Ġzabella qasimova, musa bayramov



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə10/55
tarix01.04.2017
ölçüsü5,58 Mb.
#13051
1   ...   6   7   8   9   10   11   12   13   ...   55

ġəkil.  2.8.  Buğdanın  məhsuldarlığına  və  zülallığına    rütubətli  (1),  mötədil 

rütubətli (2), və quraqlıq illərində azot gübrəsinin təsiri. (Schlesinger, 1970) 



düz xətlər- məhsuldarıq, ştrixlər – zülalın miqdarı 

 

Məlumdur  ki,  hər  bir  torpaq-iqlim  zonası  və  ya  aqrokimyəvi  rayon 



üçün təcrübə yolu ilə üzvi və mineral gübrələrin orta norması müəyyənləş-

dirilib.  Bununla  N  gübrələrinin  effektliyinin  hava  şəraitindən  asılı  olduğu 

danılmazdır,  həm  də  onların  bitkilərə  təsirinə.  Gübrələrin  optimal  dozası 

təyin  etmək  üçün  aşağıdakı  dövrlərdə  yağıntıların  ümumi  miqdarını  qeydə 

alırlar: 


101 

 

a) əvvəlki ilin 1 avqustundan payızda hər 5°C-dən dəyişdikdə; 



b)  payızda  5°C-dən  sonrakı  dekadadan  yazın  birinci  5°C-dəki  deka-

dasına qədər.  

Planlaşdırılmış  məhsuldarlığa  hesablanmış  P  və  K  gübrələrinin  miq-

darı N gübrələrinin dozalarına münasib uyğunlaşdırılır (korrektiruyet). 

Əgər quraqlıq yay proqnazlaşdırılıbsa N, P və K arasında nisbət P:K 

payı hesabına artır. 

Becərilən  bitkilərin  əkinlərinin  əlavə  yemlənməsi  effektliyi  aqrome-

teoroloji şəraitdən çox asılıdır. Bu xüsusiyyətlərin uçotu gübrələrdən istifa-

dənin məqsədyönlü və iqtisadi effektliyini artırmağa imkan verir.  

 

2.3.3. Fosfor gübrələri  

Kənd  təsərrüfatında  istifadə  olunan  P  gübrələri  əsasən  suda  həll  olan 

bitkilər  tərəfindən  asan  mənimsənilən  olur:  Super  fosfat  və  ikiqat  super 

fosfat, eləcə də mürəkkəb gübrələr ammofost diammofost, nitroammofoska, 

karboammofoska. 

P ən mühüm biogen elementlərdən biridir, baxmayaraq ki, canlı orqa-

nizmlərin  P-a  tələbatı  N-a  nisbətən  10  qat  azdır,  o  bitkinin  əsas  qida  mən-

bəyidir və kütlə və enerji mübadiləsi çoxalma prosesində əsas rol oynayır.  

Tam  qiymətli  məhsul  almağa  şərait  yaratmaq  üçün  torpaqda  asan 

mənimsənilən  fosforun  olması  vacibdir.  Lakin  Rusiyanın  əkin  sahələrinin 

təxminən 1/3-i bu elementlə az aşağı və çox az aşağı miqdarda təmin olun-

muşdur ki, bu da qeyri-qaratorpaq zonasında ciddi problemlər yaradır. Bun-

dan başqa, əgər azot çatışmazlığını üzvi gübrələrlə və N fiksasiya etməyənlə 

əvəz  etmək  olarsa,  fosforun  çatışmazlığını  yalnız  mineral  gübrə  verməklə 

aradan  qaldırmaq  olar.  Fosfor  gübrələrinə  yüksək  tələbatın  ödənilməsi  ob-

yektiv labüdlükdür. Lakin bu zaman fosforla qidalanma probleminin bir sıra 

təbiəti mühafizə aspektlərini nəzərdən qaçırmaq olmaz.  

Fosfor gübrələri ilə birgə torpağa mühitdə torpaq mühitdə az hərəkət-

də olan çox saylı zəhərli maddələr düşür. Superfosfat kifayət qədər  yüksək  

miqdarda çirkləndirici maddələrin olması ilə fərqlənir (Barrauş, 1966). 

  

Maddə 



Miqdarı, q/kq 

As 


1,2-2,2 

Se 


0,0-4,5 

Co 


0-9 

Zn 


50-1430 

Ni 


7,32 

Cu 


4-79 

Pb 


7-92 

102 

 



20-180 

Cd 


50-170 

Cr 


66-243 

 

Bundan  başqa,  fosfor  gübrələrinin  tərkibində  fosforun  zəhərli  birləş-



mələri  olur.  Fosforun  çox  hissəsi,  gübrə  kimi  istifadə  olunan,  torpaqlarda 

qalır, onda olan Ca, Al, Fe  birləşir. Aparılan tədqiqatların nəticəsi göstərir 

ki, təbii fosforlarda  radioaktiv elementlər –U, Ra olur. Qiymətləndirmələrə 

uyğun olaraq 1t P

2

O

5



  bəzi fosfor filizlərində  30-40 kq 90 Sr tapılır.  

Təbii  fosfor  xammalın  turş  mühitdə  emalında  fosforun  əsas  hissəsi, 

eləcə də bütün stronsium  gübrələrdə qalır və onlarla birlikdə torpağa düşür, 

uzun  müddət  superfosfatın  verilməsi  (tərkibində  adətən  1,5  %  F  olur)  tor-

paqda  bitkinin  asan  mənimsəyə  biləcəyi  F  formasına  səbəb  olur.  Ramansk 

təcrübə sahəsində fosfatlarla gübrələnən torpaqda F miqdarı nəzarətlə müqa-

yisədə demək olar ki, iki dəfə çoxdur. Flüorun bitkilərdə fizioloji rolu hələ 

kifayət  qədər  öyrənilməyib.  O,  bir  çox  fermentlərin  aktivliyini  pisləşdirir 

(azaldır),  bu  da  fotosintez  və  zülalların  biosintezi  proseslərinə  mənfi  təsir 

göstərir.  

Koplan – Diksin məlumatlarına görə, Qeyri-Qaratorpaq zonanın əkin-

çiliyində  istifadə  olunan  fosfatlardan  665  min  ton  P

2

O

5



  su  obyektlərində 

toplanır: 

-

 

gübrələrin  daşınma  və  saxlanmasında  itki  olur  (34%  bütün  daxil 



olan) 

-

 



səthi  yuyulma  və  axınlarda  suda  həll  olunmuş  halda  və  eroziya 

məhsulları ilə birlikdə (21% bütün daxil olan miqdarın) 

-

 

aqrar  dövriyyədən  fosforun  düşməsi  nəticəsində  kommunal  təsərrü-



fatda  üzvi  maddələrin  utilizasiyasının  olmasından  və  heyvandarlıq  üzvi 

maddələrin utilizasiyasının 50%-ə qədər azalmasından. 

P

2

O



5

-in  miqdarının  təbii  sularda  yüksəlməsi  su  mənbələrinin  evtrof-

laşmasına gətirib çıxarır: yosunların biokütləsi bir çox göllərdə və su anbar-

larında  hazırda  həmin  ərazidə  olan  ümumi  kənd  təsərrüfat  məhsullarından 

çoxdur. 

Hesablanmışdır  ki,  1  kq  fosfor  daxil  olan  su  mənbələrində  100  kq 

fitoplankton  əmələ  gəlir,  suda  fosforun  qatılığı  0,01  mq/l  olduqda,  suyun 

çirklənməsi  başlayır,  buna  səbəb  yosunların  kütləvi  inkişafı,  çoxalmasıdır. 

Bu zaman suda onun qatılığı 0,9-3,5 mq/l-ə çatır (Mineyev, 1990) 

Suyun çiçəklənməsi təkcə sudan istifadəni pisləşdirmir, həm də onun 

tərkibində  suda  həll  olmuş  üzvi  birləşmələrin  miqdarını  artırır,  yosunların 

kütləvi inkişafı suda PH-ı yüksəldir. Əl-tor Xolera xəstəliyinin 1970-1971-ci 

illərdə  35  ölkədə  sürətlə  yayılması  bu  hadisə  ilə  bağlıdır.  Bir  qayda  olaraq 


103 

 

insan,  yosunlarla çirklənmiş sudan istifadə  etmir, çünki  bu sular dadına və 



qoxusuna görə fərqlənir. Buna baxmayaraq, öz toxumalarında toksinlər top-

lanmış balıqla qidalandıqda ciddi zəhərlənmə baş verir. Heyvanlar isə belə 

sulardan istifadə etməyə məcbur olurlar. Dünyanın bir çox regionlarında iri 

buynuzlu  heyvanların  və  digər  kənd  təsərrüfat  heyvanlarının  kütləvi  qırıl-

ması baş verir.  

Su anbarlarında evtroflaşması suyun təmizlənməsini bahalaşdırır. Belə 

ki,  1985-ci  ildə  Dnepropetrovsk  su  anbarlarında  koaqulyantların  təmizlən-

məsinə  650  min  dollar,  rekreasiya  zonasının  təmizlənməsinə  3  milyon  900 

min dollar ildə xərclənir. 

Suların  təbii  yolla  təmizlənməsinin  uzunluğunu  nəzərə  alsaq  (300  il 

yeraltı sular üçün 3,5 il – axan göllər üçün, 0,5 ay – axan çaylar üçün), eləcə 

də  fosfor  gübrələrində  müxtəlif  qarışıqların  olduğunu  nəzərə  alsaq  fosfor 

gübrələrinin tətbiqlərinə ciddi nəzarət etmək lazım gəldiyi aydın olur. Fosfor 

gübrələrini tətbiq etdikdə aşağıdakı faktorları nəzərə almaq lazımdır: 

-

 

gübrə kimi istifadə olunan xammal materialını;  



-

 

gübrələrdə  olan  torpağı  çirkləndirən  ağır  metalların  yol  verilən 



səviyyəsini, radionuklidləri və digər toksiki elementləri (birləşmələri). 

-

 



torpağa fosfor gübrələrini verməyin lazımı əməliyyatlarını (işin apa-

rılma  vaxtını,  gübrələnən  sahənin  yerləşməsini  münasib  işlərin  aparmağa 

lazımı  şəraitin  olması  və  s.),  eləcə  də  torpağı  fosforitləşdirdikdə  ekoloji 

məhdudiyyətə riayət etmək (cədvəl 2.12.) 



Cədvəl 2.12 

Torpağı fosforitləĢdirilmə zamanı ekoloji məhdudiyyət 

 

№  Ekoloji məhdudiyyət 

Nəzarət üsulu, 

informasiya mənbəyi 

1. 

Təsərrüfatı  su  təchizatı  mənbələ-



rinin  sanitar  mühafizə  zonalarının 

birinci xəritənin ərazisində torpağa 

fosfor  gübrələrinin  tətbiqinin  bü-

tün üsulları qadağandır. 

Vizual  nəzarət,  kartoqrafik  material-

ların analizi, layihə - smeta sənədləri 

2. 

İçməli su təchizatı təsərrüfatı mən-



bələrinin  sanitar  mühafizə  zonası-

nın  ikinci  xətti  ərazisində  fosfor 

gübrələrinin  verilməsi  yol  veril-

məzdir. 


Vizual  nəzarət,  kartoqrafik  material-

ların  analizi  və  Hidrometeo  xidmətin 

informasiyaları. 

3. 


Fosforitləşmə  apardıqdan  sonra 

torpaqda  kimyəvi  maddələrin  yol 

verilən qatılığına riayət etmək 

Laboratoriya 

nəzarəti, 

TOCT-lar 

cnuh. 

 


104 

 

Alternativ  kimi  qida  maddələrinin  istifadəsində  tranzit-sistemindən 



dövri  sistemə  keçmək  lazımdır,  eləcə  də  fosfor  qoruyucu  texnologiyalar 

tətbiq olunmalıdır. 

 

2.3.4. Kalium gübrələri  

Ən  çox  yayılmış  kalium  gübrələrinə  KCl  –  kalium  xlorid,  K

2

SO

4



  – 

kalium sulfat, təbii kalium duzları, əsasən silvinit və b. daxildir. Bu gübrələr 

həm  də  mənfi  təsir  göstərə  bilirlər:  məsələn,  silvinit  təmizlənməsində  qalit 

tullantısı, (formalaşır) gilli-duzlu şlamlar, eləcə də toz-qaz tullantıları əmələ 

gəlir.  Duzlu  tullantılar  böyük  sahələr  tutur  və  torpağın  və  yeraltı  suların 

çirklənmə  mənbəyinə  çevrilir.  Atmosfer  çöküntülərinin  təsiri  altında  həll 

olmuş  duzlar  formalaşır,  hansı  ki,  onların  tərkibində  duzların  miqdarı  300 

q/l-ə çatır. Onlar yeraltı sulara daxil olur, buxarlanmadan sonra isə torpağın 

üst səthinə çıxır. 

Güclü  çirklənməni  silvinit  filizlərinin  zənginləşdirmə  məhsulları-gilli 

duzlu  şlamlar  yaradır. Onları  adətən 20-40 m  dərinlikdə torpağa basdırılır. 

Bu cür saxlanma yerlərində torpağın bataqlaşması və duzlaşması baş verir.  

Kalium gübrələrinin tərkibində ballast elementləri (Cl, Na) olur, hansı 

ki,  sistematik  olaraq  yüksək  dozada  torpağa  verilməsi  nəticəsində  toplanır 

və  torpağın  məhsuldarlığını  azaldır.  Bu  elementlər  qurunt  sularına  düşür, 

onlarda  duzların  qatılığını  artırır.  V.  Q.  Mineeyevin  nəticələrinə  görə  Oka 

çayının  mənsəbində  qurunt  sularda  Cl-un  qatılığı  100  mq/l,  Na  –  15  mq/l 

təşkil edir ki, bu da həmin elementlərin torpaqda və qurunt salarda olan miq-

darından, Okanın orta axımında Cl-dan 10 dəfə, Na – 3 dəfə çoxdur. 

Gübrələrdə Cl-un miqdarının artması, çimli-podzol torpaqlara verilən, 

onun qatılığını (miqdarını) dənlilərin kövşənində 4-5 dəfə, üçyarpaq yonca-

nın  otunda  50-70  %,  kartof  yumrularında  və  lərgə-vələmir  qarışığında  50-

100 % artır. Bu zaman torpağın şum qatında Cl-un miqdarı 60-290 % yük-

səlir.  Bitkinin  növündən  asılı  olaraq  kalium  gübrələrində  olan  Cd,  Hg,  Pb, 

Al  metalları  az  təhlükə  yaratmır,  hansı  ki,  canlı  orqanizmlərdə  toplanır  , 

qrunt sularına daxil olur (cədvəl 2.13) 



Cədvəl 2.13 

Kalium gübrələrində zərərli qarıĢıqların miqdarı,mq/kq (Kuzian və b. 1982) 

 

Gübrələr 



Pb 

Cd 


Al 

Hg 


Cr 

KCl 


6,5 

0,2-0,3 


1,3-7,7 



K

2

SO



4

 

12,0 



1,00 

0,2 


0,075  0,25-0 

Kalium duzları xammalı  

40% K duzları 

4,5 


0,16 

4,1 


 



105 

 

Makroelementlərlə  balanslaşdırılmamış  qidalanmada  ayrı-ayrı  ele-



mentlərin  bitkilərdə  toplanması  və  qidalanması  və  mineral  tərkibin  arzu-

olunmayan  tərəfə  hərəkəti  müşahidə  olunur.  Belə  ki,  K:Na  nisbəti  bitki 

yemlərinin  normasını  tez-tez  üstələyir  (K:Na  optimal  nisbəti  =5:1).  Hey-

vanların K-a tələbatı otun tərkibində onun miqdarı 0,03-0,10% olduqda ödə-

nilir.  Yemdə  K

2

O  –  miqdarı  2,5-3,0%-dən  çox  olmamalıdır  (Mineyev, 



1990). Otlaq otlarında K-um miqdarının artıqlığı Na defitsitini kəskinləşdir. 

Heyvanların  sağlamlığını  qorumaq  üçün  yemin  quru  maddəsində  Na-un 

qatılığı 0,25% dən az olmamalıdır. 

Son vaxtlar otlarda Mg miqdarına böyük diqqət ayrılır. Quru maddədə 

onun miqdarı 0,13-0,15%-ə endikdə heyvanlar hipomaqneziumla (ot titani-

yası) xəstələnir. Əgər element yemlərdən daxil olursa heyvan orqanizminə, 

1kq quru maddədə 12-15 mq Mg-a tələbatı ödənilir. 

Yemdə  makroelementlərin  nisbəti  pozulduqda  da  hipomaqnezium 

xəstəliyi  çoxalır:  əgər  K:  (Ca  +  Mg)  <  2,2  -  2,4  və  K:  Na  >  6.  Xəstəlik 

halları  K: (Ca + Mg) < 1,4 nisbətində qeyd olunmur. 

Kalium yuyulması su rejimi tipindən, torpağın qranulometrik tipindən, 

onların  tərkibində  humusun  miqdarından  və  torpaqda  K  ehtiyatından  asılı-

dır.  Digər  qida  elementləri  kimi  K  itkisinin  yüksəlməsinə  bitki  örtüyünün 

olması, aqrotexniki qaydalara riayət olunma, suvarma norması, torpağın və 

ərazinin  relyefi  təsir  göstərir.  Belarusiyanın  çimli-podzol  torpaqlarında 

heriklərdə,  verilən  gübrələrdən  K  itkisi  4-6%,  qumsal  torpaqlarda  isə           

6-8%-  dir.  Qırmızı  və  podzol  torpaqlarda  Gürcüstanda  suvarma  zamanı  K 

itkisi 13-17 %-ə çatır; yağıntılı illərdə isə (2820 mm yağıntı) – 25%-ə qədər. 

Moskva  ətrafında  çimli-podzol  torpaqlarda,  az  meylli  ərazilərdə,  hərdən 

artıq şaxtalı illərdə ərimiş qar sularında verilən K-un 40-70%-ni yuyub apa-

rılır  (N-P-K  gübrələrini  gec  payız  aylarında,  qışda  və  erkən  yazda  iri 

çayların mənbəsində çay sularını Cl

və Na


+

  çirkləndirən əsas mənbədir. 

Kalium çox itkisinin qarşısını almaq və qurunt və səth sularının çirk-

lənmədən qorumaq üçün kalium gübrələrini torpağın əsas şum qatının altına 

vermək  lazımdır.  Yuyulma  nəticəsində  mineral  gübrələrin  qida  element-

lərinin itkisini azaltmağa həm aqrotexniki, həm də kimyəvi üsullarla çatmaq 

olar.  Axırıncıların  arasında  yavaş  təsir  edən  gübrələrin  tətbiqi  maraq  kəsb 

edir,  hansı  ki,  bütün  vegetasiya  dövründə  bitkilər  tərəfindən  tədricən  mə-

nimsənilir.  buna  damcı  üsulu  ilə  və  sintetik  örtüklə  örtməklə  (küləş,  paro-

yinlər,  polietilenlər  və  s.)  və  ya  elementar  kükürdlə  çatmaq  olar.  keçmiş 

Çexoslo gübrələrin polietilen örtüklə örtülməsi qarğıdalının kalium mənim-

səmə əmsalı 30-50% arta bilər. ABŞ-da gübrələrin damcı üsulu ilə verilməsi 

göstərir  ki,  onların  vinilası  tat  örtüklə  ğrtülməsi  K  itkisini  86-dan  30%-ə 

endirdi. Lakin gübrələrin damcı üsulu ilə verilməsindən istifadə haqda mə- 



106 

 

 lumatlar hələ kifayət deyil. 



Sonrakı  vəziyyətlərə  də  diqqət  yetirmək  lazımdır.  Gübrələmə  siste-

mində üzvi gübrələr mühüm rol oynayır. lakin təkcə üzvi gübrələr hesabına 

yüksək  məhsuldarlıqlı  torpaq  yaratmaq  mümkün  deyil.  Üzvi  gübrələrin 

torpaqda  kifayət  qədər  olması  torpaqda  humus  balansı  üçün  müsbət  rol 

oynayır.  Ancaq  mineral  gübrələri  vermədən  torpaqda  P  və  K-un  defisitsiz 

balansını  başqa,  hətta,  üzvi  gübrələrin    sistematik  tətbiq  olunması  böyümə 

və  inkişafın  müəyyən  dövründə  əsas  qida  elementlərinin  optimal  nisbətinə 

çatmağa imkan vermir, çünki bütün bitkilər inkişafın birinci fazasında hök-

mən P-un olmasını tələb edir, payızlıqlar – azot gübrəsi ilə əlavə  yeniləmə, 

çoxillik otlar – hər biçindən sonra və s. üzvi və mineral gübrələrin bitkiyə və 

torpağa  təsiri  müxtəlifdir.  Mineral  gübrələr  (xüsusən  N,  qismən  K)  qida 

maddələrinin maksimal istifadəsi bitkilərə onlar verilən kimi baş verir, üzvi 

gübrələrdən  isə  tədricən  daxil  olur,  üzvi  maddələrin  minerallaşdırmasında 

uyğun  olaraq.  Buna  görə  də  bitkinin  tez  qidalanmasını  təmin  etmək  üçün 

mineral gübrələr verilir. Əgər sonuncular əsasən torpağı qida rejiminin yax-

şılaşdırırsa, üzvi gübrələr bununla yanaşı onu humusla zənginləşdirir, fiziki-

kimyəvi  xassələrini  yaxşılaşdırır,  torpaq  mikroflorasının  aktivliyini  yüksəl-

dir.  Üzvi  və  mineral  gübrələrin  qarışığı  öz  effektliyinə  görə  həmin  güb-

rələrin  ayrılıqda verdikdə  ekvivalent  miqdarda qida elementlərinin  effektli-

yindən  üstündür.  Yalnız  gübrələrin  üzvi-mineral  sisteminin  digər  aqrotex-

niki  və  bioloji  üsullarla  birgə  istifadəsi  torpağın  münbitliyinin  artırmaq, 

kənd  təsərrüfatı  bitkilərinin  böyüməsi,  məhsulun  keyfiyyətini  və  ətraf 

mühitə mənfi təsirini minimallaşdırmaq üçün ümidverici əsas yaradır. 

 

2.3.5. Bitki mühafizəsində kimyəvi maddələrin tətbiqi 

Becərilən  bitkilərin  əkinlərinin  və  şitilliklərinin  xəstəliklərindən,  zi-

yanvericilərdən və alaq otlarından qoruması problemi uzunsürən və öyrəni-

lən  tarixdir.  Görünür,  xəstəliklərlə  mübarizənin  birinci  praktiki  tövsiyəsi 

b.e.ə. 460-cı ildə işlənib hazırlanıb. Demokrit tərəfindən, səpindən qabaq ta-

xılların toxumunu dovşan kələminin şirəsindən islatmağı məsləhət görürdü. 

Orta  əsrlərdə  kilsə  kəndliləri  həşərat  ziyanvericilərin  və  bitki  xəstəlikləri 

yaradanların  basqınından  məhkəmə  qaydasında  müdafiə  etməyə  cəht  etdi. 

1479-1481-ci illərdə Şvetsariyada may böcəklərini mühakimə etdilər, 1585-

ci  ildə  isə  tənəkliklərin  ziyanvericilərini.  Baxmayaraq  ki,  ―cinayətkarlar‖ 

qovulmağa məhkum oldular, əkinllər və üzümlüklər onların basqınlarından 

əziyyət çəkməkdə davam edirdi. 1845-1869-cu illər. Ərzində İrlandiyada 1 

milyon insan öldü və 500 min digər ölkələrə köçürüldü aclıq olduğuna görə. 



107 

 

Buna səbəb kartofun xəstəlikdən məhv olması idi (fitoftor göbələyinin törət-



diyi  infestans  xəstəliyi).  1880-ci  ildə  Seylonda  (indi–  Şiri-Lanka  adası  və 

dövləti) kafe  ağacları  məhv oldular.  Bu kədərli  hadisənin  günahkarları pas 

xəstəliyi  yaradan  göbələk  idi.  O  vaxtlardan  indiyədək  adada  kafe  yerində 

məşhur Seylan çayı becərilirdi. 1882-ci ildə bitkilərin xəstəliklərinin kimyə-

vi mübadiləsinin məqsədyönlü tədqiqatları başladı. Prust soyadlı bir fransız 

üzümçüsü özünün yol kənarında bitən üzümlüyünü qorumaq üçün cərgələri 

mis kuporosunun əhənglə qarışığı ilə çilədi.  

Doğrudan  da  zəhərlənmədən  qorxaraq  heç  kəs  mavi  boyanmış  mey-

vələrə toxunmurdu. Belə oldu ki, bu yolla cənab Millarde adlı biri keçdi. O, 

üzümün yalançı əzablı damlamild xəstəliyini öyrənirdi. Onun diqqətini cəlb 

etdi  ki,  Prustun  cərgələrində  yarpaqlar  tökülməyib,  qonşuda  isə  əksinə  ta-

mamilə tökülüb. Onun başına belə fikir gəldi ki, yarpaqlar mis kuporosu və 

əhəngin  ―zəhərli‖  məhlulu  ilə  emal  olunduğu  üçün  qorunub  saxlanılıb.  Bu 

xoşbəxt  fikir  idi.  Millarde  bu  qarışığın  dəqiq  reseptini  işləyib  hazırladı  və 

onun  istehsalını  və  geniş  miqyasında  tətbiqini  təşkil  etdi.  Bordosk  mayesi 

belə  kəşf  olundu,  bir  çox  bitki  xəstəliklərinə  qarşı  gözəl  vasitə,  hansı  ki, 

bizim dövrümüzdə də uğurla istifadə olunur.  

Artıq  100  ildən  çoxdur  ki,  bitki  mühafizəsinin  kimyəvi  vasitələri 

xəstəlik  törədiciləri  ilə,  ziyanverici  həşəratlarla  və  alaq  bitkiləri  ilə  müba-

rizədə mühüm rol oynayır. İkinci dünya müharibəsindən sonra bu mübarizə 

üsulu daha  çox  yayıldı.  Belə mübarizənin  vacibliyi  kifayət  qədər aydındır, 

nəzərə  alsa  ki,  xəstəliklərlə  bağlı  olan  məhsul  itkisi  hazırda  23,9-46,4%-ə 

çatır (cədvəl 2.14) 

Cədvəl 2.14 

Dünya əkinçiliyində kənd təsərrüfatı bitkilərinin məhsul itkisi 

 (Sokolov və b., 1994)

   


                                                  

                                                      

Bitki 

Məhsul itkisi 



Ziyanvericilər 

Xəstəliklər 

Alaq otları 

Cəmi 


Buğda 

5,0 


9,1 

9,8 


23,9 

Qarğıdalı 

12,4 

9,4 


13,0 

34,8 


Darı, sorqo 

9,6 


10,6 

17,8 


38,0 

Çəltik (düyü) 

26,7 

8,9 


10,8 

46,4 


Pambıq 

11,0 


9,1 

4,5 


24,6 

Soya 


4,5 

11,1 


13,5 

29,1 


Kartof 

6,5 


21,8 

4,0 


32,3 

Pomidor 


7,5 

11,6 


5,4 

24,5 


 

108 

 

Cədvəl 2.15 – də Rusiya Federasiyasının kənd təsərrüfatı bitkilərinin  



məhsulunun potensail itkisi təsvir olunur.  

FAO  (1989)  qiymətlərinə  görə  hər  il  dünya  kənd  təsərrüfatına  ziyan-

verici  həşəratlardan,  bitki  xəstəliklərindən  və  alqalardan  75  milyard  dollar 

ziyan dıyir. V. A. Zaxarenkonun hesablamalarına görə 1986-1990-cı illərdə 

Rusiya  Federasiyasında  potensial  itkisi  ildə  orta  hesabla  7,66  milyard 

rubldur. 



Cədvəl 2.15 

1956-1990-cı illərdə Rusiya Federasiyasında xəstəliklərdən, ziyan-

vericilərdən və alaq otlarından kənd təsərrüfatı bitkilərinin 

məhsulunun potensial itkisi (V. A. Zaxarenko, Sokolov və b. 

hesablamalarına görə, 1994) 

                                                         

                                      

Bitki 


Sahə  

min 


 hek 

Ümu- 


mi  

yığım 


mln t 

Potensial itkilər 

Ümumi yığılmadan %_lə 

mln .ton 

cəmi 

ziyan 


verici 

xəstə- 


lik 

alaq- 


lar 

cəmi 


ziyan- 

verici 


xəst-

lik 


Alaq 

Dənli bitki 

60,3 

104,3 


25,0 

6,0 


8,4 

10,6 


26,1 

6,3 


8,8 

11,0 


Şəkər 

Çuğunduru 

1,47 

32,9 


24,5 

8,0 


8,3 

8,2 


8,1 

2,6 


2,7 

2,8 


Günəbaxan 

2,15 


3,12 

25,0 


8,0 

9,0 


8,0 

0,78 


2,5 

0,8 


0,25 

Kətan 


0,496 

0,124 


11,5 

3,5 


5,8 

11,0 


0,028 

0,000


0,00


0,00


14 

Kartof 


3,324 

35,9 


31,5 

5,0 


20,0 

6,5 


11,3 

1,8 


7,2 

2,30 


Tərəvəz 

0,725 


11,17 

20,2 


7, 0 

15,0 


7,2 

3,3 


0,8 

1,7 


0,80 

Giləmeyvə 

və meyvə 

0,754 


1,96 

29,0 


10,0 

11,0 


7,0 

0,57 


0,21 

0,22 


0,14 

Üzüm  


0,172 

0,93 


34,2 

5,22 


22,0 

7,2 


0,32 

0,05 


0,20 

0,07 


Yem  bitkiləri 

(quru  ota  çe-

virməklə 

42255 


84,51 

15,0 


5,0 

5,0 


5,0 

12,68 


4,22 

4,22 


4,22 

 

Rusiyada məhsulun potensial itkisi 71,3 milyon ton dən vahidinə çatır. 



Bu  zaman  xəstəlik  törədicilərin  payına  45,1%  potensial  itki  düşür,  alaq 

otları 31,4% və bitki ziyanvericilərinə 23,5% (Sokolov M. S. və b. 1994). 

1990-cı  ildə  ABŞ-da  bir  ortastatistik  fermer  7  adamı  ərzaq  məhsulu 

ilə, 1970-da - 46, 1980-də isə 55 adamı təmin edirdilər. Hesablanmışdır ki, 

əgər  ABŞ-da  bitki  mühafizəsində  kimyəvi  vasitələrdən  istifadəni  dayan-

dırsalar, dənin  ümumi  yığımını  əvvəlki səviyyədə saxlamaq üçün  əlavə 52 

milyon  hektar  torpağı  əkmək  lazımdır;  bu  zaman  bitkiçilik  məhsullarının 

dəyəri 50-70% artıq (əmək məhsuldarlığı aşağı düşdüyünə görə). 

Bununla əlaqədar tamamilə qanunauyğundur ki, 80-ci illərin əvvəlində 

BMKV  istehsalı  dünyada  2,3..2,5  mln.  ton  təşkil  edirdi.  1986-cı  ildə 

dünyada  BMKV  tələbat  17,5  milyon  dollar  dəyərində  idi.  Bütün  dünyada 


109 

 

istehsal  olunan  preparatların  ümumi  miqdarından  ABŞ  və  Kanadada  33%, 



Qərbi Avropa ölkələrində 25%, Cənub-şərqi Asiyada 22%, Şərqi Avropada 

(Rusiya  daxil  olmaqla)  –  10%,  Latın  Amerikası  –  9%,  Avstraliya  və  yeni 

Zellandiyada – 1% istifadə olunurdu. 

İtaliyada – 1 hektar səpinə 21 kq BMKV, Yaponiyada – 16 kq-a ya-

xın, digər inkişaf etmiş Qərbi Avropa ölkələrində orta hesabla 2-3 kq, keç-

miş  MDB  respublikasında  0,6  kq-dan  (Estoniya)  13,2  kq-a  (Moldoviya), 

bütün dünyada orta hesabla 0,3-0,4 kq t.e. maddə 1 hektara (Şokolov və b. 

1994) 


Bitki mühafizəsinin kimyəvi vasitələrinin ümumi qəbul olunmuş qısa  

adı  –  ―pestisidlərdir‖ (lat.  pestis-ziyanverici,  caedo  – öldürürəm). Müxtəlif 

rəqəmlərə görə son illərdə dünyada 1000-dən çox kimyəvi birləşmələr qey-

də  alınıb,  onların  əsasında  pestisidlərin  on  minlərlə  preparativ  formulları 

buraxılır. Adətən pestisidləri onların hansı məqsədlə istifadəsinə görə təsnif-

ləşdirirlər.  onlardan  daha  çox  aşağıdakılar  tətbiq  olunur:  herbisidlər  –  alaq 

otları ilə mübarizədə; insektisidlər – zəhərli həşəratlarla mübarizədə, funqi-

sidi  –  bitkilərin  müxtəlif  göbələk  xəstəlikləri  ilə  mübarizədə,  zoosidi  –  zə-

hərli  onurğalılarla  mübarizədə  rodentisidlər  –  gəmiricilərlə;  bakterisidlər  – 

bakterilarla və bitkilərin bakterial xəstəlikləri mübarizədə; alqisidlər – sutu-

tarlarda yosunların və alaq bitkiləri ilə mübarizədə; defoliantlar – yarpaqları 

tökmək üçün;  desiaktlar  –  yığım qabağı  yarpaqların  qurudulması  üçün;  re-

tardantı – bitkinin boyatmasını tormozlamaq və gövdələrin yaratmağa qarşı 

davamlığını artırmaq üçün  

Pestisidləri həm də tərkibinə və xassələrinə görə təsnifləşdirmək olar. 

Ən  çox  yayılmışları:  Xlor  üzvi  pestisidlər  –  polisiklik  və  aromatik  karbo-

hidratların haloid törəmələri, alifatik karbohidratlar; fosfor üzvi pestisidlər – 

fosfor turşularının mürəkkəb efirləri; karbonatlar – karbomid, tio – və ditio-

karbamin  turşularının  törəmələri;  azot  tərkibli  pestisidlər  sidik  turşusu, 

quanidin, fenolun törəmələri. 

Pestisidləri  ətraf  mühitə  dözümlülüyünə  görə  də  qruplaşdırırlar.  Bu 

xassələrpreparatların  kimyəvi  qruluşu  və  fiziki-kimyəvi  xüsusiyyətləri  ilə 

şşərtlənir, Xlor üzvi pestisidlər daha dözümlü və eyni zamanda kumulyativ 

xassələri olan maddələrdir.  

Torpaqda  parçalanmaya  davamlığına  görə  pestisidləri:  çox  davamlı 

(zəhərli olmayan komponentlərə parçalanma dövrü 2 ildən çox olanlar); da-

vamlı (yarım ildən 2 ilə qədər olanlar); orta davamlı (16 aya qədər); az da-

vamlı (1 ay olanlara) bölünürlər.  

2.16  cədvəlində  pestisid  qruplarından  birinin  bəzi  nümayəndələrinin 

davamlılığı haqda fikri söylənilir. 

 


110 

 


Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin