68
Cədvəl 2.2
Biokütlə(quru maddə), ilkin və ikinci bioloji məhsuldarlıq (Reymers, 1990)
Ekosistemin tipi
Sahə,
min.
km
2
Bitkinin kütləsi.
kq/m
2
Bitkinin
umumi
bioküt-
ləsi,
mlrd.
ton
Heyva-
nın
umumi
biokütləsi.
min. ton
tərəddüd
Təmiz ilkin məhsul,
illik, q/m
2
Umumi
temiz
ilkin
məhsul
ildə
mlrd. t
Heyvan-
laıiri
məhsul-
darlığı.
İldə min.
T
Tərəddüd
orta
rəqəm
Tərəddüd
Orta
rəqəm
1
2
3
4
5
6
7
8
9
10
Rütubətli tropik
meşələr
17.0
6...80
45
765
330
1000... 3500 2200
37,4
260
Mövsümi yaşıl
tropik meşələr
7.5
6...80
35
260
90
1000...2500 1600
12
72
Mülayim qurşağın
həmişəyaşıl meşələri
5.0
6...200
35
175
50
600... 2500
1300
6,5
26
Mülayim qurşağin
qışda yarpağı
tökülən meşələri
7,0
6...60
30
210
110
600... 2500
1200
8,4
42
Tayqa
12.0
6...40
20
240
57
400... 2000
800
9.6
38
Meşə-kol
qruplaşmaiarı
8,5
2...20
6
50
40
250... 1200
700
6
30
Savanna
15.0
0.2...15
4
60
220
200... 2000
900
13,5
300
Çəmən-bozqır
9.0
0,?...5
1.6
14
60
200... 1500
600
5.4
80
Tundra və yüksək
dağlıq
8.0
0,1...3
1.6
14
60
10...400
140
1.1
3
Səhra və varımsəhra 18.0
0.1...4
0.7
13
8
10...250
90
1,6
7
Quru səhralar,
qayalıqlar. Buzlaqlar 24.0
0...0.2
0.02
0.5
0,02
0...10
3
0.07
0.02
Mədəniləşmiş
torpaqlar
14.0
0.4...12
1
14
6
100... 3500
650
9.1
9.0
Bataqlıqlar
2
3...50
15
30
20
800... 350
2000
4.0
32
Göllər və axar sular 2
0.01
0.02
0,05
10
100... 1500
250
0,5
10
Materik
ekosistemlərin cəmi
149
-
12.3
1837
1005
0...3500
773
115
909
Açıq okean
332.0 0..0.005
0.003
1.0
800
2...400
125
41.5
2500
Apvellinq zonası
0.4
0,005..0.1
0,02
0,008
4
400... 1000
500
0.2
11
Kontinental şleyf
26.6 0.001..0,04 0.01
0.27
160
200... 600
360
9.6
436
Yosun cəngəllikləri
və riflər
0.6
0.04...4
2
1,2
.12
500... 4000
2500
1,6
36
Estuari
1.4
0,01...6
1
1,4
21
200...3500
1500
2,1
48
Dəniz
ekosistemlərin cəmi
361
-
0.01
3.9
997
2...4000
152
55
3025
Yer üzərində cəmi*
510
-
3,6
1841
2002
0...4000
333
170
3934
*Litosfer aerobiosferin gatlarında orqunizmhrin biokütləsi oldqca azdır, litobiosferin
orqanizmlərinin məhsuldarlığı məlum deyil, aerobiosferinki isə cüzidir.
69
Son onilliklərdə bir çox nhəllarda ekoloji məhdudlaşmaya yüksək
səviyyədə diqqət yetirilir. Vacib problemləri həil edərkən təbii və fasilasiz
proseslərə yol verilən müdaxilanin həddini nəzərə almaq lazımdır.
Aqroekosistemin suni vasitələrlə «doldurulmasının» uğurlu olmasını
formalaşdırmaq meyli onun təbii potensialmm tükənməsini pərdələmək
deməkdir. Məsələn, mineral gübrələr müxtəlif bitkilərin davamlı istehsalının
təmin edilməsində uzunmüddətli vasitə ola bilməz, belə ki, ondan geniş isti-
fadə edilməsi mühüm torpaq ehtiyatının istifadəsini intensivləşdirərək, bu-
nunla da, torpağın təbii münbitliyinin aşağı düşməsinə səbəb olur, humusun
miqdarının xeyli azalması bunu təsdiq edir.
XX əsrin ikinci yarısının xarakterik xüsusiyyəti «yaşıl inqilab»ın nə-
ticəsində yüksək məhsuldar taxıl şortlarının tətbiqi, mineral gübrələrin
yüksək dozada istifadəsi, iqtisadi cəhətdən bitki mühafızəsi vasitələrindən
(lakin ekoloji baxımdan təhlükəli) istifadəsi hesabına kənd təsərrüfatı isteh-
salı sahəsində bioloji məhsuldarlığın (məhsulün) xeyli artması idi. Bunun
nəticəsində 1950-1970-ci illərdə əsas qida məhsulü sayılan taxıl hasilatı
əhəmiyyətli dərəcədə çoxaldı. Lakin 1980-ci ilin əvvəlindən başlayaraq bu
artım göstəricisi dayandı. Bu, təbiətdən istifadənin energetik (enerji) effekt-
liyinin azalması qanununun təsirinin əks olunmasıdır (Reymers, 1990).
1970-1990-cı illərdə kənd təsərrüfatınm effektivliyini xarakterizə edərək,
alimlər belə nəticəyə gəlmişlər ki, sərf olunan iqtisadiyyat şəraitində əlavə
qoyulan enerji, nəinki çəkilən xərci ödədi ,qaytardı), hətta «mənfı enerjiyə»
keçərək torpağın və yem sahələrinin dağılmasına gətirib çıxardı.
Son vaxtlar istehsal olunan məhsluun keyfıyyəti xüsusi əhəmiyyət
daşıyır.
2.1.3. Aqroekosistemin tipləri, strukturu və funksiyaları. «Aqroeko-
sistem» anlayışı
Kənd təsərrüfatı təbii ekosistemləri əhəmiyyətli dərəcədə transfor-
masiyaya uğrayır. Bunun nəticəsində olduqca müxtəlif kənd təsərrüfatı
törəmələri (əkin, səpin sahələri, bağlar, çəmən, otlaq və s.) formalaş-mışdır,
bunlar qurunun üçdə birini (o cümlədən 1,5 mlrd. ha əkin (şum sahəsı) tutur.
Hər il təkrar şumlanan, gübrə verilməsini tələb edən ərazilər tarla tipli kənd
təsərrüfatı törəmələrə aid edilir. Bağlar, giləmeyvəliklər, üzümlüklər, çay və
kofe ağacı plantasiyaları bağ törəmələri adlanır; bunlar çoxillik fitosenoz-
lardır. Kənd təsərrüfatı məhsulü əldə etmək üçün baza hesab olunan və tro-
pikdən başlamış subtropikaya qədər geniş əraziləri tutan (3 mlrd. ha) çəmən
və otlaqlardır. Bu sahələrdə ilkin bioloji məhsulün formalaşması prosesi
təbii yolla gedir və ikinci (törəmə) bioloji məhsulün alınmasında istifadə
olunur (insanın nəzarəti və idarəedilməsi altında müxtəlif ev heyvanlarının
70
yetişdirilməsi və saxlanması).
Kənd təsərrüfatı sahəsində insanın təbiətlə qarşılıqlı əlaqəsi gedən
ilkin struktur halqa - funksional vahid aqroekosistem (və ya aqrobiogeo-
senoz) sayılır. Müasir təsəvvur (anlayış) baxımından aqroekosistem (aqro-
biogeosenoz) ikinci (törəmə), insan tərəfindən dəyişilmiş, biosferin ele-
mentar vahididir.
Onun əsasını suni yaradılmış, bir qayda olaraq növlərlə kasatlaşmış
canlı orqanizmlərin biotik qruplaşmaları təşkil edir. Kənd təsərrüfatı məhsu-
lü almaq üçün bu qruplaşmaları insanlar formalaşdırır va tənzimləyir. Aqro-
ekosistemlər yüksək bioloji məhsuldarlığı və seçilmiş bir və ya bir neçə
bitki və ya heyvan növlərinin (sort, cins) dominantlığı ilə fərqlənir. Becə-
rilən bitki və yetişdirilən heyvanlar təbii dey il, suni seçməyə məruz qalır.
Ekoloji sistem kimi aqroekosistemlər davamlı deyil: onlarda özünütən-
zimləmə zəif təzahür edilir, insanın köməyi (nəzarəti) olmadan onlar tez
parçalanır, yabanılaşır və təbii biogeosenozlara transformasiya olunur (mə-
sələn, meliorasiya olunmuş torpaqlar-bataqlığa, suni meşə əkini- meşəyə
çevrilir).
Taxıl bitkilərindən ibarət aqroekosistemlər bir ildən artıq olmayaraq,
çoxillik otlar - 3-5 il, meyvə bitkiləri - 20-40 il yaşayır, sonra pozulur (dağı-
lır) və məhv olurlar. Bozqır (və ya yarımsəhra) zonasında salınmış meşə zo-
laqları aqroekosistemin elementi olaraq 30-50 ildən çox ömür sürür. İnsanın
köməyi olmadan onlar tədricən «yabanılaşır», təbii ekosistemə çevrilir və ya
məhv olurlar. Ekosistemlərin əksəriyyəti müxtəlif növlərin suni fitosenoz-
larıdır: mədəniləşdirilmiş (planlı istismar olunan çəmən və otlaqlar); yarım-
mədəniləşdirilmiş (davamsız nizamlanan suni meşə əkinləri, çoxillik çəmən-
liklər); mədəni (daim təmizlənən, xidmət göstərilən çoxillik ağaclıqlar, bos-
tan bitkiləri); intensiv mədəni (parnik və oranjeriya bitkiləri, hidroponika,
aeroponika və b., bunlar xüsusi torpaq, su və hava şəraiti yaradılmasmı tələb
edir). B.M.Mirkin və R.M.Qazıəhmədov (1995) aqroekosistemin fəaliyyət
sxemini teklif etmişlər.
2.1.4. Aqroekosistemin tiptəri
Məlum olduğu kimi, təbii ekosistemlər və aqroekosistemlər
avtotrofluğa görə oxşardır. Lakin təbii ekosistemlərdə qida elementləri və
ilkin məhsul qapalı tsikldə olur, yəni maddələr axını əsasən sistem daxilində
həyata keçirilir, onların çıxarııması isə demək olar ki, baş vermir. Aqro-
ekosistemlər isə əksər halda məhsulün sistemdən çıxarılması üçün yaradılır,
həm də bəzən məhsul formalaşan mənbədən min kilometlərlə uzağa aparılır.
Aqroekosistemlər bir tərəfdən istehsalın təbii-maddi mənbəyi, digər
tərəfdən isə insan fəaliyyətinin məqsədyönlü obyekti və nəticəsidir.
71
Aqroekosistemlər də təbii ekosistemlər kimi bir-birilə qarşılıqlı əla-
qədə olan bir çox bioloji, fiziki va kimyəvi komponentlərdan ibaratdir. Bir-
birilə funksional (fəaliyyət) əlaqəsi müəyyən edilən istanilən komponentlər
qrupu sistem əmələ gətirir.
Aqroekosistemin umumi qəbul olunmuş təsnifatı olmadığından FAO
tərəfindən istifadə edilən əkincilik strukturunun məlum ayrılmış tiplərin
təsnifatı yerinə yetirilir. Bu təsnifata uyğun olaraq torpaqdan istifadənin beş
növü ayrılır, hər bir növ üzrə aqroekosistemlərin təsnifatı verilir:
Əkinçilik aqroekosistemi və ya tarla, torpaqdan istifadə dəmyə, suva-
rılan aqroekosistemləri (taxıl, paxlalılar, yem, tərəvəz, bostan, texniki və
dərman bitkiləri) rotasiyası.
Plantasiya - bağ kimi torpaqdan istifadə - plantasiya aqroekosistemləri
(çay kolları, kakao ağacı, kofe ağacı, şəkər qamışı), bağ ekosistemləri (mey-
və bağları, giləmeyvəlik, üzümlük).
Otlaq kimi torpaqdan istifadə - otlaq aqroekosistemi (köçürmə otlaq-
ları: tundra, səhra, dağ; meşə otlaqları; yaxşılaşdırılmış otlaqlar; biçənəklər;
mədəniləşdirilmiş çəmənlər).
Qarışıq torpaqdan istifadə - qarışıq aqroekosistemlər, torpaqdan istifa-
dənin bir neçə növünün eyni nisbət və uyğun (əlaqəli) istifadəsi, həmçinin,
həm birinci (ilkin), həm da ikinci (təkrar) bioloji məhsulün alınması proses-
lərini səciyyələndirir.
İkinci (təkrar) bioloji məhsulün istehsalı məqsədilə torpaqdan istifadə
- aqrosanaye aqroekosistemi: süd, ət, yumurta və digər məhsullarm intensiv
«sanayeləşdirilmiş» istehsalı əraziləri.
Enreji daxil etmək üzrə insan və heyvanm azalə gücü şaklinda enerji
əlavə etməklə sanayeda əvvəlki aqroekosistemlər ayrılır. Bu aqroekosi-stem
tipi, bir qayda olaraq, təbii ekosistemlərlə hormoniya yaradaraq Asyia, Afri-
ka və Canubi Amerika ölkalərinda geniş əkin (şum) torpaq ərazilərini əhatə
edir. Sanayedən əvvəl aqroekosistem tipina hər il 2x10
9
C/ha, inkişaf etmiş
ölkalərda intensiv mexanikləşdirilmiş aqroekosistemlərə isə 20x10
10
C/ha
əlavə enerji daxil olur.
B.M.Mirkin tərəfindən hazırlanmış, R.M.Qazıahmadov və L.Q.Nau-
mova (1996) tərəfindən dayişdirilmiş aqroekosistemlərin əsas tiplərinin
xarakteristikası 2.3 saylı cadvəlda verilir.
Aqroekosistem törəmələrinin (tiplərinin) formalaşması, inkişafı və is-
tismarı prosesində torpağın münbitliyi və onun barpasmm nəzərə alınması
vacibdir. Aqroekosistemin üç baza tipini ayırmaq olar: təbii tutumlu, təbiəti
muhafıza və təbiəti yaxşılaşdırma. Təbii tutumlu aqroekosistemlər təbii
münbitliyin tam olmayan barpası ilə səciyyələnir, bu, onun səviyyəsinin
aşağı düşmasinə səbəb olur. Aqroekosistemin təbiəti mühallza tipi üçün
72
təbii münbitliyin sadə barpası səciyyəvidir, bunun sayəsinda onun səviyyəsi
saxlanılır. Təbiəti yaxşılaşdırma aqroekosistem tipi onun geniş barpa
olunmasına və təbii münbitliyin yüksəlməsinə yönaldilir. Son vaxtlar təbii
tutumlu aqroekosistemlər üstünlük təşkil edir.
Cədvəl 2.3
Aqroekosistemlərin əsas tiplərinin ümumilaĢdirilmiĢ xarakteristikası
(Qazıəhmədov, Naumova, 1996)
Aqroekosistemlərdə bəzi proseslər təbii sistemlərdaki kimi getmir.
Belə ki, təbii ekosistemlərdə suyun infiltrasiyası (süzülməsi) yüksək olub,
səth sularını xeyli azaldır və torpağın eroziya prosesinin inkişafını zəiflədir.
Təbii şəraitdə bitki örtüyü bütün il boyu eroziyanın qarşısını alır.
Təbii ekosistemlərdə üzvi kalloidlər yüksək miqdarda olur, bu da tor-
pağın ion mübadiləsini və su saxlama qabiliyyətini artırır. Aqroekosistem-
lərdə uzun müddət torpağın becərilməsi, həmçinin suvarılması nəticəsində
maddələrin oksidləşməsi və dağılması ila əlaqədar torpaqda kalloidlərin
73
itməsi baş verir. Üzvi maddələrin oksidləşməsi ilə paralel olaraq həm da
intensiv minerallaşma gedir, bu da üzvi maddələrin mütahərrik hissəsinin
xeyli itirilməsinə gətirib çıxarır. Aqroekosistemlərdə oksidləşmə və mineral-
laşma prosesləri bitki örtüyünün sıxlığının azalması və torpağın tem-
peraturunun artması nəticəsində güclənir.
Biogen elementlərin dövran tsikli təbii ekosistemlərdə aqroekosistemə
nisbətən daha qapalı gedir, çünki burada onların böyük hissəsi məhsulla
çıxarılır. Aqroekosistemlərdə torpaqdan qaz halında olan azotun itkisi təbii
ekosistemlərlə müqayisəda xeyli yüksəkdir, bu, denitrifikasiya mikroor-
qanizmlərin yüksək aktivliyi nəticəsində baş verir.
Təbii ekosistemlərdə bitkinin qida elementlərini udma qabiliyyəti,
torpaqda onların mənimsənilmə formalarının əmələgəlmə sürətindən
yüksəkdir. Təbii ekosistemlərin bitkiləri daha çox müxtəlif kök sisteminə
malikdir, bu, onun torpaq profilindən tam istifadəsinə imkan yaradır.
Aqroekosistemlərdə aqrotexnika, həm rütubətdən istifadə effektliyini aşağı
salır, həm da yuyulma prosesi nəticəsində qida maddələrinin torpağın kök
sistemi yerləşən qatından da kənara aparılması təhlükəsi yaranır. Təbii
ekosistemlər üç əsas həyattəminedici funksiya daşıyır (yer, vasitə, şərait).
Onlardan fərqli olaraq aqroekosistemlərdə qida, yem, dərman və xammal re-
sursunun ilkin manbəyi kimi mümkün maksimum miqdarda məhsul əldə et-
mək formalaşır, yəni aqroekosistemin funksiya sı, əsasən, həyat vasitasi
kimi məhdudlaşır. Bunun əsas səbəbi resurstutumlu və təbiəti dağıdıcı aqro-
ekosistemlərin üstünlük təşkil etməsidir.
Aqroekosistemin elmə əsaslanmış təşkili yerli landşafta və bütövlükdə
ərazinin təsərrüfat istifadəsinə adekvat (tam uyğun), səmərəli təbii və təbii-
təsərrüfat infrastrukturunun yaradılmasını nəzərda tutur.
Aqrolandşaftın təşkili təbii komplekslərin konturlarına yaxın olma-
lıdır, bu, aqrolandşaftın optimallaşdırılması ilə yerinə yetirilir. Lakin bu,
ekoloji əsaslanmış aqroekosistemin yalnız görünən hissəsidir. Landşaft -
ekoloji tarazlığı saxlayan kütlə və enerji mübadiləsinin «daxili» prosesləri
daha mürəkkəbdir.
2.1.5. Təbii və aqroekosistemlərin müqayisəli xarakteristikası
Məlumdur ki, yer atmosferinin yuxarı qatınm 1 sm
2
-a hər daqiqa 2 ka-
lori Günəş enerjisi düşür, bu günaş sabiti və ya konstantı adlanır. Işıq enerji-
sinin bitkilər tərəfindən istifadə olunması nisbətən çox deyildir. Günəş spek-
trinin yalnız FAR (dalgasının uzunluğu 380-710 nm, günaş radiasiyasının
21-46%-ni təşkil edən fotosintetik aktiv radiasiya) adlanan kiçik hissəsi
fotosintez prosesinda iştirak edir. Təbii və aqroekosistemlər fəaliyyət xüsu-
siyyətlərinə görə aşağıdaki fərqli xüsusiyyatlara malikdir.
74
1.Müxtəlif istiqamətli seçmə. Təbii ekosistemlər üçün təbii seçmə
xarakterikdir, bu onların əsaslı xassəsi - davamlılığa yönəldir, qruplaşanın
davamsız, həyata qabil olmayn orqanizm formalarını sıradan çıxarır. Aqro-
ekosistemlər insan tərəfindən yaradılır və saxlanılır. Burada seçmənin baş-
lıca istiqaməti suni usul olub, məqsəd kənd təsərrüfatı bitkilərinin məh-
suldarlığını yüksəltməkdir.
İnsan tərəfindən mədəniləişdirilmiş bitki və heyvan növləiri suni
seçmə hesabına «təkamül» keçirir və insanın köməyi olmadan onlar vəhşi
növləirləi rəqabətə girmək qabiliyyətinə malik deyildir.
2.Təbii eekosistemlərdə fıtosenozun ekoloji tərkibinin müxtəlifliyi
ayrı-ayrı illərdə hava şəraitinin tərəddüdü zamanı onun davamlığını təmin
edir. Bir neçə bitki növünün məhv olması digər növləirin məhsuldarlığının
yüksəlməsinə şəraityaradır. Bunun nəticəsində ayrı-ayrı illəirdə ekosistemdə
fıtosenoz bütvölükləi məhsulün müəyyən səviyyədə saxlanma qabiliyyətinə
malik olur. Tarla bitkiləirinin aqrosenozu isə monodominant, çox vaxt isə
eyniçeşidli qruplaşma kimi tazahür olunur. Əlverişsiz faktorların aqroseno-
zun bütün bitkiləirinə təsiri eyni cür olur. Əsas bitkinin böyümə və inkişafı-
nın sıxılması (zəifləməsi) digər bitkiləirin sürətlə inkişafı ilə kompensasiya
oluna bilməz. Bunun nəticəsində aqrosenozun məhsuldarlığınm davamlılığı
təbii ekosistemlərdən aşağıdır.
3.Müxtəlif fenoloji ritmə malik olan bitkilərin növ tərkibinin müx-
təlifliyinin mövcudluğu bütün vegetasiya dövründə fıtosenoza tam (bütöv)
sistem kimi fasiləsiz olaraq məhsulvermə prosesi həyatakeçirməyə, istilik,
rütubətlik və qida maddə resurslarından tam və qənaətlə istifadə etməəa
imkan yaradır.
Aqrosenozda mədəniləşdirilmiş bitkilərin vegetasiya dövrü vegetasiya
mövsümündən qısa olur. Təbii fitosenozlarda müxtəlif bioloji ritmlara malik
olan növlər vegetasiya mövsümünün müxtəlif vaxtlarında maksimum bio-
kütləyə çatır. Aqrosenozlarda isə bitkilərin böyüməsi eyni vaxtda olur və
inkişaf mərhələlərinin ardıcıllığı, bir qayda olaraq sinxronlaşmışdır.
Təbii ekosistemlərdə bitkilərin inkişafının müxtəlif vaxtlarda, aqro-
senozlarda isə eyni vaxtda baş verməsi məhsulverma prosesi ritminin müx-
təlif olmasına gətirib çıxarır.
4.Təbii və aqroekosistemlərin nıühüm fərqi ekosistemlərin daxilində
maddələr mübadiləsinin kompensasiya (əvəz) olunma dərəcəsi hesabolunur.
Təbii ekosistemlərdə maddələr dövranı (kimyəvi elementlər)qapalı tsikllə,
yaxud kompensasiya olunma ilə baş verir: maddələrin müəyyən dövrdə
tsiklə daxil olması orta hesabla tsikldən xaric olanmaddələrin miqdarına bə-
rabər olur, bu səbəbdən də tsikl daxilində hərbloka daxil olan maddə, təxmi-
nən oradan çıxan maddəyə bərabər olur.
75
Antropogen təsir ekosistemdə maddələr dövranını pozur. Aqrose-
nozlarda maddələrin bir hissəsi ekosistemdən birdəfəlik götürülür.
5. Təbii ekosistemlər «avtotənzimləyici» sistemdir, aqrosenozlar isə
insan tərəfindən idarə olunur. Məqsədinə çatmaq üçün insan aqrosenozda
təbii faktorların təsirini dəyişir və ya ona nəzarət edir, bitkinin böyümə və
inkişafına, xüsusilə qida məhsul vermə komponentlərə üstünlükverilir. Bu-
nunla əlaqədar əsas vəzifə minimal enerji və maddə sərf etməklə məhsul-
darlığın yüksəlməsinə şərait tapmaq, torpağın münbitliyini artırmaqdır. Bu
vəzifənin həlli aqrofıtosenozlar tərəfındən təbii resurslardan daha tam
istifadə etmək və aqrosenozlarda kimyəvi elementlərin kompensasiya olu-
nan tskillərini yaratmaqdır. Resurslardan istifadə dolğunluğu şortun genetik
xüsusiyyatləri, vegetasiyanın uzunluğu, birgə səpinlərdə komponentlərin
müxtəlif cinsliliyi və s. ilə müəyyən olunur. Buna görə M.S.Sokolov və b.
(1994) belə nəticəyə gəlir ki, aqrosistemlərin vəziyyətinə ən ciddi nəzarət
daha çox enerji sərfı tələb olunan qapalı sahədə yerinə yetirilə bilər. Bu
qrupa yarımaçıq sistemlər aiddir, burada xarici mühitlə (istixana, heyvan-
darlıq kompleksi) əlaqə olduqca məhdudlanır, temperatur, radiasiya, mineral
və üzvi maddələrin dövranı tənzimlənir və yüksək dərəcəda nəzarət olunur.
Bu idarəolunan aqroekosistemlərdir. Qalan digər aqroekosistemlər - açıq
sistemlərdir. İnsan tərəfindən effektiv nəzarət nə qədər çox olarsa, onlar bir
o qədər sadə olar.
Yarımaçıq və açıq sistemlərda insanın sayi orqanizmlərin böyüməsinə
optimum şəraiti təmin edir və onların tərkibinə ciddi bioloji nəzarət olunur.
Buradan aşağıdaki praktiki məsələlər meydana gəlir:
-birincisi, mümkün qədər arzu olunmayan növləri tam kanarlaşdırmaq;
-ikincisi, yüksək potensial məhsuldarlığa malik olan genetik tiplərin
seçilməsi;
-bütövlükdə qurumuş bitkilər və ölmüş fıtofaqlarla birlikdə əvvəl
udulmuş enerjinin ölü üzvi maddələrin tərkibinda saxlanır, ondan bir qədər
çoxu isə tənəffüs zamanı istilik şəklində ekosistemdən kanar edilir.
Ekosistemin biokütlə istehsal etmək qabiliyyəti sayəsində insan özünə
zəruri olan qida və bir çox texniki resursları əldə edir. Qeyd edildiyi kimi,
sayca artan bəşəriyyətin qida (ərzaq) ilə təmin edilməsi problemi -başlıca
olaraq aqroekosistemin (kənd təsərrüfatının) məhsuldarlığını yüksəltmək
problemi hesab olunur.
Ekoloji sistemlərin insanın təsiri ilə əlaqədar dağılması və ya çirk-
lənməsi bilavasitə enerji axınının maddələrə daxil olmasının kəsilməsinə
(dayanmasına), deməli, ekosistemin məhsuldarlığının aşağı düşməsinə sə-
bəb olur. Odur ki, bəşəriyyət qarşısında duran ilkin vəzifə - aqroekosistemin
məhsuldarlığının aşağı düşməsinin qarşısını almaqdır. Bu məsələ həll olun-
76
duqdan sonra ikinci mühüm vəzifənin - məhsuldarlığın artırılması vəzi-
fəsinin həlli mümkün ola bilər.
XX əsrin 90-cı illərində şumlanan torpaqların ilk illik məhsuldarlığı
planetimizdə 8,7 mld. ton, enerji ehtiyatı isə 14,7-10
16
kC təşkil etmişdir.
Aqrosenozlarda tez-tez ayrı-ayrı növlərin hədsiz çoxalması baş verir.
Bu hadisəni Ç.Elton «ekoloji partlayış» adlandırır. Tarixən belə «ekoloji
partlayişlar» müşahidə olunmuşdur. XIX əsrdə fitoftor göbaləyi Fransada
bütün kartof sahəbrini məhv etmiş və açlığa səbəb olmuşdur. Kolorado bö-
cəyi Amerikada Atlantik okeanına qədər yayılmış, XX əsrin başlangıcında
Qərbi Avropaya, 1940-cı illərdə isə Rusiyanın Avropa hissəsinə keçmişdir.
Müharibənin sonraki ağır illərinda bu böcək Rusiyanın bütün tarlalarını
«boşaltmışdır». Bu hadisənin qarşısnıı almaq üçün zərərvericilərin sayını
suni yolla nizamlamaq tələb olunur. Lakin kənd təsərrüfatı praktikasında bu
yol bəzən yaxşı nəticə vermir. Odur ki, insanı əhatə edən təbiətin sadələş-
dirilməsi ekoloji baxımdan təhlükəlidir. Bunu nəzərə alaraq bütün təbii
landşaftları aqrotəsərrüfat landşaftına çevirmək olmaz, onun müxtəlifliyini
qorumaq üçün toxunulmayan qoruq sahəları saxlanılmalıdır. Bu sahəlar təbii
qruplaşmalarm suksessiya sıralarını bərpa etməkdə mühüm mənbə sayılır.
2.1.6. Aqroekosistemlərdə maddələr mübadiləsi və enerji axını
Kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar qarışıq əkinlərinin
(səpinərinin) yaradılması aqroekosistemlərdə məhsuldarlığın effektliyinin
yüksəldilməsinin ən təsirli və real (düzgün) yolu hesab edilməlidir. Aqro-
ekosistemlərdə qarışıq və birgə səpinəri mexaniklaşdirmək işlərini yüksək
səviyyədə təşkil etməklə aparmaq olar. Kənd təsərrüfatı bitkilərinin səpini
bir-birini əvəz edən zolaqlarla və ya cərgələrlə aparılır. Mülayim iqlimə ma-
lik olan rayonlarda bitkilərin müxtəlif kombinasiyasından istifadə olunur:
noxud və vələmir soya ilə və ya qarğıdalı ilə; soya vələmir və qarğıdalı ilə;
soya və lobya (maş) qarğıdalı ilə; soya buğda ilə; noxud günabaxanla; raps
qarğıdalı ilə. Taxıl və paxlalıların optimal seçimində səpinərin məhsuldarlığı
və zülalın çıxımı yüksəlir.
Zülalın artımı yalnız paxlalıların dəninin hesabına deyil, həm da
paxlalı bitkilərin fıksə etdiyi azotdan istifadə edən taxıl bitkisinin dənində
olan zülalın hesabına formalaşır. İqlim zonalarından asılı olaraq ekosistemin
enerji (energetik) balansı dəyişir. Planetin müxtəlif təbii zonalarının enerji
xüsusiyyatləri 5 əsas (qlobal) aqroekosistem tipini ayırmağa imkan verir.
1. Tropik tip - fasiləsiz vegetasiya üçün şərait yaradan yüksək istilik
təminatı ilə səciyyələnir. Burada əkinçilik, əsasən, çoxillik bitkilərin üs-
tünlük təşkil etdiyi (ananas, banan, kakao, kofe, çoxillik pambıq və s.)
aqroekosistemlərin fəaliyyətinə əsaslanır. Birillik bitkilərdən ildə bir neçə
77
dəfə məhsul götürülür. Bu aqrosistem üçün il ərzındə daim tarla işlərinin
aparılması ilə əlaqədar fasiləsiz antropogen enerjinin daxil edilməsinə
təlabatmın olması səciyyəvidir.
Subtropik aqroekosistem tipində maddənin və enerji antropogen
axınının intensivliyi aşağıdır. Əsasən iki vegetasiya dövrünün (yay və qış)
mövcudluğu səciyyəvidir. Yaxşı nəzərə çarpan sakitlik dövrü keçirən çox-
illik bitkilər bitir (üzüm, çay, portağal, feyxoa, pekan, adi qoz və s.). Yay
dövrünün birillik bitkilərinə qarğıdalı, çəltik, soya, tərəvəz və s. aiddir.
Mülayim aqroekosistem tipi yalnız bir (yay) vegetasiya dövrü və
uzunmüddətli qış sakitliyi dövrü ilə səciyyələnir. Antropogen enerjinin
müdaxiləsinə ən yüksək təlabat yaz, yay və payızın başlangıcında olur.
Qütb tipli aqroekosistemlərdə əkinçilik oçaq (manba) xarakteri daşı-
yır. Aqroekosistemlər ərazicə və becarilən bitkilərlə (yarpaqlı tərəvəz, arpa,
bəzi kökümeyvəlilər, faraş kartof) məhdudlanır.
Arktik tipli aqroekosistem açıq torpaq şəraitində mövcud deyil. İstilik
dövründə olduqca aşağı temperatur olduğundan mədəni bitkilərin becəril-
məsi mümkün olmur. Yay dövründə uzun müddətli mənfi temperatur ol-
maqla soyuq hava şəraiti sürür. Yalnız qapalı şəraitdə bitkinin becərilməsi
mümkündür.
Aqroekosistemin məhsuldarlığının artırılması seleksiyada yüksək
məhsuldar və davamlı sortların alınmasına yönəldilən inkişafdan asılıdır.
Bununla yanaşı, aqroekosistemin təşkilində məhsuldarlığın yüksəldilmə-
sində digər yol çox yaruslu aqroekosistemin (təbii çox yaruslu meşə seno-
zuna bənzər) yaradılmasıdır. Bir növlü aqroekosistemdən polikultur aqro-
ekosistemə keçmək təbiətdən istifadənin optimallaşdırılmasının perspektiv
məsələlərindən biridir.
Şübhəsiz ki, enerji yalnız fotosintez prosesini təmin etmək üçün deyil.
Qeyri-üzvi və üzvi həyatla başa çatan (tamamlanan) istənilən prosesin ener-
jiya ehtiyacı var və yalnız onun istanilən miqdarda və qəbul edilən formada
mövcudluğu ilə həyata keçir.
2.1.7. Aqroekosistemlərdə maddələr mübadiləsinin (dövranının)
xüsusiyyətləri
Planetimizdə kütlə və enerji mübadiləsinə litosfer, hidrosfer və at-
mosferdə maddi və energetik çevrilmələrin və yer dəyişmələrin müxtəlif
prosesləri daxildir. Həyatın yaranması ilə bu dövran və axınlar intensivlə-
şərək, biogen miqrasiyamn inkişafı nəticəsində xeyli keyfiyyət dəyiş-
kənliyinə məruz qalmışlar.
İnsanın çoxplanlı istehsalat fəaliyyəti kütlə və enerji mübadiləsi pro-
seslərinə nəzərə çarpacaq dərəcədə düzəliş verərək, onun ərazi və müvəqqəti
78
xarakterinə toxunur və dəyişdirir. Aqroekosistemlər, şübhəsiz ki, bu dəyişik-
likdə bilavasitə iştirak edərək (özü də yüksək dərəcədə), qisman maddənin
dövranının seyrəlməsinə səbəb olur. Belə ki, planetdə aqroekosistemin
kimyalaşdırılmasının təsiri ilı azotun dövranının seyrəlməsi nəticəsində o,
suda, torpaqda toplanır və təxminən 10 mln. tona qədəri atmosferə qayıtmır.
Biogen maddələrin izafi toplanması təbii suların çirklənməsinə, torpaqda
arzuolunmaz proseslərin inkişafına səbəb olur. Kənd təsərrüfatı maddənin
təbii dövranı və enerji axınını, onların intensivliyini və yerdayişməsinin
trayektoriyasını dəyişdirir. Suni sintetik maddələrin, o cümlədən, ksenobio-
tiklərin dövrana daxil edilməsi xüsusilə təhlükəlidir.
Təbii sistemlərdə qida maddələrinin daxili dövranı, həcminə görə on-
ların atmosferdən daxil olmasından və torpaqdan yuyulma itkisindən çoxdur
(a bloku). Idarə olunan (nizamlanan) kənd təsərrüfatı ekosistemində (b
bloku) qida maddələrinin yayılması (paylanması) dəyişir, bu, onların ilkin
produsentlərdən istifadəçilərə (konsumentlərə) ötürülməsinin azalmasında,
həmçinin bu maddələrin redusentlərə daxil olma rejiminin sonraki qanu-
nauyğun dayişməsindaə tazahür olur.
Aqroekosistemlərdə belə vəziyyətin alınması pestisidlərdən istifadə
edilməsi və aqrotexniki tadbirlərin aparılması olmuşdur. Bu, torpağın
sonraki becarilməsinda bitki qalıqlarmm torpağa ötürülməsi redusentlərin
aktivliyini artırır. Aqroekosistemin idarə olunması (nizamlanması) sayəsin-
də qida maddələrinin adi («konservativ») dövranı dəyişməsi və onun abiotik
vəziyyətə keçmaə sürətinin yüksəlməsi müşahidə olunur. Aqroekosistem-
lərdə təbii sistemlərə xas olan özünütanzimləmə xassəsi dəyişir, bu isə
biotik davamlığın aşağı düşməsinə aparır.
Bütün ekosistemlər təkamül prosesində təşəkkül tapan hərtərəfli (uni-
versal) təbii proseslər - biogeokimyəvi tsiklləri keçməsi əsasında fəaliyyət
göstarir. Homeotaz prinsiplərinə uyğun olaraq, ekosistemi formalaşdıran hər
hansı bir funksional (fəaliyyətdə olan) komponentlərin aşkar dəyişməsi,
digər komponentlərin də əhəmiyyətli dərəcədə dəyişməsinin ilkin səbəbi ola
bilər; bu zaman sistemin əvvəlki daxili quruluşu pozulur (bitki və heyvan
qruplaşmalarının tərkibi, üzvi maddələrin dominantlığı və s.). Belə halda da
homeostaz yeni səviyyəyə keçirsə, o zaman eksistemin sabitliyi saxlanılır.
Əgar funksional (fəaliyyətdə olan) komponentlərin hər hansı biri sıradan
çıxarsa və ya effektliyini itirarsə, o zaman abiotik faktorların təsiri ilə eko-
sistem dağıla bilər, məsələn, eroziya prosesinin təsiri ilə.
Ekosistemin stabil fəaliyyətina nail olmaq və deqradasiya proses-
lərinin baş verməsinin və inkişafının qarşısını almaq üçün daima məqsəd-
yönlü işlər yerinə yetirilməlidir: bioloji məhsuldarlığın xüsusiyyətlərini elmi
cəhətdən dərk etmək, praktiki fəaliyyətdə məqsədyönlü istiqamət formalaş-
79
dırmaq. Perspektivdə suni törəmələrin xassələri təbii ekosistemlərin xassə-
lərinə maksimum yaxınlaşmasını təmin etməlidir, əslində bunun aqrosis-
temdə kütlə və enerji mübadiləsi xüsusiyyatlərinə əsaslanan aqroekoloji
həlli tapılmalıdır.
Aqroekosistemin məhsulvermə prosesi ayrı-ayrılıqda təsir göstərən
abiotik (yeri, günəş radiasiyası, istilik və su rejimi, mineral qidalanma və s.),
biotik və antropogen faktorlardan deyil, eyni vaxtda (aparılan) bu faktorlarm
kompleksindən asılıdır (faktorlararası qarşılıqlı təsirin mürəkkəb kombina-
siyasının yekunlaşdırıcı vektörü). Aqroekosistemin məhsuldarlığı insanın
idarə olunması (nəzarəti) altında becarilən bitki və ətraf muhit arasında mad-
dələr mübadiləsi və enerji çevrilməsi proseslərinin intensivliyi və istiqaməti
ilə təmin olunur. Aqroekosistemin bioloji təşkilinin ekosistem səviyyəsi son
nəticədə idarəetmənin keyfiyyətindən, onun təbiətə uyğunluq dərəcəsindən
asılıdır.
2.2.
Dostları ilə paylaş: |