Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   38

 
 
Yaradıcılıq işi üçün təxmini mövzular: 
 
1.Fiziki tərbiyə prosesində müasir təlim metodlarından istifadə. 
2.Fiziki tərbiyənin digər fənlər ilə əlaqəsi. 
3.Fiziki tərbiyənin ümumtərbiyə sistemində yeri. 
 
 
 
 
 

 88
III  FƏSİL. FİZİKİ TƏRBİYƏ ÜZRƏ PROQRAMLAR 
VƏ TƏDRİS PLANLARI 
 
P   L   A   N 
 
1.Çar Rusiyasında məktəb tədris planlarında fiziki tərbiyənin qoyuluşu. 
2.Sovet hakimiyyəti illərində  məktəb bədən tərbiyəsi proqramları  və  tədris planları (1920-
1991). 
3.Müstəqillik dövründə bədən tərbiyəsi proqram və tədris planları (1992-ci ildən başlayaraq). 
4.Xarici ölkə məktəblərində fiziki tərbiyə üzrə proqram və tədris planları. 
 
                      Ə D Ə B İ Y Y A T 
 
1.
 
H.Əhmədov. XIX əsr Azərbaycan məktəbi. Bakı, «Maarif» nəşriyyatı, 1985-ci il. 
2.
 
B.Quliyev, H.Məmmədov. Bədən tərbiyəsi proqramları 60 ildə. «Məktəbdə  bədən 
tərbiyəsi» məcmuəsi, 1979-cu il, № 6. 
3.
 
Səkkizillik və orta məktəb proqramları. Bədən tərbiyəsi (I-XI siniflər üçün), Bakı, 1981-ci 
il. 
4.
 
İbtidai sinif müəlliminin stolüstü kibatı. Buraxılışa məsul professor Y.Kərimov. Bakı, 
2001-ci il. 
5.
 
Orta ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün bədən tərbiyəsi proqramları, Bakı, 
1996-cı il. 
 
                               
 

 89
III FƏSİL.   FİZİKİ TƏRBİYƏ ÜZRƏ PROQRAMLAR VƏ TƏDRİS 
PLANLARI 
 
3.1. Müxtəlif dövrlərdə tətbiq olunan proqram və tədris 
planlarının mahiyyəti, vəzifələri və vasitələri 
              Ümumtəhsil məktəblərində fiziki tərbiyə sahəsində qarşıda duran müasir tələbləri lazımi 
səviyyədə  həyata keçirmək üçün ilk növbədə onun keçmiş olduğu tarixi yola nəzər salıb müsbət 
cəhətlərindən istifadə mühüm əhəmiyyətə malikdir. Xüsusn fiziki tərbiyənin məzmunu, təşkili forma və 
üsullarını, burada milli fiziki tərbiyə vasitələrinin tutduğu yeri araşdırmaq olduqca vacibdir. Həmin 
məqsədlə qabaqcıl məktəb təcrübəsini öyrənib ümumiləşdirmək, proqram və  tədris planlarının tarixi 
inkişafını izləyib təhlil etməklə onları daha da təkmilləşdirməyin imkan və yollarını müəyyənləşdirmək 
zəruridir. Bu bir çox cəhətdən, o cümlədən yeni ictimai şəraitin tələbləri, həbelə proqramda Azərbaycan 
milli xüsusiyyətlərinin, coğrafi  şəraitin nə  dərəcədə  nəzərə alınmasını öyrənmək, təhlil etmək, nəticə 
etibarı ilə şagirdlərin fiziki tərbiyəsinin milli zəmində təkmilləşdirilməsi və s. baxımdan xüsusi əhəmiyyət 
kəsb edir. Bunları nəzərə alıb, Azərbaycan  və əldə etmiş olduğumuz bəzi xarici ölkə məktəblərinin tədris 
planları və proqramlarının təhlilini aparırıq. 
              70-ci  illərdə  mərhum H.N.Məmmədov və müəllifin namizədlik dissertasiyasının mövzusu 
baxımından proqram və  tədris planlarının təhlili tədqiqat obyektinə çevrildiyini, hər iki müəllifin 
tədqiqatının nəticəsi kimi birgə yazmış olduqları  məqalədə
96
 bu məsələ müəyyən dərəcədə öz əksini 
tapmasına baxmayaraq, yeni mövzu və müasir tələblər baxımından onun təhlilini vacib sayırıq.  Son 30 il 
ərzində mövcud  proqram və  tədris planlarının  tədqiqat  
obyektinə çevrilmədiyi də  nəzərə alınsa, həqiqətən bu sahədə  təhlil (tədqiqat) və ümumiləşdirmələr 
aparılmasına nəticə olaraq konkret qənaətə gəlinməsinə çox böyük ehtiyac duyulur.  
    Bədən tərbiyəsi proqramlarının tarixini 3 mərhələyə bölmək olar: 1. Sovet hakimiyyətinə qədər; 2.  
Sovet hakimiyyəti illərində; 3. Müstəqillik dövründə. 
   Əvvəlcə  XIX əsr Azərbaycan məktəbində problemlə əlaqədar bəzi məqamlara istinad edək. 
 
1.1. Çar Rusiyasında məktəb tədris planlarında 
fiziki tərbiyənin qoyuluşu 
              Tarixi keçmişimizin qara səhifələrindən biri olan 1813-cü il oktyabr ayının 13-də İranla Rusiya 
arasında bağlanmış Gülüstan müqaviləsinə  əsasən vahid Azərbaycan parçalanmış, ikiyə bölünmüşdür.  
Şimali Azərbaycan Rusiyanın, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil edilmişdir. 
          Şimali Azərbaycan həmin vaxtdan çar Rusiyasının əyalətlərindən birinə çevrilmiş və müstəmləkəsi 
olmuşdur. Həmin illərdə Azərbaycan bir sıra iztirablarla qarşılaşmış, onun mədəniyyəti, inkişafı 
dözülməz vəziyyətə düşmüşdür. 
        Çar  Rusiyası XVIII-XIX  əsrlərdə  və XX əsrin  əvvəllərində ölkəsinin mənafeyinə uyğun 
Azərbaycanın Bakı, Gəncə, Qazax, Şuşa və başqa bu kimi iri şəhərlərində ibtidai təhsil verən məktəblər 
açmışdır. 
         Moskvadan göndərilmiq tədris planları və s. materialları nəzərdən keçirdikdə məlum olur ki, bədən 
tərbiyəsi fənn kimi ora daxil edilməmiş, sadəcə olaraq gimnastika, oyunlar, əyləncələr  adı altında tədris 
planında öz əksini tapmışdır. Bu sahədə  işlər dərs formasında deyil, gəzinti, fəal istirahət, sağlamlıq 
nöqteyi-nəzərindən həyata keçirilmişdir. Həmin dövrlərdə  məktəblilər üçün bədən tərbiyəsi proqramı 
olmamışdır. XIX əsrə aid  aparılmış tədqiqatlardan 
97
  məlum olur ki, 1886-cı il
 
