BZİ=Yaşıllıq məkanı İndeksi + Su məkanı İndeksi + Havanın
təmizliyi İndeksi + Səs-küy indeksi + Suyun təmizliyi İndeksi.
Işin mahiyyəti odur ki, söhbət ekoloji vəziyyətin kəmiyyətcə
qiymətləndirilməsindən (ölçülməsindən) gedir. Belə indekslər əsasında
uyğun təkmilləşdirmədən sonra analitik işləri xeyli yaxşılaşdırmaq, əhalinin
məskunlaşması üçün ekoloji siyasəti daha dəqiq və məqsədyönlü
formalaşdırmaq olar.
2.11. AqrolandĢaftların optimallaĢdırılması
2.11.1
.
Ümumi anlayışlar
Ekoloji təhlükəsizlik həyat səviyyəsini müəyyən edən bütün faktorlar-
ın uçotunu tələb edir. Deməli, həm də insanların uzunömürlülüyünü. Onun
təmin olunmasında kompleks vasitələr mühüm rol oynayır. Cəmiyyət ətraf
mühitin keyfiyyətini idarə etmək üçün onları süçir. Bu zaman nəzərə almaq
lazımdır ki, ekoloji təhlükəsizlik sistemi ilk növbədə insan sağlamlığının,
eləcə də insanı əhatə edən ətraf mühitin mühafizəsinə xidmət edir. Bu prob-
lemin həllində bütün biosferin və insan cəmiyyətinin davamlı inkişafı əsas
rol oynayır. Davamsız inkişafda əlverişsiz deqradasiya prosesləri formalaşır.
Buna görə də şübhə yoxdur ki, təbii komplekslərin davamlı inkişafının idarə
265
olunma metodlarının hazırlanması, etibarlı həyat təminatlı sistemlərin yara-
dılmasında əvəzolunmaz şərtdir.
Ekosistemin müəyyən olunmuş təyinatına görə, o canlı orqanizmlərin
–onların yaşadığı mühitdə cəmidir, müəyyən məkan tutur və özünü tənzim-
ləmə qabiliyyəti var. Ekosistemin abiotik komponentləri torpaq, bitki qırın-
tıları, mikroorqanizmlərin qqalıqlarıdır. Biotik hissəsi ekosistemin ilkin pro-
dutsetlətdən-avtotrof və konsumentlərdən – heterotroflardan, bir də sapro-
troflardan, hansı ki, bitki və heyvan qalıqlarını ilkin qeyri-üzvi maddələrə
qədər parçalayır, eyni zamanda ikinci produtsentlər rolunu oynayır. Məlum
olduğu kimi, bütün ekosistemlər enerji axını, trofik zəncir, zaman-məkan
müxtəlifliyinin strukturu ilə; suyun və elementlərin biogeokimyəvi dövranı
ilə,; inkişaf və təkamül ilə; idarə olunma ilə xarakterizə olunurlar (Odum,
1975). Ekosistemlərə təsir edən prioritet antropogen faktorlar əkinçilik,
heyvandarlıq. Meliorasiya, torpaqların mənimsənilməsi, meşələrin qırılma-
sıdır. Bununla yanaşı, ekosistemlərin vəziyyəti dolayısı ilə dağ-mədən, emal
sənayesindən, enerji istehsalından, nəqliyyatdan, tikintidən və s. Asılıdır.
Ekosistemdə antropogen faktor onun elementlərinə, qida zəncirinə, mad-
dələr dövranına və enerji axınına istehsal fəaliyyətində birbaşa təsiretməklə
reallaşır. Eləcə də təbiətdə baş verən dəyişikliklərlə, əsasən atmosferdə
(temperaturun qalxması, ozon ekranının dağılması, CO
2
, CH
4
, NO
2
, SO
2,
ClF
karbonların,turş yağışların yağması) baş verənlər. Antropogen təsirlərdən
ekosistemin pozulması nəticəsində torpağın rejimi və xassələr, havanın key-
fiyyəti, su ehtiyatları və onların keyfiyyəti, bitki-heyvan növlərinin sayı,
müxtəlifliyi, yayılma ərazisi, biotun genotipi və onun fizioloji-metabolik ak-
tivliyi dəyişir. Bu zaman ekosistemlər təsərrüfat fəliyyətinin konkret tipinə
məxsus olan spesifik xarakteristikalar qazanır. Belə ki, aqrar tipli antropo-
gen faktorlar ekosistemi aqroekosistemə transformasiya edir.
