Ġzabella qasimova, musa bayramov



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə5/55
tarix01.04.2017
ölçüsü5,58 Mb.
#13051
1   2   3   4   5   6   7   8   9   ...   55

Cədvəl 1.2 

GünəĢ sistemi planetlərinin atmosfer tərkibi (%-lə) 

 

Qaz tərkibi 

Mars 

Venera 


Yer həyatsız 

Yer müasir 

CO

2

 



95 

98 


98 

0,03 


Azot 

2,7 


1,9 

1,9 


79 

Oksigen 


0,13 

İzləri 


İzləri 

21 


Səth temp, 

0



-53 

477 


290 

13 


Hər şeydən  əvvəl,  yaşıl  bitkilər və bəzi  mikroorqanizmlər  yer  atmos-

ferinin formalaşmasında –oksigenin yüksək və karbon qazının aşağı miqdarı 

-əsas rol oynadılar. Gey hipotezi bu tənzimləyici mexanizmlərin öyrənilmə-

sini və qorunub saxlanmasını xüsusilə qeyd edir. Bu mexanizmər atmosferə 

imkan  verir  ki,  insan  fəaliyyəti  ilə  bağlı  olan  çirklənməyə  davam  gətirə 

bilsin.  

Ekosistemin tərkibinə aşağıdakı komponentlər daxildir:  

⃰ qeyri-üzvi maddəlr (C, O

2

 , N


2

 , P, S, CO

2

, H 


2

O), hansı ki, maddələr 

mübadiləsinə daxil olurlar;  

⃰ üzvi birləşmələr (zülallar, karbohidratlar, lipidlər və s.), ekosistemin 

canlı və cansız komponentlərini birləşdirən;   

⃰  iqlim rejimi və digər fiziki faktorları birləşdirən hava,su və substrat 

mühiti;  

⃰  produtsentlər,  avtotrof  (öz-özünü  qidalandıran)  orqanizmlər,  əsasən 

yaşıl bitkilər, hansı ki, günəş şüalarının enerjisindən istifadə edərək, karbon 

qazı və sudan üzvi maddə sintez edir;   

⃰ birinci dərəcəli konsumentlər (ot yeyən heyvanlar) və ikinci dərəcəli 

konsumentlər (ət yeyənlər və yırtıcılar), heterotrof orqanizmlər, əsasən digər 

prqanizmlərlə qidalanan heyvanlar;  

⃰  redutsentlər  və  ya  destruktorlar,  əsasən  bakteriyalar  və  göbələklər, 

ölmüş orqanizmlərin toxumalarının parçalanması hesabına yaşayanlar. 

Yaşıl  bitkilərin  günəş  enerjisinin  təsirilə  fotosintez  nəticəsində  üzvi 

maddələr yaratması aşağıdakı formula ilə həyata keçirilir:  

 


49 

 

 



 

Yaşil bitkilərdə H2O qazformalı O2 alınanadək oksidləşir, bu zaman  

CO2  üzvi maddə alınanadək reduksiya (bərpa) olunur  - göstərilən 

tənlikdə bu maddə qlükozadır. Fotosintez bakteriyalarında üzvi maddələr 

sintez olu¬nur, lakin oksigen ayrılmır. Tənəffüs – fotosintezə əks olan 

prosesdir, hansı ki, üzvi maddələr atmosfer oksigeninin köməyilə oksidləşir. 

Redutsentlər  orqanizmlərin  ölmüş  qalıqlarını  parçalayaraq,  biogen 

elementləri  azad  edir  (C,  O

2

,  N


2

,  P,  S  və  b.),  hansı  ki,  ekosistemin  möv-

cudluğu üçün lazım olan maddələr dövranına daxil olur.   

Qəbul  olunmuş  qidanın  az  bir  hissəsi  orqanizmin  öz  toxumalarına 

transfer olunur, başqa sözlə böyüməyə və  ya  ehtiyat  qida maddələrini top-

lanmasına, bədən kütləsinin artmasına sərf olunur. Bu münasibətləri aşağı-

dakı formula ilə ifadə etmək olar:   

P  =  M  +  D  +  H,  burada  P  –  konsumentin  rasionu,  başqa  sözlə  onun 

müəyyən  zaman  ərzində  qəbul  etdiyi  qidanın  miqdarı;  M  –  məhsul,  b.s. 

böyüməyə  sərf  olunan  qida;  D  –  tənəffüsə  sərf  olunan  enerji,  b.s.  həmin 

müddətdə  maddələr  mübadiləsinin  saxlanmasına  sərf  olunan  nerji;  H  – 

ekskremet kimi ayrılan, mənimsənilməyən qidanın enerjisi. Böyüməyə tələb 

olunan qidanın istifadə əmsalı:  K = M/P.     

Hər il produtsentlər Yerdə 100 mlrd.ton üzvi maddə yaradır ki, bu da 

biosferin  qlobal  məhsuldarlığıdır.  Elə  bu  müddətdə  təxminən  həmin 

miqdarda üzvi maddə orqanizmlərin tənəffüsü nəticəsində oksidləşərək, CO

 

və    H 



2

O çevrilir.  Bu proses  qlobal  parçalanma  adlanır.  Lakin  bu balans 

həmişə  mövcud  olmayıb.  Təxminən  1  mlrd.  Il  əvvəl  produtsentlərin  yarat-

dığı  üzvi  maddələr  tənəffüsə  sərf  olunmur  və  parçalanmırdı,  belə  ki,  bio-

sferdə  hələ  kifayət  qədər  konsumentlər  yox  idi.  Bunun  nəticsində  üzvi 

maddələr çöküntüləür halında toplanırdı. Üzvi maddələrin sintezinin onların 

parçalanmasından üstünlüyü atmosferdə oksigenin miqdarının artmasına və 

karbon qazının azalmasın agətirib çıxardı. 300 mln. il əvvəl üzvi maddələrin 

xüsusilə  artıq  miqdarı  yanar  faydalı  qazıntıların  yaranmasına  səbəb  oldu, 

hansı  ki,  onun  hesabına  insanlar  sonralar  sənaye  inqilabını  həyata  keçirdi. 

60 mln.ildən artıq çox qabaqlar isə qlobal məhsuldarlıq və parçalanma ara-

sında tərəddüd edən stasionar qarşılıqlı münasibət yarandı. Lakin son yarım 

əsrdə  insanın  təsərrüfat  fəaliyyəti  nəticəsində  atmosferin  davamlılığı  kritik 

vəziyyətə  çatdı.  Yanar  faydalı  qazıntıların  yandırılması  nəticəsində  CO

2

  

miqdarı  artdı,  O



2

  miqdarı  azaldı.  Beləliklə,  ekosistmin  ən  mühüm  xarakte-



50 

 

ristikası  qlobal  məhsuldarlığı  və  parçalanmaı  təyin  edən  maddələr  dövra-



nıdır. 

Ekosistemin  sonrakı  mühüm  xarakteristikası  onların  kibernetik 



davranışıdır.  

Ekosistemlərin  kibernetik  davranışı  onunla  izah  olunur  ki,  onlar 

fiziki  və  kimyəvi  siqnalları  özündə  birləşdirən  inkişaf  etmiş    informaslya 

şəbəkəsinə  malikdirlər.  Bu  şəbəkə  ekosistemin  bütün  hissələrini  əlaqələn-

dirir  və  onu  tam  vahid  kimi  idarə  edir.  Ekosistemin  insan  yaratdığı  kiber-

netik  qurğudan  fərqi  ondadır  ki,  onun  idarə  edici  funksiyaları  öz  daxilin-

dədir  və  diffuziyalıdır.  İnsanın  yaratdığı  kibernetik  sistemlərdə  isə    idarə-

etmə funksiyaları xaricdən olur və ixtisaslaşdırılmışdır.   

Kibernetik sistemləri ekosistemlərlə müqayisə edildikdə, bəzi ümumi-

liklər  tapmaq  olar.  Hər  iki  idarəetmə  əks  əlaqəyə  əsaslanır.  Məlumdur  ki, 

əks  əlaqə  enerjisi  onu  yaradan  inisiativ  enerji  ilə  müqayisədə  olduqca 

kiçikdir,  hansı  ki,  sistemdə  oyanır.  Canlı  sistemlərdə  əks  əlaqəni  həyata 

keçirən qurğu  - homeostatik qurğu adlanır. Homeostaz orqanizmlərə tətbiq 

olunduqda  onun  daxili  mühitinin  saxlanmasını  və  əsas  fizioloji  funksiya-

larının davamlılığını  ifadə edir. Homeostazı ekosistemə tətbiq etdikdə onun 

növ  müxtəlifliyinin  və  fərdləri  sayının  daimiliyi  nəzərdə  tutulur.  Homeo-

statik mexanizm  ekosistemin  sabitliyini  qoruyur, bitkilərin otyeyənlər tərə-

findən tamamilə yeyilib qurtarmasının, və ya yırtıcıların və onların qurban-

larını sayının katastrofik kolebaniyasının qarşısını alır.    

Ekosistemin  sabitlik  dərəcəsi  çox  müxtəlifdir  və  həm  ətraf  mühitin 

qəddarlığından, həm də daxili idarəetmə mexanizminin effektliyindən asılı-

dır. Bu zaman davamlılığın iki tipini arırırlar:  

 ⃰  rezistent davamlılıq - ətraf mühitin təsiri altında davamlı vəziyyətdə 

qalmaq xüsusiyyəti. Məsələn, sekvoya meşəsi (ağacların hündürlüyü 100 m, 

diametri 6-11m)  yanğına dözümlüdür, çünki bu ağaclar  yaranadan  ən qalın 

qabığa  malikdirlər,  on  tonlarla  su  saxlayırlar  və  s.  Lakin  əgər  bu  meşələr 

yanarsa, onlar çox gec bərpa olunurlar.                         

⃰    çevik  davamlılıq  (rezistentliyə  əks  olan)  –  çox  tez  bərpa  olunmaq 

xüsusiyyəti. Məsələn, çaparal kolunun pöhrələri çox tez yanır, lakin çox tez 

bərpa olunur.  

Əks əlaqə sistemindən başqa sabitlik funksional komponentlərin  iza-

filiyi  ilə  də  təmin  olunur.  İzafilik  cüt  orqanları  olan  orqanizm  misalında 

yaxşı izah olunur (əllər, ayaqlar, gözlər, qulaqlar, böyrəklər, ağ ciyərlər)  və 

immunitetin dəfələrlə dublyaj olunmuş orqanları. İzafilik ekosistemlər üçün 

də  xarakterikdir.  Əgər  ekosistemdə  avtotrof  yaşıl  bitkilərin  bir  neçə  növü 



51 

 

varsa, hansı ki, onlardan hər biri öz temperatur diapozonuna malikdir, onda 



ekosistemdə  fotosintezin  sürəti  temperaturun  dəyişmısinə  baxmayaraq,  

dəyişməz olaraq qalacaqdır.  

İnsan beyni kiçik energetik xüsusiyyətli və nəhəng idarəetmə qabiliy-

yətli qurğudur, belə ki, kiçik enerji itkisi ilə müxtəlif güclü ideyalar yarada 

bilər. Bu insanı Yer üzərində ən bacarıqlı etdi.  Ən azı bu onun ekosistemin 

funksiyalaşmasını, eləcə də biosferi dəyişmək qabiliyyətinə aiddir. 

 

 1.7.2.  Ekosistemin  əsas  xarakteristikaları  –  onun  ölçüləri,  onun 



davamlılığı, özünü tənzimləmə və özünü təmizləmə prosesləridir   

Ekosistemin  ölçüləri  –  ekosistemi  təşkil  edən  bütün  komponentlərin 

və elementlərin özünü tənzimləmə və özünü bərpa etmə proseslərini həyata 

keçirdiyi məkandır.     

Təbii  ekosistemlərin  özünü  bərpa  etməsi  –  təbii  və  antropogen 

təsirlərdən öz dinamik tarazlığından çıxmış  təbii ekosistemin sərbəst olaraq 



dinamik tarazlıq vəziyyətinə qayıtmasıdır. Ekosistemin dinamik tarazlığının 

dörd  əsas  kateqoriyasını  ayırırlar:  nisbi  tarazlıq  (fluktasiya),  bu  zaman  də-

yişkənlik orta qiymət ətrafında dəyişir; uyğun iqlim dövriyələrindən yaranan 

dövri  suksessiyalar;  ekosistemin  istiqamətlənməmiş  dəyişmələrindən  yara-

nan suksessiyalar;  təbii ekosistemlərin antropogen dəyişdirilməsi.  

Özünü  təmizləmə  -  ekosistemdə  baş  verən  proseslər  nəticəsində 

mühitdə çirkləndiricinin təbii parçalanmasıdır.      

Ekosistemləri  müxtəlif  əlamətlərinə  görə  təsnifləşdirmək  olar.  Eko-

sistemin  biom  təsnifatı  böyük  ərazilərdə  bitkiliyin  üstünlük  təşkil  edən 

tipinə əsaslanır. Su  yaşayış  yerlərində bitkilik az nəzərə çarpdığından, eko-

sistemin  ayrılmasının  əsasında  mühitin  başlıca  fiziki  əlamətləri  durur,  mə-

sələn, ―durğun sular‖, ‖axar sular‖ və s.  

Ekosistemin biom təsnifatı.Yerüstü biomlar: tundra- arktika və alp 

tundrası,  iynəyarpaqlı  müşələr,  mötədil  zonanın  enliyarpaqlı  meşələri, 

mötədil  zonanın  çölləri,  tropik  cəngəlliklər  və  savannalar,  səhralar-otlu  və 

kolluqlu,  həmişəyaşıl  tropik  yağışlı  meşə;  Yerüstü  su  ekosistemləri:  lentik 

(durğun  sulu)-  göl,    nohurlar  və  s.,  lotik    (axar  sulu)-  bulaqlar,  çaylar 

daxildir,  bataqlaşmış  ərazilər-  bataqlıqlar  və  bataqlaşmış  meşələr;  Dəniz 



ekosistemləri: açıq okean (pelagik), kontinental şelf suları (sahilyanı sular), 

apvellinq  ərazilər  (məhsuldar  balıqçılıq  rayonları),  estuarilər  (sahilyanı 

körfəzlər, boğazlar, çay ağızları və s.)ş 

 Ekosistemlərdə  müxtəlif mənbələrdən  enerjinin  istifadə  olunması  - 

Günəş,  kimyəvi  yanacaq  –  energetik  əlamətə  görə  ekosistemi  dörd  funda-

mental növə ayırır:  



52 

 

●  Günəşlə  hərəkət  edən  subsidiyasız  ekosistemlər  -  təbii  ekosistem-



lərdir.  Birbaşa  günəş  süaları  enerjisindən  tamamilə  asılıdır.  Onların  siyahı-

sına  açıq  okean  sahələri,  dağ  meşələrinin  böyük  sahələri  və  böyük  dərin 

göllər aiddir.  Bu tip ekosistemlər azenerji alırlar və az məhsuldarlığa malik 

olurlar. Lakin onlar olduqca vacibdirlər, belə ki,  nəhəg əraziləri əhatə edir-

lər.  Bu  biosferin  həyat  təminatının  əsas  moduludur.  Havanın  böyük  həşmi 

burada təmizlənir, su dövranına qayıdır, iqlim şəraiti formalaşır və s.  

●  Günəşlə hərkət edən ekosistemlərdir, lakin digər təbii mənbələrdən 

kömək olunur. Belə ekosistemə misal olaraq, çay estuarilərini, dəniz boğaz-

larını və laqunları göstərmək olar. Boğazlar və axınlar mineral qida element-

lərini daha sürətlə maddələr dövranına qatır, buna görə də durğun okean və 

ya quru ərazilərə  nisbətən daha məhsuldardır.  

●  Günəşlə hərəkət edən ekosistemlər və insan tərəfindən subsidiyalı  

olanlar.  Onlara  misal  olaraq  aqroekosistemləri  (tarla,  fermalar,  donuzçuluq 

fermaları, quşçuluq fabrikləri və s.).  

●  Yanacaqla hərəkət edən ekosistemlər – sənaye-şəhər ekosistemləri. 

Burada yanacaq enerjisi Günəş enerjisini tamamlamır, əksinə onu əvəz edir. 

Sıx  məskunlaşmış  şəhərlərdə  enerjiyə  tələbat,  təbii  ekosistemlərdə  həyatı 

təmin edən Günəş enerjisi axınından 2-3 dəfə çoxdur. Buna görə də o qədər 

də böyük olmayan şəhər ərazisində çoxsaylı insanlar məskunlaşa bilir.  

 

1.7.3. Məhsuldarlıq konsepsiyası 

 Ekosistemdə  müşahidə  zamanında orqanizmlərin cəmi  biokütlə,  bio-

kütlənin yaranma sürəti isə məhsuldarlıq adlanır. Biokütlə - bitkinin yeraltı 

və yerüstü hissələrinin ümumi kütləsidir. Məhv olmuş bitkilərin miqdarı ölü 



kütlə adlanır. Məhsuldarlıq isə müəyyən fitosenoz və  ya aqrosenozun əhə-

miyyətli  məhsulunun  kütləsidir.  Bioloji  məhsuldarlıq  ayrı-ayrı  fitosenoz-

larda hesablanır. İlkin məhsuldarlıq -  fotosintez prosesində yaşıl bitkilərin 

günəş  enerjisini  toplayaraq,  onu  üzvi  maddələr  formasında  toplaması 

sürətidir.  İlkin  məhsuldarlıq:  ümumi  ilk  məhsuldarlıq  və  təmiz  ilk  məh-

suldarlıqla olmaq iki qrupa bölünür. Ümumi ilk məhsuldarlıq – fotosintezin 

ümumi tezliyini göstərir. Məhsuldarlıq yoxlanan vaxtda bitkinin öz tənəffü-

sünə sərf etdiyi maddələr də onun ümumi ilk məhsuldarlığına daxildir. Buna 



brutto-fotosintez və ya ümumi fotosintez deyilir. Ekosistemdə günəş enerji-

sindən  nə  qədər  effektli  istifadə  olunmasını  bilmək  üçün  brutto-fotosintezi 

bilmək  lazımdır.  Dünyanın  əsas  ekosistemlərinin  təmiz  ilk  məhsuldarlığı 

tropik  meşə  və  dəniz  sahilləri  ekosistemlərində  ən  yüksəkdir.  Təmiz  ilk 

məhsuldarlıq  – bitki  toxumalarında üzvi  maddələrin toplanma  sürətini  gös-

tərir.  Başqa  sözlə  desək,  məhsuldarlıq  yoxlanan  vaxt  ərzində  ümumi  ilk 

məhsuldan bitkinin öz tənəffüsünə sərf etdiyini çıxdıqdan sonra qalanı təmiz 


53 

 

ilk  məhsuldarlıq  adlanır.  Praktikada  tənəffüs  tezliyi  və  təmiz  ilk  məhsul-



darlıq  ayrı-ayrılıqda  öyrənilir.  Sonra  onları  birləşdirib  ümumi  ilk  məhsul-

darlıq  hesablanır.  Nəticəsi  q/m

2

.sutka;  kq/m



2

.il;  ton/ha.il  və  s.  hesabı  ilə 

göstərilir.  İkinci  məhsuldarlıq  –  üzvi  maddələrin  konsumentlərdə  toplan-

ması sürətidir. Bitkilərdə ümumi ilk məhsulun yaranması prosesi heyvanlar-

da assimilyasiya adlanır. Ekosistemin ikinci məhsulu onun ilk məhsulundan 

həmişə  az  olur.  Ona  görə  ki,  enerji  bir  qənimət  səviyyəsindən  digərinə 

keçdikdə  termodinamikanın  ikinci  qanununa  əsasən  istiliyə  çevrilib  ətrafa 

yayılır, yəni sistemdən çıxır.  

Məhsuldarlığın biokütləyə nisbəti mühüm ekoloji göstəricidir. Təsər 

rüfat  sahələrində  bu  göstərici  yüksək  olur.  Lakin  buna  səbəb  ekosistemin 

cavanlığı, böyüməkdə olması və kənardan enerji almasıdır. Təsərrüfat sahə-

lərində torpağın  vaxtaşırı işlənməsi,  ona  gübrə verilməsi,  xəstəliklərinə,  zi-

yanvericilərinə və alaq otlarına qarşı mübarizə aparılması hesabına biokütlə 

çoxalır. Belə ekosistemlər ona edilən qulluqdan asılı olaraq heç vaxt sabitlik 

mexanizmi qazana bilmir.  

İnkişaf  etmiş  ölkələrdə  kənd  təsərrüfatının  yüksək  məhsuldarlığı 

böyük enerji ehtiyatları və seleksiya işləri  hesabına saxlanılır. Enerjinin bu 

köməkçi  axını  enerji  subsidiyası  adlanır.  Əgər  XIX  əsrdə  dünya  ölkələri 

inkişaf etmiş ölkələrə bölünürdüsə, XX əsrdə yeni situasiya yarandı, ölkə nə 

qədər inkişaf etmiş hesab olunursa, onun kənd təsərrüfatı məhsuldarlığı bir o 

qədər  yüksək  olmalıdır.  Məhz  inkişaf  etmiş  ölkələr  kənd  təsərrüfatında 

münasib enerji subsidiyalarını  özünə rəva görə bilər.  

Enerji  və  materiya  davranışında  prinsipial  fərqlər  var.  Materiya  sis-

temdə sirkulyasiya edir;  canlının tərkibində olan elementlər və maddələr öz 

tsikllərinə  və  dövranına  malikdir.  Ekosistemin  istifadə  etdiyi  enerji  istiliyə 

çevrilir və sistem üçün sərf olunur.  

 

1.7.4.  Qida zəncirləri və qida şəbəkələri  

 Maddə  və  enerjinin  onun  mənbəyindən  –  yaşıl  bitkilərdən  –  bir  sıra 

orqanizmlərdən  keçərək  bir  istehlakçı  həlqəsindən  digərinə  daşınması  qida 

və  ya  trofik  zəncir  adlanır.  Trofik  zəncirin  həlqələrinin  rasional  davranışı 

qidanın tapılmasının effektliyi ilə deyil, mötədilliyi (orta qiyməti) ilə təyin 

olunur. Buna görə də ekosistemdə yalnız o növlər qalır ki, onlar öz bioloji 

funksiyalarını – yaşayır və başqalarına yaşamağa imkan verir – yaxşı yerinə 

yetirir. Trofik zəncir fotosintez orqanizmlərilə başlayırsa, o otluq zənciri və 

ya  istehlak  zənciri  adlanır.  Ölmüş  qalıqlar  ilə  başlayan  zəncir  isə  parça-

lanmanın  detrit  zənciri  adlanır.  Trofik  zəncirlər  biri  digərindən  izolyasiya 

olunmayıb,  əksinə  sıx  bağlıdırlar  və  ümumi  trofik  zəncir  yaradırlar.  Qida-



54 

 

lanmanın  trofik  zənciri  termodinamikanın  ikinci  qanununa  əsaslanır.  Bu 



qanuna görə enerjinin bir hissəsi həmişə istilik enerjisi kimi ətrafa yayılır. 

Trofik  zəncirdə  bioloji  növ  kimi  insanın  əhəmiyyəti  aşağıdakılardan 

ibarətdir:  

 ●  insan  hər  şey  yeyir,  buna  görə  də  gah  bu,  gah  da  digər  trofik 

zəncirin  həlqələri  hesabına  yaşaya  bilir;  bu  onun  üzərindən  mötədillik 

yüyənini çıxarır;  

 ●  o  resursları  özünə  yaxınlaşdıra  bilər  (mədəni  bitkilər  və  ev  hey-

vanları) və ya onları bir yerdən başqa yerə daşıya bilər;  

 ●    insan  onun  tərəfindən  pozulmuş  trofik  zəncirdən  çıxıb,  başqasına 

gedə bilir. Bu insana azadlıq hissi verir, lakin bu azadlıq dərhal cavab təsirin 

dən və nəsillər qarşısındakı məsuliyyətdən azadlıqdır.  

Ekosistemin  trofik  strukturu  bir  sıra  paralel  və  çarpazlaşan  qida 

zəncirlərindən ibarətdir və qida və ya trofik şəbəkə adlanır.   

 

1.7.5Metabolizm və fərdlərin ölçüləri 

ida  zəncirində  dəyişməyən  enerji  axınında  daha  kiçik  orqanizmlər 

daha  yüksək  mübadilə  intensivliyinə  malikdirlər  –  daha  yüksək  xüsusi 



metabolizm  (1  kq  kütlə  hesabında  metabolizm),  nəinki  iri  orqanizmlər.  Bu 

zaman  xırda  orqanizmlər  nisbətən  az  biokütlə  yaradırlar,  nəinki  iri  orqa-

nizmlər. Belə ki, hazırda ekosistemdə olan bakteriyaların biokütləsi məmə-

lilərin  biokütləsindən  dəfələrlə  azdır.  Bu  qanunauyğunluq  Odum  qanunu 

adlanır.  Bu  qanun  xüsusi  diqqətə  layiqdir,  belə  ki,  təbiətin  antropogen 

pozulmasından orqanizmlərin xırdalanması baş verir, hansı ki, anında məh-

suldarlığın ümumi azalmasına və ekosistemdə nizamsızlığa  səbəb olur.   

Ekosistemin  trofik  zəncirini  ekoloji  piramidalar  kimi  təsəvvür  edirlər 

– çox vaxt buna Elton piramidası da deyilir. Piramida qaydasına görə qida 

zəncirinin  hər  sonrakı  həlqəsində  ümumi  biokütlə  azalır.  Piramidanın  üç 



əsas tipini müəyyənləşdiriblər:  say, biokütlə və enerji piramidaları.  

Fərdlərin xırdalanması zamanı sahə vahidindən biokütlə çıxımı gücün-

dədir,  məkanın  daha  sıx  məskunlaşması  yüksəlir.  Fillər  sahə  vahidindən  o 

qədər  biokütlə  və  məhsuldarlıq  vermir,  nəinki  çəyirtgələr.  Bu  xüsusi 



məhsuldarlıq qanunudur.   

Belə  ki,  kiçik  müəssisələr  və  fermalar  birlikdə  daha  böyük  həcmdə 

təsərrüfat məhsulları yaradırlar, nəinki irilər və daha nəhəglər.  

İri  fərdlərlə  təmsil  olunan  növlərin  itməsi  ekosistemin  strukturunu 

dəyişir.  Bu  zaman  bir  trofik  qrupun  orqanizmləri  bir-birinə  qarışırlar.  Yəni 

dırnaqlıları çöl və savannalarda gəmiricilər, bir çox  hallarda  isə  bitkiyeyən  



55 

 

həşaratlar əvəz edirlər. Bu  - ekoloji ikiləşmə (surətini çıxarma) prinsipidir.     



Trofik  zəncir üzrə  enerji daşınarkən enerji  itirilməsi  və  metabolizmin 

fərdlərin ölçüsü ilə bağlı olması kimi faktorlardan  asılı olması nəticəsində, 

hər bir ekosistem  müəyyən trofik struktura malikdir. Onu ekoloji piramida 

kimi təsəvvür etmək olar. Əgər qəbul etsək ki, canlının bədəninə onun qəbul 

etdiyi qidanın enerjisinin orta hesabla 10%-i daxil olur, onda 1 t bitki kütlə-

sindən 100 kq otyeyən heyvanın  kütləsi  yarana bilər, sonuncunun hesabına 

isə 10 kq yırtıcı kütləsi yarana bilər.  

 

1.8. Biogeosenologiya – biogeosenozların ekologiyası 



 

1.8.1.  Biogeosenoz    anlayışını  elmə  ilk  dəfə  1942-ci  ildə  akademik 

V.N.Sukaçev daxil etmişdir 

O, yazır ki, biogeosenoz Yer səthində müəyyən ərazidəki oxşar  təbii  

hadisələrin (atmosfer, dağ suxurları, torpaq, bitki, heyvan, mikroorqanizm  

və hidroloji şərait) cəmi olub, onun komponentləri daxili ziddiyyətli vəhdət  

təşkil  edən  qarşılıqlı  əlaqələrlə  öz  aralarında  və  ətraf  mühitlə  maddə  və 

enerji mübadiləsinin xüsusi tipinə əsasən birləşirlər, daimi hərəkət və inkişaf 

edirlər. Ekosistem konsepsiyası ilə paralel olaraq biogeosenoz konsepsiyası 

da inkişaf edir. Ekosistem və biogeosenoz – mahiyyətcə bir-birinə yaxındır, 

lakin sinonim deyil. Əgər ekosistem istənilən səviyyədə (həm quruda, həm 

də  suda)  maddələr  dövranını  təmin  edirsə,  biogeosenozda    yalnız  qurunun 

fitosenozlarla əhatə olunmuş konkret ərazilərində baş verir.   

Biogeosenozun  təyinatı  altına  ekosistem  düşmür,  belə  ki,  ona  bu 

təyinatın bəzi əlamətləri  (məsələn, ərazi məhdudiyyətləri) xarakterik deyil. 

Əksinə ekosistem bir neçə biogeosenozu əhatə edə bilər, başqa sözlə desək, 

―ekosistem‖  anlayışı  ―biogeosenoz‖  anlayışından  geniş  məvhumdur.  Belə-

liklə,  istənilən  biogeosenoz  ekoloji  sistemdir,  lakin  hər  ekosistem  biogeo-

senoz  hesab  oluna  bilməz.  Biogeosenozlar  dəqiq  sərhədləri  olan  yerüstü 

formalaşmalardır.  

Biogeosenozu  öyrənən    biogeosenologiya  elmi  Yer  səthinə  qonşuluq 

edən  biogeosenozlar  şəbəkəsi  kimi  baxır,  dağ  suxurları,  relyef,  torpağın 

xassəsi,  bitkilər,  heyvanlar,  mikroorqanizmlər,  eləcə  də  maddələrin  miqra-

siyası  ilə  onların  öz  aralarındakı  əlaqədən  asılı  olaraq,  landşaftın  konkret 

şəraitində onların funksiyalaşmasını öyrənir. Hər iki konsepsiya – ekosistem 

və biogeosenoz – biosenoz və onları əhatə edən qeyri-üzvi mühitin müxtəlif 

aspektlərdən  və  müxtəlif  nöqteyi-nəzərlərdən  funksional  əlaqələrinə  bax-

mağa imkan verərək, bir-birini tamamlayır və zənginləşdirir.  



 

56 

 

1.8.2Biogeosenozun strukturu 

Fitosenoz  biogeosenozun struktur elementlərinin və onun törəmələri-

nin məkanca yerləşməsinin struktur əsasıdır.  

Biogeosenozun bir neçə əsas əlamətini dərindən dərk etmək vacibdir.  

1.

 



Biogeosenozun Yer səthində müəyyən sahə (ərazi) ilə əlaqəsi, yəni 

onun bioxoroloji kateqoriyası. Yer kürəsinin biocoğrafi vilayətləri: 1– holar-

ktika  vilayəti,  2–neotropika  vilayəti,  3–efiopiya  vilayəti,  4–  indomalay 

vilayəti, 5–avstraliya vilayəti, 6– polineziya vilayəti, 7– antarktika vilayəti. 

Biocoğrafi vilayətlərin hər birini təkraredilməz ekosistemlər səciyyələndirir.  

2.

 



Biogeosenozun  tərkibinin  canlı  hissədən,  yəni  bitki,  heyvan  və 

mikroorqanizmlərdən,  cansızdan  (dağ  suxurları)  və  biokos  hissədən,  yəni 

torpaqdan  ibarət  olması.  Yer  kürəsinin  quru  ərazisində  bitki  örtüyünə  görə 

əsas  formasiyalar:  tundura,  mülayim  meşə,  çöllər,  buzlaqlar,  tayqa,  seyrək 

meşə, ekvator meşəsi, savanna, səhra, yüksək dağlar. 

3.

 



Biogeosenozdakı maddə və enerji mübadiləsinin ətraf mühitlə və  

onun öz komponentlərilə əlaqəli getməsi.   

4.

 

Biogeosenozun biokos hissə ilə dinamik vəhdəti, daimi hərəkəti və 



inkişafı.  

Biogeosenozun  əsas  əlamətləri  göstərir  ki,  o,  Yerin  qabığının  elə  bir 

hissəsinə (ərazi və akvatoriya) deyilir ki, onu təkcə biosenoloji xüsusiyyətlər 

deyil,  həm  də  hidroloji,  geomorfoloji,  geokimyəvi,  mikroiqlim  və  torpaq 

xüsusiyyətləri sərhədləndirir.  

Biogeosenozun  biosferlə  ümumi  əlaqəsini  qavramaq  çox  vacibdir. 

Biogeosenoz biosferin əsas bioxoroloji vahididir (―xoros‖ – sahə deməkdir). 

Biogeosenozlar  biosferi  təşkil  edən  bloklardır,  bu  bloklardan  canlılar  vasi-

təsilə maddələr mübadiləsi gedir və onlar (bloklar) birləşib biosfer səviyyəli  

- qlobal maddələr və enerji dğvranı yaradır.  

―Ekosistem‖  anlayışı  ―biotop‖  anlyışından  ayrılmaz  surətdə  bağlıdır. 

Biotop  şəraiti  yekcinsolan  müxtəlif  ölçülü  və  ya  həcmli  coğrafi  rayondur. 

Biotop  və  ya  ekotop  eyni  relyef,  iqlim,  torpaq  və  digər  abiotik  amillərə 

malik olan su hövzəsində və ya quruda müəyyən biosenozun məskən saldığı 

sahədir. Aşağıdakı biotoplar ayrılır: polipedop, yəni torpaq sudibi məskəni; 

klimatop  –  fitosenozun  yerüstü  hissəsi  məskəni;  hidrotop  –  su  dibinin  üst 

hissəsi  məskəni.  Bunlardan  asılı  olmayaraq  müxtəlif  mikropopulyasiyalar 

məskən  salan  mikrotoplar  da  ayırırlar.  Biotop  bəzən  üzvi  təbiətli  (para-

zitlərdə) ola bilər.  


Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin