Mənəvi keyfiyyətlərə təsir edən mühüm vasitələrdən biri də bədən tərbiyəsi və idmandır. Bədən tərbiyəsi
şagirdlərdə vətənpərvərlik hissinin yaranmasına xidmət edərək, Vətənə və ictimai əməyə şüurlu məhəbbət
yaradır.
Əsası məktəbyaşından qoyulmuş vətənpərvərlik hisslərinə malik gənclərimizin beynəlxalq
yarışlarda ölkəmizin idman şərəfi və ləyaqəti uğrunda apardığı mübarizə buna canlı sübütdür. Məhşur
güləşçi İ.Kotkas dünya çempionatlarının birində görüşün ilk dəqiqələrindən çox ciddi zədə almışdı. O,
bədəninin ağrılarına baxmayaraq güləşməni inadla davam etdirir. Axırıncı dörd görüşdə rəqibinə lazımi
müqavimət göstərib qalib gəlir və dünya çempionu kimi şərəfli ada layiq görülür. İ.Kotkasın
qabırğalarının əzildiyini komanda yoldaşları yalnız o, soyunma otağına yaxınlaşıb huşunu itirdikdən
sonra bildilər. İ.Kotkas ciddi zədələndiyinə görə yarışı davam etdirməyə də bilərdi. Lakin vətənpərvərlik
hissi qalib gəldi. O, görüşü davam etdirib komandasına mühüm xal qazandırdı. Deyildiyi kimi, idmanla
yalnız idman xatirinə maraqlanmaq olmaz, idmanı tərbiyənin ümumi vəzifələrinə tabe etmək lazımdır.
Biz idmanla məşğul olan adamlar deyil, cəmiyyətin mövcud ictimai quruculuğunda çalışmalı olan sağlam
vətəndaşlar hazırlayırıq ki, bunların yalnız möhkəm qolu deyil, habelə birinci növbədə geniş siyasi görüş
dairəsi və təşkilatçılıq qabiliyyəti də olmalıdır.
Bədən tərbiyəsi və idman uşaqlarda vətənpərvərliklə bərabər, beynəlmiləlçilik hissləri də tərbiyə
edir. Məktəbdaxili, şəhər və rayonlararası keçirilən idman yarışlarında müxtəlif millətlərdən olan uşaqlar
iştirak edirlər. Belə yarışlarda hər bir komanda öz komandasının qalib gəlməsinə çalışır. Bunun üçün də
məktəb, rayon, şəhər yığma komanda üzvləri illərlə birgə məşq edir və dostlaşırlar. Yarış vaxtı isə bir-biri
ilə daha mehriban olur, qalib adı uğrunda qətiyyətlə mübarizə aparırlar. Demək, məqsəd birdir. O da
birləşmək, hamılıqla səy göstərmək və qalib gəlmək, dəstə-dəstə oynamaq vacibdir. Kollektiv oyunlarda
inadla məqsədə can ata bilən, başqalarını öz arxasınca apara bilən təşkilatçı uşaqlar yetişir. Kollektiv,
mütəşəkkil hərəkət etmək bacarığını xüsusi inkişaf etdirən və i.a. oyunlar hazırlanmalıdır. Ədalət naminə
qeyd edək ki, vaxtı ilə deyilmiş bu tövsiyələr indinin özündə belə yerinə düşmüşdür. Oyunlar məhz bu
nöqteyi-nəzərdən şagirdləri möhkəm bir kollektivdə birləşdirir. Komandalı oyunlarda uşaqlar kollektivini
qələbə çalması üçün öz şəxsi marağını ümumi mənafeyə qurban verir. Belə oyunlar zamanı şagirdlərdə
yoldaşlıq, dostluq hissi yaranır və möhkəmlənir. Onlarda belə bir əqidə yaranır ki, çətin vaxtda bir-birinin
köməyinə gəlməlidirlər. Belə hisslər aşılayan oyunlara «Topu qonşuya ötür», «Topu kapitana ver»,
«Komanda, irəli!», «Ovçular və ördəklər», «Topu ortadakına» və s. daxildir. Sadəcə icraçılıq, kollektiv iş
zamanı get-gedə şüurlu və könüllü intizamlılığa çevrilir. Kollektiv yalnız şüurlu intizam əsasında ciddi
fəaliyyət göstərə bilir. Yeni cəmiyyət üçün insan yetişdirmək vəzifəsi bununla sıx bağlıdır.
Müstəqil Azərbaycan dövlətinin qorunub saxlanılmasında, onun daha da
möhkəmləndirilməsində, hüquqi və demokratik ölkə yaradılmasında, iqtisadi inkişaf və atəşgah dövründə
milli şüurlu, yüksək elmli və Vətənini sevən tərbiyəli gənclər yetişdirməyə çox böyük ehtiyac vardır.
Xüsusən, dövlətçiliyin möhkəmləndirilməsi üçün zehni əməyə qabil olan, mənəvi, əxlaqi cəhətdən
zəngin, fiziki baxımdan kamil olan insanlar yetişdirmək çox vacibdir.
55
Bədən tərbiyəsi şagirdlərdə şüurlu intizam tərbiyəsinin yaranmasında da az rol oynamır.
Gimnastika, yüngül atletika, habelə oyunların icrası, məşq, rejim və yarışların qaydasına əməl etmək
şüurlu intizamın başlıca şərtlərindəndir. A.S.Makarenko oyunu intizamı möhkəmlədən mühüm vasitə
hesab edərək yazırdı: «İntizamı möhkəmlətmək üçün müxtəlif üsullar vardır…Mən oyunu ən mühüm
tərbiyə yollarından biri hesab edirəm. Uşaq kollektivinin həyatında ciddi, məsul və işgüzar oyun böyük
yer tutmalıdır»
84
.
1.
Oyun uşaqları iradəli, ədalətli və doğruçu olmağa alışdırır. Təcrübə göstərir ki, düzgün təşkil
olunmuş oyunda uşaqlar oyunun bütün qayda və şərtlərinə ciddi əməl etdiyindən şüurlu intizama
yiyələnmək imkanları daha da genişlənir. Həm də müəllim şagirdlərə öyrədəcəyi oyunun məzmunu və
məqsədini düzgün və ətraflı başa sala bilərsə, uşaqlar da oyun prosesində onun bütün qayda və şərtlərinə
ciddi riayət edirlər. Oyunun gedişinə mane olan şagird isə öz komanda yoldaşları tərəfindən
töhmətləndirilir və ona tapşırılır ki, qaydanı pozmasın. Əgər o, deyilənlərə əməl etmirsə,
işə müəllim qarışaraq onu intizama dəvət edir, həmin şagird təkrar intizamsızlıq etdikdə mütləq
«cəzalandırılır». Bəzən müvəqqəti olaraq oyundan kənar edilir və müəyyən tapşırıqlar alır. Oyunun ən
fəal intizamlı iştirakçıları isə kollektiv tərəfindən rəğbətləndirilir və hamının ondan nümunə götürməsi
məsləhət görülür. Bu da şagirdlərdə mənəvi keyfiyyətlərin yaranmasına müsbət təsir göstərir. Dərsin bu
şəkildə təşkil edilməsi şagirdlərdə şüurlu intizamın yaranmasına səbəb olur.
Məktəblilərin estetik hisslərinə fiziki tərbiyənin təsiri.
Bədən tərbiyəsi ilə məşğul olduqda şagirdlərin əhval-ruhiyyəsi yaxşılaşır, özlərini yüngül və çevik hiss
edirlər. Bu da uşaqlara sevinc və şənlik gətirməklə, onların gümrah və qüvvətli olmasına imkan yaradır.
P.F.Lesqaft bədən tərbiyəsi məşğələlərinin estetik cəhətdən zövqlə qurulmasını və məşğələnin, adətən,
əhval-ruhiyyəni yüksəldən həzz-alma hissi ilə əlaqədar olduğunu dəfələrlə göstərmişdir. O, yazır: «Bədən
gövdəsinin (əndamın) bütün hərəkətlərinin inkişafı orqanizmin (bədənin) bütün hərəkətlərinin daha incə
və çevik, adətən, deyilən kimi, daha qratsiyalı edir»
85
. «Düzgün qaçış insan bədəninin fövqəladə dərəcədə
səmərəli və gözəl hərəkəti, yerdəyişməsidir»
86
.
Gözəl yeriş, düzgün qaçış, uzağa cisim atmaq, hündürlüyə və uzununa tullanmalar şagirdlərdə estetik
hisslərin inkişafına kömək edir. Top uğrunda mübarizə, gimnastika hərəkətlərinin icrası, buz üzərində
hərəkət, idman nümayişləri uşaqlar üçün bir tamaşa, zövq, gözəllik, incəlik mənbəyidir. Bu hərəkətlər onu
icra edəni tamaşaçılara sevdirir. Bu hərəkətlər əzələ fəaliyyəti nəticəsində yaranır və yerinə yetirilir.
Bununla da şagirdlər bədən tərbiyəsi və idman hərəkətlərindən zövq-gözəllik mənbəyi kimi istifadə
edirlər. Böyük rus inqilabçı – demokratı V.Q.Belinski deyirdi: «Bədən trbiyəsi hərəkətləri başdan-başa
gözəllikdir! Təmizkarlıqla bərabər, sadəlik, nəciblik, ləyaqət, yaxşı zövq və rəftar ilə birləşir. Bu hər
bir şeydə özünü göstərir: həm geyimdə, həm də hərəkət və rəftarda»
87
.
Yeriş, gimnastika, buz üzərində rəqs, idman nümayişləri və milli xalq oyunlarının musiqinin
müşayiəti ilə keçirilməsi, yaxud poetik xarakterli oyunların şer deməklə, mahnı oxumaqla və çalğı ilə
yerinə yetirilməsi, uşaqların hissiyatına və zövqünə dərin təsir edir, təsəvvürlərini daha da dərinləşdirir.
Odur ki, yarışda qalib gəlmək üçün uşaqlar öz qüvvəsini toplamağı bacarır, daha çevik, təmkinli, dəqiq,
intizamlı olmağa cəhd edirlər.
Deyişmə, xor, tapmaca xarakterli «Kosmonavtlar», «İki şaxta» kimi oyunların avazla oxunması,
musiqi təranələri ilə yerinə yetirilməsi uşaqlarda yorğunluq və əzələ passivliyini aradan qaldırır.
Müşahidə göstərir ki, bədən tərbiyəsi dərslərinin və bəzi idman yarışlarının musiqi ilə aparılması onun
lazımi səviyyədə yaxşı təşkilinə və keçirilməsinə səbəb olur. Musiqinin xüsusilə bədənin
qızışdırılmasında və fiziki hərəkətlərin cəld, inamla icra edilməsində əhəmiyyəti böyükdür. Musiqi adamı
qələbəyə ruhlandırır, xalqının ənənələrini yada salır və onu sevdirir.
Ölkəmizdə idmanın kütləviliyi, onun zəhmətkeşlərin estetik zövq mənbələrindən biri olması
haqqında professor F.Qasımzadə yazmışdır: «İdman mənim üçün əsil gözəllik və həzz mənbəyi, əvəzsiz
və yaraşıqlı tamaşa, tükənməz zövq vasitəsidir. Mən isə tək deyiləm,
84
А.С.Макаренко. Сечилмиш ясярляри. Бакы, Азярняшр, 1950, сящ.166-167
85
Бах: П.Ф.Лесгафт. Педагожи ясярляри кцллиййаты, Ы ъилд, Москва,1951, сящ. 343 (русъа).
86
Йеня орада, сящ. 373
87
В.Г.Белински. Сечилмиш мягаляляр, Бакы, Ушагэянъняшр, 1948, сящ. 119-120
56
mənim kimi idmandan həzz və zövq alan, onu estetik amil və gözəllik aləmi sayanlar minlərlə,
milyonlarladır. İdman zəmanəmizdə kütləvi xarakter aldığı kimi, kütləvi də zövq verən gözəllikdir,
tamaşadır»
88
.
Şagirdlərlə həyatdan, əməkdən yaranan estetikanı başa salmaq üçün bütün imkanlardan, o
cümlədən bədən tərbiyəsinin bütün vasitələrindən istifadə etmək lazımdır. Bədən tərbiyəsi məşğələlərinin
estetik cəhətdən düzgün qurulması şagirdlərin idman geyimlərinin münasibliyindən, məşğələ yerinin,
geyinib-soyunma
otaqlarının səliqəli olmasından, bədənin təmiz saxlanılmasından asılıdır. Məktəblilərin idman geyimi eyni
rəngdə olmalı, bədəni sıxmamalı, vaxtlı-vaxtında yuyulmalı, ütülənməli və dərsdən başqa heç yerdə
geyinməməlidir. Geyim şagirdlərin zahiri görkəmini gözəlləşdirir və zövqünü inkişaf etdirir. İdman
salonu və meydançasının geniş və səliqəli olması, alət və qurğuların şagirdlərin yaşına uyğun seçilib
yerləşdirilməsi də onların estetik hisslərinin inkişaf etməsinə səbəb olur.
Sağlamlığın möhkəmləndirilməsində
fiziki tərbiyənin rolu.
Atalar məsəlində deyilir:
«Uca-uca dağlar başı qarlı da ola bilər, qarsız da. İgidin canı sağ olsun: varlı da olar, varsız da».
Görünlüyü kimi, möhkəm can sağlığı olmadan insan xoşbəxt ola bilməz.
Hazırda sağlam nəslin yetişməsində bədən tərbiyəsi xüsusi əhəmiyyət kəsb edir. Ədalət naminə
qeyd etmək lazımdır ki,
Azərbaycan rəhbərliyi istər sovet hakimiyyəti illərində və istərsə də müstəqillik dövründə uşaqların
fiziki inkişafına bədəncə möhkəm və sağlam olmasına daim qayğı və kömək göstərmişdir.
H.Ə.Əliyev hakimiyyətdə olduğu bütün zamanlarda böyüməkdə olan nəslin sağlamlığına qayğı
göstərilməsini tələb etmişdir
O, Azərbaycan müəllimlərinin VI qurultayındakı nitqində bu barədə demişdir: « Böyüməkdə olan nəslin
fiziki inkişafına daha çox diqqət verilməli, bədən tərbiyəsinin tədrisini yaxşılaşdırmalı, hər bir məktəbdə
səmərəli idman məşğələləri üçün şərait yaradılmalı, uşaqlar fiziki cəhətdən hər vasitə ilə
möhkəmləndirilməli, onların sağlamlığına qayğı göstərilməlidir». Ümummilli liderimiz H.Ə.Əliyev
gələcək nəslin sağlamlığının qorunmasını müstəqillik dövründə də ən ümdə vəzifələrdən saymaqla, onun
borc olmasını da xüsusən vurğulamışdır.
O, bu münasibətlə demişdir: «Biz respublikamızda əhalimizin, millətimizin sağlamlığın haqqında
düşünürük, xalqımızın gələcəyi üçün də düşünməliyik.
Bu bizim vəzifələrimizin içərisində ən böyük, ən əhəmiyyətli vəzifədir»
89
.
Bədən tərbiyəsi və idman sağlamlığı uzun müddət saxlayan, ömrü uzadan faydalı vasitədir. Həm
də o, daxili üzvləri məşq etdirərək fəallaşdırır. İdman adamda sevinc hissi oyadır, əzələləri
möhkəmləndirir, enerjini artırır, adama gümrahlıq və şənlik gətirir. Vaxtı ilə çox gözəl söylənilmiş
kəlamlardan birini yada salaq: «Əgər insan sağlamdırsa və bədənin bütün əzələləri düzgün işləyirsə, o,
həyatın bütün məşəqqətlərinə daha asanlıqla dözə bilər. Buna görə də sağlam olmaq və həyatdan daha çox
ləzzət ala bilmək üçün siz bədən tərbiyəsi ilə məşğul olmalısınız».
Bədən tərbiyəsinin müalicə əhəmiyyəti də böyükdür. Onun vasitəsi ilə bəzi xəstəliklərin qarşısı
alınır. Məsələn, bronxial astma, quru plevrit, qrip, habelə baş gicəllənməsinin «dərmanı» bədən tərbiyəsi
ilə məşğul olmaqdır. Hər hansı fiziki hərəkətlərin icrasında əzələlərin gözə görünməyən hərəkət
mexanizmi fəaliyyət
göstərir. Bu da əzələlərin vəziyyətinə, hərəkət fəallığına, hərəkət sürətinə və iş qüvvəsinə müsbət təsir
edir. Məsələn, partadan qalxıb, sıra ilə idman meydançasına getdikdə əzələ sadəcə olaraq iş qüvvəsi sərf
edir.
Lakin orada qaçdıqda, tullandıqda, cisim atdıqda isə əzələ mürəkkəb və müxtəlif iş görür. Bu zaman
əzələlər tez-tez yığılıb-açılmaqla hərəkətə gəlir, fəallaşır. Bədən tərbiyəsi kiçikyaşlı uşaqlarda baş verən
88
Ф.Гасымзадя. Идман, эюзяллик вя естетика. Бакы, «Эянълик»няшриййаты, 1970, сящ.4.
89
Бах: Щ.Ялийев вя Азярбайъанда олимпийа щярякаты. лайищянин рящбяри: Илщам Ялийев. Мцяллифляр-
Ч.Щцсейнзадя, Ъ.Рящманов
57
onurğa əyriliyi, yaxındangörmə və s. qarşısını almağa da qadirdir. Keçən əsrdə adamların ağlına belə
gəlməzdi ki, indiki nəsil 2 m 28 sm hündürlüyə tullanacaq, 100m məsafəni 9,9 saniyəyə qət edəcək, 600
kq ağırlıq (ştanqla) qaldıracaqdır. Bütün bunlar əzələ hərəkəti ilə əzələnin bir vəhdət təşkil etməsi
nəticəsində əmələ gəlir. A.N.Radişşevin ifadəsinə görə «Güc işlətdikcə bədən möhkəmlənir, bu isə insanı
ruhən saflaşdırır və ya bədən hərəkətləri insanı möhkəmləndirdiyi kimi, düşünməyi və insan ağlını
itiləşdirir».
Böyük Azərbaycan şairi Nizami Gəncəvi isə bədən tərbiyəsinə dərin fəlsəfi və fizioloji məna
verərək yazmışdır:
«Bədən sağlam olsa, saf olar söz də,
Süst adam süst olar, bədəndə, sözdə.
və yaxud
Varkən sağlıq əldə, cavanlıq əldə,
Sənindir hər murad, hər xoş əməl də»
90
.
Şagirdlərin fiziki inkişafı gigiyena qaydalarına düzgün əməl edilməsindən də asılıdır. Dırnaqların
təmizlənməsi, saçların vaxtında vurulması, yuyulması və paltarın təmiz saxlanması sağlamlıq üçün əsas
şərtlərdəndir. Dırnaqların uzadılması və çirkli saxlanılması yoluxucu xəstəliklərin əmələ gəlməsinə səbəb
olur. Saç uzandıqda isə başın dərisi işıq şüasını lazımınca qəbul etmir, şüanın ona müsbət təsiri az olur.
Orqanizmin normal inkişafında gün rejimi, düzgün qidalanma, normal yuxu böyük rol oynayır.
Onlara əməl etdikdə şagirdlərin iş qabiliyyəti, xəstəliklərə qarşı orqanizmin müqaviməti artır. Haqlı
olaraq qidaya üzv və sistemlər üçün enerji mənbəyi, inkişafda olan orqanizmin «tikinti materialı»
demişdir.
Şagirdlərin zehni yorğunluğunun aradan qaldırılmasında bədən tərbiyəsi dəqiqəsi və fasilələrdə
keçirilən hərəkət və mütəhərrik oyunların çox böyük əhəmiyyəti vardır. Orqanizmin
möhkəmləndirilməsində bədən tərbiyəsi ilə yanaşı, təbii amillər də (hava, su, günəş) çox böyük
əhəmiyyətə malikdir. Bunların köməyi ilə orqanizm xarici mühitin dəyişikliklərinə uyğunlaşır. Xalq
arasında deyildiyi kimi, «Günəş girməyən evə həkim tez-tez gələr». Orqanizm hava ilə də
möhkəmləndirilir. Odur ki, açıq və təmiz havada olmaq, çılpaq bədəni təmiz havaya vermək, mənzil və
sinif otaqlarında havanın tez-tez dəyişdirilməsi vacibdir. Bütün bunlar bədəni aşağı temperaturlu havaya
tədricən alışdırır.
Azərbaycanın görkəmli maarifpərvər və təbiətşünas alimi H.B.Zərdabi «Gigiyena» əsərində
havanın təmizliyi haqqında yazırdı: «Hava gərək təmiz olsun, onun pak olması həyat, xarab
olması ölümdür»
91
. Demək, müxtəlif idman hərəkətləri ilə təmiz havada məşğul olmaq lazımdır.
1.2. Fiziki tərbiyənin vəzifələri
Fiziki tərbiyə böyüməkdə olan gənc nəslin ümumi tərbiyəsinin tərkib hissəsi sayılır.
Hazırda gənc nəslin ümumi tərbiyəsinin qarşısında duran mühüm vəzifələrdən biri onların hərtərəfli
inkişafına nail olmaqdan ibarətdir. Fiziki cəhətdən ahəngdar inkişaf etmiş, bədəncə sağlam, gözəl qamətli,
möhkəm, qüvvətli və gümrah bir adam olduqda, bu hərtərəfli inkişaf etmiş insan sayılır.
Fiziki tərbiyə həmin keyfiyyətlərin məktəblilərdə yaranmasında mühüm əhəmiyyət kəsb edir. Fiziki
tərbiyə ilə müntəzəm və ardıcıl məşğul olanlar qamətli, şən, gümrah, bədəncə sağlam böyüyürlər. Onlar
zehni cəhətdən daha yaxşı inkişaf etmiş olur. Əməyə və vətənin müdafiə edilməsinə daim hazır olurlar.
Bunun üçün də şəhər və rayonlarımızda həmin baxımdan ölkəmizdə uşaqların, gənclərin
sağlamlığı məsələsinə diqqət artmışdır. Yeni meydança və stadionlar tikilir, onlar alət və avadanlıqla
təmin olunub gənc nəslin istifadəsinə verilir.
Qeyd etmək lazımdır ki, fiziki tərbiyə prosesi səmərəli təşkil olunan məktəblərdə uşaqlar
bədəncə sağlam və qüvvətli, qıvraq, iradəcə möhkəm böyüyürlər. Bunların isə iş qabiliyyətinin artmasına
müsbət təsiri vardır. Sağlam adamlar isə gələcəkdə cəmiyyət üçün daha yararlı olurlar.
90
Низаминин щикмят вя нясищятляри ( топлайаны вя тяртиб едяни С.Вящдят), Бакы, Азярбайъан ЕА няшриййаты,
1966, сящ. 122.
91
М.Я.Ахундов. Щясянбяй Зярдабинин тябиййата аид ясярляри щаггында. Азярняшр, 1958, сящ. 24
58
Fiziki və mənəvi cəhətdən inkişaf etmiş şəxslər ictimai həyatda, təsərrüfat quruculuğunda
başqalarından fərqlənir. Onlar daha yaxşı işləyir, işə olan fərəhi, işə olan həvəsi daha güclü olur,
işləmək qabiliyyəti, yaradıcılıq və çalışqanlıq hissi yüksəlir, beləliklə, həm də onların əmək məhsuldarlığı
lazımi səviyyəyə qalxır. Fiziki tərbiyə vasitəsi ilə sağlamlığını möhkəmləndirən məktəblilər şən və fərəhli
olur, zehni işdən bezikmir, müstəqil surətdə öz üzərində daha çox və səmərəli mütaliə edirlər. Onlar
həyatda mübariz olurlar.
Fiziki və zehni işlə məşğul olan məktəblilər müvafiq enerji və qüvvə sərf edirlər. Onlar bədən
tərbiyəsi ilə məşğul olmaqla, təmiz havada gəzmək və istirahət etməklə qüvvə və enerjisini bərpa edirlər.
Uşaqlar fiziki tərbiyə ilə müntəzəm məşğul olduqda, müvafiq, həyat üçün zəruri olan hərəki
keyfiyyətlər də qazanırlar (sürət, qüvvə, güc, iradə möhkəmliyi və i.a.).
Fiziki keyfiyyətlərə malik olan uşaqlar gələcəkdə vətənin müdafiəsində, əsgəri xidmətdə, hərbi-
vətənpərvərlik nümunələri də göstərirlər, düşmənə qarşı mübariz və amansız olur, öz vəzifələrini
layiqincə yerinə yetirirlər.
Fiziki tərbiyə prosesində, idman, turizm ilə məşğul olduqda bu məktəblilərin əxlaqi hisslərinin
inkişafına, beynəlmiləlçilik ruhunda böyüməsinə, estetik baxımdan inkişafına da müsbət təsir göstərir.
İbtidai məktəbin fiziki tərbiyəsinin qarşısında müasir şəraitdə müvafiq vəzifələr qoyulmuşdur ki,
bunlar da əqli, estetik və əmək tərbiyəsi ilə , xüsusən əxlaq tərbiyəsi ilə sıx əlaqədə həyata keçirilir.
Həmin vəzifələr bunlardır:
Şagirdlərin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafının təmini.
Şagirdlərin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafının təminini əsasən bədən tərbiyəsi
dərslərində, dərsəqədər səhər gimnastikasında, bədən tərbiyəsi dəqiqələrində, böyük tənəffüslərdə,
sinifdən və məktəbdənkənar məşğələlərdə, turist yürüşlərində həyata keçirilir. Bu o zaman faydalı ola
bilər ki, əvvala, həmin məşğələlərin təşkili üçün müvafiq şərait yaradılsın, məşğələlər lazımi ləvazimat və
avadanlıqlarla təmin olunsun, ikinci bu iş pedaqoji kollektiv, müəllimlər, valideynlər həmin bədən
tərbiyəsi tədbirlərinin həyata keçirilməsində birgə fəaliyyət göstərsinlər.
Bir cəhətə də xüsusi diqqət yetirmək lazımdır ki, şagirdlərin sağlamlığının möhkəmləndirilməsi,
fiziki inişafı onların təmiz və açıq havada gəzməsi, təbii amillərdən müntəzəm və düzgün olaraq istifadə
etməsi də mühüm şərtdir.
Şagirdlərin fiziki bacarıq və vərdişlərinin təkmilləşdirilməsi.
İbtidai məktəbdə şagirdlərə aşılanan fiziki bacarıq və vərdişlər aşağıdakılardır: düzgün yerimək, atmaq,
tullanmaq və düzgün hoppanmaq, dırmanmaq və s. Bundan əlavə, fiziki bacarıq və vərdişlərin
təkmilləşdirilməsində təbii şəraitdə uşaqlara müxtəlif növ hərəkətlərin, oyunların, əyləncələrin
öyrədilməsi vacib əhəmiyyət kəsb edir.
Göstərilən bacarıq və vərdişlər uşaqların sağlamlığına, fiziki inkişafına xidmət edir. Onların
həyat və fəaliyyətinə kömək göstərir.
Fiziki keyfiyyətlərin inkişafına kömək göstərmək.
Fiziki keyfiyyətlər əslində fiziki bacarıq və vərdişlərin formalaşmasında mühüm rol oynayır və onlar bir-
birini tamamlayır. Fiziki keyfiyyətlər hər bir insan üçün çox vacibdir.
1.3.Fiziki keyfiyyətlərin inkişafı
Məktəb yaş dövründə uşaqların hərtərəfli inkişafına nail olmaqdan ötrü ilk olaraq onların hərəki
keyfiyyətlərini inkişaf etdirmək çox vacibdir. Bu bir sıra cəhətdən xüsusi əhəmiyyətə malikdir.
Məktəbyaşlı uşaqlarda fiziki keyfiyyətlərin inkişaf etdirilməsi, əvvala, onların hərtərəfli fiziki inkişafına
kömək edir, ikincisi, şəxsiyyət kimi formalaşmasına zəmin yaradır, üçüncüsü, fiziki bacarıq və vərdişləri
daha da təkmilləşdirir, dördüncüsü, sağlamlığı möhkəmləndirir, yoluxucu və digər xəstəliklərin
yayılmasının qarşısını alır, beşincisi, tərbiyənin tərkib hissəsini bir-biri ilə əlaqələndirir, onların
fəaliyyətini gücləndirir və tamamlayır (Zehni, əxlaqi, əmək, estetik, vətənpərvərlik və i.a.). Bir sözlə
fiziki keyfiyyətlər yaşından asılı olmayaraq insan həyatı üçün onun inadla mübarizə aparmasından ötrü
olduqca əhəmiyyətlidir. İnsan həyatı onsuz keçinə bilməz. Ən zəruri fiziki keyfiyyətlər bunlardır: sürət,
cəldlik, dözümlülük, çeviklik, güc və s. Həmin keyfiyyətləri bədən tərbiyəsi məşğələlərində, gəzinti,
59
yürüş və ekskursiyalarda, müxtəlif cür əyləncələr təşkil etməklə, həmçinin müxtəlif şəraitdə müxtəlif
hərəkətlərin, oyunların icra olunması, eləcə də çətinləşdirilmiş maneələrin qət edilməsi yolu ilə inkişaf
etdirmək mümkündür. Bu şərtlə ki, hərəkət və oyunlar düzgün təşkil olunsun və lazımi səviyyədə
keçirilsin. Bu zaman uşaqlarla təşkil olunan fiziki hərəkət məşğələlərinin sıxlığına, fiziki yükün yaşa,
fiziki hazırlığa və inkişafa uyğun olması əsas şərtdir.
Sürət – hər hansı işi və ya hərəkəti daha tez yerinə yetirmək qabiliyyətidir. Eyni məsafəni
hamıdan tez başa vurmaq, müxtəlif maneələri sürətlə qaçmaq, velosiped və xizək sürməklə sürətə nail
olmaq olar. Qəflətən verilən siqnallar vasitəsilə, hərəkətin müxtəlif tempdə və ritmdə icrası və startdan
çıxmaqla irəliləmələr yolu ilə də sürəti artırmaq olar.
Sürəti inkişaf etdirməkdən ötrü sürət hərəkətlərindən əlavə, müxtəlif növ dəyişkən
situasiyalardan ibarət məzmun kəsb edən müxtəlif oyunlardan da istifadə olunur. Fiziki hərəkətlərin
yerinə yetirilməsi zamanı onların düzgün dozalaşdırılması, həmçinin onların dəyişən tempdə və ritmdə
icrası da sürətin tərbiyə olunmasında vacib əhəmiyyət kəsb edir.
Cəldlik – hər hansı bir işi, habelə fiziki hərəkətləri, oyunları ani olaraq düzgün, cəldliklə icra
etmək qabiliyyətinə deyilir. Cəldlik həm də mürəkkəb koordinasiya hərəkətlərini tez bir zamanda
mənimsəmək, müvafiq şəraitin tələbinə uyğun fiziki hərəkətlərin yerinə yetirilməsi kimi başa düşülür.
Cəldlik ən çox yeni hərəkətlərin öyrənilməsi prosesi, həmçinin öyrənilmiş hərəkətlərin təkrarı və onun
yeni hərəkətlərlə koordinasiyası zamanı inkişaf edir. Çünki əvvəllər öyrənilmiş hərəkətlərlə yeni
hərəkətlərin əlaqələndirilməsi sinir sisteminin hərtərəfli işgörmə qabiliyyətini yüksəldir. Bütün bunlar isə
hərəkətin koordinasiyasını yaxşılaşdırır, yeni hərəkət növlərini mənimsəmək qabiliyyətini təkmilləşdirir.
Bundan əlavə, cəldlik şəraitin dəyişməsi tələbindən asılı olaraq bir hərəkətdən o birinə tezliklə keçmək
bacarığını və fəaliyyətini təmin edir. Gimnastika hərəkətləri, oyunların, tullanmaların, atmaların icrası
zamanı cəldliyi daha da genişləndirmək olar. Bir cəhəti də qeyd etmək lazımdır ki, ibtidai yaşlı uşaqların
sinir sistemi plastik olduğu üçün bu yaşda cəldlik daha sürətlə inkişaf edir.
G ü c– böyük əzələ gərginliyi hesabına xarici müqavimətin və yaxud maneələrin aradan
qaldırılması kimi başa düşülür.
Hər hansı bir fiziki hərəkət icra olunarkən, yük apararkən, güləşərkən və i. a. zamanı az və ya
çox güc sərf etmək lazım gəlir. Gücü inkişaf etdirmək müxtəlif çəkili əşyalardan (doldurulmuş toplardan,
daşlardan), sallanma hərəkətlərindən, dayaq hərəkətlərindən, atmalardan, yadronun itələnməsindən,
tullanmalardan, dartınma oyunlarından, kəndirə dırmanmadan və s. hərəkətlərdən istifadə olunur.
Demək, qüvvə və sürət-güc hərəkətlərindən səmərəli istifadə etmək vasitəsilə gücü daha da
inkişaf etdirmək olar. Həmin yaşlarda gücü inkişaf etdirmək üçün statik xarakterli hərəkətlərdən, xüsusi
güc hərəkətlərindən istifadə məsləhət görülmür. Statik hərəkətlərdən istifadə tənəffüsün normal
edilməsinə mane olur. Bu da nəticə etibarı ilə ürək-qan-damar və sinir sisteminin normal fəaliyyət
göstərməsinə əngəl törədir. Öz gücündən istifadə edərək güc sərf etmək isə daha çox əzələ qüvvəsi
işlətməyə səbəb olur, bu isə onların həddən artıq gərginləşməsi ilə nəticələnir.
İbtidai məktəbyaşlı uşaqların gücünü artırmaq məqsədilə ən çox dinamik mahiyyətli fiziki
hərəkətlərdən istifadə tövsiyə edilir. Bura müxtəlif növ tullanma və atma (tullama) hərəkətləri daxildir.
Həmin hərəkətlərin idman əşyaları – vasitələri ilə icrası daha faydalı olur.
Dözümlülük- uzun müddət tələb edən fəaliyyətə orqanizmin davam gətirməsidir. Dözümlülük
dinamik şəraitdə və statik mühitdə özünü büruzə verə bilər, yəni hərəkət zamanı və həm də yerində –
hərəkət etmədən dözümlülüyü nümayiş etdirmək olar. Suyun altında müəyyən müddət nəfəs almadan tab
gətirmək, uzaq və ya qısa məsafəyə sürətlə qaçmağa dözmək dözümlülüyü inkişaf etdirir.
Dözümlülük iki cürdür: ümumi və xüsusi. Ümumi dözümlülük – uzun müddətə, həm də ardı-
arası kəsilmədən şərtlənir (üzün müddət yeriş, qaçış və s.). Xüsusi dözümlülük isə müəyyən bir fəaliyyət
üçündür. Bu idmanla daha sıx bağlıdır. Qısa məsafəyə qaçış üçün sürət dözümlülüklə bir-birini
tamamlayır. Həmin hərəkətlər icra olunarkən fiziki yükün tədricən artırılması (məsələn, yeriş və qaçış
məsafəsinin artırılması), məşğələ üçün vaxtın uzadılması, eləcə də uşaqların xüsusiyyətlərinin nəzərə
alınması da dözümlülüyün inkişafına kömək edir.
Çeviklik – Orqanizmin üzvlərini istənilən anda istənilən tərəfə yönəltməkdir. Çeviklik dayaq
hərəkət aparatının müəyyən bir hissəsinin mütəhərrik olması ilə xarakterizə olunur. O, hərəkətin müəyyən
amplitudada icrasına xidmət edir. Bu isə sürət, cəldlik və i.a. keyfiyyətlərin qənaətlə sərf edilməsini və
60
onların fəaliyyətini tam sürətlə təmin edir. Qaçış, hoppanmaların müxtəlif növlərinin icrası vaxtı çeviklik
tərbiyə olunur, hərəki bacarıq və vərdişlərin müasir təkmil formalarını mənimsəmək mümkün olur.
Elastiklik– bədənə istənilən vaxtda istənilən formanı verməkdir. Bədənə yuvarlaq forma vermək,
ensiz bir yerdən keçmək, müxtəlif növ akrobatika hərəkətlərini yerinə yetirmək nəticəsində bədənin
elastikliyini təmin edir.
Statik vəziyyətdə və hərəkət zamanı düzgün qamət
vərdişlərinin formalaşdırılması
Dinamik hərəkətlər əzələlərin bu və ya digər qruplarına təsir edir. Bu zaman bir əzələ qrupu
işlədikdə, digəri istirahət edir və əksinə.
Dostları ilə paylaş: |