190
V.3. Proqram materialının məzmunu və keçirilməsi
3.1.Gimnastika dərslərinin təşkili və öyrədilməsi üsulları
Bədən tərbiyəsi dərsinin keçirilməsindən ötrü müəllim şagirdlərə bəzi qaydaları öyrətməlidir.
Bura ilk növbədə, şagirdlərin hər hansı bir dərsdən bədən tərbiyəsi dərsinə getmək qaydalarına riayət
olunması qaydalarını bilmələri daxildir. Bunun üçün də şagirdlər dərsarası fasilədə növbəti dərsə, yəni
bədən tərbiyəsi dərsinə hazırlaşmalıdır. Onlar sıraya düzülür, müəllimin nəzarəti və müşahidəsi ilə sıra ilə
idman formasını geyinmək üçün ayrılmış otağa gedirlər. Şagirdlər idman geyimində olduqda, onlar zala
və ya meydançaya dəvət olunurlar. Şagirdlər sıra ilə zala (və yaxudda meydançaya) gəlir və müəllimlə
üz-üzə durur, onun göstərişlərini gözləyirlər. Həmin qaydalar ilk dərslərdən başlayaraq öyrədilir. Bu o
vaxta kimi izah olunur və icra edilir ki, artıq şagirdlərə mənimsədilən qaydalar vərdişə çevrilmiş olsun.
Bundan sonra dərs adəti üzrə hazırlanır. Dərs müəllim tərəfindən tutulmuş icmal üzrə keçirilir. Dərsin
keçirilməsində uşaqların əhval-ruhiyyəsini, yorğunluğunu və s. amilləri nəzərə almaq lazımdır. Əgər
şagirdlər dərsə yorğun və ya pis əhval-ruhiyyədə gəlmişlərsə, bu zaman müəllim sadə hərəkətlərdən,
idman fəallığını artıran və əhvalı yüksəldən müxtəlif növ hərəkət və əyləncəli oyunlardan istifadə
etməlidir. Yarış, oyun və tapşırıq tipli oyunlara üstünlük vermək daha məqsədəuyğundur. Bu zaman
müəllim öz şəxsi nüfuzundan istifadə etməli, şagirdlərə qarşı diqqətli və qayğıkeş olmalı, baş verə
biləcək hər bir hadisəni dərhal hiss etməlidir. Bütün bunlarda hərəkətlərin keçirilməsində həlledici
əhəmiyyətə malikdir.
İnsan həyatı üçün zəruri olan müxtəlif növ istər təbii və istərsə də gimnastika hərəkətlərinin
öyrədilməsi bu sahədə müvafiq bilik, bacarıq və vərdişlərin aşılanması əsasən məktəbdə bədən tərbiyəsi
dərslərində həyata keçirilir. Həmin hərəkətlər təlim prosesində hissə-hissə və ya bütövlükdə öyrədilir.
Hərəkətlərin hissə-hissə öyrədilməsi. Fiziki tərbiyə təlim-tərbiyə proqramında elə hərəkətlər
vardır ki, onları yalnız hissə-hissə öyrətmək faydalıdır. Xüsusən, mürəkkəb və kombinasiyalı gimnastika
hərəkətlərini hissələrə bölür, onları ayrı-ayrılıqda mükəmməl mənimsətdikdən sonra birləşdirilir. Bu
zaman ardıcıllıq pozulmamalı, hərəkətin icrasında hissələr arasında fasilə və dayanma halları
olmamalıdır. Təcrübədən aydın olur ki, hərəkətlərin hissə-hissə öyrədilməsi ibtidai sinif şagirdləri üçün
nə qədər xarakterik və əlverişli olsa da, bu üsulun bəzi çatışmaz cəhətləri də mövcuddur. Bu hərəkətlər
hissə-hissə öyrədilərkən onun elementlərinin arasındakı əlaqənin pozulması, eləcə də əlaqələrin bərpası
ilə sıx əlaqədardır. Bəzən müəllimə çox vaxt lazım gəlir ki, həmin qüsurları aradan qaldıra bilsin. Yaxşı
olardı ki, hərəkətlər hissə-hissə öyrədilərkən əvvəlcə onu bütövlükdə göstərməli, sonra isə
məqsədəuyğun şəkildə hissələrə bölüb öyrətmək lazımdır. Hərəkətlər bütöv halda göstərilərkən onun
dəqiq icrasına o qədər də fikir verilməməli, yerinə yetirilməsi və ümumi forması nümayiş etdirilməlidir.
Hərəkətlərin bütövlükdə öyrədilməsi. Ümumiyyətlə, hərəkətlərin bütövlükdə öyrədilməsi yuxari
sinif şagirdləri üçün daha səciyyəvidir. Lakin elə hərəkətlər vardır ki, onları ibtidai siniflərdə də
bütövlükdə öyrətmək mümkündür. Bütövlükdə, öyrətmənin özündə də nöqsanlı cəhətlər yox deyildir. Bu
zaman bəzən hərəkət elementləri arasında əlaqə pozulur, hərəkətlərin icra olunma quruluşunun ardıcıllığı
kifayət qədər təmin olunmur. Hərəkətin ümumi formasının göstərilməsi onun texniki cəhətdən icra edilmə
dəqiqliyini də azaldır. Ümumi təsəvvür yaranır ki, hərəkət çətindir. O, hərəkəti yerinə yetirmək
iqtidarında deyildir. Məktəbli psixoloji hal keçirərək hərəkətlərdən qorxur və onu icra etməkdən imtina
edir. Burada müəllimin rolu əvəzedilməzdir. Müəllim şagirdi ruhlandırmalı, onun bu hərəkəti icra etmək
qabiliyyətində olduğunu başa salmalı və inandırmalıdır.
Müəllim hərəkətlərin sadə və mürəkkəb olub-olmamasını qabaqcadan dəqiqləşdirməli, bundan
sonra onun hansı üsulla mənimsədilməsini müəyyənləşdirməlidir.
Bütövlükldə, öyrətmənin özünəməxsus müsbət cəhətləri vardır. Bura uşaqların hərəkəti
bütövlükdə icra etdikdə ondan xüsusi zövq alması, əhval-ruhiyyəni, idman fəallığını və hərəkətlərə olan
marağının artırılması daxildir. Bütövlükdə, öyrətmədə nizam-intizam nisbətən yüksək (hissə-hissə
öyrətmə ilə müqayisədə) olur, boşdayanma halları aradan qaldırılır, dərsdə fizioloji yük alma normal
qaydada olur. Beləliklə, dərsin sıxlığı artır, təlim cəlbedici və istənilən nəticə ilə yekunlaşır.
191
1.1..Gimnastika dərslərində zədələnmələrin
yaranma səbəbləri
Əhalinin müxtəlif təbəqələrindən asılı olmayaraq gimnastika ilə məşğul olanlardan müvafiq
texniki və fiziki hazırlıq tələb olunur. Hərəkətlərin düzgün və dəqiq icra edilməməsi səbəblərindən
uşaqların hərəkət aparatında, yuxarı və aşağı ətraflarında müxtəlif zədələnmə halları baş verir.
Döşəmə üzərində hər hansı bir gimnastika hərəkətinin icrası bu zaman təhlükəsizlik texnikasına
riayət olunmaması uşaqlarda zədələnmə ilə müşahidə oluna bilər. Bunun üçün də məşğələ zamanı
uşaqların hərəkətlərinə diqqət yetirilməli, müəllimin mühafizəsi olmadan hərəkətlər yerinə
yetirilməməlidir. Zədələnmələr həm gimnastika döşəklərinin olmaması, yaxud onun düzgün qoyulmaması
səbəbindən mümkündür.
Gimnastika məşğələlərində baş verən zədələnmələrə əsas səbəb aşağıdakılardır:
1.
Məşğələnin təşkil olunma qaydalarına düzgün əməl edilməməsi;
2.
Metodiki qaydalara və təlim prinsiplərinə riayət edilməməsi;
3.
Dərsdə mütəşəkilliyin və intizamın olmaması;
4.
Alət və avadanlıqların vaxtında yoxlanılmaması;
5.
Sanitariya-gigiyena qaydalarının pozulması;
6.
Müntəzəm olaraq həkim nəzarətinin və özünə nəzarətin olmaması;
7.
Uşaqlar hərəkəti icra edərkən onların düzgün mühafizə olunmaması və yaxud mühafizə
edilməməsidir.
Şagirdlərin zədə almaması üçün zalın müvafiq standartlara uyğun olması, alətlərin bir-birindən
müəyyən məsafədə yerləşdirilməsi də babşlıca şərtdir. Xüsusən hoppanmalar da bu məsələyə diqqəti
artırmalıdır.
Şagirdlərin orqanizminin dərsin hazırlıq hissəsində lazımınca «qızışdırılmaması» da
zədələnməyə səbə ola bilər. Buna görə bədən müxtəlif hərəkətlərlə əsas hissədə icra olunacaq fiziki yükə
hazırlanmalıdır. Dərsdə qarşıya qoyulmuş vəzifələrə uyğun xüsusi hərəkətlər də yerinə yetirilməlidir. Bu
hərəkət zamanı fəaliyyətdə olacaq oynaq və bağları, əzələləri həmin fəaliyyətə hazırlayır. Beləliklə də,
zədələnmənin qarşısı alınır.
1.2.Dərs zamanı zədələnmələrin qarşısının alınması
Zədələnmələrin qarşısını almaq məqsədilə, bütün məşğul olanlar üçün xüsusi qaydalar
mövcuddur. Bu hər şeydən əvvəl dərslərin düzgün təşkili, yüksək intizamlılıq, təhlükəsizlik qaydalarına
əməl olunması ilə sıx əlaqədardır. Sağlamlığa müsbət təsir göstərən amillərdən biri də məşğələ üçün
normal şəraitin olmasıdır. Zala şagirdlər müəllimin rəhbərliyi ilə, mütəşəkkil surətdə daxil olurlar. Onlar
zalda elə yerləşdirilir ki, bir-birinə mane olmasınlar. Alətlər də şagirdlərin diqqətini özünə cəlb etməməli
və təhlükə törətməməlidir. Uşaqlar zalda müəllimin komandası ilə yerləşdirilməlidirlər. Tapşırıqlar icazə
ilə yerinə yetirilməlidir.
1.3 Gimnastika hərəkətlərinin öyrədilməsi metodikası
I s i n i f
Sıra təlimi. Şagirdlər birinci sinifdən etibarən sıra və cərgələrdə öz yerini tanımalı, müəllimin
verdiyi komanda ilə hərəkətlərin icrasına başlamağı və qurtarmağı, qollararası yanlara seyrəlmələri, sadə
düzəlmələri bilməlidir.
Tək cərgəyə düzülmək. (Şəkil 1 a).
Şagirdlərin bir xətt üzrə yan-yana düzülməsinə cərgə deyilir. Cərgədə də şagirdlər boy üzrə
düzülməlidirlər. Müəllim şagirdləri
192
Şəkil1.
idman zalına (meydançaya) gətirir və üzünü onlara tutaraq deyir: «Uşaqlar, biz indii boy üzrə cərgəyə
düzülməyi öyrənəcəyik». Bundan sonra o, şagirdləri özü cərgəyə düzləndirməlidir. Şagirdləri cərgəyə
düzləndirməzdən əvvəl müəllim təbaşirlə bir düz xətt çəkir. Əvvəlcə ya qızları və ya oğlanları boy üzrə
həmin xətt arxasında cərgəyə düzləndirir. Cərgəyə düzülməni şagirdlər o zaman tez və yaxşı yerinə yetirə
bilər ki, onların hər biri kimdən sonra durduğunu yadda saxlaya bilsin və düzlənəndə bu qaydaya riayət
etsin. Cərgəyə düzülmələrdə şagirdlər üzü müəllimə tərəf dururlar. Cərgədə duran şagirdlərin arasındakı
məsafəni müəyyənləşdirmək üçün əllər belə qoyulur. Bu zaman dirsəklər sağdakı və soldakı yoldaşın
dirsəyinə toxunmamalıdır. Şagirdlərin cərgəyə düzgün düzülməsini müəllim diqqətlə yoxlamalıdır. Belə
düzülmələrdə şagirdlər bir-birinə toxunmamalı, müəyyən qədər məsafə saxlamalı, əllərini yanlara –
budlara sıxmalı və bədənlərini şux tutmalıdırlar. Bu vaxt pəncələr müəyyən qədər aralı, dabanlar bir yerdə
olmalıdır. Bir-iki dərsdən sonra isə şagirdlərə komanda ilə bir cərgədə düzülməyi öyrətmək lazımdır.
Bunun üçün müəllim zalın (meydançanın) münasib tərəfində durur və sağ (sol) qolunu yana qaldıraraq
«Sinif, bir cərgəyə düzül!» komandası verir. Şagirdlər müəllimin göstərdiyi istiqamətdə boy nəzərə
alınmaqla cərgəyə düzülürlər.
«Dağıl!» komandasında şagirdlər dağılıb sərbəst gəzişirlər. Müəllim «Sinif, düzül!» konmandası
verdikdə onlar yenə də əvvəlki kimi çiyin-çiyinə cərgəyə düzülürlər. Cərgəyə düzülmə zalın
(meydançanın) müxtəlif yerlərində yerinə yetirilməlidir. Cərgəyə daha tez düzülməni aşılamaq üçün ayrı-
ayrı yarımqruplar arasında buna aid oyun-yarışlar keçirilməlidir.
Tək sıraya düzəlmək. (Şəkil 1, b).
Şagirdlərin bir-birinin ardınca (boyunardı) bir düz xətt üzrə düzülmələrinə sıra deyilir. Sırada
öndə duran istiqamətçi, axırda duran şagird isə axırıncı (tamamlayıcı) adlanır. Sıra zamanı şagirdlər bir-
biri ilə müəyyən məsafədə dayanmalıdırlar. Şagirdlərin arasındakı həmin məsafə ya qollar irəli, ya da bir
addım olmaqla saxlanılmalıdır.
Müəllim ilk dərsdə boyunardı bir sıraya düzülməyi öyrədərkən zalın uzununa və onun sağ
tərəfində ən hündürboylu şagirdi birinci olaraq sıraya düzləndirir, sonra üzünü şagirdlərə çevirərək deyir:
«Bir-birinin boyun ardına baxaraq boy sırası ilə düzlənin, sağ əlinizi qarşıda dayanan yoldaşınızın çiyninə
qoyun». Bu vaxt şagirdlər qarşıdakı yoldaşın boyunardına baxır, bir addım məsafədə saxlamaqla (bu
zaman istiqamətçi yerindən tərpənmir, uşaqlar arxaya seyrəlirlər) düzülürlər. Bundan sonra müəllim
«Sinif, bir sıraya düzül!» komandasını öyrətməyə başlayır. Müəllim hərəkət ediləcək tərəfə üzü olmaqla
«Farağat!» vəziyyətində durur və şagirdlərə «Sinif, bir sıraya düzül!» komandası verir. Şagirdlər onun
arxasında bir sıraya düzülürlər.
Tək sırada yeriş.(Şəkil 2,a).
Yeriş zamanı bu cür komandalar verilir: «Sinif, sağa (sola) dön!», «Zal (meydança) ətrafı,
addımla marş!». Uşaqlar bir sayda sol, iki sayda isə sağ ayaqla addımlamalıdırlar. Sinfi dayandırdıqda
«Sinif,dur!» komandasından istifadə edilir. Həmin komanda sol ayaq irəlidə olduqda verilir.
Cərgədə əl-ələ tutaraq dairə təşkil etmək. (Şəkil 2 b)
Həmin hərəkət «Sinif, əl-ələ tutaraq dairə təşkil et!» komandası üzrə icra olunur. Bu iki üsulla
icra edilir.
1. Şagirdlər əl-ələ tuturlar. Müəllim sağ və sol cinahda onların əlindən tutaraq birlikdə dairə
təşkil edirlər.
2. Müəllim cərgənin ortasına yaxın bir neçə addım məsafədə şagirdlərin qarşısında durur.
Cinahlarda duran şagirdlər onun komandası ilə dairə əmələ gətirirlər.
193
Şəkil 2
Cərgədə qollar yana seyrəlmə. (Şəkil 3 a).
Bu cür seyrəlmə, şagirdlər cərgədə düzüldüyü zaman yerinə yetirilir. Müəllim «Qollararası seyrəl!»
komandası verir. Sağ cinahdakından başqa bütün uşaqlar sol tərəfə qolları yanlara qaldırmaqla seyrəlirlər.
Seyrəlmə iki, üç, dörd cərgə düzülmə zamanı da bu cür yerinə yetirilir. «Sinif, sağa sıxlaş!» komandası ilə
onlar əvvəlki yerlərinə qayıdırlar.
Sırada qollar irəli seyrəlmə. (Şəkil 3 b).
Müəllimin «Sinif, qollar irəli seyrəl!» komandasından sonra şagirdlər qollarını irəli açıb, arxaya
addım ata-ata qollararası məsafə saxlamaqla seyrəlirlər. Şagirdlər iki, üç, dörd sırada da seyrəlməni bu
qayda ilə yerinə yetirirlər.
Yerində hoppanmaqla sağa (sola) dönmək. Bu hərəkətləri öyrənmək üçün hər şeydən əvvəl
şagirdlər yerində sağa və sola dönmələri bacarmalıdırlar. Əgər şagirdlər zalın sağ tərəfində sırada
durmuşsa, müəllim onların sol tərəfində dayanır, üzünü uşaqlara tutaraq deyir: «Uşaqlar, soldan
dönməklə, üzünüzü mənə tərəf çevirin!». Həmin tapşırıq şagirdlər tərəfindən düzgün icra olunduqdan
sonra müəllim bildirir ki, bu cür dönməyə sola dönmə deyilir. Sağa dönmək isə belə öyrədilir: şagirdlər
sırada olarkən onlara «Sağ əlinizi yuxarı qaldırın!» komandası verilir. Komanda
Şəkil 3.
icra edildikdə onlara bildirilir ki, bu «sağ tərəfdir». «Uşaqlar, indii də sağ tərəfə dönün!» komandası
verilir. Şagirdlər bu vaxt sağa dönəcəklər. Yerində hoppanmaqla sağa və sola dönmələr: «Sağa dön!»,
«Sola dön!» komandası ilə yerinə yetirilir. Hoppanaraq sağa və sola dönmələr zamanı hərəkətlər say ilə
yerinə yetirilir. Məsələn, «Sola (sağa)dön!» komandasından sonra müəllimin ritmik sayı eşidilir. «Bir
…iki!». I sinifdə ayaqlar üzərində tullanmalar da öyrədilir. (Şəkil 4, a,b,v,).
Bir sıradan üç (dörd) sıraya düzülmək. Ümuminkişaf hərəkətlərinin icrası, müxtəlif estafet və
oyunların keçirilməsi zamanı şagirdlər bir, iki, üç, bəzən də dörd sırada düzülməli olurlar. Buna görə də
müəllim şagirdləri qabaqcadan müəyyən edilmiş yerə gətirir və onları boyunardı müvafiq sıraya düzür.
Şagirdlər üç (dörd) sıraya düzülməni öyrənib öz yerini tanıdıqdan sonra müəllim onları komanda ilə
sıralara düzləndirməyə başlayır. Komanda belə verilir: «Sinif, üç (dörd) sıra düzlən!».
Qolların, ayaqların, gövdənin başın əsas vəziyyətləri və hərəkətləri. Əsas duruş «Düzlən!» və
ya «Farağat!» komandasından sonra icra olunur. Əsas duruş vəziyyətində (Şəkil 5, a) bədən düz tutulur,
gərginləşdirilmir, dabanlar bir yerdə, pəncələr aralı olur, diz bükülmür; baş, düz, çiyinlər bir qədər arxada
olmaqla sərbəst tutulur, qollar gövdəyə sıxılır, əl barmaqları yarım bükülür və baş
Şəkil 4.
barmaq budun ortasında (yanlarda) saxlanılır. O, hətta çiyin bərabərində aralı, əllər beldə dizlər üzərində
çöməlməklə də yerinə yetirilir. (Şəkil 5, b,v).
194
Birinci
sinif
şagirdləri uzun müddət «Farağat!» dura bilmirlər. Ona görə də yubanmadan «Sağa
dön», «Sola dön», «Addımla marş!» komandası verilir. «Azad» komandasında şagirdlər sıradan
(cərgədən) çıxmamaq şərti ilə öz yerində bədənin ağırlığını sol (sağ) qıçın üzərinə sala bilər. Digər qıç bu
zaman dizdən bükülməklə boşalır və dincəlir. Üstünə ağırlıq düşən qıç yorulduqda digər qıça istinad
edilməlidir.
Qolların vəziyyəti: (Şəkil 6, a, b, v, q, ğ, d,e). Qeyd etmək lazımdır ki, müxtəlif növ fiziki
hərəkətlər yerinə yetirilərkən qollarında müxtəlif vəziyyətlərdə olması hərəkətlərin asanlıqla və
məqsədəuyğun icrasını təmin edir. Qolların vəziyyətləri bunlardır:
Şəkil 5.
əllər beldə, arxada, boyun arxasında və başın üzərində, qollar yanda, qabaqda, əllər beldə pəncələr üzərinə
qalxmaq (bu zaman «Əllər boyun ardında» «Əllər beldə», «Əllər baş üzərində», «Qollar yanda», «qollar
irəlidə» və sair komandalar işlədilir). Qollar aşağıda, irəlidə və yuxarıda olarkən ovuclar bir-birinə baxır.
Qollar yanlarda olanda isə ovuclar aşağı baxır. Bu zaman qollar düz tutulmalı, çiyinlərə paralel olmalı və
barmaqlar bükülməməlidir.
Şəkil 6.
Ayaqların vəziyyəti. (Şəkil 7, a,b,v, q, ğ, d). Dayaqlı çöməlmədə ayaqlar bir yerdə olur, dizlər nisbətən
yanlara açılır. Pəncə-daban və pəncələr üstündə çöməlmək olar. Bu zaman bədən şux tutulmalıdır. Qollar
müxtəlif vəziyyətlərdə ola bilər (Şəkil 8).
Gövdənin əyilməsi. (Şəkil 9). Başın əyilməsi. (Şəkil 10).
Əyilmə hərəkətlərinin icrasına, ayaqlar çiyin bərabərində aralı, əllər beldə vəziyyətindən başlamaq
məqsədəuyğundur.
Hoppanmalar yerində hər iki ayaq üzərində (ayaqlar bir yerdə) bir ayaq (sağ, sol) üzərində icra olunur,
hoppanma 90 o dönməklə də yerinə yetirilir. Öyrənilmiş hərəkətlərdən sadə kompleks hərəkətlər tərtib
edilir.
Böyük toplarla hərəkətlər (voleybol, basketbol, futbol və s.) Topun aşağıdan, döş qarşısından, baş
arxasından irəli, baş üzərindən arxaya ötürülməsi.
Bir sırada topu baş üzərindən arxadakına ötürmək. (Şəkil 11,a).
195
Şəkil 7
Bu
hərəkətləri qollar tam açılmaqla və topa baxılmaqla yerinə yetirilir. Topu arxada qəbul edənin
bir əli aşağıda, digəri isə yuxarıda olmalıdır.
Dairədə topun bir-birinə ötürülməsi. (Şəkil 11,v).
Şəkil 8.
Şəkil 9.
Ötürülən top yan tərəfdə iki əldə tutulur. Bu zaman barmaqlar geniş açılmalıdır. Top soldan sağa
ötürülürsə, onda ötürən oyunçunun sol əli yuxarıda, sağ əli aşağıda olmalıdır. Qəbul edənin əlləri isə
müvafiq olaraq əksinə olmalıdır. Top sağdan sola ötürülərkən əllərin vəziyyəti əksinə olmalıdır.
Topu bir-birinə diyirlətmək. (Şəkil 11,v). Həmin hərəkətlər dairədə və iki cərgə üz-üzə durmaqla
(3-4 addım aralı) icra edilir. Topu diyirlədən tələsməməli, həm də bir-birinə düz istiqamətdə
diyirlətməlidir. Topu həm iki, həm də bir əllə diyirlətmək olar. Topu diyirlədərkən onu vurmaq və atmaq
olmaz.
Topu yuxarı atıb-tutmaq. (Şəkil 11, q).
Şəkil 10.
196
Bir qədər çöməldikdən sonra qıçlar düzəldilir və top 1- 1,5 m hündürlükdə yuxarıya atılır. Qayıdan top
baş səviyyəsində tutulur.
Kiçik toplarla hərəkətlər. (Şəkil 12, a,b,v). Bu iki və ya bir əllə yerinə yetirilir. Bu zaman top
bir əllə atılır, digəri ilə tutulur.
Şəkil 11.
Topu yerə vurmaq (Şəkil 12, q, ğ,d) hərəkətinin öyrədilməsində müvafiq çıxış vəziyyəti almaq
lazımdır. Yəni hərəkətdə sol ayaq azca irəlidə, sağ əl topla başın üzərində çıxış vəziyyətində olur. Əl
irəlidə – aşağıda olmaqla top, şaquli olaraq yerə vurulur. Top nə qədər qüvvətli vurulursa, o qədər də
hündürə sıçrayır.
Topu divara vurmaq üçün (Şəkil 13, a,b, v)
Şəkil 12.
oyunçu divarla üz-üzə dayanmalı, topu başın arxasında iki əldə saxlamalıdır. Topun divara vurulma
nöqtəsi müxtəlif hündürlükdə ola bilər. Hərəkət əvvəlcə böyük, sonra kiçik toplarla öyrədilir.
Qamətin düzgün inkişafı üçün hərəkətlər. Birinci sinif şagirdlərinin qamətini düzgün inkişaf
etdirmək üçün aşağıdakı hərəkətlərdən istifadə olunur (Şəkil 14, a,b,v,q,ğ,d)
Qamətin düzgün saxlanılmasında başın düzgün tutulması da mühüm əhəmiyyət kəsb edir. Başa
kiçik əşyalar qoymaqla gəzməyin qamətin inkişafına müsbət təsiri vardır (Şəkil 14,b e,ə,j).
Pəncənin (ayaqtağının) inkişafı üçün hərəkətlər. (Şəkil 15).
1. Pəncə üzərində yerimək. Bu zaman, imkan daxilində pəncə üzərində daha yuxarı qalxmalı və
dizləri düz tutmaq lazımdır.
2. Döşəməyə qoyulmuş kəndir üzərində yerimək (Şəkil 15, a, b, v, ğ).
3. Döşəməyə qoyulmuş kəndir və gimnastika ağacı üzərinə ayağın ovuc hissəsini köndələn qoymaqla
dayanmaq və bədənin ağırlığını gah pəncə, gah da daban üzərinə salmaq.
4. Topun pəncə-dabanla irəli və geri diyirlədilməsi (Şəkil 15,d).
Akrobatika hərəkətləri. Bədənin bükülməsi. Bədənin belə vəziyyətində qıçlar dizdən bükülür, eyni
zamanda onları əllərlə
197
Şəkil 13.
tutub döşə sıxmaq lazımdır (diz, pəncə, daban bir qədər aralı qoyulur). Bu zaman kürək yuvarlaq vəziyyət
alır, gövdə irəli əyilir, dirsəklər bədənə möhkəm sıxılır. Bədəni oturmaqla, (Şəkil 16,a)
arxasıüstə uzanmaqla,(Şəkil 16, b), yarımoturuşla da (Şəkil 16, v) büküb - saxlamaq olar.
Aşmaq. Əlləri yerə dayaq verib çöməlməklə yuvarlanıb arxası üstə uzanmaqla geriyə (Şəkil
16,q), irəliyə, sağa, sola aşmaq olar (aşmaq hərəkətləri başın üzərindən edilməməlidir). Yuvarlanmaqla
aşmaq hərəkətləri aşağıdakı ardıcıllıqla öyrədilir:
1. Yuvarlaq oturmaq vəziyyətindən arxaya aşmaq. Bel, kürək yerə toxunmaqla başı qabağa əyib
ləngimədən irəliyə aşmaq.
2. Dabanları yarımoturuşdan bədənin yuvarlaq vəziyyətində bel-kürək yerə toxunmaqla geriyə
aşmaq, sonra çiyin və başın köməyi ilə irəliyə, əvvəlki yarımoturuş vəziyyətinə qayıtmaq. Çıxış
vəziyyətinə qayıdarkən bədən yığcam – yuvarlaq olmalıdır.
Rəqs hərəkətləri. I sinifdən başlayaraq şagirdlərə gözəl çevikliyə malik hərəkətlər
öyrədilməlidir. Bu hərəkətlər müəllimin sayı, musiqinin və ya şagirdlərin oxuduqları mahnının müşayiəti
ilə öyrədilir. Hərəkətlər əsasən pəncələr üzərində müxtəlif yerişlərdən,
Dostları ilə paylaş: |