1.2.Nəzəri biliklərin mənimsədilməsi metodları
Müşahidələr göstərir ki, hər bir bədən tərbiyəsi hərəkətinin özünəməxsus metodik
xüsusiyyətləri olduğu kimi, onlara aid nəzəri materialların öyrədilməsi yolları da müxtəlifdir Nəzəri
məlumatların müvəffəqiyyətlə öyrədilməsi mövzunun məqsəd və məzmun aydınlığından, şagirdlərin yaş
xüsusiyyətlərinin nəzərə alınmasından çox asılıdır.
Təcrübə göstərir ki, bədən tərbiyəsi dərslərində nəzəri məlumatların şagirdlər tərəfindən
mənimsənilməsinə təsir göstərən başlıca amillərdən biri də müəllimin üsul və priyomları düzgün seçməsi,
onlardan ustalıqla istifadə edə bilməsidir.
Təcrübə göstərir ki, bədən tərbiyəsi üzrə məlumatların verilməsində şifahi şərh, müsahibə və
illüstrasiyalardan istifadə edilir. Hərəkətlərə aid nəzəri məlumatlar dərsin əvvəlində 3-6 dəqiqə ərzində
verilir.
Nəzəri məlumatların nəqletmə yolu ilə verilməsi. Nağıletmə lazımi səviyyədə təşkil edildikdə
verilən məlumatı şagirdlər həvəs və diqqətlə dinləyirlər, sinifdə yüksək fəallıq yaranır. III sinifdə «Sıra
təlimi» mövzusu üzrə nəzəri məlumatları nəqletmə yolu ilə belə vermək olar: Uşaqlar sıra və cərgədə
dayanarkən qabaqda duran şagird istiqamətçi, ən axırdakı isə tamamlayıcı adlanır. Sıra və cərgə
hərəkətlərinin icrasında istiqamətçinin rolu böyükdür. Şagirdlər sıra və cərgədə istiqamətçiyə baxaraq
düzlənirlər, sinifdən geyim otağına, oradan idman zalına və ya meydançaya, habelə geri qayıdarkən
uşaqlar istiqamətçinin arxasınca irəliləyirlər. Uşaqlar, cərgə və sıraya düzlənməyi öyrəndikdə və buna
vərdiş etdikdə dərs və toplanışlar zamanı öz yerinizi daha tez tapa bilərsiniz. Belə olduqda bir-birinizi
sıxışdırmaz, itələməz, yoldaşlarınızın dabanını tapdalamaz, həmçinin də səs-küy salmazsınız. Uşaqlar,
yadda saxlayın ki, sıra hərəkətlərini icra edərkən baş düz tutulur, bel əyilmir, qarın bir qədər arxaya
sıxılır, döş qəfəsi isə bir az genişlənərək irəli çıxır. Bu cür vəziyyətin yaranması qamətin düzgün
inkişafına xeyli kömək edir. Belə hərəkətlər gövdə və qıç əzələlərini, xüsusən arxa əzələlərini nisbətən
möhkəmləndirir, onun çevikliyini artırır. Həmin əzələlərin möhkəm olması və normal inkişafı isə
onurğanın əyilməsinin qarşısını alır, həm də qanın damarlarda yaxşı hərəkət etməsinə müsbət təsir
göstərir. Uşaqlar, sıra hərəkətləri zamanı tənəffüsün müntəzəm və düzgünlüyünə də xüsusi fikir vermək
lazımdır. Tənəffüs, əsasən burunla edilməlidir. Çünki burnunuzun iç tərəfi seliklə örtüldüyündən hava
oradan keçərkən toz seliyə ilişib qalacaq, ciyərlərinizə isə ancaq təmiz hava daxil olacaqdır…
Sıra hərəkətlərini düzgün mənimsədikdə yeriş vaxtı müvazinəti gözləmək asanlaşır. Düzgün
müvazinət saxladıqda yeriş asan və yüngül olur, adam məsafəni tez qət edir, gec yorulur. Sıraya düzülmə
hərəkətləri zahiri görünüşün gözəlləşməsinə, yeriş zamanı addımların daha səlis atılmasına müsbət təsir
edir.
Nəzəri məlumatların izahetmə yolu ilə verilməsi. İzahetmə nağıletmə ilə qarşılıqlı əlaqədə olub,
müəllimin şifahi şərhinə daxildir. Nəzəri məlumatların verilməsi zamanı izahatdan çox istifadə olunur.
Məsələn, müəllim II sinifdə «Yeriş» mövzusu üzrə nəzəri məlumatları belə izah edir:
- Uşaqlar, siz hamınız yeriməyi bacarırsınız. Lakin yoldaşlarınızdan bəziləri düzgün yeriyə
bilmirlər. Düzgün yeriş üçün bədəni düzgün tutmaq əsas şərtdir. Çünki düzgün yeriş gövdə, qol-qıç və
ürək əzələlərinin fəallığını artırır. Düzgün yeriş bədəni icra olunacaq hərəkətə hazırlayır. Siz yeriş
hərəkətləri etmədən tullanma və qaçış hərəkətlərinə keçsəniz, ürəyin damarlara vurduğu qanın miqdarı
birdən-birə artar, qanın damarlara axma sürəti çoxalar. Ürəyiniz tez-tez döyünməyə başlayar, yorula bilər.
Nəticədə orqanizmin oksigenlə təmin olunması çətinləşər.
Tullanma və qaçışa birdən-birə başlamaq ciyəlrlərə daxil olan havanın miqdarını xeyli çoxaldır.
Tənəffüsü çətinləşdirir. Yəni köhnə havanın bayıra buraxılması və təmiz havanın vaxtında qəbulu
pozulur. Bütün bunlar qaçış və tullanmalardan sonra təngnəfəslik, başağrısı, sancılanma və ürək
bulanması hallarına səbəb olur. Bu da orqanizmin sağlamlığı üçün zərərlidir.
166
Nəzəri biliklərin şagirdlər tərəfindən əsaslı və şüurlu mənimsənilməsinə kömək edən, onlarda
əqli fəaliyyəti inkişaf etdirən mühüm priyomlardan biri də müqayisədir.
Qabaqcıl müəllimlərin iş təcrübəsi göstərir ki, yeni nəzəri məlumatları keçmiş məlumatlarla
müqayisəli şəkildə öyrətməyin böyük əhəmiyyəti vardır. Məsələn, müəllim II sinifdə «Paraşütçülər»
oyunu üçün nəzəri məlumatı izah edərkən onu «Dovşanlar bostanında» oyununun tədrisində verdiyi
məlumatla belə müqayisə edir:
- Uşaqlar, «Paraşütçülər» oyunu qol və qıç əzələlərini inkişaf etdirir, onların gücünü və
çevikliyini artırır, döş qəfəsini, ayaq əzələlərini, eyni zamanda qol, qıç sümüklərini və oynaqlarını
bərkidir. Bu oyunun ürək əzələlərinin inkişafı üçün də mühüm əhəmiyyəti vardır.
Yadınızdadırmı, «Dovşanlar bostanında» oyununu keçərkən öyrənmişdik ki, həmin oyun başlıca
olaraq döş qəfəsi, qol, qıç və əsasən ayaq əzələlərini inkişaf etdirir, onurğa əzələlərini müəyyən qədər
qüvvətləndirir. Deməli, bu oyunların hər ikisi döş qəfəsi əzələlərinə, qol-qıç və xüsusən ayaq əzələlərinin
inkişafına kömək göstərir. Lakin «Paraşütçülər» oyununun orqanizmin inkişafına başqa təsiri də vardır.
Məsələn, bu oyunda siz hündürdən müəyyən bir sahəyə düzgün və dəqiq tullanmağı öyrənir, müvazinəti
saxlamağa alışırsınız.
Göründüyü kimi, müəllim «Paraşütçülər» oyounu üzrə yeni məlumatı verərkən uşaqların
«Dovşanlar bostanında» oyununa aid keçmiş biliklərini təkrarlayır, həm də yeni məlumatlarla əvvəlkiləri
müqayisə edərkən onların fərqini uşaqlara başa salır. Bu da yeni verilən məlumatın asanlıqla
qavranmasına səbəb olur.
Nəzəri məlumatların illüstrasiya və demonstrasiya üsulu ilə öyrənilməsi. Nəzəri məlumatların
şagirdlərə yaxşı öyrədilməsində illüstrasiya və demonstrasiyanın rolu böyükdür. Bunlardan istifadə
olunması təlimi maraqlı edir, şagirdin diqqət və qavrayışını fəallaşdıraraq yeni biliyin qısa vaxt ərzində
aydın şəkildə öyrədilməsinə kömək göstərir. Əyani qavranılan biliklər uzun müddət şagirdlərin yadında
qalır. Bunun əsas səbəbi yeni biliyin qavranılması prosesinə hiss üzvlərinin, xüsusən görmə üzvünün
bilavasitə iştirak etməsidir. Bu prosesdə mərkəzi beyin qabığında bir sıra müvafiq qıcıqlar yaranır, həmin
qıcıqlar beyin mərkəzində nə qədər çox baş verərsə və möhkəmlənərsə, qazanılmış biliklər də hafizədən
uzun müddət silinməz olur. K.D.Uşinski yazırdı: «…Uşaq hafizəsində hər hansı şeyin möhkəm iz
buraxmasını istəyən pedaqoq bu yadda saxlamaq aktında mümkün qədər daha çox hiss orqanlarının,
gözün, qulağın, səsin, əzələnin hərəkət hissəsinin və hətta mümkünsə iy və dadbilmə orqanlarının iştirakı
qayğısına qalmalıdır»
129
.
P.F.Lesqaft isə deyirdi ki, adamda heç bir duyğu və ya fikir xarici oyandırıcıların vasitəsi və ya
dolayı yolla təsiri olmadan əmələ gəlmir. İnsanın zehni fəaliyyətinin oyadıcısı, onun hiss orqanlarına təsir
göstərən xarici mühitdir. Hiss orqanları xarici aləmdə baş verən hadisə, yaxud cisimləri qavramaqda nə
qədər çox iştirak edirsə, insanda onlar haqqında bir o qədər təsəvvür yaranır və onlar yadda qalırlar.
Qeyd etməliyik ki, müəllim bu üsulda əvvəlcədən keçəcəyi mövzuya aid əyanilikdən necə
istifadə edəcəyini müəyyənləşdirməli və müvafiq didaktik vəsaitlər hazırlamalıdır. Qabaqcıl müəllimlər
nəzəri məlumatların şagirdlərə çatdırılmasında şəkil, kino-film və diafilmlərdən, habelə əşyanın özündən
istifadə edirlər.
İbtidai siniflərdə məlumatların verilməsində ən çox işlədilən illüstrasiya və nümayişetdirmə
üsullarıdır.
Təcrübə göstərir ki, müəllim əyani və texniki vasitələrdən istifadə edərkən nağıl, izah və
müsahibə üsullarına da əl atır. Bəzən o, nəzəri materialı izah və nağıl edə-edə əyani vasitələrdən bəzən də
əksinə istifadə edir. Bunların birlikdə tətbiq olunması məlumatların təlim keyfiyyətini yüksəldir və biliyi
daha da möhkəmləndirir.
Nəzəri məlumatların şəkillər üzrə verilməsi. Müəllim III sinifdə «Qaçışa» dair məlumat vermək
üçün «Sən düzgün qaçmağı bacarırsanmı?» şəkillərindən dərsin hazırlıq hissəsində istifadə edir (3-6
dəq.). Bu şəkillər iki hissəyə ayrılır. Plakatın bir tərəfindən düzgün yerişlərə, digər tərəfində isə düzgün
olmayan yerişə aid şəkillər çəkilmişdir. Həmin şəkillər zahiri görünüşünə görə bir-birindən xeyli
fərqlənirlər. Müəllim bu şəkilləri göstərərək soruşur:
129
К.Д.Ушински. Сечилмиш педагожи ясярляри, Бакы, Азярняшр, 1953-ъц ил, сящ.302-303.
167
- Kim deyər, bu şəkillərin hansı düzgün qaçışa aiddir?
Şagird:
- Soldakı şəkil.
Müəllim: - Bunu nə ilə izah etmək olar?
Şagird: - Soldakı şəkildə baş düz tutulur, döş qəfəsi isə az irəli çıxır. Sol qol dirsəkdən yarım
qatlanaraq azca arxaya getmiş əl barmaqları isə bir-birinə yumşaq sıxılmışdır.
Müəllim: - Bu şəklə aid daha nə demək olar?
Şagird: - Sol qıç diz və bud oynaqlarından bükülərək bir qədər yuxarı qaldırılmış, sağ qol isə
irəlidə dirsəkdən bükülmüşdür.
Müəllim sağdakı şəkli göstərib deyir:
- Uşaqlar, indi də bu şəklə baxın. Burada baş və gövdə azca irəli əyilmiş, qol aşağıdan arxaya
sərbəst getmək əvəzinə, yana çıxmış, əl bükülməmişdir.
Müəllim şəkillər üzrə «Qaçış» haqqında məlumatı belə verir:
- Uşaqlar, qaçış bədənin sağlam, fiziki cəhətdən möhkəm olması üçün çox vacibdir. Qaçışla
müntəzəm məşğul olsanız, qol-qıç əzələlərinizin gücü və sürəti getdikcə artacaq, sümükləriniz daha da
bərkiyəcəkdir. Qaçış həm də ürək əzələlərini və ağ ciyərləri möhkəmləndirir. Ürək əzələlərinin möhkəm
olması qanın damarlara normal vurulmasında böyük rol oynayır. Yəqinki, bir çoxlarınız qaçdıqda
ürəyinizin normadan artıq döyünməsini və nəfəsin çətinləşməsini hiss etmisiniz. Belə halların qarşısını
almaq üçün siz mütləq müntəzəm olaraq qaçışla məşğul olmalısınız. Qaçışa həmişə yerişdən sonra
başlayın, qaçacağınız məsafəni günbəgün artırın. Qaçış zamanı tənəffüsü düzgün edin. Dayandıqda daha
çox hava alıb-verməyə çalışın. Çünki qaçışda bədən havanı çox itirməklə, həm də havaya olan ehtiyacı da
artırır. Dərin nəfəs almaqla bu ehtiyacı ödəyə bilərsiniz.
Nəzəri məlumatların uşaqların bədəni üzərində verilməsi. Nəzəri məlumatların verilməsi üçün
insan bədəninin özündən əyani vasitə kimi istifadə etməyin böyük əhəmiyyəti vardır. Məsələn, müəllim
III sinifdə «Qamətin düzgün inkişafı üçün hərəkətlər» üzrə məlumat verərkən, o, bu işə 3-6 dəqiqə sərf
etməklə bədəndən əyani vasitə kimi istifadə edir. Müəllim bir nəfər düzgün qamətli şagirdi qabağa
çağırır. Uşaqlara bu qaməti diqqətlə nəzərdən keçirməyi və aşağı siniflərdə qamət haqqında öyrəndiklərini
yada salmağı tapşırır. Bu vaxt müəllim düzgün inkişaf etməmiş bədən şəklini nümayiş etdirir və hər ikisi
üzərində şərh yolu ilə məlumat verir. O, düzgün qaməti göstərərək deyir:
- Uşaqlar, görürsünüzmü, düzgün inkişaf etmiş bədən necə qəşəng və yaraşıqlıdır?
Sonra müəllim digər şəkli göstərir:
- Baxın, burada qamət əyilmişdir. Belə əyriliklər qanın normal hərəkətinə və tənəffüsə mane
olur. Yadda saxlayın ki, siz yaşda olan uşaqlarda qamət daha tez əyilə bilər. Bunun səbəbi həmin yaşda
sümüklərin zəif və elastiki olması, qaməti düzgün saxlayan əzələlərin hələ bərkiməməsidir. Odur ki,
bədəndə qeyri-normal əyriliklərin yaranmasının qarşısını almaq üçün müntəzəm olaraq qamət
hərəkətlərini yerinə etirmək lazımdır, çünki belə hərəkətlər qaməti düz saxlayan əzələləri inkişaf etdirir,
bədəni irəli və arxaya, sağa və sola əyən əzələ və sümükləri möhkəmləndirir.
Nəzəri məlumatların göstərmə üsulu ilə verilməsi. Göstərmə üsulundan istifadə etməyin böyük
üstünlükləri vardır. Bu üsul fiziki hərəkətlərin bədəndə əmələ gətirmiş olduğu dəyişiklikləri uşaqların
gözü önündə canlandırır, onların diqqətini yeni məlumatlara cəlb edir.
Təcrübə göstərir ki, nəzəri məlumatların şagirdlərə çatdırılmasında kinolardan istifadə olunduqda
yaxşı nəticə verir. Məlum olduğu kimi, bədən tərbiyəsi hərəkətlərinin ürək əzələlərinə, qan damarlarına,
tənəffüs üzvlərinə, həmçinin gövdənin əzələ və sümüklərinə təsir etmə prosesini gözlə görmək mümkün
deyildir. Lakin bunları kino vasitəsilə göstərmək mümkün olur. Məsələn, müəllim III sinifdə «Akrobatika
hərəkətləri» mövzusu üzrə nəzəri məlumatları verərkən gimnastika üzrə keçirilmiş dünya birinciliyinə aid
kino-filmi nümayiş etdirir.
O, əvvəlcə şagirdlərə filmdə idmançıların bədən quruluşuna, hərəkətlərin icrasında əzələlərdə baş
verən dəyişikliklərə, idmançının cəldliyinə, dözümlülüyünə və s. diqqət yetirməyi tapşırır. Bundan sonra
birinciliyin keçirildiyi ölkə, şəhər, habelə yarışın keçirildiyi geniş və yaraşıqlı idman zalı ekranda
görünür. Məşhur idmançıların akrobatik sıçrayışları, qüvvət və güc tələb edən hərəkətləri məharətlə
yerinə yetirməsi uşaqlarda böyük maraq doğurur.
168
Bundan sonra müəllim kinolentin hərəkətini dayandırır və ayrı-ayrı kadrlar üzərində lazımi
izahat verir. Məsələn, gimnastika üzrə olimpiya və dünya çempionları B.Şaxlinin, Ə.Nazmutdinovanın və
s. hərəkətləri icra edərkən qol, qıç,əzələlərində adi gözlə görünən şişməni, damarların gərginləşməsini,
üzdə əmələ gələn qızartını, tənəffüsün dərindən alınıb – verilməsini və s. bir-bir şagirdlərə əyani olaraq
göstərir. Bununla da uşaqlar bədən tərbiyəsi hərəkətlərinin orqanizmə necə təsir etdiyini gözlə görürlər.
Müşahidələr göstərir ki, nəzəri məlumatlara aid izahatları həm kinodan əvvəl, həm də sonra
vermək olar. Əlbəttə, bu üsullar mövcud materialın xüsusiyyətlərindən asılı olaraq tətbiq olunmalıdır.
Bəzən müəllimlər kinonun gedişində izahata az yer verirlər. Təcrübə göstərir ki, bədən tərbiyəsindən
nəzəri məlumatları kino vasitəsilə verərkən kadrı dayandırıb izahat vermək yaxşı nəticə verir. Bu yolla
şagirdlər fiziki hərəkətlərin bədənə təsirini, görmə, eşitmə üzvləri ilə dərk etmək, onları bir-biri ilə
müqayisə etmək və s. imkanlarına malik olurlar. Nəzəri məlumatların öyrənilməsində diafilmdən və
alloskopdan da istifadə oluna bilər. Bu vaxt kadrlar hərəkətsiz olaraq göstərilir. Müəllim isə həmin
kadrlar üzrə şagirdlərə izahat verir.
1.3.Nəzəri biliklərin şagird şəxsiyyətinə təsiri
Zəbt olunmuş torpaqlarımızın azad olunması, iqtisadiyyatın yüksədilməsi, hərtərəfli inkişaf etmiş
vətənpərvər yeni insan tərbiyə etmək kimi çox mühüm vəzifələrin həyata keçirilməsini tələb edir.
Bu baxımdan şagird şəxsiyyətin formalaşması böyük əhəmiyyətə malikdir. Şəxsiyyətin
formalaşmasında bilik mühüm rol oynayır. Klassiklərin tərbiyə haqqında təlimi şagirdlərin fiziki
tərbiyəsinin nəzəriyyə və praktikasının ideya-siyasi əsasını təşkil edir. Məktəbdə fiziki tərbiyə nəzəriyyəsi
və praktikası hüquqi və demokratik yeni cəmiyyət qurucusunun milli kurrikulum prinsiplərinə müvafiq
olaraq mənəvi əqidənin, hiss və vərdişlərin formalaşmasına xidmət edir.
Fiziki tərbiyə şagirdlərdə hərəki qabiliyyətlərin artmasına, əqli, əxlaqi, estetik keyfiyyətlərin
formalaşmasına, ana dili, musiqi, təbiətşünaslıq və s. fənlərin mənimsəməsinə müsbət təsir göstərir.
I-IV sinif şagirdlərinin fiziki tərbiyə məşğələlərində təbii hərəkət növlərindən yeriş, qaçış,
tullanmalar, cisim atmaq, dırmaşmaq, müvazinət və s. hərəkətlər təlim edilir. Hərəkətverici keyfiyyətlər,
cəldlik, çeviklik, dözümlülük inkişaf etdirilir, qaməti düzgün saxlamaq vərdişləri aşılanır, hərəkətlərlə
tənəffüsü əlaqələndirmək yolları öyrədilir. Bu cür məşğələ zamanı müxtəlif məqsədli mütəhərrik
oyunların keçirilməsi, həmçinin fiziki hərəkətlərin dönə-dönə icra olunması nəticəsində şagirdlər təbii
hərəkət növləri üzrə vərdişləri, hərəkət keyfiyyətlərini daha çətin şəraitdə, əmək sərf etməklə
təkmilləşdirirlər. Onlar fiziki tərbiyə məşğələləri və idman-sağlamlıq tədbirlərində kollektiv surətdə
oynamaq, komandasının qalib gəlməsi üçün bütün qüvvə və bacarıqlarını sərf etmək, idman mübarizəsi
şəraitində yoldaşını qələbəyə ruhlandırmaq, hərəkətləri cəld, düzgün yerinə yetirmək, oyunun qayda və
tələblərinə riayət etməkdə ona kömək etmək və vətənpərvərlik, mərdlik, qətilik, beynəlmiləlçilik kimi
mənəvi keyfiyyətlərə yiyələnir, orqanizmlərini möhkəmləndirirlər. Bu prosesdə həm də idman alət və
avadanlığına düzgün münasibət, məşğələ yerlərində sağlamlıq-gigiyena tələblərini gözləmək, təşkilatçılıq
və mədəni davranış vərdişləri tərbiyə edilir.
Fiziki tərbiyə məşğələlərində bütün bunların həyata keçirilməsi nəticəsində şagirdlər əmək, ,
təbiətşünaslıq fənləri üzrə, estetika, əxlaq tərbiyəsi və sağlamlıqla əlaqədar bir sıra zəruri bilik, bacarıq və
vərdişlər qazanırlar.
Fiziki tərbiyə məşğələlərinin qarşısında duran başlıca vəzifələrdən biri də şagirdlərə gigiyena
vərdişləri (bədənə qulluq etmək, idman məşğələsində səliqəli geyinmək və s.) aşılamaq, fiziki hərəkətlərə
maraq yaratmaqdan ibarətdir.
Respublikamızın kənd rayonlarında və Bakı şəhəri məktəblərində apardığımız müşahidələr
göstərir ki, şagirdlərə fiziki tərbiyəyə dair nəzəri məlumatların verilməsi, ümumtəhsil məktəblərindən
tələb olunan bəzi vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi üçün xüsusilə vacibdir. Buna görə də
fiziki tərbiyəyə dair nəzəri məlumatlar ümumtəhsil məqsədi daşıyır və həmin əsasda da şagirdlərə biliklər
mənimsədilir.
Bakı şəhərindəki 13, 25, 158, 254 saylı məktəblərdə fiziki tərbiyə sahəsində aparılan işləri
öyrəndikdən sonra bizə məlum oldu ki, əməyə hazırlıqda, bədəni möhkəmləndirməkdə, əhval-ruhiyyəni
yaxşılaşdırmaqda, eyni zamanda digər təlim fənləri üzrə elmi biliklərə yiyələnməkdə fiziki tərbiyənin rolu
barədə nəzəri məlumatların mənimsədildiyi siniflərdə təlim-tərbiyə işlərinin səviyyəsi digər siniflərə
169
nisbətən yüksəkdir. Nəzəri məlumatlara sahib olmuş digər kiçik məktəbyaşlı uşaqlar hər cür fiziki
hərəkətləri icra etməyə can atır, oyun zamanı qalib gəlmək üçün bütün imkanlardan səmərəli istifadə edir,
iradəcə möhkəm, hərəkətlərində təmkinli, səbirli olmaqla, həm də müsbət emosional hallar keçirirlər.
Təcrübə göstərir ki, nəzəri məlumatlara yiyələnmiş uşaq məktəbin ictimai mülkiyyətini korlamır,
binanı zibilləmir. Onlar gün rejiminə düzgün riayət edir, adlı-sanlı idmançıların adını bilir, idman
televiziya və radio verilişlərini müntəzəm izləyir, siniflərarası keçirilən yarışlara xüsusi həvəs göstərir,
qalib gələn sinif komandası ilə maraqlanır, bəzən də idmanla əlaqədar gedən faydalı mübahisələrə
qoşulurlar.
Məktəb təcrübəsi göstərir ki, şagird fiziki hərəkətləri əmək vərdişlərində, sağlamlıqda, vətəni və
mülkü müdafiəyə hazırlıqda vacibliyini dərk etmədikdə, bu sahədə elmi biliklərə yiyələnmədikdə əsas
mahiyyəti başa düşmür, hərəkətləri mexaniiki yerinə yetirir. Bu isə təhsilə öz mənfi təsirini göstərir.
Professor N.İ.Boldırev yazır: «Mxtəlif elm, bilik sahələrinin qarşılıqlı əlaqəsi təbiət və cəmiyyət
hadisələrinin, dünyanın dialektik birliyinin qarşılıqlı asılılığını əks etdirir. Elm öyrəndiyi ictimai həyat və
təbiət hadisələrinin mahiyyətinə nə qədər nüfuz edirsə, bir o qədər də başqa elmi biliklər sahəsi ilə təmas
və qarşılıqlı əlaqə yaranır və bu da onların qarşılıqlı surətdə zənginləşməsinə və inkişafına kömək edir»
130
.
Deyilənlərdən belə nəticə çıxarmaq olur ki, fiziki tərbiyəyə aid verilən nəzəri məlumatlar ibtidai
siniflərdə tədris olunan digər fənlərdə, estetik və əxlaqi tərbiyədə müəyyən əhəmiyyətə malikdir. Fiziki
tərbiyə üzrə nəzəri məlumatların mənimsənilməsi tədris fənləri və vətənpərvərlik, milli-əxlaqı tərbiyə,
estetik tərbiyə, əmək təlimi və s. üçün bir çox cəhətdən əhəmiyyətlidir.
1.Fiziki tərbiyə məşğələlərində sanitariya-gigiyena sahəsində bilik, bacarıq və vərdişlər aşılanır,
qamətin düzgün inkişafı, barmaq, bilək, qol, gövdə-əzələ və sümükləri möhkəmləndirmək üçün xüsusi
fiziki hərəkətlər icra olunur. Şagirdlərə düzgün yerimək, düzgün qaçmaq və düzgün dayanmaq, təlimlə
istirahəti düzgün uyğunlaşdırmaq yolları öyrədilir. Bu fiziki tərbiyə üzrə hərəkətlərin şüurlu surətdə
yerinə yetirilməsinə səbəb olduğu kimi, əmək dərslərinin gedişi zamanı yorulmanın da qarşısını alır, qısa
zaman kəsiyində tapşırıqlar intensiv olaraq yüksək keyfiyyətlə yerinə yetiririk.
2. Fiziki tərbiyə üzrə nəzəri məlumatlar verildikdə şagirdlər insan bədəninin quruluşu, ayrı-ayrı
orqanların adı və harada yerləşməsini öyrənir, sanitariya-gigiyena vərdişləri əldə edir, bədənin
möhkəmlənməsində, sağlamlıqda fiziki hərəkətlərin əhəmiyyətini başa düşürlər. Bu, şagirdlərin
təbiətşünaslıq fənnindən
mənimsəniləcək şəxsi və ictimai gigiyena qaydalarını bilməyə və bu qaydalara ciddi əməl etməyə
hazırlayırvərdiş etdirir.
3. Fiziki tərbiyənin sağlamlıq və iş qabiliyyətini artıran vasitə olması, qamətin düzgün tərbiyə
edilməsində rolu barədə
nəzəri məlumatların mənimsədilməsi, hərəkətlərin tənəffüslə
uyğunlaşdırılmasının öyrədilməsi, bu prosesdə sanitariya-gigiyena biliklərinin verilməsi, faydalı bacarıq
və vərdişlərin yaradılması, uşaqların mənəvi, fiziki keyfiyyətlərə yiyələnmələri əmək tərbiyəsi
vəzifələrinin həyata keçirilməsinə xidmət edir. Bunlar uşaqlara kollektiv işləməyi və əməkdaşlıq etməyi
öyrədir, iş yerini təmiz saxlamaq, səliqəlilik, ictimai mülkiyyəti qorumaq və s. vərdişlərin aşılanmasına
səbəb olur. Görkəmli idmançıların həyat və fəaliyyətindən gətirilən konkret nümunələr vasitəsilə
şagirdləri fiziki tərbiyə və idmanın, əmək təliminin qarşısında duran mühüm vəzifələrdən olan fənnə
marağı, əməksevərliyi, əməyə xaliqələr yaradan əmək adamlarına doğru-düzgün münasibət bəsləmək
ruhunda tərbiyə etmək mümkündür.
4. Yarış, gimnastika, idman nümayişləri və milli xalq oyunlarının musiqinin müşayiəti ilə
keçirilməsi, yaxud poetik xarakterli oyunların şer deməklə, mahnı oxumaqla və çalğı ilə yerinə
yetirilməsi, geyimlərin münasibliyi və eyni rəngdə olması, onların vaxtlı-vaxtında yuyulması, ütülənməsi,
məşğələ yerinin, geyinib-soyunma otaqlarının səliqəli olması, bədənin təmiz saxlanması və s. haqqında
mənimsədilən nəzəri məlumatlar uşaqların hissiyatına, zövqünə təsir edir, onları formalaşdırır.
5. Məlumdur ki, kiçik yaş dövründə psixoloji inkişafla əlaqədar şagirdlərdə öz hərəkətlərinə,
müvəffəqiyyətlərinə inamsızlıq, iradəsizlik özünü göstərir. Onlarda qətiyətliliyin ilk əlamətlərinin
130
«Азярбайъан мяктяби» журналы,1975-ъи ил,№3,сящ 33.
170
olmasına baxmayaraq, şagirdlər tək-tək hallarda öz qərarı üzərində dayanır, çətin və müxtəlif növ təlim
fəaliyyəti ilə qarşılaşırlar. Onlar zehni və əməli fəaliyyətlərin öhdəsindən gəlmək üçün iradəcə də
möhkəm olmalıdırlar. Lakin bu yaş dövründə uşaqlar hələ uzunmüddətli iradi möhkəmlik göstərə
bilmirlər. Bu yaşda möhkəm iradəlilik, dözümlülük, təkidlilik, intizamlılıq, vətənpərvərlik, əməksevərlik,
düzlük və s. keyfiyyətləri inkişaf etdirmək, şəxsiyyəti formalaşdırmaq zəruridir. Bu baxımdan fiziki
tərbiyə üzrə verilən nəzəri məlumatlar mühüm əhəmiyyətə malik olmaqla hərtərəfli inkişaf üçün zəmin
yaradır.
Müəllimlər şagird şəxsiyyətinin formalaşması üçün kosmos qəhrəmanlarının, görkəmli
idmançıların həyat və fəaliyyəti ilə əlaqədar konkret nümunələrdən istifadə edirlər. Onlar sağlam,
bədəncə möhkəm və iradəli olmaqla fiziki tərbiyənin əhəmiyyəti ilə bağlı ümummilli liderimiz, sabiq ölkə
prezidenti H.Ə.Əliyevin söylədiyi fikirlərlə şagirdləri tanış edir, onun bədən tərbiyəsi ilə müntəzəm
məşğul olması haqqında maraqlı məlumatlar verir və bununla şagirdləri böyük şəxsiyyət H.Ə.Əliyevin
nümunəsi əsasında tərbiyə edir, onun ümummilli liderimiz olduğunu anlatdırır.
Yasamal rayonundakı 13 saylı məktəbin müəllimi N.Murtuzəliyeva H.Ə.Əliyevin bədən
tərbiyəsi və idmana şəxsi münasibəti ilə əlaqədar məlumatı III sinif şagirdlərinə belə çatdırır:
- Uşaqlar, ümummilli liderimiz H.Ə.Əliyev bədən tərbiyəsi və idmanla məşğul olmağı yüksək
qiymətləndirirdi. Bədən tərbiyəsi ilə məşğul olmağın sağlamlıq üçün əhəmiyyətini dəfələrlə göstərmişdi.
O, müxtəlif bədən tərbiyəsi hərəkətləri ilə məşğul olur, bunları gümrahlıq və sağlamlıq mənbəyi, iş
qabiliyyətini bərpa edən gözəl vasitə sayırdı.
Müəllim həm də uşaqların nəzərinə çatdırır ki, çox gərgin zehni işlə məşğul olsa da, öz can
sağlığının qayğısına qalmağı bacarırdı. O, sağlamlıq üçün zərərli olan adətləri xoşlamırdı, üzgüçülüklə
məşğul olur, təmiz havada piyada gəzməyi çox sevirdi. Bütün bunlar onun sağlamlığının daha da
möhkəmləndirir və iş qabiliyyətini artırırdı. Buna görə də o, nə qədər işləsə də, heç vaxt yorulmur,
həvəsdən düşmür, insanlara qarşı təmkinli olur, qayğı göstərməkdən həzz alırdı.
Sonra müəllim uşaqlara xatırladır ki, H.Ə.Əliyev hər gün səhər gimnastikası ilə məşğul olur,
bunu hamının etməsini tövsiyə edirdi.
Ölkə prezidenti İ.H.Əliyevin də uşaq və yeniyetmələrin bədən tərbiyəsi və idmanına xüsusi qayğı
göstərdiyi barədə də məlumat verir. Ölkəmizdə onlarla yeni-yeni olimpiya bazalarının tikilməsindən söz
açır.
Müəllim bu cür konkret nümunələr vasitəsilə şagirdlərin şəxsiyyət kimi formalaşmasına təsir
etmiş olur. Beləliklə, şagirdlər ölkə rəhbərləri nümunəsində tərbiyə oluna bilirlər.
Təcrübə göstərir ki, şagird şəxsiyyətinin formalaşmasında məktəb yaşında öz bədənini fiziki
hərəkətlərlə möhkəmləndirən adamları Böyük Vətən müharibəsində misilsiz qəhrəmanlıqları ilə tanış
etmək də müsbət əhəmiyyət kəsb edir. Belə ki, müəllimlər bədəncə möhkəm və sağlam əsgərlərin ən çətin
şəraitdə belə böyük cəsurluq, mərdlik göstərdiklərini şagirdlərin nəzərinə çatdırmaqla, onlarda Böyük
Vətən müharibəsi iştirakçılarının nümunəsində müsbət əxlaqi sifətlər aşılayırlar. Bu cəhətdən Bakının
Xətai rayonundakı 254 saylı məktəbin III sinif müəllimi Z.Quliyevanın apardığı iş diqqətəlayiqdir. O,
uşaqlara Böyük Vətən müharibəsində şəhər və kəndlərimizi qəhrəmancasına müdafiə etməsindən
danışarkən 2 dəfə Sovet İttifaqı Qəhrəmanı O.Borzenkonun aşağıdakı sözlərini xatırladır: «Fiziki
möhkəmlik müharibədə mənə çox lazım oldu. Mübaliğə etmədən deyə bilərəm ki, uşaqlıq dövründə mən
öz bədənimə və iradəmə təlim verməsəydim, məni azı 20 dəfə öldürə bilərdilər. Lakin hər dəfə döyüşdə
mən düşməndən daha güclü və daha çevik çıxırdım. Alman bölür, mən isə sağ qalırdım. Krım sahilinə
çıxardığımız sonuncu desant əməliyyatında ən qəti dəqiqədə gülləm qurtardı. Lakin mən fürsətdən
istifadə edərək təpiklə alman zabitini vurub öldürdüm. Başqa bir vaxt mənim gətirdiyim katerə mərmi
düşüb onu batırdı. Buz kimi soyuq suda paltarla 2 kilometr üzərək sahilə çıxdım və hətta zökəm də
olmadım.
Bütün bunlar məhz ona görədir ki, məktəbimizin idman müəllimi bizdə fiziki məşğələyə böyük
həvəs yaratmışdı. Dnepr sahilində yaşayan, lakin üzmək öyrənməmiş bir gənc, kiyevli gördüm. Döyüş
şəraitində suya düşən bu adam batmağa başladlı. Belə adamlar orduda tam qiymətli əsgərlər olmurlar».
Müəllim sonra sözünə davam edərək deyir ki, uşaqlar, vətəni müdafiə davamlı olmağı tələb edir,
siz əsil vətənpərvər olmaq üçün özünüzü indidən hazırlamalısınız. Buna görə də hər şeydən əvvəl,
bədəninizi möhkəmlətməli, davamlı, sağlam və cəld olmalısınız.
171
Qabaqcıl müəllimlər uşaqlara fiziki hərəkətlər üzrə nəzəri məlumatlar verərkən əsgərlərimizin
həyatından konkret nümunələr göstərirlər.
İki dəfə Sovet İttifaqı qəhrəmanı H.Aslanovun döyüş yollarından danışmış və H. Abbaszadənin
H.Aslanovun döyüş yollarına həsr edilmiş «General» romanından nümunələr söyləmişdi. Şagirdlər
H.Aslanovun göstərdiyi igidlikləri, hər qarış torpaq uyğunda apardığı gərgin mübarizəni maraqla dinləyir,
həmyerliləri ilə fəxr edir, onların təbəssümündə iftixar hissi duyulurdu. Müəllim Z.Quliyeva uşaqlarda
vətənə məhəbbət hissi oyatmaq məqsədilə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Böyük Vətən
müharibəsi illərində Azərbaycan xalqının adını yüksəklərə qaldıraraq vətəndən uzaqda keçmiş
Yuqoslaviya partizanlarına qoşularaq, böyük qəhrəmanlıqlar göstərməsinə dair məlumatlar verir. O,
Mehdinin uşaqlıq və yeniyetməlik illərinə aid Yuqoslaviya partizanları sırasında 1944-cü ildə Triyestdə
çəkdirdiyi şəkilləri, alman faşizminə həsr etdiyi karikaturaları, qəhrəmanın Çepovani kəndindəki qəbrinin
şəkillərini məktəblilərə göstərir. Mehdinin şerlərindən kiçik parçalar oxuyur. Müəllim uşaqları
vətənpərvər milli ruhda tərbiyələndirməklə yalnız Böyük Vətən müharibəsi qəhrəmanlarının keçdiyi
döyüş yolundan onlara danışmır. O, həm də Qarabağ uyğunda gedən qanlı-qadalı müharibədə
qəhrəmancasına həlak olmuş azəri oğulları barədə də məlumat verir. O, Azərbaycan respublikasının Milli
Qəhrəmanı, idman ustası Əliyar Əliyev haqqında əldə etdiyi məlumatlara istinad edərək deyir: «… Səhər
saat yeddinin yarısında qanlı döyüşlər başlandı. Əliyar iri qaya parçasının arxasına keçib pulemyotun
yerini möhkəmlətdi. Buradan hücuma keçənlər aydın görünürdü. Düşmənin yüksəkliyi almaq cəhdi bu
dəfə də baş tutmadı. Ermənilər yenə itki verərək geri çəkildilər. Bir PDM isə minaya toxunaraq partladı…
taborda ölümə hazır olan əsgərlər qalmalıdır. Kim qorxursa, gedə bilər. İndi gəlin and içək. Andı pozan
yerində güllənəcək. Bunu deyib, məxmər parçaya bükülü Quranı çıxarıb öpdü və birinci özü and içdi:
- Son damla qanıma qədər döyüşəcəyəm. Düşmən yalnız meyidimin üstündən adlayıb keçə bilər.
Hamı bir nəfər kimi andı təkrar etdi.
«Pəhləvanlar taboru» sərhəd kəndləri boyunca düşmənə bir-birinin ardınca amansız zərbələr
endirirdilər. Yayda ordumuzun Goranboy-Ağdərə istiqamətində qazandığı uğurlar onların döyüş əhval-
ruhiyyəsini yüksəltmişdi. Tabor ermənilərin Qubadlı istiqamətindəki bütün hücumlarını boşa çıxartdı.
Düşmən komandir Əliyar Əliyevin başına 5 min dollar qiymət qoymuşdu»
131
.
Yasamal rayonundakı 158 saylı məktəbin müəllimi R.Quliyeva III sinifdə üzgüçülüyün
əhəmiyyətindən söhbət açarkən Sovet İttifaqı Qəhrəmanı Timoşenkonun aşağıdakı sözlərini şagirdlərə
çatdırır: üzməyi bacarmayan döyüşçü yaxşı döyüşçü deyildir. Bütün ordu – hər bir döyüşçü, hər bir
komandir, sudakı çətinliklərə üstün gəlməyə hazır olmalıdır. Ona görə də bu qoşunun hər hansı bir növü
üçün ən ciddi imtahan hesab olunur. Sudakı çətinliklərə yalnız elə qoşun müvəffəqiyyətlə üstün gələ bilər
ki, onun döyüşçüləri yaxşı üzən olsun və lazım gəldiyi vaxtda avar çəkə bilsinlər.
Dərs zamanı yeri gəldikdə görkəmli idmançıların həyatda əldə etdikləri nailiyyətlər haqqında
şagirdlərə maraqlı epizodlar danışmaq, onlarda vətənpərvərlik kollektivçilik hisslərinin, mərdlik və
iradəlilik kimi əxlaqi keyfiyyətlərin daha da möhkəmləndirilməsində böyük əhəmiyyətə malikdir.
Respublikamızın adlı-sanlı idmançılarının idman həyatı və fəaliyyətindən nümunələr gətirməklə
şagirdlərdə mənəvi və fiziki keyfiyyətlərin inkişafına müsbət təsir etmək mümkündür. Xətai rayonundakı
59 saylı məktəbin müəllimi Tərgül Rəsulova III sinif dərslərindən birində qılıncoynatma üzrə yığma
komandamızın keçmiş kapitanı SSRİ İdman ustası Yaşavr Məmmədovun idman həyatından söhbət açır.
Müəllim Yaşarın Moskvada çıxışı ilə əlaqədar («İdman» qəzeti 10 avqust 1968-ci il) «Ağrıdan iz
qalmadı» müxbir məqaləsindən istifadə edərək uşaqlara deyir: «Yarışqabağı məşq zamanı Yaşarın sağ
tərəfindəki qabırğalarından biri sınmışdı. Həkim müayinə etdikdən sonra demişdir ki, bir ay yataqdan
qalxmamalıdır. Bir həftədən sonra isə yarışlar başlayırdı. Bu hal onun komanda yoldaşlarına da pis təsir
edə bilər və ruhdan sala bilərdi. Həm də respublikanın idman şərəfini də qorumaq lazım idi. Nə etməli?
O, bunları nəzərə alıb yarışda iştirak etdi. Yaşar hər iki-üç saatdan bir soyunub-geyinmə otağına
qaçır, özünə iynə vurdurur, sarğını dəyişdirir və yenidən döyüş meydanına qayıdırdı. O,
yarışda yaxşı çıxış edib komandamıza mühüm 85 qələbə xalı qazandırdı».
Müəllimlər dünya idman meydançalarında sovet idmançılarının göstərdikləri yüksək əxlaqi
keyfiyyətlərdən danışmaqla uşaqlarda düzgünlük və doğruçuluq tərbiyə edirlər. Məsələn, Xətai
131
Д.Гулийев. Шящид идманчылар. Бакы, 1995-ъи ил, сящ. 2—21.
172
rayonundakı 59 saylı məktəbin sinif müəllimi Çeşminaz Mirzəyeva bu məqsədlə uşaqlara belə bir epizod
danışır: 1962-ci il dünya çempionatında SSRİ futbol komandası Uruqvay komandası ilə oynayırdı. Hesab
1:1 idi. Görüşün qurtarmasına 10 dəqiqə qalmış top uruqvaylıların qapısından keçdi. Hakim topun
qapıdan keçdiyini bildirdi. Oyunu mərkəzdən başlamağı göstərdi. Lakin komandanın kapitanı N.Netto
hakimə yaxınlaşıb topun qapının yanından keçdiyini söylədi.
Şagird şəxsiyyətinin formalaşmasında tarixi irsimizdən konkret nümunələr gətirməklə söhbətin
aparılması da mühüm əhəmiyyət kəsb edir. Bu cəhətdən ərəb istilaçılarına qarşı qanlı döyüş
meydanlarında Cavanşir, Babək və başqa Azərbaycan oğullarının göstərdikləri qəhrəmanlıqla əlaqədar
söhbətlər aparmaq olduqca faydalıdır. Azərbaycan oğullarının gözəl at çapması, qılınc döyüşündə mahir
ustalıq göstərmələri, çaylardan üzüb keçərək düşmənə ağır zərbə endirmələri və s. haqqında şagirdlərə
məlumat verilməsi onlarda idmana marağı daha da artırır, qəhrəman tarixi keçmişimizə sədaqət,
məhəbbət və sevgi aşılayır, vətənpərvərlik, qorxmazlıq keyfiyyətləri tərbiyə edir. Beləliklə, bədən
tərbiyəsi dərslərində müəllimin ilk günlərdən başlayaraq şagirdlərə həm bədən tərbiyəsi və idmana marağı
artırır, həm də onlarda yüksək əxlaqi sifətlərin yaranıb möhkəmlənməsinə səbəb olur. Şagird
şəxsiyyətinin formalaşmasına zəmin yaradır.
1.4.Fiziki hərəkətlər üzrə xüsusi nəzəri məlumatlar
Yeni dərs proqramında ümumi fiziki təhsilə geniş yer verilmişdir. Çünki bədən tərbiyəsinin
vəzifəsi şagirdlərdə təkcə hərəkət keyfiyyətləri tərbiyə etməklə bitmir. Eyni zamanda müasir bədən
tərbiyəsi dərsi bədən tərbiyəsi hərəkətlərinin məqsədini, onun orqanizmə necə təsir etdiyini, habelə
öyrədilən metodik üsulların mənasını şagirdlərin başa düşməsi nöqteyi-nəzərindən qurulmalıdır. Məhz bu
cür dərs şagirdlərin dərsdə fəallığını və fiziki hərəkətlərə onların şəxsi marağını artırmaqla yanaşı, həm də
dərsin səmərəli keçməsi üçün də imkan yaradır.
Məktəblilərin bədən tərbiyəsinə şüurlu yanaşması, onun əhəmiyyətini başa düşməsi, onları
hərəkətləri şüurlu icra etməyə sövq edir. İbtidai siniflərdə bədən tərbiyəsi ilə ilk tanışlıq zamanı və ayrı-
ayrı hərəkətlərin mənimsənilməsi prosesində bədən tərbiyəsi haqqında sadə anlayışların öyrədilməsi də
nəzərdə tutulur. Nəzəri məlumatlar müntəzəm olaraq hər bir sinfin öz xüsusiyyətinə uyğun olaraq
verilməlidir. Nəzəri məlumatlar şagirdlərə əsasən, dərsin ilk dəqiqələrində, yeri gəldikdə çatdırılmalı və
onların necə mənimsənilməsi vaxtaşırı yoxlanılmalıdır.
Proqramda nəzərdə tutulan nəzəri məlumatları şərti olaraq iki qrupa ayırmaq olar: 1) fiziki
hərəkətlərlə əlaqədar olan məlumatlar; 2) səhiyyə – gigiyena xarakterli məlumatlar.
Bədən tərbiyəsi sahəsində yazılmış metodiki əsərlərdə fiziki hərəkətlərə aid nəzəri məlumatların
məzmunu və onların şagirdlərə çatdırılması üsulları demək olar ki, işıqlandırılmamışdır. Bunu nəzərə
alaraq əvvəlcə ayrı-ayrı fiziki hərəkətlər üzrə şagirdlərə verilən məlumatların məzmununu, sonra is
onların öyrədilməsi yollarını izah edək.
Sıra təlimi. Sıra hərəkətlərində baş, boyun, gövdə düz tutulur, döş qəfəsi irəli çıxır, qarın bir
qədər geriyə çəkilir. Sıra hərəkətlərinin düzgün icrası yuxarı və aşağı ətraf əzələlərini nisbətən inkişaf
etdirir. Bu yerişi gözəlləşdirir, bədənin daha da yaraşıqlı olmasına təsir edir və müvazinətin normal
saxlanılmasında xüsusi əhəmiyyət kəsb edir. Sıra təlimi zamanı tənəffüs sıra hərəkətlərinə
uyğunlaşmalıdır. Tənəffüs burunla edilməlidir, belə olduqda havada olan tozun ciyərlərə keçməsinin
qarşısı alınır, toz burundakı selikli qişaya ilişib qalır.
Duruş vəziyyətləri. Əsas duruş. Bu duruşda baş, gövdə və qıçlar düz saxlanılır, onurğa sütunu öz
fizioloji əyriliklərini saxlaya bilir, dabanlar bir yerdə, ayaq pəncələri bir az aralı olur, qollar bədənə sıxılır,
çiyinlər nisbətən arxaya gedir.
Əsas duruşda bədən çox da böyük olmayan əzələ gərginliyi altında olduğuna baxmayaraq
tənəffüs və qan dövranı normal fəaliyyət göstərir.
Əsas duruş zamanı ağırlıq mərkəzinin bir düz xətt üzərindən keçməsinin 7-10 yaşlı uşaqların
sağlam və fiziki cəhətdən normal böyüməsində mühüm əhəmiyyəti vardır. Çünki həmin yaşda uşaqların
sümükləri elastiki olur, əzələləri zəif inkişaf edir. Ona görə də ağıfrlıq mərkəzi bir düz xətt üzərindən
keçməzsə sümük və qamət əyrilikləri meydana çıxa bilər.
«Farağat» duruş. Bu duruş hər şeydən əvvəl gərgin olması ilə xarakterizə edilir. «Farağat»
duruş zamanı çənəaltı əzələlər dartılır, boyun, onurğa əyrilikləri düzəlir (azalır), bel əyriliyi artır, qarın
173
geriyə dartılır, qıçlar düzəlir, qabırğalar azca aralanır, döş qəfəsi genişlənir və qabağa çıxır, çiyinlər
arxaya gedir, ayaqlar isə əsas duruş vəziyyətindəki kimi olur.
«Farağat»da ağırlıq mərkəzinin dayaq nöqtəsi əsas duruşa nisbətən irəlidə olur. Bu vaxt, həm də
başın müəyyən qədər qabaqda olması, boyun, döş əyriliklərinin azalması, bel əyriliyinin artması
çiyinlərə düşən ağırlığı əsas duruşa nisbətən artırır və onu daha də gərginləşdirir. Bu döş və qarın
əzələlərinin daha çox gücə düşməsinə və bir çox kiçik əzələlərin artıq fəaliyyət göstərməsinə səbəb olur.
Onurğa sütununun kürək və boyun hissəsinin düzəlməsi və gərginliyin artması səbəbindən
əsas duruşa nisbətən burada ağırlıq mərkəzi xeyli irəli getmiş olur. Bel hissəsində isə bel əyriliyinin
artmasına görə ağırlıq nöqtəsi bir az geri çəkilir. Bu vaxt qarının düz əzələlərinin gərginliyi artır, çanaq-
bud oynağı nahiyəsində budun açıcı əzələlərinin, xüsusilə böyük sağrı əzələlərinin gərginliyi artır.
Çanağın bud s ümüyünün başı ilə birləşdiyi yerdə böyük sarğı əzələsinin işləməsi üçün əlverişsiz şərait
yaranır.
«Farağat» duruşda döş əyriliyinin düzəlməsinə görə nəfəsvermə məhdudlaşır, nəfəsalma üçün
şərait yaxşılaşır. Kiçikyaşlı məktəblilərin həddindən artıq «Farağat» vəziyyətində qalması məsləhət
deyildir.
Azad duruş. Bu «Farağat» duruşun əksinə olub, əsas duruş zamanı yaranmış gərginlikdən əzələni
azad edir, onu sərbəst vəziyyətə gətirir. «Azad» duruşda baş bir qədər sallanır, döş əyriliyi artır, bel
əyriliyi isə azalır. Əsas duruşa nisbətən çanaq daha üfiqi vəziyyətdə olur. Döş əyriliyinin bir qədər artması
səbəbindən qabırğalar bir qədər aşağı düşür və döş qəfəsi aşağı enir. Habelə qıçlar növbə ilə dizdən
bükülərək ağırlıq bükülməyən qıçın üzərinə düşür. Çiyinlər və qollar sərbəstləşir. Beləliklə, bədən
istirahət edir.
Qabırğaların aşağı düşməsi nəticəsində ağırlıq mərkəzi onurğaya yaxınlaşır. Bu zaman boyun və
döşün ağırlıq nöqtəsi də onurğaya yaxınlaşır. Bunlarla əlaqədar ağırlıq nöqtəsi onurğa vasitəsilə bel
hissəsinə düşür. Çanaq-bud oynağı simmetrik olaraq arxaya çəkilir. Bədəndə belə vəziyyətin yaranması
qamət əyriliklərinin əmələ gəlməsinə səbəb olur.
Çıxış vəziyyəti. Hərəkətlərin icrasına, məqsədəuyğun çıxış vəziyyətindən başlanması, onun
düzgün və asan icrasına kömək etməklə, bədənin nəzərdə tutulmuş hissəsinə yaxşı təsir göstərir. Məsələn,
biz qamətin düzgün inkişafına nail olmaq istəyiriksə, bu məqsədlə seçilmiş hərəkətlərin yerinə yetirilməsi
üçün müvafiq çıxış vəziyyəti seçməliyik. Müxtəlif çıxış vəziyyətlərindən asılı olmayaraq başı düz
saxlamalı irəliyə, müəyyən nöqtəyə baxmalı, çiyinləri qaldırmamalı, lakin azca arxaya aparmalı, bədəni
gərginləşdirməməli, gövdə düz saxlanılmalı, tərəflərə (sağ, sol, irəli, arxa) əyilməməli, döş qəfəsi isə irəli
çıxmamalı – nəticə etibarı ilə bunlar fiziki qabiliyyətlərini yüksəldir.
Ümuminkişaf hərəkətləri. Bu hərəkətlər ayrı-ayrı əzələ qruplarına və bədənin bütün sümük-
əzələ sisteminə müsbət təsir göstərir. Ümuminkişaf hərəkətləri gövdə, çanaq və oynaqların əzələ
qruplarının hərəkət fəaliyyətini artırır. Bütün bunlar onurğa əyrilikləri ilə mübarizədə xüsusən faydalıdır.
Belə hərəkətlər tənəffüs və ürək əzələlərinin də fəaliyyətini və işgörmə qabiliyyətini artırır. Şagirdlərin
zehni və fiziki qabiliyyətlərini yüksəldir.
Böyük və kiçik toplarla hərəkətlər. Böyük və kiçik toplarla icra olunan hərəkətlər orqanizmə
düşən fiziki yükü tədricən artırır, xüsusilə döş və yuxarı ətraf əzələlərinin inkişafına kömək edir. Tənəffüs
və ürək fəaliyyətini artırır, onun əzələ qüvvəsini inkişaf etdirir. Bu hərəkətlər nişan almaq və məsafəni
gözəyarı ölçmək kimi keyfiyyətlər aşılayır ki, bunun da vətənin müdafiəsində böyük əhəmiyyəti vardır.
Qamətin düzgün inkişafı üçün hərəkətlər. Bu hərəkətlərlə müntəzəm məşğul olmaq kiçikyaşlı
məktəblilərin həyatında mühüm əhəmiyyətə malikdir. Kiçik yaşda olan uşaqların əzələ və sümükləri
formalaşmadığına görə qeyri-normal onurğa əyrilikləri, habelə onların bədənində başqa qüsurlar meydana
çıxa bilər. Orqanizmdə bu cür qüsurların olması ürəyin və ağ ciyərlərin fəaliyyətinə mənfi təsir göstərir,
iştah pozulur, bəzən başağrısına təsadüf edilir. Bunların qarşısını almaqda hərəkətlər böyük rol oynayır.
Belə hərəkətlərlə məşğul olmağın, hətta xarici görünüşün gözəlliyinə, sağlam və gümrahlığa da çox
böyük köməyi vardır.
Qamət hərəkətləri gövdənin arxa əzələlərini və s. əzələ qruplarını inkişaf etdirir, skelet
sümüklərinin möhkəmləndirilməsi üçün isə xüsusən əhəmiyyətlidir. Bədəni irəli və arxaya əyən, gövdəni
fırladan, onurğanı sağa və sola əyən hərəkətlər də qamətin düzgün inkişafına müsbət təsir göstərir.
174
Pəncənin (ayaqtağının) inkişafı üçün hərəkətlər. Ayağın normal inkişafı sağlamlığın əsas
şərtlərindəndir. Ayaq normal inkişaf etdikdə təzyiq pəncə-daban arasındakı hündür sümük hissəyə düşür.
Bu hissə ayaqtağı adlanır. Ayaqtağı yaxşı inkişaf etdikdə dözümlü olur. Məsələn, uzaq məsafəyə piyada
yol getdikdə ayaq gec yorulur və qıç ağrıları azalır. Ayaqtağının belə əhəmiyyətli cəhətlərini nəzərə alıb
onu mütləq normal inkişaf etdirməyə və möhkəmləndirməyə çalışmaq lazımdır. Buna görə də kiçik
yaşlarda ağır şeylər qaldırmaq (daşımaq), dar ayaqqabı geymək, «Farağat» komandasında çox dayanmaq
və çox piyada gəzmək zərərlidir. Deyilənlərə riayət olunmadıqda yastıayaqlılıq kimi qüsurlar meydana
çıxır. Yastıayaqlılığın qarşısını yalnız ayaq üçün verilən hərəkətlərlə, xüsusən ayaqaltı və baldır
əzələlərini məşq etdirməklə müəyyən qədər almaq mümkündür.
Onurğa əyrilikləri və yastıayaqlılıq kimi qüsurlarla mübarizə aparmaqda aşağıdakı tələbləri
nəzərə almaq vacibdir: bədən tərbiyəsi ilə müntəzəm məşğul olmalı, beli bükməməli, yataqda qıçları
uzatmalı, arxası üstə yatmalı, ağır yük apardıqda bölüb hər iki əldə aparmalı, yuxudan və yeməkdən sonra
ağır işlə məşğul olmamalı, fiziki iş zamanı çiyinləri qaldırmamalı və bükməməli, həmçinin məktəb və
idman geyimi bədəni sıxmamalı, geniş olmalı, idman məşğələsində altı rezin idman ayaqqabısından
istifadə etməli, ayaqqabını corabla geyməli.
Akrobatika hərəkətləri. Belə hərəkətlər gövdənin ön və arxa, yuxarı və aşağı ətraf əzələlərinin
mütəhərrikliyini artırır, bədənin düzgün inkişafına xeyli kömək edir, ağ ciyər və ürək əzələlərini inkişaf
etdirir.
Rəqs hərəkətləri. Bu cür hərəkətlər yuxarı və aşağı ətraf əzələlərini, xüsusən ayaq əzələlərini
məşq etdirərək işgörmə qabiliyyətini xeyli yaxşılaşdırır, onları möhkəmləndirir, güc və çevikliyi artırır.
Belə hərəkətlər həm də əhval-ruhiyyəni yaxşılaşdırır.
Müvazinət hərəkətləri. Bu növ hərəkətlər bütün əzələ qruplarını möhkəmləndirir, onların
fəaliyyətini artırır və bununla la bədənin hərtərəfli inkişafına müsbət təsir edir. Düzgün yeriş, qaçış,
tullanma və başqa hərəkətlər bilavasitə müvazinət saxlamaq nəticəsində icra olunur. Müvazinət
hərəkətləri əqli və fiziki iş zamanı normal nəfəs alıb verməyə, işə artıq vaxt sərf etməməyə kömək edir.
Bu cür təmrinlər müvazinət saxlamağa kömək edən oynaq və əzələləri inkişaf etdirir, onların fəaliyyətini
artırır. Həmin hərəkətlərin şagirdləri əməyə və ölkənin müdafiəsinə hazırlamaqda da böyük rolu vardır.
Yaxşı müvazinət saxlamağı bacaran əsgərin arx, kanal, kiçik çay üzərində qoyulmuş tirin, körpünün
üzərindən sürətlə və asanlıqla keçməklə məqsədinə daha tez nail olması buna misal ola bilər.
Dırmaşmaq və dırmaşıb aşmaq. Bu cür hərəkətlər, başlıca olaraq, bilək, çanaq və qıç əzələlərini
inkişaf etdirir. Müxtəlif hündürlüklü maneələri keçmək və ya ətraf yerləri müşahidə etmək üçün hündür
bir ağaca, yaxud da qayaya dırmaşmaqda həmin əzələ qruplarının böyük əhəmiyyəti vardır. Göründüyü
kimi, belə hərəkətlərlə məşq etmək Vətənin müdafiəsi üçün də lazımdır. Lakin dırmaşma hərəkətləri
əzələlərin gücünü artırmasına baxmayvraq, onun düzgün icra edilməməsi orqanizmə mənfi təsir göstərir.
Çünki, dırmaşmada çiyin qurşağı və çanaq əzələləri gərginləşir, bədənə düşən yükün miqdarı birdən-birə
çoxalır.
Yeriş. Sağlam və fiziki cəhətdən möhkəm böyümək üçün yeriş böyük əhəmiyyətə malikdir. Yeriş
zamanı çiyin qurşağı, əl, yuxarı və aşağı ətraf əzələlərinin hərəkət fəaliyyəti artır. Habelə ürək və tənəffüs
əzələlərini məşq etdirərək adamı qarşıdakı fiziki yükə hazırlayır. Yerişsiz birbaşa qaçış, tullanma və s.
hərəkətlərə başlamaq ürəyin davmarlara vurduğu qanın miqdarını birdən-birə çoxaldır. Bu isə ürək
döyüntülərinin sayını artırır, təngnəfəslik əmələ gətirir. Yeriş bədəni gərginləşdirməməli, çevik və sərbəst
olmalıdır. Addımları atdıqda dizləri yuxarı qaldırıb bükməli, ilk dəfə daban yerə qoyulmalıdır. Həddindən
artıq geniş addım atmamalı, pəncələr nə bayıra, nə də daxilə çox meyl etməlidir, addımların uzunluğu
bərabər olmalıdır. Yeriş dövründə qabağa baxmalı, gövdə düz saxlanmalıdır. Bütün bunlar qamətin
düzgün inkişafında mühüm rol oynayır. Tənəffüs sərbəst olmalı, burunla alınıb - verilməli, belə ki, hər 2 –
3 addımdan bir nəfəs almalı, 3 – 4 addımdan bir isə buraxılmalıdır. Düzgün yeridikdə orqanizmə düşən
yükün miqdarı nisbətən azalır, əzələ gücündən qənaətlə istifadə olunur. Bu da uzaq məsafəyə yol getdikdə
müəyyən dərəcədə tez yorulmanın qarşısını alır. Düdzgün yeriş qaydasına yiyələnmək vətənin müdafiəsi
işi üçün də xüsusi əhəmiyyətə malikdir.
Yeriş orqanizmdə qan dövranına, tənəffüs aparatının funksiyalarına müsbət təsir göstərir və əzələ
fəaliyyətini xeyli artırır. Başqa sözlə desək, ürəyin fəaliyyəti sürətlənir, damarların elastikliyi artır. Bu
vaxt tənəffüs mexanizminin də işi xeyli güclənir. Yəni oksigenin sərf olunmasının dəqiqəlik həcmi bir
175
qədər artır, ağ ciyərlərin ventilyasiyası xeyli yaxşılaşır. Yerişin skelet əzələlərinin funksional halının
dəyişilməsinə də müsbət təsiri vardır.
Qaçış. Qaçışda bütün əzələ qrupları, gövdə, çiyin qurşağı yuxarı və aşağı ətraf əzələləri iştirak
edir. Qaçışın təsiri ilə ürək və tənəffüs üzvləri öz işini artırmalı olur. Bu vaxt ürək qapaqları tez-tez yığılıb
– açılır, hər dəfə yağılıb – açıldıqda ağ ciyər arteriyasına və aortaya vurulan qanın miqdarı çoxalır, qanın
oksigenlə təchiz olunması və karbon qazının xaric olunmasını təmin edən ənəffüs aparatının işi sürətlənir.
Qaçışla məşğul olmayan adamın ürəyi qaçan zaman damarlara verilən qanın həcmini artıra bilmir. Bu
zaman həmin adamın ürəyi tez-tez vurur, onun işləyən mərhələsi qısalır. Bu da ürək əzələsinin tədricən
zəifləməsinə, fəaliyyətinin pozulmasına səbəb olur. Gərgin qıçış zamanı uşaqlarda nəbz vuoğuları bir
dəqiqədə 160-180-a çatsa belə, lazım olan oksigeni qan vasitəsilə hüceyrələrə çatdıra bilmir. Bu zaman
sinir hüceyrələri oksigensiz mühitdə zəifləyir və nəticədə baş gicəllənməsi, sancılanma və hətta
ürəkgetmə halları olur. Ürək döyüntüləri xeyli artır. Bu vəziyyəti tez aradan qaldırmaq üçün şəkərli
məhluldan istifadə etmək lazımdır. Elə ona görə də uşaqlara qaçış vərdişlərini aşılamaq vacibdir. Qaçışla
məşğul olanların isə ürək fəaliyyəti qüvətli, enerjili olur və bu prosesdə ürək öz funksiyasını asanlıqla
yerinə yetirir.
Qaçış orqanizmdə maddələr mübadiləsini də sürətləndirir. Qaçış zamanı orqanizm oksigenlə
normal təmin olunmadığı üçün oksigenə olan ehtiyac yalnız qaçışdan sonra ödənilir. Məzh buna görə
qaçışdan sonra hərəkətləri birdən-birə dayandırmaq olmaz, çünki hərəkətlər dərhal saxlanıldıqda bu aşağı
ətraf venalarının boşalmasına və qıçlara çoxlu miqdarda qanın yığılmasına səbəb olur. Eyni zamanda,
ürəyə gələn venoz qan xeyli miqdarda azalır. Fizioloji tədqiqatlar göstərir ki, həmin vaxtda qan
damarlarının fəaliyyətini nizamasalan reaksiyalar gecikdiyindən, bədənin yuxarı hissəsi xüsusilə beyinə
gedən qanın miqdarı azalır. Bunun da nəticəsində adam huşunu itirir. Həmin vəziyyətin yaranmaması
üçün qaçışdan sonra hərəkətin sürətini tədricən azaltmaq və onu müəyyən müddətdə davam etdirmək
lazımdır.
Tullanmalar. Tullanmalar zamanı yuxarı və aşağı ətraf əzələləri, xüsusən ayaq əzələləri daha
çox fəaliyyət göstərir. Odur ki, tullanmalarla müntəzəm məşğul olmaq ayaq və qıç sümüklərinin, habelə
əzələ qruplarının möhkəm, güclü və davamlı olmasına səbəb olur.
Müşahidə olunmuşdur ki, tullanma zamanı nəbz xeyli sıxılır. Tullanmalar çox qısa müddətdə
yerinə yetirilsə də müvafiq əzələlərə düşən yük birdən-birə çoxalır. Bu isə tənəffüs ritminin pozulmasına
səbəb olur. Tullanmaların hazırlıq mərhələsinin axırında nəfəs verilir, təkanvermə mərhələsində nəfəs
alınır, uçuş mərhələsində alınmış nəfəs sıxılıb saxlanılır. Yerə düşmə zamanı isə dərin nəfəsvermə
müşahidə olunur. Tullanmalardan sonra tənəffüs dərin olmaqla yanaşı, eyni zamanda sıxılır. Bütün bunlar
qaçarkən enerji mübadiləsinin artması nəticəsində baş verir. Bu cür fizioloji dəyişikliklər daha çox
uzununa tullanma zamanı müşahidə olunur.
Cisim atmaq. Bu hərəkətlər əzələ gərginliyinin güclənməsini tələb edir. Cisim atmalarda qıç,
gövdə, çiyin qurşağı və əl əzələlərinin hərəkət fəaliyyəti artır. Bu vaxt həm də qarın və böyük döş
əzələləri daha çox açılır, məşq edir və möhkəmlənir. Cisim atarkən ürək-damar sisteminin fəaliyyətində
də dəyişiklik olur, lakin bütün bunlar hərəkətdən sonra bərpa olunur.
1.5. Siniflər üzrə əsas biliklər
Dostları ilə paylaş: |