Aksonları qısa olan multipolyar neyronlar da (neurocytus multipolaris brev iaxonicus) vardır.
Dendritlər (yunanca dendron – “ağac”) çox vaxt qısa çıxıntılardır və bunlar bir qayda olaraq ağac
kimi şaxələnir. Onların uzunluğu bəzən mikronlarla ölçülür, lakin psevdounipolyar hüceyrələrdə
dendritlər çox uzun çıxıntılardır və insanda uzunluqları hətta bir metrə qədər çatır. Dendritlər hüceyrə
cismi yaxınlığında nisbətən qalın olur və oradan uzaqlaşdıqca nazikləşir. Neyrit nazik çıxıntıdır və bütün
uzunluğu boyu öz qalınlığını dəyişmir. Lakin başlanğıcda neyrit konusa bənzəyir, buna neyrit və ya
akson əsası (basis axonis) ya akson təpəciyi deyilir. Dendritlərin şaxələri üzərində dendrit tikanları
(spinula dendriti) adlanan çıxıntılara rast gəlmək olur. Dendrit periferik ucunda adətən şaxələnir, bir sıra
təsadüflərdə həmin şaxələr üzərində spesifik quruluşlu xüsusu qəbuledici aparatlara və ya hissi sinir
uclarına (reseptorlara) təsadüf olunur. Neyritlər isə effektor adlanan uc aparatla işçi orqanlarında qurtarır,
digər təsadüflərdə isə neyritin ucları başqa neyronla sinaptik rabitələrlə təmasa gəlir.
Neyronlar morfofizioloji quruluşundan əlavə (çıxıntıların sayına görə) həmçinin funksional
cəhətdən təsnif olunur. Bu cəhətdən hissi (afferent və ya affektor, ya da reseptor) neyronlar, ara
(assosiativ) neyronlar və hərəki (efferent, və ya effektor, ya da motor) neyronlar ayırd edilir. Hissi
neyronlar reseptorlar vasitəsi ilə qəbul olunmuş qıcıqları sinir impulsu şəklində mərkəzi sinir sisteminə
doğru aparır. Assosiativ neyronlar müxtəlif neyronlar arasında rabitələr yaradır. Hərəki neyronlar mərkəzi
sinir sistemindən oyanmanı işçi orqanlara ötürür.
Sinir hüceyrələrinin cismi müxtəlif formaya və ölçülərə malikdir. Formaca girdə, çoxbucaqlı,
piramidəbənzər, armudşəkilli, iyəbənzər və s. hüceyrələr müəyyən edilir. Adətən, insanda hissi sinir
hüceyrələrinin cismi girdə olur, hərəki neyronlar isə sinir sisteminin ayrı-ayrı nahiyələrində eyni olmayıb
spesifik formaya malik olur; məs.: beyin qabığının hüceyrələri çox vaxt piramidə bənzəyir, beyincik
qabığında isə armudşəkllidirlər. Bir qayda olaraq insanın onurğa beyninin ön buynuzundakı hərəki
hüceyrələr multipolyar və ya çoxbucaqlı şəkildə olur. Sinir hüceyrələri cisminin ölçüləri də ayrı-ayrı
yerdə müxtəlif olur, bu ölçülər çox geniş diapazonda tərəddüd edir (4-30 mikron). Ən böyük hüceyrələrə
62
insanın beyin qabığında, ən kiçik hüceyrələrə isə beyincik qabığında rast gəlmək olur (dənə-sinir
hüceyrələri). Lakin qeyd etmək lazımdır ki, beyin qabığında, əksinə, kiçik hüceyrələrə və beyincik
qabığında böyük hüceyrələrə (armudabənzər hüceyrələr) də təsadüf olunur.
Sinir hüceyrəsinin daxili quruluşu
Sinir hüceyrəsi cismində neyroplazma (perikarion), nüvə, ümumi və spesifik orqanellər ayırd edilir
[1, s. 155, şək. 17.6]. İnsanın sinir hüceyrəsində adətən bir nüvə olur, çox nadir hallarda isə iki və hətta
çox nüvəyə rast gəlmək olur. Çoxnüvəli sinir hüceyrələri (vegetativ sinir hüceyrələri) vegetativ sinir
sisteminin bəzi nahiyələrində, məsələn, intramural sinir qanqlionlarında (uşaqlıq boynunda, prostat
vəzində və s.) müşahidə olunur. Həmin yerlərdə hüceyrə nüvələrinin sayı bəzən 15-ə qədər çata bilir.
Nüvə çox vaxt girdə olub, qovuqcuğa bənzəyir və hüceyrənin mərkəzində yerləşir, ekssentrik vəziyyətdə
olan nüvəyə az təsadüf olunur. Xromatin az olduğundan nüvə açıq boyanır və onun içərisində nüvəcik
aydın nəzərə çarpır. Nüvəcik adətən iri və bir ədəd olur, bəzən iki ya üç nüvəciyə də təsadüf edilir.
Nüvəcik RNT ilə zəngindir. Nüvə və nüvəciyin böyüklüyü neyronun funksional halından asılıdır; fəallıq
artdıqca onlar böyüyür, nüvəcik miqdarca çoxala bilir.
Elektron mikroskopu vasitəsiləsinir hüceyrəsi nüvəsinin ətrafında tipik iki zar aşkar edilmişdir,
həmin zarların arasındakı məsafə 20 nm-ə bərabərdir. Nüvə zarı üzərində dəliklər vardır.
Sinir hüceyrəsinin sitoplazmatik maddəsi, və ya neyroplazma onun həm cismində, həm də
çıxıntılarında paylanmışdır; hüceyrə cismində o perikarion (pericaryon) adlanır, aksonun plazmasına
aksoplazma, dendritdə isə ona dendroplazma deyilir. Neyroplazmada ümumi xarakterli orqanellərdən
(lövhəli kompleks, mitoxondrilər, hüceyrə mərkəzi, sitoplazmatik top, ribosomlar) əlavə spesifik
orqanellər də (bazofil maddə və neyrofibrillər) vardır; həm də onlar neyroplazmanın müxtəlif yerlərində
miqdarca və quruluşca fərqlənir.
Lövhəli kompleks sinir hüceyrələrində çox yaxşı nəzərə çarpır və heç də təsadüfi deyildir ki, o ilk
dəfə Holci tərəfindən 1989-cu ildə məhz bu hüceyrələrdə kəşf olunmuşdur. İşıq mikroskopunda lövhəli
kompleks bəzi sinir hüceyrələrində nüvə ətrafında yerləşən səbətə bənzəyir, digər hüceyrələrdə, o ayrı-
ayrı hüceyrələrə bölünərək neyroplazmanın demək olar ki, bütün hissəsini (periferik hissədən başqa)
tutur. Bəzi müəlliflərin fikrincə lövhəli kompleksin hissələrə bölünməsi hüceyrənin zədələnməsinin
nəticəsidir.
Neyroplazmada mitoxondrulər çoxdur, onlar həm perikarionda, həm də akson və dendroplazmada
təsadüf olunur. Akson əsasında və sinir çıxıntılarının uclarında, xüsusuiə, neyronarası sinapslar
nahiyəsində mitoxondrlar daha çox olur. İşıq mikroskopunda bunlar dənələr, saplar və çöplər şəklində
görünür.
Hüceyrə mərkəzi sinir sisteminin demək olar ki, hər yerində perikarionda müşahidə edilmişdir.
Əvvəllər bu orqanel yalnız bəzi neyronlarda, o cümlədən beyinciyin bir sıra hüceyrələrində aşkar
edilmişdi; beyin qabığında, habelə onurğa beyni hüceyrələrində hüceyrə mərkəzinin olmadığı zənn
edilirdi. Hal-hazırkı dövürdə bu fikir özünü doğrultmamışdır. İnkişaf etməkdə olan sinir hüceyrələrində
hüceyrə mərkəzi adətən neyritin meydana çıxdığı nahiyədə yerləşir. Definitiv sinir hüceyrələrində isə
buna dendritlərlə nüvə arasında təsadüf olunur, həm də onlar nüvəyə daha yaxın olur.
Sitoplazmatik tor iki konturlu dənəli zarlardan təşkil olunmuş sisternlər, qovuqcuqlar və kanalcıqlar
sistemindən ibarət olub, bir-biri ilə rabitəlidir. Bu strukturların diametri sitoplazmatik torun ayrı-ayrı
yerlərində müxtəlif olub 30-20 nm arasında tərəddüd edilir. Onurğa beyni neyronlarinda kanalcıqlar və
sisternlər müəyyən nizamla düzülmüşdür, digər neyronlarda isə bunlar nisbətən pərakəndə yerləşir.
Hüceyrənin fizioloji halından asılı olaraq sitoplazmatik torun forması və lokalizasiyası dəyişir. Sinir
hüceyrələrinin hamısı ribosomlarla zəngindir. Onlar dənələr şəklində olub, diametrləri 15-35 nm-ə
bərabərdir. Ribosomlarda çoxlu miqdarda RNT və onunla bağlı əsas zülallar vardır. Diferensiasiya
etməmiş sinir hüceyrələrində, yəni neyroblastlarda ribosomların çoxu sərbəst halda olur, bunlar ya tək-
tək, ya da kiçik qruplarla (poliribosomlar şəklində) yerləşir. Yetişmiş sinir hüceyrələrində isə
ribosomların xeyli hissəsi sərbəst deyil, dənəli sitoplazmatik torun tərkibinə daxildir.
Bazofil maddə ( substantio basophila) sinir hüceyrəsinin daimi spesifik strukdurdur. Bu maddə
ədəbiyyatda müxtəlif adlarla məhşurdur: tiqroid və ya pələngvari maddə, Nisel qaymacıqları, ya da
maddəsi və xromatofil maddə [1, s. 154, şək. 17.5]. Bazofil maddə perikarionda, habelə dendritlərdə
63
müşahidə olunur, heç vaxt neyritdə və onun əsasında təsadüf olunmur. İşıq mikroskopunda bu maddə
əsasən boyaqlarla (metilen abısı, tionin və s) rənglənmiş preparatlarda aşkar edilir və dənələr, ya onların
qaymacıq şəklində toplantıları kimi görünür. Belə mənzərə neyroplazmaya ləkəli şəkil verərək onu pələng
dərisinə oxşadır ki, buradan da tiqroid (rusca tiqr – “pələng” və yunanca eidos – “bənzər”) maddə termini
yaranmışdır.
Bazofil maddə haqqında əsl təsəvvür elektron mikroskopunun tətbiqindən sonra yaranmışdır və
müəyyən edilmişdir ki, bu maddə digər hüceyrələrin dənəli sitoplazmatik toruna müvafiqdir [1, s. 155,
şək. 17.6]. Neyroplazmanın bazofil maddəsi aşkar edilən yerləri ribosomlarla zəngin olan nahiyələrdir,
buna əsasən də, bazofil maddə qaymacıqları toplanan nahiyələrdə zülalın fəal sintez olunduğunu
düşünmək olar. Həmin zülal neyronun spesifik funksiyası ilə əlaqədardır. Beləliklə, bazofil maddə
nahiyəsində histokimyəvi cəhətdən RNT-dən əlavə, əsas zülalların olduğu aşkarlanmışdır, burada bəzən
(məsələn, hərəki neyronlarda) qlikogen də aşkar edilir.
Müxtəlif neyronlarda bazofil maddənin morfologiyası eyni deyildir. Məsələn, onurğa beyinin hərəki
sinir hüceyrələrində bazofil maddə böyük qaymacıqlar şəklində olur və bilavasitə nüvə ətrafında daha sıx
yerləşir. Periferiyada və dendritlərdə bazofil maddə kiçik dənələr şəklində olub bir-birindən aralı yerləşir.
Onurğa beyninin hissi neyronlarında isə bu maddənin dənələri daha narın olur və bərabər surətdə bütün
perikarionda (onun periferik ensiz hissəsindən başqa) paylanır. Vegetativ sinir hüceyrələrində də bazofil
maddə narın dənələr şəklində olur, lakin onlar bərabər paylanmır və görünüşcə tora bənzəyir. Belə
mənzərəyə simpatik qanqlionların çoxunda təsadüf olunur. Günəş kələfi qanqlionu hüceyrələrində, habelə
ulduzabənzər qanqlionda əksinə, bazofil maddə kobud qaymacıqlar şəklində nəinki perikarionda, habelə
dendritlərdə də olur.
Bazofil maddənin morfofiziologiyası sinir hüceyrələrinin funksional halından asılı olaraq dəyişir.
Hüceyrənin spesifik fəaliyyəti optimal dərəcədə artdıqda, neyroplazmanın bazofil maddə olan yerləri
daha intensiv boyanır və qaymacıqlar yaxşı nəzərə çarpır. Lakin sinir hüceyrələrinin həddən artıq gərgin
fəaliyyəti zamanı, travma şəraitində (məs.: sinir hüceyrəsi çıxıntıları kəsildikdə), zəhərlənmə zamanı,
oksigen aclığı olduqda və s. şəraitdə bazofil maddə qaymacıqları parçalanır, onların miqdarı azalır və
tədricən əriyib yoxa çıxır. Belə hala xromatoliz, ya tiqroliz deyilir. Bu zaman bazofil maddə əvvəlcə
dendritlərdən, sonra isə perikariondan itir. Xromatoliz prosesində nüvə bir qayda olaraq, ekssentrik
vəziyyət alır. Əgər bu hadisəyə səbəb olan amillər aradan götürülərsə bazofil maddə yenidən bərpa
olunur. Beləliklə, bu maddənin miqdarı, forması və yerləşmə xüsusiyyətləri neyronun funksional halını
əks etdirir.
Neyroplazmada dənəsiz sitoplazmatik tora da təsadüf olunur. O, dar borucuqlar və qovucuqlar
şəklində görünür.
Sinir hüceyrələrinin xarakterizə edən digər spesifik orqanellərə işıq mikroskopunda xüsusi üsulla
(gümüşləmə) hazırlanmış preparatlarda aşkar edilən neyrofibrillər (neurofibrilli) aiddir. Neyrofibrillər
hüceyrənin həm cismində, həm də çıxıntılarda müşahidə olunur. Hüceyrənin cismində, habelə dendritlərin
başlanğıcında neyrofibrillər müxtəlif istiqamətlərdə gedərək çox sıx və incə tor təşkil edir; neyrit və
dendritlərin periferik hissəsində isə onlar boylama istiqamətdə bir-birinə paralel yerləşir. Neyrofibrillər
neyroplazmanın xətti istiqamətdə düzülən zülal molekullarından ibarətdir. Bunlar çox mütəhərrikdir və
sinir hüceyrəsinin oyanma halı dəyişdikdə neyrofibrillər də dəyişir; güclü oyanmalar zamanı onlar hətta
itə bilər.Qış yuxusuna gedən heyvanlarda sinir hüceyrələri cismində neyrofibrillər tor şəklində deyil, ayrı-
ayrı dəstələr şəklində yerləşir.
Qeyd etmək lazımdır ki, neyrofibrillər yalnız optik mikroskopda görünür, elektron mikroskopunda
isə bunların əvəzində çox nazik saplar – neyrofilamentlər (neurofilamenti) və borucuqlar –
neyroborucuqlar (neurotubuli) aşkar edilir [1, s. 39, şək. 5.15]. Neyrofilamentlərin qalınlığı 6,0-10 nm
neyroborucuqların diametri isə 20-300 nm-dir. İşıq mikroskopu üçün hazırlanan preparatda fiksasiya
zamanı saplar və borucuqlar bir-birinə çox yaxın olduğundan onlar bütöv və nisbətən qalın dəstələr
şəklində müşahidə edilir və gümüşlə boyadıqda qara rəng alır.
Neyrofibrillərin funksional əhəmiyyəti dəqiq müəyyən edilməmişdir. Mövcud olan mülahizələrdən
birinə görə neyrofibrillər oyanmanın nəql olunmasında bilavasitə iştirak edir. Bəzi müəlliflərin fikrincə
neyrofibrillər istinad vəzifəsini icra edərək, sinir hüceyrəsinin skeletini (sitoskeleti) əmələ gətirir. Sinir
hüceyrəsinin histokimyəvi tədqiqi göstərmişdir ki, onun hialoplazmasında qlikogen, lipidlər, C vitamini,
64
müxtəlif amin turşuları və s. vardır. Bunlarla yanaşı hialoplazmada və neyroplazmanın zarlı
strukturlarında müxtəlif fermentlər (oksidaza, peroksidaza, fosfataza, fosforilaza, xolinesteraz və s.)
müəyyən edilmişdir. Sinir hüceyrələrində piqment əlavələri də aşkar edilmişdir. Bunlar iki növdür:
melanin və lipofussin. Melanin qara rəngdə olub, müxtəlif ölçülü dənələr şəkilində sinir sisteminin yalnız
bəzi yerlərində (azan sinirin dorzal qanqlionunda, beynin qara maddəsinin və göy yerin neyronlarında)
təsadüf olunur; bu hüceyrələr neyromelanositlər adlanır. Lipoffusin sarı piqment olub, tərkibində lipoid
maddələr vardır və ona kiçik dənələr şəklində, demək olar ki, bütün sinir hüceyrələrində rast gəlmək olur.
Əvvəllər lipofussinin qoca yaşlar üşün xarakter olduğu etiraf olunurdu, indi isə müəyyən edilmişdir ki, bu
piqmentə uşaqlarda da (7 yaşından sonra) təsadüf olunur.
NEYROSEKRETOR HÜCEYRƏLƏR
Neyrosektor hüceyrə, və ya sekretor neyrosit ( neurocytus secretorius) sekretor fəaliyyətə malik
sinir hüceyrəsinə deyilir. Onlar nisbətən böyük multipoliyar sinir hüceyrələridir, perikarionda bazofil
maddənin miqdarı azdır və onlar adətən, periferik hissədə yerləşir. Nüvələri çox vaxt qeyri düzgün
formaya malik olur ki, bu da onların yüksək funksional fəallığını göstərir. Perikarionda və neyritdə
müxtəlif ölçülü sekret dənələrinə təsadüf olunur. Bunlar zülaldan, lipoidlərdən və polisaxaridlərdən təşkil
olunur. Neyrosekret dənələri spirtdə və suda həll olmur. Neyrosekretor hüceyrələr hipotalamusun (görmə
qabaraltının) başlıca olaraq iki nüvəsində – görməüstü və mədəcikyanı nüvələrdə olur. Burada hasil olan
neyrosekret neyritlər vasitəsi ilə hipofizin arxa payına və boz qabar nahiyyəsinə çataraq, orada
kapilyarlara ifraz olunur, həmin sekretlərin tərkibində antidiuretik hormon, oksitosin və vazopressin
müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, hipotalamusun ventromedial, dorsomedial və arkuat
nüvələrində də kicik neyrosekretor hüceyrələr yerləşirlər. Bu hüceyrələr tərəfindən liberin və statinlər
sintez olunurlar.
NEYROQLİYA (NEUROGLİA)
Neyroqliya, ya qliya (yunanca glia – yapışqan deməkdir) neyronlarla birlikdə sinir toxumasını
təşkil edir. Spesifik sinir fəaliyyətini icra edən neyronlardan fərqli olaraq, neyroqliya yardımçı vəzifə
daşıyır. Buraya istinad, trofik, ayrıcı (hüdudi), sekretor və mühafizə vəzifələri aiddir. Neyroqliya,
müxtəlif formaya, vəzifəyə və mənşəyə malik çoxlu hüceyrə elementlərindən ibarətdir. Bu hüceyrələr iki
qrupa bölünür: qliositlər,və qliya makrofaqları.
Qliositlər (gliocyti) əvvəllər makroqliya, qliya makrofaqları (macrophagus) mikroqliya adlanırdı.
Qliositlər sinir borusunun spongioblast adlanan hüceyrələrindən, qliya makrofaqları isə mezinximdən
inkişaf edir. Qliositlər üç növdür: astrositlər, ependimositlər və oliqodendroqliositlər Astrositlər
(astrocyti) çoxlu çıxıntılara malik xırda ulduzşəkilli (yunanca aster-ulduz) hüceyrələrdir. Çıxıntılar şüa
kimi hər tərəfə yayılır [1, s. 153-156, şək. 17.4 və 17.7]. Nüvələri girdə ya oval şəkildə olur və onlarda
nüvəcik müəyyən edilmir. Sitoplazmada adi hüceyrələrdə müşahidə olunan orqanellərə təsadüf olunur.
Lakin sitoplazmatik tor aparat zəif nəzərə çarpır. Çıxıntıların forma və quruluşundan asılı olaraq, əsasən
iki növ astrosit lifli astrositlər (astrociti fibrosi) və plazmatik astrositlər (astrociti plazmatici).müəyyən
edilir;
Lifli ya uzunşüalı astrositlərin çıxıntıları uzun, hamar və zəif şaxəli olur. Bunlar bir-biri ilə
çarpazlaşaraq sıx tor əmələ gətirir ki, bu da beyin üçün istinad vəzifəsini görür. Lifli astrositlər başlıca
olaraq beynin ağ maddəsində yerləşir. Qan damarları ətrafında çıxıntılar genişlənərək hüdudi zar təşkil
edir və onlara qliyavaskulyar zar deyilir.
Plazmatik astrositlər beynin boz maddəsi üçün daha xarakterdir. Bunların çıxıntıları nisbətən qısa,
qalın və çoxşaxəli olur. Sitoplazmada mitoxondrilər çoxdur, buna görə həmin astrositlər istinad vəzifəsi
ilə yanaşı mübadilə prosesində də iştirak edir. Bunlar çox sıx yerləşir, çıxıntılar çarpazlaşaraq keçəşəkilli
zəif struktur əmələ gətirir; bunların ilgəklərində neyronlar yerləşir. Plazmatik astrositlər iri, girdə və az
xromatinli nüvəyə malikdir. Qeyd olunan formalardan əlavə bəzi astrositlər keçid forma təşkil edərək lifli
plazmatik astrositlər ( astrocyti fibroplasmatici) adlanır. Beləliklə, astrositlər mərkəzi sinir sistemi üçün
istinad, trofik və hüdudi funksiya daşıyır.
Ependimositlər və ya ependim hüceyrələri (ependimocti) bir-biri ilə sıx təmas edərək ependim qatı
şəklində beynin bütün mədəciklərini və onurğa beyni kanalını daxildən ötürür [1, s. 153, şək. 17.4]. Aşağı
65
sinif onurğalılarda ependim daha yaxşı inkişaf etmişdir; insanda və digər ali onurğalılarda ependimositlər
inkişafın erkən mərhələlərində böyüklərə nisbətən daha yaxşı nəzərə çarpır.
Ependim hüceyrələri polyarlıq xüsusiyyətinə malikdir, beləki onların apikal və bazal hissələri bir-
birindən fərqlənir. Yeni doğulmuş uşaqlarda hüceyrənin apikal səthində çoxlu kirpiklərə təsadüf olunur,
yaşa dolduqca onlar aradan çıxır və yalnız bəzi yerlərdə, məsələn, orta beynin su yolunda qalır. Ependim
hüceyrələrinin bazal tərəfindən uzun çıxıntılar başlayır, onlar şaxələnərək sinir borusunun bütün
qalınlığını keçir və onun xarici səthində hüdudi zar (membrana limitans glialis extuna) əmələ gətirir.
Erkən yaşlarda ependim hüceyrələri silindrik olur, yaşa dolduqca onlar yastılaşaraq kubabənzər şəkil alır.
Ependim hüceyrələri həm istinad, həm də hüdudi (ayrıcı) vəzifə icra edir. Lakin yaşa dolduqca bunların
istinad vəzifəsi zəifləyir. Bu hüceyrələrin bəziləri sekretor fəaliyyət göstərir, yəni onlar bilavasitə beyin
mədəciklərinə və hətta qana fəal maddələr ifraz edir. Ependimositlər serebrospinal mayenin əmələ
gəlməsində də iştirak edir.
Elektron mikroskopu vasitəsilə, ependim hüceyrələrinin bazal səthində sitolemma çoxsaylı və dərin
büküşlər əmələ gətirməsi, apikal səthində isə kirpiklər əvəzində sitoplazmatik çıxıntılar olur.
Sitoplazmada iri mitoxondrilər və müxtəlif əlavələr (lipidlər, piqmentlər) təsadüf olunur.
Oliqodendroqliostlər və ya oliqodendroqliya hüceyrələri (oliqodendroqliocyti) neyroqliyanın ən çox
yayılmış hüceyrələri olub, həm mərkəzi, həm də periferik sinir sistemində müşahidə edilir. Onlar boz
maddədə əsasən neyronun cismi ətrafında yerləşir, ağ maddədə və periferik sinirlərdə neyronun
çıxıntılarını xaricdən əhatə edərək sinir liflərini əmələ gətirir və nəhayət qeyri-sərbəst sinir uclarının
əmələ gəlməsində iştirak edir. Boz maddədə olan oliqodendroqliya hüceyrələri xırda olub, qısa və zəif
şaxəli çıxıntılara malikdir; çıxıntılarının qısalığı və azlığı ilə onlar astrositlərdən fərqlənir. Adətən,
hüceyrələrin cismi oval ya çoxbucaqlı şəkildə olur. Periferik sinir düyünlərində onlar qanqlioz hüceyrələri
hər tərəfdən əhatə edir və manti hüceyrələri (satellitlər) adlanır.
Elektron mikroskopu vasitəsi ilə oliqodendroqliya hüceyrələrində yaxşı nəzərə çarpan sitoplazmatik
tor müəyyən edilmişdir, bu isə, həmin hüceyrələrin zülal və lipid sintezində iştirak etdiyini göstərir.
Sitoplazmanın elektron sıxlığına görə oliqodendroqliya hüceyrələri sinir hüceyrələrinə çox oxşayır, lakin
neyrofilamentlərin olmaması ilə onlardan fərqlənir.
Oliqodendroqliya sinir toxuması üçün mühüm əhəmiyyətə malikdir. Onlar trofik fəaliyyətlə yanaşı
sinir liflərində ayrıcı (hüdudi) və istinad vəzifələrini görür, həmin liflərin regenerasiya prosesində iştirak
edir. Sinir uclarında oliqodendroqliya hüceyrələri qıcıqların qəbul edilib sinir impulsuna çevrilməsində və
onun sinir lifinə ötürülməsində də iştirak edir. Həmçinin, bu hüceyrələrdə zülal və lipidlərin sintezi baş
verir.
Qliya makrofaqları və ya mikroqliya, ya mezoqliya, ya da Horteq hüceyrələri, qeyd olunduğu kimi,
mezenxim mənşəli olması ilə bütün digər qliya hüceyrələrindən fərqlənir. Bunlar girdə və ya ovalşəkilli
hüceyrələr olub, 2 ya 3 qısa çıxıntılara malikdir. Çıxıntılar iki və ya üç sıra şaxələrə bölünür. Nüvələri çox
vaxt girdə görünür, xromatin az olduğundan açıq rəngə boyanır və nüvəciklər aydın nəzərə çarpır. Qliya
makrofaqları faqositoz qabiliyyətinə və amöbvarı hərəkətə malikdir. Faqositoz prosesində və
qıcıqlanmalar zamanı çıxıntılar hüceyrəyə doğru dartılır və nəticədə girdələşərək dənəli kürələr adlanır.
Qliya makrofaqları toxumanın dağılmış elementlərini və müxtəlif yad maddələri udur.
SİNİR LİFLƏRİ (NEUROFİBRAE)
Mərkəzi sinir sisteminin ağ maddəsinin və bütün periferik sinirlərin əsas quruluş və funksional
elementini sinir lifləri təşkil edir. Sinir lifinin əmələ gəlməsində sinir hüceyrəsinin çıxıntıları (akson ya
uzun dendritlər) və qliya elementləri (oliqodendroqliya) iştirak edir. Sinir hüceyrəsinin çıxıntısı hər bir
sinir lifinin əsasını təşkil edir və ox silindr (cylindraxis) adlanır; oliqodendroqliya hüceyrələri ox silindri
qişa kimi əhatə edir lemmositlər (lemmocyti) adlanır. Əvvəllər lemositlərə Şvann hüceyrələri və onların
əmələ gətirdiyi qişaya Şvann qişası deyilirdi. Beləliklə, sinir hüceyrəsinin çıxıntısı onu örtən qişalarla
birlikdə sinir lifi adlanır. Sinir sisteminin müxtəlif nahiyyələrində sinir lifini örtən qliya qişasının
quruluşu eyni deyildir, bəzi yerlərdə o sadə, digər yerlərdə isə çox mürəkkəb quruluşa malikdir. Buna
müvafiq olaraq sinir lifləri başlıca olaraq iki qrupa bölünür: mielinli və mielinsiz sinir lifləri. Sinir
liflərinin quruluşu haqqında daha düzgün təsəvvür elektron mikroskopunun tətbiqindən sonra əldə
edilmişdir.
66
Mielinsiz sinir lifləri (neurofibra amyelinta)
Mielinsiz sinir lifi ox silindrdən və yalnız bir qişadan nevrilemmadan ibarətdir. Nevrilemma ox
silindr boyu bir-birinə sıx söykənmiş lemmositlərin sitoplazmatik uzantısıdır. Onların nüvələri uzununa
dartılmış oval şəkildə bir-birindən müəyən məsafədə ox silindr boyu yerləşir [1, s. 160-162, şək. 17.11-
17.13]. Mielinsiz sinir lifləri adətən poliaksial liflər olur. Poliaksial sinir lifində bir neçə, bəzən 20-yə
qədər silindr müəyyən edilir. Bu liflərin quruluşunu elektron mikroskopunda onların köndələn kəsiyində
daha aydın görmək olar. Qeyd etmək lazımdır ki, ox silindr heç vaxt lemmositin sitoplazmasının
içərisindən keçmir və onun qişasına yalnız xaricdən təmas edir [1, s. 161-162, şək. 17.12-17.13]. İnkişaf
prosesində ox silindr sitolemma ilə birlikdə lemositin içərisinə doğru basılır və bu zaman sitolemma ox
silindri hər tərəfdən əhatə edərək iki qatdan ibarət müsariqəşəkilli büküş əmələ gətirir. Bu büküşə
Dostları ilə paylaş: |