Aqroekosistemin funksiyalaşması daimi antropogen təsirlərin onun
elementlərinə təsirinin intensivliyindən və müddətindən asılıdır. Buna görə
də aqroekosistemlərdə geri dönməyən proseslərin baş verməməsi üçün bu
təsirlərin nəticəsini əvvəlcədən bilmək lazımdır, eləcə də təbii və antropogen
təzyiqlərə qarşı komponentlərin dözümlülük səviyyəsini və adaptasiya me-
xanizmini nəzərə almaq lazımdır. İnsanın istehsal və kənd təsərrüfatı fəaliy-
yəti tam təbii formalaşmalar sərhəddində-landşaftlarda həyata keçirilir. Bu
qarşılıqlı təsir edən təbii və ya təbii antropogen komponentlərdən ibarət olan
ərazi sistemidir, təbiəti mühafizənin ən ümumi bütöv obyektidir. Bu nöq-
teyi-nəzərdən ona ehtiyattutumlu və ehtiyatyaradan sistem kimi baxılır;
insanın yaşayış və fəaliyyət mühitidir; genofondun saxlanma yeridir, təbii
laboratoriya və estetik mənbədir. Bu mənşəyinə və inkişaf tarixinə ğörə
eynicinsli ərazidir. Müxtəlif parametrlərinə görə təbii və antropogen, mədəni
266
və yabanı, çöl və dağlıq, meşə və bataqlıq və diğər landşaftlar, o cümlədən
aqrolandşaftlara ayrılırlar.
Aqrolandşaftlar –antropogen landşaftlardır. Onların biotik hissısi, can-
lı orqanizmlər cəmiyyəti insan tərəfindən süni yaradılır (antropobiosenozlar)
və təbii fito- və zoosenozları böyük ərazilərdə əvəz edir. Daha dar mənada,
aqrolandşaft dedikdə, təbii bitki örtüyünün çox hissəsinin kənd təsərrüfat
bitkilərinin səpini və basdırılması ilə əvəz olunduğu landşaftlar başa düşü-
lür. Aqrolandşaftlar kənd yerlərinin peyzajı (mənzərəsidir.)
Təbii landşaftlardan fərqli olaraq təbii-antropogen landşaftlar özündə
üç sistemaltlığını birləşdirir: təbii, sosial və istehsal, hansı ki, bir-biri ilə düz
və əks istiqamətdə maddə, enerji və informasiya əlaqələrində olur. Mədəni
landşaftların yaradılmasına bu qarşılıqlı əlaqələrin harmoniyası ilə çatmaq
olar. ―Kənd təsərrüfaı landşaftı‖ və ―aqrolanşaft‖ anlayışlarını fərqləndirmək
lazımdır. Birinci adətən ümumitəsərrüfat və sosial aspektdə, ikinci -əkincilik
pozisiyasından baxılır.
Əkinçiliyin adaptiv-landşaft sistemini formalaşdırmaq məqsədilə
aqrolandşaft anlayışından istifadə olunur.
Aqrolandşaft- geosistemdir. O, aparıcı aqroekoloji faktorların cəminə
görə fərqlənir, funksiyalaşması maddə və enerji miqrasiyasının vahid zənciri
çərçivəsində baş verir. Torpaqların aqroekoloji tipologiyası nöqteyi-nəzə-
rindən aqrolandşaft torpaqların aqroekoloji qrupuna uyğun gəlir.
Aqrolandşaftlardan başqa insanın fəliyyətilə idarə olunan təbii sis-
temlər - texnogen landşaftlar da mövcuddur. İnsanın fəaliyyət tipinə görə
antropogen landşaftları aşağıdakı qruplara bölmək olar: dəmyə əkinçiliyi
landşaftları, suvarma əkinçiliyi landşaftları, otlaq landşaftları və s. Landşaft
və ekosistemlərin antropogen trasformasiyasının əsas xüsusiyyətləri aşagı-
dakılardan ibarətdir.
2.11.2. Aqroekosistemlərin dəyişkənliyi və davamlılığı
Təbii mühitin optimallaşdırılması - bu sistemin istismarı, onun qorun-
ması və məqsədyönlü yenidən yaradılması arasında balanslaşmış münasibət-
lərin yaranmasıdır. Bu arada insan fəaliyyəti təbii mühitdə əhəmiyyətli və
davamlı dəyişikliklər yaradır. Məlum olduğu kimi aqroekosistemlərdə belə
dəyişikıliklərə eroziya və defilyasiya prosesləri; torpağın və təbii suların
kimyəvi maddələrlə çirklənməsi, su hövzələrinin evtroflaşması; torpağın
kipləşməni, turlaşması və bioloji aktivliyinin azalması; flora və faunanın
növ tərkibinin, sayının və yayılmasının dəyişməsi və s.
Bununla əlaqədar olaraq, sistemdə mühiti sabitləşdirən tədbirlərin
həyata keçirilməsi lazımdır. Nəzəri olaraq aqroekosistemin davamlılığını tə-
min edən sistemlərin hazırlanması, aqrolandşaftın formalaşan ekologiyasına
267
xidmət edir. Bu zaman aqrolandşaftın struktur elementləri arasında qarşılıqlı
əlaqələrin və qarşılıqlı asılılıqların xarakterini, uyğun strukturların ierarxik
səviyyəsini sisemli öyrənmək lazımdır.
A.Q.İsaçenkonun (1980) qeyd ediyi kimi, landşaftları bütövlükdə opti-
mallaşdırmadan, təbii mühitin ayrı - ayrı komponentlərinin rasional istifadə-
sinin və mühafizəsinin real əhəmiyyəti yoxdur.
Davamlı aqroekosistemlərin formalaşdırılmasının ilkin şərtlərinə ba-
xarkən, landşaft - ekoloji yanaşmalara əsaslanmaq lazımdır. Hansı ki, təbii
hadisələrin və proseslərin, eləcə də onların ehtiyat potensialının inventarlaş-
masına zəmin yaradır.
Təbii sistemlər xarici təsirlərə onların münasibətini təyin edən bir sıra
xassələrlə xarakterizə olunurlar: bütövlük, davamlılıq, elasiklik, inersiya,
həcm, dəyişkənliklərin yol verilən həddi. Bu xassələri qısa xarakterizə edək.
Bütövlük-ekosistemin daxili birliyidir, onları təşkil edən kompo-
nentlər arasındakı sıx əlaqələrlə şərtlənir.
Davamlılıq-müəyyən kritik qiymətləri keçməyən hədd daxilində siste-
min özünüsaxlama və özünütənzimləmə xüsusiyyəti. Söhbət ekosistemin
xarici təsirlər zamanı öz strukturunu və əsas funksiyalarını qoruyub saxla-
masından gedir. Burada əsas rolu biota oynayır, hansı ki, abiotik mühiti
transformasiya edərək, xarici təsirləri yumşaldır.
Rezistent və möhkəm davamlılığı fərqləndirirlər. Birinci halda siste-
min öz struktur və funksiyasını saxlaması üçün pozuntulara müqavimət gös-
ġəkil 2.32. Biosferdə maddə və enerji dövranını və onların qarşılıqlı təsirinin
sxemi. M
1
– bitkilər-produsentlər; M
2
- mikroorqanizmlər produsentlər; K
3
-
konsumentlər; S
4
- saprofitlər
268
tərməsi xassəsi, ikinci halda sistemin struktur və funksiyaları pozulduqdan
sonra öz vəziyyətini bərpa etmə xassəsi başa düşülür. Biosferdə enerji və
maddələrin dövriyyəsi ardıcıllığı və onların qarşılıqlı təsir sxemi (şəkil
2.32).
Dəyişkənlik - ekosistemin öz - özünə inkişaf faktorları və ya xarici
gücün təsiri altında bir vəziyyətdən digərinə keçməsi xassəsidir. Sistemin
transformasiyasının dərinliyinə görə funksiyalaşma, dinamika və inkişafın
gedişində dəyişiklikləri fərqləndirirlər. Funksiyalaşma – sistemi müəyyən
vəziyyətdə saxlayan maddə və enerji ötürülməsi və çevrilməsi proseslərinin
cəmidir. Burada kiçik kəmiyyət dəyişmələri baş verir, hansı ki, ritmik
sutkalıq və fəsli xarakter daşıyır. Dinamika-dönən dəyişkənliklərdir, hansı
ki, sistemin strukuru daxilində baş verir. Məsələn, onlara aid edirlər ―bərpa-
edici növbələşmələr‖ adlanan çoxillik dövri tərəddüdləri. Dinamika proses-
lərində daha dərin dəyişikliklər gedir, nəinki funksiyalaşma proseslərində.
Lakin onlar strukturun keyfiyyətcə yenidən qurulmasına aparmır, yalnız
tədricən onu hazırlayır. İnkişaf (təkamül) – bu strukturun əsaslı yenidən-
qurulması ilə sisemin geri dönməyən dəyişməsi və həm xarici, həm də daxili
senotik təsirlərlə bağlı olan yeni landşaftların formalaşmasıdır. Belə eko-
sistemlər davamlılığını itirirlər.
Elastiklik - xarici faktorların təsiri alında sistemin müəyyən həd daxi-
lində öz vəziyyətini dəyişməsi və onların təsiri kəsildikdən sonra öz əvvəlki
vəziyyətinə qayıtması xassəsidir.
İnersiya-təbii sistemlərin müəyyən həd daxilində xarici faktorların tə-
sirinə öz vəziyyətini dəyişmədən qarşıdurmasıdır.
Həcm–öz vəziyyətini dəyişmədən xarici faktorların yad təsirlərini
absorbsiya etmək xassəsi (kənar maddəlri, izafi enerjini və s.).
Dəyişkənliklərin yol verilən həddi – təbii sistemlərin vəziyyətinin
parametrlərinin maksimal və minimal hədləri, hansı ki, bu hədlər daxilində
sistem davamlıdır və dağılmır.
Təbii sistemlərin baxılan xassələri ilə əlaqədar, Y.A.İzraelin (1984)
təklif etdiyi müxtəlif yüklənmələrdə bəzi sistemlərin vəziyyətinin zamana
görə qrafik sxemi maraq doğurur (şəkil 2.33). Şəkildə verilən rəqəmlərdən
göründüyü kimi, təbii sistemin geri dönməyən dəyişkənliklərindən qaçmaq
üçün, yaxşı olar ki, ekoloji ehtiyat zonasından çıxılmasın.
Ekosistemin öyrənilməsi və uçotunun mühüm praktiki əhəmiyyəti var,
belə ki, ətraf təbii mühitlə daha savadlı qarşılıqlı təsir formalaşdırmağa
imkan verir. Bu təbii tarazlığının dözümsüzlüyü ilə ekosistemdən fərqlənən
aqroekosistemlərin yaradılmasında xüsusilə vacibdir. Təbii şəraitdə ekosis-
temin strukturunun növbələşməsi (məsələn, göllərin böyüməsi, meşələrin
bataqlaşması və s.) tədricən baş verir. Kənd təsərrüfatı istehsalına idarə
269
olunmayan təsirlər zamanı dəyişkənliklər tez baş verə bilər və aqrolandşaft-
ların davamlılığının və onların deqradasiyasına səbəb ola bilər.
ġəkil 2.33.
Müxtəlif yüklənmələrdə əzi elementlər sisteminin vəziyyətinin
zamanca h(t) funksiyalaşma qarfiki. (İzrael, 1979): 1və 7- dəyişmələrin aşağı və
yuxarı kritik həddi; 2 və 6 yol verilən dəyişmələrin aşağı və yuxarı həddi (sistemə
təsirin hədləri); 3- antropogen təsir zamanı sistemin faktiki vəziyyəti; 4- sistemin
normal vəziyyəti; 5- sistemin oyanmış vəziyyət. Faktiki və-ziyyətlə (3 əyrisi)
yuxarı (6) və ya aşağı yol verilən hədlərin təsirini xarakterizə edən təsirin ―ekoloji
ehtiyyat‖ına xarakterizə edən intervallar.
Təsərrüfat fəaliyyəti bütövlükdə biosenozun da yenidən qurulmasına
təsir göstərir. Həm də müxtəlif regionlarda ana suxurlar, axınlar və torpaq
arasında tarazlığın pozulması landşaftlarda dönməyən mənfi dəyişkənliklər
yaradır. Səhralaşma proseslərinin güclənməsi buna misal ola bilər.
Ekosistemin (xüsusilə də aqroekosistemlərin) davamlılığının yüksəl-
dilməsinin əsas şərti ekoloji normativlərə, standartlara və landşaftların istifa-
dəsində təsərrüfat fəalyyətini tənzimləyən digər reqlamentlərin təkmilləş-
dirilməsi və ciddi riayət olunmasıdır.
Təbii mühitin çirklənməsinin ən çox yayılmış göstəriciləri çirklən-
diricilərin yol verilən qatılığıdır. Lakin YVQ, YVT və digər göstəricilər
təbiətdə çirkləndirici maddələrin transformasiyasının xüsusiyyətlərini, kon-
kret fiziki-coğrafi şəraitdə onların biotada toplanmasını həmişə nəzərdə
saxlamır. Ayrı-ayrı təbii komponentlər üçün müəyyənləşdirilmiş normalar
bütövlükdə landşaft üçün azəlverişlidir. Daha çox qəbul olunan ekoloji
normativ kimi ekoloji yüklənmənin yol verilən həddi çıxış edə bilər, hansı ki,
ekosistemin potensial imkanlarını və daxili xassələrini daha tam əks etdirir.
EYVH (ПДЭН) daxili və xarici təsirlərin cəmi kimi, hansı ki, ya ətraf
mühitin keyfiyyətini dəyişmir, ya da onu yol verilən həddə dəyişir, ekosis-
temin komponentlərinin fakorların təsirinə məruz qalmasını, eləcə də bu
faktorların gücünü və akivliyini xarakterizə edir. Ətraf mühitin keyfiyyəti
270
dedikdə, verilən yerdə istənilən populyasiya (birinci növbədə insan populya-
siyası) üçün əlverişsiz nəticələrin olmadığı təbii və ya antropogen ekosis-
temlərin davamlı mövcudluğu başa düşülür. Real aqroekosistemin kom-
ponentlərinə təsir edən antropogen faktorlar müxtəlif olduğundan, praktiki
olaraq yol verilən yüklənmənin vahid göstəricisini təklif etmək mümkün
deyil. Buna görə də hər tip təsir növünün reqlamentinə öz tələbatları müəy-
yənləşdirilir. EYVH ekosistem və landşaftların davamlılığını kompleks gös-
təricisi kimi sistemin strukturunu və funksiyalaşmasını məhsuldarlığa, növ
müxtəlifliyiə, proseslərin intensivliyinə görə xarakterizə edir. Müasir dövrdə
ekoloji normalaşmanın iki mərhələsi qəbul olunur: ekoloji reqlamentləşmə
və ekoloji reqlamentləşmə əsasında ekoloji normativlərin təyin olunması.
2.11.3. Aqroekosistemlərin təşkilinin əsas prinsipləri
Uzun müddətli təkamül prosesində təbii ekosistemlər özünütənzim-
ləmə və özünübərpaetmə xassəsi qazandılar. Təbii ekosistemlər aqroekosis-
temlərə, o cümlədən aqrolandşaftlara trasformasiya edərkən, maddə-enerji
və informasiya əlaqələri əhəmiyyətli dərəcədə dəyişir. Əgər belə dəyişmələr
yol verilən həddən kənara çıxırsa, onda landşaftların əsas komponentlərinin
özünü yaratmaq xassəsi itir və nəticədə tez deqradasiyaya uğrayır. Müasir
aqrolandşaft - bu yalnız yenidən formalaşmış təbii-ərazi kompleksi deyil,
həm də spesifik təbii-təsərrüfat genezisi olan çoxkomponentli formalaş-
madır; ekoloji situasiyalı fitosenotik görüntüdür.
Baxmayaraq ki, aqrolandşaftların gələcəyi əsasən təsərrüfat fəaliyyəti
ilə təyin olunur, o çox hallarda təbii və antropogen strukturların ərazi və təş-
kilati uzlaşmasından asılıdır.
Adaptiv-landşaft torpaqdan istifadə etmə kənd təsərrüfatı istehsalı
proseslərində insan və təbiətin daha harmonik qarşılıqlı təsirinə çatmağa
yönəlmişdir. Bu zaman nəzərə almaq lazımdır ki, əgər landşaftşünaslıq- ar-
tıq formalaşmış elm sahəsidirsə, onun vacib qolu olan aqrolandşaftşünaslıq
hələ yeni yaranma prosesindədir. Aqrolandşaftşünaslıq aqroekosistemlərin
formalaşması və funksiyalaşması qanunauyğunluqlarını öyrənməli, əkinçili-
yin yeni sisemlərinin modelləşmə metodlarını hazırlamalı, optimal aqro-
lanşatların konstruksiyalaşdırılması yollarını əsaslandırmalı, sosial aqro-
ekologiyanın aktual problemlərini həll etməli, aqronomik yönümlü geoin-
formasiya sistemlərini hazırlamalı və əsaslarını formalaşdırmalıdır.
Aqrolandşaftların yaradılması aşagıdakıları prinsipləri tələb edir:
1.Adekvatlıq prinsipi. Aqrolandşaftlarda istehsal fəaliyyəti funksional
olaraq biosferin funksiyalarına uyğun olmalıdır, b.s. ətraf mühitin təbii
qanunauyğunluqlarına bənzər olmalıdır. Buna təbii landşaftların strukturu-
nun ekoloji xüsusiyyətlərini nəzərə almaqla, əkinçiliyin proqressiv sistem-
271
lərini tətbiq edərək çatmaq olar. Nəticədə biosferin funksiyalarını immi-
tasiya edən, davamlı aqroekosistemli, bioenergetik ehtiyatların daha effektiv
istifadəsini təmin edən yeni təbii-təsərrüfat kompleksləri formalaşır.
2.Uyğunluq prinsipi. Aqrolandşaftların ərazisinin komponentləri təbii-
antropogen uyğunluğu nəzərə almaqla yaradılır və layihələndirilir. Məsələ
ondadır ki, aqrolandşaftların ərazisinin elementləri üzvi surətdə bir-biri ilə
qarşılıqlı əlaqədə olur və vahid sistem yaradırlar. Təbii mühitlə uyğunlaşma-
yan ərazi elementi təbii kompleksin ümumi davamlılığını pozan, hansısa
xarici ―qıcıqlandırıcı‖ rolunu oynayır. Bunun nəzərə alınmaması aqroland-
şaftların yaranmasında izafi maddi xərclərə, çox hallarda isə onların tez
dağılmasına səbəb olur.
3.Fitosenozların yaşayış yerinə uyğunluq prinsipi. Aqrolandşaftların
formalaşması zamanı səpinlərin və kənd təsərrüfatı bitkilərinin əkin yerlə-
rinin ağılla seçilməsi çox vacibdir. Həmçinin torpağın məhsuldarlığını sax-
Cədvəl 2.69
Relyef Ģəraitindən asılı olaraq əsas kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığı, t/ha. (Varlamov, Volkov, 1991)
Parçalanma
əmsalı, km/km
2
Payızlıq
buğda
Arpa
Şəkər
çuğunduru
Qarğıdalı,
yaşıl kütlə
0,3.......0,4
2,44
2,27
28,7
31,2
0,7 ......0,8
2,15
2,04
26,1
29,6
1,1.......1,2
1,97
1,88
25,6
27,9
1,5......1,6
1,74
1,65
22,4
25,7
Cədvəl 2.70
Kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün torpaqların
müqayisəli yararlığı (Varlamov, Volkov, 1991)
Bitki
Kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün torpağın müqayisəli
yaradılma (Varlamov və Volokov 1991, dəyişikliklə
qum
lu
Y
üngül
gi
ll
ic
əl
i
qum
sal
Y
üngül
gi
ll
ic
əli
G
il
li
cə
li
A
ğı
r
gi
ll
ic
əli
Q
um
lu
tor
p
aq
A
ğı
r g
il
li
tor
p
aql
ar
1
2
3
4
5
6
7
8
9
Buğda
0
0
2
3
3
3
2
1
Çovdar
2
3
3
3
3
3
3
2
Yulaf
1
2
3
3
3
3
3
2
Arpa
1
1
3
3
3
3
2
1
Darın
1
3
3
3
3
3
2
1
272
davamı
1
2
3
4
5
6
7
8
9
qarğıdalı
0
3
3
3
3
3
2
1
qarabaşaq
1
3
3
3
3
2
2
1
Kartof
0
3
3
3
3
3
2
1
kətan
0
0
1
2
3
3
2
1
çuğundur
0
1
2
3
3
3
2
1
kələm
0
1
2
3
3
3
2
1
Kök
1
2
3
3
2
3
2
1
Dostları ilə paylaş: |