Dərs vəsaiti kimi təsdiq edilmişdir


Sınaqların növlərinə daxildir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   38

Sınaqların növlərinə daxildir: 
10-14 yaşlılar üçün 60 m qaçış, 12 dəqiqəlik qaçış (3000-2000 m), turnikdə dartınma (sayla), 
gimnastika skamyasında qolların bükülüb-açılması, üzgüçülük, güllə atıcılığı, tennis topunu atmaq, 
yoldaşı kürəyində aparmaq, yerindən uzununa tullanmaq və ilk tibbi yardım göstərmək qaydaları. 
              Təhlükəsizlik qaydaları.  Bədən tərbiyəsi dərslərinin səmərəli keçirilməsində  və  bədbəxt 
hadisələrin yaranmamasında təhlükəsizlik qaydalarına  əməl etmək olduqca vacibdir. Burada II – III  
siniflərdə təhlükəsizlik qaydaları üzrə verilən məlumatları qısa şəkildə yada saldıqdan sonra onu bir qədər 
də konkretləşdirmək və  fərdiləşdirmək zəruridir. Sonra isə  şagirdlərin nəzərinə  aşağıdakıları çatdırmaq 
lazımdır: gimnastika dərslərində  hərəkətlər müəllimin, onun köməkçisinin köməyi ilə  və  nəzarəti ilə 
yerinə yetirilməlidir. Alət və avadanlıqların altında və yerədüşmə sahəsində gimnastika döşəkləri 
qoyulmalıdır. Çalışılmalıdır ki, döşəklər təmiz və bütöv olsunlar. Döşəklər səliqə ilə yerə salınmalıdır. 
Döşəklərarası sahə qalmamalı və yaxud hər bir döşəyin kənarı o birisinin üstünə düşməməlidir. Döşəklər 
bir-birinə sıx qoyulmalıdır. Əks halda, yıxılma, ayaq burxulması yarana bilər. 
              Yüngül  atletika  dərslərində uzununa və hündürlüyə tullanmalar zamanı yerə düşmə sahələri 
yumşaq  əşya ilə örtülməlidir. Oyunlarda isə  əşyalar idman zalından götürülüb alətlər saxlanılan yerə 
qoyulmalıdır. Bütün bunlar dərs vaxtı  əzilmə  və burxulmaların qarşısını alır, təhlükəsizlik üçün şərait 
yaradır. 
                 
                                            
Yoxlama – test sualları 
 
1.
 
Nəzəri biliklərin verilməsi üçün hansı pedaqoji amilləri nəzərə almaq lazımdır? 
2.
 
Nəzəri biliklərin verilməsi üçün vacib olan psixoloji amillər hansılardır? 
3.
 
Nəzəri biliklərin mənimsədilməsində istifadə olunan ən zəruri metodlar hansılardır? 
4.
 
Nəzəri biliklər mənimsədilərkən hansı yollla onun səmərəliliyini daha da yüksəltmək olar? 
5.
 
Nəzəri biliklərin mənimsədilməsi şəxsiyyətdə nə kimi keyfiyyətləri tərbiyə edir? 
6.
 
Xüsusi nəzəri biliklər hansılardır? 
7.
 
Ümumgigiyenik əsas biliklərə nələr daxildir? 
 
                              Yaradıcılıq işi üçün təxmini mövzular 
 
1.
 
Fiziki tərbiyə üzrə əsas biliklərin mənimsənilməsinin şəxsiyyətin hərtərəfli inkişafına təsiri. 
2.
 
Fiziki tərbiyə üzrə nəzəri biliklərin texniki vasitələrlə mənimsədilməsi metodikası. 
   
                  

 184
V.2. İlk tibbi yardım göstərmək qaydaları 
 
              Məişət, idman məşğələləri, turist səyahətləri zamanı ilk tibbi yardım qaydaları.  Zədələnmə, 
yaralanma dövründə özünəyardım və bir-birinə yardım göstərilməsi olduqca vacibdir. İlk yardım 
zədələnlərin çəkdiyi  əziyyətin xeyli dərəcədə yüngülləşdirilməsində, onun tezliklə  əmək qabiliyyətinin 
bərpa olunmasında və adamın həyatının xilas edilməsində böyük əhəmiyyətə malikdir. Buna görə bütün 
məktəblilər, o cümlədən yuxarı  məktəbyaşlı  uşaşqlar özünəyardım və  qarşılıqlı yardım kimi ilk tibbi 
yardımın qaydalarına bütünlüklə sahib olmalıdırlar. 
              İlk yardım göstərməkdən ötrü aşağıdakı üsulları bilmək tələb edilir: qanaxmanın dayandırılması, 
yara və yanıq yerlərinin kirlənmədən qorunması, adamın  əynindəki yanan paltarın söndürülməsi, süni 
tənəffüs verilməsi, tənəffüs üzvlərinin zəhərlənmədən qorunması, sınıq dövründə zədələnmiş sümüklərin 
hərəkətsizliyini təmin etmək, zədələnmiş  uşağın həmin yerdən kənar edilməsi və lazım gəldikdə tibb 
məntəqələrinə aparılması.  İlk tibbi yardımda, birinci növbədə  həmin adamın zədələnməsi üçün təhlükə 
yaradan səbəblərin aradan qaldırılmasına diqqət yetirilməlidir. Zədələnmənin və sairənin pis 
nəticələnməməsindən ötrü qanaxmanı müvəqqəti olaraq dayandırmalı, yaraya və yanıq  yerlərinə sarğı 
qoymalı, sümük sınmsı vaxtı hərəkətsizlik təmin olunmalıdır.  
              İlk yardım göstərilməsi üçün tənzif bintlərindən, yanğına qarşı xüsusi sarğılardan və pambıqdan 
istifadə edilməlidir. Eyni zamanda, zədələnmələrdə yardım göstərməkdən ötrü, sanitar çantasında 
müxtəlif dərmanlar, yod məhlulu, naşatır spirti olan ampulalar, valeriyan məhlulu, manqan-kalium, soda 
həbləri olmalıdır. Qanaxmanın qarşısını almaq üçün isə qanaxmanı dayandıran turnalardan istifadə edilir. 
              Sanitar  çantada  metal  qutuda  yerləşmiş tibbi termometri, düz qayçı, bağban bıçağı, menzurka, 
stəkan, bloknot və qələm kimi sadə tibb alətləri olmalıdır. Bunlar isə bezdən tikilmiş qutuda saxlanılır. 
              Yara-dəri və selik örtükləri bütövlüyünün hər cür pozulmasına, dərin  əzələ toxumalarının, 
sümüklərin və daxili üzvlərin zədələnməsinə deyilir. Yaralar isə  qıcıqlanma verirlər.  Əsəb sistemi 
tərəfindən bu  qıcıqlar qəbul olunur. Bu isə reflektor yolu ilə  bədəndə xoşagəlməz dəyişikliklərin 
meydana gəlməsinə  səbəb olur. İri damarlar zədələndikdə yaranan qanaxma müvəqqəti, nisbətən az 
qanaxma vaxtı isə tamamilə dayandırılmasına çalışmalıdır. 
              Qanaxmalar iki  cür ola bilir: daxili və xarici qanaxma. Daxili qanaxma zamanı bədənin qapalı 
nahiyyəsinə, içiboş orqanlara daxil olur. Xarici qanaxmada isə qan dərinin üzərinə axır. Qanaxmalar 
zədələnmiş damarların adı ilə bağlıdır. Aşağıdakı kimi müxtəlif növ qanaxmalar vardır: 
              Kapilyar qanaxma – bədənin  ən kiçik damarları  zədələnərkən damcı-damcı axan qanaxmadan 
ibarətdir; belə qanaxma sıxıcı  sarğı vasitəsilə dayandırılır; yaranın üzərinə bir neçə qat steril tənzif və ya 
bint, onun üzərindən isə pambıq qatı qoyulur və bütün bunlar sıx bağlanır. 
              Venoz qanaxması – yaradan fasiləsiz olaraq tünd-qırmızı  rəngli qan axmasına deyilir. Bu cür 
qanaxmanı saxlamaq üçün bədənin zədələnmiş hissəsini yuüxarı qaldırır və yaraya bərk sarğı qoyulur. İri 
vena damarları zədələndiyi zaman qanaxmanı turna qoymaqla dayandırmaq lazımdır. 
              Arterial qanaxma – yaradan nəbz ritmi ilə  fəvvarə vuran al-qırmızı qanın axmasıdır. Belə 
qanaxma bir neçə üsulla, yəni xırda arteriyalardan qanaxmanı sıxıcı sarğı qoymaqla dayandırılır. Qol və 
qıçlarda baş verən güclü arterial qanaxmanı saxlamaq üçün yuxarıya turna və ya burma salınır. 
              Qanaxmanın dayandırılmasının başqa üsulları da mövcuddur. Bu oynaqları maksimal vəziyyətdə 
sıxmaq və həmin vəziyyətdə saxlamaqdan ibarətdir. Unutmamalı ki, bu vaxt oynaqların bükülən yerlərinə 
tənzif və ya pambıq yastıqcıqlar qoymalı  və damarları  sıxmaq üçün qol və  qıçları maksimal bükmək 
vacibdir. 
              Turnadan  istifadə etmək mümkün olmayan yerlərdə (boyun nahiyyəsində, gövdədə  və  ətrafda) 
qanaxmanı dayandırmaq üçün barmaqlar ilə damarları sümüklərə basmaq lazımdır. Başdakı  yaralardan     
qanaxmasında arteriyanı qulağın qarşısında, qaş səviyyəsində sıxılır. 
              Yanaq və dodaqdakı yaradan qanaxmanı dayandırmaq üçün alt çənənin orta hissəsində, kiçik azı 
dişinin qarşısındakı arteriyanı sıxmaq lazımdır. 
              Baş  və üzdəki yaradan axan qanı dayandırmaq üçün boğazın boyun onurğasına tərəf olan yan 
hissəsində yuxu arteriyasını sıxmaq zəruridir. 
              Çiyin  yaralandıqda qoltuqaltı hissəyə pambıq bərk yastıqca qoyub sıxmaqla qanaxmanı 
dayandırmaq olar. 

 185
              Qıçlardakı yaralardan axan qanı saxlamaqdan ötrü qasıq nahiyyəsindəki bükülmə yerinin 
ortasındakı arteriyanı sıxmalıdır. 
              Xarici qanaxma müşahidə edilmirsə, lakin zədələnmiş adam özünü çox zəif hiss edirsə, huşunu 
itirirsə, onun başı fırlanırsa və dərisi ağarırsa, bu hal orqanizmdə daxili qanaxma baş verdiyini göstərir. 
Daxili qanaxma zamanı  təcili surətdə  həkim yardımı göstərilməlidir. Bu cür yardım göstərilənə  qədər 
beynin qansızlığının qarşısını almaq və bunu zəiflətmək məqsədilə  zədələnmiş adamın elə uzadılması 
məsləhətdir ki, onun başı və döşü ətraflardan aşağı vəziyyətdə qalmış olsun. 
              Sarğı qoymaq     qaydaları. Sarğının  düzgün qoymaq ilk tibbi yardımda mühüm əhəmiyyət kəsb 
edir. Bu adətən belə edilir. Yaranın üzərinə steril bint və ya tənzif parçası, sonra isə pambıq qatı qoyulur 
və bütün bunlar bintlə  bərkidilir. Binti adətən, soldan sağa doğru elə sarıyırlar ki, onun hər qatı  əsaslı 
qatın eni boyunca yarısını  əhatə etməklə onun üzərində  sıx dayansın. Sarınmış bint sürüşməsin və 
açılmasın deyə, sarğının  əvvəlində  və sonunda binti bir neçə  dəfə dövrə  şəklində sarıyaraq bərkidilir. 
Binti bədənin nazik hissələrindən başlayıb daha yoğun hissəyə doğru, yəni aşağıdan yuxarıya tərəf 
sarıyırlar. Binti sarıyan zaman onun dolaqları arasında boş yerlər   qalmasın deyə, bir və ya bir neçə 
dövrədən sonra binti çevirib qatlayırlar. 
              Turist  səyahətləri və çay, göl və  dənizdə çimmək zamanı gün və istivurma halları başqa 
xəstəliklər meydana çıxa bilər. Həmin xəstəliklərin qarşısını almaq üçün onun əlamətlərini bilmək 
vacibdir.    
              Özündəngetmə – beyində qanın azalması nəticəsində adamın huşunu itirməsidir. 
              Əlamətləri: rəngin qaçması, ürək fəaliyyətinin zəifləməsi, əl və ayaqların soyumasıdır. 
              Yardım: zədələnmiş şəxsi arxasıüstə uzadıb, başını bir az aşağı sallamalı, paltarının düyməsini 
(yaxasını) açmalı, süni tənəffüs etdirməli, iyləmək üçün buruna naşatır spirti tutmalı. Əgər özündəngetmə, 
qanaxma və ya sümüklərin sınması nəticəsində baş vermişsə, o zaman yalnız qanı dayandırdıqdan və ya 
şina qoyduqdan sonra zədəçəkən adamı huşa gətirməli. 
              Gün və ya isti vurması. Gün və isti vurması qanın baş beynə axıb gəlməsi nəticəsində baş verir. 
              Əlamətləri: huşun itməsi, zəif nəfəsalma və  zəif nəbz, üzün qızarmasıdır. Gün və ya isti 
vurmasından qabaq şiddətli susuzluq, başgicəllənmə, zəiflik, vaxtaşırı olaraq gözlərin qaranlıq gətirməsi 
müşahidə edilir. 
              Qarşısının alınması: bu əlamətlər baş verdikdə  əldəki və ya daldakı yükü yerə qoymalı, 
kölgəliyə çəkilməli, soyunmalı, başa çoxlu su tökməli, üzü dəsmalla silməli. 
              Yardım: əgər gün və ya isti vurması baş vermişsə, zərərçəkmiş adamı kölgəyə keçirməli, başını 
bədəninə nisbətən bir az hündürə qoymalı. 
              İsteriya ürəkkeçməsi – bədənin həddindən artıq yorulması nəticəsində əmələ gəlir. 
              Əlamətləri: qıc olmalar, bir-biri ilə əlaqəsi olmadan çığırtılar, ağlamaq, gülmək. 
              Yardım:  ətrafdakı adamları  kənar etməli, tənəffüsü asanlaşdırmalı, xəstəni yumşaq yerə 
uzandırmalı. Ürəkkeçməsi qurtardıqdan sonra efirli valeriyan damcısı verməli və xəstəni rahatlandırmalı. 
              Həddindən artıq yorğunluq:  Əlamətləri – rəngin qaçması, təngnəfəslik, soyuq tər, susuzluq, 
iştahsızlıq. 
              Yardım: Xəstənin istirahətini təşkil etməli, qidalanmasını gücləndirməli (şəkər, C vitamini və isti 
çay vermək daha yaxşıdır), isti su ilə yuyundurmalı, yüngül massaj etməli, efirli valeriyan damcısı 
verməli. 
              Əzələ ağrıları: səfərin birinci günlərində ən çox yeni başlayan və hələ məşq etməmiş turistlərdə 
tez-tez təsadüf edilir. Günəş istisi, massaj, əzələləri boşaldan məşqlər təyin etməli. 
              Ayaqlar qıc olduqda : isti şey qoyulur, kamfora yağı ilə massaj edilir. 
              Beyin titrəməsi: adam yıxıldıqda və bir şeylə vurulduqda başın zədələnməsi nəticəsində əmələ 
gəlir. Beyin yüngül dərəcədə titrədikdə, ürəkbulanma,  qusma, huşun müvəqqəti itməsi, ağır hallarda isə 
huşun uzun müddət itməsi müşahidə edilir. Əvvəlcə nəbz asta – asta, sonra isə zəif olub tez-tez vurur. 
              Yardım: zərər çəkmiş adamı tamamilə rahatlandırmaq, sonra isə uzandırmaq lazımdır, bu zaman 
xəstənin başı ayaqlarına nisbətən hündürdə olmalıdır. Soyuq kompress, buz qoymalı. Xəstə yalnız huşu 
özünə  gəldikdən sonra olduqca ehtiyatla başqa yerə göndərilə bilər, çünki ən kiçik təkan zədələnmiş 
adamın səhhətinin vəziyyətini birdən-birə ağırlaşdıra bilər. 
              Əzilmələr: əzilmə nəticəsində azca şişkinlik, bərk ağrılar müşahidə olunur. 

 186
              Yardım: sıxıcı sarğı, soyuq şey (kompress, buz), 24 saatdan sonra isti şey qoymalı. Oynaqlarda 
əzilmələr olduqda tənziflə bərk-bərk sarımalı və soyuq şey qoymalı. Ağır hallarda isə tibb məntəqəsinə 
göndərmək lazımdır. 
              Yaralanmalar: açıq və qanı axan yaralar olduqda yaranın ətrafındakı dəriyə yod tinkturası və ya 
kalium permenqanat məhlulu sürtüb təmizləməli, sterilizə olunmuş tənzifdən və ya daha yaxşı fərdi sarğı 
paketindən sarğı qoymalı və zərər çəkmiş adamı tibb məntəqəsinə qaytarmalı. Yaranı yumaq olmaz, çünki 
içərisinə bakteriyalar düşə bilər. 
              Çıxıqlar:  Əlamətləri: oynaqda şiddətli ağrı olur, xəstə qol və  qıçını  tərpədə bilmir, qançırlar 
əmələ gəlir, oynağın forması dəyişir. 
              Yardım:  zədələnmiş oynağa tamam rahatlıq verməli, oynağı  ən  əlverişli vəziyyətdə saxlamalı, 
soyuq kompres, buz qoymalı.  Şina qoymalı, zərər çəkmiş adamı tibb məntəqəsinə göndərməli, heç bir 
vaxt özünüz çıxığı yerinə salmayın. 
              Sınıqlar: açıq və ya qapalı ola bilər. Hər iki halda sınmış qol və  qıçın tərpənə bilməməsini 
tamamilə  təmin edən bərk  şina qoymalı  və  zərər çəkmiş adamı tezliklə tibb məntəqəsinə göndərməli, 
qabaqca açıq sınıq olan yerə steril sarğı qoymalı. 
              Yanıqlar: yanıq zamanı  dərinin zədələnən yerinə tanninin və ya kalium permanqanatın 5%-li 
məhlulunu sürtmək lazımdır. Günəş yanıqları zamanı yanan yerlərə spirt sürtülür. Qaynar suyun əmələ 
gətirdiyi yüngül formalı yanıqlar olduqda yanan yerlərə spirt sürtməli, ağır formalı yanıq olan yerlərə 
kalium permanqanat məhlulundan islatma və yalnız xüsusi ehtiyac olduqda qoymalı.  İkinci dərəcəli 
yanıqlar (suluqlar) olduqda steril sarğı qoymalı və xəstəni tibb məntəqəsinə aparmalı. 
              Burundan qanaxma: burun qanadıqda başı bir az yuxarı saxlamalı, başı açıq  vəziyyətdə 
oturmalı, alına və buruna soyuq kompreslər, burun dəliklərinə isə cörək duzu məhlulunda isladılmış 
tamponlar (tıxaclar) qoymalı. 
              Diş  ağrısı: diş  ağrısı baş verdikdə  ağrıyan dişi müayinə etmək lazımdır.  Əgər ağrıyan dişin 
içərisində oyuq olarsa, ağrını azaltmaq üçün oyuq yerə diş damcısına batırılmış pambıq qoymalı. Ağrıyan 
dişin  ətrafındakı ətə isə yod tinkturası sürtmək məsləhət görülür. 
              Heyvanların dişləməsi : müxtəlif heyvanlar və      ya  həşaratlar adamı dişlədikdə ilk yardım 
göstərməyi  bacarmaq xüsusilə  təxirəsalınmaz bir işdir. Bəzi sürünənlər (ilanlar) dişlədikdə yaraya 
özlərindən zəhərli maddə ifraz edirlər. İlan dişlədikdə (vurduqda) əvəlcə dişlənən yerə, sonra isə bütün 
orqanizmə təsir göstərir. Gürzənin dişlədiyi yerdə şiddətli   ağrı, qızartı, suluqlar, sonra isə toxumalarda 
şiş, qırmızı zolaqlar əmələ gəlir. 
              İlan dişlədikdə ilk yardım göstərmək üçün oradaca yerdən yuxarını bir şeylə (turna, burlac, 
dəsmal) ilə bərk çəkib bağlamalı, sonra yaralanan toxumaları (dşlənən yeri) qanı çıxarana qədər sıxmaqla 
zəhəri mexaniki surətdə  kənar etməyə çalışmalı.  İlan zəhərini ağızla sormaq olmaz, çünki ağızda 
bilinməyən kiçik yaralar, sıyrıntılar və ya çürük diş olduqda zəhər onların içərisinə keçə bilər. Dişlənmiş 
yerə bir neçə  dəqiqəliyə sorucu banka qoymalı, sonra isə ilan zəhərinə qarşı    zərdab vurulması üçün 
zərərçəkmiş adamı tibb məntəqəsinə aparmalı. 
              Tamamilə düymələnən paltar və möhkəm bağlanan ayaqqabı geymək – yolda ilanların dişləməsi 
imkanının qarşısını almaq üçün başlıca vasitədir. Çünki belə edilərsə ilan dişləyə bilməz. 
              Mədə pozğunluqları: turistlər su az içdiklərindən və s. üzündən onlarda qəbzliyə tez-tez təsadüf 
olunur. Belə hallarda  meyvə, tərəvəz çox yemək lazımdır; qatıq yemək, çoxlu su içmək yaxşı kömək 
edir. 
              İslah zamanı  işlətmə duzu, gənəgərçək yağı  qəbul etməli, qarına isti şey qoymalı. Qidalanmaq 
üçün – çay, suxarı, həlimli suplar, duru sıyıqlar, düyü həlimi, qatıq məsləhət  görülür, lakin süd ismək 
məsləhət deyildir. 
              Zəhərlənmələr :  Səyahətlərdə  zəhərlənmələr pis keyfiyyətli yeməklərdən və ya zəhərli 
yeməkdən baş verir. 
              Əlamətləri: ürəkbulanma, qusma, islah, mədə ağrıları, ürək zəifliyi, ağır hallarda əl və ayaqların 
soyuması. 
              Bu zaman birinci növbədə mədədən zəhəri kənar etmək, bu məqsədlə mədəni yumaq vacibdir. 
Bunun üçün zəhərlənən adama 2-3 dəfəyə 5-6 stəkan su içirtməli və onu qusdurmalı. İşlətmə dərmanı 30 

 187
qram qlauber duzu (natrium sulfat) verməli.  İsti qəhvə  və ya çay içirtməli. Ayaqlara qrelka qoymalı, 
ürəyin işini yaxşılaşdırmaq üçün xəstəyə valeriyan damcısı və yaxud kofein vermək vacibdir. 
              Bütün deyilənlərdən aydın olur ki, adamların zədələnmə, gün və ya isti vurması zamanı ilk tibbi 
yardım göstərilməsi  şəxsi və ictimai əhəmiyyətli bir işdir. Buna görə  də  bədən tərbiyəsi məşğələləri 
aparılan yerlərdə, turist səyahətlərində, ümumiyyətlə, məişət zamanı  şagirdlərə ilk yardım göstərməyə 
ehtiyacı vardır. Bu nöqteyi-nəzərdən həmin yerlərdə xüsusi aptek  qutusu olmalı, o hər cür tibb 
dərmanları, sadə tibb alətləri  ilə təmin edilməlidir. Yeri gəldikdə onlardan təcili istifadə olunmalıdır. 
              Yoluxucu xəstəliklərə  və soyuqdəyməyə qarşı profilaktiki tədbirlər. Müəyyənləşdirilmişdir ki, 
bədən tərbiyəsi və idmanla məşğul olanlar soyuqdəymə  xəstəliyinə tutulmurlar. Bədən tərbiyəsi 
hərəkətlərinin yerinə yetirilməsi, orqanizmin təbii amillərlə möhkəmləndirilməsi soyuqdəymənin aradan 
qaldırılmasında böyük əhəmiyyətə malikdir. Gigiyenik tələblərə  əməl olunması da həmin xəstəliyin 
yaranmasının qarşısını almaqla, bədənin yoluxucu xəstəliklərə olan müqavimətini də artırır. Soyuqdəymə  
fiziki cəhətdən zəif olmaqla, evdə özünü istiyə verib (evdə qalın geyindikdə), sonra soyuq havaya  
çıxdıqda və s. baş verə bilər. Buna görə  də ev və bayır geyimləri bir-birindən müəyyən qədər 
fərqlənməlidir.  İstər evdə  və istərsə  də bayırda geyim mövsümə uyğunlaşdırılmalıdır. Bunlar 
soyuqdəymənin və yoluxucu xəstəliklərlə mübarizədə ən gözəl vasitələrdəndir. 
              Papiros çəkməyin və alkoqolizmin zərəri: Müşahidələr göstərir ki, papiros çəkmək orqanizmi 
zəiflədir, fiziki inkişafa mane olur, adamın iş görmə qabiliyyətini aşağı salır. Papiros çəkmək uşaq 
orqanizmi üçün xüsusilə zərərlidir. Çünki bu yaş dövründə orqanizm formalaşmamış olur, xüsusən ürək-
damar vəç sinir sisteminin, tənəffüs üzvlərinin xarici mühitin təsirlərinə davamlılıq qabiliyyəti yüksək 
olmur. Onlar müxtəlif xəstəliklərə tez tutula bilirlər. Elə buna görə də orqanizmi həmin yaşda orqanizm 
üçün  təhhlükəli olan papiros tüstüsündən də qorumaq lazımdır. 
              Alimlər belə bir təcrübə aparırlar. Onlar heç bir xəstəliyi olmayan ada dovşanına bir damcı   qatı, 
şəffaf maye tökən kimi, o dərhal böyrüüstə uzanıb ölür. Həmin maddə nikotindir. Nikotin  tütünün 
tərkibində zəhərli maddə olub, papirosun tüstüsü ilə ciyərlərə dolur. Nikotin maddə papiros çəkən zaman 
hər qullab vurduqda ağ ciyərlərə keçir. Papiros çəkən adamın nikotinin təsirinə görə başı gicəllənir, rahat 
yata bilmir, başı  ağrıyır, hətta ağır eşidir və pis görür. O, həm də  vərəm xəstəliyinə asan tutula bilər. 
Tütündə olan zəhərli maddələr uşaqların ürəyinə, qan damarlarına və sinir sisteminə daha pis təsir etmiş 
olur. Nikotin öskürməyə, dişlərin saralıb xarab olmasına da səbəb olur. 
              Papiros çəkmək yaddaşın zəifləməsinə kömək edir, idman yarışlarında yaxşı nəticə göstərməyə 
mənfi təsir göstərir. 
              Alkoqolizm  insan orqanizmi üçün, xüsusilə uşaq orqanizmi üçün papiros tüstüsü    udmaqdan 
daha zərərlidir. Əgər papiros çəkmək orqanizmə tədricən mənfi təsir göstərirsə, alkoqolizm isə adamın öz 
hərəkətlərini idarə etməsini birdən-birə çətinləşdirir. Adam öz müvazinətini itirir, yeriş, qaçış və s. təbii 
hərəkət keyfiyyətlərinin inkişafı zəifləməyə başlayır. 
              Alkoqolizm  zamanı adamın bədəninin gücü azalır, tez-tez titrəmələr baş verir, iş qabiliyyəti 
zəifləyir. Morfii qəbul edənlər ürək xəstəliyinə, ciyər və böyrək ağrılarına məruz qalırlar. Bu vaxt  ali 
sinir sistemində  də pozğunluqlar  əmələ  gəlir. Alkoqolizm orqanizmin fəaliyyətini,  əqli inkişafın 
korlanmasına şərait  yaradan mühüm amillərdən sayılır. 
              İnsan daha çox   yaşaya bilər, lakin alkoqolizm insan ömrünü azaldır. Roma filosofu Seneka bu 
fikri belə ifadə etmişdir: «Ömrümüz özlüyündə qısa deyildir, onu qısaldan biz özümüzük». İ.P.Pavlov 86 
yaşında olarkən yazmışdır ki: «Biz özümüzü gözləmədiyimizdən, səliqəsiz olduğumuzdan öz 
orqanizmimizə pis fikir verdiyimizdən ömrümüzü qısaldırıq». Akademik İ.P.Pavlov «Siz 
həmyaşıdlarınıza görə cavan görünürsünüz? Sualına belə cavab verir: «Çaxır içmə, ürəyini tüstü ilə 
yandırma, onda sən 100 il yaşaya bilərsən». 
              Cəmiyyətdə uzun ömür, sağlam və gümrah yaşamaq üçün bütün adamlar hər cür imkana 
malikdir. Lakin bəzi adamlar öz sağlamlıqlarını qoruya bilmirlər, acizlik göstərirlər. 
              Deyirlər ki, təngnəfəslik əmələ gətirən, hərəkətlərin ahəngdarlığını pozan, papirosu, alkoqolizmi 
tərgitmək mümkün deyildir. Həyat təcrübəsi göstərir ki, nəinki gənclik dövründə, hətta orta, qoca yaş 
dövründə də papirosu tərgitmək olur. 
              Lakin  yaxşısı budur ki, ona heç adət etməyəsən. Bunun əvəzində  təmiz havada gəzsən, bədən 
tərbiyəsi məşğələlərində iştirak edəsən, idman bölmələrinə yazılasan, qaçışla məşğul olasan. Bütün bunlar 

 188
ürəyin, sinir sisteminin, tənəffüs, duyğu üzvlərinin sağlam və qüvvətli olmasına kömək edəcəkdir. Sən o 
zaman  əməyə  və  vətənimizin müdafiəsinə yaxşı hazırlaşmış olarsan. Bu zaman ictimaiyyətimiz, 
cəmiyyətimiz səndən daha çox  faydalanacaqdır. Sən öz şəxsi həyatında yeni-yeni müvəffəqiyyətlər 
qazanacaq, müstəqil Azərbaycan Respublikasının qarşıya qoyduğu vəzifələri böyük bir qürur hissi ilə 
yerinə yetirəcəksən. 
              Özünənəzarət qaydaları. Bədən tərbiyəsi və idman məşğələlərində iştirak edən hər bir şəxs öz 
üzərində müntəzəm olaraq müşahidələr aparmalı, onun nəticələrini özünənəzarət gündəliyində qeyd 
etməlidir. Belə qeydlər məşğələlərin orqanizm üçün nə kimi təsir etdiyi barədə düzgün məlumat verir. 
              Bədənin çəkisi həkim tərəzisi vasitəsilə müəyyənləşdirilir. İdmanla məşq edən   şagirdlərin çəkisi 
demək olar ki, təsadüfi hallarda dəyişə bilər.  Əgər çəki tez-tez dəyişə bilərsə, demək bu məşq 
nəticəsindədir. 
              Yuxunun sağlamlığa təsiri. Yuxu sağlamlığa müsbət təsir edir. Yuxu beyin yarımkürəsinə, 
yarımkürəyə, orta beyinə yayılmış tormozlanma    halıdır. Tormozlanma  beyin qabığını bütünlükdə əhatə 
edə bilmir. Buna görə də orada bəzi nöqtələr oyanmış qalır. Həmin nöqtələr isə orqanizmə xarici mühitin 
bəzi qıcıqları ilə  əlaqə yaradır. Hiss orqanları müəyyən qədər də olsa, xarici mühitdən gələn qıcıqlara 
reaksiya verir, onu qəbul edir. İnsan rahat yuxu zamanı onun beyin qabığının və qabıqaltı hüceyrələr 
istirahət edir, iş qabiliyyəti bərpa olunur, Adam özünü yaxşı hiss edir, daha da gümrahlaşır. Bu həm də 
tənəffüsün, qan dövranının, vəzilərin, mədə-bağırsaqların funksiyasını əhəmiyyətli dərəcədə dəyişdirir və 
yaxşılaşdırır. Yaxşı yuxu, xüsusilə  tər vəzilərinin fəaliyyətini artırır, maddələr mübadiləsinin xeyli 
dərəcədə sürətlənməsinə imkan verir. 
              İnsan  əgər bir sutkanın  ərzində yatmadıqda, o, iş qabiliyyətini itirir, özünü əzgin hiss edir, bu 
eyni zamanda baş ağrılarına də səbəb olur. Yuxu orqanizm üçün istirahət vasitəsi olub, onun vaxtından 
əvvəl ölməsinin qarşısını alır. 
              Yaşlı adam gündə 7-8 saat, 2-3 yaşlı uşaq 10-12 saat, 6-11 yaşlı uşaq 11 saat, 11-13 yaşlı uşaq 
isə 10 saat yatıb istirahət   etməlidir. 
              Yuxu rejiminin pozulmaması üçün bir vaxtda yatıb, bir vaxtda da yuxudan qalxmaq faydalıdır. 
Yataq otağı təmiz  və səliqəli olmalı, qaranlıq və havası təmiz olmalıdır. 
              Qeyd  etməliyik ki, havası pis olan otaqda adam rahat yatmır. Buna əsas səbəb otaqda karbon 
qazının və tozun olmasıdır ki, bunlar da tənəffüs yollarının sinir uclarını qıcıqlandıraraq beyin qabığının 
tormozlanmasına imkan verir. Rahat olmayan yuxuya bir səbəb də  yataq otağının kifayət qədər oksigenlə 
təmin olunmamasıdır. 
              Yatan  zaman  yemək məsləhət görülmür. Çünki bu, beyin qabığında tormozlanmanın  əmələ 
gəlməsinə mane olur. Çay, qəhvə, kakao, şokolad, spirtli içkilər də yuxusuzluğa səbəb olur. Həmin 
maddələr sinir sistemini oynadır, onun dincəlməsinə mane olur.  Yuxunu heç nə  əvəz edə bilməz. 
Vaxtında yatıb və vaxtında durmaq xüsusilə səhhətin sağlamlığından ötrü vacibdir. 
              Nəzarət gündəliyində yuxu haqqında da qeydlər aparılmalıdır. Qeydlər belə olmalıdır: rahat 
yatmışdır (buna dərin yuxu da deyirlər), qənaətbəxşdir, pis yatmışdır, yuxu görmüşdür və s. 
              Nəbz.  İri arteriyaların bədənin səthinə yaxın olduğu yerlərdə – biləyin içəri tərəfində, 
gicgahlarda, boynun yanlarında  nəbz vurğularını əl ilə tutmaq olar. Kişilərdə normal nəbz vurğuları bir 
dəqiqə  ərzində 70-78, qadınlarda 76-89, uşaqlarda isə daha çox olur. Nəbz vurğularını yataqda və 
yataqdan qalxdıqdan sonra öyrənib nəticələri gündəliyə qeyd etmək lazımdır. Hər iki vəziyyətdə  nəbz 
vurğularının arasındakı  fərqi 19-dan yuxarı, 6-dan aşağı olmalıdır.  Əksinə olarsa, bu cür nəbz vurğusu 
zamanı birinci halda ürək daha çox həyəcanlı, ikinci halda isə oyanıqlıq qabiliyyəti aşağı olmuş hesab 
edilir. Əgər idman məqşi dövründə nəbz tez-tez və sürətlə döyünürsə, məşqdən sonra isə döyünmələrin 
sayı əvvəlki vəziyyətə qayıdırsa, bu normal hal  hesab olunur. Bu cür nəbz vurğularını fiziki yükün təsiri 
kimi qiymətləndirmək lazımdır. 
              Tənəffüs. Orqanizm üçün tənəffüsün  əhəmiyyəti böyükdür. Adam adi vaxtda necə  tənəffüs 
etdiyini o qədər də hiss etmir. Tənəffüs idmanla məşq etmiş adamlarda məşğul olmayanlara nisbətən 
dərin, sakit və aramla olur. Bir dəqiqədə 14-16 dəfə tənəffüs etmək normal hesab olunur. Tənəffüs etməni 
ovucu sinəyə qoymaqla saymaq mümkündür. Məşq edən şəxslərdə tənəffüsün dərinləşməsi hesabına onun 
tezliyi 2-5 dəfə azalır. 

 189
              Ağ ciyərlərin həyat tutumu.  Nəfəslə alınan və buraxılan havanın həcmini spidometr adlanan 
xüsusi cihazla müəyyən edirlər. Sakit vəziyyətdə nəfəs aldıqda 500 sm 
3
 qədər hava qəbul olunur və o 
qədər də  çıxır. Dərindən nəfəs aldıqda isə sakit vəziyyətdəkindən 1500 sm 
3
 çox hava udulur. Ağ 
ciyərlərdəki havanı axıra qədər buraxdıqda isə 1500 sm 
3
-ə  qədər hava çıxır. Dərindən nəfəs aldıqdan 
sonra buraxılan havaya ağ ciyərlərin həyat tutumu deyilir. Kişilərdə  ağ ciyərlərin həyat tutumu orta 
hesabla 3500-4000 sm
3
, qadınlarda isə 2500-3000 sm 
3
-ə çatır. Ağ ciyərlərin həyat tutumu məşq edilən 
idman növü ilə əlaqədar olaraq   artır. Bu 8000 sm
3
-ə qədər də ola bilər. 
 
                           
Yoxlama – test sualları 
 
1.
 
Yaralanma və sınıqlar zamanı ilk tibbi yardım qaydaları. 
2.
 
Qanaxma dövründə ilk tibbi yardım qaydaları. 
3.
 
Suda boğulana ilk tibbi yardım göstərmək üsulları. 
4.
 
şagirdlərin yaralanması zamanı ilk tibbi yardım. 
5.
 
Zərər çəkmiş insanlara ilk tibbi yardım göstərərkən davranış qaydaları (yaralananın daşınması, 
yerləşdirilməsi, xüsusi qayğı və s.). 
                               
Yaradıcı iş üçün təxmini mövzular 
 
1.
 
Şagirdlərin şəxsi gigiyenasının əsasları. 
2.
 
İctimai gigiyenanın həyata keçirilməsi yolları. 
3.
 
Tibbi biliklərin mahiyyəti və onun mənimsədilməsi. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin