Müəllim dərs dediyi uşaqların psixoloji xüsusiyyətlərini yaxşı bildikdə və bu xüsusiyyətləri nəzərə
aldıqda təlim-tərbiyə işində böyük nailiyyətlər qazanacaqdır. Biz uşaqların yaş xüsüsiyyətlərini, onların
hansı yaş dövründə nə ilə maraqlanmasını, habelə onları əhatə edən mühiti necə dərk etməsini bilməsək, o
zaman işdə müvəffəqiyyət əldə edə bilmərik.
Hiss üzvlərinin rəngə, səsə, lamisəyə, hərəkətə və müvazinətə qarşı həssaslığı təlim prosesində öz
inkişafını davam etdirir. Bəzi xarici təsir, qeyri –münasib olan şərait uşağın ayrı-ayrı hiss üzvlərinə pis
təsir göstərir və onların fəaliyyətini zəiflədə bilir. Buna görə də fasiləsiz olaraq uzun müddət kitab
oxumaq, «Farağat!» komandasında durmaq, ev tapşırıqlarını yerinə yetirərkən stol arxasında düzgün
oturmamaq, fiziki hərəkətləri düzgün icra etməmək (baş, ayaq, qol, gövdənin və i.a. düz tutulmaması) və
s. gözün daxili təzyiqini artırır.
Eşitmə duyğuları da, görmə duyğuları kimi uşaqlarda çox erkən inkişaf etmiş olur. Bu hisslərin
inkişaf etməsinə kömək göstərən mühüm amillərdən biri də bədən tərbiyəsidir. Məsələn, qaçış və yeriş
zamanı bütün uşaqların addımlarının birlikdə və ahənglə atılması yaxşı bir səs əmələ gətirir ki, bu, bir
tərəfdən hərəkətlərin düzgün icra olunmasına kömək edir, digər tərəfdən isə uşaqların əhvali-ruhiyyəsinin
yaxşılaşmasına və eşitmə hissinin inkişafına səbəb olur. Təlim prosesində müəllimin hərəkətləri xüsusi
tona malik səslə sayması (bir, iki, üç və s.) və ya bu hərəkətlərin gözəl və oynaq musiqi sədaları altında
edilməsi, uşaqlarda hərəkətin icrasına və musiqiyə olan marağı artırmaqla yanaşı, eşitmə hisslərinin də
inkişafına müsbət təsir edir. Lakin bədən tərbiyəsi dərslərində həddindən artıq səs-küy eşitmə
orqanlarının fəaliyyətinə mənfi təsir göstərir.
Müşahidə göstərir ki, aşağı sinif şagirdlərinin diqqəti davamsızdır, onlar uzun müddət diqqətini
eyni bir hərəkətin icrasına yönəldə bilmirlər.
Məlum olduğu kimi, təlimin səmərəli təşkili nəticəsində uşaqlarda yeni-yeni diqqəti cəlb edən
keyfiyyətlər yaranır. Xüsusilə, qeyri-iradi diqqət, tədricən, möhkəm iradi diqqətə çevrilir.
Professor M.Həmzəyev qeyd edir ki, uşaqların diqqəti asanlıqla yayına bilər. Yalnız onu
maraqlandıran, yeni keyfiyyətlərə malik olan, uşağın tələbatı ilə bağlı olan cisim və hadicələr onun
diqqətini uzun müddət öz üzərində saxlaya bilər. O, yazır: «Kiçik məktəbyaşlı uşaqlarda diqqətin zəifliyi,
onların öz diqqətlərini uzun müddət cəmləşdirməkdə çətinlik çəkmələrindən irəli gəlir. Ona görə də kiçik
məktəbyaşlı uşaqlara tapşırılan iş maraqlı olmaqla yanaşı, arabir dəyişilməlidir. Bununla yanaşı olaraq,
uşağın görəcəyi işin mahiyyəti onun üçün aydın olmalıdır»
93
.
Müəllim bəzən uşağın bu xüsusiyyətini nəzərə almır, hətta yuxarı sinif uşaqları kimi onlara da
müstəqillik verir və belə zənn edir ki, onlar bu hərəkətləri müstəqil olaraq yerinə yetirəcəklər.
Nəticədə, qarşıya qoyulmuş vəzifəni yerinə yetirmir, başqa bir məqsədli oyun və hərəkətlərlə məşğul
olurlar. Buna əsas səbəb
müəllimin dərsi uşaqların marağına uyğun qurmaması, uşaqların dərsin mahiyyəti və məqsədini başa
düşməməsindən irəli gəlir. Bu yaşda şagirdlərin diqqətini ancaq maraqlar əsasında saxlamaq kifayət deyil,
onları tərbiyə etmək vəzifəsi də qarşıya qoyulmalıdır. K.D.Uşinski qeyd edirdi ki, ilk təlim günlərindən
etibarən uşağı öz təlim vəzifəsini sevməyə və bu vəzifənin icrasından həzz almağa öyrətmək mümkündür
və lazımdır. Kiçikyaşlı şagirdlər bədən tərbiyəsi hərəkətlərini tez mənimsəyir, tez də unudurlar. Eyni
zamanda yaxşı icra etdiyi hərəkətin izahını verə bilmir. Yəni hərəkəti necə yerinə yetirdiyini ardıcıl
danışmaqda çətinlik çəkirlər. Bunun üçün uşaqlarda fiziki hərəkətlərin icra edilməsi və onun terminlərinə
dair çoxlu söz ehtiyatı yaratmağa, həm də məntiq yadda saxlamanın inkişaf etdirilməsinə böyük ehtiyac
vardır. Kiçik məktəbyaşlı şagirdlərin təlim prosesində əldə etdikləri biliklər, təsəvvürlər genişləndikcə,
onların hafizələri də inkişaf edir və möhkəmlənir.
93
М.Щямзяйев. Кичик мяктябйашлы ушагларын психоложи хцсусиййятляри. Бакы, «Маариф», 1968, сящ. 15.
67
İbtidai sinif şagirdlərinin təsəvvürləri konkret olur. Buna görə də müəllim, dərsdə öz fikrini uzun-
uzadı danışmaqla deyil, konkret və aydın misallarla izah etməlidir.
Bəzən çətin olan, lakin musiqinin müşayiəti ilə icra edilən hərəkətlərə dair uşaqlarda müəyyən
təsəvvürlər yaranır və onlar buna heyran olurlar.
Təfəkkür uşaqlarda konkret və emosional xarakter daşıyır. Lakin kiçikyaşlı iəktəblilərdə təfəkkürün ən
yüksək səviyyədə inkişaf etdiyini söyləmək çətindir. Bundan əlavə, onlarda qeyri-iradi diqqət, mexaniki
hafizə daha yüksək səviyyədə inkişaf edir və məntiqi təfəkkürün elementləri yaranmağa başlayır. Habelə,
bu yaşda da emosional vəziyyətlərin tez-tez dəyişilməsi, xəyalpərəstlik və s. hallar müşahidə olunur.
Məktəbdə ardıcıl aparılan bədən tərbiyəsi məşğələləri şagirdlərdə psixi və zehni proseslərin
inkişafını sürətləndirir. Baş beynin qabığında şərti reflekslər sürətlə yaranır və mürəkkəbləşir.
Müəllim təfəkkürün əmələ gəlməsi, anlayış və mühakimələrin yaranması yollarını və onun
qanunlarını öyrənib tədris işində bunu tətbiq etməklə, uşaqların təfəkkürünü inkişaf etdirə bilir və bu
zaman təlimin səviyyəsi də yüksəlir.
II.4. Fiziki tərbiyə təliminin elmi-nəzəri əsasları
4.1. Fiziki tərbiyənin təliminə təsir göstərən amillərin elmi nəzəri mahiyyətini öyrənməyin əhəmiyyəti
Orta ümumtəhsil məktəblərinin ibtidai siniflərində fiziki tərbiyə prosesinin daha da
təkmilləşdirilməsində, kiçikyaşlı məktəblilərin fiziki tərbiyəsinin pedaqoji-psixoloji və anatomik-fizioloji
əsaslarını sinif müəllimlərinin dərindən bilməsi çox vacibdir. Fiziki tərbiyənin tədrisi prosesinin əsaslarını
bilmədən və riayət etmədən bu sahədə təlimin səmərəliliyindən söhbət etməyə dəyməz.
Mütəfəkkir pedaqoqlar uşaqların fiziki tərbiyəsinə, fiziki və mənəvi sağlamlığına böyük
əhəmiyyət vermişlər. Dahi çex pedaqoqu Y.A.Komenski «Yaxşı təşkil olunmuş məktəbin qanunları» adlı
əsərində göstərir ki, məktəbin həqiqi məktəb, humanistlik emalatxanası olması və can sıxıntısından xilas
olması üçün orada elmi biliklərin yaxşı öyrədilməsi ilə bərabər, şagirdlərin fiziki tərbiyəsinin yüksək
səviyyədə, maraqlı və məzmunlu təşkili zəruridir. O, göstərirdi ki, məktəblilərin zehni işdən, təlim
fəaliyyətindən və eləcə də nahardan-yeməkdən sonra hərəkətli həyat tərzi keçirməsi, fəal istirahət
etməsi, gəzintiyə çıxması və hərəkətli oyunlarla məşğul olması, əylənməsi lazımdır və çox vacibdir. O,
şagirdlərə deyirdi: «Nahardan sonra yatmaqdan çəkin, … qida həzm olunan kimi gəzinti, ədəbli söhbətlər
və oyunla özünə istirahət ver».
Qeyd etməliyik ki, hərəkət və oyunlar elə təşkil olunmalıdır ki, o, uşağın həm fiziki inkişafına və
həm də onun mənəvi tərbiyəsinə və elmi bilikləri, gerçək aləmi, füsünkar təbiəti müvəffəqiyyətlə
öyrənməsinə kömək etməlidir. Elə oynamaq lazımdır ki, oyun həyat, sağlamlıq, ədəb üçün təhlükə
yaratmasın.
Azərbaycan xalqının böyük maarifpərvər oğlu, görkəmli təbiətşünas alim H.B.Zərdabi insanın
həyatda xoşbəxt və şən yaşaması üçün var-dövlətə deyil, möhkəm bədən sağlamlığına malik olmasını
zəruri şərt hesab etmiş, «Dünyada bədən sağlamlığından artıq dövlət yoxdur» - demişdir.
Görkəmli rus anatom-pedaqoqu P.F.Lesqaft müəyyən etmişdir ki, məktəblilərin cismani və
mənəvi sağlamlığı üçün onların yaş və güclərinə müvafiq fiziki təhsil və tərbiyə almaları zəruridir.
P.F.Lesqaft deyirdi ki, fiziki təhsil zamanı uşağın icra edəcəyi hər bir hərəkətin (məsələn, oyun, gəzinti,
çimmək və s.) əhəmiyyəti, qayda və üsulları şagirdlərə müəllim tərəfindən aydın izah edilməlidir. Belə
olduqda, fiziki təhsilin mahiyyəti şüurlu dərk edilir, bu əsasda onda zehni, əxlaqi sifətlər, estetik zövq və
s. təşəkkül tapır. A.S.Makarenko, N.K.Krupskaya və b. fiziki təlimin düzgün təşkilinə xüsusi diqqət
yetirmişdir.
Yuxarıda göstərilənlərdən aydın olur ki, fiziki tərbiyə sahəsində nailiyyətlər əldə etmək üçün
təlim prosesində uşaqların yaş xüsusiyyətlərini (anatomik-fizioloji, psixoloji), habelə hansı hərəkətin,
oyunun keçirilməsində hansı təlim üsulundan və yaxud prinsipindən istifadə olunması qabaqcadan
müəllim tərəfindən müəyyənləşdirilməlidir. Bu zaman fiziki tərbiyənin məzmunu da nəzərə alınmalıdır.
Müəllimlərin qarşısında duran çox mühüm vəzifələrdən biri də təlim prosesinin
optimallaşdırılması, yəni şagirdlərdə hərəki və yaradıcı təfəkkür vərdişlərini inkişaf etdirməkdən,
müstəqil hərəkət etməyi bacarmağı öyrənməkdən ibarətdir. Bunun üçün də müxtəlif və səmərə verən
təlim metodları və priyomlarına, eləcə də milli fiziki tərbiyə vasitələrinə geniş yer vermək lazımdır. Bu
68
şərtlə ki, həmin prosesdə yerli iqlim şəraiti, məktəbin idman bazası, onların alət, avadanlıqlarla və
ləvazimatlarla təchiz olunması nəzərə alınmış olsun. Bunlar təlimə şüurlu münasibəti, marağı təmin edir.
Məşğul olanların hərəki fəallığını, dərketmə qabiliyyətini, idman fəallığını yüksəldir.
Konkret desək, nəticə etibarı ilə təlimin intensiv təşkili və keçirilməsinə zəmin yaradır. Təlimin
intensiv təşkilinin əsasları probleminin qoyuluşuna pedaqoji-psixoloji ədəbiyyatda müəyyən qədər yer
verilmişdir. Bu barədə pedaqoji aspektdə yazılmış bəzi tədqiqatların, dərslik və dərs vəsaitlərinin mövzu
baxımından təhlilləri aparılmışdır. Məlum olmuşdur ki, ümumtəhsil məktəblərində tətbiq olunan təlim
metodları və prinsiplərinin elmi əsaslarına aid didaktika mütəxəssisləri, həmçinin metodist-alim və
müəllimlər eyni fikirdə deyildir. Pedaqoq və psixoloqların və metodistlərin təlim-tərbiyə və onların
prinsipləri haqqında vahid rəydə olmaları o qədər də vacib deyildir. Bütün fikirlər bu və ya digər formada
və məzmunda təlim prosesinin səmərəliliyinin yüksədilməsinə yönəldilmişdir. Başlıca məsələ onda deyil
ki, kim məsələyə necə və nə cür, hansı mövqedən yanaşır. Əsas məsələ ondadır ki, ayrı-ayrı tədris
fənlərinin elmi-nəzəri əsasları barədə deyilən ümumi fikir təlimin konkret problemlərindən bəhs etsə də,
müxtəlif təlim, metod və prinsiplərinin şərhi zamanı lazımınca öz
əksini tapmır. Söylənilənlərin «Fiziki tərbiyə və onun tədrisi metodikası» təliminə daha çox aidiyyəti
vardır.
Fiziki
tərbiyə sahəsində rus dilində xeyli ədəbiyyat olsa da, bütün bunlar fiziki tərbiyənin
bilavasitə ümumi problemlərini əhatə etmiş, yaxud da onun müəyyən bir pedaqoji-psixoloji məsələlərinin
həll edilməsinə istiqamətləndirilmişdir. Çap olunmuş metodik işlərdə
94
isə fiziki təlimin məsələləri
elmi cəhətdən qənaətləndirici
səviyyədə işıqlandırılmamış, yalnız ümumi didaktik fikirlər söylənilməklə kifayətləndirilmişdir.
Azərbaycan dilində isə şagirdlərin fiziki tərbiyəsinə həsr olunmuş metodik işlər çox az miqdarda
nəşr edilmişdir. Burada fiziki tərbiyənin nəinki ümumi metodik baxımdan, hətta ayrı-ayrı məsələləri də
kifayət qədər konkretləşdirilməmişdir.
Fiziki tərbiyə prosesində tətbiq olunan təlim metodları və prinsiplərinin Azərbaycan dilində
ümumi pedaqoji – psixoloji və metodiki ədəbiyyatda elmi əsasları istənilən səviyyədə şərh edilməməsi
səbəbindən bədən tərbiyəsi müəllimləri və metodistlərinin təlim işini optimal təşkil etmələrinə öz mənfi
təsirini göstərmişdir.
N.M.Kazımov bu və ya digər təlim üsulu, yaxud priyomunun nə dərəcədə səmərəli olub-
olmadığını nəzəri cəhətdən söyləməyə əsas verən nədir? Sualını belə izah edir: Belə bir əsas həmin üsul
və ya priyomun maddi aləmin başlıca qanunauyğunluqlarına, fizioloji və psixoloji qanunauyğunluqlara,
məntiq hadisələrinə uyğun gəlib-gəlmədiyidir. Deməli, hər hansı təlim üsulu və priyomunun nə dərəcədə
səmərəli olduğunu nəzəri cəhətdən söyləmək üçün həmin üsul və priyomun obyektiv varlığın
qanunauyğunluqlarına, ali sinir sistemi fəaliyyətinin, eləcə də düzgün məntiqi təfəkkür
qanunauyğunluqlarına uyğun gəlib-gəlmədiyini, fəlsəfə, fiziologiya, psixologiya və məntiq nöqteyi-
nəzərindən təhlil etmək lazımdır. Belə bir təhlil nəticəsində alınan biliklər, yəni müvafiq fəlsəfi, fizioloji,
psixoloji və məntiqi biliklər təlim üsulları və priyomlarının elmi-nəzəri əsaslarına daxil olur.
Qeyd etməliyik ki, təlim üsulları və priyomları barədə deyilənləri fiziki tərbiyəyə də aid etmək
olar. Çünki fiziki tərbiyə prosesinin cisim və hadisələrlə, ali sinir sistemi fəaliyyəti, habelə psixologiyası
ilə və s. ilə nə qədər sıx əlaqədə olduğu inkar edilməzjir. Buna görə də fiziki tərbiyənin məzmununu,
eləcə də həmin prosesi təşkil edən bədən tərbiyəsi müəllimi təbiətin və cəmiyyətin cisim və hadisələrinin
müvafiq şəkildə şagirdlər tərəfindən dərk olunmasını təşkil etməsi lazımdır. Həmin cisim və hadisələrin
qanunauyğunluqları ilə bərabər, həm də xüsusi - yəni bioloji, ictimai, psixoloji, fiziki və kimyəvi
qanunauyğunluqları da mövcuddur.
94
В.Артишевски вя М.Черевков. Физическайа культура в школе. «Учпедиз» Наркомпроса РСФСР, М., 1939 г
.Физическайа культура в Ы-ЫВ классах восьмилетних школ. Под об.ред.З.И.Кузнетсова. «Учпедгиз», Л.1961 г
.Физическайа культура в школе.В-ВЫЫЫ классах. Изд-во «Просвешение», М., 1967 г.А.А.Гугин. Уроки физической
культуры в начальной школе. Изд. «Просвешение», М., 1970 г.
Физическайа культура в школе. Методика уроков в ЫВ-ВЫЫЫ классах. Под ред.З.И.Кузнетсова. «Просвешение»,
1972 г.
Физическайа культура в школе. Методика уроков в ЫХ-Х классах. Под ред З.И.Кузнетсова, М., «Просвешение», 1973.
69
İnsan bioloji, ictimai varlıq kimi xarici mühitlə daimi əlaqədə olub, onun fəaliyyətini psixi prosesin
qanunauyğunluqlarından ayrılıqda təssəvvür etmək qeyri-mümkündür. Məsələyə bu baxımdan yanaşmış
olsaq, deməli, bioloji, psixoloji, ictimai və s. qanunauyğunluqlara aid ümumi biliklər fiziki tərbiyənin
düzgün təşkilinin mühüm amili kimi, eyni zamanda onun elmi – nəzəri əsaslarına daxildir.
Fiziki tərbiyə prosesi bu prosesdə iştirak edən şagirdin baş beyin yarımkürələri qabığı ilə, ali
sinir sisteminin qanunauyğunluqları ilə, həmçinin müvafiq psixi proseslərlə qarşılıqlı sıx bağlı olur.
Həmin sahədə qazanılmış konkret biliklər də ( fizioloji, psixoloji və ictimai hadisələr üzrə) fiziki
tərbiyənin səmərəli təşkilinin tərkib hissəsidir. Bundan əlavə, xarici mühitin qanunauyğunluqları üzrə
biliklər, fiziki tərbiyə prosesində qarşıya çıxan didaktik qanunauyğunluqlarla fiziki hərəkətlərin yerinə
yetirilməsini təmin edən müvafiq fizioloji, psixoloji biliklər də fiziki tərbiyə təliminin lazımi səviyyədə
təşkilinin əsaslarına aiddir.
Fiziki tərbiyənin düzgün təşkilində vacib şərt olan elmi-nəzəri əsaslar haqqında söylədiklərimizi
konkretləşdirmək məqsədi ilə onun fizioloji əsaslarına istinad etməklə nümunələr göstərək. Həmin
nümunələrdən biri fiziki hərəkətlərin fəal istirahətlə sıx əlaqədar olmasıdır. İ.M.Seçenov fəal istirahətin
hərəkətlərlə bağlı olması ideyasını ilk dəfə olaraq elmi cəhətdən işləmiş və bunun nəzəri əsaslarını tədqiq
etmişdir. O, müəyyənləşdirmişdir ki, orqanizmin işdən sonra sakit vəziyyətdə saxlanması iş qabiliyyətini
tam mənası ilə bərpa etmək mümkün deyildir. İşdən sonra orqanizmi yalnız sakit vəziyyətdə saxlamaq
yox, əksinə xüsusi hərəkətlərlə onun iş qabiliyyətini bərpa etmək vacibdir. İ.M.Seçenovun fikrincə
yorulmuş üzvə müvəqqəti olaraq istirahət verdikdən sonra, yorulmamış üzvün işləməməsi, bu üzvdə
qıcıqların əmələ gəlməsinə və bu qıcıqların mərkəzi sinir sisteminə verilərək yorulmuş üzv mərkəzinin
tam istirahət etməsinə və beləliklə, həmin üzvün iş qabiliyyətinin daha tez bərpa edilməsinə səbəb olur.
O, təcrübə də sübut etmişdir ki, fizioloji nöqteyi-nəzərdən istirahəti mütləq sakitlik kimi başa düşmək
olmaz. Bir işin başqa işlə əvəz edilməsinə itirahət forması kimi baxmaq lazımdır.
Müşahidə olunduğu kimi, məktəblərdə, idarə və müəssisələrdə təşkil olunan bədən tərbiyəsi
fasilələri də fəal istirahətin formalarından biri olmaqla, məhz fiziki hərəkətlərin elmi-nəzəri əsası olan
fizioloji əsaslarda həyata keçirilir.
A.A.Uxtomski sübut etmişdir ki, işdən qabaq hərəkətlər etdikdə, əmək qabiliyyəti artır, orqanizm
normal iş ritminə daxil olur. İşin ritmini və sürətini birdən-birə müəyyən bir qaydaya salmaq mümkün
deyildir. Bunun üçün əvvəlcədən fəal tədbirlər həyata keçirilməlidir. İşdən əvvəl gimnastikanın həyata
keçirilməsi də həmin fizioloji fikrə əsaslanmışdır.
İ.P.Pavlov iş qabiliyyətini yüksəltmək, yorğunluğun və fəal istirahətin əsas səbəblərini öz
əsərlərində belə şərh etmişdir: «… əmək qabiliyyətini uzun müddət saxlamaq üçün iş ilə istirahət vaxtının
düzgün növbələşdirilməsi böyük əhəmiyyətə malikdir». O, daha sonra göstərir ki, beyin qabığının
müəyyən nayihəsinin uzun müddət qıcıqlandırılması, bu nahiyyənin işgörmə qabiliyyətini azaldır, lakin
bu zamani işin xarakteri dəyişdirilərsə, yəni beyin qabığının başqa hüceyrələri işləməyə məcbur edilsə, bu
zaman əvvəlki nayihənin qabiliyyəti tez bərpa olunar. Göstərilənlərdən aydın olur ki, hər hansı bir
əmək fəaliyyətinin (fizioloji) başqa bir əmək fəaliyyəti ilə əvəz olunması (zehni) uzun müddət işləyən
beyin qabığı nahiyyəsinin istirahətini təmin edir. Bütün bunlar şagirdlər üçün nəzərdə tutulmuş gün
ərzində görəcəyi hərəkət rejiminə də aid edilir. Burada ailə şəraitində təşkil olunan səhər gimnastikası,
dərsəqədər gimnastika, ayrı-ayrı fənlərin tədrisi zamanı təşkil olunan bədən tərbiyəsi dəqiqələri (2-3
dəqiqə), fasilə vaxtı (böyük tənəffüsdə) keçirilən müxtəlif növ oyunlar, əyləncələr, yuxudan qabaq gəzinti
və s. daxildir.
Fiziki tərbiyə proqram materiallarının seçilməsi, onun siniflər üzrə bölünməsi, fiziki tərbiyə
dərslərinin, sinifdənxaric və məktəbdənkənar tədbirlərin və s. təşkili və keçirilməsi tam olmasa da, hər
halda həmin fizioloji prinsiplər üzərində qurulmuşdur. Fiziki tərbiyə dərslərinin 3 hissədən ibarət
qurulması (hazırlıq, əsas və tamamlayıcı) onun elmi-nəzəri cəhətdən düzgün və səmərəli qurulmasına
əyani sübutdur. Çünki fiziki tərbiyə dərsinin hazırlıq hissəsinin başlıca vəzifəsi şagirdlərin orqanizminin
anotomik və funksional fəaliyyətinin işdən qabaq əsas işə (hissəyə) – yəni hərəkətləri və yaxud müxtəlif
idman növləri üzrə fəndlərin texnikasına yiyələnməyə hazırlamaqdan, taktiki variantların
mənimsənilməsinə yönəltməkdən, bu sahədə iş qabiliyyətini yüksəltməkdən ibarətdir. Əsas hissədə isə
hərəkətlərin texnika və taktikası təlim olunur. Dərsin tamamlayıcı hissəsində mühüm vəzifə kimi
orqanizmin funksional fəaliyyətinin gərginliyini azaltmaq, təxminən əvvəlki vəziyyətə gətirməkdir. Bu
70
isə orqanizmi nisbətən sakitləşdirmək, fiziki iş görmə qabiliyyətini sadə və rəngarəng oyunlarla, diqqəti
cəlb edən təmrinlərlə və tənəffüs hərəkətləri vasitəsilə azaltmaq, başqa sözlə desək, beyin qabığının
müvafiq nahiyyəsinin uzun müddət qıcıqlanmasının (yanmanın) qarşısını almaq, digər hüceyrələri
işləməyə məcbur etmək, beləliklə, əvvəlki nahiyyənin iş qabiliyyətini bərpa etmək, onları növbəti iş
növünə hazırlamaq – zehni əmək tələb edən fənlərin (riyaziyyat, fizika, tarix və s.) tədrisinə, xüsusən də
bu fənlərin yüksək səviyyədə qavranılmasına əvvəlcədən hazırlamaqdan ibarətdir.
Fiziki tərbiyə təliminin elmi və təcrübi əsaslarının digər cəhətlərinin tədqiqatın müvafiq fəsillərində şərh
ediləcəyini nəzərə alıb, bu barədə fikirlərimizi deyilənlərlə məhdudlaşdırmağı lazım bilirik. Fiziki tərbiyə
proqramının, ədəbiyyatın və dərslərin müşahidəsinin təhlilindən, müəllimlərlə söhbətdən məlum olur ki,
milli fiziki tərbiyə vasitələri və təlim metodlarından səmərəli istifadə, fiziki tərbiyə prosesində özünə
layiqli yer tutmamış, eləcə də müəllimlər bu sahədə çox az biliyə malikdirlər. Həmin məsələyə dair
qarşıya bir sıra suallar çıxır:
- Fiziki tərbiyə üzrə proqramlar üçün materiallar seçərkən baş beyin yarımkürələri qabığının
fəaliyyətini nəzərə almaq olarmı? - Fiziki tərbiyə üzrə təlim işlərinin effektivliyinin
artırılmasında uşaq orqanizminin böyümə və inkişafının qanunauyğunluqlarını öyrənməyin əhəmiyyəti
vardırmı?
- Fiziki tərbiyə sisteminin təkmilləşdirilməsi məqsədi ilə ali sinir fəaliyyətinin müvafiq
qanunauyğunluqlarına istinad mümkündürmü?
- Nəhayət, həmin qanunauyğunluqlar hansılardır?
Qoyulmuş suallar fiziki tərbiyənin səmərəli təşkilinin fizioloji əsasları ilə bağlıdır və istər-
istəməz onları tədqiq etmək zərurəti meydana çıxır.
Fiziki tərbiyə prosesinin səmərəli təşkili yalnız fizioloji cəhətdən deyil, eyni zamanda şagirdlərin
psixoloji məsələləri ilə əlaqədardır.
Buna görə də tərbiyənin təlimində psixi proseslərə diqqət yetirmək olduqca əhəmiyyətlidir. Bunun təlim
sistemində həm nəzəri və həm də böyük təcrübi faydası vardır. Bunları nəzərə alıb, biz fiziki hərəkətlərin
təliminin psixoloji xüsusiyyətlərinə də diqqət yetirməli, xüsusilə həmin işin ayrı-ayrı psixoloji proseslə
əlaqəsini öyrənməli, təlim dövründə səmərəli istifadə etməlidir. Duyğu, eşitmə, görmə, təvəvvür,
qavrama, diqqət, təfəkkür və i.a. psixoloji proseslərin fiziki tərbiyə prosesinin optimal təşkilinə müsbət
təsirini nəzərə alıb, bunların funksional fəaliyyətini həmin işə cəlb etməlidir. Bundan əlavə, fiziki tərbiyə
vasitələrinin, o, cümlədən milli fiziki hərəkətlərin şagirdlərin psixologiyasına təsirini öyrənməli, təlimə
müsbət təsir göstərən psixoloji şərtləri aşkara çıxarmalıdır.
Söylənilənlər fiziki tərbiyə prosesinin səmərəliliyinin artırılmasında xüsusi əhəmiyyət kəsb etməklə
bərabər, onun psixoloji əsaslarının mühüm tərkib hissəsidir.
Bunlardan belə bir qənaətə gəlmək olur ki, fiziki tərbiyə işlərinin səmərəli surətdə həyata
keçirilməsinin elmi-nəzəri əsaslarını tədqiqatlar aparmaq yolu ilə aşkara çıxarmaq və təcrübi məşğələlərin
təşkilində ondan müvəffəqiyyətlə istifadə etmək lazımdır.
Bunu nəzərə alsaq, tədqiqatın bu fəslində fiziki tərbiyənin məzmununun yeniləşdirilməsində və təlim
metodlarından istifadədə mühüm amil olan uşaq orqanizminin böyümə və inkişafının
qanunauyğunluqlarını, fizioloji və psixoloji əsaslarını araşdırmağa səy göstərəcəyik.
A.A.Uxtomski bir sıra sinir mərkəzlərinin bu cür uyğunlaşma fəaliyyətinin müəyyən işlərin icrasını
təmin etməsini öyrənmiş və onu dominat adlandırmışdır. Bütün bunlar göstərir ki, insanın istər mürəkkəb
və istərsə də sadə olsun, hər cür əmək fəaliyyəti mərkəzi sinir sisteminin ali hisslərində müvafiq
istiqamət alması, sinir mərkəzlərinin işində sistemliliyin işçi quruluşunun (işçi dominat) olması
nəticəsində təşkil edilir.
Sual olunur: Bəs əmək fəaliyyətinin yüngülləşməsinə səbəb nədir? Həyat təcrübəsindən məlum olur ki,
əmək növündən heç də asılı olmayaraq, ona müsbət təsir göstərən işin təkrar-təkrar, yəni dəfələrlə yerinə
yetirilməsi konkret desək, hərəkətlər təkrar edildikcə, həmin sistem daha da möhkəmlənir, bir növ adət
halına keçir. Başqa sözlə desək, eyni qıcıqların eyni şəraitdə, eyni mühitdə dönə-dönə təkrarlanması
nəticəsində yüngülləşməsinə səbəb olur. Doğrudan da, hər bir şəxs öz üzərində və ya başqalarının
üzərində müşahidələr aparmış olsa, o, çox asanca hiss edə bilər ki, hər bir əmək fəaliyyəti təkrar
edildikcə, onda əmək vəziyyəti asan yaranmaqla, həm də daha da yüngülləşir. Heç şübhəsiz ki, bütün
bunlar əmək fəaliyyətini yüksəldir və iş qabiliyyətini artırır.
71
Müşahidə olunur ki, istər zehni və istərsə də fiziki iş olsun, həmin işin başlanğıcı səmərəli olmur,
əmək məhsuldarlığı aşağı düşür və i.a. Lakin iş vaxtından müəyyən müddət keçdikdən sonra işgörmə
qabiliyyəti başlanğıca nisbətən daha yüksək olur.
Normal iş şəraitinin yaranması üçün nə etməli? Burada birinci şərt insanın iş vəziyyəti sinir
mərkəzlərinin uyğunlaşması ilə sıx əlaqədardır. Belə ki, işin başlanğıcında əmək məhsuldarlığının mühüm
şərtləri bacarıq və əməyin düzgün təşkili ilə yanaşı, mərkəzi sinir sisteminin vəziyyətinin də qaydasında
olmasını tələb edir.
4.2. Fiziki tərbiyənin təliminə fizioloji amillərin təsiri
Fizioloji tədqiqatlardan məlum olur ki, insan orqanizmi əmək prosesi və hər bir iş zamanı tam
vəhdətdə fəaliyyət göstərir. Sinir sistemi isə orqanizmin birləşərək vəhdətdə fəaliyyət göstərməsini
təmin edir. Sinir mərkəzlərində oyanmanın ləngimə ilə (tormozlanma) əvəz edilməsi sinir sisteminin
başlıca xüsusiyyəti hesab olunur. Müxtəlif növ nəinki mürəkkəb fiziki və yaxud digər hərəkətlərin,
həmçinin hər hansı ən sadə hərəkətlərin, əyləncə və oyunların yerinə yetirilməsi dövründə müəyyən sinir
mərkəzində oyanma yaradır. Həmin oyanma sinir lifləri vasitəsilə müvafiq əzələlərə nəql olunur və
nəticədə bu əzələlər hərəkətə gəlirlər. Buna aid belə bir misal göstərmək olar. Əgər biz qolu bükmək
istəyiriksə, onda mütləq qolun bükülməsi üçün qolu bükən əzələləri tənzim edən başqa sinir
mərkəzlərində oyanma əmələ gəlir, qolu açan mərkəzlərdə isə oyanma ləngiməni əvəz edir. Burada belə
bir fizioloji qanunauyğunluğu da yaddan çıxarmax olmaz. Bu da ondan ibarətdir ki, hər hansı bir hərəkət
nə qədər çətin olarsa, bundan asılı olaraq tək-tək deyil, bir çox sinir mərkəzlərində oyanma ilə ləngimənin
bir-biri ilə əvəz olunmasında bir o qədər bir-biri ilə uyğunlaşdırılmalıdır.
Göstərmək lazımdır ki, uşaq doğularkən onun bir sıra mərkəzi müəyyən sistemdə bir-biri ilə
əlaqədə olur. Ə.A.Babayev görkəmli rus fizioloqlarının tədqiqatlarına əsaslanaraq həmin məsələni belə
izah edir: … amma bir çox hərəkət vərdişləri, xüsusən bütün əmək fəaliyyəti ilə əlaqədar olan hərəkətlər,
insanın şəxsi həyatında adət etmək və təkrar etmək nəticəsində əldə edilir. Bu hərəkət vərdişlərinin əsasını
hərəkət və daxili üzvlərin fəaliyyətini tənzim edən sinir mərkəzlərində oyanma ilə ləngimənin bir-biri ilə
əvəz edilməsinin mürəkkəb formasıdır.
Sinir sisteminin oyanmasının təşkili, orqanizmin ümumi tonusunun artmasına da zəmin yaradır.
Bunlar isə ürək- qan – damar, tənəffüs sistemlərinin fəaliyyətini yüksəldir, maddələr mübadiləsini
gücləndirir.
Fiziki hərəkətlər isə orqanizmin tonusunun yüksədilməsində, sinir sisteminin oyanmasında təsirli
vasitələrdən sayılır. Ə.A.Babayev bu sahədə tədqiqat aparan digər gigiyena alimləri kimi şəxsi
müşahidələrin nəticəsində belə qənaətə gəlir ki, əmək vəziyyətinin yaranması üçün bir-biri ilə əlaqədə
olan sinir mərkəzlərinin mürəkkəb sisteminin fəaliyyətə başlaması və əmək fəaliyyətinin tam təşkili üçün
istehsalata gəlib dəzgah qarşısında durmaqdan əlavə, mərkəzi sinir sistemi də optimal halda olmalıdır.
Əmək fəaliyyətinə rəhbərlik edən mərkəzlər ləngimə (tormozlanma) halında olmalıdır, əzələlər, tənəffüs
sistemi, ürək. Qan-damar və başqa sistemləri işə hazırlanmış olmalıdır.
Söylənilənlərdən aydın olur ki, yuxarıda göstərilən proses heç də bizdən asılı olmayaraq həmin
fəaliyyətdən qabaq orqanizmin şərti reflektor düzəlişi nəticəsində meydana çıxır. Demək, orqanizmi hər
hansı bir işə qabaqcadan hazırlayan qıcıqlar-siqnallar mütləq olmalıdır.
İşə hazırlıq fəaliyyəti dedikdə, əsasən biz nəyi nəzərdə tuturuq? Bunun mahiyyəti nədən
ibarətdir? Buna sadəcə olaraq belə cavab vermək olar. İşə hazırlıq müəyyən iş şəraitinin bu işə uyğun
xüsusi geyimin olması və s. Orqanizmi həmin işə hazırlamaqla qarşıya qoyulmuş bu və ya digər
vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsinə imkan verir. Bu səbəbdən də mərkəzi sinir sisteminin
oyanma qabiliyyəti, ürək, qan-damar və tənəffüs sistemlərinin fəaliyyəti yüksəlir, maddələr mübadiləsi
artır. İşin düzgün təşkilindən asılı olaraq iş şəraiti də asanlaşır, işə hazır olma və onu yerinə yetirmə bir o
qədər də asan və yüngül olur.
İnsan orqanizmi işə xüsusi hazırlıq və yaxud şərait yaradılmadan da fəaliyyət göstərirlər. Belə
ki, bu vaxt fəaliyyətdə olan üzv və sistemlər işə hazırlanmadan və şərait olmadan da öz funksiyasını icra
edirlər. Mərkəzi sinir sistemi, tənəffus üzvləri və ürək, qan-damar sistemi müvafiq fəaliyyətdə olurlar.
Lakin əsas məsələ bundadır ki, işə hazırlamaq istisna olduqda və lazımi iş şəraiti yaratmadıqda həmin
orqanizmin işgörmə qabiliyyəti aşağı düşür, nəbz tez-tez döyünür, daha çox oksigen sərf olunur. Bu o
72
deməkdir ki, orqanizmin işə daxil olması üçün lazım olan şərti reflektorun işdən qabaq düzəlişi
qənaətləndirici deyildir.
Reflektorun işdən əvvəl düzəlişinin əmələ gəlməsi üçün nə etmək vacibdir? Bu işə köməkçi
vasitə kimi hansı amilləri daxil etmək təxirəsalınmazdır? Bunun bir sadə cavabı vardır, hər şeydən əvvəl,
orqanizmi işə təbiətin təbii amilləri, eləcə də müxtəlif növ fiziki hərəkətlərdən, oyunlardan məqsədəuyğun
surətdə istifadə etmək lazımdır. Çünki iş şəraiti orqanizmin müvəqqəti və işin xarakterindən asılı olaraq
məqsədə müvafiq maraqlı və rəngarəng ayrı-ayrı fiziki hərəkətlərin, tərtib olunmuş kompleks hərəkətlərin
işə hazırlıq məqsədilə işdən əvvəl tətbiqi işə tez daxil olmağı təmin edir. Beləliklə də, mərkəzi sinir
sisteminin oyanmasını artırar, orqanizmin bütün fəaliyyətini həmin işi görməyə səfərbər edir. Məsələ
təkcə bununla bitmir, eyni zamanda daimi fəaliyyətdə olan tənəffüs və ürək, qan-damar sistemindən,
həmçinin əzələlərdən və digər üzvlərdən mərkəzi sinir sisteminə müxtəlif növ, özü də çoxlu qıcıqlar
gedir. Müntəzəm olaraq iş və iş şəraitinə müvafiq, habelə işə girənlərin orqanizminin səviyyə və
xüsusiyyətlərinin nəzərə alınması şərti ilə icra olunan fiziki hərəkətlər kompleksinin müsbət təsir
göstərmə fəaliyyəti yalnız yuxarıda deyilənlərlə kifayətlənmir, o, bundan əlavə, daha faydalı iş
qabiliyyətinə malikdir. Hərəkətlərin təsiri ilə daxili üzvlərində fəaliyyəti səfərbər olunur. Beləliklə də,
qana böyrəküstü vəzlərin hormonu olan adrenalinin daha geniş şəkildə daxil olmasına şərait yaranır ki,
bu da nəticə etibarı ilə simptamik sinir sistemi ilə birlikdə bütün sistemlərin və üzvlərin sinir sisteminin
funksional vəziyyətini daha da yüksəldir.
Demək, insan orqanizminin iş fəaliyyətini artırmaq vacibdir və bunun üçün də işdən əvvəl işə
hazırlaşmaq məqsədi ilə fiziki hərəkətlərdən, təbii amillərdən (hava, günəş, su) mütləq istifadə
edilməlidir. Ona görə də, göstərilənlər bütün əmək növlərinə aid olmaqla əmək vəziyyətinin optimal
olmasından ötrü ona optimal şərait yaradır. Bu isə az vaxt içərisində aha çox keyfiyyətlə həmin işin yerinə
yetirilməsinə zəmin yaradır. Buna məktəblinin hərəkət rejiminə daxil olan səhər gimnastikası kompleks
hərəkətlərinin icrasını nümunə göstərmək olar. Məlumdur ki, yuxu zamanı mərkəzi sinir sisteminin baş
beyin yarımkürələri qabığını əhatə edən ləngimənin aradan qaldırılmasına kömək göstərmək məqsədilə
məktəbdə dərsəqədər səhər gimnastikası hərəkət kompleksləri icra olunur. Bunlar da məktəb dərs cədvəli
üzrə olan zehni (riyaziyyat, fizika, cəbr və s.) fənlər üzrə mövcud tədris materiallarının daha tez
qavranılmasına səbəb olur. Çünki artıq həmin fənn materiallarının mənimsənilməsi üçün müəyyən şərait
yaradılmış və xarici mühitin, yəni kompleks gimnastika hərəkətlərinin təsiri ilə qıcıqlar əmələ gəlmiş,
bunlar da öz növbəsində mərkəzi sinir sisteminin ali hissələrinin nahiyələrinə sirayət etmiş, ləngimənin
aradan götürülməsinə səbəb olmuş, baş beynin ali şöbələrində yeni oyanma əmələ gətirmiş və beləliklə,
tədris olunan hər hansı bir fənn ilə əlaqədə olmayan, lakin fəaliyyət göstərən mərkəzlərin işləmə fəaliyyəti
bir o qədər azaldılmış və ləngidilmişdir. Zehni iş tələb edən hər hansı bir ümumtəhsil fənnindən sonra və
yaxud fənlərarası fiziki tərbiyə dərslərinin keçirilməsi, fənlərin tədrisi vaxtı fiziki tərbiyə
dəqiqələrinin, böyük tənəffüslərdə maraqlı oyunların təşkili də baş beynin yarımkürələri qabığında yeni
oyanmalar mənbəyi yaratmaqla, həddindən artıq oyanmanın qarşısını alarsa, yorulmuş mərkəzlərin fəal
istirahət etməsinə şərait yaradır. Lakin burada bir cəhətə diqqəti artırmalıdır. Yəni hərəkət gün rejiminə
daxil edilən oyun və hərəkətlər, əyləncəli tədbirlər məktəblinin funksional imkanlarına, idman bazası və
iqlim şəraitinə, milli xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır. Əks halda görülmüş işlər lazımi effekt verə
bilməz.
İ.M.Seçenov əməyin yorğunsuz keçirilməsi ideyasını ilk dəfə olaraq irəli sürmüş və onu elmi
cəhətdən əsaslandırmışdır. O, «İnsanın iş hərəkətləri oçerki» əsərində qeyd etmişdir ki, hər bir fiziki işin
başqa fiziki işlə, yəni ürək və tənəffüs əzələlərinin işi ilə müqayisə edilməsi çox maraqlıdır və praktiki
əhəmiyyəti vardır.
İ.M.Seçenov öz təcrübələrinə əsaslanaraq insanın iş görməsinə baxmayaraq, onun yorulmasının
qarşısını almışdır. Onun bu sahədə gördüyü iş bir əllə yüngül yükü təxminən tənəffüs tempində yuxarı
qaldırmaqdan ibarət olmuşdur. O, burada insanın bütün həyatı boyu yorulmadan tənəffüs əzələlərinin
oxşarlığını nəzərə almışdır. Müəyyən zaman təlim keçdikdən sonra insan bu işi ardıkəsilmədən 4 saat
içərisində yorğunluq hiss etmədən və yükün hündürlüyünü və tezliyini azaltmadan davam etdirmişdir.
İkinci bir təcrübədə isə əllər işdən azad edilərək müvəqqəti, tamamilə sakit halda olduqda tam dincəlir,
amma bir əl işlədikdə, o biri əl isə sakit halda olduqda o zaman əl daha yaxşı dincəlir və tez yorğunluğu
73
çıxır. Birinci «passiv istirahət», ikinci hal isə «fəal istirahət» adlandırılmışdır. Burada bir əlin əlavə işi
yorulmuş sinir mərkəzlərini oyandırır.
«Passiv istirahət» və «fəal istirahət» deyilən hallar fizioloji qiymətini İ.P.Pavlovun tədqiqatlarına
əsaslanaraq almışdır. Pavlovun təliminə görə baş beyin qabığının fəaliyyəti əsasında iki proses durur.
Bunlardan biri oyanma, digəri isə ləngiməlidir. Oyanma və ləngimə proseslərinin normal surətdə
növbələşməsinə səbəb hiss üzvlərindən mərkəzi sinir sisteminə gələn müxtəlif növ impulslardır. Baş
beyin qabığına qıcıq gəlirsə, onun müəyyən nahiyyəsində oyanma mənbəyi yaranırsa, bu mənbənin
ətrafında olan digər sinir hüceyrələrində də ləngimə əmələ gəlir. Pavlovun təliminə görə yorğunluğun
aradan qaldırılmasını xarici mühit qıcıqlandırıcılarının təsiri ilə bədən hissələrindən mərkəzi sinir
sisteminə gedən qıcıqlarla izah edirlər. Buna aid nümunə də gətirirlər. Boksçu rinqdə rəqibi ilə kəskin
mübarizə aparır. Onun gərgin əzələlərində, bağ və vətərlərində yerləşən əzələ hissi reseptorlarından beynə
sinirlər vasitəsilə küllü miqdarda siqnallar gedir. Mübarizənin əvvəllərində boksçu nəinki yorğunluq hiss
etmir, hətta hərəkətlərin koordinasiyası da yaxşılaşır. Lakin mübarizə davam etdikcə boksçunun əzələ
hissi reseptorlarının uzun müddət qıcıqlanması və mübadilə prosesində əmələ gələn kimyəvi maddələrin
qana daxil olaraq təsir göstərməsi, habelə başqa amillər idmançının yorğunluğuna səbəb olur. Deməli,
boksçunun yorğunluğunda reseptor vasitəsi ilə qəbul edilib, mərkəzi sinir sisteminə nəql olunan qıcıqlar
başlıca əhəmiyyət kəsb edir.
Sinir sisteminin əmək qabiliyyətinin saxlanılmasında mühüm rol oynayır. A.Q.Gnesinski və
Q.A.Orbeli təcrübə yolu ilə sübut etmişlər ki, əgər son dərəcədə yorulmuş əzələnin simpatik sinirini
qıcıqlandırsaq, o zaman həmin əzələnin iş qabiliyyəti bərpa olunur. Çünki simpatik siniri qıcıqlandırdıqda
biz əzələdə gedən mübadilə prosesinin həmin əzələnin qidalanmasını yaxşılaşdırırıq ki, bu da
yorğunluğun yaranmasına səbəb olur. Belə ki, sinir sistemi əzələlərinin iş qabiliyyətini bərpa etməyə
qadirdir.
İ.M.Seçenov xüsusi erqoqrafda öz əli ilə və ayağının iş qabiliyyətini və bu iş qabiliyyətinə fəal
istirahətin təsirini öyrənmişdir. O, təcrübəsini aşağıdakı qaydada da aparmışdır. Blokdan keçirilmiş
qaytandan asılmış 3,5 kq ağırlığında yükü, şəhadət barmağını büküb-açmaqla dəqiqədə 20 dəfə müəyyən
hündürlüyə qaldırmışdır. Hərəkətin amplitudası erqoqramda qeyd olunurdu. Bəlli işdir ki, barmaq
yorulduqda erqoqram aşağı enməyə başlayacaqdır. Barmaq tam yorulduqdan sonra o, 10 dəqiqə istirahət
etmiş və yenə də həmin barmağı ilə işləmişdir. Belə qeyri-fəal istirahətdən sonra iş yenə də həmin əllə
yorulana qədər davam etdirilmişdir.
İ.M.Seçenov ikinci təcrübəsində işləyən barmağa istirahət verən zaman o biri əlin barmağını
işlətmişdir. O, göstərmişdir ki, barmaq əzələsinin iş qabiliyyəti sınaqdan keçirilən barmağın istirahəti
zamanı deyil, həmin əl istirahət edərkən, o biri əlin barmağı işlədiyi ehtimalda daha tez bərpa olunur.
Yorğunluqla mübarizədə iştirak etməyən əzələ qruplarının hərəkətlərlə deyil, massaj vasitəsilə
beyin mərkəzlərinin funksional vəziyyəti və mərkəzi sinir sisteminin oyanıcılığı nisbətən daha yüksək
olur. Təcrübələrdə müəyyənləşdirilmişdir ki, orqanizmin ayrı-ayrı hissələrinin yorğunluğu ilə
mübarizədə, yorğunluq prosesində bilavasitə iştirak edən əzələ qruplarını deyil, fiziki işdə iştirak etməyən
əzələləri maasaj etmək daha məqsədəuyğundur. Gərgin məşqlərdən, yarış və görüşlərdən sonra mərkəzi
sinir sisteminin yorulmuş hüceyrələrində induksiya sayəsində mühafizəedici ləngiməni dərinləşdirən yeni
oyanma mərkəzləri yaratmaqda və iş qabiliyyətinin bərpasında idman massaj fəndlərinin əhəmiyyəti
böyükdür.
Göstərilən prosesi İ.P.Pavlov aşağıdakı kimi səciyyələndirmişdir: Baş beynin qabığında bütün
üzvlərin halını əks etdirən bir qrup hüceyrə vardır. Beləliklə, əgər iş prosesində başqa növ fəaliyyətə
keçirilirsə, məsələn, başqa hərəkətləri icra etmək (əgər iş fiziki isə), o zaman oyanma mənbələri yeni
mərkəzlərdə əmələ gələcəkdir. Bu vaxt əvvəl işləyən mənbələrdə onlara qıcıq gəldiyi üçün fəaliyyət
sadəcə olaraq kəsiləcəkdir. Onlarda daha dərin induksiyalı ləngimə əmələ gələcəkdir. Bu halda bərpa
prosesi – istirahət daha tez və yaxşı olur.
Məktəb təcrübəsindən məlumdur ki, eyni tədris işini (yazmağı, eyni mətni oxumağı, danışmağı,
eyni tipli məsələ və misalların həllini çoxlu təkrar etdikdə) dəfələrlə təkrar etmək nəticəsində
yorğunluq yaranırsa, başqa işə keçirilirsə, bu zaman isə hər hansı bir idman və ya gimnastika hərəkəti icra
olunursa, onda yorğunluq keçir, diqqət artır və iş qabiliyyəti yüksəlir.
74
Ümumtəhsil fənlərinin tədrisi prosesində fiziki tərbiyə dəqiqələrinin təşkili, gərgin zehni
əməliyyatdan (dərsdən) sonra fiziki tərbiyə dərslərinin keçirilməsi və sinifdənxaric tədbirlərin təşkilini
buna misal göstərmək olar.
İnsan öz həyat təcrübəsində sınaqdan keçirmişdir ki, hərəkətsiz, oturmuş-uzanmış vəziyyətində
istirahət etməkdən, zehni gərginlikdən sonra masa arxasından qalxıb bir az söhbət edib – gəzməsi, ev
şəraitində, təmiz havada bir neçə sadə tənəffüs hərəkətləri, əyilib-qalxma, belin, oynaqların yüngülcə
dairəvi hərəkətlərini icra etməsi, əl barmaqlarını, ayağın pəncələrini daban hissəsindən azacıq hərəkətə
gətirməsi istirahət üçün daha faydalı olur. Ona görə də yeni mənbələrdə oyanma yaradan sadə hərəkətləri
yerinə yetirmək işini tamam dayandırmaqdan daha məqsədəyğundur. Bu, indiyə qədər işləyən
mərkəzlərin fəal istirahət etməsini təmin edir. Yeni qıcıqlarla zəngin olan fəal fasilələrin səmərəli və
şüurlu həyata keçirilməsinin, heç şübhəsiz ki, effekti daha çox olur.
Lakin yadda saxlamalıdır ki, bir işdən başqa bir işə keçərkən fəal istirahəti təmin edən bu və ya
digər hərəkətlər mürəkkəb, yerinə yetirilməsi çətin və cansıxıcı olmamalıdır. Həddindən artıq gərgin,
müəyyən fiziki qüvvə və dlözümlülük tələb edən hərəkətlər nəinki fəal istirahətə kömək edə bilər, hətta
orqanizmi daha da qıcıqlandırar və beləliklə mərkəzi sinir sisteminin oyanacağını arzuedilməz dərəcəyə
çatdıra bilər, iş qabiliyəti artmaq əvəzinə aşağı düşər. Fizioloji tədqiqat əsərlərində göstərildiyi kimi,
hərəkətlərin qədərini həddindən artıq təyin etdikdə yeni qüvvəli qıcıqlar – sinir mərkəzlərini, bütün üzv və
sistemlərin uyğunlaşmış fəaliyyətini azaldaraq, insanın işə olan marağını aşağı salır. Təbiidir ki, bu daha
yüksək iş qabiliyyətinə və əmək məhsuldarlığına mənfi təsir göstərir. Bundan əlavə, deyilənlər sinir
mərkəzlərinə mənfi təsir etməklə, yorğunluğun yaranmasına gətirib çıxarır. Beləliklə, əzələ və bütün
üzvlərdən mərkəzi sinir sisteminə daimi impulslar gəlir, ürək, qan-damar, tənəffüs sistemində, əzələlərdə
dəyişiklik əmələ gəlir.
Həmin dəyişikliklər hissi sinirlərin uclarını qıcıqlandırır, mərkəzi sinir sisteminə yeni impulslar
daxil olur. Bütün bunlar da oksigenlə hüceyrələrin təchiz edilməsi, maddələr mübadiləsi qalıqlarının
vaxtında xaric edilməsi, əzələlərin qan təmininin tənzimi üçün sinir mərkəzlərinin qarşısında yeni-yeni
tələblər qoyulur. Dəyişikliklər çox olduqca, sinir mərkəzləri üçün də bir o qədər çətinlik yaradır. Sinir
mərkəzləri isə öz növbəsində işləyən əzələlərə kifayət qədər impulslar verə bilmir.
Göstərməliyik ki, yorğunluq nəticəsində pozulmuş qan dövranının tezliklə bərpa olunmasında
fəal istirahət mühüm əhəmiyyət kəsb edir. Üzv və sistemlərdə qeyri-normal hal yarananda və ya onlardan
hər hansı biri funksional fəaliyyətini tarazlaya bilməyəndə həmin xəstəliyə münasib – yəni bu
çatışmamazlığın aradan qaldırılmasına kömək edə biləcək xüsusi fiziki hərəkətlər və oyunlar tətbiq
edilməlidir. Yüorğunluq zamanı baş vermiş qan dövranının pozulmasının aradan qaldırılması prosesinə
boşalma hərəkətləri münasibdir. Tənəffüs, yüngül və sadə hərəkətlərdən və oyunlardan ibarət olan
boşalma hərəkətləri qan damarlarını nisbətən genişləndirir, qan dövranını yaxşılaşdırır və əzələlərin
gərginliyini aşağı salaraq, onun boşalmasına şərait yaradır. Həmin hərəkət yığımına kompleks səhər
gimnastikası, fiziki tərbiyə dəqiqələri, böyük tənəffüslərdə tətbiq olunan hərəkətlər, həmçinin yaxın
yerlərə, meşə, su və çay kənarlarına, çəmənliklərə edilən gəzinti və yürüşlər və s. daxildir.
Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, şagirdlərin fiziki tərbiyəsi üzrə aparılan bu və
ya digər tədbirlər orqanizmin yorğunluğunun qarşısını alır, bəzən də yorulmanın tezliklə aradan
qaldırılmasını, bərpasını tənzimləməklə yanaşı, tədris gün ərzində onların zehni və fiziki iş
qabiliyyətlərini yüksəldir, tədrisin ilk başlanğıcından etibarən mənimsənilməsinin optimallığını təmin
edir. Bütün bunlar üçün də müəyyən şərait yaradılmalı, fiziki təlimin pedaqoji-psixoloji imkanları aşkara
çıxarılmalı, xüsusən təlim-tərbiyənin prinsipləri, üsulları, priyomları və vasitələri optimallaşdırılmalı, bu
yol ilə şagirdlərin fiziki hazırlığına və inkişafına, sağlamlıq vəziyyətinə müsbət təsir göstərməsidir.
4.3. Fiziki tərbiyənin təliminə psixoloji amillərin təsiri
Fiziki tərbiyənin qarşısında duran başlıca vəzifələrin optimal həlli üçün kiçik məktəbyaşlı
uşaqların psixoloji inkişaf qanunauyğunluqlarını bilmək olduqca vacibdir. Bu yaşda olan uşaqların fiziki
tərbiyəsinin psixoloji əsaslarını bilmək, həm müvafiq sahədə bilik, bacarıq və vərdişlərə yiyələnməklə
bərabər, həm də diqqət, təfəkkür, yaddaş, qavrama və s. kimi şəxsiyyətin ən yaxşı psixoloji
keyfiyyətlərinin inkişafına öz müsbət təsirini göstərmək məqsədilə zəruridir.
75
Kiçik məktəbyaşlı uşaqların orqanizmində müsbət dəyişikliklərlə yanaşı, müəyyən
çatışmamazlıqlar da mövcuddur. Həmin yaş dövründə əzələ qüvvəsinin zəif inkişafı, hərəkətlərin qeyri-
dəqiqliyi və zəif koordinasiyası müşahidə olunur. Bu yaşda eyni hərəkətlərin uzun müddət icrası
çətinləşir.
7-10 yaşlı uşaqlarda hərəkət koordinasiyası sürətlə inkişaf etsə də, dəqiqlik kifayət qədər olmur.
Uşaqlar hərəkət və oyunların əksiriyyətini düzgün və tam icra edə bilmir, bir çox hallarda isə hərəkət və
oyunları çətinliklə yerinə yetirir, bəzən də artıq hərəkətlər edirlər. Bu, onların hərəkətləri ilk baxışda tam
şəkildə və bütövlükdə necə var elə qavramaları ilə sıx əlaqədardır.
Kiçik məktəbyaşlı uşaqlar hərəkətləri və müxtəlif növ oyunları mütəşəkkil surətdə tamlıqla
qavraya bilmədikləri üçün əyani vasitələrdən və imitasiya hərəkətlərindən istifadə etmək vacibdir.
Bundan əlavə, iradi diqqətin inkişafına çalışmalı, oyanma və ləngiməni tənzim edən prosesə müsbət təsir
göstərməlidir. Uşaqlar bu yaş dövründə diqqətlərini toplaya bilmir, qeyri-iradi hərəkətlər iradi hərəkətlər
üzərində üstünlük təşkil edir. Bu yaşda iradə kifayət qədər inkişaf etməmiş olur, ikinci siqnal sisteminin
birinci siqnal sistemini tənzimləyici fəaliyyəti zəifdir. Hərəkətlərin əsas növlərini diqqətlə və dərindən
öyrənmək diqqətin cəmlənməsinə kömək edir. Onun müvafiq istiqamətlərə yönəlməsinə, şagirdlərin dərsə
şüurlu münasibətini təmin edir. Oyunların və fiziki hərəkətlərin şüurlu idarə olunması yaddaşın və
təfəkkürün inkişafını tələb edir. 7 yaşdan 11 – 12 yaşadək uşaqlar hərəkətləri daha yaxşı yadda saxlayır.
Onlarda bu yaşda yaddaş tez və sürətlə inkişaf etsə də, növbəti yaş dövrlərində isə o bir qədər zəif
inkişaf edir. Buna görə də həmin uşaqların bir neçə hərəkəti eyni vaxtda yerinə yetirməyi bacarmaq
imkanlarını nəzərə almaq zəruridir.
Kiçik məktəbyaşlı uşaqlarda hərəki vərdişlərin formalaşdırılmasında müşahidə olunur ki, onlar
hərəkətləri qavramadıqları və öz hərəkətlərinə kifayət qədər nəzarət etməyi bacarmadıqları səbəbdən
müəllim hərəkətləri və oyunları izah etdikdən və göstərdikdən sonra, onlara belə gəlir ki, artıq hərəkətləri
düzgün yerinə yetirmiş, oyunların qayda-qanunlarına tam əməl etmişdir. Əslində isə uşaqlar həmin oyun
və hərəkətləri olduğu kimi, yəni konkret deyil, ümumi nöqteyi-nəzərdən qavramışlar. Hərəkət və
oyunların ayrı-ayrı hissələrini necə olursa-olsun icra etmiş, bir növ öz hərəkətlərini müəllimin
hərəkətlərinə oxşatmağa çalışmışdır. Belə ki, uşaqlar hərəkətləri necə var, elə olduğu kimi deyil, bir
təhər, tələm-tələsik icra etmişlər. Əslində isə onlardan hərəkət və oyunları tələm-tələsik formal deyil,
dəqiq və düzgün yerinə yetirilməsi mühüm vəzifə kimi tələb olunur. Bunlar nəzərə alınaraq, əsas hərəkət
elementlərinin, oyunların mahiyyəti və qaydaları təkrar-təkrar uşaqların nəzərlərinə çatdırmalı, diqqətləri
başlıca vəzifələrə istiqamətləndirilməlidir. Hər bir hərəkət və oyun qaydaları hissə-hissə, mükəmməl
öyrədildikdən sonra onlar müəyyən ardıcıllıqla yerinə yetirilməlidir.
Uşaqların hərəki fəaliyyətinin optimallaşdırılmasında zaman və məkan anlayışlarının inkişaf
etdirilməsi mühüm əhəmiyyətə malikdir. II-III siniflərdə artıq hərəkətlərin istiqamətini başqa əşyaların
köməyi ilə və öz bədənləri üzərində qavraya bilirlər.
Kiçik məktəbyaşlı uşaqların baş beyin yarımkürələri qabığında müvafiq şöbələrin olmadığından,
yəni beyin nahiyyələrində müəyyən mərkəzlərin olmadığından, bu və ya digər mərkəzlərin
təkmilləşməməsi nəticəsində onlar xarici mühit qıcıqlandırıcılarına lazımi cavabları verə bilmirlər. Bu
səbəbdən də həmin yaşda olan uşaqlar bəzi hərəki bacarıq və vərdişlərə asanlıqla yiyələnə bilmirlər.
Həmin sahədə ciddi çətinliklərlə qarşılaşırlar. Xüsusən hərəkətləri eyni vaxtda düzgün və surətlə icra edə
bilmirlər. Əgər onlar hər hansı bir müvazinət hərəkətlərini sürətlə yerinə yetirirsə, təəssüf ki, onu dəqiq
icra edə bilmirlər. Və yaxud əksinə, həmin hərəkəti düzgün icra edirlərsə, onda hərəkətin yerinə
yetirilməsi tempi yavaş olur. Buna görə də kiçik məktəbyaşlılarda oyunların və müxtəlif növ idman
hərəkətlərinin təlimi zamanı, oyun qaydalarını və hərəkətləri düzgün yerinə yetirməyi öyrətməli, sonra isə
işin sürətlə görülməsinə diqqəti artırmalıdır. Əks halda təlimdə kəmiyyət göstəriciləri üzrə nailiyyətlər
olsa da, keyfiyyət göstəricilərinin səviyyəsi minimum dərəcədə olacaqdır.
Müşahidələrdən aydın olur ki, ibtidai məktəbin aşağı siniflərində uşaqlar hər hansı bir hərəkətin
hərəkət istiqamətini asanca hiss edirlər. Lakin onlar həmin istiqamətə bədənlərini yönəltməkdə çətinlik
çəkirlər. Yəni əşyanın hərəkət istiqamətini kifayət qədər qavraya bilmirlər. İbtidai məktəbin yuxarı
siniflərində isə vəziyyət xeyli dəyişir, nisbətən yaxşılaşmağa başlayır.
İbtidai məktəbin I-II siniflərində mütəhərrik oyunlar və sadə gimnastika hərəkətlərindən olan
düzlənmələr, sağa, sola dönmələr, akrobatika elementləri, hoppanmalar öyrədilir. Bu hərəkətlərin icrası o
76
qədər də çətinlik törətmir. Lakin III-IV siniflərdə isə hərəkətlər və oyunlar müəyyən qədər mürəkkəb
xarakter alır, onların təlimi nisbətən çətinləşir. Məsələn, müvazinəti saxlamaq, kəndirə dırmanmaq,
skamya və gimnastika divarında edilən hərəkətlər, xüsusilə uzununa və hündürlüyə tullanmaq (IV
sinifdən başlayaraq idmanın yüngül atletika növü təlim olunur), qaçış və s. göstərmək olar. Belə
mürəkkəb koordinasiyalı hərəkətlərin öyrədilməsi uşaqlarda diqqət kimi psixoloji proseslərin inkişafından
mühüm dərəcədə asılıdır. Buna görə də həmin yaşlarda hərəki bacarıq və vərdişlərin aşılanması məqsədilə
diqqətin inkişaf etdirilməsi, nəticə etibarı ilə, hərəkət və oyunların qavranılmasını təmin edir. Nəticə
olaraq, hərəkət və oyunlar düzgün yerinə yetirilir. Hərəkət koordinasiyasının təkmilləşməsinə səbəb olur,
bu da kiçik məktəbyaşlı uşaqların fiziki tərbiyəsinin optimallaşdırılmasına zəmin yaradır.
4.4. Fiziki hərəkətlərin təliminin mahiyyəti
Fiziki tərbiyə təlimi prosesi məktəbyaşlı uşaqların fiziki bacarıq və vərdişlərə yiyələnməsinə,
bədən tərbiyəsi, idman, gigiyena və s. sahəsində vacib bilikləri mənimsəməsinə istiqamətləndirilməlidir.
Bundan əlavə, uşaqlarda düzgün qamətin formalaşdırılması, şəxsi və ictimai gigiyena üzrə vərdişlər
aşılamaqda fiziki təlimin başlıca vəzifələrindəndir.
Fiziki təlimin mühüm vəzifələrindən biri də qısa bir müddətdə, tədricən və ardıcıl olaraq düzgün
hərəki bacarıq və vərdişlər aşılamaqdır. Fiziki təlim məktəbyaşlı uşaqlarda bir sıra həyati keyfiyyətlərdə
aşılayır ki, bütün bunlar da şagirdlərin məktəbdə yaxşı oxumalarına zəmin yaradır. Həmin keyfiyyətlər
bunlardır: öz kollektivində məşğul olmağı və baş çıxarmağı bacarmaq, həmişə böyüyə hörmət etmək,
müəllimi axıra kimi diqqətlə dinləmək, tənqidi nəzərə alıb ondan düzgün nəticəyə gəlmək, tapşırığı
vaxtında və dəqiq surətdə yerinə yetirmək, məktəb və ictimai yerlərdə davranış qaydalarına ciddi riayət
etmək və i.a.
Məktəbyaşlı uşaqların fiziki təlimi, eləcə də uşaq- gənclər idman məktəblərində aparılır. Bu
təlimlər tədricən çətinləşdirilərək aparılmalı, bu zaman yerli iqlim şəraiti, idman ləvazimatları, alət və
avadanlıqlar, idman zalı və meydançaları, məktəblilərin fiziki hazırlığı və inkişafı mütləq nəzərə
alınmalıdır.
Fiziki tərbiyənin təlimi prosesində təlim və tərbiyəvi işlər eyni vaxtda aparılır. Belə ki, fiziki
təlimdə fiziki bilik, bacarıq və vərdişlərlə yanaşı, uşaqlarda əxlaqi, mənəvi keyfiyyətlər aşılanır, estetik
zövq inkişaf etdirilir, həm də onlar əməyə və Vətənin müdafiəsinə hazırlaşırlar. Təlim-tərbiyə işlərinin
uzlaşdırılması isə uşaqların tədris materiallarını düşüncəli olaraq yerinə yetirilməsinə səbəb olur. Bütün
bunlar fiziki tərbiyə təliminin səmərəliliyini xeyli artırır.
4.5. Fiziki hərəkətlərin təliminin mərhələləri
Fiziki hərəkətlərin təlimi prosesi 3 mərhələdə həyata keçirilir: 1) ilk təlim prosesi; 2) təlimin
dərinləşdirilərək öyrətmə mərhələsi; 3) fiziki hərəkətlərin möhkəmləndirilməsi və təkmilləşdirilməsi
mərhələsi.
Fiziki hərəkətlərin ilk təlim mərhələsi. Bu mərhələdə fiziki hərəkətlərin icrası ümumi xarakter
daşıyır. Hərəkətlərin yerinə yetirilməsi barədə düzgün və ümumi təsəvvür yaranır.
İlk təlim mərhələsində diqqəti:
a) hərəkət və oyunların, fəndlərin əlamət və qanunauyğunluqları və icra metodikası üzrə izahat
aparmaqla onların düzgün təsəvvürünü verməyə;
b) hərəkət texnikası üzrə şəkilləri nümayiş etdirmək, onun təlimi metodikasını əyaniləşdirməyə
yönəltmək.
İlk təlim mərhələsinin əsas məqsədi fiziki hərəkətlərin icrası üzrə ümumi və düzgün təsəvvür
yaratmaq olsa da, öyrətmə mərhələsi bəzi nöqsanlarla müşahidə olunur. Yəni məkan və zaman etibarı ilə
hərəkətlərin icra texnikasının dəqiq olmaması, əzələ qüvvəsinin zəifliyi, orqanizmin mövcud fiziki yükə
davam gətirməməsi, artıq hərəkətlərin icrası (lazım olmayan) və s. Buna görə də uşaqlarda ilk öyrətmə
mərhələsində hərəkətin icrası üzrə ümumi təsəvvür yaradılmalı, hərəkətin tamlıqla icra olunması
vəzifəsinin isə növbəti təlim mərhələsində həyata keçirilməsi qarşıya qoyulmalıdır.
Dostları ilə paylaş: |