III S İ N İ F
«Yoldaş komandir»
(Ümumi inkişaf hərəkətləri üçün oyunlar)
Oyuna hazırlıq: Oyunçular bir dəstəyə düzülürlər. Müəllim oyunun qaydaları ilə və əhəmiyyəti
haqqında nəzəri məlumat verir.
Oyunun gedişi: Müəllim cərgənin qarşısında dayanıb müxtəlif hərəkətlər edir. Oyunçular o
hərəkətləri edirlər ki, müəllim həmin hərəkəti başlayarkən «Yoldaş komandir» sözü işlətmiş olsun. Əgər
bu söz deyilməmişdirsə, icra olunmuş hərəkətləri şagirdlər etməməlidirlər. «Yoldaş komandir» sözü
demədən kim hərəkəti icra edirsə, həmin oyunçular uduzmuş olurlar, cərgənin arxasına keçib, ikinci cərgə
təşkil edirlər. Oyun müəyyən vaxt ərzində (5-7 dəqiqə) keçilir. Birinci cərgədə axıra qalmış oyunçular
qalib sayılırlar.
292
Metodik göstərişlər: 1. Oyun zamanı qol-qıç və gövdə əzələləri üçün müvafiq hərəkətlərin icrası
nəticəsində şagirdlərin orqanizmi əsas işə hazırlanmış olsun. 2. Bu cür oyunlar dərsə hazırlıq hissəsində
verilməlidir. Bu oyundan sonra hazırlıq hərəkətlərinin icrasına ehtiyac yoxdur.
Topun dairə boyunca ötürülməsi
Oyuna hazırlıq: Oyunçular dairə boyunca düzülürlər. Qolları yana qaldırıb qollararası seyrəltməklə
bir addım geriyə atılırlar. Sonra bir-iki saymaqla iki komandaya ayrılırlar. Hər komandadan bir nəfər
kapitan seçilir. Kapitanlar dairənin qarşı tərəflərində üz-üzə dayanırlar. Hər kapitana bir voleybol topu
verilir.
Oyunun gedişi: Müəllim komandası ilə kapitanlar topu sağ tərəfdə dayanmış yaxın komanda
yoldaşlarına ötürürlər. Onlar da topu tutub növbəti yoldaşa atırlar. Bu qayda ilə top bir də kapitana gəlib
çıxını qədər dairə boyunca ötürürlər. Kapitan topu alan kimi onu yuxarı qaldırır. Bunu hansı komanda
daha tez edirsə, həmin komandaya bir xal verilir. Oyun yenidən başlayır. Oyun 2-3 dəfə təkrar edilir.
Axırda hansı komandanın xalı çox olarsa, həmin komanda udmuş hesab olunur.
Metodik göstərişlər: 1. Uşaqlara doldurulmuş toplar verilsə daha yaxşı olar. 2. Sinifdə uşaqların sayı
çox olduqda da iki dairə təşkil edib oyunu keçirmək olar.
Gecə və gündüz
(Sürətlə qaçmaq üçün oyun)
Oyuna hazırlıq: Meydançanın ortasında bir xətt çəkilir və iki hissəyə ayrılır. Hər hissənin axırında
«şəhərcik» cızılır. Orta xətdən «şəhərciyə» qədər 15-30 m məsafə olmalıdır. Oyunçular iki komandaya
ayrılırlar. Komanda orta xəttin hər iki tərəfində bir addımlıq məsafədə durub, arxalarını orta xəttə tərəf
çevirirlər. «Şəhərciklər» hər komandanın qabaq tərəfində olur. Püşk üzrə komandalardan biri «Gündüz»,
o biri isə «Gecə» olur.
Oyunun gedişi: Müəllim orta xəttin yanında durub gözlənilmədən komandalardan birinin adını
deyir. Adı çəkilən komandanın oyunçuları öz «şəhərciklərinə» tərəf qaçır və tez onun içərisinə doluşmağa
çalışırlar. Digər komandanın oyunçuları isə tez dönüb qaçanları qovur və onlara toxunmağa çalışırlar.
Tutulmuş oyunçular sayılır, qeydə alındıqdan sonra bütün oyunçular öz yerlərinə qayıdırlar, oyun yenidən
başlayır. Oyun çağırışların miqdarı hər komanda üçün eyni olmaqla 4 dəfə aparılır. Axırda daha çox
oyunçu tutulmuş komanda qalib gəlir.
Metodik göstərişlər: 1. Oyun keçirilən meydançada qaçış istiqamətində təhlükə törədə biləcək
alətlər, cisimlər olmamalıdır. 2. Şagirdlərə qaçanı möhkəm vurmağa, qaçanı itələməyə, «şəhərcik»
xəttinin içərisində onlara toxunmağa icazə verilməməlidir. Bu qaydaları pozan komandaya cərimə xalı
verilməli və axırda nəzərə alınmalıdır.
Daban balığı və durna balığı
(Sürətlə qaçmaq üçün oyun)
Oyuna hazırlıq: Meydançanın (idman zalının) hər iki başında «daban balıqları» üçün «evlər» tikilir.
Bütün oyunçular – «daban balıqları» bu evlərdən birində yerləşirlər. Bir nəfər aparıcı – «durna balığı»
meydançanın mərkəzində dayanır.
Oyunun gedişi: Müəllim 1-2-3- sayır və «daban balıqları» bir evdən çıxıb o biri evə tərəf
qaçırlar. «Durna balığı» isə qaçan «daban balıqlarından» mümkün qədər çox tutmağa (toxunmağa) çalışır.
Tutulmuş oyunçular müəyyən edilmiş yerə aparılır. Oyun yenidən başlanır. Tutulmuşların sayı 8-10 nəfər
293
olur və bu zaman onlar meydançanın ortasında gəlib əl-ələ tuturlar, üzü «daban balıqlarına» tərəf dayanıb
«tor» əmələ gətirməyə başlayırlar.
İndi «daban balıqları» başqa evə qaçmaq üçün gərək tordan da keçsinlər (Əllərin altından əyilib
keçməklə). Tutulmuş oyunçular «tor» düzəldənlərə qoşulurlar. Tutulmuşların sayı çoxaldıqda onlar əl-ələ
tutub «dairəvi tor» təşkil edirlər. Tutulanların sayı daha da artarsa, o zaman iki «dairəvi tor» (yaxud bir
tor, iki tor, bir dairəvi tor və s. düzəldilir). Bu cür hallarda başqa evə tərəf qaçan «daban balıqları»
dairənin içərisinə və oradan xaricə keçməklə qaçmalıdırlar. Oyun tutulmamış 3-4 oyunçu qalana qədər
davam edir.
Axıra qədər tutulmamış oyunçular oyunun qalibləri sayılırlar.
Uzağa atmaqla vaxt qazanmaq
Oyuna hazırlıq: Sinif şagirdləri A və B komandalarına ayrılır (Sarılar və qırmızılar). Hər
komandanın atanları və qaçanları olur. Meydançanın bir başında atma xətti çəkilir. Bundan iki addım
qabaqda isə start xətti nişanlanır. Hər komandadan olan «qaçanlar» start xəttində dayanırlar. Qaçanların
arxasında isə rəqib komandasının «atanları» dayanırlar. Atanların hərəsinə içərisi qumla doldurulmuş
kisəciklər verilir. Kisənin rəngi rəqib komandaya məxsus rəngdə (sarılara qırmızı, qırmızılara sarı kisə
verilir) olur.
Oyunun gedişi: Müəllimin işarəsi ilə bütün «atıcılar» əllərindəki kisəni «qaçanların» başları
üzərindən gücləri çatan qədər uzağa atırlar (Hamı eyni vaxtda). «Qaçanlar» isə dərhal öz komandalarının
rəngində olan kisələrdən birini götürüb cəld start xəttinə qayıdırlar. «Qaçanlar» start xəttinə daha tez
qayıtmış komandaya bir qələbə xalı verilir. Sonra oyunçular yerlərini dəyişirlər (və vəzifələrini): Atanlar
indi «qaçan», qaçanlar isə «atan» olurlar. Beləliklə, oyun 8 dəfə təkrar edilir. Daha çox xal toplayan qalib
gəlir.
Metodik göstərişlər: 1. Oyuna nəzarət etmək üçün müəllim özünə düzgün yer seçməlidir ki, start
xəttinə hansı komandanın daha tez gəldiyini düzgün müəyyənləşdirə bilsin. 2. Bu iş üçün müəllim özünə
köməkçi-şagirdlər də ayıra bilər. 3. Lazım olan kisəciklər uşaqlar vasitəsilə əvvəlcədən hazırlanmalıdır.
Mütəhərrik hədəf
(Hədəfə cisim atmaq üçün oyun)
Oyuna hazırlıq: Şagirdlər bir-birindən 2-3 m aralı olmaqla böyük dairə boyunca düzlənirlər.
Oyunçuların pəncələri qabağında dairənin xətti çəkilir. Dairənin içərisində bir nəfər aparıcı dayanır.
Oyunçulara voleybol topu verilir.
Oyunun gedişi: Müəllimin işarəsi ilə dairə boyunca düzlənmiş oyunçular əllərindəki topla aparıcını
vurmağa çalışırlar. Aparıcı isə dairənin içərisində o tərəf-bu tərəfə qaçmaqla özünü topdan yayındırır.
Aparıcını topla vura bilən oyunçu dairəyə girib onu əvəz edir. Müəllim kimin neçə dəfə aparıcı olmasını
hesaba alır. Axırda kim daha çox aparıcı rolunda oynamış olarsa, o da qalib sayılır.
Müəllimin topları dəstə başçılarına ötürüb «başla» komandası verir. Hər dəstənin oyunçusu topu
atıb tuta-tuta müəllimin yanına yüyürür, qaçarkən topu yerə salmayan oyunçu I xal qazanır. Sonra hər
oyunçu öz dəstəsinə qayıdıb topu növbədə duran yoldaşına ötürür, özü isə keçib sıranın sonunda durur.
Metodik göstərişlər: Topu hündürə atıb-tutmaq lazımdır.Topu müəllimə atmaq yox, vermək
lazımdır. Topu itirən oyunçu sıradan çıxarılır. Qaçarkən bir-birini itələmək olmaz.
Dırmanmaq
294
Yer və avadanlıq: Bu oyun idman salonunda və ya bağda oynanılır. Dırmanmaq üçün bir gimnastika
dirəyi və ya kəndir (kanat) bir alma və ya kök lazımdır.
Oyuna hazırlıq: Oyunda iştirak edənlərin hamısı dirəyin və ya kəndirin ətrafında diametri 2-3 m
olan bir dairə təşkil edirlər. Dirək və ya kəndir 3-4 m hündürdən asılır, ondan bir metr kənarda isə bir
qarmaq asıb, ona alma və ya kök bağlayırlar. Fikir vermək lazımdır ki, alma və ya kök daim hərəkətdə
olsun.
Oyunun təsviri: Oyunçular müəllimin göstərişi ilə bir-bir gəlib dizlərini və qarınlarını
toxundurmadan kəndirə və ya gimnastika dirəyinə dırmanmağa başlayırlar. Dırmanmanın axırında
oyunçu əlinin köməyi olmadan 25 saniyə ərzində çalışır ki, yırğalanan almanı və ya kökü ağzı ilə tutsun.
Oyunçu dırmanarkən dizi və ya qarnı ilə kəndirə və ya qarnı ilə kəndirə və ya dirəyə toxunmuş
olarsa, habelə almanı və ya kökü tuta bilməzsə, aşağı enməli, meydançanın ortasında durub yoldaşlarının
istədiyinə əməl etməlidir (oxumalı, oynamalı və s.).
Oyun 20-30 dəqiqə davam edir.
Metodik göstərişlər: 1. Əgər şagirdlərin sayı çox olarsa, oyunu iki dairə üzrə keçirmək olar. 2. Oyun
üçün müxtəlif cür toplardan istifadə etmək olar.
Ovçular və ördəklər
(Hədəfə cisim atmaq üçün oyun)
Oyuna hazırlıq: Meydançada diametri 8-12 m. olan dairə çəkilir. Şagirdlər «ovçular» və «ördəklər»
komanrdalarına ayrılırlar. «Ovçular» komandasının oyunçuları dairə boyunca düzlənirlər. «Ördəklər»
komandası isə dairənin içərisində sərbəst gəzişir.
Oyunun gedişi: Müəllimin işarəsi ilə «ovçular» topu bir-birlərinə atıb-tuturlar və orada fürsət
düşdükdə topla «ördəklərdən» vurmağa çalışır. Vurulmuş «ördəklər» oyundan çıxarılırlar. «Ovçular»
bütün «ördəkləri» vurub qurtardıqdan sonra komandalar adlarını və yerlərini dəyişməklə oyunu davam
etdirirlər. Oyunun qalibi vaxtla müəyyən edilir. Hansı komanda «ördəkləri» daha az vaxt ərzində vurub
dairədən çıxarsa, həmin komanda qalib gəlir.
Metodik göstərişlər: 1. Dərsin sıxlığına, oyunun maraqlılığına nail olmaq üçün oyunu iki dairə üzrə
keçirmək mümkündür. 2. Vaxtın hesaba alınmasında yaxşı olar ki, saniyə ölçəndən istifadə edilsin. 3.
Oyundan vurulub-çıxarılan oyunçulara müəyyən tapşırıqlar verilməlidir ki, onlar boş dayanmasınlar.
Topu vur
(Hədəfə cisim atmaq üçün oyun)
Oyuna hazırlıq: Oyunçular iki komandaya ayrılır və üz-üzə olmaqla iki cərgəyə düzlənirlər.
Cərgələrin arasında 8-10 m məsafə olur.
Meydançanın (zalın) ortasında 1 metr eni olan koridor nişanlanır və buraya 4 voleybol topu qoyulur.
Komandalardan birinin hər oyunçusuna bir kiçik top verilir.
Oyunun gedişi: Müəllimin işarəsi ilə əllərində kiçik top olan oyunçular voleybol topunu vurub
koridorun «rəqib» komandaya məxsus hissəsinə çıxarmağa çalışırlar. «Rəqib» komandaya tərəf
çıxarılmış hər top üçün komandaya qələbə xalı verilir. Sonra atılmış topları digər komandanın oyunçuları
yığırlar və bu dəfə onlar voleybol toplarını vurmağa başlayırlar. Oyun 2-4 dəfə keçirilir. Axırda hansı
komandanın xalı çox olsa, o komanda qalib gəlir.
295
Metodik göstərişlər: 1. Oyunda hər şagirdə bir kiçik top vermək üçün müəllim əvvəlcədən hazırlıq
görməlidir. Bunun üçün uşaqlara bir neçə gün əvvəldən tapşırılır ki, keçədən kiçik toplar tikib
hazırlasınlar. 2. Oyun üçün lazım olan voleybol topları və meydança xətləri də vaxtında hazırlanmalıdır.
Alpinistlər
(Dırmanmaq üçün oyun)
Oyuna hazırlıq: Meydançanın kənar xətti boyunca müxtəlif maneələr qoyulur. Şagirdlər 3-4
komandaya ayrılır və hər komanda özünə bir kapitan seçir.
Oyunun gedişi: Müəllimin göstərişi ilə komandalar (kapitan qabaqda olur) sıra ilə maneələr olan
xətt boyunca hərəkət edirlər. Onlar bir ucu gimnastika divarına qoyulmuş skamya ilə yuxarıya qalxırlar,
tirin üzərindən aşır, yaxud altından sürünüb keçir, daşların (yerdə təsvir edilmiş) üzəri ilə addımlayırlar.
Onlar «dağ çayından» keçir, gimnastika skamyasını (xəndəyin üzərində olan körpünü xatırladan)
üzərindən addımlayırlar və s. Komandalar növbə ilə hərəkət edir, müəllim nəticələri qeydə alır.
Maneələrdən düzgün keçə bilməyən komandalara cərimə xalı verilir. Axırda öz cərimə xalı olan
komanda qalib gəlir.
Metodik göstərişlər: 1. Bu oyunu idman meydançasında keçirmək olar. Meydançada keçirildikdə
maneələrin üzərindən keçmək, dırmanmaq, aşmaq və s. kimi maneələr düzəldilə bilər. 2. Oyunu idarə
etmək üçün müəllim köməkçi-şagiirdlər də ayırmalıdır (Hər bir oyunçunun hərəkətinə nəzarət etmək,
cərimə xallarını müəyyənləşdirmək və s. məsələlər üçün).
İp üzərindən hündürlüyə tullanmaq və qaçaraq zolaq üzərindən uzunluğa tullanmaqla estafet
(Hündürlüyə və uzunluğa tullanmaq üçün oyun)
Oyuna hazırlıq: Oyunçular 2-4 bərabər komandalara ayrılır və meydançanın baş tərəfindən çəkilmiş
start xəttinin arxasında sıra ilə dayanırlar. Start xəttindən 6-10 m qabaqda başqa xətt çəkilir və bu xəttin
üzərində hər komanda üçün iki nəfər 60-80 sm hündürlükdə ip tuturlar. İpdən 7-12 m qabaqda isə hər
komanda üçün 1,5 m eni olan bir sahə nişanlanır (Uzunluğa tullanmaq üçün).
Oyunun gedişi: Müəllimin «marş» komandası ilə hər sıradan birinci oyunçular ipə qədər qaçır, ipin
üzərindən tullanır, uzunluğa tullanma sahəsinə (zolağına) çatıb təkanla onun üzərindən tullanıb geriyə
qayıdırlar və növbədə dayanmış yoldaşlarının əlinə toxunub sıranın arxasına keçirlər. Növbəti oyunçular
da oyunu bu cür davam etdirirlər. Növbə yenidən gəlib birinci qaçanlara çatdıqda onlar əllərini (dəsmalı)
yuxarı qaldırmaqla qurtardıqlarını bildirirlər. Bunu birinci etmiş komandaya qələbə xalı verilir və oyun
yenidən başlanır. Axırda daha çox qələbə xalı olan komanda qalib gəlir.
Metodik göstərişlər: 1. Uzunluğa tullanmaq üçün sahə (zolaq) qismən yumşaq olmalıdır. 2. İpin
üzərindən tullanarkən ona toxunmuş uzunluq sahəsini tapdalamış oyunçulara görə komandaya cərimə xalı
verili rvə axırda nəzərə alınır.
Qaçışla estafet
(Qaçış üçün oyun)
Oyuna hazırlıq: Oyunçular 2-4 komandalara ayrılır və meydançanın bir başında çəkilmiş ümumi
start xəttinin arxasında sıra ilə dayanırlar. Hər komanda özünə bir kapitan seçir. Kapitanlar sıranın
əvvəlində dayanırlar. Meydançanın digər başında (20-40 m aralıda) hər komanda üçün bir dayaq qoyulur.
Kapitanların əllərində bayraq və ya estafet ağacı olur.
296
Oyunun gedişi: Müəllimin «Diqqət», «Marş» komandası ilə kapitanlar öz dayaqlarına doğru
qaçırlar və onun ətrafında dolanıb geriyə qayıdırlar, bayrağı irəlidə dayanmış növbəti yoldaşlarına
ötürürlər. Bayrağı almış oyunçular həmiin qayda ilə irəliyə qaçırlar, bayrağı vermiş oyunçular isə keçib
sıranın arxasında dururlar. Bayraq yenidən kapitana çatana kimi o oyunun qurtarmasını bildirmək üçün
onu yuxarıya qaldırır. Bunu daha tez edən komandaya qələbə xalı verilir. Sonra isə oyun yeniədən davam
edir. Axırda qələbə xalı çox, cərimə xalı isə az olan komanda qalib gəlir.
Metodik göstərişlər: 1. Oyunu 2-3 dəfə təkrar keçirmək olar. 2. Oyun başlanan kimi «Marş»
komandası almadan kapttanlara qaçmaq və yoldaş gələnə qədər start xəttindən qabağa çıxmağa icazə
verilmir. 3. Bu qaydaları pozan komandaya cərimə xalı verilir. 4. Bayrağı kim yerə salarsa, özü onu
qaldırıb oyunu davam etməlidir.
Cərgələrdə top ötürmək
(Ümumi inkişaf hərəkətləri üçün oyun)
Oyuna hazırlıq: Oyunçular iki bərabər komandalara ayrılırlar. Komandalar üz-üzə cərgə ilə
dayanırlar. Hər komandanın birinci oyunçusuna bir top verilir.
Oyunun gedişi: Müəllimin «Diqqət» və «Başla» komandası ilə birinci oyunçular topu yanında
dayanmış yoldaşına, o isə digər yoldaşına və i.a. ötürürlər. Top cərgənin axırında dayanmış oyunçuya
çatan kimi o, cərgənin əvvəlinə qaçır və topu əvvəlki qaydada yandakı yoldaşına ötürür. Topu birinci
olaraq ötürmüş oyunçu axırıncı oyunçuya çevrilib topla birlikdə yenidən cərgənin əvvəlinə keçir, əlini
yuxarıya qaldırana qədər oyun davam edir. Bunu birinci edən komandaya bir qələbə xalı verilir. Sonra
oyun yenidən başlanır. Axırda hansı komandanın qələbə xalı çox, cərimə xalı az olarsa, qalib gəlir.
Metodik göstərişlər: 1. Oyunu həm örtülü şəraitdə, həm də meydançada aparmaq olar. 2. Top
əvəzinə şagirdələr doldurulmuş toplar verilməsi daha səmərəlidir. 3. Topu ancaq yaxında dayanmış
yoldaşa ötürmək olar. Topu bir neçə nəfəri arada qoyub ötürməyə icazə verilməməlidir. 4. Bu qaydanı
pozan komandaya cərimə xalı verilir. 5. Topu yerə salmış oyunçu özü onu qaldırmalı və oyunu davam
etdirməlidir.
Dırmanmaqla estafet
Oyuna hazırlıq: Gimnastika divarından 8-10 m aralıda bir start xətti çəkilir. Start xətti ilə
gimnastika tiri qoyulur. Gimnastika divarı yanında içəri doldurulmuş iki kisə qoyulur. Gimnastika
divarında aşağıdan ikinci pilləyə iki lent asılır (bir-birindən aralı). Oyunçular iki komandaya ayrılaraq yan
tərəflərdə cərgə ilə dayanırlar. Hər komandadan bir nəfər oyunçu start xəttinə çıxır (Başdan növbə ilə).
Oyunun gedişi: Müəllimin göstərişi ilə start xəttində dayanan oyunçular tirə tərəf qaçırlar. Onun
üzərindən aşırlar və kisələrə çatıb onları götürürlər, kisələri başlarına qoyub gimnastika divarının üçüncü
pilləsinə çıxırlar, lentin üzərindən keçib yenə də düşürlər. Oyunçular geriyə qayıdıb kisələri öz yerinə,
sonra tirin üzərindən yenə də aşıb start xəttinə qoyurlar. Bunu hansı komandanın oyunçusu daha tez
edirsə, həmin komandaya bir qələbə xalı verilir. Sonra növbəti oyunçular start xəttinə çıxırlar və beləliklə,
oyun davam edir. Axırda daha çox xalı olan komanda qalib gəlir. Oyunda səhvə yol verən komandaya
cərimə xalı verilir və bu xallar axırda nəzərə alınır.
Milli xalq oyunları
Mən çobanam
Oyunçular sıraya düzülüb bir-birinin kəmərlərindən tuturlar. Aparıcı – «çoban», oyunçulardan biri
isə «qurd» olur. «Qurd» 1-2 addım irəlidə dayanıb, üzü dəstəyə tərəf çevirir:
297
Oyunçu «qurd» deyir:
- Mən «qurdam» - alaram
«Çoban» cavab verir:
- Mən «çobanam» - vermərəm.
Bundan sonra qurd çobanı aldatmağa, sıradakılardan birinə toxunmağa çalışır. «Çoban» və bir-
birinin kəmərindən tutmuş oyunçular özlərini müdafiə edirlər.
«Qurd»un əli dəymiş oyunçu sıradan çıxır.
«Qurd»un toxunduğu oyunçuların sayı «çobanın» qoruduğu oyunçuların sayından çox olarsa,
«qurd» - «çoban» və oyunçulardan biri «qurd» olur. Oyunçuya ayaqla toxunmaq olmaz.
«Çoban» «qurd»a toxunduqda oyun dayandırılır. Yeni «çoban» və yeni «qurd» seçilir.
Dəsmalaldı qaç
Uşaqlar dairəvi şəkildə yerə oturub, ortada dayanan başçıya baxırlar. Bir uşaq dairə boyunca qaçır,
dəsmalını oyunçulardan birinin arxasında yerə qoyur. Başçı uşaqlardan soruşur:
- Dəsmal kimin arxasındadır?
Uşaq dəsmalın arxasında olduğunu bilməsə, onu ortaya salır, bir-birinin üstünə itələyirlər. Döyülən
uşaq başqa birisinin üstünə yıxıla bilsə özünü azad eləyir, üstünə yıxıldığı oyunçunu onun yerinə ortaya
çəkir, onu bir-birlərinin üstünə itələyirlər. Özünü möhkəm müdafiə edib, ortaya çıxmayan uşaq qalib
gəlir.
Şaxta və günəş
Bu oyun əsasən qızlar üçündür. Qızlar iki dəstəyə ayrılırlar: Meydançanın əks tərəflərində cərgə ilə
üz-üzə düzülürlər. Dəstəbaşçı seçilir. Əllərində qırmızı yaylıq tutmuş dəstə «Günəş», ağ yaylıq tutan
dəstə isə «Şaxta» adlanır.
Müəllim dəstə başçılarını meydanın ortasına çağırır. Ağ yaylıqlı dəstənin başçısı o birinə deyir:
«Şaxtayam, yüküm ağır,
Nəfəsimdən qar yağır.
Mən gələndə dəryalar,
Qorxudan buz bağlayır».
Qırmızı dəstənin başçısı cavab verir:
«Şaxta baba, nahaq sən
Qüvvətliyəm deyirsən.
298
Mən buluddan çıxanda
Mum kimi əriyirsən».
Müəllimin işarəsi ilə dəstə başçıları yaylıqları oyunçulardan yığırlar. Dəstəni sıraya düzüb cəld
müəllimin yanına yüyürür və yaylıqları ona verirlər. Oyunu tez qurtaran dəstə qalib hesab olunur.
Artırma
Uşaqlar iki dəstəyə ayrılırlar. Çöp atırlar. Çöp hansı dəstəyə düşsə, o dəstənin uşaqları düz xətt
boyunca düzülüb aşağı əyilir. O biri uşaqlar bir-bir onların üstündən atılır, axıra çatan uşaq yerə əyilir. Bu
minvalla sıra əvvəldən artır, axırdan azalır. Məsələn: uşaqların hər dəstəsində 10 uşaq olarsa, onu da aşağı
əyilir. İkinci dəstənin üzvləri bir-bir onların üstündən hoppanıb özü onların sırasında aşağı əyilir. Hamı
atılıb qurtarandan sonra aşağıya əyilmiş yeni bir dəstə yaranır. Birinci dəstənin uşaqları bir-bir ayağa
qalxıb aşağı əyilən uşaqların üstündən hoppanırlar. Bu minvalla oyun davam edir.
Tez tərpən
Oyunçular iki dəstəyə bölünürlər. Dəstələr sıraya düzülür, hər dəstənin bir oyunçusu qaçış xəttində
hazır vəziyyətdə durur. Bir düz xətt boyu diametri 20 sm olan 12-15 dairə çəkilir.
Müəllimin işarəsi ilə hər iki dəstənin oyunçuları bir ayaq üstə dairələrlə hoppana-hoppana əvvəlcə
bir tərəfə qaçır və sonra həmin qayda ilə geri qayıdıb əlini onu gözləyən oyunçunun əlinə vurub arxaya
keçir. Növbədə duran oyunçu isə oyunu davam etdirir. Oyunu birinci başa çatdıran dəstə qələbə qazanır.
Ayaqları dəyişməyə icazə verilir.
Oyunçunun əli dəyməmiş xətdən kənara çıxmağa icazə verilmir. Oyunçular dairədən-dairəyə bir
ayağı üstə atılmalıdırlar.
Üzəngi
Oyunçular iki bərabər dəstəyə bölünür və 15-20 m üz-üzə dururlar. Hər bir oyunçu özü üçün
diametri 20-25 sm olan bir dairə çəkir və onun içərisində durur.
Dairələr bir-birindən 50-80 sm aralı olmalıdır.
Hər dəstə özünə başçı seçir. Dəstəbaşıları oyuna başlamaq üçün püşk atırlar.
Əvvəlcə başçı topla qarşı dəstənin oyunçularından birini vurmağa çalışır. Qarşı dəstənin oyunçuları
isə topu tutmağa və onunla əks dəstənin oyunçularından birini vurmağa çalışırlar.
Top oyunçuya dəydikdə başçı «Dayan»- deyə işarə verir. Sonra həmin uşağı oyundan çıxarırlar.
Oyun tərəflərdən biri təklənənə kimi davam edir. Son oyunçunu da vuran dəstə qalib gəlir.
Oyunçu ayağını dairədən kənara qoya bilməz.
Topla vurulan oyunçu bir əlini yuxarıya qaldırmalıdır.
IV S İ N İ F
(Ümuminkişaf hərəkətlərinin elementləri ilə oyunlar)
Çəkib xətdən çıxarma
299
Oynayanlar iki komandaya bölünüb aradan çəkilmiş xətt boyunca üz-üzə dayanırlar. Boy və çəkidə
təxminən bərabər çəkilmiş olan oyunçular qarşı-qarşıya dururlar. Hər komandanın arxasında 4-5 m
aralıda xalları hesablamaq üçün ayrılmış oyunçular dayanırlar.
Oyun siqnal üzrə başlayır. Hər komanda çalışır ki, o biri komandanın daha çox oyunçusunu dartıb
xətdən çıxartsın. Xətdən çıxarılmış oyunçu əlinin içi ilə onu çıxardan komandanın xalları hesablayan
oyunçusuna toxunmalıdır, məhz bundan sonra o, xətdən o tərəfə keçib öz komandasında oynamaq hüququ
qazanır. Hər çəkilib-çıxarılmış oyunçu, onu çıxaran komandaya bir xal verir. Oyun ərzində daha çox xal
toplamış komanda qalib gəlir.
Qaydalar: 1. İstənilən oyunçunu əlindən tutub dartmaq olar. 2. Oyunçu tək-tək, iki-iki və eyni
zamanda bir neçə oyunçunu dartıb çıxartmağa icazə verilmir. 3. Oyunçu hər iki ayağı ilə xətti keçdikdə
dartılıb çıxarılmış sayılır. 4. Paltardan tutub çəkməyə, qıçdan tutmağa icazə verilir.
Xoruz döyüşü
Oyunçular boy sırasında bir cərgəyə düzülürlər. Cərgənin qarşısında diametri 3-4 m olan üç dairə
çəkilir. Növbə ilə cərgədən (sağ cinahdan başlayaraq) altı oyunçu çıxır. Hər dairəyə iki oyunçu daxil olub
dayanır. Müəllimin «Hazırlaş», «Başla» komandasından sonra hər iki nəfər öz dairəsində oyuna başlayır.
«Xoruzların» hər biri, əlləri belində, bir ayaq üstündə tullanıb-düşərək çiyni ilə rəqibi dairədən
çıxartmağa, yaxud iki ayağı üzərində dayanmağa məcbur etməyə çalışır. Kim buna nail olursa, qalib gəlir.
Oyunu bu və ya digər nəticə ilə başa vuran hər Qoşa oyunçular cərgə ilə öz yerlərinə gedirlər. Bundan
sonra növbəti oyunçular çağrılır və hamı oyunda iştirak edənə kimi oyun davam edir.
Qaydalar: 1. Üstündə tullanılan ayağı hər 6 tullanmadan bir dəyişmək olar. 2. Qəsdən kobud səhvlər
etmək qadağandır.
Dostları ilə paylaş: |