrәkәtlәr vә qiyamlar tarixi (Osmanlıdan
Cumhuriyyәtә 700 ilin alternativ bir tarix oxuması)
GӘNCLİK – TӘRBİYӘ
1. Tövsiyyәlәr I (Hәr sәviyyәdәn insana xitab edәn bir kitab)
2. Tövsiyyәlәr II (Ailә tәrbiyәsi vә әr–arvad münasibәtlәri)
ADAYIŞ RİSALӘSİ
114
SEÇMӘ MӘQALӘLӘR
1. Dağarcıq
2. Savaş kәsmәyәn sözlәr
3. Yoxluğunda düşülmüş notlar
4. Yerlilәr vә yersizlәr
5. Ayәlәrin işığında
6. Sözün gücümü, gücün sözümü?
ŞER
1. Divan
MÜNDӘRİCAT
TӘRCÜMӘÇİLӘRDӘN
3
TӘQDİM
5
BİRİNCİ BÖLÜM
7
İKİNCİ BÖLÜM
AYӘLӘRİN İŞIĞINDA
ÜÇ NӘSİLDӘ ADAYIŞ PROSESİ
31
TӘTİMMӘ
93
MÜӘLLİFİN İSTİFADӘ ETDİYİ
QAYNAQLAR
104
TӘRCÜMӘÇİLӘRİN İSTİFADӘ ETDİYİ
QAYNAQLAR
105
MÜӘLLİFİN ÇAP OLUNMUŞ DİGӘR
KİTABLARI:
105
Şәrti çap vәrәqi: 6,75
Formatı: 60x84
1
/
16
Tiraj: 600.
Kitablar satış üçün nәzәrdә tutulmayıb. Hәdiyyәdir.
Dostları ilə paylaş: |