2.8. Vermikultura və biohumus. Hazırlanması və
tətbiqinin ekoloji aspektləri
2.8.1. Vermikulturanın xarakteristikası
Kənd təsərrüfatı ekologiyasının qarşısında duran əsas vəzifələrdən biri
biogeosenoji örtüyün və onun ayrılmaz hissəsi olan aqroekosistemlərin har-
monik inkişafının optimal sxeminin yaradılmasıdır. Əgər son 15-20 ilin
nəticələrini obyektiv qitymətləndirsək, kənd təsərrüfatı istehsalının məhsul-
darlığını yüksəltməyin çətin olduğunu görərik. Bunun birinci səbəbi-antro-
pogen texnologiyalarla ekoloji sistem qanunları arasında dərin uyğunsuzluq
olması, bu və ya digər təbii komplekslərində tətbiq olunan texnologiyaların
təsirinin qiymətləndirilməsinin olmamasıdır. Torpağa bu cür münasibət çox
qədimlərdən mövcuddur. Hazırda onun məhsuldarlığında proqress var, eyni
zamanda bu məhsuldarlığın daimi mənbələrinin dağılmasının proqressi də
mövcuddur. Qəbul etməmək olmaz ki, bu tezis bizim zəmanəmizdə öz əhə-
miyyətini itirməyib, əksinə, kifayət qədər geniş təsdiqini alıb, çoxplanlı
neqativ ekoloji hadisələrdə reallaşıb.
Yuxarıda deyilənlər aqroekosistemlərdə məhsuldarlıq prosesinin sis-
temli idarəolunmasının vacibliyindən danışır. Bunun əsasını qoyan təbii
(biotik və abiotik) sistem əmələ gətirənlərin mövcud uçotu, onların funksi-
210
yalarının və inkişafının xüsusiyyətlərinin savadlı qiymətləndirilməsidir.
Məhsuldarlıq prosesi əlbəttə çox mürəkkəb dinamik sistemmdir. Hansı ki,
qarşılıqlı əlaqədə olan ayrı-ayrı yarımsistemlərdən 600 fərd yaşayır, onda 1
ildə qurdların emal etdiyi torpaq 400-600 t/ha olar.
Qurdların təbii şəraitdə yaratdıqları kaprolitlərin miqdarı nəhəngdir.
Moskva ətrafında, məsələn çoxillik otların tarlasında boz torpaqlarda (180
qurd 1 m
2
-də) 1 ildə 53 t/ha karolit formalaşır. Orta Asiyada N.A.Dimonun
fikrincə 1 m
2
-də 150 fərd olmaqla illik kaprolit məhsulu 120 t/ha-ya çatır.
2.8.2. Biohumus və onun aqroekoloji qiymətləndirilməsi
Qurdlardan istifadə əsasında alınan preparatlar biohumusdur. Qurdla-
rın becərilməsi əsasında ən qiymətli üzvi gübrələr hazırlanır, onlar da «bio-
humus» adını almışlar. (Bu qurdlar tərəfindən emal olunan məhsulun rek-
lam adıdır).
Biohumus -torpaq ətri verən qəhvəyi-böz rəngli kəltənvari mikro-
qranulyar maddədir.
Biohumusun tərkibində bitkinin qidalanması üçün lazım olan yaxşı
balanslaşmış və yüngül mənimsənilən formada maddələr var. Quru üzvi
maddənin orta miqdarı biohumusda 50 %, humus -18 %, mühitin reak-
siyası, bitki və mikroorqanizmlər üçün əlverişii olan pH 6,8-7,4, ümumi
azotun orta qiyməti 2,2 %, fosfor 2,6%, kalium 2,7 % və s. Bundan başqa
biohumusda praktiki olaraq bütün vacib mikroeleınentlər v.ə bioloji aktiv
maddələr tapılmışdır, hansı ki, tərkibində fermentlər, vitaminlər, hormonlar,
auksinlər, heteroauksinlər və s.
Biohumusun ən yaxşı nümunələrinin 1 q-da bir neçə milyardlar mikro-
orqanizm tapılıb, hansı ki, peyində tapılan mikroorqanizmlərin miqdarını də-
fələrlə örtüb keçir (təxminən, 150...350mln hüceyrə). Biohumus yüksək
frmentatıv aktivliyi ilə tərqlənir, xüsusən də oksidereduktaza fermenti ilə.
Qeyd etmək lazımdır ki, biohumusda olan üzvi maddələr əhəmiyyətli
miqdarda humin turşuları (31,7. . . 41,2%) və fulvioturşularla ( 2 2 , 3 . . .
34,8%) özünü göstərir.
Humin turşuları arasında ə n qiymətli fraksiya Ca humatları (43,3
. . . 47,6%). Vermikompost fulvat-humat tipli humus (C
q.k
:С
f.к.т.
=1,18. . .
1.42) torpağın aqronomik qiymətli strukturunu formalaşdırır. Biohumusda
olan qida elementləri, torpağın mineral komponentləri ilə qarşılıqlı təsirdə
olan, mürəkkəb kompleks birləşmələr formalaşdırır. Buna görə onlar
yuyulmadan mükəmməl qorunur, suda tədricən həll olıır, bitkinin uzun
müddətli qidalanmasını təmin edir ( 2 . . . 3 ildən az olmayaraq). Qorodniy və
211
başqaları (1990) hesab edir ki, 1 t biohumusda 45 k q qida elementləri
(NPK.) olur v ə çox vaxt biohumus öz qidalılıq dərəcəsinə görə üzvi
gübrələri ötüb keçir. Biohumusda qranulların ölçüsündən asılı olaraq
aşağıdakı növlərə ayrılırlar.
Moder (qranul 0,3. . . 0,7 m m ) biohumusun yumşaq fraksiyalandır.
Onu bostan, parnik, istıxana və oranjereya bitkilərinin yemləndirilməsində
istifadə edirlər.
Моr-(qranul 0,7. . . 1mm)-biohumusun ən iri fraksiyasıdır. Bitkiçilikdə,
bostan və bağçılıqda tətbiqi nəzərdə tutulub. Onun əkin cərgələrinə, xəndək
və yuvalara tətbiq edirlər.
Mul -(qranul 0,1 mm-ə qədər) - Humusun ən xırda fraksiyasıdır (və уa
humus unu). Torpağa tətbiqində tezcə həll olur və bitki tərəfindən mənim-
sənilir. Əlavə yemləmədə (tətbiq olunur), bitkilərin «müalicəsində», yenidən
basdırılmada stress vəziyyətini götürmək üçün, eləcə də bitkı becərilmə-
sində tez effekt alınmasında tətbiq olunur.
Biohumusun keyfiyyəti beynəixalq standartlara uyğun qiymətlən-
dirilir, hansı ki, aşağıdakı tələblər nəzərdə tutulur:
Nəmlik %-lə 30....40
Üzvi maddə %-lə 20.....30
Suda həll olan duzlar %-lə 0,5
pH 6,5....7,5
Ümumi azot %-lə 1,5 –dən az olmayaraq
P
2
O
5
1,2...1,5
K
2
O 1,1...1,2
C:N 15
Mg, % 1
Ca, % 4
Qeyd: 1. Biohumusda bioioji emal olunmayan maddələr olmamalıdır (pölimer, daş,
şüşə); çoxalmağa qabil bitkilər. 2. Biohusun tərkibində insanda patoloji xəstəlikiər
oyadanların mümkün olan ölçüləri, ekzemplyar/1 ha-da: fekal. streptokok - 10; koliform 10:
salmonella 20 q-da tapılmır.
Biohumusun ən qiymətli xüsusiyyətiəri tətbiq oiunduqda onun kənd
təsərrüfatı bitkiiərinin məhsuldarlığının formalaşmasında faydalı olmasıdır.
Alınmış məhsulun keyfıyyətinin yaxşılaşdırılmasını stimulə edir. Aydınlaş-
dırılmışdır ki, məsələn, biohumusun hesabına dənlilərin məhsul artımı 30-
40%, kartof -- 30 ... 70 % və tərəvəz - 35...70 % olur. Biohumusun təsirin-
dən məhsul keyfiyyətinin yaxşılaşmasına misal ola bilər meyvə və tərə-
vəzlərdə С vitamininin miqdarının artması (mq/100 q). (cədvəl2.49)
212
Cədvəl 2.49
Biohumusun С vitaminin miqdarına təsiri, mg/100 qr; müxtəlif kənd
təsərrüfatı məhsullarında peyin və mineral, gübrələrin tətbiqi ilə müqayisədə
Bitki
Biohumus
Pevin + mineral gübrə
Kartof
Çiyələk
Bibər
Lobya
Alma
48
90
320
43
32
15
52
150
10
5
Bütün bitkilər üzrə «peyin + mineral gübrə» forması kəskin geri qalır.
İllik meteoroloji şəraitindən asılı olaraq dəyişir biohumusun
məqsədyönlü tətbiqi əsaslı fərqlənir.
Biohumusa olan tələbatına görə bitkiləri bölürlər:
yüksək tələbkarlılar, zəngin karbohidratlar; bura aiddir kartof, kök,
çuğudur (yem, şəkər və mətbəx), meyvələr; bu bitkilərin yemləməsinə bio-
humusun tətbiq etdikdə məhsul artımı 35 % və daha artıq olur.
yaxşı tələbkarlılar; bu qrupa bütün dənli bitkilər (payızlıq və yazlıq
buğda, yulaf, arpä, düyü, darı, qreçixa, qarğıdalı dən üçün, sorqo); biohu-
musa yaxşı reaksiya verir və məhsül artımı 25 %-dən çox olur.
orta tələbkarlılar - paxlalı bitkilər (noxud, yem paxlası, nut, soya,
mərcimək), eləcə də donnik, yonca, triqonella, xaşa (esporset) və b. bio-
humusa münasibət kafidir, məhsul artımı 15 %-ə qədər.
zəif tələbkarlılar - yağlı və efiryağlı bitkilər (günəbaxan, raps, ko-
riandr və s.), biohumus zəif reaksiya verir. Bu qruppa üzrə şəraitin əlavə
tədqiqi, (tələb olunur) dozası müddəti və tətbiq üsulu biohumus hansı ki,
tətbiq effektli olacaq.
Yağış qurdları tərəfindən -1 t üzvi qalığın emalı, quru maddəyə çevir-
dikdə - 600 kq biohumus, 400 kq tam keyfiyyətli zülal kimi qurdların bio-
kütləsində toplanır. Rusiyada üzvi gübrələrin illik istehsalına əsasən (500
mln.t), bir şərtlə ki, onun emalında 300 mln.t-na yaxın biohumus, hansı ki,
11 mln.t-dan çox N və K və 20 mln.t P təsiredici maddəyə hesabı ilə, dənə
çevirdikdə 100 mln.t bitkiçilik məhsulu və 2,5 mln.t yüksək keyfıyyətli
zülal əlavələri deməkdir.
Toplanılan materialların analizi və ümumiləşdirilməsi nəticəsində
biohumusun əsas aqroekoloji xüsusiyyətləri formalaşdı:
Biohumus müxtəlif kənd təsərrüfatı bitkilərinin böyüməsinə,
inkişafına və məhsuldarlığına təsirdə ənənəvi üzvi gübrələri üstəiəyir;
213
Biohumusda qida elementləri üzvi formulada yeriəşir ki, bu da
onların yuyulmasının qarşısını alır, yuyulmağa qarşı uzunmüddətli təsirini
gücləndirir;
Biohumusda qida elementlərinin mənimsənilməsi daha çoxdur, belə
ki, bitkiyə lazım olan elementlərin bir çoxu yaxşı mənimsənilən formada
olur;
Biohumusun olması ilə formalaşan mühitin optimal reaksiyası öz
növbəsində bitkinin inkişafı üçün daha əlverişli şərait yaradır;
Biohumus yüksək buferliyi ilə xarakterizə olunur, buna görə torpaq
məhlulunda duzların artıq qatılığı yaranmır, hansı ki, adətən yüksək dozada
mineral gübrələri tətbiq etdikdə baş verir;
Biohumusda faydalı mikrofloranın çoxluğu, onun ali bitkilər üçün
qidalılıq və fıtosanitar əhəmiyyətini artırır;
Biohumusda alaq bitkitərinin toxumunun olmaması alaq otları ilə
mexaniki və kimyəvi mübarizənin vacibliyini minimuma çatdırır;
Biohumusda bioloji aktiv maddələrin olması (auksinlər, heteroauk-
siniər və s.) bitkinin stress vəziyyətini azaldır, xüsusən şitillərdə yaşama
qabiliyyətini artırır, toxumların cücərməsini sürətləndirir, bitkinin xəstə-
likldə qarşı dözümlüyünü artırır və s.
Ekoloji təhlükəsiz kənd təsərrüfatı məhsulları istehsalı üçün biohu-
musun prolonqir (uzunmüddətli) təsirli gübrə kimi tətbiqinin perspek-
tivləri. Yağış qurdlarının «torpaq-bitki» sistemində toksikantların təsirini
dəyişmək xüsusiyyəti yaxın konsentrasiyalarda maddələrin bioloji dövranını
azalmaq, canlı orqanizmiər üçün təhlükə yaradan, biohumusım köməyi ilə
ekoloji təhlükəsiz kənd təsərrüfatı məhsullarının almağa kömək edir. Belə
ki, hətta biohumusda ağır metallar olarsa, xəlitə tipli birləşmələrin tərkibin-
də olduğundan bitkilər tərəfindən çox az mənimsənilir. Qurdların və biohu-
musun torpaqda və üzvi gübrələrdə tapılan radionuklidləri birləşdirmək
imkanları müəyyənləşdirilmişdir, həmçinin ağır metalların bitkilərə daxil
olmasını kəskin azaltması. Ural ETKTİ-nun məlumatlarına görə 6 t/ha
biohumus verməklə kartof yumrularında radinuklidlər 5...9 dəfə azalıb.
Biohumusun kənd təsərrüfatı məhsullarının tərkibində nitratların miqdarının
azaltmasına müsbət təsiri və məhsuldarlığı artırmaqla, qidalılıq dəyərinin
yaxşdaşdırması da müəyyənləşmişdir. Məsələn, istixana qruntuna 20%
biohumusun verilməsi (fraksiya <3 mm) (pomidor və xiyar) məhsuldarlığını
10-30% artıb. Bu zaman С vitaminin miqdarı 8-23% artıb, nitratların miq-
darı 19-60% azalıb. Oxşar hadisə qarğıdalı becərilməsində də müşahidə
olunub.
Vermikulturanın heyvandarlıqda və tibbdə qida məhsulu kimi isti-
fadə imkanları. Ölkəmizin və xarici tətqiqatların sübut etdiyi kimi, vermi-
214
kultura biohumus istehsal etməklə yanaşı, təsərrüfat yönümlü müxtəlif
istiqamətli istifadə üçün perspektividir. Biokütlənin yüksək qidalılıq dəyəri,
bir sıra xəstəliklərin yaranmasına və inkişafına mane olan bir çox maddə-
lərin olması buna təminat verir. Vermikulturanın heyvandarlıqda istifadəsini
nəzərə alıb, 1 t üzvi qida, əvvəl deyildiyi kimi, qurdlar-emal etdikdə 600 kq
humusdan başqa 100 kq qurdların biokütləsində toplanır. Qurdların toxma-
larında quru maddə 17-23% təşkil edir. Proteinin miqdarı 60%. lipidlər -
6...9 %, azotlu ekstraktiv maddələrin 7-16 %-ə çatır. Qurdların bədənində
müvafıq emal etdikdən sonra zülal unu hazırlanır ki, aminturşuları tərkibinə
görə ətə yaxındır, qlitsin istisna olmaqla, bütün əvəzolunmayan amin-
turşuları onun tərkibində daha çoxdur. Kənd təsərrüfatı heyvanların və quş-
ların qida rasionuna qurdların biokütləsinin əlavə olunması məhsul çıxımı-
nın artmasına və onun keyfiyyətinin yaxşılaşmasına gətirir. Belə ki, 104 gün
ərzində rasiona 1% qurd biokütləsi əlavə edildikdə, toyuqların yumurtaması
20 % artır. Eyni zamanda proteinin miqdarı çoxalıb. İnəklərin qida rasio-
nuna 0,5 kq təzə qurd biokütləsi əlavə etdikdə süd sağımı 22% artır. Qurd-
ların biokütləsində və tərkibində proteinin miqdarının yüksək olmasına
xüsusi fikir vermək lazımdır, hansı ki, 68-82% arasında tərəddüd edir. Bəzi
tədqiqatçılar hesab edir ki, yüksəkqiymətli zülalın sənaye üsulu ilə intensiv
istehsalı üçün təbiətdə onların analoqu yoxdur.
Vermikulturanın tibbdə, farmakologiyada, kosmetika sənayesində
tətbiqi maraqlıdır. Qurdların müxtəlif tipli ekstraktları tibbi preparatlar kimi
istifadə olunur, dəri üçün qoruyucu kosmetika kimi və s. Belə ki, vermi-
kulturadan alınan ekstraktlar əsasında maz hazırlanıb ki, ekzema, lişay aşağı
ətrafların varikoz xorasında effektlidir. Göz xəstəliklərində istifadə olunan
preparatlar alınmışdır və s.
Çin təbabətində torpaq qurdların 2 mln ilə yaxın istifadə olunur, artıq
son vaxtar burada müasir metod və texnologiyalarla virusəleyhinə və şiş-
əleyhinə zərdablar hazırlanır.
Hesab olunur ki, vermikultura zülal tərkibinə görə heyvan əti və balıq-
dan, soya paxlasından, dəndən, quru süddən çox üstündür, ancaq qida
əlavəsi kimi effektiv istifadə olunan göyyaşıl yosunla müqayisə etmək olar.
Kənd təsərrüfatında qurdlardan istifadə əsasında istehsalın qapalı
dövriyəsini yaratmağın perspektivləri. Ölkəmizirn və xarici tədqiqatçıları-
nın sübut etdiyi kimi, yağış qurdlarının universal xüsusiyyəti iınkan verir ki,
onlardan tullantrsız texnoloji proseslərin işlənməsi və tətbiqində istifadə
edək. Ən çox aprobasiya almış belə tstiqamətlərdən biri üzvi tullantıların,
hər şeydən əvvəl heyvandarlıq kompleksləri və ferma tüllantılarının anaerob
emalıdır.
Müxtəlif tullantıların anaerob emalında çoxlu miqdarda qaz ayrılır ki,
215
istixanaların, kotelnilərin qızdırılmasında istifadə etmək olar.
Qıcqırmış peyin, analizlər sübut edtr ki, yüksək effektli gübrələrdir.
Məsələn, «Kotovo» fermasında (Moskva vilayəti, «İstrinskiy» sovxozu) pe-
yinin qıcqırmasından sonra N 1.00% mənimsənilən formaya keçir, P 70%,
K. - 80%, patogen mikroorqanizmlər və helmintlərin yumurtası məhv olur,
alaq otların toxumları da məhv olur, ağır metalların duzları daha az mənim-
sənilən formaya keçir. 2.24 şəklində bioenergetik təcrübə qurğusunda peyi-
nin anaerob emalı texnologiyası göstərilib.
ġəkil . 2.24 Bioqazın alınmasının klassik üsulu
Vermikultura getdikcə daha çox ölkələrdə istifadə olunur. Məsələn,
Fransada «Vermikompost» birliyi işləyir ki, gün ərzində 150 t müxtəiif: üzvi
tullantı 15-16 ha sahədə qurdların köməyi ilə emal olunur.
Qurdların sənaye üsulu ilə çoxaldılmısının əsas prinsip və üsulları
Sənaye üsulu ilə qurdların çoxaldılmasını 2 istiqamətə ayırmaq məq-
sədəuyğundur. Birincisi biohumusus almaq məqsədilə qurdların çoxaldıl-
ması, ikincisi - onların yenidən çoxaldılması, ana becərmə.
Bu vəzifələrin müvəffəqiyyətli həlli üçün kompleks tələbatlara riayət
etmək və bir sıra əməliyyatlar aparmaq lazımdır. Qurdları həm açıq, həm də
qapalı çoxaltmaq olar. Çoxsaylı qurd növlərindən çoxalma üçün ən yaxşısı
qırmızı hibriddir (kommersiya adı «Kaliforniyalı»). Ümumiyyətlə intensiv
İyumbrikulturada 3 növ daha çox işlənir: Eisenla foetida. Lombricus
rubellus və Qırmızı hibrid (1947, Heqq Karter). Qurdların becərilməsində
216
əsas texnoloji vasitə uzunu 2 m, eni 1 m, hündürlüyü 0,40,6 m olan üzvi
qidalı kütlədən ibarət ləklərdir. Bir yatağın sahəsi 2 m2-dir. 1 yatağa il
ərzində 1,0-1,2 ton üzvi kütlə tələb olunur. 1 ha faydalı torpağı tutan 1200
yataqdan ibarət olan vermitəsərrüfat optimal hesab olunur.
Bir yuvada qurdların optimal sıxlığı 50-100 min yaşlı və cavan qurd,
eləcədə içərisində yumurta olan baramalar. Müəyyən olunub ki, çox halda
vermikulturanın məhsuldarlığı yataqların məskunlaşma sıxlığından asılıdır.
Əgər sıxlıq artıqdırsa, qurdların oyanıqlığı artır və stress yaranır, yerdəyiş-
məsinə səbəb olur ki, onların çoxalmasıba mənfı təsir edir. Aşağı sixlıqda da
qurdların məhsuldarlığı və biohumusun çıxımı azalır. Ana qurdların çoxal-
dılmasında standart yataqlardan istifadə olunur. Bu zaman sıxlıq 1 m2-də
1,5-2,0-dən 10-12 min fərd ola bilər. Son məqsəddən asılı olaraq substratın
məskunlaşma sıxlığı müəyyəniəşdirilir. Aydmlaşdırmaq lazımdır ki, vermin
təsərrüfat qurdları çoxaldacaq, yoxsa biohumus istehsal edəcək, ya da hər
ikisini eyni vaxtda edəcək. Yataqların sayını, onlardakı qurdların sayını
bilərək yaş qruplarına görə (təxminən, cavan fərdlər -60,1%, yaşlı fərdlər
21,8%, baramalar -19,1%-ə) populyasiyanın orta tərkibinı bilərək, hər bir
konkret halda tələb olunan yemin kütləsini təyin etmək olar.
Qurdları üzvi maddələrlə yemləyirlər, hansı ki, bura məişət və başqa
tullantılar, lil, peyin, çirkab suları və s. aiddir ki, onlardan dənəvər struktııra
yaratmaq üçün müxtəlif nisbətdə bərk üzvi komponentlər -tamamlayıcılar
əlavə olunur. Bu ağac qabığı, yarpaq (təzə xvoyadan başqa) və s. ola bilər.
Hesabda, təxminən 100 min qurda 1000 kq/ha-ya yaxın substrat tələb
olunur.
Substrat qurdlar üçün iki qat əhəmiyyət kəsb edir: birincisli о qurdlara
yaşayış yeri kimi xidmətedir, ikincisi, bu qidadır, onların həyat fəaliyyətinin
müəyyən səciyyəsini təmin edir. Substratın strukturuna və onun kimyəvi
parametrlərinə xüsusi tələbatın olması təsadüfi deyil: nəmlik 70-80%; metal,
şüşə, daş və s. kimi cisimlərin olunması yolverilməzdir, mühitin neytral
reaksiyası (optimal 6,8...7,2) olmalıdır, dəmir oksidləri 10 %-dən çox olma-
malıdır.
Qida substratına aqroekoloji tələbat. Qidalı substrat yarımmaye
konsistensiyalı (olmalıdır) və yaxşı xırdalanmış olmalıdır, belə ki, ən böyük
hissəcik 1 mm-ə qədər ölçüdə olmalıdır ki, kaliforniyalı qurd uda bilsin.
Hesab edirik ki, öz bədən çəkisinə bərabər qida qəbul edır (1 q-a yaxın);
40% qida mənimsənilir, 60%-i isə kompolitlər formasında ifraz olunur.
Yemin miqdarı təbii ki, onun təbiəti ilə müəyyənləşir. Substratın key-
fiyyəti ona bağ və meyvə tərəvəz tullantıları 10% əhəngli tullantılarla birgə
(nəcis, əhəng, təbaşir və s. əlavə etməklə) əlavə etdikçə yüksəlir.
Substratın yararlığının əsas şərti onun eynicinsli və yaxşı havalanması
217
(aerasiya), eləcə də С : N nisbətidir. Hazır substratda С : N = 20 olmalıdır.
Hansı üzvi maddənin istifadə olunmasından asılı olmayaraq substratda 20 -
25%-dən az olmayaraq sellüloza, saman qırıntıları formasında, karton, kağız
və b. olmalıdır. (Qoradniy və b., 1990).
Qeyd etmək lazımdır ki, substratın tərkibində 45%-dən çox olduqda
qurdlar üçün letal nəticə verir. Qurdlann yemində bu maddənin miqdarı 25
30 %-clən çox olmamalıdır.
Substratın fermentasiyası. Hazırlanan substrat fermentasiya mərhəl-
əsini keçəndə onda olan helmintlərin yumurta və sürfələri, eləcə də alaq
otların toxumları məhv olur. Fermentasiyanı həm təbii, həm də sürətlən-
dirilmiş rejimdə aparmaq olar. Təbii rejimdə üzvi tullantıların növündən ası-
lı olaraq 6-7 ay proses davam edir. Sürətləndirilmiş rejimdə bu müddət 1-3
ava qədər qısalır. Fermentasiyanı tezləşdirmək üçün qalıqlara buralara yığır,
sonra boru ilə üstünə 50-60°C temperaturda isti buxar vurulur. Özü qızış-
mağa imkan olmayan substrat 20-30 sm qalınlıqda sərilir və 1,0-1,5 m
enində, tam isladılaraq 70-80% nəmləndirilir. Sonra 10-15 gün saxlanılır.
Bundan sonra 1 m2-ə 1,5-2,5 min fərd olmaqla qurdlar məskunlaşdırılır.
Substratın nəmllyini qorumaq üçün onu doğranmış saman və ya xaşa ilə
örtürlər.
Fermentasiya prosesində kimyəvi reaksiya gedir, nəticədə peyində
olan sidik və hippur turşusu. parçalanırlar, (NH
4
)
2
СОз-a keçir. Hansı ki,
NHз, C0
2
və Н
2
0 ayrılır.
C
6
H
5
CONHCH
2
COOH →(NH
4
)
2
СOз →NH
3
+ CO
2
+ Н
2
O
Baza substratın əlverişliyinin son nəticəsi «50 qurd nümunəsi» ad-
lanır. Əgər gündüz və ya güclü süni işıqlandırmada az miqdarda substrat da
yerləşdirilmiş 50 qurd nümunəsi həmin dəqiqə substratın dərinliyinə girib 1
sutka gizlənsə, deməli substrat qurdlanma üçün hazırdır. Qurdların təsirin-
dən substratın parçalanmasının sürəti, peyinin yetişməsi sürətindən 2-3 dəfə
artıqdır.
Vermikulturanın qışda becərilməsi. Qışda qurdların qapalı isidilmiş
sığınacaqlarda (10°C) saxlanması arzu olunandır. 7°C temperaturda qurdlar
anabioz vəziyyətinə düşməyə başlayır. Qış dövründə ən münasib yem
tərkibində - 20% -dən az olmayaraq küləş olan peyindir.
Vermikulturanın həyatyanı sahələrində və yaylaqlarda hazırlanması
Vermikulturanı böyük müvəffəqiyətlə fərdi torpaq sahələrində
tullantıların (bitki qalıqları, budaqlar və s.) emalı üçün tətbiq etmək olar.
Bunun üçün tullantılarn topa ilə yığılır, nəmləndirilir və çürmək üçün
218
saxlanılır.1....1,5 aydan sonra qızışma prosesi sona çatır və qurdlar həmin
kütləyə yerləşdirilir (1m
2
min fərd olmaqla). 3..4 ay keçəndən sonra
kompost hazır olur(substratın keyfiyyətinə və yaranmış şəraitdən asılı
olaraq)
Qurdları kompostdan ayırmaq üçün kifayət qədər sadə üsuldan istifadə
olunur. Vermikompost topasının yanında təzə tullantılardan ibarət yeni topa
düzəldilir., bu zaman qurdlar sürünərək qida dalınca bura gəlir. Eyni
zamanda 2 mm ölşülü metal ələkdən istifadə etmək olr, ələdikdə torpaq
ələkdən keçir, qurdalr ələkdə qalır.
Yağış qurdlarının ziyanvericiləri. Yağış qurdlarının heç bir müdafiə
orqanları yoxdur, buna görədə istənilən heyvanın hücumuna məruz qalırlar:
siçan, siçovul, ilan, qurbağa, quş. Köstəbəklər xüsusilə təhlükəlidir. Buna
görədə qurdlar çoxaldəılan zaman müxtəlif hasarlar istifadə olunur.
Məsələn, metal tor. Hansı ki, adı çəkilən düşmənlərin içəri keçməsinə mane
olur. Toru lyümbrisid çoxaldılan ləkin ətrafında qururlar. Müəyyən
təhlükəni mərəyəmqurdu, güvə, qarşıqalar yaradırlar belə ki əsasən yemin
tərkibində olan yağlar və karbohidratlarla qidalanır və qurdlara rəqib olurlar.
Yağış qurdlarının parazitləri arasında milçəklər, xüsusilə də Polenia
rudis xüsusi yer tutur. Qurdaların digər zərərvericisi nematodlardır.
Beləliklə, vermekulturanın hazırlanmasına perspektivli istiqamət kimi
baxmaq olar. Hansı ki, kənd təsərrüfatının istehsalının ekoloji əsaslarla
formalaşmasına və inkişafına şərait yaradır.
Vermikultura köməyi ilə tullantıların emal məhsulların gübrə kimi
istifadəsi kənd təsərrüfatı yönümlü torpaqların qida maddələrilə
zənginləşdirilməsinə çəkilən xərcləri azaldır. Bu zaman ekoloji təhlükəsiz
məhsulun alınması imkanı yüksəlir və ən vacib olan isə: böyük həcmdə üzvi
tullantıların (böyük fayda ilə) utilizasiyası üçün şərait yaranır.
3> Dostları ilə paylaş: |