N Ə T İ C Ə
Azərbaycan mədəniyyəti və incəsənəti tarixin bütün dövr-lərində
milli adət və ənənələrlə bağlı olmuş, xalq yaradıcılığı mənbələrindən
qidalanmışdır. Milli adət və ənənələrimiz şifahi ensiklopedik toplu
kimi mədəni irsimizin, bədii-estetik fikir tariximizin incilərini özündə
qoruyub saxlaya bilmişdir. Həmçinin, dini mənəvi dəyərlərimiz də
adət və ənənələrin şifahi yaddaşında əbədiləşmişdir. Bu baxımdan adət
və ənənələrin bədii-emosional hissin formalaşmasında və inkişafında
da rolu əvəzsizdir.
Adət və ənənələr tədqiqat obyekti kimi mənəviyyatın bütün
sahələrini özündə birləşdirdiyindən bir və ya bir neçə araşdırma
çərçivəsinə sığmır. Burada mövzu rəngarəngliyi, müxtəlif kontekstlərə
aid olan elmi tədqiqat istiqamətləri vardır. Hətta bizim tərəfimizdən
araşdırılmasına cəhd olunan “Azərbaycan milli adət və ənənələrinin
bədii-estetik mahiyyəti” mövzusu da bir tədqiqat əsəri həcminə
sığışmır. Çünki məqsəd estetik dəyərlərin bədii-emosional
əhəmiyyətini təkcə adət və ənənələr zəminində izah etmək deyil, eyni
zamanda mədəniyyət və incəsənət sahəsində mövcud olan tarixi
varislik proseslərinin, irsi təcrübədən müasir yaradıcılıq prosesində
bəhrələnmənin faktiki mənbələrinin araşdırılmasından ibarətdir. Digər
tərəfdən, Azərbaycan siyasi mühiti və həyat tərzi dəyişmişdir. Yeni
quruluşun mədəniyyət və incəsənəti də ideoloji məhdudiyyətlər
məngənəsindən çıxmış, müstəqil demokratik inkişaf yoluna qədəm
qoymuşdur. Məhz bu səbəbdən də həm mədəniyyət və incəsənətdə,
həm də insani münasibətlərin mənəvi əsasını təşkil edən adət və
ənənələrdə modernləşmənin baş verməsi məhz tarixi zərurətdən
286
meydana çıxmışdır. Azər-baycanın bu gün dünya ölkələri ilə sərbəst
mədəni əlaqələr qurmaq imkanları genişləndikcə mənəviyyatımıza
xarici mədəniyyətlərin təsiri də artmaqdadır. Hətta dünyanın bəzi
ölkələri yaranmış dini azadlıq faktorundan istifadə edərək yenicə müs-
təqillik əldə etmiş ölkəmizin insanlarını özlərinin dini-ideoloji
tərəfdaşına çevirməyə cəhd göstərirlər. Əhalinin müəyyən müsəlman
olan qrupları arasında xristianlaşdırma, vəhabiləşdirmə və s. kimi
dinimizə ziddi olan siyasətlər aparırlar. Hazırda azərbaycanda
müxtəlif Qərb yönümlü missioner təşkilatları fəaliyyət göstərir ki,
onlar təmsil olunduqları Qərb dövlətlərinin maraqlarına uyğun olaraq
dini-milli mənsubiyyətimizə əks olan adət-ənənələrin, vərdiş və
etiqadların yayılmasına çalışırlar. Sözsüz ki, xarici dövlətlərin
ölkəmizə mədəniyyət və incəsənət vasitəsi ilə təcavüzü insan-
larımızda milli mənsubiyyətimizə yad olan estetik duyumun, əxlaqi
keyfiyyətlərin formalaşmasına gətirib çıxarır. Bu da insanların
davranışında milli ənənəvi xüsusiyyətləri sıxışdırır, özgələşmək, milli
adət və ənənədən uzaqlaşma prosesini sürətləndirir. Məsələn, Qərb
ölkələrində istehsal olunmuş və milli əxlaqımıza yad olan
kinofilmlərin, mahnı – kliplərin tele-viziya kanallarında ardıcıl olaraq
hər gün nümayiş etdirilməsi insanlarımızın psixologiyasında mənəvi
aşınmalar yaradır. Onlar get-gedə milli-ənənəvi xüsusiyyətləri
zəiflədir və nəinki adi vətəndaşları, eyni zamanda mədəniyyət və
incəsənət xadimlə-rimizi də mənəvi-əxlaqi kökümüzdən uzaqlaşdırır.
Məhz bu səbəbdən də Azərbaycanın bir çox müğənniləri milli adət və
ənənələrimizə, mentalitetimizə xas olmayan, milli-etik normalara
uyğun gəlməyən kliplər çəkdirirlər. Beləliklə də, dünya mədəniyyətinə
inteqrasiya prosesi milli-etik normalar çərçivəsindən çıxır. Təbii ki,
287
bu cəhətlər musiqimizə, teatrı-mıza, xoreoqrafiyamıza, təsviri
incəsənətimizə, mədəni-əyləncəli tədbirlərimizə və s. mənəvi
dəyərlərimizə yad təsirini göstərə bilir.
Lakin tarixən əxlaqımıza daxil olmuş adət və ənənələrimiz
əhalinin böyük əksəriyyətini milli əxlaq normalarımıza uyğun olmayan
yad mədəniyyətlərə aludə olmaqdan çəkindirir. Adət və ənənələr milli
mənsubiyyətimizin qoruyucuları kimi yad meyllərlə üz-üzə dayanır,
milli-əxlaqi dəyərlərin mənəvi daya-ğına çevrilir. Məhz bu baxımdan
milli adət və ənənələrimizin qorunması və inkişaf etdirilməsi üçün
həmin sahəyə həsr olunan elmi tədqiqatların müasir keçid
mərhələsində böyük əhəmiyyəti vardır. Tərəfimizdən işlənilən tədqiqat
əsəri də adət və ənənələrimizin əhəmiyyətinin təbliği və dərk olunması
üçün gərəklidir.
Adət və ənənələrimizin məzmunu bütün dövrlərdə insan amili ilə
zənginləşmiş, elə buna görə də onlar milli-əxlaqi dəyərlərin
daşıyıcıları kimi həmişə tərbiyə mənbəyi, elmi-tədqiqat obyekti olaraq
diqqəti cəlb etmişdir. Çünki “insan amilinin daima diqqət mərkəzində
olması və təkmilləşdirilməsi, mənəvi tərbiyənin aşılanması əsaslı
dərəcədə mədəniyyət müəssisələrində asudəvaxtın səmərəli və
məzmunlu təşkil edilməsindən daha çox asılıdır” [16, 06.02.1998].
Asudəvaxtın məzmununu isə tarixi təcrübə və bədii dəyərlərlə zəngin
olan adət və ənənələrimizlə dolğunlaşdırmaq mümkündür. Elə təkcə
Novruz bayramının ölkəmizin hər yerində təntənəli şəkildə qeyd
olunması milli-ənənəvi xüsusiyyətləri qoruyub saxlamağın bariz
nümunəsidir. Belə ki, Novruz bayramı Azərbaycan xalqının ən qədim
milli-mənəvi və əxlaqi dəyərlərini özündə əks etdirir. Bu bayram
Azərbaycan xalqının məişətində, el ədəbiyyatında, incəsənətində
288
etnoqrafiyasında xüsusi yer tutur. Novruzla bağlı sayagəlməz ədəbi
nümunələr var. Bu, xalqın Novruz bayramına olan ruhi, əxlaqi,
iqtisadi, siyasi bağlılığın nəticəsidir. Onu da qeyd edək ki, başqa milli,
ənənəvi, dini bayramlarımız ədəbi-bədii, etnoqrafik xüsusiyyətli
materiallarla zəngindir. İndiyə kimi bir çox milli-dini bayramlarımızın
bədii-emosional nümunələri tədqiq edilməmiş, mədəniyyət
müəssisələrinin fəaliyyətində onlara yer verilməmişdir.
Apardığımız tədqiqat işində Azərbaycan adət və ənənələrindəki
bədii nümunələrin əhəmiyyətinə kompleks şəkildə yanaşılır və onların
yaşaması, nəsildən-nəslə ötürülməsi üçün konkret tövsiyələr verilir.
Məlum ictimai-siyasi səbəblərə görə milli və dini dəyərlərin obyektiv
şərhinə qoyulan qadağalar aradan qaldırılır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra milli və dini
mədəniyyətimizin öyrənilməsi istiqamətində çox uğurlu elmi işlər
görülmüşdür. Məmməd Əmin Rəsulzadənin, Əlibəy Hüseynzadənin,
Əlimərdan Topçubaşovun və başqalarının mədəni irsinə aid tədqiqat
əsərləri yazılmışdır. Hacı Sabir Həsənli, Vasim Məmmədəliyev və
başqa dinşünas alimlər tərəfindən İslam mədəniyyətinə aid maraqlı
tədqiqat əsərləri çap olunmuşdur.
Eyni zamanda milli-mədəni mentalitetimiz haqqında da fikirlər
elmi ədəbiyyata çıxarılmışdır.
Təqdirəlayiq haldır ki, son zamanda Azərbaycan alimlərinin
mentalitet problemi ilə bağlı yazıları dərc olunmaqdadır. Fəlsəfə
elmləri doktoru Ə.Tağıyevlə fəlsəfə elmləri namizədi Q.Əliyevin
müştərək yazmış olduqları “Kulturologiya” (dərs vəsaiti), fəlsəfə
elmləri doktoru, professor Ağayar Şükürovun “Kulturologiya” dərsliyi
bu yönümdə uğurlu addım kimi qiymətləndirilməlidir. Hər iki əsərdə
289
mentalitet anlayışının mahiyyəti açıqlanır, mentallıq mədəniyyət tipi
kimi verilir.
Adət və ənənələr milli mentaliteti formalaşdıran əsas amillərdən
biri kimi qiymətləndirilir.
Bildiyimiz kimi, qədim dövrlərdən başlayaraq indiyə qədər bütün
türk dünyasında baharın gəlişi bilavasitə təbiətin oyanışı, dastanlarda,
nağıllarda, şerlərdə, aşıqların avazında, el nəğmələrində isə
şadlanmaq, gülmək, sevinmək, nura və çiçəklərə qərq olmaq,
bəzənmək və şux görünmək ənənəsi kimi başa düşülmüşdür. Məhz
xalqımıza məxsus olan bu xüsusiyyət onun bədii-estetik duyğularını
zaman-zaman formalaşdırmış, bayramlar keçirmək
ənənələri
yaratmışdır. Həmin ənənələrin davamı olaraq indi də Azərbaycanın
paytaxtı Bakıda və başqa rayon və şəhərlərimizdə sazlı, sözlü, nəğməli
“gül” bayramları keçirilir, yaşıllıqlar salınır, gözəlliklər yaradılır.
Azərbaycan xalqı müsəlmanlığı qəbul etdikdən sonra da əvvəlki
adət və ənənələrinin çoxunu qoruyub saxlaya bilmişdir. Bir sıra
mövsüm bayramlarının keçirilmə vaxtı “Avesta” təqviminə əsasən
dəqiqləşdirilmiş, onlar fəsillərin xüsusiyyətlərinə uyğun olaraq
nizamlanmışdır. Məhz bu nizamlama insanların təbiətə
uyğunlaşmasına, onların həyat vərdişlərinin tənzimlən-məsinə kömək
etməklə yanaşı, mənəvi düşüncələrinə və mədəni fəaliyyətlərinə də
təsir etmişdir. Nizamlı şəkildə keçirilən bay-ramlarımızın mənəvi
mühitində ənənəvi milli mədəniyyətimiz formalaşmışdır. Onlar nəinki
əsrlər boyu inkişaf edən xalq yaradıcılığına öz təsirini göstərmiş, eyni
zamanda peşəkar incəsənətin təşəkkül etməsində də böyük əhəmiyyət
kəsb etmişdir. Bütün bunlar bu və ya digər formada tədqiqat əsərində
öz əksini tapmışdır.
290
Tədqiqatın qarşıya qoyduğu vəzifəyə uyğun olaraq adət və
ənənələrimizdə xüsusi əhəmiyyət kəsb edən bədii-estetik nümunələr
araşdırılarkən çoxəsrlik mədəniyyət və incəsənətimizin müxtəlif tarixi
inkişaf mərhələlərinə də diqqət yetirilmiş, onların ayrı-ayrı sahələri,
janrları, növləri, formaları təhlil olunmuşdur. Araşdırmalar göstərir ki,
hətta müasir beynəlxalq incəsənət cərəyanlarına, inkişaf etmiş
ölkələrin yeni texnologiya əsasında fəaliyyət göstərən mədəni-kütləvi
iş təcrübəsinə əsaslanma meylləri olduqda da sənətkarlarımız və
mədəniyyət xadimlərimiz milli ənənəvi xüsusiyyətlərdən uzaq
düşmürlər. Əksinə olaraq, beynəlxalq təcrübə əsasında milli-ənənəvi
mədəniyyət və incəsənətimizi zənginləşdirməyə cəhdlər edilir. Bu da
ənənənin irsi davamlılığını təsdiqləyən əsas amillərdən biri kimi
qiymətləndirilir. Nəticədə müəyyən olur ki, adət və ənənələr çox geniş
funksional mahiyyət kəsb edir, insanın fəaliyyətini, onun həyat
tərzinin mühüm komponenti, tərkib hissəsi kimi bir sıra sosial-mədəni
amilləri özündə
birləşdirir.
291
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
1.
Abbasov N. Elmi araşdırmalar, IV toplu, Filologiya,
tarix, incəsənət. Bakı, “Elm”, 2001.
2.
Abdullayev O. Sosial fəallıq və yeni adət-ənənələr. Bakı,
Azərnəşr, 1987.
3.
Aslanov A. İncəsənət və tərbiyə. Bakı, “Gənclik”
nəşriyyatı, 1967.
4.
Aslanov A. Estetika aləmində. Bakı,“Yazıçı”, 1987,245 s.
5.
Aslanlı M. Fiziki mədəniyyət və mənəvi kamillik. Bakı,
“Maarif”, 1993.
6.
Alışanov Ş. Sözün estetikası. Bakı, “Elm”, 1994.
7.
Allahverdiyev M. Azərbaycan xalq teatrı tarixi. Bakı,
Azərnəşr, 1978.
8.
Алпатов М.В. Всеобщая история искусств. том I.
Москва – Ленинград, 1948.
9.
Ağayev R. Azərbaycanda bədii xalq yaradıcılığının inki-
şaf mərhələləri. Bakı, İnform-servis, 1992.
10.
Ağayev R. Müasir Azərbaycan xalq teatrları, Bakı, “Yazı-
çı”, 1979.
11.
Ağamalı F. XVIII əsrin II yarısı – XIX əsrin əvvəllərində
Qüzey Azərbaycan xanlıqlarının sosial-iqtisadi vəziyyəti.
Bakı, “Azərbaycan ensiklopediyası”, 1999, “Qızıl Şərq”
mətbəəsi.
12.
Адам М. Мусульманский ренессанс. Баку, Наука, 1992.
13.
«Bakı şəhərindəki dənizkənarı Bulvara Milli park statusu
verilməsi haqqında» Azərbaycan Respublikası
292
Prezidentinin fərmanı, Bakı şəhəri, 29 dekabr 1998.
«Azərbaycan» qəzeti, 30 декабр, 1998.
14.
Azərbaycan Uşaq Fondunun Nizamnaməsi, Bakı,
Azərbaycan МЕА-нын Geologiya İnstitunun mətbəəsi, 27
dekabr 1991 il.
15.
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, «Şur»
nəşriyyatı, 2000-ci il.
16.
Azərbaycan Respublikasının «Mədəniyyət haqqında»
qanunu. «Azərbaycan» qəzeti, 18 апрел, 1998.
17.
Azərbaycan Prezidentinin gənclərlə görüşü. Bakı,
«Sabah» nəşriyyatı, 1997.
18.
Azərbaycan incəsənəti.Bakı,“İşıq” nəşriyyatı, 1992.
19.
Axundov M.F. Kəmalüddövlə
məktubları. Bakı,
“Azərnəşr”, 1969.
20.
Adilov M. Niyə belə deyirik. Bakı, Azərbaycan Dövlət
nəşriyyatı, 1982.
21.
Aristotel. Poetika. Bakı, Azərnəşr. 1974.
22.
Azərbaycan folkloru antologiyası. Bakı, Elm, 1968.
23.
Бертельс Е.Э. Низами и Фюзули. Изд.вос.литературы,
М., 1962.
24.
Большаков О.Г. История халифата. Ислам в Аравии.
М., Наука, 1989.
25.
Буров А. Об архитектуре. М., 1958, с.111,
26.
Bülbül. Seçilmiş məqalə və məruzələri. Bakı, Azərnəşr,
1968, 227s.
27.
Vətənə, dövlətə, xalqa sədaqətин parlaq nümunəsi. Bakı,
Azərnəşr, 1998.
293
28.
Cəfərov N. Milli-ictimai fikir tariximizdən. (1914 fevral,
1917), Bakı, Azərnəşr, 1993.
29.
Cəfərov C. Azərbaycan teatrı. Bakı, «Elm», 1974.
30.
Cавадов Q. Azərbaycanda el köməyi adətləri. Bakı,
«Ozan», 1993.
31.
Чернышевский Н.Г. О поезии сочинения Аристотелья –
«Философские сочинения», М., 1938.
32.
Чечетин А.И. Основы драматургии театрализованных
представлений, М., 1981.
33.
«Декоративное искусство в СССР» журнал, № 6, 1959.
34.
Estetik tərbiyə. Bakı, Maarif nəşriyyatı. Bakı, 1972.
35.
El sənətkarlarımız. Xanəndə Adil ürəkləri fəth edir.
“Mədəniyyət” qəzeti, 5 iyun, 2001-ci il.
36.
Əfəndiyev T.İ.Hüseyn. Cavidin ideyalar aləmi, Bakı,
«Yazıçı» 1985.
37.
Əfəndiyev R. Azərbaycanın bədii sənətkarlığı dünya
muzeylərində, Bakı, «İşıq» 1980.
38.
Əfəndiyev R. Azərbaycan xalq sənəti. Bakı, «İşıq», 1960.
39.
Əfəndiyev A. Qəm və üsyan. “Ulduz” jurnalı, № 8, 1970.
40.
Ələkbərov S. İncəsənət və estetika. Bakı, АДУ, 1992.
41.
Əlizadə M. Teatr: Seyr və sehr. Bakı, «Elm», 1998.
42.
Əlibəyzadə E. Qədim dünyamızın ulu kitabı.
“Azərbaycan” qəzeti, 1990, 2 noyabr, № 43 (55).
43.
Əmirxanov S.A. Yuxarı sinif şagirdlərinin estetik
tərbiyəsinin formalaşmasına incəsənət muzeylərindən
istifadənin təsiri. (Avtoreferаt) Bakı, Biznes
Universitetinin nəşriyyatı, 1997.
294
44.
Əmirxanov S.A. Muzey və məktəbli dünyagörüşü. Bakı,
Biznes Universitetinin nəşriyyatı, 2001.
45.
Ənənə və müasirlik. (Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət universitetində nəşr olunan metodiki göstəriş)
Bakı, ADMİU, 1996.
46.
Ömərova H. Alman kino tarixi. Bakı, “Ozan”, 2000.
47.
Uşaq hüquqları konvensiyası. BMT-nin insan hüquqları
mərkəzi. İnformsiya toplusu, Bakı, 1996.
48.
Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının
qanunu. Bakı, 1998.
49.
Həmkarlar İttifaqı klubu, mədəniyyət sarayı və evi
haqqında Əsasnamə. Bakı, «Ülfət» qəzeti, 13 dekabr,
1996 (Əsasnamə AHİK-nin 25.10.1996-jı il tarixli qərarı
ilə 586.2 № li protokol ilə təsdiq edilmişdir).
50.
Haqverdiyev Ə. Seçilmiş əsərləri, Il cild, Bakı, «Elm»,
1957.
51.
Haqverdiyev T.Ş. Bədii-kütləvi işin təşkili və metodikası,
Bakı, ADU nəşriyyatı, 1992.
52.
Haqverdiyev T.Ş. Abidələr tarixin sirdaşıdır. Bakı,
“Gənclik”, 1982.
53.
Hacıbəyov Ü. Сечилмиш əsərləri, II cild, Bakı, 1965.
54.
Həsənov K. Qədim Azərbaycan xalq rəqsləri, Bakı,
«İşıq», 1983.
55.
Həsənli S. İslam mədəyyətində elm. Bakı, «Nərgiz»,
1998.
56.
Hüseynov Q. Milli qürur hissi, Bakı, Azərnəşr, 1991.
57.
Hüseynov İ. Adət və ənənələr mənəvi əxlaqi dəyərlər kimi
(metodik vəsait), Bakı, « Nərgiz», 2000.
295
58.
Hüseynov
İ. Mədəniyyətin aktual problemləri.
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət
Universitetinin elmi məqalələr məcmuəsu. Bakı, ADMİU,
2000-ci il.
59.
Hüseynov İ. Kulturoloji ədəbiyyatda mentalitet problemi.
Azərbaycan Elmlər Akademiyası fəlsəfə və hüquq
institutunun “Ekologiya, fəlsəfə, mədəniyyət” elmi
məqalələr məcmuəsi. Bakı, “Elm”, 1999.
60.
Hüseynov İ. Asudəvaxt mədəniyyətinin tərbiyə edilməsi
sahəsində başlıca məqsəd və vəzifələr (metodik göstəriş),
Bakı, « Nərgiz», 2000.
61.
Həsənov Ə. Azərbaycanın xarici siyasəti: Avropa
dövlətləri və ABŞ, Bakı, «Bilik», 1998.
62.
Xalqımızın deyimləri və duyumları, Bakı, Azərnəşr,1986.
63.
Xəlilova F. Adət və ənənələr, Bakı, Azərnəşr, 1986.
64.
Xudiyev N. Radio, televiziya və ədəbi dil. Bakı,
Azərnəşr, 2001.
65.
“Xəzər” jurnalı, 1990, № 2.
66.
Искусство Азербайджана,том II,Баку, Наука,1949.
67.
İsmail Tunali. Sanat ontolojisi, İstanbul, 1965.
68.
Жарков А.Д. Клуб в дни всенародных праздников, М.,
1983.
69.
Каган М.С. Философия культуры. Санкт-Петербург,
1996.
70.
“Кузница”журнал № 7, Москва, 1921.
71.
Kelli J.R. Leisure Identities and Inderactions. London,
1983.
296
72.
Кротова Ю.Н. Педагогика досуга в англоязычных
странах. Санкт-Петербург. 1994.
73.
Коменский Я.А. Материнская школа. М., 1947.
74.
Клинтон Б. Америка конца ХХ века. М., Институт
США и Канады, 1993.
75.
Klubşünaslıq. Bakı, “Maarif”, 1984.
76.
Kərimov K. Azərbaycan miniatürləri, Bakı, Elm, 1980.
77.
Kərimov İ. Azərbaycan – Türkiyə teatr əlaqələri, Bakı,
“Nağıl evi”, 2000.
78.
Qasımzadə F., Hacıyev T. Avestadan bu günədək, Bakı,
«Bilik», 1982.
79.
Qasımzadə F.F. Novruz – bahar bayramı. Bakı, «Bilik»,
1989.
80.
Qurbanov B. Estetika aləminə səyahət, Bakı, «Elm»,
1977.
81.
Qurbanov B. Mənəvi saflıq dünyası. Bakı, Azərnəşr,
1989.
82.
Qurbanov B. “Musiqinin bədii-estetik məsələləri”, Bakı,
“Ağrıdağ” nəşriyyatı, 2000.
83.
Qaraoğlu. Azərbaycan dastanları, Bakı, Azərnəşr, 1977.
84.
Гегель. Эстетика, томI, М., 1968.
85.
Гегель. Эстетика, томIII, М., 1968.
86.
Qısa estetika lüğəti, Bakı, Azərnəşr, 1984.
87.
Гуревич П.С. Культурология. М., «Гардарики», 1999.
88.
Грубер Р.И. Всеобщая история музыки. М., Изд.
«Искусство».
89.
Qorki M. Ədəbiyyat haqqında. Bakı, Azərnəşr, 1950.
297
90.
Quliyev H.A., Məmmədov Ə.S. Azərbaycan adət və
ənənələri. Bakı, Azərnəşr.
91.
Qurbanlı M. Sülhə gedən yol. Bakı, “Ozan”, 2000.
92.
Лосов А.Ф. Эстетика возраждения. М., 1978.
93.
Лотман А.Д. Философская мысль независимый Индии.
М., «Знание», 1966.
94.
Липис Ю. Происхождение вешей. Из истории культуры
человечества. М., 1954.
95.
Lettenmair J.G. Das grosse Orient – Teppich – Buch
Munchen, 1969.
96.
Леонтьев А.А. Общежитие как психологические
исследовательской обьект. М., 1984.
97.
Майкл Э. Туризм-крупнейшая мировая индустрия.
Журнал «Экономист», март, 1991, № 776.
98.
Məmmədov Ə. Milli adət və ənənələr. Bakı, “Mars Print”
nəşriyyatı, 2000.
99.
Məmmədov Ə. Mədəni fəaliyyətin diфferensial təşkili.
Bakı, “Mars Print” nəşriyyatı, 1998.
100.
Makarenko A.S. Seçilmiş pedaqoji əsərlər. “Azərbaycan
məktəbi” jurnalının nəşri, Bakı, 1950.
101.
Миллс Р. Властвующая элита, М., 1959.
102.
Mirzəcanzadə A.X. Yaradıcılıq haqqında düşüncələr.
Bakı, «Yazıçı», 1984.
103.
Muradxanov M.M. A.S.Makarenkonun pedaqoji irsi və
ondan Azərbaycanda istifadə edilməsi təcrübəsi, Bakı,
«Yazıçı», 1965.
298
104.
Məmmədbəyova İ. Müstəqil Azərbaycan Respublikasında
mədəni asudəvaxt: ənənə və varislik (metodik vəsait)
ADMİU-nun nəşri, Bakı, 2001.
105.
Məmmədov Ə.S. Kommunis şüurunun formalaşmasında
yeni adət və ənənələrin rolu. Bakı, Azərnəşr, 1972.
106.
Mirzəxanov F. Zəhmətkeşlərin ateist tərbiyəsində yeni
adət və ənənələrin rolu. Bakı, Azərnəşr, 1976.
107.
Məmmədov X. “Simmetriya və sənət”. “Qobustan”
incəsənət toplusu № 1, Bakı, 1970.
108.
Mədəniyyət və incəsənətin ümumnəzəri problemləri
(elmi-metodik məqalələr tоplusu). Bakı, ADMİU, 1998.
109.
Mədəni maarif işi. Bakı, Мaarif; 1974, s 7.
110.
“Mədəni maarif” jurnalı, № 6, 2000.
111.
Məmmədov M. İncəsənət və diн. Bakı, Azərnəşr, 1971.
112.
Морган Л.Древнее общество. Ленинград, 1934.
113.
Маркс К., Энгельс Ф, М., Соч., т1.
114.
Melehet Örgü. “Şer ve musiki” Şer ve plastik sanatlar.
Sanatla dünya görüşü. Ankara Universiteti. Dil ve Tarih-
Coğrafya fakultesi aylmları № 855 konfranslar serigi,
L.Pulhan matbaasi, İstanbul, 1946.
115.
«Наука и религия» журнал, 1967, № 5.
116.
Новикова И.А. Организация досуга подрастающего
поколения в США: Традиция и современность. Санкт-
Петербург, 1991.
117.
Наджафов М. Азим Азимзаде, Баку, Азернешр, 1965.
118.
Nəbiyev A. El nəğmələri, xalq oyunları, Bakı, Azərnəşr,
1988.
119.
Nəbiyev A. İlaxır çərşənbələr, Bakı, Azərnəşr, 1992.
299
120.
Понамарев В.Д. Формирование культуры игры в
праздничных отдыха (Канд.диссертация), Санкт-
Петербург.
121.
Платон, Федр. Сочинения, в. 3-х томах, М., 1910, т.II.
122.
Плеханов Г.В. «Литература и эстетика» том1, М.,
1958.
123.
Плеханов Г.В. Искусства и литература, М., 1948.
124.
Почта Ю.М. Возникновение ислама мусульманского
общество (философско-методологический анализ), М.,
1993.
125.
Pilberg F. Muzik in der Sowietunion. Kеln, 1965.
126.
Roma ədəbiyyatı müntəxəbatı. Bakı, Maarif, 1967.
127.
Rzayev N. “Novruz” türkçülüyümüzün tarixi yadigarı.
“Yeni mцsavat” qəzeti, 1995, 17 mart, № 10 (150).
128.
Sadıq bəy Əfşar. Qanun üs-süvər. Bakı, “Elm”, 1971.
129.
Siracəddin Hacı. Milli düşüncəmizin qaynaqları – Bahar
bayramı”, 525-ci qəzet, 12 mart, 1997.
130.
Süleymanov M.A. M.Ə.Rəsulzadə
və Azərbaycan
mədəniyyəti (namizədlik dissertasiyası), Bakı, 2000,
Mədəniyyət və İncəsənət Universitetinin kitabxanası.
131.
Süleymanov M.A. Novruz (metodik vəsait), Bakı,
ADMİU, 1998.
132.
Sadıqov A. Asudəvaxt və mənəvi-estetik tərbiyə.
“Mədəni-maarif işi” jurnalı. 1990, № 2.
133.
Səttarov M.M. Dini ayinlər və xalq adətləri haqqında.
Bakı, Azərnəşr, 1965.
134.
Sultanov Ş., Sultanov K. Ömər Xəyyam. Bakı,
“Gənclik”, 1991.
300
135.
Смирнова Е.И. Теория и методика организации
самодеятельного творчества трудящихся в культурно-
просветительных учреждениях. М., «Просвещение»,
1983.
136.
Seyidov M. “Varsaq, ozan, aşıq”. “Qobustan” incəsənət
toplusu, № 1, 1970.
137.
Swift M.G. The art of the dan e in the USSR. University
Notre Dance, Indiana, 1968, 316с.
138.
Spry I. Ieisure and Nature. Philadelphia, 1987.
139.
Şəxsiyyətin mənəvi aləmi. Bakı, ADU, 1982
140.
Шарль В. Мусульманское право, М., «Знания», 1959.
141.
Шарль Д. Воспоминания и заметки актера, М.,
Искусства, 1958.
142.
Şükürov A. Kulturologiya. Bakı, Elm, 1998.
143.
Şükürov A. Fəlsəfə, Bakı, Elm, 1997.
144.
Şükürov А. İslam, adət, ənənə. Bakı, Azərnəşr, 1981.
145.
Шароев
И.Г.
Режиссура
эстрады
и
массовых
представлений. М., 1985.
146.
Шнирельман В.А. «Евразийская идея и теория
культуры», Этнографическое обозрение», М., 1996, №
4.
147.
Şuşinski F. Cabbar Qaryağdıoğlu. Bakı,İşıq, 1987.
148.
Şəmsizadə N. Azərbaycan ədəbiyyatşünaslığı. Bakı,
“Ozan”, 1997.
149.
Tərlanov M., Əfəndiyev R. Azərbaycan xalq sənəti.
Bakı, Azərnəşr, 1960.
150.
Təhmasib M.H. Azərbaycan xalq dastanları. Bakı,
Azərnəşr, 1965.
301
151.
Təhmasib M.H. Azərbaycan xalq dastanları. Bakı, Еlm,
1972.
152.
Тульчинский Г.Л. Культура и бизнес. Репутация,
влияние, связи с прессой и общественностью,
спонсорство.Санкт-Петербург.
Гос.
Академия
культуры, 1994.
153.
Trends in Leisure Research in VSA. Research group ed
ABS News and Harrish Surrey. Washington, 1992.
154.
Tağıyev Ə., Əliyev Q. Kulturologiya, Bakı, BDU-nun
nəşriyyatı, 1997.
155.
Угринович Д.М. Искусства и религия. М., 1963.
156.
Угринович Д.М. Обряды за и против. М., «Знания»,
1975с.
157.
“Ulus” qəzeti, 7 iyun, 2001.
158.
Уильям Р. Становление музыки. М., «Музгиз», 1961.
159.
Vəliyev K. Elin yaddaşı, dilin yaddaşı. Bakı, Gənclik,
1987.
160.
Выгодский А.С. Психология искусства, М., 1968.
161.
Владимир Зоц. Несостоятельные претензии. М.,
«Знания», 1975.
162.
Vaqif İbrahimoğlu. “525-ci qəzet”, 2 may, 2001.
163.
Vəliyev V. Azərbaycan folkloru. Bakı, Maarif, 1985.
164.
Вопросы эстетики. М., 1960, № 13.
165.
Яковлев Й.Г. Эстетическое познание и религия. М.,
1962.
166.
Yusifov Y. Qədim Şərq tarixi. Bakı Universiteti
nəşriyyatı, Bakı, 1993.
302
167.
Yeqorov Y.S., Yuxneviç M.Y. Müasir şəraitdə
muzeylərin elmi-kütləvi işi (Тярcцмя). Bakı, 1991,
Mədəniyyət Nazirliyinin nəşri.
168.
Ziya Göyalp. Türkçülüyün əsasları. Bakı, Maarif, 1991.
169.
Zərdabi H. Seçilmiş əsərləri. Bakı, «Yazıçı», 1960.
170.
Zeynalov F. Azərbaycan dilinin mənşəyi məsələsinə dair.
“Azərbaycan filologiyası məsələləri” məcmuəsi, 2-ci
buraxılış, Bakı, Elm, 1984.
303
M Ü N D Ə R I C A T
Giriş ………………………………………………………..……3-16
I fəsil.
Milli adət və ənənələrdə bədii- estetik duyum
1.1
Varisliyin adət və ənənələrdə yeri və onun mənəvi təsir dairəsi
……………………………………………………………...……… 17
1.2
Adət və ənənələrdə bədii estetik dəyərlərlə milli- ənənəvi
təkamülün vəhdəti……………………………………...…………60
1.3
Müasir incəsənətdə
ənənəvilik və tarixi
təcrübə………………………………..………………..…………113
II fəsil.
Mədəniyyətin müasir inkişaf mərhələsində adət və ənənələrin yeri
2.1. Müasir mədəniyyətin tarixi-ənənəvi əsaslar……..….155
2.2. Asudəvaxt mədəniyyətinin inkişafında milli ənənəvi
xüsusiyyətlərin rolu…………………………………………….…196
2.3. Mədəniyyət müəssisələrində müasir adət və ənənələrin
yeri və inkişaf dialektikası ………………………………….….240
Nəticə…………………………………………………..…….…...285
İstifadə edilmiş ədəbiyyat…………………...…….……………291
304
ABSTRACT
In this book, both spiritual and moral characteristics in the
traditions of old Azerbaijan are investigated and some idelogical
reasons why some of these values were followed and some were
resfrikted during former Soviet Union are handled. At the some time
investigates the introduction of some traditions to our social life during
the period of Soviet Union. And the writer is on behalf of the idea that
those traditions are inevitable to perish since they do not respond the
spiritual and aesthetic ideals and desires of the people.
305
Texniki redaktor:
Valeh Əsgərov
Kompüter tərtibatçıs:
Narminə Qasımova
Korrektor:
Vəfa Karimova
Rassam:
Etibar Nazarov
Hüseynov İlqar Həsrət oğlu
Azərbaycan milli adət və ənənələrinin
bədii-estetik mahiyyəti
(monoqrafiya)
Azərbaycan dilind
ə
Yazılmağaverilmis 08.05.2002 Çapa imzalanmış 01.08.02.
Format 60x84 1/16. Fiziki ç.v. - 19,25.
Tiraj - 500. Sifariş - 30.
Bakı - "Mars-Print" - 2002
Ünvan: Ə.Hüseynzada 59. Tel: 94-5144
Dostları ilə paylaş: |