Ġzabella qasimova, musa bayramov



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə28/55
tarix01.04.2017
ölçüsü5,58 Mb.
#13051
1   ...   24   25   26   27   28   29   30   31   ...   55

 

Qeyd:  Bitkilərin  becərilməsi  üçün  torpaqların  yararlılıq  dərəcəsi:  0-  becərilməyə  yararsız; 

1-əlverişli illərdə yaxşı məhsul almaq olar; 2- pis deyil; 3- becərilmə üçün  ən yaxşıdır.    

 

lamaqla,  bitkilərin  məhsuldarlığının  yüksəldilməsini  təmin  emək  üçün,  on-



ların  bioloji  xüsusiyyətlərini  nəzərə  almaq  lazımdır.  Bu  prinsipin  praktiki 

reallaşmasına    davamlı  aqroekosistemlərin  formalaşmasına  lazım  olan  şərt 

kimi  baxmaq  lazımdır.  Yuxarıda  deyilənlər  əyani  olaraq,  cədvəl  2.69  və 

2.70 - da verilir 



                                                                                     Cədvəl  2.71 

Təbiəti mühafizə məhdudiyyətlərinin nəzərə almaqla kənd təsərrüfatı 

bitkilərinin becərilməsi üçün antropogen –ĢərtlənmiĢ sahələrin 

 müqayisəli əlveriĢliyi 

Antropogen 

 təsir zonası 

Kənd  təsərrüfatı  bitkilərinin  becərilməsi  üçün 

əlverişlilik dərəcəsi 

D

ənli



 bit

kil


ər

 

ka



rtof

 

K



ətan

 

Ş



ək

ər 


çuğundur

S



il

is üçün


 

Otlar, o cümlədən 

Qur



ot, 



se

n.

 



Yaşıl 

yem 


Otarm

aq 


üçün 

















Torpaq mühafizəsi 

1m-ə qədə 







1-2m 







2m-dən çox 







Zəif humus qatlı 

torpaq  






Defilyasiyaya 



uğramış yüngül 

qranulometrik 

tərkibli torpaq 







273 

 

                                                                                            davamı 



 

          ġərti iĢarələr: 0-əlverişsiz; 1-azəlverişli; 2-əlverişli; 3- daha çox əlverişli. 

 

5. Məkan və növmüxtəlifliyi prinsipi. Aqroekosistemləri ərazinin mə-

kan və növmüxtəlifliyini nəzərə almaqla yaratmaq lazımdır.  Bu mövcud qa-

nunauyğunluqlara  uyğundur,  aqrolandşaftın  strukturu  nə  qədər  müxtəlif  və 

mürəkkəbdirsə,  onun  müxtəlif  xarici  təsirlərə  qarşı  davamlılığı  da  bir  o 

qədər  yüksəkdir.  Məsələn,  təbii  komponentlərin  saxlanması  mikroiqlimi 

 















Su eroziyasına uğramış torpaq:  

Zəif dərəcədə  







Orta dərəcədə  







Güclü dərəcədə 







Su mühafizəsi 

Yeraltı suların 

sanitar -

mühavizə 

zonasının 2-ci 

zolağı  






Yerüstü suların 



sanitar-mühafizə 

zonasınin  2-ci 

zolağı  







Kiçik çayların su 

mühafizə zonası  







Kiçik çayların 



sahilyanı  zolağı  







Çirklənən ərazilər 

Heyvandarlıq 

kompleksləri və 

fermalarının 

axınları  







Sənaye 

obyektlərinin 

tullantıları  







Avtonəqliyyat 

tullantı qazları 









274 

 

yaxşılaşdırır, həşaratlarla qidalanan canlıların sayının artmasına səbəb olur. 



Daha  çox  növ  müxtəlifliyi  ilə  xarakterizə  olunan  landşaftlarda  özünübərpa 

və özününütəmizləmə daha yüksəkdir. Belə ki, onların quruluşunun mürək-

kəb  mozaikliyi  onların  davamlılığını,  eləcə  də  təbii  və  təbii-antropogen 

tarazlığını artırır. Təbii tarazlıq dedikdə, təbii sistemin ilkin ekoloji tarazlığı 

başa  düşülür.  Təbii-antropogen  tarazlıq-  ikinci  ekoloji  tarazlıqdır,  insan 

tərəfindən  mühitin  komponentlərinin  və  təbii  proseslərin  dəyişdirilməsinin 

balanslaşması əsasında formalaşır.  

6.  Strukturun  optimallaşdırılması  və  əkin  sahələrinin  münasibəti 

prinsipi.  

Müəyyən kənd təsərrüfatı regionu üçün aqrolandşftların yerinin hazır-

lanmasında  yerli təbii şəraitə uyğun olan ekoloji və iqtisadi cəhətdən əsas-

landırılmış  strukturu,  eyni  zamanda  şum,  çəmən,  meşə  və  su  sahələri  ara-

sındakı nisbəti yaratmaq lazımdır. Təbii və süni ekosistemlər arasında rasio-

nal  nisbət,  şübhəsiz,  haçar  problemlərdən  biridir.  Bu  münasibətlə  müxtəif  

fikirlər  yaranıb.  N.F.Reymersin  (1990)  fikirləri  daha  maraqlıdır:  təbii  və 

dəyişdirilmş ekosistemlərin nisbəti (şəkil 2.34).  

 

 

ġəkil 2.34. Dəyişilmiş və təbii ekosistemlərin sahələrinin müxtəlif nisbətlərində 



ekoloji-sosial-iqtisadi effektlərin cəmi. (Reymers, 1990). 

275 

 

Bu  şəkildən  göründüyü  kimi  məqsədəuyğun  ekoloji  tarazlıq  təbii  və 



dəyişdirilmiş ekosistemlər arasında  60:40 nisbətində müşahidə olunur. Belə 

bir fikir də mövcuddur ki, aqrolandşaftlarda meşə, çəmən, su sahələri ümu-

mi  sahənin  30%-dən  çox  olmalıdır.  Meşəlik  faizi  artdıqca  dənli  bitkilərin 

məhsuldarlığının artması müəyyənləşdirilib:  

 

Şumların meşələrlə əhatə olunması:                1     1,5     2,0      2,5      3,0 



  Dənli bitkilərin orta məhsuldarlığı, %      100    106    111     115      118   

 

Bütövlükdə bu problem sonradan ciddi hazırlanmanı tələb edir. Ərazi-



nin  biotik  tərkibinin  ərazinin  texnoloji  şəraitinə  nisbəti  diqqət  çəkir.  Aqro-

landşaftın əsas elemeti kimi tarlanın ölçüləri optimal olmalıdır. Bu bir tərəf-

dən kənd təsərrüfatı maşınlarının məhsuldar işləməsini artırır, digər tərəfdən 

torpağın  maşınlarla  kipləşdirilməsini  azaldır.  Bu  vəzifənin  düzgün  həllinin 

kriteriyası yaradılmış landşaftın davamlılığıdır. Bu mənada  A.A.Varlamov 

və S.N.Volkovun (1991) təklif etdiyi ―ekoloji davamlı sahə‖ anlayışı maraq 

doğurur. Əgər təsərrüfat istesalında torpağa fiziki-coğrafi  və sosial-iqtisadi 

mənfi təsirlər azalarsa və ya tamam kəsilərsə, onda sahə məkanca öz yerini 

saxlayır, lakin onun potensialı və iqtisadi dəyəri artır. Nəticədə sahə ərazi-

sinin  təşkili  və  onun  ayrı-ayrı  ehtiyatlarının  istifadəsinin  davamlılığı  saxla-

nır. Bu zaman torpağın məhsuldarlığının  və sahədən differensial gəlirlərin 

artması mıhdudlaşmır. 

 

2.11.4. Aqrolandşafların struktur – funksional təşkilinin optimallaş-

dırılması  –  onların  məhsuldarlığının  və  davamlılığının  artırılmasının 

əsasıdır. 

Kənd  təsərrüfatı  əvvəldən  ayrı-ayrı  ekoloji  prinsiplərin  təbii  istifa-

dəsinə əsaslanmışdır. Kənd təsərrüfatının elmi əsaslarla formalaşmasında bu 

prinsipləri  daha  düşünülmüş  və  məqsədyönlü  istifadə  etməyə  başlamışlar. 

Lakin  indiki  zamanda  da  yalnız  autekoloji  qanunlar  üstünlük  təşkil  edir, 

populyasiya  və  ekosistem  yanaşmaları  dəfələrlə  az  tətbiq  olunur.  Kənd 

təsərrüfatının  məqsədli  qurulması  maksimum  bioloji  məhsulun  alınmasına 

yönəlmişdir.  Buna  uyğun  olaraq  aqrar  istehsal  sistemləri  inkişaf  etdirilir. 

Bununla  yanaşı  aqrar  sektorun  intensivləşdirilməsi  təbii  antropogen  taraz-

lığın  saxlanılmasında  ciddi  əkslik  yaratdı.  Belə  ki,  torpağın  başdan-başa 

şumlandığı  rayonlarda  və  dəfələrlə  kimyəvi  maddələrin  tətbiqi  nəticəsində  

entomofaqların  və tozlandırıcı həşəratların çatışmazlığı yaranır ki, bu da tə-

bii biosenozların  qalması,  mədəni  bitkilərin məhsuldarlığının formalaşması 

üçün təhlükə yaradır. 



276 

 

Ekologiyanın  yeni  nailiyyətləri  mövcud  olanları  təkmilləşdirməyə  və 



kənd  təsərrüfatı  istehsalının  aparılması  üçün  yeni  metodları  hazırlamağa, 

aqrolandşaftların  sabitləşməsi  üçün  bitkiçilikdə  və  heyvandarlıqda  əlavə 

ehtiyatların yaranmasına imkan verir.  

Kənd  təsərrüfatının  ekologiyalaşdırılmasında  əsas  şərt  –  biosenotik 

ekosistem prinsiplərinin istifadə olunmasıdır. Tarlada yalnız produsentlərin- 

mədəni bitkilərin saxlanması praktikasından daha tam və aktiv təbii tənzim-

ləyici mexanizmlərin istifadəsinə keçmək lazımdır.  

İlk növbədə konkret ərazinin landşaft - ekoloji xüsusiyyətlərinin ana-

lizi və uçotu lazımdır. Yaradılan landşaftlar rayonun təbii qanunauyğunluq-

larına uyğun funksiyalaşdırılır.  

Aqrolandşaftın  landşaft–ekoloji  analizi  onun  morfoloji  komponent-

lərinin  bilgilərinə  (tipoloji  kartoqrafiya)  və  regional  fərqlərə  (rayonlaşma-

lara), eləcə də çoxsaylı qarşılıqlı əlaqələrin uçotuna (maddələr və enerji ba-

lansına)  əsaslanır.   

Landşaftın  təsərrüfat  yüklənməsi  onun  təbii  strukturuna  uyğun 

planlaşdırılması  xüsusilə  vacibdir.  Əks  halda  kənd  təsərrüfatının  potensial 

imkanlarına  uyğun  ixtisaslaşmaması  neqativ  proseslərin  yaranmasına  və 

inkişafına səbəb olur. Bu proses davamsız təbii tarazlığı olan landşaftlarda  

xüsusilə təhlükəlidir.  

Antropogen  faktorların  təsirilə  yanaşı,  landşaftın  inkişafının  təbii 

tendensiyasını,  kənd  təsərrüfatı  üçün  əlverişsiz  olan  təbii  hadisələrin  üzə 

çıxmasını da nəzərə almaq lazımdır. Sonuncular tədricən təsir edir, lakin iri 

miqyaslı  olurlar  (iqlim  dəyişməsi,  seysmik,  eroziya  prosesləri  və  s.).  Elə 

təsiri rasional hesab etmək olar ki, o landşaftın yeniləşən ehtiyatlarının geniş 

isehsalını  təmin  esin  (torpağın  münbitliyinin  artırılması,  təbii  və  mədəni 

fitosenozların məhsuldarlığının artması və s.). Landşaftların müxtəlifcinsliyi 

və  dəyişkənliyinin  analizi  –  bütün  ladşaft  kompleksinin  və  təbii  kompo-

nentlərin ayrılıqda qiymətləndirilməsi çoxmərhələli sistemdir.  

Aqroekosistemlərdə ayrı-ayrı biotik komponentlərin dəyişməsi getdiyi 

kimi,  bütövlükdə  sistemin  trasformasiyalaşması  baş  verə  bilər.  Bu  zaman 

onun daxili funksiyalaşması və strukturu pozulur.  

Aqroekosisemlərin  struktur-funksional  təşkilini  onların  biotik  kom-

ponentlərinə  görə  xarakerizə  edən  inteqral  parametrlərin  hazırlanması  baş 

verən  və  mümkün  olan  dəyişmələrin  baş  verməsi  üçün  olduqca  perspek-

tivlidir.  

Bu cür xarakteristika müxtəlif kateqoriyalı biotik məhsulun yaranma, 

istifadə  olunma,  dağılma  və  qalıq  toplantılarını  (ilkin,  ikinci,  qalıq,  ölü), 

eləcə də bioloji dövrana daxil olan maddələrin dövranının bəzi mərhələlərini 

əks etdirir.  


277 

 

1.



 

Canlı biokütlənin ehtiyatı (fito-, zoo- və mikrobiokütlə) q/m

2

 və ya 


t/ha (absalyut  quru maddə hesabı  ilə).  Biokütlə  dedikdə, canlı üzvi  maddə-

nin  ümumi  miqdarı  başa  düşülür.  Absolyut  göstəricilərdən  başqa  müxtəlif 

qrup  orqanizmlərin  və  ya  onların  sahə  vahidinə  düşən  müxtəlif  qrup  orqa-

nizmlərin biokütləsinin nisbəti tətbiq oluna bilər. O cümlədən: bitkilər üçün 

(avtotroflar) – sistematik ekoloji qruplar, assimilyasiya və ehtiyat orqanları-

nın yerüstü və yeraltı hissəsi; heterotroflar üçün- sistematik ekoloji qruplar 

(trofiklər daxil olmaqla) miqrasiya edən zookütlənin payı; mikroorqanizmlər 

üçün – göbələklər, bakteriyalar, aktinomiselər.  

2.

 

Ölü üzvi maddələrin ehtiyatı. Bu qurumuş, ölmüş orqanların, eləcə 



də  meşə  döşənəyi,  torpağın  torf  horizontunda,  çöl  keçəsində  toplanmış 

maddələrin miqdarıdır.  

3.

 

Aqroekosistemin  üzvi  maddələrinin  strukturunun  ineqral  xarakte-



ristikası humus, fitokütlə, zookütlə və biokütlə (mikroorqanizmlər) ehtiyat-

larının nisbəti kimi təsəvvür olunur.   

Aqroekosistemlərin  vəziyyətinin  qiymətləndirilməsində  onların  funk-

siyalaşma  gösəriciləri  də  nəzərə  alınmalıdır.  Bu  sistemin  vəziyyətinin  növ-

bələşməsidir və maddələr ehtiyatının və axınlarının intensivliyinin illik döv-

riyyəsinin  dəyişməsilə  təyin  olunur.  Ekosistemin  funksiyalaşmasının  əsa-

sında bioloji dövran durur, aşağıdakı tip sxemlə həyata keçirilir: artan istiqa-

mətdə ilkin məhsulun yaranması, eyni zamanda tənəffüsə sərf olunması baş 

verir; azalan isiqamətdə - fitofaqlar, ölüm və destruksiya.  

4.

 



Avtotrof  və  heterotrof  komponentlərin  cari  funksiyalaşması.  Onu 

ilkin  və  ikinci  məhsula,  eləcə  də  onların  nisbətinə  görə  qiymətləndirirlər. 

Təmiz  ilkin  məhsul  –  [q/(m

2

.il);  q/(m



2

.gün);  t/(ha.il)]  -  praktiki  olaraq 

fitosenozun məhsuldarlığına uyğun gələn avtotrof orqanizmlərin məhsuldar-

lığıdır.  O,  sisemin  energetik  potensialını  təyin  edir  və  senozun  il  ərzində 

yerüstü və yeraltı təbəqəsində yaratdığı üzvi maddələrin (fitokütlənin) miq-

darı  ilə  xarakterizə  olunur.  Bu  zaman  tənəffüsə  sərf  olunan  enerji  çıxılır. 

Faktiki olaraq bu illik artımdır:  İ

a

= Ü



il

 – E


t

 .  


İkinci  məhsul  heterotrof  orqanizmlərin  istehsal  etdiyi  zoo-  və  fito-

kütləni  əhatə  edir.  Belə  qiymətləndirmə  müxtəlif  qrup  konsumentlərin 

―xəzinəsini‖ qiymətləndirməyə imkan verir. İlkin məhsulun ikinci məhsula 

nisbəti bioloji məhsulun balanslaşmasını əks etdirir.  

5.

 

Töküntü  qalıq  [q/(m



2

.il),  t/(ha.il)]  -  üzvi  maddələrin  miqdarıdır, 

bikinin hər il ölmüş yerüstü və yeraltı hissələrinin cəmidir.  

6.

 



Həqiqi  arım  [t/ha.il]  -  töküntü  qalığını  çıxmaq  şərtilə,  illik  artım 

nəticəsində senozda qalan üzvi maddələrin miqdarıdır.   

7.

 

  Üzvi maddələrin yaranması sürəti - ilkin məhsulun canlı fitokütlə 



ehtiyatına  nisbətidir  %.  O,  çəmən  -  çöldə  ən  yüksək,  meşədə  ən  azdır.  Bu 

278 

 

göstərici  nə  qədər  azdırsa,  maddələrin  toplanması  bir  o  qədər  çoxdur  və 



onların  sonrakı  konservasiyası,  o  çox  olduqca  proseslərin  dinamizmi  də 

yüksəlir.  

8.

 

Üzvi maddələrin ümumi dövranının sürəti - canlı və ölü üzvi mad-



dələrin ehtiyatının məhsula nisbəti (%-lə). Bu kriteriya üzvi maddələrin eh-

tiyyatının  hər  bir  vahidinin  hərəkətliyinin  üzə  çıxmasına  imkan  verir.  Mə-

sələn,  o  polyar  və  iynəyarpaqlı  xətlər  ən  azdır,  çəmən-çöldə  və  səhrada  ən 

yüksəkdir.  

9.

 

 Destruktiv proseslərin sürəti. Yerüsü sistemlərin bioloji dövranın-



da mühüm rol bu proseslərə aiddir. Nəqədər ki, bioloji məhsulun çox hissəsi 

otyeyən  heyvanların  trofik  zəncirinə  daxil  olmadan,  müxtəlif  destrukniv 

agentlərin  təsiri  altında  detrit  formasına  transformasiya  edir.  Canlıların 

istifadə etdiyi fitokütlənin miqdarı, onun ümumi məhsulunun cəmi bir neçə 

faizini  təşkil  edir,  88-99%  ilkin  məhsul  isə  torpağın  detrit  yarımsisteminə 

daxil olur. Destruktiv proseslərin sürətinin göstəricisi kimi hər il daxil olan 

ölü  kütlənin  onun  ehtiyatlarına  olan  nisbəti  istifadə  olunur  (qalıq-döşənək 

əmsalı, %).    

10.

 

Əlavə  olaraq,  əsas  göstərici  kimi  biokimyəvi  dövranın  dəyişmə-



silə baglı olan (xüsusən texnogenez şəraitində) paramerlər tövsiyyə  olunur. 

Bu üzvi maddələrdə kimyəvi elementlərin miqdar göstəriciləridir:   

a)

 

kimyəvi elementlərin illik toplanması, kq/ha.il;  



b)

 

kimyəvi elementlərin qalıqla qayıdan illik miqdarı, kq/ha.il;  



c)

 

fitosenozda  elementlərin  illik  saxlanması  (kimyəvi  elementlərin 



toplanması və onların qayıtması arasındakı fərq kimi təyin olunur, kq/ha.il).  

Sistemin  və  onların  funksiyalaşmasının  əsas  göstəricilərinin  təyini 

onda baş verən daxili  proseslərin ilkin  məhsulun formalaşmasının və onun 

sonrakı  istifadəsi  və  parçalanmasını  tədqiq  etməyə  imkan  verir.  Abiotik 

komponentlərlə qarşılıqlı əlaqə qida elementlərinin dövranı və enerji axınını 

şərtləndirir.  Ekosistem  yanaşmanın  istifadəsi  güman  edir  ki,  analiz  olunan 

kənd təsərrüfatı obyekti qarşılıqlı təsir edən komponentlərdən ibarətdir.  

Aqroekosistem müəyyən tərkibə, sruktura və rejimə malikdir və insan 

tərəfindən  requlə  olunur.  Ona  nəzarət  olmadıqda  aqroekosistemlər  tədricən 

öz xassələrini itirirlər. Təbii ki, aqroekosistemin struktur və funksiyalaşması 

haqda  bilgiyə  malik  olmadan,  balans-maddə-enerji  səviyyəsində  onu  idarə 

etmək üçün heç bir ölçü götürmək olmaz, onlar lazımsız və hətta zərərli ola 

bilər.  Ekosistemin  funksiyalarını  aşağıdakı  istiqamətdə  analiz  etmək  məq-

sədəuyğundur:  enerji  axını;  qida  zənciri  və  şəbəkələri;  məkan  müxtəlifliyi-

nin  strukturu;  qida  elementlərinin  biogeokimyəvi  dövranı;  inkişaf  və  təka-

mül. 


Aqroekosistem – müəyyən texnoloji və sosial faktorların təsiri altında 

279 

 

dəyişən təbii sistemdir. Onun yaradılması ilk növbədə iqtisadi məqsəd daşı-



yır - kənd təsərrüfatı məhsullarının davamlı istehsalı. Bu zaman iqtisadi ma-

raqların ekoloji tələbatlarla harmonik birləşməsi lazımdır. Mahiyyətcə, kənd 

təsərrüfatının idarə olunması aqroekosistemlərin idarə olunmasına bənzəyir. 

İstənilən  aqroekosistemdə əsas təşkilati başlanğıc istehsal və istehlak 

arasında qarşılıqlı əlaqədir. Daxili tənzimləyici mexanizmlər aqroekosistem-

lərdə də  təbii sistemlərdə olduğu kimidir. Buna görə də aqroekosistemlərdə 

özünütəşkiletmə  prosesinin  saxlanmasında,  xarici  tənzimlənməyə  maddə-

enerji  itkisini  azaldır.  Trofik  səviyyədə  qarşılıqlı  təsir  qida  zəncirinə  təsir 

emək vasitəsilə qaydaya salına bilər. Bu zaman əsas diqqəti fizioloji aspekt-

lərə yönəltmək lazımdır: böyümə və inkişaf; enerji daşınması, qida maddələ-

rinin dövranı, eləcə də populyasiyanın doğum və ölüm hallarının tənzimlən-

məsi.  


Aqroekosistemin  məhsuldarlığının  və  davamlılığının  yüksəldilməsinə 

yönəlmiş məhsuldarlıq proseslərinin tənzimlənməsi-birinci dərəcəli əhəmiy-

yətli  vəzifədir.  Ekoloji  əsaslarla  kənd  təsərrüfaının  intensivləşdirilməsi– 

çoxplanlı prosesdir. Bu vəziyyət prinsipcə müxtəlif və qarşılıqlı tamamlayıcı 

bir neçə yanaşmaların tətbiq imkanlarını əvvəldən təyin edir.  

Onlardan biri – fitosenozun strukturunun yenidən qurulmasıdır.  Mə-

sələn,  ekoloji  taxçalarda  bitkilərin  differensasiyası  prinsipinə  əsaslanaraq, 

ənənəvi  monokulturadan  polikultur  səpinə  keşmək  olar.  Belə  tarlalar  ener-

getik  baxımdan  daha  sərfəlidir.  Onlardan  vegetasiya  müddəti  ərzində  bir 

neçə dəfə və müxtəlif məhsul almaq olar. Bu zaman məhsuldarlıqla yanaşı 

əkinlərin yüksək davamlılığı da təmin olunur.  



İkincisi  -  bitkilərin  horizontal  rotasiyasını  yaratmaqla  növbəli  əkin-

lərin  tətbiqi  də  perspektivlidir.  Bu  halda  məkanca  müxtəlif  cinsli  aqrofito-

senozlar yaradılır, hansı ki, müxtəlif entomofaqların daimi ehtiyatını  yarat-

maq olar.  



Üçüncüsü  –  pozulmuş  torpaqların  təsərrüfat  dövriyyəsinə  keçməsi 

üçün təbii bərpaedici proses kimi çoxillik meyvə ağaclarının əkilməsi əhə-

miyyətli və rasionaldır.  Bu torpağın həyatına daha az qarışmağa, ehtiyatları 

qorumağa imkan verir. Nəzərə almaq lazımdır ki, alaq otlarına dözümlülük 

təsərrüfat  növlərinin  heterogen  sortlarında  daha  yüksəkdir.  Buna  görə  də 

alaq otlarına qarşı bioloji mübarizədə əsas prinsip ekoloji taxçanın zaman və 

məkanca  maksimum  doldurulması  olmalıdır.  Fitosenozların  uzun  müddətli 

istifadəsinin  konstruksiyalaşmadsı  üçün  bitkilərin  həyat  formalarının    və 

ekotiplərinin  seçilməsi  zamanı  ekoloji  mühəndislik  metodunun  inkişafı 

mühüm rol oynayır.  



Aqrosenopopulyasiyalar  səviyyəsində  aqroekosistemlərin  optimallaş-

dırılmasını  bir  sıra  ekoloji  göstəricilərin  dəyişdirilməsi  yolu  ilə  aparmaq 



280 

 

olar:  sıxlığı  və  məkanca  yerləşdirməni;  fenoloji  xüsusiyyətləri-birinci 



həftədə  cücərtilərin birgə  çıxışı və onların  inkişafının intensivliyi; məkanın 

və  ehtiyatların  maksimum  istifadəsini  təmin  edən,  sortlar  qarışığının  seçil-

məsi hesabına aqrosenopopulyasiyaların differensasiyası. 

 

2.11.5.  Aqrolandşaftların  ekoloji  qiymətləndirilməsinin  metodoloji 



əsasları 

Ərazinin  kənd  təsərrüfat  təşkili  onun  landşaft-tipoloji  və  regional 

müxəlifliyini nəzərə  almaqla həyata keçirilməlidir. Ərazinin rasional təşki-

linin  mühüm  vəzifələrindən  biri  aqrolandşaftın  elə  morfoloji  görünüşünü 

yaratmaqdır ki, təkcə yüksək məhsuldarlığı ilə fərqlənməsin, həm də ekoloji 

müxtəlifliyi,  estetik  cəlbediciliyi  və  saniar-gigiyenik  tələbatlara  cavab  ver-

məsilə fərqlənsin.  

Kənd  təsərrüfaı  ərazisinin  bu  cür  təşkilinə  torpaq  fondunun    landşaft 

müxtəlifcinsliyinin uçotu  və analizi,  dərindən öyrənilməsi  əsasında çatmaq 

olar. Burada vacib  normativ krieriya  aqrolandşaftların  yol  verilən eyni  ob-

razlıq səviyyəsidir: ərazinin texnoloji şəraitinin (torpaqların ölçüləri və kon-

fiqurasiyaları və s.) və biotik tərkibinin (meşələrin sahəsi, tarlalar, çəmənlər, 

kolluqlar, bataqlıqlar və s.) optimal əlaqələndirilməsidir.  

Ekoloji nöqteyi nəzərindən müasir landşaft - qarşılıqlı əlaqədə və tə-

sirdə olan komponentlərin bütöv sistemidir. Landşaftdan ağılla isifadə olun-

ması  prosesi  üçün  konkret  praktiki  vəzifənin  həllinin  nəzəri-metodoloji 

əsasları  hazırlanmalıdır.  Bu  zaman  birinci  dərəcəli  əhəmiyyətli  məsələ 

müasir landşaftın davamlılığının qiymətləndirilməsi (o cümlədən aqroland-

şaftların)  və  onun  optimallaşdırılmasıdır.  ―Davamlılıq‖  dedikdə,  landşatın 

xarici təsirlər zamanı öz strukturunu və funksiyalarını saxlamaq qabiliyyəti 

başa  düşülür.  Landşaftların  optimallaşdırılması  landşaftın  müxtəlif  tərkib 

hissələri  arasında  mövcud  olan  əlaqələrin  saxlanması  və  modifikasiyasına 

görə kompleks tədbirlərin həyata keçirilməsidir. 

    Landşaftın  opimallaşdırılması  və  ekoloji  davamlılığının  qiymətlən-

dirilməsi  zamanı  aşağıdakı  anlayışları  nəzərə  almaq  tövsiyyə  olunur.    Mə-

sələn, torpaq-meliorativ şəraitin analizi və qiymətləndirilməsi üçün torpağın 

əsas təsnifat vahidinə görə onların sahəsi, aqrokimyəvi xarakteristikası, ero-

ziyaya  uğramış  torpaqların  sahəsi,  sürüşmələr,  ikinci  duzlafma,  bataqlaşma 

və s. haqda məlumatlar lazımdır. Neqativ təbii proseslərin səbəbləri açılmalı 

və onların inkişafının tendensiyası, müəyyənləşməli, əlverişsiz hallarla mü-

barizə tədbirləri sistemi hazırlanmalıdır. Kənd təsərrüfatında mənimsənilmə 

üçün  perspekivli  sahələrin  və  bunun  üçün  lazım  olan  meliorativ  işlərin 

müəyyənləşdirilməsi çox mühümdür.   

V.M.Fridlandın (1967) təklif  etdiyi konkret ərazinin antropogen də- 



281 

 

 yişdirilməsi indeksi uyğun praktiki qərarlar üçün maraq doğurur (İ

a.ə.

), aşa-


ğıdakı formula ilə təyin olunur: 

 

İ



a.t.

= rg


m

 



burada:  r  –  antropogen  dəyişdirilmənin  balla  ifadə  olunmuş  dərəcəsi;    g



tədqiq  olunan  ərazinin  sahəsi,  ümumi  torpaq  sahəsindən  %-lə;  g  –  ümumi  torpaq 

sahəsi.    

 

Antropogen  dəyişmənin reqional indeksi (İ



a.r

) aşağıdakı kimi verilir: 





n

i

t

a

İ

r

İa

1

.



.

 

bu zaman 



                                            

max


.

.

.



t

a

r

a

t

a

r

İ

r



 

        


Aqrolandşaftların  tarazlıq  vəziyyətinə  maddələr  dövranı  və  enerji 

axımının  optimallaşdırılması  ilə  çatmaq  olar.  Mühitin  geokimyəvi  aktivli-

yinin  dəyişmə  meylinin  qiymətləndirilməsi  onun  mümkün  özünütəmizlə-

məsi üçün kifayət qədər reprezentativ göstərici verir. Biogeosenotik proses-

lərin sabitləşməsində torpaq əsas rol oynayır. Torpağın birinci dərəcəli əhə-

miyyəti özünü bərpa xassəsini qoruması və saxlamasıdır. Şübhəsiz ki, antro-

pogen  təsirlərə  aqrolandşaftların  davamlılığı,  əhəmiyyətli  dərəcədə,  texno-

gen  mənşəli  müxtəlif  yüklənmələrə  becərilən  şum  torpaqlarının  davamlılıq 

dərəcəsindən asılıdır.  

M.A.Qlazovskinin  məlumtlarına  görə  aqroekosistemdən  zəhərli  mad-

dənin  çıxma  intensivliyi  və  geokimyəvi  çevrilmələrin  sürətini  tənzim  et-

məklə, onların davamlılığını idarə etmək olar. Bu zaman davamlılıq əhəmiy-

yətli ərazinin miqrasiya strukturunun qovşaq həlqələrinə məxsusdur. Bu elə 

geokimyəvi sədlərdir ki, onlarda əsasən texnogen maddələrin çıxarılması və 

toplanması dərəcəsi asılıdır. Belə ki, ətraf mühitə meşə fitosenozlarının  təsi-

rinin  kəmiyyətcə  qiymətləndirilməsi,  biogeokimyəvi  baryer  kimi  onların 

rolunun üzə çıxmasına; kənd təsərrüfatı bitkilərinin ziyanvericilərilə müba-

rizədə  əhəmiyyətini;  təmiz  su  və  oksigen  yaratmaq  xassəsi;  deqradasiya 

olunmuş torpaqların bərpasına imkan verir. 

Əlbəttə,  nəzərdən  qaçırmaq  olmaz  ki,  landşaftın  davamlılığı  birinci 

növbədə  meteorolojiu  və  iqlim  şəraitindən  asılıdır.  Bu  əlaqədə  landşafta 

energetik  prosesləri  müəyyənləşdirən  faktorların  uçotu  xüsusilə  vacibdir. 

Əsasən  landşaftda  əsas  abiogen  və  biogen  proseslərin  enerjisini,  eləcə  də 

texnogen  məhsulların  geokimyəvi  çevrilməsinin  istiqaməti  və  sürətini  ra-

diasiya balansı təyin edir. Rütubətlilik rejiminin də əhəmiyyətini qiymətlən-


282 

 

dirməmək olmaz. Yalnız faktorların çoxformalılığını inteqrasiya edən kom-



pleks  yanaşma,  davamlı  və  optimal  landşaftların  yaradılması  vəzifəsini 

savadlı və konstruktiv həll etməyə imkan verir.  

Landşaftların  vəziyyəti,  davamlılığı  və  bir  çox  digər  aspektlərinin 

xarakteristikası  üçün  aşağıdakı  kompleks  qiymətləndirməni  tətbiq  etmək 

lazımdır.   

1.

 



Texnoloji qiymətləndirmə - aqrolandşaftın konkret növ təsərrüfat 

fəaliyyəti  üçün  yaralılıq  dərəcəsini  təyin  edir.  Burada,  ərazinin  ekoloji-

təsərrüfat  vəziyyətini  və  təbii-ehtiyuat  potensialını,  landşaft  haqda  kadastr 

məlumatlarını,  ekspert  və  proqnoz  qiymətləndirməni,  digər  göstəricilərini 

nəzərə almaq məqsədəuyğundur.   

2.

 



Müxtəlif  təsirlərdən  asılı  olaraq,  aqrolanşaftın  davamlılığının 

azalma  dərəcjəsini  əks  etdirən  qiymətlər,  o  cümlədən:  biokimyəvi,  de-

mekoloji (bioinduksiya  metodlarından istifadə etməklə müəyyənləşdirilir).   

3.

 



Aqrolandşaftların  dəyişmə  dərəcəsini  faktiki  və  ya  proqnozlaş-

dırılmış vəziyyətin göstəricilərini, biotik  və abiotik tərkib hissənin normativ 

göstəricilərilə müqayisə etməklə  xarakterizə edən qiymətləndirmə.  

Landşaftların formalaşmasının və funksiyalaşmasının xüsusiyyətlərini 

sistemli  yanaşma  prizmasından  nəzərə  alan,  aqrolandşaftların  optimal-

laşmasının mümkün olan aşagıdakı ilkin şərtləri təsəvvür olunur.  



Birincisi, aqrolandşaftların  lazım olan müxtəlifliyini və  davamlılığını 

təmin  edən  torpaq  sahələrinin  optimal  səviyyədə  strukturu  və  funksiyalaş-

masının formalaşması və saxlanması. Bu zaman landşaft fondunun geokim-

yəvi monitorinqinə əsaslanmaq lazımdır, hansı  ki, müxtəlif aqroekosistem-

ləri birləşdirməyə imkan verir.  

İkincisi,  aqrolandşaftların  ekoloji  optimallaşdırılması  canlı  təbiəin 

yerli genetik fondun saxlanması  və bərpasını təmin etməlidir, eləcə də təbii 

senozların bərpasını və saxlanmasını.  

Üçüncü, ərazinin sululuğunun bərpası və saxlanması verilmiş landşaft 

formalaşmasının  təbii  fonuna  uyğun  olmalıdır.  Buna  görə  səth  və  qurunt 

sularının  şərlənmiş  səviyyəsinin  sabitliyi  və  qorunması  lazımdır.  Su  təsər-

rüfatı  tədbirlərinin  və  funksional  hidrotexniki  qurğuların  ekspertizası,  səth 

sularının yerli və tranzit axınının  ekoloji kriteriyalarının tənzimlənməsi və 

istifadəsinin təyini kifayət qədər əhəmiyyətlidir.  



Dördüncü,  aqrolandşaftların  ekoloji  optimallaşdırılması  müxtəlif  də-

rəcəli  və  statuslu  (mikroqoruqlardan  qoruqlaradək)  qorunan  təbii  ərazilərin 

şəbəkələrinin  məqsədyönlü  inkişafı  ilə  təmin  olunur.  Bu  zaman  həm  land-

şaft-coğrafi (landşaftların təşkili səviyyəsi və ierarxiyası), həm də bioekoloji 

(təbii  miqrasiya  istiqamətinin,  tranzit  dəhlizlərin,  sağqalma  yuvalarının 

olması) zəminlərin olmasını nəzərə almaq lazımdır. 



283 

 

Uçot  və  qorunma  aqrolandşaftların  rekreasiya-mədəni  ehtiyalarına, 



estetik və etik dəyərlərinə də aiddir.  

Landşaftların  davamlılığı  və  optimallaşdırılması  məsələlərinə  baxar-

kən,  öyrənilən  prosesin  sistemli  kəmiyyə  qiymətləri  və  xüsusiyyətlərinə 

əsaslanmaq çox vacibdir.  Bu mənada landşaftın ekoloji sabitlik əmsalının 

köməyilə  onun  ekoloji  davamlılıq  dərəcəsinin  qiymətləndirilməsi  diqqətə 

layiqdir.  LESƏ  –  landşaftın  abiotik  və  biotik  elementlərinin  keyfiyyət  və 

kəmiyyət xüsusiyyətlərini inteqrasiya edir.  

V.A.Baranova görə, bu əmsalın köməyilə qiymətləndirməninin  birin-

ci  metodu  sahələrin  təyininə  və  müqayisəsinə  əsaslanır.  Bu  sahələr  land-

şaftın müxtəlif  elementlərini tutur və onların ətraf mühitə müsbət  və mənfi 

təsirləri nəzərə alınır:   

 

 



LESƏ

1

,  Burada  F



st   

-  landşaftın  sabit  elementləri  ilə  tutulan  sahələri; 

onlara  müsbət  təsir  göstərən  kənd  təsərrüfatı    və  bitki  cəmiyyətləri  (meşə, 

yaşıl  əkinlər,  təbii  çəmənlər,  qoruqlar,  yasaqlar  və  çox  illik  bitkilərlə 

tutulmuş  şum torpaqları) 

F

qst



-  landşaftın  qeyri-sabit  elementlərlə  tutulmuş  sahələri;  (hər  il 

şumlanan  torpaq,  qeyri-sabit  ot  örtüyü  olan  torpaqlar,  yamaclar,  tikinti  və 

yol altında olan torpaqlar, lillənmiş su hövzələri, faydalı qazıntılar çıxarılan 

yerlər, antropogen səhralaşmaya uğrayan sahələr və.s) 

 

Landşaftların qiymətləri aşağıdakı şkala ilə həyata keçirilir: 



            (LESƏ

1



Landşaftın xarakteristikası

 

≤ 0.5- 



0.51-1.00- 

1-0.1-3.00- 

4..51 və daha çox

 

qeyri- sabitlik  aydın görünür 



qeyri- sabit vəziyyət 

vəziyyət şərti sabitdir 

sabitlik aydın görünür. 

 

Landşaftların biotik elementləri onun sabitliyinə fərqli təsirlər göstərir. 



Qiymətləndirmə  üçün  tək  onların  sahəsi  deyil,  həm  də  daxili  xüsusiyyət-

lərini,  eləcə  də  keyfiyyətcə  vəziyyətini  (biotun  nəmliyi  və  profili,  bioküt-

lənin strukturu, geoloji quruluşu, səthin morfologiyası və yerləşməsi) nəzərə 

almaq lazımdır:   

 


284 

 

burada:  LESƏ



2; 

 f

i



- biotik elementin sahəsi; K

e,q


- ayrı-ayrı biotik elementin 

ekoloji  qiymətini  xarakterizə  edən  əmsal  (məsələn,  tikinti  sahəsi  -  0;  şum  -0,14; 

tənəklik - 0,29; iynəyarpaqlı meşələr - 0,38; bağlar, meşə əkinləri, meşə zolaqları - 

0,43;  bostanlar  -  0,5;  çəmən  -  0,62;  iynəyarpaqlı  meşə  -  0,63;  otlaq  -  0,68;  su 

hövzələri  -  0,79;  enliyarpaqlı  meşələr  -  1,0);  K

r-

  -  relyefin  geoloji-morfoloji 



davamlılıq  əmsalıdır  (1,0  -  sabit;  0,7  –  qeyri-sabit;  məsələn,  qumsal-yamac-

sürüşmələr) F

üs

- landaşftın bütün ərazisinin sahəsi. 



 

Landşaftın qiymətləndirilməsi aşağıdakı şkala ilə  həyata keçirilir:  

(LESƏ

2

)     -                          Landşaftın xarakteristikası 



≤ 0.33          -                        qeyri- sabit   

0.34-0.50     -                        az sabit   

0.51-0.66     -                        orta sabit 

0.66 dan yuxarı   -                 sabit 

 

LESƏ


1

  və  LESƏ

2

  hesablamaları  tədqiq  olunan  landşaftın  ekoloji  da-



vamlılıq dərəcəsi haqda əsas informasiyanı verir. Bu məlumatlar landşaftın 

mühafizəsi və yenidən formalaşmasında müvafiq tədbirlərin seçilməsi üçün 

vacibdir.   

 

2.11.6.  Aqroekosistemlərin davamlılığı 

Müasir  aqroekosistemlər  -  biotexnosfer  məkanının  formalaşması  və 

inkişafında  haçar  faktorlardan  biridir  və  bəşəriyyətin  həyat  təminatının 

əvəzolunmaz vasitəsidir, buna görə də onlar biosferdə baş verən proseslərdə, 

həm də onun davamlılığının saxlanmasında  mühüm funksional rol oynayır.   

―Ekosistemin  davamlılığı‖  kateqoriyası  əkinçiliyin  müasir  və  pers-

pektiv  sistemlərinin  qiymətləndirilməsi,  aqroekosistemlərin  idarə  olunma-

sında  praktiki  tədbirlərin,  eləcə  də  mövcud  olan  aqroekosistemin  rekons-

truksiyasının  və  yeni  yaradılanın  effektivliyi  üçün  əsaslı  əhəmiyyət  kəsb 

edir.  Təbii  ki,  bu  cür  qiymətləndirmənin  nəticələri  ―davamlılıq‖  anlayışına 

qoyulan mənadan asılıdır, hansı ki, müasir ədəbiyyatda çox fərqli traktovka 

olunur.  

Aqroekosistemlərin əvvəldə verilən təyinatlarına uyğun olaraq demək 

olar ki, bu sistemin zaman və məkanca öz parametrlərini, funksiyalaşma xa-

rakterlərini  keyfiyyətcə  dəyişmədən,  saxlamaq  xassəsidir.  Aqroekosistem 

insanın  təsərrüfat  fəaliyyəti  nəticəsində  yerüstü  ekosistemin  bir  hissəsinin 

transformasiya olunmasıdır. Onun strukturu və funksiyalaşması əlavə mad-

də  (gübrə,  pestisid,  meliorant)  və  enerjinin  verilməsi  hesabına  tənzimlənir. 

Təbii  ekosistemlər  aqroekosistemlərdən  fərqli  olaraq,  qeyri-üzvi  mühitdə 

canlı orqanizmlərin cəmidir, hansı ki, müəyyən məkanda yerləşir, öz araların-

da maddələr və enerji mübadiləsi bağlıdır və özünü tənzimləmə xassəsi var.  



285 

 

Məlum olduğu kimi, sistemin davamlılığını Le Şatelye prinsipi xarak-



terizə  edir.  Keçən  əsrin  əvvəllərinə  qədər  quru  ərazilərin  ekosistemlərinin 

karbonu mənimsəməsi bu prinsipə tabe olurdu, başqa sözlə o zamanlar biota 

insanın ekosistemlərə bütün təsirlərini kompensasiya edirdi və ətraf mühitin 

çirklənməsi  problemi  yaranmamışdı.  Keçən  əsrin  əvvəllərində  quru  ərazi-

lərin  ekosistemləri  nəinki  atmosferdən  karbonun  artıq  miqdarını  uda  bil-

mirdi,  hətta  onlar  ətrafa  sənaye  və  nəqliyyatdan  karbon  tullantıları  atmağa 

başladı, ətraf mühitin çirklənməsini artırdı. Quru ekosistemlərinin strukturu 

əhəmiyyətli dərəcədə pozuldu.  

Sənayeyə  qədərki dövrdə  istifadə  olunan ərazilər bütün  quru  ərazinin 

5%-ni  təşkil  edirdi,  həm  də  insan  onda  istehsal  olunan  məhsulun  20%-ni 

istifadə edirdi. Beləliklə, insan biosferin məhsulunun 1%-dən artığını istifa-

də etmirdi. Bu gün onun payı dəfələrlə artıb. Üzvi maddələrin sintezi və par-

çalanması  prosesi  ekosistemlərdə  çox  böyük  sürətlə  baş  verir  ki,  bu  da 

maddələr  dövranın  qapalılığının  pozulmasında  ətraf  mühitin  tez  dağılması 

təhlükəsi  yaradır.  Məhz  biokimyəvi  dövranın  qapalılığı  hesabına  ekosiste-

min funksiyalaşması mümükün olur və üzvi birləşmələrin parçalanmasından 

yaranan  enerji  əsasında  həyata  keçirilir.  Buna  görə  də  davamlılığın  lazım 

olan  şərti  aqroekosistemə  qida  maddələrinin  axınının  və  bilavasitə 

aqroekosistemdə  yaranan  belə  maddələrin  miqdarının  məhdudlaşdırıl-ma-

sıdır. Üzvi maddələrin sintezi və parçalanması prosesinin məhsuldarlığı eko-

sistemə  kənardan qida maddələrinin  daxil olmasından xeyli artıq  olmalıdır. 

Əgər  axın  bioloji  tələbatın  yarısını  ödəyirsə,  onda  maddələr  dövranının 

davamlı  qapalılığının  saxlanması  mümkün  olmur.  Sistemə  daxil  olan  qida 

maddələrinin  miqdarının  və  ondan  çıxarılan  həyat  fəaliyyəti  məhsullarının 

(ətraf mühitin sabitliyini saxlayan) təsadüfü uyğunluğu davamlı ola bilməz. 

Buna görə də sintez və parçalanmanın intensivliyi kənardan qida maddələ-

rinin  axınından  o  qədər  yüksək  olmalıdır  ki,  maddələrin  qapalı  dövranını 

funksiyalaşdıran biota ətraf mühitin vəziyyətinin istənilən dəyişməsini kom-

pensasiya edə bilsin. Buna görə də, ətraf mühitdə qida maddələrinin ehtiyatı 

və qatılığı yalnız ekosistemin biotası hesabına təyin oluna və saxlanıla bilər.  

Aqroekosistemin  davamlılıq  parametrləi  bunlardır:  torpağın  funksi-

yası,  rejimi  və  xassəsi;  aqrofitosenozun  təşkili  və  məhsuldarlığı;  mikrob 

cəmiyyətlərinin strukturu və təşkili; biogeokimyəvi dövranın intensivliyi və 

balanslaşdırılması.  

Ekosistemin davamlılığının kəmiyyətcə qiymətləndirilməsi üçün təsir 

edən  faktorların  əlaqəsi  (tip,  intensivlik,  müddət,  narahatçılığın  miqdarı  və 

s.),  eləcə  də  ekosistemin  onun  davamlılığına  cavabdeh  olan  əsas  parametr-

lərlə  və  davamlı  vəziyyət  sahələri  (zonaları)  ilə  əlaqəsi  nəzərə  alınır.  Belə 

zonalar birdən bir neçəyədək ola bilər.  


286 

 

Ekosistemin  strukturunun  dəyişməsi  və  ya  onun  parametrlərinin  da-



yanıqsız vəziyyət sahəsinə keçməsi davamlılığın itməsini şərtləndirir. Əgər 

davamlı tarazlığın bir sahəsindən digərinə keçməsi ekosistemin daxili əlaqə- 

lərinin saxlanması ilə  müşaiyət olunursa,  onun möhkəmlik xassəsi üzə çıx- 

 


Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin