48
«teoloq»dur, yәni «ilahiyyatçı»… Din sanki dәzgahdan satışa
çıxarılmaq üçün araşdırılır. Bu elmin fәlsәfәsinә görә Quran vә
sünnәt iman mövzusu olaraq deyil, ixtisas, tәdqiqat obyekti,
akademik karyera mövzusu kimi araşdırılır. Quranın üzәrindә
işlәyәrkәn vәhyin ağıla vә qәlbә toxunmaması üçün xüsusi sәy
göstәrilir. Hәkimlәrin әmәliyyat zamanı geyindiklәri әlcәk, maska,
önlük kimi dezinfeksiya edilmiş qoruyucu lәvazimatların qarşılığı
olan müccәrәd şeylәri müasir din tәdrisindә insanın qәlbinә,
beyninә, şüuruna, bәsirәtinә keçirirlәr. Vә nәticәdә Qurandan,
onun ruhundan, hәyat fәlsәfәsindәn, hidayәt vә nurundan bu
«ilahiyyatçı»lara heç bir şey toxunmaz. Bağlama içindә gәlәr,
bağlama içindә gedәr. Quran, onun mәnliyinә, xarakterinә, özünә
vә üzünә, duyğusuna vә düşüncәsinә, evinә vә çevrәsinә,
xanımına, övladına, bir sözlә hәyatına tәsir etmәz. Ayәlәrin
arasında kәndirbazlıq edib, jonqlyorluq edәr, yaxud ayәlәrlә
jonqlyorluq edәrlәr. Bu tip, «Quran mütәxәssisi»dir. Söz yerinә
dilindәn «mәal» axar. Tapmaca yozur kimi zövqlә açar ayәlәri:
«Sәn onları gördükdә cüssәlәri xoşuna gәlir (çünki zahiri
görünüşlәri gözәldir), danışanda (gözәl danışarlar) sözlәrinә
qulaq asırsan. Onlar, sanki (bәzәdilmiş) kötüklәrdir.» (63/4)
Bәli, «İmranın Zövcәsi» deyir Quran. Ad vermir. Xırdalıq-
larını bilmәk istәyirsәnsә tarixә baş vuracaqsan, başqa qaynaqları
öyrәnәcәksәn. Müraciәt edirik vә o qaynaqlar da bizә bu qadının
adının «Hannә» olduğunu söylәyirlәr. Biz bunu bilmәklә sadәcә
«mәlumat» әldә etmiş oluruq. Qurana şübhә ilә baxan münkirlәrsә
tarixin xırdalıqları tәqdim etmәsi qarşısında istәr-istәmәz hadisәnin
tarixi gerçәkliyini qәbul etmәk mәcburiyyәtindә qalırlar.
Quranın «İmranın Zövcәsi» demәsi sırf bu sәbәbdәn olma-
malıdır. Yuxarıda incәlәdiklәrimiz
«niyә belә deyilmәdi» sualına
cavab ola bilәr. Bir dә hadisәnin «Niyә İmranın Zövcәsi
adlandırıldı?» bölümü mövcddur ki, Quranın bәyanındakı ilahi
ixtisarın aydın olması üçün bu suala cavab tapmaq lazımdır.
Quran «İmranın Zövcәsi» demәklә, bizcә ilk
iki mәqama
diqqәt çәkir:
22
(fr. positivisme, lat. positivus- müsbәt) Konkret (empirik) elmlәri hәqiqi biliyin yeganә
mәnbәyi sayan vә fәlsәfi tәdqiqatın idrakı әhәmiyyәtini inkar edәn fәlsәfi cәrәyan
ADAYIŞ RİSALӘSİ
49
1. Bu hәrәkәti edәnin bir qadın olduğu gerçәyinә, yәni şәxsәn
ananın adayış әmәlini gerçәklәşdirdiyi gerçәyinә diqqәt çәkilir ki,
burada da düşünәnlәr üçün bir çox hikmәtlәr vardır. Atanın
övladına olan hissi bağları ilә ananın övladına olan hissi bağları
arasında birә üç fәrq var: ata ideoloji hәrәkәt edә bilәr. Bu
sәbәbdәn övladını ata bilәr, ondan imtina edә bilәr. Amma nә
olursa olsun
ana bunu etmәz, edә bilmәz. Belәliklә, burda
öz
ciyәrparәsini bağışlayan bir qadın, yәni bir
anadan söhbәt gedir.
Daha sonra aydınlaşdıracağımız kimi bu hadisәlәrin cәrәyan
etdiyi zaman kәsiyi, kişilәrin bütlәşdirildiyi qadının aşağılandığı
bir zaman kәsiyi idi.
Allah bu fövqәladә әmәli hәyata keçirәnin qadın olduğunu
vurğulamaqla sahib olduğu müdhiş imkanları qadınlara bir daha
xatırladır. Allaha yaxınlaşmaq istәyәn, Onun üçün bir şey etmәk
istәyәn, Onun yolunda bir şey vermәk istәyәn, Onu razı salmaq
istәyәn, bunun üçün dә Müsәlman kişinin qarşısındakı imkan
bolluğuna hәsәd aparan qadına öz әlindәki imkanlar xatırladılır.
Deyilir ki, «nәdәn kişilәrin feli cihad vә maddi infak vasitәlәrinә
gözünü dikib durursan? Allahı razı etmәk üçün sәnin dә özünә
mәxsus imkanların var. Qulluq yarışında irәli keçmәk üçün kişinin
әrazisinә girmәyinә, öz әrazini daraltmağa lüzum yoxdur. O imkan
artıqlaması ilә sәnin dә әlindә var!...»
Qadına, әlindәki imkanlardan istifadә etdiyi tәqdirdә «xeyir
yarışında» Müsәlman kişidәn heç dә geri qalmayacağı, hәtta
rahatlıqla keçәcәyi öz
qaynaqları xәbәr verilir.
2. «İmranın Zövcәsi
»
tamamlığının «tamlayan»ı
olan «İmran»
hәqiqәtәn dә hadisәnin tamamlayıcısı, bütünlәşdiricisidir. Qadına
yuxarıda izah etmәyә çalışdığımız orjinal qaynaqları xatırladarkәn,
bu qaynağa sahib olması üçün dә hadisәnin tamamlayıcısı olan
«kişi» xatırladılaraq bir «ailә» önә çıxarılır. Ailәnin rәisi vә adayan
Hannәnin әrinin adı zikr edilәrәk mövzu tarazlaşdırılır. Hadisәlәrin
qәhrәmanı Hannәnin ismi deyil, cinsiyyәti diqqәtә çәkilmәklә
kifayәtlәnilir. Bununla da bitmir, hadisәnin baş qәhrәmanı, hadisә
daxilindә arxa planda qalan İmranın adına nisbәt edilir: «İmranın
Zövcәsi»...
Belәcә örnәk ailә modeli önә çıxarılaraq «Ali-İmran»
tәrkibindә etalon ailә modeli diqqәtә çatdırılır. «İmran ailәsi»
ADAYIŞ RİSALӘSİ
50
deyiminin önә çıxardılmasının bir başqa hikmәti dә belә bir әmәlin
gerçәklәşmәsinin cәmiyyәtin bünövrә daşı olan örnәk ailә
modelinin gerçәklәşdirilmәsiylә mümkün olacağı hәqiqәtidir.
«İmranın Zövcәsi», adının ölümsüzlәr Kitabına qeyd etdirәcәk
adayış mәktәbini «Ey Rәbbim, bәtnimdәkini tamamilә hür biri
olaraq yalnızca Sәnә adadım» deyәrәk gerçәklәşdirir. Hannә bu
әmәli gerçәklәşdirәrkәn heç şübhәsiz hәyatda sahib olduğu әn
dәyәrli varlığını verdiyinin şüurunda idi.
Tarixdәn dә mәlumdur ki, qurban verilәn bu dәyәrli varlıq
yeganә idi. Yәni «nәzir», Hanәnin uzun illәrin hәsrәtindәn sonra
sahib olduğu tәk ciyәrparәsi idi.
Bu sahib olmaq, adi, normal bir sahib olmaq da deyildi.
Övladsız keçәn bir ömürdәn sonra, son anda bir dua nәticәsindә
Rәbbi tәrәfindәn bağışlanmışdı. Bu sәbәbdәn Hannәnin adadığı
övladın onun gözündәki qәdri–qiymәti dә bir başqa idi.
Hannә dә onun duasını qәbul edәn, ixtiyar yaşına nisbәtәn ona
övlad verәn Allaha tәşәkkür etmәyin, verilәn nemәtin davam
etmәsinin hәtta, daha da artmasının şәrtlәrindәn olduğunu bilirdi.
İkrama
23
ikram gәrәkdir, Lütfә şükür, nemәtә tәşәkkür
gәrәkdir. Hannә bu fövqәladә nemәtin әvәzindә Rәbbinә necә
tәşәkkür etmәli idi? O bilirdi ki, Allah heç bir şeyә möhtac deyil,
acmaz, susamaz, darda qalmazdı…
Lakin o yenә bilir vә inanırdı ki, Allahın dininә, beytinә,
kitabına, yәni Onun sevdiklәrinә xidmәt birbaşa Allaha xidmәtdir.
Bu sәbәblәdir ki, әslindә yardıma ehtiyacı olmayan Allah,
möminlәrә yardım bәhanәsi olmaq üçün insanları belә ilahi
dәyәrlәrә yardıma çağırırdı: «Ey iman gәtirәnlәr! Әgәr siz
Allaha yardım etsәniz, O da sizә yardım edәr, addımlarınızı
möhkәmlәdәr vә sizi sabitqәdәm edәr» (47/7)
Hannә: Fәdakarlıq abidәsi
Şübhәsiz ki, Hannә nәzirin O qapıya vermәsinin lazım ol-
duğuna inanmışdı. Lakin İmranın Zövcәsinin gerçәklәşdirdiyi bu
fövqәladә әmәlinin necә böyük bir fәdakarlıq olduğunu daha yaxşı
23
(әr) Hörmәt, tәzim, әzizlәmә, hörmәt, nişanәsi olaraq bir şey bağışlama
ADAYIŞ RİSALӘSİ
51
anlaya bilmәyimiz üçün bu әmәli hansı şәrtlәr altında
gerçәklәşdirdiyinin tәhlilini dә düzgün aparmağımız vacibdir.
Qarşımızda iki seçim var: Hannә (1) Ya malı, mülkü, sәrvәti
olan biri idi, (2) Ya da heçbir şeyi olmayan biri.
I vәziyyәtdә İmranın Zövcәsi Allah üçün verә bilәcәk başqa
şeylәri olduğu halda, onlar vasitәsilә deyil, sahib olduqlarının әn
dәyәrlisini vermәklә Rәbbinin rizasını qazanmağı ümid etmişsә, bu
fәdakarlığın zirvәsidir.
Bu vәziyyәtdә, o bilirdi ki, qiymәtli mәqamlara qiymәtli
hәdiyyәlәr tәqdim olunur. Fәdakarlığın dәrәcәsinin sevgi vә itaәtin
mükәmmәl ölçüsü olduğunu da bilirdi. Bu halda çox sevdyi
Rәbbinә olan itaәtini layiq bir şәkildә isbat etmәlidir. O bilirdi ki,
böyük lütüflәrә böyük tәşәkkürlәr gәrәkir vә böyük tәşәkkürlәr
daha böyük lütüflәri doğurur. Tәşәkkürün mәqbulu isә yalnız dil
ilә deyil, hәm dil, hәm hal, hәm әmәl ilә olandır. Vә yenә bilirdi ki,
bir nemәtin şükrü ödәnmәyincә sahibi üçün min bir bәlaya dönә
bilәr.
Bunları bildiyi üçün başqa adaya bilәcәk şeylәri, malı, mülkü,
sәrvәti olmasına baxmayaraq, әlindә olanları Onun qapısına layiq
görmür, Ona olan itaәtinә vә sevgisinә layiq başqa bir hәdiyyә
düşünә bilmir, yaraşdırmır vә sahib olduğu şeylәr içәrisindәn әn
qiymәtli olanını (ciyәrparәsını) seçib qurban verir. Qısacası,
malından bir parçanı deyil, canından bir parçanı verir.
II vәziyyәtdә, yәni hәyatda sahib olduğu tәk varlığı, hәlә
üzünü belә görmәdiyi bәtnindәki körpәsini nәzir verә bilibsә, bu
birincisindәn heç dә az fәdakarlıq deyildir.
Bu halda da әn azı birinci vәziyyәtdәki kimi böyük fәda-
karlıqdan söhbәt gedir. Bu isә fövqәladә bir sәdaqәt vә sevgi
ifadәsidir. Real olaraq övladının olması mümkün deyil. Çünki, yaşı
çox ötmüşdü. Bu gerçәyә rәğmәn Allahın hәr şeyә qadir olduğuna
inanmış vә istәmiş, Allah da ona – (tәrif yerindәsә) – fövqәladә bir
lütf olaraq vermişdi bu uşağı. Yәni hәr kәsdәn fәrqli bir
münasibәtә müxәtib olmuşdu. Bu fәrqli vә qeyri-adi lütfün fәrqli
bir tәşәkkürü olmalıydı. Hannә dә onu etdi. Gözünü qırpmadan
bağışladı. Heç bir şeyi olmasa da bağışladı.
Ağıllı iş gördü. Hәr şeyin gerçәk sahibi Allah deyilmi? «O-
ndan gәldik vә yenә dә O-na da dönәcәyik!» (2/156), «Hәr şey
ADAYIŞ RİSALӘSİ
52
fani olacaq yalnızca O-nun rizası baqidir» (55/27). «Mülkün
gerçәk sahibi O-dur», «Yerdә, göydә vә o ikisinin arasında
olanların sahibi O-dur», Dünya hәyatı vә bu hәyatın övlad, mal,
can vә s. kimi aksesuarları? Onların hamısı «azacıq bir
mәnfәәtdir», (3/197) «Mal – dövlәtiniz vә övladınız sizin üçün
ancaq bir imtahan vasitәsidir» (8/28), Hәr şeyin sahibi «nәfsinizi
vә ailәnizә atәşdәn qoruyun» deyә әmr edir. Hannә dә
ciyәrparәsını Rәbbinә nәzir demәklә nәfsini vә övladını atәşdәn
qorumuş, Onun verdiyi әmanәti Ona әmanәt etmәklә ağıl sahibi
olduğunu sübut etmişdir.
Bәli, O-nun olanı O-na verdiyi üçün ağllı bir iş görmüş oldu.
Övladını әn böyük Tәrbiyәçinin tәrbiyәsinә vermәklә ağıllı hәrәkәt
etdi. Başqa heç bir gücün O-nun kimi qoruya bilmәyәcәyi әmin bir
qapıya vermәklә ağıllı iş gördü. Özünü vә әhlini atәşdәn
qorumağın әn zәmanәtli yolunu seçmәklә ağıllı hәrәkәt etdi.
İmranın Zövcәsi bu әmәli gerçәklәşdirmişdi. Ayәnin dava-
mından da aydın olduğu kimi nәzirini tәqdim etmiş, tәqdim etdiyi
qapı tәrәfindәn dә qәbul edilmişdi. Amma qәbul edilmәsinin sirri
olaraq ayәdә iki mәqama diqqәt çәkilir.
1. Tamamәn hür (azad) biri olaraq (muharraran) adamaq.
2. Adadıqdan sonra tәvazökarlıq vә әdәblә «Bunu mәndәn qәbul
et» deyә yalvarmaq.
«Muharraran»
Ayәdә keçәn, «tamamәn hür (azad) biri olaraq» şәklindә
türkcәlәşdirdiyimiz «muharraran» kәlmәsi, nәzirin qәbul edil-
mәsinin açar termini kimi durur qarşımızda.
«Muharraran» üçün әvvәlkilәrin nә dediyinә qısa şәkildә nәzәr
yetirәk:
İbn–Abbas; «Yalnız vә yalnız mәbәdin xidmәtinә verdim» deyә
tәfsir edir. (Buxari)
Mücahid; «Sadәcә Allah yolunda xidmәt üçün, heç bir
dünyәviliyә qarışmadan, xalis şәkildә» deyir,
Şabi; «İbadәt üçün farağat durmaq vә imtina etmәk»
anlamına gәlir - deyir,
Süddi; «Dünya üçün çalışmamaq» deyir.
ADAYIŞ RİSALӘSİ
53
Rebi; «Nәzirinin qәbulunu zәmanәtә almaq üçün» deyir,
Beqavi; «Muharrar»ı «hәr cür qayğıdan qurtarmış olan»
şәklindә açıqlayır.
Kurtubi; «Tamamilә azad olan bir övlad nәzir verdim»
mәnasına gәlir - deyir.
İbni Arabi, qәribә bir nәticәyә gәlib Hannәnin azad deyil
cariyә olabilәcәyi fәrziyәsini irәli sürür.
İkrimә, «Dünyanın bütün narahatçılıq vә qayğılarından uzaq
olaraq Yalnız Sәnin yolunda nәzir verdim» anlamını verir.
İstisnaları olmasına baxmayaraq bütün bu fәrziyyәlәr әslindә
bir–birini tәkzib etmir, vә ya da bir-birindәn fәrqlәnmir. Әksinә
bir–birini tamamlayır vә әsas mәğzi dә: İmranın Zövcәsi yeganә
körpәsini bütün qayğılardan azadә, xalis bir niyyәtlә, heç bir
dünyәvi qarşılıq gözlәmәdәn, başqa qapıya deyil, yalnız vә yalnız
Allaha nәzir verir.
Nәzir verәrkәn Allahla sövdәlәşmir, yәni yәhudilәşmir.
Bazarlıq etmәmәyi bir yana, yalvararaq «Bunu mәndәn qәbul
buyur» deyәrkәn nәzirinin qәbul edilәcәyinә dair heç bir zәmanәtin
olmadığını da yaxşı bilir.
İbn Arabinin tәbiri ilә desәk onun nәziri «әbrar
24
vә ahrarın
25
nәzir vermәsidir. Yәni nәzirin zirvәsidir… Mәgәr elә deyilmi?
Varlıqların әn dәyәrlisinә, әn dәyәrli varlığını, әn çox möhtac
olduğun bir zamanda, әn xalis niyyәt vә әn mükәmmәl bir üsulla
nәzir verәcәksәn.
Yalnız Ona nәzir verәcәksәn.
Heç bir qarşılıq gözlәmәdәn nәzir verәcәksәn.
Nәzir verәrkәn sövdәlәşmәyәcәk.
Nәzir verib, bir dә rica edәcәk, yalvaracaqsan «mәndәn qәbul
et» deyә.
Nәzir verdikdәn sonra dönüb verdiyinin dalınca baxmaya-
caqsan. Sadәcә qovulmuş şeytanın şәrindәn Ona ismarlayacaq,
qarşılıq gözlәmәdәn Ona tәslim edәcәksәn…
Belәliklә, nәzirin zirvәsi vә bütün zamanların әn mükәmmәl
nәzir nümunәsi…
24
doğruçu adam, nәcib adam, müqәddәs adam.
25
azad adamlar, hürrün cәmi
ADAYIŞ RİSALӘSİ
54
İçindә yaşadığı şәrtlәr altında belә bir adayışı gerçәklәşdirmәsi
üçün İmranın Zövcәsinin «hür» olması, hәm natamam deyil, tam
bir hürriyyәt içindә olması lazım idi.
Bu hürriyyәtdә mәqsәd cismani hürriyyәt deyil. Әlbәttә, işin
içinә o da daxildir. Amma әsl azadlıq yemәk – içmәk – yatmaq
azadlığı deyil, yәni әtin vә sümüyün azadlığı deyil, duyğu vә
düşüncәnin, imanın vә ruhun azadlığıdır. Özünü hür sayan vә
beynәlxalq standarlara görә dә hür sayılan o qәdәr insan var ki,
bütöv bir ömrü kölә olaraq, mәhbus olaraq, kor olaraq
keçirmәkdәdir vә әslindә bundan heç xәbәri dә yoxdur. Belәliklә
kölәliyin bu növü әn çox yayılmış vә әn pis olanıdır. Vә tәbii ki,
azadlığın bu növü azadlıqların әn gerçәyi vә әn dәyәrlisidir.
İnsanın yeganә varlığını, canından bir parçasını, üstәlik bu
şәrtlәr altında nәzir verә bilmәsi belә «kamil» bir azadlığı gәrәkli
etmirmi?
Verә bilmәk üçün sahib, adaya bilmәk üçün azad olmaq
gәrәkdir. Verәcәyinizin sahibi deyilsinizsә necә verәcәksiniz?
Vermәniz gәrәkәn şey sizin sahibinizsә onu necә verәcәksiniz?
Zatәn siz özünüzü nәzir vermәli olduğunuza vermisinizsә, onu bir
dә başqasına necә verә bilәrsiniz?
İnsanlar verә bilmirlәrsә vermәlәri lazım olan şeylәrin hәqiqi
sahiblәri olmadıqlarındandır. Әksinә o şeylәr insanların sahibi
olmuşdur.
İnsanlar qurban verә bilmirlәrsә, Allahın yoluna qurban
vermәk әvәzinә öz hәyatlarını o ölümlülәrin yoluna qurban
verdiklәri üçündür. Bir ömür boyu bütün varlığını, bütün enerjisini,
qazandığı nailiyyәtlәrini «istiqbalını xilas etmә» yalanı altında
imtahan vasitәsi olan övladlarının vә әhlinin ya da öz nәfsinin әn
yaxşısını yemәk, әn yaxşısını geymәk, әn gözәl yaşama şәrtlәrinә,
qısacası zövq vә sәfasına vә mirasına qurban verәnlәrin, bu
dәyәrsiz qurbanlarıyla İmranın Zövcәsinin ülvi qurbanı arasındakı
dәrin fәrqi düşünün.
İmranın Zövcәsi dә bir insandır. Onu da dünyaya bağlayan
xırs
26
, nәfs, şeytan kimi şeylәr vardır. Fәqәt Hannә bu fövqәladә
әmәli gerçәklәşdirmәk üçün bir anda bir çox bağlardan xilas
26
(әr.) tamah, acgözlük, qәzәb, hiddәt, acıq, şiddәtli arzu,
ADAYIŞ RİSALӘSİ
55
olmaq, bütün әsarәtlәrdәn azad olmaq, bir çox zәncirlәri qırmaq
mәcburiyyәtindә idi.
Zәncirlәri qırmaq
İndi dә onun xilas olmaq mәcburiyyәtindә olduğu bağların vә
qırmaq mәcburiyyәtindә qaldığı zәncirlәrin mahiyyәti üzәrindә
düşünәk. Bunları iki başlıq altında toplamaq olar: daxili tәzyiq vә
xarici tәzyiq.
1. Daxili tәzyiqdәn hürriyyәt: - İnsanın qulluğu önündә bir
çox әngәllәr var. Bunları siniflәrә böldüyümüz zaman qarşımıza
iki növ әngәl çıxır. Bunların birincisi insanın yaradılışından
qaynaqlanan daxili әngәllәrdir ki, şübhәsiz bunların başında nәfs
vә şeytan durur. İnsanın әbәdi vә әzәli düşmәni olan şeytanın
insanı doğru yoldan uzaqlaşdırmaq üsulları çox müxtәlifdir.
Quranda buyurulduğu kimi Allahın «doğru yoluna oturub» (7/16)
o doğru yolda, hәdәfә doğru gedәnlәri geri döndәrmәyә, bacara
bilmәsә әngәl olmağa, onu da bacarmazsa zәiflәtmәyә vә yolda
oturtmağa çalışır.
Әlbәttә, İmranın Zövcәsi dә Allahın doğru yolunda yürü-
yәrkәn şeytanla qarşılaşmışdır. Vә әlbәttә ki, şeytan onun bu
fövqәladә әmәlini boşa çıxartmaq üçün dә çox sәy göstәrmişdir.
Mәsәlәn ona öndәn yaxınlaşaraq «Sәn yalnız bir qadınsan.
Yoldaşın da çox yaşlıdır. Bu yaxınlarda ölә bilәr. Ahıl yaşında
tәkbaşına nә edәcәksәn, gәl bu işdәn vaz keç» deyә bilәr.
Ya da arxadan yaxınlaşaraq, ona ruzi narahatçılığı çәkdirmәk
üçün «Ac qalarsan, açıq da qalarsan. Kim baxacaq sәnә? Hәm öz
istiqbalını tәhlükәyә atırsan, hәm dә övladının istiqbalını…» deyә
bilәr.
Sağdan gәlәrәk «Gözlә, qoy hәlә bir doğulsun, böyüsün,
böyük adam olsun. Oxut onu, diplomu, ünvanı, şöhrәti olsun.
Müdir olsun, rәis olsun, hәtta nazir belә ola bilәr. O zaman İslama
daha çox xidmәt edәr, elә deyilmi. Bir düşün, mövqeyi nә qәdәr
böyük olarsa, xidmәti dә o qәdәr böyük olmazmı?» deyәr.
Soldan yaxınlaşaraq «Qurban verәcәk başqa bir şey tapa
bilmәdinmi ki, yeganә övladını qurban verirsәn? Sağında,
solunda bu qәdәr bilikli, bu qәdәr uzaq görәn insan var. Sәn
ADAYIŞ RİSALӘSİ
56
onlardan daha yaxşımı bilәcәksәn? Bax, heç biri sәnin kimi
övladını Allaha nәzir vermәdi. Filan әhbarın üç, filan ruhaninin
beş, filan alimin dә yeddi uşağı var. Sәninki isә bir dәnәdir. Hәm
dә Allahın sәnin nәzirinә ehtiyacı varmı ki? Dünya mehvәrindәn
çıxdı, onu sәnmi düzәldәcәksәn?» deyәr.
Üstdәn yaxınlaşaraq «Sәn zatәn müttәqi, qәlbi tәmiz, iffәtli,
namuslu, abid, zahid, dini kamil bir insansan. Sәnin günahın
varsa mәnim olsun. Cәnnәtә sәn girmәyәcәksәn, kim girәcәk?
Üstәlik Allah vәziyyәtini dә bilir. Yalnızsan, istiqbalda övlada
möhtacsan, xәstәlik var, qocalıq var. Yalançı dünyanın min bir
halı var. Düşmәyәn bilmәz» deyәr.
Altdan yaxınlaşaraq «Bir az mәntiqli ol, ağlından istifadә et,
nә şiş yansın, nә kabab. Allahın haqqını Allaha, Sezarın haqqını
Sezara ver. Orta bir yol tut, tәmkinli, mötәdil bir müsәlman ol.
Hәm dә hәddi aşmamağı tövsiyә edirәm» deyә bilәr.
Tәbii şeytan vә şeytanlar, onların daxili vә xarici dostları
bütün bunları vә burda saya bilmәdiyimiz daha nәlәri deyәrәk,
hәr saleh qula etdiklәrini yәqin ki, ona da etmişlәr.
Belәliklә, Hannә bütün bu zәncirlәri qopararaq içindәn (vә
çölündәn) gәlәn bu kimi mәntiqli, parlaq, cazibәli sәslәrin
hamısına qulaqlarını tutub ona atılan hәr kәmәndi, imanından
qaynaqlanan bәsirәt vә fәrasәtinin yardımı ilә boşa çıxardır,
duyğu vә düşüncәsinә keçirilmәyә çalışılan butun zәncirlәri qırıb
hürlәşir vә «Rәbbim…» deyir…
2. Xarici tәzyiqdәn hürriyyәt: Fәrd üzәrindәki iki cür
tәzyiqdәn ikincisi isә xarici tәzyiqdir. Xarici tәzyiq çox
müxtәlifdir. Lakin xarici tәzyiqin әn bariz nümunәlәri olaraq
toplum, mәdәniyyәt vә әnәnә tәzyiqini göstәrә bilәrik ki, bunların
hәr biri dә «mühit» başlığı altında dәyәrlәndirilә bilәr.
İmranın Zövcәsi olduqca eqoist vә mәnfәәtpәrәst olan
yәhudilәşmiş İsrail oğulları toplumu içәrisindә yaşayırdı. Fәrz
ibadәtlәrindә belә Allahla sövdәlәşmәyә qalxan, din vә onun
hökmlәrini özlәri üçün bir ticarәt mәqsәdinә çevirmәk xüsusiy-
yәtindәki qabiliyyәtlәri ilә mәhşur olan belә bir toplumda
Hannәnin әmәli әlbәttә çox diqqәt çәkәcәk vә әks reaksiya ilә
qarşılanacaqdı.
Sözügedәn çevrәnin reaksiyasının iki ölçüsü var idi: birincisi
ADAYIŞ RİSALӘSİ
57
dini, ikincisi sosial-mәdәni.
Dini әnәnәdә Allahın evinә nәzirin şәrtlәri tәyin edilmişdir.
Bu şәrtlәrә görә nәzirin erkәk olması vacib idi. Qız nәzir
verilmirdi. Hannә bu növ reaksiyaya hәlә uşaq doğulmadan
mәruz qalmış, әri onu bu sәbәbdәn qınayıb, danlamışdı. Hәtta
rәvayәtlәrә görә, toplumun dini öndәrlәrindәn olan әri İmranın
ölümünә dә övladının qız doğulacağı tәqdirdә, dini mühitdәn
gәlәn reaksiyalara dayana bilmәmәk ehtimalı sәbәb olmuşdu
(Beqavi). Lakin Hannә belә güclü, tәsirli әks reaksiyaları lap
başdan gözә almış vә sonuna qәdәr çәkinmәdәn sinә gәrmişdir.
Yәni Hannә çevrәnin tәzyiqinin birinci növü olan dini әnәnә
zәncirini lap başından parçalamış vә hür olmuşdu.
İmranın Zövcәsinin çevrә zәncirinin qırdığı ikinci böyük
halqası isә cәmiyyәtә xas mәdәniyyәt qanunlarıdır. Hadisәnin baş
verdiyi Fәlәstin mәkanında hәmin tarixi dövrlәrdә Roma
hegemon idi. Tәbii olaraq Romanın patriarxal ailә modelinin
nümunә olduğu toplumda qadın aşağılanan bir varlıq idi. Heç bir
sosial hüququ yox idi. Bu ictimai sahәdә olduğu kimi
әnәnәvilәşmiş dindә dә belә idi. Rәbbi ilә qul arasındakı
münasibәtlәrdә belә cinsiyyәt fәrqi, daha doğrusu cinsi
tәrәfkeşlik var idi. Hәtta axirәtdә, erkәyә sırf erkәk olduğu üçün
qadından fәrqli haqlar tanıyan bir din anlayışı inkişaf
etdirilmişdir. Allah toplumdakı bu cinsi tәrәfkeşliyini yıxmaq vә
erkәk bütünü qırmaq üçün baş rolu oynayan qәhrәmanların
ikisinin dә qadın olduğu (Hannә vә Mәryәm), İlahi bir ssenarini
dünya sәhnәsinә çıxarmışdı.
Bu kütlәvi mәdәniyyәtә vurulan - Hannә vә nәzir qadın
Mәryәm sillәsinin ardından daha böyüyü gәlәcәkdir. O da
qadının verdiyi nәzir qadına ATASIZ bir erkәk verilmәsidir. Bu
fövqәladә möcüzәnin bir çox hikmәtlәrindәn biri dә, kişini
bütlәşdirib, qadını әşyalaşdıran vә bu günkü Qәrb mәdәniyyәtinin
dә atası olan bütpәrәst Roma mәdәniyyәtinә İlahi bir etiraz
cavabıdır.
Hannә sözügedәn bu daxili vә xarici qaynaqlı zәncirlәri
parçalayıb «tamamilә hür biri olan» nәzirini Rәbbinә tәqdim
etmişdir.
Hannә hәqiqi hürriyyәtin Allaha tam tәslimiyyat olduğunu
ADAYIŞ RİSALӘSİ
Dostları ilə paylaş: |