ġək.5.2. Monitorinq sisteminin blok – sxemi (Y.A.İzrael, 1984).
Əsaslı müşahidə və tədqiqatlar tələb edən faktorlar, elementlər və
proseslrəin təsnifatı belədir: çirkləndirici və faktorların lokal mənbələrinin
geofiziki müşahidələri əsasında monitorinq; (vulkanlar, zəlzələlər, quraqlıq,
sellər, torpaq, qrroziyalar və s.) ətraf təbii mühitin vəziyyəti və onda gedən
geokimyəvi dəyişikliklıərin öyrənilməsi (ionlaşdırıcı və ionlaşdırmayan şua-
lar); təbii və antropogen mənşəli kimyəvi dəyişikliklər əsasında biotopun
müxtəlif faktorların təsirinə cavab reaksiyası, iri sistemlərin cavab reak-
siyaları (hava, iqlim) və bütövlükdə biosferin xüsusi tədqiqatlar tələb edən
446
bölməsinin monitorinqi (insan sağlamlığı və ona əlverişli mühitin yaran-
ması).
Görkəmli coğrafiya elmləri tədqiqatçısı İ.F.Gerasimov monitorinqi 3
mərhələyə ayırmağı təklif edib: bioekoloji (sanitar-gigiyenik), geoekoloji
(geosistem, təbii- təsərrüfat) və biosfer.
A bölməsində çirklənmənin lokal mənbələri və onların qarşılıqlı təsir
faktorları göstərilib. Onlara təbii hadisələr (vulkan püskürməsi, neft və qazın
öz-özünə çıxması və.s) və antropogen faktorlar (sənaye və kənd təsərrüfatı
müəssisələrinin tullantıları kənd təsərrüfatının kimyalaşmasının pozulması,
nəqliyyat tullantıları və.s.) aiddir.
B bölməsində (B
1
yarımbölməsində) mühitin vəziyyətinin parametr-
lərinin dəyişməsinin ardıcıl ölçülməsi nəticəsində alınan geofiziki məlumat-
ların müşahidəsi verilir. Eləcə də təbii fəlakətlərin müşahidəsi (vulkanizm,
zəlzələ, quraqlıq, daşqınlar, sellər, torpağın eroziyası və.s). Belə müşahi-
dələr coğrafi xidmətin kompetensiyasına daxildir. TƏM-in vəziyyəti haqqda
ən mühüm informasiyanı qurunun və suyun paylanması haqda məlumatları
daxil etməklə, fiziki-coğrafi nəlumatlar daşıyır. Yer kürəsinin səthinin rel-
yefini, təbii ehtiyyatlarını, əhalinin yerləşməsinin, urbanizasiyasını. Elə bu
bölmədə TƏM-in vəziyyətinin müşahidəsi daxildir. Hansı ki geokimyəvi
məlumatlarla (maddələr dövranının təbii kompleksdə müşahidəsi biosferdə
yod qarışıqların tərkibi o cümlədən radioaktiv maddələrin) mühitin müxtəlif
spesifik xarakteristikası, səs-küylə çirklənməsi və istiliklər çirklənməni nə-
zərə almaqla müxtəlif şüalanmalarla (zonlaşdırıcı və ionlaşdırmayan)
B bölməsinə həm də atmosfer çöküntülərinin təbii və antropogen mən-
şəli kimyəvi tərkibinin, səth və yeraltı suların, okean və dənizlərin suyunun,
torpağın, bitki və heyvanat aləminin çirklənməsinin əsas yayılma yollarının
müşahidə olunması daxildir. Bu müşahidələr monitorinq sistemində I
dərəcəsidir.
C bölməsi müxtəlif təsir faktorlarına və TƏM-in vəziyyətinin dəyiş-
məsinə biotun reaksiyasının müşahidələrini birləşdirir (əhatə edir); bu mü-
şahidələr biotda geri dönən və dönməyən dəyişmələri öyrənir. Funksional və
struktur biotik əlamətlərin müşahidəsi mümkündür. Funksional müşahidə-
lərə aiddir, məsələn, zaman vahidində biosferin artımı müxtəlif maddələrin
bitkilər və heyvanlar tərəfindən udulması. Struktur müşahidələrə bitki və
heyvan növlərinin sayı, ümumi biokütlə daxildir. Bu müşahidələr ayrı-ayrı
orqanizmlərin, populyasiyaların, cəmiyyət və ekosistemlərin müxtəlif səviy-
yələrində təşkil olunmalıdır.
D bölməsinə iri sistemlərin (hava, iqlim) və bütövlükdə biosferin mü-
hitə reaksiyasının müşahidə olunması daxildir, əvvəldə sadalanan bölmə-
447
lərdə iqlim sistemlərinin vəziyyətini, xüsusi ümumiləşdirmə və qiymətlən-
dirmə tələb edən bütün müşahidə sistemlərini cəmləşdirir.
E bölməsi xüsusi tədqiqatları birləşdirir. Müşahidələr fiziki, kimyəvi
və bioloji göstəricilərə görə aparılır. Müşahidə sistemləri, distansion müşa-
hidələri əhatə etməklə nöqtəvi ölçmələrə (stansiyalarda) və ya sahəvi çəki-
lişlərə əsasən inteqral göstəricilərin alınmasına əsaslana bilər. Bu yanaşma-
ların birgə istifadəsi yol verilən və məqsədəuyğundur. Monitorinqin təşkilin-
də aviasiya və sputnik vasitə və metodlarından istifadə mühüm antropogen
təsirlərdən yaranan ƏTM-nin vəziyyətinin dəyişmələrinə biotun reaksiyasını
aydınlaşdırmaq çox mühümdür. Cədvəl 5.1. də ciddi müşahidə və tədqiqat
tələb edən əsas faktorlar elementlər və proseslər göstərilir.
Cədvəl 5.1
Təbii mühitin vəziyyətinin təsnifatı
Müşahidə
bölməsi
Müşahidə bölməsinin adı
Təsnifat
A
Təsirin mənbələri və
faktorları
A.1. çirklənmənin lokal mənbələri
A.2. təsir faktorları (çirk.maddələr.şualanma)
B
ƏTM-in vəziyyəti
B.1. Fiziki və fiziki coğrafi məlumatlarla
xarakterizə olunan mühitin vəziyyəti.
B.2. Geokimyəvi, çirklındirici maddənin
tərkibi və xarakteri göstərən məlumatlarla
xarakterizə olunan mühitin vəziyyəti
C
Biosferin biotik tərkibinin
vəziyyti
C.1. Biotik rekasiyası-cavab və nəticə tək
orqanizmdə, populyasiyada cəmiyətlərdə və
ekosistemlərdə
D
İrsi sistemlırin və
bütövlükdə biosferin
reaksiyası
D.1. İri sistemlərin reaksiyası (hava və iqlim)
D.2. Bütövlükdə biosferin reaksiyası
E
Əhalinin sağlamlığının
vəziyyəti
ƏTM-in vəziyyətinin təbii dəyişməsini bir çox ölkələrdə geofizika
xidməti (hidrometroloji seysmik, ionosfer, qravimetrik, maqnitometrik və b)
geniş həcmdə qeydə alır və öyrənir. Biosferin vəziyyətini müşahidə - təbii
fluktasiya fonunda ona antropogen təsir nəticəsində baş verən dəyişikləıri
ayırmaqdır.
Mahiyyətçə monitorinq-əvvəldən verilmiş proqrama uyğun olaraq
müəyyən məqsədlə ƏTM-nin 1 və ya bir neçə komponentin məkan və za-
manca təkrar müşahidələr sistemidir. Dəqiq desək belə sistemləri ƏTMnin
antropogen dəyişilmələrinin monitorinqi adlandırmaq lazımdır. bu zaman
ƏTM antropogen effektin yeni keyfiyyət dəyişilmələrində, əvvəldən məlum
olan geofiziki xidmətlərin məlumatlarından da istifadə olunur.
Monitorinq sistemi kritik hadisələrin üzə çıxmasına kömək edir, təsi-
rin kritik faktorlarını ayırmağa imkan verir.
448
BMT-nin 1992-ci ildə keçirilmiş konfransında (Rio-de Janeyro) da-
vamlı inkişaf konsepsiyasının əsası qoyuldu. Konsepsiyanın əhəmiyyəti mü-
şahidə və idarəetmənin materiallarından nəticə çıxarılmaqla istifadə etmək
və monitoprinq sisteminin özünün strukturunu kamilləşdirməkdən ibarətdir.
Nəzərə almaq lazımdır ki, hələ də TƏM - in antropogen dəyişməsinin
çoxməqsədli monitorinqinin tamamlanmış bütöv sxemi yaranmayıb.
Monitorinqin formalaşmış yarımsistemləri (blokları) onun üzvi hissəsi- tam
səhvsiz ayrı - ayrı konkret vəzifələri müəyyən miqyasda həll etməyə imkan
verir.
1974-cü ildə Keniyada (Nayrobi şəhərində) monitorinq üzrə keçirilmiş
I dövlətlərarası müşavirədə çirklənmənin monitorinqı üçün prioritetlik
metodunun tətbiqi də maraqlıdır. Əvvəlcə çirkləndiricinin xassələrinə
əsaslanaraq prioritetliyi təyin etmək üçün bir neçə kriteriyalar seçilmişdir.
Aşağıdakılar nəzərdə tutulur:
1.İnsanın sağlamlığına və rifahına, iqlimə və ya ekosistemə faktiki və
potensial mümkün olan təsirlər.
2.ƏTM - in deqradasiyaya meyli və insan orqanizmində toplanması.
3.Fiziki və bioloji sistemlərdə kimyəvi transformasiya imkanları,
bu¬nun nəticəsində ikincili maddə daha zəhərli ola bilər.
4.Mobillik, hərəkətlilik.
5.ƏTM-də və insanda faktiki və ya mümkün qatılıq tendensiyası.
6.Təsirin tezliyi və ya qiyməti.
7.Müxtəlif mühitlərdə verilən səviyyədə ölçmə imkanları.
8.ƏTM-də vəziyyəti qiymətləndirmək üçün əhəmiyyəti.
9.Qlobal və subreqional proqramlarda bərabər ölçmə üçün ümumi
paylanma nöqteyi nəzərdən əlverişli olması.
Qəbul olunmuş kriteriyaların hər birində çirklənməni (0-3 bal) balla
qiymətləndirdilər. Balları toplayaraq prioritet pozisiyaları təyin olunur (∑
qiyməti nə qədər böyükdürsə, prioritet o qədər yüksəkdir). Bu cür alınan
prioritetlər mühiti və ölçmənin proqram tipini (impakt, regional, qlobal)
göstərməklə 8 sinfə bölündü (1-8-ə qədər sıra nömrəsi kiçik olan yüksək
sinifdir və prioritetliyi daha çoxdur). Bu zaman çirkləndirici maddənin
bir¬başa ölcülməsi mümükün olmayan hal üçün dolayı monitorinq üsulu da
təyin olundu. Belə hallarda aşağıdakı xarakteristikalar nəzərə alınır: suyun
keyfiyyət indiqatoru – koli-bakteriyalar, OBT5, OKT, göy - yaşıl yosunlar,
onların ilkin məhsuldarlığı; torpağın keyfiyyət indiqatorları – duzluluq,
turşuluq və qələvilik (pH), nitratların və bioloji azotun miqdarı, torpağın
üzvi maddələrinin (humusun) miqdarı; heyvanların və insan sağlamlığının
indiqatorları, bitkilərin xəstəliklərə, genetik nəticələrə, dərmanlara qarşı
həssaslıq indiqatorları; çirklənmənin bitki indiqatorları – bioinduksiya.
449
İzraelin (1984) fikrincə öyrənilən mühitin təbiətdən asılı olaraq moni-
torinqini abiotik (geofiziki) və biotik (bioloji) sektora ayırmaq kifayətdir.
Geofiziki monitorinq abiotik tərkibin mikro- və makromiqyasda reaksiyası
nın təyininə yönəldilib (istiqamətlənib). Buna həm də atmosferin, hidroloji
və torpaq - geokimyəvi mühitin çirklənməsi haqda məlumatlar daxildir.
Bioloji monitorinqin əsas vəzifəsi - biosferin biotik tərkibinin və-ziy-
yətini təyin etməkdir. Onun antropogen təsirlərə cavab reaksiyası və bu
funksiyanın normal təbii vəziyyətdən molekulyar hüceyrə, orqanizm, popul-
yasiya və cəmiyyətlər (biosenozlar) səviyyəsində fərqini (kənarlanmanı) tə-
yin etməkdir.
Monitorinqin bu sektorunda insan sağlamlığının vəziyyətini, ən
mühüm populyasiyaların - populyasiya indiqatorların, bütövlükdə biotun və-
ziyyətini müşahidə etmək məqsədəuyğundur. Genetik monitorinq xüsusi yer
tutur (Davamlı insan inkişafı).
Buna görə də ekoloji monitorinqdən söhbət gedərkən, daha universal
sistem başa düşülməlidir. Hansı ki, geofiziki və bioloji blokların keyfiyyət
elementlərini daha yüksək səviyyədə birləşdirir, onların qarşılıqlı əlaqə və
təsirlərini daha yaxşı başa düşməyə imkan verir.
Bioekoloji monitorinqdə əsas biosferin antropogen təsirlərə cavab
reaksiyasıdır. Bu zaman əsas məqsədlərdən biri insan maraqlarının qorun-
masıdır. Bu mərhələdə insan populyasiyasının vəziyyətində müşahidə çox
mühümdür. Həmçinin müxtəlif populyasiyalarda mümkün olan irsiyyət
dəyişkənlərinin müşahidəsi də vacibdir. İnsan genofondunun monitorinqi
onun mühüm sahəsidir.
İ.R.Qerasimov monitorinqi üç mərhələyə ayırmağı təklif edir: bioeko-
loji (sanitar- gigiyenik); geoekoloji (geosistem, təbii - təsərrüfat); biosfer.
1. Bioekoloji monitorinq lokal xarakterlidir. Bioloji əhyəmiyyət kəsb
edən (indiqator) һər hansı bir parametrin sistematik izlənilməsinə əsaslanır.
Müşahidədlər nəzarət məntəqələri şəbəkələrində apalılır.
2. Geoekoloji monitorinq geofiziki və biokimyəvi metodlara əsasla-
nır: yol, qatılıq, özünü tənzimləmə, ekosistemin bioloji məhsuldarlığı.
3. Biosfer monitorinqi qlobal miqyasda aparılır, biosferin parametr-
lərinin periodik və antropogen dəyişilmələri qiymətləndirilir və proqnoz-
laşdırılır.
Müşahidələr üçün һəm monitorinqin ümumi şəbəkəsinə daxil olan nə-
zarət məntəqələri, həm də xüsusi sınaq sahəsi istifadə olunur (geoloji mo-
nitorinqdə). Monitorinqin bu mərhələsi reqional istiqamətlidir. Geoekoloji
monitoirnqin xüsusi poliqonlarda aparılması məqsədəuyğun hesab olunur:
hər bir təbii zonada və ya iri təbii - təsərrüfat reqionlarında və müşahidə
obyektlərinə və tərkibinə görə fərqlənən xüsusi paliqonlarda. О cümlədən
450
trofık əlaqələr (bioekoloji dövran) bioloji məhsuldarlıq (YVQ-nın göstərici-
ləri, təbii sistemlərin funksiyalaşmasını və onlardan istifadənin effektliyi).
Ətraf mühitin qorunması və yaxşılaşdırılması nöqteyi nəzərindən, təbii şə-
raitin və ehtiyyatların istifadə proseslərinin idarə olunma metodlarının ef-
fektliyi təsirliyi öyrənilməlidir. Akademik İ.P.Gerasimovun təklif etdiyi
monitorinqin konseptual görünüşü һəm elmi, һəm də praktiki cəhətdən
"cəmiyyət - təbiət" sistemində baş verən prosesləerin başa düşülməsində və
həyatın təmin olunmasının bu sahəsində konstruktiv qərarların verilməsində
əhmiyyətlidir.
Monitorinqdən danışarkən onun faktorların təsir mənbələrinə görə
sistem və уаrımsistemlərinin təsnifatı haqda susmaq olmaz. Təsirin miq-
yasına görə təsnifat da məqsədə uyğun olardı: məkanca, zamanca, müxtəlif
bioloji səviyyələrə görə. Bu cür yanaşmada müşahidəni 2 qrupa bölmək
olar: a) nöqtəyə, kiçik sahəyə, rayona, əraziyə görə müşahidə; b) qlobal
miqyasda müşahidə - müəyyən sistemə (sxemə) görə ümumiləşdirilməlidir.
Monitorinqin mümkün olan sistem (yarım sistem) təsnifatı, şübhəsiz maraq
doğurur, ekoloji təhlükəsizliyin prinsiplərini ardıcıl və məqsədyönlü for-
malaşdırmağa və həyata keçirməyə imkan verir (İzrael, 1984). Yalnız təbiəti
mühafızənin müasir təşkili və idarə olunması monitorinqin məqsəd və və-
zifələrinin həyata keçirilməsinə imkan verir.
Cədvəl 5.2
Monitorinqin mümkün olan sistemlərinin təsnifatı (Ġzrael, 1984)
Təsnifatın
prinsipi
Monitorinqin mövcud olan və ya işlənib hazırlanan sistemləri
(yarımsistemləri)
Universal
sistemlər
Qlobal monitorinq (baza, reqional, impakt səviyyələrdə) fon və
palleomonitorinqi daxil etməklə. Milli monitorinq (məsələn, keçmiş
SSRİ-də).
Ətraf mühitin çirklənmə səviyyəsinə müşahidə və nəzarətin ümumdövlər
xidməti). Millətlərarası ―beynəlxalq monitorinq (məsələn, çirkləndirici
maddələrin sərhədlərarası daşınmasının monitorinqi).
Biosferin əsas
tərkib
hissələrinin
reaksiyası
Geofiziki monitorinq. Bioloji monitorinq, genetik monitorinqi daxil
etməklə ekoloji monitorinq (yuxarıda deyilənləri birləşdirən)
Müxtəlif
mühitlər
Antropogen dəyişmələrin monitorinqi (çirklənməni və ona qarşı
reaksiyanı daxil etməklə) atmosferdə, hidrosferdə, torpaqda, kriosferdə,
biotada
Faktorlar və
təsirin
mənbələri
Çirklənmə mənbələrinin monitorinqi. İnqridient monitorinqi (məsələn, ayrı
çirkləndirici maddələr, radioaktiv şualanmalar səs-küy və s.).
Problemin
kəskinliyi və
qloballığı
Okeanların, ozonosferin monitorinqi
451
Müşahidə
detalları
Fiziki, kimyəvi və bioloji göstrəicilərə görə monitorinq. Süni peyklərlə
monitorinq (distansion monitorinq)
Sistemli
yanaşma
Tibbi - bioloji monitorinq (sağlamlığın vəziyyəti) ekoloji monitorinq
iqlim monitorinqi. Variant: bioekoloji (o cümlədən aqroekoloji),
geoekoloji, biosfer monitorinqi.
5.5.1.
Ekoloji monitorinq
Ekoloji monitorinq - biosferin monitorinqinin kompleks yarım siste-
midir. O, ƏTM-nin antropogen dəyişilmələrinin təkrar müşahidə, qiymət-
ləndirmə və proqnozlaşdırma sistemlərini birləşdirir. Bu da insanların və
digər canlıların yaşayış yerlərinin ekoloji şəraitinə və eləcə də ekosistemin
funksional vəziyyətinə müqayisə olunacaq qədər davamlı nəzarət etməyə
imkan verir. Bundan başqa əgər ekoloji şəraitin məqsədli göstəriciləri pozu-
lursa, uyğun korrektirovka (düzəltmə xarakterli) təsirləri üçün zəmin yara-
nır.
ƏTM-də baş verən proseslərin kompleksliyi və qarşılıqlı asılılığı (eko-
loji təhlükəsiz iqtisadi inkişaf yolunda insanların qarşısında duran problem-
lərin fövqəladəliyi ekoloji monitorinq yarımsistemlərində əsas nəzarət – mü-
şahidə funksiyalarının kamillışdirilməısinin vacibliyini diktə edir
Ekoloji monitorinq Vahid Dövlət sisteminin (EMVDS) yaradılmasın-
da əhəmiyyət kəsb edir və aşağıdakı yarımsistemləri birləşdirir:
1.
ƏTM-ə antropogen təsirin mənbələrinin monitorinqi və ekosis-
temdə ekoloji tarazlığın qiymətləndirilməsi;
2.
ƏTM-in abiotik tərkibinin çirklıənməsinin monitorinqi və onun
informasiya modelinin vəziyyətinin qiymətləndirilməsi;
3.
ƏTM-in biotik komponentlərinin monitorinqi (kənd təsərrüfatı fəa-
liyyəti və torpaqlardan istifadə nəticəsində baş verən kritik problemləri qiy-
mətləndirməklə) eləcə də yerüstü ekosistemləırin ƏTM-in təsirlərinə reak-
siyanın qiymətləndirilməsi;
4.
Ekoloji hadisələrə səbəb olan faktorları və vəziyyətlıri obyektiv
qiymətləndirməklə sosial gigiyenik monitorinq (əhalinin sağlamlığının və-
ziyyəti, ƏTM-in çirkləndirən obyektlərin fəaliyyəti və s.);
5.
Ekoloji monitorinqin yuxarıda sadalanan funksiyalarrının inkişafı
üçün lazım olan, ekoloji informasiyanın təmin olunması;
6.
Ekoloji təhsil və tərbiyə, təbliğat və reklamları əhatə edən sosial-
psixoloji informasiya tədbirlərinin həyata keçirilməsi.
Ekoloji problemlərin kompleksliyi onların çox planlı olması iqtisadiy-
yat və müdafiə yönümlü obyektlərlə sıx əlaqəsi, əhalinin sağlamlığının və
rifahının təmin olunması, mühüm təbiəti mühafizə problemlırinin həllinə va-
hid sistemli yanaşmanı tələb edir. Dövlət miqyasında lazım olan qərarların
qəbul olunmasında müxtəlif çətinliklər yaranır. Bu ekoloji monitorinqin
vahid dövlət sistemində çoxsaylı içarıçıların olması ilə bağlıdır. Bununla
452
əlaqədar ekoloji monitorinqi milli sistemin yaranması lokal və reqional
səviyyədə monitorinqin yarımsistemləırinin formalaşması ilə sıx bağlıdır.
Bundan başqa EMVDS-ı qlobal və fon monitorinqlərinin yarımsistemləri ilə
əhatə olunur.
Vahid ekoloji monitorinqin (VEM) məqsədi - sistemlərin hazırlanması
və istifadə olunması, müşahidə metodları və vasitələri, tövsiyyələrin qiymət-
ləndirilməsi və işlənməsi, təbii texnogen sferaya idarəedici təsiri və texno-
loji xarakteristikası, insanın tibbi - bioloji, sanitar - gigiyenik şəraitinin ya-
radılmasıdır.
Atmosfer havasının çirklənmə səviyyəsinin müşahidələri RF- də 284
şəhərədə 664 stasionar məntəqədə aparılır. 5 -dən 25 -ə qədər inqridientin
qatılığı ölçülür. İldə 4 mln nümunənin hidrometrik qatılığı ölçülür. Səth
sularının çirklənməsinə görə Rusiyada 1996-cı ilə qədər 1928 məntəqə,
2617 axında, 1363 su obyektində yerləşən 2958 vertikal və 3407 üfüqi mü-
şahidə məntəqələrində 50 mindən çox nümunədə analizlər aparılmışdır.
Dəniz mühitinin çirklənməsinin kimyəvi və hidrobioloji göstəricilə-
rinə görə monitorinq Rusiyanın bütün dənizlərində yerləşən 500-dən artıq
stansiyanın məlumatlarına əsaslanır.
EMVDS-də çirkləınmənin milli monitorinqi yarımsisteminin mərkəzi
və 10 reqional laboratoriyası var eləsə də ekspedisiya müayinələri üçün
vasitələr mövcuddur.
Zərərli maddələrin sərhədlərarası daşınmasının müşahidəsi üçün Rusi-
yanın qərb sərhəddində stansiyalar şəbəkəsi var. 3 stansiyada atmosfer aero-
zollarının, eləsə də atmosfer yağıntılarının (qar, yağış, dolu) nümunələri gö-
türülür. TƏM - in çirklənməsinin kompleks monitorinq sisteminin 40-a ya-
xın yoxlama məntəqəsi vardır.
Qar örtüyünün çirklənməsinə nəzarət üçün 645 meteostansiya möv-
cuddur. 17 mln.km sahəni əhatə edir. Nümunələrdə sulfat, nitrat, ammo-
nium, pH, benz(a)piren və ağır metallar təyin olunur.
Rusiya ərazisində biosfer qoruqlarında yerləşən kompleks fon ekoloji
monitorinqin 6 stansiyası fəaliyyət göstərir. Atmosferin ən vacib kompo-
nentlərinin ozon, karbon 2 oksid, aerozolların optik sıxlığı, yağıntıların kim-
yəvi tərkibi, atmosferin elektrik xassələrnin ekoloji monitorinq sistemi yara-
dılmışdır. Bu inqridentlərin müşahidəsi mütləq tədqiqat proqramları əsa-
sında aparılır.
ƏTM - in radioaktiv çirklənmənin müşahidələr şəbəkəsi 456 hidrome-
tostansiya və məntəqəni əhatə edir. 1394 məntəqədə qamma - şüalanmanın
ekspozisiya gücü qeydə alınır; radioaktiv atmosfer çöküntülərini 487, aero-
zolları 51 məntəqə müşahidə edir, 300 məntəqədə radiasiya çöküntüləri fik-
453
sasiya olunur (onların 50 - si qatlığı təyin edir); atmosfer çöküntülərində 30
məntəqədə
tritium, 82 məntəqədə stronsium- 90 (
90
Sr) miqdarı təyin olunur.
Bundan başqa Çernobl AES qəzasından ziyan dəymiş ərazinin inten-
siv müayinəsi aparılır, o cümlədən yaşayış məntəqələrində 5 Kи/km
2
- dən
çox çirklənmə müşahidə olunan həyətlərdə müayinə aparılır.
Rusiyada ərazinin ƏTM - in qəza çirklənməsi ilə bağlı ekoloji toksi-
koloji halların tədqiqi üçün operativ sistemlər yaradılıb.
Artıq qeyd olunduğu kimi ekoloji monitorinqin yarımsistemlərində
biosferi təşkil edən müxtəlif səviyyələrdə - impakt (lokal) reqional və fon
(qlobal) müşahidələr aparılır.
Respublikamızda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində
olan Ətraf mühitin çirklənməsinin Milli Monitorinq mərkəzində havanın,
suyun və torpağın radioaktiv və digər çirklənmələrinin təyin olunması üçün
ən müasir cihazlardan istifadə olunur.
Ekoloji monitorinqin lokal səviyyəsinin fərqləndirici xüsusiyyəti
emissiya mənbələrinin nəzarət sistemlərinin sıx əlaqəsi və onların TƏM - ə
obyektin texnoloji proseslərlə təsir etməsidir. Bu ekoloji monitorinqə - tex-
nogen təsirlərin kompleks halda baş verməsi və istehsalın texnoloji proses-
lərilə idarə olunması sistemi kimi baxmağa imkan verir. Hazırda təbii eko-
sistemləri deyil, məhz texnosfera obyektlərini qiymətləndirirlər. Burada mo-
nitorinq müşahidələr, analizlər və vəziyyətin proqnozlaşması və bütün təbii
mühitin dəyişməsilə tamamlanır (qoruq meşələrin torpaqları zonalarının fon
monitorinqi). Ekoloji monitorinq sisteminin bütün əsas funksiyaları tam
şəkildə reqional səviyyəli monitorinqdə realizə olunur. Bu səviyyə üçün
VEM - in quruluş strukturunu informasiyaların alınması və üzə çıxarılması,
eləcə də hadisələrin qiymətləndirilməsi və qərarların qəbul olunması sferası
kimi təsəvvür etmək olar.
Vahid ekoloji monitorinqin vəzifələrinə aşağıdakıları daxil etmək olar:
1.
TƏM - in ekoloji-sosial, tibbi-bioloji vəziyyətinə operativ nəzarət;
2.
Reqionun ekoloji əlverişsizliyi faktorlarının üzə çıxarılması (o
cümlədən TƏM-ə əhalinin sağlamlığına neqativ təsirlərin mənbələri);
3.
TƏM - in faktiki vəziyyətinin xarakteri;
4.
Adekvat ekoloji şəraitdə, ierarxik səviyyədə qərarların qəbul olun-
ması üçün informasiyaların hazırlanması və ümumiləşdirilməsi;
5.
TƏM-in və əhalinin sağlamlıq vəziyyəti haqda obyektiv informasi-
yanın toplanması, sistemləşməsi və saxlanması (bu faktorların qiymətlən-
dirilmıəsində mümkün olan subyektivliyi nəzərə almaqla);
6.
TƏM - in vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş idarəedici
qərarların işlənib hazırlanması.
454
Vahid ekoloji monitorinqin istənilən yarımsistemlərinin mühüm struk-
tur həlqələri (bloklar) bunlardır: ölçmə kompleksi özündə hüquqi-bioloji sa-
nitar-gigiyenik, sosial texniki-iqtisadi yönümlü məlumatların baza və bank-
larını birləşdirən informasiya kompleksləri; sənaye obyektlərinin qiy-
mətləndirmə və optimallaşdırma sistemləri; tarlaların ekoloji və meteoroloji
faktorlarının proqnozlaşması sistemləri, eləcə də qərarların qəbul olunması
sistemləri.
Vahid ekoloji monitorinq layihəsinin hzırlanması müxtəlif sahəli in-
formasiyalar tələb edir. O cümlədən TƏM -ə çirkləndirici maddələrin daxil
olma mənbələrini bilmək lazımdır:
- çirkləndirici maddəılərin daşınma prosesləri (atmosferdə, su mü-
hitində daşınması və miqrasiyası);
-
ÇM - in landşaft geokimyəvi yer dəyişməsi proseslərini;
-
emissiyanın antropogen mənbələrinin vəziyyəti haqda məlumatları.
Məlumatların alınması ÇM-in fon qatılığı və emissiya mənbələri ya-
xınlığında onların qatılığı haqda xarakteristika verən 3 qrup meteoroloji pri-
borlarla təmin olunur.
Atmosfera: meteoroloji məlumatları, hava sferasının qaz və aerozol
fazasının kimyəvi və radionuklid tərkibi; bərk və maye çöküntülər (qar, ya-
ğış), onlarlın kimyəvi və radionuklid tərkibi; atmosferin istilik və nəmlik
çirklənməsi.
Hidrosfera: hidroloji göstəricilər (səthi axma sürəti və suyun səviy-
yəsi, sərfiyyatı) nəzarət olunan su hövzələrində və axınlarda (çaylar, göllər,
su anbarları) hidrobioloji göstəricilər (fitoplanktonlar, zooplanktonlar,
zoobentoslar, perifitonlar); səth sularının (çaylar, göllər, su anbarları və s.),
qrunt sularının, ərinti sularının hidrokimyəvi və radionuklid tərkibi; səth və
qrunt sularının istilik çirklənməsi.
Torpaq örtüyü: torpağın münbit qatının kimyəvi və radionuklid tər-
kibi, fitotoksikliyi, mikrob biokütləsi, ÇM - in müxtəlif formalarının miq-
rasiyası.
Biota: trofik zəncirin əsas həlqələrinin məhsuldarlığının qiymətlən-
dirilməsi, növ tərkibi, xəstəlikləri; kənd təsərrüfatı yerlərinin, bitki örtüyü-
nün, torpaq zoosenozlarının, yerüstü cəmiyyətlərin, həşaratların, vəhşi və ev
heyvanların, quşların, su bitkilərinin, planktonlarının, balıqların kimyəvi və
radionuklid çirklənməsi.
Urbanizasiya mühiti: şəhərlərin və yaşayış məntəqələrinin hava şə-
raitinin kimyəvi radiasiya fonu; ərzaq məhsullarının, içməli suyun kimyəvi
və radionuklid tərkibi və s.
455
Əhali: xarakterik təbii-demoqrafik parametrləri (say və sıxlıq, doğum
və ölüm, yaş tərkibi, xəstəlikləri, anadangəlmə eybəcərliklər və anomoliya-
ların səviyyəısi); sosial-iqtisadi faktorlar.
Ölçmə komplekslərində informasiyaları ötürücülərlə toplayan, onu is-
tehlakçıya modem telefon və radioqəbuledicilər və ya elektron poçtlarla ötü-
rən müasir nəzarətedicilərin istifadəsi, sistemlərinin operativliyini xeyli yük-
səkdir.
VEM-in ölçmə kompleksinin təchizatının tam avtomatlaşdırılması,
mürəkkəb çoxməqsədli, eyni zamanda kompakt avtonom sistemlərlə TƏM
-in keyfiyyətinin izlənilməsi mümkündür. Onların inkişafının ləngiməsi
əsasən texniki və texnoloji səbəblərdən deyil, finans çətinliklərilə bağlıdır.
VEM-in müasir avtomatik sistemlərinin əsas struktur blokları aşağı-
dakılardır:
● ƏTM-in parametrlərin ötürücüləri (havanın temperaturası, günəş ra-
diasiyası, suyun tərkibi, su mühitində metalların ion forması, atmosferdə və
suda çirklındirici maddələrin qatılığı, herbisidlər, insektisidlər fenollar,
benz(a)pirenlər və s.);
● bioloji parametlərin ötürücüləri (oduncağın böyüməsi, bitki örtüyü,
torpağın humusu və s.).
TƏM-in parametlərin izlənməsinin sadə avtomatlaşdırlmış sistemi
―Raduqa‖, Vıborq şəhərində ekoloji problemlərin həlli üzrə Assosiyasiya
tərəfindən hazırlanmışdır. ―Raduqa‖ sisteminin izlənməsi su hövzələrinin
keyfiyyətcə monitorinqini təmin edir. Onu sənaye çirkab sularının kimyəvi
tərkibinə nəzarətdə istifadə edirlər. Bu zaman qənaət ilkin xammalın qiy-
mətinin 20% - ni təşkil edir.
―Raduqa‖ TƏM-in verilən təşkilatına və insana vurulan ziyanı hesab-
lamaqla istehsalın texniki-iqtisadi göstsəricilərini yaxşılaşdırır.
―Raduqa‖ sistemini istifadə etməklə, avtomatik rejimdə 256 - ya qədər
parametrləri qeydə almaq olar.
İzlənmənin baxılan sistemi ötürücünün dövriyyəsindən asılı olaraq 1
saatdan 1 sutkayadək işləyir. Bir qayda olaraq təşkilatlar tərəfindən gizlə-
dilən planlaşdırılmamış tullantı və qalıqları fiksə etdiyinə görə ―Raduqa‖
özünə məxsus ―gözətçi‖ kimi xidmət edir.
Ötürücü kimi müxtəlif tipli ionoselektiv elektrodlar istifadə olunur,
hidrogen, xlor ionlarının, brom nitratların, ammonium azotunun, sul-
fa(fi)tlərin, fosfatların və bəzi ağır metalların qatılığını qeyd edirlər.
VEM-in reqional yarımsistemi böyük massivdə müxtəlif ilkin infor-
masiylarla işləməyi nəzərdə tutur. Buna görə də aktual vəzifələrdən biri va-
hid elmi informasiya məkanının yaradılmasıdır. Bu geoinformasiya texnolo-
giyaları əsasında formalaşdırıla bilər.
456
Bu cəhətdən geoinformasiya sistemlərinin yaradılması mühüm əhə-
miyyət kəsb edir. GİS informasiyanın toplanması, emalı, saxlanması, sis-
temləşdirilməsi, elmi analizi və təqdim olunması üçün universal vasitədir.
Yalnız GİS-in tətbiqi nəticəsində TƏM -in kompleks problemlərinə tam ya-
naşma mümkün olmuşdur.
VEM-in geoiformasiya sistemini nəzəri, eksperimental və ekspert
informasiyaları sintezləşdirən konseptual model, eləcə də müxtəlif tipli
informasiyaları inteqrallaşdıran model kimi yaratmaq məqsədəuyğundur.
Bu zaman nəzərə almaq lazımdır:
● kadastr və katoqrafiya informasiyalarının və distansion zondlama
materiallarının məlumat bazalarının yaradılmasını;
● əlaqə kanallarını istifadə etməklə təbii rejimdə funksiyalaşma;
● şəxsi kompüterlərdə proqramların reallaşma imkanları;
● GİS-nin reqional və federal səviyyədə sistemlərə qoşulması zamanı
vilayət səviyyəsində informasiya və proqram uyğunluğu;
● ərazidə yayılmış məlumatlar bazasınının saxlanmasını.
GİS-ni idarəetmənin müxtəlif ierarxik səviyyəsində (yerli, vilayət,
reqional) yaratmaq lazımdır. Səviyyə sistemlərinin hər biri əsas məlumatlar
bazası, intellektual interfeys, modelləşmənin kompleks proqramı və idarə-
etmə qərarlarını qəbuletmə proqramlarına malikdir. Fərq – məlumatlar ba-
zasında yerləşən informasiyaların mərkəzləşməsi səviyyəsində, eləcə də həll
olunan vəzifənin xarakterindədir.
VEM sistemi yalnız TƏM -in vəziyyətinə və əhalinin sağlamlığına nə-
zarət etmir, eyni zamanda bu və ya digər hadisəyə aktiv təsiretmə imkan-
larını da nəzərdə tutur.
VEM-in ierarxik səviyyəsini (qərarların qəbul olunması sferasını), elə-
cə də ekoloji ekspertizanın və ətraf mühitə təsir etmənin qiymətləndirilməsi
(ƏMTQ) yarımsistemlərini istifadə etməklə, sənaye obyektləri və reqion-
larının, eləcə də mürəkkəb ekosistemlərin riyazi modelləşdirilməsinin nəti-
cələri əsasında, emissiya mənbələrini idarə etmək olar. Riyazi modelləşmə
dedikdə, məsələn, sənaye obyektlərinin, texnoloji proseslərin TƏM -ə eh-
timal olunan təsirinin və onun nəticələrinin modelləşdirilməsi başa düşülür.
Model ayrı-ayrı ekosistemlərin bu və ya digər faktorların dəyişməsinə
qarşı həssaslığını tədqiq etməyə imkan verir. Güman olunur ki, bu model-
lərdə müxtəlif əmsalların rəqəmsal qiymətini laboratoriya eksperimentləri
yolu ilə təyin etmək olar.
Mürəkkəb bioekoloji sistemlərə müxtəlif faktorların təsirini öyrənər-
kən, riyazi və ekoloji cəhətdən əsaslandırılmış çox faktorlu eksperimentlərin
aparılması məqsədə uyğundur.
457
Bu cür eksperiment bioloji sistemlərə təsir edən, faktorların birləşmə-
sinin müxtəlif çoxluğunu eyni zamanda və sərbəst analiz etməyə imkan
verir. Burada bioloji sistemlərin dəyişməsinin mövcud tendensiyası əsasında
proqnozlaşdırılmış gözlənilən hadisələrin tədqiqi birinci dərəcəli əhəmiyyət
kəsb edir. Ayrı-ayrı eksperimentlər və əldə olan riyazi əsaslarla gələcəkdə
TƏM-in vəziyyəıtinin real hadisələrini modelləşdirmək olar, gözlənilən
dəyişmələrə səbəb olan müxtəlif faktorları (məsələn, azot, fosfor və s.). Bio-
gen elementlərin daxil olması nəticəsində sututarların evtroflaşmasını üzə
çıxarmaq olar. Bu isə çirklənmənin ayrı-ayrı mənbələrini düzgün təyin
etməyə imkan verir.
Təbii ətraf mühitin monitorinqinin qlobal sistemi çərçivəsində vahid
ekoloji monitorinqə xüsusi diqqət yetirilir. Bu zaman VEM-in vəzifələri
aşağıda göstərilənlərin qiymətləndirilməsidir:
1.
torpaqdan istifadə və kənd təsərrüfatı fəaliyyəti nəticəsində baş
verə bilən problemlər və kritik situasiyalar;
2.
yerüstü ekosistemlərin TƏM-in antropogen dəyişmələrinə reak-
siyası;
3.
yaşayış mühiti və ekosistemlərin vəziyyəti, funksional tamlığının
qiymətləndirilmıəsi.
VEM-ə həmçinin torpağın vəziyyətinin (torpaq ekoloji monitorinq), su
sistemlərinin (o cümlədən dənizlərin) və ehtiyyatlarının, biotun monitorinqi.
Müxtəlif dərəcədə antropogen təsirə məruz qalmış təbii komplekslərin
müşahidə olunması çox mühümdür (qoruq ərazilərindən ekosistemlərə qə-
dər). Belə ki, su ekosistemlərinə ən çox yayılmış antropogen təsir (göl, su
anbarları) evtroflaşma prosesidir. Buna görə də ekoloji monitorinq sistemi-
nin göstəricilərinin evtroflaşmanın inkişafını xarakterizə edən kriteriyaları
vacibdir.
Ekoloji monitorinq əsasında antropogen təsir görünən təyininə misal
olaraq, turş yağışların nəticəsində suyun, torpağın turşlaşmasını göstərmək
olar: [SO
2
(SO
3
)+H
2
O]. pH-ın aşağı qiymətlərində su hövzələrində diatom və
göy-yaşıl yosunlar itirlər, zooplanktonların (dafniyalar) məhz sonrakı miq-
darının artması pH-ı kəskin dəyişdirir. Nəticədə balıq ehtiyyatlarının yaran-
ması xeyli pisləşir, bəzi hallarda turş sularda tamamilə yox olurlar. Çay və
göl ekosistemlərinin çirkab suları ilə çirklənmədən (pH˂ 5,0 olanda mol-
yuskların, estuarilərdə başayaqlıların sayı azalır) ekoloji monitorinqin
təşkilinə ekosistemin mümkün olan reaksiyasını nəzərə almaq lazımdır
(göy-yaşıl yosunların biokütləsinin artması və onların toksinləşmənin əmələ
gəlməsi müxtəlif orqanizmlırin sayının azalmasına və ya yox olmasına,
planktonların parçalanma məhsullarının yaranmasdan senozun heterotrof
hissəsinin artması və s.)
458
Çirklənmənin yerüstü ekosistemlərə təsiri ekoloji monitorinqin müx-
təlif yarımsistemlərində spesifik göstəricilər kimi istifadə oluna bilən dəyi-
şikliklərlə müşahidə olunur. Məsələn növ müxtəlifliklərinin azalması və
növlərə görə fərdlərin paylanmasının dəyişməsi. Torpağın yüksək turşuluğu
ionların hərəkəliyinin yüksəlməsinə (Al, Mn, Fe və b) və onların yenidən
yerdəyişməsinə səbəb olur, pH-ın azalması torpaq mikrofaunasını dəyişdirir
və hətta ali bitkilərə ziyan vurur. Belə halda azotfiksasiya edən bakteriyalrın
məhsuldarlığı aşağı düşür və üzvi birləşmələrin parçalanma sürəti azalır.
Turş yağışlar şibyələri zədələməklə ekosistemin azot dövriyyəsinin
(şibyələr azotu udmaqla onu bitkilərə daşıyırlar), kükürdün yığılması onun
biokimyəvi dövriyyəsinin pozulmasına səbəb olur.
Qeyd olunub ki, torpaq biogeosenozlrın komponenti kimi bir çox hal-
da landşaftın turşulaşmaya qarşı dözümlüyünü təyin edir. Buna turş yağış-
lara görə akkumlayasiya prosesində torpağın potensial imkanlarına uyğun
bitkilər lazımdır.
Torpaq ekoloji monitorinq üçün etalon sahədəki torpağın xassələri
haqda informasiyanın olmasıdır. Müxtəlif biogeosenozlar və ya torpaq-bitki
zonası bir sıra səbəblərdən kifayət qədər məhduddur.
Onların ən əsasları: bitki cəmiyyətlırində təbii suksesiyalar, təbiətdən
istifadə ərazisində dəyişmələr torpağın yeni analitik tədqiqat metoduna keç-
məsi və nəhayət torpağın vəziyyətinin uzun müddətli kompleks tədqiqinin
məhdudluğudur. ―Torpağın kimyası‖ proqramının yaradılması təsadüfi de-
yil. Monitorinq stansiyası şəbəkəsinin yaradılması və onun torpaq ekosis-
temlərinin vəziyyətinin göstəricilərinin uzunmüddətli müşahidələr, torpağın
dəyişməsinin uzunmüddətli proqnozlaşdırılması üçün lazım olan etibarlı
informasiyanın alınmasına imkan verir.
Kiçik turşu çirklənməsində dözümlüyünə görə müxtəlif olan tor-
paqlarda və bütünlükdə ekosistemlərdə protonların dəyişməsi və onların
geokimyəvi miqrasiyası son zamanlar müvəffəqiyyətlə həyata keçir.
Torpağa, kritik turşu yüklənməsinin hesablanması üçün ion mübadilə
proseslərin bərabər vəziyyətinə əsaslanan, kifayət qədər sadə metod istifadə
etmək olar:
CL(AC) =BC
w
– BC
v
– ANC
1
– AC
n
burada: CL(AC) - turşuluğun kritik yüklənməsi; BC
w
- mineralların
parçalanması zamanı əsas kationların (Ca, Mg, K, N) azad olma sürəti; BC
v
- əsas
kationların bitki kökləri vasitəsilə udulması; ANC
1
- səthi və torpaqdaxili axınlarda
turşu neytrallaşma qabiliyyətinin itirilməsi; AC
n
- torpaqda azotun transformasiya
zamanı hidrogen ionunun məhsullarlaşması.
459
Baxmayaraq ki, bu metod torpaq proseslərinin cəmini nəzərdə tutmur,
lakin İsveç ekoloqları meşə torpaqlarının kritik yüklənməsinin hesablan-
masında müvəfəqiyyətlə istifadə edirlər.
Cədvəldə turş yağışların təsiri altında torpaq örtüyünün mümkün də-
yişkənliklərinun geniş ekoloji spektri təsvir olunur. (cədvəl 5.3)
Turş yağişlarin təsirindən torpaq örtüyünün bəzi xassələrindən
dəyişməsi, bioqeosenozun bitki komponentlərinin həyat tərzində və
quruluşunda biruzə çixa bilər. Turş qaliqlar bitkilərə dolayi təsirdən başqa
bir başa təsirə də malikdir. Məsələn. ağacın iri gövdəsi bir başa turşu
qalıqları ilə kontaktda olduqda bitki yarpaqlarının epidermis və kutikulası
zədələnir, qida elementləri qələviləşir, reproduksiya prosesləri pozulur və s.
Turş yağışların təsirindən fitosenozun vəziyyətinin necə dəyişməsinə
daha ətraflı baxaq.
Torpaqda qələvi-turşu tarazlığının dəyişməsi köklərin membranı
potensialına təsir edir, yəni hüceyrə membranının aktiv lipid, protein və
digər komponentlərinin dissosiasiyasına təzyiq göstərir, həm də kök səthinin
mənfi yükünü azaldır. Bunun nəticəsində məhsuldan kationların udulması
həddən çox çətinləşir. Bu proseslərin pozulması torpaq məhlulunun tərki-
bində dəyişmələri kəskinləşdirir. Mühüm biogen elementləırin bitki tərəfin-
dən mənimsənilməsi azalır, çünki onlar rizosferdən daha dərin torpaq qat-
larınadək qələviləşirlər. Bununla yanaşı fitotoksiki xassəli digər element-
lərin toplanması artır. Onlara daxildir: Mn, Zn, Cd, Co, Ni, başqa sözlə o
elementlər ki, turş torpaqlarda mineral ionlar formasında aktiv miqarasiya
edirlər. Demək olar ki, onların hamısı dəmirin biokimyəvi antogonistləridir.
Xlorun yaranması ilə şərtlənən dəmir çatışmazlığı onlıarın çoxalmasına gə-
tirib çıxarır. Bundan başqa bitkinin qidalanma rejiminin pozulmasıl nəti-
cəsində onların ziyanverici həşəratlara, patogen göbələklərə, bakteriya və
viruslara, şaxta və quraqlığa davamlığı azalır.
Aydınlaşdırılıb ki, torpaqda çirklıəndiricilərin davranışı onların mine-
roloji və üzvi tərkibindən asılıdır. İon mübadiləsi, xemosorbsiya, çökmə və
akkumulyasiya nəticəsində gil mineralları və sərbəst polutor oksidlər kim-
yəvi maddələri tutub saxlaya bilirlər.
Üzvi maddələrin müxtəlif xassəli reaksiyalarda iştirakı zamanı çirk-
ləndirici maddələrlə qarşılıqlı təsiri, torpaq ekoloji monitorinqdə torpağın
humus vəziyyətinin bir sıra göstəricilərinin təyin olunmasını diqtə edir. Bu
humusun ümumi tərkibi, onun tərkibinin qrupları, suda həll olan üzvi mad-
dələr: məsələn, Zn suda həll olan fulvatları torpağın profili boyunca yerini
dəyişə bilir, lakin onun hummatları torpaq hissəcikləri üzərində örtük əmələ
gətirir, hərəkətsizdirlər. Kompleks birləşmələrin yaranması landşaftda me-
talların yayılma sərhədlərini genişləndirə bilər, onların yüksək miqdarında
460
Cədvəl 5.3
Dostları ilə paylaş: |