məktəb nizamna- 
 
                                                 
96
 
.Б.С.Гулийев вя Щ.Н.Мяммядов. Бядян тярбийяси програмлары 60 илдя. «Мяктябдя бядян тярбийяси» мяъмуяси, 
1979, №6. 
 
97
 
Щ.Ящмядов. ХЫХ яср Азярбайъан мяктяби. Бакы, «Маариф»няшриййаты, 1985. 
 

 90
məsindən sonra bütün təhsil müəssisələri və pansionatlar daha da genişləndi. Pansionatlarda tərbiyə 
xüsusən yeniyetmələrə  əqli  əməkdən sonra bir növ istirahət verməklə  bərabər, onların  əxlaqına təsir 
göstərmək, yeni istedadlar meydana çıxarmaq məqsədilə… gimnastika ...  oyun və musiqi təşkil olundu. 
 1871-ci  ildə yaranan Bakı iki sinifli şəhər ibtidai məktəbin tədris planına gimnastika da daxil oldu. 
Sonralar yaranmış müxtəlif sinifli şəhər məktəblərinin hamısında  gimnastika fənn kimi təsdiq edildi. 
Bunun və başqa görülmüş  tədbirlər nəticəsində  şəhər məktəblərində  şagirdlərin sağlamlığının möhkəm 
olması müşahidə olunmuşdur. 
              Qori seminariyasında da gimnastika fənn kimi tədris edilirdi. Rusiya XMN 1 və 2 sinifli normal 
kənd məktəbləri proqramları  əsasında işləyən xalq məktəblərində ümumtəhsil fənlərindən başqa, 
məktəblərin bəzilərində müəllim istək və arzu etdiyi, həmçinin bacarmasından asılı olaraq gimnastika da 
keçirilirdi.  1895-ci ilin məlumatına görə Gəncə quberniyasındakı kənd məktəblərindən 46-da gimnastika 
təşkil olundu. 
              XIX  əsrin 80-ci illərindən başlayaraq Azərbaycan  ərazisində  dəmir yolu məktəbləri açılmağa 
başlandı. Bu məktəblərin tədris planında vəsait imkanı olarsa, oğlanlar üçün gimnastika və s. məşğələlər 
keçmək tövsiyə edilirdi. 
              Həmin illərdə qadın təhsili nə  qədər mərhumətlər içərisində olsa da, onların sağlamlığına 
müəyyən diqqət vardı. Bakı «Müqəddəs Nina» məktəbi  əsasında 1874cü ildə yaradılmış  qızlar 
gimnaziyasının tədris planına bədən tərbiyəsi və oyun daxil edilməsə  də, o, sinifdənkənar məşğələ 
formasında təşkil olunmuşdur. 1875-ci ildə yaranmış Şuşa qızlar məktəbinin tədris planına gimnastika bir 
fənn kimi daxil edilməsə də, valideynlərin arzusundan asılı olaraq pulsuz keçirilirdi. 
              Göründüyü kimi, XIX əsrdə, habelə XX əsrin əvvəllərində tədris müəssisələrinin tədris planına 
gimnastika tədris fənni kimi daxil olmuşdur. Ondan şagirdlərin tərbiyəsində bir vasitə kimi istifadə edilir, 
zehni işdən sonra isə istirahət növü kimi həyata keçirilirdi. Lakin bu illərdə Azərbaycan məktəblərində 
şagirdlərin fiziki tərbiyəsinə aid xüsusi proqramlar yaranmamış, bəzi məktəblərin tədris planına daxil 
edilməmiş  və yaxud da sinifdənkənar məşğələ formasında müəllimlərin bacarığı  nəzərə alınmaq və 
valideynlərin arzusu ilə  təşkil edilmişdir. Buna görə  də fiziki tərbiyə  həmin dövrdə  məzmunu, təşkili 
forma və təlimi üzrə öz inkişaf səviyyəsini tapa bilməmişdi. 
 
1.2. Sovet hakimiyyəti illərində məktəb bədən tərbiyəsi  proqramları və tədris planları (1920-1991) 
              1920-ci ildən başlayaraq Azərbaycan sovet məktəblərində bədən tərbiyəsi və idman üzrə müsbət 
dəyişikliklər baş vermiş ölkənin müdafiəsi, əməyə hazırlıq və əmək məhsuldarlığının yüksədilməsi üçün 
diqqət mərkəzində olmuşdur. Bu sahədə xüsusi proqramlar tərtib etmək məqsədilə elmi Şura təşkil 
olunmuş və s. tədbirlər həyata keçirilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduğu ilk tədris ilində 
(1920-1921-ci tədris ili) I dərəcəli məktəbin qruplarının hər birində  həftədə 2 saat bədən tərbiyəsi dərsi 
keçirilməsi nəzərdə tutulurdusa, sonralar axırıncı II qrupda (IV-V)  1 saat azaldıldı. II dərəcəli 
məktəblərdə tədris yükü isə 1 saat planlaşdırıldı. I-II qruplarda (II dərəcəli məktəb) isə sonralar dərslər 
həftədə 1 saatdan 3 saata qədər çatdırılsa da, qalan qruplarda saatların miqdarı əvvəlki qədər saxlanıldı. 
              1923-cü ildə ilk dəfə olaraq bədən tərbiyəsi proqramları  çap olmuş, təcrübi materiallarla yanaşı, 
müəllimlərə müəyyən istiqamət və göstərişlər verilmişdir. Həmin proqram sabit deyil, müvəqqəti qəbul 
edilmiş, yeri  gəldikdə müəllimə proqram materiallarında bəzi dəyişikliklər etmək tövsiyə olunmuşdu. 
Mərkəzi  İcra Komitəsinin yanında  yaradılmış Ali Bədən Tərbiyəsi Komissarlığı gimnastika və oyun 
dərslərinin geniş yayılması üçün yerli sovetlərə bütün məktəblərin hər bir sinfində belə  dərslərin tədris 
cədvəlinə daxil olunmasını məsləhət görmüşdü. Həmin vaxtda «Məktəbdə fiziki tərbiyənin metodikasının 
əsasnaməsi» təsdiq edildi ki, burada da uşaqların müvafiq yaş xüsusiyyətləri nisbətən nəzərə alınmaqla 
tədris məşğələsi üçün vəzifələr və vasitələr müəyyənləşdirilmişdir. Bunlar 7-9 yaşlı  məktəblilər üçün 
mütəhərrik oyunlar, gimnastika, 9-12 yaşlılar üçün isə qaçış, hopanma və atmalardan ibarət idi. 
              Proqrama  gimnastika, yüngül atletika, futbol, basketbol üzrə  təcrübi materiallar, habelə  «İki 
kor», «Şəhərcik», «Quldurlar», «Bondar» və s. mütəhərrik oyunlar daxil edildi. Bu illərdə kompleks 
məktəb proqramları hazırlanıb nəşr edilsə də, digər fənlərlə fiziki tərbiyə arasında əlaqə yaradılmadı. 
              1923-1924-cü  illərdə müxtəlif tədris fənlərinin məzmununu  əhatə etməklə kompleks təlim 
məktəb proqramları hazırlanmışdır. Lakin vahid təlim kompleksinə digər fənlərlə fiziki tərbiyənin 
arasında  əlaqə yaradılmamışdır. 1924-1925-ci illərdə I vəII dərəcəli məktəblərdə fiziki tərbiyə 

 91
məsələlərini həll etmək məqsədi ilə fiziki tərbiyə üzrə komissiya yaradıldı. Komissiya fiziki tərbiyənin 
bioloji  əsaslarını, gigiyenaya dair təhsil məsələsi və onların gün ərzində rejimi, təbiətin təbii 
qüvvələrindən istifadə etməklə gigiyenik vərdişlərə alışma, oyun və gimnastikanın yeri, istiqaməti və əsas 
məzmunu müəyyən olundu. Bundan əlavə, ibtidai sinif şagirdləri üçün idman əyləncələrinin ritmik 
hərəkətlərin məzmunu və s. aydınlaşdırıldı. Bütün bunların əsasında 1927-ci ildə I dərəcəli
98
, 1928-ci ildə 
isə II dərəcəli
99
 məktəblərin Ümumittifaq üzrə ilk vahid bədən təbiyəsi proqramı qəbul edildi. I dərəcəli 
məktəblərdə bədən tərbiyəsi dərslərinin 6 mərhələdə, II dərəcəli məktəblərdə isə 8 mərhələdə aparılması 
tövsiyə edilmişdir. Həmin proqramlarda nöqsanlar da vardır: məütəhərrik oyunlar yaşa görə seçilməmişdi, 
qruplarda keçiriləcək hərəkətlər göstərilməmiş, müəllimə istədiyi hərəkəti keçmək ixtiyarı verilmiş, 
ritmik hərəkətlər, mahnı, rəqs və s. plansız tərtib olunmuşdu. II dərəcəli məktəbin proqramında təxmini 
dərs sxemi verilmişdi. Təəssüf ki, dərslərin sxeminin  standart olmasını bu proqramların  qüsuru hesab 
etmək olar.  
Onun regional xarakter daşımaması  və Azərbaycan SSR ümumtəhsil  məktəblərində eyni ilə  tətbiqi də 
çatışmaz cəhətlərdəndir. Bu illərdə  məktəblilərin fiziki tərbiyəsi dərs, sinifdənxaric və  məktəbdənkənar 
məşğələlər, ekskursiya, gəzinti, yürüşlər və s. formalarda təşkil olunurdu. 
 İkinci dərəcəli proqramın I dərəcəli proqrama nisbətən üstün  
cəhətləri çoxdur. Təəssüf ki, hər iki proqramda fiziki tərbiyənin ümumi təhsil vəzifəsi 
qiymətləndirilməmiş, Lesqaftın fiziki təhsil irsinə laqeyd münasibət göstərilmişdir. 
        1933/34-cü dərs ilində əvvəlcə I-VII siniflər
100
, 1934-cü ilin mart ayında isə VIII-X siniflər 
üçün yeni bədən tərbiyəsi proqramı  tərtib edilmişdir. Yeni proqram əvvəlki (1927-1928-ci illərdəki) 
proqramdan çox az fərqlənirdi. Proqramda hər sinif üçün ayrıca tədris materialı verilmişdir ki, bu 
məktəbliləri «Əməyə  və SSRİ-nin müdafiəsinə hazıram» nişanı normalarını ödəməyə hazırlayırdı. 
Proqramda ilk dəfə bütün siniflər üçün tədris normaları müəyyənləşdirilmişdir. Tədris normaları «ƏMO» 
və «ƏMH» kompleksi normativlərinə uyğun tərtib edilmiş, normalar siniflər  üzrə, lakin oğlan və qızlar 
üçün ayrıca verilmişdir. Təəssüf ki, onların yerinə yetirilməsi üçün vahid prinsip göstərilmir. I-IV 
siniflərdə tərbiyəedici hərəkətlər və mütəhərrik oyunlara az yer verilməsi də  proqramın qüsurlarındandır. 
Proqramda gigiyena ilə yanaşı, təhsil vəzifələri də qarşıya qoyulmuşdur. Nəzəri məlumatlar ilk dəfə 
olaraq, həmin proqrama daxil edilməklə, fiziki tərbiyənin mühüm vəzifələrindən birinə çevrildi. Lakin 
məlumatların hərəkətin hansı növləri üzrə veriləcəyi, onun vəzifələri, məzmunu konkretləşdirilməmişdir.  
1935-ci ildə bədən tərbiyəsi proqramı
101
 tərtib edildi. Proqramda fiziki hərəkət  bölmə materialları 
ilə  bərabər, oyun və  «ƏMHO» nişanı kompleksi normaları verilmiş  və bu hər bir sinif üçün 
konkretləşdirilmişdir.  
 
 
Lakin 1934-cü ildə azad hərəkətlər və  əleyhiqazdan istifadə etmək normaları  əlavə edilmişdir və s. 
Mütəhərrik oyunlar ibtidai siniflərdə əsas yer tutsa da, bu oyunlar haqqında metodiki göstərişlər, alətlərdə 
hərəkət etmək məqsədilə və hərəkətin yerinə yetirilməsi qaydası haqqında məlumat verilməmişdir.Həmin 
proqrama fiziki tərbiyə üzrə nəzəri məlumatlar daxil edilmişdir.  
 Lakin 
məlumatlar siniflər üzrə bölünməmiş, mövzuların seçilməsinə  və keçirilməsinə ayrılan 
vaxta görə müəyyən nöqsanlara yol verilmişdir. Məsələn, 4 sinifdə  nəzəri məlumata cəmi hər rübdə 2 
dəfə 5 dəqiqəlik vaxt ayrılmışdır ki, bu da il ərzində 40 dəqiqə edir. 
        Bədən tərbiyəsi proqramları
102
 1937-ci ildə yenidən dəyişilmişdir. 1935-ci ildəki tədris normaları 
dəyişmədən saxlanılmışdır. Nəzəri  məlumatlar siniflər üzrə bölünməmiş, bu sahədə  təlimatı-göstəriş 
verilməmişdir. Onun ancaq ikinci və üçüncü rübdə dərslərin    birində verilməsi məsləhət görülmüşdür. 
                                                 
98
 
Программы и методические записки единой трудовой школы. Гос.издателство, 1927 г.
 
99
 
Программы и схемы уроков физ.воспитанийа в школах. 1-П ст.Азгиз-Баку,1928. 
 
100
 Программы началной школы. Азернешр, Баку, 1933. 
101
 Ибтидаи вя орта мяктябляр програмлары. Азярняшр.Бакы,1935 
 
102
   Программы средней школы. Изд-во НКП-проса РСФСР,1937. «Физической культуры». 

 92
       IV  sinifdə  əlavə material kimi yalnız yerindən hündürlüyə tullanma verilmişdir. Dartınma vərdişi 
yaradan materiallara (dartınma və cisim atmaq) az vaxt ayrılmış, mütəhərrik oyunlar sistemsiz 
verilmişdir. 
        Orta  məktəb proqramında gimnastikanın  əsas rolu göstərilmiş – lakin metodiki hissədə  dəyişiklik 
olmamış, ardıcıllıq prinsipinə əməl olunmayıbdır.  
         Nəzəri hissəyə bir saat vaxt ayrılmışdır ki, bunu müəllim istədiyi vaxt keçə bilərdi. Akrobatika, 
turnikdə və halqalarda hərəkətlər yaş səviyyəsinə uyğun tərtib edilməmişdi. 
          1938-1939-cu  illərdə çapdan çıxmış ibtidai məktəblərin bədən tərbiyəsi proqramları
103
 da bir-
birinin eyni olub, əvvəlki proqramları təkrarlayır və heç bir əsasılı irəliləyiş nəzərə çapmır. 
    
 
Tədris planlarında müsbət irəliləyiş yalnız Böyük Vətən müharibəsi illərində oldu (1941- 45). Həmin 
dövrdə şagirdlərin bədən tərbiyəsinə verilən saatlar artmışdı. VIII-IX siniflərdə həftə-   
də 4 saat, X sinifdə isə 5 saat olmuşdur. Buna görə  də  tədris planı  məktəblilərin vətənpərvərlik hissini 
yüksəltmək və fiziki hazırlığını  
artırmaq zəruriyyətindən, o, 4 dəfə dəyişdirildi. III-IV, V-VII siniflərdə bədən tərbiyəsi dərsləri müvafiq 
şəkildə həftədə           2,3 saata, VIII-IX siniflərdə isə daha çox 5 saata çatdırıldı. 1941-1942-ci  tədris 
ilində qalan siniflərdə tədris yükü 1 saat olmuşdur. 
       Azərbaycan SSR ümumtəhsil məktəblərində  bədən tərbiyəsinin tədris planları üzrə  həftəlik 
dərs saatları (1941-45-ci illər) 
                                                                                                     Cədvəl 1. 
T ə d r i s            i l l ə r i 
Siniflər  1941-42 1942-43 1943-44 1944-45 
1                       1                      1                           1               1 
II                        1                      1                           1               1 
III                       1  
 
   2                           2                2 
IV                      1                      2                           2                2 
V                       1                      3                           3                3 
VI                      1                      3                           3                3 
VII                     1                      3                           3                3 
VIII                    1                      4                           4                4 
IX                       1                      4                           4                4 
X                        1                      5                           5                5 
 
Proqramda hərbi vətənpərvərliyə, hərbi idman təliminə diqqət artırıldı. Bu proqram üçün əsgəri 
mükəlləfiyyət haqqındakı qanuna əsasən V-VIII siniflərdə ibtidai hərbi hazırlıq, VII-X siniflərdə isə 
çağırışaqədər hazırlıq təlimi keçməyə uyğun olaraq tərtib edilmişdir. Proqram şagirdləri «ƏMHO», 
«ƏMH» normalarını ödəməyə hazırlayan material üzərində qurulmuşdu. Proqram materialı gimnastika, 
yüngül atletika, mütəhərrik və idman oyunlarından ibarət idi. 
              1941-1942-ci il proqramlarında bədən tərbiyəsinin vəzifəsi xeyli dəqiqləşmiş, təhsil və tərbiyəvi 
işlərə xidmət etməyə yönəldilmişdir. Həmin proqramda III-IV sinif üçün nəzəri məlumatlar ayrıca 
verilmiş, III sinifdən başlayaraq qısa söhbətlərlə (5-7 dəqiqə) şagirdlərə minimum məlumatlar verilməsi 
tövsiyə olunmuşdu. 
              III sinif üzrə nəzəri məlumatlarda səhhəti möhkəmlətmək və özünü gələcək əməyə və müdafiə 
fəaliyyətinə hazırlamaq üçün necə  məşğul olmaq üzrə  qısa məlumatlar verilirdi. IV sinifdə  məlumat 
yalnız əmək fəaliyyətinə hazırlıqla əlaqədar olaraq öyrədilir
104
. Proqramda III-V siniflər üçün sağlamlıq 
                                                 
103
 
Ибтидаи мяктяб програмлары. Азярняшр, Бакы, 1938-39-ъу илляр. 
 
104
 
а) Ибтидаи мяктяб програмлары. Азярняшр, Бакы, 1941-ъи ил; 
б) 1942-ъи ил програмы 1941-ъи ил програмынын тякрар няшридир 

 93
vasitələri və əməyə, müdafiəyə hazırlıq hərəkətlərinə aid məlumatlar sadalanır, məzmunu və öyrədilmə 
yolları göstərilmirdi. 
24 oktyabr 1942-ci il SSRİ Xalq Komitəsinin qərarı  və SSRİ Xalq Müdafiə Komissarlığının 
təsdiqi ilə bütün ibtidai siniflərdə 1942-43-cü tədris ilindən başlayaraq hərbi –fiziki hazırlıq keçilməyə 
başlandı. Bu qərar Az.SSR XMK-nın 1946-cı ildə çap etdirdiyi «Məktəblərin I-IV sinif şagirdlərinin 
fiziki hazırlığı üçün proqramlar»ının tərtibinin  əsası oldu
105
.  Həmin proqramlarda uşaqlara ilk hərbi 
biliklərin mənimsədilməsi də  əsas vəzifə kimi qarşıya qoyoulmuşdu. Bu proqram hərbi-fiziki hazırlıq 
məqsədi güdsə də, öz əhəmiyyətini itirməyərək respublika məktəblərində uzun müddət müvəffəqiyyətlə 
tətbiq edildi. 
              Həmin proqram hərbi-fiziki hazırlıq mahiyyəti daşısa da, məktəblərimizdə uzun müddət 
müvəffəqiyyətlə fəaliyyət  
 
 
 
göstərmişdi. Bu illərdə fiziki tərbiyənin məlum təşkili formaları ilə bərabər, hərbi-idman, hərbiləşdirilmiş 
yürüşlər, gəzinti, hərbi-kütləvi idman yarışları (kütləvi gimnastika, yüngül atletika tədbirləri və s.), hərbi 
atıcılıq və hərbi müdafiə dərsləri də keçirilirdi. 
Müharibədən sonrakı illərdə məktəblilərin fiziki tərbiyəsini daha da inkişaf etdirmək məqsədi ilə 
yeni bədən tərbiyəsi proqramları
106
 qəbul olundu. 
Burada il ərzində idman növü üzrə saatların bölgüsü verilməmiş, X, VIII-X siniflərdə müvafiq surətdə 4,3 
saat, digər siniflərdə isə 1 saat azaldılmışdı. 1945-46 tədris ilinin planı 1955-56-cı    dərs ilinə  qədər 
qüvvədə qalmışdı. 1955-58-ci illərdə tədris planlarında dərs yükü həftədə 2 saat olsa da, VII sinifdə 1 saat 
olmuşdu. 
          1954-cü  il  proqramında isə  bəzi müsbət dəyişikliklər edilmişdi: oğlan və  qızlar üçün proqramlar 
ayrıca verilmiş, hər bir idman növü üzrə dərs saatı nəzərdə tutulmuşdu, mütəhərrik oyunlara xüsusi saatlar 
müəyyənləşdirilmişdi. 
           1955-ci  ildəki proqramlar
107
 sonrakı illərdə  təkrarən nəşr olunmuş (1956-59-cu illər), orada 
məlumatlar yalnız bəzi şəxsi və ictimai gigiyena ilə məhdudlaşdırılmışdır. 
              Məktəb haqqında Qanun (1958) fiziki tərbiyənin məzmununda ciddi dəyişikliklər aparmağı tələb 
edirdi. Buna görə  də yeni bədən tərbiyəsi proqramları  qəbul olundu. Proqram 2 hissədən : I hissə 
məktəblər üçün ümumi material olan gimnastika, yüngül atletika, nəzəri məlumatlar, mütəhərrik və idman 
oyunları; II hissə məktəbin ümumi və yerli şəraiti nəzərə alınmaqla seçmə proqram bölməsindən ibarət 
idi. 
             
 
  Proqramlar
108
 1963 ildə yenidən dəyişildi. O, 1954-cü və digər illərdə  nəşr olunmuş 
proqramlardan müsbət mənada fərqlənirdi: 1) dərs saatları rüblər üzrə bölünmüş (V-VIII siniflər); 2) 
fiziki hərəkətlərin gigiyenasına aid məlumatlar verilmiş (VI-XI siniflər). Lakin IX-X siniflərdə bölgü 
aparılmamışdır.  
 1958-66-cı illərdə yalnız 1958-59-cu tədris ilində XI sinif üçün dərs saatı nəzərdə tutulmamışdı. 
1961-64-cü tədris ilində XI sinifdə  dərs yükü 1 saat, 1964-66-cı illərdə isə IX sinifdə bir o qədər saat 
olmuşdu. Qalan tədris illərində bütün siniflər üçün həftədə 2 saat planlaşdırılmışdı.  
Həmin illərdə məktəblərimizdə pioner oyunları, məktəblilərin beynəlxalq yarış və görüşlərindən, 
ümumdünya 
                                                 
105
 Мяктяблярин Ы-ЫВ синиф шаэирдляринин физики щазырлыьы цчцн  програмлар, Азярняшр, Бакы, 1946. 
106
 
Физическое  воспитание  учашихсйа  Ы-ЫВ  классов.Программа  и  организационно-методические  указанийа 
Уч.педгиз,1949:Йеддииллик  вя  орта  мяктяблярин  В-ВЫЫЫ  синиф  шаэирдляринин  бядян  тярбийяси.Програм  вя 
тяшкилати-методик эюстяришляр.Азярняшр, Бакы,1950-ъи ил. 
 
 
107
 
Орта мяктяб програмлары. Бядян тярбийяси Ы-Х синифляр цчцн. Редактор:М.Мирзяйев, Бакы, Азярняшр, 1955. 
 
108
 Сяккизиллик мяктяб програмлары. Бядян тярбийяси.Бакы, Азярняшр, 1963. 

 94
festivalından fiziki tərbiyənin təşkili formaları kimi istifadə edilmişdi.  
Səkkizillik məktəb proqramlarında
109
 I-IV siniflərdə  bədən tərbiyəsinin məzmunu  əhəmiyyətli 
dərəcədə dəyişilmişdir. Şagirdlərə bədən tərbiyəsindən orqanizmi möhkəmləndirmək, gün rejimi, dügün 
tənəffüs haqında zəruri nəzəri məlumatlar mənimsədilməsi müəllimlərə tapşırılmışdır. Bundan sonra 
məlumatlar haqqında heç bir yerdə bir daha danışılmamışdır. 
 1966-cı ildə ümumtəhsil məktəblərinin quruluşunda müəyyən dəyişikliklərin edilməsi, o 
cümlədən, onbirillik məktəblərin onillik məktəblərə çevrilməsi, həmçinin ibtidai məktəb 3 illik təlimə 
keçməsi ilə  əlaqədar bədən tərbiyəsi proqramları yenidən işlənilmiş  və 1971-72-ci illərdə  nəşr 
edilmişdir
110
.  
 
 
 
I-III siniflərdə qarışıq sallanmalar, basketbol oyununun hərəkət qaydaları köhnə proqramdan 
çıxarılmışdır. Bu siniflərdə başlıca  diqqət dərs materiallarının əsas məzmununu təşkil edən hərəkətlərin 
təbii növlərinə, mütəhərrik oyunların öyrədilməsinə yönəldilmişdir.  
Həmin siniflərdə  məktəblinin gün rejimi, bədəni möhkəmlətmək, səhər gimnastikası, düzgün və 
səmərəli tənəffüs haqqında məlumatların verilməsi də nəzərdə tutulmuşdur. 
Proqramda IV  sinifdə üzgüçülüyə xüsusi yer verilmiş və buna 26 saat vaxt ayrılmışdır. Oyunlar elə 
seçilmişdir ki, onları həm açıq, həm də idman salonunda keçmək mümkündür. 
Proqrama rəqs hərəkətlərinin ayrı-ayrı ünsürləri, rəqs addım-ları, həmçinin, ayaqların müvafiq rəqs 
vəziyyətləri ilə alışdırılması üzrə elementlər və s. daxil edilmişdir. 
         Basketbol oyunu priyomlarının öyrədilməsi V sinifdən  
başlanır. Proqramm üzrə təbii hərəkətlər və onların təkmilləşdirilməsi I-IV siniflərdə həyata keçirilir. Bu 
isə V-VIII siniflərdə basketbol oyununun şagirdlərə öyrədilməsinin asanlaşdırılmasına səbəb olur.  
              Yüngül atletikadan aşağı startın öyrədilməsi VI sinif materiallarına daxil edilmişdir. 
              VIII sinifdə tədris materialları ƏMHO kompleksinin tələbləri səviyyəsində, X sinifdə isə birinci 
dərəcəli  ƏMH və  Vətəni müdafiəyə hazırlıq kompleksi normalarının səviyyəsinə uyğun tərtib 
olunmuşdur. Bu siniflərin şagirdlərindən ƏMHO. ƏMH və VMH kompleksi normalarını ödəmələri tərtib 
edilirdi. Bundan əlavə, proqramda ev şəraitindən asılı olaraq yeməyin, istirahətin, idman məşğələlərinin 
məqsədəuyğun rejiminin də həyata keçirilməsi nəzərdə tutulur. Bu rejimdə yatmaq, yuxudan qalxmaq, ev 
tapşırıqlarını hazırlamaq, özünə xidmət və fiziki hərəkət üçün vaxt müəyyənləşdirilmişdir. 
              Yuxarıda deyilənləri həyata keçirmək məqsədi ilə yeni bədən tərbiyəsi proqramları
111
  tərtib 
olunmuş, 1975-ci ildən onunla  
 
işlənilməyə başlanılmışdır. Proqramda bu siniflər üzrə  nəzəri və  tətbiqi materiallar üzrə yeni konkret 
tələblər irəli sürülmüş, ora yeni fiziki hazırlıq bölməsi daxil edilmişdir. Bunlar ibtidai siniflərdə  bədən 
tərbiyəsi proqramlarının təhsil, tərbiyə və sağlamlaşdırıcı təsir qüvvəsini artırmışdır.  
           Təkmilləşdirilmiş proqramların başlıca vəzifələri şagirdlərdə təbii hərəkət növləri üzrə bacarıq və 
vərdişləri yaratmaq, hərəkət keyfiyyətlərini inkişaf etdirmək, idman məşğələlərinə  həvəs və maraq 
yaratmaqdan ibarət olmuşdur. Proqramlarda nəzəri məlumatlar, bacarıq və  vərdişləri aşılamağa aid 
müxtəlif hərəkət növləri, şagirdlər üçün tələblər verilmişdir. Tələblər həm nəzəri, həm də hərəkət növləri, 
oyunlar və s. dair  
tədris materiallarına  əsasən hazırlanmışdır. Proqramın  əvvəlkilərdən fərqli cəhətlərindən biri də III 
sinifdən başlayaraq yüngül atletika  
fiziki hazırlıq bölməsinin proqrama daxil edilməsi ilə əlaqədardır.  
                                                 
109
 сяккизиллик мяктяб програмлары. Бядян тярбийяси. Ы-ЫВсинифляр цчцн Бакы, Маариф няшриййаты, 1966-ъы ил. 
110
    а) Орта мяктяб програмлары. Бядян тярбийяси, ЫВ-Х синифляр цчцн, 1971.ъи-ил 
б) сяккизиллик мяктяб програмлары. Ибтидаи синифляр цчцн. Бакы. 1972-ъи ил. 
 
111
 
сяккизиллик  мяктяб  програмлары  ЫВ-ВЫЫЫ  синифляр  цчцн.  Бядян  тярбийяси, «Маариф»  няшриййаты, 
Бакы.1976-ъы ил.. 
 

 95
Mövcud proqram materialları oğlan və qız qrupları üçün olmuşdur. 
         İbtidai siniflərdə  şagirdlərə  bədən tərbiyəsi və idman, hərəkət rejimi, düzgün  tənəffüs, bədənə 
qulluq edilməsi, qamət və idman geyimləri üzrə nəzəri məlumatlar mənimsədilməsi nəzərdə tutulur
112

          Proqramın quruluşunda da dəyişikliklər aparılmışdır. Proqram 3 deyil, 2 hissədən ibarətdir (I-III, 
IV-X siniflər üçün). Proqramda şagirdlərin nəzəri məlumatlara yiyələnməsi yenə  də diqqət mərkəzində 
durmuş, izahat vərəqəsində bilik, bacarıq və vərdişlərin, sinifdənkənar kütləvi idman işlərinin təşkili və 
həyata keçirilməsinə aid məsləhətlər verilmiş, təcrübi materialların məzmununda müəyyən dəyişiklik 
olmuşdur.  Gimnastika, əl topu, basketbol və güləş tədris materiallarında ixtisar aparılmış, bəzi təkrarların 
aradan qaldırılmasına, sadələşdirməyə səy göstərilmişdir. 
  Məktəb haqqında yeni qərara uyğun olaraq bədən tərbiyəsi proqramları Azərbaycan Elmi-Tədqiqat 
Pedaqoji Elmlər institutunun əməkdaşları B.Quliyev (proqram komissiyasının sədri), E.Acalov və 
M.Nəsrullayev tərəfindən yerli şərait və milli xüsusiyyətlər nəzərə alınaraq təkmilləşdirilmiş və 1981-ci 
ildə nəşr edilmişdi  
               Proqram aşağıdakı istiqamətlərdə təkmilləşdirilmişdir: 
 
 1.«Əməyə və SSRİ–nin müdafiəsinə hazıram» kompleksinin «Startlara hazıram» ilkin pilləsinin 
ibtidai siniflərdə  tətbiqi ilə  əlaqədar  ƏMH kompleksinin başlıca vəzifələri dəyişdirilib, yeni proqramın 
tələblərinə uyğun qurulmuş; 
 2.Mülki müdafiə materiallarının öyrədilməsinə kömək məqsədilə «İzahat vərəqəsi» yazılmış; 
 3.Sinif müəllimləri üçün ümumi metodiki tövsiyələr yenidən işlənilmiş; 
 4.Nəzəri məlumatların mövzuları  əsasən saxlanılsa da, orada bəzi ixtisar və sadələşdirmələr 
aparılmış, «Nəzəri məlumat» bölməsinə tərbiyəvi, gigiyenik xarakter daşıyan mövzular daxil edilmiş; 
 
   5.  Təcrübi bölməyə sağlamlığın möhkəmləndirilməsi,  əməyə  və müdafiəyə hazırlıq, tədrisin 
təşkili və keçirilməsinə aid mövzular əlavə olunmuş; 
               6.  İlk pillənin normalarını ödəmək məqsədi ilə «Kross hazırlığı» bölməsi də proqrama daxil 
edilmiş, ibtidai siniflərdə süni şəkildə təkrar olunan, icrası çətin hərəkət qrupları ixtisar olunmuş; 
                 7.«Uzun dərə», «Tovuz gəzişi», «Nuxa rəqsi»,« Azərbaycan», «Tərəkəmə» və s. oyun havası, 
rəqs elementləri : «Bənövşə», «Çağırış», «Durma qaç», «Bülbüllər qəfəsdə», «Qurmadaş», «Mən 
çobanam» və s. xalq mütəhərrik oyunları ilk dəfə olaraq proqrama daxil edilmiş; 
                 8.  IV-X  siniflərdə  nəzəri mövzular sistemə salınmış, təkrarlar proqramdan çıxarılmış, dərsin 
xüsusiyyətlərinə uyğunlaşdırılmışdı.  
              Milli  güləş  və xalq mütəhərrik oyunlarının təşkili, keçirilməsi, gigiyenik və  təhlükəsizlik 
qaydalarına aid nəzəri mövzular proqrama daxil olunmuşdu. Bundan əlavə, milli mütəhərrik oyunlar 
seçilərək ayrı-ayrı siniflər üzrə təcrübi bölmə materiallarına daxil edilmişdi. 
              Proqramlarda  bəzi fənd və  hərəkətlərin bir-birini tamamlamadığı, öyrədilən fəndlərin  əvvəllər 
keçilmişlərə  əsaslanmadığı, xüsusən Yunan-Roma və  sərbəst güləşin fəndləri arasında  əlaqə yaratmaq 
üçün Azərbaycan milli güləşin bir sıra fənd və güləş elementlərindən yeni proqramda istifadə olunmuşdu. 
              Lakin  1985-ci  ildə  əvvəlki proqramların müsbət cəhətlərindən istifadə olunmadan, məktəbdə 
eksperimentdən keçirilmədən, məzmununda milli və  təbii xüsusiyyətlər nəzərə alınmadan texniki və 
tərcümə qüsurları ilə yeni bədən tərbiyəsi proqramları  nəşr edilmişdi. Proqramlar şagirdlərin fiziki 
hazırlığına uyğun olmaması  və formal xarakter daşıması, idman bazası, yeni şərait və müəllimlərin 
peşəyönümü hazırlığı nəzərə alınmadan tərtibi onun tədrisinin çətinləşməsinə səbəb olmuşdur. Mütəhərrik 
oyunlar «Ritmik gimnastika», «hərəkət keyfiyətləri» və s. bölmələrin verilməsi, lakin bura daxil olan 
oyun və  hərəkətlərin adının göstərilməməsi, bölmələrdə saatların miqdarının mövzular üzrə düzgün 
bölüşdürülməməsi də bu proqramların çatışmaz cəhətlərindəndir. 
                
 
 
 
                                                 
112
Программы восмилетней школы началных классов (1-3), М., «Просвешение», 1976.
 
 

 96
1.3. Müstəqillik dövründə bədən tərbiyəsi proqramları və 
tədris planları 
 
a) Bədən tərbiyəsi proqramı məktəbdə fiziki tərbiyə üzrə əsas sənəddir. 
Orta ümumtəhsil məktəblərində fiziki  tərbiyə üzrə  tədris işlərinin aparılması respublika Təhsil 
Nazirliyinin bu sahə üzrə metodiki komissiyasının qərarı ilə  nəşr edilmiş  və nazirlik tərəfindən təsdiq 
olunmuş bədən tərbiyə proqramlarına əsaslanır. Xüsusi zərurət kəsb edirsə, fiziki tərbiyə proqramı təhsil 
ocaqlarının şəraitinə, spesifikasına uyğunlaşdırılaraq, elmi- metodiki şuraların qərarı ilə nəşr oluna bilər 
və həmin təhsil müəssisələrinin fiziki tərbiyə işlərinin təşkilində bunu rəhbər sənəd kimi əsas götürürlər. 
Proqram dövlət sənədi kimi onun yerinə yetirilməsi məcburidir. Bundan əlavə, proqramın heç kəs, yəni nə 
müəllim, nə  də ki məktəb rəhbəri onu özbaşına istədiyi kimi dəyişdirə bilməz. Proqramda o zaman 
dəyişiklik etmək olar ki, bu yalnız proqram materialını  tədris etmək üçün iqlim və idman-baza şəraiti 
olmasın. Bunu isə əvvəlcədən rəhbər təşkilatların razılığını aldıqdan sonra etmək olar. 
              Şagirdlərin bədən tərbiyəsi proqramları «Vətənin müdafiəsinə hazıram» bədən tərbiyəsi 
kompleksinin normativlərinə uyğun olaraq tərtib olunur. Proqramın bütün bölmələri «Vətənin 
müdafiəsinə hazıram» kompleksinin hərəkətlərindən ibarətdir. 
              İbtidai sinif şagirdlərinin bədən tərbiyəsi proqramları bağça yaşlı  uşaqların fiziki tərbiyə 
proqramının bir növ davamıdır. Eyni zamanda bu proqram şagirdləri yuxarı siniflərdə  tədris olunan 
proqramların nəzəri  və həm də praktik tələblərinə hazırlayır. 
              Məlum olduğu kimi, şagirdlər ibtidai məktəbdə bədən tərbiyəsi və idman üzrə müvafiq biliklər 
mənimsəyir, həmçinin fiziki hərəkətlər və ayrı-ayrı idman növləri üzrə bacarıq və vərdişlər alırlar. Bütün 
bunlar gələcəkdə yuxarı siniflərdə daha da təkmilləşdirilir. 
              Fiziki tərbiyə proqramı müasir elmi məlumatlara və qabaqcıl müəllimlərin iş təcrübəsinə istinad 
olunmaqla hazırlanır. Bütün bunlar da məktəbli  şagirdlərin fiziki tərbiyəsinin nəzəriyyə  və  təcrübəsini 
təmin edir. 
              b) Bədən tərbiyəsi proqramının quruluşu və vəzifələri. Proqram əsasən 2 hissədən ibarətdir. I 
hissədə proqram tədris işlərinin təşkili və keçirilməsinə aid izahat vərəqi, II hissədə tədris idman işlərinin 
məzmunu verilir
113

              İzahat vərəqində fiziki tərbiyənin mahiyyəti  şərh olunur. Proqram əsasında keçirilən fiziki 
tərbiyə  məşğələlərinin qarşısında qoyulmuş  vəzifələr göstərilir. Proqram materiallarının təlimi ilə 
əlaqədar metodiki töövsiyələr və istiqamətlər verilir. Hər bir şagirdin  ilk günlərdən öz fiziki kamilliyinin 
qayğısına qalmasına, gigiyena və tibbi yardım sahəsində müvafiq biliklərə yiyələnməsinə nail olmaq 
göstərilir. 
              İzahat vərəqində  şagird  şəxsiyyətinin tərbiyə olunmasında fiziki tərbiyənin təsirinə, fiziki 
hərəkətlərlə müstəqil məşğul olmağın qaydalarına, habelə fiziki hərəkətlərin texnikasına, şagirdlərin şəxsi 
gigiyenasına və ən vacib hərəkət keyfiyyətlərinin  
inkişafına dair nəzəri məlumatlar verilməsi nəzərə çatdırılır. Bundan əlavə, tədris prosesində milli 
oyunlardan geniş istifadə edilməsi, dərslərin açıq havada keçirilməsi, uşaqlara fiziki-fizioloji yükün 
düzgün tətbiq edilməsi, təhlükəsizlik qaydalarını gözləmək məsləhət görülür. İzahat vərəqində, həm də 
müvafiq idman bazası olan və ya olmayan məktəblərdə, havası soyuq və ya isti keçən regionlarda fiziki 
tərbiyə vasitələrindən necə istifadə etmək barədə tövsiyələr verilir. Mövsümə uyğun olaraq, şagirdlərin 
geyiminin necə olmasından, müvəqqəti dərsdən azad olan şagirdlərlə  işləmək yollarından və s. izahat 
vərəqində  bəhs olunur. İzahat vərəqində proqramın bölmələri üzrə tədris saatlarının bölgüsü cədvəli də 
öz əksini tapmışdır. Həmin cədvəl aşağıda verilmişdir: 
      
 
İbtidai siniflər üçün bədən tərbiyəsi proqramında aşağıdakı  vəzifələrin yerinə yetirilməsi qarşıya 
qoyulur: 
1.Məktəbliləri gigiyena, tibb, bədən tərbiyəsi və idmana dair zəruri biliklə silahlandırmaq; 
2.Məktəblilərin öz sağlamlığını qorumalarını ictimai borc kimi başa düşmələrini təmin etmək; 
3.Onların öz qabiliyyətini artırmaq;  
                                                 
113
 
Ибтидаи  синиф  мцяллиминин  столцстц  китабы  (бурахылыша  мясул:  Педагожи  елмляр  доктору,  профессор 
Й.Кяримов), Бакы,2001. бядян тярбийяси програмыны профессор М.Нясруллайев ишлямишдир.
 
 

 97
4.Onların hərəkət keyfiyyətlərini yüksəltmək və s. 
 
 
 
Tədris saatlarının proqramın bölmələri üzrə 
                                               bölgüsü  
 
                                                                                         Cədvəl № 2. 
Proqramın                    S     İ     N     İ     F     L     Ə     R 
bölmələri       I                 II                 III                  IV             Cəmi 
1 2 3 4 5 6 
Nəzəri bilik- 
lər                          4                     4                      4                     4                    16 
Gimnastika          18                   20                     20                  18                   76 
Yüngül at- 
letika                    16                   16                     16                   18                   66 
Mütəhərrik 
oyunlar                 18                   20                     20                   10                   68 
İdman oyun- 
ları:voleybol, 
basketbol, 
həndbol, 
futbol         
  -                      -                         -                  10                  10 
Kros ha- 
zırlığı və 
marş yürüşü         8                      8                       8                    8                    32 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin