Ġzabella qasimova, musa bayramov


TurĢ yağıĢlarının təsirindən torpaqda mümkün olan dəyiĢkənlik



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə48/55
tarix01.04.2017
ölçüsü5,58 Mb.
#13051
1   ...   44   45   46   47   48   49   50   51   ...   55

TurĢ yağıĢlarının təsirindən torpaqda mümkün olan dəyiĢkənlik   

 

Torpağın xassəsi 

Dəyişmənin xarakteri 

Müxtəlif ədəbiyyat 

mənbələrinə görə 

dəyişikliklərin 

olması 

Turş qələvi 



pH

su

  azalması  və  pH



duz

  Mübadilə  və 

hidrolitik turşuluğun artması. 

Mübadilə  kationlarında  Al

3+

 

payının 



yüksəlməsi 



 

± 

Kation mübadilə 



TBK-dan Ca, Mg və K qələviləşməsi, TBK-

in doymuşluq dərəcəsinin əsaslarla azalması 



Humusun  



miqdarı və tərkibi 

Bitki qalıqlarının destruksiyalaşma sürətinin 

azalması. 

Humusun  minerallaşma  prosesinin  dayan-

ması. 

Fulvio  turşularının  hərəkətliyinin  yüksəl-



məsi və həmin turşuların aqreqasiyası. 

Suda  həll  olan  üzvi  birləşmələrin  miqdarı-

nın azalması 

Humus  turşularınıln  element  tərkibinin  də-

yişməsi 

± 

 



 

± 



 

 

± 



 

± 

Al və Fe-nun  



birləşmə formaları 

Profilin  üst  üfüqi  qatında  metal  birləşmələ-

rinin  hərəkətli  formalarının  akkumuliya-

siyası 


Kristallaşmış  asilikat  və  silikat  formaların 

transformasiyası hesabına amorf birləşmələ-

rinin payının artması 

± 

 



 

± 

Mikroelementlərin 



miqdarı və 

hərəkətliliyi 

Torpaq  məhlulunda  Mn,  Zn,  Cd,  Ni  top-

lanması. 

Mo, Cr hərəkətliyin azalması. 

Orta turşuluq hədddində Pb, Cu-nun hərəkət-

liyin  azalması  və  onların  yüksək  turşuluqda 

yığılması 

 



± 

Mikrobiosenoz və 

biokimyəvi 

Aktinomisetlərin  və  bakteriyaların  ümumi 

sayının azalması. 

Mikroskopik göbələklərin sayının artması. 

Torpağın tənəffüs intensivliyinin azalması 

Azotun  biokimyəvi  dövranının  qanunauy-

ğunluğun dəyişməsi 

 



± 

 



± 

Qeyd:   + dəyişkənlik var   ± birmənalı mühakimələr yoxdur. 

metallar  torpaq  profilində  üzvi-mineral  və  sorbsiya  kompleks  birləşmələri 

kimi    bərkləşə  bilər.  Torpaq-geokimyəvi  assosiyasiyalarında  metalların 



461 

 

geokimyəvi    mütəhərrikliyinə  turşu-qələvi  mühitinin    təsiri  cədvəl  5.4-də 



verilir.      

Cədvəl 5.4 

Geokimyəvi hərəkətlik dərəcəsinıə görə elementlərin təsnifatı (Qlazovsk M.A.) 

 

Geokimyəvi 

asossiyasiya 

Praktiki olaraq 

hərəkətsiz 

Zəif hərəkətli 

Hərəkətli 

Turş subareal, 

pH≤5.5 

Mo4  


Pb 

2-4


 Cr 

3-6


 Ni 

2-3


 V 

4-5


 

As

3



 Se

3

 Co 



2-3

 

Sr, Ba, Cu, 



Zn,Cd,Hg, S

6

 



Zəif turş və 

neytral subareal, 

pH 6...7.5 

Pb 


Sr, Ba, Cu, Cd, Cr 

3-6


 

Ni 


2-3

, Co 


2-3

 Mo


4

  Hg 


Zn, V

As



5

 S

6



 

Qələvi və güclü 

qələvi subareal 

pH 7.6...9.5 

Pb, Ba, Co 

Zn, Ag, Cu, Cd, Sr 

Mo

6

 V



5

 As


5

 S6


 

Monitorinq  aparılarkən  tədqiqat  obyektlərinə  diqqət  yetirməık  lazım-

dır. Lokal çirklənmə zonalarında müşahidə və nəzarət üçün sahələr, küləyin 

və  relyefin  istiqamətini  nəzərə  almaqla,  çirkləndirici  mənbəyədək  olan 

məsafədən asılı olaraq seçilir. 

Fon  ərazisində  sınaq  sahəsi  kimi  elə  torpaqlar  seçilir  ki,  orada  çirk-

ləndirici  maddəlırin  qatılığının  daha  tez  artması  gözlənilir.  Çoxsaylı  tarla 

təcrübələri  sübut  edir  ki,  akkumulyativ  landşaftların  torpaqlarında  müxtəlif 

xassəli  kimyəvi  maddələr  toplanır  (kationogen,  anionogen  və  pestisid). 

Məhz onları fon monitoirinqində ilk növnbədə öyrənirlər.  

EMVDS çərçivəsində torpaq-ekoloji (o cümlədən, landşaft – geokim-

yəvi) monitorinqin metodoloji əsasları qismən hazırlanıb; onların dərinləşdi-

rilməsi  və  təkminləşdirilməsi  torpaqşünaslıq,  geokimya,  coğrafiya  və  digər  

birgə elmlər bazasında davam etdirirlir. Uyğun işlər aşağıdakı istiqamətlərdə 

aparılır: müxtəlif landşaftlarda çirkləndirici maddələrin texnogen axınlarının 

formalaşması  qanunauyğunluğunun  analizi,  torpağın  və  təbii  landşaftların 

geokimyəvi sistemlərinin bütünlükdə texnogen təsirlərə cavab reaksiyasının 

öyrənilmıəsi,  model  təcrübələrində  çirkləndirici  maddələrinin  torpağa  və 

onların  transformasiya  prosesinə  təsirinin  öyrənilməsi,  monitorinq  məqsə-

dilə  torpağın  çirkləndirici  indiqatorlarının  təyini,  torpağa  texnogenezin  

mənfi  təsirinin  azaldılmasına  və  proqnozlaşdırılmasına  yönələn  tədbirlərin 

əsaslandırılması. Adı çəkilən  istiqamətdə tədqiqatın müvəffəqiyyətlə aparıl-

ması  üçün  çirkləndiricilərin  inqridientlərinin  davranış  və  miqrasiyasının 

kəmiyyət  modelini  hazırlamaq,  sonra  isə  onlarıln  əsasında  TƏM-in  para-

metrləri olan konstantları təyin etmək lazımdır. Şübhəsiz ki, təsir edən fak-

torların geniş kompleksini tamamilə nəzərdə tutmaq asan deyil. Buna görə 

də emprik metodlar bu tədqiqatlarda hələ çox istifadə olunacaq. ƏTMMDS-i 

çərçivəsində ekoloji monitorinqin effektliyini artırmaq məqsədilə tədqiqatın 



462 

 

tətbiq  metodlarını  ardıcıl  genişləndirirlər.  Məsələn,  aerokosmik  monito-



rinqin  distansion  metodundan  istifadə  etmək  olar.  Onu  təyyarə-labora-

toriyalar,  sputniklər,  kosmik  gəmilər  həyata  keçirirlər.  Distasion  müşahi-

dələr  vizual,  fotoqrafik,  televizyon,  spektrometrik  ola  bilər.  Bu  metodların 

köməyilə alınan informasiyaların diapozonu çox genişdir.               

Məsələn, aerokosmik müşahidələrin nəticələri otlaqların deqradasiyası 

nəticəsində  səhralaşma  prosesinin  inkişafını  qiymətləndirməyə  (hansı  ki, 

Kolmıkiyada  müşahidə  olunur),  torpaq  ehtiyatlarının  vəziyyətinə  texnogen 

təsirlərin dərəcəsini təyin etməyə, meşə təsərrüfatlarının deqradasiyasını üzə 

çıxarmağa imkan verir.   

Aerokosmik monitorinq sistemində, xüsusən, güclü çirklənən yerlərin 

müəyyənləşdirilməsinə,  həyat  əhəmiyyətli  ekosistemin  vəziyyətinə  (tropik 

meşələr və s.), yerlərdə birbaşa dəyişmələrlə əlaqələndirməklə, çirklənmiş  

ərazinin arealına mühüm yer ayrılır.     

 

5.5.4.   Distansion metodla ekoloji monitorinqin aparılmasının 



xüsusiyyətləri

Kosmosdan  aerofotoşəkillərin  vasitəsilə  yer  səthinin  distansion zond-

laşdırılması, bu informasiyaların alınmasının dəyərini xeyli azaldır və onun 

həcmini  artırır,  informasiya  axınlarının  operativliyini  təmin  edir.  Məsələn, 

‖Landsat‖  sputnik  sistemi  (ABŞ)1km

2

  müşahidə  olunan  əraziyə  1sent  sərf 



edir.  Müqayisə  üçün  deyək  ki,  yer  səthində  1km

2

  bitki  örtüyünü  müşahidə 



zamanı azı 100 dollar sərf olunur. 

Nəzərə  almaq  lazımdır  ki,  distasion  monitorinq  metodu  ekstensiv  və 

intensiv  məlumatlara  əsaslanır.  Bu  zaman  3  mərhələli  monitorinqin  aparıl-

ması məqsədəuyğundur və effektlidir. 

Ekoloji  monitorinqin  həyata  keçirilməsi  zamanı  xüsusən  distansion 

yolla, ekoloji sistemlərin inteqral xarakterinin əhəmiyyəti xeyli artır. 

Onlar antropogen faktorların təsirindən kifayət qədər təbii kompleks-

lərin irimiqyaslı dəyişmələrini obyektiv qiymətlərndirməyə imkan verir. 

Kompleks monitorinq strategiyası yalnız haçar sahəyə görə yaradılmış 

korrelyasiya    əsasında aparılır. Alınmış  faydalı informasiyalar indi kifayət 

qədər qiymətli nəticələr verir. 

Distasion  monitorinq  məqsədilə  xüsusi  sputnik  sistemləri  ―Meteor‖, 

―Meteor-Priroda‖  (Rusiya)  ―Landsat‖  (ABŞ)  hələ  70-ci  ilin  əvvəllərindəı 

meteor sputnikindən görüntülər qəbul olunurdu. Təbii sistemlıərin və ehtiy-

yatların  vəziyyəti  yer  səthində  təbii  və  antropogen  proseslər  haqqında  ma-

raqlı  və  geniş,  başlıcası  isə  davamlı  informasiyalar  pilotlaşmış  kosmik 

stansiyalardan daxil olur. Buradan  əvəlcədən  verilmiş proqramlar əsasında 


463 

 

informasiya  toplanması,  məqsədyönlü  axtarışı,  təbii  və  antropogen  anoma-



liyaların üzə çıxarılması imkanı xüsusi əhəmiyyət kəsb edir. 

Qara  -  Boğaz  göl  boğazının,  Xəzər  dənizindən  ayrıldıqdan  sonrakı 

müş¬ahidəsi qurumağa başlayan boğazın sərhədlərinin dəyişməsini göstərdi. 

1980  -  84-cü  illərdə  dənizin  akvatoriyası  suyun  buxarlanmasından  30  km 

azalıb. Boğazda ekoloji vəziyyəti əvvəlki vəziyyətdə saxlamaq üçün 11 ədəd 

diametrli boru tənzimləmə qurğusu qoyulub. Lazım olanda dənizdən gölə 5 

km3 həcmdə su buraxmaq mümkündür. 

İynəyarpaqlı  bitkilərin  tüstü  tullantıları  ilə  məhv  edilməsi  ―ERTS‖ 

peyki  ilə  müşahidə  edilmişdir.  Antropogen  mənşəli  aerozollar  100  və  bəzi 

hallarda  1000  km  qədər  məsafədə  yayılırlar.  Müşahidələr  göstərir  ki, 

Avropanın bütün sahəsi praktiki olaraq antropogen mənşəli tüstü ilə örtülüb. 

Bu  vaxtadək  meşələr  və  kənd  təsərrüfat  yerləri  qurunun  bitki  örtüyü, 

okeanların  və  dənizlərin  fitoplanktonları  antropogen  təsirlərdən  və  eroziya 

proseslərinin nəticəsində urbanizasiya zonalarının inkişafı, su ehtiyyatlarının 

yenidən  paylanması,  atmosferin,  qurunun  və  dənizin  çirklənməsi  haqqında 

kifayət qədər maraqlı və qiymətli məlumatlar almışdır. 

 

 

ġəkil 5.3. Aerokosmik monitorinqin texnoloji sxemi.   



 

Distansion  metodlar  geosistemin  eko

-

  və  ekotexniki  formalaşmaların 



müxtəlif birləşmələrinin təbii və mədəni landşaftların kompleks öyrənilməsi 

imkanlarını  genişləndirir  və  zənginləşdirir.  Sputnik  informasiyaları  morfo

-

 

və  geostrukturun  öyrənilməsində  torpaqdan  istifadənin  strukturunun  təyin 



464 

 

olunmasında kənd təsərrüfatı  yerlərinin vəziyyətinin qiymətləndirilməsində 



müvəffəqiyyətlə  istifadə  olunur.  Çox  spektirli  çəklişlərin  istifadə  olunması 

müxtəlif tip torpaqlarının  vəziyyətinin və onların qranulometrik tərkibininin 

qiymətləndirilmıəsinə və üzə çıxarılmasına imkan verir. Yerin süni peyklə-

rin  distansiyon  müşahidələr  torpaqların  xəritələşdirilməsi  üçün  ilkin  mə-

lumat verir. 

Təbii ekosistemlıərin spektral şəffaflığının dəyişilməsi bitki örtüyünün 

pozulması  haqqında  kəmiyyət  informasiyası  almağa  imkan  verir.  Alınmış 

infoirmasiyalar    əsasında  səhralaşma  dərəcəsini,  həddən  çox  otarılmasnı, 

kənd  təsərrüfatı  bitkilərinin  xəstəliklərinin  yayılmasını,  bitkinin  toplan-ma-

sını, itkisini qiymətləndirmək olar. 

Kosmik  çəkilişlər  geobotaniki  rayonlaşmanın  kamilləşdirilməsi,  təbii 

senozların  və  aqrolandşaftların  bitki  örtüyünün  öyrənilməsi,  biokütlənin 

məhsuldarlığının və ehtiyyatının təyini üçün geniş imkanlar açır. 

Daha aktual vəzifə monitorinqin elə sistemini təşkil etməlidir ki, onun 

sayəsində qarşıya qoyulan tapşırığın həllində daha mühüm olan xarakteristi-

kanı  düzgün  seçməyə  imkan  versin.  Öyrənilən  prosesslərdə  səbəb-nəticə 

əlaqələrinin  formalaşması  və  inkişafı  haqda  informativ  göstəricilərin  alın-

ması  yuxarıda  deyilənlərə  daxildir.  Son  nəticədə  müxtəlif  miqyaslı  biosfer 

dəyişmələrinin  mahiyyətini  başa  düşməyə  və  öyrənməyə  olan  imkanlar 

zənginləşir. 

Monitorinqin  ümumi  sistemində  məqsədli  qaydada  metodiki  yanaş-

maya, spesifik  vəzifələr  dəstinin həll olunmasında  aqroekoloji monitorinq 

xüsusi yer tutur. 

  

5 .6. Aqroekoloji monitorinq, aparılma metodikası və təĢkili 

 

5.6.1. İntensiv əkinçilikdə aqroekoloji monitorinq 

Aqroekoloji  monitorinq  ümumi  monitorinq  sisteminin  əsas  tərkib 

hissələrindən  biridir.  O,  intensiv  kənd  təsərrüfat  fəaliyyəti  prosesində 

aqroekosistemin və onunla həmsərhəd olan mühitin çirklənmə səviyyəsi və 

vəziyyətinə  müşahidə  və  nəzarətin  ümumdövlət  sistemidir.  (Şəkil  5.4). 

Onun  əsas  məqsədi  -  kimyəvi  vasitələrdən  savadlı  istifadə  etməklə,  təbii 

ehtiyatlar potensialının rasional istifadəsi və geniş istehsalı əsasında yüksək 

keyfiyyətli, ekoloji balanslaşmış aqrosenozları yaratmaqdır.    



465 

 

 



 ġəkil 5.4. Aqroekoloji monitorinqin tərkibi:  

1...3 – çirkab və qrunt suları; 4,12 – şirin cular; 5 – tullantılar; 

6 – zəhərli maddələr; 7 – yemlər; 8...11 - ərzaq məhsulları.  

 

Aqroekoloji monitorinqin əsas vəzifələri bunlardır: 

1.

 

Aqroekosistemlərin vəziyyətinə müşahidənin təşkili; 



2.

 

Aqroekosistemlərin  əsas  komponentlərinin  vəziyyətini  və  funksiyalarını 



xarakterizə edən sistematik obyektiv və operativ informasiyaların alınması; 

3.

 



Alınmış informasiyanın qiymətləndirilməsi; 

4.

 



Verilmiş aqrosenozun və ya sistemin vəziyyətinin mümkün dəyişməsinin 

proqnozu, onların yaxın və uzaq perspektivləri; 

5.

 

Qərarların və tövsiyyələrin hazırlanması; 



6.

 

Ekstremal hadisələrin yaranmasının qarşısının alınması və onlardan çıxış 



vəziyyətinin  əsaslandırılması,  aqroekosistemlərin  effektliyinin  idarə  olun-

ması. 


Aqroekoloji monitorinqin əsas prinsipləri:

 

1.

 

Komplekslik  prinsipi.  Üç  göstəriciyə  eyni  zamanda  nəzarət:  dəyiş-

kənliklərin erkən diaqnostikası göstəriciləri; qısa müddətli və ya fəsli dəyiş-

kənliklərin göstəriciləri; uzunmüddətli dəyişikliklərin göstəriciləri. 

2.

 



Aqroekosistemə nəzarətin fasiləsizliyi

466 

 

3.



 

Vahid  elmi  metodiki  rəhbərlik  altında  razılaşmış  proqrama  əsasən 

müxtəlif mütəxəsisslərin apardığı tədqiqatarın məqsəd və vəzifələrinin vəh-

dəti  (aqrometeoroloqlar,  aqrokimyaçılar,  hidroloqlar,  mikrobioloqlar,  tor-

paqşünaslar və.s 

4.

 

Tədqiqatın  sistemliyi,  başqa  sözlə,  aqroekosistemlərin  blok  –  kom-



ponentiərinin eyni zamandan tədqiqi: atmosfer - su – torpaq – bitki  – hey-

van – insan. 



5.

 

Tədqiqatin etibarlılığı (doğruluğu). 

6.

 

Müxtəlif  təbii  zonalarda  yayılmış  obyektlər  sistemində  müşahidə-

lərin eyni zamanda aparılması. 

7.

 

Aqroekoloji monitorinqdə informasiya bazalarına görə qarşılıqlı əla-

qədə olan 2 yarım sistem vardır: elmi və istehsalat. 

Texnoloji  qərarların  qəbul  olunmasında  ilkin  məlumatların  hazırlan-

masının  elmi  bazasını  poliqon  aqroekoloji  monitorinq  təşkil  edir.  Belə 

monitorinqi uzun müddətli təcrübələrin ləkində, daimi müşahidə sahələrində 

həyata  keçirmək  olar.  О  müasir  cihazlar  və  təchizatlarla  birləşdikdə  geniş 

sahədə  fundamental  tədqiqatlar  aparmağa  imkan  verir.  Istehsalat  sistemi 

istifadə  olunan  bütün  kənd  təsərrüfatı  sahələrini  əhatə  edir,  5-15  illik 

göstəricilərə əsaslanır. Uzun müddətli xarakteristikaya malik etibarlı sistem 

yaratmağa imkan verir.     

 

5.6.2.  Aqroekoloji monitorinqin komponentləri 

Aqroekosistemin əsas blok komponentləri: atmosfer – su – torpaq və  

bitkidir. Bu obyektlərin һəг birinin monitorinqinin keçirilməsinin xüsusiy- 

yətləri vardır (Şəkil 5.5). 



Torpaq  ekoloji  monitorinqi  qarşılıqlı  əlaqədə  olan  3  hissədən  iba-

rətdir:  Torpağın  vəziyyətinə və  torpaq örtüyünə  nəzarət  və  onların  məkan-

zaman dəyişmələrinin qiymədəndirilməsi; torpağın və torpaq örtüyünün və-

ziyyətinin  ehtimal  olunan  dəyişməsinin  proqnozlaşdırılması;  torpaqda  əsas 

vasitə və rejimlərin tənzimlənməsinə yönələn elmi əsaslandırılmış tövsyələr 

verilməsi.  Bir  başa  onların  münbitliyini  və  kənd  təərrüfat  məhsuldarlığını 

təyin edən. 

Monitorinq  ənənəvi  torpaq  və  aqrokimyəvi  tədqiqatlardan  kompleks-

liyi və fasiləsizliyi ilə, məqsəd və vəzifələrinin vəhdəti ilə, onu aparan mü-

təxəssislərin müxtəlif ixtisaslı  olması ilə fərqlənir.  

Torpaq ekoloji monitorinqi aparmağın təşkili һəm də torpaq sahəsinin 

xüsusiyyətlərindən  asılıdr.  Bu  zaman  əvəzedən  torpağın  və  torpaq  örtüyü-

nün  vəziyyəti  haqda  olan  informasiyanın  əldə  olunması  vacib  şərtdir  (o 

cümlədən, aqrotexniki, meliorativ, eroziyaya qarşı və digər tədbirlər).     

  


467 

 

  



 

 

ġəkil 5.5. Torpağın monitorinqi və onun aparılma qaydası 

 

  Artıq  monitorinqin  təşkili  və  aparılmasının  birinci  mərhələsində 



məlumatlar bankının yaradılması vacib hesab olunur. 

Torpaqdan istifadəyə nəzarətin təmin olunması, torpaq örtüyünün və-

ziyyətinin  monitorinqinin  əsas  vəzifəsidir.  Torpağın  təbii  potensialının  on-

ların istehsal təyinatına uyğun olması; tarlanın torpaq örtüyünün eyni cins-

liyi, ləkəlilik, mikrorelyefin yaranması və s.; Eroziya priosesləri –yarğanla-


468 

 

rın sayının artmasına meyilli lillərin, bataqlaşmaların, duzlaşmaların, səhra-



laşmaların və digər neqativ proseslərin haqqında əvvəlcədən məlumatın ol-

ması. Torpaq örtüyünün vəziyyətini müşahidə etmək, bir qayda olaraq, yer-

üstü torpaq xəritələrinin yaradılması ilə həyata keçirilir. Torpaq ötrtüyünün 

vəziyyətinin idarə olunması ərazinin rasional təşkili kimi tədbirlərin həyata 

keçirilməsini  tələb  edir.  Torpaq  münbitliyini  azaldan  neqativ  antropogen 

təsirlərin  güclənməsi,  torpaq - ekoloji  monitorinqin keçirilməsi  proqramına 

aşağıdakı vəzifələrin əlavə etməyi tələb edir: 

1.

 



Su  və  defılyasiya  eroziyası  ilə  əlaəqdar  itirilmiş  torpaqların  təyin 

olunması; 

2.

 

Torpaqğın  turşlaşması  və  qələviləşməsininin  dəyişməsinə  nəzarət. 



(xüsusən  yüksək  dozada  mineral  gübrə  verilən  rayonlarda  suvarma  və 

qurutma zamanı, eləcə də iri sənaye mərkəzləirinin kəsişdiyi yerdə havanm 

atmosfer yağıntılarının nəzərə alınması); 

3.

 



 Meliorasiya, gübrələmə və һər hansı səbəbdən dəyişmiş torpqlarda 

su - duz rejiminin və su - duz balansının dəyişməsinə nəzarət; 

4.

 

Torpağın  humus  itkisinin  və  azot,  fosforun  mənimsənilən  forma-



sının itkisinin olduğu reqionların üzə cıxarılması; 

5. Torpağın ağır metallarla çirklənməsinə nəzarət olunması. (atmosfer 

yağıntılarından düşən, lokal çirkləmmə ərazilərindən - sənaye və nəqliyyat); 

  6. Bitki mühafizəsində və işlədilən kimyəvi vasitələrin daima istifadə 

olunduğu rayonlarda torpağın çirkləndirilməsinə nəzarət; 

7.Torpağın  ditergentlərlə  və  məişət  tullantıları  ilə  çirklənməsinə 

nəzarət, xüsusilə əhalinin sıx yerləşdiyi yerlərdə; 

8. Torpağın strukturu və onun tərkibindəki bitkiyə lazım olan qida ele 

mentlərinin  miqdarına,  su  –fiziki  xassəsinə  və  qrunt  sularının  səviyyəsinə 

mövsüm və uzun müddətli nəzarət; 

9.  Hidromeliorativ  sistemlərin  quraşdırılmasında  yeni  əkinçilik  sis-

temlərinə  keçən  torpağın  ehtimal  olunan  dəyişməsinin  ekspert  qiymətlən-

dirilməsi.  

Torpağın dəyişməsinə antropogen təsirlər müxtəlif olduğundan torpaq 

ekoloji  monitorinqdə  differensial  proqramların  hazırlanması  da  vacibdir. 

Monitorinqin ilkin mərhələsi - I forma torpağın və torpaq örtüyünün vəziy-



yətinin  qiymətləndirilməsinə  imkan  verir,  antropogen  faktorların  təsiretmə 

miqyasını  müəyyən  edir,  neqativ  proseslərin  istiqamətini  və  inkişafının 

intensivliyini qitmətləndirir.  

Torpaq  ekoloji  monitorinqin  stasionar  forması  -  II  forma  torpağın 

xassə  və  parametrlərinin  onda  baş  verən  rejimlərin  və  proseslərin 

genişlənmiş  proqram  əsasında  kompleks  tədqiqatını    həyata  keçirməyə 

imkan verir. 


469 

 

Monitorinqin  III  formasında  əvvəldən  seçilmis  sahələrdə  marşrut 



müayinə prosesində qısaldılmıs proqram əsasında tədqiqatlar həyata keçiri-

lir.  Bu  zaman  dinamik  dəyişən  göstəricilər  -  torpağın  turşuluğu,  sıxlığı  və 

struktur vəziyyəti, qrunt sularının udulma səviyyəsidir. Öz mahiyyətinə görə 

monitorinqin marşrut sistemi torpağa və torpaq örtüyünə, meliorativ sistem-

lərə,  aqroekosistemlərə  və  torpağın  məhsuldarlığına  operativ  nəzarət  siste-

midir. Vegetasiya dövründə bir - üç dəfə həyata kcçirilir. Neqativ proseslər 

üzə çıxdıqda uyğun xəritələr,  xüsusi aktlar tərtib olunur. 

Monitorinqin IV formasında  ərazinin başdan-başa müayinəsi həyata 

keçirilir.  Bu  zaman  ilk  növbədə  torpağın  kartoqrafık  inventarlaşdırma  xa-

rakteri, eləcə də aqrokimyəvi müayinənin kartoqraması hazırlanır və onların 

əsasında rasional torpaqdan istifadəyə tövsiyyələr verilir. Torpağın eroziya-

ya uğraması, şorakətləşmə və s. və aqrokimyəvi (azot, fosfor, kaliumun  hə-

rəkətliyi) xassələrin faktiki vəziyyəti haqda olan məlumatlar, torpağın aqro-

istehsal  qruplaşması  və  torpağı  bütün  istifadə  spektrlərinə  görə  xarakterizə 

edən  "torpaq  xülasəsi",  sonrakı  nəzəri  ümumiləşmələr  və  praktiki  tövsiy-

yələr  üçün  əsaslı  zəmindir.  Sonuncular  kənd  təsərrüfatı  yerlərinin  transfor-

masiyasının; torpağın su və küləık eroziyasından mühafizəsini; qurutma, su-

varma  və  mədəni-texniki  işlərin  aparılması;  torpaqların  kimyəvi  meliorasi-

yası (əhəngləşdirmə, gipsləşdirmə və s.); kənd təsərrüfat bitkilərinin rasional 

yerləşdirilməsi  və  seçilməsi;  torpaq  şəraitini  nəzərə  almaqla  gübrələmə 

sisteminin tətbiqi və aqrotexniki tədbirlərin xüsusiyətləri; otlaq və biçənək-

lərin  yaxşılaşmasını  əks  etdirməlidirlər.  Monitorinqin  baxılan  formasının 

həyata  keçirilməsində  əsas  şərt  kartoqrafıya  metodunun  istifadə  olunmasıdır. 

Bu zaman başlanğıc məlumatların alınması üsulları dəsti (vizualdan kosmik 

məlumatlaradək)  maksimal  dərəcədə  dolğun  olmalıdır.  Çəkilişlər  üçün  tor-

paq səthinin mürəkkəbliyindən asılı olaraq, təsərrüfatların ixtisaslaşdırılma-

sının  və  torpağın  istifadəsinin  intensivliyi  torpaq  tədqiqatlarının  müxtəlif 

miqyaslarını  müəyyənləşdirir  (meşə-çöl  1:10.000,



 

1:25.000,

 

yarım  səhra-

larda  otlaq  yerləri  1:

 

50000;

 

suvarılan  və  qurudulan  torpaqlarda  1:2000...



 

1:5.000

 

və s.) eyni zamanda aparılan tədqiqatların  kartoqraflk materialları-

nın dəqiqliyini ayırırlar. 

 Uzun müddətli şumlama, gübrələr tətbiq etmə, kimyəvi meliorantlar, 

suvarma, qurutma və  digər aqrokimyəvi  və meliorativ tədbirlər nəticəsində 

kompleks  torpaq  konturlarında  komponent  tərkibi  dəyişir.  Monitorinq 

prosesində bu vəziyyətə ciddi fıkir vermək lazımdır.  

Müşahidələrin  reprezentativliyinə  nail  olmaq  və  torpaq  aqrokimyəvi 

dəyişmələrin və vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün torpaq müa-

yinələrinin  10 -1 5  ildə  bir  dəfə,  aqrokimyəvi  müayinələrin  isə  hər  5  ildən 

bir aparılması məqsədə uyğundur. Belə işlərin təkrar aparılması bir tərəfdən 


470 

 

əvvəlki  müşahidələrin  çatışmazlıqlarını  və  boşluqlarını  aradan  götürməyə, 



digər tərəfdən təbii və antropogen təsir nəticəsində torpaq örtüyü və xassə-

lərinin  dəyişməsində  baş  verənləri  üzə  çıxarmağa  və  fiksə  etməyə  imkan 

verir.  

Təkrar  torpaq  -  kartoqrafık  müayinələr  zamanı  aerokosmik  məlumat-

ların mahiyyəti çox yüksəkdir, hansı ki, tarla işlərində deşifrovka olunması 

məqsədə uyğundur.

 

Monitorinqin  obyektini  seçmək,  torpaqlardan  istifadənin  xüsusiyyət-



lərini və torpaq örtüyünün müxtəlif texnogen çirklənmələrə dözümlük dərə-

cəsini  nəzərə  almaqla,  torpaq  coğrafi  geokimyəvi  və  təbii-  təsərrüfat  ra-

yonlaşmaya əsaslanır. 

Monitorinq obyektləri bütün əkinçilik zonalarında qoyulur. Onlar tipik 

təbii və kənd təsərrüfatı landşaftlarını əks etdirməlidir. 

Metod  təkcə  aqroekoloji  tədbirlərin  vaxtının  savadlı  təyininə  deyil, 

һəm  də  bitkinin  potensial  imkanlarını  obyektiv  qiymətləndirməyə  və  bu 

imkanların  reallaşma  dərəcəsinin  tam  tətbiq  olunan  gübrələmə  sistemini, 

həm  də  abiotik  faktorlardan  asılılığını  təyin  etməyə  imkan  verir.  Alınan 

dinamik  göstəricilərə  görə  ətraf  mühitin  faktorlarının  vəziyyəti  və  bitkinin 

inkişafı, məhsuldarlıq elementiərinin formalaşması  və son məhsul  arasında 

korrelyativ asılılıq qurulur. 

Bitkinin  vəziyyəti  və  inkişafının  fasiləsiz  monitorinqini  həyata  keçir-

mək  üçün  avtomatlaşdırılrnış  sistemlər  tətbiq  etmək  olar.  Belə  sistemlər 

nəzarət - ölçmə aparatlarının problem - istiqamətləndirici kompleksləridir. 

Əkinçiliyin  intensivləşməsi  şəraitində,  xüsusən  torpaq  becərmə  və 

kənd  təsərrüfatı  bitkilərinin  səpin  qaydalarının  pozulmasında,  ətraf  mühiti 

çirkləndirən kimyəvi vasitələrin qalıq miqdarı, biogen elementlərinin aqro-

ekosistemlərdən  daşınması  (itkisi)  müşahidə  olunur.  Çirkləndirici  maddə-

lərə, həm də gübrələrin tərkibində olan sənaye qalıq və tullantıları, kənd tə-

sərrüfatında  istifadə  ediən  çirkab  suların  çöküntülərində  olan  ağır  metallar 

daxildir.  Torpağın  ağır  metallarla  çirklənməsi  torpaq  örtüyü  üçün  təhlü-

kəlidir, torpağı deqradasiya edir və onun münbitliyini aşağı salır. 

Torpaqda  ağır  metalların  toplandığı  şəraitdə  ekoloji  təhlükəsiz  məh-

sulun  becərilməsi,  onların  bütövlükdə  balansını,  eləcə  də  onun  israf  mad-

dəsini  (filtarsiya  və  səth  suları  ilə  yuyulması,  bitkilərin  daşınması  və  s.) 

öyrənməyi tələb edir . 

Ağır  metalların  torpaqda  toplanması,  onların  profil  boyunca  vertikal 

miqrasiyası və hərəkətliyi hələ kifatyət qədər öyrənilməyib. Buna görə bio-

gen elementlərin filtrasiya suyu vasitəsilə  torpaqdan miqrasiyası  ilə  yanaşı, 

ağır metalların da (Cd, Zn, Pb, Cr, Cu,  Ni və b.)  miqrasiyasını оуrənmək 

lazımdır.  Suyun  keyfiyyətini  formalaşdıran  faktorlar  maddələrin  transfor-



471 

 

masiyası  və  qarşılıqlı  təsiri,  biokimyəvi,  bioloji,  fiziki-  kimyəvi,  eləcə  də 



hidroloji- kimyəvi proseslərdir. 

Təbii suların kimyəvi tərkibində aşağıdakı qrup birləşmələr vardır: 

1.

 

Suyun minerallaşma dərəcəsini təyin edən ionlar. Onlar: CI



-

, S0


4

-2



НСО

З

-2



, СО

З

-2



 anionları və  Mg

+2

, Ca



+2  

 kationlarıdır; 

2.

 

Biogen maddələr: nitratlar (N0



3

), nitritiər (N0

2

), ammonium (NH



4

fosfatlar (P0



4

), slisium(Si), azot və fosforun üzvi birləşmələri

3.

 

Üzvi maddələr - həqiqi parçalanan və kalloid üzvi birləşmələr; 



4.

 

Suda həll olan qazlar:  C0



2

, 0


2

, H


2

 və s.; 


5.

 

Mikroelementlər (Li, Pb, Cs, Be, Sr, Ba, Cr, Mo, V, Mn, Br, J, F, 



B); 

6.

 



Su  məhlullarının  turş  -  qələvi  tarazlığını  təyin  edən  hidrogen 

ionları; 

7.

 

Radioaktiv elementlər, torpaqla əlaqə və qarşılıqlı təsirdə olan təbii 



suyun  keyfiyyəti,  torpaq  prosesləri  və  torpağa  texnogen  təsirlərlə  sıx  bağ-

lıdır. 


Antropogen  təsir  altında  təbii  sularda  müxtəlif  çirkləndirici  maddələr 

ola  bilər:  nitratlar,  nitritiər,  pestisidlər,  fenol  birləşmələri,  sintetik  səthi  - 

aktiv maddələr, ağır metallar və s. 

Çirkləndirici  maddələr  suyun  filtrasiya  axını  ilə  məsamələrdə  qurunt 

sularına  daxil  olur.  Aerasiya  zonasında  toplanaraq  onların  qrunt  sularının 

çirklənməsinin  ikinci  mənbəyi  olurlar.  Öz  növbəsində  sonuncular  yeraltı 

suları və su anbarları çirkləndirirlər. Təsadüfı deyil ki, qrunt sularının key-

fiyyəti  һəm  təbiətdə  elementlərin  dövranı  və  torpaq  əmələ  gəlmə  ilə  bağlı 

olan təbii proseslərin, həm də antropogen təsirlərin (məsələn, kimyəvi vasi- 

tələrin tətbiqi) özünəməxsus inteqral göstəricisidir.

 

Suyun  torpaqdaxili  axınının  tədqiqinin  əsas  metodu  lizimetrik metod 



adlanır.  Onun  prinsipi  torpaq  məhlulunu  tədqiq  etməkdir.  Lizimerik  təd-

qiqadar praktikasında 3 tip lizimetr tətbiq olunur: torpağın pozulmamış qa-

tından  lizimetr-monolitlər;  torpağın  genetik  horizontlarının  yerləşməsinə 

təbii  ardıcıllığının  saxlanması  ilə  səpələnmiş  lizimetrlər;  eləcə  də  torpağın 

profili  boyunca  torpaq  daxili  axınlarda  qatılığı  öyrənmək  üçün  müxtəlif 

dərinliklərdə  yerləşdirilmiş  Şilovun  modifikasiya  etdiyi  monolitlərin 

lizimetrik qıfları.  

Lizimetriyanın  əsas  çatişmazlıqları  -  torpağın  qurğularda  qrunt  sula-

rından izolə olunması və bu səbdbdən onda həll olmuş maddələrlə birlikdə, 

suyun kapilyalarla  yuxarı qalxa bilməməsi, eləcə də torpaq səthi lizimetrin 

divarları ilə məhdudlaşır ki, bu da suyun səthi axınını saxlayır, hansı ki, təbii 

şəraitdə  düşən  ümumi  yağışların  20-25%-ni  təşkil  edir.  Buna  baxmayaraq 

bu metod torpaq profili boyunca elementlərin miqrasiyası prosesini atmosfer 


472 

 

çöküntülərinin  miqdarından  asılı  olaraq  köklərin  qidalanma  sahəsində  əsas 



qida  elementlərinin  kasıblaşması,  torpağın  tipi  və  qranulometrik  tərkibi, 

onun mədəniləşdirilməsi,  fıziki  - kimyəvi xassələri gübrələmə formaları  və 

dozası becərilən bitkinin növü və onlarm məhsuldarlığını modelləşdirməyə 

imkan verir. 

Lizimetriya üsulu ilə torpaqdan götürülmüş infiltratlarda elementlərin 

qatılığının müxtəlif faktorların təsirindən dəyişməsi xüsusiyyətinin öyrənil-

məsi  göstərdi  ki,  xüsusən  yüksək  dozada  mineral  gübrələrin  verilməsi  za-

manı torpaq kompleksinin mənimsənilən əsaslarının miqdarı yüksəlir. Onlar 

gübrələrin kationları tərəfindən sıxışdırılır və ekvivalent miqdarından mütə-

hərrik  torpağın  sorbsiya  etmədiyi  anionlar  cəlb  olunur  (S0

4

-2

,



 

N0

3-



,  CI

-

). 



Torpaq  daxili  axınlar  torpaq  münbitliyini  azaltmaqla  bitmir,  һəm  də  qrunt 

sularının və daha dərin qatlarda yerləşən yeraltı suların çirklənməsinə səbəb 

olur. 

Qrunt suları yerin üst qatından sonra ilk sulu laydır, su təzyiqi altın-

da hərəkət edir. Qrunt sularını səthi "güzgü" adlandırılır. Məsaməli boşluq, 

su  ilə doldurulmuş və güzgüdən altda  yerləşən  qatılaşma zonasıdır. Torpaq 

qatının və aerasiya zonasının çirklənmə  dərəcəsi - qrunt sularının çirklənmə 

göstəricisidir.  Beləliklə,  torpaqdan  sızmış  suyun  və  aerasiya  zonasının 

cinsinin  analizi-qrunt  sularının  çirklənməsinin  tədqiqinin  kifayət  qədər 

obyektiv metodudur. 

 

5.6.4.   Aqroekosistemlərin   ekoloji - toksikoloji  qiymətləndirilməsi 

Aqroekoloji  monitorinqin  əsas  tərkib  hissəsi  tədqiq  olunan  obyektin 

ekoloji  -  toksikoloji  qiymədəndirilməsidir.  İqtisadi  məqsədlə  əkinçiliyin 

kimyalaşdırılması,  həmişə  ekoloji  təhlükəsizliyin  tələbatlarına  uyğun  gəl-

mir. Əkinçiliyin  inkişafının müasir mərhələsində ekoloji  təhlükəsizliyə, la-

zimi  ekoloji  məhdudiyyətləri  nəzərə  almaqla,  yalnız  kimyəvi  maddələrin 

optimal dozasının tətbiqi nəticəsində nail olmaq olar. 

Ekoloji  -  toksikoloji  qiymətləndirmə  üçün  göstəricilər  dəstinin  təyini 

özlüyündə sərbəst metodiki vəzifələrdir və onları yerinə yetirərkən aşağıda-

kıları nəzərə almaq məqsədə uyğundur: 1. reqionların torpaq iqlim xarakteri; 

2.  hava  kütləsinin  yerləşmə  xüsusiyətlərini  nəzərə  almaqla,  çoxillik  məlu-

matlar  əsasında  daha  etibarlı  meteoroloji  şəraitin  yaradılması;  3.  müəssisə-

lərin yaxınlığında yerləşən aqroekosistemlərin sənaye tullantıları ilə çirklən-

mə imkanları; toksiki tullantıların həcmi və tərkibi; 4. Torpaqbecərmə texno-

logiyalarının  tətbiqi  və  kimyəvi  vasitələrin  istifadəsi  (gübrələr,  bitki  mü-

hafizə vasitələri, kimyəvi meliorantlar - gips, əhəng). 

Vacib  şərt  suyun,  torpağın,  bitkinin  ilkin  kimyəvi  analizinin  aparıl-

masıdır,  o  cümlədən  biogen  elementlərə  görə:  Cl,  F,  Se,  B,  Br,  As,  N0

3

", 



473 

 

N0



2

", nitroz aminlər; ağır metallara  görə:  Be, Mn, Zn, Pb,  Cd, Cr, Co,Mo, 

Ni, Hg, V, Sn; pestisid qalıqlarına görə: benz(a)piren, dioksinlər. Bu zaman 

texnoloji xəritələrin və arxiv materiallarının istifadəsi məqsədə uyğundur. 

Bir  sıra  rayonlarda  ekoloji  -  toksikoloji  qiymətləndirməni  aparmaq 

üçün  göstəıricilərin  təyini  zamanı  tələbat  torpağın,  suyun  və  bitkilərin  (о 

cümlədən  qrunt  sularının)  nümunələrinin  qamma  -  spektrometriya  və  ra-

diometriyasıdır. 

Göstəriciləri  seçmək  üçün  instrumental  analizlərdən  alınan  nəticələri 

sorğu məlumatları və onların qruplar üzrə ardıcıl differensial sistemi ilə mü-

qayisə  edirlər: 1. normal  miqdarı keçməyən  göstəricilər; 2.  yolverilən miq-

darı keçməyən  göstəricilər; 3. ekoloji  təhlükəli  miqdar  yol  verilən miqdar-

dan artıqdır. 

Ekoloji  -  toksikoloji  qiymətləndirməni  aparmağın  başlıca  şərti  –  se-

çilən göstəricilər üzrə fon ərazisində torpağın, suyun, bitkilərin ilkin analizi-

dir (kifayət qədər böyük pozulmamış landşaftlarda). Bu halda tədqiq olunan 

aqroekosistemin, о cümlədən təbiəti mühafizə tədbirlərindən, ekoloji vəziy-

yətinin  dəyişməsinin  dinamikasını  izləmək  mümükün  olur.  Seçilən  fon 

ərazisinin sahəsi bu və ya digər regionun şəraitindən asılıdır. Kifayət qədər 

meşəlik,  az  miqdarda  sənaye  olan  yerlərdə  bu  sahə  1-1,5  hektar  olur.  Çöl 

reqionlarında  xüsusən  ekoloji  təhlükəli  müəsisslər  olan  yerdə  göstərilən 

sahələr 100-200 dəfə artır (kimya və metallurgiya istehsalı, IES - lər və s.). 

Fon  ərazilərini  nəzərə  almaqla,  qiymədəndirilən  aqroekosistemlərin  yerləş-

dirilməsinə uyğun olaraq bölüşdürmək ( planlaşdırmaq) lazımdır. 

Bitkilərdə  toksiki  birləşmələrin  toplanması  və  bitki  məhsullarının 

keyfiyyətinə nəzarət aqroekoji monitorinqi sistem yaradan vəzifələr sırasına 

daxildir. Bitkiçilik məhsullarının toksikoloji qiymədəndirilməsi, bitkinin be-

cərilməsinin  bütün  texnoloji  kompleksinin  ekoloji  -  iqtisadi  səmərəliliyini 

təyin edir. Aqroekoloji monitorinq vahid proqram üzrə aqrosenozun kompo-

nentlərinə  sistematik  müşahidələri  cəmləşdirir.  Gələcəkdə  isə  һər  bir  poli-

qonda, ləkdə nəzarətin avtomadaşdırılması sistemi nəzərədə tutulur. Məlum 

olduğu kimi, torpağın əsas aqrofiziki  parametrləri: aqreqatlığı, ümumi sıx-

lığı  və  bərk  fazanın  sixlığı,  mineral  və

 

qranulometrlik  tərkibi,  su  keçiri-

ciliyi, filtrasiya və susaxlama qabiliyyətidir. 

Aqreqatlıq (aqronomik qiymətli və suya davamlı aqreqatların olması) 

-  torpağın  əsas  aqrofiziki  xassələrindən  biridir.  O,  bitkinin  həyatında  əvəz 

olunmaz faktor olan hava və su rejimlərini təyin edir. Dezaqreqatlıq (struk-

tursuzlaşma) torpağın bərkiməsinə, sıxlaşmasına gətirir və su - hava xassə-

sinin  əhəmiyyətli  dərəcədə  pisləşməsinə  səbəb  olur  (filtrasiya,  rütubət 

tutumu və s.). 



474 

 

Torpağın ümumi  və  bərk fazasının sıxlığı - bərk faza ilə məsaməlilik 

arasındakı  nisbəti  göstərir,  başqa  sözlə,  su  -  hava  rejiminin  ilk  şərti  və 

şəraitidir. 



Mineral və qranulometrik tərkibdən bitkilər üçün qida elementlərinin 

olması və mənimsənilməsi asılıdır. Eləcə də torpağın mexaniki becərilməsi 

zamanı vacib olan xassələr: yapışqanlıq, şişkinləşmə və kipləşmə. 

Torpağın su keçiricilik, fıltrasiya və susaxlama qabiliyyətləri onların 

su rejimini və meliorasiyanın vacibliyini müəyyən edir. 



Aqrofiziki  xassələrin pisləşməsi torpağın ekoloji funksiyaların pozul-

masına, о cümlədən sorbsiya xassəsinin azalmasına səbəb olur. Aqroekoloji 

monitorinq  sistemində  sahədə  aqrofiziki  parametrlər  daimi  nəzarətdə  sax-

lanılır. 

Qranulometrik  tərkibin  dəyişməsi  daha  çox  konservativdir.  Verilən 

göstəricini 5-10 ildə bir dəfə təyin etmək məqsədəuyğundur. Qranulometrik 

tərkib hər 10 sm dərinlikdə burların vasitəsilə pipetka metodu ilə (Katçinski-

yə  görə)  təyin  edilir.  Verilən  metod  kifayət  qədər  etibarlı  nəticələr  almağa 

imkan verir. 

Torpağın su keçiricilik, filtrasiya və susaxlama qabiliyyətləri zamanca 

daha dinamikdir. Onlar torpağın  rütubətliyindən,  sıxlığından və quruluşun-

dan əhəmityyətli dərəcədə asılıdır. Verilən göstəricilərə poliqon monitorinqi 

zamanı  növbəli  əkinin  rotasiyasında  bir  dəfə  nəzarət  olmalıdır,  məsul 

yığımından sonra - vegetasiyanın sonunda, bu zaman torpağın nisbi bərabər 

sıxlığı bərpa olunur, səpinlər isə su keçirmə və filtrasiya xassələrinin tarlada 

təyin  olunmasını  çətinləşdirir.  Aqrofiziki  parametrlərin  vəziyyətini  daima 

müşahidə  etməklə,  torpağın  xassələrinin  arzu  olunmaz  dəyişmələrinin  və 

pisləşməsinin, neqativ deqradasiya proseslərinin inkişafının qarşısını almaq, 

nəticədə  isə  torpağın  mühüm  ekoloji  funksiyasını  və  yüksək  münbitliyini 

saxlamaq olar. 

Torpağın  münbitiiyinin  mürəkkəb  idarəetmə  problemlərindən  biri  - 

üzvi  madddlərin  vəziyjətinə  nəzarət  etməkdir.  Şübhəsiz,  humus  bloku  tor-

paq - ekoloji  monitorinqdə  əsasdır.  Belə  ki,  humusun vəziyətinin  kəmiyyət 

və keyfiyyət xarakteristikası torpağın əsas xassə və rejimlərinin, əkinçiliyin 

intensivləşdirilməsi prosesində və texnogenez nəticəsində daxil olan toksiki 

maddələrin transformasiya və miqrasiyasını təyin edir. 

Tədqiqatlar göstərdi ki, humusun miqdarı və keyfıyyətcə tərkibi sabit 

deyil,  antropogen  təsirlərdən  dəyişir.  Torpaqların  münbitliyini  təyin  edər-

kən,  onda  yalnız  humsuun  miqdarını  nəzərə  almaq  kifayət  deyil,  həm  də 

onun keyfıyyətcə vəziyyətinə nəzarət etmək lazımdır. 

Gübrələrin  uzunmüddətli  sistematik  tətbiqi,  humusun  təbii  keyfiyyət 

göstəricilərində  hiss  olunan  dəyişiklilər  yaradır.  Bu  zaman  qrup  tərkibli 



475 

 

əhəmiyyətli  dərəcədə  dəyişmir.  Əsas  qrupların  nisbəti  humin  turşusunun 



karbonunun flavin  turşusunun karbonuna nisbəti (C

h.t 


:  C

f.t 


),  tədqiq  olunan 

torpaqların  peyin  verilən  variantlarında  bir  qədər  artır.  Eyni  zamanda  üzvi 

və  mineral  gübrələr  humusun  fraksiya  tərkibini  dəyişir,  onun    mütəhərrik 

formasının toplanmasına səbə olur, aktivliyini  yüksəldir. Yaxın zamanlara-

dək bunu müsbət hal hesab edirdilər, lakin bir çox hallarda baş verən dəyi-

şikliklər neqativ xarakter daşıya bilər. Belə ki, uzun müddətli gübrə tətbiqi 

nəticəsində  qara  torpaqlarda  humusun  fraksiya  tərkibinin  yenidən  paylan-

ması  baş  verir:  1.  fraksiyanın  humus  maddəsi  çoxalır;  2.  kalsiumla  bağlı 

olan daha qiymətli fraksiya azalır. 

Müxtəlif tip torpaqların humus vəziyyətinin geniş miqyaslı tədqiqinin 

aparılması  üçün  sistemli  yanaşma  tələb  olunur.  Bu  kontekstdə  vahid  kom-

pleks proqramın böyük əhəmiyyəti var, hansı ki, təcrübələrin coğrafi şəbə-

kəsində  aqroekoloji  monitorinq  üçün  işlənib  hazırlanır.  Proqram  torpağın  

humusuna müxtəlif faktorların təsirinin dərinliyini  və intensivliyini kifayət 

qədər obyektiv qiymətləndirməyə imkan verən bir sıra göstəricilərinin müt-

lək  uçotunu  nəzərdə  tutur.  Proqramın  başlanğıc  prinsipləri  uzun  müddətli 

təcrübələr  əsasında  formalaşıb,  onlardan  ən  əsasları  aşağıdakılardır:  1.  Hu-

musun  vəziyyətinə  nəzarət,  hansı  ki,  daimi  müşahidə  məntəqələrində  apa-

rılır;  2. torpaqlarda humusun ehtiyatinın və miqdarının təkrar tədqiqi, hansı 

ki,  humusun  miqdar  və  keyfiyyət  göstəricilərinin  dəyişməsini  sabitləşmə 

dövraksiya qrup rünü nəzərə almaqla aparmaq məqsədə uyğundur; bu dövr 

5-10  il  ola  bilər,  uyğun  olaraq  təkrar  analizlər  növbəli  əkin  rotasiyasının 

sonunda aparılır; 3. torpağın fraksiya-qrup tərkibinin öyrənilməsi üçün daha 

çox işlənən I.V.Tyurin metodunun V.V.Ponomoryov və T.A.Plotnikov tərə-

findən  modifıkasiya  formulundan  istifadə  olunması.  5.  Humusun  vəziyyə-

tinin bir başa təsir vasitələrinin xassələri və şəraiti ilə birgə kompleks tədqiq 

olunması; о cümlədən, əsas və əlavə məhsulun məhsuldarlığı, bitki qruntla-

rının  biokütləsinin  kök  və  biçindən  sonra  qalan  kütiəsini  nəzərə  almaq  la-

zımdır; pH təyini, hidrolitik turşuluq, torpağın əsaslarla doymuşluq dərəcəsi, 

udma  kompleksində  Na

+

  miqdarı;  torpağın  aktual  və  potensial  bioloji 



aktivliyinin təyin olunması. 

Göstərilən  proqram  blokları  aqroekoloji  monitorinqlə  torpaq  humu-

sunun vəziyətinə nəzarət etməyin son üsulu deyil. Вu proqram blokları yeni 

informasiyaların  toplanma  dərəcəsindən  asılı  olaraq  sonrakı  korrektirov-

kaya, dəqiqləşməyə, təkminləşdirməyə ehtiyac duyurlar. Buna baxmayaraq, 

yuxarıda göstərilən proqramların müxtəlif reqionlarda qısa müddətdə torpaq 

humusunun  kəmiyyət  və  keyfiyyət  göstəricilərinin  dəyişmə  dərəcəsi  və 

istiqamətinin  qiymətiəndirilməsində həyata keçirilir. 



476 

 

Torpaqda humusun problemlərinə görə aqroekoloji monitorinqə baxa-



raq,  qeyd  etmək  lazımdır  ki,  müxtəlif  torpaqların  fraksiya  qrup  tərkibi  hu-

musun  genetik  xüsusiyyətlərini  üzə  çıxarmağa  imkan  verir.  Lakin  hətta 

uzunmüddətli  əkinçilik  üsullarının  təsiri  zamanı,  müxtəlif  faktorların  təsiri 

altında humus maddəsinin təbiətinin  dəyişməsini qiymətləndirmək üçün az 

əlverişlidir. Ona görə humus birləşmələinin kəmiyət və keyfiyyətinin istiqa-

mətlənmiş  tənzimlənməsi,  teznogenezin  müxtəlif  fakltorların  təsiri  altinda 

onların dəyişməsinin diaqnostika metodlarından hazırlanmasını tələb edir. 

Bu zaman ən çətin iş torpağa və aqrolandşaftın digər komponentlərinə 

texnogen  yüklənmənin  norması  və  humus  birləşmələrinin  deqrdasiyasını 

qiymətləndirmənin ekoloji kriteriyalarının işlənib hazırlanmasıdır. Əhəmiy-

yətli  dərəcədə  onlar  bəzən  əsaslandırılmayan  neqativ  nəticələr  verir,  çox 

vaxt  isə  biosferin  komponentlərinə  (torpağa,  bitki  örtüyünə,  təbii  sulara  və 

s.) aqressiv texnogen təsirlərdən  yaranır.  Burada  yaranmış vəziyyətin kom-

pleks ekoloji - kimyəvi tədqiqatlarının maddələrinin yerləşdirilməsinin müx-

təlif  səviyyəli  aparılmasına  kəskin  ehtiyac  yaranır.  Yaxşı  olardı  ki,  ayrı  - 

ayrı ekosistemlər və landşaftlar üçün münasib ekoloji ekspertizalar aparılsın. 



Torpağın  humus  birləsmələri  texnogenez  məhsullarının  təsirlərinin 

adekvat  əks  etdirmə  qabilləıyinə  malik  olan,  özünə  məxsus  unikal  təbii 

indiqatorlardır. Onlarda maddələrin və enerjinin biogeokimyəvi axını yalnız 

―qapanmır", һəm də özünə məxsus transformasiya olunur. 

Humus turşularının tərkibi, xassəsi və strukturunun tədqiqi mikroorqa-

nizmləri,  təbii  və  texnogen  təsirlərin  nəticəsində  onda  gedən  deqradasiyanı 

və  struktur  statistik  diaqnostik  göstəricilər  sistemini  müəyyənləşdirməyə 

imkan  verir.  Təklif  olunan  sistem  5  blokdan  ibarətdir.  I  blok  -  element  və 

funksional analiz; II  blok - görünən sahədə spektrofotometriya;  III  blok - 

İQ spektrofotometriya; IV  blok - derivatoqrafık analiz; V  blok - periolitik 

kütlə  və  spektrometriya.  Bunlardan  hər  biri  öz  növbəsində  3-dən  7-dək 

yarımbloku  birləşdirir.  Humusun  vəziyyəti  struktur-statistik  parametrlərlə 

qiymətləndirilə  bilər.  Ən  dolğun  informasiyanı  müəyyən  fiziki  -  kimyəvi 

analizlərin kompleks metodu əsasında müəyyənləşdirmiş, struktur - statistik 

daiqnostik göstəricilərinin birgə sistemlərini istifadə etməklə almaq olar. 

Deqradasiya dərəcəsini kəmiyyətcə qiymətləndirmək üçün daha ümu-

miləşdirmiş və informatik parametrlərin istifadə olunması tövsiyyə olunur.   

Deqradasiya  kriteriyalarının    mütləq  qiymətləri  torpağın  tipindən  və 

qranulometrik  tərkibinə  humus  birləşmələri  miqrasiya  etdiyindən  humus 

deqradasiya parametrlərinin nisbi vahidl  kimi verilir. Bu zaman deqradasiya 

olunmamış  humus  birləşmələrinin  göstəricilərinin  qiymətləri  100%  qəbul 

olunur.  Deqradasiya  göstəricilərinin  müəyyən  olunmuş  qiymətlərini,  tor-

pağın qranulometrik tərkibindən asılı olaraq humus birləşmələrinin deqrada-  



477 

 


Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin