Ġzabella qasimova, musa bayramov


Heyvanların  iĢtirakı ilə kənd təsərrüfatı zəncirində radionuklid-



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə18/55
tarix01.04.2017
ölçüsü5,58 Mb.
#13051
1   ...   14   15   16   17   18   19   20   21   ...   55

Heyvanların  iĢtirakı ilə kənd təsərrüfatı zəncirində radionuklid-

lərin ötürülməsi.  

Otlaqlarda  otarma  zamanı  radionuklidlər  mlə  kənd  təsərrüfatı 

heyvanlarının orqanizminə düşür sonra isə heyvandarlıq məhsullarına keçir. 

Uzun müddətli çirklənmiş yemlərlə yemləndirilən heyvanlar; 



 

Q

CM

F

/



 

burada:- C- orqan və toxmalarada radionuklidlərin qatılğı bk/q 

M- orqan və toxmanın kütləsi q. 

Q-  hər  gün  yemlərlə  heyvan  oraqnizminə  düşən  radionuklidlərin  miqdarı, 

Bk. 

Radionuklidlərin  toplanması  (F)  orqanizmə  daxil  olan  nikleodilərdən 



xaric olan nikleodilərin fərqinə bərabərdir. 

Radionuklidlərin  sorulma  əmsalı  radionuklidin  bioloji  hərəkətliyini 

qiymətləndirilməsində istifadə olunur və faizlə ifadə olunur: 

 

 

 

Radionuklidlərin  orqanizimdən  çıxması  yarımçıxma  dövrünün 

köməyilə  təsvir  edirlər.  T

biol


  v  başqa  sözlə  o  müddət  ki,  orqanizmə  daxil 

olan  radionuklidlərin  yarışı  orqanizmdən  ayrılır.  Əgər  bütün  proseslərə 

radionuklidlərin parçalanmasını əlavə etsək o zaman yarımçıxmanın effektiv 

dövründən danışmaq olar:



 

 

Kənd  təsərrüfatı  heyvanlarının  orqan  və  toxumalarından  radionuklid-



lərin çıxarılması adətən bir və ya bir neçə eksponentlərin köməyilə qiymət-

ləndirilir.  Torpaq  –  bitki  həlqəsində  olduğu  kimi,  heyvanların  iştirak  etdiyi 

kənd təsərrüfatı zəncirlərində Kn əmsalından istifadə olunur. 

 

Metabalizm  prosesində  radionuklidlər  heyvan  orqanı  və  toxumaların-



da müxtəlif miqdarda paylanır. 

179 

 

Radionuklidlərin aqrosenozlarda miqrasiyası və bu proseslərin model-



ləşdirilməsi  çox  həlqəli  prosesdir,  həm  də  onun  miqdarca  xarakteristikası 

çox dinamikdir, zaman və məkanca dəyişkəndir.  Bu müxtəlif təbiətli çox-

saylı faktorların (biogeokimyəvi, istehsal-təsərrüfat və s.) təsirindən asılıdır. 

Kənd  təsərrüfatı  sferasında  radionuklidlərin  miqrasiyası  prosesinin  ümumi 

təsvirinin vacibliyi, aqrosenozlarda radionuklidlərin nəqlinin modelin kömə-

yilə radionuklidlərin daşınması üzrə radioekoloji tədqiqatların aparılmasında 

sistemli yanaşma prinsipinin geniş tətbiq olunmasını şərtləndirdi. Belə mo-

dellərin  tətbiqinin  son  vəzifələrindən  biri  aqrosenozun  hər  hansı  bir  blo-

kunda  radionuklidlərin  miqdsarının  proqnozlaşdırılmasıdır  (praktiki  cəhət-

dən son kənd təsərrüfatı məhsulunu xarakterizə edən bloklar – süd, ət, bitki-

çilik məhsulları və s. daha çox əhəmiyyət kəsb edir). Belə modelin bariz nü-

munəsi  BMT-nin  Elmi  Komitəsinin  istifadə  etdiyi  modeldir,  hansı  ki,  ən 

vacib  qida  zəncirlərində  atom  radiasiyası  təsirindən  radioaktiv  çökmədən 

insan  orqanizminədək  radionuklidlərin  ötürülməsinin  təsvirini  göstərir.

 

(Şəkil 2.20). 



 

 

 



ġəkil 2.20.  Ətraf mühitdə radionuklidlərin nəqlinin blok modeli. 

 

Aqrosferdə radionuklidlərin miqrasiyasının ayrı-ayrı  qruplarda asılılı-



lığını və müxtəlif kənd təsərrüfatı zəncirlərində onların hərəkətinin spesifik 

əlamətlərini nəzərə almaqla, belə modelləri 6 qrupa ayırmaq olar: 1) torpaq-

larda radionuklidlərin miqrasiyası modeli; 2) kənd təsərrüfatı bitkiləri əkin-

lərinin aeral radioaktiv çirklənmə modeli; 3) torpaq- bitki sistemində radio-

nuklidlərin miqrasiya modeli; 4) kənd təsərrüfatı heyvanlarının orqanizmin-

də  radionuklidlərin  miqrasıya  modeli;  5)  qida  zənciri  üzrə  radionuklidlərin 

miqrasiya modeli; 6) aqrosferdə (lokal, regional və qlobal miqyasda) radio-

nuklidlərin miqrasiya modeli.   

Bir sıra faktorların təsiri altında radionuklidlərin miqrasiyasının kənd 

təsərrüfatı zəncirlərində yüksək intensivliklə baş verməsi xüsusi maraq kəsb 

Xarici şüalanma 

Hava 


Torpaq 

Bitki 


Heyvan 

İnsanın 


rasionu 

İnsan 


orqanizmi 

Doz


Mənbə 


İnqalyasiya 

Aqrosfera 

Doza 


180 

 

edir.  Radionuklidlərin  belə  sürətli  yerdəyişməsinin  səbəbi  maddələr  dövra-



nının ayrı-ayrı həlqələrində onların müqayisə olunacaq qədər yüksək mütə-

hərrik  olmasıdır;  radionuklidlərin  yerdəyişməsini  sürətləndirən  özünəməx-

sus biogeokimyəvi şərait; son qida məhsullarında radionuklidlərin miqdarı-

nın artmasına aparan ASK-dəki ayrı-ayrı texnoloji proseslər və s. Bütün belə 

hallarda ―qaynar‖ radioekoloji rayonların, ―qaynar‖ kənd təsərrüfatı zənciri-

nin  olduğu  haqda  danışmaq  qəbul  olunmuşdur.    Onların  olması  aqrosferin 

radiasiya  monitorinqi  zamanı  mühüm  əhəmiyyət  kəsb  edir.  Məsələn,  AES 

və digər tam nüvə  yanacaqlı dövriyəli müəssisələr üçün sahələrin seçilməsi 

zamanı.  

Çimli  torpaqlara  düşmüş  radionuklid  n  müddət  bitkimənimsəyə 

biləcəyi  formada qalır (belə ki, 

90

Sr  və 



137

Cs çəmənlərdə şum torpaqlarına 

nisdəfə  çox  qala  bilər) 

137


Cs  bitkiyə  daxil  olması  çəmən  təsərrüfatının 

növündən və torpağın tipindən asılıdır. (şəkil 2.21.)

 

 

 



ġəkil  2.21.  Çəmənlərin  radioekoloji  təsnifatı  (

137


Cs-la  çirklənmədə). 

Müxtəlif  çəmən  npövləri  və  torpaq  tipləri  üçün   

137

Cs-ilə    çirklənmənin 



qatılığı göstərilmişdir. (Sanjarova, 1997) 

 

1-



 

Qumlu  və  qumsal;  2-  yüngül  və  orta  gillicəli;  3-  ağırgilciəli  və  gilli;  4-  torflu 

(üzvü)   

 


181 

 

Çəmənlərin radioekoloji təsnifatı verilib. Burada yemləndirilən inəyin 



südünə 

137


Cs-nin  keçməaqlıq  çəmənlərində  daha  çoxdur.  Hətta  əsaslı 

meliorasiya  işləri  də,  radioloji  standarta  cavab  verən  süd  almağa  kömək 

etmir. (BDY). 

137


Cs- 370 Bk/l. Çim qatının yumşaldılması və təbii otlaqların 

süni  otlaqlara  keçirilməsi  çəmən  bitkilərində  radionuklidlərin  toplanmasını 

azaldır və  nəticədə radionuklidlərin süd və digər arlıq məhsullarına keçməsi 

məhdudlaşır. 

Radionuklidlərin miqrasiyası suvarma suyu→torpaq→bitki sistemində 

suvarma  əkinçiliyində  güclənir.  Xüsusən  yağışla  suvarma  əkinçiliyində 

güclənir.  Xüsusən  yağışla  suvarma,  zamanı  radionuklid  yerüstü  biokütləyə 

toplanır,  torpaq  həlqəsi  sıradan  çıxır,  başqa  sözlə  torpağın  bərk  fazası 

tərzindən radionuklidlər sorbsiya olunur.  

Ionlaşdırıcı şüaların bitkilərə təsiri: daxili və xarici şüalanma  yaradır. 

Ionlaşdırıcı şüalar bioloji aktiv maddələrə təsir edir və ptaktiki olaraq bütün 

canlı  hüceyrələrdə  var.  Radibioloji  proseslər:  birbaşa  və  dolayısı  ilə  gedə 

bilər:  ionlaşdırıcı  şüaların  təsiri  hələ  1930  cu  ildən  öyrənilməyə  başlayıb 

(nişanlanmış atomlar vasitəsilə) 



 

         2.6.5.  İonlaşdırıcı şüalanmanın bitkilərə və aqrosenozlara təsiri 

Radioloji  hadisələrin  əksəriyyətində  bitkilər  onların  yaşadığı  mühitdə 

eyni zamanda xarıcı və daxili şüalanmaya məruz qalırlar. Şüalanmış fitose-

nozda baxılan bitkinin xaraci şüalanma mənbəyi qonşu bitkidə olan inkorpo-

rativ  (toplanmış)  radionuklidlər  ola  bilər.  Bitkinin  ayrı-ayrı  orqanları  üçün 

xarici  mənbə  həmin  bitkinin  digər  hissələrində  toplanmış  radionuklidlər  də 

ola bilər. Yalnız xüsusi şəraitdə (adətən süni modelləşmiş) bitkilər təkcə xa-

rici (məsələn, qamma-sahələrdə) və ya daxili (məsələn, laboratoriya təcrübə-

lərində  ayrı-ayrı  bitkilərin  radionuklidləri  toplaması  zamanı)  şüalanmaya 

məruz qalırlar.  

Mürəkkəb  bitki  orqanizmində  ilkin  reaksiyalar  ionlaşdırıcı  şüaların, 

prakti olaraq,   canlı hüceyrənin bütün komponentlərn tərkibində olan bioloji 

aktiv  molekullara  təsiri  ilə  başlayır.  İlkin  radiobioloji  proseslər  əsasən  iki 

təsir növü ilə şərtlənirlər: birbaşa və dolayı. İonlaşdırıcı şüalanmanın (doza, 

dozanın  gücü,  bioloji  hüceyrələrdə  enerjinin  xətti  itirilməsi,  şüalanmanın 

fraksiyalaşması)  fiziki  xarakteristikadan  asılılıq  effükti  üzrə  eksperimental 

məlumatlara və modifikasiya faktorlarına (istilik, oksigenin konsentrasiyası, 

suyun  miqdarı  və  s.)  əsaslanan  elementar  radiobioloji  proseslərin  biofiziki 

analizi,  artıq  keçən  əsrin  30-cu  illərində  düşmə  -  hədəf  –  gücləndirici  nin 

əsas prinsiplərini yaratmağa mkan verdi. Düşmə və hədəf prinsipinə uyğun 

olaraq,  ionlaşdırıcı  şüalanmanın  təsiri  zamanı  bioloji  reaksiyaların  əsasını 

DNT  və  RNT-nin  strukturunu  dəyişən  mikrolokal  hadisələr  təşkil  edir.  Bu 



182 

 

zaman  gücləndirici  prinsipi  onunla  nəticələnir  ki,  DNT  və  RNT-nin  struk-



turundakı  dəyişikliklər  şüalanmış  hüceyrələrdə  maddələr  mübadiləsini 

dəyişdirir.  

Bitkilərin  radio  həssaslığının  meristem  hüceyrələrinin  interfazasında 

hüceyrə nüvəsinin həcmindən asılılığı konsepsiyası daha geniş  yayılmışdır. 

Ən  ümumi  halda  onu  aşağıdakı  kimi  formalaşdırmaq  olar.  Müxtəlif  bitki 

növləri üçün böyümənin kəskin azalmasına lazım olan  şüalanma dozası ilə 

nüvənin  orta  həcmi  arasında  əks  əlaqə  qeyd  olunur:  böyük  xromosomlu 

bitkilər  şüalanmaya  daha  həssasdırlar,  nəinki  kiçik  xromosomlu  bitkilər. 

Bitkilərin radiorezistentliyinin  bu asılılığı bütün bitki aləmi üçün universal 

deyil. O, radiotaksonlarda – filogenetik yaxınlığı ilə xarakterizə olunan bitki 

növlərində  daha ciddi qorunub saxlanılır.   

 Bitkilərin şüalanması adlanan bioloji proseslər, bölünən və ixtisaslaş-

mış  hüceyrələrdə  çoxsaylı  mübadilə  reaksiyaları  ilə  bağlıdır.  Ali  bitkilərin 

fərqləndirici  cəhəti  (məsələn,  onurğalı  heyvanlarla  müqayisədə)  ondan  iba-

rətdir ki, onlarda orqanogenez embrional dövrlərlə məhdudlaşmır, bütün hə-

yatı ərzində baş verir. Bu bitkilərdə bütün ontogenez ərzində hüceyrə bölün-

məsi  qabiliyyətini  saxlayan  embrional  –  meristem  hüceyrələrinin  olduğuna 

görə  mümkündür.  Merisrem  hüceyrələrinin  radio  həssaslığı  differensial  və 

ixtisaslaşmış hüceyrələrdən onlarla və yüzlərlə dəfə yüksəkdir.  

Bitkilərdə  hüceyrə  səviyyəsində  radiasiya  dəyişkənlikləri  mitotik  ak-

tivliyin azalmasına, xromosom aberrasiyalaının sayının artmasına və apikal 

meristem  hüceyrələrinin  mitotik  dövrünün  müddətini  dəyişməsinə  görə 

qiymətləndirilən  sitogenetik  zədələnmə  kimi    üzə  çıxır.  Şüalanmanın  təsiri 

altında hüceyrə səviyəsində baş verən dəyişkənliklər, sonradan bütöv orqa-

nizm və fitosenoz səviyyəsində özünü göstərir.  Şüalanmış fitosenozda daha 

radio  həssas  bitki  növlərinin  məhvi,  bitkilərin  sayının  və  sahə  vahidində 

fitokütlə  ehtiyatının  dəyişməsi,  normal  suksessiya  proseslərinin  axınının 

pozulması və s.  qeyd olunur.  

Bitkilərin  ionlaşdırıcı  şüaların  təsirinə  cavab  reaksiyası  şüalanmanın 

dozasından  asılıdır.  Şüalanmanın  udulan  dozası  radiobiologiyada  qreylə 

(1Qr  =  1coul/kq),  əks  olunan  doza  isə  rentgenlə  (1R  =  2,58.10

-4

  Kl/kq) 



ölçülür.  Şüalanmanın  bioloji  effekti  ionlaşdırıcı  şüalanmanın  intensivliyin-

dən – dozanın gücündən (məsələn, Qr/dəq. ilə ölçülən) asılıdır. İonlaşdırıcı 

şüaların  müxtəlif  növlərinin  bioloji  effektivliyini  nəzərə  almaqla  udulan 

enerjinin vahidi zivert qəbul olunur. 1Zv qreylə qiymətləndirilən udulan do-

za  vahidinin  NBE  -    Nisbi  Bioloji  Effektivliyin    Qiymətinə    hasili  ilə  öl-

çülür.  


Nisbətən  yüksək  olmayan  doza  intervalında  (5...10Qr  toxumlar  və 

1...5Qr  inkişaf  edən  bitkilər  üçün)  ionlaçdırıcı  şüalanmanın  təsiri  zamanı  



183 

 

bitkilərin  böyümə  və  inkişaf  tempi  sürətlənir.  Bu  hadisə  radiostimulyasiya 



adlanır. (Cədvəl 2.43) 

 

Cədvəl 2.43 

Bəzi kənd təsərrüfatı bitkilərinin toxumlarının Ģüalandırılmasının 

stimulyasiya dozaları (Filipas və b., 1992) 

Bitkinin  növü 

Stimulyasiya 

dozası, Qr 

Bitkinin  növü 

Stimulyasiya 

dozası, Qr 

Noxud 


3...10 

Xiyar 


3...40 

Qarğıdalı 

5...10 

Gülül 


40...160 

Çovdar 


10 

Kök 


20...40 

Buğda 


25 

Kənaf 


20 

Yemiş 


40 

Kələm 


2,5...80 

Pamidor 


2,5...10 

Klever 


5...40 

Pambıq 


5...30 

Turp 


10 

 

Toxumlara  və  inkişaf  edən  bitkilərə  ionlaşdırıcı  şüalanmanın    bioloji 



təsirini vegetasiya dövrünün sonunda sağ qalan bitkilərin sayına görə hesab-

lanan letal – LD

100 

 və yarımletal - LD



50

   dozalara əsasən qiymətləndirmək 

qəbul olunmuşdur. Kənd təsərrüfatı bitkilərinin əksəriyyətində bitkilərin 50-

70%-nin  ölümünə  səbəb  olan  şüalanma  dozası  məhsuldarlığın  tamamilə 

itməsilə  nəticələnir,  buna  görə  də  şüalanma  zamanı  bitki  məhsuldarlığının 

itkisinin davamlılığının xarakteristikası üçün MD

50

 parametri tətbiq olunur, 



hansı ki, məhsuldarlığı 50% azaldan dozaya uyğun gəlir (Cədvəl 2.44).     

  

 



Cədvəl  2.44

 

ĠnkiĢafda olan bitkilərin kəskin  γ   Ģüalanma zamanı dənli bitkilər üçün  



DD

50

 orta qiyməti, Qr  (Filipas və b., 1992)    

Şüalanma 

zamanı bit-

kinin inkişaf 

fazası 

Payızlıq 



buğda 

Yazlıq 


buğda 

Payızlıq  

çovdar 

 Yazlıq 


çovdar 

Yazlıq 


və pa-

yızlıq 


arpa 

Yulaf  Çəltik 

Cücərti 

50 


60 

35 


35 

30 


45 

Kollanma 



20 

35 


30 

20 


20 

30 


Boruya çıxma 

13 




16 

75 


Sünbülləmə 

25 


24 

20 


15 

12 


10 

160 


Çiçəkləmə 

35 


40 

35 


35 

30 


35 

 



LD

50 


 və MD

50  


eyni bitki növündə 10 və daha çox dəfə fərqlənə bilir. 

İonlaşdırıcı  şüalanmanın  aqrofitosenoza  təsiri  zamanı  şüalanma  yalnız 

bitkilərin böyümə və inkişafına təsir edən faktorlardan biri olur. Bu şəraitdə 

bir neçə ekoloji faktorların (məsələn, qurqlıqda ionlaşdırıcı şüaların bitkilərə 



184 

 

öldürücü  təsiri  daha  güclü  olur)  birgə  təsirində  additiv,  sinergetik  və 



kompensator effektləri qeyd oluna bilər.  

 

2.6.6.  Radioloji  əhəmiyyətli  təbii  radionuklidlərin  ən  vacib  xarak-



teristikaları 

Təbiətdə rast gəlinən təbii radionuklidlər üç qrupa bölünür. Birincini – 

uran-238, uran 235, torium -232 radioaktiv ailəsinə daxil olan radionuklidlər 

təşkil edirlər. Bu radionuklidlər Yerin formalaşmasının kocmogen mərhələ-

sində  artıq  mövcud  idilər.  İkinci  qrupu  da  çox  yaşayan  radionuklidlər:  ka-

lium-40,  rubidium-87  və  b.  təşkil  edir,  hansı  ki,  yaranması  Yerin  planetar 

mərhələsi ilə əlaqələndirirlər. Üçüncü qrupu kosmik şüalanmaların təsiri al-

tında biosferdə fasiləsiz yaranan radionuklidlər əmələ gətirir, eləcə də nüvə 

reaksiyaları nəticəsində: tritium, berillium – 7, karbon -14. əmələ gətirir.  

Radiobioloqlar və radioekoloqlar üçün xüsusi maraq kəsb edən radio-

aktiv ailəyə  yarımparçalanma dövrü bir neçə  min illə  ölçülən nisbətən qısa 

periodlu qız nuklidlər daxil edilir. U-238-in parçalama məhsulu olan, təbiət-

də geniş yayılmış radium-226, polonium-210 və b. aiddir.  

Uran.  Təbii  uran  3  radioaktiv  izotopdan  –  U-238,  U-  235  U-  234 

ibarətdir, həm də iki birincilər radioaktiv ailəni  yaradanlardır. Radioekoloji 

və  toksikoloji  cəhətdən  kimyəvi  xassəcə  U-238  daha  vacibdir  (yarımpar-

çalanma dövrü 4,5. 10

9

 il),enerjisi 4,18MeV olan α – şüalandırıcıdır;  U-235 



(yarımparçalanma  dövrü  7,1.10

8

  il),  4,6  MeV  enerjili  (8,3%),  4,4  MeV 



(61%)  və  4,3  MeV  (18%)  α  –  şüalandırıcıdır;U  –  234  (yarımparçalanma 

dövrü 2,3.10

5

  il),  α  –  şüalandırıcıdır,  maksimal  enerjisi  4,7  M  eV-dır.  İzo-



topların təbii qarışığında U-238- 99,28%, U – 235 -0,71%, U – 234 -0,006% 

təşkil edir.  

Biosferdə  uranın  əsas  mənbəyi  yer  qabığıdır.  Yer  qabığında  uranın 

orta miqdarı 3.10

-4

% təşkil edir. Uranın müəyyən miqdarı yer səthinə vulka-



nik  tullantılardan, uranın çıxarılmasından və emalından daxil olur. 1982-ci 

ildə  biosferdə U-238-in  qlobal texnogen axını  fosfor gübrələrnin istifadəsi 

hesabına 1.10

14

Bk olmuşdur. Uran-238-in əkinçilik sahələrinin şum qatında 



ehtiyatı 1,4.10

17

Bk, yeraltı materik sularında isə 7.10



17

Bk təşkil edir.  

Xarici  mühitdə  uranın  4  və  6  valentli  formalarına  rast  gəlinir.  O,  su 

miqrantları sinfinə aiddir. Təbii sularda uran uranil UO

+2 

kimi mövcuddur, 



hansı ki, qeyri-üzvi və üzvi turşularla kompleks birləşmələr yaradır. Uranın 

yerdəyişməsində  onun  biogen  miqrasiyasının  rolu  çox  əhəmiyyətlidir, 

baxmayaraq  ki,  onun  bitkilər  tərəfindən  mənimsənilməsi  zəif  və  çox  zəif 

kimi  xarakterizə  olunur.  Uranın-238  hərəkətini  təyin  edən  ən  vacib  faktor, 

onun torpaqda yüksək kütlə qatılığına malik olmasıdır.  

Torium. Təbii torium 6 radioaktiv izotopdan ibarətdir, radioloji cəhət- 


185 

 

dən  isə  torium-  232  daha  çox  maraq  doğurur.  Yarımparçalanma  dövrü 



1,41.10

10 


il olan uzunömürlü izotopdur, toriumun radioaktiv ailəsinin törədi-

cisidir.  O,  3,98MeV  (25%)  və  4,0  MeV  (75%)  enerjili  α-  şüalandırıcıdır. 

Torium – 234 (yarımparçalanma dövrü 24,1 gün), 0, 205 MeV (80%) 0, 111 

MeV  (20%)  enerjili  β  –  şüalandırıcıdır.  Torium  -227  (yarımparçalanma 

dövrü  18,9  gün),  6,04  MeV  (21%),  5,98  MeV  (24%),  5,76  MeV(21%)  və 

5,72 MeV (14%) enerjili α – şüalandırıcıdır. Torium -231 (yarımparçalanma 

dövrü  25,5 saat), 0,30 MeV (44%) və 0,09 MeV (45%) şüalanma enerjili β 

–  şüalandırıcıdır.  Təbii  torium  əsasən  Th  –  232  (kütləcə  99,9%)  Th  –  228 

qarışığı ilə yayılmışdır, radioaktiv tarazlıqda sonuncunun miqdarı 1,37.10

-8

 



%-dir. Th-234, Th – 231 və Th – 227 təbiətdə çox az miqdarda rast gəlininr.  

Biosferdə  toriumun  əsas  mənbəyi  yer  qabığıdır,  baxmayaraq  ki,  vul-

kanik tullantılardan, toriumun çıxarılması və emalından da onun yer səthinə 

daxill  olması  müşahidə  olunur.  Xarici  mühitin,  xüsusilə  kənd  təsərrüfatı 

yerlərinin, Th –  232 ilə çirklənmə  mənbəyi  fosfor gübrələrinin  geniş  tətbiq 

olunmasıdır, burada Th -232-nin  miqdarı 1,5–25 Bk/kq dəyişir. 1982-ci ildə 

biosferdə  Th  –  232-nin  qlobal  texogen  axını:  qazıntı  üzi  yanacaqlarının 

yanması  hesabına  1,6.10

13 

Bk,  fosfor  gübrələrinin  istifadəsi  nəticəsində 



4.10

12 


Bk olmuşdur. Əkin sahələrinin şum qatında Th -232 ehtiyatı 1,4.10

17 


Bk, yerüstü materik sularında isə 2,2.10

15 


Bk təşkil edir.  

U-  238-də  olduğu  kimi  Th  –  232-  nin  də  hərəkətini  təyin  edən  əsas 

faktor  onun  kütləsinin  torpaqda  çox  olmasıdır.  Toriuma  təbiətdə  yalnız  4 

valentli  formada  rast  gəlinir.  Oda  uran  kimi  su  miqrantları  sinfinə  aiddir, 

lakin onun hərəkətinin əsas növü davamlı mineralların tərkibibndə mexaniki 

miqrasiyadır. Torium və uranın biogen miqrasiyası nisbətən yaxındır.  



Radium. Təbii radium 4 əsas radioizotopa malikdir, onlardan ən əsası 

Ra-  226,  (yarımparçalanma  dövrü  1622  il,  α  –  şüalandırıcı,  4,777  MeV-

94,3%  və  4,589  MeV  -5,7%).  Ra-226-dan  başqa  aşağıdakı  izotoplarda 

müəyyən  maraq  doğurur:  radium-228,  yarımparçalanma  dövrü6,7  il,  0,012 

MeV enerjili  β – şüalandırıcıdır. Ra-223, yarımparçalanma dövrü 11,2gün,  

5,704  MeV(24%),  5,596  MeV(24%)  və  5,730  MeV(9%)  enerjili  α  – 

şüalandırıcıdır. Radium – 224, y.p.d.=3,64 gün, 5,681 MeV(95%) və 5,448 

MeV (4,6%) enerjili  α – şüalandırıcıdır.  

Radium  qələvi-torpaq  elementlərinə  aiddir  və  ikinci  qrupun  element-

lərinə  xas  olan  bütün  xassələrə  malikdir.  Ra  bütün  birləşmələrində  iki  va-

lentlidir. Urana nisbətən radiumun həll olmuş formada miqrasiya qabiliyyəti 

azdır. Miqrasiya qabiliyyətinin müxtəlifliyi ilə əlaqədar olaraq, təbii mühit-

də U-238 və Ra-226 arasında radioaktiv tarazlıq az müşahidə olunur.     

Təbiətdə  Ra  –  226  səpələnmiş  halda  yerləşir,  ayrı-ayrı  mineralların 

tərkibinə  daxil  deyil,  ancaq  bir  çox  formalara  birləşmələr  kimi  geniş 


186 

 

yayılmışdır. Yer qabığında Ra – 226-nın orta miqdarı 1.10



-11

%, torpaqda isə 

8.10

-11


%-dir.  Bu  radionuklid  mütəhərrik  formasının  torpaqda  daha  çox 

olması ilə xarakterizə olunurlar.  

Torpaqda  Ra  –226  digər  təbii  radionuklidlərlə  müqayisədə  daha  çox 

miqrasiya  etmə  xassəsinə  malikdir.  Bu  radionuklid  torpaqda  mütəhərrik 

birləşmələrinin  miqdarının  daha  çox  olması  ilə  xarakterizə  olunurlar:  suda 

həll  olan,  mübadilə  edən  və  turşuda  həll  olan  formaların  cəmi  40%-ə 

yaxındır.  

Polonium.  Təbii polonium uranın radioaktiv ailəsinin üzvlərindən bi-

ridir  və  həmişə  az  miqdarda  uran  filizlərində,  uran  və  radiumun  qocalmış 

duzlarında tapılır. Onun 7 radioaktiv izotopu var: 6 qısaömürlü və bir Po – 

210, y.p.d.=138,4gün. Po –210α -  şüalandırıcıdır, onun yer qabında miqdarı 

2.10

-14 


%-dir. Po 210-nun xammalda və fosfor gübrələrində qatılığı: apatitdə 

30Bk/kq,  fosforit  tozunda  480  Bk/kq,  nitroammonium  sulfatda  10Bk/kq 

təşkil edir. Polonium-210 hava və su miqrantlarıdır. O, uçucu hissəciklərdə 

asanlıqla hidroliz və adsorbsiya olunur.  

 

Kalium. Təbiətdə kaliumun üç əsas izotopu var: iki sabit K – 39 və K 

- 41, eləcədə bir radioaktiv K–40. K– 40, 1,32 MeV enerjili, y.p.d.=1,28.10

il olan, β–şüalandırıcıdır. Təbii qarışıqlarda kalium izotopları cəmi 0,0119% 



təşkil  edir.  Buna  baxmayaraq,  Yerin  istilik  rejimində  hiss  olunan  rol 

oynayır, çünki digər radioaktiv elementlərlə müqayisədə daha geniş yayılıb. 

Kalium -40 parçalandıqda β – hissəcikləri ayıraraq, Ca– 40 sabit izotopuna 

çevrilir,  özünə  elektron  birləşdirməklə  arqo  –40  yaradır.  Torpağın  şum 

qatında  (3.10

kq/km



)

 



kalium  –40  2,7.10

10

  –21,610



10

  bk/km


(0,7-5,8 

Kü/km



).  



Kalium  –40 aktivliyinə  görə  torpaqda, bitkilərdə  və digər kənd təsər-

rüfatı  istehsalı  obyektlərində  geniş  yayılmış  təbii  radionuklidlərdən  biridir. 

Bunu  nəzərə  alaraq,  radionuklidlərin  ümumi  cəmində  kalium  –  40  toplan-

masını əks etdirən ―kalium fonu‖ adlanan xüsusi anlayış daxil edilmişdir.  

Ətraf  mühitin  komponentlərinə  kalium-40  axını  insanın  təsərrüfat 

fəaliyyəti  proseslərində  getdikcə  artmış,  maddələr  dövranına  əlavə  olaraq 

6,2.10

16 


Bk cəlb olunmuşdur. Kalium gübrələrinin orta normada  - 60 kq/ha 

tətbiqində, torpağa 1,235.10

Bk/ha kalium -40 daxil olur. 



 

2.6.7.   Torpaq-bitki sistemində təbii radionuklidlərin davranışı 

Radionuklidlər kəşf olunduqdan sonra ətraf mühitin bütün obyektlə 

rində 

onların  geniş  axtarışına  başlandı.  Rusaiyada  təbii 



radionuklidlərin  müxtəlif  obyektlərdə  miqdarının  öyrənilməsinə  akademik 

V.İ.Vernadskinin  təşəbbüsü  ilə  təxminən  85-90il  əvvəl  başlandı.  Hələ  XX 

əsrin  əvvəllərində  təbii  suların  və  mineralların  radioaktivliyini  öyrənməyə 


187 

 

başladı.  Sonradan  bu  işlər  akademik  A.P.Vinoqradov  tərəfindən  davam 



etdirildi. 

İlkin  tədqiqatların  nəticəsində  məlum  oldu  ki,  biosferin  radioaktiv-

liyinin  mənbəyi  ana  suxurlarıdır,  hansı  ki,  yer  səthində  fasiləsiz  olaraq  baş 

verən  meteoroloji,  hidroloji,  geokimyəvi  və  vulkanik  proseslər  nəticəsində 

yaranır,  eləcə  də  insan  fəaliyyəti  nəticəsində  parçalanır,  onun  tərkibində 

olan  təbii  radionuklidlər  ətrafa  paylanır  və  tədricən  biosferdə  maddələr 

dövranına qoşulur.  

Biosferdə daha geniş yayılmış radionuklidlər uran və toriumdur. Həm 

uran,  həm  də  toriuma  onların  hər  tərəfə  paylanması  xarakterikdir.  Uran  və 

torium  bütün  vulkanik,  metamorfik  və  çöküntü  suxurlarında,  eləcə  də 

çaylarıpn,  dənizlərin  və  okeanların  sularında  tapılır.  Uran  və  toriumun  yer 

qabığında paylanması və qatılığı xüsusi əhəmiyyət kəsb edir, uran və torium 

parçalanma  nəticəsində  yer  qabığında  toplanan  qurğuşuna  və  heliuma 

çevrilir.  Onların  parçalanması  zamanı  daima  istilik  ayrılır  ki,  bu  da  Yerin 

istilik rejimində həlledici rol oynayır.  

A.P.Vinoqradovun məlumatlarına görə, dağ suxurlarında uran, torium 

və radiumun  müxtəlif miqdarları toplanır. Uranın, toriumun, radiumun turş, 

maqmatik cinslərdəki  miqdarı onların  çöküntü  suxurlarında olan miqdarına 

yaxındır, lakin əsas suxurlardakından üstündür.  

V.İ.Baranov və S.Q.Tseytlinin tədqiqatları göstyərdi ki, vulkanik cins-

lərdə  təbii  radionuklidlər  metamorfik  və  çökente  suxurlarına  nisbətən  çox-

dur.  Bununla  əlaqədar  olaraq,  vulkanik  cinslərdən  yaranan  torpaqlar  daha 

radioaktivdir, nəinki çöküntü suxurlarından yarananlar. Anoloji fikirlərə bir 

çox başqa tədqiqatçılar da gəlmişlər (Burkser, 1954; Drobkov, 1952). Məhz 

bu müəlliflər müəyyənləşdirmişlər ki, vulkanik cinslərdən turşlar (qranitlər) 

daha radioaktivdir, nəinki əsas cinslər. 

V.İ.Baranov  torpaqda  təbii  radionuklidlərin  daha  sistematik,  istiqa-

mətlənmiş və dərin tədqiqatlarını aparmışdır. Qeyd olunur ki, torpaqda təbii 

radionuklidlərin  miqdarı  torpaq  yaradan  cinslərdə  onların  qatılığından  və 

torpaq əmələ gəlmə nəticəsində ana cinsin dəyişməsindən asılıdır.  

Torpaqda  uran  və  toriumun  miqdarını  təyin  edən  əsas  faktor  ana 

suxurlarda  onların  qatılığıdır.  Yer  qabığında  uranın  orta  miqdarı  4.10

-4

%, 


torium demək olar, 2 dəfə çox – 8.10

-4

%-ə qədərdir. Bu radionuklidlər tor-



paqda ana suxurların sovrulması və torpaq əmələ gəlməsi nəticəsində akku-

mulyasiya olunur. Buradan aydın olur ki, torpaqda Smirnov,1976; Rubtsov, 

1972 və s.). Uran, məsələn, torpaqda dağ suxurlarında olduğundan 10 dəfə 

çoxdur.  Bəzən  toriumun  miqdarı  torpaq  profilinin  mineral  hissəsində 

geokimyəvi fonu 10-30 dəfə üstələyir (Rubtsov, Pravdina, 1972).        


188 

 

V.İ.Vernadski  (1934)  tərəfindən  torpaqda  uran  və  toriumun  miqdarı-



nın orta qiyməti verilmişdir, uyğun olaraq: 50,0 və 32,8 Bk/kq. Bu qiymətlər 

geokimyəvi  fon  kimi  qəbul  olunmuşdur.  Rusiya  düzənliklərində  uran  və 

toriumun miqdarı geokimyəvi fona yaxındır və uyğun olaraq: 2,2.10

-4

 % və 



6,0-8,0.10

-4

 % (Vinoqradov, 1957).   



Yüksək uran tərkibli kristallik cinslərdən yaranan rayonların torpaqla-

rında  onun  miqdarı  xeyli  yüksəlir.  Müxtəlif  tip  torpaqlarda  toriumun  miq-

darı eyni deyil. Azalmasına görə onlar aşağıdakı kimi yerləşirlər: çimli-gilli-

cəli, suvat, qumsal, torflu(Tyuryukanova, Kalugina, 1971). 

Qütb  Uralının  dağ-tundara  torpaqları  torium-232-nin  yüksək  miqdarı 

ilə xarakterizə olunur. Eyni torpaqlarda uran-238-in miqdarı, torflu-gillicəli 

torpaqlar istisna olmaqla,  onun yer kürəsində olan orta miqdarından azdır.  

Müxtəlif landşaft qurşaqlarının torpaqlarında torium və uranın paylan-

ması  torpaq  əmələ  gəlmə  prosesləırinin  xarakteri  və  istiqaməti  ilə  təyin 

olunur (Arxipov və b. 1984; Tauson, 1961).  

Ədəbiyyatlarda  torpaq  profili  boyunca  paylanmasında  müxtəlif  fikir-

lərə rast gəlinir. D.M.Rubtsov, E.İ.Pravdina hesab edirlər ki, həm uran, həm 

də  torium  üçün  ollivüal  tip  paylanma  xarakterikdir.  Digər  müəlliflərin  təd-

qiqatlarına  əsasən,  bəzi  tip  torpaqlar  təbii  radionuklidlərin  paylanmasına 

görə özünəməxsus xüsusiyyətləri var. Məsələn, elyuvial torpaqlarda torium 

daha  yüksək  qatılıqdadır.  Lakin  bir  çox  tədqiqatçılar  hesab  edir  ki,  təbii 

radionuklidlər  üçün,  onların  torpağın  üst  qatında  toplanması  xarakterikdir 

(Vaysberq, 1979; Rathbaum et.st., 1979).  

Keçmiş  SSRİ-də  Boltnevin  rəhbərliyi  ilə  bir  qrup  müəlliflərin  avias-

pektrometrik  çəkilişlərlə  apardıqları  tədqiqatlar    nəticəsində  təbii  radio-

nuklidlərin  paylanmasının  ərazi  rayonlaşdırılması  həyata  keçirilmişdir. 

Müəlliflər təsdiq etdilər və əsaslandırdılar ki, şimaldan cənuba gəldikcə təbii 

radionuklidlərin  qatılığı  artır.  Bu  da  əvvəldən  M.T.Yastrebin  söylədiyi 

fikirlə səsləşir.  

Torpağın  üst  qatında  uran  və  toriumun  qatılığı  sonuncunun  fiziki-

kimyəvi  xassələri  ilə  şərtlənir.  Bu  radionuklidlərin  orta  qatılığı  torpaqdakı 

üzvi maddələrin qatılığından asılıdır. Torpaqda uran və toriumun miqdarı ilə 

humus arasında əlaqənin olmasını bir çox müəlliflər qeyd etmişlər (Sultan-

bayeb, Qriqoryev, 1979;  Bayeva, Axundova, 1981). Üzvi  maddələrin  yük-

sək  miqdarı  ilə  fərqlənən  torpaqlarda  uranın  miqdarı  tipik  qaratorpaqlara 

nisbətən 1,5 – 2 yüksəkdir (Yastreb, 1973).  

Torpağın  humusunda  uran-238-in  miqdarı  onun  üst  horizontda  olan 

ümumi miqdarının 32%-i toplanır. Uran-238 –n maksimal miqdarı humin və 


189 

 

fulvio  turşularla  dəmir  oksidlərinin  pH  5-6  qatılıqlı  kolloid  məhlullarında 



sorbsiya  olunur  (Landa,  1984).  Lakin  bəzi  torpaqlarda  bu  qanunauyğunluq 

saxlanılmır.  Məsələn,  çimli-gillicəli    torpaqlarda    profil  boyunca  uran-238 

bərabər  paylanmışdır  (Şuktomova,  1981),  bəzi  açıq-qonur  və  boz  torpaq-

larda  humusun  orta  və  az  miqdarında  uran-238  daha  çoxu  profilin  aşağı 

hissəsində  toplanmışdır.  Beləliklə,  uran-238  üçün  toplanmanın  akkumul-

yativ- elyuvial tipi xarakterikdir.  

Torpağa düşən təbii radionuklidlərin miqrasiyası vertikal və horizontal 

istiqamətdə  onların  yenidən  paylanmasına  səbəb  olur,  onların  bitkilərə, 

qrunt  sularına və su hövzələrinə daxil olmasını müəyyənləşdirir.  Bütün  tə-

biətdə  torpaqlarda  radionuklidlərin  miqrasiyası  mexanizmi  müxtəlifdir. 

Onlara  daxildir  atmosfer  yağıntılarının  torpaqda  filtrasiyası,  buxarlanma 

nəticəsində  nəmliyin  səthə  kapilliyar  axını,  temperatur  qradientinin  təsiri 

altında  nəmliyin  istilik  daşınması,  torpaq  səthi  boyunca  suyun  hərəkəti, 

sərbəst və adsorbsiya ionlarının diffuziyası, miqrasiya edən kalloid hissəcik-

lərin qarışması, torpaq canlılarının oyub-qazma fəaliyyəti və nəhayət insanın 

təsərrüfat fəaliyyəti.  

Uran – 238 və torium – 232-nin davranışının çimli-podzol torpaqların 

5 növmüxtəlifliyində, eləcə də meşə və qələviləşmiş qara torpaqlarda tədqiqi 

göstərdi ki,  uran  – 238-in miqdarı torpağın  xassəsindən asılı  olaraq, 18-39 

Bk/kq, torium – 232 isə 13-14 Bk/kq arasında dəyişir (Jiqareva, 1984).  

Qərbi  Gürcüstanın  üzümçülük  rayonlarının  torpaqlarında  radium  – 

226-nın miqdarı (2,3-12,0).10

-11

 %, torium–232–(0,25-9,1).10



-4

% və kalium 

– 40 – (2,8-3,2).10

-4

 % arasında dəyişmişdir. Göstərilir ki, torpaqda radium 



– 226-nın miqdarı onda olan P

2

O



və K


2

O miqdarı ilə korrelyativ əlaqədədir. 

Torpaqda torium -232-nin miqdarı humus və K

2

O korrelyativ asılılıqda olur, 



kalium –40-ın qatılığı isə torpaqda K

2

O-nun qatılığından asılı olaraq tapılır 



(Mqeladze, 1984).  

Son  illər  ədəbiyyatda  torpaqda  radionuklidlərin  miqrasiyasının  öyrə-

nilməsinə  atom  energetikasının  intensiv  inkişafı,  eləcə  də  əkinçiliyin  kim-

yalaşmasının xeyli artması  ilə əlaqədar daha çox diqqət ayrılır. Bunların hər 

ikisi  torpaq  örtüyündə  təbii  radionuklidlərin  artmasına  səbəb  olur  (Qara-

badjak, 1981; Mel, 1979). Birinci halda yüksək konsentrasiyalı təbii radio-

nuklidlər  olan  sənaye  tullantılarının  küləklə  ətrafa  yayılmasından,  ikinci 

halda  isə  fosfor  gübrələrdə  radionuklidlərin  yüksək  miqdarının  olması  ilə 

bağlıdır (Gressel, Prichard,1975).  

V.S.Mqeladze  və  b.  (1984)  tədqiqatlarında  qeyd  olunur  ki,  radium  – 

226-nın  miqdarı  Qərbi  Gürcüstanın  əkin  torpaqlarında,  xam  torpaqlara 


190 

 

nisbətən 1,3 – 1,5 dəfə çox olmuşdur. Müəlliflər bu faktı fosfor gübrələrinin 



verilməsi ilə əlaqələndirirlər.  

Çimli-podzol  torpaqlarda  mineral  gübrələrin  uzunmüddətli  tətbiqi 

uranın  miqdarını  0,9.10

-4 


%  -dən  1,3.10

-4

  %-dək    artırdı.  Radium-  226-nın 



miqdarı  da  gübrələrin  təsirindən  artır,  lakin  uranın  miqdarından  az.  Toriu-

mun  torpaqda miqdarı gübrələrindən verilməsində praktiki  olaraq dəyişmir 

(Xomiç, Martsul, 1986).  

Yuxarıda  deyilənləri  cəmləşdirərək  xüsusi  qeyd  etmək  lazımdır  ki, 

indiki  zamanda  mineral  gübrələrin  ətraf  mühiti  təbii  radionuklidlərlə  çirk-

ləndirməsində  rolu  haqqında  biliklərimiz  kifayət  qədərdir.  Bununla  yanaşı 

olaraq,  bəzi  tədqiqatçılar  hesab  edirlər  ki,  müasir  miqyasda  onların  tətbiqi 

ətraf  mühitin  çirklənməsinin  təsirli  mənbəyi  ola  bilməz.  Lakin  biosferdə 

radionuklidlərin  miqdarının  mineral  gübrələrin  ,  xüsusən  eroziya-təhlükəli 

zonalarda  düzgün  verilməməsi  göstərilən  problemə  ciddi  diqqət  ayırmağı 

tələb edir.         

Təbii  radionuklidlərin,  xüsusilə  uran  –  238  və  torium  –  232-nin  bit-

kiyə  daxil  olma  prosesi  çox  mürəkkəbdir  və  bir  çox  faktorların  qarşılıqlı 

təsirindən asılıdır.  

Təbii  radionuklidlərin  paylanması  və  miqdarı  haqda  olan  məlumat-

ların  əsas  hissəsi  yabanı  bitki  növlərinə  aiddir.  Yalnız  son  illərdə  təbii 

radionuklidlərin  kənd  təsərrüfatı  bitkilərində  toplanması  haqda  işlər  mey-

dana  çıxıb  (Proxorov,  1979;  Jiqareva,  1984).  Müəyyən  olunub  ki,  torpaq-

bitki zəncirində ən çox miqrasiya edən təbii radionuklidlər radium – 226 və 

uran  –  238-dir,  ən  az  isə  torium  –  232.  Vegetativ  orqanlarda  və  köklərdə 

radionuklidlər  daha  çox  toplanır,  nəinki  bitkidən  alınan  təmiz  məhsulda 

(dəndə, kök yumrularında).  

Təbii  radionuklidlərin  bitkiyə  keçməsinin  ölçüsü  onların  torpaqdakı 

qatılığı  ilə  ölçülür.  Bəzi  elmi  tədqiqat  işlərində  göstərilir  ki,  radium–226, 

polonium–210  və  torium–232-nin  bitkidə  qatılığı  torpaqda  onun  miqdarı 

artdıqca  yüksəlir, lakin  bəzi  işlərdə bu  asılılıq  müşahidə olunmur.  Belə ki, 

İ.Q.Koçanın  (1986)  işində  göstərilir  ki,  uran-238–  in  kartofda  toplanması, 

torpaqda  onun  ümumi  miqdarı  artdıqca  azalır.  Müəllifin  göstərdiyi  kimi 

kartof yumrularında uranın mütləq miqdarı torpaqda radionuklidlərin mütə-

hərrik formasının cəmindən asılıdır. Uran–238-n bitkidə toplanması və onun 

torpaqda  olan  qatılığı  arasında  əks  əlaqənin  olması  A.P.Makeyev  və  b. 

işlərində də göstərilir.  

Uran–238  və  torium–  232-nin  kənd  təsərrüfatı  bitkilərində  miqdarı 

yalnız onun torpaqda olan miqdarı ilə deyil, həm də torpağın tipindən asılı-



191 

 

dır.  Torpağın  tipindən  asılı  olaraq  toplanma  əmsalı  10  dəfədən  çox  dəyiçə 



bilər.  

Təbii  radionuklidlərin  bitkilərdə  toplanması  torpağın  üzvi  maddələ-

rinin    miqdarı,  mühitin  pH-ı,  mübadilə  edən  kalsiumun  miqdarı  və  c.kimi 

aqrokimyəvi  xarakteristikalarından  asılıdır.  Göstərilən  xarakteristikaların 

torpaqda  artması  ilə  bitkidə  təbii  radionuklidlərin  qatılığı  azalır  (Arxipov, 

1984). Anoloji nəticələr Y.M.Xodorovski və b. tərəfindən alınmışdır. Qeyd 

olunur  ki,  nisbətən  az  turşuluqlu  və  mübadilə  edən  kalsiumun  miqdarı 

yüksək olan torpaqlarda bitkilikdə uran – 238-in daha az miqdarı toplanır.   

A.P.Makeyevin  tədqiqatlarında  (1985)  uran  –238-in  qatılığı  ilə  udul-

ma  həcmi,  humusun  miqdarı  və  torpağın  pH  kimi  göstəricilər  arasında  əks 

əlaqələrin  olduğu  müəyyən  olunmuşdur  (korrelyasiya  əmsalları  uyğun 

olaraq -0,68, -0,63, və -0,54).   

Uran – 238 və torium –  232-nin bitkilərdə toplanmasının miqdarı so-

nuncunun  növündən  asılıdır  və  10-100  dəfə  dəyişə  bilər.  Radionuklidlərin 

minimal miqdarı bir qayda olaraq, əsas məhsulda tapılır.  

 

2.6.8.  Azərbaycan  torpaqlarında  təbii  radionuklidlərin  konsentra-



siyası 

Azərbaycanda  belə  işlər  yalnız  epizodik  olaraq  aparılıb.Yalnız  Tor-

paqşünaslıq və Aqrokimya İnstitutunda, eləcə də Azərbaycan EA Coğrafiya 

İnstitutunda  akademik  H.Ə.Əliyevin  rəhbərliyi  altında  müxtəlif  tip  torpaq-

larda  ayrı-ayrı  təbii  radionuklidlərin  qatılığı  öyrənilmişdir  (Bayeva,  Axun-

dova, Güləhmədov, 1969; Əliyev, Niyazov, 1981).  

Azərbaycanın  torpaq  örtüyündə  təbii  radionuklidlərin  miqrasiyası  və 

yerləşməsinin  müşahidəsi  respublikanın  müxtəlif  regionlarında  aparıldı: 

Kiçik Qafqazın quru çöllərində, Kiçik Qafqazın dağlıq zonalarında, Lənkə-

ran  vilayətində,  Kür-Araz  ovalığında,  Böyük  Qafqaz  vilayətində    və  Nax-

çıvan  Muxtar  Respublikasında.  Göstərilən  regionlar  dəniz  səviyyəsindən 

hündürlükdə  yerləşməsinə  görə  öz  aralarında  fərqlənirlər  (0  horizontaldan 

3000 m-dək).   

Kiçik  Qafqazın  quru  çöl  torpaqlarında  təbii  radionuklidlərin  miqra-

siyası  və  paylanması  mürəkkəb  xarakter  daşıyır.  Belə  ki,  torpaqda  uran  – 

238-in  miqdarı  1,4  –  2,8  sBk/q  arasında  dəyişir,  onun  orta  qatılığı  isə  2,2 

sBk/q  təşkil  edir.  Minimal  və  maksimal  hədlər  arasında  fərq  2  dəfədir. 

Minimal konsetrasiyası bu nukleotidin şabalıdı (boz-qonur) torpaqlarda taxıl 

altıda müşahidə olunur. Uran -238-in maksimal qatılığı qajevıe torpaqlarda 

seçilir. Radium – 226-nın orta qatılığı regionun torpaqlarında 1,3 sBk/q, 1,2-



192 

 

dən  1,4  sBk/q  tərəddüd  etməklə.  Göründüyü  kimi  quru  çöl  torpaqlarında 



radium -226-nın miqdarında böyük fərqlər yoxdur. Torpaqlarda polonium -

210-nun  qatılığı  1,5-dən  2,7  sBk/q-dək  dəyişir.  Polonium  -  210  maksimal 

konsentrasiyası  qarğıdalı  altında  olan  şabalıdı  (boz-qonur)  torpaqlar  üçün 

xarakterikdir. Torium - 232- nin miqdarı quru çöl torpaqlarında 1,3-dən 2,0 

sBk/q-dək  variasiya  edir.  Torium-  228-in  qatılığı  kifayət  qədər  yaxındır  və 

orta hesabla 1,4 sBk/q təşkil edir.  

Qeyd etmək lazımdır ki,  Kiçik Qafqazın quru çöl torpaqlarında uran 

sırasında  radioaktiv  tarazlıq  uranın  xeyrinə  pozulmuşdur.  Bu  hadisənin 

səbəbi  Kiçik  Qafqazın  quru  çöl  şəraitində  torpağın  çoxillik  becərilməsi  ola 

bilər,  hansı  ki,  uranın  daha  çox  toplandığı  alt  qatların  üst  səthə  çıxması  ilə 

izah olunur. Mineral  gübrələrin tətbiqi  torpağın kimyəvi xassəsini dəyişir, 

radium  –  226-nın  mütəhərrikliyini  artırır.  Bütün  bu  proseslər  şum  qatında 

uranın toplanmasına səbəb olur.  


Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin