Cədvəl 2.60
Səth sularının kimyəvi çirklənmə dərəcəsini
qiymətləndirmək üçün göstəricilər
Göstərici
Ekoloji parametrlər
Nisbi
qənaətbəxş
situasiyalar
F
B
ƏSAS GÖSTƏRİCİLƏR
Kimyəvi maddələrin YVQ təhlükəlilik sinifləri üçün:
I...II
˃ 10
5... 10
1
III..IV
˃ 100 50...100 1
KÇG -10 təhlükəlilik sinifləri üçün:
I...II
˃ 80
35... 80
1
III...IV
˃ 500
500
10
ƏLAVƏ GÖSTƏRİCİLƏR
Mühitin reaksiyası, p H
5,0...5,6
5,7....6,5
˃ 7
Oksigenə kimyəvi tələbat (OKT)
fona nəzərən antropogen tərkib, mq
O
2
/l
20...30
10...20
-
Həll olmuş oksigen, qatılaşma % -i 10...20
20...50
˃ 80
Biogen maddələr:
Nitritlər NO
2 ,
YVQ
˃ 10
˃ 5
˂ 1
Nitratlar NO
3
, YVQ
˃ 20
˃10
˂ 1
Ammonium duzları NH
4
, YVQ
˃ 10
˃ 5
˂ 1
Fosfatlar PO
4
, mq/l
˃ 0,6
0,3...0,6
˂ 0,05
Minerallaşma mq/l (regional səviy-
yəni keçmə)
3...5
2...3
regional
səviyyə
rə müşahidə olunur. Su hövzələri və içməli suyun patogen mikroorqanizm-
lər və parazit xəstəlik törədiciləri ilə, eləcə də xüsusi toksiki maddələrlə
çirklənmə halları istisna təşkil edir. Belə halda əlverişsizlik haqda nəticə bir
kriteriyaya görə çıxarıla bilər.
Su hövzələri və içməli suyun çirklənməsini, III və IV təhlükəlilik sin-
finə aid olan maddələrlə xarakterizə edən, eləcə də, suyun fiziki – kimyəvi
xassələri və orqanoleptik xarakteristikası əlavə göstəricilərdir. Onlardan
prioritet göstəricilərə görə müəyyən olunmuş, su hövzələrinin antropogen
çirklənməsinin intensivlik dərəcəsini təsdiq etmək üçün istifadə olunur.
Suyun keyfiyyətinin qiymətləndirilməsinin müxtəlif kriteriyalarının
tətbiqi kriteriyaları daha kəskin olan tələbatların üstünlüyünə əsaslanmalıdır.
Məsələn, əgər su obyekti eyni zamanda həm içməli su, həm də balıq təsərrü-
fatı üçün nəzərdə tutulursa, onda suyun keyfiyyətinin qiymətləndirilməsinə
236
daha kəskin tələbatlar qoyulur (ekoloji və balıq təsərrüfatı).
Fövqəladə ekoloji hallar və ekoloji fəlakət zonaları seçilərkən su ob-
yektlərinin çirklənməsinin təhlükəlilik dərəcəsini cəm halında qiymətlən-
dirmək üçün KÇG–10 göstəricilərindən istifadə etmək təklif olunur. Bu
göstəricilər xüsusən o ərazilər üçün vacibdir ki, orada eyni zamanda bir neçə
kimyəvi maddə üzrə qatılıq YVQ həddini bir neçə dəfə keçmiş olsun.
Yalnız fövqəladə ekoloji hallar və ekoloji fəlakət zonalarını üzə çıxarmaq
üçün bu qiymətləndirməni aparmaq lazımdır.
Hesablamanı YVQ həddini maksimal dərəcədə keçən on kimyəvi
birləşmələrə görə aşağıdakı formulaya əsasən hesablayırlar:
KÇG-10 = C
1
/YVQ
1
+C
2
/YVQ
2
+C
3
/YVQ
3
+...+ C
10
/YVQ
10
Burada, C
1
,C
2
,C
3
...C
10
–suda kimyəvi maddələrin qatılığı; balıq təsərrüfatının
YVQ.
