3.15.Şagirdlərin qiymətləndirilməsi
Şagirdlərin müvəffəqiyyətlərinin qiymətləndirilməsi təlim prosesinin səmərəliliyinin
artırılmasında mühüm amillərdən biridir. Fiziki tərbiyə fənnindən qiymətləndirilmənin aparılması
proqram materiallarının öyrənilməsində mühüm əhəmiyyət kəsb etməklə, həm də şagirdlərin fiziki
hərəkətlər üzrə nə kimi nəzəri biliyə, fiziki hazırlığa, hərəkət bacarıq və vərdişlərinə yiyələnməsini aşkara
çıxarır. Eyni zamanda, qiymətləndirmə bədən tərbiyəsi dərslərinə şagirdlərin marağını, şüurlu
münasibətini artırır. Hərəki fəallığının yüksədilməsinə zəmin yaradır.
Fiziki tərbiyəsi fənnindən müvəffəqiyyətləri qiymətləndirmə, proqram materialları üzrə nəzəri
məlumatlara yiyələnmək və ayrı-ayrı fiziki hazırlıq bölmələrinin sonunda şagirdlər üçün verilən praktik
tələblər əsasında müəyyənləşdirilir. Qiymətləndirmə, həm də tədris normalarının yerinə yetirilməsinin
nəticələri, hərəkətlərin icraolunma texnikası nəzərə alınmaqla müəyyən edilir.
Şagirdlərin fiziki hazırlığına pedaqoji nəzarət məqsədilə aşağıda göstərilən hərəkət növləri üzrə
ildə iki dəfə yoxlama sınaqları keçirilir. Yuxarı startdan 30 m məsafəyə qaçış, yerindən uzununa
tullanmaq, doldurulmuş topu (1 kq. ağırlığında) yarım oturmuş vəziyyətindən baş üzərindən iki əllə
atmaq, kiçik topu uzağa və hədəfə atmaq, bundan əlavə, III sinifdə qaçaraq uzununa və hündürlüyə
tullanmaq üzrə yoxlamalar keçirilir. Bu cür yoxlamalar dərs ilinin əvvəlində (sentyabrda) və axırında
(mayda) aparmaq məqsədəuyğundur.
Fiziki hazırlıq bölmələri ilə əlaqədar uekun qiymətləndirmə cari və yekun qiymətləndirmə
əsasında aparılır. Hər iki qiymətləndirilmənin cəmindən yekun çıxarılır. İlkin yekun qiymətləndirmə
yarımillik qiymətlər əsasında aşkar olunur.
Şagird proqramda nəzərdə tutulan normadan aşağı nəticə göstərirsə, onun hərəkəti yerinə
yetirməyə və nəzəri biliyə görə aldığı qiymət bir bal aşağı salınır. Bəs şagird normalarını ödəsə necə? Bu
vaxt isə onun nəzəri bilik və hərəkəti isə icra etmək texnikası üzrə aldığı qiymət saxlanılır və ya bir bal
artırılır.
Məktəbli özündən asılı olmayan səbəbə görə tədris normalarını ödəmədikdə, yəni fiziki cəhətdən
mütənasib inkişaf etmədikdə, fiziki inkişafdan geri qaldıqda, üzürlü səbəbdən uzun müddət dərsdə iştirak
etmədikdə onun nəzəri bilik və hərəkəti yerinə yetirmə üzrə aldığı qiymət qüvvəsində qalır və yekun
qiymət kimi saxlanılır.
Şagirdin fəaliyyəti qiymətləndirilərkən onun dərsdə davranışı, dərsə səy gögstərməsi, idman
geyimində olması, sinifdənxaric kütləvi idman tədbirlərində iştirakı əsas götürülmür.
Hazırlıq qruplarında qiymətləndirmə həmin qrupun şagirdləri üçün nəzərdə tutulan hərəkətlər
üzrə ümumi əsaslarla aparılır.
Səhhətinə görə xüsusi tibbi qrupa daxil olan məktəblilər isə məktəbdə, müalicə-bədən tərbiyəsi
kabinetində xüsusi proqram üzrə hərəkətlərlə məşğul olursa, məqbul və ya «qeyri-məqbul» şəklində
qiymətləndirilir.
Müşahidələr göstərir ki, fiziki tərbiyə fənni üzrə dərs deyən müəllimlərin əksəriyyəti
valideynlərlə daima sıx əlaqə saxlamır, onlarla fiziki tərbiyəyə dair vaxtaşırı söhbət və məruzələr təşkil
olunmur. Buna görə də fiziki tərbiyə ilə əlaqədar bəzi məsələlər, o cümlədən şagirdlərin bu fəndən necə
qiymətləndirilməsi valideynlər üçün anlaşılmaz qalır.
Həmin istiqamətdə müəllimlə valideyn arasında söz-söhbət yaranır. Unutmamalı ki, valideynlərlə
iş aparmaq, onları fiziki tərbiyə sahəsində savadlandırmaq məktəb kollektivinin və hər bir sinif
müəlliminin borcudur.
Fiziki tərbiyədən dərs aparan sinif müəllimləri yuxarıda söylənənləri nəzərə almaqla, şagirdlərin
düzgün qiymətləndirilməsinə çalışmalıdır. Bunun üçün də yeni fiziki tərbiyə proqram materiallarını,
onların tələb və normalarını dərindən öyrənməli, müntəzəm surətdə həyata keçirilməlidir. Bütün bunlar
şagirdlərin bədəncə sağlam, iradəcə möhkəm və fiziki cəhətdən kamilləşməsinə zəmin yaradan vacib
şərtlərdəndir.
Şagirdlərin hərəkətlərin texniki baxımdan qiymətləndirilməsində aşağıdakılar nəzərə alınmalıdır:
Hərəkət əsasən düzgün icra edildikdə, lakin cüzi nöqsanlara yol verildikdə şagird «5»
qiymətlə qiymətləndirilir.
157
Hərəkətin yerinə yetirilməsi zamanı o qədər də ciddi olmayan və ya bir neçə cüzi nəzərə
çarpacaq texniki nöqsanlar buraxıldıqda şagird «4» qiymətlə qiymətləndirilir.
Şagird bir neçə əsaslı texniki səhvlərə yol verirsə o, «3» qiymətlə qiymətləndirilir.
Şagird hərəkəti icra edərkən kobud səhvlərə yol verirsə, o, «2» qiymətlə qiymətləndirilir.
Şagird hərəkəti icra edə bilmirsə, «1» qiymətlə qiymətləndirilir.
Şagirdlərin müvəffəqiyyətinin qiymətləndirilməsində 2 cəhəti nəzərdən qaçırmaq olmaz. Əvvəla,
şagirdlərin hərəkətləri texniki cəhətdən qiymətləndirilməsi düzülmə və yenidən düzülmələr, akrobatik,
müvazinət, oyunlar və i.a. üzrə aparılır.
İkincisi, şagirdlərin qiymətləndirilməsi fiziki tərbiyənin fənn kurikulumu hərəkətləri üzrə
aparılmalı, hərəki qabiliyyətlərinin hazırlıq səviyyəsi (aşağı, orta, yüksək) müəyyənləşdirilməlidir.
Bundan əlavə, oyunlar keçirilirsə, xalların miqdarıda nəzərə alınmalıdır.
3.16.Məşğələ yerinin hazırlanması, onun ləvazimat
və avadanlıqlarla təchizi
Hansı sinif olursa-olsun, bədən tərbiyəsi dərslərinin səmərəliliyi, hər şeydən əvvəl, məşğələ
yerinin seçilməsindən və təşkilindən, onun müvafiq avadanlıqlar üzrə düzgün yerləşdirilməsindən asılıdır.
Buna görə də biz, əvvəlcə, avadanlıqlardan səmərəli istifadəyə zəmin yaradan məşğələ yerinin
təşkilindən, avadanlıqların idman zalı və meydançada yerləşdirilməsinə qarşı qoyulan tələblərdən bəhs
etməyi lazım bilirik.
- İdman zalının məşğələ üçün hazırlanması. İdman zalından effektli istifadə etmək üçün zala
verilən pedaqoji tələbləri nəzərə almaq lazımdır. Zalın döşəməsi taxta və yaxud parket olmalıdır.
Mütəhərrik oyunların, voleybol, basketbol elementlərinin qaydalarına düzgün əməl olunması üçün
çəkilmiş xətlərin yağlı boyalarla rənglənməsi daha məqsədəuyğundur.
Zalın divarı hamar olmalı və 1,5- 2 m hündürlüyündə açıq yağlı boya ilə rənglənməlidir.
Şagirdlərin diqqətini dərsdən yayındırmamaq üçün divardan heç bir cədvəl, elan, plakat asılmamalıdır.
Sınmamaq üçün zalın pəncərələri və elektrik lampaları da qoruyucu torla örtülməlidir. Əgər zalda
ventilyasiya yoxdursa, qoruyucu torlar elə vurulmalıdır ki, məşğələyə maneçilik törədilmədən pəncərələr
asanlıqla açılıb-örtülə bilsin. Zal üçün lazım olan avadanlıqlardan, yardımçı otaqlardan danışmağı nəzərdə
tutmadığımız üçün həmin məsələyə toxunmuruq;
- İdman meydançasının düzəldilməsi və avadanlıqlarla təchizi. Respublikamızın aran
rayonlarında bədən tərbiyəsi məşğələləri çox vaxt məktəbyanı meydançada, açıq havada keçirilir. Bədən
tərbiyəsi tədrisinin səmərəliliyinin yüksədilməsində isə normal ölçülü məktəbyanı meydançanın
düzəldilməsi, mövcud meydançanın təmir edilib yararlı hala salınması vacib məsələdir.
Yay idman meydançası məktəb binasından 10 m aralı, sinif pəncərəsi olmayan sahədə
düzəldilməlidir. Belə olduqda, sinifdə digər fənn dərslərinin normal keçməsinə, şagirdlərin diqqətinin
yayınmamasına şərait yaranacaq və pəncərə şüşələrinin sınmasının qarşısı alınacaqdır.
İdman meydançasının çay kənarında, bağlıq və boş yerlərdə olması daha faydalıdır.
Meydançanın zibil tökülməyən, tualetə yaxın olmayan və s. sahələrdə tikilməsi sanitar-gigiyenik
baxımdan çox əhəmiyyətlidir.
Meydança bəzi hallarda asfaltla da örtülə bilər. Bunun mənfi tərəfi olsa da, müsbət cəhətləri də
vardır. Belə meydança bütün il boyu, yağışlı havada da məşğul olmaq imkanı verir. Məktəbyanı
meydançada idman zalının perimetri üzrə hündürlüyü 0,5-0,8 m-ə, torun hündürlüyü isə 3 m-ə çatan hasar
çəkilməsi vacibdir. Bunlar məşğələnin gedişinə kənar şəxslərin maneçilik törətməsinə, şagirdlərin
fikrinin yayınmasına imkan vermir. Meydançanın torla əhatə olunması küləyin qarşısını alaraq idman
ləvazimatı və avadanlıqlarının səliqəli qalmasına şərait yaradır. Bu həm də meydançaya, çalaya tökülmüş
narın qum dənələrinin dağılmasının qarşısını alır. Meydançada su olmalı, məşğul olanların hər birinə 10
m
2
sahə düşməlidir. Bundan əlavə, meydançada avadanlıq və ləvazimatların (top, skamya, halqalar və s.)
islanıb xarab olmamasından ötrü xüsusi otaq, tualet olmalı və duşxana ilə təmin olunmalıdır. Əgər
meydançanın sahəsi böyükdürsə, onda orada mütəhərrik oyunlar, tullanma və cisim atmaq üçün yer
düzəldilməli, qaçış cığırları yaradılmalıdır.
158
İbtidai siniflərdə bədən tərbiyəsi üzrə göstərilən adda tədris – əyani vəsaiti və tədris qurğuları
olması nəzərdə tutulur:
Adı
Miqdarı
Adı
Miqdarı
1 2
3
4
Voleybol topu
Basketbol topu
1 kq ağırlığında
doldurulmuş toplar
Gimnastika ağacları
Hoppanma ipləri
Kiçik rezin toplar
10
10
10
40
40
40
Ruletka
Fit
Topun doldurulması
üçün nasos
Şnur
Tullanma üçün ağac
dayaqlar
Qumla doldurulmuş
top kubik
Estafet ağacları
Müxtəlif rəngli
bayraqlar
Hədəf üçün ağac şitlər
4
1
1
1
2
20
40
40
2
2
Yoxlama – test sualları
1.
Bədən tərbiyəsi dərslərinin mühüm səciyyəvi xüsusiyyətləri.
2.
Bədən tərbiyəsi dərslərinin qarşısında duran vacib vəzifələr.
3.
Bədən tərbiyəsi dərslərinin tipləri.
4.
Bədən tərbiyəsi dərslərinin quruluşu.
5.
Bədən tərbiyəsi dərslərinin hissələri.
6.
Bədən tərbiyəsi dərslərinin təşkili formaları.
7.
Bədən tərbiyəsi dərslərinin sıxlığı və dərsdə verilən fiziki yük.
8.
Bədən tərbiyəsindən ev tapşırıqları.
9.
Dərsə tibbi nəzarət.
10.
Dərsdə mühafizə və təhlükəsizlik qaydaları.
11.
Bədən tərbiyəsi üzrə planlaşdırma.
12.
Müvəffəqiyyətin nəzərə alınması.
13.
Məktəblilərin qiymətləndirilməsi.
14.
Məşğələ yerlərinin hazırlanması.
15.
Bədən tərbiyəsi dərslərinin ləvazimat, vəsait və avadanlıqlarla təchizi.
Yaradıcılıq işi üçün təxmini mövzular
1.
Bədən tərbiyəsi dərslərinin səmərəli təşkili yolları.
2.
Gimnastika proqram tədris materiallarının öyrənilməsi metodikası.
3.
Fiziki tərbiyə məşğələlərində baş verə biləcək zədələnmələr və onların qarşısının alınması.
4.
Fiziki tərbiyə məşğələlərində şagirdlərin mühafizə olunması.
159
İKİNCİ BÖLMƏ
XÜSUSİ METODİKA
V FƏSİL. PROQRAM TƏDRİS MATERİALI VƏ ONUN
ÖYRƏDİLMƏSİ METODİKASI
P L A N
1.
Fiziki tərbiyə üzrə əsas biliklər.
2.
İlk tibbi yardım göstərmək qaydaları.
3.
Proqram materiallarının məzmunu və keçirilməsi.
4.
Gimnastika dərslərinin təşkili və öyrədilməsiüsulları.
5.
Azərbaycan xalq rəqsləri.
6.
Mütəhərrik oyunlar
7.
Kross hazırlığı və marş yürüşü
8.
Üzgüçülük.
Ə D Ə B İ Y Y A T
1.
Ə.Babayev, S.Əliyev. Bədən tərbiyəsində həkim nəzarəti və idman travmatizmi. Bakı,
«Maarif» nəşriyyatı, 1968-ci il.
2.
Ə.Babayev. Fiziki hərəkətlərin və idmanın gigiyenası. Bakı, «Maarif» nəşriyyatı, 1972-ci il.
3.
B.Quliyev. İbtidai siniflərdə bədən tərbiyəsi. Bakı, «Maarif» nəşriyyatı, 1974-cü il.
4.
H.Ağayev, S.Hüseynov. Azərbaycan uşaq mütəhərrik oyunları. Bakı, «Maarif» nəşriyyatı,
1989-cu il.
5.
Ş.Əbdürəhmanov. İdman üzgüçülüyü. Bakı, 1999-cu il.
6.
B.Nərimanov, S.Əliyeva, E.Nərimanov. İdman gimnastikası. Bakı, «Müəllim» nəşriyyatı,
2004-cü il.
V FƏSIL PROQRAM TƏDRIS MATERIALI VƏ ONUN ÖYRƏDILMƏSI
METODIKASI
V.1. Fiziki tərbiyə üzrə əsas biliklər
Fiziki tərbiyə dərslərinin səmərəli təşkilində bu sahədə verilən nəzəri biliklərin əhəmiyyəti
böyükdür. Çünki şagirdlər fiziki tərbiyə və idman üzrə müvafiq bilikləri mənimsəməklə fiziki
hərəkətlərin və oyunların nə məqsədlə yerinə yetirilməsinin əhəmiyyətini, sağlamlıq, əməyə və Vətənin
müdafiəsinə hazırlıq işində rolunu dərk edir və dərsdə davranış qaydalarını öyrənirlər. Bütün bunlar
şagirdlərin dərsə marağını, şüurlu münasibətini və fəallığını artırır. Deyilənlər nəzərə alınaraq I-IV
siniflərdə fiziki tərbiyə üzrə «əsas biliklər» bölməsi verilmişdir.
Nəzəri biliklərə hər bir sinif üçün 4 saat vaxt ayrılmışdır. I-IV siniflər üzrə bu rəqəm cəmi 16
saat miqdarındadır. İbtidai siniflər üçün nəzəri biliklər əsasən 4 istiqamətdə verilmişdir:
1.Hərəkətlərin icrası üzrə;
2.Fiziki hərəkətlərin və oyunların sağlamlığa təsiri , həmçinin əməyə və ölkənin müdafiəsində
onların əhəmiyyəti ilə əlaqədar;
3.Şəxsi və ictimai gigiyena üzrə;
4.Fiziki tərbiyənin tarixi və görkəmli idmançılar haqqında və s.
1.1.Nəzəri biliklərin mənimsənilməsinin
pedaqoji-psixoloji məsələləri
Hökumətimiz böyüməkdə olan nəslin hərtərəfli inkişaf etdirilməsi və fiziki cəhətdən
təkmilləşməsini mühüm vəzifə kimi qarşıya qoymuşdur. Şəxsiyyətin hərtərəfli inkişafında fiziki və əqli
160
tərbiyənin bir-biri ilə sıx əlaqəli və ahəngdar aparılması olduqca zəruridir. Buna görə də hazırkı bədən
tərbiyəsi proqramı əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənir. İbtidai siniflərin mövcud bədən tərbiyəsi
proqramlarında hərəkət keyfiyyətlərini inkişaf etdirməklə yanaşı, məktəblilərə bədən tərbiyəsi – gigiyena
sahəsində nəzəri bilik verilməsi, yəni onların elmi səviyyəsinin yüksədilməsi nəzərdə tutulur. Bu, həm də
ona görə vacibdir ki, fiziki qabiliyyətlərin inkişafında bacarıq və vərdişlərlə bərabər, bilik də böyük
əhəmiyyətə malikdir.
İbtidai siniflərdə şagirdlərə bədən tərbiyəsi – gigiyena üzrə nəzəri bilik verməklə hərəkətlərin,
gigiyenik qaydaların düzgün yerinə yetirilməsinin məqsəd və mahiyyətini, bunların bədən quruluşuna,
orqanizmin funksional fəaliyyətinin yaxşılaşmasına müsbət təsirini izah etmək mümkündür. Fiziki
hərəkətlərin öyrədilməsi və gigiyenik tələblərin gözlənilməsi mahiyyətinin dərk olunması şagirdlərin
nəinki hərəkət fəaliyyətini artırır, təfəkkürünü inkişaf etdirir, həm də onlar hərəkətləri inamla icra edir,
ona şüurlu münasibət bəsləyirlər. Bunlar isə şagirdlərin fiziki tərbiyəsinin səmərəliliyini yüksəltməkdə
mühüm əhəmiyyət kəsb edir.
İbtidai siniflərdə öyrədilməsi zəruri olan biliklərə şagirdin hərəkət rejimi, bədən tərbiyəsi ilə
məşğul olarkən geyimi, məşğələlərdən sonrakı (idman geyiminin adi geyimlə əvəz etmək, bədəni yumaq
və silmək) gigiyenası, qaməti düzgün saxlamaq, düzgün tənəffüs, səhər gigiyenik gimnastikası, dərsə
qədər gimnastika, fəal istirahətin (bədən tərbiyəsi dəqiqəsi, sinifdənkənar vaxtlarda açıq havada oynamaq
və idman əyləncələri) sağlamlığa, əmək qabiliyyətinin artırılmasına olan müsbət təsiri, bədəni
möhkəmləndirmək və s. daxildir. Bu biliklərin mənimsənilməsi haqqında bəzi pedaqoji-psixoloji
məsələlərin müəllimlərə çatdırılması böyük əhəmiyyət kəsb edir. Buna görə də həmin baxımdan bəzi
məsələlərə qısa da olsa toxunmağı lazım bilirik.
Qeyd etdiyimiz kimi, fiziki tərbiyə prosesində şagirdlər müəyyən biliklərə yiyələnirlər. Bu
biliklər şüurlu münasibət zaminində aşılanarsa, məqsədə tez və lazımi səviyyədə nail olmaq imkanı daha
da artar. Nəzəri materialların şüurlu surətdə aşılanması mənimsəmə prosesi ilə sıx əlaqədar olub, yeni
material ilə tanış olmaqla başlayır və ona yiyələnməklə başa çatır.
Aparılmış müşahidələr göstərir ki, fiziki tərbiyə üzrə məlumatları yaxşı mənimsəyən kiçik yaşlı
məktəbli mahiyyəti dərindən dərk edir, həmin materialı digər material ilə əlaqələndirməyi, müstəqil fikir
söyləməyi, hətta izahat verməyi bacarırlar. Material yaxşı mənimsənildikdə şagirdlər onu əməli
fəaliyyətlərində tətbiq etməyə çalışır və yeri gəldikcə həyatı materiallarla aydınlaşdırırlar. Belə bir
vəziyyət əsasən II-III siniflərdə daha qabarıq şəkildə özünü büruzə verir.
İbtidai siniflərdə şagirdlərə fiziki tərbiyədən məlumatlar sadə şəkildə verilsə də mənimsəmə
prosesi onların gərgin fikri fəaliyyətinə əsaslanır. Bu zaman şagirdlərin gərgin fikri fəaliyyəti,
emosionallığı, inamlılığı daha da artır, diqqəti mərkəzə cəmlənmiş olur. Nəzəri materialın səmərəli
mənimsənilməsində şagird qarşısında qoyulan məqsəd və vəzifənin aydın olması mühüm şərtlərdən
biridir. Şagirdlər yalnız bu yollla nəzəri materialları şüurlu surətdə mənimsəyir və mahiyyəti yaxşı dərk
edirlər. Məlumatların verilməsində mahiyyət, qarşıda qoyulan məqsəd və vəzifə konkret olmadıqda isə
şagirdlərin fikri fəallığını yüksəltmək çətinləşir, onlar müəllimi dinləmək istəmir, diqqəti tez-tez yayınır,
təlim cansıxıcı keçir. Müəllim fiziki tərbiyə prosesində nəzəri məlumatların verilməsinin səmərəliliyini
yüksəltmək istəyirsə, o, mütləq bu prosesin, birinci növbədə uşaqların fəallığı şəraitində keçməsinə,
məqsədin aydın olmasına, mənimsəmənin şüurluluq əsasında həyata keçirilməsinə ciddi səy göstərməsi
xüsusilə vacibdir.
Fiziki tərbiyə haqqında nəzəri məlumatların şüurlu mənimsənilməsində şagirdlərin fikri
fəallığına səbəb olan maraq, diqqət, hiss və emosiyaların, mahiyyətin dərk olunmasını təmin edən
təfəkkürün, yeni material ilə tanışlığa imkan verən duyğu, qavrayış və hafizənin inkişaf etdirilməsi böyük
əhəmiyyətə malikdir.
Məlumatların səmərəli verilməsində onun həyatla əlaqələndirilməsi xüsusi rol oynayır. Buna
görə də müəllim hər hansı bir hərəkət və ya oyun haqqında nəzəri məlumat verirsə, bunların şagird
tərəfindən dərsdə, gün rejimində və s. tədbirlərdə tətbiq olunmasına nail olmalıdır. Məsələn, müəllimin
fiziki hərəkətlərin barmaq, bilək və qol əzələlərinin inkişafında, möhkəmləndirilməsində rolu barədə
məlumat verirsə, o, eyni zamanda əzələ qüvvəsinin artırılmasının, əzələnin daha da
möhkəmləndirilməsinin əməli fəaliyyətdə – yazı yazarkən, əl əməyi işləri ilə məşğul olarkən əhəmiyyətini
də şagirdlərə izah etməlidir. O, şərh etməlidir ki, əl və qol əzələlərinin möhkəm, qüvvətli olması, yazı
161
yazarkən yorulmanın qarşısını almaqda mühüm vasitələrdəndir. Eyni zamanda, əl əməyi işlərinin, qısa bir
vaxtda lazımi keyfiyyətdə yerinə yetirilməsi üçün də vacibdir. Sonra isə nəzəri material təcrübə ilə
əlaqələndirilməli, yəni əldə edilmiş biliklər tətbiq edilməlidir. Müəllim şagirdlərin aldıqları bilikləri
nəzəri və əməli fəaliyyətində tətbiq edə bilməsi, bunlardan lazımi nəticə çıxarılması üçün onlara əl və qol
əzələlərini inkişaf etdirən hərəkətləri müntəzəm olaraq icra etdirməlidir. Yalnız bu zaman şagirdlər həmin
hərəkətlərin faydalılığını dərk edəcək, həm də nəticəni gözləri ilə görəcəkdir. Fiziki tərbiyə üzrə verilmiş
biliklərin praktika ilə əlaqələndirilməsi bir tərəfdən materialın yaxşı mənimsənilməsinə, digər tərəfdən də
təlim-tərbiyə işləri üçün əhəmiyyətlidir. Başqa sözlə desək, zehni fəaliyyətin həyatda praktik cəhətdən
tətbiqi qaçılmazdır. Nəzəriyyə ilə əməli tərəflərin birləşdirilməsi və onların bir-birini tamamlaması inkişaf
üçün çox vacibdir.
Nəzəri materialların mənimsənilməsində məzmunun da böyük əhəmiyyəti vardır. Fiziki tərbiyə
üzrə nəzəri materialların məzmununda ümumi cəhətdən müəyyən qədər oxşarlıq hiss olunsa da, bunlar
əsaslı surətdə bir-birindən fərqlənirlər. Misal üçün, elə fiziki hərəkətlər vardır ki, Vətənin müdafiəsinə
fiziki hazırlıq üçün əhəmiyyətlidir. Lakin Vətənin müdafiəsinə fiziki hazırlıqda, təsir etibarı ilə, o, kəndirə
dırmaşma, dırmaşıb aşma hərəkətləri kimi o qədər də xarakterik deyildir. Ona görə də müəllim ayrı-ayrı
hərəkətlərin və mütəhərrik oyunların orqanizmə təsiri, əməyə və Vətənin müdafiəsi işində əhəmiyyəti
haqqında nəzəri məlumatları elə verməlidir ki, şagirdlər bu və ya digər hərəkətlərin sağlamlığa, hansı
əzələ qruplarına daha qüvvətli təsir etdiyini fərqləndirməyi bacarsın və başa düşsünlər. Belə materialların
hansı şəkildə mənimsəməyin düzgün yollarını müəyyənləşdirmək də olduqca vacibdir. «Bu prosesdə
müəllimin, yadda saxlamanın səmərəli üsullarını mükəmməl bilməsi və şagirdləri bu üsullardan bacarıqla
istifadə etməyə öyrətməsi zəruridir. Material məzmunca nə qədər rəngarəngdirsə, mənimsəmə də bir o
qədər yadda saxlama tərzi tələb edir»
120
.
Məlumdur ki, fiziki tərbiyə üzrə nəzəri məlumatların mənimsənilməsində bir sıra təlim üsulu və
priyomlarından istifadə edilir. Nəzəri məlumatların verilməsi ibtidai məktəbdə istifadə olunan üsulların
tətbiqinə verilən tələblərdən irəli gəlir. Bu üsulların tətbiqi yaş səviyyəsinə uyğun olmaqla, məktəbin əsas
məqsədinə
xidmət etməlidir. Xüsusən, şagirdlər fiziki tərbiyə üzrə elmi biliklərə yiyələnməli, onların hərtərəfli
inkişafı təmin edilməli, onlarda müstəqillik və təşəbbüskarlıq kimi iradi keyfiyyətlər tərbiyə olunmalıdır.
Elmi-metodik ədəbiyyatın və qabaqcıl müəllimlərimizin bu sahədəki iş təcrübəsinin öyrənilməsi
göstərir ki, ibtidai siniflərdə nəzəri məlumatların səmərəli verilməsində şifahi şərh və əyani üsullar başlıca
yer tutur. Nəzəri məlumatların mənimsənilməsində şagirdlərin qarşısında düşündürücü sualların
qoyulması, onların müstəqillik fəaliyyətini qüvətləndirir, fikri fəallığını artırır. Bütün bunlar isə
məlumatın mənimsənilməsinə müsbət təsir göstərir.
Sözlə əyaniliyin qarşılıqlı əlaqəsi də təlimi həyatla əlaqələndirməyin səmərəli formalarından
olub, verilən biliklərin dərk edilməsi üçün faydalıdır. K.D.Uşinski yazırdı: «… Həyat üçün isə əşyanın
hər tərəfdən və bütün əlaqələri içərisində görməyi bacarmaq qədər əhəmiyyətli heç bir şey olmaz. Əgər
bu insanlar arasında, adətən, böyük dərrakə və ya çox gözəl ağıl adlanan keyfiyyətin mahiyyətinə
dərindən nəzər salsaq, görərik ki, bu başlıca olaraq, əşyanın həqiqətdə olduğu kimi, hərtəfəli və bütün
əlaqələri ilə görə bilmək qabiliyyətindən başqa bir şey deyildir. Əgər təlim uşaqlara ağlı inkişaf etdirmək
iddiasındadırsa, onların müşahidə qabiliyyətini təmin etdirməlidir»
121
.
L.V.Zankov öz tədqiqatlarında sözlə əyaniliyin əlaqələndirilməsinin təlim üçün xüsusi
əhəmiyyətə malik olduğunu qeyd etmişdir. Əyani təlim zamanı birinci siqnal sisteminin fəaliyyəti üçün
lazımi imkan yaranır, şagirdlərin cisim və hadisələrlə bağlı, təsəvvürləri genişlənir və daha da dəqiqləşir.
Bu isə təfəkkürün inkişafı və təlim zamanı ikinci siqnal sisteminin fəaliyyətini artırır.
Təlimdə bu məsələni həll etmək üçün idrak nəzəriyyəsinə əsaslanmaq lazımdır. Öyrənmə idrak
fəaliyyəti olub, şagird onun vasitəsilə yeni biliyə yiyələnir. Bunun üçün də o, obyektiv gerçəkliyi öz
şüurunda əks etdirir. Burada gerçəkliyin obyektiv varlığının dərk edilməsi ilə əlaqədar deyilmiş bir
kəlamı yada salaq: «Canlı müşahidədən mücərrəd təfəkkürə, oradan da praktikaya».
120
Йаш вя педагожи психолоэийа мясяляляри. АПИ-нин няшри. Бакы. 1974, сящ.10.
121
Ушински К.Д.Сечилмиш педагожи ясярляри, Азярняшр, Бакы, 1953, сящ.168.
162
Nəzəri məlumatların səmərəli verilməsində şagirdlərin bu işə ilk mərhələdən psixoloji cəhətdən
hazırlıqlı olması da əsas şərtlərdəndir. Psixoloji hazırlığa şagirdin məlumatları dinləməyə maraq və meyl
göstərməsi, psixoloji proseslərin normal fəaliyyətə hazırlanması, eləcə də qarşıya çıxacaq çətinlik və
maneələri aradan qaldırmaq imkanlarına onun malik olması və s. daxildir.
Nəzəri məlumatların verilməsinin səmərəliliyi müəllimin şərhi və ona verilən tələblərdən də
asılıdır. Müəllim bu prosesdə ardıcıllığı gözləməli, sistemliliyə riayət etməli, yeni terminlər işlətdikdə isə
onu dönə-dönə təkrarlamalıdır. Məlumatı verdikdən sonra onu yekunlaşdırmalı, həmin prosesdə
müəllimin nitqi sadə və aydın olmalı, çətin başa düşüləcək söz və cümlələr işlətməməlidir. Yeni material
əvvəlkilərlə əlaqələndirilməli, müqayisə olunmalıdır. Nitqin tempi nə sürətli, nə də çox yavaş olmalıdır.
Məlumatlar şagirdlərə orta tempdə çatdırılmalıdır. Eyni zamanda müəllimin şərhi emosional olmalı,
müəyyən bir məsələni izah edərkən yeri gəldikdə ona öz münasibətini göstərməli, rəğbətini bildirməlidir.
Məlumatların verilməsində məntiqi vurğulardan da yeri gəldikcə istifadə olunmalıdır. Müəllim nəzəri
məlumat verərkən şagirdin mənəvi aləmində yaranan dəyişikliyi, ya zahiri əlamətlərinə və ya psixi
fəaliyyətinə görə müəyyən etməlidir.
Məlumatların yaxşı mənimsənilməsində şagirdlərin psixi fəallığının yüksədilməsi böyük
əhəmiyyət kəsb edir. Onların psixi fəallığı baş beyin yarımkürələrində qabıqaltı mərkəzlərdə qüvətli
oyanmaların nəticəsində əmələ gəlir.
Nəzəri materialı izah edərkən müəllim özünə xas keyfiyyətlərdən də istifadə edib, məzmunu
şagirdlərin yaş və bilik səviyyəsinə uyğun təşkil etməklə qabıqaltı mərkəzlərdə oyanmanı qüvvətləndirir,
şagirdlərin fəallığı və məlumatı dinləməyə olan maraq və meylini artırır.
K.D.Uşinskinin dediyi kimi, uşaqlar müəllimin sözü ilə işi arasındakı vəhdətə böyük fikir verir,
onun ictimai yerlərdə özünü necə aparmasını, adamlara münasibətini izləyirlər. Onlar müəllimin hərəkət
və davranışını, onun xarakterinin möhkəmliyini, qarşıya qoyduğu məqsəd uğrunda necə mübarizə
aparmasını qiymətləndirirlər.
Böyük həyat təcrübəsinə malik müdrik insanlar müəllimə xas olan xüsusiyyətlərdən bəhs
edərkən demişlər: «Cəsarətlə demək olar ki, müəllim çox nüfuz sahibi olduqda, bəzi adamlar bütün
həyatı boyu bu müəllimin gözəl təsirini hiss edirlər. Bax, buna görə də müəllim özünə fikir verməli və
hiss etməlidir ki, onun hərəkətləri və özünü aparması, dünyada heç bir adam üçün olmayan dərəcədə çox
ciddi nəzarət altındadır. Onlarca uşaq gözü müəllimə baxır, uşaq gözündən daha diqqətli, daha görücü,
daha həssas bir şey yoxdur, bu gözlər insanın ruhi həyatının müxtəlif dəyişikliyini, bütün incəlikləri
dərhal ayırır. Bunu möhkəm yadda saxlamaq lazımdır.
Məlumatların verilməsinin səmərəli olmasında maraq da böyük əhəmiyyətə malikdir. Maraq
tələbatla sıx bağlı olub, onun əsasında əmələ gəlir. Psixoloqların fikrincə, insanın istər maddi və istərsə
də mənəvi tələbatı daim inkişaf edir, yeni məzmuna malik olur. İnsan tələbatların ödənilməsinin
zəruriliyini dərk edir, ona can atır ki, bu da öz növbəsində marağın inkişafına kömək edir. Professor
M.Həmzəyev yazır: «Kiçik məktəb yaşı dövründə uşaqların maddi və mənəvi tələbatının genişlənməsi,
onların maraq dairəsinin də genişlənməsinə səbəb olur. Fəaliyyətin dəyişməsi birinci növbədə maraq
sahəsini də yeniləşdirir. Əgər məktəbəqədər yaş dövründə uşağın marağında oyun fəaliyyəti ilə əlaqədar
cəhətlər üstünlük təşkil edirsə, məktəblinin marağı əsasən təlim fəaliyyəti ilə bağlı olur»
122
.
Psixoloqlarımızın tədqiqatları göstərmişdir ki, birinci sinfə gələn uşaqlarda maraqlar hələ
fərqləndirici xarakter daşımır, uşaq təlim fəaliyyətinin bütün sahələri ilə eyni dərəcədə maraqlanır. II sinif
uşaqlarında müstəqilliyin artması onların təlim fəaliyyəti ilə
daha dərindən maraqlanmalarına imkan yaradır. Yuxradı deyilənləri nəzəri məlumatların verilməsi ilə
əlaqədar apardığımız müşahidələr də təsdiq edir. Nəzəri məlumatların lazımi səviyyədə mənimsənilməsi
üçün şagirdlərin psixoloji fəallığını yüksəltmək lazımdır.
Psixoloji fəallığın artırılmasında diqqətin səmərəli təşkilini ön plana çəkmək vacibdir, çünki
diqqətlilik fəallığın ən mühüm amillərindəndir. K.D.Uşinski diqqəti ən zəruri psixoloji proses kimi
yüksək qiymətləndirmişdir. O, yazır: «Təlimin heç bir kəlməsi bu qapıdan keçmədən uşağın ruhuna daxil
122
Йаш вя педагожи-психолоэийа мясяляляри. АПИ-нин няшри. Мягаляляр мяъмуяси, Бакы, 1974, сящ.52.
163
ola bilməz. Aydın məsələdir ki, uşağın bu qapını açıq saxlamağa alışdırmaq birinci dərəcəli əhəmiyyətli
bir şeydir, təlimin bütün müvəffəqiyyəti buna nail olmaq üzərində qurulur»
123
.
Qeyd etməliyik ki, məlumatların mənimsənilməsində diqqətin yayınmasına səbəb, müəllimin
materialın məzmununu dərindən bilməməsi, məlumatların uşaqların yaş və bilik səviyyəsinə uyğun
verilməməsi, nitqin yeksənəkliyi və s. ilə sıx əlaqədardır.
Mühaşidələr göstərir ki, ibtidai sinif şagirdlərinin diqqəti davamsızdır, onlar uzun müddət diqqəti
eyni bir məsələyə yönəldə bilmirlər. Lakin təlimin səmərəli təşkili nəticəsində onlarda diqqəti cəlb edən
yeni keyfiyyətlər yaranır. Xüsusilə, qeyri-iradi diqqət tədricən maddi diqqətə çevrilir.
Uşaqların diqqətli asanlıqla yayına bilər. Yalnız onu maraqlandıran yeni keyfiyyətlərə malik olan,
uşağın tələbatı ilə bağlı olan cisim və hadisələr onun diqqətini uzun müddət öz üzərində saxlaya bilər. Bu
haqda M.Həmzəyev yazır: «Kiçik məktəbyaşlı uşaqlarda diqqətin zəifliyi, onların öz diqqətlərini uzun
müddət cəmləşdirməkdə çətinlik çəkmələrindən irəli gəlir. Ona görə də kiçik məktəbyaşlı uşaqlara
tapşırılan iş maraqlı olmaqla yanaşı, arabir dəyişməlidir. Bununla yanaşı olaraq, uşağın görəcəyi işin
mahiyyəti onun üçün aydın olmalıdır”
124
.
Təcrübə göstərir ki, məlumatın verilməsində bəzən uşağın diqqətinin bu xüsusiyyəti nəzərə alınmır,
hətta yuxarı sinif uşaqları kimi. Onlara da həddən artıq müstəqillik verilir. Bəzən də müəllim dərsi
uşaqların marağına uyğun qura bilmir, nəticədə uşaqlar dərsin mahiyyət və məqsədini başa düşmür. Bu
yaşda
şagirdlərin diqqətini ancaq maraqlar əsasında saxlamaq kifayət etmir, onları tərbiyə etmək vəzifəsi də
qarşıya qoyulmalıdır. Uşağın öz təlim vəzifəsini sevməyə və vəzifənin icrasından həzz almağa öyrətmək
lazımdır.
Kiçik məktəbyaşlı şagirdlər fiziki tərbiyə üzrə məlumatları tez mənimsəyir və tez də
unudurlar. I-II siniflərdə şagirdlər verilən məlumatları çətinliklə şərh edirlər. Bunun üçün uşaqlarda
həmin sahə üzrə çoxlu söz ehtiyatı yaratmağa, həm də məntiqi
yaddasaxlamanın inkişaf etdirilməsinə
böyük ehtiyac vardır. Kiçik məktəblilərin təlim prosesində əldə etdikləri biliklər, təsəvvürlər
genişləndikcə onların hafizələri də inkişaf edir və möhkəmlənir.
İbtidai sinif şagirdlərinin təsəvvürləri konkret olur. Buna görə də müəllim dərsdə öz fikrini
uzun danışmamalı, konkret və aydın misallarla izah etməlidir.
Kiçik məktəbyaşlı uşaqların təlim, o cümlədən nəzəri məlumatları mənimsəmə
fəaliyyətindəki müvəffəqiyyətlər üçün qavrayış mühüm əhəmiyyət kəsb edir. Onun mənimsəmənin ilk
mərhələsində xarici aləmin cisim və hadisələrinin beyində bütövlükdə inikasında rolu böyükdür.
Müəllimin nitqinin qavranılmasında duyğu orqanları başlıca rol oynayır. Təlimdə fəallıq göstərmək,
biliklərə şüurlu yiyələnmək üçün şagirdlərin müşahidə etdiyi hər hansı fakt və ya da hadisənin onlara
təsiri hər dəfə müvafiq sözlə müşayiət olduğundan, onunla yanaşı söz də beyin qabığında əks olunur, bu
sözün orada izi qalır. Hadisənin və müvafiq sözün beyin qabığında ayrılıqda əmələ gətirdiyi izlər bir-biri
ilə əlaqələnir»
125
.
İ.P.Pavlov beyin qabığında yaranan izləri iki qrupa ayırmışdır. Birinci qrupa birinci siqnal
sisteminə cisim və hadisələrin təsiri ilə əmələ gələn izlər, ikinci qrupa isə ikinci siqnal sisteminə həmin
cisim və hadisələri ifadə edən sözlərin yaratdığı izləri daxil etmişdir. Bilavasitə qavramada şagirdlər
hadisə və faktları və ya onların şəkillərini görür, şeylər üzərində təcrübə aparırlar. Bu zaman fakt və
hadisələr və ya onların şəkilləri əsasdır. Bu haqda şagirdlərin bilavasitə qavramaya isə şagirdlər beyin
qabığında birinci siqnal sistemi fəaliyyət göstərir. faktlar və hadisələr haqqında məlumatı sözlər vasitəsilə
alırlar. Bu vaxt şagirdin beyin qabığında ikinci siqnal sistemi fəaliyyət göstərir. Təlim prosesində həm
birinci və həm də ikinci yoldan istifadə olunmalıdır. Bilikləri bilavasitə yolla tam qavramaq mümkün
deyildir. Burada bilavasitə (ikinci yol), sözün təsirindən də istifadə etmək lazımdır, çünki bilik əldə
etməkdə söz ən qüdrətli vasitədir. İ.P.Pavlov qeyd edirdi ki, ikinci siqnal sistemi birinci siqnal sistemi
123
Ушински К.Д. Сечилмиш педагожи ясярляри, Азярняшр, Бакы, 1953, сящ.183-184.
124
М.Щямзяйев. Кичик мяктябйашлы ушагларын психоложи хцсусиййятляри, Бакы, «Маариф», 1968, сящ. 15.
125
Казымов Н. Тялим мащиййяти анлайышына даир, «Азярбайъан мяктяби» журналы, 1965, № 6, сящ.69.
164
əsasında yaranır və onunla əlaqəli olduqda əhəmiyyətlidir. Əgər o birinci siqnal sistemindən ayrı düşsə,
siz boş sözlər sahibi, boşboğaz olar və həyatda özünüzə yer tapmazsınız
126
.
Buna əsasən müəllimdən tələb olunur ki, yeni qanun və qaydaları, tərif və formulları onlarla
əlaqədar olan kifayət qədər fakt və hadisələrlə əlaqəli öyrətsin, yalnız bu zaman şagirdlər bu anlayışları
başa düşürlər. Müəllim şagirdlərin mücərrəd məfhumları başa düşmədən, quruca əzbərləməsinə yol
verməməlidir. Tərifi söyləyib izah edə bilməyən, qayda və qanunları əzbərdən deyib, onlara aid heç bir
fakt, misal gətirə bilməyən şagirdlərin bu biliyində məhz ikinci siqnal sistemi ilə birinci siqnal sistemi
arasında əlaqə olmur
127
.
Nəzəri məlumatların mənimsənilməsində aşağıdakıların əsas götürülməsi xüsusən faydalıdır:
a) nəzəri məlumatlar aydın, qısa, sadədən mürəkkəbə, konkretdən mücərrədə doğru və
emosional vəhdətdə şagirdlərə mənimsədilməlidir;
b) yeni nəzəri məlumatlar, şagirdlərin vaxtı ilə mənimsəmiş olduqları məlumatlara istinad
olunmaqla verilməli və
onlarla əlaqələndirilməlidir;
v) mənimsədilmiş nəzəri məlumatlar, əvvəlki məlumatlarla, eyni zamanda gələcəkdə
mənimsədiləcək məlumatlarla əlaqələndirilərək verilməlidir;
q) nəzəri məlumatlar şagirdlərin fikir fəallığının yüksədilməsi şəraitində və həm də onların
yaradıcı təfəkkürünə əsaslanaraq mənimsədilməlidir;
d) mənimsədilmiş nəzəri məlumatlar nəzəri və praktiki təfəkkürü inkişaf etdirməli, beyində
möhkəmləndirilməlidir, elə buna görə də onları tətbiqetmək zəruridir.
I-II sinif şagirdləri əksər halda cisim və hadisələri hər hansı bir təsadüfi əlamətinə görə
qavrayırlar. Onların qavrayışında passivlik üstünlük təşkil edir. Y.İ.İqnatov I sinif şagirdləri ilə apardığı
təcrübədə bu dövrdə qavrayışın kifayət qədər fərqləndirici xarakter daşımasını aşkar etmişdir. III sinifdə
isə kiçik məktəbyaşlı uşaqların qavrayışında əhəmiyyətli dəyişikliklər olur. Həmin yaşdan başlayaraq
uşaqlarda qavrayış fərqləndirici xarakter daşıyır.
Təfəkkür uşaqlarda konkret və emosional xarakter daşıyır. Lakin kiçik yaşlı məktəblilərdə
təfəkkürün ən yüksək səviyyədə inkişaf etdiyini demək çətindir. Bundan əlavə, onlarda qeyri-iradi diqqət,
mexaniki hafizə daha yüksək səviyyədə inkişaf edir və məntiqi təfəkkürün elementləri yaranmağa
başlayır. Həmçinin, bu yaşda uşaqlarda emosional vəziyyətlərin tez-tez dəyişməsi, xəyalpərəstlik və s.
hallar müşahidə olunur.
S.R.Rubinşteynin fikrincə əqli nəticə kiçik məktəb yaşı dövründə müəyyən inkişaf
mərhələləri keçir. Əqli nəticə birinci mərhələdə (I-II siniflərdə) əyanilik, bilavasitə müşahidə əsasında
qurulur. Bu dövrdə uşaq bilavasitə qavradığı, müşahidə etdiyi cisim və hadisələrə (III sinifdə) artıq
mücərrəd material əsasında da əqli nəticə çıxarmaq mümkün olur. Lakin bunun müvəffəqiyyətlə həyata
keçməsi üçün həmin mücərrəd materialı əyani sxemlər, tanış misallar vasitəsilə konkretləşdirmək əsas
şərtdir.
Uşaqların idrak fəaliyyətində təfəkkürün keyfiyyətləri də xüsusi əhəmiyyət kəsb edir.
Professor Ə.Bayramov tədqiqatlar əsasında müəyyənləşdirmişdir ki, kiçik yaşlı məktəblilərdə təfəkkürün
müstəqillik və tənqidiliyi təzahür edir. Bu dövrdə uşaq öz fəaliyyətində, işində müstəqil və tənqidi
düşünməyi bacarır. Lakin, kiçik məktəbyaşlı uşaqların hamısı eyni dərəcədə müstəqil və tənqidi düşünə
bilmirlər. Bəzi uşaqlar heç bir kənar kömək olmadan müstəqil və tənqidi düşünürlər. Bəzilərinə isə
qismən kömək etmək, istiqamət vermək lazım gəlir. Elə uşaqlar da vardır ki, kənardan əsaslı kömək
olmadan nə müstəqil düşünə, nə də öz idrak obyektlərinə tənqidi yanaşa bilirlər
128
.
D.B.Elkonin və B.V.Davıdov öz tədqiqatlarına əsaslanaraq kiçik yaşlı məktəblilərdə
təfəkkürün konkret xarakter daşıdığını, ona görə də xüsusidən ümumiyə, induktiv yoldan istifadəyə
üstünlük verənlərin fikri ilə razılaşmırlar. Onların fikrincə ümumidən xüsusiyə doğru getmək yolu ilə
konkret anlayışları təşəkkül etdirmək mümkündür. Bunun üçün də xüsusi proqram hazırlamış və
126
И.П.Павлов. Павлов чяршянбяляри (русъа), ЫЫЫ ъилд, сящ. 318.
127
Педагоэика. Проф.М.Мурадхановун рящбярлийи иля, Азяртядрисняшр, Бакы, 1964, сящ.95-96.
128
Бах: Я.Байрамов. Шаэирдлярдя ягли кейфиййятлярин инкишаф хцсусиййятляри. «Маариф», Бакы, 1967.
165
təcrübədən keçirmişlər. Təcrübəyə əsaslanaraq onlar belə nəticəyə gəlirlər ki, adi halda nisbətən təlimin
bu şəkildə qurulması (onlar təcrübədən keçirdiyi təlim materialını elə tərtib etmişlər ki, həmin materialın
mənimsənilməsi şagirdlərin mükəmməl mücərrədləşdirməyə yiyələnmələrinə və sonradan konkret
hadisələri təhliletmə prosesində elmi anlayışlara əsaslanmağa imkan vermişdir) şagirdlərdə mücərrəd
təfəkkürün, idrak qabiliyyətlərinin daha tez təşkili üçün imkan yaradır, təlim materialları daha şüurlu
mənimsənilir.
Dostları ilə paylaş: |