Mövzu 2: Nitq inkişafi üzrə işin nəzəri məsələləri.
Plan:
1.Dilin mahiyyəti, vəzifələri.
2.Ferdinand de Sossur dil və nitq haqqinda.
3.Dil və nitqin oxşar və fərqli cəhətləri.
4.Uşağın dil və nitqdən istifadəsi.
Dil sosial hadisədir.Dil insanlar arasında mühum ünsiyyət vasitəsidir.
Dil xalqin yaradıcı qüvvəsinin meydana gətirdiyi ən böyük nemətidir.
Dildə xalq həyatinin dərinliyi öz əksini tapir, onun mahiyyəti əks
olunur. Dil müxtəlif informasiyaların toplanması və qorunub saxlanması
vasitəsi olmaqla cəmiyyətə xdmət edir. Dil öz təbiəti etibarı ilə intellekti
inkişaf etdirən, emosiya və ifadəni tərbiyə edən muhum faktordur.Dil
insanla ətraf aləm arasında əlaqə vasitəsidir. Artıq çoxdan hamı
tərəfindən qəbul edilmişdir ki, cəmiyyətdən kənar dil olmadığı
kimi,dilsizdə cəmiyyət yoxdur.Dil həmişə kollektivə məxsusdur, o
heçdə fərdi dillərn mexaniki məcmuyu ola bilməz. Bunu nəzərə
almayan dilçilər, psixoloqlar, fzioloqlar dil və nitq anlayışlarmmi
qarışdırmışlar. Fizioloq və psixoloqların tədqiqatı, adətən, dillə deyil,
nitqlə əlaqədar olur.Psixolqlar və metodistlər nitqin zənginləşdirilməsi
və inkişafı üzərində işləyirlərsə, fiziloqlar, defektoloqlar nitq
nöksanlarmm, onların baş vermə səbəblərinin aşkara çıxarılması və
aradan qaldırılması üzərəndə işləyirlər. Butun bu hallarda söhbət
psixofizioloji prosesdən getdiyindən dili nitqlə əvəz etmək olmaz.
Dil ilə nitq arasındakı münasibəti linqvistik baxımdan dəqiq
müəyyənləşdirmək uzun müddət mıpnkun olmamışdır. İlk dəfə XIX
əsrin axırlarında İsveçrə liiıqvisti Ferdinanjd; de Sössur dil və nitq
arasındakı münasibəti duzgun qiymətləndirmişdir. O yazır: "Dil
fəaliyyətinin öyrənilmə ,bağlamağ öyrənir.Uşaq həmin elementləri yeni
şəraitdə işlədir,onların əsasında özü də yeni fikirlər söyləyir və beləliklə,
ana dilinin qrammatik quruluşuna yiyələnir.Bu dövrdə uşaq
valideynlərindən nə qədər söz öyrənirsədə,ana dilinə ,əsasən , öz nitq
təcrübəsinin köməyi ilə yiyələnir.Deməli, dil ictimai hadisə olmaqla
onun tarixi qədər qədimdir.İnsan cəmiyyətinin yarandığı ilk dövrlərdə
ibtidai insanlar, əmək fəaliyyəti prosesində fikirlərini başqalarına
çatdırmağa ehtiyac hiss etmiş ,əşya və hadisələri şərti işarələrlə
adlandırmağa başlamışlar.Beləliklə də, dilin işarələr sistemi
yaranmışdır.Ətraf aləmdəki əşya və hadisələrin kodları (şifrələri) olan
fonemlər,morfemlər,sözlər,söz birləşmələri,cümlələr dilin belə
işarələridir.
Dil işarələrini mənimsəmək onun maddi qabığını yadda saxlamaq,yəni
onun səslənməsini və ona uyğun olaraq nitq orqanlarının əzələ
hərəkətini yadda saxlamaq ,onun dil xaricində reallıqda hansı əşya və
hadisəyə uyğun gəldiyini ,nəyi kodlaşdırdığını,başqa sözlə ,onun
mənasını başa düşmək deməkdir.
Göründüyü kimi nitq başqaları ilə unsiyyət saxlamaq,həyatı dərk
etmək, özünü idarə etmək üçün dilin leksik və qrammatik
işarələrindən istifadə etmək deməkdir.
Cəmiyyət inkişaf etdikcə dildə inkişaf edir.Fikrin inkişafı dildə öz
əksini tapır.Xalqın inkişaf tarixi ilə əlaqədar onun dilinin lüğət ehtiyatı
zənginləşmiş,qrammatik quruluşu təkmilləşmişdir.
Hər bir adam öz fikrini ifadə etmək və başqalarının dediklərini anlamaq
üçün ana dilindən istifadə edir.Dil təfəkkürün işinin nəticələrini
möhkəmləndirən , insanların ünsiyyət , fikir mübadiləsi və cəmiyyətdə
qarşılıqlı anlaşma silahı olan səs və lüğət qrammatik vasitələrinin
sistemidir.Dil ictimai hadisədirsə, nitq onun varlığı formasıdır.Fikir və
hisslərin ifadə olunması üçün dildən istifadə edilir.
“Uşağa nitq öyrətmək”, dilin materiyasını mənimsəməklə ona kömək
etmək (nitq orqanlarını məşq etdirmək), dilin leksik və qrammatik
işarələrinin mənasının başa düşməsini asanlaşdırmaq (intellekti məşq
etdirmək), leksik və qrammatik işarələrin
O yazır: "Dil fəaliyyətinin öyrənilməsi İki hissəyə ayrılır: onlardan biri əsas
olmaqla, predmetl dildir, yəni mahiyyətcə ictimaidir və fərddən aslı
deyil...,digəri ikinci dərəcəli olmaqla, predmeti nitq fəaliyyətinin fərdi cəhətdir,
yəni danışıqda daxil olmaqla nitqdir".
Dil və nitqin sıx əlaqədə olduğunu göstərən Sössur nitqin olması üçün dilin,
həmçinin dilin müəyyənləşməsi üçün nitqin zəruri oduğunu, tarixən nitq
faktlarının həmişə dili qabaqladığını bildirir.
F.Sössur çox haqlı olaraq dil ilə ntqi fərqləndirir, dilin kollektivin malı olduğunu,
cəmiyyətdən kənarda dil olmadığını, dilin ictimai hadisə olduğunu, onun
strukturunda məcburi işarələrin olduğunu bildirir. O bildirir ki,nitq insanların
bir-biri ilə ünsiyyət prosesində dili fərdi şəkildə (və ya qrup şəkildə) meydana
çıxan ayrıca aktıdır (və ya bir sıra vərdişidir).
Dil və nitq eyni hadisənin bir- biri ilə sıx əlaqədə olan iki aspektidir. Müasir
dilçilər nitq anlayışına yalnız şifahi deyil, həmdə yazılı nitqi daxil edirlər. Bundan
əlavə, geniş mənada həmin anlayışa daxili nitq, yəni dil vasitələrinin (söz və s.)
köməyi ilə təfəkkür prosesidə daxildir.Daxili nitq ucadan təlləffüz olmadan "öz -
özünə " baş verir.
Bəs nitq mədəniyyəti nədir? Nitq fəaliyyəti insan orqanizminin nitqi qurumaq
uçun zəruri olan psixofizioloji işlərinn məcmusdur"
Nitq fəaliyyətinin meydana çıxması, yəni nitq akdı normal ünsiyyətdə ikitərəfli
prosesdən ibarətdir. Şifahi ünsiyyət zamanı yalnız danışmaq deyil ,həm də
onunla paralel eşitmə qavrayışı və eşidilənləri anlama baş verir. Yazılı ünsiyyət
isə nitq akdı, yazmaq ( görmə qavrayışı )və yazılanı oxumağı (anlamağı) əhatə
edir. Dil anadan gəlmə xüsusiyyət deyil. O , körpəgldən başlayaraq tədricən
yaranır. Uşaq ana dilinə nitq vasitəsidə yiyələnir. Bu proses tam şüurlu xarakter
daşımır,əsasən intutiv şəkildə gedir.
Uşaq ətrafdakıların nitqini dinləyərkən müxtəlif şəraitdə tələffüz olunan
müxtəlif fikirlərlə qarşılaşır,fonları əzbərləyir və tədricən dəfələrlə təkrar
olunan elementləri- söz və ifadələri müəyyən məna ilə bağlamağı öyrənir.
Köməyi ilə real vəziyyəti qiymətləndirməyi öyrətmək (emosya bə hissləri məşq
etdirmək), ədəbi normaların yadda qalmasını,yəni dil işarələrinin (morfem, söz,
söz birləşməsi, cumlə) nitqlə işlədilmə ənənəsini (birləşmə, qarşılıqlı əvəz
olunma imkanını), onların səs və qrafik tərtibini asanlaşdırmaq.
Dil elmi, ədəbi kitablarda, lüğətlərdə, qrammatika dərsliklərində öz əksini tapır.
N.Gəncəvinin, S.Vurğunun əsərləri, təbiətşunasliq, riyaziyyat dərslikləri, şagird
inşaları və.s. Azərbaycan yazılı nitqinin, hər gun eşitdiyimiz televizya və radio
verlişləri isə Azərbaycan şifahi nitqinin nümunələridir.
Dostları ilə paylaş: |