Sözün çoxmənalılığı Sözlərin bir neçə məna daşıma qabiliyyətinə çoxmənalılıq və ya polisemiya deyilir: Köhnə dost iki yeni dostdan yaxşıdır (köhnə); Köhnə mənzilə baş çəkdik (keçmiş). Dilin leksik sistemi: İstənilən dilin lüğət tərkibi bir-biri ilə əlaqəli vahidlər sistemidir - leksemalar (sözlər). Bu sistem daxilində söz qrupları fərqləndirilir, müxtəlif meyarlara görə birləşir. "Qohumluq" tematik qrupu: ana, ata, oğul, qız, qardaş, bacı, xala, dayı və s. Sinonimlər (yun. sinonimos – eyni ad) səs baxımından fərqli, lakin eyni və ya yaxın mənalı sözlərdir: arvad - həyat yoldaşı, asan - sadə. Eyni hadisələri, əşyaları, işarələri, hərəkətləri təyin edərkən bir-biri ilə əlaqəli olan bir neçə sinonim sinonimik sıra əmələ gətirir: Sinonimlərin əksəriyyəti müəyyən mənada bir-birlərindən fərqlənir: Sinonimlərin sıralanması çox vaxt gradasiyaya (lat. gradatio - tədricən artım) səbəb olur ki, hər növbəti sinonim əvvəlkinin mənasını gücləndirir (və ya zəiflədir): gülümsəmək, gülmək. Antonimik münasibətlər – semantik qarşıdurma münasibətləri. Antonimlər (yun. anti - qarşı) - əks mənalı eyni nitq hissəsinin sözləri hesab edilir: həqiqət - yalan, danışmaq - susmaq. Eyni söz daxilində əks mənalar da inkişaf edə bilər. Bu söz daxili antonimiyadır (polisemantik sözlərin mənalarının antonimiyası) - enantioemiya. Məsələn, borc vermək feli "borc almaq" və ya "borc vermək" mənasında ola bilər. Omonimlər (yun. homos - eyni, onyma - ad) eyni formaya malik, lakin fərqli mənaları olan sözlərdir. Dildə polisemiyanin əsas problemləri Dildə olan hər bir söz müəyyən semantik əlamətlər toplusundan ibarətdir. Bu əlamətlərin dinamik səciyyəli olması sayəsində sözlər ünsiyyət prosesində çevikləşir, situasiyanın, nitq şəraitinin məqsəd və vəzifəsindən asılı olaraq bu və ya digər semantik əlamət aktivləşir, qabarıqlaşır, yaxud əksinə passivləşir, arxa plana keçir və beləliklə, müvafiq semantik əlamət uyğun mənanın ifadəsinə xidmət edir. Bu xüsusiyyət dildə polisemiya hadisəsinin məntiqi-linqvistik əsasını təşkil edir. Polisemiyanın təzahürü və inkişafı sintaqmatik şəraitə möhtacdır. Sözün başqa dil vahidləri mühitində digər formaların müdaxiləsi sayəsində çoxmənalı olması leksikanın sistemliliyinin göstəricilərindən biri kimi diqqəti cəlb edir. Polisemiyanın yaranması və inkişafını şərtləndirən amillərdən biri də sözün mənasının xarakterindən və işlənmə genişliyindən asılıdır. Polisemiyanın mahiyyəti ondan ibarətdir ki, hansısa əşyanın, hadisənin adı başqa bir əşyaya, hadisəyə köçürülür və beləliklə, bir söz eyni zamanda bir neçə əşyanın, hadisənin adlandırılmasına xidmət edir. Çoxmənalılıqla bağlı problemlərin aradan qalxmasına kömək edəcək üsullardan biri də polisemiyanın mənbəyindən xəbərdar olmaqdır. Bildiyimiz kimi bir sözün müxtəlif məna çalarları ola bilər. Dilin başlıca səciyyəvi əlaməti onun yalnız bir neçə ilin, yaxud müəyyən bir dövrün məhsulu olmamasıdır. Dilin yaranma prosesi əsrlər boyu davam etməklə inkişaf prosesi keçir, get-gedə formalaşır və zənginləşir. Dil yarandığı zamandan xidmət etdiyi cəmiyyət üzvləri arasında heç bir fərq qoymadan eyni dərəcədə ünsiyyət vasitəsinə malik olmuşdur. Bu nöqteyi-nəzərdən dili ictimai proses hesab etmək olar. Söz əsas dil işarəsi, bütöv struktur kimi ikitərəfli vahid olub səslənmə, yaxud qrafik dildə qrammatik və leksik mənanın vəhdətidir. Polisemiya istənilən dil üçün xarakterik hesab edilən linqvistik universaldır. Dildə polisemiyanın mövcud olması həmin dildə olan leksik vahidlərin daim hərəkətdə olmasına işarədir. Polisemiya terminindən dilçilikdə eyni sözün tərkibində əsas mənaya əsaslanan bir neçə əlavə mənanın da mövcud olmasını göstərmək üçün istifadə olunur. Bu isə sözün öz əvvəlki mənasını saxlamaqla yanaşı, əlavə mənalara da malik olması deməkdir. Sözün mənası üçün başlıca cəhət onun hamı tərəfindən eyni formada başa düşülməsidir. Əgər sözün mənası bir dildə danışanların hamısı üçün eyni şəkildə anlaşılmırsa, belə sözlər istifadədən qalır. Dildə, xüsusilə onun leksikoloji səviyyəsində, sözün semantikası, mənası öyrənilir. Yəni sözün bir lüğət vahidi kimi çox mürəkkəb cəhətlərindən biri olan leksik semantikası tədqiqata cəlb olunur. İngilis dilindəki bəzi omonim leksik vahidlərə baxaq: back(n) – arxa, bel back (adv) – arxa tərəf, uzaq back (v) – go back – qayıtmaq və s. He turned his back nerviously. O, əsəbi halda arxasını çevirdi. Belə bir cəhəti də unutmamalı ki, hər bir dildə olduğu kimi, Azərbaycan dilində də bir sıra sözlər ya tələffüzcə, ya yazılışca, ya da morfoloji quruluşca omonimlərə çox oxşayır; buna görə də belə sözlərin omonimlərdən fərqlənən cəhətlərini bilmək zəruridir. Müasir Azərbaycan dilində işlənən “al” sözünün semantik inkişafına nəzər salaq. “Azərbaycan dilinin izahlı lüğətində” “al” sözünün üç omonim qarşılığı qeyd edilir: al-qırmızı, al-hiylə, məkr, yalan, al-xurafata inananların təsəvvüründə: qaranlıqda tək qaldıqda, guya, insanın gözünə görünən mövhumi surət, xəyal; qulyabani. Sözün əsas və törəmə mənası anlayışının tarixən dəyişkənliyini (müəyyən dövrdə əsas mənası əsas mənaya çevrilə bilər və çevrilir) və “al” sözünün ilkin mənasının dilimizin qədim dövrlərində “qırmızı” sinonimi kimi işləndiyini nəzərə alsaq, sözün semantik əsasında bu sözün (al-qırmızı sözünün) və onun məna variantlarının dayandığının şahidi olarıq. Zənnimizcə, al hiylə və al-sözləri (al) polisemantik sözünün tarixən malik olduğu- qadınların üzlərinə, dodaqlarına sürtdükləri qırmızı boya, ənlik-semindən (bu semdə “hiylə” motivi göz qabağındadır, süni surətdə rəngi qızartmaq, ona cəzbedicilik vermək) yaranmış və sonrakı inkişaf prossində müstəqilləşmişdir. Sözün leksik mənasına dilçilikdə olduqca müxtəlif yanaşmalar olmuş və ona müxtəlif təriflər verilmişdir. B.C.Armstronq və D.C. Plautun fikrincə, “sözün leksik mənası məlum predmetin, hadisənin, yaxud münasibətin şüurda inikasıdır... sözün maddi qabığını təşkil edən səslənməsi ilə müqayisədə onun daxili tərəfi kimi sözün strukturuna daxil olur.” Dildə olan hər bir mənalı vahid müəyyən semantik xassələrə malikdir. Bu xassələr dinamik səciyyə daşıyaraq ünsiyyət prosesində gerçəkləşir, situasiyanın, nitq şəraitinin vəzifə və məqsədindən asılı olaraq, semantik əlamət qabarıqlaşaraq ortaya çıxır, və yaxud da passivləşərək arxa plana keçir və bununla da, uyğun semantik əlamət müvafiq mənanın ifadəsinə aid olur. Bu xüsusiyyət dildə polisemiya hadisəsinin məntiqi-linqvistik əsasını təşkil edir. Polisemiyanın meydana gəlməsi və inkişafı sintaqmatik şəraitdən asılıdır. Bir sözün başqa bir dil vahidlərində çoxmənalı formaya çevrilməsi onun leksik sistemliliyinin göstəricisidir. Polisemiyanın formalaşması və gələcək inkişafını şərtləndirən amillər sözün mənasının xarakterindən və işlənmə genişliyindən asılıdır. P.M. Pexman, Y. Hino və S.J. Lupkerin fikirlərinə görə polisemiya sözün dil elementləri ilə qurduğu əlaqələrdən və onun nominativ mənaya görə aid olduğu yerlərdən də asılıdır. Bir qisim sahələrə daxil olan sözlər eyni formalı, oxşar əlaqələr imkanına malik olaraq çoxmənalılığın genişlənməsinə kömək edir: adamın başı, ayağı, əli; kəndin yuxarısı, aşağısı; kəndin başı, ayağı. Dildən xaricdə mövcud olan eyni predmet və hadisələri adlandıran identik ifadə vasitələrini (yəni sözləri) mütləq eynimənalı hesab etmək, onların məfhum əsasını tamamilə eyniləşdirmək olmaz. Praqa dilçilik məktəbinin görkəmli nümayəndəsi M. Harisona görə, dil formasının bu və ya digər məzmunun daşıyıcısı olması təfəkkür prosesində alınan impulslarla tənzim edilir, təfəkkürümüzdəki müəyyən məntiqi-məfhumu semantika potensial şəkildə bir necə formaya səpələnir və bu qeyri-müəyyənlikdən biri konkret nitq şəraiti üçün seçilir. Ayrı-ayrı söz və ifadələrin əlaqələnməsində, ilk baxışda kontekstin müdaxiləsindən üzəçıxma kimi görünən məzmunun daşıyıcıları formal xarakter daşıyır, bu və ya digər leksik vahidin ünsiyyət dəyərini təfəkkür qanunları müəyyənləşdirir, dil işarəsi ixtiyaridir müddəası təsdiqlənir. Sözlərin hər hansı birinin qabarıqlaşması, kommunikativ funksiya daşıması müəyyən nitq şəraitində üzə çıxır və bu üzəçıxma hər dəfə yeni məzmun faktı kimi qavranılır. Əslində bu proses-sözün polisemantikliyi, yuxarıda qeyd etdiyimiz kimi, məfhumun çoxkomponentliyinin nəticəsi kimi meydana çıxır. Görünür ki, bu mülahizədə, sözün dil və nitq faktı olması, onun nominativ və kommunikativ aktlarda işlənmə müxtəlifliyi və nəhayət, sözün məna tutumunun çoxkomponentliyinə əsaslanan virtuallığı nəzərə alınmayıb. Ayrıca sözün, xüsusilə polisemantik sözün müəyyən sintaktik mühitdə işlənməsi, müxtəlif leksik və qrammatik vahidlərlə əlaqələnməsi onun kommunikativ dəyərini müəyyənləşdirir, sözü sintaktik sferadan dinamik sferaya daxil edir və onu yeni bir mexanizmin elementinə çevirir. Qeyd etmək lazımdır ki, söz birləşmələrində və cümlələrdə komponentlər arasında əlaqə yaradan vasitələr formal qrammatik göstəricilər kimi geniş dairədə mövcuddur. Bu hal müasir dilimizdəki frazeoloji vahidlərə də aiddir. İnversiya hadisəsi isə folklorun bütün janrlarında, şifahi nitqdə, nəsr əsərlərində də özünü göstərir. -... Halaldır əməyim, halaldır südüm, Qalsın qulağında bu son öyüdüm (S.Vurğun). Bu şeir parçalarında “qulağında qalmaq”, feili sabit birləşməsində komponentələri qafiyə tələbi ilə əlaqədar olaraq inversiyaya uğradılmışdır. Dil öz lüğət tərkibini daima yeni sözlərlə təhciz edir, bu isə əsasən sözdüzəltmə yolu ilə həyata keçirilir. Məhz bununla əlaqədardır ki, digər dil sistemlərindən fərqli olaraq sözdüzəltmə ətrafda baş verən dəyişiklikləri daha dəqiq və dürüst əks etdirir. Koqnitiv dilçilikdə polisemiya problemi mühüm və hələ də tədqiqinə ehtiyac duyulan məsələlərdən biri hesab olunur. Dilin lüğət tərkibinin genişlənməsində çoxmənalı sözlərin əvəzsiz rolu vardır və sözün malik olduğu yaxın mənaları öyrənənlər tərəfindən eyni səviyyədə və tez bir zamanda dərk olunması asan bir proses deyildir. Bildiyimiz kimi polisemiya bir fonoloji formanın bir neçə yaxın mənaya malik olması hadisəsidir. Ənənəvi olaraq, polisemiya ilə bağlı tədqiqat tarixi və leksik semantika daxilində həyata keçirilmiş, yalnız dilin özünə maraq göstərilmiş idrak faktoru kənarda qalmışdır. Bu gün isə polisemiya linqivistikanın və koqnitiv elmlərin araşdırdığı ən mühüm məsələlərdən birinə çevrilmişdir. Demək olar ki psixolinqivistlər də ikimənalılığın aradan qalxması üçün kontekstin əhəmiyyətini vurğulamışlar. Araşdırmalar nəticəsində belə qənaətə gəlinmişdir ki, polisemantik hadisələr hər zaman aktual problemlərdən olmuşdur.
Özünü yoxlamaq üçün suallar və tapşırıqlar:
Dilçilikdə leksikologiyanın yeri nədir?
Leksikologiya daxilində hansı linqvistik istiqamətləri ayırd etmək olar?