Cədvəl 4.45
Bərk məiĢət tullantılarının toplanma norması
Tullantının mənbəyi
Ölçü vahidi
BMT toplanma
norması
BMT-nin orta
sıxlığı, t/m
3
Yaşayış binaları
Yaxşı yerləşmiş
1 insana
0,18-0,225
0,19-0,22
Pis tikilmiş
―----- ―
0,35-0,45
0,3
Mehmanxana
1 yerə
0,12
0,17
Uşaq bağçası
―------―
0,095
0,24
Tədris müəssisəsi
1 sahəyə
0,024
0,2
Teatr,kinoteatr
1 yerə
0,03
0,15
Ərzaq mağazası
1 m
2
sahəyə
0,16-0,25
0,16-0,19
Sənaye
məhsulları
mağazası
―-------―
0,08-0,2
0,15-0,16
Xəstəxana
1 koykaya
0,228
0,33
Poliklinika
1 gəlişə
0,03
0,19
Qeyd: RF-da adambaşına təxminən 0,195 t BMT düşür.
437
FƏSĠL V
TƏSƏRRRÜFAT FƏALĠYYƏTĠNĠN EKOLOJĠ
MÜġAĠYƏTĠ
5.1.
Təbii ətraf mühitə təsirin qiymətləndirilməsinin metod və
vasitələri
Aqrosənaye komplekslərində obyektlərin əsas tiplərinə və təsərrüfat
fəaliyyətinin növlərinə daxildir:
● zəhərli kimyəvi maddələrin, mineral gübrələrin (həcm 5 min ton və
daha çox) və pestisidlərin (həcm 850 ton və daha çox) saxlanma anbarları;
● heyvandarlıq kompleksləri: donuzçuluq – 30 min baş və daha çox;
● İBH körpələrinin yemləndirilməsinə görə - 2 min baş və
daha çox;
● İBH – 1200 inək və daha çox; quşçuluq fabrikləri – 400 min yu-
murtlayan toyuq və daha çox; 3 milyon broyler və daha çox;
● sahəsi 1000 ha- dan artıq olan meliorativ sistemlər;
● vəhşi heyvanlar kompleksi;
● illik axını çay hövzəsinin ümumi axın həcminin 5 % - dən çoxunu
təşkil edən sənaye və çirkab sularının təmizlənməsi üzrə qurğular;
● üzvi mənşəli tullantıların (heyvan qəbirstanlığını nəzərə almaqla)
və BMT- nın yerləşdirilməsi üçün zibilliklər.
Təsirin qiymətləndirilməsinin kriteriya bazası. Ətraf mühitə təsirin
indikasiyası üçün bir neçə sxem mövcuddur. Bu hər şeydən əvvəl davamlı
meşədən istifadə etmə kriteriyaları və ―Fövqəladə ekoloji hadisələr və
ekoloji fəlakət zonalarının üzə çıxarılması üçün ərazinin ekoloji vəziyyətinin
qiymətləndirilməsi kriteriyaları‖ – dır. Ekosistemin vəziyyətinin qiymətlən-
dirilməsində təbii komponentlərin funksional birliyi nəzərə alınır. Başqa
sözlə desək, ümumi qiymətləndirmə biotik və abiotik faktorların vəziy-
yətinin qiymətləndirilməsindən yaranır. Belə qiymətləndirmədə subyek-ti-
vizmdən qaçmaq və ekosistemin vəziyyətini şərtləndirən səbəbi açmaq olur
ki, bu da dəqiq təbiəti mühafizə tədbirlərinin hazırlanması üçün vacibdir.
―Ərazinin ekoloji vəziyyətinin qiymətləndirilməsi kriteriyalarına‖ uyğun
olaraq, ekoloji vəziyyət təbii - antropogen pozulmalar nəticəsində ekoloji
əlverişsizliyin artma dərəcəsinə görə təsnifləşdirilir (bax: ―Ərazinin ekoloji
vəziyyətinin qiymətləndiriləsi kriteriyaları‖, Fəsil 2. səh 62. )
438
5.2 Ekoloji ekspertiza
Müxtəlif layihələrin, xüsusilə iri miqyaslı layihələrin həyata keçiril-
məsində, planlaşdırılmış təsərrüfat fəaliyyətinin təbii ətraf mühitə, tex-
nosferin elementlərinə və insanın özünün sağlamlığına mümkün olan bütün
neqativ təsirlərinin nəzərə alınması lazımdır. Bu prosedura ―təbii ətraf
mühitə təsirin qiymətləndirilməsi‖ və ya ―ekoloji ekspertiza‖ adlanır.
Ekoloji ekspertiza – istənilən təsərrüfat və digər fəaliyyətin ekoloji
tələbatlara uyğunluğunun müəyyən olunması və obyektin ekoloji eksperti-
zasının həyata keçirilməsinə yol verilməsinin təyin edilməsidir. Obyektin
ekoloji ekspertizası bu fəaliyyət növünün ətraf mühitə və onunla bağlı olan
sosial, iqtisadi və digər nəticələrin mümkün olan əlverişsiz nəticələrinin
qarşısını almaq məqsədilə həyata keçirilir.
Ekoloji ekspertizanın keçirilməsinin prinsipləri aşağıdakılardır:
● istənilən təsərrüfat və digər fəaliyyətin potensial ekoloji təh-lükə-
liliyinin prezumpsiyası (buna görə də onun inisiatoru əvvəlcədən həmin
fəaliyyət növünün ekoloji təhlükəsizliyini sübut etməlidir);
● ilk növbədə dövlət ekoloji ekspertizasının həyata keçirilməsi (yalnız
onun rəyi alındıqdan sonra obyektin təsərrüfat və digər fəaliyyətinin real-
laşması üçün qərar qəbul olunur);
● təbii ətraf mühitə təsirin qiymətləndirilməsinin kompleksliyi və
qeyd olunan təsərrüfat və digər fəaliyyətin ehtiyatları;
● Azərbaycan Respublikasının təbii ətraf mühitin mühafizəsi sahə-
sində müəyyən olunmuş qanuna uyğunluqların bütün tələbatlarının uçotu-
nun mütləqliyi;
● ekspertizanın keçirildiyi vaxt ekspertlərin sərbəstliyi və emosiya-
sızlığı və onların verdikləri rəyin keyfiyyətinə cavabehliyi;
● rəyin elmi əsaslandırılması, obyektivliyi və qanun çərçivəsində
olması;
● ekoloji ekspertizaya təqdim olunan sənədləşdirməin etibarlı olması
və tamlığı;
● cavabdeh şəxslərin və ekspertiza obyektinin sifarişçisinin işin
təşkili və aparılmasına görə məsuliyyəti;
● ekoloji ekspertizanın səsə qoyulması və ekspertiza obyekti haqda
ictimai fikrin toplanması.
Qərarın qəbul olunması səviyyəsində: nəzərdə tutulan fəaliyyət növü-
nün reallaşmasının mümkün olub olmamasında – hökmən iki prinsip gözlə-
nilir:
1)
istənilən layihənin təhlükəsizliyi sübut olunmadıqca, ona qadağa
qoyulur, başqa sözlə ekoloji ekspertizaya imperaktiv xarakter lazım gəlir;
439
2)
təhlükəsizliyin bütün növlərindən tibbi - bioloji təhlükəsizliyə daha
çox üstünlük verilməlidir, başqa sözlə insanın sağlam və təhlükəsiz yaşa-
ması üçün müzakirə olunmayan dəyər vardır.
Son illərdə ekoloji ekspertizaya keyfiyyətcə yeni yanaşma növü var-
dır: onun əsasını qoyan kriteriya ətraf mühitə zərər vurmanın risk dərəcəsi
olmalıdır. Bu onunla əlaqədardır ki, ekoloji ekspertizanın əvvəlki konsep-
siyası (hansı ki, zəhərli kimyəvi maddələrin miqdarının məhdudlaşdırılması
kriteriyalarına əsaslanırdı, YVQ, YVA, YVM) öz yerini ekoloji risk konsep-
siyasına verməlidir. Bu konsepsiyaya əsasən, layihələşdirilən obyektin eko-
sistemə və insan sağlamlığına mənfi təsirini tamamilə yox etmək mümkün
deyil. Buna görə də, təbiəti mühafizə baxımından optimal qərarın qəbul
olunması, göstərilən mənfi təsirin iqtisadi və sosial əsaslanmış minimal-
laşmasını ifadə edir.
Ekoloji ekspertizanın obyekti bunlardır: inşaatın layihələri və texniki -
iqtisadi əsaslandırılması, eyni zamanda müəssisə və komplekslərə təsir edən
təsərrüfat qurğularının istismarı; yeni texnika, texnologiya, materialların
yaradılmasına, işləyən qurğulara normativ - texniki sənədləşdirmə; normativ
və adminstrtiv aktların, eləcədə qüvvə də olan qanunvericiliyin layihəsi. Bu
zaman xüsusi diqqət və tədqiqatların aparılmasını tələb edən 15 daha təhlü-
kəli təsərrüfat fəaliyyəti növü təyin olunmuşdur. Onların sırasına: atom sə-
nayesi, energetika, metallurgiya, neft-kimya, neft
-
- qaz emalı, kimya səna-
yesi, faydalı qazıntıların çıxarılması; neft və qazın və onların emal məhsul-
larının daşınması, sellüloz - kağız və karton istehsalı; döyüş sursatlarının,
partlayıcı maddələrin və raket yanacaqlarının istehsalı, saxlanması, daşın-
ması və məhv edilməsi daxildir.
5.3.
Ekoloji standartlaşdırmama və pasportlaşdırma
Standartlaşdırma - norma, qayda və xarakterlərin aşağıdakı məqsədlər
üçün müəyyən olunması üzrə fəaliyyətdir: a) istehsalın və məhsulun idarə
olunması sferasında nizam yaratmağa müvəffəq olmaq üçün könüllü və
dəfələrlə istifadə olunması; b) ətraf mühit, insanın sağlamlığı və həyatı üçün
məhsulun, işlərin və xidmətlərin təhlükəsizliyi; c) ehtiyatların bütün növlə-
rinin ölçülərinin (o cümlədən ekoloji parametrlərin) və qənaətinin vahidliyi;
d) təbii - texniki qəzaların yaranma riskini nəzərə almaqla təsərrüfat ob-
yektlərinin təhlükəsizliyi.
Belə fəaliyyətin nəticəsi icrası mütləq olan norma və tələbatların
kompleksini müəyyən edən normativ - texniki sənədlərin standartıdır. Hər
bir ölkədə milli standartlar, texniki- iqtisadi və sosial informasiyaların üçün
klassifikator, ətraf mühitin keyfiyyətinin standartları (YVQ), sahəvi (ƏSS)
və müəssisənin standartları. Müəssisənin standartlaına qoyulan tələbatlar
440
milli standartlardan yüksək ola bilər.
Ekoloji pasport – dövlət standartlarına uyğun yaradılır: təbiəti müha-
fizə, sənaye müəssisəsinin ekoloji pasportu, əsas qaydalar, tiplərin forması.
Pasportlaşdırmanın məqsədi – müəssisənin özündə və ətrafında, eləcə də
təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsində ekoloji situasiyaların
proqnozlaşdırılmasıdır. Obyektin və ya müəssisənin ekoloji (təbiəti müha-
fizə) pasportu tələb və istifadə olunan bütün növ ehtiyatlar haqda, eləcə də
ətraf mühitə bütün təsirləri müəyyən edən məlumatları əhatə edən normativ
- texniki sənəddir.
Ekoloji pasport müəssisə tərəfindən öz vəsaitləri hesabına işlənib -
hazırlanır, respublikanın ərazi orqanları tərəfindən təsdiq..lənir və orada
qeydiyyatdan keçirilir. Ekoloji pasportun hazırlanması üçün istehsalın
razılaşdırılmış və təsdiq olunmuş əsas göstəriciləri, YVQ hesablanma
layihəsi, AYQ norması, ―təbiətdən istifadəyə‖ icazə, qaz
-
və su təmizləmə
qurğularının tullantıların utilizasiyası və istifadəsinə dair pasportu və s.
əsasdır.
Müəssisənin ekoloji pasportu aşağıdakı ardıcıllıqla düzülmüş
bölmələrdən ibarətdir:
1)
müəssisə haqda ümumi məlumatlar;
2)
müəssisənin yerləşdiyi rayonun təbii - iqlim şəraitinin qısa xarak-
teristikası;
3)
torpaq ehtiyatlarının istifadəsi haqqında məlumatlar;
4)
istehsal texnologiyasının qısa təsviri və məhsul haqqında məlumat-
lar, maddi axınların balans sxemi;
5)
təbiəti mühafizə texnologiyalarının qısa təsviri;
6)
müəssisənin ekoloji - iqtisadi fəaliyyəti haqda məlumatlar;
7)
təbii ətraf mühitə müəssisənin təsirinin qiymətləndirilməsi haqda
məlumatlar;
8)
ekoloji ekspertizanın materialları.
Ekoloji pasportu olmayan müəssisənin fəaliyyəti dayandırılır və ya
cərimə tətbiq olunur.
5.4. Ekoloji sertifikatlaşdırmanın əsasları
Avropa iqtisadi komissiyasının təyinatına görə, sertifikatlaşdırma – bu
məhsulun və prosesin müəyyən standartlara və ya texniki şərtlərə uyğun-
luğunu təsdiq etmək üçün həyata keçirilən fəalyyətdir.
Ekoloji sertifikatlaşmanın məqsədi – istehsalçını elə texnoloji proses-
lər tətbiq etməyə və məhsullar yaratmağa sövq edir ki, o təbii ətraf mühiti
441
minimal dərəcədə çirkləndirsin və istehlakçıya onun həyatı, sağlamlığı,
mülkü və yaşadığı mühit üçün təhlükəsiz məhsul versin. Bir çox məhsullar
üçün ekoloji sertifikat və ya ekoişarə, onun rəqabətə davamlılığını müəyyən
edən faktordur. Bizim ölkəmizdə ekoloji sertifikatlaşdırma inkişafının baş-
lanğıcında durur, lakin artıq bu istiqamətdə xeyli işlər görülmüşdür. Belə ki,
bu sahəyə daxil olan obyektlər müəyyənləşdirilmişdir. Onlar üç qrupa
bölünür:
1)
Dövlət qanunlarına görə məhsullar, proseslər, işlər, xidmətlər,
ekoloji tələbatlar dövlət standartlarına daxildir, başqa sözlə onlar (mütləq)
məcburi sertifikatlaşmalıdırlar;
2)
Dövlət Standartlaşdırma Sisteminin qaydalarına görə ekoloji
spesifikaya malik olan obyektlər sertifikatlaşmalıdırlar;
3)
Ətraf mühit və onun komponentləri üçün normativ tələbatlar və
sertifikatlaşdırma prosedurları hazırlanmışdır. Üçüncü qrupun vəziyyətinin
qiymətləndirilməsində aydınlığın olmaması birinci iki obyektin sertifikatlaş-
masının inkişafını ləngidir. Burada müəyyən problemlər var. Ətraf mühitin
keyfiyyətinin qiymətləndirilməsi bir çox orqanlar (ixtisaslaşdırılmış təbiəti
mühafizə orqanları, təbiət istifadəçiləri və Azərbaycan Elmlər Akademiyası-
nın bəzi orqanları) tərəfindən aparılır. Müxtəlif tərəflərin verdiyi qiymətlən-
dirmə məlumatları bir qayda olaraq praktiki uyğunsuzdur. Burada səhvin
qiyməti çox yüksək ola bilər ki, bu da uyğunluğun qiymətləndirilməsinin
həm obyektiv, həm də sərbəst üsulunda sertifikatlaşmaının əhəmiyyətindən
xəbər verir. Bundan ötrü ekoloji sertifikatlaşdırma obyektlərinin daha aydın
təsnifatı lazımdır və bu şəkil 5.1- də verilmişdir. Verilmiş sxemdən görün-
düyü kimi sertifikatlaşdırma obyektlərinin dörd növü var: təbii ətraf mühitin
obyektləri; ətraf mühiti çirkləndirən mənbələr; təbiəti mühafizə yönümlü
obyektlər; ekoloji informasiya ehtiyatları, məhsulları və texnologiyaları.
Ekoloji sertifikatlaşmanın digər vacib məsələsi iştirakçıların tərkibidir,
xüsusilə də onların rolu birinci, ikinci və üçüncü tərəfin mövqeyini təyin
edirsə. Belə halda ―Məhsulun sertifikatlaşması və xidmət haqqında‖ qanun
o obyektlərə tətbiq oluna bilər ki, orada yalnız məhsul alınır. Digərləri üçün
isə ekoloji sertifikatlaşma haqqında qanun lazımdır. Sertifikatlaşdırma xid-
mətinə görə ödəmə məsələsi hələ də öz həllini tapmayıb. Ehtimal olunur ki,
əsas xərclər təbiətdən istifadəçinin çiyinlərinə düşür, hansı ki, çox hallarda
sifarişçi olurlar.
Ekoloji sertifikatlaşmanın aktual sferası tullantılardır. Bu sahədə serti-
fikatlaşdırma yaşayış mühitinə tullantıların təhlükəli təsirinin aradan qal-
dırılması və onların ikinci xammal kimi maksimum istifadəsinə yönəldilir.
442
Ölkəmiz üçün tullantıların sertifikatlaşma ilə birbaşa əlaqədar olan
standartlaşdırılmasının inkişaf etdirilməsi çox mühümdür və ―İkinci maddi
ehtiyyatlar‖ Komitəsinin fəaliyyətinin əsas obyektidir.
ġəkil 5.1. Ekoloji sertifikatlaşlaşma obyektlərinin təsnifatı
(standartlar və keyfiyyət. - 1996.- №9)
İçməli suyun sertifikatlaşdırılması probleminin həllində xeyli
irəliləyiş qeydə alınır ki, öz növbəsində sertifikatlaşmanın bu obyektinə
tələbat normativlərinin dəqiq olmamasından gərginlik yaradır. 1995- ci ildə
dövlət standartı qəbul olunub ―Suyun keyfiyyəti. İçməli su. Keyfiyyətə
nəzarət‖, içməli suyun, materialların, texnoloji proseslərin və təsərrüfat -
içməli su təchizatında istifadə olunan qurğuların sertifikatlaşdırma sistemi
hazırlanıb. Müxtəlif həcmlərdə qablaşdırılmış içməli suyun sertifikatlaş-
dırılması həyata keçirilir, mərkəzləşmiş su təchizatı sistemindən daxil olan
içməli suyun sertifikatlaşdırılması problemi həll olunur. Hər şeydən əvvəl
yeni növ məhsul və proseslərin ekolojiliyinin qiymətləndirilməsinə böyük
diqqət ayrılır. Onlara hər şeydən əvvəl normativ sənədlərdə uyğun olan
tələbatları müəyyən etmək lazımdır. Məsələn, yeni konstruksiya və
texnologiyalara ekoloji tələbatların standartlaşdırılması üzrə işlərə başlan-
TƏM
obyektləri
Təbii
obyektlər
Təbii
ehtiyyatlar
Təbii
komponentlər
TƏM-in çirklən-
mə mənbələri
Təbiət mühafizə
texnologiyaları
Ekoloji informasiya
ehtiyyatları
məhsullar
və texnologiyalar
Texnogen
mənbələr
Istehsalat, texno
loji proseslər
Komunikasiya
kompleksləri
vasitələri və
obyektləri
Istehsalat və
istehlak
tullantıları
Təbiət mühafizə
yönümlü
məhsullar
(xidmət..,, iş)
Ekoloji
xidmətlər
Təbiət mühafizə
qurğuları və
məhsulları
Ekologiya sahəsində
informasiya
məhsullar
Ekoloji məlumatlar
bazaları və banklar
Ekologiya sahəsində
proqramlaşmış
məhsullar
TƏM-in bütün
mühitlərinin
çirklənməsinin
ekoloji modeli
Ekoloji
metodikalar
Ekoloji sertifikatlaşdırmanın əsas obyektləri
443
mışdır. Müəyyən qədər İSO – BSC –nin (seriya 14000) beynəlxalq standart-
ları ilə harmoniya təşkil edən, ―Ətraf mühitin keyfiyyətinin idarə olunma
sisteminin‖ dövlət standartının layihəsi hazırlanıb. Qərbi Avropa ölkələrində
ekosertifikatlaşma kifayət qədər geniş inkişaf edib. O adi sertifikatlaş-
dırmanı tamamla yır və həmişə mütləq xarakter daşıyır. Fransada, məsələn,
kənd təsərrüfatı məhsullarının ekosertifikasiyası 1960-cı ildən qanunveri-
cilik səviyyəsində həyata keçirilir. Onun əsasında həm məhsulun növünə
görə, həm də ayrı-ayrı istehsal müəssisələrin və ya istehsalçılar ittifaqının
ekonişanları verilir. Bu nişanlar ―qırmızı işarələr‖ adlanır və istehlakçıların
məlumatlandırılması üçün yayımlanmışdır. Bütün ekonişanlar MF - nın
milli uyğunluq nişanını tamamlayır. Ekosertifikatlaşmanın prinsipləri isteh-
lakçı və ətraf mühit üçün məhsulun təhlükəsizliyinin təmin olunmasından
ibarətdir. Fransanın ekosertifikatlaşdırılmasının əsas qaydalarına daxildir:
istehlakçılar məhsulun ekoloji təmiz olmasına nəzarət edə bilər; ekosertifi-
kat verən orqanın tərkibinə ətraf mühitin mühafizəsi üzrə ictimai təşkilat-
ların nümayəndələri və istehlakçılar mütləq daxil olmalıdırlar; ekosertifikat
sertifikatlaşdırılan məhsulun bütün həyat dövriyyəsini əhatə etməli və
istehsalçıda ekosertifikat almağa iqtisadi maraq oyatmalıdır. Toplanmış
təcrübələr ekosertifikatlaşmanın vahid milli sistemini yaratmağa imkan
verdi, hansı ki, devizi – istehlakçılar məhsulun zərəri haqqında hər şeyi
bilməli deyil, lakin onların NF nişanı olan məhsulun bütün hallarda daha
təhlükəsiz olduğuna mütləq inanmağa haqqı var. Almaniyada ekoserti-
fikatlaşma üzrə işlər 1974-cü ildən başlanmışdır. Bir neçə ildən sonra indiki
nişana oxşayan ―Mavi mələk‖ ekonişanı yaradıldı. Bu nişan altında
markalanmış məhsul onun ekoloji təhlükəsizliyinə təminat verən müəyyən
olunmuş meyarlar qrupuna uyğun gəlir. Məsələn, ekonişanı olan maşın
tullantı qazlarının etibarlı təmizləyici sistemi ilə təchiz olunmuşdur. Alman
ekosertifikatlaşdırma əməliyyatının diqqətini cəlb edir. Əvvələr yalnız
Almaniyanin ekonişanı olan ―Mavi mələk‖ və ―Yaşıl nöqtə‖ indi ümum-
avropa əhəmiyyətlidir.
5.5. Ətraf mühitin monitorinqi. Onun aparılmasının elmi-metodiki və
təşkilati əsasları
5.5.1.
Ekloloji monitorinqin əsas vəzifələri və sxemi
Çox qədimdən insanlar təbii ətraf mühitin və onun elementlərinin əsas
vəziyyəti, onların məkan-zaman dəyişmələri haqda məlumatları istifadə
edirdilər. Ardıcıl meteoroloji, hidroloji, fenoloji və digər başqa müşahidələri
xatırlatmaq kifayətdir. Əlbəttə, qeyd etmək lazımdır ki, bu müşahidələrdə bu
və ya digər komponentlərdə gedən təbii dəyişikliklər qeydə alınırdı. 50-ci
444
illərdən başlayaraq təbiət və cəmiyyət aralarında qarşılıqlı təsirlər çox
kəskinləşdi. Biosfer ehtiyyatlarının nəzəriyyəsiz istismarı münasib
kompleks qərarların toplanmasına və işlənməsinə səbəb oldu. Belə ki, hələ
1970-ci ildən YUNESKO beynəlxalq elmi tədqiqat proqramın ―İnsan və
biosfer‖ (MAB - man and biosfera) qəbul olundu. Proqramın məqsədi
dünyanın müxtəlif reqionlarında çoxillik kompleks müşahidələr aparmaq,
insanların ətraf mühitə təsirini və bu proseslərin insanlara əks təsirini
gostərməkdir. Bu proqramı 90 ölkə həyata keçirir. Müşahidə spektirini
genişləndirməklə yanaşı onların əsasında aktiv təsir və idarəetmə
elementləri formalaşdı. Nəticədə bütöv sistem yarandı: müşahidə,
informasiya hərəkəti funksional olaraq özündə birləşdirdi. Bu monitorinq
adını aldı. "Monitorinq" termini (latınca - yada salan) 70-ci illərdən təbii
ətraf mühitin mühafizəsində çalışan mütəxəsisslərin leksikonuna daxil oldu.
Bu termin 1972-ci ildə BMT-nin ətraf mühitə aid Stokholm konfransının
tövsiyyələrində ilk dəfə tövsiyyə olunurdu. Azərbaycan da Beynəlxalq
Komitənin Ətraf Mühitə dair Proqramının iştirakçısıdır. Bu proqramın əsas
vəzifəsi baş verəcək təbii və antropogen təsirlərdən ətraf mühiti və insanı
gözlənilən zərərdən qorumaqdır. Deyilənlərə əsaslanaraq "monitorinq"
anlayışının geniş izahını vermək olar. "Monitorinq-insanları əhatə edən təbii
mühitin vəziyyəti haqda müşahidə və nəzarət sistemidir. Təbiətin
mühafızəsi, təbii ehtiyatların rasioanal istifadəsi və kritik hadisələrin
qarşısının alınması. İnsanların saglamlığı, canllı orqanizmlərin və onların
cəmiyyətlərinin, təbii komplekslər və obyektlərin kəskin dəyişmələrmin
qarşısının alınmasıdır.
Monitorinqin vəzifələri mühitin vəziyyətinin qiymətləndirilməsi və
onda gedən dəyişikliklərin proqnozlaşdırılmasıdır. Eləcə də ətraf mühitin
mühafizəsinə dair tədbirlər planının hazırlanması təbii ehtiyyatların rasional
istifadə olunması və kiçik halların qarşısının alınması, insanlara canlı orqa-
nizmlərə təhlükə yaradacaq hallardan onların qoruması üçün tədbirdir.
O, biosfer (qlobal) reqional, lokal (inpakt) ekoloji, bioloji, sanitar
toksikoloji beynəlxalq, milli, baza (fon), birbaşa və distansion (o cümlədən
aviasion və kosmik) və s. ola bilər.
1978-ci ildə Riqada və 1981-ci Tbilisidə ətraf təbii mühitin çirklən-
məsinin kompleks qlobal monitorinqinə dair beynəlxalq simpozium keçirildi
və monitorinqin əsas vəzifələri və onları həyata keçirməyin mümkün olan
yolları hərtərəfli müzakirə olundu.
Mütəxəssislərin monitorinqin funksiyalarını başa düşməsi- təkamü-
lünün əsas mərhələlər, ekoloji problemlərin həllinin ümumi konsepsiyala-
rının inkişaf mərhələlərinin ardıcıllığı ilə təyin olunur. Belə konsepsiyaların
variantlarının hər biri monitorinqi özlərinin vəzifə və istiqamətləri ilə zən-
445
ginləşdirirdi. Bu mənada davamlı inkişaf konsepsiyasının əhəmiyyətini qeyd
etməmək olmaz. O, BMT-nin konfransında 1992-ci ildən Reo de-Janeyroda
qəbul olundu. Konsepsiya müşahidə materialarının daha düzgün istifadəsini
və minitorinq sisteminin özünün strukturunun kamilləşməsini təmin edir.
TƏM-in təbii dəyişikliklərini bir çox ölkələrdə fəaliyyət göstərən geofiziki
xidmət (hidrometoeroloji, seysmik, ionosfer, qravimetrik, maqnitometrik
və.s) öyrənir. Biosferin xüsusiyyətinə xüsusi nəzarət, təbii fluktasiyakar
fonunda antropogen fəaliyyət nəticəsində onda baş verən nəticələri müəy-
yənləşdirməkdir. Mahiyyətcə, monitorinq-əvvəlcədən verilmiş proqrama
uyğun olaraq, TƏM-in bir və ya bir neçə komponentinin məkan və zamanca
müəyyən məqsədlə təkrar müşahidələr sistemidir. Dəqiq ifadə etsək belə
sistemi ―TƏM-in antropogen dəyişilmələrinin monitorinqi‖ adlandırmaq la-
zımdır. Bu zaman əlbəttə, mövcud geofiziki xidmətin bəzi struktur elementi
və informasiyasının istifadə edilməsi istisna deyil.
Akademik Y.A.İzrael, nəzəri və praktiki monitorinqin aparımasına
dair sanballı xəzinə yaratdı: təbii ətraf mühitin vəziyyətinə nəzarətdə
universal informasiyalar sistemi sxemini təklif etdi. Bu müxtəlif səviyyələr,
istiqamətlər və masştablarda operativ və tədqiqat işlərində əlverişlidir ( şəkil
5.2).
Dostları ilə paylaş: |