Yoxlama – test sualları
1.Sinifdən və məktəbdənxaric fiziki tərbiyə işlərinin məqsədi nədir?
2.Ümumi fiziki hazırlıq qruplarının təşkili qaydaları hansılardır?
3.İdman bölmələrinin təşkili və keçirilməsi metodikasının mahiyyəti nədən ibarətdir?
4.Fərdi məşğələnin təşkili metodikasını göstərin.
5.İdman yarışlarının təşkili və keçirilməsi qaydalarını göstərin.
6.Uşaq-gənclər idman məktəblərində fiziki tərbiyə və idmanın başlıca mahiyyəti nədir?
7.Uşaq yaradıcılıq birliyi, mədəniyyət evlərində və istirahət ocaqlarında fiziki tərbiyənin təşkili
qaydalarını göstərin.
8.Mənzil-istismar sahələrində və bələdiyyə idarələrində fiziki tərbiyə əsasən nə ilə xarakterizə
olunur?
9.Gəzinti və ekskursiyaların təşkili və keçirilməsinin mühüm metodiki xüsusiyyətlərini göstərin.
Yaradıcılıq işi üçün təxmini mövzular
1.Fiziki tərbiyə üzrə sinifdənxaric işlərin məzmunu və təşkili.
2.Fiziki tərbiyə üzrə məktəbdənxaric tədbirlərin məzmunu və təşkili.
3.Gəzinti və ekskursiyaların təşkili və keçirilməsi.
4.Məktəbdə idman yarışlarının təşkili.
269
IX FƏSİL. AİLƏDƏ UŞAQLARIN FİZİKİ TƏRBİYƏSİ
PLAN
1.Ailədə uşaqların fiziki tərbiyəsinin əhəmiyyəti və vasitələri
2.Ailədə kiçik məktəbyaşlı uşaqların gün rejimi
3.Uşaq orqanizminin möhkəmləndirilməsi
4.Ailədə uşaqların bədən tərbiyəsi dəqiqəsi
5.Ailədə uşaqların səhər gigiyenik gimnastikası
Ə D Ə B İ Y Y A T
1. Ailə tərbiyəsi. Valideynlər üçün lüğət. Bakı, «Maarif» nəşriyyatı, 1970-ci il.
2.B.Quliyev. Ailədə uşaqların fiziki cəhətdən məktəbə hazırlanması məsələləri (Bax:
Uşaqların məktəbə hazırlanması). Bakı, «Marif» nəşriyyatı, 1977-ci il.
3. B.Quliyev. Ailədə altıyaşlıların fiziki cəhətdən məktəbə hazırlanması. (Bax: Altı yaşlı
uşaqların məktəbə hazırlanması. Bakı, «Maarif» nəşriyyatı, 1980-cı il).
IX FƏSİL
AİLƏDƏ UŞAQLARIN FİZİKİ TƏRBİYƏSİ
IX.1. Ailədə uşaqların fiziki tərbiyəsinin əhəmiyyəti və
vasitələri
Uşaqların sağlam, bədəncə möhkəm böyüməsi işinə ən kiçik yaşlarından ailədən başlanılmalıdır.
Çünki uşaqların kiçik yaş dövründə səhhətləri o qədər də möhkəm olmur. Onların məktəbəqədər yaş
dövründə ürək, qan-damar və sinir sistemi, tənəffüs, görmə və eşitmə üzvləri lazımi səviyyədə inkişaf
etmir. Həm də bu üzv və sistemlər xarici mühitin zərərli təsirlərinə daha tez məruz qalır, uşaqlar tez-tez
xəstələnirlər. Ona görə də orqanizmi fiziki cəhətdən möhkəmlətmək, onların fiziki hazırlığını artırmaq
olduqca vacibdir. Hər bir valideyn körpənin anadan olduğu gündən başlayaraq yatağının təmizliyinə,
geyimin bədənə münasib olmasına və yataq otağının təmiz hava ilə təmin edilməsinə çalışmalıdır. Uşağın
vaxtında yuyundurulması, qidalanması, sakit və rahat yuxu şəraiti yaradılması və s. onun bədəncə
möhkəm, sağlam olmasını təmin edir.
Ailədə uşaqların sağlam, gümrah və fiziki cəhətdən inkişaf etməsi onların gələcək təlim-tərbiyəsi
üçün böyük əhəmiyyətə malikdir. Çünki ilk dəfə məktəb həyatına qədəm qoyan uşaq istər-istəməz gərgin
zehni və fiziki əməklə qarşılaşmış olur. O, bu zaman təlim-tərbiyə prosesində intizamlı olmalı, müəllimin
dediklərinə diqqətlə qulaq asmalı, verilmiş tapşırıqları səylə yerinə yetirməlidir. Bu baxımdan məktəbə
gedən hər bir uşağın iradəcə möhkəm, fiziki cəhətdən hazırlıqlı, dözümlü, çevik olması zəruridir.
Uşaqlarda bu cür keyfiyyətlərin inkişafı ilə əlaqədar valideynin qarşısında bir sıra mühüm vəzifələr
qoyulur. Valideyn uşağın məktəbə hazırlığında onun aşağıdakı gigiyenik və fiziki bacarıq və vərdişlərə
yiyələnməsini təmin etməlidir:
- Təmiz və tez yuyunmaq vərdişinə yiyələnmək, yuxudan qabaq, nahardan sonra və yatmazdan
əvvəl dişləri təmizləmək, tez geyinmək və soyunmaq, paltar və ayaqqabılarını təmiz və səliqəli saxlamaq,
qidanı düzgün qəbul etmək, yeriş zamanı beli əyməmək, kürəyi düz saxlamaq, yeriş və yürüş zamanı
əllərin, ayaqların bir-birinə uyğun hərəkət etdirilməsi, qamətin möhkəmləndirilməsi üçün hərəkətlərdən
istifadə etməyi bacarmaq, əlləri hərəkət etdirməklə yüngül, sərbəst, müxtəlif növ hoppanmaların,
dönmələrin icrası, hərəkət istiqamətini dəyişmək, sahəyə bələd olmağı öyrətmək, habelə yüngül ritmik
270
qaçış və yerişi bacarmaq, qaçışda göstərilən sürətə riayət etmək və onu dəyişdirə bilmək, enli və ensiz
taxta üzərində yerimək və dırmanmağı, dırmanaraq düzgün aşmağı öyrətmək və s.
Əlbəttə, bütün bunların ailə şəraitində yerinə yetirilməsi üçün valideynin pedaqoji-metodiki
hazırlığa malik olması əsas şərtdir. Bunun üçün də hər bir valideyn məktəbə getməli, məktəb müəllimi və
həkimindən məsləhət almalıdır.
Məktəbəqədər və məktəbyaşlı uşaqların sağlamlığının möhkəmləndirilməsi üçün onun təmiz və açıq
havada olmasını təmin etməlidir. Açıq havada olmaq uşağı isti və soyuğa uyğunlaşdırır və onun
orqanizmini daha da möhkəmləndirir, dözümlülüyünü artırır.
Təbii amillərdən istifadə edərək uşağın fiziki hazırlığına və inkişafına daha müsbət təsir etmək olar.
Bədənin möhkəmləndirilməsində işıq şüalarından da istifadə etmək zəruridir. Günəş işığı orqanizmdə
müxtəlif fermentləri fəallaşdırır, mübadilə prosesini qüvvətləndirir. Günəş şüası həm də əhval-ruhiyyəni
yaxşılaşdırır, iş qüvvəsini artırır. Lakin günəş işığından düzgün istifadə edilməlidir. Günəş altında həddən
artıq olmaq, onu düzgün qəbul etməmək yanıq əmələ gətirir ki, bu da orqanizmə zərərli təsir göstərir.
Bədəni hava ilə də bərkitmək olar. Bu bədənin temperaturundan az olan havaya orqanizmin
tədricən alışdırılmasına əsaslanır. Hava ilə bədəni möhkəmlətmək üçün onun bir hissəsini və ya bütün
bədəni açıq havaya vermək lazımdır. Bu məqsədlə ilıq hava vannalarından da istifadə edilir. Bunun adi
hava vannalarından fərqi ondadır ki, burada yayılmış günəş şüalarından istifadə olunur. Bundan əlavə,
otaq temperaturuna uyğun duş qəbul etmək, bədəni yaş dəsmalla silmək maddələr mübadiləsini
sürətləndirir, sinir sisteminin möhkəmlənməsinə kömək göstərir.
Uşaqların sağlamlığında ətraf yerlərə gəzintilər mühüm yer tutur. Buna görə hər bir valideynin öz
uşağı ilə birlikdə, yaxındakı bağlara, parklara, çay və dəniz kənarına gəzməyə çıxması vacibdir. Bu bir
tərəfdən uşaqları doğma vətənin təbiəti ilə tanış edir, yaşadığı sahələrə bələdləşdirir, onlara təbiəti
sevdirir. Digər tərəfdən isə ayaq əzələ qüvvəsini artırır və möhkəmləndirir, ağ ciyərləri təmiz hava ilə
təmin edir. Bunlar ürək-qan damarlarının, dayaq hərəkət aparatının, sinir sisteminin möhkəmləndirilməsi
və inkişafına, həmçinin ağ ciyərlərdə hava tutumunun genişlənməsinə səbəb olur.
Ailədə uşağın fiziki tərbiyəsində oyunlar əsas yer tutur. N.K.Krupskaya uşaq oyunlarını
xarakterizə edərək yazırdı ki, oyunun məktəbəqədər yaşlı uşaqlar üçün müstəsna dərəcədə əhəmiyyəti
vardır. Oyun onlar üçün təlimdir. Tərbiyənin ciddi bir şəklidir, böyüməkdə olan orqanizmin tələbidir.
Böyük proletar yazıçısı M.Qorkiyə görə uşaq 10 yaşına qədər əyləncələr tələb edir və onun tələbi
bioloji cəhətdən qanunidir. O, oynamaq istəyir, onu əhatə edən dünyanı hər şeydən əvvəl və hər şeydən
asan oyunla dərk edir.
A.S.Makarenko «Tərbiyə haqqında mühazirələr» kitabında oyunun uşağın həyatındakı mövqeyini
belə qiymətləndirir. «Yaşlı adamın həyatında iş fəaliyəti, qulluq nə kimi əhəmiyyətə malikdirsə, uşağın
həyatında oyun o qədər vacib və əhəmiyyətlidir. Uşaqlar oyunda necədirlərsə, böyüyəndən sonra işdə də
bir çox cəhətdən elə olmalıdırlar. Ona görə də gələcək xadimin tərbiyəsi hər şeydən əvvəl oyun
prosesində keçir (A.S.Makarenko. Seçilmiş pedaqoji əsərləri, s.378). A.S.Makarenko oyunla işin arasında
o qədər də fərq olmadığını göstərir: «Yaxşı oyun yaxşı işə bənzəyir, pis oyun pis işə bənzəyir. Bu
bənzəyiş çox böyükdür. Cəsarətlə demək olar ki, pis iş yaxşı işdən daha artıq pis oyuna oxşayır
(A.S.Makarenko. Seçilmiş pedaqoji əsərləri, səh.378).
Oyun uşaqda kollektivçilik, dostluq, təşəbbüskarlıq, qoçaqlıq, düzgünlük, beynəlmiləlçilik,
vətənpərvərlik və s. ən yüksək müsbət əxlaqi keyfiyyətləri aşılayır.
Valideyn hər hansı bir oyunu uşağa keçmək üçün ona qabaqcadan hazırlaşmalı, metodik yolları,
qaydaları özü üçün dürüstləşdirməlidir. Oyun zamanı qaydaların pozulmasına imkan verməməlidir.
Ailə şəraitində tətbiq olunan oyunlar məzmununa görə təklikdə və ya bir neçə uşağın iştirakı ilə
yerinə yetirilə bilər. Dəstə halında oyunları yaşayış binasına yaxın sahə və meydançalarda oynamaq
lazımdır. Belə oyunlardan biri də Azərbaycan xalq oyunu «Şaxta və günəş» dir. Bu oyun əsasən qızlar
üçündür. Valideyin qızları 2 dəstəyə bölür, meydançanın əks tərəfində cərgə ilə üz-üzə
düzləndirir.Dəstəbaşı seçir. Dstələrin birinə qırmızı, digərinə isə ağ yaylıq verilir. Əllərində qırmızı yaylıq
olan dəstə «Şaxta» adlandırılır.
Valideyn dəstə başçılarını meydançanın ortasına çağırır. Ağ yaylıqlı dəstənin başçısı o birinə deyir:
«Şaxtayam yüküm ağır,
Nəfəsimdən qar yağır.
271
Mən gələndə dəryalar,
Qorxudan buz bağlayır».
Qırmızı yaylıqlı dəstənin başçısı cavab verir:
«Şaxta baba, nahaq sən
Qüvvətliyəm deyirsən.
Mən buluddan çıxanda
Mum kimi əriyirsən».
Valideynin işarəsi ilə dəstə başçıları yaylıqları oyunçulardan yığırlar. Dəstəni sıraya düzüb cəld
valideynin yanına yüyürürlər və yaylıqları ona verirlər. Oyunu tez qurtaran dəstə qalib hesab edilir.
Valideynin işarəsi olmadan dəstə başçıları yaylıqları oyunçulardan yığmamalıdır. Dəstəni sıraya
düzmədən valideynin yanına qaçmamalıdır.
Ailədə uşaqların fiziki tərbiyəsinə səhər gimnastikasının icrası, həyətyanı sahə və meydançalarda
voleybol, basketbol, futbol və s. oyunlar ilə məşğul olmaq da daxildir. Bütün bunlar uşaqların əzələ və
sinir sistemini, dayaq hərəkət aparatını daha da möhkəmləndirir, fəal istirahətlərini təmin edir.
İdman oyunlarının təşkili və keçirilməsi üçün valideynlər məhəllələrdə meydançalar hazırlamağa
borcludur. Həmin meydançaların dağılmaması və həmişə səliqəli olması üçün valideyn ora nəzarət və
rəhbərlik etməlidir.
Ailədə uşaqların fiziki tərbiyəsinə onların gün rejimi və orqanizminin möhkəmləndirilməsi, səhər
gigiyenik gimnastikası, bədən tərbiyəsi dəqiqələri və bədən tərbiyəsi üzrə tapşırıqların təşkili də mühüm
əhəmiyyətə malikdir.
X.2. Ailədə kiçik məktəbyaşlı uşaqların gün rejimi
İlbəil bədən tərbiyəsi proqramları və təlim metodları təkmilləşir, sinifdənxaric və məktəbdənkənar
tədbirlərin məzmunu daha da zənginləşir. Eyni zamanda, şagirdlərin sərbəst yaradıcılıq fəaliyyəti
genişlənir və daha rəngarəng olur. Həmin məsələlərin müsbət həlli yalnız pedaqoqların, həkimlərin və
valideynlərin birgə işindən mühüm dərəcədə asılıdır. Şagirdlərin gün rejiminin düzgün və normal təşkili
də heç şübhəsiz ki, həmin işlər içərisində özünəməxsus yer tutur.
Bütün bunlara baxmayaraq, əksəriyyət ailələrdə şagirdlərin gün rejiminə kifayət qədər diqqət
yetirilmir. Halbuki kiçik məktəbyaş arasında uşaqların boyu lazımınca inkişaf edir, fiziki hazırlığı sürətlə
artır, orqanizmi xeyli təkmilləşir, ali sinir sisteminin fəaliyyəti kifayət qədər artır, dayaq-hərəkət aparatı
və sümükləşmə daha da inkişaf edir, möhkəmlənir. Eləcə də, uşaqlar şəxsiyyət kimi onların xarakter
xüsusiyyətləri də formalaşır.
Həmin yaş dövründə kiçik məktəbyaşlılar həyat üçün vacib olan bir sıra bilik, bacarıq və vərdişlərə
yiyələnirlər ki, bütün bunlar da onların əməyi və sağlamlığı üçün xüsusi əhəmiyyətə malikdir.
Qeyd etməliyik ki, bioloq və fizioloq alimlərin tədqiqatlarına istinad etmiş olsaq, deyə bilərik ki,
gün rejimi baş-beyin qabığında oyanma və tormozlanma prosesinin müəyyən bir ardıcıllıqla getməsi kimi
başa düşülür. Bu isə gün rejiminin elmi əsaslarda təşkili deməkdir.
Əgər insan eyni vaxtda yatır, qidalanır və həmin saatda da istirahət edirsə, bu fəaliyyətə uyğun
onda adət də yaranır. Bu uzun illər təkrar edirsə, baş beyin qabığında şərti reflektor sistemi əmələ gətirir.
Şərti reflekslər nəticəsində insanın hər hansı bir fəaliyyət vaxtı çatırsa, o həmin vaxt görüləsi işi daha
asanlıqla, heç bir çətinlik çəkmədən yerinə yetirəcəkdir. Demək, yemək vaxtı çatanda valideynlər o qədər
də əziyyət çəkməyəcək – uşaqlar acdıqlarını, yəni yemək istədiklərini bildirəcəklər. Bu o deməkdir ki,
uşaqlarda vaxta müvafiq şərti reflekslər yaranır. Beynin qida mərkəzi oyanır., mədə şirə ifraz edir.
Bununla da adama iştah gəlir, orqanizmi qidanı qəbul etməyə hazırlaşır və qidanı yaxşı qəbul edir,
yeməyi iştahla yeyir.
Yuxu müəyyən vaxtda həyata keçirilirsə, bu özü də səmərəli yuxuya səbəb olur. Yəni eyni vaxtda
yatmaq və eyni vaxtda durmaq, yuyunmaq, səhər gigiyenik gimnastikasını icra etmək və s.
Birinci növbədə oxuyan məktəblilər 7 və ya 7.30-da yuxudan durmağa, pəncərənin gözlüyünü açıb,
səhər gimnastikasını yerinə yetirməlidirlər. Sonra isə dişləri yumağa, yuyunmağa, səhər yeməyini yeməyə
və s. vərdiş etməlidir. Sonra isə məktəbə getməlidir. Məktəbdən qayıtdıqdan sonra nahar və istirahət
etməli, ev işlərində valideynlərinə kömək etməli, müəyyən olunmuş vaxtda dərslərinə hazırlaşmalıdırlar
və s.
272
İkinci növbədə oxuyan məktəblilər də müvafiq gün rejiminə əməl etməlidirlər. Kiçik məktəbyaşlı
uşaqlar ev tapşırıqlarına 1-1,5 saat vaxt sərf etməlidirlər.
Gigiyenik tələblərə də əməl olunmalıdır. Eyni vaxtda ev tapşırıqlarını icra etməli, 30-35 dəqiqədən
bir 5-10 dəqiqə fasilə olmalıdır. İstirahət zamanı sadə fiziki hərəkətlərə və ya müvafiq oyunlara –
əyləncələrlə məşğul olmalı, gərginliyi azaltmalıdır.
Dərsə hazırlaşmaq yeri, məqsədəuyğun rahat, işıqlı olmalı, yazı masası məktəblinin boyuna müvafiq
olmalıdır.
X.3. Ailədə uşaq orqanizminin möhkəmləndirilməsi
Uşaqların orqanizminin möhkəmləndirilməsi ilə əlaqədar aparılan proseduralar bütün məktəb
illərində həyata keçirilir. Həmin prosedur tədbirlərin təsiri illər ötdükcə aparılır. Bu o zamana kimi davam
etdirilir ki, o adətə çevrilməklə yanaşı, uşaqların sağlamlığını möhkəmləndirsin, normal fiziki inkişafı
təmin etsin. Möhkəmləndirmə tədbirləri gündəlik aparılmalıdır. Səhər gigiyenik gimnastikası qış
aylarında hava keçərlər açılmaqla icra edilməli, gimnastikadan sonra bədəni dəsmalla silməli, ayaqlar isə
yatmazdan əvvəl ilıq su ilə yuyulmalıdır. Yay aylarında yüngül, qış aylarında isə isti geyimlərdən istifadə
etməlidir.
Möhkəmləndirmə proseduralarından təxminən aşağıdakı tələblərə əməl etmək məsləhət
görülür.Burada yaş və bədənin möhkəmliyi hökmən nəzərə alınmalıdır. Bədəni yaş dəsmalla sürtmə və
bədəni su ilə yuyarkən suyun temperaturu-28
o
-18
o
olmalıdır. Suyun temperaturu 1
o
yüksək olduqda duş
qəbuletmə müddəti 40 saniyədən 2 dəqiqəyədək ola bilər. Təbii su hövzələrində çimərkən suyun
temperaturu 20-18
o
olmalıdır.
Günəş vannasının qəbulu 7-9 yaşlı uşaqlar üçün 10 dəqiqədən başlayaraq 20-25 dəqiqəyədək davam
edə bilər (Bədənin ayrı-ayrı hissələri 5-6 dəqiqə günəş şüaları qəbul etməlidir). Günəş yannalarını
yeniyetmələr hər dəfə 4-5 dəqiqə artırmaqla 40 dəqiqəyə qədər, böyüklər isə 60 dəqiqəyədək qəbul edə
bilərlər.
X.4. Ailədə uşaqların bədən tərbiyəsi dəqiqələri
Dərs hazırlayarkən və ya digər işlər görərkən istirahət üçün kiçik fasilələr etməlidir. Fəal istirahət iş
qüvvəsini bərpa edir. Bu şərtlə ki, fəal istirahət bədən tərbiyəsi hərəkətləri ilə müşayət olunsun. Bədən
tərbiyəsi dəqiqəsini yerinə yetirərkən otağın havasını dəyişməli, köynəyin düyməsini açmalı və 2-3
dəqiqə müddətində yüngül və sadə gimnastika hərəkətləri icra etməlidir. Hərəkətləri icra edərkən
tənəffüsü saxlamamalı və müntəzəm nəfəs alıb-verməlidir. Bədənin əyilməsi zamanı nəfəsi verməli,
bədən düzələrkən nəfəsi almalıdır. Əvvəlcə əllər, ayaqlar, sonra isə əyilmə hərəkətləri, daha sonra isə
gövdənin dairəvi hərəkətləri yerinə yetirməlidir.
Nəfəs alıb – vermə burunla və müntəzəm olaraq edilməlidir.
Bədən tərbiyəsi dəqiqələri hərəkətlərini tez-tez dəyişmək məsləhət görülmür.
Bədən tərbiyəsi dəqiqəsinə 1 saat ev tapşırıqları üzərində işlədikdən sonra başlamalı. İbtidai
məktəbyaşlı uşaqlar həyətdə 120-200 m məsafədə gəzişməlidir. Həyətdə müxtəlif hoppanma iplərindən
istifadə etmək olar. 15-20 hoppanmadan sonra fasilə etməlidir.
Bədən tərbiyəsi dəqiqələrində hərəkətlərin yerinə yetirilməsinə diqqət yetirilməsi və onun səmərəli
başa çatmasına valideynlər kömək və nəzarət etməlidir.
X.5. Ailədə uşaqların səhər gigiyenik gimnastikası
Səhər gimnastikası şagirdlərin ailədə fiziki tərbiyəsi sisteminə daxil olub, 8-10 dəqiqə müddətində
icra edilir. Cəhər gimnastikası yuxudan sonra əhval-ruhiyyəni yüksəldir, həyat fəallığını artırır və
cansağlığının möhkəmləndirilməsinə müsbət təsir göstərir. Qeyd etmək lazımdır ki, səhər gimnastikası
ailə şəraitində keçirildiyi üçün onun səmərəli təşkili və keçirilməsi valideynlərdən çox asılıdır. Buna görə
də ümumtəhsil orta məktəb bədən tərbiyəsi müəllimlərinin bu sahədə qarşısında bir sıra vəzifələr qoyulur.
Bu hər şeydən əvvəl valideynlərin təbliği və fiziki tərbiyə üzrə biliklərlə silahlanmasından ibarətdir.
Validenylərə fiziki tərbiyə üzrə bilik verilməsində bir sıra formalardan istifadə olunur. Belə formalardan
biri də eyni yaş qrupuna malik uşaqların valideynlərinin məktəbə çağırılıb onlarla səhər gimnastikasının
təşkili və keçirilməsi üzrə söhbətin aparılmasıdır.
273
Bakının Xətai rayonundakı 88 saylı məktəbin baş bədən tərbiyəsi müəllimi T.Mirzəyev ailə
şəraitində səhər gimnastikasının düzgün təşkilinə həmişə diqqət yetirir və bu məqsədlə dərs ilinin
əvvəlində ibtidai sinif şagirdlərinin valideynlərini məktəbə toplayır, onlarla təbliğati – metodiki xarakterli
söhbətlər keçirir və tövsiyələr verir. Telman müəllim valideynlərlə söhbət aparmazdan əvəl mövcud
ədəbiyyatı toplayır, onunla tanış olur, onu təhlil edir və müəyyən bir nəticəyə gəlir. Onun valideynlərlə
apardığı söhbətin qısa məzmununu verək: - Uşaqların hamısı ailə şəraitinə uyğun səhər gigiyenik
gimnastikası hərəkətlərini icra etməlidirlər. Əgər kiçik yaşlardan başlayaraq uşaqlarınıza səhər
gimnastikası hərəkətlərini yerinə yetirməyi öyrətsəniz, onların orqanizmi möhkəmlənəcək, daha çevik və
zirək olacaq, dərslərində də müvəffəqiyyətlər qazanacaqlar. Uşaqlar müntəzəm olaraq gimnastika ilə
məşğul olarsa, artıq bir neçə ildən sonra onlar həmin hərəkətləri sərbəst surətdə yerinə yetirə biləcəklər.
Uşaqlara müntəzəm surətdə izah etmək lazımdır ki, gigiyenik gimnastika şənlik, gümrahlıq, sevinc,
qarşıda duran vəzifələrin yerinə yetirilməsi deməkdir. Uşaqlar yuxudan qalxan kimi pəncərəni açmalı və
otağın havasını dəyişdirməlidir. Mülayim hava zamanı səhər gimnastikası hərəkətlərini eyvanda da yerinə
yetirmək olar. Sonra isə onlar yuyunmalı, tiftikli dəsmalla bədəni sürtməli və qurutmalıdırlar. Hərəkətlər
icra olunarkən uşaqların emosionallığının yüksədilməsinə, yaxşı əhval-ruhiyyədə olmasına səy
göstərilməlidir.
T.Mirzəyev valideynlərə daha sonra bildirdi ki, səhər gimnastikası 10-15 dəqiqə davam edə bilər.
Kompleks təxminən 10-12 hərəkətdən ibarət ola bilər. Otaqda yaxşı olar ki, gimnastika hərəkətləri
addımlamaqla və yaxud yerində yerişlə başlanılsın. Dartınma-gərilmə hərəkətləri isə diqqət mərkəzində
saxlanılmalıdır.
Yadda saxlamaq lazımdır ki, gərilmə hərəkətləri qamətin formalaşmasına kömək edir, onurğa
sütununun normal inkişafına zəmin yaradır, tənəffüsü daha da dərinləşdirir. Dartınma (gərilmə)
hərəkətləri zamanı gövdəni irəli, arxaya, sağa və sola əyməli, bədəni düz saxlamaqla sağa və sola
fırlatmalı, həmçinin hərəkətlər 3-4 dəfədən artıq təkrar olunmamalıdır. Tənəffüs müntəzəm edilməli,
müxtəlif növ əyilmələr dövründə (irəli, arxaya, yana və s.) nəfəsi verməli, düzlənən zaman isə nəfəsi
almalıdır. Uşaqların hopanma zamanı hərəkətlərini pəncə üzərində yerinə yetirmələrinə fikir verilməlidir.
Səhər gimnastikası hərəkətləri əvvəlcə barmaq, qol, çiyin əzələləri, sonra isə gövdə və aşağı ətraf əzələləri
üçün verilməlidir. Axırıncı hərəkətlər yüngül hoppanmalardan ibarət olmalıdır. Hoppanma və asta
qaçışlar mütləq yeriş və bədəni sakitləşdirici hərəkətlərlə qurtarmalıdır.
Siz mətbuatda dərc olunmuş və yaxud radio ilə verilən kompleks hərəkətlərdən də istifadə edə
bilərsiniz. Əgər uşaqlar üçün müstəqil hərəkətlər kompleksi müəyyənləşdirirsinizsə, onda uşaqlarınızın
səhhət-sağlamlığını, fiziki inkişafını və hazırlığını mütləq nəzərə almalısınız. Bunun üçün də hərəkətlərin
həkim müayinəsindən nəticəsi və uşaqların fiziki hazırlıq göstəricilərini öyrənməli və yaxşı yadda
saxlamalısınız. Fiziki yük tədricən artırılmalı və yavaş tempdən başlamaq şərti ilə yerinə yetirilməlidir.
Müəllim daha sonra valideynlərə müraciət edərək deyir:
- Uşaqların səhər gimnastikasına marağını və şüurlu münasibətini artırmaq məqsədilə hərəkətlər
yeksənək, cansıxıcı, daimi gərginlik tələb edən və eyni xarakterli olmamalıdır. Bundan ötrü də 14-21
gündən bir ya bütövlükdə və yaxud da kompleks hərəkətlərin müəyyən hissəsini dəyişdirib yenisi ilə əvəz
olunmalıdır. Hərəkət kompleksləri tərtib edərkən çalışmaq lazımdır ki, onlar bədənin eyni hissəsinə deyil,
müxtəlif hissələrinə təsir edə bilsin. Bunun üçün ümuminkişafetdirici gimnastika hərəkətlərinə daha geniş
yer vermək də vacibdir.
İbtidai sinifdə oxuyan uşaqlarınızda hərəkətləri bir yerdə və sizin saymağınızla yerinə yetirilməsinə
nail olun. Çalışın ki, hərəkətlər düzgün icra olunsun. Uşaqlar hərəkətləri düzgün, yəni lazımi tempdə,
ritmdə, müəyyən bir ahəngdarlıqla yerinə yetirdikdə isə bu hərəkətlərin onlar tərəfindən müstəqil icra
edilməsinə icazə verin, bu şərtlə ki, uşaqlar nəzarətdən kənarda qalmasınlar.
Yeni səhər gimnastikası kompleks hərəkətləri tətbiq olunarkən hərəkətləri əvvəlcə özünüz göstərin,
sonra isə yerinə yetirilmə texnikasını izah edin. Bundan əlavə, hərəkət komplekslərinin dəyişdirilməsinin
səbəblərini onların nəzərinə çatdırın. Çünki bu yaşda olan uşaqlar hər şeylə maraqlanırlar və hər nə varsa
hamısını öyrənməyə ciddi səy göstərirlər. Yaxşı olardı ki, səhər gimnastikasını oyun formasında və yarış
şəklində təşkil edəsiniz. Bu uşaqların hərəkət fəallığını yüksəldir və səhər gimnastikasını icra etməyə
həvəsi artırır. Buna «Kim hərəkəti daha tez icra edə bilər?», «Kim hərəkəti daha dəqiq yerinə yetiriə
bilər?» və s. oyunları misal göstərmək olar.
274
Söhbətin axırında müəllim valideynlərin suallarına cavab verir.
Qeyd etməliyik ki, səhər gigiyenik gimnastikasının ailə şəraitində daha səmərəli nəticə verməsində,
uşaqların səhhətinə müsbət təsir göstərməsini və hərəkət fəallığının yüksədilməsində hərəkət
komplekslərinin fizioloji yükün nəzərə alınması öyrədilməsi prinsipində qurulmasının, hərəkətlərin
xarakterindən asılı olaraq ardıcıl olaraq növbələşdirilərək yerinə yetirilməsinin, həmçinin onların ümumi
həcmi və miqdarının, eləcə də təkrarlanmasının tənzimlənməsinin böyük əhəmiyyəti vardır. Bu baxımdan
valideynlər ailədə uşaqlarla səhər gjimnastikasını təşkil edərkən, onun aşağıdakı sxemdə qurulmasına
çalışmalıdırlar. Kompleksin birinci hərəkəti - tənəffüsü qüvvətləndirməli, yəni o «dartınma» xarakterli
hərəkətlərdən ibarət olub, yavaş tempdə icra olunmalı və 4-5 dəfə təkrarlanmalıdır. İkinci hərəkəti ayaq
əzələləri üçün olmalıdır: bura ayaqların növbə ilə müxtəlif tərəflərə sürətli tempdə qaldırılması və əvvəlki
vəziyyətə gətirilməsi, hərəkətin hər bir ayaqla 4-5 dəfə təkrarı və yaxud çöməlmələr daxildir. Çöməlmə
hərəkətlərində yavaş və orta tempdə icra edilməli, 6-8 dəfə təkrar edilməlidir. Üçüncü hərəkətlər
gövdənin sağ və sol tərəfindəki əzələlər üçün nəzərdə tutulmalıdır. Bura əyilmə hərəkətləri də daxildir.
Həmin hərəkətlər hər bir tərəfə yavaş tempdə yerinə yetirilir. Həmin məqsədlə gövdənin dairəvi hərəkət
etdirilməsi (sağdan sola və əksinə) hərəkətlərini də icra etmək olar. Bu hərəkətlər hər tərəfə 5-6 dəfə icra
edilməklə orta və sürətli tempdə yerinə yetirilir. Dördüncü hərəkətlər gövdənin düz əzələləri üçün
verilməlidir. Bu vaxt gövdə irəli əyilməli və düzləndirilməlidir. Hərəkət 5-6 dəfə təkrarlanmalı və
müxtəlif tempdə icra olunmalıdır. Beşinci kompleks ümumiləşdirici əhəmiyyətə malik olmalıdır. Bu
məqsədlə də 30 saniyə müddətində sürətli və yaxud da asta qaçış icra edilməlidir (1 dəqiqə ərzində).
Bundan sonra isə sakitləşdirici fiziki hərəkətlər 1-2 dəqiqə müddətində yerinə yetirilməlidir.
Qeyd etmək lazımdır ki, ailədə səhər gigiyenik gimnastikası təşkil olunarkən 3 cəhətə xüsusən
diqqət yetirmək olduqca əhəmiyyətlidir: 1-ci ailədə səhər gigiyenik gimnastikanın təşkilinə;
2-cisi bu gimnastikanın məqsəd və vəzifələrinin dəqiq və düzgün olması; 3-cü, 1-ci və 2-cilərin
şagirdlərə izah edilməsi, başa salınması və anladılmasına
Dostları ilə paylaş: |