57
1.9. Qlobal ekosistem – Biosfer haqqında təlim
1.9.1.Biosfer sözünü ilk dəfə elmə 1875-ci ildə avstraliyalı geoloq
Eduard Zyuss daxil etmişdir
Lakin o, biosferi Yerin digər sferlərindən – litosfer, hidrosfer, atmos-
fer – biri kimi əsaslandırmaqla kifayətlənib, özünün əsas ixtisaı olan tekto-
nika sahəsinə keçmişdir. Biosferi yerin həyat olan sahəsi hesab edirlər. Bio
– həyat, sfer – təbəqə. Əslində biosferin hüdudları daha genişdir. Akademik
V.İ.Vernadski biosferə təkcə müasir canlıları və onların ətraf mühitini deyil,
Yerin keçmiş dövrlərində orqanizmlərin təsirinə məruz qalmış hissələrini də
daxil edir. Deməli paleontoloji qalıq kimi tapılan keçmiş orqanizmlərin ətraf
mühiti də biosferə daxildir. Beləliklə, biosfer litosferin çox hissəsini,
hidrosferin hər yerini və atmosferi əhatə edir.
Biosfer təliminin banisi olan akademik V.İ.Vernadskinin xidmətləri
çoxdur. Canlı maddə anlayışını elmə daxil etmişdir. Müasir dünyada və keç
mişdə yaşayan bütün canlıların əmələ gətirdiyi biokütlə canlı maddə adlanır.
Canlı maddə konsepsiyasına görə orqanizmlərin geokimyəvi rolunun hərtə-
rəfli etiraf edilməsi və tətbiq olunması müasir ekologiyada əsas bazisdir:
Yerin təkinin dəyişdirilməsində canlı maddənin qlobal geoloji və
geokimyəvi rolunun göstərilməsi.
Təbiətə, o cümlədən biosferin ayrı-ayrı komponentlərinə antropogen
təsir haqqında ümumi konsepsiyanın əsaslandırılması.
Ətraf mühitin biokos hissəsi haqqında geniş konsepsiyanın yaradıl-
ması.
Vernadski təliminin əsas mahiyyəti budur ki, o, biosferin bütün
hissələrini qlobal dialektik bütövlükdə və dinamik hərəkətdə görməklə,
müasir sistemli ekologiyanı xeyli qabaqlamışdır. Vernadski müasir biosferə
keçmiş biosferlərdən qalan maddələri daxil etməklə, indiki həyatın qlobal
qanunauyğunluqlarının tarixi mənşəyini açmağa imkan yaratmışdır.
1.9.2. Canlı maddənin qlobal rolu
Vernadski canlı maddəni yer kürəsinin ən güclü geokimyəvi maddəsi
hesab edir. O, canlı maddənin aşağıdakı əsas biogeokimyəvi funksiyalarını
göstərir:
● Canlı maddənin qaz funksiyası – planetdə atmosferin tərkibinin can-
lı maddə vasitəsilə formalaşdırılması. Canlı maddənin fəaliyyəti nəticəsində
atmosferdə sərbəst oksigenin miqdarı artmış, karbon qazı isə azalmışdır.
● Canlı maddənin yüksək konsentrasiya yaratmaq xassəsi. Orqaniz-
min toxumasında bəzi kimyəvi elementlər toplanıb yüksək konsentrasiya
əmələ gətirir. Məsələn, kömürün tərkibində karbohidrat Yer səthinə nisbətən
58
min dəfələrlə çoxdur. Canlı maddənin bu tipli yüksək konsentrasiyalı funk-
siyası müasir litosferin yuxarı təbəqəsindəki kalsium, yod, dəmir, marqans,
kükürd, fosfor və s. elementlərin geoloji tarixində və yayılmasında özünü
göstərir.
● Canlı madənin oksidləşdirici-bərpaedici funksiyası. Oksidləşmə və
bərpa olunma reaksiyalarına məruz qalmış bir sıra elementlərin tarixində
canlı maddənin mühüm rolu olubdur: dəmir, kükürd, marqans, azot, mis,
selen, uran, kobalt, molibden və s. element birləşmələri.
● Canlı maddənin biokimyəvi rolu. Orqanizmlərin böyüməsi, çoxal-
ması və sahədə yerləşməsi onların biokimyası ilə bağlıdır. Canlı maddənin
biokimyası geoloji əhəmiyyətə malik olub, onun tarixi yayılmasını tənzim
edən mexanizmlərə daxildir.
● Canlı maddənin biogeokimyəvi fəaliyyəti. Vernadski faktik olaraq
ilk dəfə Yerin təkinə insanın kompleks təsiri konsepsiyasını əsaslandırmış-
dır. Yalnız son vaxtlar bu hadisə ətraf mühitə antropogen təsir adlandırılır.
Vernadski bəşəriyyətin geokimyəvi fəaliyyətini, yəni onun biosferə təsirini
canlı maddənin funksiyalarından biri kimi göstərir. Amma Vernadski heç
vaxt insanı biosferə qarşı qoymurdu. Bu aydın göstərir ki, insanla ətraf
mühit arasındakı antoqonizm son bir neçə 10 illər ərzində əsassız çoxal-
mışdır.
1.9.3. Biosferdə maddələr dövranı
Maddələr dövranı böyük (geoloji) və kiçik (biogeokimyəvi) olmaqla
iki qrupa bölünür. Maddələrin böyük dövranı Günəş enerjisi ilə Yerin də-
rinlik enerjisisnin qarşılıqlı təsirilə baş verir və biosferdə Yerin daha dərin
qatlarında maddələrin paylanması ilə yerinə yetirilir. Maqmatik suxurların
aşınması nəticəsində əmələ gələn çökmə suxurları yer qabığının hərəkətdə
olan zonasında yenidən yüksək temperatur və təzyiq zonasına daxil olur.
Onlar orada əriyərək maqmanı – maqmatik suxurların yeni mənbəyini əmələ
gətirirlər. Bu suxurlar yerin səthinə çıxdıqda aşınma proseslərinin təsirilə
onlar təzədən çöküntü suxurlara trasformasiya olunurlar. Maddələr mübadi-
ləsinin simvolu dairə deyil spiraldır. Bu yeni mübadilə tsiklinin köhnədə
olduğu kimi təkrarlanmasını deyil, onun yenilik gətirdiyini göstərir və vaxtı
gəldikdə böyük dəyişikliyə səbəb olur.
Quru ilə okean arasında atmosfer vasitəsilə suyun dövranı da böyük
dövran adlanır. Dünya Okeanı səthindən buxarlanan su quruya aparılır, ora-
da yağıntı şəklində düşərək, səth və yeraltı axınlar halında yenidən okeana
qayıdır. Suyun dövranı aşağıdakı sadə sxemlə gedir: okeanın səthindən su-
yun buxarlanması–su buxarının kondensasiyası – həmin okeanın səthinə ya-
ğıntıların düşməsi. İl ərzində Yerdə suyun dövranında 500 min km
3
–dən
59
çox su iştirak edir.
Suyun dövranı planetimizdə təbii şəraitin formalaşmasında bütövlükdə
əsas rol oynayır. Suyun bitkilər tərəfindən transpirasiyası və onun biogeo-
kimyəvi tsikldə udulması nəzərə alındıqda Yerdə su ehtiyatının hamısı 2
milyon ilə bölünür və parçalanır.
Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı böyük dövrandan
fərqli olaraq yalnız biosfer daxilində tamamlanır. Bu dövranın mahiyyəti
fotosintez nəticəsində qeyri-üzvi maddədən üzvi maddənin yaranması və
parçalanma zamanı üzvi maddələrin yenidən qeyri-üzvi maddələrə çevril-
məsindən ibarətdir.
Biogeokimyəvi dövran biosferin həyatı üçün əsas sayılır və o, həyatın
yaradıcısıdır. Canlı maddə dəyişərək, yaranaraq və ölərək planetimizdə
həyatı saxlayır, biogeokimyəvi maddələr dövranını təmin edir.
Bir sıra ekosistemlərdə maddə və enrji mübadiləsi əsasən trofik zəncir
vasitəsilə yerinə yetirilir. Belə dövran adətən bioloji dövran adlanır. O,
dəfələrlə trofik zəncirdə istifadə olunan maddələrin qapalı tsikli sayılır. Ki-
çik dövran su sistemlərində, xüsusilə intensiv metabolizmi olan planktonda
yer ala bilər, ―yağışlı‖ tropik meşələr istisna olmaqla yer ekosistemlərində
kiçik dövran olmur. Belə ki, kök sistemi səthə yaxın yerləşən tropik
meşələrdə qida maddələrinin ötürülməsi ―bitkidən-bitkiyə‖ təmin oluna
bilər, lakin bütün biosfer miqyasında belə dövran mümükün deyil.
1.9.4. Biosferə antropogen təsirlərin güclü geoloji və geokimyəvi
faktor olması konsepsiyası
V.İ.Vernadskinin dövründə biosferə antropogen təsirlər indiki qədər
deyildi, lakin o, uzaqgörənliklə ―insan və biosfer‖ problemini irəli çəkib za-
manı qabaqlamışdır. Məsələn, keçmiş geoloji dövrlərdə biosferin üzvi mad-
dəsi olan kaustobiolitlərin, yəni qazıntı yanacağının çıxarılıb yandırılması
nəticəsində atmosferə çoxlu karbon qazı buraxılır. Tropik meşələrin tələf
edilməsi və geniş sahələrdə torpaqların şumlanması da karbon qazının miq-
darını artırır. Bunların nəticəsidir ki, hər 10 ildən bir onun miqdarı 3% artır.
Belə getsə atmosferdə karbon qazının miqdarı insanın dözümlülük həddini
aşar.
Əkin sahələrinə həddindən çox gübrə verilməsi nəticəsində şirin sular-
da, dəniz və okeanların sahil sularında evtroflaşma baş verir. Mineral güb-
rələrin tərkibində olan civə ətraf mühiti çirkləndirən zəhər təsirli maddədir.
Litosferdən çıxarılıb ətraf mühitə düşən xrom, kadmium və bu kimi ağır
metal birləşmələri də ekosistemlərə zəhərləyici təsir göstərir. Ətraf mühitin
radioaktiv çirklənməsini də bu deyilənlərə əlavə etsək, ―insan və biosfer‖
60
probleminin nə qədər çətinləşməsi daha qabarıq görünər.
1.9.5. Biokos sistem konsepsiyası.
Vernadskini elmə daxil etdiyi biokos sistem konsepsiyasının əhəmiy-
yəti getdikcə çoxalır. Ekosistemin həyatını riyazi modelləşdirəndə bir
tərəfdən bioloji göstəricilər, digər tərəfdən hidroloji, fiziki-kimyəvi, hava-
iqlim şəraiti eyni əhəmiyyətli faktorlar kimi birləşdirilir. Belə modellər
Dokuçayevin irəli sürdüyü və Vernadskinin inkişaf etdirdiyi vahid biokos
sistem konsepsiyasını, yəni ekosistemdə canlı və cansızların vəhdətdə
olmasını isbat edir. Vernadski biokos sistem anlayışına torpağı, suyu və
bütövlükdə biosferin qabığını daxil edir. Hazırda Vernadskinin davamçıları
biokos sistemə Yerin küləkdəyən qabığını, açıq suları, lilli yerləri və su
toplayan sahələri də daxil edirlər. Sukaçevin biogeosenoz təlimi biokos
sistem konsepsiyasının inkişafıdır.
1.9.6. Biosferi deqradasiyaya uğradan faktorlar
Ehtimal olunur ki, ilk insana bənzər məxluqlar yaranana kimi təbiətdə
mövcud olan canlı aləm biosferin sabitliyinə mənfi təsir göstərməmişdir. İn-
sanların ən qədim əcdadlarının qalıqları Tanzaniyanın Olduvan vadisində
tapılmışdır ki, onların yaşı 1,7 milyon ildir. İnsanların sayı artdıqca onların
hegemonluğu və təbii tarazlığın pozulmasına təsirləri də artmışdır. Məsələn,
Şimali Amerika preriləri – nəhəng otlaqları 10 min il qabaq yerli hindlilər
meşələri yandırmaqla yaratmışlar. İnsanın biosferə sarsıdıcı zərbəsi onun
kənd təsərrüfatı ilə məşğul olmasından başladı. Haqlı olaraq, belə hesab
edirlər ki, kənd təsərrüfatı dəyişdirən ilkin faktordur. Bu baxımdan Kux-
nixolts-Lordun məşhur reqressiv qanununu yada salmaq lazımdır: sulva-
saltus – aqer. Neolit dövründə Çinin ərazisinin 90%-ni meşələr təşkil edirdi,
hazırda bu rəqəm 5%-ə enib. Dünya sivilizasiyasının beşiyi sayılan Fələstin,
Şimali Suriya, Mesopotomiyadan Şərqi İrana qədər olan sahələrdəki boş
sahələr 10 min il əvvəl bütün il boyu məhsul verən münbit torpaqlar imiş.
Bununla belə, elmin, texnikanın və mədəniyyətin inkişafı həmişə aqrar
sektorun ―çiyinlərində‖ durur, çünki heç bir texniki tərəqqi torpağın verdiyi
nemətlərin hamısını icad edə bilmir və etməyəcək də.
XIII əsrin əvvəllərində baş verən bir çox elmi kəşflər müasir istehsal
sahələrinin və cəmiyyətin inkişafı üçün əsas təkan hesab olunur. Texniki
bitkilərin becərilməsi texnikanın inkişafı ilə əlaqədar olaraq genişləndirilir.
XIX əsrin ikinci yarısında sənaye sahələri daha mürəkkəb və çoxcəhətli
şəkildə inkişaf etmiş və böyük həcmdə tullantılar əmələ gəlmişdir. Müasir
61
insan gündə 1,5-2,5 kq tullantı yaradır, yer kürəsində bir ildə 3,6-4 mlrd.ton
tullantı yaradır.
Ekosferin ayrılmaz hissəsi olan insanların durmadan artımı da bio-
sferin deqradasiyasına səbəb olur. Demoqrafik problem barədə Tomas Mal-
tusun nəzəriyyəsi çoxdan məlumdur. Hələ 1798-ci ildə Maltus göstərmişdir
ki, insanların artımı həndəsi, ərzaq artımı isə riyazi proqres əsasında inkişaf
edir. Lakin Maltus nəzəriyyəsində insanların qida ilə təmin olunmasının
riyazi proqresə tabe olması əsassızdır, çünki istər kənd təsərrüfatı, istərsə də
sənaydə məhsul istehsalı əhalinin artımı ilə əlaqədar deyil. Məsələn, keçmiş
Rusiyada yaşayan əhalnin dörddə üçü kənd təsərrüfatı ilə məşğul olurdusa,
hazırda əhali sayı 2 dəfə artsa da kənd təsərrüfatı ilə məşgul olanlar əhali
sayının dörddə birini təşkil edir və adambaşına istehsal olunan ərzaq 2-3
dəfə artmışdır.
Dünya əhalisinin artması ilə əlaqədar olaraq, bir neçə fərziyyə yaran-
mışdır. Onlardan biri demoqrafik alarmizmdir. Alarmistlərə görə insan
artımı mütləq aclığa, müharibələrə, epidemiyalara, ümumiyyətlə, kütləvi
qırğına səbəb olacaqdır. Maltusun müasir tərəfdarları hətta müharibələri də
bioloji mənşəyə mənsub olan qanunauyğunluq sayırlar: insan artımında
birinci amil sayılan ‖artıq‖ kişilərin məhvi, adamların sayını tənzimləyir.
Başqa bir qrup alimlərə görə insanların artımında ictimai inkişaf da
mühüm faktordur – demoqrafik determinizm. Belə ki, iqtisadi cəhətdən
inkişaf edən cəmiyyətdə əhali artımı şüurlu şəkildə davam edir.
Finalizm adlanan cərəyan tərəfdarlarına görə çox uzaq olmayan gə-
ləcəkdə Yer kürəsinin ehtiyatları tükənəcək, dünya əhalisinin məhvi labüd-
ləşəcək.
Ədəbiyyat mənbələrinə görə, bizim eradan 6-7 min il qabaq Yer kürə-
sində cəmi 10 milyon adam yaşamışdır. Eranın ilk dövründə insanların
miqdarı 25 milyondan artıq olmuşdur. XX əsrin əvvəllərində əhali sayı 2
milyardı keşmişdi.
BMT-nin məlumatlarına görə dünyada hər dəqiqə 172-180, gündə
250-255 min, bir ildə 90-95 milyon adam artır. Hazırda Yer kürəsində yaşa-
yan əhalinin üçdə iki hissəsi zülala görə keyfiyyətli qida ilə təmin olunmur.
62
FƏSĠL II
KƏND TƏSƏRRÜFATININ EKOLOJĠLƏġDĠRĠL-
MƏSĠNĠN QANUNAUYĞUNLUQLARI
2.1.
Kənd təsərrüfatı ekosistemləri -Aqroekosistemlər
2.1.1.
Aqroekosistemlərin bioməhsuldarlığı.
Cəmiyyət təbiətlə qarşılıqlı təsirdə daima ən vacib vəzifəni – həyatı
təmin edən qida məhsullarının istehsalını yaratmışdır. Təsadüfi deyil ki, in-
sanın nəinki ən qədim kənd təsərrüfatı fəaliyyəti, hətta ilkin istehsal fəaliy-
yəti - əkinçilikdir. Yaddan çıxarmaq olmaz ki, Qədim yunanıstanda və Ro-
mada ―mədəniyyət‖ anlayışı torpağın bacarıqla düzgün işlənməsi və becəril-
məsinə aid idi. Məlumdur ki, ―kultura‖ məvhumu becərilmə, bitkinin becə-
rilməsi anlayışından yaranır.
Primitiv, sonra isə daha kamil əkinçilik sisteminə keçmə bütövlükdə
daha kamil kənd təsərrüfatına aparır ki, bu da ərzaq ehtiyatlarının istehsa-
lının artmasına səbəb olur, hansı ki, ilkin bioloji məhsulun formalaşmasında
aqrar sektorun əhəmiyyətini artırır. Bu artım planetimizdə əhalinin sayının
artmasına şərait yaratdı. Kənd təsərrüfatı istehsalının yaranması və inki-
şafından sonra insan və biosfer arasındakı qarşılıqlı münasibətin dəyişməsi:
a) ovçuluq və seçmə dövrü; b) aqromədəniyyət epoxası.
Kənd təsərrüfatı istehsalı hesabına insanların biokütləsi aqromə-
dəniyyət epoxasına qədər olduğundan müqaysədə daha çox artdı, hansıki,
intensivliyi akumliyasiya olunan enerjidən asılıdır. Müasir biosferdə
insanlar və heyvanlar antropogen kanala 1,6.10
13
vt-a yaxın enerji daxil edir
ki, bu da bitkilərin ümumi yaratdığı ilkin məhsuldarlığın 25%-nə bərabərdir
(Qorşkov, 1995). İlkin məhsulun bu qədər artması insanların tələbatını
ödəyən tək günəş enerjisi hesabına deyil, həm də digər enerji mənbələri
hesabına baş verir. Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının
akademiki A.A.Juçenkonun fikrincə, kənd təsərrüfatı istehsalında günəş
enerjisinin əhəmiyyətinin azalması və antropogen mənşəli enerjinin
əhəmiyyətinin artması haqda yaranan mübahisə əsaslandırılmamış hesab
edilir. Təxminən 95% bitkinin quru maddəsi – bu fotosintez prosesində
toplanan günəş enerjisidir, biosenozların məhsuldarlığı isə ilk növbədə
bitkilərdə və torpaqda azad baş verən bioloji proseslərin hesabına təmin
olunur. Aqroekosistemlərə ―antropogen enerjinin‖ verilməsi günəş enerjisini
əvəz etmir-edə bilməz də. Antropogen enerji özünəməxsus katalizator rolu-
63
nu oynayır, günəş enerjisinin daha intensiv mənimsənilməsini stimulə edir.
Qida ehtiyatlarının alınması üçün becərilən bitki spektrinin əhəmiy-
yətli dərəcədə genişləndirilməsi ötəri əhəmiyyət kəsb etmir. Əhali hər il
tərkibində 1,5.10
20
coul enerji toplayan 8,76.10
9
ton kənd təsərüfatı istehsalı
məhsulu istifadə edir (Dyuvin, Tanq, 1973). Bu məhsullarda toplanan ener-
jinin 90%-ə qədərini bitkiçilik məhsulları təmin edir (Anderson, 1985).
Məhsullar Energetik ekvivalent
Düyü 21
Buğda 20
Digər dənlilər 10
Meyvələr, qozmeyvə, tərəvəzlər 10
Yağlar və piylər 9
Şəkər 7
Qarğıdalı 5
Kartof 5
Maniok 2
Heyvandarlıq məhsulları 11
Cəmi 100 %
Yer kürəsində əsas kənd təsərrüfatı məhsullarının 80 növü becərilir.
Dünya üzrə qida məhsulları istehsalının 60%-ni dənlilər (onlardan 40%-dən
şoxu düyü və buğdaya aiddir) təşkil edir. Dənli bitkilər insanın tələb etdiyi
zülalın təxminən 50%-ni verir.
R.A.Eyres aydınlaşdırıb ki, müxtəlif ekoloji sahədə fotosintez nəticəsin-
də nəzəri olaraq hazırlanan üzvi maddələrə baxsaq görərik ki, qida məhsul-
larının əsas hissəsi becərilən torpaqda yaranır - baxmayaraq ki, meşələr və
su sahələrilə müqayisədə onların sahəsi çox kiçikdir. Becərilən torpaqda qi-
da üçün yararlı olan üzvi maddələrin mümkün miqdarı yer kürəsinin istə-
nilən digər sahələrini əhəmiyyətli dərəcədə üstələyir, lakin iqlim şəraitini
nəzərə almaqla hesablanan becərilən torpaqların nəzəri məhsuldarlığı
okeanların və meşələrin məhsuldarlığı ilə müqayisədə çox kiçikdir. Tədqi-
qatçıların fikrincə, əgər insanlar okeanlardan və meşələrdən alınan məh-
sullarda qida maddələrinin miqdarını artıra bilsəydi, qida problemi həll
oluna bilərdi.
İlkin bioloji məhsulun artması üçün kənd təsərrüfatı ekosistemlərinin
idarə olunması, becərilən bitkilərin növ müxtəlifliyinin genişləndirilməsi,
istehsal məhsullarında lazımi keyfiyyət tərkibinin təmini, onların tərkibində
64
insana lazım olan zülalların, vitaminlərin, mineral maddələrin və digər la-
zımi inqridientlərin olması, eləcə də arzu olunmaz komponentlərin olma-
ması və ya azaldılması – birinci dərəcəli funksional vəzifələrdir (cədvəl 2.1).
Cədvəl 2.1
1998-ci ildə kənd təsərrüfatı məhsullarının bəzi növlərinin dünya istehsalı
Məhsul
İstehsalın рəcmi
Mln.ton
1990-a görə %-lə
Dənli və dənli-paxlalı bitkilər, o
cümlədən:
Buğda,
günəbaxan,
kartof
şəkərçuğunduru
meyvə, giləmeyvə, sitrus, üzüm
tərəvəz, bostan
kəsilmiş ət
süd
585
25
295
258
419
566
213
466
98,6
110,9
110,8
83,5
119,0
123,0
122,4
96,6
Onların həllı həm bərpa olunan, həm də bərpa olunmayan təbii ehti-
yatlardan istifadə ilə bağlıdır ki, bu da müəyyən dərəcədə ekoloji prob-
lemlərin kəskinləşməsinə səbəb olur.
XIX əsrin sonu və XX əsrin birinci yarısında planetin məhsuldar
sahəsinin aktiv məskunlaşması və mənimsənilməsi qeyd olunur. Antropogen
təsirlərdən hələ ki, nisbətən azad olan sahələr – mənimsənilməsi kifayət qə-
dər çətin olan, çoxlu xərc tələb edən, eləcə də biosferin stabilliyini saxlamaq
üçün çox mühüm ekoloji funksiya rolu oynayan, məsələn: tropik meşələrdir.
XX əsrin sonu XXI əsrin əvvəllərində hər gün dünyaya 250 min insan
gəlir və onları yedizdirmək, geyindirmək və evlə təmin etmək lazımdır.
2020-ci ildə Yer əhalisinin sayının 8 milyard olması gözlənilir. Yaxın 20-25
il ərzində bu qədər adamı yedizdirmək üçün, əkinçilik yaranan vaxtdan in-
diki günə qədər (10 min ilə yaxın bir dövrdə) istehsal olunan ərzağın miq-
darından da artıq ərzaq tələb olunur.
Yer əhalisinin kifayət miqdarda qida məhsulları ilə təmin olunması bir
çox mürəkkəb və qarşılıqlı əlaqəli problem sayılır. Digər mühüm problem
isə qidanın keyfiyyəti, onun tərkibində olan zülal, vitamin, mikroelementlər
və s.-dir. Dünya kənd təsərrüfatı sisteminin idarə olunması da mühüm məsə-
lədir. Bu elə aparılmalıdır ki, istehsal və ərzaq məhsullarının bölünməsinin
ətraf mühitə zərərli təsiri minimuma endiril-sin.
65
Məlum olduğu kimi, torpaq kənd təsərrüfatı bitkilərindən məhsul
almağın əsası kimi başlıca zəruri sərvət olub mövcudluğumuz ondan ası-
lıdır. O, kənd təsərrüfatı istehsalının başlıca vasitəsi, qida məhsullarının əsas
mənbəyidir. Dəniz və suni istehsal sahələri (hidroponika, istixanalar) qida
məhsulünün əldə edilməsində olduqca az rola malikdir. Okeandan insan 30-
40 min. tona yaxın dəniz balığı, onurğasız heyvanlar və yosun əldə edir.
Quruda hazırda 80 min qida bitkisi növü mövcuddur, bəşəriyyət isə
əsasən cəmi 30 kənd təsərrüfatı bitkisi ilə qidalanır. Buğda, düyü (çəltik),
qarğıdalı, kartof əsas bitki sayılıb, daha yüksək məhsuldarlığı ilə seçilir.
FAO-nun məlumatına görə Avrasiya, Avstraliya, Afrika və Amerikanın
torpaqlarından hər il 300 min. tona yaxın buğda, bir o qədər də düyü, 250
min. ton qarğıdalı, 200 min. ton arpa, vələmir, çovdar, 100 min. ton kalış
(sorqo), darı, 300 min. ton kartof, 100 min. ton meyvə, 60 min. ton paxla-
lılar, 30 min. ton pomidor və soğan, 60 min. ton təmiz səkər, 20 min. ton
bitki yağı, 100 min. ton ət, 400 min. ton süd alınır.
Kənd təsərrüfatı meydana gəlməmişdən bütün yerüstü fotosintez edən
bitkilər və heyvanlar 100 min. əhalinin mövcudluğunu saxlaya bilərdi. Kənd
təsərrüfatı inkişaf etdikcə torpaqlarm 10%-i insan tərəfındən şumlanmış,
gübrələnmiş, suvarılmışdır. XX əsrin 90-ci illərində bu tor paqlar 5 milyard
insanın yaşamasını təmin edirdi.
Oturaq kənd təsərrüfatı yarandıqdan sonra neolitin başlangıcında
(b.e.ə. 1-8 minilliklərdə) insanın biosferə təsiri köçəri təsərrüfata nisbə-tən
bir neçə qat yüksəlir. İnsanların mənimsədiyi rayonlarda əhali surətlə artır.
Bitkilərin becərilməsi üçün torpağın hazırlanması üsulları və mal-qaranm
saxlanma texnologiyası təkmilləşdirilir. Ötən dövr ərzində baş verimş də-
yişikliklər ikinci texniki inqilab adlanır. Kənd təsərrüfatının inkişafı çox
vaxt geniş ərazilərdə ilkin bitki örtüyünün tamamilə məhv edilməsi ilə
müşahidə olunurdu. Qida üçün faydalı olan bitki növləri olan kiçik sahələr
insanlar tərəfindən saxlanılır və bu növlər tədricən mədəniləşdirilir və
onların daimi yerdə becərilməsi təşkil olunur.
Kənd təsərrufatının genişlənməsi yerüstü təbii ekosistemlərə böyük,
çox vaxt isə faciəli təsir göstərir. Geniş ərazilərdə meşələrin məhv edilməsi,
mülayim və tropik zonalarda torpaqdan səmərəli istifadə edilməməsi tarixən
formalaşmış ekosistemlərin birdəfəlik dağılmasına səbəb olmuşdur. Təbii
biosenozlarm, ekosistemlərin, landşaftlarm yerində aqrosferlar, aqroekosis-
temlər, aqrosenozlar, aqrar landşaftlar meydana gəlir.
Aqrosfer - insanın kənd təsərrüfatı fəaliyyəti ilə yer ərazisində dəyi-
şilmiş bütün sahələrin məcmusunu əks etdirən qlobal sistemdir.
Aqroekosistemlər - kənd təsərrüfatı fəaliyyəti prosesində insan tərə-
66
findən dəyişdirilən ekosistemlərdir. Bura kənd təsərrüfatı tarlaları, bağlar,
üzümlüklər, tarlaqoruyucu meşə zolaqları və s. aiddir.
Aqroekosistemlərin əsası aqrosenozlar hesab olunur.
Aqrosenozlar - kənd təsərrüfatı istehsalı torpaqlarmda kənd təsərrüfatı
məhsulları əldə etmək məqsədilə yaradılan biosenozlardır. Bu bio-senozlar
muntəzəm olaraq insan tərəfindən saxlanmış biotik qruplaşma-lar olub,
ekoloji baxımdan az davamlı, lakin yüksək məhsuldar bir və ya bir neçə
seçilmiş bitki və yə heyvan növləridir (çeşidlər, cinslər).
2.1.2. Aqrar landşaft
Landşaftın (bozqır, tayqa, çəmən, meşə və s.) kənd təsərrüfatınm təsiri
ilə dəiyşilərək formalaşan ekosistemlər aqrolandşaft adlanır.
XX əsrin əvvəllərinə qədər aqroekosistemlər kifayət qədər müxtəlif
olmuşdur: xam torpaqlar, meşələr. çoxsahəli oturaq təsərrüfatları olan ra-
yonlar az dəyişikliyə məruz qalmışdır. Aqroekosistemlər öz ilkin nümayən-
dələrinə (yabanı bitkilər) malik idi, insanlar bu bitkilərlə bila-vasitə ov və ev
heyvanlarını yeməklə dolayısı yolla qidalanmışlar. İlkin bitkilər - avtotroflar
insanları bitki lifləri və meşə materialları ilə təmin edirdi. İnsan bu ekosis-
temlərin əsas konsumenti sayılırdı, burada həmçinin çoxlu miqdarda vəhşi
və ev heyvanları böyük kutlə təşkil edirdi, insan tərəfındən istifadə olunan
məhsullar tullantılara transformasiya olunur, onlar isə redusentlər və ya des-
truktorlara parçalanaraq və həzm edilərək sadə maddələrə (nitratlar, fosfat-
lar, digər mineral birləşmələr) çevrilir, onlar isə fotosintez prosesində yeni-
dən avtotroflar tərəfındən istifadə olunur.
Torpaq və suyun özünütəmizləmə prosesi tam gedirdi və ekosistemdə
maddələrin dövranı pozulmurdu. İnsanın qidalanması zamanı maddələr
mübadiləsi prosesində kimyəvi enerji şəklində aldığı günəş enerjisinin axmı
(adambaşma sutkada 4000 kkal), insanın istilik (odun yandırması) və me-
xaniki (çəkici qüvvə) şəklində təxminən istifadə etdiyi enerjinin miqdarına
bərabər idi.
XIX əsrə kimi aqrar sivilizasiya prosesində bir vegetasiya dövrü ərzin-
də ilkin konsumentlər tərəfindən toplanan, həmçinin çox illər ərzində ağac-
lar tərəfindən akkumulyasiya olunan enerjidən istifadə olunurdu.Bir insan
tərəfındən istifadə olunan enerjinin umumi miqdarı (22000kkal/sutka), insa-
nın neolit dövründə istifadə etdiyi enerjidən cəmi ikidəfə (sutkada 10000
kkal-a qədər) artıq təşkil edirdi.
Beləliklə, aqrar sivilizasiya təşəkkül tapdığı zaman insan ekosistemi
yüksək səviyyəyə - homeostaza malik idi. Ekosistemin antropogen dəyiş-
67
məsinə baxmayaraq, insan fəaliyyəti biogeokimyəvi dövrana daxil idi və o,
biosferdə enerji axınını dəyişdirmirdi.
XX əsrdə kənd təsərrüfatı istehsalmm artmasının təsiri nəticəsində
Yerin biosferinin bərpa olunmaz qlobal dəiyşməsi kəskin gücləndi. XX
əsrin 70-90-cı illərində intensiv texnologiyanm (monokultura, yüksək məh-
suldar muhafızə olunmayan bitki çeşidləri, aqrokimyəvi maddələr) tətbiq
olunması su və kulək eroziyası, təkrar şorlaşma, torpağın gücdən düşməsi,
torpağın deqradasiyası, edafon və mezofaunanm kasatlaşması, meşəlik
faizinin azalması, şumlanan sahələrin artması və s. ilə müşayiət olunur.
XIX əsr və XX əsrin birinci yarısında aktiv məskunlaşma başladı və
planetin münbit torpaqları zəbt edildi. Antropogen təsirlərdən nisbətən
«azad» ərazilər mənimsənilməsi çoxlu vəsait tələb olunan olduqca mürək-
kəb şəraitdə yerləşir, bura həmçinin biosferin ekoloji funksiyasının stabil-
liyini qoruyub saxlayan ərazilər, məsələn, tropik meşələr, Milli parklar və
qoruqlar aiddir.
XX əsrin ikinci yarısında həm təbii sistemlərin, həm də insan tərə-
findən yaradılan aqrosenozların ilkin bioloji məhsuldarlığı haqqında təxmini
məlumatlar təqdim edildi. O, bununla yanaşı, ayrı-ayrı təbii sistem-lərin
tərkibinin potensialı da müzakirə olunurdu (cədvəl 2.2). Bütövlükdə pla-
netimiz üçün fotosintezin iqlim potensialı hesabına üzvi maddələrin nəzəri
maksimum məhsulünü ildə 330 mlrd. ton qəbul etmək olar. Maksimum
məhsul əldə etmək üçün kənd təsərrüfatı ekosistemləri inkişaf etdikcə, Yer
üzərində təbiətə təsirlər daim artır.
Əmək alətlərinin təkmilləşdirilməsi, çoxlu miqdarda qida maddələri
tələb edən yüksək məhsuldar bitkilərin və sortların tətbiqi təbii proseslərin
kəskin pozulmasına səbəb olur. Əsaslandırılmamış əkinçilik üsulları və
əkinçilik sistemi səhralaşmaya yol açır: torpaqdan səmərəsiz istifadə
olunması, torpağın muhafızə texnologiyasına riayət edilməməsi nəticəsində
torpaq eroziyası və münbitliyin itirilməsi; suvarılan ərazilərin şorlaşması və
bataqlaşması; torpağın üst horizontlarınm hədsiz bərkiməsi sayəsində
strukturunun dəyişməsi; uzun müddət yalnız bir bitki növünün becərilməsi
nəticəsində təbii landşaftların bioloji müxtəlifliyinin aşağı düşməsi; suvarma
məqsədilə sudan intensiv istifadə olunması ilə əlaqədar sutoplayan
horizontlarda suyun azalması (tükənməsi) sayəsində yeraltı suların
defisitliyinin artması; kənd təsərrüfatı sahələrindən daxil olan pestisid
qalıqları va nitratlarla səth və yeraltı suların çirklənməsi; kənd təsərrüfatı
fəaliyyəti ilə məskənlərinin və yaşayış yerlərinin dağılması nəticə¬sində
vəhşi heyvanların məhv olması və s.
Dostları ilə paylaş: |