Şəkil 14.
sıçrayışla icra edilən rəqs hərəkətlərindən ibarətdir.
Hazırlıq hərəkətləri. I hərəkət. Şagirdlər yerinə müuəllimin komandası və musiqinin müşayiəti
ilə başlayırlar, həm də hərəkəti musiqinin müşayiəti ilə yerində addımlamaqla qurtarırlar.
Şəkil 15.
Marşlar musiqinin müşayiəti ilə icra olunarkən, ritmik mahnılar da oxunur. «Dur!» komandası
musiqinin axırıncı taktında «bir» sayda verilir. Habelə müəllimin komandası olmadan musiqinin axırıncı
hissəsində uşaqlar yerində dayanırlar. Yəni onlar hərəkətə musiqi ilə başlayıb, musiqi ilə də, yerində
addımlamaqla qurtarırlar. Belə hərəkətlər bir sırada və ya dairədə əl-ələ tutaraq sağa və sola dönməklə
icra olunur.
II hərəkət. Şagirdlər dəstə ilə, ritmik addımların sürətini tədricən artırmaqla musiqinin müşayiəti
ilə qaçış və tullanmalarla
Şəkil 16.
irəliləyirlər. Hərəkətin axırında musiqinin ahəngi getdikcə yavaşıyır. Lakin yeriş və dayanmaq dəqiqliklə
yerinə yetirilir. Tullanmaları yüngül qaçış hərəkətləri ilə əvəz etmək olar.
Rəqs elementləri. Sıçrayışla addımlamalar. Bu hərəkət musiqinin bir taktında yerinə yetirilir.
Çıxış vəziyyəti əllər beldə, yaxud yanlarda – aşağıda. «Bir» sayda sağ ayaqla irəlidə çox da böyük
olmayan addım atılır, sol ayaq isə yüngül bükülməklə (pəncə aşağı basılmaqla) bir az qaldırılır. «Və»
sayında bir az irəliləməklə ehmalca sağ ayağın pəncəsi üzərinə hoppanmalı. «İki», «və» sayında hərəkət
eyni ilə sol ayaqdan başlanır.
198
Pəncələr üzərində adi rəqs addımları. Bu adi addımlar yüngül, yumşaq və sərbəst rəqs ritmləri
kimi icra edilir. Musiqinin hər dörddə bir taktı – bir addımdır.
Şagirdlər göstərilən elementləri lazımi səviyədə mənimsədikdən sonra onlara oyun xarakterli
sadə rəqs kombinasiyaları öyrədilir. Rəqslərin şagirdlərə hissə-hissə öyrədilməsi məqsədəuyğundur.
Müvazinət hərəkətləri ardıcıllıqla öyrədilir (Şəkil 17 a, b, v, q, ğ, d).
Şəkil 17
Dırmaşmaq və dırmaşıb düşmək. Gimnastika skamyası üzərinə çıxmaq. Həmin hərəkətə başlamazdan
əvvəl şagirdlərə skamy
adan tutmaq qaydasını öyrətmək lazımdır. Bu zaman baş barmaqlar
yuxarıda (skamyanın üstündə), qalan barmaqlar isə aşağıda olmaqla hər iki əllə skamyanın kənarından
tutulur. Bədən, diz üzərində çöməlmə vəziyyətində olur, ağırlıq həm qollar, həm də dizlər üzərinə düşür.
Bu hərəkətə başlamazdan əvvəl şagirdlər komanda ilə skamyada oturur, əllərlə onun kənarından tutur.
Sonra ayaqları növbə ilə skamya üzərinə qoyur və dizüstə yarımuzanıqlı vəziyyət alırlar. Hərəkət bir neçə
dəfə təkrar olunur.
Gimnastika skamyası üzərində əllərin və ayaqların köməyi ilə dırmaşmaq. Uşaqlar əlləri və
dizləri üzərində çöməlmə vəziyyətindən eyni ilə bir vaxtda sağ və sol ayaq vasitəsilə ilə irəliləyir. Uşaqlar
həmin hərəkəti əksinə edərək əvvəlki vəziyyətə qayıdırlar (Şəkil 18 a,b).
Şəkil 18.
Gimnastika divarı ilə dırmaşmaq. (Şəkil 18, v,q). Şagirdlərə hər şeydən əvvəl gimnastika
divarının barmaqcıqlarından tutmaq qaydası öyrədilir. Barmaqcıqlardan tutarkən baş barmaq altda, digər
barmaqlar üstdə, ayaqlar isə döşəmədə düzgün vəziyyətdə olur (pəncə-daban üzərində). Bundan sonra
hərəkətin icrasına başlanılır. Divarın istənilən (yuxarı, orta hissəsi) nöqtəsinə çıxmaq və əvvəlki vəziyyətə
qayıtmaq üçün əl və ayaqlar növbə ilə bu və ya digər barmaqcıqlar üzərinə qoyulmalıdır. Divara
dırmaşarkən barmaqcıqlardan əvvəlcə əllərlə tutulmalıdır (bir əllə tutduqdan sonra o biri əl də onun
yanına gətirilir). Ayaqlar da eyni ilə bu cür növbə ilə müvafiq barmaqcığın üzərinə qoyulur. Şagirdlər
divardan düşərkən aşağıya baxmamalıdır. Uşaqlar dırmaşmanı öyrəndiyi ilk vaxtlarda divara axıra kimi
qalxmamalı, bir əllə tutmaqla və hoppanmaqla yerə düşməməlidirlər.
Yanı üstə, bitişik addımlarla gimnastika divarında yerimək. Bu hərəkəti əvvəl 2-3 barmaqcıqda
sağ (sol) tərəfə, sonra da 6-7 barmaqcığa kimi qalxmaqla əks tərəfə yerinə yetirilir.
Maili qoyulmuş gimnastika skamyası üzərindən aşmaq. Həmin hərəkət əllərə dayaq verib
addımlamaqla icra edilir. Bu zaman sağ tərəf alətə yaxın olur, növbə ilə sağ və sol ayaq maneənin
üstündən keçirilir (Şəkil 19).
Şəkil 19.
199
II s i n i f
Sıra təlimi. Bir sıradan dairə təşkil etmək. Uşaqlar əvvəlcə sıraya düzülürlər. Müəllim bu zaman
sıranın önünə keçməklə sırada birinqci dayanır və «Sinif, addımla marş!» komandasını verir. O,
meydança və ya zal ətrafında elə hərəkətlər edir ki, dairə təşkil etmək mümkün olsun. Dairə əmələ
gətirdikdən sonra müəllim «Sinif, dur!» komandası verir. Sonra hərəkəti bilavasitə şagirdlərin özlərinə
icra etdirir.
Sırada «bir-iki» saymaq qaydası. Şagirdləri bir-iki saymaq yolu ilə iki qruppa bölmək olar.
Bunun üçün müəllim «Bir-iki say!» komandası verir. «Bir-iki say!» komandasında hər şagird başını sola
döndərib nömrəsini yanındakı yoldaşına deməli və dərhal başını əvvəlki vəziyyətə qaytarmalıdır. Say
birinci, yəni istiqamətçi şagirddən başlanır. Birinci dayanan şagird «bir», ikinci «iki», üçüncü «bir»,
dördüncü isə «iki» saymalıdır. Say beləliklə axıra qədər davam etməlidir.
Bir cərgədən iki cərgəyə düzlənmək. Uşaqlara bir-iki saydırılır. İkincilər sol ayağı bir addım
arxaya atır, sonra isə sağ ayağı bir addım yana qoyub sol ayağı ona birləşdirir. Beləliklə, bir cərgədən iki
cərgə əmələ gəlir.
İki cərgədən bir cərgə olmaq üçün isə sol ayaq yana, sağ ayaq irəli, boş yerə qoyulur. Sol ayaq
sağ ayağın yanına gətirilir.
Bitişik addımlarla seyrəlmələr və sıxlaşmaq. Uşaqların seyrəlməsi və sıxlaşması əvvəlcə bir
cərgədə, sonra isə iki, uç və s. cərələrdə öyrədilir. Cərgədə duran şagirdlərin seyrəlməsi üçün müəllim
«Sinif, bitişik addımlarla qollararası ortadan yanlara seyrəl!» komandası verir. Həmçinin qollararası
seyrəlmə sağdan sola, yaxud soldan sağa – istiqamətçidən başlamaqla icra edilir. Cərgələrdə seyrəlmiş
uşaqların sıxlaşdırılmasından ötrü «Sinif, sağa (soldan ortaya) bitişik addımlarla sıxlaş!», yaxud «Sinif,
qaçaraq sıxlaş!» komandalarından istifadə olunur.
İki sayla sağa (sola) dönmək. Yerində sağa və sola dönmələrdə «sağa dön!», «sola dön!»
komandaları işlədilir. Komanda iki sayda yerinə yetirilir. Bir sayda uşaqlar sağ (sol) dabanı üstə sağa
(sola) dönür. Bu zaman sol (sağ) ayaq pəncə üstə olur. İki sayda sol (sağ) ayaq sağ (sol) ayağın yanına
gətirilir. Hərəkəti bir cərgədə, sonra isə bir neçə cərgədə öyrətmək məsləhətdir.
Sol ayaqla yerişə başlamaq. Hərəkət xərəbdarlıqedici «Addımla!» və icraedici «Marş!»
komandası ilə yerinə yetirilir. «Addımla!» komandasında bədənin ağırlığı başlıca olaraq sağ qıçın üzərinə
düşməklə bir qədər irəli verilir. «Marş!» komandasında bütün uşaqlar sol qıçı irəli atıb yeriyirlər.
Qolların, qıçların, gövdənin əsas vəziyyətləri və
hərəkətləri
Qolların çıxış vəziyyəti. Qolların irəlidə, yanlarda, yuxarıda olan vəziyyətdə bükülməsi və
açılması.
Bir qolun dairəvi hərəkəti. Həmin hərəkət bir əl beldə, digər qol çiyin səviyyəsində, irəlidə,
yanda, həmçinin yuxarıda olmaqla yerinə yetirilir.
Qolları növbə ilə dəyişməklə hərəkətlər. Hərəkət əvvəlcə bir qola, sonra isə digər qola icra edilir.
Məsələn, əsas duruş vəziyyətində «bir» sayda sağ qol yanda, «iki» sol qol yanda, «üç» sağ qol yuxarı,
«dörd» sol qol yuxarı, «beş» sağ qol yana, «altı» sol qol yana, «yeddi» sağ qol aşağı, «səkkiz» sol qol
aşağı. Beləliklə, qolları növbə ilə dəyişməklə hərəkətlər 8 sayda icra edilir.
Qıçları irəli, geri və yanlara qaldırmaq. Bu zaman bədən şaquli vəziyyətdə olmalı, ağırlıq düşən
qıç dizdən bükülməməli, digər (qaldırılan) ayaqda pəncələr dartılmalıdır. Hərəkət pəncə – daban, pəncə
üzərində yerinə yetirilməklə öyrədildikdən sonra qıçların irəli, geri və yanlara yellədilməsi və qaldırılması
ilə yerinə yetirilməlidir.
Qıçları büküb açmaq. Şagird döşəmədə və ya gimnastika skamyasında bir qıçı düz, digərini isə
dizdən büküb oturmalı. Qollarla arxada döşəməyə (skamyaya) dayaqlanmalıdır. Bu vəziyyətdən hərəkəti
icra etmək üçün o, bükülmüş qıçı açmalı, eyni zamanda düz qıçı bükərək dizi sinəyə yaxınlaşdırmalıdır.
Bu hərəkət həmçinin hər iki qıçı birlikdə büküb açmaqla da yerinə yetirilməlidir.
Gövdəni qabağa əymək. Hərəkət icra edilərkən əllər müxtəlif vəziyyətlərdə: beldə, başda, başın
arxasında, boyun ardında, yanlarda və s. olmaqla edilir. Hərəkət icra olunarkən dizlər bükülməməli və
əlləri döşəməyə çatdırmalı.
200
Çarpazlaşdırılmış cüt ayaq üzərində yerində hoppanmaq. Hərəkət sağ, yaxud sol ayaq irəlidə,
hoppanaraq sağa və sola (180
o
-də) icra olunur. Üç dəfə yerində hoppanmadan sonra dördüncü
hoppanmada 180
o
dönmək lazımdır.
Böyük və kiçik toplarla hərəkətlər. Topu atıb-tutmaq. Topu bir əllə yuxarıya atıb-tutmaq. Topu
divara atmaq və qayıdan topu 360
o
dönməklə bir əllə, yaxud iki əllə tutmaq. İki cərgədə üz-üzə duraraq
(məsafə 4-5 m) öyrənilmiş üsullarla topu bir-birinə atıb-tutmaq. Topun ötürülməsi və bir-birindən qəbulu
düzgün icra olunmalıdır.
Qamətin düzgün inkişafı üçün hərəkətlər. 1. Divara söykənməklə qıçı büküb qabağa qaldırmaq,
qıçı açaraq yana aparmaq. Qollar yanda, əllər beldə və çiyində ola bilər.
2. Həmin hərəkətlər pəncə üstə qalxmaqla da icra edilir.
3. Əllər başın arxasında, başın üzərində yuxarıda və beldə çıxış vəziyyətindən divara söykənib
sola (sağa) əyilmək, gövdəni düz tutmaq.
Başa yük qoymaqla hərəkətlər etmək
(çəkisi 150 – 200 qr.)
Hərəkətin çıxış vəziyyəti: əllər beldə və yanlarda. Başda yük saxlamaqla dərin oturub qalxmaq.
1.
Əlləri dabanlara toxundurmaqla çöməlib qalxmaq.
2.
Bir ayaq üzərində dayanmaqla digərini qabağa, yana və geri aparmaq.
3.
Bir ayaq üzərində dayanmaqla digər ayağı qarına tərəf çəkmək və uzaqlaşdırmaq.
4.
Gimnastika skamyası üzərində yanlara yeriş.
5.
Gimnastika divarında sağa və sola doğru hərəkət etmək.
Ayaqtağının inkişafı üçün hərəkətlər: 1. Dizləri yuxarı qaldırmaqla pəncələr üstə yeriş.
2. Ayaq barmaqlarını daha hündürə qaldırmaqla dabanlar üzərində yeriş.
3. Ayağı yanıüstə yeriş.
4. Gimnastika skamyasında oturaraq ayağın yanları ilə kiçik top, ağac, daş və s. tutub saxlamaq.
5. Gimnastika skamyasında oturaraq ayağın yanları ilə kiçik top, ağac, daş və s. tutub saxlamaq.
Akrobatika hərəkətləri. Dizlər üstündə oturaraq yana aşmaq. Dizlər üstə oturub tədricən (sağ və
sol) çiyini döşəməyə yaxınlaşdırmaq, kürəkləri döşəməyə toxundurmaqla yana aşmaq. Aşma zamanı əl və
qıçlar gövdəyə sıxılmalı, dizlər isə bir yerdə olmalıdır.
Əllərə dayaq verib irəli mayallaq aşmaq. Dayaqlı oturuş vəziyyətindən qıçları düzəldib bədənin
bütün ağırlığını qollar üzərinə salmaq. Qolları bükərək başı irəliyə əymək və ayaqlarla təkan verməklə
başın üzərindən qabağa mayallaq aşmaq və cəld ayağa durmaq lazımdır. Çalışmaq lazımdır ki, bu
zaman təkan yuxarı deyil, irəliyə doğru olsun, aşarkən baş döşəməyə toxunmasın.
Dırmaşmaq və dırmaşıb aşmağa aid aşağıdakı hərəkətlər icra olunur:
1. Əl və ayaqların köməyi ilə 30
o
bucaq altında qoyulmuş maili gimnastika skamyasına
dırmaşmaq.
2. 30
o
bucaq altında qoyulmuş maili skamya üzərindən dırmaşıb gimnastika divarına keçmək.
3. Hündürlüyü 90 sm-dək olan maneəni dırmaşıb aşmaq.
Müvazinət hərəkətləri. II sinifdə müvazinət hərəkətləri 75 sm hündürlüyü olan gimnastika
skamyası və ya tir üzərində öyrədilir.
Topu yuxarı atıb-tutmaqla yeriş. Bu hərəkəti qıçları ardıcıl surətdə yerini dəyişməklə yerinə
yetirmək lazımdır.
1. Topu yerə vurub tutmaq əvvəlcə yerində, sonra isə yeriş zamanı öyrədilir.
2. Tirin və doldurulmuş topun üzərindən, habelə 20-25 sm hündürlükdə çəkilmiş ipin üstündən
keçməklə yeriş.
3. Bitişik addımlarla yanlara yeriş. Hərəkət əvvəlcə döşəmədə, sonra isə tir, yaxud skamya
üzərində öyrədilir. Tirin üzərində yeriş zamanı müəllim şagirdi müşayiət etməlidir.
4. Bir neçə addım tez-tez yerimək.
5. Dərin oturmaq və qalxmaq.
6. Bir ayaq üzərində dayanaraq digər irəli, yanlara və geriyə aparmaq.
7. Gimnastika skamyası və tirin üzərində geriyə dönmə hərəkətləri.
201
III s i n i f
Sıra təlimi. Raport. III sinifdən başlayaraq şagirdlərə dərsin hazırlıq hissəsində raport vermək
öyrədilir. Raport ibtidai məktəbdə şagirdlərə təşkilatçılıq qabiliyyəti aşılayan vasitələrdən sayılır. Bunun
üçün müəllim növbətçilik təşkil edir, növbətçi şagird sinfi cərgəyə düzür və uşaqların dərsə hazır olması
barədə müəllimə məlumat verir: «Müəllim, sinif dərsə hazırdır. Sinifdə 40 şagird var. Bunlardan iki nəfər
(həmin şagirdlərin soyadları və adları deyilməlidir) üzürlü, bir nəfəri isə məlum olmayan səbəbə görə
dərsdə iştirak etmir. Məlumat verdi sinif növbətçisi Zemfira Quluzadə».
Növbətçi məlumatdan sonra sağ tərəfə iki, irəli isə üç addım atıb arxaya dönür və şagirdlərlə
üzbəüz durur.
Məlumatı qəbul etdikdən sonra müəllim farağat dayanmış şagirdlərlə salamlaşır: «Salam,
uşaqlar!». «Salam!»- deyə hamı birdən cavab verir. Müəllim növbətçiyə, növbətçi isə şagirdlərə «Azad!»
komandası verir. Bundan sonra növbətçi keçib cərgədə öz yerində durur.
Geriyə dönmə. Geriyə dönmə iki sayda yerinə yetirilir. Bir sayda sol tərəfdən geriyə dönür. Bu
zaman sol ayaq irəlidə, sağ ayaq isə arxada pəncə üstə olur. Dönmə sol daban üstə və sağ ayağın pəncəsi
üstə edilir. İki sayda sağ ayaq solun yanına gətirilir. Hərəkət farağat vəziyyətində edilir. Geriyə dönmə
komandası belə verilir. «Sinif, geriyə dön!».
Diaqonallar üzrə yeriş zamanı şagirdlər salonun və yaxud meydançanın mərkəzindən keçməklə
bir küncdən digər küncə, düz xətt boyunca addımlayırlar. Diaqonallar üzrə yerimək üçün: «Diaqonal üzrə,
marş!» komandası verilir.
Qolların, qıçların, gövdənin əsas hərəkətləri. Həmin hərəkətlər aşağıdakılardan ibarətdir:
1.Qarşıda və yanlarda qolların dairəvi hərəkəti.
2. Qolların qeyri-simmetrik hərəkətləri. Bu hərəkətlər bir qol qabağa, digəri yana, bir qol yuxarı,
digəri çiyinə olmaqla icra olunur.
3. İrəli və geri addım atmaqla bir dizi yerə qoymaq. Əgər sağ (sol) ayaqla böyük bir addım
geriyə atılırsa, onda sağ (sol) diz yerə qoyulur. Sağ (sol) ayaqla irəli böyük addım atıldıqda isə sol (sağ)
diz yerə qoyulur.
4. Dayaqlı çöməlmədən bir ayaq üzərində çöməlməyə keçmək. Bu hərəkəti icra etməkdən ötrü
bu və ya digər qıç geriyə, yaxud da yana qoyulur. Bu zaman pəncə dartılmalı, baş aşağı salınmamalıdır.
5. Müəyyən hündürlükdə əşya üzərindən irəli-geri addımlamaq. Bunun üçün qıçları dizdən
büküb sinəyə tərəf yığmalı, gövdə isə irəli əyilməlidir. Əllər müxtəlif vəziyyətlərdə (beldə, yanlarda,
irəlidə) ayaq (sağ) irəli və arxaya keçirilməlidir. Hərəkət növbə ilə digər ayaqla da (sol) erinə yetirilir.
6. Gövdəni qabağa, dala, sağa və sola əymək. Bu zaman hərəkəti əllər beldə, çiyinlərdə, yanlarda
və s. çıxış vəziyyətlərində icra etmək lazımdır.
Böyük toplarla hərəkətlər. Dairədə, cərgədə, dayanmaqla topu başın üstüdən sağa-sola və
qıçların arasından bir-birinə ötürmək. Bu zaman düzgün ötürülməsinə və düzgün qəbul edilməsinə diqqət
yetirmək vacibdir.
Topu yuxarı atıb geriyə dönməklə tutmaq. Bu hərəkət şagirddən daha diqqətli olmağı tələb edir.
Topu başın üstündə yuxarıya düz, həm də kifayət qədər hündürlüyə atmaq lazımdır ki, geriyə dönüb onu
tutmaq mümkün olsun.
Kiçik toplarla hərəkətlər: 1. Topu sağ (sol) əl ilə yuxarı atıb, sol (sağ) əl ilə tutmaq.
2. Topu yerə vurmaqla da həmin hərəkətləri təkrar etmək.
3. Topu qabağa qaldırılmış qolun altından atıb-tutmaq.
4. Topu qaldırılmış qıçın altından atıb-tutmaq.
5. Topu sağ əllə arxadan yerə atıb, gövdəni sola döndərməklə tutmaq.
6. Yeriş zamanı topu yuxarıya atıb-tutmaq.
7. topu çiləyərək aparmaq.
Qamətin düzgün inkişafı üçün hərəkətlər. Başa 150-200 q yük qoymaqla edilən hərəkətlər:
1.Geriyə, əvvəlcə yavaş, sonra tez dönmək.
2.Bir xətt üzrə pəncələr üzərində dayanmaq.
3.Ayaqları çarpazlışdırmaqla oturmaq.
4.Gimnastika divarına dırmaşmaq və aşağı düşmək.
5.Üzü üstə uzanmaqla maili qoyulmuş gimnastika skamyasına dırmaşmaq.
202
6.Arxası üstə uzanmaqla gimnastika skamyası üzərində əllərin köməyi ilə irəli (baş olan tərəfə)
sürünməli.
Akrobatika hərəkətləri. Dayaqlı oturuşdan geriyə yuvarlanmaq və kürəklər üzərində bükülü
vəziyyətdə dayanmaq. Dayaqlı oturuşdan geriyə yuvarlanmaqla aşma zamanı dizləri azca aralı qoymaqla
çöməlməli, gövdəni azca irəli əyib əllərlə itələməklə arxaya aşmalı, sonra isə şagird bədəninin ağırlığını
kürək və boyun üzərinə salmaqla bükülü vəziyyət almalıdır. Həmin vəziyyətdə qıçlar düz saxlanılır,
pəncələr dartınır və dizlər bir yerdə, təxminən başın üzərində olmalıdır; qollar düz, ovuclar açılmış
vəziyyətdə döşək üzərində olur (ovucların içi aşağı baxır).
Qabağa mayallaq aşmaq. Dayaqlı çöməlmədən qabağa mayallaq aşmaq üçün ayaqlar çiyin
bərabərində aralı, əllər ayaqlardan irəlidə – yanlarda döşək üzərində qoyulmalı, gövdə bir qədər qabağa
əyilməlidir. Sonra ayaqları azca aralayıb, başı dizlər arasına aparmaqla, kürəklər üstündə irəli aşmalı.
Əllərlə dizlərdən tutub ayağa durmalı, bu zaman əlləri dizdən buraxıb yanlara aparmalı, sonra buda
sıxmalı, gövdə isə düz saxlanılmalıdır.
Dırmaşmaq və dırmaşıb aşmaq. Gimnastika skamyasına üzüaşağı (və ya arxası üstə) istinad
edərək uzanmış vəziyyətdə qolları büküb- açmaqla gövdəni qaldırıb-endirmək. Bu hərəkətin icrasında
bədəni düz tutmalı, ayaqları bir yerdə saxlamalı, başı isə çox qaldırmamalıdır. Tənəffüs sərbəstdir.
Kəndirə dırmaşmaq. Müxtəlif üsullarla yerinə yetirilir. Lakin aşağı siniflərdə kəndirə dırmaşmaq
üçün ən asan, həm də ən sadə izahata malik üsullar seçilməlidir. Həmçinin kəndir, yuxarı siniflərə
nisbətən nazik – ələ sığışan olmalıdır.
Hərəkətin icrası. Kəndirə paralel dayanmalı, sol qolu dirsəkdən bükərək həmin əl ilə aşağıdan
(döş qarşısında), qolu dirsəkdən bükmədən sağ əl ilə yuxarıdan kəndirdən tumalı. Bundan sonra sağ qolu
yığaraq yuxarı dartınmalı, eyni zamanda sol əl ilə s ağ əlin yuxarısından tutmaqla yanaşı, həm də qıçları
yuxarı qaldırıb kəndiri dizlərin arasında sıxmaq lazımdır. Aşağıda isə ayaqları çarpazlaşdırıb pəncələrlə
kəndiri sıxmaq lazımdır (Şəkil 20).
Beləliklə, dırmaşmanı müəyyən yüksəkliyə qədər davam etdirmək olar.
Dırmaşıb maneə üzərindən aşmaq. Maneə üzərinə (tir, hasar və s.) yavaş tullanmaqla sinəsi üstə
onun üzərinə yıxılmalı, əl ilə maneədən yapışmaqla, ayağı da maneəyə ilişdirməli. Bundan sonra bu və ya
digər ayağı növbə ilə maneə üzərindən digər tərəfə aşırmaq lazımdır. Hərəkət yavaş və cəld yerinə
yetirilir.
Müvazinət hərəkətləri. III sinifdə belə hərəkətlər hündürlüyü 90 sm olan gimnastika skamyası,
tir və s. üzərində icra olunur.
Hərəkətlər aşağıdakılardır:
1. Tir üzərində böyük addımlarla yeriyərkən qaldırılmış qıçın altında əl çalmaq.
2. Tir üzərindən köndələn tutulmuş ipin üzərindən addımlayıb keçmək.
3. Sürətlə yerimək.
4. Pəncələr üzərində sürətli yeriş.
5. Bir dizi üstündə oturmaq və əllərin köməyi ilə qalxmaq.
6. Əllərin köməyi ilə budun üzərində oturmaq.
7. Ayaqların təkanı ilə yerində azacıq hündürlüyə hoppanmaq.
8. Pəncələr üzərində (qollar yanlarda) 45
o
– 90
o
və 180
o
dönmək.
Həmin elementlər yerinə yetirilərkən baş və gövdə düz saxlanılmalı, tənəffüs sərbəst olmalıdır.
Addımların sürət və uzunluğunu dəyişərək yerimək.
Bunun üçün bir-birindən 80 – 90 sm aralı paralel qoyuolmuş 8 – 10 ağacdan və yaxud üfqi
uzadılmış nərdivandan istifadə olunur. Uşaqlar əvvəlcə bir neçə dəfə ağaclar üstündə uzun addımlarla,
sonra isə sürətlə addımlayaraq keçirlər. Addımların sürət və uzunluğunu dəyişmək üçün: «Geniş
addımlarla!», «Sürətli addımlarla!» komandası verilir.
203
Yoxlama – test sualları
1.Gimnastika hərəkətlərinin öyrətmə metodikası hansılardır?
2.Gimnastika dərslərinin təşkili və keçirilməsi xüsusiyyətləri.
3.Gimnastika dərslərində zədələnmələrin qarşısının alınması yolları.
4.Gimnastika hərəkətlərinin icraolunma texnikası.
Dostları ilə paylaş: |