Kimyəvi maddə üçün KÇG - 10 təyin edərkən, hansı ki, suyun çirk-
lənməsinin nisbi orta qiyməti yoxdur, onda C/YVQ nisbətini şərti olaraq 1
qəbul edirlər.
KÇG - 10 müəyyən etmək üçün mümkün qədər çox sayda göstəricilər
üzrə suyun analizini aparmaq lazımdır.
Əlavə göstəricilərə ümumi qəbul olunmuş fiziki - kimyəvi və bioloji
xarakteristikalar daxildir. Bu göstəriciləri su obyeklərində baş verən proses-
lərin əlavə xarakteristikası üçün istifadə edirlər. Bundan əlavə, çirkləndirici
maddələrin dib çöküntüsü və hidrobiontlarda toplanmaq qabiliyyətini nəzərə
alan göstəricilər də əlavə xarakteristikaya daxil edilir.
Dibə toplanma əmsalı (DTƏ) bu formula ilə hesablayırlar:
DTƏ = C
d.ç.
/ C
s
burada, C
d.ç.
və C
s
–uyğun olaraq, dib çöküntülərində və suda çirkləndirici
maddələrin qatılığı.
Hidrobiontlarda toplanma əmsalı:
K
t
=C
h
/ C
s
Burada, C
h
- hidrobiontlarda çirkləndirici maddələrin qatılığı.
Kimyəvi maddələrin kritik qatılığı (KQ) çirkləndirici maddələrin kri-
tik qatılığının təyin olunması metodikasına görə aparılır.
Bəzi çirkləndirici maddələrin KQ orta qiyməti verilir, mq/l-lə:mis –
0,001..0,003; kadmium – 0,008...0,020; sink – 0,05...0,10; xlorlaşmış karbo-
bohidrogenlər: PXB – 0,005, benz(a)piren – 0,005.
237
Su ekosistemlərinin vəziyyətinin qiymətləndirilməsi zamanı su bio-
senozunun bütün ekoloji qruplarının vəziyyəti və inkişafının xarakteristikası
kifayət qədər etibarlı göstərici hesab olunur.
Baxılan zonanın seçilməsi üçün bakterio
-
, fito
-
və zooplanktonlara,
eləcə də ixtiofaunaya görə göstəricilərdən istifadə olunur. Bundan başqa,
suyun toksikilik dərəcəsini təyin etmək üçün inteqral göstəricidən – bio-
testləşdirmədən (ibtidai xərçənkimilər üzərində) istifadə olunur. Bu zaman
su kütləsinin uyğun zəhərliliyi hidroloji tsiklin bütün əsas fazalarında müt-
ləq müşahidə olunmalıdır.
Fito
-
və zooplanktonlar, eləcə də zoobentoslar üzrə əsas göstəricilər
hidrobioloji nəzarətin regional xidmətinin su ekosistemlərinin ekoloji deqre-
dasiya dərəcəsini xarakterizə edən məlumatlar əsasında qəbul olunur.
Zonanın verilmiş ərazisini seçmək üçün təklif olunan göstəricilərin pa-
rametrləri kifayət qədər uzun müddətli müşahidələrin (üç ildən az olmaya-
raq) materiallarına əsasən formalaşdırılmalıdır.
Nəzərə almaq lazımdır ki, növlərin indiqator əhəmiyyəti müxtəlif
iqlim zonaları üçün fərqli ola bilər.
Su ekosistemlərinin vəziyyətinin qiymətləndirilməsində ixtiofauna üzrə
göstəricilər çox vacibdir, xüsusilə də unikal, xüsusi mühafizə olunan su ob-
yektlərinin və hövzələrinin birinci və əla balıq təsərrüfatı kateqoriyaları üçün.
2.9.5. Qiymətləndirmənin indiqasiya kriteriyaları
Son illərdə səth sularının qiymətləndirilməsində bioinduksiya kifayət
qədər geniş yayılmışdır. O, test - obyektlərin (xərçəngkimilər – dafniyalar,
yosunlar – xlorella, balıqlar - quppi) funksional vəziyyətinə (davranışına)
görə vəziyyətinin si-nifləri üzrə (N, R, B, F) sıralamağa imkan verir. Nəticə-
də suyun keyfiyyətinin inteqral qiymətini alırıq. Həmin qiymətlərdən bu və
ya digər məqsədlər üçün istifadə olunur. Biotest metodunu məhdudlaşdıran
şərtlərdən biri analizlərinin aparılmasının uzunmüddətli olması (96 saatdan
az olmayaraq) və suyun kimyəvi tərkibi haqda informasiyanın olmamasıdır.
Suyun keyfiyyətini təyin etmək üçün biotestlərin istifadə olunmasına misal
aşağıdakı cədvəldə verilmişdir (cədvəl 2.61).
Cədvəl 2.61
Biotestlər əsasında (test-obyektin vəziyyətinə görə) səthi və çirkab suların
vəziyyətinin qiymətləndirilməsi
Qiymətləndirməningöstəricisi
(test-obyekt)
Səth sularının ekoloji parametrləri
N
R
B
F
Xərçəngkimilər (dafniyalar)
Yosunlar (xlorella)
Balıqlar (quppi)
˂ 10
˂ 10
˂ 10
20
20
20
40
40
40
˃ 60
˃ 60
˃ 60
238
Qeyd: dafniya və quppi üçün testləşdirilən suda 96 saat ekspozisiya müddə-
tində ölüm % -i; xlorella üçün - nəzarətlə müqayisədə test olunan suda hüceyrələrin
sayının azalma %-i.
Qiymətləndirmənin resurs kriteriyaları (meyarları). Səth sularının
ehtiyatlarının qiymətləndirmə kriteriyaları kimi müəyyən baseynin sərhədlə-
rində yerüstü axınların rejiminin dəyişməsindən istifadə etmək olar. Vəziy-
yətin sinifləri üzrə sıralanmış, bu kriteriyalar ümumi qəbul olunmuşdur və
onları normativ sənədlərdə istifadə edirlər (cədvəl 2.62).
Cədvəl 2.62
Ehtiyat kriteriyalarına görə səth sularının vəziyyətinin sıralanması
Qiymətləndirmənin göstəricisi
I (N)
II (R)
III (B)
IV (F)
Çay axının dəyişməsi, % başlangıca görə
Eyni zamanda atılan suyun həcmi, m
3
/san
15
5
15- 20
1 – 5
50– 70
1
75
Yoxdur
Səth sularının vəziyyətinin sinifləri üzrə onların dərəcələnməsi ―razı-
laşma‖ ilə həyata keçirilir və mütəxəssislərin tövsiyələrinə əsaslanır.
2.9.6. Yeraltı sular
Yeraltı suların keyfiyyətinin (vəziyyətinin) qiymətləndirilməsi direk-
tiv və normativ sənədlərlə kifayət qədər ciddi reqlamentləşdirilir və YVQ
münasibətə görə müəyyən olunur. Yeraltı suların texnogen çirklənməsinin
miqyasını qiymətləndirmək üçün V.M.Qoldberq hesablamanın müəyyən
fiziki nöqtələrini istifadə etməyi təklif edir: təbii vəziyyətdə yeraltı suyun
keyfiyyəti (C
t
) və içməli su kimi istifadə olunan yeraltı sularda çirkləndirici
maddələrin yol verilən qatılğı (YVQ). Yeraltı suların çirklənməsini xarak-
terizə etmək üçün çirklənmənin sahəsinin ölçüləri də mühüm əhəmiyyət
kəsb edir. Beləliklə, yeraltı suların çirklənməsinin vəziyyəti iki göstərici ilə
təyin olunur – yeraltı suyun keyfiyyəti (C
t
) və çirklənmənin sahəsi ilə (F).
Buna əsaslanaraq, yeraltı suların vəziyyətinin dörd səviyyəsini (sinfini)
ayırırlar:
1.
Nisbi əlverişli (norma). Əsasən yeraltı suların keyfiyyəti C
t
ilə qar-
şılıqlı ölçüləndir, onu keçə bilər, lakin YVQ həddinin çərçivəsindən çıxmır,
başqa sözlə, C
t
˂ C/YVQ; bu zaman çirklənmə sahəsi olmur və ya əhəmiy-
yətsiz ölçülərdə olur (F ˂ 0,5 km
2
).
2.
Neqativ dəyişmələrə meylliyin daima üzə çıxması (risk sinfi).
Yeraltı suyun keyfiyyəti fasiləsiz olaraq pisləşir. O, YVQ-a çatır və ya
onu ötüb keçir, lakin ayrı-ayrı sahələrdə 3...5 YVQ-dan çox ola bilməz
(F = 0,5...5 km
2
).
239
3.
Krizis (böhran) vəziyyəti. Böyük sahələrdə yeraltı suların keyfiy-
yəti xeyli (10 dəfəyə qədər) YVQ keçir, başqa sözlə, YVQ ˂ C/YVQ; bu
zaman çirklənmə sahələrinin ölçüləri 5 - dən 10 km
2
- ə qədər dəyişir.
4.
Fəlakət vəziyyəti (fəlakət). Çirklənmə zonasında yeraltı suyun
keyfiyyəti 10 YVQ - dan çoxdur və yüksəlməyə meyllidir.
Birinci halda hər hansı təbiəti mühafizə tədbirinin həyata keçiril-
məsinə ehtiyac yoxdur; əsas – qanunvericiliyin tələbatlarına riayət etmək və
yeraltı suyun vəziyyətinə nəzarət etməkdir; ikincisində – məhdudlaşdırıcı
tədbirləri nəzərdə tutmaq məqsədəuyğundur, üçüncüsü və dördüncüsündə -
daima xüsusi mühafizə tədbirlərini həyata keçirmək lazımdır.
Yeraltı su ehtiyatlarının qiymətləndirmə kriteriyası kimi bir neçə əsas
göstəricini tövsiyyə etmək olar. Istismar ehtiyatlarının modulu çox mühüm-
dür, hansı ki, lazım gələndə mərkəzləşmiş su təchizatı üçün istifadə olunan
su horizontuna görə differensasiya oluna bilər. Belə məlumatlar işin layihə
hazırlığı mərhələsi üçün çox vacibdir.
2.9.7. Torpağın çirklənməsi və deqradasiyası
Torpağın vəziyyətinin ekoloji qiymətləndirilməsinin kriteriyasının
seçilməsi onların yerləşməsinin spesifikliyi, genezisi, buferliyi, eləcə də isti-
fadəsinin əsas xüsusiyyətləri ilə təyin olunur.
Torpağın çirklənməsinə səbəb olan fəaliyyət növünün üzə çıxması,
müayinə olunan ərazinin miqyası və xarakteri haqda tam təsəvvür verir.
Torpağın vəziyyətinin qiymətləndirilməsində ekoloji əlverişsizliyin əsas
göstərici fiziki deqradasiyanın, kimyəvi və bioloji çirklənmənin kriteri-
yalarıdır.
Ərazinin ekoloji vəziyyətinin kriteriyalarından biri kimi, torpağın
deqradasiyası nəticəsində torpaqdan istifadəyə yaramayan sahəni istifadə et-
mək olar (eroziya, defilyasiya, ikinci duzlaşma, şoranlaşma, bataqlaşma).
Əsasən neqativ proseslər (tikinti işlərində və faydalı qazıntıların açıq üsulla
çıxarılmasında torpaq örtüyünün mexaniki götürülməsi; insanlar tərəfindən
yaradılan eroziya və defliyasiya) torpaq horizontunun pozulmasına səbəb
olur, hansı ki, torpağın deqradasiya kriteriyası kimi qəbul olunur.
Torpağın ekotoksikoloji qiymətləndirilməsi üçün konkret çirkləndirici
maddənin YVQ neçə dəfə keçməsini istifadə etmək məqsədəuyğundur.
Bəzi inqridientlər (məsələn, kadmium) üçün təsdiq olunmuş YVQ olmaması
üzündən torpağın maye fazasında çirkləndirici maddələrin miqdarının təbii
sular üçün YVQ-ın müvafiq qiymətlərinə nisbətindən istifadə etmək töv-
siyyə olunur. Torpağın çirklənməsinin kompleks göstəricisi onun fitotoksik-
liyidir – çirklənmiş torpaqların ali bitkilərin toxumunun cücərməsinə, böyü-
mə və inkişafına təzyiq göstərməsi qabiliyyətidir (test göstəriciləri).
240
Torpağın bioloji deqradasiyasının əlaməti torpaq mikroorqanizmlə-
rinin həyat fəaliyyətinin azalması ilə üzə çıxır, bu zaman aktiv mikrob
biokütləsi azalır, eləcə də daha geniş yayılmış göstərici - torpağın tənəffüsü.
Torpaqda çirkləndirici maddələrinYVQ keçməsinin dəfəliyini onların
hərəkətli formalarına görə qiymətləndirmək lazımdır.
Torpağın ekoloji vəziyyətinin əsaslı göstəricilərindən biri – potensial
münbitliyi xarakterizə edən senozların bioloji məhsuldarlığıdır. Kənd təsər-
rüfatı ərazilərinin torpaqları üçün belə göstərici orta məhsuldarlıqdır.
Ekspert qiymətləndirməyə uyğun olaraq, ekoloji fəlakət zonası üçün
məhsuldarlığın 75%-dən çox, fövqəladə ekoloji hallar ərazisi üçün 50 ...75%
azalmasını qəbul etməktövsiyyə olunur (verilən yer və bitki üçün aqrotex-
niki və aqrokimyəvi tədbirlər kompleksinin keçirilməsi şərtilə).
Baxılan ərazinin çirklənmə dərəcəsinin indiqatoru olan əlavə gös-
təricisi (torpağın, havanın, səthi və yeraltı suların) keyfiyyət üzrə normativ
təlabatlara (pestisidlərin, toksiki elementlərin, mikotoksinlərin, nitratların,
nitritlərin və s. qalıq miqdarı) uyğun olmayan məhsulun payıdır.
Torpağın vəziyyəti haqqında məlumatları, əsas göstəricilər və çirklən-
dirici maddələrin komponent tərkibinə görə informasiyanı birləşdirən, ətraflı
tematik kartoqrafik materiallar kimi təqdim etmək lazımdır.
2.10. Seliteb ərazinin ekologiyası
2.10.1. İnsanlar yaşayan yerdə müasir ekoloji mühitin xüsusiyyətləri
Nisbətən yaxınlarda 10 min il əvvəl, az saylı insan populyasiyaları
onların yaşaması üçün əlverişli olan planetin müxtəlif ərazilərinə keçdilər,
yığıcılıqdan primitiv əkinçilik məhsulları istehsalı ilə məşğul olub daimi ya-
şayış mühiti yaratdılar. Bu yeni proseslər insan və təbii ətraf mühit arasında
qarşılıqlı münasibətlərdə müəyyən dəyişkənliklərə səbəb oldu.
Köçəri həyatdan oturaq həyat tərzinə keçmə, uzun müddət bir yerdə
köksalma ərazinin dəyişməsinə, orada yaşayanların tələbatının uyğunlaşma-
sına gətirdi. Həyat tərzinin dəyişməsi insanın məişətini qurmağa başlaması
üçün stimul oldu, təbii ki, ekoloji məhdudiyyətləri nəzərə almadan.
Son illər yaşayış məntəqələrinin ekologiyasına böyük diqqət ayırırlar,
lakin yaşayış yerlərinin şəraitinin pisləşməsi inoli və kritik vəziyyəti, çox-
dan başlayıb. İ.B.Lamark hələ 1820-ci ildə demişdir ki, insan yaranandan,
əvvəlcədən yer kürəsini yaşayış üçün yararsız vəziyyətə salmaqla öz nəslini
kəsməyə çalışır. Son onilliklər geniş faktiki materiallar verir insan fəaliy-
yətinin nəticələrinin təbii sistemlərlə qarşılıqlı münasibətlərində məlum
ölçüdə insan fəaliyyətindən ilkin biosferin biotexnosferə və biosferə keç-
məsinin perspektivləri haqda düşünməyə imkan verir.
241
Biosferin başlıca həyatıi əhəmiyyətli funksiyalarından biri-canlı orqa-
nizmlərə yaşayış yeri verərək, insanlara məskunlaşmasını təmin etməkdir.
Bu zaman şəhər və kənd əraziləri düşünülür, hansı ki, öz növbəsində
müxtəlif qruplara ayrılır (cədvəl 2.63).
Cədvəl 2.63
Əhali sayından asılı olan məskunlaĢma qrupları
Məskunlaşma qrupları
Əhali, min adam
Şəhər
Kənd məskunlaşma
Ən iri (böyük)
1000-dən artıq
-
İri (böyük)
250-1000
3...5
Böyük
100-250
1...3
Orta
50-100
0.2...1
Kiçik (o cümlədən şəhər tipli
qəsəbələr)
10-50
0.05...0.2
Ənənəvi olaraq daha çox yayılmış yaşayış yerləri (şəhərlər və kəndlər)
ekoloji problemlərinin miqyasına və intensivliyinə görə fərqlənirlər.
Rusiya əhalisi 1087 şəhərdə və 2022 şəhər tipli qəsəbədə yaşayır.
Нəm də şəhər əhalisi 73% (108,1 mln adam), kənd əhalisi - 27% (39,9 mln
adam) kəndlərdə ucqar kəndlərdə və xutolarda yaşayırlar.
Müxtəlif tip təbii sistemlərdə insanların məskunlaşması insan həyatı
üçün optimal şəraitin formalaşmasını və qorunmasını özü-özlüyündə diktə
edir.
Bitkiçiliyin ayrıldığı, bütövlükdə əkinçiliyin inkişaf etməyə başladığı
dövrdən insanlar məskunlaşdığı ərazidə qayda yaratmağa çalışırdılar. Yaxın
Şərq ölkələrinin qədim sivilizasiyaları, xüsusən Yunanıstan və Romada əra-
zinin əlverişli qurulması üçün sonrakı nəsillərə gözəl arxitektur və injinerlik
mədəniyyəti qoyublar.
Sivilizasiyanın inkişafı qəti olaraq, insanları başa saldı ki, məskun-
laşma təbii şəraitdən kənarda, onlardan asılı olmadan formalaşa bilməz. Bu
cür baxışların elmi əsasını sosiloji və gigiyenik tədqiqtlar təşkil edir. Tə-
biətlə münasibət insan psixikasına yaxşı təsir edir, onun iş qabiliyyətini artı-
rır, möhkəm sağlamlığın və çoxillik yaradıcılığın mühüm səbəbidir.
Yaşayış məntəqələrinin funksional zonalaşması xüsusi ekoloji əhə-
miyyət kəsb edir: seliteb zonalar, istehsal zonaları və landşaft-rekreasiya
zonaları.
Akademik S.S. Şvarts qeyd edir ki, bız və bizim çox da uzaq olmayan-
nəsillərimiz təbii parkların yaradılması ilə kifayətlənə bilməzlər. İnsan özü
isə Müasir sanitar texnika ilə silahlanmış (kondensionerlər), daş cəngəllik-
lərdə yaşayacaq. Tutaq ki, biz sintetik ərzaq hazırlamağı öyrəndik, O
2
- 1ə
242
bizi kimya sənayesi təmin edir, texnika bütün planetin optimal hidroloji reji-
mini saxlayır. Bütün bunlar texnikanın kolossal inkişafını təmin edir, prin-
sipcə bu mümkündür. Bu halda biz "təbiətsiz" keçinə bilərikmi? Tədqiqatçı
ekoloqların fıkrincə (RXorents, N.Tinberqen, K.Friş) һəг bir növ canlı üçün
müəyyən davranış stereotipi xarakterikdir. Onların һəг biri öz nəslini müəy-
yən mühitdə (tək fiziki mənada deyil, һəm də psixoloji mənada) yaşada və
davam etdirə bilirlər. Mühüm psixoloji aspektindən canlıların heç bir növü
azad deyil. S.S.Şvarts qeyd edir ki, insanın əsəb sistemi "təkamülcə-adət
olunmamış" şəraitə daha yüksək adaptasiya olmaq qabiliyyətilə, başqa can-
lılardan çox fərqlənir. Bununla belə insan mühitin psixofizioloji təsirindən
azad deyil. Təbiət insanın psixofıziolqji vəziyyətini təmin edən yeganə "adət
olunmuş" mühitdir, hansı ki, ən yaxşı Ammitasiya da onu əvəz edə bilməz.
Şeliteb zona - yaşayış massivləri, ictimai binalar, eləcə də ayrı-ayrı
ekoloji kommunal və sənaye obyektləri üçün (təhlükəsiz və sanitar mühafizə
zonası tələb etməyən), şəhər daxili əlaqə yollarının qurulması, küçələr, mey-
danlar, parklar, bağlar, sahillər və s. üçün nəzərdə tutulmuş məkandır.
Ekoloji tələbbri nəzərə almaqla seliteb zonanın formalaşdırılması və
əsaslı təş-kili aşağıdakıları nəzərdə tutur:
-
verilmiş rayonun (ümumi klimatik və landşaftdan başlayaraq) ümu-
mi ekoloji parametrlərinin qeydiyyatı; (uçotu);
-
ətraf mühitin vəziyyətinin seliteb kompleksin deqradasiyası ilə mü-
qayisəli analizi;
-
mühəndis-ekoloji xüsusiyyətlərin istifadə olunması (ərazinin ekoloji
tutumu, təbii kompleksin biogeokimyəvi aktivliyi, demoqrafik tutum, çoxal-
ma qabiliyyəti və s).
-
hava və su baseynlərinin mühafizə dərəcəsi, torpaq-bitki örtüyünün
sənaye obyektlərinin texnoji təzyiqindən mühafizə dərəcəsi, nəqliyyat sis-
temləri, əkinçiliyin kimyalaşması prosesləri, məişət və heyvandarlıq tullantı-
larının daşınması və utilizasiyası, xüsusi təhlükəli maddələrin zərərsiz-
ləşdirilməsi (radioaktiv, yüksəkzəhərli, kanserogen).
Şeliteb zona ərazisindən istehsal və nəqliyyat obyektlərini (ekoloji
nöqteyi-nəzərdən yol verilməz mənfi təsir edənləri) çıxarmaq lazımdır, ağır
məişət tullantıları problemlərini həll etmək, ekoloji təlükəli obyekləri (avto-
zapravkaları, elektrik xətlərini) əhaliyə minimum təsir edən optimal vəziy-
yətdə yerləşdirmək; səs-küy, vibrasiya təzyiqlərini azaltmaq və sözsüz, məs-
kunlaşma yerlərinin (xüsusi şəhərlərdə) təbii sistemlərinə münasib və kons-
truktiv qayğı vacibdir.
Şəhərlərin müasir istehsal vəziyyəti və digər infrastrukturlaı böyük
ərazilər tələb edir: məsələn, havanın, suyun, torpağın əlverişli ekoloji vəziy-
yətini saxlamaq üçün (cədvəl 2.64.).
|