3.3.
Dərsin təşkili formaları
Bədən tərbiyəsi dərsləri fiziki tərbiyə üzrə əsas iş forması olub proqramm əsasında müəllimin
rəhbərliyi ilə keçirilir. Dərslər təsdiq olunmuş cədvəl üzrə müvafiq tədris planı əsasında aparılır. Proqram
şagirdlərin hamısı üçün məcburidir. Səhhətinə görə xəstə uşaqlarla xüsusi proqramlar əsasında məşğələlər
təşkil olunur.
Tədris fəaliyyətinin tapşırıqlar üzrə təşkili. Bədən tərbiyəsi dərslərində şagirdlərin tapşırıqlar
üzrə təşkili, ibtidai siniflərə aid indiyə qədər nəşr edilmiş bir sıra vəsaitlərdə öz əksini ətraflı tapmamış,
təkmilləşdirilmiş proqramla və bu proqram üzrə işləyən müəllimlərin iş təcrübəsi ilə sıx
əlaqələndirilməmişdir. Həmin məsələyə ümumi şəkildə toxunulmuş və müəllimlərin diqqətini cəlb etmək
məqsədilə yanaşılmışdır. Biz təkmilləşdirilmiş proqram üzrə işləyən sinif müəllimlərimizin iş təcrübəsini
öyrənib ümumiləşdirmiş, bu sahədə ədəbiyyatda yaxşı nə varsa, onlardan məqsədəuyğun şəkildə istifadə
etmişik. Nəticədə şagirdlərin tapşırıqlar üzrə fəaliyyətinin səmərəli təşkili yollarını şərh etməyə səy
göstərmişik. Şagirdlərin tapşırıq üzrə fəaliyyəti ibtidai siniflərdə əsasən frontal, axın (potok), qruplara
bölünmə və fərdi iş formasında icra olunur.
Tədris fəaliyyətinin frontal iş formasında təşkili. İbtidai məktəbdə avadanlıqlar üzrə tədris
fəaliyyətinin səmərəli təşkilində frontal iş forması özünəməxsus yer tutur. Frontal iş forması ibtidai
siniflərdə mütəhərrik oyunların keçilməsində, qaçış, cisim atmaq, tullanmalar və s. aid tədris materialının
yerinə yetirilməsində geniş tətbiq olunur. Frontal iş formasında bütün sinif şagirdləri hər hansı bir tədris
146
tapşırığını eyni vaxtda və ya növbələrə (dəstə, manqa) bölməklə, növbə ilə icra edirlər. Frontal iş forması,
şagird fəaliyyətinin tədrisin səmərəli təşkilində 4 cəhətdən əhəmiyyə malikdir:
1)
hazırlıq, tamamlayıcı, xüsusən əsas hissədə dərsin intensivliyini xeyli
artırır, şagirdlər qısa müddətdə daha çox müxtəlif növ fiziki hərəkətləri yerinə yetirmək və oyunlar
keçmək imkanı qazanırlar;
2) şagirdlər kütləvi toplanış və gəzintilərdə, bayramlarda eyni vaxtda ritmik və templə, ahəngdar
surətdə hərəkət etmək, ictimai işə səfərbər olunmaq kimi əxlaqi keyfiyyətlərə yiyələnirlər;
3) frontal iş formasında tədris tapşırıqlarının icra edilməsi şagirdləri bir-birinə yaxınlaşdırır,
birgə hərəkət etməyə ruhlandırır (xüsusən tapşırıq yarış formasında keçiriləndə), onlarda kollektivçilik və
həmrəylik kimi mənəviyyatı tərbiyə edir;
4) frontal iş formasında tapşırıqların icrası şagirdlərdə müstəqillik, təşəbbüskarlıq, habelə öz
işinə yaradıcı yanaşmaq kimi keyfiyyətlər tərbiyə edir.
Müşahidələrdən məlum olur ki, əksər məktəblərdə, o cümlədən Bakının Səbail və Xətai
rayonlarındakı şagird fəaliyyətinin təşkilində xüsusi rol oynayan frontal iş formasından təsadüfi hallarda
istifadə olunur. Tədris fəaliyyətini frontal iş formasında təşkil edən bir sıra müəllimlər ciddi nöqsanlara
yol verir və onun pedaqoji-metodiki imkanlarından lazımınca istifadə edə bilmirlər.
132 saylı məktəbin III sinfində qaçış öyrədilirdi. Müəllim lazımi şərait olmadığı halda, şagirdləri
eyni vaxtda qaçırtdı. Nəticədə, şagirdlər qaçış zamanı bir-birinin qabağına keçir, bir-birini itələyir və
tutub saxlayırdılar. Halbuki, dərs keçilən sahə kütləvi şəkildə qaçış üçün yaramırdı. Belə olduğu halda,
müəllim şagirdləri növbələrə bölüb qaçışı növbə ilə keçirsəydi, səs-küy olmazdı, dərs maraqlı və səmərəli
keçərdi. Çünki qaçış sahəsi dərsin yalnız həmin üsulla keçilməsi üçün əlverişli deyildir.
Bakının bir sıra məktəblərində «Cismin atılacağı istiqamətə baxaraq, kiçik topu sağ(sol) əllə
dairədən və baş arxasından atmaq» mövzusunun necə tədris olunduğunu müşahidə etdik. Məlum oldu ki,
şagirdlərin növbələrə bölüşdürülməsinə xeyli vaxt sərf olundu, nöqsanlar isə yeri gəldikcə düzəldilmədi,
əyaniliyə əhəmiyyət verilmədi. Bundan əlavə, dərs prosesində intizamsızlığın aradan qaldırılması üçün də
heç bir tədbir görülmədi. Buna görə də şagirdlərin dərsə marağı azalır, tapşırıqlar könülsüz yerinə
yetirilirdi.
Frontal iş formasında və ya şagirdləri növbələrə bölərək hərəkətləri icra etdirmək üçün ilk
növbədə məşğələ keçiriləcək sahə və ləvazimatlar nəzərə alınmalıdır, şagirdlərin hərəkətləri düzgün
yerinə yetirmələrinə nəzarət edilməli və intizamın pozulmasına şərait yaradılmamalıdır.
Tədris fəaliyyətinin növbə ilə iş formasında təşkili. Şagirdlər eyni hərəkəti növbə ilə yerinə
yetirirlər. Bunun üçün sinifdə şagirdlər I, II, III və yaxud IV növbəyə bölünürlər. Alətdə əvvəlcə I, sonra
II, nəhayət III və IV növbənin şagirdləri hərəkət edirlər. I növbə hərəkəti yerinə yetirərkən digər növbənin
şagirləri onları müşahidə edir və ya hərəkətin icrasında onlara kömək göstərirlər. Növbə üsulu zamanı
hərəkətlər (alətlərdə) müxtəlif də ola bilər. Məsələn, I və II növbə hərəkəti gimnastika divarında icra
edirsə, III və IV növbə skamyada məşğul olur. Sonra isə növbələr alətlərdə yerlərini dəyişə bilərlər.
İbtidai siniflərdə şagirdlərin fiziki hazırlığına görə növbələrə bölünməsi və onların fərdi fiziki
imkanlarını nəzərə alaraq oyun və hərəkətlərin öyrədilməsi də dərsin səmərəliliyini artırır. Bu dörd
cəhətdən əhəmiyyətlidir:
1.
Bu yolla şagirdlərin dərsə olan marağıfnı artırmaq, diqqətlərini daha
asan cəmləşdirmək mümkündür;
2. Dərs prosesində qaydaqanun, yüksək intizam, yüksək şüurluluq yaratmaq imkanı xeyli
genişlənir;
3. Şagirdlər müxtəlif məqsədli mütəhərrik oyunlarla, gimnastika hərəkətləri ilə, həmçinin
atletikanın elementləri ilə daha səmərəli məşğul olmaq imkanı əldə edirlər;
4. Məşğul olanlar fiziki hərəkətlər və oyunlar üzrə bilik, bacarıq və vərdişlərə lazımi səviyyədə
yiyələnə bilirlər.
Müşahidələr göstərir ki, qabaqcıl müəllimlərimiz əgər oğlanlarla yeni hərəkət öyrədirlərsə, bu
zaman qızlara əvvəl öyrənilmiş hərəkətləri icra etdirirlər. Onlar müstəqil (müəllim nəzarət edir) məşğul
olurlar. Sonra isə əksinə, qızlara yeni hərəkət və yaxud oyun öyrədilir, oğlanlar isə əvvəllər öyrənmiş
olduqları hərəkətləri sərbəst təkrar edirlər. Dərsin belə təşkili zamanı müəllim diqqətli olmalı,
intizamsızlığa qarşı mübarizə aparmalı, həm də oyunun qaydalarının pozulmasına imkan verməməlidir.
147
İntizamı pozanlar məzəmmət olunmalı və «cəzalandırılmalı», yaxşı oyun və hərəkət nümayiş etdirən
şagirdlər isə təriflənməlidir.
Növbələrə bölünməklə hərəkətin tək-tək icrası iş forması ilə şagird fəaliyyətinin təşkilində 3 məsələyə
diqqət yetirmək lazımdır. Həmin nöqteyi- nəzərdən Bakı şəhər 1 saylı dəmiryol məktəbinin müəllimi
M.Axundovanın iş təcrübəsinə istinad edək. Müəllim dərs keçərkən şagirdlərin fiziki hazırlığını, nə kimi
vərdişlərə yiyələnmiş olduqlarını nəzərə alıb, onları 3 dəstəyə bölür. Hər bir şagird hansı dəstədən
olduğunu və başçıları kim olduğunu qabaqcadan bilir. Bundan sonra müəllim «Dayaqlı oturuşdan irəliyə
yuvarlanmaqla aşmaq və əvvəlki vəziyyətə qayıtmaq» mövzusunu tədris edərkən şagirdlərin fəaliyyətini
növbə iş forması ilə təşkil edir. Əvvəlcə hərəkəti müəllim özü göstərir, sonra onu bir neçə şagird yerinə
yetirir. Nəhayət belə komanda verilir: birinci dəstə, qalx, tapşırıq üzrə öz yerini tut! Birinci dəstənin
uşaqları qalxır, nizamla gəlib gimnastika döşəklərinə yaxın müvafiq yerdə dururlar, «əllər arxada, ayaqlar
çiyin bərəbərində aralı, azad duruş» vəziyyətini alırlar. Hərəkətə başla! Bir-iki-üç-dörd-beş!
Komandasında, birinci şagird tapşırığı yerinə yetirməyə başlayır. Bir sıra şagird ayaqlarını yanaşı qoyur
(dabanlar bir yerdə, pəncələr aralı), iki sayda əllər döşək üzərində, çiyin bərabərində olmaqla çöməlir, üç
sayda irəliyə mayallaq aşır, dörd sayda arxaya mayallaq aşır, beş sayda qalxır və öz yerinə keçmək üçün
müəllimin komandasını gözləyir, müəllimin komandası ilə əvvəlki yerinə qayıdır. Beləliklə, tapşırıqlar
musiqinin müşayiəti ilə də icra oluna bilər. Bütün bunlar şagirdlərdə öz hərəkətlərində ahəngdar olmağı
və ritmik icraçılıq qabiliyyətini artırır, onların estetik zövqünü, emosionallığını daha da inkişaf etdirir.
Fiziki hərəkətlərin yarış formasında və növbələrə bölünməklə yerinə yetirilməsi şagirdlərin tədris
fəaliyyətinə marağını, təşkilatçılıq qabiliyyətini xeyli yüksəldir, tapşırıqlar isə az vaxt içərisində icra
olunur. Yarış qalibi müəyyənləşdirilərsə hərəkətin qısa müddətdə, düzgün, ritmik və tempdə yerinə
yetirilməsi başlıca meyar kimi götürülür.
Frontal və növbələrə bölünməklə tapşırıqların icrasında qüsurlu cəhətlərə də rast gəlinir. Burada
ən böyük qüsur müəllimin şagirdlərə daha yaxından nəzarət edə bilməməsi ilə əlaqədardır. Tədris
prosesində hərəkətlərin şagirdlər tərəfindən düzgün icra edilməsini müəllim diqqət mərkəzində saxlamalı,
yeri gəldlikcə nöqsanları aradan qaldırmaq məqsədilə düzəliş və məsləhətlər verməlidir.
Tədris fəaliyyətinin axın iş formasında təşkili. Şagird fəaliyyəti axın iş forması ilə təşkil
olunarkən, tapşırıqlar bir-birinin ardınca, məsafə saxlanılmaqla yerinə yetirilir. Bu zaman şagirdlər
üzərində nəzarət nisbətən qüvətlənir, demək olar ki, çox nadir hallarda intizam pozulur.
Kiçik məktəbyaşlı şagirdlər bu yaş dövründə daha mütəhərrik olur, onlar bir yerdə dinc dayana
bilmirlər, daim hərəkətdə olmağa səy göstərirlər. Əlbəttə, bu təsadüf deyil, həmin yaş dövrünün bioloji-
psixoloji qanunauyğunluğudur. Məsələyə həmin nöqteyi-nəzərdən yanaşdıqda ibtidai siniflərdə axın iş
forması ilə dərs keçmək o qədər də müvəffəqiyyətli olmur. Bu formadan istifadə etdikdə şagirdlərin
kifayət qədər fiziki yük almasına maneçilik törədilir, boş dayanma halları yaranır və beləliklə dərsin
sıxlığı aşağı düşür. Odur ki, ibtidai siniflərdə şagird fəaliyyətinin axın iş forması ilə təşkili məsləhət
görülmür.
Tədris fəaliyyətinin «qruplara bölünmə» iş formasında təşkili. Bədən tərbiyəsi dərsinin
intensivləşdirilməsində şagirləri qruplara bölərək, tapşırıqlar üzrə işlədilməsi ən zəruri iş formalarından
biridir. Qruplara bölünmə iş formasında şagirdlər növbələrə bölünərkən eyni hərəkəti icra etmək deyil,
müxtəlif növ tapşırıqları eyni vaxtda (dırmaşıb aşmaq, qamətin formalaşması üçün hərəkətlər, hədəfə
cisim atmaq, qaçış, hoppanmalar və s.) yerinə yetirirlər. Qruplar üzrə tapşırıqlar zamanı həmin qruplardan
biri ilə müəllim özü məşğul olur, digər qruplara isə ümumi nəzarət edir. Məsələn, əgər şagirdlər 3 qrupa
bölünübsə, I qrupla müəllim, II və III qruplarla isə alətlər üzrə qrup bədən tərbiyəsi təşkilatçıları məşğul
olurlar. Bu zaman çalışmaq lazımdır ki, qrup bədən tərbiyəsi təşkilatçıları təsadüfən seçilməsin, onlar ən
fəal idmançı şagirdlərdən olsunlar. Təşkilatçılara mühafizə qaydaları, şagirdlər arasında təbliğat aparmaq
yolları öyrədilməli və təşkilatçılıq qabiliyyəti aşılanmalıdır. Qoyulmuş vaxt qurtardıqdan sonra qrup
bədən tərbiyəsi təşkilatçılarının rəhbərliyi (müəllimin isə ümumi rəhbərliyi, nəzarəti) altında növbəti
alətlər üzrə yerlər dəyişdirilməlidir. Yəni 1-ci qrup öz yerlərini 2-ciyə, 2-ci 3-cüyə, 3-cü isə 1-ciyə
verməlidir. Beləliklə, bütün qruplar növbə üzrə müəllimin rəhbərliyi ilə yeni hərəkət texnikasına
yiyələnməli, yaxud da yeni oyun öyrənməlidirlər. Bədən tərbiyəsi təşkilatçılarının rəhbərliyi ilə şagirdlərə
yalnız əvvəllər keçilmiş dərslər təkrar etdirilməlidir. Təşkilatçıların köməyi ilə yerinə yetirilən tapşırıqlar
yüngül və asan icra olunmalı, şagirdlərin zədə almaları üçün təhlükə törətməməlidir. Qruplar elə
148
yerləşdirilməlidir ki, müəllim onları görüb, yaxşı nəzarət edə bilsin. Şagird fəaliyyəti bu iş forması ilə
tədrisə cəlb edilərkən onların fiziki inkişafını nəzərə almaq lazımdır.
Qruplara bölünməklə şagird fəaliyyətinin tədrisə təşkili onların maksimum fiziki yük almasına,
yeni hərəkət texnikasını daha yaxşı öyrənməsinə, keçilmişlərin lazımi səviyyədə təkrarlanmasına,
dərinləşdirilməsinə imkan yaradır. Bu zaman şagirdlərin hərəkət fəallığı yüksəlir ki, bu da uşaqlarda
cəldlik, çeviklik, dözümlülük və s. fiziki – psixoloji keyfiyyətlərin inkişafına səbəb olur.
Tədrisin dairəvi məşq üsulu ilə təşkili. məktəbyaşlı uşaqların hərəkət fəallığının yüksədilməsinə,
dərsin intensivləşdirilməsində və şagirdlərin müstəqilliyinin artırılmasında xüsusilə əhəmiyyətlidir. Bu
üsulla dərs keçərkən şagirdlər 3-4 və daha çox qruplara bölünürlər. Qruplar hərəkətləri müəyyən
mərhələlərdə qurulmuş alətlərdə növbə ilə yerinə yetirirlər. Müəyyən vaxtdan sonra onlar müəllimin
komandası ilə alətlərdə yerlərini dəyişirlər. Beləliklə, uşaqlar bir neçə yerdə qurulmuş alətlərdə hərəkət
edirlər. Dairəvi üsuldan istifadə edərkən şagirdlərin fiziki hazırlığı nəzərə alınmalıdır. Seçilmiş hərəkətlər
şagirdlərin orta fiziki hazırlıq səviyyəsinə yaxın olmalıdır. İcraya başlamazdan əvvəl hər qrupdakı
şagirdlərin hərəkəti bir neçə dəfə təkrar etmələri onların nəzərinə çatdırılmalıdır.
Tədris fəaliyyətinin fərdi iş formasında təşkili. Şagirdlərin fiziki hazırlığını, sağlamlığını nəzərə
alıb dərs zamanı onlara fərdi tapşırıqlar vermək lazımdır. Fərdi tapşırıqlar qısa və uzunmüddətli ola bilər.
Həmin tapşırıqlar şagirdlərin sağlamlığından çox asılıdır. Əgər müəllim, şagirddə zəiflik, qısamüddətli
başağrısı, ürəkbulanması, yuxusuzluq, iştahsızlıq və s. hissedirsə, o, bu zaman məktəb həkimi ilə
məsləhətləşib xüsusi hərəkətlər seçir, hərəkət kompleksləri tərtib edib dərs və dərsdənkənar vaxtlarda
onun yerinə yetirilməsini şagirdlərdən tələb edir. Hərəkət təxminən bir ay icra olunduqdan sonra şagird
öz səhhəti haqqında müəllimə məlumat verir (Müəllim şagirddən soruşa bilər: sən yenədəmi özünü zəif
hiss edirsən? Ürəkbulanma olurmu? Başın ağrıyırmı? İştahan necədir?). Müəllim və həkimin müşahidəsi
və şagirdin məlumatı müsbət nəticə verirsə, hərəkət kompleksləri dəyişdirilir və əvvəlki xarakterli yeni
hərəkət kompleksləri tərtib olunub şagirdə verilir. Yuxusuzluq, ürəkbulanma, zəiflik və başağrısından
şikayət edən şagirdlərin yeriş, asta qaçış, nəfəs alıb-vermə ilə zəngin olan fiziki hərəkətlər etmələri
məsləhətdir.
Müşahidə olunmuşdur ki, şagirdlərin səhhətində elə qüsurlar da var ki, (qüsurlu yeriş və qamət,
yastıayaqlılıq, təngnəfəslilik və s.) onu bir neçə ay ərzində aradan qaldırmaq mümkün deyildir. Qeyd
etdiyimiz bədən qüsurlarının artmaması məqsədilə profilaktik tədbirlər görmək, qüsurların tam aradan
götürülməsi üçün uzunmüddətli iş aparmaq lazımdır. Hər iki hal üçün müalicə bədən tərbiyəsinin fərdi
olaraq həyata keçirilməsi olduqca vacibdir. Bronxial astma ilə mübarizə aparmaq üçün əsasən tənəffüs
hərəkətləri etmək və təmiz havada gəzintilər təşkil etmək lazımdır.
Yastıayaqlığın qarşısını almaq məqsədilə ayaq əzələlərini, qamətin formalaşması üçün gövdə
əzələlərini inkişaf etdirmək daha əlverişlidir.
Fərdi tapşırıqların şagirdlər tərəfindən düzgün yerinə yetirilməsində müəllim böyük rol
oynamalıdır. Şagird «A» bronxial astmaya qarşı tənəffüs hərəkətlərini icra edirsə, o, mütləq nə zaman
tənəffüsü alıb-vermək lazım olduğunu bilməlidir. Buna görə də müəllim «A» ya bədənin hansı
vəziyyətlərində nəfəs almağı (döş qəfəsini genişləndirən və bədəni açan zaman, qollar yuxarı ovuclar bir-
birinə baxıb döş qəfəsi irəli çıxanda və s.) və hansı vəziyyətlərində (irəliyə, arxaya və yanlara əyilmələr
zamanı) nəfəsi verməyi şagirdlərə öyrətməlidir. Fərdi tapşırıqlarda şagirdlərin bəzi nöqsanlara yol
verməsinə baxmayaraq onlarda müstəqillik, məsuliyyət hissi, özünə inam və fəallıq kimi əxlaqi
keyfiyyətlər aşılayır. Bunlar şagirdlərin sağlamlığını möhkəmləndirir və fiziki hazırlığını artırır.
Şagirdlərin tədris fəaliyyətini yazılı və həm də şifahi təşkil etmək olar. Müəllim proqramın nəzəri
məlumat bölməsi ilə şagirdlərə yazılı iş tapşırır, iş yerinə yetirildikdən sonra yoxlanılır və
qiymətləndirilir.
Bədən tərbiyəsi üzrə şifahi fərdi tapşırıqları təxminən 4 qrupa bölmək olar : 1) məşğələ
yerlərində sanitariya-gigiyena işlərinin aparılması; 2) oyun və fiziki hərəkətlər keçirilərkən lazım olan
nişanlama, xətləmə işlərinin görülməsi; 3) alət və avadanlıqlar üzərində xırda təmir işləri aparılması,
tullanma çalalarının qaydaya salınması; 4) yeni tədris idman bazasında sadə əl əməyi işlərinin görülməsi
(hamarlama, sahənin çınqıllardan təmizlənməsi və s.).
Yoxlama üsulu zamanı bir nəfər hərəkəti icra edir, qalan uşaqlar isə onu müşahidə edirlər.
Yoxlama dərsində bu üsuldan istifadə etmək məqsədəuyğundur. Yoxlama üsulunda dərsin sıxlığı azalır.
149
Lakin bu dərsin müsbət cəhəti ondadır ki, hərəkətləri yaxşı yerinə yetirənlər aşkar edilir, buraxılan
nöqsanların düzəldilməsi üçün geniş imkan yaranır. Dərsin bu formada təşkili, həm də şagirdlərin
qiymətləndirilməsi üçün vacibdir.
3.4.
Dərsin sıxlığı
Dərsin səmərəli keçirilməsində dərsin sıxlığını düzgün təşkil etmək böyük əhəmiyyətə malikdir.
Müəllim dərsdə hərəkəti qısa və aydın şəkildə az vaxt sərf etməklə uşaqlara şərh etməli, göstərməli,
boşdayanma hallarının olmaması, hər bir yarımqrupa (dəstəyə) müvafiq tapşırıq verilməlidir. Müəyyən
müddətdən sonra yarımqrupların yerini dəyişməklə, icra etdikləri hərəkətləri də dəyişdirməlidir. Müəllim
bu prosesdə şagirdlərin hərəkətlərinə ciddi nəzarət etməli, onların diqqətini yayınmağa qoymamalı, dərsin
məqsədinə yönəltməlidir.
Bədən tərbiyəsi dərsinin sıxlığının artırılmasında əsas amillərdən biri şagirdlərin ümumi fiziki
hazırlığına, fiziki inkişafına uyğun hərəkətlər seçilməsi, onların düzgün tətbiq edilməsi və bu zaman
anatomik-fizioloji, həmçinin psixoloji xüsusiyyətlərin təlim dövründə nəzərə alınmasıdır.
Dərsin sıxlığınınn təmin olunmasında vacib şərtlərdən biri də idman ləvazimat və
avadanlıqlarının dərsəqədər müvafiq yerdə yerləşdirilməsi, onların şagirdlərin sayına, yaşına uyğun
olması və yoxlanılıb saz hala gətirilməlidir. Şagirddlərin eyni vaxtda hərəkətləri yerinə yetirməsi bu
məqsədlə müxtəlif alətlərdən eyni vaxtda istifadə imkanlarının olması da dərsin sıxlığını təmin edən
şərtlərdəndir. Dərsin sıxlığının təmini də müvafiq hava şəraitinin, idman bazasının mövcudluğu da əsas
şərtdir.
3.5.
Dərsdə şagirdlərə verilən fiziki yük
Bütün dərs prosesində məşğul olanların orqanizminə təsir fiziki yük kimi başa düşülür.
Fiziki yük hərəkətlərin dozalaşdırılması ilə müəyyən edilir. Bura hərəkətlərin miqdarı, təkrarı,
icra olunma müddəti və onun yerinə yetirilmə şəraiti daxildir.
Müəllim dərsdə şagirdlərin fiziki yükünü tənzimləməli, artıq hərəkətlərə yol verməməlidir.
Həddən artıq fiziki yükün verilməsi yorulmaya və şagirdlərin tədris iş qabiliyyətinə mənfi təsir göstərir.
Şagirdlərin hərəkətlərlə kifayət qədər təmin edilməməsi isə orqanizmin funksiyasının zəifləməsinə səbəb
olur.
Müəllim fiziki yükü qabaqcadan təxminən müəyyənləşdirir, dərs vaxtı isə lazım gələrsə
düzəlişlər edir, əhval-ruhiyyə əsas hissədə maksimum həddə çatmalıdır.
Dərsin planı tutularkən yeni hərəkətlər maraqlı oyunların keçirilməsinə xüsusi diqqət
yetirilməlidir. Fiziki yükün artırılması məqsədilə yarış elementlərinin mütəhərrik oyunların seçilməsi də
vacibdir. Asan və çətin hərəkətlər bir-birini tamamlamalı, tanış hərəkətlərdən tanış olmayan hərəkətlərə
keçməlidir.
Fiziki yük tənzimlənərkən şagirdlərin fiziki hızırlığı nəzərə alınmalıdır. Fiziki yük (dərsdə)
şagirdlərin orta fiziki hazırlığına uyğun olmalıdır. Lakin bu zaman güclü və zəif şagirdləri də unutmaq
olmaz. Daha güclü şagirdlərə əlavə fərdi tapşırıqlar verilməli, fiziki cəhətdən zəiflər üçün isə hərəkətlər
sadələşdirilərək və təkrarı azaldılaraq verilməlidir.
Dərsdə fiziki yükü tənzimləyən şərtlər bunlardır:
1.
Hərəkət və oyunların miqdarının dəyişdirilməsi;
2.
Hərəkətlərin təkrarolunma miqdarı;
3.
Hərəkətlərin icrasına ayrılmış vaxtın artırılması və ya azaldılması;
4.
Hərəkətlərin müxtəlif tempdə icrası;
5.
Hərəkətlərin amplitudasının artırılması və ya azaldılması;
6.
İcra zamanı hərəkətlərin sadələşdirilməsi və ya mürəkkəbləşdirilməsi;
7.
Hərəkət yerinə yetirilən zaman əşya və avadanlıqlardan istifadə.
3.6.Bədən tərbiyəsi üzrə ev tapşırıqları
Ev tapşırıqlarının əhəmiyyəti. Bədən tərbiyəsi üzrə vəzifələrin tam surətdə həyata keçirilməsini
yalnız dərslə məhdudlaşdırmaq kifayət deyildir. Bədən tərbiyəsi üzrə ev tapşırıqlarının verilməsi bədən
150
tərbiyəsində qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Ev
tapşırıqları bədən tərbiyəsi üzrə müstəqil işlərdən sayılır.
Ev tapşırıqları keçilmiş materialların mənimsənilməsini möhkəmləndirir. Fiziki hərəkət
məşğələləri ilə müntəzəm və ardıcıl olaraq məşğul olmağa vərdiş yaradır. Fiziki tərbiyə üzrə ev
tapşırıqları şagirdlərin sağlamlığına, fiziki inkişafına və fiziki hazırlığına müsbət təsir göstərir, hər bir
şagirdin fiziki hazırlığı, səhhəti nəzərə alınaraq ev tapşırıqları vermək lazımdır. Ev tapşırıqları bütün
şagirdlər üçün və fərdi şakildə verilə bilər.
Təhsil əhəmiyyətli ev tapşırıqları dərsdə öyrənilənlərin möhkəmləndirilməsi məqsədilə onların
bir növ evdə təkrarıdır. Belə tapşırıqlara yeriş, qaçış, tullanmalar, dırmaşma, müvazinət saxlama, cisim
atma və s. daxildir.
Gün rejimi üzrə ev tapşırıqları əsasən şagirdlərin sağlamlığını möhkəmləndirilməsi, iş
qüvvəsinin artırılması ilə əlaqədardır. Bura ümuminkişaf hərəkətləri, habelə qamətin formalaşması, ayaq-
pəncə əzələlərinin inkişafı üçün müəllim tərəfiindən tərtib edilib, şagirdlərə verilən hərəkət kompleksi
daxildir.
Yay tətili üçün verilən tapşırıqlar isə yayda pioner düşərgəsində, ailədə və ailə ilə birgə qısa
və uzunmüddətli səyahət, turist gəzintiləri və ekskursiyalarda yerinə yetiriləcək fiziki tapşırıqlardır. Bura
təbii amillərlə (hava, su, günəş) bədəni möhkəmləndirmək, təbiətə aid müşahidələr aparıb müşahidə
gündəliyinə qeyd etmək, öz fiziki hazırlıq göstəriciləri haqqında məlumat yazmaq (toplamaq) və s. aiddir.
Dərsin tamamlayıcı hissəsində verilən tapşırıqlar şagirdlərin yaşına, ev şəraitinə, sağlamlığına,
fiziki hazırlığına müvafiq olmalı, onlara sadə və emosionallıqla çatdırılmalıdır. Ev tapşırıqlarını verməklə
kifayətlənməməli, onun necə icra olunması vaxtaşırı yoxlanıb qiymətləndirilməli, şagirdlərin
gündəliklərinə yazılmaqla valideynlərin nəzərinə çatdırılmalıdır.
Ev tapşırıqları verildikdən sonra, lazımi izahat işləri aparıldıqdan, sadə hərəkət və oyunlar icra
olunduqdan sonra müəllim şagirdləri sıra ilə soyunub-geyinmə otağına aparmalı, sonra sakitcə sinfə
qədər ötürməlidir.
Nümunə üçün ev tapşırıqları
a) səhər gimnastikası üzrə kompleks hərəkətləri bilmək və icra etmək;
b) qısa iplərlə hoppanmaq;
u) raport verməyi öyrənmək;
q) sağ və sol əl ilə topun atılmasını öyrənmək;
d) «Bənövşə» oyununun sözünü və qaydasını bilmək;
e) 3 fəndlə kəndirə dırmanmağı öyrənmək.
Ev tapşırıqları müvafiq və təhlükəsiz olmalıdır. Hər bir tapşırıq qabaqcadan planda nəzərdə
tutulmalıdır. Ev tapşırıqlarını öyrədilən hərəkətlər üzrə dərsdə verilməsi məqsədəuyğundur. Dərsin
sonunda müəllim həmin tapşırıqları bir daha uşaqların yadına salır. Tapşırıqların məzmunu və yerinə
yetirilməsi texnikası şagirdlərə ətraflı izah olunmalı, onun qaydaları, icra yeri göstərilməlidir (ev, idman
meydançası və s.).
Ev tapşırıqlarının yerinə yetirilməsini mütləq tələb etməli, yoxlamalı və qiymətləndirilməlidir.
Yalnız deyilənlər yerinə yetirilərkən, bundan sonra məktəblilərin fiziki tərbiyə üzrə işlərinin
müvəffəqiyyətlə icrasından danışmaq olar.
Dostları ilə paylaş: |