Yaradıcılıq işi üçün təxmini mövzular
1.Açıq havada gimnastika məşğələlərinin təşkili.
2.İdman zalında gimnastika dərslərinin təşkili.
3.Gimnastika dərslərində zədələnmələrin qarşısının alınması.
204
3 .2. Azərbaycan xalq rəqs hərəkətləri
İbtidai siniflərdən başlayaraq şagirdlərə sadə rəqs elementləri öyrədilir. Rəqs hərəkətləri
şagirdlərin hərtərəfli inkişafına kömək edən başlıca vasitələrdəndir. Şagirdlər rəqs hərəkətlərini musiqinin
müşayiəti ilə yerinə yetirərkən onların əhval-ruhiyyəsi yüksəlir, emosionallığı daha da artır, qarşıya
qoyulan məqsədə müvəffəqiyyətlə nail olurlar.
Başqa xalqlar kimi, rəqs Azərbaycan xalqınında sevimli məşğuliyyətidir. Xalqımız tarix boyu
həmişə öz rəqslərini daim inkişaf etdirmiş və təkmilləşdirmişdir. XX əsrdə yeni məzmun kəsb etmiş və
dünya musiqi-rəqs mədəniyyəti xəzinəsinin ən yüksək zirvələrinə çatmışdır. Azərbaycan musiqisi və
rəqsləri nəinki Sovet İttifaqında, hətta dünyanın bir çox ölkələrində sevilir və həvəslə yerinə yetirilir.
Azərbaycan xalqı dünya şöhrəti qazanmış Ü.Hacıbəyov, Q.Qarayev, F. Əmirov, Nizayi və başqa onlarla
görkəmli musiqiçiləri, habelə Q.Almaszadə, Ə.Dilbazi kimi rəqs ustaları ilə iftixarla fəxr edir.
Azərbaycan rəqsləri ən qədim tarixə malik olmuş, el-obanın toy və bayramlarında məhəbbətlə
ifadə edilmişdir.
Yeni proqramda əvvəlkindən fərqli olaraq, Azərbaycan rəqs hərəkətlərinə xüsusi yer ayrılmışdır.
Azərbaycan xalq rəqsləri elementlərindən bəziləri seçilibqruplaşdırılmış və ayrı-ayrı siniflər üzrə
bölüşdürülmüşdür.
Azərbaycan xalq rəqslərinin bir qismi qadınlara, digər qismi isə kişilərə məxsusdur. Çünki qadın
və kişilər üçün rəqslər xüsusiyyətinə görə bir-birindən fərqlənir. Məsələn, Azərbaycan qadın rəqsləri
özünün necə ifaçılıq məharəti, qolların yumşaq və bədənin sakit hərəkətləri ilə bir-birindən əsaslı surətdə
fərqlənir. Proqramda həmin cəhətlər nəzərə alınaraq rəqs hərəkətləri qız və oğlanlar üçün ayrıca
verilmişdir. Bu proqramın üstün cəhətlərindən biri hesab edilməlidir.
Proqramda istər qız və istərsə də oğlanlar üçün qol pozisiyaları, qolların əsas vəziyyətləri, rəqs
addımlarının növləri (gəzişmələr – əsas və yana doğru) uşaqların yaş xüsusiyyətlərinə müvafiq şəkildə
seçilmişdir. I-III siniflər üçün rəqs hərəkətlərinin məzmunu və verilməsi yolları ilə müəllimləri tanış
etmək istəyirik.
İbtidai siniflər üçün müəyyən olunmuş rəqs hərəkətlərinin musiqinin müşayiəti ilə yerinə
yetirilməsi xüsusən faydalıdır. Bu zaman uşaqların fəallığı daha da artır, onlar hərəkətlərin icrasına şüurlu
münasibət bəsləyirlər. Bütün bunlar isə rəqs materiallarının dərindən mənimsənilməsinə səbəb olur.
2.1.Qızlar üçün rəqs hərəkətləri.
Qol pozisiyaları.
I pozisiya. Qollar sərbəst halda gövdə boyu aşağı salınmışdır. Ovucların içi bədənə tərəf
çevrilmiş, barmaqlar azacıq bükülmüşdür.(şəkil 1)
Şəkil 1
şəkil 2
şəkil 3
II pozisiya. Qollar bir-birinə paralel vəziyyətdə, gövdədən qabaqda. Çiyinlərdən bir qədər aşağı
vəziyyətdədir. Dirsəklər aşağı salınmış, əllər isə, barmaq bükülü olmaqla, azacıq yuxarı qaldırılmışdır.
Ovucların içi ifaçıdan – kənar tərəfəyönəldilmişdir. (şəkil 2)
III pozisiya. Qollar çiyinlərin səviyyəsində yanlara doğru açılmışdır. Dirsəklər aşağı salınmış,
barmaqlar bükülmüşdür.(şəkil3)
IV pozisiya. Qollar dirsəkdən bükülmüş, yuxarı qaldırılmış və başdan bir az yuxarıda yanlara
ayrılmışdır. Ovuclar ifaçıdan kənar tərəfə, yanlara tərəf çevrilmiş, əllər azacıq qaldırılmış, barmaqlar
bükülü vəziyyətdədir.(şəkil 4)
Qolların əsas vəziyyətləri
I vəziyyət: a) sağ qol 2-ci pozisiya, sol qol isə 3-cü pozisiyada olmalıdır (şəkil 5); b)
yenə həmin vəziyyət, ancaq ovuclar yuxarı tərəfə çevrilmişdir.
205
Şəkil 4
Şəkil 5
Şəkil 6
Şəkil
Şəkil 8
Şəkil 9
Şəkil 10
II vəziyyət: sağ qol 3-cü pozisiyaya gətirilmiş, sol qol isə dirsəkdən bükülmüş və şəhadət barmağı ilə sağ
yanağa toxunur. Baş, açılmış qoldan əks tərəfə döndərilmişdir. Sol əlin ovucu kənar tərəfə
çevrilmişdir.(şəkil 6)
III vəziyyət: a) sağ qol 3-cü pozisiyada, lakin çiyindən bir az yuxarıda, sol qol isə 4-cü
pozisiyadadır – yəni sağ qola doğru yönəldilmişdir; b) yenə həmin vəziyyət, ancaq əllər bədənə tərəf
çevrilmişdir.(şəkil 7-8)
IV vəziyyət: 1-ci pozisiyadan əmələ gəlir. Qollar çiyinlərdən aşağı səviyyədə yanlara açılmış və
gövdədən bir qədər geriyə aparılmışdır. Əllər sərbəst halda asılı qalmışdır. Qolların vəziyyəti quş
qanadlarını xatırladır.(şəkil 9)
V vəziyyət: a) sağ qol dirsəkdən bükülməklə, ovucun arxa tərəfi qaşın bərabərliyinə
yaxınlaşdırılır. Sol qol 3-cü pozisiyada olur. (şəkil 10).Sağ qol yenə həmin vəziyyətdədir, ancaq şəhadət
barmağın yan tərəfi burunun ucu bərabərinə gətirilmişdir. Sol qol 3-cü pozisiyadadır. (şəkil 11). b) həmin
vəziyyət gözün səviyyəsində də ifa edilir, eyni zamanda orta və baş barmaqlar bir-birinə bitişdirilmiş
halda qaşların arasına toxunur. Bütün bu hərəkətləri çırtma çala-çala da ifa etmək olar. Sol qol 3-cü
pozisiyada olur.
VI vəziyyət. Qolların hər ikisi dirsəkdən bükülmüşdür. Sağ qol alnın üstündə, sol qol isə çənənin
altında olur. Əllər bir-birinin üstündədir. Bu hərəkəti çırtma çala-çala da ifa etmək olar.(şəkil 12)
VII vəziyyət. Hər iki əl beldə olmaqla, əllərin üstü gövdəyə toxunur. Dirsəklər irəli çıxmışdır. Bu
vəziyyət qədim rəqslər üçün səciyyəvidir.(şəkil 13)
VIII vəziyyət. Sağ qol, əlin üst tərəfi vasitəsilə belə toxunur, sol qol isə dirsəyi aşağı salınmış
halda, gövdədən qabaqda, üzün səviyyəsinə qaldırılır. Bu vəziyyətə qədim rəqslərdə tez-tez təsadüf
edilir.(şəkil 14)
IX vəziyyət. Dirsəkdən bükülmüş qollar sağ çiyin səviyyəsindən hündürə qaldırılmışdır. Sol əlin
şəhadət və orta barmaqları, çırtma çalan sağ əlin ovcuna qoyulmuşdur. (şəkil 15)
X vəziyyət (Yandan görünüşü). Sol qol 2-ci pozisiyadadır. Sağ qol dirsəkdən aşağı salınmaqla
orta və baş barmaqları bir-birinə bitişdirilmiş halda dirsəyin səviyyəsində üst və alt tərəfdən sol qola
toxunur. (Şəkil 16)
Şəkil 11
Şəkil 12
Şəkil 1
206
Şəkil 14
Şəkil 15
Şəkil 16
Şəkil 17
XI vəziyyət. Sol qol 4-cü pozisiyadadır. Sağ qol isə solun dirsəyinə dayaq verir.(Şəkil 17)
Rəqs addımlarının (gəzişmələrin) növləri
Ayaqların əsas vəziyyətləri
1)6-cı pozisiya - ayaqlar bir yerdə, pəncələr və dabanlar birləşmişdir.
2) təbii vəziyyət – dabanlar bir yerdə, pəncələr azacıq yanlara aralanmışdır.
Başlanğıc – əsas rəqs addımları
I s i n i f
«Uzundərə» oyun havası üzrə birinci növ rəqs addımları. Musiqi ölçüsü 6/8. «Bir» dedikdə
taktın birinci 3/8 hissəsi, «iki» dedikdə isə taktın ikinci 3/8 hissəsi sayılır. İlk vəziyyət – 6-cı pozisiyadır.
a) «Bir» (3/8) – sağ ayağın əvvəlcə dabanını, sonra isə pəncəsini yerə qoymaqla irəliyə doğru bir
addım atılır, sol ayaq isə yarımpəncədə sağa birləşdirilir.
«İki» - sağ ayaq ilə yarım addım irəli (bu hərəkəti yarımpəncə, ya da pəncə-daban ilə etmək
olar).
Qollar 1-ci vəziyyətdədir. Hərəkət o biri ayaq ilə təkrar olunduqda, qollar da yerlərini dəyişir.
Gövdə düz saxlanılır, çiyinlər dönmür.
Qeyd: gəzişmək səlis, addımlar sürüşkən olmalıdır. Bu gəzişmə dövrə boyu və irəliyə doğru,
həmçinin geri getməklə ifa edilir. Lakin son halda hərəkət dabandan yox, yarımpəncədən başlanır.
b) birinci gəzişin eynidir, lakin bütün hərəkətlər yarımpəncə ilə ifa edilir.
Bu zaman qollar tədricən açılır, çox yumşaq hərəkətlə 1-ci pozisiyadan 3-cü pozisiyaya gətirilir,
sonra sağ qol hərəkəti 4-cü pozisiyaya qədər davam etdirilir və qolların hər ikisi səlis hərəkətlə 3-cü
pozisiyadan keçib 1-ci pozisiyaya doğru aşağı enir.
Gövdə dövrənin daxilinə, ya da xaricinə doğru çevrilmişdir. Baş açılmış qola tərəf dönmüşdür.
Qeyd: çox vaxt bu gəzişmə geriyə doğru getməklə ifa edilir. Qollar 1-ci vəziyyətdə olur.
«Tovuz gəzişi» oyun havası üzrə ikinci növ rəqs addımları. Musiqi ölçüsü 6/8. İlk vəziyyət – 6-
cı pozisiya. 1 takt ərzində iki hərəkət icra edilir.
«Bir» (3/8) – sağ ayağın dabanını yerə qoymaqla irəliyə doğru bir addım atılır, sol ayaq isə
yarımpəncə üstündə sağ ayaq barmaqlarının ucu ilə yanaşı qoyulur.
«İki» (3/8) – hərəkət təkrar edilir. Bədən iftixarla, rəvan tərzdə hərəkət edir, heç bir qalxıb –
əyilmələrə yol verilmir. Bütün gəziş, özünə sığal verən tovuz quşunun hərəkətini xatırladır.
Qollar 4-cü vəziyyətdədir, lakin başqa vəziyyətlərdə də ola bilər. Baş çiyinə tərəf çevrilmiş,
baxışlar yerə yönəldilmişdir.
«Xalabacı» oyun havası üzrə üçüncü növ rəqs addımları. Musiqi ölçüsü 6/8. İlk vəziyyət – 6-cı
pozisiya.
«Bir» (3/8) – sağ ayaq ilə yarım addım atılır, ancaq sonra sol ayaq onunla yanaşı qoyulur.
«İki» (3/8) – sağ ayağın dabanını yerə vuraraq sağ tərəfə yarım addım atılır. Sağ omba yana
əyilir və sol ayaq yarımpəncə üstündə sağ ayaq ilə yanaşı qoyulur. Həmin hərəkət eyni ilə sol tərəfə də
təkrar edilir.
Bu hərəkəti həmçinin yarımpəncə üstündə də icra etmək olar.
Qollar 7-ci vəziyyətdə, ya da 8,9 və 5-ci (v) vəziyyətlərində ola bilər.
Bu növ gəziş həmçinin çırtma çalma və ombaların hərəkəti ilə də müşayiət oluna bilər.
«Uzundərə» oyun havası üzrə yana doğru birinci növ rəqs addımları. Musiqi ölçüsü 6/8. Bütün
hərəkət yarım takt (3/8) ərzində icra edilir. İlk vəziyyət – 6-cı pozisiyadır.
«Bir» (3/8) – sağ ayaq ilə bütün pəncə –daban üstündə sağ tərəfə doğru bir addım atılır və dərhal
sol ayaq yarımpəncə üstündə sağ ayaq ilə yanaşı qoyulur (dizlər bir yerdə olur).
«İki» (3/8) – hərəkət təkrar edilir.
Qollar 1-ci vəziyyətdədir (sağ qol 2-ci, sol qol isə 3-cü pozisiyadadır).
207
a) «Gəl-gəl» - əllər açıq, ovuclar yuxarıya doğru açılmış, rəqs edən elə bil kimi isə çağırır;
b) «Get-get» - əllər açıq, ovuclar aşağıya doğru çevrilmiş, baş kimdən isə üz döndərmiş kimi açıq
əllərdən əks tərəfə çevrilmişdir.
II s i n i f
«Tərəkəmə» oyun havası üzrə dördüncü növ rəqs addımları. Musiqi ölçüsü 6/8. Bütün hərəkət
4 taktda ifa edilir.
İlk vəziyyət – 6-cı pozisiyadır.
1-ci takt. «Bir» (3/8) – sağ ayaq yarımpəncə üstündə irəli aparılır. Gövdənin ağırlığı sol ayağın
üstünə düşür.
«İki» (3/8) – sol ayağın dabanı zəif zərbə ilə yerə vurulur.
2-ci takt. «Bir» (3/8) – sağ ayaq dizdən «boşalaraq» geriyə aparılır və yarımpəncə üstündə yerə
qoyulur. Gövdənin ağırlığı sol ayağın üstündə qalır.
«İki» (3/8) – sol ayağın dabanı zəif zərbə ilə yerə vurulur.
3-cü takt. Sağ ayaq ilə «başlanğıc» gəzişinin birinci növü ifa edilir.
4-cü takt. Sol ayaq ilə «başlanğıc» gəzişinin birinci növü ifa edilir.
Bundan sonra bütün hərəkətlər yenidən təkrar edilir.
Bu gəziş qolların, gövdənin və başın hərəkəti ilə müşayiət olunur.
1-ci taktda qollar ilk vəziyyətdə olan 1-ci pozisiyadan 3-cü vəziyyətə keçir (sağ qol 4-cü, sol qol
isə 3-cü pozisiyaya keçir). Baş sağ tərəfə çevrilir, baxışlar sağ qolun dirsəyinə doğru aşağı yönəldilir. Bu
hərəkət zamanı sağ çiyin qabağa verilir.
2-ci taktda qollar 3-cü vəziyyətdə olur, lakin bu zaman sol qol 4-cü pozisiyaya, sağ qol isə 3-cü
pozisiyaya gətirilir. Baxışlar sağ ayağın pəncəsini izləyir. Sağ çiyin geri çəkilir.
3-cü və 4-cü taktlarda qollar «başlanğıc» gedişinin birinci növü üçün səciyyəvi olan 1-ci
vəziyyətdə olur və hər bir hərəkət zamanı yerlərini dəyişir.
«Azərbaycan» oyun havası üzrə «Səkkizlik» (irəliyə doğru düz xətli gəziş) rəqs addımları.
Musiqi ölçüsü 6/8. Bütün hərəkət 1 taktda ifa edilir. İlk vəziyyət – 6-cı pozisiyadır.
«Bir» (3/8) – sağ ayaq ilə bütün pəncə – daban üstündə, sol ayaq çarpaz vəziyyətdə irəliyə bir
addım atılır.
«İki» (3/8) – sol ayaq yarımpəncə üstündə sağ ayaq ilə yanaşı qoyulur, sonra isə sağ ayaq
yarımpəncəyə qaldırılır.
Eyni hərəkət o biri ayaq ilə də təkrar edilir (gediş «səkkizlik» şəklində olur).
Qollar 1-ci vəziyyətdə, ayaqlar əks istiqamətdə olur. Baş sol tərəfə çevrilir, baxışlar sol qolun
istiqaməti ilə aşağıya doğru olur.
Ayaqların yerlərini dəyişdikcə, qolların da vəziyyəti dəyişir.
Bu cür gəziş zamanı azacıq yayvari qalxıb – düşmə hərəkətləri də etmək olar.
«Kolxoz rəqsi» oyun havası üzrə rəqs addımları. Musiqi ölçüsü 6/8. İlk vəziyyət 6-cı
pozisiyadır.
«Bir» (3/8) – sağ ayaq ilə daban üstündə irəliyə bir addım atılır, sol ayaq isə bütün pəncə – daban
üstündə sağ ayağın yanına sürüşdürülür.
«İki» (3/8) – sağ ayaq üstündə kiçik tullanma hərəkəti, sol ayaq sağdan arxada, topuq
səviyyəsində bükülür.
Qollar: a) 11-ci vəziyyətdə (sol qol 4-cü pozisiyada olur, sağ isə qolun dirsəyinə dayaq verir); b)
3-cü pozisiyadadır, barmaqlar yumruq şəklində bükülmüş, lakin baş barmaqlar dik halda açılmışdır.
Gövdə düz saxlanılır. Baxışlar baş barmaqların istiqamətini izləyir.
Bu gəziş məzəli rəqslər üçün çox səciyyəvidir.
«Uzundərə» oyun havası üzrə yana doğru ikinci növ rəqs addımları. Musiqi ölçüsü 6/8. Bütün
hərəkətlər yarımpəncə üstündə icra edilir. İlk vəziyyət – 6-cı pozisiyadır.
«Bir» (1/8) – sağ ayaq ilə sağ tərəfə bimr addım ataraq yarımpəncə üstündə dayanmalı (dizlər bir
yerdə olmalıdır).
«İki» (1/8) – sol ayağı sağ ilə yanaşı qoyaraq yarımpəncə üstündə dayanmalı.
«Üç» (1/8) – yenə sağ ayaq ilə sağa tərəf yarım addım ataraq yarımpəncə üstündə dayanmalı
(çarpaz).
208
«Beş» və «altı» - pauza.
Hərəkət təkrar edilir. Bütün yuxarıdakı hərəkətlər həmçinin sol tərəfə də icra edilir. Lakin bu
zaman hərəkət sol ayaqla başlanır. Qolların hərəkəti isə aşağıdakı kimidir: «bir», «iki», «üç» saylarında
(3/8) - sağ qol 3-cü, sol qol isə 2-ci pozisiyada olur. Baş sağ tərəfə çevrilir. Hərəkətin ikinci hissəsində
«dörd» sayında (1/8) – qollar bir-biri ilə yerlərini dəyişir; sol qol 3-cü, sağ qol isə 2-ci pozisiyaya keçir;
baş sol tərəfə çevrilir; «beş» və «altı» saylarında (2/8) – pauza.
III s i n i f
«Yallı» rəqsi üzrə birinci – altıncı növ rəqs addımları. Birinci növ – Musiqilər
M.Maqomayevin «Nərgiz», Ü.Hacıbəyovun «Koroğlu» operalarından və S.Hacıbəyovun «Gülşən»
baletindəndir. Musiqi ölçüsü 2/4. İlk vəziyyət – 6-cı pozisiyadır.
«Bir» - sağ ayaq ilə sağa yarım addım atılır. Baş sağ tərəfə çevrilir.
«İki» - sol ayaq bütün pəncə-daban üstündə sağ ayaq ilə yanaşı qoyulur. Baş sol tərəfə çevrilir.
Addımlama zamanı dabanlar döşəməyə daha bərk zərbə ilə vurulur ki, bu da bütün gövdənin
titrəməsinə səbəb olur (Bu hala «titrətmə» deyilir). Hərəkət dövrə boyu icra edilir.
Rəqs edənlər qollarını bir-birlərinin çiyinlərinə qoyur, ya da çeçələ barmaqları ilə əl-ələ verirlər.
İkinci növ – titrətməli gəziş. «Nərgiz» operasından «Yallı» oyun havası. Bu növ gəziş, rəqsin
ağır-ağır və qalxıb –düşmə hərəkətləri ilə icra edilən hissəsi üçün səciyyəvidir. İlk vəziyyət – 6-cı
pozisiyadır.
Rəqs edənlər çeçələ barmaqları ilə çiyin səviyyəsində əl-ələ verərək bir-birinin ardınca
düzülürlər. Sonra gövdəni titrədə-titrədə kiçik addımlarla irəliləyirlər.
Üçüncü növ – musiqi ölçüsü 2/4. İlk vəziyyət – ayaqların təbii dayanma vəziyyətidir.
1-ci takt. «Bir» - sağ ayaq daban üstündə irəliyə, sağ tərəfə çıxır. «İki» - ayaq öz qabaqkı təbii
dayanma vəziyyətinə qaytarılır.
2-ci takt. 1-ci takt sol ayaq ilə təkrar edilir.
1-ci və 2-ci taktlar zamanı ifaçılar çeçələ barmaqları ilə əl-ələ verir və qollarını yuxarı qaldırırlar,
çiyinlər hərəkətdə olan ayağa tərəfə çevrilir. Baş hərəkətdə olan ayağın əks tərəfinə çevrilmiş olur.
3-cü takt. «Bir» - sağ ayaqla bütün pəncə – daban üstündə yarım addım sağa atılır. «İki» - sol
ayaq sağ ayağa çarpaz vəziyyətdə qabağa qoyulur, eyni zamanda gövdə titrədilir.
Qollar aşağı salınmış olur, ifaçılar bir-birinin çeçələ barmaqlarından tuturlar.
4-cü takt. «Bir» - sağ ayaq sol ayaqla yanaşı qoyulur, bu zaman gövdə azacıq yerə çökür. «İki» -
hər iki ayaqla tullanma hərəkəti yerinə yetirilir.
İfaçılar bir-birinin çeçələ barmaqlarından tutur; qollar aşağı salınır, gövdə düz saxlanılır.
Dördüncü növ – «Nərgiz» operasından «Yallı» oyun havası. Bütün hərəkət 3 taktda icra edilir.
Musiqi ölçüsü 2/4. «Yallı»nın sürətlə ifa edilən hissəsinə aiddir. İlk vəziyyət ayaqların təbii dayanma
vəziyyətidir. İfaçılar bir-birinin əlindən tutaraq dövrə boyu rəqs edirlər.
1-ci takt. «Bir» - sağ ayaqla yüyürmə. «İki» - sol ayaq ilə yüyürmə.
2-ci takt. «Bir» - şagird sağ ayaq ilə tullanma hərəkəti edir, sol ayaqla sərt hərəkətlə irəli atılır.
«İki» - yenə də sağ ayaq ilə tullanma hərəkəti edilir, sol ayaq isə sərt hərəkətlə bükülür və yenə də irəli
atılır.
3-cü takt. «Bir» - sol ayaqla tullanma hərəkəti edilir, sağ ayaq isə sərt hərəkətlə irəli atılır. «İki»
- yenə də sol ayaqla tullanma hərəkəti edilir, sağ ayaq isə sərt hərəkətlə bükülür və yenə də irəli atılır.
Beşinci növ – «Ayaq dönməsi», «Koroğlü» operasının 3-cü pərdəsindən «Yallı» oyun havası.
Musiqi ölçüsü 2/4. «Yallı»nın sürətlə ifa edilən hissəsinə aiddir. İlk vəziyyət – ayaqların təbii dayanma
vəziyyətidir. Qollar yuxarı qaldırılır, ifaçılar bir-birinin çeçələ barmağından tuturlar.
Zatakt (1-ci taktdan qabaq yarımçıq takt) – «hə» dedikdə sol ayaq ilə azacıq tullanma hərəkəti
edilir.
1-ci takt. «Bir» - sağ ayaq irəli atılır və gövdə aşağı əyilir. Sol ayaq dizdən bükülərək arxa
tərəfdən yuxarı qaldırılır (bu zaman qollar aşağı salınır). «İki» - hərəkət sol ayağa keçir və gövdənin
ağırlığı onun üzərinə düşür.
2-ci takt. «Bir» - sol ayaqla tullanma, eyni zamanda sağ ayaq pəncə üstündə dönərək
çevrilməmiş vəziyyətdən çevrilmiş vəziyyətə gəlir («ayaq dönməsi») və dabandan başlayaraq bütün
209
pəncə-daban üstünə qoyulur (qollar yuxarı qalxır). «İki» - sol ayaqla bir addım ataraq sağ ayağın
qabağına qoyulur, sağ ayaq dizdən bükülür və bütün hərəkət yenidən başlanır.
Altıncı növ. «Nərgiz» operasından «Yallı» musiqisi. «Yallı»nın sürətlə ifa edilən hissəsinə
aiddir. İlk vəziyyət ayaqların təbii dayanma vəziyyətidir. Qollar çiyinlərin səviyyəsindədir. İfaçılar bir-
birinin çeçələ barmaqlarından tuturlar.
1-i takt. «Bir» - hər iki ayaqla yay kimi azacıq qalxıb düşmə hərəkətləri edilir (bu zaman qollar
aşağı salınır). «İki» - yenə də «bir» sayında göstərilən hərəkət.
2-ci takt. 1-ci takt bütünlükdə təkrar edilir.
3-cü takt. «Bir» - sağ ayaqla sağ tərəfə bir addım açılır, «iki» - sol ayaqla sağ tərəfə bir addım
atılaraq, sağ ayağın qabağına qoyulur.
3-cü taktın sonunda qollar yuxarı qaldırılır. Gövdə düz saxlanılır.
Qeyd: Bu növ hərəkəti ayaqları dizdən bükərək tullanma hərəkətləri ilə də ifa etmək olar.
«Gülgəzi» oyun havası üzrə yana tərəf üçüncü və dördüncü növ rəqs addımları.
Üçüncü növ musiqi ölçüsü 6/8. Hərəkət 2 taktda ifa edilir. İlk vəziyyət – ayaqların təbii
dayanma vəziyyətidədir.
1-ci takt. «Bir» (3/8) – sağ ayaqla alçaq yarımpəncə üstündə sağ tərəfə bir addım ataraq sol ayağı
yarımpəncə üstünə qaldırmalı və 6-cı pozisiyada sağ ayaqla yanaşı qoymalı. «İki» (3/8) – sağ ayaqla
bütün pəncə – daban üstündə sağ tərəfə bir addım atmalı və bu zaman gövdənin ağırlığı sağ ayağın üstünə
düşməlidir.
Qollar 1-ci vəziyyətdədir (sol 3-cü, sağ isə 2-ci pozisiyadadır).
2-ci takt. «Bir» (3/8) – sol ayağı qaldırıb sağ ayaqdan irəlidə və onunla çarpaz vəziyyətdə, pəncə
üstündə yerə qoymalı. «İki» (3/8) – sol ayağı yerdən götürməli və azacıq qaldıraraq irəli uzatmalı.
Bu zaman qollar öz vəziyyətini əllərin yüngül dairəvi hərəkətləri ilə dəyişirlər (sol qol 2-ci, sağ
qol isə 3-cü pozisiyaya keçir).
Dördüncü növ. Pəncələrin döndərilməsi ilə yanlara doğru hərəkətlər. Musiqi ölçüsü 6/8. İlk
vəziyyət – 6-cı pozisiyadır.
Maraqlı burasıdır ki, yana doğru gəzişin bu növünə bir çox xalqların rəqslərində, məsələn, rus,
tatar rəqslərində də tez-tez təsadüf edilir.
Azərbaycan rəqslərində bu gediş qədim rəqslər, xüsusilə «Qıtqılıda» rəqsi üçün olduqca
səciyyəvidir.
«Bir» (3/8) – dabanlar döşəmədən azacıq qaldırılır və pəncələr mümkün qədər sağ tərəfə
döndərilir.
Dostları ilə paylaş: |