Ġzabella qasimova, musa bayramov



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə29/55
tarix01.04.2017
ölçüsü5,58 Mb.
#13051
1   ...   25   26   27   28   29   30   31   32   ...   55

ġəkil 2.35.  

Antropogen təsirə qarşı ekosistemin komponentlərinin 

cavab reaksiyası tipləri 



287 

 

ekosistemin  daxili  əlaqələri  saxlanır.  Təbii  və  antropogen  faktorların 



müvəqqəti  təsirindən  sonra  ekosistemin  əvvəlki  davamlı  tarazlıq  zonasına 

qayıtması  xassəsi  onun  sabitliyini  xarakterzə  edir.  Sadalanan  kateqoriyalar 

həm  də  antropogen  ekosistemlərin  xarakteristikası  üçün  əlverişlidir.  Bu 

halda  əsas  problem  ondan  ibarətdir  ki,  uyğun  kateqoriyanın  kəmiyyət  və 

keyfiyyətcə  formalaşması  aqroekosistemlərin  xüsusiyyətlərinə  uyğun 

gələrdi. 

Şübhəsiz  ki,  aqroekosistemin  sabitliyinə  və  davamlılığına  cavabdeh 

olan bir sıra parametrlərdən, azalması  müxtəlif səbəblərdən olan (məsələn, 

mineral qida elementlərinin çatışmazlığı və ya artıqlığı, torpağın deqradasi-

yası və s. şəkil 2.35), aqrosenozların məhsuldarlığı birinci dərəcəli əhəmiy-

yət  kəcb  edir.  Məhsuldarlığın  azalması  aqroekosistemin  davamsız  sahəyə 

keçməsini  bildirir  və  aqroekosistemin  narahçılığa  qarşı  olan  reaksiyasının 

son fazasıdır. O, mikrob cəmiyyətlərinin aktivliyi, elementlərin biogeokim-

yəvi  dövranının  balanslaşması,  torpağın  münbitlik  səviyyəsi  kimi  digər 

parametrlərin də dəyişməsi üçün zəmin yaradır.  

Sadalanan parametrlər üzərində nəzarətin qoyulması davamlılığın po-

zulmasının gizli formasının üzə çıxarılmasına və aqroekosistemin sabitliyini 

operativ  olaraq  saxlamağa,  başqa  sözlə  müəyyən  zaman  müddətində  para-

metrlərin  lazım  olan  xarakterini  saxlamağa  imkan  verir.  Buna  görə  də  aq-

roekosistemin  davamlılığı  və  sabitliyinə  təsir  edən  hər  hansı  faktorlar  ara-

sındakı  sadə  funksional  asılılıq  və  davamlılığa  cavabdeh  olan  parametr-

lərdən biri kimi baxmaq kifayət deyil, necə ki, əksər müasir modellərdə belə 

təsvir olunur.  

Daha  obyektiv  qiymətləndirməni  sistemli  analiz  və  riyazi  modelləş-

dirməni  tətbiq  etməklə,  kompleks  torpaq-aqrokimyəvi,  ekoloji-fizioloji  və 

ekoloji-toksikoloji  tədqiqatlar  verə  bilər.  Ən  çox çətinliklər  aqroekosistem-

lərin  davamlılıq  zonasının  seçilməsində,  onların  sərhədlərinin  təyin  olun-

masında və qısamüddətli və ya daimi təsirlər olduqda,  davamlı vəziyyətin 

saxlanması  və  ya  yeni  davamlı  vəziyyətə  çatmağın  müddətini  müəyyən  et-

məkdə  yaranır.  Sonuncular  hələ  ki,  konseptual  olaraq  belə  tam  mənasında 

işlənib hazırlanmamışdır. 

Aqroekosistemin əsas komponentlərinin, hansı ki, eyni zamanda onun 

davamlılığının parametrləridir (mikrob cəmiyyətləri, aqrofitosenoz, torpaq), 

antropogen  faktorların  təsirinin  aqrar  formasına  cavab  reaksiyasının  bəzi 

qanunauyğunluqlarına  baxaq.    

 

2.11.7.    Mikrob birliklərinin antropogen təsirlərə reaksiyası 

Əsasən torpağın biokimyəvi xassəsini təyin edən mikrob cəmiyyətləri 

müəyyən ekoloqotrof vahid (birlik) təşkil edən  müxtəlif növ orqanizmlərin 



288 

 

cəmidir.  Ekosistemin  bütün  komponentləri  arasında  mikrob  cəmiyyətləri 



ekoloji  şəraitin  dəyişməsinə,  ekosistemin  kənd  təsərrüfatının  mənimsə-

nilməsi,  çirkləndirici  maddələr  və  digər  antropogen  təsir  formalarına  daha 

həssadırlar.  Antropogen  yüklənməyə  cavab  olaraq,  mikrob  cəmiyyətləri 

struktur-funksional  dəyişmələrə  məruz  qalır  və  4  adaptiv  zonanın  ardıcıl 

növbələşməsilə üzə çıxırlar. Onlardan hər biri təsir edən yüklənmənin müəy-

yən intervalına xarakterikdirlər, mikrobların verilmiş şəraitə uyğunlaşmasını 

təmin edən, torpaqda aktiv funksiyalaşan mikrob cəmiyyətlərinin dəyişkən-

liklərinin cəmini müəyyən edir.     



Birinci  adapasiya  zonasında (homeostaz  zonası)  yüklənmənin  aşağı 

səviyyəsi  üçün  xarakterik  olan,  mikrob  cəmiyyətlərinin  ümumi  biokütlə-

sində  dəyişiklik  baş  verir,  onun  tərkibi  və  təşkili  dəyişməz  qalır.  (Cədvəl 

2.72)   


Cədvəl 2.72 

Antropogen yüklənmənin səviyyəsindən asılı olaraq mikrob cəmiyyətlərinin 

dəyiĢməsinin adaptiv zonaları 

 

Adaptasiya zonaları 

                 Əlamətlər 

Homeostaz  

Aktiv funksiyalaşan cəmiyyətin ümumi biokütləsi-

nin dəyişməsi; cəmiyyətin tərkibinin və təşkilinin 

sabitliyinin saxlanmsı  

 

Stress   



Populyasiyaların  dominantlıq  dərəcələrinə  görə  ye-

nidən  paylanması;  torpaqda  toksinyaradan  mikro-

orqanizmlərin  inkişafı;  kənd  təsərrüfatı  bitkilərinin 

məhsuldarlığının 30-60% aşağı düşməsi.   

Rezistentlik   

Növ müxtəlifliyinin kəskin azalması; verilən faktora 

davamlı olan mikroorqanizm populyasiyalarının üs-

tün inkişafı; növlərin çoxunun məhv olması.  

 Repressiya 

Mikroorqanizmlərin böyümə və inkişafının tamami-

lə dayanması.   

  

İkinci adaptasiya zonası  (stres zonası). Yüklənmənin orta səviyyəsi 

mikrob  cəmiyyətlərinin  təşkilində  populyasiyaların  dominantlıq  dərəcəsinə 

görə  onların  yenidən  paylanmasına  səbəb  olur,  bu  zaman  cəmiyyətin  növ 

tərkibi əvvəlki kimi qalır. Bu adaptiv zonada xarakterik olaraq aqroximikat-

ların  və  ağır  metalların  qatılığından  zəhər  yaradan  mikroorqanizmlərin  do-

minant inkişafı baş verir.  

Üçüncü  adaptiv  zona  (rezistentlik  zonası),  yüklənmənin  yüksək  sə-

viyyəsi ilə xarakterizə olunurlar, mikrob cəmiyyətlərinin tərkibinin dəyişmə-

si  xarakterikdir:  nəzarət  olunan  torpaqlara  uyğunlaşmış  bir  çox  mikro-


289 

 

orqanizmlərin məhv olması nəticəsində onun növ müxtəlifliyi kəskin azalır, 



həmin faktora davamlı olan populyasiyalar daha yaxşı inkişaf edir.  

Dördüncü represiya zonası yüklənmənin sonrakı artımı mikroorqani-

zmlərin böyümə və inkişafının tamamilə dayamasına gətirib çıxarır.    

Mikrob  cəmiyyətlərinin  antropogen  faktorlara  cavab  reaksiyası  sxe-

mindən  görünür  ki,  mikrob  cəmiyyətinin  davamlı  və  sabit  sistemini  qoru-

yan, sistemi  homeostaz zonasından  çıxarmayan  yüklənməni  onun  yol  veri-

lən yüklənmə norması hesab etmək olar. Baxmayaraq ki, ətraf mühitin şəra-

iti bərpa olunub və təsirlər kəsilib, stress zonası üçün xarakterik olan dəyiş-

mələr mikrob cəmiyyətlərində uzun müddət saxlanır ki, bu da sabitliyini iti-

rən sistemin başqa davamlı vəziyyətə keçməsini göstərir.   

Mikrob  cəmiyyətinə  antropogen  təsirlərdən  onun  tərkibi  və  təşkilinin 

yenidən  qurulması  ən  müxtəlif  effektlər  verə  bilər:  pozitivdən  neytrala  və 

mənfiyə  qədər.  Əhəngləmə  yolu  ilə  torpağın  turşuluğunun  aradan  götürül-

məsi  azotfiksasiya  edən  mikrofloranın  inkişafına  əlverişli  təsir  göstərir. 

Mikrob cəmiyyətlərində turş çimli-podzol torpaqların əhəngləşməsindən ya-

ranan mikroorqanizmlərin davamlılıq dərəcəsinin yenidən paylanması onun 

yüksək dozada mineral gübrələrə qarşı davamlılığının artmasını təmin edir. 

Bu da homeostaz zonasının  genişlənməsində və  gübrənin  mikrobtoksikozu 

yaradan hədd dozasının artmasında üzə çıxır (ifadə olunur). Asan parçalanan 

karbon tərkibli birləşmələrin izafi miqdarında mineral gübrələrin orta həddə 

tam tətbiqi mikrob aktivliyini stimulə edir ki, bu da bitki qalıqları ilə yüksək 

C:N nisbətində zənginləşdirilmiş torpaqlar üçün xarakterikdir.  

Qara  torpaqlarda  üzvi  azotun  və  karbon  tərkibli  birləşmələri  mine-

rallaşdıran  mikrob  cəmiyyətlərinin  yenidən  qurulması  mikroorqanizmlərin 

daha yaxşı inkişafı ilə üzə çıxır. Denitrifikatorların antropogen təsirlərə qarşı 

reaksiyası  nitratreduksiyanın  axırıncı  mərhələsində  daha  çox  üzə  çıxır:  o 

həm  güclənə  (məsələn,  suvarma  zamanı),  həm  də  azala  bilər.  Diazotroflar 

üçün azotfiksasiya potensialının başlanğıc səviyyəsi antropogen  yüklənmə-

sindən  asılı  olaraq,  azalması  və  artması  xarakterikdir.  Mineral  gübrələrin 

uzun müddətli tətbiqindən avtotrof mikroorqanizmlərin və onların trofik zo-

otərəf  müqabillərinin  tərkibi  və  sayı  dəyişir.  Azot  gübrələrinin  sistematik 

tətbiqi alqosenozların, avtotrof cəmiyyətin unifikasiya nümayəndələrinin sa-

yını ikiqat azaldır, hansı ki, hazırda birhüceyrəli yosunların 3 növünü əhatə 

edir. 

Aqrokimyəvi yüklənmə dozasına cavab olaraq mikrob cəmiyyətlərinin 



290 

 

yenidənqurulmasının neqativ nəticələri, torpağın metabolik xassəsinin məh-



dudlaşması və torpaq fermentlərinin ingibirləşməsinin üzə çıxması,  biogen 

elementlərin  torpaqdaxili  dövriyəsinin  pozulması,  produtsent  göbələklər  və 

mikroorqanizmlərdə fenol birləşmələrinin, üzvi turşuların (hansı ki, onların 

olması torpaqda fitotoksiki əlamətlərin inkişafından xəbər verir) toplanması 

kimi üzə çıxır. Belə ki, çay plantasiyalarının üzun müddət gübrələnməsi nə-

ticəsində fenol birləşmələrinin miqdarı nəzarətə nisbətən 10...15 dəfə artır.  

Torpağın  mikrob  cəmiyyətinin  ciddi  pozulmasının  səbəblərindən  biri 

atmosfer  çöküntülərinin  mineral  qarışıqlarla  çirklənməsidir.  Atmosferin 

sulfat  anhidridi,  NH

3

,  NO



x

  ilə  çirklənməsindən  meşə  döşənəyində  və  azot-

tuk  zavodunun  yaxınlığında  olan  torpağın  üst  horizontunda  ammonifi-

katorlar və göbələklərüstünlük təşkil edirlər, bu zaman aktinomisetlərin, sel-

lülozolikatların və nitrifikatorların sayı kəskin azalır.   

 

2.11.8. Antropogen təsirlərə qarşı aqrofitosenozların reaksiya tipləri   

Aqrofitosenoz    aqroekosistemin  ən  vacib  komponentlərindən  biridir, 

onun  məhsuldarlığı  isə  kənd  təsərrüfatı  istifadəsində  olan  ekosistemin  da-

vamlılığını  və  sabitliyini  daha  çox  xarakterizə  edir.  Fitosenozun  məhsul-

darlığı daxili mexanizmlərlə tənzimlənən təbii ekosistemlərdən fərqli olaraq, 

aqroekosistemdə məhsuldarlıq prosesi bu və  ya digər formada insanın ardı-

cıl aqrar fəaliyyətini tələb edir. Buna görə də bitki ontogenezin gedişində in-

tensiv  birbaşa  və  ya  transformasiya  olunmuş  antropogen  təsirləri  hiss  edir. 

Bu təsirlər həmişə məhsuldarlığın artması ilə nəticələnmir.  

Müəyyən  zaman  ərzində  aqroekosistemin  sabitlik  göstəricisi  kimi 

verilən məhsuldarlıq səviyyəsinə müxtəlif səbəblərdən çatmaq bəzən müm-

kün  olmur:  ekstremal  meteoşərait,  atmosfer  havasının  korlanması,  turş  ya-

ğışların yağması, torpağın əlverişsiz xassəsi və rejimi, onun çirklənməsi, an-

tropogen yüklənmələrə torpaq mikroorqanizmlərinin stress reaksiyası və tor-

pağın zəhərlənməyinin yaranması, torpağın yorulması, xəstəliklərə, ziyanve-

ricilərə  və  alaq  otlarına  az  davamlı  olan  bəzi  bitki  sortlarının  becərilməsi, 

sonuncuların  pestisidlərə  adaptasiya  olması,  bitkilərə  polifunksional  təsir 

edən  aqroximikatların  artan  dozasına  bitki  sort  və  növlərinin  eyni  olmayan 

reaksiyası və s.  

Təsir xarakterinə görə faktor limitləşdirici, normal, optimal və öldürü-

cü  ola  bilər.  Hər  bir  təbii  və  antropogen  faktorun  təsirinə  bitkilərin  reak-

siyası bütün bioloji sistemlər üçün xarakterik olan məşhur əyrixətli asılılığa 


291 

 

tabe  olur,  hansı  ki,  sərhədlərində  bitkinin  reksiya  tiplərinə  uyğun  olan  bir 



neçə xarakterik zonalar üzə çıxır (şəkil 2.36). Hər bir zona müəyyən reak-

siya tipinə uyğun gəlir. Azot gübrələrinin dozasının geniş intervalında bitki-

lərin  məhsuldarlığının  dəyişməsinin  qanunauyğunluğunun  analizi  əsasında, 

bitkilərin  verilən  azot  gübrələri  normasının  miqdarına,  məhsuldarlığın  və 

maddələr  mübadiləsinin  xarakterinin  dəyişməsində  üzə  çıxan  cavab  reaksi-

yasını  üç  tipə  bölmək  olar:  kinetik  (A),  fizioloji  (Б)  və  metabolik  (B). 

Birinci reaksiya tipi (A) bitkilərin azotla normal və limitləşdirici, ikinci (Б) 

–  normal  və  optimal,  nəhayət  üçüncü  (B)  –  izafi  (öldürücü)  təminatı  üçün 

xarakterikdir. 

 

 



ġəkil 2.36. Azot gübrəsinin artan normalarının bitki məhsuldarlığına təsir 

qanunauyğunluqları və onların gübrə azotunun mənimsəməsi və onun inkişafı 1-

dən məhsulu; 2- bitkilərin gübrə azotunun mənimsənilməsi; 3-gübrə azotunun 

itgisi; A,Б,B- azot gübrələrinin tətbiqinə bitkilərin tipləri 

Kinetik  zonada  bitki  azotun  artan  dozasına  aktiv  reaksiya  verir,  bö-

yümə,  tənəffüs,  zülal  birləşmələrinin  sintezi  prosesi  güclənir,  verilən  güb-

rənin dozasına görə məhsuldarlıq xətti asılılıqla yüksəlir.  

Fizioloji  zonada  bitki  maksimal  məhsuldarlığa  çata  bilər,  lakin  quru 

maddənin artımı verilən azot dozasından azdır. Bu zonanın sərhədləri daxi-

lində  bitki  orqanizmlərinin  fizioloji  dəyişiklikləri  ilkin  potoloji  vəziyyətə 

çatır. Məhsuldarlığın maksimal qiyməti sahəsində məhsul keyfiyyətinin bir 

çox göstəricilərinin  pisləşməsi  onu təsdiq  edir.  Məlumdur ki,  optimal key-

fiyyətə azotun minimal dozasında çatmaq olur, nəinki ən yüksək məhsuldar- 


292 

 

lığın alınması üçün lazım olan dozada.  



     Metabolik  reaksiya  tipi  zonası  üçün  böyümə  proseslərinin  məhdudlaş-

ması xarakterikdir, bitkilərdə metabolizmin aralıq məhsulları toplanır, udu-

lan azotun çox hissəsi metabolizmə uğramır, xlorofilin yaranması sürəti və 

fotosintezin  intensivliyi  azalır,  karbohidrat  və  mineral  maddələrin  müba-

diləsi  pozulur  və  bütün  bunların  nəticəsində  bitkinin  məhsuldarlığı  azalır. 

Metabolik  reaksiya  tipi  yaradan  mühitdə  inkişaf  edən  bitki  müxtəlif  xəs-

təliklərə  və  ziyanvericilərin  hücumuna  məruz  qalırlar,  onların  məhsulları 

texnoloji və gigiyenik tələbatlara cavab vermir.  

Qeyd etmək lazımdır ki, metabolik reaksiya tipinin bir çox əlamətləri 

mineral  qida  elementlərinin  kəskin  çatışmazlığını  yaşayan  bitkilər  üçün 

xarakterikdir.  Buna  görə də bitkilərin  azotla izafi və  ya kəskin çatışmayan 

təminatında aqrofitosenozun  öz davamlılığını itirməsi  üçün zəmin  yaranır, 

onun  nəticələri  ən  müxtəlif  variantlarda  üzə  çıxa  bilər  (əkinlərin  ziyanve-

ricilər  və  xəstəliklərlə  kütləvi  yoluxması,  kök  ifrazatlarının  və  bitki  qalıq-

larının torpağa məhdudiyyətlə daxil olması, kondisiyasız toxum materialının 

alınması, su mənbələrinin çirklənməsi, torpağın deqradasiyası və s).  Qeyd 

etmək lazımdır ki, oxşar hadisələr  yalnız uzun illər əkinlərə aqronomik nə-

zarət olmayanda baş verə bilər və prinsipcə belə halların ehtimalı çox azdır. 

Bir  halda  ki,  bitkinin  kəskin  defisit  və  ya  izafi  qidalanma  rejimi  asanlıqla 

dəf  olunur  (məsələn,  birinci  halda  mineral  gübrələrin,  ikinci  halda  küləşin 

verilməsi),  metabolik  reaksiyaların  üzə  çıxma  sərhədləri  isə  kifayət  qədər 

hərəkətlidir və asanlıqla qarışırlar. Azot, fosfor və kalium arasında nisbətin 

dəyişməsi və ya torpağa gübrələrin verilməsində müxtəlif modifikasiyaların 

istifadə  olunmasıda  aqrofitosenozun  davamlılığının  oxşar  pozulmaları  belə 

şəraitdə müvəqqəti olur və aqroekosistemin sabitliyinin pozulması ilə nəti-

cələnmir.  Bundan əlavə, hər bir növ və sort üçün torpaqda özlərinin normal, 

optimal və izafi azot norması vardır, hansı ki, bu çərçivələrdə azot qidalan-

masının sadalanan reaksiya tiplərinin birində bitkilər inkişaf edirlər.   

Kənd təsərrüfatı bitkilərinin becərilməsinin ekoloji təhlükəsiz texnolo-

giyalarının axtarışı və işlənib hazırlanması hələ də aktualdır, çünki onlar ra-

sional  təbiətdən  istifadənin  prinsiplərinə  uyğun  gəlir.  Məsələn,  azot  güb-

rələrinin  tətbiqinin  lokal  texnologiyası  onlara  aiddir.  O  torpaqda  kökün  qi-

dalanma  sahəsində  azotun  çevrilməsini  nizamlayır  və  bitkilərin  ontogene-

zində gübrə və torpaq azotuna tələbatını tənzimləyir; məhsuldarlıq prosesinə 

və  məhsuldarlıq  prosesinə  və  məhsulun  yüksək  keyfiyyət  göstəricilərilə 


293 

 

formalaşmasına yönəlmiş təsir göstərir. Torpaq-bitki sistemində azot birləş-



mələrinin  akkumulyasiyası  xeyli  yaxşılaşır  ki,  bu  da  becərilən  bitkinin 

əlverişsiz abiotik faktorlara davamlılığını artırır (şəkil 2.37).

 

 

ġəkil 2.37. Torpaq-bitki sisteminə azot gübrəsinin lokal  



üsulla  tətbiqinin təsir sxemi 

294 

 

Əgər  toxumun  səpilməsi  və  gübrənin  verilməsi  eyni  zamanda  kom-



binasiya olunmuş toxum səpənlə həyata keçirilərsə, onda azot  gübrələrinin 

lokal  tətbiqi  texnologiyalarına  uyğun  olaraq,  onu  torpağa  10-12  sm  dərin-

ikdə  və  toxum  səpilən  cərgədən  6-7  sm  məsafədə  tətbiq  etmək  lazımdır 

(Şəkil 2.38). 

 

 

ġəkil 2.38.  Azot gübrəsinin lokal üsulla verilməsi. 



Gübrələrin  lokal  tətbiqində  onlar  torpağa  nazik  lent  və  ya  ekran  for-

masında  verilir.  Əgər  gübrə  toxumun  səpilməsindən  əvvəl  verilərsə,  onları 

gələcəkdə toxum səpiləcək cərgələrə perpendikulyar  yerləşdirmək lazımdır. 

Bu zaman gübrə lentləri (cərgələri) arasındakı məsafə dənli bitkilər üçün 15 

sm, cərgəarası becərilən bitkilər üçün 30 sm olmalıdır.     

Cədvəl 2.73 

Bitkilərin  gübrə  azotunu  mənimsəməsi  və  azot  gübrəsinin 

müxtəlif tətbiq üsullarında onun itkisi, tətbiq olunan dozadan %-lə 

Bitki 


N istifadəsi %-lə 

N itkisi %-lə 

Dağınıq üsul  Lokal üsul  Dağınıq üsul 

Lokal 


tətbiqi üsul 

Payızlıq buğda 

Yazlıq buğda 

Arpa 


Qarabaşaq 

Yem cuğunduru 

Kartof 

28 


27 

38 


32 

39 


42 

43 


43 

59 


40 

54 


71 

63 


42 

32 


25 

31 


35 

39 


19 

10 


10 

22 


13 

295 

 

Gübrə azotunun  torpaqda lokallaşması  hesabına, bitki  onu gübrələrin 



dağınıq verilməsinə nisbətən 1,2...1,6 dəfə  artıq mənimsəyir (cədvəl  2.73). 

Bu zaman azotun  qaz formalı  itkisi  kəskin  azalır (1,6...3,2 dəfə) ki,  həmin 

texnologiyanın  ekoloji  məqsədyönlü  olmasını  təmin  edir.  Aqronomik 

effektliyə gəldikdə isə, azot gübrələrinin lokal üsulla verilməsindən kənd tə-

sərrüfatı  bitkilərinin  məhsuldarlığı,  gübrələrin  dağınıq  üsulla  tətbiqinə  nis-

bətən  22...46%  artır.  Bu  texnologiya  qarğıdalı  və  gülül-yulaf  qarışıq 

səpinlərində ən yüksək effeklik verir.    

Bitkilərin  biotik  faktorlara  (xəstəliklərə)  davamlılığının  artması  təbii 

əsaslarla mühafizə-stimulə qabiliyyətini artırır. Bitki mühafizəsində kimyəvi 

vasitələrin istifadə olunması ətraf mühit obyektlərinin əhəmiyyətli dərəcədə 

çirklənməsinə səbəb oldu. Bu isə insan sağlamlığı üçün real təhlükə yaradır. 

Belə  neqativ  nəticələrdə  təbii  preparatlar  əsasında  hazırlanmış  biostimul-

yatorlar istifadə olunmur, məsələn, sianobakteriyalar.   Bu preparatın kələm 

şitillərinin  köklərinin  kultivasiyasından  əvvəl  boltuşkalara  əlavə  edilməsi 

bitkinin  xəstəliklərə  tutulmasının  qarşısını  əhəmiyyətli  dərəcədə  azaldır. 

Sianobakteriya  preparatı  bitkinin  fır  xəstəliyinə  tutlmasının  qarşısını  tama-

milə  aldı, selikli bakterioz xəstəliyinə  tutulmasını  demək olar ki,  2 və  qara 

ayaq xəstəliyinə tutulmasını 3 dəfə azaltdı, mineral qidalanmanı yaxşılaşdırdı 

ki, nəticədə ağbaş kələmin məhsuldarlığı əhəmiyyətli dərəcədə (34,7 %) artdı.     

 

2.11.9.  Müxtəlif əkinçilik sistemində aqroekosistemin davamlılığı 

Hazırda elmdə və praktikada aqroekosistemin istifadəsi və onun idarə 

olunmasında  ənənəvi  və  bioloji  əkinçilik  sistemlərinə  əsaslanan  iki  əks 

konsepsiyalar  formalaşmışdır.  Aqroximikatlardan  geniş  istifadə  etməklə, 

ənənəvi  əkinçilik  sistemi  aqroekosistemin  yüksək  məhsuldarlığını  saxlayır. 

Bu  konsepsiya  çərçivəsində  aqronomik  və  iqtisadi  kriteriyalar  prioritet 

hesab olunur. Birinci halda kənd təsərrüfatı bitkisinin əsas məhsuldarlığının 

artımı,  ikincidə  isə  alınmış  məhsulun  maddi  və  maliyə  xərclərinin  maya 

dəyərinin cəmi nəzərə alınır.   

Hesab  olunur  ki,  əkinçiliyin  ənənəvi  sisteminin  intensivləşdirilməsi 

nəinki  aqroekosistemin komponentlərini  deqradasiya  etmir,  həm  də  onların 

sabitliyinin daha yüksək səviyyəsini və torpağın təbii məhsuldarlığının azal-

masının qarşısını almağı təmin edir. İntensiv əkinçilikdə bitkinin məhsuldar-

lığının  artması  kimyəvi  maddələrin  effektiv  istifadəsi,  bitki  mühafizəsinin 

bioloji üsulu, meliorativ üsullar, proqressiv texnologiyaların tətbiqi hesabına 


296 

 

əldə olunur ki, bu da son nəticədə torpağın münbitliyinin artmasını və aqro-



landşaftların çirklənmədən və deqradasiyadan mühafizəsini təmin edir. Bax-

mayaraq ki, bu vəziyyət məntiqidir və eksperimental olaraq sübut olunmuş-

dur, belə bir sualın ortaya çıxması qanunauyğundur: nə üçün aqrar sektorun 

intensiv inkişaf etdiyi və yüksək enerji təminatlı və kənd təsərrüfatı əməliy-

yatlarının  elmin  son  nailiyyətlərinə  əsaslanan  yüksək  texnologiyaları  olan 

ölkələrdə  ekoloji  hadisələr  gərgin  olaraq  qalır  ki,  bu  da  ənənəvi  əkinçilik 

sisteminin  təhlükəsizliyindən  şübhələnməyə  və  alternativ  istehsal  sistemi-

nin,  bunlardan  ən  məşhuru  əkinçiliyin  bioloji  sistemidir,  vacibliyini  başa 

düşməyə imkan verir. 

Əkinçiliyin  belə  sisteminin  inkişafının  birinci  mərhələsində  prioritet 

istiqamət, yüksək keyfiyyətli bitkiçilik məhsullarının alınmasında insektisid-

lərdən  imtina  etmək  və  bitki  mühafizəsində  bioloji  və  aqronomik  üsulların 

tətbiqi  oldu.  Son  illərdə  bioloji  əkinçilik  sisteminə  geniş  mənada  –  ekoloji 

təmiz  ətraf  mühit  konsepsiyasının  tərkib  hissəsi  kimi  baxılır.  Bir  qayda 

olaraq,  bioloji  əkinçiliyin  elementlərinin  daxil  edilməsi  istehsalın  iqtisadi 

göstəricilərinin azalmasına, məhsul vahidinin alınmasına enerji sərfinin, işin 

həcminin  və  ənənəvi  sistemə  nisbətən  mürəkkəbliyinin  artmasına  səbəb 

olur.  Müxtəlif  qiymətləndirmələrə  görə  bioloji  əkinçilikdə  mineral  gübrə-

lərdən  imtina  etmək  nəticəsində  40%  az  məhsul  alınır,  əmək  sərfi  isə 

25...30%  artır.  Lakin  praktikada  bioloji  əkinçiliyin  bütün  cəlediciliyinə 

baxmayaraq real tətbiqi ideyası, iqtisadi xarakterli problemlərdən daha çox, 

aqroekosistemlərin  funksiyalaşması  mexanizmini  və  kənd  təsərrüfatı  tex-

nologiyalarının ―biolojiləşməsi‖ şəraitində onun davamlılığının sərhədlərini 

izah  edən  etibarlı  nəzəriyyənin  olmamasından  geniş  təşəkkül  tapmır.  Bu 

zaman  zonal  torpaq  –  ekoloji  spesifiklik  nəzərə  alınır  ki,  bu  da  torpağın 

münbitliyini  və  aqrolandşaftların  çirklənmədən  və  deqradasiyadan  müha-

fizəsini  artırır,  baxmayaraq  ki,  bu  qaydalar  tamamilə  məntiqidir  və  təcrü-

bədə təsdiq olunub. Bəs nədən aqrar sektoru intensiv inkişaf edən ölkələrdə 

əkinçiliyin  ənənəvi  sisteminin  təhlükəsizliyi  şübhə  doğurur  və  alternativ 

istehsal  sistemlərinin  hazırlanmasına  ehtiyac  duyulur,  əkinçiliyin  bioloji 

sistemi  daha  məşhurdur.  Müxtəlif  qiymətləndirmələrə  görə  mineral  gübrə-

lərdən imtina edılməsi 40% məhsuldarlığın azalmasına, 25-30% əmək xərc-

lərinin artmasına səbəb olur.  

Bir-birinə  əks  olan  bu  iki  konsepsiyanın  üstünlüklərini  və  çatışmaz-

lıqlarını  nəzərə  alaraq  yeni  əkinçilik  sisteminin  effektivlik  kriteriyalarının 

daha geniş spektrini əhatə etsin. Hazırlanan tədbir tək aqronomik və iqtisadi 

effektivliklə deyil, həm də texnoloji effektivliklə təyin olunur. 

Aqroekosistemlərin bütövlükdə və onun ayrı-ayrı  komponentlərinin  



297 

 

funksiyalaşmasının qiymətləndirilməsi kriteriyaların formalaşmasında müx-



təlif yanaşmalar və parametrlərdən istifadə olunur ki, bu da onların keyfiy-

yətcə  məhsuldarlığını çətinləşdirir. Aqroekosistemləredə  baş  verən dəyişik-

liklərin  qiymətləndirilməsinin  əsas  üsulu  ,  onun  törəmələrinin  vəziyyətini 

xarakterizə  edən  parametrlərin  etalon  variantlarla    müqayisə  olunmasıdır. 

Hər hansı faktorun təsiri olan və olmayan hallarda mühitin vəziyyətinin də-

yişməsi arasındakı fərq qeyd olunan standart şkala yaradılır. Lakin belə ya-

naşma  o  qədər  də  doğru  deyil,  çünki  təbii  və  aroekosistemlər  üçün  xarak-

terik  olan  ilkin  fərqləri,  eləcə  də  insan  fəaliyyətinin  müxtəlif  formalarının 

dinamikasını  və  aqroekosistemlərin  onlara  reaksiyasını  əks  etdirmir.  Buna 

görə  də  aqroekosistemin  funksiyalaşmasının  qiymətləndirilməsi  üçün  bir 

sıra xüsusi kriteriyalar istifadə edirlər.  

     Kənd təsərrüfatı fəaliyyətinin aqroekosistemlərə təsirini qiymətlən-

dirmə  kriteriyası   kimi  əkinçiliyin ekolojiləşdirilməsi  (K

ə.e.


) göstəricisindən 

istifadə  etmək  təklif  olunur.  Onu  hesablamağa  aşağıdakı  xarakteristikalar 

xidmət  edir:    bitkinin  məhsulu  (M)  və  onun  miqdarı  (n),  bitki  qalıqlarının 

humuslaşma  əmsalı  (K

h

),  verilən  üzvi  gübrənin  kütləsi  (M



q

)  və  onun 

humuslaşma əmsalı (K

q

), humusun minerallaşan kütləsi  və məhsul qalığının 



miqdarı  (M

m.q.


),  eroziya  hesabına  itən  humus  maddəsinin  kütləsi  (M

e.it.


), 

məhsulun  formalaşmasına  sərf  olunan  humusun  kütləsi  (M

m.h

),  növbəli 



əkinlərin rotasiyasında bitkinin təkrarlanmasını əks etdirən əmsallar (K

r

) və 



həmin bitkinin növbəli əkində payı (K

p

). Bu parametrlər  aşağıdakı modeldə 



istifadə olunduqda: 







n

i

h

m

it

b

q

m

r

p

q

q

h

M

M

M

K

K

K

M

MK

n

K

1

.



.

.

)



(

я.e


 

 

Görünür  ki,  eroziya  və  növbəli  əkinlərin  texniki  bitkilərlə  daha  çox 



doldurulduqda  humusun  aktiv  sərf  olunması  baş  verir,  K

ə.e. 


(0,3...0,4) 

əmsalının aşağı qiyməti isə istifadə olunan əkinçilik sisteminin kifayət qədər 

ekolojiləşdirilmədiyindən  xəbər  verir.  Ekosistemin  ekoloji  vəziyyətinin  və 

çirkləndirici  maddələrin  stress  təsirlərinə  qarşı  torpağın  dözümlülüyünün 

indiqator  göstəricisi  kimi  çox  vaxt  torpaq  hissəciklərinin  ölçüsü  və  torpaq 

məhlulunun  pH-ının qiymətləri götürülür. Bitkilərin mineral gübrələrə reak-

siyasının  inteqral  xarakteristikasını,  onların  aqronomik  (AE)  və  fizioloji  

(FE)  effektliyinin  göstəriciləri,  eləcə  də  qida  elementlərinin  mənimsənilmə 

effektliyi    verir,  hansı  ki,  çox  vaxt  gübrənin  təsiredici  maddəsinin  istifadə 

olunma  əmsalı  adlandırırlar.  Ilk  olaraq  əsas  məhsulun  əlavə  məhsuldarlığı-

nın formalaşmasına gübrənin qida elementlərinin nə qədər sərf olunduğunu 

təyin  edirlər (I), sonra isə  gübrələnmiş  variantda  məhsulun formalaşmasına   



298 

 

istifadə  olunan  əlavə  qida  elementlərinin  sərfi  (II);  bitkilərin  qida 



elementlərini  mənimsəməsinin    effektliyini  xarakterizə  edir,  elementin 

ümumi çıxımından alınan əlavə məhsulun (tətbiq olunun gübrədən alınmış) 

onun dozasına nisbəti: 

g

D



n

g

M

M

AE



, əsas məhsul kq/təsiredici maddə kq (I); 

n

g

n

g

V

V

M

M

FE



 əsas məhsul kq/ t. m. umumi çıxımı kq (II); 

%

100




g

D

n



g

V

V

MF

 (III). 


 

Aqroekosistemin  biogen  elementlərlə  ekoloji  doyma  həddinin  xarak-

teri, eləcə də onların miqrasiya-akkumulyasiya xassəsinin təyini  üçün,  lan-

dşaft-geokimyəvi  strukturda  makro-mikroelementlərin  balansının  vəziy-

yətini  təyin  etmək  məqsədəuyğundur.  Aqroekosistemin  hüdudunda  makro-

elementlərin balansının intensivlik göstəricisini hesablayırlar, hansı ki, bitki-

lərin  gübrə  dozasından  elementlərin  daşınmasının  təzminatının    qiymətini 

ifadə edir. Tədqiqatların nəticəsi göstərir ki, bu qiymətin 60%-dək azalması 

torpağın aktual münbitliyinin tükənməsini göstərir.   

 

 2.11.10.  Minerallaşma və humuslaşma proseslərinin balanslaşması 



- pedosferin ekoloji davamlılığının inteqral göstəricisidir 

Üzvi  maddələrin  yaranması  və  parçalanması  torpağın  yaranmasının 

əsasıdır. Bu məlum haldan prinsipial əhəmiyyətli nəticə çıxır –minerallaşma 

və  humuslaşma  prosesləri  arasındakı  qarşılıqlı  münasibət  torpaqda  ekoloji 

tarazlığı şərtləndirir. Adı çəkilən proseslərin balanslaşması torpaq blokunun, 

deməli,  həm  də  bütövlükdə  aqroekosistemin  ekoloji  davamlılığının  mahiy-

yətini  əks  etdirir.  Torpaqda  ekoloji  tarazlıq  vəziyyətinə  uyğun  gələn  kə-

miyyət  parametrlərinin  təyini, onun təbiətinin  açılması və  bu  əsasda torpaq 

məhsuldarlığının  artırılması  metodlarının  hazırlanması  –  aqroekoloji  prob-

lemləri  də  nəzərə  almaqla,  kompleks  qərarların  qəbulunu  tələbdən  mühüm 

elmi-praktiki vəzifədir.  

Torpaqda  üzvi  maddələrin  minerallaşması  prosesinin  intensivliyinin 

kifayət  qədər  əhəmiyyətli  kəmiyyət  göstəricisi  kənd  təsərrüfatı  bitkilərinin 

məhsulda  N  azotun  çıxarılması  (daşınması)  ola  bilər.  Humusun  yaranması 

prosesi, əksinə, azotun torpaqda toplanması ilə birbaşa əlaqəlidir. Buna ğörə 

də humus ehtiyatının artırılmasında onun akkumulyasiya miqdarını humus-

laşmanın  obyektiv  qiyməti  kimi  göstərmək  olar.  Əvvəl  deyilənlərdən  belə 


299 

 

çıxır  ki,  aqroekosistemin  torpaq  blokunda  humuslaşma  və  minerallaşma 



proseslərinin  balanslaşdırılmasının  qiymətləndirilməsini,  aqroekoloji  para-

metrlərin qiymətləndirilməsinə - gübrə azotunun bioloji utilizasiya əmsalına 

(K 

N

ut



)  əsasən aparmaq daha realdır. Deyilən göstərici və becərilən bitkinin 

gübrədən N elementini mənimsəməsi əmsalı (K 

m

N

) və növbəli əkinin rotasi-



yasında humusun artmasında onun akkumulyasiyası təcrübə qoyulmasından 

əvvəl təyin olunan (K 

ak

N

) miqdarına nisbətinin cəmi kimi hesablamaq olar. 



Gübrə  azotunun  mənimsənilmə  əmsalının  onun  akkumulyasiya  əmsalına 

nisbəti  (K

m



:  K



ak

N

)  torpaqda  minerallaşma  və  humuslaşma  proseslərinin 



balanslaşma  dərəcəsini,  deməli,  həm  də  növbəl  əkin  rotasiyası  dövründə 

torpaq  yaranma  prosesinin  istiqamətini  əks  etdirir.  Həqiqətdir  ki,  digər 

göstəricilərlə yanaşı bu nisbətdə yüksək məhsuldar aqroekosistemin davam-

lılığının qiymətləndirilməsinin obyektiv ekoloji kriteriyası kimi xidmət edə 

bilər.  

Aqroekosistemin  torpaq  blokunun  ekoloji  davamlılıq  dərəcəsi  aşağı-

dakı formula ilə təyin olunur:   

E

dav



 = K

m

N



 : K

ak

N



 

    


burada  E

dav


  –  aqroekosistemin  torpaq  blokunun  ekoloji  davamlılığının 

inteqral göstəricisidir; K

m

N

  –  növbəli  əkin  rotasiyasında  azotun  bitkilər  tərəfindən 



mənimsənilmə  əmsalı,  %;  K

ak



–  nəvbəlı  əkin  rotasiyasında  humusun  artmasında 

azotun akkumulyasiya əmsalı, % -lə.  

 

Gübrə  azotunun  bioloji  utilizasiyasının  qiyməti,  onların  torpağın 



effektiv və potensial mümbitliyinə təsirinin xüsusiyyətləri ilə, eləcə də növ-

bəli  əkin  tarlalarında  becərilən  bitkilərin  məhsuldarlığı  və  azotu  çıxarması 

ilə  birbaşa  əlaqəlidir.  Çoxillik  çöl  təcrübələrilə  müəyyən  olunmuşdur  ki, 

bitki  rotasiya  dövründə  nə  qədər  çox  gübrə  azotu  utilizasiya  edirsə,  bir  o 

qədər  az  akkumulyasiya  edir  humusda  və  bir  o  qədər  yüksəkdir  mənim-

sənilmə  əmsalı  (K

m

N

)  bioutilizasiya  əmsalında  (K



m

N

).  Bu  xüsusən  aydın 



görünür,  məsələn,  torpağa  asan  minerallaşan  maddələrlə  zəngin  olan  yaşıl 

gübrə basdırılanda. Əks asılılıq torpağa inert üzvi maddələr basdırılanda baş 

verir – küləş, humus maddələrində tədricən minerallaşan azot və s. 


Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin