Mövzu №1 Nitq inkişafının əsas vəzifələri. Plan: İnsanın həyatında nitqin rolu


Mövzu 12. İntonasiya ifadeliliyi uzerinde iş



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə14/17
tarix29.04.2023
ölçüsü1,16 Mb.
#104850
1   ...   9   10   11   12   13   14   15   16   17
Nitq inkişafi metodikasi fənnii (Mühazirələr)

Mövzu 12. İntonasiya ifadeliliyi uzerinde iş. 
 
Plan: 
1.İntonasiyanın komponentləri; 
2.Uşaqların intonasiyasında nöqsanlar; 
3.Nöqsanların aradan qaldırılması yolları; 
4.İntonasiya ifadəliliyini aşılamaq üçün çalışma. 
Səslənən nitqin ifadə vasitələrinin kompleksi olan intonasiyanın 
asağıdaki komponentləri var: 
1.Melodika. Melodika söz və ifadənin tələffüzü prosesində səsin 
yuk
səlməsi ve alçalması olmaqla, nitqə müxtəlif çalarlıq (musiqililik, 
yumsaqliq, incəlik və s.) verir, yorucu yeknəsəqliyi aradan qaldırır. 
2.Suret. Cümlənin, mətnin məzmunundan asılı olaraq nitq fasilələrin 
iştirakı ilə tezləşir ve ya yavaşlayır. 
3.Ri
tm. Hecaların ahəngdar şəkildə əvəzlənməsi ritm adlanır. Bu 
prosesde uzunluq ve qısalıq, yüksəklik ve alçaqlıq nezere alınır. 
4.Məntiqi vurğu. Sözün və ya ifadələrin məzmundan asılı olaraq 
fasilələrlə, səsin yüksəlməsi ilə böyük gərginlik ve uzunluqla ayrılması 
məntiqi vurğu hesab olunur. Məntiqi vurğunun köməyi ilə cümlədə 
diqqətin yönəldilməsi zəruri olan söz və ya söz qrupu 
fərqləndirilir.Məntiqi vurğu eyni cümlədə dəyişməklə fikri müxtəlif 
mənada anlamağa imkan verir (uşaqlar səhər parka getdilər) 
5.Tembr. Tembr nitqdə ekspressiv-emosional çalarlı, səs ve boyaları əks 
etdirən xüsusi keyfiyyətdir. Nitqdə müxtəlif hiss ve heyecanı verə bilmək 
üçün uşaqlar ifadəliliyin bu intonasiya vasitələrindən düzgün istifadə 
etməyi bacarmalıdırlar. 
İntonasiya ifadəliliyinin belə vasitələri ünsiyyət prosesinde fikrin, 
emosional iradi münasibətlərin dəqiqliyini, tamlığını temin edir, ona əlavə 
məna verir. 
Müşahidələr göstərir ki, neyinki uşaq bağçalarında, hətta ibtidai siniflərdə 
də uşaqların nitqi intonasiya cəhətdən nöqsanlı olur. Buna sebeb 
u
şaqlarda nitq eşitmənin zəifliyi, nitqin müxtəlif cür pozulması, erkən 
yaşlardan onların nitqinin terbiyə edilməsi, xüsusi ile onun intonasiya 
cəhətinə laqeydlikdir. 


Bunun nəticəsidir ki, bəzən uşaq "Xahiş edirəm, kitabı ver" cumlesini ele 
intonasiya ile deyir ki, "xahis edirem kitabı ver, yoxsa cırıb ataram" 
şəklində səslənir. Belə "ifadəlilik" nitqin kobudluğunu, nitq 
mədəniyyətinin olmadığını göstərir. 
Tərbiyəçi kiçik qruplardan həmin nöqsanları aradan qaldırmaq məqsədi 
ilə, ilk növbədə şeir oxuyarkən, nağıletmə prosesində öz nitqinə yüksək 
tələbkarlıqla yanaşmalıdır. Çünki tərbiyyəçinin ifadəli, emosional nitqini 
eşitməklə uşaqlar da lazımi intonasiya seçə bilərlər. 
Tərbiyyəçi qonağı gülərüzlə, şadlıqla, mehribanlıqla qarşılamağı; 
mülayim, nezakətlə, səmimi danişmağı; bayramlarda sevinc, iftixar hissi 
kecirməyi uşaqlara öyrətməlidir. Uşaqlar ictimai yerlərdə ucadan 
danışanda, başqalarını narahat edəndə üzr istəməyi bacarmalıdırlar. 
Bu vərdişləri uşaqlara aşılamaq o qədər də asan deyil. Ona görə də 
ictimai yerlərdə nitq mədəniyyəti, nitqin emosionallığı, məzmunundan 
asılı olaraq tonun seçilməsi haqqında valideynlərə məsləhətlər 
verilməlidir. 
Məşğələlərdə intonasiya üzrə şifahi çalışmalar aparılmalı ve xorla tekrar 
edilməlidir. Gözəl, bəzəkli oyuncaq, əşya şəkli göstərib ona aid şeirin 
oxunması, rollar üzrə oxu, uşaqlar tərəfindən mənzərəyə, hadisəyə aid 
şeirin seçilməsi, əmək prosesi, anaya hədiyyənin hazırlanması ilə 
əlaqədar nağıletme, səhnələşdirmə və s. onlarda emosiya doğurur. Bu 
prosesdə intonasiya üzrə sadə məşqlər keçirilir. Şeirin oxunması, yaxud 
bir eşyanın, hadisənin təsviri prosesinde tərbiyəçi "daha nece demek 
olar
?", "kim daha yaxsi oxuyar (deyər)?" şəklində suallar verməklə 
uşaqlarda sözə diqqətlilik tərbiyə edə biler. 

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin