3.9.Milli mütəhərrik oyunların təsnifatı
Milli oyunların quruluşu və qaydalarına görə aşağıdakı qruplara bölmək olar:
1. Mübarizə aparan iki tərəfin rəhbərsiz (bəysiz) oyunları. Oyunda iştirak edən bütün uşaqlar
bərabər hüquqa malikdir. Bu qrupa «Bənövşə», «Göyçəkmələk» kimi oyunlar daxildir;
2. Hər bir oyunçu özünə cavabddeh olduğu və öz bacarığını göstərməyə çalışdığı rəhbərsiz
(bəysiz) oyunlar. Bu qrupa «Uçurma», «Ənzəli» və s. oyunlar daxildir;
3. Rəhbərlə (bəylə) idarə olunan oyunlar. Bu oyunlarda rəhbərlər və tabe olanlar – sıravi
iştirakçılar olur. «Bəylər» burada hərtərəfli hakimiyyətə malikdir. Hakim siniflərin meydana gəlməsinin
təsiri ilə yaranan «Xan-xan», «Gizir», «Qara qazan» kimi oyunları və məişət bayramlarında oynanılan
«Nənə can» oyununu nümunə göstərmək olar. Bu oyunlar yüksək poetik formalarla, şerlə müşaiyət
olunur.
3.10.. Oyunların seçilməsi
Oyunların siniflər üzrə seçilib keçirilməsinin fizioloji, psixoloji və tərbiyəvi prinsipləri vardır.
İbtidai siniflərdə, xüsusən 1-ci sinifdə milli oyunlar və fiziki hərəkətlər seçərkən şagirdlərin
fizioloji vəziyyəti mütləq nəzərə alınmalıdır. Çünki bu yaşda uşaqlarda əzələ, bağ və oynaqlar zəif,
ciyərlərin isə həyat tutumu məhdud olur. Sümüklərin möhkəmliyi az olur. Buna görə də onlar tez yorulur,
hərəkətlərini korrektə edə bilmirlər. Onlar oynayarkən hərəkətlərin sıxlığı, çətinliyi, müddəti və
icraolunma nəzərə alınmalıdır.
Oyunda uşaqların psixoloji hazırlığına da fikir verilməlidir. Çünki şagirdlər bu yaşda lazımınca
inkişaf etməmiş olurlar. Xüsusi ilə iradələri zəif və dözümlülüyü az olur. Düşünülməmiş və fiziki
hazırlığı uyğun olmayan oyunlar şagirdlərdə mənfi emosiya və hisslər yaradır. Onlar öz gücünə inanmır,
tez-tez küsür, çətin tapşırığı yerinə yetirə bilməyəndə ağlayır, inciyir və s. Bundan əlavə, kiçikyaşlı
məktəblilərdə diqqət, qavrama, yaddaş zəif olur. Söylənilənləri inkişaf etdirən oyunlar seçilib tətbiq
olunmalıdır.
Oyunların seçilməsində tərbiyəvi cəhətə də diqqət verilməlidir. Dərsdə, sinifdən və
məktəbdənkənar keçirilən oyunlar yoldaşlıq, dostluq, kollektivçilik, vətənpərvərlik və s. keyfiyyətləri
inkişaf etdirməlidir.
3.11. Oyun üçün hazırlıq işləri
222
Oyun yerinin hazırlanması. Oyun yerinin hazırlanması dərsdən əvvəl yerinə yetirilir. Bunu
müəllim və onun köməkçiləri (fəalları) edirlər. Bir çox hallarda oyun yeri üçün xüsusi hazırlıq tələb
olunur (Voleybol, basketbol və s.). Bununla belə, bir çox oyunlarda xarakterindən, məzmunundan,
məqsəd və vəzifələrindən asılı olaraq məsafə ölçülür, xətlər, dairələr çıxarılır, habelə şərti işarələr çəkilir.
Dərs zamanı vaxt itirməmək üçün bütün bunlar dərsdən qabaq edilir.
3.12. Oyunların keçirilməsi formaları
Oyunlar 3 əsas formada təşkil olunur. Onun dərs, dərsdənxaric və məktəbdənkənar formaları
vardır.
Mütəhərrik oyunlar dərs zamanı, bir çox hallarda isə proqram materiallarının öyrənilməsi
nəticəsində orqanizmə verilmiş fiziki gərginliyi aradan qaldırmaq və uşaqların emosionallığını bərpa
etmək məqsədilə dərsin axırında keçirilir.
İbtidai siniflərdə bədən tərbiyəsi dərsinin təxminən yarısını mütəhərrik oyunlar təşkil edir ki, bu
da 2 cəhətdən müsbət nəticə verir. 1-cisi, dərsin oyunlara görə qarşıya qoyduğu məqsədə tamlıqla nail
olunur. 2-cisi bu forma kiçik məktəbyaşlı uşaqların oyuna olan tələbatını ödəyir.
Mütəhərrik oyunların dərs forması onunla xarakterikdir ki, bu zaman oyuna bilavasitə müəllim
rəhbərlik edir. Bu da sinfin yaxşı təşkil olunmasını təmin edir. Digər tərəfdən oyunların dərs forması
məqsəd etibarı ilə onu başqa, məsələn, dərsdənkənar formalardan fərqləndirir.
Oyunların təşkil olunmasının 2-ci forması sinifdənkənar formadır. Bu forma çoxcəhətlidir.
Oyunlardan tənəffüslərdə, növbələrarası vaxtlarda, idman bayramlarında, bölmələrdə, sağlamlıq
tədbirlərində istifadə olunur.
Mütəhərrik oyunların daha geniş tətbiq olunan 3-cü forması məktəbdənkənar formadır.
Mütəhərrik oyunların bu forması əslində əsas 2 məqsədə xidmət edir. Bunlardan biri sağlamlıq, ikincisi
əyləncədir. Bununla belə, bölmələrdə keçirilən milli oyunlar böyük tərbiyəvi və təhsil əhəmiyyəti kəsb
edir.
Oyunların bu formasından şəhər və şəhərdənkənar sanatoriyalarda, idman-sağlamlıq
düşərgələrində, yaşayış yerlərində istifadə olunur. Həmin oyunları uşaqlar bir-birini tanımaq üçün
oynayırlar. Buna görə də bu cür oyunlar mühüm tərbiyəvi əhəmiyyət kəsb edir.
3.13. Oyunların məzmununun şərhi
Oyunlar söz, əyanilik, müşahidə metodları ilə şagirdlərə izah oluna bilər. Ümumiyyətlə,
oyunların şərhi onun əyani olaraq göstərilməsi ilə başa çatmalı, sonra isə bir neçə dəfə nümayiş
etdirilməlidir, yəni keçirilməlidir.
İzah elə olmalıdır ki, uşaqların hamısı oyunun keçirilmə qaydalarını, xalların verilməsini,
aparıcının vəzifələrini, hakimlərin vəzifələrini, oyunda qalibgəlmə şərtlərini bilsinlər.
Yaxşı olar ki, müəllim əvvəlcə sınaq oyunu keçirsin, buraxılmış nöqsanları göstərsin.
Oyunu izah edərkən sinfi elə düzmək və müəllim elə yerdə durmalıdır ki, şagirdlərin hamısı onu
yaxşı gögrsün və dediklərini aydın eşitsinlər. Oyunun izahı və göstərilməsi birbaşa meydançada, oyun
başlanan yerdə təşkil olunsun.
İzahat qısa, aydın və başa düşəcəyi tərzdə olmalıdır. Tanış oyunun isə geniş izahına ehtiyac
yoxdur.
Bir qayda olaraq, oyun bir neçə dəfə təkrar olunur. Oyundan sonra buraxılmış nöqsanlar
uşaqların nəzərinə çatdırılır, qaydaları pozan uşaqların adı çəkilir, onlar məzəmmət olunur. Oyunun
qaydalarını mütəmadi olaraq pozan uşaqlar oyundan kənar edilir və ya məzəmmət edilir, və yaxud da
onlara xəbərdarlıq edilir. Oyunun izahı zamanı uşaqların əhval-ruhiyyəsi, yorğunluğu, marağı və həmin
oyuna münasibəti nəzərə alınmalıdır.
3.14. Oyun meydançasının mütəhərrik oyunlar
üçün düzəldilməsi
Mütəhərrik oyunlar üçün meydança məktəbyanı meydançanın çox və həm də mərkəz hissəsini
tutmalıdır. Mütəhərrik oyun meydançasında hər oyunçuya təxminən 5-6 m sahə düşməlidir. O, hamar
olmalı və təmiz saxlanılmalıdır, toz əmələ gətirməməli, eləcə də oyuna aid bütün qayda-qanuna uyğun
223
düzəldilməlidir. Mütəhərrik oyun meydançası, həmçinin dərsin, dərsəqədər səhər gimnastikasının və
tənəffüslərdə aparılan tədbirlərin, bədən tərbiyəsi – sağlamlıq işlərinin keçirilmə yerinə verilən tələblərə
tam uyğunlaşdırılmalıdır.
3.15. Oyun meydançasının və idman
zalının işarə olunması
Meydança dərsdən qabaq işarələnməlidir. Əgər oyun çox iş tələb etmirsə, onda işarələnmə
uşaqların iştirakı ilə yerinə yetirilir. Zədələnmələrin qarşısını almaq üçün oyun keçirilən yerdə təhlükəli
əşyalar vardırsa (daşlar, ağaclar, butulka və dtigər şüşə sınıqları, dəmir və dəmir qalıqları)
təmizlənməlidir.
Zalda qaçış və estafet xarakterli oyunlar keçirilərsə, qarşıya çıxacaq divardan gimnastika
döşəkləri asılmalı, yaxud da həmin sahədə oyunda iştirak etməyən uşaqlar durmalıdır. Bu ona görə edilir
ki, uşaqlar qaçarkən özlərini saxlaya bilməyib divara toxuna bilər və zədələnər.
Oyunun maraqlı və səmərəli keçməsi məqsədilə müəllim ən fəal və fiziki cəhətdən güclü, cəld
uşaqlardan aparıcı və başçı seçməlidir.
3.16. Oyun ləvazimatlarının hazırlanması
Dərsə hazırlığın əsas cəhətlərindən biri dərs üçün lazım olan ləvazimatların vaxtında
hazırlanmasıdır. Mütəhərrik oyunların keçirilməsi üçün kiçik bayraqlar, fit, saniyəölçən, hoppanma ipləri,
kiçik toplar (tennis), basketbol və voloeybol topları, doldurulmuş toplar, gimnastika ağacları və s.
lazımdır.
İnventar parlaq rənglə, zövqlə boyanmalı, səliqəli düzəldilməlidir. Onlar çəkisinə, həcminə və
ölçüsünə görə uşaqların yaşına uyğun olmalıdır.
Yoxlama – test suallar
1.Görkəmli pedaqoqlar oyunlar haqqında.
2.Mütəhərrik oyunların pedaqoji xarakter xüsusiyyətləri.
3.Mütəhərrik oyunların tərbiyəvi əhəmiyyəti.
4.Mütəhərrik oyunların hərbi-tətbiqi əhəmiyyəti.
5.Mütəhərrik oyunların sağlamlıq əhəmiyyəti.
6.Mütəhərrik oyunların təhsil əhəmiyyəti
7.Mütəhərrik oyunların növləri.
8.Oyun fiziki tərbiyənin mühüm vasitəsidir.
9.Oyun milli mədəniyyətimizin tərkib hissəsi kimi.
10.Oyunların seçilməsi.
11.Oyunun keçirilməsi üçün görülən hazırlıq işləri.
12.
Oyunun təşkili və keçirilməsi üçün lazım olan işlər.
Yaradıcılıq işi üçün təxmini mövzular
1.Mütəhərrik oyunlar fiziki tərbiyənin vasitəsi kimi.
2.Oyunların sağlamlığın möhkəmləndirilməsində əhəmiyyəti.
3.Xalq oyunları milli mədəniyyətimizin tərkib hissəsi kimi.
224
3.4. Yüngül atletika
4.1. Yüngül atletika hərəkətlərinin öyrədilməsi
Yüngül atletika bədən tərbiyəsi proqramlarında özünəməxsus yer tutmaqla ümumtəhsil
məktəblərinin bütün siniflərində tədris olunur. Yeriş, qaçış, tullanmalar və atmalar təbii hərəkət vərdişləri
aşıladığına insan üçün çox xarakterik olduğuna və emosionallığına və s. görə fiziki tərbiyə vasitələri
içərisində əhəmiyyətli yerlərdən birini tutur. Yüngül atletika məşğələlərinin düzgün təşkili məktəbyaşlı
uşaqların sağlamlığını möhkəmləndirir, orqanizmin fiziki cəhətdən harmonik inkişafına kömək edir,
bundan əlavə, hərəki keyfiyyətləri qüvvə, sürət, cəldlik, güc və s. inkişaf etdirir, iradəni və dözümlülüyü
artırır, intizam, fəallıq tərbiyə edir. Xüsusilə uşaq və yeniyetmələrdə təşkilatçılıq qabiliyyətini
formalaşdırır, səhiyyə-mədəni və gigiyenik vərdişlər aşılayır. Yüngül atletika hərəkətlərinin tətbiqi eyni
zamanda anatomik fizioloji baxımdan da əhəmiyyətlidir. O, ürək-damar və əsəb sistemini
möhkəmləndirir, tənəffüs orqanlarının funksiyasını yaxşılaşdırır, maddələr mübadiləsini gücləndirir,
bədən qamətinin formalaşmasına yardım göstərir.
Yüngül atletika məşğələlərinin səmərəli təşkili və keçirilməsinə bir də ona görə ciddi səy
göstərmək vacibdir ki, o həm də uşaq və yeniyetmələri, gəncləri əməyə və müdafiəyə bədən tərbiyəsi
kompleksinin norma və tələblərini yerinə yetirməyə hazırlayır. Çünki, bədən tərbiyəsi kompleksinin əsas
hərəkət növləri yüngül atletika elementlərindən ibarət olub, bu hərəkət növləri üzrə texnikaya yiyələnmə
əməliyyatı da məhz yüngül atletika dərslrində aparılır.
Qeyd etdiyimiz kimi, yüngül atletika məşğələlərində – əsas təbii hərəkətlər üzrə şagirdlərə bilik
öyrədilir, bacarıq və vərdişlər aşılanır. Bu səbəbdən də, yüngül atletikanın müəyyən bir növü (yeriş, qaçış,
tullanmalar və s.) yalnız hər hansı bir sinifdə öyrədilməklə məhdudlaşdırılmır, o, eyni zamnda bu və ya
digər siniflərdə müxtəlif aspektlərdə tədris olunur, təkrarlanır. Məktəb təcrübəsindən aydın olur ki, bəzən
işin quruluşunun mahiyyətinə lazımi fikir verilmir. Yüngül atletikanın hər hansı növünün öyrənilməsinə
müxtəlif siniflərdə eyni münasibətlə yanaşılır. Məzmun, həcm nəzərə alınmır. Buna görə də şagirdlərin
dərsə marağı və həvəsi azalır, hərəkətləri şüurlu və yüksək fəallıq şəraitində icra etmirlər. Nəticədə dərsə
davamiyyət azalır, şagirdlərin fiziki hazırlıq göstəriciləri gündəlik tələbatdan aşağı olur. Onlar tələbləri və
normativləri verə bilmirlər. Bunun üçün nə etmək lazımdır? Hər şeydən əvvəl, ayrı-ayrı siniflər üzrə
qarşıya qoyulmuş məqsəd və vəzifələri dərindən öyrənməli və bunlara uyğun hər bir yaş qruplarında
mçəqsədə müvafiq yüngül atletika növləri tətbiq və tədris etməlidir. Burada da hərəkət texnikasına
yiyələnmək həlledici rol oynayır. Əgər hərəkət texnikasına düzgün yiyələnmədikdə hər bir uşağın hərəkət
və fiziki imkanlarını da aşkara çıxartmaq mümkün deyildir.
Heç də sirr deyildir ki, məktəblərimizdə kütləvilik tələb olunduğu bir vaxtda, bəzi rayon və şəhər
məktəblərində, idman nəticələrinə güclü meyl göstərilir. Bu o deməkdir ki, bəzən bədən tərbiyəsi
müəllimləri dərs prosesində guya yarışa hazırlaşdıqları üçün idmançı uşaqlarla məşğul olur, digər
şagirdlərə müstəqillik verilir. Onlar istədikləri kimi oynayır və sərbəst hərəkət edirldər. Haqlı olaraq qeyd
edə bilərik ki, burada istər-istəməz müəllimin nəzarəti zəifləyir. Bu bir çox cəhətdən zərərlidir: əvvala,
şagirdlər həmin dərsin qarşısında duran məqsəd və vəzifələri icra etməkdən kənarda qalır, ikincisi, bədən
tərbiyəsində kütləvilik lazımi səviyyədə yerinə yetirilmir, üçüncüsü, uşaq və yeniyetmələr müxtəlif növ
hərəkət texnikasını mənimsəyə bilmir və onların fiziki imkanları nəzərə alınmır, qabiliyyətləri
formalaşmır.
Yüngül atletika məşğələlərində «texnikaya yiyələnmə» hallarına da rast gəlinir. Burada
müəllimin başlıca istiqaməti nəyin bahasına olursa olsun yalnız şagirdlərin hərəkət texnikasına
yiyələnməsini təmin etməkdən ibarətdir. Düzdür, hərəkət növləri üzrə texnikaya yiyələnmək tədris
prosesinin ən vacib amillərindəndir. Lakin hərəkət texnikasını öyrətməklə bərabər, şagirdlərin fiziki
hazırlığının artırılmasına da diqqət yetirmək zəruridir. Tədris prosesində paralelsizlik onun idman
nəticəsinin funksiyası ilə məhdudlaşdırılması deməkdir.
225
Təəssüf ki, bəzi kütləvi məktəblərdə yüngül atletika məşğələlərinin də rekordçuluğa yüksək
idman nailiyyətləri qazanmaq bəzi əsas məqsəd kimi qarşıya qoyulur. Əslində isə təlim-tərbiyə işi
şagirdlərin sağlamlığına, fiziki inkişafına, fiziki hazırlığının yüksədilməsinə və cəmiyyət üçün
tərbiyələndirilməsinə istiqamətləndirilməlidir.
Yüngül atletika üzrə hərəkət texnikasının öyrədilməsində məktəb mərhələləri nəzərə alınmalıdır.
Yəni ibtidai sinif şagirdləri ilə aparılan hərəkət texnikasına yiyələnmə işi böyük yaşlı məktəblilərinkindən
xeyli fərqlənməlidir. Bunu əsasən, yeriş, qaçış, atmalar və s. hərəkət elementlərinə Aid etmək olar. Həmin
öyrənmə prosesində kəskin fərq başlıca olaraq hərəkətin sürət və amplitudası ilə əlaqədardır.
Müşahidələrdən aydın olur ki, bəzi müəllimlər ibtidai siniflərdə hər hansı bir yüngül atletika
hərəkət elementlərini öyrədərkən, hərəkəti öyrətmə texnikasını sadələşdirməyə çalışırlar. Bu, o deməkdir
ki, hərəkətlərin öyrədilməsi texnikası kiçik məktəbyaşlı uşaqlar üçün sadələşdirilmiş şəkildə, yuxarı
siniflərdə isə həmin texnika şagirdlərə bütövlükdə (tamlıqda) öyrədilməlidir. Fikrimizcə hərəkət
texnikasının sadələşdirilmiş formada öyrədilməsi pedaqoji baxımdan düzgün deyildir. Bu hərəkət
texnikasının təhrif olunaraq öyrədilməsi deməkdir. Çünki, yuxarıda qeyd etdiyimiz kimi, yüngül atletika
hərəkətləri təbii hərəkətlərdir, o, gündəlik həyat üçün vacib hərəkətlərdir (yeriş, qaçış, maneələrin dəf
edilməsi, tullanmalar, atmalar və s.). Buna görə də həmin hərəkətlərin düzgün yerinə yetirilməsinə
yiyələnmək nəinki məktəb yaşlarından, hətta məktəbəqədər yaş dövründən başlayaraq olduqca zəruridir.
Gözləmək olmaz ki, uşaq böyüyəcək və hansı siniflərdə isə ona yeriş, qaçış, tullanmaları düzgün yerinə
yetirmək qaydası öyrədiləcəkdir.
Hərəkət texnikasına kiçik məktəbyaşlarından yiyələnmək 2 cəhətdən çox böyük əhəmiyyətə
malikdir. Əvvəla, bu yaş dövründə uşaqların bədəni lazımınca bərkidilməmiş olur, xüsusən sümüklər
elastiklik dövrünü keçirir. Buna görə də həmin yaş dövründə hərəkət texnikasına daha çox yiyələnmək
imkanı vardır.
İkincisi, məlumdur ki, məktəbdə bədən tərbiyəsi və idmanın qarşısında duran mühüm
vəzifələrdən biri şagirdlərə təbii hərəkət vərdişlərini mənimsətməkdən ibarətdir. Bu isə şagirdlərin düzgün
fiziki inkişafı, bədən qamətinin formalaşması, sağlamlığın möhkəmləndirilməsi ilə nəticələnir. Məsələyə
həmin baxımdan yanaşdıqda şagirdlərin nəinki təbii hərəkətlər vərdişlərinə düzgün yiyələnməsi, həm də
fiziki tərbiyə prosesində görülən işlərin bütövlükdə məqsədəuyğun surətdə aparılması vacibdir.
Yadda saxlamaq lazımdır ki, yüngül atletika növlərinin öyrədilməsində yalnız dərs üçün nəzərdə
tutulan hərəkətlərdən istifadə kifayət etmir. Bunun üçün də müəllim yüngül atletika hərəkətlərinin
öyrədilməsinə kömək məqsədilə yardımsçə müxtəlif növ terminlər seçməli və yeri gəldikcə tətbiq
etməlidir. Bu hərəkətlər aşağıdakı məqsədlər üçün seçilə və tətbiq oluna bilər: uşaqların ümumi fiziki
hazırlığının yüksədilməsi, hərəkət texnikasının qısa vaxt ərzində düzgün icrası və s. üçün.
Bədən tərbiyəsi və idman işlərinin lazımi nəticə verməsində dərsin sinifdənxaric və
məktəbdənkənar tədbirlərlə əlaqələndirilməsi də başlıca rol oynayır. Bu nöqteyi-nəzərdən dərs ilinin
əvvəlindən tədris idman işləri planlaşdırılarkən, tədris gün rejimində, sinifdənxaric və məktəbdənkənar
formalarda aparılan tədbirlər üçün də müvafiq oyunlar, hərəkətlər seçilməsi və yeri gəldikcə tətbiq
olunmalıdır. Çox təəssüf ki, bu işə bəzən ikinci dərəcəli bir məsələ kimi yanaşılır, əsas diqqəti dərs
prosesinə verməklə işi bitmiş hesab edirlər. Lakin unutmamalıdır ki, dərsin qarşısında qoyulmuş başlıca
vəzifələr sinifdənxaric sağlamlıq tədbirləri il əvə məktəbdənkənar kütləvi idman işləri ilə
tamamlanmalıdır.
Qeyd etmək lazımdır ki, bədən tərbiyəsi və idman işlərinin müvəffəqiyyətlə nəticələnməsində bu
sahədə şagirdlərin müəyyən biliklərə yiyələnməsinin və qarşıda duran məqsədin və vəzifələrin başa
düşülməsinin özünəməxsus əhəmiyyəti vardır. Çünki şagirdlərin hər hansı bir yüngül atletika
elementlərini nə məqsədlə icrası bui şin mahiyyətini dərk etməsi onların dərsə olan fəallığının və şüurlu
münasibətini artırır. Bilik, bacarıq və vərdişlərin aşılanmasında isə fəallıq, dərketmə həlledici əhəmiyyət
kəsb edir.
Bir cəhəti də qeyd etmək lazımdır ki, hərəkət texnikasının az vaxt içərisində mənimsədilməsi
üçün şüurluluq və fəallıq nə dərəcədə vacibdirsə, öyrətmə prosesində izahetmənin özü də bir o qədər
əhəmiyyətlidir. Hərəkətlər üzrə izahatlar sadə, aydın və dəqiq olmalı, uşaqların dərk edəcəyi səviyyədə
aparılmalıdır. Anlaşılmaz terminlər, təmtəraqlı cümlə və sözlər işlədilməməlidir. İzahetmə zamanı hərəkət
226
texnikasının göstərilməsi də vacibdir. Müəllim izahatında hərəkətlərin nümayiş etdirilməsində
emosionallıq, çeviklik və gümrahlıq, yüksək əhval-ruhiyyə hiss olunmalıdır.
Yüngül atletika hərəkətləri öyrədilərkən alətlərin, avadanlıqların səliqəliliyinə və şagirdlərin
gücünə münasibliyinə də diqqəti artırmaq lazımdır. Burada hərəkətin hansı tempdə icrası və hansı sürətlə
yerinə yetirilməsi və onun təkrar olunma miqdarı nəzərə alınmalıdır. Bunlar hərəkətin müvafiq şəkildə
öyrədilməsinə əlverişli şərait yaradır.
Hərəkət elementlərinin müvafiq surətdə icrasında şagirdlərin idman göstəricisinin təlim vaxtı
nəzərə alınması da faydalıdır. Təcrübəli müəllimlər yeriş, qaçış, uzununa tullanmaların qrup halında
icrasını təşkil edirsə, hündürlüyə tullanmada isə yarım qruplara bölüşdürərkən hərəkətləri icra etdirir.
Yəni hündürlüyə tullanma yzrə ən yaxşı nəticə və ya zəif nəticə göstərənlər üçün hündürlüyə tullanmalar
ayrıca təşkil olunur. Məşğələlərin belə təşkili hər bir şagirdə öz qabiliyyətini daha yaxşı inkişaf etdirməyə
imkan verir. Yüngül atletika hərəkət növlərinin öyrədilməsi prosesində tətbiq olunan metodlara da xüsusi
əhəmiyyət vermək lazımdır. Yüngül atletikada 2 metoddan istifadə olunur: Birinci metod. Bu zaman
başlıca diqqət hərəkətlərin hissə-hissə öyrədilməsindən sonra tam şəkildə öyrədilməsinə
istiqamətləndirilir. Məsələn, əgər müəllim uzununa tullamanı öyrədirsə,o, əvvəlcə, hərəkət texnikasına az
vaxt içərisində düzgün yiyələnmək üçün zəruri komponentləri müəyyənləşdirir. Sonra isə bu
komponentlər ayrı-ayrılıqda mənimsədir, daha sonra isə onlar arasında uyğunluq-əlaqə yaradır. Uzununa
tullanmanın başlıca öyrətmə komponentlərinə isə qaçışa başlamaq sahəsinin müəyyən edilməsi, düzgün
qaçış texnikasının aşılanması, təkan nöqtəsinin, təkan ayağının dəqiqləşdirilməsi, uçuş və yerə düşmə
fazalarının düzgün yerinə yetirilməsi texnikasının mənimsədilməsi daxildir.
İkinci metod. Hərəkət texnikasının hissə-hissə öyrədilməsi fonunda texnikanın bütövlükdə
(tamlıqda) təkrar edilməsi yolu ilə hərəkətin öyrədilməsidir. Həmin metoddan istifadə zamanı əsas diqqət
hissə-hissə öyrədilən hərəkət elementləri arasında uyğunluq koordinasiya yaratmağa yönəldilməlidir.
Əgər hissələr arasında uyğunsuzluq müşahidə olunursa, bu vaxt onun səbəbinin öyrənilməsi və aradan
qaldırılması məqsədilə əlavə xüsusi hərəkətlər seçilməli və prosesdə istifadə edilməlidir.
Şagirdlər yüngül atletikanın hər hansı növü üzrə hərəkət texnikasına yiyələndikdən sonra onların
idman nəticəsinin yüksədilməsinə də çalışmalıdır. Konkret desək, hərəkət texnikasının bütövlükdə
təkmilləşdirilməsi və məktəblilərin fiziki hazırlığının artırılması yolu ilə idman sahəsində müvafiq
nailiyyətləri qazanmaq lazımdır. Burada əzələ qüvvəsini artıran, hərəkət texnikasını bütövlükdə
öyrənməyi təkmilləşdirən fiziki tərbiyə elementlərindən, texniki təlim vasitələrindən istifadə olunmalıdır.
Hərəkət texnikasının mənimsədilməsi ilə əlaqədar texniki vasitələrdən istifadə edərkən duyma, hissetmə
qabiliyyətlərini nəzərə almaq vacibdir. İbtidai siniflərdə səs və ekran vasitələrinə və onların düzgün
tətbiqinə nail olmalıdır. Texniki təlim vasitələri və əyani vasitələr hərəkət texnikası üzrə qruplaşdırılmış
siniflərin hazırlıq səviyyəsinə uyğun olaraq tətbiq olunmalıdır. Texniki vasitələrdən istifadə olunarkən
hərəkət texnikası bütövlükdə, sonra isə hissə-hissə və ya əksinə nümayiş etdirilə bilər. Bu zaman sözün
əyaniliklə qarşılıqlı əlaqəsini düzgün təşkil etmək xüsusən vacibdir.
Müşahidələr göstərir ki, yüngül atletika üzrə yeni hərəkət texnikası öyrədilərkən aşağıdakı
pedaqoji – metodiki amillərə əməl olunması təlim işinin müsbət nəticələnməsinə kömək edir. Bura
hərəkət texnikasının bütövlükdə və hissə-hissə öyrədilməsində izahetmə, hərəkət texnikasının bütövlükdə
və ya hissə-hissə öyrədilməsinin bilavasitə müəllimin rəhbərliyi altında aparılması, hərəkət texnikasının
təkrar edilməsi dövründə, qüsurlu yerinə yetirilən hərəkətlərin daha çox təkrarlanması, hərəkətlərin fərdi
və qrup şəklində yerinə yetirilməsi, hərəkəti düzgün yerinə yetirən uşaqların onu nümayiş etdirməsi, ev
tapşırıqları verilərkən şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması və s. daxildir.
4 .2. Yüngül atletika dərslərinin təşkili
Yüngül atletika dərsləri adətən tədris ilinin isti aylarında təşkil olunur. Ona görə ki, yüngül
atletika növlərinin iqlim və idman baza şəraiti baxımından həmin aylar daha əlverişlidir. Eyni zamanda,
göstərilən aylarda açıq və təmiz hava şəraitində yeriş, qaçış, tullanma, cisim atma və s. öyrədilməsi xeyli
asanlaşır. Çünki digər tədris aylarına görə tədris ilinin əvvəli və axırında hava şəraiti orqanizmə daha
müsbət təsir etməklə, həm də hərəkətlərin icra olunmasına görə də hazırlıqlı olur. Lakin həmin dərsdə
digər dərslərə nisbətən (gimnastika, oyunlar və s.) şagirdlər daha çox fiziki yük alırlar. Bu zaman onlar
227
tez-tez tərləyir və bunun nəticəsində də soyuqdəymə, xəstələnmə halları baş verir. Qaçışdan sonra
uşaqların dayanmalarında belə hadisələr tez-tez baş verir.
Bunun qarşısını almaqdan ötrü müəllim qaçışdan sonra dayanmalara imkan verməməli, uşaqlara
tənəffüs və sadə hərəkətləri icra etdilməlidir. Gərgin fiziki yük aldıqdan sonra uşaqlara oturmağa icazə
verilməməlidir.
Yüngül atletika dərslərinə şagirdləri sinif otağı qarşısında sıraya düzüb gətirməlidir. Havalar
soyuq olduqda onlar isti idman geyimində olmalıdır. Bu vaxt onları uzun-uzadı yoxlamamalı, dərsin
məqsəd və vəzifələrini qısa şəkildə izah etdikdən sonra hərəkətlərin öyrədilməsinə keçməlidir.
Hərəkətlərin yerinə yetirilməsi də qısa və konkret izahatla həyata keçirilməlidir. Əks təqdirdə,
boşdayanma uşaqların üşüməsinə səbəb olar. Bu isə onların diqqətinin yayınmasına, hərəkətlərin icrasına
marağın azalmasına şərait yaradır.
İsti hava şəraitində isə uşaqları günvurmadan qorumalı, onları qızmar günəş altında saxlamamalı,
izahatlar kölgəlikdə aydın və konkret şəkildə verilməlidir.
4.3. Yüngül atletika hərəkətlərinin icraolunma texnikası
I s i n i f
Yeriş və qaçışlar. Adi yeriş və qaçışdan fərqli olaraq, təlimin ilk günlərindən başlayaraq
şagirdləri gözəl, yüngül və çevik yeriş və qaçış hərəkətlərinə alışdırmağa çalışmaq zəruridir.
Yerişlər. Birinci sinifdən başlayaraq uşaqlara qaməti düzgün saxlamaqla iri və sərbəst addımlarla
yeriş öyrədilir. Həmçinin bu yaşda uşaqlara pəncə-daban üzərində addımlarla yeriş, habelə ayaqların
yanları üstündə yerişlər və s. öyrədilir.
Təcrübə göstərir ki, kiçik yaşlı şagirdlərin bir çoxu yeriş zamanı qaməti düzgün saxlamır, ayaqları
yerə sürtür, dabanları yerə bərk vururlar. Bu zaman gövdə silkələnir, yerişin tempi tez-tez dəyişilir,
ayaqlar yerə düzgün basılmır. Bəzən yerişdə sol (sağ) ayaqla addımladıqda sol (sağ) əl də irəli aparılır.
Bütün bunlar şagirdlərdə əl və ayaqların bir-biri ilə düzgün əlaqələndirilməməsindən irəli gəlir. Bu
qüsurları ləğv etmək üçün müəllim əvvəlcə uşaqlara yavaş-yavaş, həm də səssiz yeriməyi, sonra isə temp
və sürəti artırmaqla yeriməyi öyrədir. Müəllim bunlara nail olmağa çalışarkən sol (sağ) ayaqla addım
atdıqda sağ (sol) qolun irəli gətirilməsini tələb etməli və buna şagirdlərin vərdiş etməsinə çalışmalıdır.
Dostları ilə paylaş: |