Mövzu №1 Nitq inkişafının əsas vəzifələri. Plan: İnsanın həyatında nitqin rolu


Mövzu 7.Tərbiyəçinin nitqinə verilən tələblər



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə9/17
tarix29.04.2023
ölçüsü1,16 Mb.
#104850
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
Nitq inkişafi metodikasi fənnii (Mühazirələr)

Mövzu 7.Tərbiyəçinin nitqinə verilən tələblər. 
Plan: 
1.Tərbiyyəçinin nitqinin səs cəhəti. 
2.Tərbiyyəçinin nitqində orfoepik normaların pozulması. 
3.Saitlərin tələffüzü. 
4.Samitlərin tələffüzü. 
5.Bəzi qramatik formaların tələffüzü 
Tərbiyəçinin nitqi daim uşaqların diqqət məktəb tərbiyəçisindən biri onun 
nümunəvi nitqə malik olmasıdır. 
Uşaq baxçasında tərbiyəçi ilə fasiləsiz ünsiyyətdə olur.Ona görə də 
tərbiyəçinin nitqi keyfiyyəti nöqsansız olan tərbiyəçi uşaqları ana dilini uşağın 
nitq mədəniyyətni müəyyən edir.Yalnız öz ən yaxın nümunələrinin əsasında 
tərbiyə edə bilər.Tərbiyəçinin nitqi düzgün təmiz aydın dəqiq, rəvan normal, 


ünsiyyətli ,obrazlı və ifadəli qrammatik cəhətdən düzgün təmin edilmiş rabitəli 
başa düşüləcək şəkildə olmalıdır.Tərbiyəçinin peşə hazırlığının mühüm 
göstəricisi də olduğundan müsbət cəhətlərlə yanaşı azacıq nöqsan belə 
uşaqların nitqində öz əksini tapır.Ona görə də tərbiyəçi öz nitqinə tənqidi 
yanaşmamalı, qüsurları aradan qaldırmaqla çalışdırır.Adətən tərbiyəçi 
danışarkən diqqəti nitqin formasına deyil məzmununa yönəlir.O deyəcəyi 
üzərində deyil nə deyəcəyin üzərində düşünür.Uzun müddət öz nitqinə 
ehtiyatsız laqeyd münasibət həmin insanın nitqdə möhkəmlənməsi öz nitqi ilə 
nəticələnir.Get gedə həmin nöqsanı(məsələn tələsgən,qeyri-
aydınlıq,yeksənəklik, səsin tonunu həddən artıq yuxarı və aşağı salınması ayrı -
ayrı səs və sözlərin tələffüzündə qeyri- dəqiqlik və s.)hiss etmir.Ona görə 
dətərbiyəçinin nitqini maqnitafona yazıb fonetik, leksik, qrammatik, üslubi və 
intonasiya cəhətdən təhlil etmək lazımdır. Hər bir tərbiyəçi öz nitqindəki 
nöqsanları qeydə alıb planlı şəkildə mübarizə apara bilər.Öz nitqini durmadan 
təkmilləşdirmək tərbiyəçinin peşə vəzifəsidir. 
Uşaqlara nə öyrətmək, nə demək istədiyindən asılı olaraq şübhəsiz 
tərbiyəçinin nitqi dəyişir.Bununla belə tərbiyəçi nitqinin özünəməxsus 
xüsusuyyəti var.Tərbiyəçinin nitqi istiqamətlənmiş olmalıdır.Belə ki, 
başqalarının nitqindən fərqli olaraq tərbiyəçinin nitqi uşaqlar tərəfindən necə 
qavranılacağı ciddi şəkildə nəzərə alınır.Onun nitqi həmişə kiçik uşaqların 
auiditoriyası ilə sıx əlaqədə olur.Adi söhbət, izahat və ya nağıl etməsindən asılı 
olmayaraq tərbiyəçi uşaqlara müraciət edir.Onlar sual verir .Ona görə də bu 
sualların məzmunu və forması əvvəlcədən ölçülüb biçilməlidir.Tərbiyəçinin 
uşaqlarla ünsiyyətdə olarkən onların necə reaksiya verməsinə diqqət yetirməli, 
lazım gəldikdə ifadə tərzini, məzmunu dəyişməli nitqini daha maraqlı və 
emasional qurmağı bacarmalıdır.Tərbiyəçinin nitqinin səs cəhətinə xüsusi 
tələblər verir.Müşahidələr göstərir ki, o bəzən uşaqlarla da yaşlılarla da 
danışığdığı kimi danışır.Tərbiyəçi tez-tez ehtiyatsızlığa, səliqəsizliyə yol verir
sözlərdə şəkilçiləri axıracan deyir. Bəzi səsləri buraxır samitləri anlaşılmaz 
şəkildə tələffüz edir, sözləri hərfi tələffüz etmək başqa sözlə , kitab tələffüzü isə 
(sənnən əvəzinə sənbən ) yerli dialektə, milli aksetdə danışmaq bir çox 
tərbiyəçilər üçün xarakterik haldır. 
Tərbiyəçi öz nitqi ilə hislərinin , fikirlərinin ən incə çalarlarını başqalarına 
çatdıra bilməlidir.Buna nail olmaq üçün zəngin lüğət ehtiyatına yiyələnmək və 
sözləri düzgün etməyi bacarmaq azdır.Həm də ifadələrin intonasiya 
vasitələrindən (səsin gücü ,sürət, məntiqi vurğu , fasilə, ritm , tebr, melodiya və 
s.) düzgün istifadə etməyi bacarmaq lazımdır. 


Kim tərbiyəçinin üzündəki ifadə ilə kiçik uşaqlığın necə reaksiya verdiyin öz 
münasibətini necə bildirdiyini görməlidir? 
Tərbiyəçi nağıl danışarkən təəccübdən gözlərini iri açan kimi uşaqların da 
gözləri iri açıılır.Tərbiyəçinin gözlərində kimi uşaqların üzündə məyusluq hissi 
olur.Beləliklə uşaqlar məzmunu yaxşı başa düşür .Ana dilinin gözəlliyini hiss 
edirlər. 
Tərbiyəçin nitqinin yeksənəkliyi uşaqları yorur, mətnin məzmununa marağı 
azaldır.Nitqin tələskənliyi yox, mürəkkəb şərait yaratmaqla onu qeyri-dəqiq, 
qarışıq və anlaşılmaz edir. 
Tərbiyəçi peşə aləti olan səsdən düzgün istifadə etməlidir.Hətdən artıq 
yüksəkdən(qışqırtı ilə) yaxud alçaqdan pıçıltı ilə) danışmaq uşaqların nitqinə 
mənfi təsir göstərir. 
Nitqin intonasiya ifadəliliyi onun emosional zənginliyindən asılıdr.Adam 
həyəcanlığında məsələdən danışarkən onun nitqi daha aydın , daha ifadəli olur. 
Tərbiyəçinin nitqində təsadüf edilən ciddi nöqsanlardan biri də orfoepik 
normaların pozulmasıdr.Tərbiyəçi nümunəvi ədəbii tələffüzə yiyələnmiş 
adamların, diktorların ,bədii söz ustalarının nitqini dinləməli orfoepik normaları 
öyrənməklə bu cəhətdəki qüsurları aradan qaldırmalıdır. 

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin