Texnogenez Ģəraitində aqroekosistemlərin funksiyalaĢması
2.2.1. Texnogenez
İnsanlar təbii mühitin maddə və problemlərini fasiləsiz dəyişməklə və
yenidən formalaşdırmaqla özünə əlverişli şərait və yaşama mühiti yaradır.
Cəmiyyətin inkişafının daha yüksək pilləsində mü-hitin özünün yenidən
formalaşması baş verir. Nəticədə hər bir əmək məhsulu insanla təbiətin bir-
gə təsirinin nəticəsi kimi üzə çıxır, cəmiyyətin istehsal gücünün inkişafının
səviyyəsi isə belə qarşılıqlı təsirin miqyasında əks olunur. İstehsal gücündən
asılı olaraq təbii-ehtiyyatlar potensialından istifadə genişlənir, ictimai isteh-
sal təbii mühitin ―iştirak‖ dərəcəsi artır ki, nəticədə təbii komplekslərə və
onların komponentlərinə birtərəfli antropogen təsirin daim güclənməsi ilə
şərtlənir. Şübhəsiz ki, belə təsirlərin birbaşa nəticəsi texnogenez prosesinin
formalaşması və inkişafıdır.
Texnogenez – bu insanın istehsal fəaliyyətinin təsirindən təbii kom-
plekslərin dəyişməsi prosesidir. Biosferin yenidən formalaşması ilə nəticə-
lənir. Burada çoxsaylı geokimyəvi proseslər baş verir (insanların texniki və
texnoloji fəaliyyətinə bağlı), bir çox kimyəvi elementlərin qatılaşması və
yenidən qruplaşması, onların mineral və üzvi birləşmələri yaranır.
İnsanın sənaye, kənd təsərrüfatı və digər çoxplanlı fəaliyyəti nəti-
cəsində müxtəlif formalı maddənin böyük həcmdə texnogen miqrasiyası baş
verir. Bunların çoxu təbii ətraf mühiti çirkləndirir (cədvəl 2.5, 2.6, 2.7).
Kənd təsərrüfatının payına 1970-ci ildə 39%-dən çox tullantı düşür.
Bu rəqəm son vaxtlar xeyli artıb. Bunu təbiətin mühafizəsi tədbirlərində nə-
zərə almaq lazımdır, belə ki, texnogenez prosesləri, bir qayda olaraq ener-
80
getik, sənaye və nəqliyyat təsiri ilə izah olunur. Kənd təsərrüfatı tullantıları
struktur spesifikasından və onların sonrakı transformasiyasından özünəməx-
susluğu, təbii komponentlərlə (torpaq, su və b.) birbaşa təsiri çox aktiv baş
verir.
Cədvəl 2.5
1970-ci ildə dünyada istehsal və istehlak tullantılarının həcimi (mln.t) və
strukturu (TorçeĢnikov və b. , 1981 )
Tullantıların kateqoriyası
Klassik
Enerjisi
Sənaye
Kənd
təsərrüfatı
Kom.
məişət
sektoru
Cəmi
Atmosferi çirkləndirən
əsas qaz formalı maddə
17326
47
1460
873
19706
Bərk hissəciyin atmosferə
atılması
133
91
14
3
241
Bərk tullantılar
-
4000
-
1000
5000
Karbohidratlar
42
14
9
4
60
Üzvi maddələr
-
-
4500
30
4530
Fekal tullantılar
-
-
9400
180
9580
Cəmi
17501
4152
15383
2090
3926
Kənd təsərrüfatı fəaliyyətində əmələ gələn çirkləndirici maddələrin
adam başına və 1km
2
əraziyə düşən miqdarı (Losev və b., 1993)
Cədvəl 2.6
Ölçü vahidi
Atmosfer
Qrunt
sular
Su
Bərk tullantılar
Cəmi
Zərərli
Cəmi
Zərərli
1 adama t/ildə
13
0,24
500
0,30
53
17,7
1 km
2
-ə t/ildə
66
1,60
4500
2,50
700
230,0
1989-cu ildə Rusiyada adambaşına düşən bəzi təhlükəli atmosfer və su
çirkləndirici maddələrin miqdarı 2.5 (Losevvə b. , 1993)
Cədvəl 2.7
Atmosfera
Su
CO
2
Karbohid-
ratlar
Pb
Hq
Benzapren Flüoritlər
Fenol
Ağır
metallar
60 kq
40kq
23q 170mq
100mq
90q
30q
14q
2.6, və 2.7 -cı cədvəllərdə verilən materiallar çirkləndirici maddələrin
əraziyə və insanlara təsirinin təxmini mənzərəsini verir. Görünür Rusiyada
artıq ―çirklənmiş sahə‖ formalaşıb, təbii və süni ekoloji cəmiyyətlərin qeyri-
sabitliyi üçün əhəmiyyətli faktorlardır.
Qurunun təxminən 1/3-nə insan fəaliyyəti təsir etmir. Bu cür ―azad‖
81
ərazilər təxminən belədir (%): Şimali Amerikada – 37,5; MDB-də - 33,6;
Avstraliya və Okeaniyada – 27,8; Afrikada – 27,5; Cənubi Amerikada –
20,8‖ Asiyada – 18,6; Avropada – 2,8, yalnız Antarktida antropogen təsir-
dən zərər çəkməyib. Lapin. V. L. və başqa (1996) qeyd edir ki, təsərrüfat
fəaliyyətindən yaranan ekoloji ziyanın dərəcəsi aydın görünən regional
xarakter daşıyır.
2.2.2. Ətraf mühitin çirklənməsi
Çirklənmə. Texnogeniz təsirin inteqral göstəricisi təbii ətraf mühitin
çirklənməsidir. Dar mənada çirklənmə hər hansı mühitə yeni, onun üçün
xarakterik olmayan fiziki, kimyəvi və bioloji agentlərin gətirilməsi və ya bu
agentlərin orta çoxillik təbii miqdarının yüksəldilməsidir. Məsələn, ―Təbiət
mühafizəsinin lüğətində‖ (1995) belə təyinat verilir: çirklənmə - öz yerində
olmayan, öz vaxtında və öz miqdarında (təbiət üçün təbii olan) olmayan,
təbii sistemi tarazlıqdan çıxaran, adət müşahidə olunan normadan
fərqləndirən hər şeydir. Çirklənmə istənilən agentdən baş verə bilər.
çirklənmə antropogen təsirlərdən baş verə bilər.
Ekoloji nöqteyi-nəzərdən çirklənmə təkcə yad komponentlərin
gətirilməsi deyil. İstənilən halda çirklənmə obyekti biosferin elementar
struktur vahidi – biogeosenoz olur, yadcinsli maddələrin olması ekoloji
faktorların təkamüldə formalaşmış rejimini dəyişir. Bu da mübadilə -
məhsul proseslərinin pozulmasına uyğun olaraq, bütövlükdə biogeosenozun
məhsuldarlığının düşməsinə səbəb olur. Çirklənmə ekoloji sistemlərin
deqradasiyasına gətirən ―maneələr‖ kompleksidir.
Q.V.Stadnitski və A.L.Radionovun fikrincə ekoloji nəzərdən çirklən-
dirici təsirlər daha adekvat əks olunur: istənilən ekoloji sistemin canlı kom-
ponentin struktur dəyişkənliyinə, maddələr dövranını qırır (arası kəsilir),
onların assimilyasiyasını enerji axınını dayandırır, nəticədə verilən ekosis-
temin məhsuldarlığını azaldır və ya ekosistemi dağıdır.
Əlbəttə ―çirklənmə‖ termininin Ağ evin (ABŞ, 1965) komissiyasının
məruzəsinin geniş mənası verilib. ―Ətraf mühitin keyfiyyətini bərpa etmək
üçün‖: çirklənmə ətraf mühitin əlverişsiz dəyişkənliyidir, hansı ki, bütöv-
lükdə və ya qismən insan fəaliyyətinin nəticəsidir; birbaşa və ya dolayısı ilə
ötürülən enerjinin paylanmasını dəyişir, radiasiyanın səviyyəsini, ətraf
mühitin fiziki-kimyəvi xassələrini və canlıların yaşama şəraitini dəyişir. Bu
dəyişikliklər insana birbaşa və ya dolayısı ilə kənd təsərrüfatı resurslarından
təsir edə bilən, sudan və ya digər bioloji məhsullardan keçə bilər. Əşyaların
fiziki xassələrini pisləşdirməklə də insana təsir edə bilərlər.
Öz fəaliyyətinə görə çirklənmə arzuolunmaz maddələr, (itkisidir)
enerji, əmək və vəsait itkisidir, hansı ki, xammal və materialların alınma-
82
sında istifadə olunur, geriyə dönməyən tullantıların artmasına, biosferdə
paylanmasına səbəb olur. Çirklənmə ekoloji sistemlərin dönməyən dağıl-
masına səbəb olur, mühitin qlobal fiziki-kimyəvi parametrlərinə təsir edir;
çirklənmə nəticəsində məhsuldar torpaqların itkisi baş verir. Ekoloji sistem-
lərin məhsuldarlığı aşağı düşür və bütövlükdə biosferin çirklənməsinin in-
sanların fiziki və mənəvi vəziyyəti birbaşa və ya dolayısı ilə pisləşir. Bey-
nəlxalq konvensiyanın materiallarında (1991) istehsal və obyektlərin aşağı-
dakı növləri ekoloji təhlükəli hesab olunur.
Atom sənayesi; energetika (atom, hidroqrafik və istilik elektrik stansi-
yaları, iri yanacaq yandırma qurğuları); qara və əlvan metallurgiya (dönmə-
yə marten peşələrinin qurulması, əlvan və qara metalların təşkili, maşın-
qayırma və metal emalı müəssisələri); neft-kimya, neft və qaz emalı; kimya
sənayesi (kimyəvi kombinatlar, asbest istehsalı, şüşə, mineral gübrələr,
pestisidlər və b.); faydalı qazıntı yataqları (neft və qaz daxil olmaqla); neft
və qazın, onların emalı məhsullarının daşınması; sellüloza, kağız, karton
istehsalı; toksiki və zəhərli tullantıların daşınması; döyüş ehtiyatlarının,
partlayıcı maddələrin və raket yanacaqlarının istehsalı, saxlanması və məhv
edilməsi, neft, neft-kimyəvi, kimyəvi, kimyəvi məhsulların, pestisidlərin
saxlanası üçün iri anbarlar; yol salınması (avtostrad) dəmir yol trasları, en-
mə zolağı 2000 m-dən çox olan aeroportlar; kənd təsərrüfatı obyektləri (hey-
vandarlıq kompleksləri, quşçuluq fabrikləri, meliorasiya sistemləri); səthi və
yeraltı suların iri su bəndləri; iri platinlər və su anbarları, böyük sahələrdə
meşələrin qırılması; yüngül sənaye (təmizləmə fabrikləri, yunların ağardıl-
ması, dəri zavodları, boyayıcı fabriklər). Göstərilən daimi mənbələrdən
başqa təbii ətraf mühiti böyük şəhərlərdə avtotransport, onlardan çıxan qaz
tullantıları böyük miqdarda çirklənmə mənbələridir.
Çirkləndirici faktorların təsnifatı. Çirkləndirici faktorlar fiziki-kimyəvi
parametrlərinə görə mexaniki, fiziki (energetik), kimyəvi və bioloji olurlar
(bölünürlər). Çirklənmənin mexaniki mənbəyi atmosferdə inert kül hissəcik-
ləridir, bərk hissəciklər suda və torpaqda müxtəlif cisimlər çirklənmənin
kimyəvi mənbəyi qaz formalı, maye və bərk kimyəvi elementlər və birləş-
mələrdir. Atmosferə düşən və təbii ətraf mühitin komponentləri ilə qarşılıqlı
təsirdə olan, çirklənmənin fiziki (energetik) mənbəyi istilik, səs-küy, vibra-
siyalar, ultrasəs, görünən infraqırmızı və ultrabənövşəyi işıq enerjisi spektr-
ləri, elektromaqnit sahələri, ionlaşdırıcı şüalar.
Bioloji çirklənmələr müxtəlif növ orqanizmlərlə bağlıdır, (insanın işti-
rakı ilə yaranan, onun özünə və canlı təbiətə ziyan vuran) son vaxtlar təbii
landşaftların və peyzajların urbanizasiyasının pozulması da çirklənməyə
daxil olub.
83
F.Ramad (1981) qeyd edir ki, çoxsaylı kriteriyalarına görə çirkləndiri-
cilərin hər bir təsnifatı qənaətbəxş ola bilməz. Müasir təsəvvürlər dünyasın-
dada ekoloji sistemlərin çirklənmə təsnifatı daha dolğundur (Stadnitskiy,
Radiona, 1988. şəkil 2. 1.).
ġəkil 2.1.Ekoloji sistemlərin çirklənmə təsnifatı
(Stadnitskiy, Radiona, 1988).
İnqridient çirklənməsi anlayışı altında təbii biogeosenozlara yad olan
maddələrin miqdar və keyfiyyətcə cəmi başa düşülür.
Parametrik çirklənmə təbii ətraf mühitin keyfiyyət parametrlərinin
dəyişməsidir.
Biosenotik çirklənmə canlı orqanizmlərin populyasiyasının tərkibi və
strukturuna təsiri ilə bağlıdır.
Sosial - destrusion çirklənmə təbiətdən istifadə proseslərində land-
şaftın və ekoloji sistemlərin dəyişməsidir (özünü göstərir) və təbii sistem-
lərin transformasiyasının intensivliyi ilə təyin olunur.
Çirklənmə problemlərinə baxdıqda onların təbii mühitdə yayılmasını
nəzərdən qaçırmaq olmaz (şəkil 2.2.).
84
ġəkil 2.2. Təbii mühitdə çirklənmənin yayılması
Çirkləndirici maddələrin müxtəlif formalarda keçməsini bildikdə təbii
ətraf mühitin texnogen təsirlərin həqiqi paylanmasını qiymətləndirmək olar.
bu zaman çirkləndiricilərin əsas növlərini və onların mənbələrini bilmək
lazımdır:
Çirklənmənin növü
Göstərilən çirklənmə növü üçün xarakterik
olan sənaye sahəsi
Hava
Halogen tərkibli birləşmələr
Metallik hissəciklər
Karbohidratlar
CO
2
, SO
2
, NO, NO
2
Kimyəvi, soyuducu,
Metallurgiya, dağ-mədən işi
İstilik energetikası, nəqliyyat
CO
2
, SO
2
, NO, NO
2
Torpaq
Aktiv lil
Kül, şlak
Metallar
Zibil
Plastmas, üzvi maddələr
Radionuklidlər
Sellüloza və kağız
Bioloji təmizlənmənin şəhər stansiya
Energetik, metallurgiya
Metallurgiya, kimyəvi
Kommunal məişət təsərrüfatı,
şəhər təsərrüfatı
Kimyəvi
AES, hərbi
Sellüloz, kağız, kommunla- məişət
təsərrüfatı
Su
Ağır metal ionları
Boyaq maddələri, fenollar
Asan mənimsənilən və
biogen maddələr
Liqninlər
Kommunla- məişət təsərrüfatı
Dağ-mədən, maşınqayırma
Toxuculuq
Kənd təsərrüfatı, şəhər təsərrüfatı
Sellüloza və kağız
85
Mineral duzlar
Neft məhsulları
Üzvi həlledicilər
Pestisidlər
Radioaktiv
Sintetik səthi aktiv maddələr
İstilik
Kimyəvi
Neft çıxarma, neft emalı
Kimyəvi
Kənd təsərrüfatı
AES, hərbi
Şəhər axınları
Energetik (AES, İES, SES)
Müxtəlif xoşagəlməz təsirlərin xarakteristikası üçün çirkləndirici mad-
dələrin stress-indeksi istifadə olunur.
çirkləndirici faktorlar
Stress-indeksi
Pestisidlər
Ağır metallar
Daşına AES tullantıları
Ağır zəhərli tullantılar
Metallurgiyada metallar
Təmizlənməmiş çirkab sular
SO2
Neft axınları (gölməçələri)
Kimyəvi gübrələr
Üzvi məişət tullantıları
NO
Radioaktiv tullantılar saxlanması
Şəhər zibilləri
Fotokimyəvi oksidantlar
Havada uçan karbohidratlar
Şəhər səs-küyü
CO
140
135
120
120
90
85
72
72
63
48
42
40
40
18
18
15
12
2.2.3. Texnogenezin nəticələri
Müasir biotexnosferanın ayrılmaz hissəsi olan aqroekoloji sistemlər
təbii senozlar kimi daimi texnogen təsirlərə məruz qalır, lokal, regional və
qlobal xarakterli müxtəlif çirklənməyə məruz qalırlar. Qeyd olunduğu kimi,
çirklənmə maddə və enerji mübadiləsində pozucu rol oynayır. bu aqroekoloji
sistemləri təşkil edən təbii komponentlərin kəmiyyət və keyfiyyət dəyişkən-
liklərində, (üzə çıxır) becərilən bitkinin dözümlülüyünün və məhsuldarlığının
azalmasında üzə çıxır. Nəticədə əsas məqsədə çatmaq çətinləşir kənd təsərrü
fatı məhsullarının sabit istehsalı.
86
ġəkil 2.3. Əlvan metallurgiya müəssisələri rayonunda bitki örtüyünün
vəziyyəti (Lazanovski və b., 1998)
Şəkil 2.3 texnogen proseslərin formalaşması və sonrakı təsirlərini gös-
tərir. İntensiv qaz-kül tullantıları mənbələri olan regionlarda bitki örtüyünün
deqradasiya dərəcəsinə görə zonalar kəskin fərqlənir: bitki olmur və ya
güclü məhv olur (―texnogen səhra‖ zonası); zəif məhv olmuş və zədələn-
məmiş (fon). Baxılan halda çirklənmiş torpaq və bitki sahəsi 19 min hektar,
onlardan 1,7 min hektarı çox güclü məhv olmuş zonadır.
İ.N.Lozanovskaya (1998) atmosfer havasının və torpağın qaz-gil tullan-
tıdan çirklənməsindən, təbii fitosenozların pozulması və hətta tam məhvindən,
bitki növlərinin mümkün olan floristik dəyişkənliklərindən, texnogen geokim-
yəvi əyalətlərin formalaşmasından və s. danışarkən ona diqqət yetirir ki, aktiv
çirklənmə zonası 5-10 km, bəzi hallarda otlarla km-lərlə uzana bilər.
Əgər aqroekosistemlərə diqqət yetirsək aşağıdakıları qeyd etmək olar.
Texnogenezin nəticələri torpağın vəziyyətinə mənfi təsir edir. Məsələn, tor-
pağın şum qatında yağış qurdlarının sayı tullantı mənbələrinə məsafəsindən
və istiqamətindən asılıdır. (E-şərq, W –qərb) (Luks 1981)
U* 250 E 600 E 750 E 950 E
S** 0 0,5 5 7,5
U 1150 E 1400 E 1500 E 400 W
87
S 9 16 33 63
U
*
-tullantı mənbəsindən uzaqlığı, m
S
**
torpağın 100 l şum qatında yağış qurdlarının sayı.
Bu arealın torpaqlarının tərkibində mində 200...2000 hissə As,
mində 100..200 hissə Pb və mində 1000 hissə Zn olur. Şum qatına qədər
600 m məsafədə yağış qurdları praktiki olaraq olmur, bu torpağın
―ölməsini‖ təsdiq edir.
Çirklənmənin təsiri nəticəsində aqroekosistemin məhsuldarlığı aşağı
düşür (cədvəl 2.8). İki il ərzində sağılan inəklərin çirklənmiş yemlərlə yem-
lənməsində süd məhsulu təmiz yemləmələrlə yemləndirilənlərdən 19,8%
aşağı olur. Çirklənmiş yemlərlə yemləndirilən iri buynuzlu mal-qaranın çə-
kisi 19,4-37,5% aşağı düşür.
Cədvəl 2.8
Kənd təsərrüfat bitkilərinin məhsuldarlığının azalmasını %-ə atmosferə atılan
zəhərli maddələrin mənbələrindən məsafəsindən asılılığı (Balatskiy, 1979)
Bitki
Məsafə, km
2-3
5
Buğda
18,7
9,4
Çovdar
15,2
7,6
Arpa
24,4
12,2
Yulaf
31,1
15,5
Qarğıdalı
25,0
12,5
Kartof
35-47
18-24
Çuğundur
25-62
13-31
Kətan
62,6
31,3
Yonca (hibrid)
33,1
16,6
Yonca
37,8
18,9
2.4 və 2.5-ci şəkillərdə formalaşmış funksional əlaqəli sistemin
qarşılıqlı əalaqələri və istiqamətini yaxşı başa düşmək üşün sxema verilir:
texnogen təsir - ətraf mühit – bitki – heyvan – insan münasibətləri, eləcə də
bu təsirlərin mürəkkəbliyi verilir. Texnogenezin məhsulları müxtəlif
çirkləndirici məhsullar kimi çoxmərhələli çevrilmələrə məruz qalır ki, bunu
məhsuldar aqroekosistemin formalaşmasında nəzərə almaq lazımdır.
Aqroekosistemlərdə mərkəzi yeri mədəni bitkilərin geniş dəstini əhatə
edən produtsentlər tutur (avtotrof həlqə). Məhz bu həlqədə texnogenezin
məhsulları, xüsusilə qaz-toz tullantıları, birbaşa və dolayı yolla toplanır.
(Şəkil 2.6.) Bitkliyə çirklənmənin görünməyən təsirləri və görünən zədələri
88
müəyyən olunur.
ġəkil 2.4. Zəncirdə mümkün olan əsas əlaqələr: zərərli təsirlər- bitki-
heyvan (Dassler və Bortitz, 1971)
Əsas görünməyən təsirlərə daxil edilir: bitki materiallarının zəhərli
maddələrin qazformalı və bərk komponentləri ilə çirklənməsi, hansı ki,
bitkinin ayrı-ayrı hisələrilə udulur, daxildə toplanır və ya yapışır (bəzi
komponentlər ilkin olaraq bitki və onun ayrı-ayrı orqanları üçün təhlükəli
olmasalar da, bitki materialının sonrakı istifadəsi zamanı zəhərli ola bilər);
bitkilərdə qısa müddətdə baş verən maddələr mübadiləsi reaksiyalarında
(məsələn, çirkləndirici inqridientlərin yüksək qatılığında) onlar gizli ilkin
təsirlər kimi özünü büruzə verirlər, hansı ki, mühitin digər fgaktorları ilə
birləşdikdə neqativ təsirləri güclənir; hüceyrə daxilində struktur dəyişmələri
baş verir.
|