2.7. Alternativ əkinçilik sistemləri və onların
ekoloji əhəmiyyəti
2.7.1. Alternativ əkinçilik sistemləri. Əsas prinsipləri, tarixi fakt-
lar və sübutlar.
Üzvi əkinçilik - sayəsində sabit məhsuldarlığa çatan, mineral gübrə-
lərdən və kimyəvi vasitələrdən istifadə etmədən torpağa və bitkiyə ağılla
201
yanaşmadır. Onun mahiyyəti təbii ekosistemlərə oxşar təsərrüfatların təşkil
olunmasıdır. Milyon illərdir ki, Bizim yer kürəsi nəhəng meşələri, çəmən-
ləri, gölləri qidalandırır. Heç kim torpağa məxsusi olaraq şumlanmayıb və
gübrələnməyib və onun münbitliyi azalmırdı. 6000 ildən çox mədəni əkin-
çilikdə torpağın münbitliyi saxlanmırdı. XX- əsrdə aktiv qeyri- düzgün be-
cərmədən torpaqlar kasıblamağa başladılar. Son onillərdə də alimlər çoxlu
sahələrini etiraf etdilər. Nəticədə üzvi əkinçilik inkişaf etməyə başladı.
Onun mahiyyəti torpaq, bitki, heyvan – təbiətin gücünün qarşılıqlı təsirini
başa düşmək idi. Yaxşı əkinçi öz təsərrüfatında harmoniya yaratmaqla yal-
nız bütün prosesləri istiqamətləndirir təbiətlə mübarizəyə güc sərf etmir.
Nahaq yerə qədim zamanlarda əkinçilik sənəti hörmətli və yüksək səviyyəli
peşə deyildi.
Üzvi əkinçiliyin - əsas prinsipləri çox sadədir:
1.
Torpağı 5 sm-dən dərin yumşaltmaq, şumlamaq və qazmaq ol-
maz. Torpaq- canlı orqanizmdir. O, süngərə bənzəyir, hansı ki, çoxsaylı dib-
çəklər nüfuz edir və onlar nəhəng sayda qurdlar və mikroorqanizmlərlə
doludur.
V.V. Dokuçayev ―Bizim çöllər keçmişdə və indi‖ kitabında yazırdı
―Qədim əkilməmiş çöl torpağından bir kub kəsməyə çalışın, görərsiz ki,
orada çoxlu köklər, otlar, böcəklərin izləri, süfrələr var, nəinki torpağı bütün
bunlar torpağı çevirdi və nəticədə heç nə ilə müqayisə olunmayan süngər
alınır‖. Torpağın münbitliyinin yaranmasında qurdların əvəzsiz rolunu
Ç.Darvin hələ çox illər ―Yağış qurdlarının fəaliyyətindən bitki qatının for-
malaşması‖ kitabında yazmışdır: ―Kotan ixtira olunmamışdan çox əvvəl tor-
paq, yağış qurdları tərəfindən düzgün beçərilirdi və həmişə onlar tərəfindən
becəriləcəkdir‖. Rus alimi Y.A.Slaşalin, ondan sonra isə bir çox başqaları
müəyyən oldular ki, 1 sot torpaqda kimya ilə zəhərlənməmiş. 200 kq qədər
bakteriya təxminən o qədər də qurdlar və digər canlılar yaşayır. Hansı ki, 1
ildə 500 kq-dan artıq biohumus istehsal edir. Məhz bu ―təbii əkinçilər‖
bitkiləri gübrələndirir və qidalandırılır.
Alimlər qəti olaraq sübut etdilər ki, dərin şumlama qurdların aktivli-
yini azaldır, torpağın strukturunu pozur, onun məhsuldarlığını aşağı salır.
Dərin şumlama zamanı torpaq O2-lə zənginləşir ki, bu da torpaq bakte-
riyalarını oyadır, humusun mineral elementlərə bitkiləri mənimsəyə bildiyi
formada. Bu xam torpaqlar şumlandıqda yüksək məhsulu təmin edir Yalnız
ilk 2-3 ildə. Sonra isə humus ciddi azalır məhsuldarlıq aşağı düşür, bitkinin
ummuteti zəifləyir, xəsrəliklər və ziyanvericilər yayılır və bu zaman güb-
rələr, zəhərli kimyəvi maddələr lazım olur və buna nə qədər güc tələb olu-
nur. Məsələn 6 sot torpağı çevirmək üçün 200 ton torpağı belləmək lazım-
202
dır. Fokin yastıkəsicisinin köməyilə bu 6 sot torpağı yaxın günə əkinə hazır-
lamaq olar. Belə becərmədə torpağın strukturu pozulmur. Yalnız boşaldılır
və gübrələnir. ―təbii əkinçilər‖ tərəfindən və bu işin öhtəsindən istənilən
süni tenologiyadan yaxşı bacarır. Yastı kəsici ilə becərmənin effektliyi bir
çox ölkələrin fermerlərinin çoxillik təcrübələrində təsdiqlənmişdir.
2. Üzvi əkinçilyin ikinci əsas prinsipi- mulçalamadır. Mulça torpağı
örtən hər şeydir: quru ot, küləş, yarpaqlar. opilka və ya yaşlıkəsici ilə doğ-
ranmış alaq otlardır. Təbiətdə qara torpaq yoxdur. O həmişə yarpaqlar və ya
otlarla çılpaq, qorunmayan torpaq, günəş altında çox gəzir və çox sürətlə
rütubəti buxarlandırır, yağışdan sonra palçığa çevirir və nəfəs ala bilmir,
soyuqlarda həddən çox soyuyur, eroziya təhlükəsi yaranır. Mulça torpağı
qoruyur, qurdlar və mikriorqanizmlər üçün əlverişli şərait yaradır, tədricən
isə humusa çevrildi.
3. Üzvi əkinçiliyin 3-cü əsas prinsipi qurdlar və torpaq mikroor-
qanizmlərlə yemləmədə torpağı canlandırmaqdır. Bunun üçün ən sadə üsul
―yaşıl gübrə‖-dən istifadə etmək bitki-siderat, hansı ki, müvəffəqiyyətlə
peyini, kompost mineral gübrələri əvəz edir. Torpağın münbitliyinin artma-
sına əvəzsiz effekti mikroorqanizm preparatları edir. Bunlar faydalı mik-
roblar və köbələklərdir hansı ki, torpağa əlavə etdikdə aktiv çoxalır, üzvi
maddəni bitkinin asan mənimsəyə biləcəyi formaya salır. Xəstəlik törədən
bakteriya və köbələkləri zəiflədir, mineral elementləri edir. Bununla yanaşı
bitkinin böyüməsini sürətləndirən effekt göstərir, meyvələrini kütləsini və
onların saxlanma müddətini artırır. Bu texnologiya yunan alimi Xiqa Tera
tərəfindən hazırlanmışdır və bir çox ölkələrdə 15 ildən artıqdır ki, müvəf-
fəqiyyətlə tədbiq olunur.
4. Üzvi əkinçilikdə özünəməxsus incəliklər və üsullar var: bitkilərin
xəstəliklərdən və ziyanvericilərdən mühafizəsinin təbii və effektiv üsulları,
ləklərin planlaşdırılması, növbəli əkinlər və bir çox başqaları.
Torpağı mühafizə edən əkinçiliyin tarixi çox qədimdir və maraqlı və
dramatik anlarla doludur. Qədim Şumerlərdə (XXX əsr b.e.ə.) torpağı
düyünlü çubuqlarla becərirdilər və 200-300 sentner arpa və buğda alırdılar,
indi 50 sentner az qala rekorddur. Sirr isə çox sadədir: qazmağa və şumla-
mağa heç nə yox idi, ona görə də torpağı yalnız yumşaldırdılar. Bu isə necə
ki, indi məlumdur - becərmənin ən optimal üsuludur və qidalanmaq üçün
yalnız sünbül tələb olunurdu: bütün saman tarlada qalırdı və gələn ilədək
gübrəyə çevrilirdi. Sonra düyünlü çubuğu bel əvəz etdi. Xüsusən xam tor-
paqlarda əmək məhsuldarlığı artırdı. Lakin elə bu andan torpaq insan əlin-
dən ―dəhşətləri‖ hiss etməyə başladı. İki yüz ildən çoxdur ki, at kotanı ixtira
olundu, hansı ki, torpağı layla çevirməklə becərirdi. O, çox qısa zamanda
203
geniş ərazidə xam torpaqları mənimsəməyə imkan verdi. Kotan kardinal
olaraq torpağın sakinlərinə təsir göstərildi. Sonradan istifadə olunan traktor
kotanı daha çox məhsuldar oldu, həm də torpağa katastrofik təsir göstərdi.
Onun kəşfindən sonra daha dramatik period başladı: kotanla şumlama za-
manı çevrilən torpaq layında xam torpaq yaradılan çimi itirdi. Torpağın üst
qatı dərinə keçir, alt torpaq qatı üstə çıxır. Çoxsaylı mikroorqanizmlər məhv
olur. Daha çox mənfi təsirə yağış qurdları və digər sakinlər məruz qalır. Su
və torpaq eroziyası güclənir.
Qarşıda duran ekoloji fəlakətin ilk xəbərçiləri, XIX əsrin əvvələrində
geniş miqyasda şumlanmış xam torpaqların intensiv eroziyanın yaranması,
Rusiyanın cənubunda quruntun quraqlaşması və dehumuslaşması oldu.
Torpaqların belə kütləvi şumlanmasının nəticələri V.V. Dokuçayevin
1893-cü ildə yazdığı ―Bizim çöllər keçmişdə və indi‖ kitabında aydın analiz
olunmuşdur. XIX əsrin sonunda J.E. Ovsinskinin ―Əkinçiliyin yeni sistemi‖
Kiyev, 1899. Çoxsaylı təcrübələrin əsasında sübut olunmuşdur ki, torpağı 2
dyümdən (1 dm-2,54 sm) dərin şumlamaq olmaz. 4-5 dyümdən artıq şum
kanal şəbəkələri məhv edir və bununla da köklərin inkişafını çətinləşdirir,
səthi 2 dyümlük şumlama torpağın tez yaxşılaşmasına səbəb olur. Dərin
şumlama üçün kotanlar fabriki bəşəriyyətə mərmilərdən çox ziyan vurdu.
Ovsinski kotan əvəzinə at yastıkəsicisini istifadə etdi və 1895-1897-ci illərin
quraqlığında yaxşı məhsul əldə etdi, bu zaman şumlanmış torpaqlarda
rütubət tamamilə yox idi.
XX əsrin 30-cu illərində ABŞ və Kanadada insan tərəfindən yaradıl-
mış təbii fəlakətlər parlaq dərs verdi. Milyon hektarlarla xam torpaqların
şumlanması külək eroziyasının geniş miqyasda yayılmasına səbəb oldu.
J. Dorst 1968-ci ildə yazdığı ―Təbiət ölənə qədər‖ kitabında ən qor-
xulu ―matəmli gün‖ – 12 may 1934-cü il haqda yazırdı: geniş düzənliklər
Amerikanın tarixində təbii fəlakətə çevrıldı.
Eroziyanın qarşısını almaq üçün Amerika eroziyaya qarşı əkinçilik
sistemləri hazırladı. Adminstrativ orqanlarla birlikdə alimlər fermerlərə yeni
sistemi mənimsətməyə çalışdılar. İndi Kanada və ABŞ-da maşın yastıkəsici-
ləri tamamilə kotanları aradan çıxarıb. Tanınmış rus aqronomları 1995-ci
ildə Kanzas ştatını gəzəndən sonra məlum oldu ki, cavan fermerlər kotan nə
olduğunu bilmir, onların ataları isə kotanla şumlamanı ironiya ilə yada
salırdı. Yastıkəsicilər Avropa, Asiya, Avstraliyada da geniş yayılıb.
60-cı illərdə keçmiş SSRİ-də yeni bir fəlakət yarandı. Qazaxıstanda
xam torpaqların şumlanması qərarından sonra 1954-1962-ci illərdə 42 mil.
hek. torpaq şumlandı. Bu İspaniya və ya Fransanın ərazisinə bərabərdir.
Qərbi Sibirin çöllük tarlalarında fəlakət daha çox yayıldı. 1957-ci ildə A.İ.
204
Barayev Kazaxıstanda əkinçiliyin prinsipial olaraq yeni həllini tapmağı
qərara aldı. Dünyada belə fikir artıq mövcud idi - yastıkəsicilərlə torpağı
becərmək, hansı ki, Barayev 1957-1958- ci illərdə Kanadada tanış olmuşdu.
Əkinçiliyin torpaqmühafizə sistemini yaratmaq üçün Kanada təcrü-
bəsindən istifadə etməyə böyük işlər tələb olnurdu. Burada qabaqcıl Sibir
təcrübələri də böyük rol oynadı (Maltsev T.S. tərəfindən ümumiləşdirilmiş
və cəmləşdirilmiş). İşə Kanada texnikasının sınaqdan keçirilməsi ilə baş-
landı. İlk dəfə ölkədə yastıkəsicilər hazırlandı, geniş təcrübələr aparıldı. Bu
işlər uzun müddət mübahisəyə səbəb oldu. Bir çox alimlər yeni sistemin
perspektivsiz olduğunu söyləyirdilər: əkinlərin alaq otları ilə zibillənməsinin
artması, xəstəliklərin və ziyanvericilərin inkişafı və s. Buna baxmayaraq
mübahisələr müxtəlif aqroüsullarla həll olundu.
Elə bu zamanlarda Poltavsinadan aqronom P.T.Zolotoryev Selino-
qradda eşidilməmişləri söylədi:
-
Dənlilərdən yaxşı məhsul almaq üçün torpağı şumlamaq, kultivasiya
etmək, kipləşdirmək lazım deyil, yalnız səpmək və məhsul yığmaq lazımdır.
Zalda olanlar onu istehza ilə alqışladılar və tribunadan düşürdülər. O,
bunu söyləyə bildi: - Yoldaş akademiklər, nə üçün tarlada alaq otları getdik-
cə çoxalır, lakin xam torpaqlarda biri də yoxdur. Ertəsi gün davakar aq-
ronom məhkəməyə verildi. Lakin işi bağladılar, ona görə ki, ―qeyri adi‖ aq-
ronomun tarlasında məhsuldarlıq xeyli yüksək idi. Prokopiy Tixonoviç tor-
pağı şumlamadı, diskləmədi, deməli burada alaq otları kəsilmir. Hər il on-
ların sayı ketdikcə azalır. Bundan sonra Zolotoryevin səpəninin traktorlara
keçirilməsi məsləhət görüldü.
1965-ci ildə quraqlıq ili oldu, toz burulğunları amansızcasına və geniş
yayıldı. A.İ.Barayevin torpaqmühafizə sisteminin tətbiqi məhsuldarlığı xeyli
artırdı.
1930-cu ilin avqustunda Budapeştə İFOAM-ın baş iclası keçirildi.
Məqsəd ekoloji təmiz məhsul istehsalını dünyada bazar potensialının ümümi
həcminin 10-20%-ə çatdırmaq.
Avstriya, Danimarka, İspaniyada, Fransada alternativ əkinçilik qanun
vericiliklə idarə olunur. Rusiyada alternativ əkinçiliyə diqqət getdikcə artır.
Alternativ əkinçiliyin əsas təbliğatçısı İFOAM-nı dəstəklədiyi Rusiya fer-
merlərinin ALTAQRO assosyasiyasıdır. Omsk vilayətinin Mromtsev rayo-
nunda 16 təsərrüfat pestisidlərin tətbiqini rədd etdilər. Orta məhsuldarlıq
onlarda vilayət üzrə orta məhsuldarlıqdan yüksək idi herbisidsiz 1t dənin
maya dəyəri 1,2-1,5 dəfə az oldu. "Omsk bekonu" təsərrüfatı pestisidlərin
tətbiqini rədd etdi. Krasnodanda bir çox təsərrüfatlar düyü və qreçixa
becərmə texnologiyasında pestisid istifadə etmir. Kuban k/t-da nail olublar.
205
K.A.Timiryazev adına MKTA-da Rusiyada alternativ əkinçilik üzrə çoxdan
elmi tədqiqatlar aparılır bütünlükdə ekoloji təmiz təsərrüfatların 1-2%-dən
çox deyil.
2.7.2. Alternativ əkinçiliyin məqsədi və əsas istiqamətləri
Alternativ (bioloji) əkinçiliyi ənənəvi əkinçilikdən dəqiq sərhədləşdir-
mək kifayət qədər mürəkkəbdir.Onlar arasında axıcı keçid mövcuddur. Buna
baxmayaraq alternativ (bioloji) əkinçiliyin məqsədini aşağıdakılara ayırmaq
olar: torpaq münbitliyini saxlamaq və yüksəltmək; təbii ətraf mühiti qoru-
maq; aqroekosistemlərdə enerji axını və maddələr dövranını aktivləşdirmək;
alınan məһsulun maddi - və enerji tutumunu azaltmaq; enerji ehtiyatına qə-
naət etmək; istehsal olunan məhsulun keyfıyyətini artırmaq nəzərdə tutul-
muş məhsulun istehsalı; aqroekosistemlərin davamlılığının təmin olunması.
Üzvi əkinçilik: bu prosesdə mineral gübrələrin və pestisidlərin tətbiqi
azaldılır və ya aradan götürülür. ABŞ-da geniş yayılıb. Üzvi əkinçiliyin tət-
biqi təbii ehtiyat-ların rasional ifadəsini təmin edir; əlverişsiz şəraitdə qarğı-
dalı və soyanın məhsuldarlığının bəzən artmasına səbəb olur; təbii enerjinin
taxıl becərmədə effektiv istifadəsini təmin edir; lakin bu zaman əmək sərfi
artır (12-20%), əmək istehsalı qabiliyyəti 22-95% azalır, məhsuldarlıq aşağı
düşür (taxıl da 43%-ə qədər).
ABŞ-da üzvi əkinçilikdə paxlalı bitkilərin növbəlı əkinləri N-a yüksək
tələbatı olan bitkilərlə əvəz olunur. Torpağı disksiz əkilir, alaq otları ilə
mübarizə növbəlı əkinlərdə olan bitkilərdə eləcə də aralıq bitkilər, cərgəarası
örtük bitkilərin hesabına aparılır.
Zərərvericilərdən bitkilərin entornofaqlar qoruyur: zlatoqlaska, trixo-
qramma, yırtıcı gənələr (fıtoseyuyus), eləcə də biopreparatlar. Belə ki, pər-
dəqanaqlılara qarşı bakterial ştamnı Bacillus thurigiensis işlədilir, hansı kı,
əksər sənaye preparatlarında akltiv komponentdir. Kolorada böcəyinə qarşı
göbələk preparatı boverin işlədilir, tərkibinə Beaveria bassiana göbələyi da-
xildir. Zərər vericinin orqanizminə göbələk düşdükdə boveritsin və tsiklode-
pepsipeptid zəhəri ifiraz edir.
İnsektisidlər-bitgi mənşəlı olanlar; pərdə qanadlılara qarşı istifadə olu-
nur; xəstəliklərə qarşı bitgi tərkibi və zəif zəhərlı pereparatlar tətbiq olunur.
Üzvi əkinçilikdə mineral azot gübrələri yüksək keyfiyyətli üzvi gübrələrlə
(peyin, kompost, yaşıl gübгə) əvəz olunur.
Bioloji əkinçilikdə suda zəif həll olan mineral gübrələr işlənir.Hesab
olunur ki, əgər bioloji əlverişlı zamanda üzvi gübtə tətbiq olunsa tam qaşılıq
almaq olar. Gübrə forması aqroekosistemdə və qida maddələrinin daha yaxşı
mənimsənilməsinə xidmət edir.
206
Birinci növbədə kompostlara aid edilir. Kompostların hazırlanması
böyük gigenik əhəmiyyət kəsb edir. Kompostlaşmadan bir çöx xəstəlik törə-
dicilərin inaktivasiyası baş verir. Yüksək t-da kompost yığınlarında bak-
teriyalar məhv olur, hansı kı, mədəni bitkilərdə xəstəlik törədir. Tədqiqatlar
göstərir ki, fitohelminiilərin yumurtası aktiv kompostlaçmada 5-6 gündən
sonra ölürlər, bir çox alaq otlarının toxumları cücərmə qabiliyyətini itirirlər.
Başqa sözlə aqrotexniki üsuldan istifadə etrməklə herbi-sidlərin istifadəsini
kifayət qədər azaltmaq olar.
Aerob şəraitdə peyinin xəndək (100-120M uzunu, 2,5-4 m eni) kom-
pastlaşdırırlar. İlkin qızdırmadan sonra və növbəti t-un tədricən azalma-
sından faydalı mikroflora populyasiyası inkişaf edir. Qeyd etmək lazımdır
ki, kifayət qədər nəmlık və hava olmadıqda kompastlaşma asanlıqla kon-
servləşməyə keçir. Buna görə peyini küləşlə qardıqda elə etmək lazımdır ki,
kifayət qədər 02 olsun. Q Kopfa görə, kompost kütləsinin içərisində t 520
C-dən yüksək olmalıdır.
Yerli iqlimdən asılı olaraq kompostlaşma prosesi 3-6 ay davam edə bi-
lər. Yetişmiş kompost kifayət qədər uzun müddət saxlamaq olar, öz keyfiy-
yətini itirmədən. İlkin qızdırmanı qara polietilen örtüklə təmin etmək olar.
Kompostlaşan materialın ilkin nəmlıyi 65% olmalıdır. Tələb olunan +
rejiminə aşağıdakı üsulları istifadə etməklə çatmaq olar:
5-10% torpağı ümumi һəстə bərabər paylamaqla;
Təzə peyini bərabər dağıtmaqla əlavə etmək; (sloy-qatıO);
Cədvəl 2.48
Peyinin və kompostun hazırlanması üsulları (A.Belner)
Kənd təsərrüfat
bitkisi
Təzə peyin
(2 aya qədər)
Quyu peyini
Köhnə kom-
past (6-12 ay)
Bərk Narın, təzə kompast
(2-4 ay)
Payızlıq dənlilər
-
XX
XX
Yazlıq dənlilər
-
X
XX
X
Kartof, qarğıdalı
X
XX
XX
-
Kələm
-
X
XX
-
Mətbəx çuğunduru
-
-
XX
XX
Soğan
-
-
XX
XX
Yonca,noxud fasol
-
-
-
XX
Raps
X
-
XX
X
Çəmən otları:
nəm sahələr
X
-
XX
XX
quru sahələr
-
-
—
XX
Qeyd: "— " əlverişsiz; X - əlverişlı; X X-xüsusilə əlverişli. Cədvəl 2.48-də
Hazır kompasta bəzən К və P gübrələri əlavə olunur.
207
Peyini çevirmək üçün texnika tətbiq etmək; quru və isti iqlimdə burtun
həddən çox nəmlik itirməsinin qarşısını almaq. Kompostlaşmada С bir his-
səsi və 15-25%-ə qədər N itir (Q Koft) əgər peyini həddən çox nəmlı və ya
quru yerə dağıtsaq, о 60% -dən çox N itirir. Kompost-qidalanmaya tələbkar
olan bitkilər üçün ən yaxşı gübrədir (kələm, kartof, qarğıdalı, çuğundur).
İntensiv kompostlaşma prosesində ilkin maddələr tamamılə transformasiya
edilir. Bu vaxt azad olan N
2
yenidən mikroorqanizmlər tərəfindən fıksasiya
olunur. Nəticədə kompastda 95%-dən çox üzvi birləşməlı N olur. Bitki mə-
nimsəməsi üçün о əvvəlcə minerallaşdırılır. Optimal compostlaşmada N it-
gisi çox kiçik olur. Peyin quyuda qıcqırdıqda N ammonium formasında yığı-
lır, hansı ki, bitki tərəfindən birbaşa qəbul olunur, lakin hava ilə birbaşa
kontakt NH
3
-ün böyük itkisinə səbəb olur.
Biodinamik Əkinçilik. Bu tip əkinçiliyin inkişafı bizim yüz illiyin 30
illərinin axırına təsədüf edir. Qərbi Avropada kənd təsərrüfatı müəssisələri-
nin ümumi strukturunun 1% -dən azını təşkil edir.
Biodinamik əkinçilik–kənd təsərrüfatında ən qədim təşkilatı hərəkət-
dir. Yaranmasının əvvəlindən bu istiqamət özündə bioloji, texniki, iqtisadi
və sosial aspektlərini birləşdirirdi. 1928-ci ildən başlayaraq biodinamik hə-
rəkət ilk dəfə sertifıkatlaşmış ərzaq məhsullarının satışını təşkil etdi. (Belə
fermaların məhsulları ―Demetr‖ markası daşıyır)
Bu halda əkinçılıyin problemlərinə kompleks baxılır, başqa sözlə k/t-ı,
insan, ətraf mühit, kosmos, eləcə də onların qarşılıqlı təsiri. Mineral gübrə-
lər və pestisidlər ümumiyyətlə tətbiq olunmur. Bitgi xəstəlikləri ilə müba-
rizədə bitgi mənşəli pereparatlardan istifadə olunur: qırxbuğum dəmləməsi,
gicitikan, ayı döşəyi ,valerian və.s
Biodinamikanın banisi alman alimi Rudolf Şteynerdir (1861-1925).
Biodinamik formaları orqanizmə bənzər yaradırlar. "Orqanizm" termi-
ni biodinamika mərkəzidir (əsasdır). Adətən orqanizm dedikdə ayrı-ayrı bit-
ki və ya heyvan başa düşülür. Lakin bitki və heyvan "cəmiyyətləri", "bitki-
torpaq" sistemi və hətta daha iri ekoloji vahidlər orqanizmin bəzi xarakterik
əlamətlərinə malik ola bilərlər.
Biodinamik fermerlər özlərini gübrələrlə və yemlərlə təmin etməyə
can atırlar. Burada gübrə kimi müxtəlif kompastlar və xüsusi mineral əla-
vələr (silisium, buynuz unu, sümük unu, əhənglər və s.) istifadə olunur.
Bitgi mühafızəsində silisium əsasında preparatlar istifadə olunur.
Biodinamikanın elementləri astroloji təqvimlərdə göstərilir. Biodi-
namik əkin-çilik sisteminə qarşı çıxanlar hesab edir ki, o, yalnız nisbətən
aşağı məhsuldarlığa malik olan aqrosenozlara məqsədə uygun olur.
Üzvi -bioloji əkinçilik. Bi istiqamət ekoloji, alternativ və bioloji, eləcə
də Le-metr-Buş (Fransa) və ya Myuler -Ruş (Şvetsariya) texnologiyalarına
208
bərabərdir. Onun əsasında duran ideya: Mineral maddələr torpaqdan yalnız
ionlar formasında deyil һəm də makrömolekul (mikrosom) formasında
udulur və torpaq mikroorqanizmləri üçün qida maddələri rolunu oynayır. Bu
mikroorqanizmlər çətin mənimsənilən birləşmələri bitkilər üçün asan udulan
maddələrə çevirir. Buna görə üzvi bioloji əkinçilikdə əsas - torpaq mikro-
florasını aktivləşdirməklə torpağın münbitlıyini artırmaqdır, buna görə ko-
postu səthə verirlər, torpağın üst qatını torpağın strukturunu pozmağa çalı-
şırlar. Ziyanvericilərdən və xəstəliklərdən bitkilərin mühafizəsi üzvi əkin-
çilikdə olduğu kimidir.
Torpağın xassəsi һər şeydən əvvəl növbəlı əkinlərdə ot qarışıqlarını
əkməklə yaxşılaşdırır. Qarışıqların tərkibi soyuğa davamlı bitkilərin toxum-
larından ibarət olmalıdır. Qarışığın tərkibi, məsələn, belə ola bilər:
Bitki Toxum, kq/ha
Lərgə (gülülcə) 20
Qarabaşaq 15
Gülül 10
Ağ xardal 8
Üzvi-bioloji əkinçilik istiqaməti ekoloji, alternativ və bioloji, həm-
çinin Lemetr-Buş (Fransa) və ya Müller-Ruş (İsveçrə) texnologiyaları kimi
eyni əhəmiyyətə malikdir. Bu əkinçiliyin əsası ondan ibarətdir ki, torpaqlar-
dan mineral maddələr yalnız ionlar formasında deyil, həmçinin makromo-
lekul (mikrosom) formasmda udulur. Onlar bitki üçün çətin mənimsənilən
birləşmələri asan mənimsənilən birləşmələrə çevirən torpaq mikroorqanizm-
ləri üçün qida maddələri vəzifəsini daşıyır. Odur ki, üzvi-bioloji əkinçilikdə
əsas məsələ torpaq mikroflorasını qidalandıraraq, onu aktivləşdirmə yolu ilə
torpağın münbitliyini yüksəltməkdir.
Bunun üçün kompost torpağın səthinə verilir, üst qatları becərdikdə
torpağın strukturunu saxlamağa çalışır. Bitkinin zərərvericilərdən və xəstə-
liklərdən qorunması üzvi əkinçilikdə olduğu kimi aparılır.
Torpağın xassələri növbəli əkində ot qarışıqlarının: noxud, yonca,
xəşəmbül, xardal, qarabaşaq becərilməsi yolu ilə yaxşılaşdırıhr.
Ot qarışığının yaşıl kütləsi həm də yaxşı yem hesab olunur. Təsər-
rüfatda mal-qara olmadıqda yaşıl kütlə kompostlaşdırılır.
Qeyd etmək lazımdır ki, bu sistemdən istifadə edildikdə tərkibində
çətin həll olunan mineral elementlər olan gübrələrin (əhəng, bentonit. fosfat,
sümük unu və s.) istifadəsi istisna edilmir.
ANOQ sistemi. Digər sistemlərlə müqayisədə bu sistem ənənəvi kənd
təsərrüfatına yaxındır. O, şərti olaraq «təbiətə, təbiiliyə yaxın» adlanır və
209
əsasən üzvi-bioloji əkinçiliyə uyğun gəlir. Torpağın vəziyyətinin elmi təhli-
linə əsaslanaraq, hər təsərrüfat üçün üzvi gübrələrin verilməsi haqqında fərdi
plan hazırlanır. Bütün sintetik preparatlardan (herbisidlərdər başqa) istifadə
olunmağa icazə verilir, lakin məhsulda kimyəvi maddələrin miqdarına ciddi
nəzarət olunmalıdır.
Qeyd etmək lazımdır ki, 1986-cı ildə keçirilən «ikinci yaşıl inqilaba
doğru» Roma simpoziumundan sonra «ikinci yaşıl inqilab» anlayışı mey-
dana gəldi. R.M.Qazıəhmədov və L.Q.Naumova qeyd edirbr ki, bu istiqa-
mətin konsepsiyası aqrosistemə verilən antropogen enerjini azaltmaq və onu
biosistemin «daxili» enerjisi ilə əvəz etməkdən ibarətdir.
Bununla belə, B.M.Mirkina və R.M.Qazıəhmədovım tədqiqatlarına
əsasən kənd təsərrüfatında təbiətdən istifadə sisteminin dəyişməsinə yönəl-
dilən «ikinci yaşıl inqilab» «sosial sifariş» deyildir. Belə ki, «birinci yaşıl
inqilab»ın əksinə olaraq kənd təsərrüfatı istehsalının artmasına yox, əksinə,
azalmasına aparıb çıxara bilər. Hərçənd kənd təsərrüfatının ekologiyalaş-
dırılması «davamlı inkişafın» şərtlərindən biri kimi labüddür (Başkin,
1991).
Dostları ilə paylaş: |