Dərs vəsaiti kimi təsdiq edilmişdir


- PEDAQOJİ VƏ BƏDƏN TƏRBİYƏSİ ÜZRƏ ƏSAS SPESİFİK ANLAYIŞLAR



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   38

-
PEDAQOJİ VƏ BƏDƏN TƏRBİYƏSİ ÜZRƏ ƏSAS SPESİFİK ANLAYIŞLAR 
 
4.1. Anlayışlar haqqında pedaqoji fikir tarixindən 
              İctimai həyat bəzi mühüm xarakterik məsələlərlə, elmi-texniki tərəqqinin sürətlə inkişafı  və 
genişlənməsi ilə səciyyələnir. Müasir elmin inkişafı təbii bir hal hesab olunmaqla yanaşı, özü ilə müvafiq 
qanunauyğun hadisələri də meydana çıxarır. Bu özünü bir tərəfdən elmlərin differensiallaşmasında, digər 
tərəfdən inteqrasiyasında göstərir. Hər bir elmin özündə  şaxələnmə sürətlənir, bununla yanaşı, elmlərin 
bir-birinə yaxınlaşması, bir-birinin naliyyətlərindən istifadə etməsi güclənir.
1
 
              Bütün bunları tərbiyə problemləri ilə məşğul olan elmlərə, eyni zamanda pedaqoqika elminə də 
aid etmək lazımdır. Qeyd etməliyik ki, pedaqoqikanın sürətlə differensiallaşması, yəni bu sahədə yeni-
yeni tədqiqat obyektlərinin və tədqiqat istiqamətlərinin meydana çıxması onun digər elmlərlə əlaqələrini 
o, cümlədən orta ümumtəhsil məktəbi şagirdlərinin fiziki tərbiyəsi ilə əlaqələrini daha da möhkəmləndirir. 
              Fiziki  tərbiyə pedaqoji proses kimi pedaqoqika elminin bütün qanunlarından, prinsiplərindən, 
təlim metodlarından, həmçinin digər elmlərlə əlaqələrindən və i.a. əsas mənbə kimi qidalanır və bunun 
nəticəsində inkişaf edir, nəzəri və  təcrübi cəhətdən daha da təkmilləşir. Həmin baxımdan, yəni müasir 
şəraitdə pedaqoqika elminin differensiallaşması, fiziki tərbiyə prosesi ilə qarşılıqlı  əlaqəliliyinin 
genişlənməsi, onun təkmilləşməsinə  zəmin yaratması, ilk növbədə isə bu sahədə  tədqiqatın aparılması 
bəzi zəruri pedaqoji anlayışların bir daha araşdırılmasının vacibliyini irəli sürür. 
              İctimai həyatımızda baş verən yeniliklər adamlar arasında qarşılıqlı münasibətlərdə, insanların 
xarakter və  tərbiyəsində çox böyük dəyişikliklər  əmələ  gətirir. Bütün bunlar həyatımızın mühüm 
sahələrindən biri olan əhalinin, böyüməkdə olan gənc nəslin tərbiyəsindən bəhs edən pedaqoqika elminin 
məzmunu, anlayışları və s. ilə daha geniş əlaqə yaratmış və müəyyən qədər genişlənmişdir. Bundan əlavə, 
pedaqoqika elmləri üzrə müxtəlif mövzularda doktorluq və namizədlik disertasiyaları müdafiə olunmuş 
                                                 
1
 Н.М.Казымов, Педагогиканын бязи тядгигат щцдудлары щуггында. «Азярбайъан мяктяби » журналы. №11, 1974-ъц 
ил, с.51. 

 25
Azərbaycan dilində nəşr edilmişdir. Bu əsərlərdə pedaqoji anlayışlar qismən də olsa diqqət mərkəzində 
olmuş, onun məzmunu və mahiyyəti əsasən ictimai cəmiyyətə xidmət etmək baxımından izah edilmişdir. 
              Təssüf ki, hazırda bədən tərbiyəsi və idman sahəsində  işləyən mütəxəsislərin  əksəriyyəti 
pedaqoji anlayışlara köhnə  ənənəvi qaydada yanaşır, çox vaxt isə biganə qalır, onun fərqinə varmırlar. 
Lakin görkəmli pedaqoqlar pedaqoji və istərsə  də  bədən tərbiyəsi üzrə spesifik anlayışlara daim diqqət 
yetirmiş  və münasibətlərini açıqlamışlar. Çünki bədən tərbiyəsi müəlliminin tərbiyə, təhsil və  təlimin 
mahiyyətini düzgün dərk etməsi, mövzu baxımından anlayışların hər birinin konkret məqsəd və 
vəzifələrini müəyyənləşdirməsi, onları  məqsədəuyğun səviyyədə  həyata keçirməsi fiziki tərbiyə 
prosesinin optimallaşdırılmasına əsaslı zəmin yaradır.  
              Bir  cəhəti də unutmaq olmaz ki, elmi-texniki tərəqqinin inkişafı ilə  əlaqədar olaraq, təlimində 
mahiyyəti dəyişir və  təkmilləşir. Bundan əlavə, Təhsil haqqında Qanun orta ümumtəhsil məktəbinin 
işində ciddi dəyişikliklər aparılmasını tələb edir. Buna görə də bütün fənlər kimi fiziki tərbiyə fənninin 
proqramlarının məzmunu, məqsəd və vzifələri də  dəyişir, yeni iş formaları  və üsulları yaranır, mövcud 
üsullarda demokratikləşmə, həmçinin təlim-tərbiyə prosesində məsələlərə humanistcəsinə yanaşma daha 
geniş vüsət alır. Qeyd etməliyik ki, təlimin məzmunundakı  dəyişikliklər ixtisas müəllimlərinin iş 
üslubunu heç də  dəyişməmiş, onlar təlimin yeni məzmununu pedaqoji fəaliyyətlərində lazımınca 
qiymətləndirmir. Xüsusən, təlimin yeni vəzifələrini nəzərə almır, təlimin mahiyyətinin dəyişdirilməsinə 
məhəl qoymurlar. Nəticə etibarı ilə fiziki tərbiyə üzrə  şagirdəlrin bilik və bacarıqlara yiyələnməsi 
səviyyəsi o qədər də yüksək olmur, bu sahədə vərdişlər çətinliklə formalaşır. Buna görə də fiziki təlim 
zamanı anlayışlar yerində  işlədilməli, mahiyyət və  məzmun təhrif olunmamalı, necə varsa elə  də  dərk 
edilməli, təlim prosesində  məqsəd və  vəzifələr müvafiq, konkret olmalı, müəllimin və  şagirdin 
funksiyaları obyektiv qiymətləndirilməlidir. 
              Yuxarıda göstərilənləri nəzərə alsaq, pedaqoji proses kimi təhsil, tərbiyə və təlim anlayışlarının, 
o cümlədən bədən tərbiyəsi, fiziki tərbiyə, fiziki təhsil, fiziki inkişaf, fiziki hazırlıq, idman, fiziki kamillik 
və i.a. nəzərdən keçirilməsi faydalı olardı. Bir çox pedaqoji anlayışların həll edilməməsinə, bu sahədə bir 
sıra dolaşıqlığın olmasına, müəyyən pedaqoji anlayışlar üzrə  həddindən artıq böyük fikir ayrılığının 
mövcudluğuna baxmayaraq ilk növbədə üç mühüm pedaqoji anlayışa–təhsil, tərbiyə  və  təlim 
anlayışlarına və bunlar arasındakı münasibətlərə söylənilmiş fikirlərə qismən də olsa nəzər-nöqteyimizi 
bildirməyə, aydınlıq gətirməyə çalışacağıq. 
              Təhsil anlayışı. Pedaqogika alimləri təhsilə  tərif vermək məqsədilə müxtəlif mövqedən ona 
yanaşmış və hazırda da yanaşmaqdadırlar. 
              Tanınmış rus pedaqoqlarından P.P.Qruzdev (1940), N.K.Qonçarov (1947), İ.A.Kairov (1948) 
təhsili ümumi pedaqoji anlayış hesab etmiş, həmçinin onu pedaqoqikada əqli tərbiyə də adlandırmışlar. 
Lakin burada bir cəhəti də qeyd edək ki, dilimizdə işlədilən təhsil, tərbiyə, təlim və s. kimi istilalar bir çox 
hallarda dolaşıqlıq əmələ gətirdiyi üçün bəzən onları ya bir-biri ilə eyniləşdirir, ya da əsassız olaraq biri 
digərindən tamamilə  təcrid olunur. Müvafiq pedaqoji ədəbiyyatın bir hissəsində  «Əqli tərbiyə» 
anlayışının lazımi səviyyədə izah olunması, «əqli təhsil» ilə bir-birini tamamlamasının düzgün və aydın 
şərh edilməsinə baxmayaraq bəzi pedaqoqlar, nəinki «əqli tərbiyə» terminindən istifadə etmir, hətta onu 
pedaqoji anlayış kimi imtina edirlər. Lakin «əqli tərbiyə» ni yaxşı halda «əqli təhsil» adlandıran və 
bunları eyniləşdirən yazılara da rast gəlmək mümkündür. 
              İ.T.Oqorodnikov «Pedaqoqikanın predmeti və metodları» adlı əsərində «təhsil» və «tərbiyə» (dar 
mənada) anlayışlarını bir-birindən ayıraraq birinciyə bilik, bacarıq və vərdişlər sistemi, «əqli tərbiyə»yə 
isə fiziki və  əqli qabiliyyətlərin inkişafının yaranması prosesi kimi baxır
  2
. O, dünyagörüşün 
formalaşmasını, həm təhsil və həm də tərbiyə ilə əlaqələndirir. 
              Etiraf  edək ki, təhsil anlayışına rus pedaqoji ədəbiyyatında müxtəlif möqelərdən yanaşanların 
sayı çoxdur. Nisbətən fikir yaxınlığına görə həmin mövqeləri aşağıdakı kimi qruplaşdırmaq mümkündür. 
              Birinci qrup mövqedən çıxış edən pedaqoqlar təhsilə müəyyən bilik, bacarıq, dünyagörüşü tələb 
edən sistem, başqa sözlə desək,  şagirdlər üçün nəzərdə tutulan fənni və onların bütün tədris fəaliyyəti 
kimi baxırlar (kolektiv müəlliflər).
3
    
                                                 
2
  
P.N.Шimbirev.И.T.Oqorodnikov.Pedaqogika.M,,uч.pedгыz, 1954, s.8
 
3
 И.А.Каировун редактяси иля. Пдагогика. М.Учпедгиз, 1939-ъц
 ил. 

 26
              İkinci qrup mövqedə olan alimlər isə  təhsili  şagirdlərin zəruri bilik, bacarıq və  vərdişlərlə 
silahlandırılması, qabiliyyətlərin inikişafı, dünyagörüşünün formalaşması prosesi kimi nəzərdə tuturlar 
(İ.A.Kairov, 1948, İ.T.Oqorodnikov, 1950,1954, İ.M.Duxovski, 1951). 
              Üçüncü qrup mövqedə olanlar isə  təhsili bilik, bacarıq və  vərdişləri  əldə edib onu 
mənimsəməklə, dünyagörüşünün yaranması prosesi, konkret desək, bütün bunları  şagirdlərin fəal 
yiyələnməsi prosesi kimi qiymətləndirirlər (P.P.Qruzdev, 1940, 1949, RSFSR PEA kolektiv əməkdaşları, 
Ş.İ.Qaneli və B.P.Esipov, 1967). 
              Dördüncü qrup mövqedə isə  təhsilə idrak qabiliyyətinin inkişafı sayəsində qazanılmış 
nailiyyətə, inandırmaya və s. əsaslanan tədris prosesinin nəticəsi və  əvvəllər mənimsənilmiş biliklərin 
məcmusu kimi baxırlar (B.P.Esipov, N.K.Qonçarov, 1946, V.E.Semenov və E.A.Xodkova, 1966) 
              Maraqlıdır ki, anlayışları birləşdirici mövqelərdə mövcuddur. A.A.Qorsevski (1963), 
E.İ.Monoszon (1966) həmin fikirdə olan pedaqoqlardandır. Onlar təhsil və proses anlayışlarına bilik, 
bacarıq və vərdişlər sisteminin mənimsənilməsinin nəticəsi kimi mövqedən yanaşırlar. 
              Göründüyü kimi, birinci qrupda təhsilin məzmunu nisbətən olsa da açılmışdır. İkinci və üçüncü 
qrup mövqelərdə isə təhsil anlayışı təlim anlayışına xeyli yaxınlaşdırılmışdır. Halbuki, onlar axırıncı ilə 
iki tərəfli və eyni zamanda qarşılıqlı surətdə əlaqədardır. Yalnız dördüncü qrupa daxil edilən alimlər digər 
qruplara nisbətən demək olar ki, qarışıq anlayışlardan bir qədər uzaq mövqedə durmuşdular. Fikrimizcə, 
birinci qrupdan başqa yerdə qalan bütün qrup mövqelərdə göstərilənlər həqiqətə uyğun gəlir. Onlar təhsil 
fəaliyyəti prosesində onun imkanlarını  əks etdirmiş  və  təhsillə  əlaqədar aşağıdakı mövqedə durmuşlar: 
təhsilə müəllim və  şagirdlərin fəaliyyətlərinin təsiri altında müəyyən məqsədə doğru yönəlmiş  və 
onun təşəkkülündə real pedaqoji proses kimi bu fəaliyyətlərin nəticəsində  şagirdlərin bilik əldə 
etməsindən ibarətdir. 
              Pedaqoqika  elminin  bütün  nümayəndələri  «Təhsilin məzmunu»  anlayışı üzrə demək olar ki, 
yekdil fikirdədirlər. Onlar təhsilin məzmunu dedikdə  bəşəriyyətin ümumiləşdirilmiş  təcrübəsinin  əsası 
olan müəyyən bilik, bacarıq və  vərdişlər sisteminə yiyələnmək və bu zəmində  şəxsiyyətin hərtərəfli 
inkişafının təmini, müasir mədəniyyətin mənimsənilməsi və müxtəlif növ ictimai faydalı fəaliyyətə fəal 
qoşulmasını nəzərdə tuturlar. Görkəmli alimlərin əksəriyyəti təhsilin məzmununa, həm də bilik, bacarıq 
və vərdişlərin mənimsənilməsi şərtlərini, idrakın və yaradıcı qabiliyyətlərin inkişafının, dünya görüşlərin 
və inamın formalaşması  və sairəni, bir sıra müəlliflər isə  mədəni davranışların yaranmasını da təhsilin 
məzmununa daxil edirlər (B.P.Esipov və N.K.Qonçarov, 1946; İ.A.Kairov, 1948; P.P.Qruzdev, 1949 və 
i.a.). 
              Bəzən müəlliflər təhsilin məzmununna qəti fikirlərini bildirmir, ona bilik, bacarıq və  vərdişlər 
sistemi kimi baxırlar. Bundan əlavə, onlar qeyd edirlər ki, bilik, bacarıq və  vərdişlər qabiliyyətlərin 
inkişafının və dünyagörüşün formalaşmasının  əsasıdır (İ.M.Duxovski, 1951; E.İ.Monoszon, 1961; 
M.N.Skatkin, 1967). 
              Son illərdə rus pedaqoji mənbələrində «təhsil» anlayışına bir mənalı baxırlar. Bəzi pedaqoqların 
bu cəhətdən mövqeləri üst-üstə düşsə  də bir qrup alimlərin isə «təhsil anlayışı» üzrə baxışlarında fikir 
ayrılığı mövcuddur. 
              N.E.Kovalev  və başqaları  təhsili  əsas pedaqoji anlayış hesab edərək yazırlar: «Təhsil bilik, 
bacarıq və vərdişlər sisteminin məcmuui kimi başa düşülür»
4
. Daha sonra müəlliflər göstərirlər ki, bəzi 
pedaqoqlar, «təhsil» anlayışına bilik, bacarıq və vərdişlərə yiyələnmə prosesində daxil edirlər ki, bu isə 
təlimin mahiyyətini təşkil edir. Bunların kifayət qədər əsası yoxdur. Təlim, təhsilalmanın başlıca yoludur, 
təhsil isə təlimin nəticəsidir. 
              V.V.Belorusova və İ.N.Reşetenin ümumi redaktəsi ilə nəşr olunmuş bədən tərbiyəsi institutları 
üçün dərslikdə  təhsilə verilən tərif belədir: «təhsil–bu elmi biliklərin, qazanılmış bacarıq və  vərdişlərin 
sisteminə yiələnmək, cəmiyyət, insan təfəkkürünü və təbiət haqqında bəşəriyyətin toplamış olduğu, elmi 
cəhətdən ümumiləşdirilmiş ictimai-tarixi təcrübəni mənimsəməkdir»
5
. Orada daha sonra qeyd olunur ki, 
təhsil istər təlim prosesində və istərsə də özünütəhsil prosesində qazanılmış biliklərin və adamın tərbiyə 
olunması səviyyəsinin göstəricisinə deyilir. 
                                                 
4
 
Н.Е.Ковалев, Б.Ф.Райски, Н.А.Сорокин. Введение в педагогику. М., «Просвешение», 1975, с.29. 
5
 В.В.Белорусова вя И.Н.Решетенинин цмуми редактяси иля. Педагогика. М., «Физкултура и спорт», 1978, 
с.6. 

 27
              Həmin dərslikdə  məqsədin təhsilin məzmunu vasitəsilə  həyata keçirilməsi də qeyd olunur. 
«Təhsilin məzmunu» bilik, bacarıq və  vərdişlər sistemindən ibarət olduğu göstərilir. Bunların da 
şagirdlərin hərtərəfli inkişafı, materialist dünyagörüşünün formalaşması, idrak maraqlarını inkişafı və s. 
üçün əsas olması bildirilir. 
              M.A.Verb  təhsilin məzmununun ictimai həyat  şəraitindən müəyyən dərəcə asılı olduğunu 
göstərmişdir. O, məzmununa münasibətini belə bildirmişdir: «Təhsilin məzmunu dedikdə, insanın təlim 
prosesində yiyələnmiş olduğu bilik, bacarıq və vərdişlərin həcmi və xarakteri başa düşülür
6

              Ümumiyyətlə, hər üç mövqelər üst-üstə düşürlər. Lakin məsəlnin ciddiləşməsinə bir az diqqət 
yetirmiş olsaq fikrimizcə müəlliflər tərəfindən «təhsil» anlayışının açıqlanmasında ona verilən təriflərdə 
də müəyyən fərqlər müşahidə olunur. Əgər N.E.Kovalev və b. «təhsil» anlayışına qısa və konkret tərif 
verirsə, V.V.Belorusova və  İ.E.Reşetenin redaktəsi ilə  çıxan dərslikdə isə elmi biliklərin, qazanılmış 
bacarıq və  vərdişlərin sisteminə yiyələnməyin və onun əsas mənbələrinin mənimsəmə yollarının  şərhi 
verilmişdir. Bundan əlavə, çox düzgün olaraq təhsili hər iki prosesdə  əldə edilmiş bilklərin və  tərbiyə 
olunmanın səviyyəsini göstərici adlandırmışdır. 
              M.A.Verb  isə «təhsil» anlayışına deyil, yalnız, «təhsilin məzmunu» anlayışına öz fikrini 
bildirmişdir. O, «təhsilin məzmunu»nu bilik, bacarıq və  vərdişlərin həcmi və xarakterindən ibarət 
olduğunu göstərmişdir. 
              N.E.Kovalev  və b. dərs vəsaitində «təhsilin məzmunu» anlayışına toxunulmayıb, «təhsil» 
anlayışının  şərhi verilməklə kifayətlənilmişdir. Digər vəsaitdə «Təhsilin məzmunu» bilik, bacarıq və 
vərdişlər sistemi kimi qəbul olunur və ounun mahiyyəti göstərilir. 
              Deyilənlərdən məlum olur ki, ayrı-ayrı dərs vəsaitlərində pedaqoji anlayışların hamısına deyil, bu 
və ya digərinə münasibət bildirilir. Anlayışlar bir-biri ilə tam qarşılıqlı  əlaqədə olduğu nəzərə alınıb 
onların hamısının əlaqəli şəkildə izah olunması daha faydalı olardı. 
              Bir məsələyə də toxunmaq istərdim ki, anlayışlara konkret tərif verməklə işi bitmiş hesab etmək 
olmaz, konkret təriflə  bərabər, onun həyata keçirilməsi yolları, mənbələri və mahiyyətlərinin və i.a. 
kompleks izahının verilməsi daha məqsədə müvafiqdir. Həmin baxımdan müəlliflərin «təhsil anlayışı» 
haqqında mövqelərindən birləşdirici ümumi bir fikrə gəlmək mümkündür. 
              Fikrimizcə  təhsilə  aşağıdakı kimi də  tərif vermək olar: Təhsil cəmiyyət, insan təfəkkürü və 
təbiət haqqında bəşəriyyətin toplamış olduğu, elmi cəhətdən ümumiləşdirilmiş ictimai-tarixi 
təcrübəni mənimsəmə yolu ilə elmi biliklərə yiyələnmək, bacarıq və vərdişlər əldə etməkdən ibarət 
olub təlim və özünütəhsil prosesinin nəticəsi kimi qazanılmış bilklərin, tərbiyə olunmanın və inkişaf 
səviyyəsinin göstəricisidir. 
              «Təhsil» anlayışı Azərbaycan pedaqoqlarının da daim diqqət mərkəzində olmuşdur. Azərbaycan 
dilində  nəşr edilmiş pedaqoji ədəbiyyatda «təhsil» anlayışına dair mövqelər rus mənbələrində olan 
fikirlərlə əsasən eynilik təşkil etsə də burada «təhsilə» verilən tərif onun mahiyyətinə bir daha dəlalət edir 
və mühüm xüsusiyyətlərini özündə birləşdirir. 
              Ə.Ş.Həşimov «Pedaqoqikanın mövzusu, vəzifələri və üsulları» adlı əsərində təhsil nədir? sualına 
«təhsil uşaqlıran bilik, bacarıq və  vərdişlər sisteminə yiyələnməsi və bu zəmin üzərində onlarda 
dünyagörüşünün yaranmasıdır»
7
 deyə cavab vermişdir. Müəllif bundan sonra işin mahiyyəti və nəticəsi 
olaraq bildirir  ki, elmi biliklərə, bacarıq və vərdişlərə yiyələnməklə, insan, təbiət və təfəkkür sahəsində 
bəşəriyyətin ümumiləşdirilmiş  təcrübəsini mənimsəyir və beləliklə  də öz dövrünün qabaqcıl 
mədəniyyətinə qoşulur. 
              A.N.Kərimov «Sovet məktəbində  təhsilin vəzifələri və  məzmunu» adlı  əsərində isə  təhsilin 
vəzifələri və məzmunu haqqında ümumi anlayış belə izah olunur: «Təhsilin məzmunu təlim prosesində 
şagirdlərə verilən bilik, bacarıq və vərdişlər sisteminin məcmuundan ibarətdir»
8
. Sonra isə orada təhsilin 
məzmununun müəyyən edilmə istiqamətləri göstərilir. 
              B.A.Əhmədov və A.Q.Rzayev pedaqoji ali məktəblər üçün dərs vəsaitində pedaqoqikanın 
anlayışlar sistemini şərh edərək təhsil nədir? sualına cavab verirlər: «Təhsil insanın bilik, bacarıq və 
                                                 
6
 Г.И.Шукинанын редактяси иля. Мяктяб педагогикасы. Бакы, «Маариф» няшриййаты, 1982, с,261. 
7
 М.А.Мурадхановун рящбярлийи иля. Педагогика. Бакы, «Азярбайъан Дювлят тядрис-педагожи 
ядябиййаты» няшриййаты, 1964, с.6. 
8
 Йеня орда, с.126. 

 28
vərdişlərlə silahlanmasıdır»
9
. Müəlliflər eyni zamanda təhsil almanın yollarını da göstərərək qeyd edirlər 
ki, bu isə iki şəkildə  həyata keçirilir: ya müəllimin rəhbərliyi altında (yəni təlim prosesində), ya da 
müəllimsiz müstəqil yolla. Deməli təhsil iki yerə bölünür:  
a) müəllimin rəhbərliyi ilə verilən təhsil (təlim);  
b) müstəqil yolla əldə edilən təhsil (özünütəhsil). 
              Həmin dərs vəsaitinin «Didaktikanın predmeti» fəslində isə «təhsil» anlayışı  mənasına görə 
işıqlandırılır və bu barədə deyilir: «Təhsil anlayışı iki mənada–geniş  və dar mənalarda işlədilir. Geniş 
mənada təhsil-insanların ümumiyyətlə bilik, bacarıq və vərdişlərə yiyələnməsidir. Dar mənada təhsil isə 
təlim prosesinin nəticəsi kimi, bu prosesdə qazanılmış bilik, bacarıq və  vərdişlər sistemi kimi başa 
düşülür»
10
. Bundan əlavə bu dərs vəsaitində  təhsilin məzmunu da şərh edilir. Göstərilir ki, «Təhsilin 
məzmunu onun (təhsilin) qarşısında duran üç məqsədə çatmaqdan ötrü vasitə yerində çıxış edir»
11

              R.Y.Talıbov,  Ə.A.Ağayev və b.tərəfindən nəşr etdirilmiş iri həcimli dərs vəsaitində pedaqoji 
anlayışlar, xüsusən «Təhsil» anlayışı  nəzərdən qaçmamış ona bu cür tərif verilmişdir: «Təhsil» 
bəşəriyyətin  əldə etdiyi biliklərə yiyələnmək prosesinin nəticəsi kimi özünü göstərir»
12
. Həmin kitabda 
təhsil sayəsində nələrə yiyələnmək imkanı olduğu göstərilir. Bu münasibətlə deyilir ki, təhsil sayəsində 
gənc nəsil elmi biliklərin sisteminə yiyələnir, onun dünyagörüşü,  şəxsiyyəti, mənəvi keyfiyyətləri, 
yaradıcılıq qabiliyyətləri formalaşır. Müəlliflər təhsilin məzmununun izahını da şərh etmişlər. 
Göstərmişlər ki, «Məktəblilərin təlim prosesində yiyələndiyi bilik, bacarıq və  vərdişlərin həcmi və 
xarakteri təhsilin məzmunu deməkdir
13
.  
              N.M.Kazımov «Pedaqoqikanın bəzi tədqiqat hüdudları» haqqında elmi məqaləsində «təhsil» 
anlayışına qısa olaraq aşağıdakı mövqedən yanaşır: «Pedaqoji proses anlayışı  təlim, tərbiyə  və  təhsil 
anlayışlarını özündə birləşdirir»
14
. Müəllif pedaqoji prosesin mahiyyətinə dair fikrini belə  şərh edir: 
«Pedaqoji proses dedikdə təlim də, tərbiyə də nəzərdə tutulur»
15

              «Təhsil» anlayışına verilən tərifləri nəzərdən keçirdikdə aydın olur ki, əgər birinci ədəbiyyatda 
(1964) «təhsil uşaqların bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi» deməklə kifayətlənir, həm də 
bunların mənbələri, mənimsənilməsi yolları  və  nəticə etibarı ilə hansı keyfiyyətlərə yiyələnməsi  şərh 
olunur. 
              İkinci  ədəbiyyatda (1983) «Təhsil insanların bilik, bacarıq və  vərdişlərlə silahlanmasıdır» 
ifadəsindən sonra yalnız həyata keçirilməsi yolları göstərilir. 
              Üçüncü  ədəbiyyatda (1993) «Təhsil bəşəriyyətin  əldə etdiyi biliklərə yiyələnmək prosesinin 
nəticəsi, elmi biliklərə yiyələnmək sistemi kimi baxılır və nəticə etibarı ilə gənc nəsil üçün həyatda vacib 
olan keyfiyyətlər sadalanır. 
              Göründüyü  kimi,  birinci  və üçüncü ədəbiyyatda təhsilin tərifi ilə yanaşı, onun mənbələri, 
təhsilalmaının yolları, nəticəsi göstərilirsə, ikinci ədəbiyyatda isə ancaq «təhsil»ə  qısa tərif verilir, 
təhsilalma yolları qeyd olunur, həmçinin «təhsil» anlayışına mənasına görə mövqe bildirilir. O, bilik, 
bacarıq və vərdişlər sistemi kimi qəbul olunur. 
              Məqalədə isə pedaqoji proses anlayışının funksiyası şərh edilir. O, təlim, tərbiyə ilə eyniləşdirilir, 
eləcədə bunlar həmin prosesin komponenti kimi nəzərdə tutulur. 
              Təhsilin məzmununa gəldikdə isə birinci ədəbiyyatda o, bilik, bacarıq və  vərdişlərin 
məcmuundan ibarətdir deyilirsə, ikinci ədəbiyyatda, təhsildə məqsədə çatmaq üçün «vasitə» rolunda çıxış 
etməsi göstərilir, nəhayət üçüncü ədəbiyyatda isə bilik, bacarıq və vərdişlərin «həcmi və xarakteri» kimi 
                                                 
9
 Б.А.Ящмядов, А.Г.Рзайев. Педагогиканын мцщазиря конспектляри. Бакы, «Маариф» няшриййаты, 1983, 
с.10. 
10.
Йеня орда, с.67. 
11
 Б.А.Ящмядов, А.Г.Рзайев. Педагогиканын мцщазиря конспектляри. Бакы, «Маариф» няшриййаты, 1983, 
с.94. 
12
 Р.Й.Талыбов, Я.А.Аьайев вя б. Педагогика. Бакы, «Маариф» няшриййаты, 1993, с.12. 
13
 Йеня орда, с.117. 
14
 Н.М.Казымов. Педагогиканын бязи тядгигат щцдудлары щаггыда. «Азярбайъан мяктяби» журналы, 
1974, №2, с.56. 
15
 Йеня орда, с.56. 
 

 29
təqdim olunur. Bunlardan məlum olur ki, müəlliflər müvafiq surətdə «...sisteminin məcmuundan», 
«...vasitə yerində çıxış edir» və «...həcmi və xarakteri» təhsilin məzmunu hesab edirlər. Buradan belə bir 
nəticəyə  gəlmək mümkündür ki, fikirlər müxtəlif formada deyilmiş olsa da «Təhsil»in məzmununa 
verilən təriflər mahiyyəti açıqlayır. Fikrimizcə, bunların bir fərqi vardır ki, o da üçüncü pedaqoji mənbədə 
verilən tərifin digərlərinə nisbətən daha oxunaqlı və yadda asanlıqla qalmasındadır. 
              Azərbaycan müstəqillik  əldə etdikdən sonra isə pedaqoqlarımız təhsilə bir daha məqsədyönlü 
yanaşmış, yəni ona ümumbəşəri Milli mahiyyət və xarakter daşımasının zəruriliyini göstərmişlər. 
              N.M.Kazımov bu münasibətlə yazmışdır: «Nəhayət, təhsil məqsədyönlü, planlı  və mütəşəkkil 
səciyyə daşıyır…, təhsil xalq təsərrüfatının tərkib hissəsi kimi müvafiq tədris müəssisələrində müəyyən 
müddətdə məqsədyönlü, planlı və mütəşəkkil öyrənilən, tərbiyə və inkişaf imkanlarına malik olan, təlimin 
həm zəruri, şərti, həm də nəticəsi olan sistemləşdirilmiş biliklərin, bacarıq və vərdişlərin, habelə mənəvi 
keyfiyyətlərin məcmuəsidir…»
16

              Ə.X.Paşayev və F.A.Rüstəmov da təhsil anlayışına belə  tərif verirlər: «Təhsil cəmiyyətin və 
dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual və emosional sferalarını inkişaf etdirmək, onu həyata 
hazırlamaq məqsədilə müasir standartlara uyğun olaraq tədris müəssisələrində  mənimsənilmiş biliklər, 
bacarıqlar, vərdişlər və münasibətlər sistemidir»
17

              Həmin fikirlər demək olar ki, təhsil islahatlarının tələblərinə uyğun, aydın bir şəkildə ifa 
edildiyini nəzərə alaraq bu məsələyə münasibət bildirməyə ehtiyac qalmır. 
              Yeni  ictimai-siyasi  quruluşun yaranması ilə  əlaqədar təhsil qanununun meydana gəlməsini 
nəzərə alaraq indiki şəraitdə ümumtəhsil məktəbində təhsili ümumtəhsil kimi yeni keyfiyyətdə görməli; 
Təhsil milli zəmində  hərtərəfli elmi biliklər mənimsətməli, bacarıq və  vərdişləri aşılamalı, idrak və 
yaradıcı qabiliyyətləri inkişaf etdirməlidir. 
       Azərbaycan vətəndaşlarının gələcək peşəsindən, fəaliyyətindən və  iş  şəraitindən asılı olmayaraq 
onlarda dünyagörüşü formalaşdırılmalıdır. Təhsil haqqında qanunda deyildiyi kimi təhsilin başlıca 
vəzifəsi ... yüksək əxlaqi və mənəvi keyfiyyətlərinə, 
 
demoktratikliyinə görə dünyanın  ən qabaqcıl ölkələrinin vətəndaşları  səviyyəsində dura bilən sağlam 
yurddaşlar yetişdirmək və bununla yüksək sivilizasiyalı  cəmiyyət qurmağa, Azərbaycanı dünyanın  ən 
inkişaf etmiş demokratik dövlətlərindən birinə çevirməyə qadir olan insan tərbiyə etməkdir
18

Təhsil haqqında yeni qanunda isə  təhsilin mahiyyətinə konkret və daha məzmunlu və daha 
müasir baxımdan yanaşılır. Və orada göstərilir:təhsil-sistemləşdirilmiş bilik, bacarıq və  vərdişlərin 
mənimsənilməsi prosesi onun nəticəsi»dir
19

Yuxarıda deyilənlərə  əsalanaraq qənaətə  gəlmək olur ki, məktəbdə fiziki təhsil də öz 
istiqamətinə, xarakter və konkret məzmununa görə ümumtəhsilin tərkib hissəsidir. 
     Ümumtəhsilin məzmunu məktəb tədris planı ilə müəyyənləşdirilir, o, müəyyən biliklər sistemi olub 
ardıcıllıqla ümumtəhsil məktəbinin tədris prosesində həyata keçirilir (bura fiziki təhsil də daxil olmaqla). 
              Ümumtəhsil  şagirdəlri təbiət, cəmiyyət və  təfəkkürün inkişafı üzrə biliklərlə silahlandırır, 
onlarda bu sahə üzrə bacarıq və  vərdişlər formalaşdırır, bu zəmində  şəxsiyyət hərtərəfli inkişaf edir, 
ümumən həyata hazır olur. Başqa sözlə desək, ümumi təhsilin mahiyyəti insanı  mədəniyyətə 
qovuşdurmaq, onun hərtərəfli, mənəvi və fiziki inkişafı üçün dərin və möhkəm özül qoymaqdan ibarətdir.  
Görkəmli rus maarifçilərindən biri bu münasibətlə demişdir: «Hər kəs bütün elmlərin və bütün 
incəsənətlərin əsasını bilməlidir. Siz çəkməci və ya kimya professoru olsanız da, əgər qəlbinizin qapıları 
hər hansı bir incəsənət üçün bağlıdırsa, deməli siz bir gözü olmayan, qulaqları eşitməyən bir adam kimi 
şikəstsiniz, çünki təhsil məhz ondan ibarətdir ki, bəşəriyyətin tarixdə yaratdığı hər şey ... bunların hamısı 
hər bir adama müyəssər olsun». 
              
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin