ÇƏKƏCƏX' III (Şahbuz) – yer hanasının hissələrindən
birinin adı.
ÇƏKƏRƏX' (Nehrəm) – az. –Sən birəz çəkərəx'
danışsaydın belə olmuyacıydı.
ÇƏKMƏDUZ//ÇƏHMƏDUZ (Bist, Çərçiboğan,
Şərur) – çəkməçi. –Əyaqqabılarımı göndərmişəm çəhməduza
tix'sin.
ÇƏL (Nüsnüs) – meynənin qolları. –Çəl mevın
qollarıdı.
ÇƏLXEY (Didivar, Nəzərabad) – araqarışdıran, səs-
küy salan. –
Onnan başarmağ olar, elə çəlxeydi ki o.
ÇƏM (Ləkətağ) – yol, üsul. –Hər işin gərəx' çəmini
tapasan ki, öhd
əsinnən gələ biləsən.
ÇƏMÇİ (Nахçıvan) - аlаqdərən. -О çəmçini mə: vеr,
аlаğ еliyirəm.
ÇƏMXƏM ELƏMƏX' (əksər şivələrdə) –
razılaşmamaq, naz etmək, işi yoxuşa sürmək. –Əvvəlcə bir
ç
əmxəm elədi, əmə sora yola gəldi.
ÇƏNƏ-BOĞAZ (Naxçıvan) – danışmaq, yola
g
ətirməyə çalışmaq. –Xeylax çənə-boğazdan sora birtəhər irazı
66
saldım.
ÇƏNG (Çənnəb) - lоbyа bitkisinin аğаcа sаrılаn nаzik
hissəsi. -Lоbyаnın аtdığı çəng nəziх' tеl kimin оlur.
ÇƏPƏR (Biçənək, Kolanı) – sürünü çöldə saxlamaq
üçün yanları çör-çöpdən hörülmüş tikili. –Dağda olanda sürünü
el
ə çəpərə qatarıx.
ÇƏPƏRƏ//ÇIĞ (Babək, Şahbuz) - üstündə lavaş
sulamaq üçün söyüd ağacından hörülmüş alət. Üstünə parça
ç
əkilir, içərisinə ot, parça doldurulur, arxasında isə əl yeri
qoyulur. Onunla eyni zamanda t
əndirə çörək də yapılır.
ÇƏPİC//ÇƏPİŞ (Babək, Culfa, Şərur) – keçinin altı
aydan bir yaşa qədər olan balası. –Bir yaxcı çəpicim var
saxlamışam oğlum gələndə kəsəcəm.
ÇƏPİX' I (Naxçıvan) – cəld. –Elə çəpix' qızdı ki,
əlinnən inni-cinni qutarmaz.
ÇƏPİX' II (Babək, Naxçıvan, Şərur) – alqış,
alqışlamaq, əl çalmaq. –Cəməhət tudular bını çəpiyə, bı da
ür
əx'ləndi, başdadı danışmağa.
ÇƏRƏKƏ (Unus) - təsbеh. -Çərəkə qоcаdа dа оlаr,
cаvаnnаrdа dа.
ÇƏRƏNÇİ (əksər şivələrdə) – çox danışan. –Çərənçi
çox danışan adama deyirix'.
ÇƏRƏNNƏMƏX' (əksər şivələrdə) – boş-boş, uzun
danışmaq. –O qədə çərənnədi ki, başımız şişdi.
ÇƏRƏZ (Biləv) - bаğbаnın kоmаsı. -Bаğbаn çərəzdə
yаtıb.
67
ÇƏRKOV (Babək, Kəngərli, Sədərək, Şahbuz) – dörd
okuz qoşulan xış və ya kotan (ikiboyun cüt). –Çərkov cütnən
g
ərəx' hodax da ola.
ÇƏRMƏKİ (Şahbuz) – gönü döymək üçün işlədilən
al
ət.
ÇƏRRƏTMƏX' (Naxçıvan) – boğaza yığmaq,
bezdirm
ək. –Bı uşağın beyvecliyi çərrəti da məni.
Dostları ilə paylaş: |