часть речи. Грамматический взаимосвязь существительного (или местои-
мения) с другими части речьями выражается с предлогами. Приставки раз-
деляются на несколько групп по морфологическим и лексико-грамматическим
признакам. Данная статья поможет понять использование различных видов
приставок. Приставки обладают исключительной важностью в преподавании
английского языка.
Rəyçi: Sevil Qazıyeva
filologiya elmlər namizədi, dosent
Filologiya məsələləri – №3, 2014
219
GÜLƏR HƏSƏNOV
Azərbaycan Dillər Universiteti
ravnur@mail.ru
MÜASİR TƏLİMİN ƏSASLARI
Açar sözlər: müasir, təlim, fəal, müəllim, prinsip, texnologiya
Key words: modern, teaching, active, instructor, principle, technology
Ключевые слова: современный, обучение, активный, преподаватель,
принцип, технология
Ölkəmizin dünyaya sürətlə inteqrasiya olunması və mədəni əlaqələrin geniş-
lənməsi gənclərimizdə mühüm ümümbəşər dəyərlər formalaşdırmaqla yanaşı, həm
də milli adət-ənənələrimizi, mənəvi dəyərlərimizi qoruyub saxlamaq və inkişaf
etdirmək zərurəti doğurur. Ona görə də, indi hər bir valideyn övladını məktəbə yola
salarkən haqlı olaraq bütün bunları çox həssaslıqla nəzərə alır. Onun çağdaş bilgi və
bacarıqlara yiyələnmiş, milli mənəvi dəyərləri mənimsəmiş bazar iqtisadiyyatı
şəraitində çevik fəaliyyət göstərməyi, özü, ailəsi və ölkəsi üçün faydalı olmağı
bacaran bir şəxs kimi yetişəcəyini istəyir.
Təhsilin, dövlətin və cəmiyyəti möhkəmləndirməyin prioritet sahələrindən
biri hesab edən Azərbaycanın başlıca məqsədi də demokratik, dünyagörüşlü, ba-
carıqlı, məsuliyyətli vətəndaşlar yetişdirməkdə görür. Bütün bunlar uşaqlardan gələ-
cəyə, get-gedə mürəkkəbləşən cəmiyyətə hazırlığı ilə bağlı məsələlərə, xüsusən də,
təhsil konsepsiyasına yeni nəzərlə baxmağı tələb edir. Aydındır ki, ailənin,
cəmiyyətin və dövlətin gələcəyə yönəlmiş bu sifarişini illər boyu formalaşmış ənə-
nəvi fənyönümlü təlim sistemi ilə yerinə yetirmək qeyri mümkündür. İndi məktəbin
əsas məqsədi şagirdlərin yaş və fərdi xüsusiyyətlərini, meyl və maraqlarını nəzərə
almaqla onlarda əqli, əxlaqı, etik, estetik və fiziki inkişafa kömək göstərmək, gün-
dəlik həyatda rastlaşdıqları problemləri həll etmək üçün zəruri bacarıqlar formalaş-
dırmaqdır. Çünki, yaşadığımız yüksək texnologiya əsrində biliklər unudulsa,
bacarıqlar əhəmiyyətini itirmir.
Təhsil əsri, intellekt əsri, hesab edilən XXI yüzilliyin cəmiyyət həyatında baş
verən yenilikləri qırmızı xətt kimi təhsildən, təlim prosesindən keçir. Təhsildə mo-
dernləşmə mütləq milli baza əsasında onun inkişaf səviyyəsi kimi nəzərdə tutulmalı,
tarixilik, varislik, müasirlik vəhdətdə və dinamikada nəzərdə alınmalıdır.
İnkişaf etmiş ölkələrin təhsil təcrübəsi göstərir ki, adi ünsiyyət yaratmaqdan
tutmuş, kiçik iqtisadi layihələr qurub reallaşdırmağa qədər ən müxtəlif qabiliyyətləri
özündə əks etdirən bacarıqlar mükəmməl bir sistemin tərkib hissəsidir. Belə sistem-
ləri şagirdi sinifdə təlimin obyekti kimi yox, subyekti kimi qəbul edən şagirdyö-
nümlü təlim metodları və inteqrativ fənlərin köməyi ilə yaratmaq mümkündür. Ona
görə də, yerli və beynəlxalq təcrübələr nəzərə alınmaqla, Azərbaycan Respublika-
sında ümumi təhsilin Konsepsiyasına (Milli Kurikuluma) bu vəzifələrin yerinə
yetirilməsində mühüm rol oynayacaq inteqrativ təlim adlı yeni didaktik prinsip da-
xil edilmişdir. Təhsil prosesində şagirdlərin qazanıb gündəlik həyatlarında tətbiq
edə biləcəkləri bilik, bacarıq və vərdişlərin formalaşdırılması həm fənlərin, həm də
onların əhatə etdikləri mövzuların əlaqəli-inteqrativ şəkildə tədrisi tələb edir.
Filologiya məsələləri – №3, 2014
220
Çağdaş təhsil təcrübəsi göstərir ki, təlim prosesində yeni təlim metodlarından
istifadə etmədən hər hansı bir fənnin tədrisində müvəffəqiyyət əldə etmək qeyri-
mümkündür. Bu məqsədlə də təlim prosesində motivasiyanın yaradılması, fəallığın
artırılması, məzmunun hərtərəfli aşılanması və şagirdlərdə müasir dünyagörüşün
formalaşdırılmasında inteqrasiyaediciliyin rolu danılmazdır.
Hazırda təhsilin təşkili formaları, məzmunu, təlimin metod və vasitələri,
qiymətləndirmə, pedoqoji prosesi idarəetmə və digər məsələlərə elmi və praktik
olaraq yenidən baxılır, milli və dünya təcrübəsi dəyərləri nəzərdən keçirilir,
nəticələrə gəlinir. Hazırda pedaqogika elmində təlimin fəal metodları, metod və
texnologiyalar, keyfiyyətin qiymətləndirilməsi, işgüzar səs-küy, inteqrasiya, mü-
bahisə, tənqidi təfəkkürün inkişaf etdirilməsi və digər anlayışlar işlədilir.
Müasir təlim texnologiyası öyrətmə və öyrənmə fəaliyyətinin təşkilində,
pedaqoji prosesin gedişində, yeniləşdirmədə, qiymətləndirmədə və digər təlim
xarakterli işlərdə nəzərə alınan, istifadə olunan iş, forma, üsul və tərzlərin kompleks
və əlaqəli həyata keçirilməsidir.
Təlim texnologiyası təhsilin pillə və mərhələsinə, məzmununa, formasına,
təlim tipinə görə müxtəlif çalarlı ola bilər. Fəal təlimin peşakarlıqla tətbiq edilməsi
məktəbdə şəraiti, şagirdin təhsilə münasibətini dəyişə bilir, pozitiv və fəal həyat
mövqeyini formalaşdırmağa şərait yaradır. Belə üsullar həmçinin biliklərin müstəqil
mənimsənilməsi və yeniliklərin kəşf edilməsi, qazanılmış biliklərin yaradıcılıqla
yenidən işlənməsi, təcrübədə onlardan istifadə edilməsi, problemi həll etmək üçün
yoldaşları ilə əməkdaşlıq etməyi bacarmaq, özünü realizə yollarını axtarıb tapmaq
kimi keyfiyyətlərin əldə edilməsinə şərait yarada bilər. Belə dəyişikliklərin qarşıya
çıxardığı çətinliklərə sinə gəlmək üçün təlim prosesində daha çox İKT-nin
köməyindən istifadə edilir. Təlimin texniki vasitələri şagirdlərə informasiyaları
çatdırmaqda, bilikləri dərk etməkdə, yadda saxlamaqda, tətbiq edilməsində və təli-
min nəticələrinin dəqiqləşdirilməsində istifadə olunan qurğulardır. İKT şagirdlərin
istifadə etdiyi resursların çeşidini zənginləşdirməklə yanaşı onlara yaşadıqları
dünyanı dərk etməkdə köməklik edə bilər.
Fəal təlim üçün metod və texnologiyalar qarşıya qoyulmuş məqsəd və
şəraitdən asılı olaraq seçilməlidir. Müəllimlər məqsəd və şəraitə, fənnə, mövzuya
şagirdlərin təcrübə və bilik səviyyəsinə görə bütün təlim modellərindən, müxtəlif
metodika və texnologiyalarından istifadə etməlidirlər. Əsas odur ki, təlim uşaqları
etdirsin, onların düşünmək, müstəqil fikir söyləmək, biliklərini tətbiq edə bilmək
bacarıqlarını açıqlasın. Onlarda ünsiyyət, anlaşma mədəniyyəti, öz problemlərini
həll etmək qabiliyyəti formalaşdırsın. Şagird biliklərin mənimsənilməsi prosesinin
başlıca simasına çevrilməsi üçün, özünün və müəlliminin mövqelərini dəqiqləşdirir.
Şagirdin mövqeyi kəşf edən olmalıdır. O, gücü çatdığı məsələlər və problemlərlə
üzləşərkən, müstəqil tədqiqat prosesində bunları həll edir. Müəllimin mövqeyi
bələdçi, aparıcı olmalıdır. O, sistemli şəkildə şagirdlərlə əməkdaşlıq edir, problemli
vəziyyəti təşkil edir, tədqiqat məsələlərinin qoyuluşunda, şagirdlərə istiqamət
göstərir. Müəllimin pedaqoji fəaliyyəti müvəffəqiyyətlə yerinə yetirməsi onun öz
qarşısında duran funksiyaları necə həyata keçirməsindən asılıdır.
Müəllimin şəxsiyyəti onun peşə fəallığının mənbəyi və hərəkətverici
qüvvəsidir. Müəllimin əməyində onun şəxsiyyəti aparıcı yerlərdən birini tutur.
Müəllimin şəxsiyyəti lazımi səviyyədə formalaşmazsa cəmiyyətin onun qarşısında
Filologiya məsələləri – №3, 2014
221
qoyduğu sosial sifarişi həyata keçirə bilməz. Axı müəllim gənc şəxsiyyətin mənəvi
aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Pedaqoji fəaliyyətin müvəffəqiy-
yəti üçün hər bir müəllim təbiət və cəmiyyət haqqında dərin biliklərə yiyələnməklə
yüksək inam və bir sıra mühüm keyfiyyətlərə yiyələnməlidir. Bu keyfiyyətlər belə
xarakterizə olunur:
a) Hər bir müəllim öz fənninə dərindən yiyələnməlidir;
b) İdrak nəzəriyyəsini və pedaqoji elmi mükəmməl bilməlidir;
c) Ayrı-ayrı anlayışlar arasındakı əlaqə və münasibətləri açmağı
bacarmalıdır;
d) Şagirdləri fəallaşdırmaq məqsədilə müxtəlif metod və vasitələrdən
istifadə etməyi bilməlidir.
Fəal təlim üsullarının müvəffəqiyyətlə həyata keçməsi ümün müəllimin
fəaliyyətində təcrübə, bilik, bacarıq və adətlər özünəməxsus yer tutur. Müasir müəl-
lim öz ixtisasının müxtəlif sahələrini, sosial-iqtisadi, istehsal və mədəni problemləri
həll etmək üçün imkanları və tədris etdiyi elmə aid bütün yenilikləri, onun perspek-
tiv imkanlarını mükəmməl bilməlidir.
Müasir təlim prosesində müəllimin fəaliyyəti şagirdin tədris və idrak
fəaliyyətini təşkil etmək, şagirdin tərbiyəsinə və inkişafına yönələn fəaliyyəti qur-
maq, şagirdi fəallığa həvəsləndirməkdən ibarətdir ki, bu da Azərbaycanın dövlət
müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını qorumağa,
respublikamızı inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə qaldırmağa qadir
olan vətəndaşlar yetişdirməyə köməklik göstərməkdir.
Təhsil müəssisələrində, o cümlədən, orta ixtisas təhsili müəssisələrində də
tədris prosesində yeni təlim texnologiyalarının tətbiqi, dünya təhsil sisteminə
inteqrasiya məsələlərinə ciddi yanaşılır.
Təhsilin keyfiyyəti bir təkcə şərt deyil, həm də prosesdir. Keyfiyyətli təhsil
prosesin əsas tərkib hissələrindən biri dərsin təşkilidir: onun mərhələləri, təlimin
forma, üsul və metodlarıdır; onun qurulması optimal düzgün həllin tapılmasıdır.
B.A.Suxamlinski demişdir: “Dərs müəllimin ümüumi və pedaqoji mədəniy-
yətinin güzgüsüdür, onun intellektual zənginliyinin ölçüsüdür, erudusiya dünya-
görüşünün göstəricisidir. “Hər birimiz dəfələrlə özümüzə suallar veririk: “Mən nə
edim ki, şagirdlərimin biliklərinin keyfiyyəti yüksək olsun?”, “Təlimin effektiv for-
ma metodlarından istifadə edirəmmi?”, “Şagirdlərə yanaşmamız düzgündürmü?”
Ənənəvi dərs – doğma insan kimidir; müasir tələblərə cavab verməsə də, bu
dərsdə hər şey tanışdır. “Bəlkə heç nəyi dəyişməyə ehtiyac yoxdur?” Ənənəvi dərs
– digər dərs növləri üçün əsasdır, bu elə böyük tarixdir ki, burada bir neçə nəsil öy-
rənib təhsil alıb.
Müasir dərs nədir? Dərsə müasirlik verən nədir? Bugünkü dərs dünənkindən
nə ilə fərqlənir? Dərslərin analizi göstərir ki, həm şagirlər, həm də müəllim üçün
dərs onda maraqlı ola bilər ki, o sözün geniş mənasında müasir olsun. Müasir – bu
həm tamamilə yenidir, həm də keçmiş ilə əlaqələri kəsməyəndir, bir sözlə aktualdır.
Aktualdır – müasir dövr üçün vacibdir, zəruridir. Əgər dərs müasirdirsə, onda o
mütləq gələcək üçün əsas qoyur, keyfiyyətli təhsilin əsasını qoyur. Müasir dərs –
yeni texnologiyanın köməyilə təşkil olunan, ümumi məqsədlərə çatmaq üçün əmək-
daşlıqdır.
Filologiya məsələləri – №3, 2014
222
Müasir dərsdə müəllim hər bir uşağı görür, onun potensialından maksimum
istifadə edir. Müasir dərs – bütün iştirakçıların qarşılıqlı inam və etibarı əsasında
canlı ünsiyyətdir. Müasir dərs – İKT-lərin istifadəsi ilə keçirilən dərsdir. Müasir
dərs, ona xas olan bütün əlamətləri saxlamaqla, variativ deyil, həm də mütəmadi
inkişaf edən forma kimi keçirilməlidir. Bu inkişafın əsas istiqaməti onda görünür ki,
dərs nəinki müəllimin, həm də şagirdin yaradıcılığının nəticəsi olsun.
Müasir dərs necə olmalıdır? Müasir dərs – hər şeydən əvvəl müəllimin
şagird şəxsiyyətinin inkişafı üçün, onun elmi inkişafı üçün, bilikləri dərin, şüurlu
mənimsəməsi üçün, mənəvi əsaslarının formalaşması üçün bütün imkanlardan
bacarıqla istifadə etdiyi dərsdir. Müasir dərs – şagirdlərin maraqları əsasında quru-
lub, onların tələbatlarının ödənməsinə istiqamətlənən, səmimi atmosferdə təşkil olu-
nan, fəal təlim metodlarından istifadə edilən, əyani vəsaitlərin elmi informasiyanı
müşayət edən, şagirdlərin müstəqil fəaliyyəti əsasında qurulan dərs olmalıdır.
Müasir dərsin xarakteristikasını nece verə bilərik:
1. Müasir dərsdə darıxmağa, qorxuya, hiddətə, hirsə yer yoxdur.
2.
Müasir dərsdə maraq, inam və əməkdaşlıq atmosferi hökm sürür.
3.
Müasir dərsdə hər bir şagirdə yer var, ona görə ki, müasir dərs onun
gələcəkdə müvəffəqiyyətinin rəhnidir.
Müasir dərsə qoyulan tələblər:
Dərsin didaktik məqsədləri və məzmunu ilə təyin olunan, ciddi və vahid
daxili məntiqi olmalıdır;
Proqram tələblərini və dərs standartlarını, şagirdlərin bacarıq və
tələbatlarının diaqnostikasını,müəllimin imkanlarının özünü qiymətləndirməsini
nəzərə alaraq qurulmalıdır;
Konkret nəticələrə istiqamətlənməlidir;
Rasional quruluşa və tempə malik olmalıdır;
Materialın öyrədilməsi öz quruluşuna görə variativ olmalıdır;
Biliklərin əksər hissəsi yaradıcı tapşırıqların yerinə yetirilməsi yolu
ilə müstəqil axtarış prosesində əldə edilməlidir;
Dərsin əsas tərəfi fərdi təlim olmalıdır.
Müasir dərsin effektivlik kriterləri bunlardır:
Konkret formalaşdırlmış gözlənilən nəticəyə istiqamət;
Şagirdin canlı, şəxsi dəyərli biliklərinə istiqamət;
Dərsin istiqamətverici və tərbiyəvi məsələlərinə diqqət;
Şagirdin yaradıcı idrak fəaliyyətinə əsaslanma;
Şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alır;
Dinamikliyi, intensiv təlim metodlarını nəzərə alır;
Kəşf etməklə öyrənmə;
Diskussiyaların varlığı;
Şəxsiyyətin inkişafı.
Belə dərsi hazırlamaq və keçirmək asan deyil, bunun üçün müəllimlik fəaliy-
yətinə məsuliyyətlə yanaşmaq lazımdır. Bu gün müəllim üçün yaxşı fənn müəllimi
olmaq kifayət deyil, ona yeni informasiya texnologiyalarını bilmək, şagirdləri müs-
təqil qərarı qəbul etməyi bacarmaq, onlar üçün məsuliyyət daşımağı öyrətmək zə-
ruridir.
Filologiya məsələləri – №3, 2014
223
Müasir dərs dedikdə fəal (interaktiv) dərs nəzərdə tutulur. Fəal (interaktiv) tə-
lim nədir? “ Fəal (interaktiv) təlim” şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan və
təhsil prosesinin digər iştirakçılarla əməkdaşlıq şəraitində həyata keçirilən təlim
nəzərdə tutulur. Son illərdə respublikamızda çox müəllim fəal təlim üsulu ilə tanış
olmuş və müxtlif treninqlərdə iştirak etmişdir. Müəllimlərdə fəal dərslərin hazırlan-
ması, planlaşdırılması və onların həyata keçirilməsi üçün vacib olan ilkin təcrübə
toplanmış, əsas bilik, bacarıq və vərdişlər formalaşmışdır.
Fəal (interaktiv) dərs müəllimin çəkdiyi zəhmətin, yaradıcı axtarışın nəticəsini
müəyyən edir. Bu gün məktəblərdə və orta ixtisas təhsilli müəssisələrdə də müasir
təlim metodları və dərsdə yeni pedaqoji texnologiyaların tətbiqi baxımından qarşıda
duran məqsəd və vəzifələr müəllim tərəfindən planlaşdırılır və təlim prosesində
həyata keçirilir. Dərsin hər bir dəqiqəsi nə qədər səmərəli və şagirdlərin fəallığı
şəraitində keçərsə, nəticədə bir o qədər sevindirici olur. Müasir təlim metodlarının
tətbiqi, elektron dərslərin təşkili, qabaqcıl müəllimlərin iş təcrübələrinin öyrənilməsi
və işdə tətbiqi, açıq dərslərin dinlənilməsi və təhlili dərsdə istifadə edilən təlim
üsullarının məqsədyönlü olması, texniki vasitələrdən və əyani vəsaitlərdən, müəlli-
min fasilitator bacarıqları, verdiyi tədqiqat sualı tələbələrin çalışqanlığını artırır,
onların təqdiqat apararaq elmlərin əsaslarına sərbəst yiyələnməsinə səbəb olur.
Müasir təlim metodlarındn istifadə zamanı tələbələrin təfəkkürü, idrakı inkişaf edir.
Bu, müxtəlif tapşırıqların qruplarda icrası, təhliletmə və nəticəçıxarma, layihələrin
hazırlanması və s. Tədbirlərin həyata keçirilməsi ilə formalaşır. Fəal təlim metodla-
rının əsas məqsədi tələbələri müasir dünyadakı həyata hazırlamaq, müstəqil düşün-
mək, sərbəst fikir və rəy söyləmək, qərar qəbul etmək, tənqidi təfəkkürü formalaş-
dırmaq, onlarda cəmiyyətimizin demokratikləşdirilməsi işində fəal iştirak etməyə
lazım olan keyfiyyət və bacarıqları inkişaf etdirməkdən ibarətdir.
Təlimlə tərbiyənin vəhdəti də müasir dərsin qarşısında qoyulmuş mühüm
tələbdir. Dərs şagirdlərin mənəvi inkişafına, əxlaqca təkmilləşməsinə xidmət
göstərməlidir. Qruplarda aparılan tədqiqat işləri zamanı tələbələrin əməkdaşlığı
nəticəsində bir çox problemlər meydana çıxır ki, müəllim bunun da öhdəsindən
ustalıqla gəlməli və tələbələrin şəxsiyyətinə, tərbiyyəsinə, əxlaqına qiymət verərək
onları düzgün istiqamətləndirməlidir.
Təlimin şagirdyönümlü olması müəllimi dərsə daha ciddi, yaradıcı münasibət
bəsləyərək planlaşdırma aparmasına sövq edir. Müəllimlər müasir dərsi planlaş-
dırarkən, ilk növbədə, motivasiya və tədqiqat sualını hazırlamalıdır. Bunun nəticə-
sində tələbəyə həm mövzu, həm də tədqiq edəcəyi sual aydın olur. Bu sual dərsin
digər mərhələləri üçün sütun olmalı, mövzunun bünövrəsi olmalıdır. Tədqiqat za-
manı paylanan materialın dolğunluğu, düzgünlüyü və yığcamlığı tələbənin vaxtında
nəticə çıxarmasına səbəb olur. İşçi vərəqlərində verilmiş suallar tətbiqetmə zamanı
tələbənin yaradıcılığını üzə çıxarmağa şərait yaradır. Müasir təlimdə aşağıdakı təlim
prinsipləri təcrübədən keçirilir:
1. Şəxsiyyətə yönəlmiş təlim prinsipi.
Nə üçün uşaqlar erkən yaş dövründə daha fəal olurlar?
Elmi araşdırmalar göstərir ki, insan bütün ömru boyu qazanılan məlumatın
təxminən 70%-ni 6 yaşa qədər əldə edir. Paradoks ondan ibarətdir ki, məktəbə daxil
olduqdan sonra uşağın idrak fəallığı mühüm dərəcədə ləngiməyə başlayır. Bu nəyə
görə baş verir? İş ondadır ki, məktəbə qədər dövrdə uşaq dünyanı bir tədqiqatçı
Filologiya məsələləri – №3, 2014
224
kimi dərk edir: o suallar verir və suallara cavab tapmaq üçün imkanı daxilində olan
müxtəlif mənbələrdən istifadə edir və ilk növbədə, öz təcrübəsinə əsaslanır. Onu
əhatə edən dünyanı müstəqil dərk edərək uşaq öz maraqlarına görə fəaliyyət gös-
tərir. Birinci sinifə daxil olarkən uşaq elə bir təlim mühitinə düşür ki, harada onun
vərdiş etdiyi, ona yaxın və təbii olan təlim üsulunu dərk etmək tələb olunur. Müəl-
lim tələb edir ki, uşaq ona diqqətlə qulaq asıb dediklərini yadda saxlasın,
təlimatlarını dəqiq həyata keçirsin və bu təlimata aid olmayan sualları az versin.
Bununla şagirddən demək olar ki, passiv mövqeyin tutması, tədqiqatçı roldan
imtina etməsi və müəllim tərəfindən verdiyi məlumatla kifayətlənməsi tələb olunur.
Bu cür təlim prosesinin mərkəzində şagird yox, müəllim olur. Məhz müəllim təlim
prosesinin fəal iştirakçısı olur və şagirdə nəyi və necə dərk edilməsini diktə edir.
Bunun nəticəsi olaraq şagirdin dərk etmə imkanları məhdudlaşır, onun ehtiyacları,
maraq və qabiliyyəti nəzərə alınmır.
Deməli, şagirdi fəallaşdırmaq üçün, ilk növbədə, vacibdir ki, o bir şəxs kimi
təlim prosesinin mərkəzi obyekti kimi çıxış etsin. Təlim uşağın maraq və
tələbatlarına, onun bilik səviyyəsi, imkan və qabiliyyətlərinə yönəlməlidir. Müəllim
şagirdə şəxsiyyət kimi yanaşmalı, onun fərdi cəhətləri nəzərə alınmalı və hörmət
əsasında münasibət göstərilməlidir.
2. Fəal idrak prinsipi
Tədris prosesi elə təşkil olunmalıdır ki, idrak fəallığını, təbii öyrənmə fəaliy-
yətini doğursun, şagirdə “ilk kəşf” sevinci keçirməyə imkan versin, onda yeni bilik-
lərə yiyələnmək həvəsi yaratsın. İdrak fəallığı, ilk növbədə, təfəkkürün fəallaşması
əsasında yaranır. Buna nail olmaq üçün təlim prosesində idrak fəallığını stimullaşdı-
ran problemli situasiyalar yaradılmalıdır. Uşaqda bu problemin həlli tələbatın yaran-
ması nəticəsində bütün idrak prosesləri də fəallaşır, o yeni bilikləri kəşf etməyə
yönəlir.
3. İnkişafedici təlim prinsipi.
Görkəmli rus psixoloqu, müasir pedaqogikanın banilərindən biri olan
L.S.Viqotskinin nəzəriyyəsinə görə təlim inkişafı qabaqlamalı, uşağın “qarşıdakı
(yaxın) inkişaf zonasına” yönəldilməlidir. Bu inkişaf zonasında uşağın potensial
imkanları mərkəzləşib və onların aktuallaşması üçün xüsusi təlim şəraiti yaradılmış-
dır. Buna nail olmaq üçün şagirdlərə onların imkanlarına uyğun lakin bir qədər
mürəkkəb tapşırıqları müstəqil həll etmək üçün vermək və eyni zamanda, müəllim
və digər böyüklərin tərəfindən bunun üçün suallar verməklə, vasitələr göstərməklə
istiqamətləndirmək lazımdır. Yəni təlim uşağın özünün müstəqil fəaliyyəti və ya
böyüklərin köməyi sayəsində aşkarlanan bilik bacarıqları əldə etmək imkanlarına
tuşlanmışdır. İnkişafedici təlim, ilk növbədə, təfəkkürü və yaradıcılığı formalaşdırır.
4. “Qabaqlayıcı təlim” prinsipi.
Müasir dövrdə baş verən sürətli dəyişikliklər təlimin qarşısında şagirdlərin
həyata hazırlanması məsələsini daha kəskin qoyur. Bunun üçün, ilk növbədə, təlim
cəmiyyətin inkişaf təmayüllərini əks etdirməli və yeni nəsilləri yaxın gələcəkdə
təşəkkül tapacaq dünyada fəaliyyətə hazırlamalıdır. Məsələn, məktəb şagirdə əsas
baza bilik, bacarıq və vərdişləri verməklə kifayətlənməməlidir və eni zamanda,
onun dərketmə fəallığını, hər şeyi öyrənmək həvəsini və digər zəruri keyfiyyətləri
formalaşdırmalıdır. Şagirdə zəruri olan informasiyanı müstəqil əldə etməyi, onu
yenidən işləməyi və düzgün tətbiq etməyi öyrətməlidir.
Filologiya məsələləri – №3, 2014
225
5.
Təlim – tərbiyə sisteminin çevikliyi prinsipi.
Təlim – tərbiyə sisteminin çevikliyi onun real şəraitdə uyğunlaşmaq
qabiliyyətinin olmasında öz təzahürünü tapır. İctimai mühitin və şagirdərin dəyişən
tələbləri nəzərə alınmaqla, təlim proqramlarının məzmununun, tədris proqram-
larının qurulmasının, təlim-tərbiyə prosesinin təşkilinin, pedaqoji texnologiyaların
seçilməsinin sistematik təzələnməsi baş verməlidir. Çevik təlim-tərbiyə sistemində
daha çox təlimin diferensiallaşmasına, şagirlərin müxtəlif məlumatın işlənməsi və
mənimsənilməsi üsullarının nəzərə alınmasına üstünlük verir. Buna nail olmaq üçün
müəllim çalışmalıdır ki, hər bir şagirdə fərdi yanaşsın. Təlim-tərbiyə sisteminin
çevikliyi bir nəticə olaraq şagirdlərin biliklərin daha çox yaradıcı və prktiki
tətbiqinə yönəlməsində öz əksini tapır.
6.
Əməkdaşlıq prinsipi.
“Müəllim-şagird” qarşılıqlı münasibətləri sistemində onların hər biri təlim
prosesinin gedişində tərəf müqabil kimi iştirak etməlidirlər. Əməkdaşlıq təlim
prosesinin kollegial və dinamik şəkildə keçməsində öz əksini tapır. Əgər şagird
təlim prosesində müəllimlə bərabər hüqüqlu şəxs kimi çıxış edərsə, bu onun
fəaliyyətində yeni bir keyfiyyət yaradır: şagirdin özünə inamı artır, o öz fikrini
çatdırmağa qorxmur, öz potensial imkanlarını gerçəkləşdirir. Əməkdaşlıq prinsipi
müəllimdən tələb edir ki, o şagirdin qiymətləndirilməsində daha çox dəstəkləyici
qiymətlərdən istifadə etsin. Əməkdaşlıq təlim mühitini şagird üçün daha əlverişli
edir.
7. Dioloji təlim prinsipi.
Məsələlərin birgə həlli gedişində özününü və qrup üzvlərinin fikirlərini,
imkanlarını və təcrübələrini müəyyən edə bilməsi və faydalanması məqsədi ilə hər
bir şagirdin müzakirələrdə və qrupun işində iştirakı təmin edilməlidir. Təlim
prosesinin bütün şagirdlərin müxtəlif nöqteyi-nəzərlərini və fikirlərini nəzərə
almaqla, dialoji təlim tədrisin məzmununu daha da zənginləşdirmək imkanı yaradır,
nəticə çıxarma prosesinə təsir edir.
DEMOKRATİKLƏŞDİRMƏ
Təhsil prosesinin demokratikləş-
dirilməsində maraqlı olan bütün tə-
rəfləri, dövlət strukturları və ictimaiyyət
nümayəndələrini (müəllimləri, şagird-
ləri, valideynləri) təhsil prosesinə fəal
iştirak etməyə cəlb etmə deməkdir;
tədris müəssisəsinin “şəffaflığı”
prinsipinin həyata keçirilməsidir.
Filologiya məsələləri – №3, 2014
226
HUMANİSTLƏŞDİRMƏ
Təhsilin humanistləşdirilməsi
şagirdə münasibətin dəyişməsini nə-
zərdə tutur, o cümlədən, yaradıcı inki-
şaf qabiliyyəti və humanist yönümlü
şəxsiyyətin formalaşdırılması; əqli və
fiziki imkanlarından, öyrənmə qabiliy-
yətindən asılı olmayaraq şagirdin xasiy-
yətinə hörmətlə yanaşma;şagirdin
qabiliyyət və təmayüllərinin aşkar edil-
məsi və onların inkişafı üçün şəraitlərin
yaradılması.
DİFFERENSİALLAŞDIRMA
Təlimin differensiallaşdırılması
şagirdlərin imkanlarının nəzərə alınma-
sı ilə qurulur.
FƏRDİLƏŞDİRMƏ
Təhsilin fərdiləşdirilməsi şagird-
lərin fərdi maraq və tələbatlarının nə-
zərə alınmasıdır.
İNTEQRASİYA
Təhsilin inteqrasiyası fənlərin
öyrənilməsi zamanı fənlərarası əlaqələ-
rin aşkar edilməsi əsasında qlobal təfək-
kürün formalaşdırılmasının vacibliyini
nəzərdə tutur.
Filologiya məsələləri – №3, 2014
227
HUMANİTARLAŞDIRMA
Təhsilin humanitarlaşdırılması şəx-
siyyətin yaradıcı inkişaf prosesinin şərti
kimi çıxış edir və təhsilin məzmununun
formalaşmasına yeni yanaşmanı nəzərdə
tutur. Bu ümumbəşəri dəyərlərin yaradıl-
ması ilə bağlı fənlərin rolunun artmasını,
öz xalqının mədəniyyətinə birləşmə və
dünya mədəniyyətinin dəyərləri ilə
tanışlığı ifadə edir.
XXI əsrin əsas tendensiyası yüksək texnologiyaların inkişafı, elmi nailiy-
yətlərin real həyata geniş tətbiqi, cəmiyyətin informasiyalaşdırılmasıdır. Hazırki
cəmiyyətdə informasiya texnologiyalarının rolu çox böyükdür və bu gün cəmiyyətin
intellektuallaşması prosesində, təhsil sisteminin və mədəniyyətin inkişafında onlar
mərkəzi yer tutur. İnsan fəaliyyətinin müxtəlif sahələrinə tətbiqi informasiya
texnologiyaları ilə tanışlığın zəruriliyini diktə edir. Təhsil və elm cəmiyyətin infor-
masiyalaşdırılması prosesinin obyektlərindən biridir. İnformasiya texnologiyalarının
təhsilə tətbiqi onların düzgün seçilməsini tələb edir. İKT-nin təhsil sahəsinə aktiv
tətbiqi mütəxəssis hazırlığının səviyyə və keyfiyyətinin artırılmasına
yönəldilməlidir. İKT-nin təhsilə tətbiqi müəyyən məsələnin reallaşmasını müəllimin
qarşısına məqsəd qoymalıdır:
Tələbənin düşüncə tərzinin inkişaf etdirilməsi;
Bilik, bacarıq və vərdişlərin əldə edilməsi fəaliyyəti insanın bütün
növ dərketmə fəaliyyətinin inkişafına kömək etməsi;
Dərs prosesinin fərdiləşdirilməsi prinsipinin onun tamlığını saxlamaq
şərti ilə reallaşdırılması.
İKT-nin təhsilə tətbiqi sahəsindəki bütün nailiyyətlər, telekommunikasiya
şəbəkəsinin yaradılması və orada informasiya selinin təmin edilməsi, verilənlər və
bilik bazasının yaradılması və müşayət edilməsi, hamısı bir məqsədə İKT-nin təhsil
sahəsinə tətbiqinin metodoloji əsasının işlənilməsinə xidmət etməlidir. Hal-hazırda
cəmiyyət qarşısında bir məsələ durur- kompyuterin təhsil sistemində düzgün,
optimal və ziyansız istifadəsi. Kompyuter texnologiyalı təlim informatika
prinsiplərinə əsaslanan və kompyuterlə reallaşan təlimdir. KTT-in ənənəvi
təlimindən fərqi kompyuterin dinamik inkişaf edən təlim vasitəsi kimi istifadə edil-
məsidir. Elektron təhsil sistemi bir çox informasiya texnologiyalarını birləşdirir.
Bunlara kompyuter şəbəkələri, noutbuklar, interaktiv sinif lövhələri, planşet
kompyuterlər, cib cihazları, internet və s. Daxildir. Kompyuter sadəcə- olaraq elek-
tron dərslik deyil. Bu, dərs, sorğu, arayış, məlumat, ədəbiyyatların, müxtəlif bilik
sahələri üzrə verilənlər bazası, iş dəftərlərini özündə birləşdirən bir çantadır.
Kompyuter təhsilin keyfiyyətini yüksəltməyə və materialın mənimsəmə sürətini
artırmağa, həmçinin kollektiv iş və münasibət üçün yaxşı mühitdir. Kompyuter va-
sitəsilə tələbələr ümumi tapşırıqları yerinə yetirə bilər və həmçinin müəllimlərdən
kömək ala bilərlər. Avropada artıq çoxdandır ki, informasiya texnologiyalarına
gənclərin təhsilinin keyfiyyətini artırmaq üçün effektiv vasitə kimi baxırlar. Yeni
texnologiyalar düzgün istifadə edildikdə ibtidai, orta, ali təhsilin səviyyəsini
Filologiya məsələləri – №3, 2014
228
yüksəltməyə və intelektual cəmiyyətin formalaşmasını sürətləndirməyə qadirdir.
Baxmayaraq ki, ölkələrin təhsil sistemləri müxtəlifdir, istifadə etdikləri
texnologiyalar da fərqlidir.
Yeni qurular təhsildə idrakı inkişafın parametrlərini nəzərə almaq, ona imkan
və şərait yaratmaq əsas amil hesab edilir. Təhsili bilavasitə inkişafyönümlü bir pro-
ses kimi stimullaşdırmaq əsas vəzifəyə çevirilir. Təhsilin keyfiyyəti, eyni zamanda,
rəqabətliliyi zəruri cəhətlər kimi diqqət mərkəzində saxlamalıdır. Təbii ki, keyfiyyət
anlayışında şagirdlərin bir şəxsiyyət kimi təhsil prosesində qazanmış olduğu
dəyərlər (kompetensiyalar) əhatə olunur. Onlar şagirdin idrakı, hissi və psixomotor
fəaliyyətlərinin fonunda bütöv şəxsiyyətin inkişaf səviyyəsini göstərə bilir. Bunlar
şagirdlərin qazanmış olduğu və hələ qabiliyyətlər səviyyəsinə çatmayan bilik və
bacarıqlarından fərqlənir.
Məktəb həm özünün maddi-texniki bazasına, həm resurslarına, həm də əldə
etdiyi nəticələrə görə başqa təhsil müəssisələri ilə müqayisə fonunda irəliləməli,
rəqabət xofu onun fəaliyyətini zəiflətməməlidir. “2008-2012”-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin informasiyalaşdırılması” üzrə Dövlət Proqramı
çərçivəsində ölkəmizdə təhsil şəbəkəsi yaradılır. Firkimizcə, bu gün milli təhsil
sistemləri üçün ən vacib və ən son dərəcə zəruri olan odur ki, öyrənənlərdə sadəcə
oxumaq, yazmaq və hesab vərdişləri yaratmaq, onlara təbiət, sosial və digər elm
sahələrindən biliklər verməklə kifayətlənməyərək, vətəndəşlarda heç kəsin, o cüm-
lədən, gələcək nəsillərin hüquq və maraqlarına xələl gətirməkdən özünün, xalqının
və ümumən, insanın inkişafına yönələn dərk edilmiş fəal həyat mövqeyi formalaş-
dırmaq, layiqli yaşayış üçün lazımi qabiliyyət, bacarıq və vərdişlər aşılamaqdır.
Başqa sözlə, müasir təhsil sistemi insana özü və təbiətlə ahəngdar yaşamağı öyrət-
məli, insanı, şəxsiyyəti əsas götürən, təbiətə istiqamətlənsirən dünya görüşü for-
malaşdırmalıdır.
Təhsilin köməyi ilə davamlı inkişafa nail olmaq müəllim və şagirdlərdən
cəmiyyətin inkişafı, onların mövcud dəyərlər və məqsədlər arasındakı ziddiyətlərin
üzə çıxarılması məsələlərinin öyrənilməsinə ciddi yanaşmanı tələb edir. Bunlar isə
öz növbəsində təhsil almaqla yeni motivasiya yaradır, çünki, təhsil onlara davamlı
inkişafı və ona alternativ baxışları qiymətləndirmək, sonra bu görüşlərin həyata
keçirilməsində birgə keçirilməsində çalışmaq imkanı verir.
Bu gün hamı aydın görür ki, şagird özününü “təmin obyekti” rolu ilə razılaş-
maq istəmir, müəllimin “hər şeyi bilən, bütün suallara doğru cavabı olan, həmişə
haqlı olan, bütün mümkün hüquqların yeganə sahibi” olduğuna şübhə ilə yanaşır.
Müəllim, marağı olmayan dinləyici qarşısında heç bir fayda verməyən
monoloqundan əl çəkərək şagirdin mənafeyini, arzu və istəklərini, bacarıq və
qabiliyyətlərini nəzərə almalı, ona yanaşmaq bacarıqları verməli, müasir
cəmiyyətdə öz yerini tapmaqda yardımçı olmalı, həyati bacarıqları sərbəst əldə
etməyin yollarını öyrətməyə üstünlük verməlidir. Şagirdə güclü informasiya
axınından ona lazım olan, onu maraqlandıran məlumatı axtarıb seçməkdə, qarşılaş-
dığı problemləri həll etməyi bacarmaqda, özünü müstəqil inkişaf etdirə bilən fəal
şəxsiyyət kimi formalaşdırmaqda yardımçı olmaq gərəkdir. Müəllim şagirdə nəyin
yaxşı, nəyin pis olmasını onun özünün müəyyənləşdirilməsi üçün müvafiq şərait
yaratmalı. Həyati vacib məslələrə onlarda öz münasibətlərinin yaranmasına
istiqamət verməli, həyat keşməkeşlərində bələdçi olmalıdır.
Filologiya məsələləri – №3, 2014
229
Ədəbiyyat
1.
Z.Veysova. Fəal / interaktiv təlim.
2.
F.Əliyeva, Ü.Məmmədova. Müasir təlim texnologiyaları.
Gular Hasanova
Modern teaching basis
Summary
The article is dedicated to the organization forms of modern teaching, its
content, methods and ways, principles and other problems. The main aim of modern
teaching is to train the students to modern life, to think independently, to express
free opinion, to make a decision, to form critical thoughts and so on. The instructor
has to direct the students properly appreciating their personality, education, morals.
While using modern teaching methods intellect and thoughts of students develop.
Гюляр Гасанова
Основы современного обучения
Резюме
Статья посвящена формам, содержанию, методу и средствам, принципам
и другим вопросам организации современного обучения. Основные задачи
современного обучения подготовить студентов к жизни в современном мире,
к независимому мышлению, к свободному выражению мысли, принятию ре-
шений, формированию критического мышления. Педагог оценивая личность,
воспитание, этику студентов, должен правильно их направлять. При ис-
пользовании современных методов обучения, развивается мышление
студентов. Применение таких методов, организация электронных пособий,
использование технических средств, фасилитационные способности педа-
гогов, способствуют освоению студентами основ науки.
Rəyçi: Professor G.C.Hüseynzadə
Filologiya məsələləri – №3, 2014
230
ЛЕЙЛА ВЕЗИРОВА
АГПУ
leyla-v@mail.ru
Dostları ilə paylaş: |