Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   38

Şəkil 1.                                    
Yerişlər: a-iri addımlarla; b-adi; v-əllər beldə; q-boyun arxasında; ğ-qollar müxtəlif vəziyyətdə; d,e-əllər 
müxtəlif vəziyyətlərdə beldə; ə,j-pəncə-daban üzərində. 
 
 
 
 
 
 
 
              Şagirdlər yeriş zamanı  bədəni gərginləşdirməməli, çevik və  cəld olmalı, addım atdıqda dizləri 
yüngülcə bükməli, ayaq yerə qoyularkən pəncə ilə daban eyni zamanda təmas etməlidir. Bundan əlavə, 
addımları  həddən artıq geniş atmamalı, ayaq pəncələri nə bayıra, nə  də ki, daxilə çox meyl etməlidir, 
addımların sürəti isə  bərabər olmalı, qabağa baxmalı, gövdə düz saxlanılmalıdır. Tənəffüs aramla 
edilməlidir. Nəfəs mütləq burunla alınıb-verilməlidir, 2-3 addımdan bir nəfəs alınmalı, 3-4 addımdan bir 
isə buraxılmalıdır. 
              Birinci sinifdə yerişlər iri və adi addımlarla təlim edilir (şəkil 1, a,b). Həmin hərəkətlər əllərin 
müxtəlif vəziyyətlərində də (şəkil 1, v, q, ğ, d, e, ə, j) icra olunur. Bu cür hərəkətlər əvvəlcə yerində, sonra 
isə yeriş zamanı öyrədilir. Həmin hərəkətlərin aşağıdakı ardıcıllıqla mənimsənilməsi məsləhətdir. 
1.
 
Əllər beldə və boyun arxasında olmaqla yeriş. 
2.
 
Əllərin vəziyyətini ardıcıl olaraq dəyişdirməklə yeriş (məsələn: «bir-iki» sayda əllər beldə, 
«üç-dörd» sayda əllər boyun arxasında və i.a.). 
3.
 
Əllər beldə, boyun arxasında, çiyinlərdə olmaqla yeriş. 

 228
4.
 
Adi yerişin pəncə üzərində yerişlə növbələşdirilməsi (məsələn, 4 sayda adi yeriş növbəti 4 
sayda pəncə üzərində yerişlə yer növbələşdirilir. Bu zaman əllər beldə olmalıdır). 
              Qaçış. Qaçışın texnikasına yiyələnmək uzun və mürəkkəb prosesdir: qaçış zamanı bədəni gərgin 
saxlamamalı, baş, qamət əyilməməli, çiyinlər sərbəst saxlanmalıdır (şəkil 2). Qaçış zamanı ayağın yerə 
dəyməsi pəncə-daban üstə olmalıdır.   
              Qaçışın yerişlə növbələşdirilməsi. Qaçışda tədricən düzgün və  səlist addımlarla yerişə 
keçirilməlidir. Bu hərəkət orqanizmi «qızışdırmaqla» onu dərsin  əsas hissəsinə hazırlamaqda xüsusi 
əhəmiyyət kəsb edir. 
              Qaçışa adi yerişdən tədricən sürətli yerişə keçməklə başlamalı, sonra da əksinə, yəni qaçışdan 
sürətli yerişə  və adi yerişə keçilməlidir. Bu zaman uşaqlar müntəzəm tənəffüs etməlidir. Hərəkətlər 
müəllimin sayı ilə icra olunur. Qaçışdan yerişə keçilərkən, azad yeriş zamanı bir neçə bədəni sakitləşdirici 
tənəffüs hərəkəti də edilməlidir. 
              Tullanmalar. Uzun ip üzərindən tullanmaq.  İlk dəfə tullanmaları ipsiz yerinə yetirmək 
məqsədəuyğundur. Belə tullanmalar aşağıdakılardır: 
 
 
 
 
 
 
 
                                                 Şəkil.1 
 
 
 
 
 
 
 
 
 
                                                Şəkil.2 
              1. Əllərin müxtəlif vəziyyətlərində iki ayaqla yerində hündürlüyə tullanmalar. Həmin tullanmalar 
zamanı hündürlük çox olmamalı, təkandan sonra ayaqlar dizdən düzəldilməli, pəncə üzərinə düşməli, 
dizlər yerə düşmə zamanı bir qədər bükülməli, gövdə düz saxlanmalı  və  tənəffüsdə müntəzəmlilik 
gözlənilməlidir (şəkil 3, a).  
              2.  İlk dəfə (iki-üç dəfə) çox da hündürlüyə tullanmamalı. Hündürlüyə tullanma tədricən 
artırılmalıdır. Tullanmada bu elementlərin yerinə yetirilməsi tələb olunur: ayaqlar aralanmalı, birləşməli, 
qıçlar dizdən bükülməli, dizlər döşə yaxınlaşmalı, əllər isə qıça toxunmalıdır. 
              3. Əşya üzərindən tullanmaq (şəkil 3,b). 
              4.  İrəliyə doğru  iki ayaq üzərində hündürlüyə  tullanmalar                Hərəkətin yarış formasında 
keçirilməsi faydalıdır. Çünki bu, bir tərəfdən tullanmanın icrasına şagirdlərin marağını, digər tərəfdən isə 
onların emosionallığını artırır.  
Məsələn, Kim bu məsafəni 10-15 m-ə və ya bu məsafədə tullanmanın miqdarını daha az edə bilər. Birinci 
variant sürətin, ikinci isə gücün artmasına kömək edir. 
              Bu hərəkətlərdən sonra uzun ip üzərindən tullanmaq öyrədilir. İp üzərindən tullanmada aşağıdakı 
ardıcıllığa riayət olunmalıdır: 
              1. Qaçaraq hündürlüyə 10-15 sm olan ip üzərindən ikiayaqlı təkanla tullanmaq. Tullanarkən və 
tullanmadan sonra qıçlar dizdən bükülməli, yerə düşərkən hər iki ayağın pəncəsi yerə eyni vaxtda 
dəyməlidir. Tullanmanı sağdan və soldan çəpəki üsulla qaçmaqla da yerinə yetirmək lazımdır. 
              2.  Yellənən uzun (şəkil 4, a, b) və  qısa ip üzərində hoppanmaq. Uşaqlar asılmış ipin ortasına 
yaxın dururlar. İpi yellədərək ayağın altına doğru aparıldığı anda uşaqlar onun üzərindən hoppanırlar. Bu 

 229
cür hoppanmalar 3-5 dəfə təkrar olunur. Hərəkəti yellənən ipə doğru qaçıb iki ayaqla hoppanmaqda da 
icra etmək olar. 
 
 
 
 
 
 
 
 
                                               Şəkil.3 
 
 
 
 
 
 
 
                                                Şəkil.4 
 
             3.    Fırlanma ipin üzərindən hoppanmaq (şəkil 4,v). Yaxşı olar ki, bu hərəkətə  fırlanan ipin 
altından qaçıb keçməklə başlanılsın. Fırlanan ip döş səviyyəsinə çatdıqda onun altından qaçıb keçməlidir. 
Bu hərəkət  əllər beldə, yuxarıda və yanlarda olmaqla iki-üç şagirdin iştirakı ilə edilir. Bundan sonra 
fırlanan ipin üzərindən yerində hoppanmalar yerinə yetirilir. Belə hoppanmada uşaqların yanı fırlanan ipə 
tərəf olur. İp bir neçə  dəfə  fırlandıqdan sonra uşaqlar onun üzərindən hoppanmağa başlayır. Göstərilən 
uşaqlar tərəfindən öyrənildikdən sonra onlar fırlanan ipə doğru qaçaraq iki ayaqla hopanırlar. Həmin 
hərəkəti fırlanan qısa   ipin üzərindən hoppanmaqla da icra etmək olar. Bütün bunlarla bərabər I 
sinifdə30sm-dən 60 sm-dək hündürlükdən yerə düzgün və yumşaq tullanmağı, öyrətmək  (Şəkil 4).               
              Cisim atmaq. I sinifdə  uşaqlara, yerindən kiçik tennis topu atmaq öyrədilir. Həmin hərəkət 
öyrədilərkən cismi atanın üzü onun atılma istiqamətində, sağ ayaq arxada, pəncə üzərində (əgər cisim sağ 
əllə atılarsa) olur. Bu zaman qollar dirsəkdən bükülməli, bilək  və top üzün səviyyəsində durmalıdır. 
Bundan  əlavə imkan dairəsində arxaya daha çox əyilməli, ağırlığı sağ ayaq üzərinə salmalı, qısa bir 
vaxtda əldə olan topu gecikmədən boyun arxasına aparmalı, sağ ayaq bir qədər bükülməli,  sol ayaq düz 
olmalı, təzyiq isə dabana düşməlidir. Atma dövründə sağ ayaq diz oynağından açılmalı, ağırlıq mərkəzi 
sol ayağa düşməlidir (şəkil 5,a,b). Bu vəziyyətdən  əl sürətlə irəli getməli və top qüvvətlə atılmalıdır. 
Topun atılmasında qola birlikdə çiyin də irəli getməlidir.  İlk məşğələlərdə topu uzağa atmaq məsləhət 
deyildir. O, əzələlərin gərginliyini qəflətən artırır ki, bu da cisim atılma texnikasının 
Mənimsədilməsinə  mənfi təsir göstərir. Bu cür toplarla edilən müxtəlif hərəkətlər sürəti, çevikliyi və 
dəqiqliyi artırır. Bura 2,5 m hündürlükdə olan lövhəyə (1x1 m),  Şəkil 5. a, b – cisim atmaq  2 m 
məsafədən kiçik topu başın arxasından atmaq (həmin məsafəni oğlanlar üçün 6 m, qızlar üçün 4 m-dək 
artırmalı), topu bir əllə atmaq, digəri ilə tutmaq; topu yerə vurmaq və  sıçradıqdan sonra tutmaq; topu 
divara vurmaq və tutmaq və s. hərəkətlər daxildir. 
                                 
 
 
 
 
 
 
 
 
 

 230
 
 
 
 
Şəkil.5. 
 
 
II  s i n i f 
 
              Yeriş. II sinifdə sürəti artırıb-azaltmaqla pəncələr üstə yeriş, eni 20 sm olan xətlər üzərində 
pəncələr üstə yeriş, dizləri yuxarı qaldırmaqla yeriş və s. öyrədilir. 
              Qaçış. Eni 30 sm olan xətlər üzərində hündür startdan 40 m-dək qaçış. 100 m-dək məsafəyə 
qaçışı yerişlə növbələşdirmək. Bu zaman şagirdlər 30 m qaçışdan sonra 20 m yeriməli, tempi 
azaltmalıdırlar. Qaçarkən gövdəni, başı düz tutmalı, qolları dirsəkdən bükməli, tənəffüs normal olmalıdır. 
Müəllim qaçış zamanı yaranmış nöqsanları qaçışdan sonra şagirdlərə başa salmalı  və yaxud yerindəcə 
düzəltməlidir. 
              Hoppanmalar. Fırlanan ip üzərində hoppanaraq bir ayaqdan digərinə keçmək. Bu, uşaqların 
müvazinət saxlamaq qabiliyyətini inkişaf etdirmək üçün əhəmiyyətlidir. Hoppanma əvvəlcə ipsiz olmaqla 
aşağıdakı qaydada yerinə yetirilir: 
              1. Əllər beldə, gah bu, gah da digər ayaq üzərində hoppanmaq; 
              2. Əllər beldə, hər iki ayaq üzərində hoppanmaq; 
              3. Əllər beldə, hər iki ayaq üzərində hoppanmaqla sağa, sola və arxaya dönmələr. 
              Uşaqlar həmin hərəkətləri mənimsədikdən sonra onlara fırlanan ipin üzərindən hoppanmaqla bir 
ayaqdan digərinə keçmək öyrədilir. Bu cür hoppanma zamanı ip arxada olur, ağırlıq sağ ayaq üzərinə 
düşür, sol ayaq dizdən az bükülür. Sonra ip başın üzərindən – arxadan irəliyə  fırladılarkən sol ayaq 
üzərinə hoppanmalı, sağ ayağı dizdən bükməklə müəyyən qədər hündürlüyə    tullanılmalıdır. 
              Bir  dərs müddətində hoppanmaların sayı 30-40 dəfədən çox olmamalıdır. 10-12 hoppanmadan 
bir fasilə edilməlidir. 
              Yerindən uzununa tullanmaq  (şəkil 6).  Tullanmanın texnikası belədir, çıxış  vəziyyətindən 
pəncələr üstə qalxaraq, qolları  sərbəst olaraq irəlidən yuxarıya qaldırmaq; bu zaman bədən və qollar 
geriyə gərilir; sonra qollar qabaqdan aşağı salınmaqla aşağıdan arxaya aparılır, bu zaman bədən qabağa 
əyilir, baş qabağa baxır. Şagird pəncə-daban üzərində durur, yarımoturuş vəziyyətini  
 
 
 
 
 
                                                  Şəkil.6 
 
 
 
 
 
                           
                                             Şəkil.7 
alıncaya qədər bükülür, gövdə irəli əyilir; hər iki ayaqla təkan verib qolların yellədici təkanı ilə hündürə – 
irəli tullanmalı. Uçuş mərhələsində şagird qıçları qabağa aparmalı, dabanlar üstə yerə düşməlidir. 
              Qaçaraq hündürlüyə tullanmaq. İbtidai siniflərdə qaçaraq hündürlüyə tullanmanın mövcud üç 
üsuldan yalnız ikisi, yəni qaçaraq düzünə tullanmaq və qayçıvari üsulla tullanmaq tətbiq edilir. Hər iki 
üsulda qaçış  məsafəsi müxtəlif ola bilər. Düzünə tullanmada şagird plankaya(ipə) perpendikulyar 
istiqamətdə qaçır, bir ayaqla (sol, yaxud sağ) təkan verir, uçuş zamanı ayaqlar birləşir, yerədüşmə 
mərhələsində hər iki ayaq eyni vaxtda yerə düşür. Yerdəyişmə yaylı-yumşaq olmalıdır. 

 231
              Qayçıvarı üsulda  şagird plankaya (ipə) çəpəki mövqedən (sağdan və soldan) qaçır, sağ tərəfdən 
qaçdıqda sol, sol tərəfdən qaçdıqda isə sağ ayaqla təkan verir. Bu zaman digər ayaq plankaya paralel 
yuxarı  qaldırılır. Daha sonra təkan ayağı plankadan aşırılır. Yerə düşərkən əvvəlcə plankanı keçən ayaq, 
sonra isə təkan ayağı yerə düşür.    
             Bir ayaqla təkan vurub əli yuxarıda asılmış əşyaya toxundurmaq, qaçaraq bir ayaqla təkan vurub 
iki ayaq üzərində yerə düşmək və s. hərəkətlər hündürlüyə tullanmağı təkmilləşdirmək üçün faydalıdır. 
              Qaçaraq uzununa tullanmaq üçün hazırlıq hərəkətləri. Bir dairədən digər dairəyə (bir-birindən 
50-70 sm aralı 4-6 dairə  çəkməli) və 100-110 sm (qızlar üçün 90-100 sm olmalıdır) enində olan zolaq 
üzərindən tullanmaq. Bu cür uzununa tullanmaq elementlərini öyrənən zaman hər iki ayaq üzərində yerə 
düşmək hərəkətlərini yerinə yetirməzdən qabaq birinci sinifdə keçirilmiş maneələr üzərindən hündürlüyə 
və uzununa tullanmaları təkrar etdirmək lazımdır. 
              İkinci sinifdə uzununa tullanmada başlıca vəzifə  uşaqların «təkan zonasından» düzgün təkan 
verərək tullanması  və daha uzağa tullanmasıdır. Tullanmanın qaçış  təkan, uçuş  və yerədüşmə 
mərhələlərinin hər biri,  ayrılıqda öyrədildikdən sonra qaçaraq uzununa tullanmaq icra edilir (şəkil 7). 
              Cisim atmaq. Birinci sinifdə öyrədilmiş cisim atmaq texnikası II sinifdə təkrar olunur. Bu zaman 
həmçinin əldə edilmiş cisimatma vərdişləri daha da möhkəmləndirilir. 
              II sinifdə keçiriləcək cisim atmaya aşağıdakılar aiddir: 
              1. Hündürlüyü 3  m, eni 1x1  m olan lövhəyə oğlanlar 8 m, qızlar isə 6 m məsafədən kiçik top 
atmaq; 
              2. Kiçik topu hündürlüyü 2,5 m olan ip maneəsindən, yaxud voleybol topu üzərindən atmaq; 
              3. Kiçik topu və ya digər münasib, həm  də yüngül əşyaları yerindən uzağa atmaq. 
              Proqramın digər materialları ilə növbələşdirilməklə bütün tədris ili ərzində cisim atmaq  
əhəmiyyətlidir. Təcrübədən aydın olur ki, bu, bir tərəfdən uşaqların bədən tərbiyəsinə olan marağını 
artırır, digər tərəfdən uşaqları daha da fəallaşdırır. Cisim atmaq müntəzəm keçilmədikdə bu sahədə 
yaranmış vərdişlər tez unudulur. 
Şəkil 28. Qaçaraq uzununa tullanmaq. 
 
                                    III  s i n i f 
              Qaçış.  III sinifdən etibarən uşaqlara dairə ensiz koridor, top, pilləkənlər üzrə, habelə topun 
üzərindən tullanmaqla qaçışlar öyrədilir. 
              40 metrədək sürətli  qaçış. Sürətli qaçışa başlamazdan qabaq start xətti, qaçış cığırları və finiş 
xətləri çəkilməli və müəyyənləşdirilməlidir. Sonra hər qrupda 5-6 nəfər olmaqla şagirdlər bir neçə 
qruplara bölünürlər. Qruplar növbə ilə qaçış sahəsinə çağrılır və müəllimin komandası ilə qaçırlar. Qaçış 
zamanı dizlər yuxarı qaldırılmalı, ayaqlar paralel qoyulmalı, bədən sərbəst tutulmalı, qollar döş qarşısında 
dirsəkdən bükülməli, tənəffüs müntəzəm və  sərbəst olmalıdır. Qaçışdan sonra tənəffüs hərəkətləri 
edilməlidir. 
              Eni 60 sm olan maneə üzərindən (ağaclar və doldurulmuş toplar) qaçış. Əvvəlcə bir, sonra isə 
bir neçə maneə üzərindən addımlayaraq qaçmaq lazımdır. Qaçarkən növbə ilə bu və ya digər ayaq maneə 
üzərindən keçirilir. Bu zaman irəlidəki qıç yuxarı qaldırılır, gövdə qabağa əyilir. Arxadakı qıç isə maneə 
üzərindən – yandan irəli aparılır. 
              Tullanmalar. III sinif şagirdləri üçün tullanma hərəkətləri aşağıdakılardır: 
1.
 
Qısa fırlanan ip üzərindən hoppanmaq. 
              Həmin hərəkəti bir ayaqla hoppanıb, digər ayağın üzərinə düşməklə yerinə yetirmək. 
2.
 
80 sm-lik hündürlükdə olan yumşaq maneə üzərinə tullanmaq. 
3.
 
5-7 addım qaçaraq bir ayaqla təkan vurub hündürlüyə tullanmaq və hər  
iki ayaq üzərində yerə düşmək (ipin, qarğının hündürlüyü 50-70 sm). 
4.
 
Qaçaraq uzununa tullanmaq. 
5.
 
Enli maneə (hündürlüyü 30-40 sm, eni 1,5-2 m) üzərinə tullanmaq. 
6.
 
Addımla tullanıb hər iki ayaq üzərinə düşmək (tullanılacaq sahənin eni  
40 sm-dir). 
7.
 
Eni 40 sm  olan zolaqlara (birinci zolaqla ikinci zolağın arası 110 sm, üçüncü zolaqla 
dördüncü zolağın arası isə 190 sm olmalıdır). 

 232
              Cisim atmaq. 1. Kiçik topu 10 m-dək (oğlanlar) və 8 m-dək (qızlar) məsafədən hündürlüyü 3 m 
olan şaquli hədəfə atmaq. 
              2.  Diametri  80  sm  olan  və üzərinə bir-birinin içərisindən çəkilmiş 3 dairəli hədəfə (birinci 
dairənin diametri 40 sm, ikinci dairəninki 60 sm, üçüncü dairəninki isə 80 sm-dir) kiçik top atmaq. 3. 3 m 
hündürlükdə qoyulmuş maneələrin (ip, basketbol lövhəsi) üzərindən kiçik top və başqa yüngül əşyalar 
atmaq. 
              Qaçış cığırları. Qaçmaq üçün cığırlar düzəldilərkən  «qaçış sahəsi»Nin torpağını dəyişdirmədən 
eyni ilə  də saxlamaq olar. Bu zaman meydançanın  ən uzun hissəsi üzrə qaçış  cığırları  əhənglə  və  ağ 
boyalı  rənglə  işarə edilə bilər. Cığırın uzunluğu 30-50-60 m, eni isə 3-6 sm götürülməlidir. Finiş  xətti 
işarə olunur (təbaşir ilə də ola bilər). Finiş xəttindən sonra ən azı 10-15 m boş sahə olmalıdır ki, qaçan 
şagird divara, hasara, ağaca və s. əşyalara toxunmasın. Ümumiyyətlə, kiçik meydança olan yerlərdə 
xüsusi meydança düzəldilmir, sadəcə olaraq qaçış üçün işarələr edilir. 
              Böyük sahəsi olan məktəblərdə xüsusi qaçış cığırları düzəldilməlidir. Belə cığırlar düz və otsuz 
olmalıdır. Qaçış  cığırları sahəsində olan torpaq 10-15 sm dərinliyində qazılıb daşdan, ağacdan, 
kötüklərdən və b. qırıntılardan təmizlənməlidir. Sonra həmin yerə qumm tökülməli, sonra isə  çınqıl ilə 
hamarlanmalıdır. Daha sonra torpağa bir qədər su töküb ağır əşyalarla bərkidilməlidir. Yolların eni 1,25 
m, xətlərin eni isə 5 sm olub, əhəng yaxud təbaşirlə  işarələnməlidir. Start xətti çəkilməli və qaçış 
cığırlarında hər 30, 40, 50 m-dən bir finiş xətləri çəkilməlidir. 
              Tullanmalar üçün yer. Tullanmalar üçün yer-çalalar düzəldilir ki, bunun da uzunluğu 6 m, eni 3 
m, dərinliyi isə isə 40-50 sm olur. Tullanma çalaları narın qumla və yonqarla yer səthinə  qədər 
doldurulmalı, tullanmadan əvvəl mütləq qazılıb yumşadılmalıdır. Əgər uzununa və hündürlüyə tullanmaq 
üçün eyni çala düzəldilirsə, meydançanın qısa tərəfi uzununa, uzun tərəfi isə hündürlüyə tullanmaq üçün 
yararlı hala salınmalıdır. Qaçış  cıırları  həm düz və  həm də  bərkidilmiş torpaq sahələrindən ibarət 
olmalıdır. Təkan sahələri daha möhkəm və bərk olmalıdır. Bu təkan vermək üçün əlverişli şərait yaradır. 
Taxtadan ibarət təkan lövhəsinin uzunluğu 1 m, eni 30 sm, qalınlığı isə 2-3 sm olmalıdır. Uzununa 
tullanma çalası elə düzəldilməlidir ki, qaçarkən gözə günəş  şüası düşməsin. Uzununa tullanmada qaçış 
cığırının uzunluğu 20-25 m, eni isə 1,5 m olmalıdır. Hündürlüyə tullanma üçün də elə yer seçilməlidir ki, 
həmin hərəkət icra olunarkən şagirdlər ipi və ya plankanı yaxşı görə bilsin. 
              Hündürlüyə tullanmada planka (ip) qoymaq üçün xüsusi dayaqlar olmalıdır. Dayaqlarda 
hündürlük 40 sm-dən başlayaraq 5 sm-dən bir artırılır. 
              Atmalar üçün yer. Atmalar üçün yeri avadanlıqla təchiz etməyə o qədər də ehtiyac yoxdur. 
Cisim atılması  məqsədilə boş sahədə  səyyar lövhələr düzəldilməli, istifadədən sonra ləvazimat və 
avadanlıqlar saxlanılan otağa qoyulmalıdır. Lövhələr elə sahəyə qoyulmalıdır ki, atılmış cisimlər kənara 
çıxmayıb geriyə qayıtsın və yaxud da meydançadan kənara çıxmasın. 

 233
 
 
 
                              Yoxlama – test sualları 
 
1.
 
Yüngül atletika hərəkətlərinin təliminin əsasları. 
2.
 
Yüngül atletikanın öyrətmə metodları. 
3.
 
Yüngül atletika dərslərinin quruluşu, hissələri və tipləri. 
4.
 
Yerişin öyrədilməsi texnikası. 
5.
 
Qaçışın öyrədilməsi texnikası. 
6.
 
Hoppanmaların və cisim atmaların, akrobatika elementlərinin öyrədilməsi metodikası. 
 
 
 
                         Yaradıcılıq işi üçün təxmini mövzular 
 
1.
 
Yüngül atletikanın fiziki tərbiyə sistemində yeri. 
2.
 
Qısa məsafəyə qaçışın öyrədilməsi metodikası. 
3.
 
Qaçaraq uzununa tullanmağın öyrədilməsi texnikası.         

 234
3.5  Kross hazırlığı 
 
5.1. Kross hazırlığının təlimi 
              İbtidai siniflərdə I sinifdən başlayaraq  hər bir sinifdə 8 saat kross hazırlığı keçirilir. Kross 
hazırlığı müxtəlif relyefli yerdə meşə-bağ  cığırlarında, çay kənarında, parklarda, enişli-yoxuşlu, dərəli-
təpəli, hamar olmayan yerlərdə, sürüşkən torpaqları olan sahələrdə icra olunan yeriş  və qaçışlardan 
ibarətdir. Qısa və orta addımlarla yeriş  və qaçışlar, müxtəlif yeriş  və qaçışın növbələşdirilməsi kross 
hazırlığına daxildir. Kross hazırlığı uşaqlarda hərəkət koordinasiyasını təkmilləşdirir. Bu baxımdan kross 
hazırlığının düzgün təşkili və aparılması xüsusi əhəmiyyət kəsb edir. 
              Şagirdlərin köməyindən istifadə edərək məktəbdəki idman meydançasında 300-400 m 
uzunluğunda olan, «süni kross hazırlığı  cığırları» düzəltməlidirlər. Kross hazırlığı  cığırları adi qaçış 
yollarından mütləq fərqlənməlidir. «Süni kross hazırlığı cığırları»nda bir sıra maneələr qoymaq lazımdır. 
Yəni «süni kross hazırlığı  cığırları» eni 150 sm olan xəndəklərdən və çör-çöpdən düzəldilmiş 
kolluqlardan ibarət olmalıdır. 
              Kross  hazırlığı  məşğələlərinin istər  ətraf yerlərdə  təbii maneələrin dəf edilməsi və istərsə  də 
«süni kross cığırları»nda aparılmasına baxmayaraq o müntəzəm surətdə  təmizlənməli və  səliqəyə 
salınmalıdır. Xüsusilə  məşğələlərin keçirildiyi sahələrdə  ağac kötükləri çıxarılmalı, çala-çökürlər 
düzəlməli, daşlar və s. təmizlənməlidir. Bütün bunlar kross hazırlığı  məşğələlərinin də  zədələnmələrin 
qarşısının alınmasında, kross məsafəsində yeriş  və qaçış tempinin istənilən səviyyədə yerinə 
yetirilməsində çox böyük əhəmiyyətə malikdir. 
              Sinifdə «süni kross hazırlığı cığırları»nda məşğələlər keçirilərkən 20-30 m uzunluğunda qum və 
gildən düzəldilmiş xətlərdən (bunlar dərsə qədər hazırlanmalıdır), eyni zamanda asfaltlanmış sahələrdən 
(səkidən) istifadə etmək lazımdır. 
              Proqramda  kross  hazırlığı üzrə  nəzəri məlumatlar verilməklə yanaşı, həm də  hərəkət 
keyfiyyətlərini inkişaf etdirən praktik materiallar da tövsiyyə olunur. 
              Kross  hazırlığı üzrə  şagirdlərə  aşağıdakı  məlumatların mənimsədilməsi zəruridir. Məlumatlar 
əsasən qarşıya qoyulmuş  tələblərə, kross yerişi və qaçışı zamanı baş verə biləcək zədələnmələrin 
qarşısının alınması qaydalarına əsaslanmalıdır. Bu qaydalara uşaqlar xəstə olarkən özlərinin sağlamlığını 
qorumaq, mövösümə uyğun geyinməyi bacarmaq, həmçinin məşğələdən qabaq yeməmək, düzgün 
tənəffüs etmək və i.a. daxildir. Bundan əlavə, hamar olmayan yerlərdə – yəni daşlı-kəsəkli və çala-çökük 
yerlərdə, enişli-yoxuşlu sahələrdə, tikanlı sıx meşələrdə yeriş və qaçış məsafələrini düzgün qət etmək – 
zədə almadan başa çatdırmaq və s. kross zamanı təhlükəsizlik qaydalarına daxildir. 
              Kross  hazırlığında  əsas nəzəri məlumatlar isə ilk kross hazırlığı  dərslərindən başlayaraq 3-5 
dəqiqə müddətində söhbət  şəklində  şagirdlərə çatdırılmalıdır. Növbəti bir neçə  dərslərin  şagirdlərin 
biliyini yoxlamaq və onu daha da möhkəmləndirmək istiqamətində aparılması faydalı olardı. Şagirdlərə 
kross hazırlığı haqqında verilən nəzəri məlumatlar  şagirdlərin yaşına uyğun olmaqla əsasən onun 
gigiyenik məsələlərinə  həsr olunmalıdır. Bu işdə  əsas diqqət  şagirdlərin gijgiyenik tələbləri müntəzəm 
surətdə necə yerinə yetirmələrinə cəmləşdirilməlidir. Həmin gigiyenik tələblər aşağıdakılardan ibarətdir: 
hər gün ayaqları yatmazdan əvvəl yumaq, soyuq havada isti və  təmiz yun, isti havalarda isə nazik 
corablar, ketlər və yarım ketlər geyinmək lazımdır. Həmin geyimləri kənar vaxtlarda deyil,  yalnız bədən 
tərbiyəsi dərslərində geyinməlidir. Kross hazırlığı dərslərində  məşq kostyumları, soyuq külək əsən zaman 
möhkəm kurtka və əlcəkdən istifadə olunur. 
              Bütün  siniflərdə kross qaçışı dövründə  şagirdlərin düzgün olaraq tənəffüs etmələrinə xüsusilə 
diqqət vermək çox vacibdir. Professor M.Mustafayevin dediyi kimi, maneələri dəf etməklə qaçış zamanı 
vəziyyəti bir qədər də mürəkkəbləşir, çünki indii maneələri dəf etmək lazım gəlir. Orqanizmə təsiri etibarı 
ilə qaçışın sürəti və işin müddəti şiddətli yeriş relyefindən asılıdır. 
              Qeyd  etmək lazımdır ki, kross üzrə qaçışda yolun hamar olmaması  kəskin dönüşlər, eniş  və 
yoxuşlar qaçışın ritmik xarakterini və dövrülüyünü pozur. Ona görə də kross qaçışı zamanı şagirdlər öz 
hərəkətlərinin koordinasiyasını tez-tez dəyişməyi bacarmalıdır, bu isə sinir sistemində oyanmanın və 
ləngimə proseslərinin tez-tez növbələşməsi nəticəsində mümkün olur. 
              Kroslar zamanı dərin fizioloji dəyişikliklər baş verir və oksigen tələbatı nəticəsində orta və hətta 
böyük şiddətli iş səviyyəsinə müvafiq gəlir. Bu dəyişikliklər həm qaçışın özündən, həm də yolboyu rast 

 235
gələn  maneələri dəf etməklə əlaqədar olaraq icra edilən cürbəcür başqa hərəkətlərdən (tullanma və s.) baş 
v erir. Kroslarda orta şiddətli dövri iş ayrı-ayrı momentlərdə böyük və  hətta maksimal şiddətli işlə 
(xəndəkdən tullanmaq üçün uzaqdan gəlib qaçmaq və s.) quraşdırılır. Bütün bunları nəzərə alaraq kross 
hazırlığı dərslərində dərin və ahəngli qaçış üzrə şagirdlərin bacarıqlarını formalaşdırmaq zəruridir. 
              Kross  hazırlığı  dərslərində  şagirdlərin ayaq oynaq-bağ birləşmələrinin möhkəmləndirilməsinə 
ciddi fikir vermək lazımdır. Ayaq pəncəsinin (ayaq tağının) inkişafı üçün xüsusi və hazırlıq 
hərəkətlərindən istifadə olunur. Bu hərəkətlər pəncələr üzərində yeriş, ayaqların bayır kənarları üzərində 
yeriş, dabanlar üzərindən pəncələr üzərinə yerişə keçmək, dönmə  hərəkətləri (sağa və sola), ayaqların 
daxilə  və xaricə dairəvi hərəkətləri; iplər üzərində yerində  və irəliyə doğru hoppanmalar; pəncə-daban 
üzərindən pəncələr üzərinə qalxmaq və əvvəlki vəziyyətə qayıtmaq və s. daxildir. 
              Yeriş  və qaçış  təbii hərəkətlərdən olub bu sahədəki bacarıq və  vərdişlərə  uşaqlar lap kiçik 
yaşlarından yiyələnmiş olurlar. Məktəb bədən tərbiyəsinin qarşısında duran başlıca vəzifələrdən biri isə 
təbii hərəkət növlərindən yeriş  və qaçış  hərəkətlərini təlim etmək və  hərəkətin bu növlərinin düzgün 
əsasını yaratmaqdan ibarətdir. Eyni zamanda bədən tərbiyəsi dərslərində şagirdlərə gözəl yeriş və düzgün 
qaçışı öyrətməklə  bərabər, həm də bu sahədə qazanılmış  həyat üçün zəruri olan bacarıq və  vərdişləri 
müxtəlif məsafələrə  hərəkət zamanı yerinə yetirməyə alışdırmaq vacibdir. Buna görə  də mövcud 
proqramlarda digər təbii hərəkət növləri ilə yanaşı, ətraf yerlərdə şagirdlərə gözəl yeriş və düzgün qaçış 
elementləri də aşılamaq tələb olunur. 
              IV  sinifdən başlayaraq müxtəlif sahələrdə müxtəlif xüsusiyyətli yerişlər (qısa addımlarla, asta, 
yeyin və s. yeriş) və orta templi qaçışa yiyələnməyin texnikası öyrədilir. 
              Yeriş  hərəkətləri həm yerində, həm də  hərəkət zamanı yerinə yetirilə bilər. Yeriş  hərəkətləri 
aşağıdakı formalarda icra olunur. Ayaq və  pəncənin inkişafı üçün pəncə  və  dəban üzərində  adi yeriş, 
qabaqcadan hazırlanmış müəyyən xətlər üzərində yeriş, bədənin ağırlığını gah pəncə, gagh da dabanlar 
üzərinə salmaqla yeriş, ayaqların bayır və içəri kənar hissəsi üzərində yeriş, pəncələrdən daban üzərinə və 
əksinə keçməklə yerişlərdən istifadə olunur. Bu cür yerişlər asta, orta, yeyin tempdə  və özü də ritmik 
olaraq yerinə yetirilir. Yeriş vaxtı qol və  qıçların hərəkətləri mütləq bir-birinə uyğun olaraq hərəkət 
edilməlidir. Gövdə nə irəliyə, nə də ki, arxaya əyilməli, o, həmişə düzgün saxlanmalıdır. 
              Müşahidələr nəticəsində məlum olmuşdur ki, respublikamızın şəhər və rayon məktəblərində dərs 
deyən sinif müəllimləri, o cümlədən ixtisaslı bədən tərbiyəsi müəllimləri şagirdlərin gözəl, rəvan və səlist 
yerişə yiyələnmələrinə o qədər də diqqət yetirmirlər. Onu ikinci dərəcəli bir iş hesab edirlər. Onlar 
deyirlər ki, məktəbyaşlı uşaqlar onsuz da yeriməyi bacarırlar, dərsdə yerişə xüsusi diqqət yetirmək, çox 
vaxt ayırmaq məqsədəuyğun deyildir. Bədən tərbiyəsi dərslərində əsasən qaçış, tullanmalar, cisim atmaq, 
dırmanmaq, müvazinət saxlamaq kimi təbii hərəkət növləri üzrə bacarıq və  vərdişlər aşılanmalıdır. 
Fikrimizcə, belə düşünənlər böyük səhvə yol verirlər. Ona görə ki, uşaqlar bütün məktəb yaş dövründə 
sonrakı yaş dövrünə nisbətən anatomik və fizioloji cəhətdən daha sürətlə inkişaf edirlər. Həmin inkişaf 
dövründə uşaqların orqanizmi möhkəm olmur. Orqanizm mühitin zərərli təsirlərinə daha tez məruz qalır, 
onunla mübarizə etmək imkanı lazımi dərəcədə geniş olmur. Bu vaxt uşaq orqanizmində yerişlə əlaqədar 
bir sıra xoşagəlməz qüsurlar meydana çıxa bilər. Uşaqlara yeriş  hərəkətlərini öyrətməklə bir tərəfdən 
həmin qüsurların  əmələ  gəlməsinin, digər tərəfdən isə yaranmış qüsurların nisbətən qarşısını almaq 
mümkündür. Müəllim unutmamalıdır ki, şagirdləri sağlam və fiziki cəhətdən möhkəm böyütmək üçün 
yeriş də xüsusi əhəmiyyət kəsb edir. Yeriş zamanı çiyin qurşağı, yuxarı və aşağı ətraf əzələlərinin hərəkət 
fəaliyyəti xeyli artır. Belə yeriş hərəkətləri ürək əzələlərini, tənəffüsü məşq etdirərək onların funksional 
hərəkətini yaxşılaşdırır. 
              Yeriş  hərəkətlərinin başqa cəhətlərdə  də böyük əhəmiyyəti vardır. Yeriş  hərəkətlərini icra 
etmədən birbaşa qaçış, tullanma və s. hərəkətlərin yerinə yetirilməsi ürəyin damarlara vurduğu qanın 
miqdarını birdən-birə artırır. Bu isə uzun illər məşq etməmiş, ürək  əzələlərini daha da 
möhkəmləndirməmiş uşaqlarda nəbz vurğuları döyüntülərinin sayını çoxaldır, təngnəfəsliyin yaranmasına 
səbəb olur. İstər hamar sahələrdə, istərsə  də meşə  cığırlarında, kələ-kötür yerlərdə yeriş vaxtı  bədəni 
gərginləşdirməməli, o çevik və  sərbəst surətdə yerinə yetirilməlidir. Addımları atdıqda qıçları yuxarı 
qaldırıb dizdən yüngül bükməli, dabanı birinci olaraq yerə qoymalıdır. Yeriş zamanı  həddindən artıq 
geniş addımlar atmamalı, pəncələr bayıra, nə də daxilə çox meyl etməməlidir. Kross və adi yeriş zamanı 
addımların uzunluğunun bərabər olmasına çalışmalıdır. Gövdə isə düz tutulmalıdır. Bütün bunlar qamətin 

 236
düzgün inkişafı  və formalaşması üçün xüsusilə vacibdir. Yerişlər zamanı  tənəffüsə  də diqqət verməli, 
onun düzgün yerinə yetirilməsinə (sərbəst olmasına) səy göstərməlidir. Sərbəst yeriş dövründə təxminən 
iki-üç addımdan bir nəfəs almalı, 3-4 addımdan bir isə nəfəsi buraxmalıdır. Düzgün yeriş qaydasına lazım 
i səviyyədə yiyələndikdə orqanizmə düşən yükün miqdarı nisbətən azalır, ona az enerji sərf etmək lazım 
gəlir, başqa soözlə desək, əzələ gücündən qənaətlə istifadə etmək imkanı genişlənir. Bu da uzaq məsafədə 
yol getdikdə tez yorulmanınn qarşısını xeyli dərəcədə alır, Adam özünü yüngül hesab etməklə daha da 
gümrahlaşır və çevikləşir. Bədən tərbiyəsi müəllimləri yuxarıda deyilənləri nəzərə alıb şagirdlərin yeriş 
və duruşlarına diqqət yetirməklə qeyri-normal onurğa əyriliklərinin və yastıayaqlılığın qarşısını almaqda 
böyük və  əhəmiyyətli iş görə bilərlər. Müəllimin  şagirdlərdə müşahidə etdiyi qüsurların aradan 
qaldırılması üçün məktəb həkimi və valideynlərlə birlikdə iş aparması daha faydalı və daha təsirli olardı. 
              Qeyd  etmək olardı ki, məktəbyaşlı  uşaqların sağlamlığının daha da möhkəmləndirilməsində, 
zehni qabiliyyətinin artırılmasında, bəzi xəstəliklərlə mübarizədə təmiz havada (təbii şəraitdə) qaçışla (adi 
və kross) müntəzəm olaraq məşğul olmağın və onun texnikasına düzgün yiyələnməyin rolu böyükdür. 
Məlumdur ki, qaçışda bütün əzələ qrupları, o cümlədən çiyin qurşağı, yuxarı və aşağı ətraf əzələləri, fəal 
surətdə iştirak edirlər. Qaçışın təsiri ilə tənəffüs       üzvləri və ürək qan-damar sistemi öz işini artırmalı 
olur. Bu vaxt ürək qapaqları tez-tez yığılıb-açılır, hər dəfə  yığılıb açıldıqda ağ ciyər arteriyasına və 
aortaya vurulan qanın miqdarı  tədricən azalmağa başlayır. Qanın oksigenlə  təchiz olunması  və karbon 
qazının xaric olunmasını  təmin edən tənəffüs aparatının işi sürətlənir. Qaçışla məşğul olmayan adamın 
ürəyi qaçan zaman damarlara verilən qanın həcmini kifiayət qədər artıra bilmir. Bu zaman həmin adamın 
ürək nəbz vurğuları tez-tez döyünür, onun işləyən mərhələsi  müəyyən dərəcə azalır. Bu isə ürək 
əzələsinin tədricən zəifləməsinə, fəaliyyətinin pozulmasına səbəb ola bilir. Gərgin qaçış dövründə 
uşaqlarda   nəbz vurğuları bir dəqiqədə 160-189-a çatsa belə, lazımi oksigeni qan vasitəsi ilə hüceyrələrə 
çatdıra bilmir. Bu vaxt sinir hüceyrələri oksigensiz mühitdə zəifləyir və nəticədə baş gicəllənməsi, hətta 
ürəkgetmə halları olur. Bu vəziyyəti tezliklə aradaq qaldırmaqdan ötrü şəkərli məhsuldan istifadə etmək 
lazımdır. Müntəzəm şəkildə qaçış hərəkətləri ilə məşğul olanların ürək fəaliyyəti  qüvvətli və enerjili olur 
və həmin prosesdə ürək fünksiyasını asanlıqla yerinə yetirir. 
              Qaçış maddələr mübadiləsini də sürətləndirən  əsas amillərdən biridir. Qaçış zamanı orqanizm 
oksigenlə normal təmin olunmur, oksigenə olan ehtiyac isə qaçış elementləri yerinə yetirilib qurtardıqdan 
sonra ödənilməlidir. Məhz bunlara görə  də  hərəkətləri qaçışdan sonra qəflətən dayandırmaq olmaz. 
Hərəkətlər dərhal saxlandıqdan sonra bu, aşağı  ətraf venalarının boşalmasına, qıçlara çoxlu miqdarda 
qanın yığılmasına səbəb olur. Onu da qeyd etmək lazımdır ki, həm də bu zaman ürəyə gələn venoz qanın  
miqdarı xeyli azalır. Fizioloji tədqiqatlar göstərir ki, həmin prosesdə qan damarlarının fəaliyyətini nizama 
salan reaksiyalar gecikdiyindən bədənin yuxarı hissəsi xüsusilə beyinə gedən qanın miqdarı azalır. Bunun 
nəticəsində adam huşunu itirir. Belə bir vəziyyətin yaranmamasından ötrü qaçışdan sonra hərəkətin 
sürətini tədricən azaltmaq və onu müəyyən müddətdə davam etdirmək lazımdır. 
              Kross qaçışlarının hamar sahələrdə aparılan qaçışlardan müəyyən fərqləri olsa da, onlar ümumi 
cəhətdən bir-birinə uyğun şəkildə həyata keçirilir. Ətraf yerlərə (kələ-kötür sahələrdə, meşə cığırlarında) 
kross qaçışı asta və orta tempdə keçirilməli, addımlar sərbəst olmalıdır. Qaçışın hamar olmayan sahələrdə 
aparılmasına baxmayaraq, yerişdə olduğu kimi, başı və gövdəni düz tutmalı, qıç və qolların hərəkətləri 
bir-birinə uyğunlaşdırılmalıdır. Bu zaman qollar dirsəkdən gərginləşdirilmədən bükülməli, sinə isə bir 
qədər irəli çıxmalıdır. Bu cür qaçış  hərəkətlərinin düzgün yerinə yetirilməsi qamətin formalaşmasına 
müsbət təsir göstərir. 
              Qaçış zamanı  pəncə  və daban yerə qoyulmalıdır (Bədənin ağırlığı  pəncə  və daban üzərinə 
düşməlidir). Həmin elementin bir neçə dərsdə təkrar olunması və öyrədilməsi məsləhət görülür. 
              Kross  hazırlığı üzrə  işlərin yaxşı  nəticələnməsində onun düzgün olaraq planlaşdırılması da 
mühüm  əhəmiyyətə malikdir. Həmin material planlaşdırılarkən iqlim şəraiti,  ətraf yerlərin relyefi 
uşaqların fiziki hazırlığı  və  ətraf yerlərə onların nə  dərəcədə  bələd olması da ciddi surətdə  nəzərə 
alınmalıdır. 
              Kross hazırlığı hərəkətləri müntəzəmlilik və ardıcıllıq gözlənilməklə, şüurluluq və fəallıq, bilik, 
bacarıq və  vərdişlərin möhkəmləndirilməsi, müvafiqlik və  fərdi yanaşma prinsipləri  əsasında 
aparılmalıdır. Kross hazırlığı  dərslərində  uşaqların nəbz vurğularına da diqqət yetirməlidir. 
Hesablamalara görə 6-8 kros hazırlığı dərsindən sonra nəbz bir dəqiqədə 130, sonrakı dərslərdə isə 150 

 237
dəfə döyünürsə, bu normal sayılır. Kross hazırlığı dərslərində orqanizmə fiziki yükün normal verilməsi 
isə ürəyin iş qabiliyyətini yüksəldir, ürək  əzələ qüvvəsini artırır,  möhkəmləndirir, eyni zamanda 
hüceyrələrin qanla    yaxşı təmin olunması üçün lazımi şərait yaradır. Nəbz vurğuları məsafənin yarısı qət 
edildikdən sonra qaçışın qurtarmasına 6-10 saniyə qalmış yoxlanılır. Əgər qaçış qurtardıqdan sonra (10 
saniyə sonra) nəbz döyünmələrinin sayı 100 % hesab edilirsə, bir dəqiqədən sonra nəbz döyünmələrinin 
sayı 20%, 5 dəqiqədən sonra 50%, 10 dəqiqədən sonra isə 70-75%-ə qədər aşağı düşürsə, bu normal hal 
kimi qəbul olunmalıdır. 
 
5.2. Kross məsafəsinin öyrədildməsi metodikası 
              Yeriş  və qaçış sahəsindən asılı olaraq addımların uzunluğu və  hərəkətin tempinin artırılıb-
azaldılmasının düzgün müəyyənləşdirilməsi də  zədələnmələrin qarşısının alınması üçün   çox vacibdir. 
Sürət isə qaçış addımlarının uzunluğundan və hərəkətin tempindən asılıdır. Hərəkətin tempi eyni vaxtda, 
eyni miqdarda hərəkətlərin icrası deməkdir. Məsələn, 1 dəqiqə ərzində hərəkətlərin icra olunma miqdarı: 
              a)  yeriş vaxtı müəllim hərəkətin düzgün icrası  məqsədlə  aşağıdakı  tələbləri nəzərə almalıdır: 
yeriş zamanı bədən demək olar ki, tam şəkildə   şaquli vəziyyətdə saxlanmalıdır. Təkan qıçın dizdən və 
ayağın oynaqlardan fəal açılması ilə  həyata keçirilməlidir. Bədənin  şaquli vəziyyətindən sonra daban 
yerdən həmin an deyil,  tədricən ayrılır. Daban yerdən o zaman ayrılır ki, digər ayaq – yəni havada olan 
ayaq sərbəst olaraq yerə qoyulur. Havada olan ayaq irəli gedən dövrdə yüngülcə bükülür. O, yerə tam 
daban üstündə qoyulur. Qollar isə geniş  hərəkət etdirilir. Qollar arxaya gedərkən çiyinlər bir qədər 
hündürə qaldırılır. 
              b) qaçışda təkana xüsusi diqqət yetirməlidir. Addımın axırında bud-çanaq, diz və ayaq oynaqları 
maksimum dərəcədə tam açılmalıdır. Sürətli qaçışda təkanda sürətlə edilməli və 40-45 
o
dərəcə altında 
olmalıdır. Digər qıç və qol isə sürətlə irəli hərəkət etdirilməlidir. Yellənən qıç, dizdən dayaq ayağına 
nisbətən irəli daha çevik atılmalıdır.  Əks təqdirdə qaçışın sürəti aşağı düşəcəkdir. Addımın sonunda 
yellənən ayaq yerə sürətlə və fəallıqla qoyulmalıdır. Bu hərəkətin yerinə yetirilmə vaxtını azaldır. Ayağın 
yerə toxunan anında isə gövdə və çanaq irəli aparılır. 
              Qaçışın  əvvəlində, yəni ayaqlar yorulmazdan qabaq yellənən ayağı  pəncəsi üstə qoymaq 
məsləhət görülür. Sonra isə ayaq  pəncə-daban üstə tam olaraq yerə qoyulur. Ayağın bir qədər onun 
xaricə  tərəf olan hissəsi üstündə qoyulur. Ayağın bir qədər onun xaricə  tərəf  olan  hissəsi üstündə 
qoyulması daha faydalıdır. Bundan sonra, yəni ayaq pəncə-daban və yaxud daban üstə yerə qoyulur. 
Yalnız ən yaxşı qaçanlar ayağı pəncə üstə yerə qoymağı bacarırlar. Bu an onlar qıçı tam açmalıdır.           
            Qollar isə həddən artıq dirsəklərdən  bükülməməli və sinəyə möhkəmcə  sixılmamalıdır. Qolları 
irəli apararkən onlar gövdənin orta xəttinə yaxınlaşdırılır, arxaya gedərkən isə arxaya, daxilə  tərəf 
istiqamətləndirilir. Hərəkət zamanı qollar sərbəst hərəkət etdirilir. Bədən  şaquli vəziyyətdə olduqda isə 
(qollar arxaya gedərkən) diz bükülməlidir. 
              İndi də kross hazırlığından IV sinif üzrə dərs nümunələrini verək. 
 
5.3. IV sinifdə kross hazırlığı üzrə dərslərin məzmunu 
              Həmin dərsdə qaçış zamanı intensiv olaraq artan gərginliyə qarşı davamlılıq keyfiyyətinin 
inkişafı üçün müxtəlif hərəkət növləri verilir. Bu hərəkət keyfiyyətləri  əsasən yeriş  və qaçış üzrə 
məsafələrin tədricən artırılması və dərinləşdirilməsi hesabına inkişaf etdirilir. Təkrar çıxmasın deyə, hər 
dərsdə həmin hərəkətləri qeyd etməyi lazım bilmədik. 
              I dərs. Vəzifə: tapşırıq üzrə templə yerişin öyrədilməsi. 
              1.  Kross  hazırlığı  məşğələlərində  zədələnmələrin qarşısını almaq məqsədilə davranış qaydaları 
haqqında. 
              2. Ümuminkişafetdirici kompleks hərəkətlər. 
              3.  Ayaq-oynaq  birləşmələrinin möhkəmləndirilməsinə  tənəffüs prosesinin ritmik olaraq tənzim 
edilməsi üçün xüsusi hərəkətlər. 
              4.  Vaxt  nəzərə alınmaqla 100 m məsafəyə yeriş, tapşırıq üzrə templə 100 m məsafəni 70-75 
saniyə ərzində yerimək. 

 238
              5.  Səmərəli, rəvan qaçış üçün davamlılıq keyfiyyətini inkişaf etdirən müxtəlif xüsusiyyətli 
hərəkətlər. 100 m qaçış, 100 m yeriş, 200 m qaçış, 100 m yeriş, 100 m məsafəyə 70-75 saniyə müddətində 
templə yeriş, sərbəst qaçış. 
              II dərs. Vəzifə: Tapşırıq üzrə templə yeriş və qaçışın öyrədilməsi. 
1.
 
Kross məsafəsində qaçış və yeriş tempi haqqında anlayış. 
2.
 
Ümuminkişaf etdirici kompleks hərəkətlər. 
3.
 
Xüsusi hərəkətlər (1-ci dərsə bax). 
4.
 
Tapşırıq üzrə templə 100 m məsafəyə yeriş (1-ci dərsə bax). Vaxt nəzərə alınmaqla 100 m 
məsafəyə qaçış (saniyəölçənlə), 30-32 saniyə ərzində 100 m məsafəyə sürətlə qaçış. 
5.
 
Müxtəlif hərəkətlər (tapşırıq üzrə templə, yuxarıda göstərilmişdir):    100 m qaçış, 100 m 
yeriş, 300 m qaçış, 200 m yeriş, 100m qaçış, 100 m yeriş. 
              III dərs. Vəzifə: qaçış və yeriş dövründə qolların düzgün olaraq hərəkət etdirilməsinin və tapşırıq 
üzrə templə qaçışın öyrədilməsi.  
1.
 
Kross məsafəsinə yeriş və qaçış, temp üzrə biliklərin yoxlanılması. 
2.
 
Ümuminkişaf etdirici kompleks hərəkətlər. 
3.
 
Xüsusi hərəkətlər (birinci dərsə bax). 
4.
 
Boyuna ip aşırmaqla yeriş və qaçışlar. Bu zaman qollar dirsəkdən (oynaqlardan) bükülür, 
ipin kənarları qurşaq səviyyəsində əllərlə tutulur. 
5.
 
Müxtəlif hərəkətlər: oğlanlar – 200 m qaçış, 200 m yeriş, 300 m qaçış, 200 m yeriş, 100 m 
qaçış, 100 m yeriş; qızlar üçün dərsdə verilmiş hərəkətlərdən istifadə edilir. 
              Q e y d: Mövcud dərslərdə verilmiş və gələcək dərslərdə veriləcək bütün hərəkətlər  üzrə templər 
təxminidir: hər 100 m qaçış üçün 30-35 saniyə, yeriş üçün 70-75 saniyə sərf olunması məsləhət görülür. 
              IV dərs. Vəzifə:  Qaməti düzgün saxlamaqla qaçışın öyrədilməsi. 
1. Qaçış üçün ümuminkişaf etdirici və xüsusi hərəkətlər. 
2. «Qaçış dövründə hansı komandanın  şagirdləri qamətini daha yaxşı saxlayırlar?» yarışı (100 m 
məsafəyə). 
3. Müxtəlif hərəkətlər: oğlanlar – 200 m qaçış, 200 m yeriş, 400 m qaçış, 200 m qaçış, 200 m yeriş; 
qızlar – 200 m qaçış, 200 m yeriş, 300 m    qaçış, 200 m yeriş, 100 m qaçış, 100 m yeriş. 
              V dərs.  Vəzifə: Qaçış vaxtı qamətin düzgün saxlanması  və qolların düzgün hərəkət etdirilməsi 
vəzifələrinin möhkəmləndirilməsi.  
              1. Nəbz vurğularını müşahidə etməklə fiziki inkişafa nəzarət edilməsi. 
              2. Qaçış hərəkətləri və ümuminkişaf etdirici hərəkətlər. 
              3.  Qaçış  və yeriş zamanı qamətin düzgün saxlanılmasının yoxlanması  (şagirdlərin qaçış 
dövründə bir-birini müşahidə etməsi). 
              4. Müxtəlif hərəkətlər: oğlanlar – 200 m qaçış, 200 m yeriş, 200 m qaçış, 200 m yeriş; 300 m 
qaçış, 200 m yeriş; qızlar – 200 m qaçış, 200 m yeriş, 300 m  qaçış, 200 m yeriş. 
    VI dərs.  Vəzifə: Ayağın kənar hissəsində qaçışın və  həmin vəziyyətdən   pəncə-daban üzərinə 
keçməyin öyrədilməsi: 
1.
 
Qaçışın sürətinin və məsafəsini artırıb-azaltmaqla nəbz vurğularının sayının dəyişdirilməsi. 
2.
 
Nəbz vurğularının müəyyənləşdirilməsi. 
3.
 
Ümumiinkişaf etdirici hərəkətlər. 
4.
 
Ayağın inkişafı üçün xüsusi hərəkətlər. 
5.
 
Ayağın kənar hissəsində qaçışdan pəncə-daban üzərinə (tam ayaq üzərində) qaçışa 
keçməyin göstərilməsi və izahı. Asta qaçış zamanı ayaqların yerə tam qoyulmasına diqqət 
yetirmək. 
6.
 
Müxtəlif hərəkətlər: oğlanlar – 200 m qaçış, 200 m yeriş, 500 m qaçış, 200 m yeriş, 100 m 
qaçış, 100 m yeriş; qızlar – 200 m qaçış, 200 m yeriş, 100 m qaçış, 100 m yeriş. 
      VII dərs. Vəzifə: Ayağın düzgün qoyulmasının möhkəmləndirilməsi (6-cı dərsə bax). 
1.
 
Nəbz vurğularının möhkəmləndirilməsi. 
2.
 
Ümuminkişaf etdirici və qaçış hərəkətləri. 
3.
 
Ayaqların möhkəmləndirilməsi üçün hərəkətlər. 

 239
4.
 
Orta templi qaçış  və bu vaxt ayaqların düzgün qoyulmasına diqqət yetirmək (6-cı  dərsə 
bax). 
5.
 
Müxtəlif hərəkətlər: oğlanlar (6-cı  dərsə bax); qızlar – 200 m qaçış, 200 m yeriş, 400 m 
qaçış, 200 m yeriş, 200 m qaçış, 200 m yeriş. 
        Nəbzin yoxlanması: Qaçışdan sonra 10 saniyə, 2 dəqiqə, sonra isə 3,5 və 10 dəqiqə sonra. 
       VIII dərs. Vəzifə: Kross məsafəsinə zaçotların yoxlanılması. 
1.
 
Ümuminkişaf etdirici kompleks hərəkətlər. 
2.
 
Yuxarı start. 
3.
 
Kross : oğlanlar – 500 m, qızlar – 300 m. 
4.
 
Nəbzin yoxlanması – (7-ci dərsə bax). 
       IX-X  dərs.  Vəzifə: Düzgün qamət vəziyyətini və qaçış zamanı  tənəffüsün ritmikliyinin 
möhkəmləndirilməsi. 
1.Ümuminkişaf etdirici və qaçış hərəkətləri. 
2.Yerində qaçış və yeriş. Bu zaman tənəffüsün ritmik şəkildə düzgün olaraq edilməsinə diqqət 
yetirmək. 
3.Yeriş və qaçış zamanı tənəffüsün ritmikliyini və qamətin düzgün olmasının yoxlanması (şagirdlərin 
biri hərəkəti yerinə yetirir, digəri isə ona nəzarət edir və əksinə). 
4.Müxtəlif hərəkətlər: oğlanlar – 100 m qaçış, 200 m yeriş, 600 m qaçış, 200 m yeriş, 200 m qaçış, 
200 m yeriş; qızlar – 200 m qaçış, 200 m yeriş, 400 m qaçış, 200 m yeriş, 200 m qaçış, 200 m yeriş. 
 XI-XII dərs. Vəzifə: Qaçış addımları texnikasının öyrədilməsi. 
1.Ümuminkişaf etdirici hərəkətlər. 
2.Ayağın inkişafı üçün hərəkətlər. 
3.Qaçış addımları texnikasının izahı  və göstərilməsi. Orta templə qaçış. Bu vaxt qaçış 
addımlarının düzgün atılmasına fikir vermək. 
4.«Kim düzgün və yaxşı qaçır?» (qızlar oğlanların qaçış addımlarının düzgünlüyünü 
qiymətləndirir və əksinə). 
5.Müxtəlif hərəkətlər: oğlanlar–100 m qaçış, 100 m yeriş; qızlar–100 m qaçış, 100 m yeriş, 400 
m qaçış, 200 m yeriş, 200 m qaçış. 
6.Nəbzin yoxlanması (7-ci dərsə bax). 
 XIII dərsə bax. Vəzifə: kross qaçışının mənimsənilməsi texnikasının yoxlanması. 
1.Ümuminkişaf etdirici kompleks hərəkətlər. 
2.Xüsusi qaçış hərəkətləri. 
3.Yeriş  və qaçışı  mənimsəmək texnikasını yoxlamaq (Məsafə 100 m). Qaçış addımlarına, 
tənəffüsə, ayaq pəncəsinin qoyulmasına, qolların işlədilməsinə və qamətə diqqət yetirmək. 
4.Müxtəlif hərəkətlər: (11-ci dərsə bax). 
5.Nəbzin yoxlanması (7-ci dərsə bax). 
XIV dərs. Vəzifə. Kross qaçışını mənimsəmək texnikasının yoxlanması. 
1.Ümuminkişaf etdirici kompleks hərəkətlər. 
2.Xüsusi qaçış hərəkətləri. 
3.Kross: oğlanlar – 5—m, qızlar – 3—m. 
4.Kross üzrə məşğələlərə yekun vurulması.  
Müxtəlif hərəkətlər üzrə yükün həcminin təxmini bölüşdürülməsi. 

 240
 
 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin