Mövzu №1 Nitq inkişafının əsas vəzifələri. Plan: İnsanın həyatında nitqin rolu


Mövzu 4.Nitqin İnkişafı üzrə işə verilən tələblər



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə5/17
tarix29.04.2023
ölçüsü1,16 Mb.
#104850
1   2   3   4   5   6   7   8   9   ...   17
Nitq inkişafi metodikasi fənnii (Mühazirələr)

Mövzu 4.Nitqin İnkişafı üzrə işə verilən tələblər 
Plan 
1.Nitq inkişafı üzrə işin başlanma vaxtı və ələqadar sahələri 
2.Uşağın əxlaq tərbiyəsində ana dilinin rolu 


3.Hər məşğələyə tərbiyəçinin hazırlığı 
 
Məktəbəqədər yaşlı uşaqların nitqinin inkişafı ciddi fəaliyyətlə 
müəyyən tələblərə cavab verən tərbiyə prosesi ilə bağlıdır. Bu tələblər 
hansılardır? 
1 .Nitq inkişafı üzrə işə vaxtında başlamaq lazımdır. Çünki uşağın beyni 
sürətlə inkişaf edir və onun funksiyaları formalaşır. Bu dövrdə baş beyin 
sisteminin funksiyalarını məşq etdirmək asandır. Bəzi tərbiyəçilərin və 
valideyinlərin nitq inkişafı üzrə işi usağin dil açdığı dövrə saxlaması 
ciddi nöqsan hesab edilməlidi. 
2.Nitq inkişafı üzrə iş mükəmməl aparılmalıdır. Belə ki, hər bir yaş 
dövründə uşağın nitqə yiyələnmə imkanları dəqiqliklə nəzərə alınmalı, 
onun nitqinin inkişafı üçün kifayət qədər dil material nəzərdə 
tutulmalıdır. 
3.
Nitq inkişafi üzrə iş uşağın fəaliyyətinin bütün sahələri ilə 
əaqələndirilməiidir. Uşaq bağçasında müxtəlif təlim məşğələləri. Oyun, 
əyləncə, gəzinti, bayramlar, görüşlər və s. bu məqsədə xidmət etməlidir. 
4.
Uşaqiarın nitqinin inkişafı üzrə işin optimallaşdırılmasmı təmin etmək 
üçün nitqsituasiyasmın yaradılması zəruridir. Bunun üçün təbii nitq 
mühiti olmadıqda süni nitq şəraiti yaradılmalıdır. 
5.
Nitqi yamsılama prosesinə geniş yol açılmalıdır. Lakin tərbiyəçi yalnız 
bununla kifayətlənməməli, uşağın nitqə şüurlu yiyələnməsinə üstünlük 
verilməlidir. 
6.
Nitq inkişafı üzrə iş şagirdlərdə estetik hisslərin inkişafına xidmət 
göstərməlidir. Uşaqlar ana dilinə yiyələnməklə estetik cəhətdən 
gözəl,zəngin nitqə sahib olur, danışarkən intonasiyanı, nitqin ifadəliyini 
gözləməyi öyrədilir. Mahnıların oxunması, atalar sözləri, 
tapmaca,yanıltmac,şerlər, hekayələr və nağıllar üzrə iş bunun üçün 
gözəl imkanlar yaradılmalıdır. 
7.
Nitq inkişafı üzrə işin uşağın əxlaq tərbiyəsi üzrə işdən ayrılmazdı. Ana 
dili uşağın əxlaq tərbiyəçi uşaqlar ilə ünsiyyət başladığı dövrdə dildən 
həmin məqsəd üçün istifadə etməlidir. 
8.
Nitq inkişafı üzrə məşğələlər oyun bu və ya digər sahəsinə (səs 
mədəniyyəti,lüğət işi,nağıletmə,şeir əzbərləmək və s.) xidmət etməlidir. 
Bununla yanaşı kombinə edilmiş məşğələlər də keçirilməlidir. 
9.
Məşğələlər didaktik məqsəddən asılı olaraq da müxtəlif cür olur (yeni 
materialın verilməsinə,bilik bacarıq və vərdişlərin möhkəmləndirilməsinə, 


biliklərin ümumiləşdirilməsi. Yoxlamaya həsr edilmiş, kombinə edilmiş və 
s.) təşkil edilməlidir. 
10.
Tərbiyəçi hər bir məşğələyə vaxtında, mükəmməl hazırlaşmalı, 
üzərində iş aparılacaq materialı diqqətlə seçməli. Məşğələ istifadə 
edəcəyi vəsaiti. İş formalarını. Metod və priyomları müəyyənləşdirməlidir. 
11.
Tərbiyəçi hər bir mərhələdə uşaqları nitq inkişafi səviyyəsini, onların 
fərdi xüsusiyyətlərini diqqətlə öyrənməli və iş prosesində unu nəzərə 
almalıdır. Məşğələnin hər bir mərhələsində ayrı-ayrı fərdlərin nitq 
fəallığına malik olmaq lazımdır. 
12.
Hər bir məşğələdə nitq inkişafı üzrə yükün optimal untensivliyi 
gözlənməlidir. Tərbiyəçi çalışmalıdır ki, təlim yükü uşaqların idrak 
imkanlarından nə ağır, nə də yüngül olsun.nitq inkişafı üzrə iş uşaqların 
gücünə müvafiq olmaqla onların fikri fəaliyyətini hərəkətə gətirməli
təfəkkürünü, yaddaşını inkişaf etdirməli, müstəqilliyini, müqayisə etmə, 
tutuşdurma, ümumiləşdirmə, əqli nəticəyə gəlmə bacarığını artırmalıdır. 

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin