Ġzabella qasimova, musa bayramov


ġəkil.1.1. Ekologiya elminin əsas bölmələri



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə2/55
tarix01.04.2017
ölçüsü5,58 Mb.
#13051
1   2   3   4   5   6   7   8   9   ...   55

ġəkil.1.1. Ekologiya elminin əsas bölmələri 

 

Münit  (atmosfer, hidrosfer, litosfer, kosmos) 

Bitki ekologiyası 

Heyvan ekologiyasi 

İnsan ekologiyası 

Mikroorqanizm ekologiyası 

Populyasiya ekologiyasi 

Sinekologiya 

Autekologiya 

Nəzəri ekologiya 

Tətbiqi ekologiya 

Ümumi ekologiya 



EKOLOGĠYA 

16 

 

1.1.5. Ekologiya  elminin inkişafının  inteqrativ  dövrü 

Proseslərin  inkişafına  elmi  yanaşma  daha  məqsədəuyğundur.  Bu  ba-

xımdan V.A.Solovyovun metodoloji görüşləri böyük maraq doğurur. Onun 

fikrincə ekologiyanın inkişafında bir neçə paradiqm növbələşməsi baş verir. 

Paradiqma  (yunancadan,  paradeiqma-nümunə,  misal)  –  elmi  nəzəriyyədir. 

Anlayışlar  sistemində  həqiqətin  əhəmiyyətli  əlamətlərini  ifadə  edir  və  ya 

başlanğıc  konseptual  sxemdir,  problemin  və  onun  həllinin  quruluş 

modelidir.  

İlk olaraq ekologiyada autekoloji paradiqma hökmranlıq edirdi: mühit 

şəraiti  (ekoloji  faktorlar)  orqanizmlərin  həyat  fəaliyyətini  və  rast  gəlmə 

tezliyini  tamamilə  müəyyənləşdirir.  Onu  sinekoloğiya  paradıqmı  əvəz  etdi: 

mahiyyəti  bundan  ibarətdir  ki,  canlı  orqanizmlərin  həyat  fəaliyyəti  və  rast 

gəlmə  tezliyi,  abiotik  faktorların  təsiri  fonunda,  orqanizmlərin  və  popul-

yasiyaların qarşılıqlı təsiri ilə müəyyənləşdirilir. Üçüncü paradiqma sistemi-

nin  mahiyyəti  ondan  ibarətdir  ki,  canlı  orqanizmlər  və  onları  əhatə  edən 

mühit bir neçə birliklər – ekosistemlər formalaşdırırlar, hansı ki, həm orqa-

nizm mühitə, həm də mühit orqanizmlərə təsir edirlər.  

Sadalanan  3  paradiqmin  fərqini  V.A.Solovyov  Sphaqnum  cinsindən 

olan mamırın izafi nəmlik sistemi misalında müvəffəqiyyətlə təsvir edir. Bu 

sistemin  inkişafı  ərazinin  bataqlaşması  ilə  xarakterizə  olunur.  Baxılan 

prosesin detallarına varmadan, autekoloji paradiqmaya uyğun olaraq demək 

olar  ki,  bataqlıq  izafi  nəmlikdən  (rütubətdən)  yaranır;  əgər  sinekoloji 

paradiqmadan yanaşsaq, baxılan proses mamırlar tərəfindən yaradılır, hansı 

ki,  yüksək  su  saxlama  qabiliyyətinə  malikdir  və  ətraf  mühitdən  rütubəti 

―toplayır‖.Ekosistem paradiqmaya  görə səbəb və nəticə mənasını itirir (rü-

tubət və ya mamır bataqlıq yaratmır). Baxılan elementlərdən yaranan sistem 

bataqlaşma  istiqamətində  özünü  tənzimləmə  və  öz-özünə  inkişaf  etmə 

xassəsinə malikdir. Göstərilən xüsusiyyət məhz sistemin özünə aiddir, onun 

ayrı-ayrı elementlərinə yox.  

Müasir ekoloji biliklərin kompleksliyi (bir çox elmlərin materiallarına 

əsaslanması)  sistem  paradiqmlərin  bir  neçə  variantlarının  yaranmasını 



şərtləndirdi:  

a)

 



Komponent variant, bu zaman ekoloji tədqiqatlar biosenozun və ya 

biosferin komponentlərinin öyrənilməsinə əsaslanır;  

b)

 

Biogeosenotik  variant, ekoloji  tədqiqatın  obyekti elementlər kom-



pleksidir,  hansı  ki,  bir  tərəfdən  öz  aralarında  qarşılıqlı  təsirdə  olur,  digər 

tərəfdən bir-birini təmin edirlər;  

c)

 

Geostruktur  variantı, hansı  ki,  mərkəzdə geosistem (yer məkanı), 



haradakı  müxtəlif  təbii  komponentlər  bir-birilə  sistemli  əlaqədə  olurlar  və 

17 

 

tam vahid kimi insan cəmiyyəti və kosmik şəraitlə qarşılıqlı təsirdə olurlar; 



bu variantda diqqət cansız təbiətə (abiotik faktorlara) yönəlir;   

d)

 



Biosenotik variantda əsas mexanizm ekoloji suksessiya prosesində 

təbii kompleksi və onun inkişafını tənzimləyən biotik avtorequlyatorlardır;  

e)

 

Antroposentrik  variant,  o  zəminə  əsaslanır  ki,  insan  (cəmiyyət) 



biosferin tərkib hissəsidir (digər variantlarda bundan fərqli olaraq, insan və 

cəmiyyət təbii ekosistemdə yerləşməyən və onunla qarşılıqlı təsirdə olan bir 

sistem kimi baxılırdı).  

Ekologiyanın  sistem  paradiqminin  2  əsas  xüsusiyyətini  nəzərdə  sax-

lamaq lazımdır. V.A.Solovyov onları aşağıdakı kimi xarakterizə edir: birinci 

- tək yanaşma (monotonluq) bitkilər, heyvanlar, mikroorqanizmlər, insan və 

təbii  mühit  daxil  olan  istənilən  təbii  kompleksə  tək  yanaşmanı  təmin  edir; 

ikinci-sistemli  yanaşma  -  o  ekosistemi  ümumi  sistemin  növlərindən  biri 

kimi  göstərir  və  ekoloji  obyektə  sistem  və  kibernetikanın  bütün  inkişaf 

etmiş riyazi metodları ilə birgə ümumi nəzəriyyəni tətbiq etmək üçün şərait 

yaradır.  

Ümumi  ekologiyanın  inkişafı  və  formalaşması  ilə  bərabər,  onun  tət-

biqi  istiqamətinin  yaranması  prosesi  də  gedirdi.  Onların  arasında  əsas  yer 

kənd təsərrüfatı ekologiyasınaaiddir. Əgər aşağıdakıları  yada salsaq, elə  bu 

da  qanuna  uyğundur.  Kənd  təsərrüfatı  istehsalı  digər  təsərrüfat  kompleks-

lərindən fərqli olaraq, cəmiyyət və təbii faktorlarla daha sıx əlaqəsilə xarak-

terizə  olunur.  Mahiyyətcə  kənd  təsərrüfatı  bitkilərinin  becərilməsi  və  hey-

vanların  çoxaldılması  cəmiyyət  və  təbiət  arasında  əlaqənin  daha  aktiv  və 

tarixən  uzunmüddətli  proses  olduğunu  düşünərək,  təsdiq  etmək  olar  ki,  bir 

çox  vəzifələrin  həllini  kənd  təsərrüfatının  tələbatları  şərtləndirirdi,  çünki 

məhz təbii faktorlar istehsalın təbii əsasları və bazisidir.  

Ümumi ekologiya, onun tətbiqi istiqaməti kimi aşağıdakı elmi funksi-

yaları yerinə yetirir: təsvir, ölçmə, təsnifat, izahedici (diaqnostik), sintezedi-

ci (sistemləşdirici), öncədən xəbər vermə  (proqnozlaşdırıcı) və konstruktiv. 

Konkret aqroekoloji vəzifələrin həllində elə bunlar nəzərə alınmalıdır. Bəşə-

riyyətin  sağ  qalması  insan  və  təbiət  qarşılıqlı  əlaqəsinin  ekoloji  biliklər 

əsasında optimallaşdırılmasını tələb edir.    

 

1.2.  Təbii mühit və ekoloji faktorların təsirinin qanunauyğunluqları 



  1.2.1. Mühit

 

anlayışı

 

 Mühit– konsepsiyası və onun orqanizmlərlə əlaqəsi elmdə mübahisəli 

 

18 

 

məsələlərə  daxildir.  Orqanizm  və  mühit  arasındakı  əlaqədən  danışanda 



ekologiya sağqalma və çoxalma kriteriyalarını nəzərə almalıdır.  Məhz onlar 

növlərin verilən mühitdə və  ya konkret  ekosistemdə dözümlülüyünün  eko-

loji  şansını  müəyyən  edir.  ―Mühit‖  anlayışının  müasir  təsnifatı  onun  dif-

ferensial  strukturu  haqda  tam  təsəvvür  yaratmağa  imkan  verir.  Mühit 

anlayışının aşağıda göstərilən əsas 3 forması yaranıb:   

1.

 



Ətraf  mühit  –  bu  orqanizmləri  əhatə  edən  və  onlara  müsbət  və 

mənfi təsir göstərən maddələr, enerji və məkandır.   

2.

 

Təbii mühit  –  bu insanla əlaqəsindən asılı olmayaraq, təbii biotik  



və  abiotik  faktorların  cəminin  bitki,  heyvan  və  digər  orqanizmlərə  təsiridir 

(coğrafi qabıq, biogen mühit, bütün təbiət hadisələri, gücü və s.).      

3.

 

Antropogen mühit – insan tərəfindən dəyişdirilən təbii mühitdir. O,  



özündə  ―kvazi  təbii  mühit‖  (mədəniləşdirilmiş  landşaftlar,  aqrosenozlar  – 

aqroekosistemlər və digər özünü bərpa edə bilməyən mühit), ―artetəbii mü-

hit‖  (təbii  elementlərlə  birlikdə  insanların  süni  əhatəsini-  binaları,  təchi-

zatları,  asfaltlaşmış  və  digər  yolları  əhatə  edir);  insanı  əhatə  edən  mühit  – 

abiotik, biotik və sosial faktorların cəmini ―kvazitəbii‖ və ―artetəbii‖ mühit-

lərlə birlikdə cəmləşdirir. 

Faktorial ekologiyada daha kiçik mühit anlayışı var –  yaşama mühiti. 

O, orqanizmləri əhatə edən və onlarala qarşılıqlı əlaqədə olan təbii mühitin 

bir  hissəsidir.  Yaşama  mühitinin  tərkib  elementləri  və  xüsusiyyətləri  çox 

sahəlidir,  dəyişkəndir;  bu  zaman    elementlərdən  biri  orqanizm  üçün  vacib, 

digəri əhəmiyyətsiz, üçüncüsü isə zərərli ola bilər. 

Mövcudolma  şəraiti  və  ya  həyat  şəraiti  –  bu  orqanizmə  vacib  olan 

mühit  elementlərinin  cəmidir,  hansı  ki,  onlar  qırılmaz  bağlıdır  və  onlarsız 

yaşaya bilməzlər. Ekoloji ədəbiyyatlarda göstərilir ki, ətraf mühitin istənilən 

elementi  ekoloji  faktor  ola  bilər.  Ekoloji  faktorun  aşağıdakı  təyinatı  daha 

geniş yayılıb – canlı orqanizmin inkişafının hər hansı fazasında ona müsbət 

və  ya  mənfi  təsir  göstərən  ətraf  mühit  elementinin  hər  biri  ekoloji  faktor 

adlanır. Ekoloji faktorlar orqanizmdə gedən biokimyəvi, fizioloji proseslərə, 

onun  yayılmasına, inkişafına, məhsuldarlığına, sağlamlığına, ölümünə, sut-

kalıq və illik fəaliyyətinə təsir edir. Hansı faktor olursa olsun, onun canlıya 

təsiri  optimal  hissədən  kənarlaşdıqca  zəiflədici,  lap  kənarda  isə  öldürücü 

olur.  


Ekoloji  faktorların  canlıya  təsiri  tez  və  ləng,  canlının  bu  təsirlərə 

cavab reaksiyası da tədrici və dərhal ola bilər. Antropogen faktorların çoxu 

tez, bəziləri ləng təsir edir.  


19 

 

 



ġəkil 1.2. Ekoloji amillərin təsir sxemi 

 

Su, torpaq, hava və canlı orqanizm mühit əmələ gətirir.  Eyni zamanda 



faktor kimi təsir edirlər. Bunlara mühit əmələ gətirən faktorlar deyilir. Eyni 

faktorun təsiri müxtəlif mühitdə fərqli ola bilər. Məsələn, işıq hava mühitdə 

ən çox, torpaqda isə ən azdır.  

Faktorlar 3 böyük qrupa ayrılır: abiotik, biotik və  antropogen fak- 

torlar

1.

 

Abiotik faktorlar bütün qeyri-üzvi mühit faktorlarının məcmüsünü 

təşkil  edib,  bitki  və  heyvanların  həyatına  və  yayılmasına  təsir  göstərir.             

A)  Fiziki  faktorların  mənbəyi  fiziki  vəziyyət  və  ya  hadisə  sayılır:  işıq, 

temperatur,  hava,  rütubət,  təzyiq,  sıxlıq  və  s.  Məsələn,  temperatur  yüksək 

olduqda yanıq, çıx aşağı olduqda isə donma yaradır. Temperaturun təsirinə 

digər  faktorlar  da  təsir  göstərə  bilər.  İşığın  təsirindən  bitkilərin  fotosintez 

prosesinin intensivliyi dəyişir. Bir çox bitkilərdə fotoperiodizm hadisəsi baş 

verir.  B)  Kimyəvi  faktorlar-  mühitin  kimyəvi  tərkibi  ilə  əlqədar  təsir 

göstərir. Məsələn, suyun duzluluğu çox olarsa, su hövzəsində həyat olmaya 

bilər,  eyni  zamanda  saf  suda  dəniz  orqanizmlərinin  əksəriyyəti  yaşaya  bil-

mir.  Quruda  və  suda  heyvanların  həyatı  kifayət  qədər  oksigenin  miqda-

rından  asılıdır.  C)  Edafik  və  ya  torpaq  faktorları  –  torpaqda  yaşayan 

orqanizmlərə  təsir  göstərən  torpağın  və  dağ  suxurlarının  kimyəvi,  fiziki  və 

mexaniki xassələrinin məcmusudur.  

Orqanizmlərə  yalnız  abiotik  faktorlar  təsir  göstərmir.  Orqanizmlər 

qruplaşmalar əmələ  gətirir. Burada onlar qida,  ərazi,  çoxalma uğrunda mü-

barizə  edir,  bir-biri  ilə  rəqabətə  girirlər.  Bu  zaman  növdaxili  və  xüsusən 

növlər arası səviyyədə    



2.

 

Biotik  faktorlar  -  ətraf  mühitdən  canlıya  təsir  göstərən  digər  can-

lılar: növdaxili və növlər arası mübarizə kimi təzahür edir. Y.P.Xrustaylev 

və  Q.Q.Matiçevə  görə  (1996)  biotik  faktorlar  bir  orqanizmin  həyat  fəaliy-


20 

 

yətinin  digər  orqanizmlərin  həyat  fəaliyyətinə  təsirinin  məcmusu  olmaqla 



yanaşı, həm də cansız mühit məkanına təsiridir. Cansız mühitə təsir dedikdə, 

orqanizmlərin özlərinin müəyən dərəcədə mövcud olduğu şəraitə təsir etmə 

qabiliyyəti  başa  düşülür.  Məsələn,  meşədə  bitki  örtüyünün  təsiri  altında 

xüsusi  mikroiqlim  və  ya  mikromühit  yaranır,  bura  açıq  sahəyə  nisbətən 

özünəməxsus  temperatur-rütubətlilik  rejiminə  malik  olur:  qışda  burada 

havanın  temperaturu  bir  neçə  dərəcə  isti,  yayda  isə  sərin  və  rütubətli  olur. 

Ağacın koğuşunda, yuvalarda, mağaralarda da xüsusi mikromühit olur.  

Qarın  altındakı  mikromühiti  xüsusi  qeyd  etmək  lazımdır,  buranın 

mühiti sıfır abiotik təbiətə malikdir. Biotik faktorlar 3  əsas səbəbdən  yara-

nır: 1) qida əlaqəsi; 2) məkan əlaqəsi; 3) reproduktiv əlaqə. Qida əlaqəsi növ 

daxilində sahəyə görə, reproduktiv əlaqələr isə növ daxilində daha çox təsir-

lidir. Unutmaq olmaz ki, biotik  əlaqələrin qanunauyğunluqları təbii sistem-

lərə  aiddir,  onlar  süni  şəraitdə  məcburiyyət  qarşısında  qalıb  pozula  bilər. 

Canlı aləmdə gedən təbii seçmə ilə  ekoloji şərait arasında sıx əlaqə vardır. 

(cədvəl 1.1.) Ada dovşanı populyasiyasını misal göstərmək olar. 

Cədvəl 1.1   

Canlı aləmdə gedən təbii seçmə ilə ekoloji Ģəraitin əlaqəsi 

(Riklefs, 1979, bəzi əlavələr edilməklə) 

 

Ümumi formada 



Konkret misallarda 

1.Populyasiyanın  reproduktiv  imkan-

ları çox böyükdür, lakin populyasianın 

sıxlığı  adətən  müəyyən  səviyyədə 

qalır, ona görə ki, populyasiyada ölüm 

faizi çox yüksəkdir.   

2.Populyasiyada fərdi dəyişkənlik var, 

bu  vəziyyət  fərdlərin  differensial 

yaşama qabiliyyətini yaradır.    

3.Fərdlərin əlmətlərini onların nəsilləri 

irsiyyətə keçirir.   

4.Populyasiyanın  tərkibi  mühitə  uy-

ğunlaşa  bilməyən  fərdlərin  tələf 

olması hesabına dəyişir.  

1.Ada  dovşanı  dünyanı  tutardı  bu 

ona  görə  olmur  ki,  dovşanın  ço-

xunu yırtıcı heyvanlar yeyir.   

2.Dovşanın  bəzi  fərdləri  başqala-

rından  tez  qaçır  ona  görə  də  yırtı-

cılardan qoruna bilir.   

3.Bərk  qaçan  dovşanın  balaları  da 

bərk  qaçıb  onları  yırtıcılardan  qo-

ruyur.   

4.Populyasiyada  olan  dovşanlar 

ümumiliklə valideynlərinə nisbətən 

bərk  qaçır,  ona  görə  populyasiya 

yaşayıb qalır və təkamül edir.  

  

3.

 

 Antropogen  faktorlar  –  insanın  başqa  canlılara  təsir,  bu  da  öz 

növbəsində  iki  qrupa  bölünür:  a)  insanın  digər  canlılara  birbaşa  təsiri; 

məsələn, ov etmək, balıq tutmaq, meşəni qırmaq, bitkiləri mədəniləşdirmək, 

heyvanları  əhliləşdirmək  və  s.  b)  insanın  başqa  canlılara  onların  yaşama 

şəraitini  dəyişməklə  etdiyi  təsir:  canlının  yaşama  şəraitini  dəyişməklə,  ona 


21 

 

ətraf  mühitdən  təsir  edən  faktorları  dəyişmək  deməkdir.  Deməlı,  insan 



faktirların faktorudur.   

Orqanizmlərin  uyğunlaşmaları  mühiti  xarakterizə  edən  obyektiv  gös-

təricilərdir. Orqanizmlərin mühitə uyğunlaşması nisbi xarakter daşıyır. İnsan 

ətraf  mühiti  dəyişməklə  orqanizmləri  yeni-yeni  uyğunlaşmalar  qazanmağa 

məcbur  edir:  etoloji  (davranış)  uyğunlaşmaları  →ekoloji  (həyat  tərzi)  uy-

ğunlaşmaları→morfoloji  uyğunlaşmalar.  Budur  təkamülün  ümumi  yolu. 

Antropogen  faktorun  təsiri  altında  baş  verən  təkamülə  misallar:  vəhşı  hey-

vanlar-  yaylaqda  ev  heyvanları,  quşların  yumurtalarının  rənginin  əlvan 

olması (morfoloji qalıq).  

A.C.Monçadski təklif edir ki, ekoloji faktor orqanizmdə periodik dəyi- 

şikliklər  əmələ  gətirərək  təkamül  prosesində  irsən  möhkəmləndirilməlidir. 

B.A.Bıkova  görə  ekoloji  faktor  (latınca  –  factor-  yaradan,  edən)  – 

ornizmlərdə  və  ekosistemlərdə  gedən  proseslərin  istiqamətini  və  sürətini 

müəyyənləşdirən xarici və daxili gücdür.  

Orqanizmlərin 3 əsas reaksiya tipini ayırmaq olar:   

a)

 

sadə forma – orqanizmin təsir mənbəsinə görə məkanca dəyişməsi. 



Buna  misal,  həyat  fəaliyyətini  saxlaması  üçün  orqanizmlərin  yerdəyişməsi;  

b)  daha  mürəkkəb  reaksiya  tipi  –  həyat  fəaliyyəti  səviyyəinin  miqdarca 

dəyişməsi,  bu o zaman baş  verir ki,  xarici təsirlərə  cavab olaraq, orqanizm 

məkanca öz yerini dəyişə bilmir; c) cavab reaksiyalarının ən mürəkkəb tipi – 

həyat  fəaliyyəti  xarakterinin  dəyişməsidir  (diapauzalar,  qış  yuxuları,  ana-

biozlar,  fotoperiodik  reaksiyalar  və  s.).  Bu  reaksiyalar  uzunmüddətli  və 

intensivlikli ola bilər: məsələn, fəsillərin dəyişməsi, parazitlərin təsiri, çirk-

ləndirici maddələr və b.  

Canlıların təbii yaşama şəraitinin antropogen ―təkamülü‖ 2 əsas mər-

hələ keçir.: 

1.

 

 Modifikasiya  mərhələsi-  yarımsəhra  –  çöl  -  çəmənlik  -  meşə  - 



kolluq  yerində  otlaq  -  biçənək  -  torpaq  yollar  salınması  həmin  sahələrin 

modifikasiyasıdır - şəkildəyişməsi.  

2.

 

Transformasiya mərhələsi – modifikasiya olunmuş sahələr yerində 



tarla, bağ, üzümlük, magistral yol, kənd, şəhər və s. salınması təbii yaşama 

şəraitinin tamam transformasiyasıdır.  

Canlıların yaşama şəraitinə antropogen təsir onların təkamülünə yeni-

yeni istiqamətlər verir.  

Ətraf  mühitdə  ekoloji  faktorların  rolu  haqqında  bir  neçə  mühüm 

konsepsiyanı bilmək vacibdir. 

1.

 

J.Libix  qanunu  (―minimal  tələb‖).  1840-cı  ildə  alman  alim-aqro-



nomu  evtrofikasiya  prosesi,  ekoloji  partlayış,  seliteb  sahələrin  bioloji  çirk-

lənməsini  təhlil  edərək,  qorxulu  ekoloji  partlayışların  profilaktikası  üçün 



22 

 

onun  əmələ  gəlməsində  əsas  rol oynayan  ekoloji  faktorları bilməyin  vacib-



liyini müəyyənləşdirdi.  

2.   B.Şelford qanunu (dözümlülük qanunu) 1913-cü ildə İsveçrə alimi 

orqanizmin ətraf mühitdən ekoloji tələbatını iki qrupa ayırdı: minimal eko-

loji  və  maksimal  ekoloji  tələbat.  Bu  iki  şərait  arasındakı  şərait  orqanizmin 

dözümlülük həddi adlanır:  F

min


 < F

opt 


 < F

max


.   

Canlıların  ekoloji  dözümlülük  həddi  ilə  əlaqədar  bir  neçə  ekoloji 

qanunauyğunluqlar müəyyən edilmişdir.  

1.

 



Canlıların döğzümlülük həddi bir faktora qarşı geniş, başqa faktora 

qarşı məhdud ola bilər.  

2.

 

Arealı geniş olan növlər bir neçə faktora qarşı dözümlü olur.  



3.

 

Ətraf mühitdən canlıya təsir edən  hər  hansı  ekoloji  faktor  optimal  



olmayanda onun digər ekoloji faktorlara da dözümlülük həddi məhdudlaşır.  

4.

 



  Laboratoriya şəraitində  əsas olan faktor, təbiətdə başqa faktorların 

təsiri altına düşüb, ikinci dərəcəli ola bilər. Deməli, təbiətdə faktorların təsiri 

bir - birindən asılıdır.  

5.

 



  Orqanizmin  dözümlülük  həddi  onun  inkişaf  mərhələsindən  və 

yaşından  asılı  olaraq  dəyişə  bilər.  Subay  fərdlərin  dözümlülük  həddi  nəsil 

verənlərə nisbətən geniş olur.  

Konkret növ canlıların dözümlülük həddini bildirmək üçün steno(dar) 

və evrı (geniş) sözlərindən istofadə olunur.  

 

           Orqanizmlərin ekoloji dözümlülük həddini bildirən anlayışlar:  



 

Ekoloji faktorlar    Dözüm. həddi məhdud olan   Dözüm. həddi geniş olan  

 

1. Temperatur                  Stenoterm                                       Evriterm    



2. Duzluluq                      Stenoqal                                         Evriqal   

3. Yemlənmə                   Stenofaq, monofaq                         Evrifaq, polifaq   

4.  Oksigen                      Stenoksibiont                                  Evriksibiont 

5.  Təzyiq                         Stenobat                                         Evribat   

6.  Biotopa görə               Stenotop                                         Evritop    

7. Yaşama şəraiti             Stenoykiya                                     Evrioykiya   

8.  Faktorlar cəmi            Stenobiont                                      Evribiont .   

 

Ekoloji faktorlar arasnda həmçinin limitldirici faktorlar da ayrılır. Bu 



faktorlar  müəyyən  növ  üçün  ekstremal  hesab  olunan  şəraitdə  yaşamaq 

imkanını məhdudlaşdırır. Limitləşdirici faktorlar haqqında fikri ilk dəfə XIX 

əsrin ortalarında alman alimi aqrokimyaçı Y.Libix irəli sürmüşdür. Təlabatla 

müqayisədə özünün azlığı və hədsiz çoxluğu ilə orqanizmin inkişafını mə-



23 

 

hdudlaşdıran  faktorlar  limitləşdirici  faktorlar  adlanır.  Deməli,  orqanizmlər 



ekoloji  minimum  və  ekoloji  maksimumla  xarakterzə  olunur.  Bu  iki  ölçü 

arasındakı  diapozonu  tolerantlıq  hüdudu  adlandırmaq  qəbul  edilmişdir 

(V.Şelford, 1913). Y.Odum (1975) tolerantliq qanununu tamamlayan aşağı-

dakı məqamları göstərir.  

1)

 

Orqanizm bir faktora görə geniş, digərinə isə dar diapozonda tole-



rantlığa malikdir.  

2)

 



 Bütün  faktorlara  qarşı  geniş  diapozolu  orqanizmlər  adətən  geniş 

yayılmışdır.  

3)

 

 Hər  hansı  növ  üçün  ekoloji  faktorun  biri  üzrə  şərait  optimal  de-



yilsə,  digər  ekoloji  faktora  qarşı  da  tolerantlıq  diapozonu  darala  bilər.  Mə-

sələn,  azotun  limitləşdirilmiş  miqdarı  zamanı  taxıl  bitkisinin  quraqlığa  da-

vamlılığı aşağı düşür. Azotun miqdarı az olduqda solmanın qarşısının  alın- 

masına çox, azotun miqdarı çox olduqda isə nisbətən az su sərf olunur.  

4)

 

 Çoxalma  dövrü  adətən  kritik  olur:  bu  dövrdə  bir  sıra  mühit  fak-



torları  çox  vaxt  limitləşdirilmiş  olur.  Tolerant  orqanizmlər  ətraf  mühitin 

əlverişsiz dəyişkənliyinə olduqca dözümlü növlər hesab olunur 



 

1.3. Autekologiya – orqanizm və mühit arasındakı qarĢılıqlı  

əlaqələrin öyrənilməsindən bəhs edir 

   


1.3.1. İşığın orqanizmlərə təsirı   

Ekologiyada ―işıq‖ termini dedikdə günəş şüalanmasının bütün diapo-

zonu:  0,05  –  3000  nm  (1nm=10

-6

  mm)  və  daha  yüksək  dalğa  uzunluqlu 



enerji axını nəzərdə tutulur. Bu radiasiya axını orqanizmlərin həyatında fizi-

ki xassələrinə və ekoloji əhəmiyyətinə görə bir neçə sahəyə ayrılır:  



≤150nm  –  ionlaşma  radiasiyası-  kosmik  şüalar,  həmçinin  təbii  və 

süni  radioaktivlik  daxildir.  Texnogen  mənşəli  radiasiya  ikincinin  kəskin 

artmasına  səbəb  olur.  Radiasiyanın  bioloji  təsiri  subhüceyrə  səviyyəsində 

(nüvə, mitoxondri, mikrosom) baş verir.  



150-400nm – ultrabənövşəyi radiasiya (UB) - ultrabənövşəyi şüaların 

daha  qısa  dalğalı  (200-280  nm)  zonası  –UB-C  dəri  tərəfindən  fəal  adsorb-

siya  olunur.  O,  praktiki  olaraq  ozon  ekranı  tərəfindən  udulur.  280-320  nm 

dalğa uzunluqlu UB-B spektrin daha təhlükəli zonası olub kanserogen təsir 

göstərir. UB-B zonasının da əsas hissəsi ozon ekranı tərəfindən udulur. Yer 

səthinə  UB şüaların təxminən 300 nm-dən yuxarı uzunluqlu dalğaları çatır. 

Spektrin  bu  hissəsi  böyük  enerjiyə  malik  olub,  canlı  orqanizmlərə  əsasən 

kimyəvi  təsir  göstərir:  Ca  və  P-un  mübadiləsini  tənzimləyir,  D  vitamini 

sintez  edir.  Buna  görə  də  yuvalarda  doğulan  heyvanların  bir  çoxu  ―günəş 

vannası‖  qəbul  edirlər.  Tünd  piqmentləşmə  UB  şüaların  mənfi  təsirindən 



24 

 

qorunmaq üçündür. UB şüalar hidrosferin 65 m dərinliyinə nüfuz edir. UB 



radiasiya  yer  səthinə  çatan  ümumi  radiasiyanın  təxminən  5-10%-ni  təşkil 

edir. 


400-800nm - görünən işıq  spektrin bu hissəsi Yer səthinə çatan gü-

nəş enerjisinin 40-50%-ni təşkil edir. Fotosintez prosesində işıq enerji mən-

bəyi  kimi  çıxış  edərək,  ondan  piqment  sistemində  istifadə  olunur.  Lakin 

fotosintezdə  spektrin  bir  hissəsindən  (380-760  nm)  istifadə  olunur.  Buna 

fizioloji  aktiv  radiasiya  (FAR)  deyilir.  Bunlarin  daxilində  fotosintez  üçün 

fotosintez  üçün  qırmızı-çəhrayı  (600-700nm)  və  bənövşəyi-mavi  (400-500 

nm) şüalar daha böyük əhəmiyyətə malikdir, sarı-yaşıl şüalar (500-600 nm) 

az əhəmiyyətlidir, bitkilərə yaşıl rəng verir.  

Piqment  sistemindən  istifadə  nəticəsində  su  molekullarında  parçalan- 

ma baş  verərək  qazşəkilli oksigen ayrılır, fotokimyəvi sistemdən alınan   

enerjidən isə karbohidratın əmələ gəlməsində istifadə olunur:   

 

 



Xlorofilin şüa enerjisindən və heyvanların görmə piqmentindən istifa-

də etmək qabiliyyəti olduqca  yaxındır. Odur ki,  günəş şüalanmasının spek-

trində  fotosintetik  aktiv  radiasiya  (FAR)  praktiki  olaraq  spektrin  görünən 

hissəsində  400-700  nm  uzunluöunda  dalğanın  diapozouna  uyğun  gəlir.  

Bakterioxlorofilə malik olan bəzi bakteriyalar spektrin uzundalgalı hissəsin-

də işığı udma qabiliyyətinə malikdir (maksimum 800-1000 nm-lik sahədə).   

Yaşıl  yarpaq onun üzərinə düşən şüa enerlisinin orta hesabla 75%-ni 

təşkil edir, lakin onun fotosintezə  istifadə  əmsalı 10%,  yüksək işıqlanmada 

isə cəmi 1-2%-dir.  

Fotosintezin  səviyyəsinə  təsir  göstərən  mühüm  xarici  faktorlar  – 

temperatur, işıq, karbon qazı və oksigendir.    

800-1000nm  - infraqırmizi (İQ)  

Günəş  radiasiyası  bütün  canlı  orqanizmlərin  həyat  fəliyyətini  yerinə 

yetirməsi  üçün  lazım  olan  enerjinin  əsas  mənbəyidir  və  yerin  enerji  balan-

sının  29,9%-ni  təşkil  edir.  Yer  səthinə  düşən  enerjini  100%  qəbul  etsək, 

onda onun 19%-i atmosferdən keçərkən udulur, 34%-i geriyə kocmik fəzaya 

qayıdır, 47%-i isə düz və səpilən radiasiya şəklində Yer səthinə daxil olur.  

Təbiətdə  abiotik  faktorlardan  ən  çox  sabit  olanı  işıqdır.  Ona  görə  də 

canlılarda  dövri  hadisələrin  xronologiyasını  işıq  requlə  edir.  Məsələn, 

payızın  əvvəlində quşların  köçməsini işıq faktoru bildirir.  İşığın  dəyişməsi 

(günün uzunluğu) hər il eyni vaxtda baş verir. Temperatur, təzyiq və digər 

faktorların dəyişməsi bir il tez, o biri il gec ola bilər.   


25 

 

Təbiətdə  canlıların  yayılması,  həyat  tərzi  və  bir  sıra  morfoloji  pro-



seslər  işıqla  bağlıdır.  İşıqsız  fotosintez  mümükün  deyil.  Deməli,  işıq  bütün 

canlıların  enerji  mənbəyidir.  İşığın  intensivlyindən  asılı  olaraq,  bitkilərdə 

fotosintezin  aktivliyi  dəyişir.  Heyvanların  vaxtı  bilməsində  (bioloji  saat), 

yerin cəhətlərini müəyyən etməsində, bir-birini və qidasını tapmasında, təbii 

düşmənini  vaxtında  görməsində  işıq  böyük  rol  oynayır.  Kosmosun  qısa 

infraqırmızı və ultrabənövşəyi şüaları orqanizmlərə öldürücü təsir edir, lakin 

həmin şüaları ozon təbəqəsi (yerdən 20-25km yuxarıda) tutub saxlayır.  

Bitkilər işığa münasibətinə  görə: a) heliofitlər  – işıq sevənlər – daim 

işıqda olan savanna və səhra bitkiləri daxildir, meşə zonasında bu bitkilərə 

az  təsadüf  olunur  –  onlara  bağayarpağı,  su  zanbağı,  kəklikotu,  günəbaxan, 

pambıq,  qarğıdalı,  kalış,  şam  ağacı,  safora,  akasiya,  palıd,  saqqızağacı, 

dağdağan, badam, məryəmnoxudu və s. daxildir. Tənəffüsün və fotosintezin 

intensivliyinin  yüksək  olması  işıqsevən  bitkilərin  xarakterik  fizioloji  xüsu-

siyyətləridir.;  b)  stisiofitlər  –kölgəsevənlərə  meşələrin  alt  yarusunun,  ma-

ğara və dərin suların bitkiləri aiddir, bu bitkilər düz günəş şüalarının güclü 

işıqlanmasına  pis  tab  gətirir.  Şimal  enliyarpaqlı  və  tünd  iynəyarpaqlı  me-

şələrin sıx çətiri cəmi 1- 2% FAR keçirə bilir. Bu meşələrin stisiofitləri yaşıl 

mamırlar,  adidovşan  kələmi,  armudgülü,  plaunlar  və  s.-  dir.  Stisiofitlər 

heliofitlərə  nisbətən  az  quru  maddə  saxlayır,  hüceyrə  şirəsinin  qatılığı  da 

aşağıdır,  bunlarda  xlorofil  də  az  olur.  Kölgəsevən  ağaclara  küknar,  ürək-

yarpaq cökə, fıstıq, qaracöhrə və s. aiddir.; c) fakültətıv heliofitlər –kölgəyə 

dözənlər  -  işıqda  və  kölgədə  yaşayanlar.  Bu  bitkilər  işıqlanma  şəraitinin 

dəyişməsilə özünü dəyişdirə bilir. Onlara bəzi çəmən bitkiləri, meşəaltı otlar 

və  kollar,  meşə  talalarında,  kənarlarında,  qırıntı  sahələrində  bitən  bitkiləri 

aid etmək olar.   

Bitkilərin  çox  məhsuldar  vaxtı  günün  uzun  və  işığın  güclü  olduğu 

dövrə düşür.   

Heyvanlar  işığa  münasibətinə  görə:  a)  gündüz  heyvanları;  b)  gecə 

heyvanları; c) ala-qaranlıq heyvanlarına bölünürlər.  

Bu qrupların hər birinin davranışı, həyat tərzi və morfoloji əlamətləri 

səciyyəvidir. Heyvanların çoxu günün maksimal uzun olduğu yaz-yay ayla-

rında nəsil verir. Şimal rayonlarında gün uzun olduğu üçün heyvanlarn məh-

suldarlığı  nisbətən  çox  olur.  Heyvanların  özündən  işıq  verməsi-biolyümi-

nessensiya  (işıldaquş böcəyi) siqnal kimi hələ də öz əhəmiyyətini saxlayır. 

Heyvanların  təkamülündə  səs,  rəng,  kimyəvi  və  başqa  siqnal  vasitələri 

inkişaf etdikcə, onların özündən işıq verməsinə ehtuyac qalmamışdır.   

Fotodövürlük – günün uzunluğunun mövsümi dəyişməsinə orqanizm- 

lərin reaksiyası hadisəsidir.  

 


26 

 

1.3.2. Temperaturun orqanizmlərə təsiri 

Orqanizmlərin  varlığı  onun  bədənində  gedən  biokimyəvi  proseslərin, 

o cümlədən zülalların normal quruluşu və funksiyası ilə bağlıdır, bu isə tem-

peratur  faktorunun  əlverişli  olub  –  olmamasından  asılıdır.    Heyvanlar  ətraf 

mühitin  dəyişkən  temperaturunda  özünün  maddələr  mübadiləsini  iki  yolla 

tənzimləyə bilir:    

1.

 



Biokimyəvi dəyişkənliklər etməklə.  

2.

 



Bədən temperaturunu sabit saxlamaqla.  

Heyvanları bədən temperaturuna görə iki qrupa ayırırlar: poykiloterm-



lər (dəyişkən) və homoyetermlər

 

(sabit).  

Dəyişkən  bədən  temperaturlu  orqanizmlər  xarici  enerji  mənbəsinə 

əsaslanırlar  –  balıqlar,  onurğasızlar,  suda-quruda  yaşayanlar,  sürünənlər. 

Bunların  bədən temperaturu  ətraf mühitin temperaturundan  asılıdır.   Lakin 

sabit  temperaturlular  (quşlar  və  məməlilər)  daxili  enerji  mənbəyinə  əsas-

lanırlar. Sabit temperaturlu heyvanların bəzi qrupları (qaranquşlar, uzunqa-

nadlar,  kolibrilər,  yarasalar  və  s.)  qarışıq  temperaturlu  –  heteroterm  orqa-

nizmlər  olub,  bədən  temperaturunu  sabit  saxlayır,  lakin  onu  şəraitin  tələ-

batından  asılı  olaraq  müvəqqəti,  yəni  bir  neçə  günlük  aşağı  sala  bilirlər. 

Dəyişən  temperaturlu  olmağın  üstünlüyü  büdür  ki,  belə  orqanizmlər  ətraf 

mühitin əlverişsiz vaxtını öz bədənində maddələr mübadiləsini zəiflətməklə 

yola  verir,  onların  arasında  qida  və  su  rəqabəti  azalır,  əlverişli  vaxtda  isə 

sürətlə böyüyüb inkişaf edirlər. Bədən temperaturunun sabit olması orqaniz-

min  ətraf  mühitdən  asılı  olmasını  azaldır.  Belə  heyvanların  miqrasiyasına 

səbəb soyuğun birbaşa təsiri deyil, əsas qida obyektlərinin yoxa  çıxmasıdır.  

Hər bir canlının qidalanması dayananda  onun daxili enerjisi gec-tez tükənir.    

Bitkilərin  həyatında  da  temperatur  mühüm  rol  oynayır.  Temperatur 

10

0



C  yüksəldikdə  fotosintez  prosesinin  intensivliyi  iki  dəfə  artır.,  bu  +30-

35

0



C-  yə   qədər davam  edir, lakin temperaturun sonrakı  artımı fotosintezin 

intensivliyini azaldır, +50

C-də bu proses dayanır.  



Yüksək temperatura adaptasiya etmək qabiliyyətinə görə orqanizmləri 

aşağıdakı qruplara bölmək olar:  

1.

 

İstiyə  davamsız  növlər  -  +30-40



0

C  -də  zədələnirlər:  eukariotik 

yosunlar, su çiçəkli bitkiləri, yerüstü müzafitlər.  

2.

 



İstiyə dözümlü eukariotlar – güclü insolyasiya  olan quru yerlərin 

(bozqır, səhra, savanna, quru subtropika və s.) bitkiləri. +50-60

0

C -yə  yarım 



saat dözə bilirlər.  

3.İstiyə  dözümlü  olan  prokariotlar  –  termofil  bakteriyalar  və  göy-yaşıl 

yosunların bəzi növləri  bura aiddir, onlar isti su mənbələrində  +85 –90

0

C- 



yə dözürlər.   

27 

 

Bitkilər  aşağı  temperatura  morfoloji  cəhətdən  uyğunlaşaraq  həyati 



formalar yaradırlar. Məsələn, epifitlər –  ayrı bitkinin üzərində bitərək kökü 

olmur;  fanerofitlər  -  tumurcuqları  qarın  səthində  qalır  və  pulcuqlu  örtüklə 

mühafizə  olunurlar;  kriptofitlər  –çoxillik  ot  bitkiləri  olub,  bərpa  tumur-

cuqları kökümsovlarda, kök yumrularında, soğanaqlarda  yerləşir və  torpa-

ğın altında olur (geofitlər) terofitlər – birillik bitkilər, əlverişsiz mövsümün 

başlanğıcında məhv olur, onların yalnız toxum və sporları qalır.  

Heyvanların  həyatında  fizioloji  adaptasiya    daha  böyük  rol  oynayır. 

Onlardan ən sadəsi akklimatizasiya – iqlimə uyğunlaşmadır.  İqlimə uyğun-

laşmanı mədəni bitkilər və heyvanlar arasında aparanda süni iqlimə uyğun-

laşma,  yabanı  bitki  və  vəhşi  heyvanlar  arasında  apardıqda  təbii  iqlimə  uy-

ğunlaşma  hesab  olunur.  Soyuqdan  qorunmaq  üçün  daha  radikal  mühafizə 

formaları  mövcuddur:  qışlama  –  bədən  temperaturunu  sıfıra  çatdırmaqla, 

metabolizmi və bununla da qida maddələrindən istifadəni dayandırır.  

Heyvanlar bədən temperaturunu 3 mexanizmlə nizamlayırlar: 

1.

 

Kimyəvi  mexanizm  -  bədəndə  enerji  istehsalı  fəaliyyətini  dəyiş-



məklə. 

2.

 



Fiziki mexanizm - anatomik və morfoloji uyğunlaşmalar qazan- 

maqla:  piy  ehtiyyatı,  dəri  törəmələri,  qan-damar  sisteminin  təkminləşməsi, 

tər ifrazatı. 

3.

 



Ekoloji-etoloji  mexanizm,  yəni  həyat  tərzini  və  davranışını  də-

yişməklə bədən temperaturunun nizamlanması. Bu mexanizmə heyvanların 

miqrasiyası,  qış  yuxusuna  getməsi,  əlverişlı  sığınacaq  yeri  seçməsi  və  s. 

davranışları daxildır.  

Torpağın  və  havanın  temperaturunun  sutkalıq  dəyişməsi  də  hey-

vanların gün ərzində fəallığına təsir edir.  



Berqman  qaydası  -  eyni  növə  məxsus  olan  heyvanlar  şimalda  iri, 

cənubda isə kiçik olurlar. Şimalda kütlənin çoxalması bədənin nisbi səthini 

azaldır.  Səthin  azlığı  bədəndən  çıxan  istini  azaldır  –  şimalda  belə  yaxşıdır.  

Səthin çox olması bədəni artıq istidən azad edir – cənubda belə yaxşıdır. 



Allen  qaydası  – şimaldan cənuba  getdikcə heyvanların  ətrafları, qul-

aqları,  quyruqları,  dimdiyi  uzun  olur,  bu  da  bədənin  nisbi  səthini  artırıb, 

heyvanı artıq istidən azad edir. Ekvatordan qütblərə getdikcə növlərin azal-

ması da əsasən temperatur və iqlim ilə əlaqədardır.   



Kommoner qanunları – 1970-ci illərdə V.Kommoner təbii kompleks-

lərin dinamik inkişafına dair qanunların hamısını ümumiləşdirib, bir-biri ilə 

əlaqəli  4 əsas ekoloji qanun verimişdir: 

Hamı  hər  şey  ilə  qarşılıqlı  əlaqədədir.  İnsanın  maddi  və  mənəvi 

ehtiyacları  təbii  sərvətlərlə  bağlı  olduğu  üçün  təbii  komplekslərin  dəyişil-

məsi onlardan istifadə edən adamların da  həyatına təsir  edir.  Hər hansı bir 


28 

 

 sistem onu əhatə edən sistemərin hesabına inkişaf edir.  



Ətraf  mühitlə  harmoniya  təşkil  edən  istehsal  və  tələbatlar  ekologiya 

qanunlarına  əsaslanmalıdır.  Bu  qanunlar  məşhur  ekoloq  B.Kommoner 

(1970-1974-cü illərdə) tərəfindən formalaşdırılmışdır. 

Birinci  qanuna  görə  hamı  hər  şeylə  əlaqəlidir.  Bütün  ekosistemlər 

qarşılıqlı münasibətdə və qarşılıqlı tarazlıqdadır. Ekosistemin  hər hansı bir 

həlqəsində  müəyyən  dəyişkənlik  dinamik  özünənəzarət  xüsusiyyətinə  görə 

bütövlükdə  stabilləşir.  Həddən  artıq  kənarlaşmada  ekosistemin  dağılması 

baş verir. Yol verilən kənarlaşmalar sistemin mürəkkəbliyi və onun genetik 

parametrləri  ilə    təyin  olunur  (həlqəvi  dövriyyənin  sürəti,  müxtəlif  sistemə 

aid olan populyasiyaların metabolizminin sürəti və s.).  Ayrı-ayrı həlqələrin 

dağılması  ekosistemin  sadələşməsinə  gətirir  və  onların  daha  çox  ―yara-

lanmasına‖ səbəb olur. Suda O

2

 mübadiləsinin pozulması ekosistemin dağıl-



ması  illystrasiyasına  xidmət  edir,  evtroflaşmaya  səbəb  olur.  Suya  atılan 

çirkləndirici  maddələrin  hesabına.  Qida  maddələri  yosunların  böyüməsinə 

stimul  verir,  qalın  yaşam  fotosintezi  demək  olar  ki,  pisləşdirir.  Ölən  yo-

sunların miqdarı artır və suda olan bütün O

2

 onların pozulmasına səbəb olur, 



bu  da  yosunları  parçalayan  bakteriyaların  ölümünə  səbəb  olur  hansı  ki,             

O

2



-siz yaşaya bilmirlər. 

İkinci  qanuna  görə  hansı  harada  getməlidir.  Bu  qanunda  canlı 

sistemlərin inkişafından, o cümlədən bütün  hərəkətlərin səbəb və  nəticələri 

arasındakı əlaqələrdən bəhs edilir. Tamam təcrid edilmiş heç bir inkişaf ola 

bilməz.  Təbiətdə bir orqanizmin həyat fəaliyyəti məhsulları başqaları üçün 

― xammal‖ kimi xidmət edir. Texnoloji tullantılar çox vaxt qeyd olunmurlar 

həddən artıq həcmə malik olduqları üçün və ya təbii ekoloji sistemlərə  yad 

olduqları üçün, onları çirkləndirir. Çirkləndirici maddələrin sonrakı yolu ən 

qeyri  adi  ola  bilər.  Məsələn,  bir  çox  kimyəvi  təşkilatların  tullantılarının 

tərkibində  olan  Pb  su  baseynlərinə  düşür  və  bakteriyaların  təsirindən  suda 

asan həll olan CH

– Pb -a çevrilir.  Pb suda balığın bədəninə daxil olur. Ba-



lıqdan  onunla  qidalanan  insana  keçir  və  onda  toplanır,  beləki,  Pb  metaba-

lizmdə  iştirak  etmir.  Ətraf  mühitə  daxil  olan  istehsal  və  sənaye  tullantıları 

izsiz itmir. 

Üçüncü  qanun:  təbiət  yaxşı  “bilir”.  Təbiət  sistemlərinin  istənilən 

böyük dəyişkənliyi onun üçün zərərlidir, ya da bu sistem müqayisə olunmaz 

dərəcədə uzunmüddətli təkamül keçdi,  sivilizasiyanın inkişaf dövrü  ən incə 

mexanizm səviyyəsinə qədər kamilləşdi, hansı ki, hər bir detalı təbiətdə əvəz 

olunmaz rol oynayır. Təbiətdə istənilən üzvi sivilizasiya üçün orqanizmlərin 

hazırladığı  fermentlər  var,  hansı  ki,  onu  parçalaya    bilər.  İnsanların  sintez 

etdiyi çoxlu maddələr var ki, onlar təbiilərdən çox fərqlənir. Təbii şəraitdə 

onlar parçalanır və təbiətdə toplanırlar. Canlı orqanizmə düşdükdə bu mad-



29 

 

dələr ən gözlənilməz nəticələr verə bilər. Bu qanun təbiətlə qarşılıqlı təsirdə 



son dərəcə ehtiyatlı oımağa çağırır. Adamın bədənində ürəyin yerini bilmə-

dən  cərrahlıq  etmək  mümkün  olmadığı  kimi,  təbiəti  bilmədən  də  onu 

dəyişmək mümkün deyil. 

Dördüncü  qanun:  hər  şey  üçün  ödəmək  lazımdır  –  heç  nə  havayı 

verilmir. Bu qanun insan ilə biosfer arasındakı qarşılıqlı əlaqəni əks etdirir. 

İnsanın təbiətdən götürdüyü hər şeyin gec - tez əvəzi çıxmalıdır. Həqiqətən 

də maddələrin qlobal ekoloji dövranı qapalı xarakter daşıyır. Belə ki, qlobal 

ekosistem  vahid  bütövdür,  onun  çərçivəsi  daxilində  heç  nə  udula  və  itirilə 

bilməz.  Kommonerin  yazdığı  kimi  bu  venselə  görə  ödəmədən  qaçmaq 

olmaz, o yalnız gecikə bilər. 

Öyrənilən  qanuna  görə  istənilən  texnoloji  proses  ekosisteminin  hər 

hansı həlqəsinin pozulmasına səbəb olmamalıdır.  Əgər pozulma baş  versə 

kənarlaşdırılmalıdır.  Ekosistemdə  pozulmaların  ən  çox  sayı  elə  istehsala 

gətirib  çıxarır  ki,  hansı  ki,  yüksək  qapalılıq  dərəcəsinə  malikdir.  Oxşar  

istehsalatlarda  tullantıları  miniumuma  çatdırırlar.  Material    axını  isə  təbii 

sistemlərdəki qapalı maddələr dövranına yaxınlaşdırılır. 



  

1.3.3. Orqanizmlərin həyatında suyun rolu  

Su  canlı  orqanizmlərin  faliyyətində  mühüm  əhəmiyyətə  malikdir.  O, 

biokimyəvi reaksiyalar üçün əsas mühit, protoplazmanın vacib tərkib hissə-

sidir.  Orqanizmin  mühitlə  su  mübadiləsi  bir-birinə  əks  olan  iki  prosesdən 

ibarətdir: orqanizmə suyun daxil olması və onun ətraf mühitə verilməsi. Su 

mübadiləsində  suyun  yalnız  5%-i  fotosintezə,  qalanı  isə  buxarlanmanın 

kompensasiyasına və turqorun saxlanmasıına sərf olunur.  

Bitkilər suya olan tələbatına görə bir neçə qrupa bölünür: hiqrofitlər 

–  olduqca  rütubətli  torpaqlarda  bitənlər,  hidrofitlər  –  bütün  həyatını  suda 

yaşayanlar, reofitlər – iti axan çaylarda bitənlər, mezofitlər – orta dərəcədə 

rütubət sevənlər, kserofitlər – rütubətə az tələkar olanlar. Kserofitlər aşağı-

dakı ekoloji-fizioloji  qrupları əhatə edirlər: sukkulentlər - ətli yarpağı və ya 

gövdəsi  olan,  istiyə  davamlı,  lakin  susuzluğa  dözümsüz  bitkilər.  Hemik-

serofitlər  –  kök  sistemi  qrunt  suyuna  çatan,  quraqlığa  davamlı,  lakin  uzun 

müddət susuzluğa dözməyən, tarnspirasiya və maddələr mübadiləsi  intensiv 

gedən bitkilər.  

Evkserofitlər – kök sistemi yaxşı budaqlanan, lakin çox dərinə getmə-

yən, susuzluğa və istiyə davamlı, maddələr mübadiləsi yavaş gedən bitkilər, 

məs. yovşan.    

Noykilokserofitlər – su çatışmadıqda anabioz hala keçən, lakin tənəf-

füs tam mühafizə olduğu üçün hüceyrə strukturu pozulmayan bitkilər.  

Sklerofitlər – morfoloji əlamətlərinə və su balansı saxlamaq prinsipinə 


30 

 

 görə sukkulentlərə ziddir. Sklerofitlər dehidrotasiyaya qarşı möhkəm toxu-



malarının  olması  ilə  seçilur.  Onlar  25%  su  itirdikdə  belə  heç  bir  pataloji 

nəticəyə məruz qalmır.  

Halofitlər  –  duzlu  şəraitdə    bitən,  xlorlu,  kükürdlü  duzlarla  döymuş 

torpaq  məhlulundan  istifadə  etməyə  uyğunlaşan  bitkilərdir.  Suya  olan 

tələbatına görə heyvanlar hiqrofillərə və kserofillərə ayrılırlar.  

Dünya  okenının  ekoloji  zonaları  su  qatı  –  pelagial  və  suyun  dibi  – 



bental  hissədən ibarətdir. Dərinlikdən asılı  olaraq bental  –  litoral,  batial  və 

abissal zonaya bölünür. Litoral zona suyun daim hərəkətli hissəsidir, 50 sm 

–dən 200 m -ə qədər  dəyişən sahilboyu ekoloji zonadır.  Abissal sahə okean 

dibinin 2500 m -dən dərin olan sahəsidir. 6000-7000 m-ə qədər ola bilər. Bu 

sahə  daim  qaranlıq  olub,  temperatur  aşağı  və  sabit,  yüksək  təzyiq  altında 

olur.  Abissalın  bitkisi  bəzi  bakteriyalardan  və  bir  neçə  növ  saprofit  yo-

sunlardan ibarətdir, heyvanları ya gözsüzdür, ya da böyük gözlərə malikdir. 

Bir çox orqanizmlər özlərindən işıq verirlər. Okean dibinin bütün sakinləri 

bentos adlanır. 

 


Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin