Mövzu №1 Nitq inkişafının əsas vəzifələri. Plan: İnsanın həyatında nitqin rolu


Mövzu 3. Uşaq bağçalarında nitq inkişafı üzrə işin məzmunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə4/17
tarix29.04.2023
ölçüsü1,16 Mb.
#104850
1   2   3   4   5   6   7   8   9   ...   17
Nitq inkişafi metodikasi fənnii (Mühazirələr)

Mövzu 3. Uşaq bağçalarında nitq inkişafı üzrə işin məzmunu. 
 
Plan: 
1.Məktəbəqədər dövrdə uşağın nitqinin məzmunu. 
2.Hər yaş dövründə nitq inkişafı üzrə tərbiyəçiyə verilən tələblər. 
3.Qvozdyev 1 yaşdan 7 yaşadək uşaqlarda nitq inkişafının mərhələləri. 
4.Sərbəst nitq məşğələləri. 
Məktəbəqədər dövrdə uşağın mənimsdiyi nitqin məzmunu hiss orqanları ilə ətraf 
aləmdə qavradıqlarının onun şüurunda inkiasından ibarətdir.Uşağın özü,onun 
bədən üzvləri,yaxın adamları,yaşadığı ev,uşaq bağçasının binası,yaxınlığdakı 


park,meşə,dəniz,quşlar,kənd,şəhər,fəsillər,bayramlar üzərində müşahidələri 
həmçinin folklur nümunələri və bədii ədəbiyyatla aparılan işlər nitq inkişafının 
mənbələri hesab olunur. 
Uşaq danışmağa 1 yaş yarımında başlayır,lakin o vaxtadək ünsiyyət saxlamaq 
üçün səs reaksiyasından istifadə edir.İlk həftələrdə yemək istəyəndə,yatağı yaş 
olanda,bir yeri ağrayanda ağlaması onun ünsiyyətə can atdığını göstərir. 
Ay yarımlıq uşaq artıq nitq səslərini tələffüz etməyə başlayır.Bu özünü ilk 
zamanda qığıldamada göstərir.Sonralar körpə artıq tələffüz olunan nitq səslərini 
deyir:aaaa,ıııı,uuuu və s.Sonralar asan hecaların təkrarı özünü göstərir:ba-ba-ba,da- 
da-da.Nəhayət,birinci ilin axırlarında uşaq artıq müəyyən mənanı bildirmək üçün 
hecanı tələffüz edir.Məsələn:də səs birləşməsini gəl sözünü,a səsi ilə isə al sözün 
ifadə edir. 
Körpə yaşın ikinci qrupunda(l yaşdan 1.5 yaşadək) ətraf aləmlə tanışlıq 
prosesində nitqi anlamaq,əşya,hərəkət və oyunları adlandırmaq,lüğət ehtiyyatmı 
genişləndirmək,sadə cümlələr qurmaq tələb olunur. 
Tərbiyəçi hər bir yaş dövr üçün nitq inkişafı üzrə proqramda—“uşaq bağçalarında 
tərbiyə” proqramında nəzərdə tutulanları etməli,ayrı-ayrı məşğələlər və fəaliyyət 
növü üzrə konkretləşdirməlidir.Məsələn:birinci kiçik qrupda (1,5 yaşdan 3 
yaşadək)soyadını,doğma və yaxın adamlarının adlarını,ev əşyalarının 
adlarını,onların vəzifələrini deyə bilmək tələb olunur.Tərbiyəçi “yaxın adam” 
anlayışına baba,nənə,dayı,əmi,xala,bibi;mebel anlayışına yalnız stol,stul;qab-qacaq 
anlayışına boşqab,stəkan,qaşıq sözlərini daxil etməklə kifayətlənmək olar. 
Bu dövrdə ,əsasən,iki sözdən ibarət cümlə qurmaq öyrədilməlidir.Yağış yağır,ata 
gəldi,quş uçur və s.İkinci kiçik qrupda(3-4 yaş) tərəvəz və meyvələrin,müxtəlif 
əşyaların xüsusiyyətlərini adlandırmaq tələb olunur. 
Uşaqların lüğət ehtiyyatına daxil ediləcək hər söz öncədən ölçülüb- 
biçilməli,tematik prinsipə əsasən qruplaşdırılmalı.işin xarakteri,aparılma vaxtı 
və yeri dəqiq müəyyənləşdirilməlidir.Hər hansı bir iş üzrə suallar verərək 
uşaqlar cavab verməyi bacarmalıdırlar. 
Bəzən məşğələ və ya gəzintidə nitq inkişafı üzrə iş təşkil edilərkən uşaqlar 
nəzərdə tutulandan əlavə hadisə və əşyalarla qarşılaşır,onlara aid suallar ver 
irlər. Belə lildə, onların lüğəti hələ nəzərdə tutulmayan sözlər hesabına 
zənginləşir. 
Məktəbəqədər yaşlı uşaqların nitqi üzərində elmi axtarışlar aparan Qvozdyev 
1 yaşdan 7 yaşadək uşaqlarda nitq inkişafının mərhələlərini belə göstərmişdir: 
1ci mərhələ-amorf söz,köklərdən ibarət cümlələr mərhələsi. 1 yaş 3 aylıqdan 1 
yaş 8 aylığadəlc.Bir sözdən ibarət cümlələr və hecalar deyirlər. 1 yaş 8 
aylığadan 1 yaş 10 aylığadək olan dövrədə bu mərhələyə aiddir.Bu zaman bir 
neçə söz və hecalardan ibarət cümlələr deyirlər. 


2-ci mərhələ-cümlənin qramatik quruluşunun mənimsənilməsi mərhələsi. 1 yaş 
10 aylığdan 2 yaş 1 aylığadəlc.Cümlələrdə tam,lakin şəkilçisiz yaxud,yalnız 
şəkilçili sözlər işlədilir. 
2 yaş 1 aylığdan 2 yaş 3 ayhğadək.Cümlələrdə özlərinin kökə şəkilçi artırmaqla 
düzəltdikləri sözlərdən istifadə edirlər:hal şəkilçiləri,şəxs şəkilçiləri 
mənimsənilr. 
2 yaş 3 aydan 3 yaşadəlc.Cümlələrdə sintaktilc münasibətləri ifadə etmək üçün 
köməkçi sözlər işlədilir. 
3-cü mərhələ-Dilin qramatik sisteminin mənimsənilməsi mərhələsi.3 yaşdan 7 
yaşadək.Nitqin qramatik quruluşu və səs cəhəti təkmilləşir.Lüğətin 
zənginləşməsi üçün əlverişli şərait yaranır. 
Uşaq bağçalarında nitq inkişafı üzrə iş iki formada gedir: 
1.nitq inkişafı üzrə xüsusi iş 
2.Uşaqların öz yol daşlan,bağçanın işçiləri,xüsusən,tərbiyəçi ilə sərbəst 
ünsiyyətləri prosesində. 
2-ci kiçik qrupdan başlayaraq uşaq bağçalarında nitq inkişafına həsr ounmuş 
xüsusi məşğələlər təşkil edilir.Belə məşğələlərdə əsas məqsəd uşağı həmin 
dövrədək ailədə,uşaq bağçasında öyrəndiklərini sistemə almaq və onun nitq 
inkişafı sahəsindəki qabilyyəti daha da artırmaqdır .Məşğələlər uşağın 
məhsuliyyətini artırır.Kollektivdə şeir deməyə,nağıl danışmağa alışdırır. 
Sərbəst nitq məşğələləri dedikdə,üş ağın baxçadakı fəaliyyəti ilə əlaqədar bir 
sıra işlər nəşərdə tutulur.Uşaq gəzinti, oyun, yemək, rəsm, müsiqi,bədən-
tərbiyəsi və s. Prosesində nitq inkişafı üzrə müxtəlif işlər aparılır. 
Proqramda nitq inkişafı üzrə işin qarşısında duran vəzifələri iki istiqamətdə 
ümumiləşdirmək olar: 
A)Uşaqlara ana dilində düzgün və təmiz danışmağı öyrətmək. 
B)Uşaqlarm nitqinin inkişaf etdirilməsi üzrə işi ətraf aləmlə,təbiətlə tanışlıq 
prosesində təşkil etmək. 
Düzgün və təmiz danışmaq dedikdə,nitqin sərbəst, aydın ,rəvan, ifadəli, 
dialektizmlərdən azad,təmiz olması nəzərdə tutulur. 

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin