QIRIQ XƏTLİ TELEFONLARIN ƏLAQƏSİ
Anarın nəsr yaradıcılığında "Əlaqə" povesti (1976) mövzu və
janrca bir qədər gözlənilməz, ancaq bu yaradıcılığın simasını
müəyyən edən, onun bədii miqyas hüdudsuzluğunu, paradoksallığa
meyllilik özümlüyünü üzə çıxaran əsərlərdəndir.
Sabit, möhkəmlənmiş düşüncə tərzinin dəyişilməsi, yeni idraki
"variantların" qəbulu və təsdiqi, şübhəsiz, uzun sürən prosesdir.
Ancaq necə olursa-olsun, bu dəyişikliyi görmək, yaratmaq lazımdır...
Əgər biz insanlar hər şeyi "kasıb zehnimizin qısa arşınıyla
ölçəcəyiksə", onda nə ictimai münasibətlər, nə də elm sahəsində heç
bir irəliləyişə ümid bəsləyə bilmərik. Çünki bütün kainatı ancaq biz
insanların məntiqi ilə idarə etmək olmaz. Bax, elə bu
antroposentrizm bizim beynimizdə möhkəm kök salmış hətta
müəyyən dərəcədə fanatik düşüncə
tərzidir. Özümüzü
təsəvvüredilməz dərəcədə böyük olan bütün kainatın mərkəzində
qoymaq, yalnız ÖZÜMÜZÜN DƏRK ETDİYİMİZ əlaqə
vasitələrindən istafadə edib digər planetlərin sakinləri ilə əlaqə
yaratmaq təşəbbüsümüz səmərəsiz olacaqdır. Anar bu məsələləri
həm oxucular, həm də elm adamları qarşısında qoyur, onları "başqa
növ əlaqə prinsiplərinə" yiyələnməyə çağırır. Məsələ burasındadır ki,
biz, yer kürəsinin insanları, 6 milyardı aşmağımıza (əsərin yazıldığı
vaxt 5 milyarda yaxın) baxmayaraq, yalnız yer kürəsində - BÖYÜK
27
TƏNHALIQDA yaşayırıq! BÖYÜK kainat miqyasında, böyük
kainatla heç bir sivilizasiya MÜNASİBƏTLƏRİ olmayan tənha 5-6
milyard ansan! Deməli, mikrokosmun və makrokosmun dialektik
vəhdətində indiki halda heç bir ictimai-mənəvi münasibətlər deyil,
yalnız elmi-kosmik münasibətlər özünü köstərir. BƏŞƏRİYYƏTİN
KOSMİK ÖZÜNÜDƏRKİ hələ çoxtərəfli xarakter daşıya bilmir.
Yer sivilizasiyası və yerdənkənar sivilizasiyaların əlaqəsinə can
atılması bəşəriyyətin kosmosofiyasında hələ aparıcı tendensiyaya
çevrilməyib. Planetar özünüdərketmənin bu forması kainatın qlobal
fəthindən daha çox elə planetimizdəki ictimai-mənəvi, siyasi
münasibətlərin əlverişli şəkil alması, tənzimlənməsi üçün gərəklidir.
Deməli, bəşəriyyətin kosmik özünüdərki təkcə kosmik hadisələrin
öyrənilməsində deyil, habelə hərtərəfli insani münasibətlərin təşkili
üçün də müəyyənedici idraki-psixoloji mərhələdir.
Povestdə diqqəti, əsasən, - fenomenal üçlük cəlb edir: TƏNHA
YER KÜRƏSİ - TƏNHA BİNA -TƏNHA, FƏRDİYYƏTÇİ
TƏLƏBƏ! Yer kürəsinin antroposentrist sakinləri ona görə geniş
makrokosmik münasibətlər yarada bilmirlər ki, hərtərəfli kosmik
əlaqə vasitələrinə hələ yiyələnməyi bacarmayıblar; tələbə ona görə
kütləvi-insani həyat tərzinə qovuşa bilmir ki, fərdiyyətçidir və
insanlarla hərtərəfli əlaqə saxlamaq keyfiyyətindən tamamilə
uzaqdır. Şəhərdən ayrı, tənha bina. Əsərin ən böyük müvəffəqiyyəti
fərdiyyətçi tələbənin başına gələn hadisələrin məhz bu TƏNHA
BİNADA təsvir edilməsidir. İnsanlarla hərtərəfli ünsiyyətdən
məhrum olan gəncin başına gələn bu qəzavü-qədər belə məkanda
təsvir olunmalı idi: Şəhərdən, binalardan əlaqəsi kəsilmiş bu tək
bina, adamlardan ayrı düşmüş tənha gənclə digər planetlərin canlı
varlıqları ilə əlaqəsi olmayan tənha yer kürəsinin uyğun vəziyyətini -
böyük yalqızlığı qabarıq göstərmək üçün ən tutarlı simvolik
obyektdir. Belə əlaqələndirmənin sayəsindədir ki, povestdə möhkəm,
bitkin ideya-kompozisiya bütövlüyü yaradılmışdır.
Təsəvvüredilməz dərəcədə müxtəlif və çoxvariantlı, çoxqatlı
ictimai münasibətlər içərisində tək qalmaq, "qırıq xətli telefona"
çevrilmək, doğrudan da faciədir; tələbənin sabit DÜŞÜNCƏ tərzi
yalnız bir istiqamətə yönəldiyi üçün, o, vərdiş halını almış belə
qapalı vəziyyətindən kənara çıxmaq haqqında qətiyyən fikirləşmir,
əksinə, özünü başqalarından ayrı salmaqdan ötrü yollar axtarır;
insanlarla əlaqələnmə yolları yox, ayrılma, təcrid edilmə, "qırıq xətli
28
telefona" çevrilmə yolları arayır...
İctimai elmlərdə fərd, şəxsiyyət, kollektiv, cəmiyyət məsələləri ən
geniş şəkildə və müxtəlif kontekstlərdə araşdırılır. İncəsənət də bu
qlobal problemə, öz bucağından baxır. Sənətkarlar müxtəlif bədii
formada, səpkidə şəxsiyyət probleminə öz münasabətini bildirir.
Anarın bu povestinin isə seçilənliyi orasındadır ki, şəxsiyyət, ictimai
əlaqə problemi əsərdə çox geniş fonda - necə deyərlər, makrokosmik
miqyasda əhatə oluna bilər; əgər məhdud, dar çərçivədə insan
(konkret halda tələbə) başqaları ilə əlaqə yarada bilmirsə, insanların
toplusu cəmiyyət, nəhayət, yer kürəsinin sakinləri də digər varlıqlarla
əlaqə yarada bilmir. İnsanlardan ayrı düşmüş tələbə - binalardan ayrı
düşmüş bina - planetlərdən ayrı düşmüş planet! Gözəl məntiqi
əlaqədir...
Bəlkə də əlaqə probleminə münasibəti başqa bədii formada da
göstərmək olardı. Ancaq hadisələrin ən geniş miqyasda təsviri üçün,
dar düşüncə tərzinin hüdudlarını ekssentrik bar ehtirasla qırıb məhv
etmək üçün fantastik üslub daha tutarlı və məqsədəuyğun olmuşdur.
Burada qorxu, xof, üşəndiricilik təkliyin özündən doğan təbii psixi
halətlər kimi təsvir edilir. Tələbənin real psixoloji vəziyyəti - isti
cənub şəhərində üzücü imtahanlardan çıxması, müvəffəqiyyətlərin
tam aydın olmayan, qarmaqarışıq sevinci, gərginlikdən sonra boşluğa
düşməsi onun sonrakı "fantastik vəziyyəti" ilə məntiqi şəkildə
əlaqələndirilir. Həm də onun ruhi sapmaları birdən-birə yox, tədriclə
və təmkinlə təsvir edilir; "fantastik girişdən" - tələbənin başqasını
abituriyent yoldaşı ilə qarışıq salmasından sonra bir-birinin ardınca
baş verən "əcaib-qəraib" gözlənilməzliklər onun olmazın ruhi
sarsıntılar çəkməsinə səbəb olur. Xüsusilə iki hadisə - 20 mərtəbəli
binanı axtararkən, birdən yanıb xarabalığa çevrilmiş, pəncərə və
qapılarından külək vıyıldayan, mərtəbələrində sərgərdan itlər
boğuşan binaya rast gəlməsi və şəkillərin onun gözü qabağında
yavaş-yavaş dəyişməsi gəncin əsəblərini son dərəcə tarıma çəkir və
onu tam psixopataloji hala salır. Bunlar tələbənin stress vəziyyətini,
onun qeyri-müəyyənliklər içərisində boğulan narahat, əzabkeş
şüurunun sarsıntılarını təsvir etmək üçün ən zəruri bədii
elementlərdir. Bu əsərdə başdan-başa yalnız tənhalıqla qarşılaşırıq,
elə bil insan cəmiyyət üçün, ünsiyyət üçün susayır, bu tənhalıq adamı
o qədər usandırır, hətta qorxudur ki, ilk kütləvi həyat tərzinin təsviri
bizə çox xoş təsir bağışlayır….
29
Deməli, "başqa növ əlaqə prinsiplərini" dərk etmədən, qarşılıqlı
münasibətlərdə məqsədəuyğun əlaqə yollarını seçmədən, yeni ictimai
ünsiyyət vasitələri axtarıb tapmadan, hər cür gözlənilməz ictimai-
təbii hadisələri təmkinlə qarşılamağa hazırlaşmadan, dialektikanı,
yeniliyi, dəyişməni, inkişafı nəzəri fikirdən praktikaya keçirmədən,
onu hətta gündəlik ünsiyyət və əlaqə vasitələrinin qavranılmasına
tətbiq etmədən bəşəriyyətin həqiqi kosmik özünüdərki də mümkün
deyildir. BELƏ ÖZÜNÜDƏRKETMƏNİN REALLAŞMASI İSƏ
BƏŞƏRİ-UNİVERSAL HARMONİYAYA YİYƏLƏNMƏK
DEMƏKDİR. Çağımızın bədii-intellektual, dini-fəlsəfi axtarışları yer
sivilizasiyasını bu yönəkdə inkişafa kökləyir.
YARADICILIQ POLİFONİYASI:
NƏSRDƏN SƏNƏT DÜRLƏRİNƏ
Anarın yaradıcılıq polifoniyasında ən müxtəlif sənət dürlərinin
tutaşı çoxboyalı estetik görüntü və nizam yaradır. Həyat sanki bütün
çalarları, çeşidləri, məna saçmaları, yozum imkanları ilə bu
yaradıcılıqda variasiyalanır, güzgülənir. Sənətkarın nəsr əsərləri ilə
yanaşı, pyes, teletamaşa, radiopyes, bədii, sənədli, tele və cizgi
filmləri, ssenariləri, esseləri, ədəbiyyat və sənət haqqında məqalələri,
məruzə və çıxışları, xatirələri Azərbaycan mədəniyyət və
incəsənətinin bir yaradıcının dünyasına necə sığdığına və bu
dünyadan neçə saçıldığına gözəl nümunədir.
Anarın dramaturgiyası, ssenari yaradıcılığı və rejissor işi onun öz
bədii ideyalarını teatral biçimdə, aktyor oyununun dinamikasında,
şəkillənmə vasitələrində ifadə etmək, həyatla sənətin söz və hərəkət
uzlaşığında vəhdətini yaratmaq, sözü "yeritmək", ideyanı
"danışdırmaq" istəyinin, gərəyinin barıdır.
Dramaturqun aktuallığı ilə seçilən, ən kəskin problemləri hədəfə
alan pyesləri Azərbaycanın bütün teatrlarında tamaşaya qoyulub.
Akademik Dram Teatrında beş pyesi ("Şəhərin yay günləri",
"Adamın adamı" - sonuncu Anarın rejissorluğu ilə - , "Səhra
yuxuları", "Sizi deyib gəlmişəm", "Təhminə və Zaur"), Rus Dram
Teatrında "Şəhərin yay günləri", "Təhminə və Zaur", Gənc
Tamaşaçılar Teatrında "Keçən ilin son gecəsi", Kukla Teatrında
"Qaravəlli" tamaşaya qoyulub. Onun dram əsərləri ölkəmizin başqa
teatrlarında, eyni zamanda Moskvada Miniatür teatrında, Kazan və
30
Kişinyovun Akademik Dövlət teatrlarında, Daşkənddə Mukimi
teatrında, habelə Polşa, Bolqarıstan, Türkmənistan, Qırğızıstanda,
Rusiyanın digər şəhərlərində oynanılıb. Moskvanın Mərkəzi
televiziyası "Mən, sən, o və telefon" əsərinin motivləri üzrə "Hər
axşam 11-də" bədii filmi çəkilib…
Falqın milli-siyasi varlığını qorumağın özül daşı - onun mənəvi
bütövlüyünə mane olan hər şey varsa, onunla mübarizə duyğusudur.
Mənəvi yetkinliyə çatmamış bir kütlə həyatın əsas məqsədlərindən
daim yayınar və gözüdarlığa qapanıb qalar. Anarın "Qaravəlli"
komediyasında olduğu kimi, diş qurdalamaq üçün çöp axtara-axtara,
bir-birinin əlini yuya-yuya, üzü kirli, alnı nursuz qalar! Güzəranı
qaravəlliləşər! Sonsuz dərəcədə sərsəm bir vəziyyəti qroteks
səviyyəsində göstərməsinə görə Cəlil Məmmədquluzadənin
"Danabaş kəndinin məktəbi" ilə səsləşən bu gülməcə öz içində
çalxalanan, gicəlib qalmış bir kütləyə kəskin parodiyadır. Anarın bir
yazıçı kimi daxil olduğu 60-70-ci illər ədəbi nəslinin Cəlil
Məmmədquluzadə irsinə, ümumiyyətlə, "Molla Nəsrəddin"
məktəbinə yalnız üslub cəhətdən bağlılığını iddia edənlər yanılırlar.
Əslində isə, bu bağlılığın əsasında sırf ideal məsələsi - xalqın
özünüdərk probleminə yanaşmadakı ruh yaxınlığı dayanır. Anar,
Mirzə Cəlildən, hər şeydən öncə, tənqid etmək sənətini, cəmiyyət
həyatına ayıq münasibət göstərmək məharətini mənimsəyib.
Cəmiyyət həyatının qabarıb-çəkilmələrində isə elə problemlər ortaya
çıxır ki, onu bütün mahiyyətilə aşkar etmək əsl yazıçı fəhmi tələb
edir. Tarixin böyük dövrlərini üzbəüz qoyub tutuşduranda amansız
suallar diklənir. Necə oldu ki, neçə zamanlar bundan qabaq "Çal
qılıncını, Qazan xan, yetdim!" - deyə bir-birinin dadına yetən
istiqanlı və isti qanlı bir millətin övladlarında bir-birinə simsarlıq,
həyançılıq getdikcə sönükləşdi?! "Şəhərin yay günləri"ndə Bəhram
Zeynallıya Qiyas yana-yana, çılğıncasına belə də deyir: "...Ay əmi,
sənə qurban olum, nə olub bizə? Axı, biz belə deyildik, ay əmi!..".
Sonra FF əsr təlxəyi Firuz bu dəyişməni öz təbirincə belə xırdalayır:
"Adamlar həyatda yavaş-yavaş, misqal-misqal, heç özləri də
bilmədən satın alınırlar…" "Adamın adamı" pyesində göstərildiyi
kimi, cəmiyyətin həyatında elə bir vəziyyət əmələ gəlir ki, "Pul cırım
səninçün" - deyən harınlar zümrəsi yetişir, "Pulun gücünə vurma
cədvəlini də dəyişmək olar", "Pulun açdığı qapını avtogen də deşə
bilməz" - "məntiqi" doğulur, adamlar az qala rüşvətsiz yaşamağın
31
mümkün olduğuna da inanmırlar, düzlükdən, doğruluqdan
danışanısa, sadəcə olaraq, ciddi adam hesab eləmir, hətta ona, üzdə
olmasa da, rişxənd eləyirlər... Getdikcə sürəklənən bu mənəvi iflas
ictimai dağıntılardan tutmuş dövlət ölgünləşməsinə, hakimiyyət
bayağılaşmasınadək bütün proseslərdə görünəcəkdi. Roma
aristokratları da quş dilindən təamlar bişirtdirib, səhərədək yeyib-
içərmişlər, - qüvvələri tükənincəyədək... Onların fənalığı isə tarixdə
başqalarına görk olmadı...
Elə bu səbəbdən də Anar cəmiyyətdə baş verən böhranları
cücərtilərində bəyan etməyə, onların sosial-psixoloji aqibətini
izləməyə - özü də son dərəcə fərdi araşdırmalarla izləməyə çalışıb.
Bəllidir ki, sovet dövründə düyün problemləri açıq şəkildə
qaldırmaq olmurdu. Çağdaşlığın yazarı Anar o dövrün nadir
sənətkarlarından idi ki, ən qatı, deyilməz-dələgətirilməz soruları,
olumları rəmzi görklərlə, simvolik örtülərdə aydınladırdı. Buna görə
də Anarın realist üslubunun bir xətti gedib simvolikaya və
fantasmaqoriyaya dirənir.
"Səhra yuxuları" dram-pramfletində imperiyaçılığın qamarlayıcı
siyasəti - belə bir dirənişdə hədəfdi. İmperiyaçılar həmişə oyuncaq
dövlətlərin satqın başçılarını öz kövşənində yalmandırıb
noxdalayaraq o ölkəni müstəmləkəyə çevirir. Beləliklə, ölkə ikiqat
möhnətə düçar olur. Hakimiyyəti çərçivələndirilmiş kölə idarəçinin
zülmü-əndişəsi daha dözülməz olur. Çünki o - basılırkən əzmək
məcburiyyətindədir. Bir Laməkan Şərq ölkəsində - Bayal
məmləkətindəki diktatura üsul-idarəsinin başıbağlı özbaşınalığı da -
bir özgənin yox, elə öz halımızı yadımıza salırdı. Bax, bu məqamda
da Anar öz müəlliminin - böyük Mirzə Cəlilin bədii sənətinə sadiqdi.
Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatları"nda Məhəmmədhəsən
əmi obrazı üzərində gördüyü işi - Anar "Dantenin yubileyi"ndə
Kəbirlinski üzərində görürsə, "Səhra yuxuları" da süjet kəskinliyi,
sərt ironiyasına görə - "Dəli yığıncağı" ilə səsləşir.
Yalnız cəmiyyət həyatının ən gizli axarlarını, insanın daxili
aləmindəki təbəddülatları həm yaşadığı dövrün, həm əbədiyyətin
meyarları ilə aça bilən, yamanlıqlara göz yummayıb, həqiqəti onun
ən çətin müdafiə edildiyi lal vaxtlarda cəsarətlə müdafiə edə bilən
sənətkarın sözü rişə verər, kök atar.
Nəsri, dramaturgiyası kimi, Anarın ssenari və rejissura
yaradıcılığı da özəl keyfiyyətlərə malikdir. Anar on bir bədii filmin
32
("Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi", "Dədə Qorqud" - ilk iki
seriyalı Azərbaycan filmi, "Dantenin yubileyi", "Üzeyir ömrü",
"Ötən ilin son gecəsi", "Qəm pəncərəsi", "İmtahan", "Əlaqə",
"Təhminə", "Otel otağı"), bir neçə sənədli və televiziya filminin
("Dəniz", "Qobustan", "Daş saatın səsi", "Qədim Gəncə - Yeni
Gəncə", "Bu - Səttar Bəhlulzadədir", "Bu - Cavaddır", "Dindirir əsr
bizi", "Evləri köndələn yar") ssenari müəllifidir. "Dantenin yubileyi"
filminin (Gülbəniz Əzimzadə ilə birlikdə), habelə iki seriyalı "Üzeyir
ömrü", "Qəm pəncərəsi" filmlərinin quruluşçu rejissoru Anar özüdür.
Bir çox nəsr əsərlərinin səhnə və ekran variantını yaradan Anar
sanki sənətin bu yeni imkanları ilə həyat dramaturgiyasının daha
gizli qatlarını, cizgilərini üzə çıxarmaq, onları daha görüntülü etmək
məqsədi daşıyır. Bütövlükdə Anarın səhnə və ekran əsərləri
qədərincə cazibədar və geniş tamaşaçı auditoriyasının davamlı
marağına səbəb olan əsərlərdir. Onun əksər filmləri, televiziya
tamaşaları neçə illərdir ki, dəbdəndüşməz şuxluğunu saxlamaqda,
dərinliyi, istiliyi, məlhəmliyi, temperamenti, kəsərliliyi ilə
mənəviyyatımızda duyğu-düşüncə bolluğu yaratmaqdadır. Artıq
Azərbaycan kinosunun klassikasına çevrilmiş "Dədə Qorqud"
filminə, "Evləri köndələn yar" televiziya tamaşasına hər il (bəzən bir
neçə dəfə) baxılır, fəqət doyulmur. "Dədə Qorqud" filmi kimi bir
sənət örnəyi Azərbaycan olduqca var olacaq, zərifliyin və
qəhrəmanlığın ölməzliyini zaman-zaman göstərəcək və bəlli edəcək
ki, milli sənət və mənəviyyatımız məhz belə örnəklər təməlində
əbədi yaşarılıq və törədiçilik gücündədir. Hələ iyirmi il öncə
Türkiyədə nümayiş etdirilən və məşhur "Spartak" filmi ilə
tutuşdurulan "Dədə Qorqud" filmi haqqında Ergün Gözə əbəs yerə
yazmırdı: "Dədə Qorqud" filmi göstərdi ki, bizim nağıl dediyimiz və
ya deməyə məcbur edildiyimiz "Dədə Qorqud"da 16 dövlət qurmuş
bir millətin mənəvi zənginliklərinin hamısı var. Elə əxlaqi mühtəva
var ki, insanlığın hamısına yetər və artıq da qalar. Haramzada
olmayan türk milləti əslini heç bir zaman inkar etməz və bir gün
görərik ki, Azərbaycanla Türkiyənin babası eyniymiş: Dədə
Qorqudumuz… (Ergün Gözə. "Dədə Qorqud" - "Tərcüman" qəzeti,
1983).
Vaxtilə böyük sənətkarımız Rəşid Behbudovun da yüksək qəymət
verdiyi və haqqında keçmiş SSRİ-nin nüfuzlu "Pravda" qəzetində
məqalə yazdığı "Üzeyir ömrü" ("Üzeyir Hacıbəyov. "Uzun ömrün
33
akkordları") filmi dahi bəstəkarımızın həyat və fəaliyyətini bütün
çevrəsiylə əks etdirən dolğun bir əsərdir. Anar bu əsərində Üzeyir
bəyin ömürlüyünün kövrək və mübariz anlarını, üzləşdiyi əngəlləri,
qazandığı uğurları, açdığı ilk cığırların mənasını, nostalgiya və
fərəhini onun qəlbindən süzülən, dövrünün və əbədiyyətin ruhunu
özünə sığdıran musiqisinin yaranış və yayılış ritmləri ilə həmahəng
səsləndirməyə müvəffəq olmuşdur. Professor Gülrux xanım
Əlibəylinin bu sözləri həqiqətdir: "Yazıçı və dramaturq Anar bu
filmində yalnız bu unikal şəxsiyyətin yaradıcılığına deyil, bütün
bizim musiqimizə və sənətimizə bəslədiyi sonsuz məhəbbəti ifadə
edib… Sənət tarixində Anarın "Üzeyir Hacıbəyov" filmi dahiyanə
tapılmış ideyasına görə bir şedevr - şah əsər kimi qalacaq …"
(Gülrux Əlibəyli. "Musiqi isə diridir" - "Bakinski raboçi", 1 aprel
1992). "Kino" qəzetinin Anara həsr olunmuş xüsusi buraxılışında isə
(mart, 1997) Oqtay Mirqasımov "Anarın bizim
kinematoqrafiyamızda rolu olduqca böyükdür" - qənaətinə yalnız
onun bu sənət sahəsindəki fəaliyyətinin və xidmətlərinin təhlili və
dəyərləndirilməsi ilə gəlmişdi…
Anar Azərbaycan mədəniyyətinin yaradıcılarına təkcə bədii,
sənədli əsərlər həsr etməmiş, onların ekran və səhnə obrazlarını
yaratmamış, həm də onlar haqqında çoxsaylı məqalə və esselər
yazmışdır. Ümumiyyətlə, Anarın ayrı-ayrı seçkin şair, yazıçı, alim,
bəstəkar, aktyor, rəssam, memar, ifaçı və başqa sənətçilərimiz
haqqında, ədəbiyyat, tənqid, musiqi, teatr, kino və s. dürlü sənət
sahələri xüsusunda yazdığı məqalə və esselərində, dünyadan köçmüş
ədib və sənətçilərə həsr etdiyi ağılar və anlarda, "Sizsiz", "Mübarizə
bu gün də var", "Gecə düşüncələri", "Əsrim və nəslim" kimi dəyərli
və orijinal janrlı əsərlərində Yeni Çağ Azərbaycan mədəniyyəti və
incəsənətinin zəngin palitrası yaradılır. Elm, incəsənət və
ədəbiyyatımızın yaradıcı nümayəndələrinə Anarın nəfis baxışı,
onların yaratdıqlarına dərin araşdırmalar, tutuşdurmalarla müşayiət
olunan incə, analitik münasibəti bütövlükdə Azərbaycan
mədəniyyətinin xarakterik cizgilərini, önəmli keyfiyyətlərini,
struktur mahiyyətini, şəbəkələnmə prinsiplərini anlamaqda, onun
təkamül xüsusiyyətlərini dərk etməkdə, perspektiv gəlişmə yönlərini
aramada çox mühüm əhəmiyyət kəsb edir.
Mütəfəkkir yazıçının dünya sənətkarları haqqında düşüncələri
milli mədəniyyətimizin dünya mədəniyyəti ilə təmas və ilişgilərini
34
bir qədər də artırır və dərinləşdirir. Azərbaycan - dünya
mədəniyyətləri arasındakı İpək Yolu həm də Anarın klassik və
modern üslubların orijinal sintezindən ibarət olan çoxşaxəli -
ornamental yaradıcılığından, genişmiqyaslı
ədəbi-ictimai
fəaliyyətindən keçir…
HƏMİŞƏ TƏTİKDƏ,
YAXUD
ZAMANLA NƏFƏS-NƏFƏSƏ
Anar yaradıcılığının mühüm bir qolunu da ədəbi, etnoqrafik,
siyasi publisistika təşkil edir. Onun Azərbaycanın etnoqrafiyası,
etnocoğrafiyası ilə bu və ya digər şəkildə bağlı olan yazılarında
Vətən torpağının əlvan mənzərəsi yaradılır, hər qarışında
mənəviyyatımızın, estetik düşüncə və duyğularımızın boyaları
çalarlanan, hər qırçını genetik yaddaşımızı çiçəklədən yurdumuz
aşıb-daşan sərvətləri qədərincə bolluca sevdirilir. - Azərbaycan özü
boyda bir xalça - milli varlığımızın bütün rənglərini özündə
ilmələyib əks etdirən xalça şəklində göz önünə gətirilir.
Dünyanı gəzib-dolaşan yazıçının "yol yazıları"nda da əcnəbi
ölkələr haqqında dolğun təsəvvür yaradılmaqla yanaşı, həmin
yazılarda əcnəbiliyə yenə də azərbaycanlı baxışı ilə - "bizim Anarın"
gözü ilə baxılır.
Azərbaycan iki yüz ilin və iki min ilin qovuşması ərəfəsində
özünün böyük, həlledici tarixi sınaqlar çağını yaşadı. Azərbaycanın
milli müstəqilliyi düşüncəsini yaradanlardan biri olan Anarın qələmi
çağının rənginə boyandı. Hadisələrin ən şiddət çağlarında onun siyasi
publisistikası xalqının iradəsini yetərincə kəskin və doğruca ifadə
edirdi. Anar milli hərəkatı parçalanmalardan saqındırmağa,
hakimiyyətlə xalqın birliyinin təmin edilməsinə çalışan nüfuzlu söz
sahibi kimi getdikcə kükrəyən dolaşıq hadisələrə həm Azərbaycanda,
həm də Azərbaycandan kənarda düzgün münasibətin formalaşması
üçün əlindən gələni edirdi. Xüsusilə təhlükəli təcridolunmaya
sürüklənən, haqqında minbir iftira qondarılaraq tələyə çəkilən
Azərbaycanın beynəlxalq nüfuzunun qorunmasında Anarın qətiyyətli
sözü, mövqeyi mühüm əhəmiyyət daşıyırdı. O, respublikamızın
suverenlik əldə etməsindən iki ay öncə yazdığı "Müstəqilliyin şirin
xülyası, yaxud cənab Jirinovski Boris Nikolayeviçin sağlığına badə
35
qaldıracaqmı" adlı publisistik məqaləsində Azərbaycanın
müstəqilliyinə ikrahla yanaşan, "irticaçı müsəlmanlara qarşı xristian
Ermənistanın tərəfində durmağa çağıran" sağ-mühafizəkar "Naş
sovremennik" jurnalının, SSRİ-dən ayrıldığı şəraitdə ölkəmizin
parçalanaraq "Azərbaycan Sovet Respublikaları İttifaqı"na
çevriləcəyini məzə ilə güman edən "Literaturnaya qazeta"nın
siyasətbazlarına kəsə, düzünəqulu cavab vermişdi: "Bizə bu da bəsdir
ki, öz respublikamızın taleyini Moskva mətbəxlərində həll
etməsinlər". SSRİ Xalq deputatlarının 31 avqust 1991-ci il
qurultayında bu sözləri də ilk dəfə deyən Anar idi: "Azərbaycan
Respublikasının ali dövlət hakimiyyəti orqanı istiqlaliyyət haqqında
akt qəbul etmişdir… Hamımız müstəqillik istəyirik. Üç Zaqafqaziya
respublikası yalnız o zaman müstəqil ola bilər ki, onların arasında
sülh və həmrəylik olsun"…
Həmişə zamanla nəfəs-nəfəsə, sözü tətikdə olan sənətkar
Azərbaycanın ən ağrılı problemlərinə vaxtında, həssaslıqla və bütün
kəskinliyi ilə münasibətini bildirmiş və həmin problemlər ətrafında
ictimai fikir formalaşdırmağa çalışmışdır. Onun 1990-cu ildə
söylədiyi fikirlər ölkəmizdə vətəndaşlığın tarixi məsuliyyətinin dərk
olunmasına güclü impuls verən qəti mövqeyi ortaya qoyur. Həmin
mövqedən faciələrimiz, bizi normal inkişafdan mərhum edən, baş
məqsədlərdən yayındıran çatışmazlıqlarımız apaydın görünür: "Altı
və üstü talan olunmuş torpağımız, azdırılmış tariximiz, unutdurulmuş
adımız, dəyişdirilmiş əlifbamız, illər boyu kürül-kürül axan yalanlar,
boş vədlər, təbiətin kor qoyulması, şəhərlərimizin zəhərlənməsi,
mənəviyyatın pozulması, riyakarlıq, saxtakarlıq, rüşvətxorluq,
qohumbazlıq, yerlibazlıq - cəmiyyətimizdə yer almış bütün bu
bəlalara görə heç birimiz məsuliyyət, cavabdehlik və təqsir yükünü
boynumuzdan ata bilmərik"…
Anar, həmişə olduğu kimi bu gün də Azərbaycanın mənəvi-siyasi
mövqeyini ləyaqətlə qorumaq missiyasını davam etdirməkdədir.
Məlum olduğu kimi, Azərbaycan müstəqillik qazanandan sonra da
onun müxtəlif bəhanələrlə suçlandırılması, təklənməsi siyasəti
səngiməyib. Anar "Azərbaycançılıq haqqında düşüncələr" əsərində
bu siyasətin əsas yönlərini nişan verərək, "Azərbaycanda çeçenlərin
hərbi düşərgələri, bazaları var, silahlar tranzit olaraq Azərbaycandan
keçir, Azərbaycanda islam fanatizmi güclənir, təməl dinçilik
(fundamentalizm) təmayülləri artır, radikal dinçi mərkəzlər fəaliyyət
36
göstərir" və s. kimi Moskva televiziya kanallarının axın-axın
iftiralarını sərrast məntiqlə belə puça çıxarır: "Azərbaycanın
Çeçenistanla sərhəddi yoxdur. Sual olunur, əgər Azərbaycandan
Çeçenistana silah keçirilirsə, deməli, Dağıstandan, yəni Rusiya
ərazisindən keçirilir və əgər Rusiya öz ərazisinə nəzarət edə bilmirsə,
Azərbaycanı nədə günahlandıra bilər?"
Azərbaycan artıq öz yolunu seçib. Onu belə fitnələrlə yolundan
azdırmaq olmaz. Yazıçı ölkəsinin bu yolda qətiyyətlə irəliləməsinə
sözü, məntiqi, uzaqgörənliyi ilə dayaq durmaqdadır.
Artıq Avrasiya ölkələrinin həyatında mühüm rol oynayacaq, Şərq-
Qərb sivilizasiyalarının qarşılıqlı əlaqələrini bir qədər də
dərinləşdirəcək İpək Yolu layihəsi həyata keçirilməyə başlayıb. Bu
ideyanın ilk rüşeymlərini, özü də onun məhz Azərbaycana, ümumən
türk dövlətlərinə fayda gətirəcək şəkildə irəli sürülməsini Anarın
1991-ci ildə yazdığı "İpək yolu" məqaləsində görürük. O, dünyanın
siyasi mənzərəsinin dəyişməsi, yeni düzən yaradılması istiqamətində
Azərbaycanın bir müstəqil dövlət olaraq strategiyasını
müəyyənləşdirən amilləri önə çəkir. Bu strategiyanın prioritet
yönlərini düzgün seçimləyərək yazır: "Tarixi, dini və ideoloji
fərqlərlə aralanmış, müxtəlif əlifbalara malik olan türk xalqları hələ
qeyri-müəyyən vəziyyətdə olan türk aləmini - Vahid Türk dünyasına
sevirməyə qadir olan intellektual, mədəni inteqrasiya və koordinasiya
mexanizmləri, institutları yaratmalıdırlar". Yazıçı-publisist tamamilə
doğru olaraq qeyd edir ki, Vahid Türk dünyasının yaranması - türk
dövlətlərinin müstəqilliyinin itirilməsi demək deyil, əksinə, bu təbii
inteqrasiya prosesində müstəqilliklərini möhkəmləndirərək, onların
vahid, yenilməz bir gücə çevrilməsi deməkdir. O, müasir dünya
tarixindən ərəb, ingilis dilli ölkələri, Latın Amerikası respublikalarını
örnək gətirərək, türk dövlətləri inteqrasiyasının da yeni dünyanın
qlobal inkişaf məntiqindən doğduğu qənaətinə gəlir. O, bu
inteqrasiya prosesində Azərbaycanın geostrateji önəm daşımalı
olduğunu da xüsusi vurğulayır: "Bu tarixən təbii prosesdə
Azərbaycan vacib rol oynamalıdır. Qismən Avropameylli türk
sahələri (Türkiyənin özü, Kiprin türk hissəsi, Balkan türk anklavları)
və Uyğur çöllərindən Qazaxıstan və Orta Asiyaya qədər uzanan türk
əraziləri arasında körpü rolunu Azərbaycan oynamalıdır. O, həmin
fəzanın mərkəzindədir. Həm coğrafi-siyasi mövqeyinə görə, həm də
tarixən bir çox məsələlərdə birinciliyinə görə…" Son on iki ilin
37
salxantılı sürəcləri aydınladır ki, tarixin nəticələndirdiyi bu ideyaların
həyata keçirilməsi reallıqdır. Bu gün Azərbaycan-Türkiyə
əlaqələrinin gerçək durumu, dövlətimizin regionda apardığı siyasət,
uluslararası münasibətlərdə ölkəmizin siyasi-iqtisadi mövqeyinin
getdikcə möhkəmlənməsi, Azərbaycanın Qafqazda liderliyə yetməsi
prosesi bu özünümüəyyənləşdirmə, özünüüstünlətmə, mədəniyyət və
mənəviyyatda olduğu kimi siyasətdə də "aşağılıq kompleksi"ndən
qürtulma strategiyasının düzgün seçildiyini təsdiq edir.
***
Dünya və Azərbaycan mədəniyyəti irsinə, onun ədəbi-fəlsəfi,
bədii-estetik, dini-tarixi dəyərlərinə dərindən bələd olan Anar,
əslində, milli mədəniyyətimizi Şərq və Qərb mədəniyyətləri
sintezində təsəvvür etməyə imkan verən bir sənətin yaradıcısıdır.
Dünya mədəniyyətinin şəhdi-şirəsi Azərbaycan mədəniyyətinə,
Azərbaycan mədəniyyətinin şəhdi-şirəsi Anar yaradıcılığına süzülüb.
Ona görə də bu yaradıcılıqdan dünyanın dərin mənalarına çıxmaq,
dünyadan bu yaradıcılığın dərin mənalarına enmək mümkündür.
Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi,
Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Milli
Məclisinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin sədri, Milli
Məclisin mədəniyyət komissiyasının sədri, bir çox fəxri adlara layiq
görülmüş, məktəblidən akademikə qədər hamının sevimlisi,
respublikamızın müstəqilləşməsində
və
mədəniyyətimizin
inkişafında mühüm xidmətləri olan yazıçı, dramaturq, publisist,
esseist, kinorejissor, bütün aydınsal həyatını Vətənimizin, xalqımızın
tərəqqisinə, gözəl əsərlər, duyarlı sözlər, tutarlı obrazlar, yozumlu
hikmətlər yaratmağa həsr etmiş görkəmli ictimai-siyasi xadim,
"İstiqlal" ordenli Anarın təqribən 45 illik ədəbi-eksiklopedik
fəaliyyətini dolğunca əks etdirən və hörmətli oxuculara təqdim
olunan bu çoxcildlik sözün əsl mənasında Anarın Azərbaycan
mədəniyyəti salnaməsidir.
Çağımızın dünyaünlü böyük qırğız sənətkarı Çingiz Aytmatovun
deyimincə, "öz ədəbi dinastiyasını yaratmış Anarın" ərən ruhu və
susmaz qələmi onun müdrik, barlı yaşında bundan sonra da
çiçəkləyəcək, mədəniyyətimizi əvəzsiz incilərlə zənginləşdirəcəkdir.
RAHİD ULUSEL
Dostları ilə paylaş: |