Yoxlama - test sualları
1. Kross hazırlığı hərəkətlərinin məsafələr üzrə təlimi.
1.
Kross yerişinin öyrədilməsi metodikası.
2.
Kross qaçışının öyrədilməsi metodikası.
Yaradıcılıq işi üçün təxmini mövzular
1.
Relyefdən asılı olaraq kross hazırlığının aparılması.
2.
Dağlıq şəraitində kross hazırlığının təşkili.
3.
Meşəlik zonalarında kross hazırlığının təşkili.
241
3.6. Üzgüçülüyün öyrədilməsi
6.1. Üzgüçülük tədris və elmi fəndir
Yüksək ixtisaslı bədən tərbiyəsi müəllimləri hazırlanması günün ən vacib tələblərindəndir.
Bunun üçün də hazırda bədən tərbiyəsi müəllimlərinin hazırlanması sisteminin təkmilləşdirilməsi zəruri
vəzifələrdən sayılır. Həmin təkmilləşdirmə işləri ayrı-ayrı tədris fənlərinin nəzəri və metodiki
səviyyəsinin yüksədilməsi ilə əlaqıdar olub, müəllimə əmək, mənəvi və fiziki tərbiyə işlərini
yaxşılaşdırmaqda kömək göstərilməlidir. Bu tədbirlərin tam həyata keçirilməsində idman fənlərinin
əhəmiyyəti böyükdür. Üzgüçülük idman fənlərindən biri kimi fiziki tərbiyənin əsas vasitələrindən
olmaqla yanaşı, vacib tətbiqi hərəkət vərdişləri aşılayır.
Üzgüçülük fiziki (hərəkət) fəaliyyəti və təkrar hərəkətlərdən ibarət olub, adama suyun üzündə
özünü saxlaya bilməsini öyrətməklə, kənardan kömək olmadan istənilən istiqamətə üzərək irəliləyib
müəyyən məsafəni qət etmək deməkdir.
Üzgüçülük tədris fənni kimi biliklər məcmuəsindən ibarət olub, bədənin su ilə qarşılıqlı
əlaqəsinin qanunauyğunluqlarını öyrədir. Həmin qanunauyğunluqları öyrənmək və bunu üzgüçülük
dövründə tətbiq etmə xüsusən vacibdir. Çünki bu adamda müəyyən zəruri bacarıq və vərdişləri
formalaşdırır. Bütün bunlar isə heç bir kömək və vasitə olmadan suyun üzərində qalmağa və üzərək
irəliləməyə imkan verir. Həmin şəxs suda irəliləyib lazımi məsafəni qət edir.
Üzgüçülüyün inkişafında bu sahədə tədqiqatların aparılması mühüm rol oynayır. Bu tədqiqatların
nəticəsində onun qanunauyğunluqları texnikasının və təlim metodikasını inkişaf etdirmək yolları
öyrədilir. Üzgüçülük tədqiqat metodlarına qabaqcıl təcrübənin öyrənilib ümumiləşdirilməsi, müşahidə,
müsahibə, anketləşdirmə və eksperimentlər daxildir.
Üzgüçülük kursunda tələbələrə onun nəzəriyyə və metodikası mənimsçədilir, ayrı-ayrı növləri,
mütəhərrik oyunlar və s. öyrədilir. Bunlar isə müəyyən bilik, bacarıq və vərdişlər aşılayır ki, bu da
ümumtəhsil orta məktəblərində həmin işin pedaqoji baxımdan səmərəli təşkili və həyata keçirilməsinə
zəmin yaradır.
Üzgüçülük kursu mühazirə, seminar və təcrübi məşğələlər formasında aparılır. Təcrübi
məşğələlərdə ümumi inkişaf və xüsusi hərəkətlər icra olunur, tətbiqi üzgüçülüyün texnikası, oyunlar və
əyləncəli hərəkətlər yerinə yetirilir. Bunlar üzgüçülüyün öyrədilməsini təmin edir. Üzgüçülük üzrə
tapşırıqlar, müstəqil kurs işi formasında da yerinə yetirilir.
6.2.Üzgüçülük idman üsulları
İdman, oyun, tətbiqi və fiqurlu (bədii) üzgüçülük üsulları vardır.
Üzgüçülük idmanın məzmununa müxtəlif yarışlarda, müxtəlif məsafələrin hər hansı üsulundan
istifadə etməklə qət olunmasıdır. Bunlar isə xüsusi qaydalarla yerinə yetirilir. Yarışlar standart ölçülü
hovuzlarda keçirilir. Üzgüçülük yarışları 25, 50 m və 100 m uzunluğunda olan hovuzlarda 50-dən 1500
m-dək keçirilir.
Üzgüçülük idman üsulu cəldlik, çeviklik, dözümlülük və s. keyfiyyətləri inkişaf etdirməklə
yanaşı, sürətliliyin yüksədilməsinə də kömək göstərir.
İdman üsullarına daxildir: sinə üstə krol, bras, delfin (batterflyay), kürəklər üstə krol.
Sinə üstə sərbəst üzmə fasiləsiz olaraq ayaq və qolların növbəli hərəkəti ilə xarakterizə olunur.
Qollarla avar hərəkəti suda, hazırlayıcı hərəkət isə havada icra olunur.
Arxasıüstə sərbəst üzmə üsulunda idmançının qolları növbə ilə avar çəkir, ayaqlar isə bir-birinin
ardınca gah yuxarı, gah da aşağı hərəkət etdirilir.
Bras üsulunun texnikası qol və ayaqların eyni vaxtda müəyyən ardıcıllıqla simmetrik hərəkəti
ilə xarakterizə edilir. Hazırlayıcı hərəkətdə qollar sudan çıxmır.
Delfin üsulunda ayaqlarla qolların hərəkəti müəyyən ardıcıllıqla eyni vaxtda simmetrik icra
olunur. Hazırlayıcı hərəkətlərdə qollar su üzərində irəli aparılır. Ayaqlar isə yuxarıdan – aşağı və əksinə
bir yerdə hərəkət etdirilir.
242
Yarışlarda üzgüçülük üsullarına uyğun məsafələr də müəyyən edilir. Yarışların proqramına
estafet və kompleks üzgüçülük də daxil edilir. Kompleks üzgüçülük də hər bir idmançı 4 üsuldan istifadə
edərək məsafəni başa çatdırmalıdır.
Kompleks üzgüçülük 200 m məsafəyə qət olunur. Hər biri 50 m məsafəyə olmaqla üzmə
üsulunun 4-dən də istifadə edilir.Bura: sərbəst, bras, delfin və arxasıüstə üzmə üsulları daxildir.
Estafet üsulunda isə 4 idmançı iştirak edir. Bu idmançıların hər biri eyni məsafəyə üzməklə
bərabər, estafetin məsafələri üzrə nəzərdə tutulan üsulla üzməlidir.
Estafet üzgüçülük komandalı yarış növüdür. Burada hər komandadan 4 üzgüçü iştirak edir.
Estafet üzmə 100 və ya 200 m məsafəyə keçirilir. Yarış start komandası ilə başlayır. Növbəti iştirakçılar
startı üzgüçünün əli dönmə lövhəsinə (hovuzun divarına) dəyəndən sonra qəbul edir.
Üzgüçülüyün oyun üsulunun məzmunu suda müxtəlif oyunlar və əyləncələrin keçirilməsindən
ibarətdir. Oyun üsulu əsasən yeniyetmələrin məşğələlərində tətbiq olunur ki, bu da onların üsullara
tezliklə yiyələnməsinə, üzgüçülük üçün zəruri keyfiyyətlərin inkişafına şərait yaradır. Oyunların kiçik
yaşlarda tətbiqi sadələşdirilmiş üzgüçülük üsuluna tezliklə mənimsədilməsinə kömək edir. Uşaqların
fəallığını artırır, və bu iş marağı gücləndirir.
Boğulanın sudan çıxarılmasında, dərinliyə və uzununa üzməkdə tətbiqi üzgüçülük üsulundan
istifadə edilir. Bunun üçün də sürətli üzməyi bacarmalı, özünü boğulmadan qorumalı, boğulan adam
tutduqdan ondan aza dola bilmək keyfiyyətlərinə yiyələnməlidir. Həm də boğulanı Sudan çıxartmaq
texnikasına malik olmalı, əks fəndləri mənimsəməlidir. Tətbiqi üzgüçülük üsuluna yiyələnmiş idmançı
boğulanı sudan çıxara bilər. Bu üsula yiyələnmək əsgəri xidmətdə olanlar üçün daha vacibdir.
Fiqurlu üzgüçülük üsulu müxtəlif kompleks hərəkətlərdən, o cümlədən xeroqrafiya, akrobatika
və gimnastikanın müxtəlif hərəkət kombinasiyalarından istifadə edərək fiqurların düzəldilməsindən
ibarətdir. Hazırda uşaq və yeniyetmə yaşlardan başlayaraq və fiqurlu üzgüçülük üsulu ilə məşğul
olanların sayı günbəgün artır. Fiqurlu üzgüçülük üsulu ilə də maraqlı yarışlar təşkil olunur.
6.3. Üzgüçülüyün səciyyəvi xüsusiyyətləri
Üzgüçünün hərəkətləri su şəraitində yerinə yetirilməsi, bu vaxt bədənin asılı vəziyyətdə olması,
möhkəm dayağın olmaması üzgüçülüyün 1-ci xüsusiyyətidir. Bədənin bu vəziyyətdə olması adamda
hərəkət imkanlarını artırır və onun inkişafına təkan verir. Bu isə bədənin ayrı-ayrı hissələrində
mütəhərrikliyi artırır. Nəticədə orqanizmin sistem və üzvləri inkişaf edir və təkmilləşir.
Üzgüçülüyün ikinci xüsusiyyəti suda hərəkətlər icra edilən zaman bədəndə nisbətən çəkisizlik
yaranır. Bu suyun bədəni qaldırmaq qüvvəsinə malik olması ilə əlaqədardır. Suda bədənin çəkisizliyi
dayaq sistemini yükdən azad edir və düzgün inkişafa kömək göstərir.
Üzgüçülüyün üçüncü xüsusiyyəti fiziki hərəkətlər yerinə yetirilərkən bədənin üfiqi vəziyyətdə
olmasıdır. Həmin vəziyyətdə eyni hərəkətlərin təkrar icrası nəticəsində (tsiklik) bəzi orqanların (ürək,
qara ciyər, böyrəklər və s.) işi daha da yüngülləşir. Bütün bunlar isə uşaq və yeniyetmələrin fiziki
tərbiyəsində mühüm əhəmiyyətə malikdir.
6.4. Üzgüçülüyün əhəmiyyəti
a) üzgüçülüyün tərbiyəvi əhəmiyyəti. Üzgüçülük üzrə vərdişlər yaranmaqla uşaqlarda həm də
qüvvə, tezlik, sürətlilik, dözümlülük, davamlılıq və cəldlik kimi keyfiyyətləri də inkişaf etdirir.
Üzgüçülük estetik tərbiyəyə də müsbət təsir göstərir. Çünki, üzgüçülüyün idman üsulu ilə məşğul olarkən
uşaqlar sürbəsür məqsədəuyğun, səmərəli, dəqiq və düzgün hərəkətlər icra edirlər. Bunlar isə qamətin
formalaşmasına, xarici görünüşün gözəl olmasına imkan verir.
Üzgüçülüyün fiqurlu üsulu ilə məşq etmək, müxtəlif kombinasiyalı hərəkətləri yerinə yetirmək
estetik hisslərin inkişafına müsbət təsir göstərir.
Üzgüçülüyün mənəvi və iradi tərbiyənin formalaşmasında ən yaxşı vasitələrindən biridir.
Üzgüçülük məşğələlərinin səmərəli təşkili və keçirilməsi də uşaqlarda şüurlu intizam yaradır, təşkilatçılıq
qabiliyyətini artırır, doğruçuluq, dözümlülük, iradəli olmaq kimi keyfiyyətləri inkişaf etdirir. Onların
mərd və cəsur olmasına şərait yaradır, mübarizə aparmaq qabiliyyətini yüksəldir, dostluq, yoldaşlıq və
vətənpərvərlik hisslərini inkişaf etdirir, vətənin müdafiəsinə hazırlayır.
Üzgüçülük böyük tərbiyəvi əhəmiyyəti vardır. Üzmə ilə məşğul olarkən sudan qorxmaq,
inamsızlıq, yorğunluq aradan qaldırılır, öz gücünə inam artır. Eləcə də müntəzəm məşq etmək, rejimə
243
əməl etmək, nizam-intizama riayət etmək, bir-birinə kömək etmək, yarış vaxtı komanda yoldaşları ilə
birgə səy göstərmək uşaqlarda insan üçün zəruri həyati keyfiyyətlər aşılayır. Üzgüçülük məşğələləri
düzgün təşkil olunduqda qətililik, əməksevərlik, çeviklik və cəsarətli olmaq keyfiyyətləri tərbiyə olunur.
Bundan əlavə, üzgüçülük məşğələləri ürək-damar sistemini və tənəffüs üzvlərini möhkəmləndirir, əsas
əzələ qruplarını, pəncə-daban əzələlərini inkişaf etdirir. Habelə, maddələr mübadiləsini gücləndirir,
işgörmə qabiliyyətini yüksəldir, həm də fiziki keyfiyyətlərin inkişafına kömək edir.
b) üzgüçülüyün sağlamlıq əhəmiyyəti. Üzgüçülüyün sağlamlıq üçün də xüsusi əhəmiyyəti
vardır. Su adamın dərisini təmizləyir ki, bu da dərinin tənəffüzünü yaxşılaşdırır. Üzgüçülük
məşğələlərində orqanizm daha çox enerji, istilik itirməli olur. Bu isə orqan və sistemlərin məşq etməsi,
hərəkət fəaliyyətinin artması deməkdir. Hərəkət fəaliyyətinin yüksəlməsi iştahı artırır, maddələr
mübadiləsini gücləndirir, əzələ və bağları daha da möhkəmləndirir və fəaliyyətini artırır.
Nəticədə hüceyrə və toxumalar vaxtlı-vaxtında qanla təmin olunur, oksigenə olan ehtiyacları
ödənilir. Bünlar isə orqanizmin sağlamlığını möhkəmləndirir. Üzgüçülüklə məşğul olmaq bəzi xəstəlikləri
müalicə edir, adamın xəstəliklərə tutulmasının qarşısını alır. Müalicə bədən tərbiyəsində üzgüçülük
mühüm vasitələrdən biri hesab olunur.
v) üzgüçülüyün hərbi-tətbiqi əhəmiyyəti. Üzgüçülük yalnız sağlamlıq-tərbiyəvi əhəmiyyətə
deyil, o, həm də hərbi-tətbiqi əhəmiyyətə malikdir. Məlumdur ki, su döyüşlərində tətbiqi üzgüçülüyün
əhəmiyyəti olduqca böyükdür. Bu zaman suya baş vurma, boğulanları xilasetmə və su maneələrini dəf
etmək üçün tətbiqi üzgüçülük üsulundan deniş istifadə edilir. Həmin anlarda paltarda üzmək, suda paltarı
soyunmaq, Üzən əşyaların suda daşınması və s. kimi işlərin tətbiqi üzgüçülüyün köməyi ilə görmək olar.
Tətbiqi üzgüçülüyə yiyələnməklə paltarda qumbara və silahla, əleyhiqazla və s. ilə üzmək
mümkün olur.
Suda boğulanları xilas etmək – mühüm tətbiqi vərdiş olub, hər bir insana, xüsusən vacibdir.
Boğulanlara kömək göstərən boğulana üzüb yaxınlaşma texnikasını, ondan azad olmağı, çəkib sudan
çıxzarmağı və süni tənəffüsvermə üsullarını bilməlidir.
6.5. Üzgüçülüyün fiziki tərbiyə sistemində yeri
Üzgüçülük fiziki tərbiyə sisteminə daxil olmaqla onun ideoloji, elmi-metodiki və təşkili əsasları
mövcuddur. Bundan əlavə, üzgüçülük fiziki tərbiyə sisteminə daxil olmaqla onun səmərəli təşkili üçün
üzgüçülük hovuzunun olması olduqca vacibdir. Üzgüçülüyün inkişafı və öyrədilməsi məqsədilə ixtisaslı
kadrların hazırlanmasına böyük ehtiyac vardır. Bundan əlavə, üzgüçülük fiziki tərbiyə vasitələrindən biri
kimi uşaqları əməyə və müdafiəyə hazırlayır. Onlarda cəldlik, çeviklik, sürət və s. bu kimi keyfiyyətləri
inkişaf etdirir. Üzgüçülük sağlamlığı möhkəmləndirir, adamların iş qabiliyyətini artırır və estetik,
vətənpərvərlik və s. tərbiyəvi hisslər aşılayır. Ən başlıcası isə həyati bacarıq və vərdişlər aşılamaqla
uşaqları gələcək həyata hazırlayır.
Üzgüçülük ümumi VMH kompleksi hərəkətlər sisteminə daxildir. O, uşaqlarda tətbiqi
keyfiyyətlər aşılamaqla, onların hərtərəfli inkişafına da zəmin yaradır. Buna görə də VMH kompleksinin
bütün pillələrində üzgüçülük üzrə normativləri yerinə yetirmək tələb olunur. VMH kompleksi üzrə
normativlərdə sürətlə üzmək tələb olunmur. Sadəcə olaraq, uşaqlar 50 m məsafəyə vaxt nəzərə alınmadan
üzməyi bacarmalıdır. Vaxt nəzərə alınmadan məsafə qət olunarsa, demək VMH kompleksinin üzgüçülük
üzrə praktik norma yerinə yetirilmiş hesab olunur.
6.6. Üzgüçülüyün öyrənilməsi metodikası
Üzgüçülük tədbirlərinin təşkilinin səhər saatlarında, yəni saat 12-dək təşkili daha
məqsədəuyğundur. Üzgüçülüyün günorta saatlarında saat təxminən 12-dən 17-dək günün isti saatlarında
aparılması məsləhət görülmür. Günün ən isti saatlarında üzmə günvurmaya və yaxud günyandırmaya
səbəb ola bilər.
Adətən, ilk olaraq üzməyi öyrənmək istəyənlə «Sinə üstə sərbəst üzmə», habelə «Arxasıüstə
sərbəst üzmə» üsullarını göstərmək daha faydalı olur. İlk əvvəl uşaqlara suya alışma hərəkətləri, suda
irəliləmə və suda özünü saxlama hərəkətləri öyrədilir. Burada mühüm məsələlərdən biri suda hazırlıq
hərəkətlərinin mənimsədilməsidir. Hazırlıq hərəkətlərinin təlimi həm suda və həm də quruda aparılır.
244
Qeyd etməliyik ki, üzməni nəinki kiçik məktəbyaşlı dövründən başlamalı, yaxşı olar ki, onun
öyrədilməsinə məktəbyaşına qədər ən kiçik bağsa yaşı dövründən başlansın. Uşağı vannada çimizdirərkən
əvvəlcə onu arxasıüstə tutmalı, onlara ayaqları suyun içində aşağı-yuxarı hərəkət etdirməyi mənimsətmək
lazımdır. Bundan sonra uşağı qarnı üstə çevirib özünü suda saxlamasına çalışmalıdır. Bu zaman bədən
düz tutulmalı, qıçlar diz oynağından bükülməlidir. Qollar isə tam açılmalıdır. Yəni qollar dirsəkdən
bükülməlidir. Qollar bu zaman irəli və ya yanlara da açıla bilər. Həmin hərəkətlər müvafiq əzələləri
möhkəmləndirməklə bərabər, həm də uşaqlar suda sərbəst hərəkət edir, həddən artıq gərginlik keçirmirlər.
6.7. Suda hazırlıq hərəkətləri
Suda hazırlıq hərəkətlərinə eyni zamanda uşaqların suda irəliləmələri, suya baş vurmaları,
qaçaraq suya girmələri, suda oynamaları, həmçinin bir-biri ilə gücü, sürəti, dözümlülüyü artıran – inkişaf
etdirən hərəkətləri icra etmək də daxildir.
İbtidai məktəbyaşlı uşaqların hazırlıq hərəkətləri nə qədər sadə olsa da, böyük yaşlı
məktəblilərdə isə hazırlıq hərəkətləri tədricən çətinləşdirilir. Bura topla hərəkətlər, əl və ayaq üzərində
hərəkətlər və s. daxildir.
Sonralar isə suda nəfəs alıb – nəfəsi suya buraxmaq, suyun altında gözü açmaq, suyun altında
müxtəlif hərəkətlər icra etmək öyrədilir. Daha sonra ayrı-ayrı üzmə idman üsulları üzrə qıçların
hərəkətləri öyrədilir. Qıçlar yuxarıdan aşağı hərəkət etdirilir. Bundan sonra qolların hərəkətləri təlim
olunur.
6.8. Üzgüçülükdə gigiyenik və təhlükəsizlik qaydaları
Üzgüçülükdə gigiyenik qaydalara əməl etmək çox vacibdir. Bura ilk növbədə suyun təmiz
olması, su avadanlıq və qurğularının, ləvazimatların səliqə – səhmanda saxlanılması, təmiz olması vacib
şərtdir. Bundan əlavə, üzməklə məşğul olanların şəxsi gigiyenasına diqqət yetirməsi – yəni təmiz və
bədən ölçüsündə geyimlərinin olması da əsas amillərdən biridir. Eyni zamanda, bədən müntəzəm olaraq
yuyulmalı, dırnaqlar tutulmalı, saçları vaxtlı-vaxtında düzəltməli, səliqəyə salınmalı və yığılmalıdır.
Suda məşğul olan zaman təhlükəsizlik qaydaları
bunlardır:
1.
Yeməkdən dərhal sonra üzmək olmaz;
2.
Çox isti və ya soyuq suya girmək olmaz;
3.
Təhlükəsizlik işarəsi qoyulmuş yerdən uzağa üzmək olmaz;
4.
Yaxınlıqda olan qayığa və hər hansı bir tanış olmayan əşyalara tərəf üzmək olmaz;
5.
Yoldaşlarından uzaqlaşmamaq;
6.
Bədən əsənədək, yəni üşüyəənədək çimmək olmaz;
7.
Çiməndən sonra qurulanmaq;
8.
Qulağa su düşməməsi üçün üzməzdən əvvəl pambığı vazilenlə və ya su keçirməyən yağda
isladıb qulağa tıxamaq lazımdır;
9.
Su burulğanı olan yerə tərəf üzmək qadağandır.
245
Yoxlama – test sualları
1.
Üzgüçülük tədris və elmi fənndir.
2.
Üzgüçülük idman üsulları.
3.
Üzgüçülüyün səciyyəvi xüsusiyyətləri.
4.
Üzgüçülüyün tərbiyəvi əhəmiyyəti.
5.
Üzgüçülüyün hərbi – tətbiqi əhəmiyyəti.
6.
Üzgüçülüyün sağlamlıq əhəmiyyəti.
7.
Üzgüçülüyün fiziki tərbiyə sistemində yeri.
8.
Üzgüçülüyün öyrədilməsi metodları.
9.
Üzgüçülükdə hazırlıq hərəkətləri.
10.
Üzgüçülükdə gigiyenik və təhlükəsizlik qaydaları.
Yaradıcılıq işi üçün təxmini mövzular
1.
Üzgüçülük fiziki tərbiyənin mühüm vasitəsidir.
2.
Üzgüçülüyün öyrədilməsi metodikası.
3.
Üzgüçülükdə təhlükəsizlik və gigiyenik qaydalar.
4.
Sağlamlığın möhkəmləndirilməsində üzgüçülüyün rolu.
246
VI F Ə S İ L XÜSUSİ MƏKTƏB VƏ QRUPLAR
AZKOMPLEKTLİ MƏKTƏBLƏRDƏ VƏ XÜSUSİ TİBBİ QRUPLARDA FİZİKİ TƏRBİYƏ
P L A N:
1.Azkomplektli məktəblərdə fiziki tərbiyənin tədrisi xüsusiyyətləri
2.Azkomplektli məktəblərdə fiziki tərbiyənin təşkili variantları
a) birinci variant
b) ikinci variant
v) üçüncü variant
3.Xüsusi tibbi qrup şagirdləri ilə fiziki tərbiyənin təşkili.
4.Xüsusi tibbi qrup şagirdləri üçün hərəkət və oyunların seçilməsi.
Ə D Ə B İ Y Y A T
1.B.Kaçaşkin. Fiziçeskoe vospitanie v naçalnoy şkole. M., İzd-vo, «Prosveşenie», 1978-ci il.
2.B.Quliyev. Tələbələrin orta məktəbin I-VIII siniflərində bədən tərbiyəsi və kütləvi idman işlərinin
təşkilinə hazırlanması məsələləri. Bakı, 1994-cü il.
XÜSUSİ MƏKTƏB VƏ QRUPLAR
VI FƏSİL. AZKOMPLEKTLI MƏKTƏBLƏRDƏ VƏ XÜSUSI TIBBI QRUPLARDA FIZIKI
TƏRBIYƏ
VI.1. Azkomplektli məktəblərdə fiziki tərbiyə məşğələləri
Azkomplektli məktəblərdə oxuyan şagirdlərlə fiziki tərbiyə məşğələləri həmin qruplarda eyni
vaxtda həyata keçirilir. Dərsin qurulması Prinsipi, onların keçirilməsi metodikası, həmçinin tədris
işləri üçün praktik materiallar bütün məktəb üçün ümumi olur.
Azkomplektli məktəblərdə fiziki tərbiyə üzrə tədris işlərinin xüsusiyyətlərindən biri müxtəlif
siniflər üçün eyni vaxtda dərsin təşkili və keçirilməsidir.
Fiziki tərbiyə məşğələlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, uşaqlar müxtəlif yerlərdə
olduğu halda, müxtəlif hərəkətləri icra edirlər (yeriş, qaçış, hoppanmalar, oyunlar və s.). Həmin
hərəkətlər müvafiq emosionallıqla eyni yerdə yerinə yetirilir. Praktikada həmin dərslər 3 variantda
təşkil olunur:
Birinci variant ondan ibarətdir ki, bədən tərbiyəsi dərsləri hər bir sinif üçün ayrılıqda
keçirilir. Bu o zaman təşkil olunur ki, şagirdlər çox olsa da, müəllim tək olur. Müəllim eyni vaxtda 2
sinifdə dərs aparır (I, II və III, IV s)
Siniflər bölünərək dərs keçirilərkən bədən tərbiyəsi dərsləri cədvəl üzrə axırıncı olur. Bunları
uşaqların məktəbə müxtəlif vaxtlarda gəlməsi ilə təşkil etmək olar. Əgər I sinfin 4 dərsi varsa, onlar
adəti vaxt məktəbə gəlir dərs keçirlər. III siniflər isə 2-ci dərsdə məktəbə gəlir, 3-cü dərsi bir yerdə
keçirlər. 4-cü dərsi isə ayrıca keçirlər.
İkinci variantda bədən tərbiyəsi dərsləri birlikdə keçirilir. I sinif II ilə, III sinif isə IV siniflə
birləşdirilir. Bu zaman bir müəllim bədən tərbiyəsi dərsini, digəri isə nəğmə, rəsmxətt və ya əmək
dərslərini keçir.
Üçüncü variantda isə məktəbin bütün şagirdləri ilə eyni vaxtda bədən tərbiyəsi dərsləri
keçirilir. Şagirdlər bu şərtlə bədən tərbiyəsi dərslərini birgə keçirirlər ki, əvvala məktəbdə bir müəllim
247
dərs keçir. İkincisi isə məktəb kiçik və məktəblilərin sayıf az olur. Bunlarla bərabər ibtidai
məktəblərdə bütün tədris fənlərini bir müəllim keçir. Belə şəraitdə işləmək çox mürəkkəb və çətindir.
Çünki eyni vaxtda müxtəlif yaşlı uşaqlarla, müxtəlif siniflərdə və müxtəlif proqramlarla tədris işi
görülür.
Göstərilən siniflərdə bədən tərbiyəsi dərsləri, əgər lazımi idman alət və ləvazimatları
vardırsa, səmərəli keçirilməlidir. Bir sinifdə bədən tərbiyəsi dərsi keçirilirsə, digərləri ilə onların
proqramı əsasında tədris materialı öyrədilir, müxtəlif tapşırıqlar verilir.
VI.2. Xüsusi tibbi qruplarda fiziki tərbiyə
məşğələlərinin təşkili
Kiçik məktəbyaşından başlayaraq, uşaqların sağlamlığının qorunması Azərbaycan
Respublikası Konstitusiyasının məktəbin qarşısında qoyduğu başlıca vəzifələrdəndir. Ümumtəhsil
məktəblərində sağlamlıq bədən tərbiyəsi və idman hərəkatı əsasən iki istiqamətdə: bədən tərbiyəsi
məşğələlərində, sinifdən və məktəbdənkənar kütləvi sağlamlıq tədbirləri zamanı həyata keçirilir.
Lakin bir qrup şagirdlər, sağlamlığında olan bəzi qüsurlara görə bədən tərbiyəsi dərslərində keçirilən
hərəkətləri yerinə yetirə bilmirlər.
Bir sıra məktəblərimizdə səhhəti proqram materialını icra etməyə imkan verməyən uşaqlarla
xüsusi məşğələlər təşkil olunur. Belə ki, həmin şagirdlərlə həftədə iki dəfə (hər dəfə 45 dəq.)
sinifdənkənar məşğələlər aparılır. Səhhətində qüsuru olan uşaqlar, yəni xüsusi tibbi qrupa daxil
olanlar həkim müayinəsi nəticəsində müəyyənləşdirilir. Onlar məktəb direktorunun əmri ilə tədris
qruplarına bölünürlər.
Məşğələ vaxtı həmin uşaqların fiziki hazırlığı, psixoloji xüsusiyyətləri və xəstəliyi nəzərə
alınır. Əsas və hazırlıq qruplarında sürət, çeviklik, güc, dözümlülük kimi keyfiyyətlərin inkişafı üçün
daha xarakterik hərəkətlər verilirsə, xüsusi tibbi qrup şagirdlərindən ötrü hərəkətlər xeyli dərəcədə
məhdudlaşdırılaraq tədris olunur. Xüsusən yeiş, qaçış üzrə məsafələr bir neçə dəfə qısaldılır.
Təcrübə göstərir ki, xüsusi tibbi qrupda xəstəliklə əlaqədar olaraq şagirdlərin orqanizminin
fizioloji fəallığını tədricən artırmaq daha məqsədəuyğundur. Bu mənada əsas və hazırlıq qrupundan
fərqli olaraq xüsusi tibbi qruplarda tənəffüs hərəkətlərinə geniş yer verilməsi vacibdir. I-II siniflərin
şagirdlərindən ibarət xüsusi tibbi qruplar üçün burun vasitəsilə nəfəs almaq, ağızla nəfəsi buraxmaq
və nəfəsi burunla alıb-vermək, döş qəfəsi və qarınla tənəffüs etmək, habelə uzanmış, durmuş
vəziyyətlərdə qarışıq tənəffüs, qolların müxtəlif hərəkətləri, çöməlmə və yarımçöməlmə zamanı
müxtəlif yeriş variantlarında tənəffüs hərəkətlərinin verilməsi sağlamlıq üçün böyük əhəmiyyətə
malikdir.
Qeyd etmək lazımdır ki, xüsusi tibbi qrup şagirdlərinin səhhəti kəndirə dırmaşmaq,
dartınmaq və akrobatika hərəkətlərinin icrasına imkan vermir. Qabaqcıl müəllimlərimiz həmin
hərəkətlərin əvəzinə, qamətin formalaşması üçün zəruri olan kompleks hərəkətləri keçirlər. Bu zaman
uşaqlar şaquli istiqamətdə qoyulmuş (taxtadan düzəldilmiş lövhə, divar, şaquli qoyulmuş turnik,
gimnastika divarı və s.) yastı alətlərdən istifadə etməklə gövdənin irəli, arxaya, sağa və sola əyilmə
hərəkətlərini yerinə yetirirlər. Müəllim, eyni zamanda, uşaqlarda qaməti inkişaf etdirmək üçün
müvafiq hərəkətlərdən istifadə edir, müvazinət hissinin inkişafı məqsədilə isə müxtəlif növ eyni adlı
hərəkət elementlərini onlara icra etdirir.
Müşahidələr göstərir ki, xüsusi tibbi qrup şagirdlərinə tullanma hərəkətlərini icra etdirmək
onların sağlamlığına daha müsbət təsir göstərir. Lakin tullanmaların yerinə yetirilməsi bu və ya digər
fiziki hərəkətlərə nisbətən çətin və mürəkkəbdir. Burada qaçış, təkan, uçuş və yerədüşmə fazaları
(mərhələləri) mövcuddur. Tullanma dövründə həmin fazaların kompleks şəkildə yerinə yetirilməsi
xəstə uşaqlar üçün o qədər də faydalı deyildir. Çünki hərəkətlərin bütövlükdə icrasına şagirdlərin
fiziki inkişafı imkan vermir. Məşğələ prosesində şagirdlərin əksəriyyəti hərəkətləri düzgün icra edə
bilmirlər. Elə buna görə də, xüsusi tibbi qrup şagirdlərinə tullanma elementləri hissə-hissə
öyrədilməlidir. Əks halda, bu tənəffüsün funksiyasının və qan dövranının pozulmasına səbəb ola bilər.
Bu məqsədlə də tullanma hərəkətlərinə keçməzdən əvvəl ilk növbədə qaçış, təkan, uçuş və yerə
düzgün düşmə texnikasını şagirdlərə öyrətməlidir. Sonra bu fazaların hər birində düzgün
tənəffüsetməni məşq etdirməlidir. Bunun ardınca isə şagirdlərə aşağıdakı sadə hərəkətləri
248
öyrətməlidir: yerə yüngül düşməklə yerində hoppanmalar, hər iki ayaq üzərində fırlanan ipin üstündə
müəyyən fasilə verməklə hoppanmalar, 30-40 sm hündürlüyə tullanma, gimnastika skamyasından
sıçrayaraq yerə yüngül düşmək, qısa məsafədən qaçaraq uzununa tullanma, 60-80 sm uzununa yerə
düzgün düşməklə tullanma, bir-birinin üzərinə yığılmış 70-80 sm hündürlükdə gimnastika döşəkləri
üstünə tullanma və s.
I-II siniflərə nisbətən III sinifdən başlayaraq, hərəkətlər və oyunlar bir qədər
mürəkkəbləşdirilərək verilməlidir. Xüsusi tibbi qrup məşğələlərində (III-IV siniflərdə) aşağıdakı
hərəkətlərdən istifadə faydalıdır: qaçaraq iki ayaqla təkan vurmaqla maneə üzərinə hoppanıb dizlər
üstündə oturmaq, sıçrayışla diz üstə oturuşdan dayaqlı oturmaya keçmək və gövdəni düzəltmədən
yerə hoppanmaq, qısadılmış addımlarla qaçaraq «qıçları bükmə» üsulu ilə uzununa tullanma, «
addımlamaq» üsulu ilə hündürlüyə tullanmaq və s.
Bronxial astma, ürək xəstəliyi və s. olan kiçik məktəbyaşlı uşaqlarla məşğələlərin açıq
havada aparılması məsləhətdir. Açıq və təmiz havada təşkil edilən məşğələlər zamanı kros hazırlığına
xüsusi diqqət yetirmək lazımdır. Çünki kros hazırlığı məqsədilə verilən hərəkətlər müxtəlif olmaqla
yanaşı, uşaq orqanizminə ümuminkişafetdirici təsir göstərir. Kros hazırlığı elementləri rəngarəng və
maraqlı olduqda şagirdlər onu həvəslə yerinə yetirirlər. Bu hərəkətlərin əhəmiyyətli cəhəti bir də
orasındadır ki, şagirdlər az da olsa, müəyyən çətinliklərlə tədricən rastlaşır, iradəcə get-gedə
möhkəmlənirlər. Kros məşğələlərində fiziki yükün düzgün bölüşdürülməsi, yeri gəldikcə şagirdlərin
fasilə etmələri zəruridir. Onlar bu zaman dincəlir və orqanizmə istirahət verirlər. Kros hazırlığı
məşğələlərində aşağıdakı hərəkətləri icra etmək faydalıdır: ətraf yerdlərə gəzintilərin təşkili, sərbəst
yeriş, onun tədricən sürətli yerişlə əvəz olunması, yerişin asta qaçışla növbələşdirilməsi (20 m sərbəst
yeriş, 10 m adi qaçış və s.), topun bir-birinə ötürülməsi, qəbulu (I-II siniflər üçün); park və meşə
cığırlarında kiçik və iri addımlarla 30-35 m, 20 m məsafəyə orta sürətli yeriş (III-IV siniflər üçün və
s.).
Xüsusi tibbi qrup şagirdləri 5 bal sistemində qiymətləndirilmir, onlara məqbul və qeyri-
məqbul yazılır. Həmin şagirdlər səkkizillik məktəb proqramı üzrə fiziki hərəkətləri icra etməkdən,
yarışlarda iştirak etməkdən azad olunurlar. Unutmamalıyıq ki, bədən tərbiyəsi dərslərindən azad olan
şagirdlərin xüsusi məşğələlərdə iştirakı məcburidir.
Bakı şəhərinin bir çox məktəblərində səhhətində qüsur olan məktəblilərin məşğələlərinin
təşkilinə son vaxtlar diqqət artırılmışdır. Hazırda fiziki inkişafı və funksional imkanları olan,
qamətində və ayaqlarında qüsuru olan məktəblilərdə həftədə iki dəfə olmaqla sinifdənkənar
məşğələlər keçirilir. Bu məşğələlər direktorun əmri ilə direktor fondunun hesabına keçirilir. Xüsusi
tibbi qrupa daxil olan məktəblilərlə 15-20 nəfər düzəldikdə təşkil olunur. Belə məşğələlər xüsusi
bədən tərbiyəsi proqramı ilə keçirilməklə siniflər üzrə komplektləşdirilərək aparılır. Yəni I-II-III-IV
və s. Həmin məşğələlərdə sadə tənəffüs hərəkətlərinə, yeriş, qaçış, hoppanma hərəkətlərinə,
mütəhərrik oyunlara, idman əyləncələrinə, idman oyunları elementlərinə geniş yer verilir. Xüsusi tibbi
qrup şagirdləri üçün məşğələlərdə dartınma, mürəkkəb gimnastika, qaçış və hoppanma hərəkətlərinə
az yer verilir. Həmin məşğələlər gərginliklə deyil, yüksək əhval-ruhiyyə ilə, müsbət emosionallıqla.
İncəliklə, əsasən aşağı və orta tempdə, ahəngdarlıqla və ritmik bir surətdə musiqinin müşayiəti ilə
təşkil olunur. Bu şagirdlərin funksional imkanlarını artırır, onlar hərəkətləri asanlıqla yerinə yetirirlər.
Xüsusi tibbi qrup şagirdləri ilə məşğələlərdə əşyalarla (gimnastika ağacları, kubik, top,
halqalar, iplər və s.) hərəkətlərdən geniş istifadə edilməsi, məsləhətdir. Bu şagirdlərin ümumi fiziki
inkişafına, hazırlığına müsbət təsir göstərir.
Tibbi qrup üçün təşkil olunmuş məşğələlər adi bədən tərbiyəsi dərsi kimi 3 hissədən ibarət
olmalıdır.
Hazırlıq hissədə (10-12 dəq.) bədən «qızışdırılmalı», o, əsas hissə üçün qarşıya qoyulmuş
vəzifələrin icrasına yönəldilməlidir. Hazırlıq hissə üçün seçilmiş hərəkətlər şagirdlərin ayrı-ayrı əzələ
qruplarına, hərəkətin koordinasiyasının artırılmasına, sürət, çeviklik və dözümlülüyün artırılmasına,
iradənin möhkəmləndirilməsinə istiqamətləndirilir. Həmin məqsədlə ümuminkişafetdirici kompleks
hərəkətlərdən (əşyalı və əşyasız) istifadə olunur. Kompleks hərəkətlər 3-4 hərəkət birləşməsindən
təşkil edilməli və təbii hərəkətlərlə – yeriş, qaçış, hoppanma, müvazinət, dartınma, sürünmə və s. ilə
249
zəngin olmalıdır. Şagirdlərin fəallığını artırmaq üçün ümuminkişaf hərəkətlərinə malik mütəhərrik
oyun və əyləncələrdən istifadə etmək faydalıdır.
Əsas hissədə isə müxtəlif növ hərəkət növləri üzrə vərdişlər aşılanır. Əsas hissədə təxminən
30-35 dəq. Vaxt sərf edilir. Məşğələnin bu hissəsində şagirdlərə hərəkət texnikasının öyrənilməsindən
başqa onlarda hərəkət keyfiyyətlərinin inkişaf etdirilməsi mühüm vəzifə kimi qarşıya qoyulur. Əsas
hissədə gimnastika hərəkətləri və mütəhərrik oyunlar keçirilməlidir.
Tamamlayıcı hissədə – orqanizmi sakitləşdirici hərəkətlər – sadə yeriş və qaçışlar, tənəffüs
hərəkətləri, fikri fəallığı yüksəldən hərəkətlər, ev tapşırıqları verilir. Dərs yekunlaşdırılır, məşğələdə
fəal iştirak edənlər müsbət qiymətləndirilir və s.
Dostları ilə paylaş: |