Ġzabella qasimova, musa bayramov


    Demekologiya - populyasiyaların  ekologiyası



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə3/55
tarix01.04.2017
ölçüsü5,58 Mb.
#13051
1   2   3   4   5   6   7   8   9   ...   55

1.4.    Demekologiya - populyasiyaların  ekologiyası 

 

1.4.1. Populyasiya termini 

Elmə  1903-cü  ildə  Danimarka  alimi  V.İohansen  tərəfindən  gətirilib. 

O, genetik cəhətdən müxtəlif olan, eyni növə məxsus fərdlərin cəmini qrup-

laşdırmaq üçün bu termindən istifadə edib. Sonralar bu anlayışdan müəyyən 

 ərazini tutan növün tərkibini xarakterizə etmək üçün istifadə olundu.  

B.A.Bıkovun fikrincə (fransızcadan ―popylation‖ - sakin) populyasiya  

-  öz-özünü  yaradan, sərbəst  cütləşmə  yolu  ilə müəyyən saya malik  olan və 

coğrafi  ərazidə  yaşayan,  müxtəlif  mexenizmlərlə  təcrid  olunan  eyni  növ 

daxilində fərdlər qrupudur. Məhz populyasiyalarda yenidənqurma baş verir, 

sonra bütün  biosenozlara  yayılır. Q.A.Novikov  populyasiyanın daha  ətraflı 

izahını verib. Onun fikrincə ekoloji populyasiya – təbii və ya insanların tə-

sirindən  yaranan,  ümumi  birləşmiş,  az  və  ya  çox  ərazi  tutan,  genetik 

qohumluğu olan bir və ya bir neçə biogeosenoza məxsus olan növün fərd-

lərinin cəmidir.   



Populyasiyanın  təsnifatı.  Populyasiyalar  fərqli  göstəricilərə  görə 

müxtəlif  keyfiyyətli  ola  bilər:  çoxalma  üsuluna  görə,  morfoloji,  fizioloji, 

davranışa,  ölçülərinə  və  s.  Q.X.Şapoşnikov  onların  daha  tam  təsnifatını 

verib:  çoxalma  üsuluna  görə  -  panmiktik,  klonal,  klonal-panmiktik  popul-

yasiyalar;  sərbəst  çoxalma  və  sərbəst  təkamülünə  görə  -  permanent  (sər-

bəst,  yarımsərbəst)  və  temporal  (müəyyən  vaxta  qədər  asılı  olan)  popul-

yasiyalar; quruluşuna görə - eynicinsli populyasiyalar; yaşama şəraitinə və 


31 

 

heterogenlik dərəcəsinə görə - az və ya çox homogen (eynicincli) və kəsgin 

heterogenlikli  populyasiyalar;  ölçülərinə  görə  -  elementar  və  ya  lokal, 

ekoloji, coğrafi, etoloji populyasiyalar, superpopulyasiyalar.   

Populyasiyanın  sayı  və  sıxlığı  –  onun  bioloji  strukturunun  əsas  gös-

təricisidir. Say – fərdlərin verilmiş ərazidəki və ya həcmdəki fərdlərin sayı-

dır. O, heç vaxt sabit olmur. Verilmiş şəraitdə optimal sayın saxlanması po-

pulyasiyada homeostaz  adlanır, hansı ki, fərdlərin qarşılıqlı təsirindən yara-

nır. 500-600 başdan az olan populyasiya effektli saya malik deyil. Belə po-

pulyasiya  qısa  müddətdə  məhv  ola  bilər.  Odumun  fikrincə  populyasiyanın 

sıxlığına görə böyüməsinin 3 tipi fərqləir: 

1.

 



Özünü məhdudlaşdırıcı tip;  

2.

 



Sıxlıqdan asılı olmayan tipli böyümə;  

3.

 



Sıxlığı  orta  vəziyyətdə  olan  populyasiyanın  böyümə  tempinin  ən 

yüksək olması.  

Populyasiyanın sayı vaxta görə dəyişir, ona ―həyat dalğası‖ deyilir.  

Populyasiyanın sıxlığı müəyyən sahə vahidinə düşən fərdlərin sayıdır.  

Populyasiyanın  ekoloji  sıxlığı  –  konkret  yaşama  yerindəki  (biotop-

dakı) sıxlıqdır.  Populyasiyanın orta hesabla sıxlığı – müəyyən coğrafi və ya 

inzibati ərazi üçün olan sıxlıqdır.  

Populyasiyanın  biokütləsi  onun  enerji  mübadiləsini  hesablamağa  im-

kan verir. Biokütlənin ölçü vahidi müxtəlif ola bilər:  

1.

 



Diri çəki və yaş çəki. 

2.

 



Quru  çəki,  bitkinin  biokütləsi  100

0

  C-də  2-3  sutka  quruduqdan 



sonra çəkilir.  

3.

 



Biokütlədə olan sulu karbon C vasitəsilə ölçülür.  

Populyasiyanın sayı və sıxlığının dinamikası.  

1.

 

Populyasiyanın nəsil verməsi – artması.   



2.

 

Populyasiyanın fərdlərinin ölüm faizi.  



3.

 

Başqa populyasiyalardan fərdlərin immiqrasiyası.  



4.

 

Başqa populyasiyalara fərdlərin emiqrasiyası.  



 

1.4.2.

 

Populyasiyanın artma sürəti. 

Populyasiyanın  nəsil  verib  artması  mövsüm  ərzində  əmələ  gəlib 

populyasiyaya  qoşulan  cavan  fərdlərin  miqdarı  ilə  ölçülür.  Populyasiyanın 

nəsil vermək qabiliyyəti  potensial  - fizioloji, və ya  real  -  ekoloji  ola bilər. 

Nəsil  vermənin  fizioloji  ölçüsü  növün  təkamülündə  formalaşmış  bioloji 

potensial olub, sabitdir. Lakin populyasiyanın çoxalmasının ekoloji göstəri-

cisi  real  olub,  ətraf  mühitin  təsirinə  məruz  qalır,  yəni  dinamikdir.  Popul-

yasiyada yeni əmələ gələn fərdlərin  cəmini ∆N,  keçən vaxta ∆t bölüb, onun 

nəsil  vermə  tezliyini  –B  təyin  edirlər.  B  =∆  N/∆t.  Populyasiyanın  nəsil 


32 

 

vermə tezliyini B, onun ümumi sayına N bölməklə, artımın xüsusi sürətini –



b təyin edirlər: b=B/N. Ətraf mühitin çirklənməsi populyasiyanın nəsil ver-

mə qabiliyyətinin real göstəricilərinə mənfi təsir edir.  



Populyasiyanın itki faizi. Populyasiyanın itgi faizi artımın əksinə olan 

göstəricidir.  Fizioloji  ölüm  ideal  şəraitdə  ola  bilər.  Əslində  ekoloji  –  real 



ölüm faizi mövcuddur. Müəyyən vaxt ərzində populyasiyada salamat qalan 

fərdləri hesablamaq (ölənləri çıxmaq) əhəmiyyətlidir. Bu iki yolla göstərilir:  

1.

 

Demoqrafik cədvəl tərtib etməklə. Demoqraflar populyasiyada olan 



fərdləri yaş qruplarına ayırmağı təklif edir.  

2.

 



Sağqalma əyrisinin çəkilməsi. Yeni nəsildə 1000 başdan sağ qalan-

ların sayı da populyasiyanın itki faizi haqda nəticə çıxarmağa imkan verir.   

Populyasiyanin  artımı  ilə  onun  itki  faizi  arasındakı  fərq  onun  real 

sayını verir. İdeal şəraitdə populyasiyanın sayı N dəfə artır. İlkin dövrdə N

0

 , 


müəyyən N

1

- olduqda  N



1

/ N


0

 

= R alırıq. N



1

 = RN


0

,  keçən vaxtı t götürsək, 

N

t

  =  N



0

  R


olar.  Populyasiyanın  artma  sürətini    ∆N/∆t  ilə  göstərmək  olar. 

∆t→0,  onda  ∆N/∆t  əvəzinə  dN/dt  yazmaq  olar.  Bu  vaxtın  dəyişdiyi  müd-

dətdə N-in dəyişməsi sürətinin riyazi ekvivalentidir.  Onu belə yazmaq olar: 

N(t) =N



.e



rt

. Burada R=e

r

 –populyasiyanın xüsusi artım sürətidir. Tənlikdən 



alınan dN/dt = rN düsturu populyasiyanın artma sürətini istənilən vaxtda he-

sablamağa  imkan  verir.  Axırıncı  tənliyin  qısa  mənası  budur  ki,  populyasi-

yada  fərdlərin  sayının  çoxalma  sürəti  onun  hər  bir  konkret  vaxtda  götürül-

müş sayına mütənasibdir. Bu mütənasibliyə populyasiyanın böyümə əmsalı 

deyilir.  Elə  yerlər  olur  ki,  orada  fərdlərin  sayı  və  populyasiyanın  sıxlığı 

artmır.  Bunu  mühitin  ekoloji  tutumu  adlandırır  və  k  ilə  işarə  edirlər.  Axı-

rıncı tənliyin sağ tərəfinə 1- N/k əlavə etdikdə: dN/dt = rN(1 – N/k) və ya 

dN/dt  rN(1-N/k).  Buna  məntiqi  tənlik  deyilir,  yəni  stasionar  populyasiya 

yetgin  vəziyyətinə  çatmağa  ətraf  mühitlə  populyasiya  arasında  əksinə 

asılılıq  yaranır.  Populyasiyanın  cıxlığı  artdıqca  hər  fərdin  payına  düşən 

qənimət  azalır.  Mühitin  sərvəti  tükəndikcə  populyasiyada  fərdlərin  artımı 

zəifləyir,  nəhayət  tamam  dayanır.  Populyasiyada  fərlərin  say  dinamikası 

ekoloji şəraitin dəyişməsinə çox həssas göstəricidir.    

 

1.5.    Spesisekologiya – növlərin ekologiyası 



 

1.5.1. Növ – quruluşunun və həyat fəaliyyətinin əhəmiyyətli əlamət-

lərinə  görə  oxşar  olan,  bir-biri  ilə  çarpazlaşma  zamanı  həmin  növün 

səciyyəvi  əlamətlərinə  malik  məhsuldar  nəsil  verən  fərdlərin  populyasi-

yalarının çoxluğundan əmələ gələn taksonomik vahiddir.  

Eyni növə aid olan bütün fərdlər morfoloji quruluş və yaşayış mühiti- 

nə görə oxşar olur, eyni uyğunlaşmalara malikdir.  


33 

 

Növ zənginliyinin müxtəlif qradientlərini  (coğrafi enlik, mütləq hün-



dürlük,  su  hövzələrində  dərinlik,  suksessiya,  növlərin  fiziki  ölçüləri  və  s.) 

fərqləndirmək olar. Onların biomüxtəlifliyin səviyyəsinə təsiri geniş araşdır-

malar mövzusudur.   

Orqanizmdən  aşağı  səviyyə  (genetika  –  populyasiya,  fərd,  xromo-

sonlar,  genlər, nukleotidlər), orqanizm  səviyyəsi  (sistematika  –  aləm,  şöbə, 

tip,  sinif,  sıra,  dəstə,  fəsilə,  cins,  növ,  növaltı,  populyasiya,  fərd)  və  orqa-

nizmdən  yüksək  səviyyə  (ekologiya  –  biosfer,  biocoğrafi  vilayət,  biom, 

landşaft, ekosistem, biotik qrup, populyasiya).   

Növlərin  ümumi  sayını  qiymətləndirməyə  ehtiyatla  yanaşmaq  lazım-

dır.  K.Linneyin  dövründə  11  min,  indi  isə  2  mln-a  qədər  növ  müxtəlifliyi 

mövcuddur. Alimlər daima heyvan, bitki və mikroorqanizmlərin yeni növü-

nü təsvir edib, ad verirlər. Təqribi hesablamalara görə, bitki növlərinin ümu-

mi sayı 500 mindən çoxdur. Bunlardan 50 minə qədəri itmək təhlükəsi altın-

dadır. O da məlumdur ki, heyvan növlərinin sayı, bitki, göbələk və bakteriya 

növlərinin sayından dəfələrlə çoxdur. Həşaratlar ümumi heyvan növlərində 

ən çox saya məxsusdur. 1500000-ə yaxın heyvan növündən 1400000-i həşa-

ratlardır. Azərbaycanda 4500-dən artıq bitki növü məlumdur.  

Növün hər bir fərdi onun xarakterik əlamətlərinin mənbəyi olan genlə-

rə malikdir. Bakteriyanın DNT- də gen sayı 1000 -ə, göbələklərdə 10000-ə, 

ali bitkilərdə 400000-ə yaxındır. Bir çox çiçəkli bitkilərin və heyvanların ali 

taksonlarının  genlərinin  sayı  xüsusilə  böyükdür.  İnsan  DNT-si  30  min 

gendən ibarətdir.  

1.

 

Genetik müxtəliflik, başqa sözlə, genotipi heteroziqotluq, polimor-



fizm  və  təbii  populyasiyalarda  uyğunlaşmanın  vacibliyindən  doğan  geno-

tipik dəyişkənliklər orqanizmlərin populyasiya daxili  və populyasiyalar ara-

sı irsən keçən müxtəliflikləri ilə ifadə olunmuşdur. Orqanizmlərin varlığına 

DNT  səviyyəsində  müdaxilə  müxtəlif  fəsadlar  verir.  Transgen  məhsulların 

tərkibində təsadüf edilən qeyri-ənənəvi zülallar insanlarda müxtəlif növ ağır 

allergiya hadisələrinə səbəb olur. Müəyyən bir əlaməti daşıyan gen dəyişdi-

rildikdən  sonra  orqanizmdə  digər  əlamətlərin  kəskin  dəyişmələri  baş  verə 

bilir ki, bunlar da daha çox immun sistemi ilə bağlıdır.     

2000-ci  ildə  qəbul  olunmuş,  dünyada  2003-cü  ildə  qüvvəyə  minmiş  

(Azərbaycanda  2005-ci  ildən)  Biotəhlükəsizliyə  dair  Kartaxen  Protokoluna 

görə,  hər  bir  ölkə,  şəxs,  satışda  olan  malın  mənşəyi,  o  cümlədən  transgen 

olması barədə müfəssəl məlumat almaq hüququna malikdir. Transgen bitki 

sortları  və  heyvan  cinslərində  baş  verən,  lakin  təbiət  tərəfindən  nəzarət 

edilməyən  dəyişkənliklərin  törədə  biləcəyi  təhkükələri  yadda  saxlamaq 

lazımdır.  

 


34 

 

1.5.2. Növ müxtəlifliyinin qanunauyğunluqları 

I qanunauyğunluq - ixtiyari qrupda nadir növlərin sayı çox, çoxsaylı 

fərdə  malik  adi  növlərin  sayı  az  olur.  Ekoistemdə  fərdlər  sayı  çox  olan 

növlər  dominant  olurl  və  ekosistemə  müəyyənləşdirici  təsir  göstərirlər. 

Bunlar  edifikar  növlər  adlanırlar  (latınca  edifikator  –  qurucu  deməkdir). 

Məsələn, şərq palıdı, şabalıdyarpaq palıd, ağyarpaq qovaq meşələrdə; qırtıc, 

topalotu dağ çəmənlərində; yovşan yarımsəhralarda edifikatorlardır.   

II  qanunauyğunluq  -  daha  məhsuldar  mühit  daha  çox  növ  sayının 



birgə  mövcudluğunu  təmin  edə  bilir.  Mühitin  məhsuldarlığı  yaşayış 

məskənində  növ  sayının  artımına  əsaslı  təsir  göstərir.  Məhsudar  yaşayış 

yerlərində  seçim  genişdir  və  buna  görə  də  burada  ixtisaslaşma  imkanı  da 

çoxdur. Bu isə daha çox növ sayının mövcud olmasına imkan yaradır.  

III  qanunauyğunluq  –  növ  zənginliyi  yüksək  olan  qruplar  daha 

sabitdir.  

IV  qanunauyğunluq  –  seçici  yırtıcılıq  növ  müxtəlifliyini  artırır. 

İntensiv  otarılma  və  ya  fəal  yırtıcılıq  otların  və  müvafiq  heyvanların 

müxtəlifliyini əhəmiyyətli dərəcədə azaldır. Məsələn, ABŞ-ın Atlantik sahil-

lərindəki qayalı şelfdə dəniz ulduzu dəniz molyuskları ilə qidalanır, nəticədə 

molyuskdan  azad  olan  sahə  yaranır,  bu  da  molyuskla  rəqabətə  tab  gətir-

məyən onurğasızlar üçün məkandır.  

V  qanunauyğunluq  –  nadir  növlərin  sayı  və  ona  müvafiq  olaraq, 



qrupun növ müxtəlifliyi streslərin  təsiri ilə azalır. Stresin güclü əlverişsiz 

xarici  amillərin  təsiri  altında  olan  ekosistemdə  nadir  növlərin  sayı  azalır, 

stresə  davamlı  növlərin  say  miqdarı  isə  artır,  dominantlığı  güclənir.   

Nəticədə  stresə  uğramış  ekosistem  üçün  növ  tərkibinin  kasadlığı  səciyyəvi 

xüsusiyyətə  çevrilir.  Mühitin  hər  hansı  pozulması,  o  cümlədən  çirklənmə 

stres mənbəyi kimi çıxış edir.  

Növlərin  introduksiyası  –  bioloji  növün  arealından  kənara  buraxıl-

masına deyilir. Reintroduksiya – növün əvvəllər olub, sonradan yox olduğu 

rayona  yenidən gətirilməsi. Akklimatizasiya – introduksiya olunmuş növün 

yeni  rayondakı  ekoloji  şəraitə  uyğunlaşaraq  nəsil  verməklə  stabil  popul-

yasiya  yaratmasıdır. Belə növün fərdlərinin kifayət qədər çoxlıb, təsərrüfat 

əhəmiyyətinə malik olması naturalizasiya adlanır.    



Ekoloji  –  coğrafi  sistematika.  Növ  daxilində  fərdlərin  bioloji  xassə-

lərinə  görə  fərqlənməsi  ekotip  adlanır.  Ekotip  –  verilmiş  növün  nisbətən 

irsən  davamlı  formasıdır.  Ekologiya  bitkilərin  üç  vacib  ekotipini  müəyyən 

etdi:  kserofit, hiqrofit  və  mezofit. Mədəni  bitkilərin ekoloji  –  coğrafi siste-

matikasının banisi N.İ.Vavilovdur. O, mədəni bitkilərin növdaxili sistemati-

kasını təklif edib:   

                                                          


35 

 

                                                      növ 



                                                         ↓                     

                                              Ekoloji-coğrafi tiplər 

                                                         ↓  

                                              Bioloji növmüxtəlifliyi 

                                                         ↓  

                                               Forma və sortlar   

  

 

 N.İ.Vavilov 1935-ci ildə mədəni bitkilərin 8 yaranma mərkəzini təklif 



etdi.  R.M.Jukovski  Avstraliya,  Afrika,  Avropa  –  Sibir,  Şimali  Amerika 

mərkəzlərini əlavə edib. R.Jukovskiyə görə bitkilərin 12 yaranma mərkəzləri 

var. 

 

1. Çin-Yapon mərkəzi                               7.  Aralıq dənizi mərkəzi 



2. İndonezya- Hind-Çin                            8.  Afrika mərkəzi     

3. Avstraliya mərkəzi                                9. Avropa – Sibir mərkəzi  

4. Hindistan mərkəzi                                 10. Orta -Amerika  mərkəzi     

5. Ortaasiya mərkəzi                                 11. Cənubi Amerika  

6. Önasiya mərkəzi                                    12. Şimali Amerika .  

 

N.İ.Vavilov  mədəni  bitkilərin  yaranma  mərkəzlərini  zamana  görə  iki 



qrupa  bölüb:  ilkin  və  ikincili  mərkəzlər.  İlkin  genetik  mərkəzlər  daha  qə-

dimdən  yaranıb,  ikincili  mərkəzlər  sonradan  yaranıb.  Onların  yaranması 

əkinçilik rayonları  arasında  əmtəə mübadiləsi  və  əlaqələrin inkişafı nəticə-

sində baş  verib.  Bu faktorların və  inkişaf  edən  əkinçiliyin  təsiri  altında be-

cərilən bitki növlərinin yeni istehsalat coğrafiyası yaranıb. Mutasiya, növlər 

arasında  çarpazlaşma  nəticəsində  ikincili  yaranma  mərkəzlərində  yeni  for-

maların xüsusilə güclü yaranması prosesi başladı.  

İlkin yaranma mərkəzləri, adətən mədəni bitkilərin yaranma mərkəzlə- 

ri ilə üst-üstə düşür, lakin belə üst-üstə düşmələr olmaya da bilər. Məsələn, 

buğdanın  ilkin  yaranma  mərkəzi  Zafqaziyadır.  Elə  buradaca  həmin  cinsin 

daha çox növləri və növaltıqları vardır. Beləliklə, bu halda yaranma  

 mərkəzi növmüxtəlifliyi mərkəzi ilə üst-üstə düşür.  

N.İ.Vavilovun mədəni bitkilərin   yaranma mərkəzləri  haqda təlimi -  

irsi  dəyişkənlikdə homoloji sıralar qanunu (bitkilərin yaxın növləri bir sıra 

öxşar  irsi  dəyişkənliklərə  məruz  qalırlar)  və  sistematikanın  ekoloji-coğrafi 

prinsipləri başlanğıc materialın yaradılmaında əsas rol oynayır.  

 

1.5.3Növlərin azalması, səbəb və nəticələri 

Biomüxtəlifliyin azalmasına səbəb ətraf mühitdən ona təsir edən müx-

təlif  amillərdir.  Onlardan  ən  vacibi  öz  həyat  fəaliyyəti  nəticəsində  bir  başa 


36 

 

və  dolayı  yolla  təsir  edən  insan  faktorudur  –  antropogen  faktor.  Su  höv-



zələrinin  faunası  ovlanma  nəticəsində  kasadlaşmışdır.  Məsələn,  Xəzərdə, 

Kür və Araz çaylarında, süni sututarlarda, Kür ətrafı çay-dərə göllərində in-

tensiv  balıq  ovu  onların  həm  növ  tərkibinə,  həm  də  ümumi  sayına  ciddi 

zərbə  vurur.  Okeanlarda  nəzarətsiz  ovlanma  nəticəsində  bəzi  balina  növ-

lərinin sayı o qədər azalmışdır ki, çoxları onların məhvini labüd sayır.  

Monokultur  təsərrüfat  –  aznövlü  sistem  özünün  təbii  dayanıqlığını 

itirir  və  insanı  əkinləri  müdafiə  etmək  üçün  daha  çox  qüvvə  və  enerji  sərf 

etməyə məcbur edir: o, torpağı gübrələyir, əkin qatını becərir, alaqlarla mü-

barizə  aparır.  Getdikcə  daha  az  növ  burada  özünə  məskən  tapa  bilir,  be-

cərilən torpaqlar getdikcə daha şox səhranı xatırladır.  

İnsanın  müdaxiləsi  çox  vaxt  təbii  şərait  müxtəlifliyinin  azalmasına 

səbəb  olur.  Məsələn,  sellüloza  sənayesində  istifadə  olunan  ağaclara  daha 

əlverişli  şərait  yaratmaq  üçün bir çox ağac cinslərinin məhv edilməsi  nəti-

cəsində  bircinsləşən  meəşədə  bitki  və  heyvanların  növmüxtəlifliyi    onun 

başlanğıc qrupu ilə müqayisədə kəskin azalır.  

Təbii  məskənlərin  dağılması  çox  vaxt  onun  fraqmentləşməsi  ilə  baş-

layır. Yazda sibir xoruzu cütləşmə yerinə axışır. Cütləşmə yeri üçün lazım 

olan  meşə  sahəsi  5-8  hektrdan  az  olmamalıdır.  Əlverişli  olan  meşə  sahə-

lərinin azalması bu növün sayının azalmasına səbəb olur.   

Azərbaycanda ekosistemlərin fraqmentləşməsi aşağıdakı bir neçə mü-

hüm istiqamətdə gedir: təbii qaz və digər yanacaq növlərinin qıtlığı üzündən 

meşələr  qırılır,  bəzi  qiymətli  növlər  qanunsuz  kəsilir  (palıd,  qoz,  qızılağac 

və  s.),  ağac  massıvlərinin  bir-birindən  ayrılması  və  seyrəlməsi  meşələrin 

təbii  bərpasını  zəiflədir,  torpaqların  eroziyasını  gücləndirir,  heyvanların 

miqrasiya yollarını kəsir və s.   

İnsanın  fəaliyyəti  nəticəsində  istənilən  təbii  amilin  dəyişməsi  ekosis-

temlərin  tarazlığının  mütləq  pozulmasına  səbəb  olur.  Müxtəlif  mənşəli    – 

təbii və antropogen çirklənmələr təbii və aqroekosistemlərin məhvinə, müx-

təlif pozuntulara səbəb olur. Biomüxtəlifliyin vəziyyətinə dair I Milli Məru-

zədə  (2004)  qeyd  edilir  ki,  Abşeron  yarımadasında    10  min  hektar  torpaq 

sahəsi neftlə çirklənmiş və ərazinin bitki müxtəlifliyi üçün təhlükəyə çevril-

mişdir.  XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərində  Abşeronda  neft  buruqla-

rından  fantan  vuran  xam  neft  dərələrdə  süni  ―neft  göllərinə‖  axıdılır  və 

sonra çəlləklərə doldurulmaq üçün limana daşınırdı. Bu isə mazutun torpağa 

hopmasına  və  müvafiq  qrupların  yaşayış  mühitindən  məhrum  olmasıyla 

nəticələnirdi.  

Nüvə parçalanması  məhsulu  olan süni radionuklidlər – Stronsium-90 

və  Sezium-137  növlərin  məhv  olmasına  səbəb  olan  faktorlardan  ən  güclü-

südür. Mühitdə pH-ın qiyməti 7-8-dən aşağı olanda turş mühit yaranır, bu da 


37 

 

setonövlərin məhvini labüdləşdirir. Su hövzələrində turş mühitin olması su 



ekosistemlərinin məhsuldarlığını kəskin azaldır. Turş yağışlar göllərin məh-

vi  ilə  yanaşı  meşələrin  aşınmasına  da  səbəb  olur.  Bu  yağıntılar  digər  çirk-

ləndiricilərlə birlikdə meşə ekosistemi üçün stress yaradır.  

Nəzarətsiz  və  qaydasız  urbanizasiya  prosesində  düşünülməmiş  regio-

nal  ərazi  planlaşdırılması  nəticəsində  çox  miqdarda  növlərin  məskunlaşma 

mühiti  pozulmuşdur.  Meşə  zolaqları  və  təbii  landşaftlar  böyük  sürətlə  öz 

yerlərini yeni yaşayış yerlərinə, ticarət mərkəzlərinə, sənaye müəssisələrinə, 

avtodayanacaqlara  və  s.  verir.  Bu  işlər  adətən  plansız  baş  verir  və  tənzim-

lənmir.  

XIX  əsrin  sonunda  biomüxtəlifliyin  itirilməsinin  başlıca  səbəbi  iqlim 

dəyişməsi olacaqdır. İqlimin gələcək dəyişilməsi yad növlərin yayılması  və 

torpaqdan istifadə  edilməsində baş verən dəyişikliklərlə yanaşı, bəzi növlə-

rin  miqrasiya  imkanlarını  məhdudlaşdıracaq  və  onların  nəslinin  kökünün 

kəsilməsini sürətləndirəcək.   

İqlim  dəyişkənliklərinin  biomüxtəlifliyə  təsiri  Bioloji  Müxtəlifliyə 

dair Konvensiyanın üzvlərini çox narahat edir. Bununla yanaşı, iqlim dəyiş-

kənliklərinin  nəticələrini  yumşaltmaqla  onlara  uyğunlaşmaq  imkanları  hələ 

də mövcuddur. Eyni zamanda müəyyən tədbirlər sayəsində biomüxtəlifliyin 

mühafizəsini yaxşılaşdırmaq olar.  

Atmosferdə  su  buxarları,  karbon  iki  oksid  və  metan  kimi  qazlar 

planetdə istixana effekti yaradır.  Bunun da nəticəsində troposferdə havanın 

temperaturunun  hətta  çox  cüzi  yüksəlməsi  özü  ilə  bərabər  digər  çoxsaylı 

dəyişikliklər  törədir.    Hazırda  atmosferdə  havanın  temperaturunun  hər  1

0



yüksəlməsi ilə Alyaskada iynəyarpaqlı meşələr yerini şimala doğru təqribən 

100 km məsafədə dəyişir.  

Növlərin  temperaturun  yüksəlməsi  hesabına  yüksək  dağ  rayonlarına 

doğru yerdəyişmə imkanları çox məhduddur.  Bu xüsusən endemik növlərin 

məskunlaşdığı  dağ  ekosistemlərinə  aiddir.  İqlim  dəyişməsi  dağ  ekosistem-

lərindəki alp növlərini öz yerlərini dəyişməyə məcbur edir və bəzən növlərin 

itməsinə  gətirib  çıxarır.  Məsələn,  Alp  dağlarında  bəzi  bitki  növləri  hər  10 

ildə zirvəyə doğru 1- 4 m miqrasiya etmiş,  əvvəllər zirvədə olan növlər isə 

itmişdir.     

Əhalinin sayca sürətlə artması insanları ənənəvi əkinçilikdən intensiv  

əkinçiliyə keçməyə məcbur etmişdir. Hazırda 15-ə yaxın bitki və 8 heyvan 

növü insanların ərzaq məhsullarına olan tələbatının əsas hissəsini təmin edir. 

Dəyişən  iqlimə,  zərərvericilərə,  xəstəliklərə,  mürəkkəb  becərmə  şəraitinə 

qarşı  davamlı  yeni  sortların  seleksiyası  üçün  ərzaq  və  kənd  təsərrüfatı  bit-

kilərinin  yabanı  əcdadlarından  istifadə  etmək  olar.  Təəssüf  ki,  əsas  ərzaq 

bitkilərinin yabanı növlərinin əksəriyyəti itmək təhlükəsi altındadır.  



38 

 

1.5.4Adventiv növlər ekosistemi dağıdır  

İnsan fəaliyyəti nəticəsində bəzi bitki və heyvan növlərinin təbii qrup-

lara  gətirilməsi,  müəyyən  mənada  ―bioloji  çirklənmə‖dir.  Bir  sıra  hallarda 

belə çirklənmələrin nəticələri digər antropogen çirkləndiricilərin mənfi nəti-

cələrini əhəmiyyətli dərəcədə ötüb keçir.   

Adventivlərin  yerli  flora  və  faunaya  vurduğu  ziyana  misal  olaraq, 

Avstraliya  materikinə  dovşanların,  Avropa  tülkülərinin,  Missisipi  qurba-

ğalarının  gətirilməsini  göstərmək  olar.  Bu  heyvanların  hər  biri  təbii  düş-

mənlərinin  yerli  faunada  olmaması  səbəbindən  hədsiz  artmış  və  canlı  aləm 

üçün təhlükə yaratmışlar.  

Ambroziya,  sarı  sarmaşıq,  sürünən  kərkə,  tikanlı  quşüzümü  kimi  ad-

ventiv alaq otları kənardan floraya düşmüşdür və yerli növləri sıxışdırır.  

Məməlilərdən  Amerika  yenotu  iqlimləşdirilmiş  aqressiv  növdür.  İlk 

dəfə  1941-ci  ildə bu heyvanın  10 erkəyi,  11 dişisi   gətirilib  İsmayıllı rayo-

nunun  ərazisinə  buraxılmışdır.  Sonra  heyvanlar  Böyük  Qafqaz  və  Talış 

dağlarının  meşə  ekosistemlərinə  yayılmışlar.  İntensiv  ovlanmasına  baxma-

yaraq,  yenotlar ov heyvanlarının müxtəlifliinə böyük ziyan vurur və Azər-

baycanda  ziyanverici  növ  hesab  olunur.  Onun  ilboyu  ovlanmasına  icazə 

verilir.  



Təbii  patogen  növlər.  Azərbaycanın  ərazisində  bir  sıra  təhlükəli 

bitkilərin virus mənşəli xəstəlikləri meşələrə və kənd təsərrüfatına külli miq-

darda  ziyan  vura  bilər.  Xəstəliklərin  bəziləri  vəhşi  təbiətdə  təbii  infeksiya 

ocağına malikdir. Məsələn, quduzluq – bütün növ heyvanlara yoluxması ilə 

səşiyyələnir  və  mərkəzi  sinir  sistemini  sıradan  çıxarıb,  ölümlə  nəticələnir. 

Miksomisetlərin  parazit  və  patogen  nümayəndələrinin  əksəriyyətinə  həm 

faydalı yabanı, həm də mədəni bitkilər üzərində rast gəlmək olur.  

Bütün  parazit  qurdlar  müvafiq  şəraitdə  patogen  ola  bilər.  Azərbay-

canda bir neçə qurd tiplərinin nümayəndələri tapılıb. Biomüxtəlifliyin vəziy-

yətinə dair I Milli Məruzədə qeyd edildiyi kimi, Azrbaycanda  yastı qurdlar 

tipindən 4000 növ, ilkboşluqlular tipindən isə 789 növ deydə alınmışdır.  

Nadir və kökü kəsilməkdə olan növlər. Bitki və heyvan növləri məruz 

qaldıqları bir sıra antropogen mənşəli təhlükələrin səviyyəsindən və xarakte-

rindən,  eləcə  də  mühafizəsinin  prioritetlik  dərəcəsindən  asılı  olaraq  aşağı-

dakı dörd kateqoriyaya bölünür:  1.İtməkdə olan – xilasları xüsusi mühafizə 

tədbirləri tələb edən, ciddi itmək təhlükəsi altında olan növlər. 2. Azalmaq-

da  olan  –  saylarının  azalması  sürətlə  davam  edən,  yaxın  gələcəkdə  I 

kateqoriyaya keçə bilən növlər.  3. Nadir – hələlik məhv olma təhlükəsi al-

tında olmayan, lakin getdikcə daha az sayda və ya daha məhdud ərazilərdə 

rast gəlinən və kifayət qədər böyük itmə riski altında olan növlər4. Yüksək 



diqqət  tələb  edən  -  1-3  kateqoriyaya  aid  olmayan,  amma  xüsusi  diqqətə 

39 

 

ehtiyac duyan növlər. Çox vaxt bu kateqoriyaya az məlum növlər aid edilir, 



onlar,  bəlkə  də,  itmə  təhlükəsi  altındadır,  lakin  informasiya  qıtlığı  onların 

populyasiyalarının  vəziyyətini  yüksək  ehtimalla  qiymətləndirməyə  imkan 

verir.    

İtən  növlər  kateqoriyasına  yırtıcı  quşlar  və  məməlilər  kimi  qida 

zəncirində  yuxarı  səviyyədə  olan  heyvanlar  daha  çox  aiddir.  Onlar  hətta 

pozulmamış  məskunlaşma  mühitində  də  nadirdir  və  antropogen  təsirin 

istənilən  formasına  çox  həssasdır.  Endemik  növlərin  həssaslığı  yüksəkdir, 

onların yayılması olduqca məhduddur. Nəhayət, I və II kateqoriyaya xüsusi 

məskunlaşma mühiti tələb edən növlər, məsələn, qidasını yarpaqlı ağacların 

çürümüş  gövdələrində    yaşayan  həşarat  sürfələri  təşkil  edən  ağ  ağacdlən 

aiddir.  

Yabanı    buğdanın  bütün  dünya  üçün  əhəmiyyət  daşıyan  müxtəlifliyi 

itmək təhlükəsi ilə üzləşir, onlarda areal daralması müşahidə edilir.  

Respublika  ərazisində  olan  bir  çox  meyvə,  giləmeyvə,  dərman  və 

sənaye əhəmiyyətli bir çox yabanı bitki sortları kütləvi surətdə məhv olurlar.  

Kənd təsərrüfatı bitkilərinin xalq seleksiyası və elmi seleksiya yolu ilə 

yaradılmış bir sıra növləri fermer təsərrüfatlarında az əkildiyindən və ex-situ 

saxlanma şəraitinin lazımi şəraitdə olmaması nəticəsində itmiş, ya da itmək 

təhlükəsi altındadır.  



 

1.5.5.Qırmızı kitablar 

Saylarının  azalması  həyacan  doğuran  növlərin  tədqiqi  əsasında  nadir 

və  itən  bitki  və  heyvan  növlərinin  siyahısı  tərtib  olunur.  Təbiətin  və  Təbii 

Ehtiyatların  Mühafizəsi  üzrə  Beynəlxalq  İttifaqın  himayəsi  altında  itmək 

təhlükəsi  olan  müxtəlif  heyvan  və  bitki  növlərinin  populyasiyalarının 

vəziyyəti  haqqında  məlumatlar  olan  ―Qırmızı  Kitab‖  və  ―Qırmızı  siyahı‖ 

çap  olunur.  ―Qırmızı  Kitab‖  ilk  dəfə  1963-cü  ildə  çap  olunmuşdur.  Onun 

1978-1980-ci  illərdə  buraxılmış  4-cü  nəşrinə  məməlilərin  226  növ  və  70 

növaltı,  quşların  181  növ  və  77  növaltı,  sürünənlərin  77  növ  və  21  yarım-

növü  və  s.  daxil  edilmişdir.  Təhlükə  altında  olan  növlərin  "Qırmızı  siya-

hı"sının  sonuncu  versiyası  2006-cı  ildə  hazırlanmışdır.  Bu  siyahının  tutul-

ması üçün meyarlar sonuncu dəfə 2001-ci ildə müəyyən edilmişdir. Bu me-

yarlara görə, növlər bu cür qruplaşdırılır: 1) nəsli kəsilmiş; 2) təbiətdə nəsli 

kəsilmiş;  3)  kəskin  təhlükə  altında  olan;  4)  təhlükə  həddində  olan;  5)  zəif-

ləmiş;  6)  təhlükəli  həddə  yaxın  olan;  7)  az  təhlükəli;  8)  az  öyrənilmiş;                 

9)  qiymətləndirilməmiş.  Ümumdünya  Ətraf  Mühitin  Monitorinqi  Mərkəzi 

tərəfindən də 1981-ci ildən ―Mərkəzi Qırmızı Kitabı‖ nəşr edilir. Son üç yüz 

əlli ildə Yer üzərində 60 növdən çox vəhşi heyvan və demək olar ki, 100 quş 

növü itmişdir. Bu siyahı artımı bu gün də davam edir.  


40 

 

Azərbaycanın ―Qırmızı Kitabı‖ 1989-cu ildə nəşr edilmişdir. Kitab altı 



hissədən  ibarət  olmaqla  itmək  təhlükəsində  olan  növlərin  siyahısını  ver-

məklə  yanaşı,  onların biologiyası   və hazırkı  vəziyyəti haqında  məlumatlar 

da  verir.  Azərbaycanda  itmək  təhlükəsi  altında  olan  400-ə  qədər  bitki  nö-

vündən 140-ı bu kitaba  daxil edilmişdir və s.  

Azərbaycanın  ―Qırmızı  Kitabı‖nın  yeni  nəşri,  təəssüf  ki,  daha  çox 

növü əhatə edəcəkdir.  

 


Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin