2.9. Ərazinin ekoloji vəziyyətinin qiymətləndirilməsinin
kriteriyaları
2.9.1. Ümumi qaydalar
Ekoloji problemlərin kəskinləşdiyi ərazilərdə, bunun nəticəsi olaraq
əhalinin həyat fəaliyyəti və sağlamlığı pisləşir, təbii ətraf mühiti ciddi
pozulan xüsusi zonaların hüquqi status alması qanunauyğundur. Ekoloji
situasiyaların çox kəskinləşdiyi regionlarda, harda ki, təbii mühitin vəziyyəti
əhalinin həyatı üçün təhlükə yaradır, ayrı-ayrı ekoloji poblemlər və ya oların
219
cəmi isə böhran halına çatırsa, əlverişsiz şəraitin bu və ya digər ərazisi ya-
ranma mexanizmi və neqativ nəticələrin mümkün olan neytrallaşma tədbir-
ləriylə fərqlənirlər. Buna görə də fövqəladə ekoloji hadisələr və ya ekoloji
fəlakət zonasının seçilməsi ekoloji problemlərin həllinə təkan verməlidir
(məsələn, uyğun texnoloji istehsalın, suyun və havanın təmizlənməsi üçün
qurğuların tətbiqi, əlavə müalicə - istirahət obyektlərinin tikilməsi üçün
maliyə və maddi ehtiyatların prioritet ayrılması yolu ilə).
90-cı illərdə Rusiyada aparılan analizlərin nəticəsi göstərdi ki, ən çox
əlverişsiz ekoloji hadisələr (kəskin və çox kəskin) bütün ərazinin 15% - də -
2,5mln.km
2
-də qeyd olunmuşdur. Deqradasiyaya uğramış otlaq sahələri də
nəzərə alınarsa, bu ərazi 18-20%-ə çata bilər. Şəhər əhalisinin 20%-i ekoloji
əlverişsiz şəraitdə yaşayır. Federasiyanın bir çox subyektlərində xüsusi eko-
loji əlverişsiz zonalar qeydə alınır. Bu ekoloji təhlükəli vəziyyətlər əsasən
antropogen təsirlərdən sonra yaranır: dağ-mədən işlərindən sonra, qurunun,
su obyektlərinin çirkləndirilməsi, atmosferin sənaye və nəqliyyat fəaliy-
yətindən pisləşməsi, meşə massivlərinin yanma və qırılması nəticəsində
deqradasiyaya uğraması, xüsusi mühafizə olunan təbii ərazilərin rejiminin
pozulması, radioaktiv çirklənmə və s.
1992-ci ildən ətraf təbii mühitin və insanların sağlamlığının qiymət-
ləndirilməsi üçün ərazinin ekoloji vəziyyətinin qiymətləndirilməsinin krite-
riyaları müəyyən olundu.
Ərazinin ekoloji vəziyyətinin qiymətləndirilməsində və ekosistemin,
onun biotik və abiotik komponentlərinin vəziyyətinin qiymətləndirilməsinin
ən geniş və informativ kriteriyalarının seçilməsində kompleks yanaşma
məqsədəuyğundur. Belə yanaşmanın ilkin konseptual qaydası ayrı-ayrı mü-
hitlərin ballarla ifadə olunan vəziyyətlərinin mexaniki cəmləşdirilməsindən
və bütövlükdə ekosistemin vəziyyətinin qiymətləndirilməsindən imtina et-
məkdir. Bu halda təbii komponentlərin funksional vəhdəti nəzərə alınır, baş-
qa sözlə ümumi qiymət biotik və abiotik faktorların vəziyyətinin qiymətlə-
rindən formalaşır. Ekosistemin vəziyyətini kifayət qədər etibarlı informasiya
almağa imkan verən məhdud sayda kriteriyalarla qiymətləndirirlər. Belə
yanaşmada həm subyektivizmdən qaçılır, həm də ekosistemin vəziyyətini
müəyyənləşdirən səbəbin açılmasına imkan yaranır ki, bu da dəqiq təbiəti
sabitləşdirən tövsiyyələrin hazırlanması üçün əsasdır.
Baxılan konseptual qaydalar ilkin informasiyanın kifayət qədər
qənaətlə alınmasını təmin edir (müxtəlif statistik məlumatlar, aerofotoçəkiliş
materialları, laboratoriya analizlərinin məhdud həcmi). İlkin nəticələrin bu
cür qiymətləndirilməsi ən geniş həcmli və xərcli tədqiqatların planlaşdırıl-
masına imkan verir.
220
Praktiki olaraq konsepsiyanı həyata keçirmək olar bir şərtlə ki, həm
həm ekosistemin, həm də onu yaradan komponentlərin qiymətləndirilməsinə
vəhdət halında yanaşılsın.
Ərazinin ekoloji vəziyyətinin təsnifatı təbii - antropogen pozulmalar
nəticəsində ekoloji əlverişsizliyin dərəcəsinin artmasına görə müəyyən
olunur: nisbətən əlverişli – N (norma); gərgin və ya şərti- əlverişli R (risk);
böhranlı və ya qeyri-qənaətbəxş – B (böhran) fövqəladə ekoloji hadisələr
zonasına oxşar olan; qəza vəziyyəti (fəlakət) –F ekoloji fəlakət zonalarına
uyğun gəlir.
Bu səviyyələrə ayrılmanın əsasında ekosistemlərin pozulmasının də-
rinliyinə və geri döməyən olmasına görə sıralanması, başqa sözlə, morfoloji
faktorların real fiziki ifadələri durur. Aşağıdakı pozulma zonalarını və
vəziyyətlərin siniflərini fərqləndirmək qəbul olunur:
Ekoloji norma, (N) və ya ƏTM vəziyyətinin qənaətbəxş sinfi, ekosis-
temin məhsuldarlığı və davamlığının hiss olunacaq dərəcədə pozulmayan
ərazilərini, onun nisbi sabitliyini əhatə edir; əhalinin sağlamlığı kafidir. Qiy-
mətləndirmənin birbaşa kriteriyalarının qiyməti YVQ-dan və ya fon qiy-
mətindən aşağıdır (deqradasiya torpaqları sahənin 5%-dən çox deyil).
Ekoloji risk, (R) və ya ƏTM-in şərti-qənaətbəxş sinfi, ekosisteminin
məhsuldarlığı və davamlığı hiss olunacaq qədər pozulan ərazilər mövcud-
dur, onun vəziyyəti qeyri-sabitdir, ekosistemi spontan deqradasiyaya uğrada
bilər, lakin hələlik geri dönən pozuntularla. Ərazi ağılla təsərrüfat istifa-
dəsini və onun yaxşılaşdırılması üçün tədbirlərin planlaşdırılmasını tələb
edir; əhalinin sağlamlığı bir qədər pisləşib. Qiymətləndirmənin birbaşa kri-
teriyalarının qiyməti YVQ- dan bir qədər yüksəkdir, (deqradasiya torpaqları
sahənin 5- 20% -i qədərdir).
Ekoloji krizis, (Böhran B) və ya ƏTM qeyri-qənaətbəxş sinfi (föv-
qaladə ekoloji situasiyalar). Bu zonaya çətin dönən pozuntularla ekosistemin
məhsuldarlığı kəskin aşağı düşür və davamlığı itir; əhalinin sağlamlığı ciddi
təhlükə altında qalır. Təbii ekosistemlərin vəziyyətində davamlı mənfi
dəyişikliklər baş verir (növ müxtəlifliklərinin azalması, ayrı-ayrı bitki və
heyvan növlərinin yoxa çıxması, genofondun pozulması). Ərazinin seçmə
təsərrüfat istifadəsi və onun dərindən yaxşılaşdırılmasının planlaşdırılması
lazımdır. Qiymətləndirmənin birbaşa göstəricilərin qiyməti YVQ-dan xeyli
yüksəkdir (deqradasiya torpaqları sahənin 20-50%-ni əhatə edir).
Ekoloji fəlakət (qəza F) və ya mühitin vəziyyətinin fəlakət sinfi: o
ekosistemin praktiki olaraq geri dönməyən proseslərlə (ölü zona) məhsul-
darlığını tamamilə itirmiş ərazilərini əhatə edir; əhalinin sağlamlığı əhəmiy-
yətli dərəcədə pisləşib. Təbii ekosistemlrin dağılması baş verir (təbii tarazlıq
pozulur, flora və fauna deqradasiyaya uğrayır, genefond məhv olur).
221
Qiymətləndirmənin birbaşa kriteriyalarının qiyməti YVQ-dan çox dəfə artıq
olur (deqradasiya torpaqları sahənin 50 %-dən çoxdur).
Qeyd olunduğu kimi, daha reprezentativ göstəricilərə görə zonaların
xarakteristikası və ərazinin ekoloji vəziyyətlərinin sinifləri verilir, ancaq
mütləq qiymətləndirmənin tematik, məkan və dinamik kriteriyalarının isti-
fadəsi və qarşılıqlı hesabatı ilə birgə. Qeyd etmək vacibdir ki, ekosisteminin
vəziyyətinin vahid inteqral göstəriciləri mövcud deyil, lakin daha repre-
zentativ göstəricilərin sayı optimal minimuma çatdırıla bilər. Buna görə də,
ərazinin vəziyyətinin ekoloji qiymətləndirilməsi, geosferin (yaşayış yerinin)
vəziyyətini açmaqla, ekosistemin vəziyyətinin inteqral morfoloji qiymətlən-
dirilməsindən ibarət ola bilər. Yalnız bu cür qiymətləndirmək olar ekosis-
teminin müsair vəziyyətini, eləcə də texnogenezin təsirini nəzərə almaqla,
həm də bu vəziyyətin səbəblərini. Ayrı-ayrı ərazilərin ekoloji vəziyyətini
qiymətləndirən kriteriyaların seçilməsinə və əsaslandırılmasına xüsusi
diqqət ayırmaq lazımdır.
Ekosisteminin və geosfer qabığının vəziyyətini qiymətləndirən göstəri-
cilərin təsnifatına və ierarxiyasına bir necə yanaşma mövcuddur.
V.V.Vinoqradov özündə kriteriyaların 3 sinfini birləşdirən biotik gös-
təricilərə ayırmağı təklif edir: tematik, məkanca yayılma və dinamik.
Tematik kriteriyaların tərkibinə botaniki (geobotaniki və biokimyəvi),
zooloji və torpaq qiymətləndirici göstəricilər daxildir. Bioloji komponentlər
istisna olmaqla, onlar analiz olunan komponentin ehtiyatlar potensialını
xarakterizə edir, onun vasitəsilə ekosistemin vəziyyəti xarakterizə olunur.
Geosfer qabığı üçün üç qiymətləndirmə göstəriciləri təklif olunur:
birbaşa (əsas), dolayı və indiqator. Dərin geri dönməyən dəyişikliklərə
insanların bir nəslinin həyat dövründən az olmayan –nisbətən qısa tarixi
müddətdə baxmaq lazımdır.
Əhalinin sağlamlığının əhəmiyyətli dərəcədə pisləşməsi dedikdə, ətraf
mühitin çirklənməsindən yaranan spesifik xəstəliklər və ölüm səbəblərinin
strukturunun dəyişməsi, geri dönməyən, həyatla uzlaşmayan sağlamlığın
pozulması başa düşülür. Əhalinin sağlamlığının təhlükəsi dedikdə, ətraf
mühitin çirklənməsi ilə əlaqədar olan, sağlamlığın geri dönən pozuntularının
tezliyinin artması başa düşülür (geyri-spesifik xəstəliklər, fiziki və pisixi -
əsəb pozuntularının inkişafı və.s).
ƏTM vəziyyəti və insanın yaşama mühitinin keyfiyyətini hava
şəraitinin, suyun, torpağın çirklənməsi, təbii ehtiyatların tükənməsi və eko-
sistemlərin deqradasiyasının kriteryaları xarakterizə edirlər. Təbii mühitin
keyfiyyəti həm ümümiekoloji, həm də sanitar –gigiyenik tələbatların cəmi
kimi də qiymətləndirilir.
222
Kriteriya dedikdə - insanların sağlamlığının və ətraf mühitin vəziy-
yətinin pisləşməsini xarakterizə etməyə imkan verən göstəricilərin cəminin
təsviri başa düşülür.
Göstəricilər ölçüləri, parametrlər isə ərazinin ekoloji əlverişsizlik
dərəcəsinə uyğun gələn intervalların sərhədini göstərir. Parametrlər ya elmi-
təcrübi məlumatlar, ya da mütəxəssislərin ekspert qiymətləndirilməsi əsa-
sında qəbul olunur.
Botaniki kriteriyalar - daha böyük əhəmiyyətə malikdir, belə ki, onlar
tək ətraf mühitin dəyişməsinə qarşı həssas deyil, həm də ən yaxşı formada
ekoloji vəziyyət zonalarının məkanca ölçülərinin dəyişməsini, zamanca po-
zulma mərhələlərini izləyir. Botaniki kriteriyalar tamamilə spesifikdir, belə
ki, bitkilərin müxtəlif növləri və müxtəlif bitki assosiasiyaları müxtəlif coğ-
rafi şəraitlərdə pozucu təsirlərə fərqli həssaslıq və davamlılıq göstərirlər, nə-
ticədə ekoloji vəziyyət zonalarının təsnifləşdirilməsi üçün eyni göstəricilər
müxtəlif landşaftlarda əhəmiyyətli dərəcədə variasiya edə bilirlər. Bu zaman
neqativ dəyişmələrin əlamətlərini müxtəlif səviyyələrdə nəzərə alırlar: orqa-
nızım (fitopotoloji dəyişkənliklər), populyasiya (növ tərkibinin və fitose-
nometrik əlamətlərin pisləşməsi) və ekosistem (landşaftda sahələrin nisbəti).
Ekosistemin vəziyyətinin botaniki kriteriyalara görə sıralanması aşağıdakı
cədvəl 2.50-də verilir:
Cədvəl 2.50
Ekosistemin vəziyyətinin botaniki pozulmalara görə sıralanması
Göstərici
N
R
B
F
1
2
3
4
5
Xarakterik
növlərin və təbii
bitkiliyin növ
tərkibinin
pisləşməsi
Dominantların,
subdo minant-
ların, xüsusilə
faydalı növlər-
in təbii növbə-
ləşməsi
Hegemonluq
edən,xüsusilə
faydalı növlə
rin çoxluğu
nun azalması
Hegemonluq
edən
növlərin
ikinci növlə,
xüsusilə
alaq və zə-
hərlibitkilər-
lə əvəz olun-
ması
İkinci
növlərin
çoxluğunun
azalması və
faydalı
bitkilərin
tamamilə
itməsi
Zavod tüstülərilə
bitkiliyin
zədələnməsi
Yoxdur
Daha həssas
növlərin zədə-
lənməsi
(iynəyarpaqlılar,
şibyələr)
Orta həssas
növlərin
zədələnməsi
Zəif həssas
növlərin
zədələnməsi
223
davamı
1
2
3
4
5
Köklərin
assosiasiyalarının
sahələrinin
nisbəti, %-lə
≥ 60
40...60
20...30
≤ 10
Biomüxtəliflik
(Simpson
müxtəliflik
indeksinin
azalması), %-lə
≤ 10
10...20
25...50
≥ 50
≤ 10
Meşəlik, zona
üzrə %-lə
≥ 80
60...70
50...30
Səpinlərin məhv
olması, sahənin
%-i
≤ 5
5...15
15...30
≥ 30
Otlaq-çöl və
yarımsəhra
bitkiliyinin
proyektiv örtüyü,
normaldan %-lə
≥ 80
60...70
20....50
≤ 10
Otlaq bitkiliyinin
məhsuldarlığı,
potensialdan %-
lə
≥ 80
60...70
10...20
≤ 5
Ekoloji pozulmaların biokimyəvi kriteriyaları - bitkilərdə kimyəvi
maddələrin miqdarının anomaliyalarının ölçülməsinə əsaslanır. Ərazinin
böhranlı ekoloji pozuntularının təsnifləşdirilməsi üçün nümunə sahəsindən
biçilmiş bitkilərdə və bitki yemlərində toksiki və bioloji aktiv mikroele-
mentlərin miqdarının nisbətinin dəyişmə göstəricilərindən istifadə olunur.
Aerotexnogen yolla pollyutantların assimilyasiya orqanlarından bitkilərə
daxil olması meşə biogeosenosozlarının deqradasiyasını müəyyənləşdirən
(xüsusilə dağ-metallurgiya müəssisələrinin tullantılarının olduğu mühitdə)
faktordur.
Meşə ekosistemlərinin zədələnməsinin daha informativ biokimyəvi
göstəriciləri aşağıdakı 2.51 cədvəldə verilir.
Heyvanat aləminin pozulmasının ekoloji kriteriyalarına həm senotik
(növ müxtəlifliyi, məkan strukturu, trofik struktur, biokütlə və məhsuldarlıq,
enerji), həm də populyasiya (məkan strukturu, say və sıxlıq, davranış, demo-
224
qrafik və genetik struktur) səviyyəsində baxmaq olar.
Cədvəl 2.51
Ekosistemin vəziyyətinin biokimyəvi pozulmasına görə paylanması
Göstərici
H
P
K
B
Ot bitkilərində quru maddələrin
tərkibində kimyəvi elementlərinin
miqdarına görə mq/kq C : N
8-12
6-8
4-6
<4
Pb, Cd, H
g
, N
i
, C
r
, A
s,
S
b,
YSC-ə görə
1,1-1,5
2-4
5-10
>10
T
i
, S
e
fondan artıq olmasına görə
<1,5
2,0-4
5-10
>10
Al, S, Bi, Te, Wo, Mn, Ca, Cl, Jn,
1,5-2
2-10
10-50
Cu
10-20
30-70
80-100
100
Zn
-
30-60
60-100
100-500
Fe
-
50-100
100-200
100-500
Mo
2-3
3-10
10-50
50
Co
-
0,3-1,0
1-5
5-50
Zooloji kriteriyalar üzrə ərazinin ekoloji pozuntularının bir neçə mər-
hələləri göstərilir. Risk zonasını əsasən pozulmanın ilkin mərhələsində eko-
loji kriteriyalara görə müəyyənləşdirirlər – sinatropizasiya, sürü davranışının
itirilməsi, miqrasiya yollarının dəyişməsi, tolerantlıq reaksiyası. Pozulmanın
sonrakı mərhələləri əlavə olaraq, məkan, demoqrafik və genetik kriteriyalara
görə qiymətləndirilir. Krizis zonasında populyasiyanın, qrup və sürülərin
yaşama və yayılma arealının, məhsuldarlıq dövrünün azalması ilə xarak-
terizə olunur. Fəlakət zonası yaşama yerinin tamamilə məhv olması, növ-
lərin sayının kəskin azalması.
Torpaq kriteriyalarına ekosistemlərin qiymətləndirmə kriteriyalarının
statusu kimi baxılır, belə ki, torpağın vəziyyətinin pisləşməsi ekoloji risk,
krizis və fəlakətlərin yaranmasında ən əhəmiyyətli faktorlardan hesab
olunur. Bu hər şeydən əvvəl geniş sahələrdə və böyük sürətlə torpaq mün-
bitliyinin azalması deməkdir. Torpaq –eroziya kriteriyaları insanın əlverişsiz
təsərrüfat fəaliyyətilə sürətləndirilən, ikinci-antropogen geomorfoloji
proseslərlə əlaqədardırdır. Bu proseslər həm də təbii şəraitdə müşahidə
olunur, lakin bitki və torpaq örtüyünün davamlılığının insan tərəfindən
pozulması (meşələrin qırılması, torpaqların şumlanması, otlaqların həddinən
artıq otarılması və s.) bu prosesləri xeyli sürətləndirir və yayılma sahələrini
genişləndirir ki, bu da ekoloji risk, böhran və fəlakət zonalarının forma-
laşmasına səbəb olur. Torpağın çirklənməsinin inteqral göstəriciləri – onun
fitotoksikiliyi (torpağın ali bitkilərin böyümə və inkişafını azaltması) və
geotoksikliyi (torpaq biotasının struktur-funksional vəziyyətinə təsir etmə
qabiliyyəti). Əsas torpaq kriteriyalarına görə ekoloji vəziyyət zonaları aşağı-
225
dakı 2.52 cədvəlində verilmişdir.
Cədvəl 2.52
Torpağın pozulmasına görə ekosistemin vəziyyətinin ayrılması
Göstərici
H
P
K
B
Torpağın münbitliyi,%Potensi >85
65-85
65-25
<25
Humusun miqdarı, ilkinə görə
%-lə
>90
70-90
30-70
<30
Torpağın ikinci duzlaşma
sahəsi %
<5
5-20
20-50
>50
Torpaq horizontunun yuyulma
dərinliyi
A
1
və ya
0,5
A horzontı
yuyulub
A və AB
horizontları
qismən
yuyulub
A və B
horzontları
yuyulub
Külək
eroziyasının sahəsi
(tamailə sovrulmuş torpaqlar),
%
<5
10-20
20-40
>40
Məkan kriteriyası ekosisteminin zədələnməsi sahəsinin qiymətlən-
dirilməsi üçün pozulma dərəcəsini nəzərə almaqla böyük əhəmiyyət kəsb
edir. Əgər pozulma sahəsi böyük deyilsə, onda eyni təsir zamanı az pozul-
muş sahənin bərpası geniş pozulmuş sahəyə nisbətən daha tez bərpa olunur.
Əgər pozulma sahəsi yol verilən sahəni keçirsə, onda mühitin pozulması
praktiki olaraq geri dönməyəndir və fəlakət (qəza) səviyyəsinə daxil olur.
Məsələn, on, hətta yüz kilometrlərlə meşənin yanması praktiki olaraq geri
dönəndir, çünki meşə bərpa olunur – bu fəlakət deyil. Ancaq əgər meşə
yanğınları sahəsi və ya bitki örtüyünün digər texnogen pozulma formaları
10-100 min hektarlarla olduqda ekoloji vəziyyət geri dönməyəndir və hadisə
fəlakət kimi təsnifləşdirilir. Beləliklə qəza pozuntularının ölçüsü kifayət
qədər böyükdür və V.V.Vinoqradova görə, bitki örtüyünün tipindən və
geoloji-geoqrafik şəraitdən asılı olaraq 10...100 min ha keçir.
Pozuntular nə qədər ciddi olarsa, onun təsirinin görünən sahəsi bir o
qədər çox olar. Ekoloji pozulma zonasının məkan kriteriyası kimi tədqiq
olunan ekosistem sərhədlərində dövriyyədən çıxarılmış torpağın nisbi sahəsi
götürülür. Hətta normal bitki örtüyündə pozulmuş torpaqların nisbi sahəsi
5%-ə çata bilər, ekoloji fəlakət zonasında isə 50%-dən çox olur. Tematik
kriteriyalarla üzə çıxan pozulmanın eyni mərhələsində pozulmanın nisbi
226
sahəsinin artması təhlükənin daha yüksək səviyyəsinə uyğun gəlir. Bu
100...200 min ha sahəli adminstrativ rayon üçün matritsa kimi ifadə oluna
bilər. Aşağıdakı cədvəldə belə matritsanın nümunəsi verilmişdir. (Cədvəl
2.53)
Cədvəl 2.53
Ekoloji pozuntuların dərinliyinə və sahəsinə görə ekosisteminin
pozulmuĢ zonalarının ayrılması
Ekosistemin pozulma sahəsi
(N, R,B,F)
Pozulmuş sahə, %
<5
5-19
20-50
>50
Pozulmanın dərinliyi:
Norma
-
-
-
-
Mötədil
N
N
N
R
Orta
N
N
N
K
Güclü
N
R
B
F
Əgər pozulma ərazinin 5%-indən azdırsa, onda dəyişkənlik normal
kimi təsnifləşdirilir, lakin orta pozulma qiymətləndirilən ərazinin nisbi sahə-
sinin 50%-dən çoxdursa, onda ərazini ekoloji risk zonası kimi elan etmək
olar.
Ekoloji təhlükə, böhran və fəlakət zonalarının təsnifləşdirilməsi üçün
pozulmuş zonanın məkan müxtəlifcinsliyini və onda müxtəlif dərəcəli
pozuntuları olan sahələrin kombinasiyasını nəzərə almaq lazımdır (cədvəl
2.54).
Beləliklə, təhlükə zonası ekosistemin zəif dəyişmiş sahələrinin kom-
binasiyalarından ibarət ola bilər: orta və güclü dəyişmiş - 40 - dən az, zəif
dəyişmiş - 30% - dən az; böhran zonası zəif və orta - zəif dəyişmiş 30% -
dən az sahələri, güclü və çox güclü dəyişmiş 40% - dən çox sahəni, çox
güclü dəyişmiş 30% - dən az sahəni; fəlakət zonasını - çox güclü dəyişmiş
sahələr 40% - dən çox, zəif və orta dəyişmiş sahələr 20% - dən az, güclü
dəyişmiş sahələri 30% - dən çox təşkil edə bilər.
5>5>5>30>25>4> Dostları ilə paylaş: |