MƏNƏVİYYATIN ƏKS DƏRİNLİKLƏRİNDƏ:
OKEANINDA VƏ KOSMOSUNDA
Anarın nəsri, şübhəsiz onun çoxşaxəli yaradıcılığının nüvəsini
təşkil edir. Yazıçının nəsri 60-cı illərdən ta günümüzədək
özünəməxsus zənginləşmə, dərinləşmə yolu keçmiş, gəlişməsində
yeni çalarlar, özəl keyfiyyətlər qazanmışdır. Onun nəsr
yaradıcılığındakı poetik təkamülün ritmlərini sanki bir-birindən
doğulan, fəqət ayrı-ayrı dünyalardan keçən əsərlərin ümumi
13
arxitektonikasında aydınca bəlirləmək olur. Yazıçının daim gərilən
üslubu, birərli-analitik təhkiyəsi, öz daxili enerjisinə güvəncli süjet-
obrazyaratma çəmləri, yorulmaz ideya axtarışları onun nəsr
poetikasının dinamikasını təmin edir.
Anarın bir əsərindən o birinə qapı açılır. Hər bir əsərin mövzu,
üslub və forma bitkinliyi olduğu üçün bu "poetik məkana" sığdırılan
hər bir detal incəliklərinə qədər işlənildiyindən həmin "poetik
məkana" sığmayanlar da yeni bir əsərin obraz potensiyasına çevrilir.
Dərinlik genişlənmə, budaqlanma, dürləşmə situasiyası yaradır. Bir
əsərin ötəri cizgisi, epizodik obrazı yeni bir əsərdə fokuslaşdırılır,
mayalanmış bədii hüceyrənin orqanizmə çevrilməsi, doğuluşu, həyat
qazanması kimi təbii bir proses baş verir. Bu mənada Anarın bütün
nəsr əsərləri bütöv, sürəkli bir romandır. Dünya ehramının şüuraltı
labirintlərində hörümçək torlarını yırta-yırta gedən, əlindəki lampa
ilə qaranlıqları işıqladan kahin bilib-bilmədiklərimizi bizə sirr
gözəlliyi ilə açır…
Anarın antik fəhmi onun bədii dünyagörüşü və düşüncə
texnologiyasını klassik nəsrdən (məsələn, Lukian, Rable, Servantes
satirasından, "Kəlilə və Dimnə" müdrikliyindən) çağdaş nəsrin
modern axtarışlarınadək dünya bədii mədəniyyətinin bütün buğum
nöqtələrinə qaynaqlayır. Çağdaş nəsr prosesi XX əsrin ikinci
yarısından günümüzədək olan dövrü əhatə edir ki, bu dövrün bədii
atlasında Azərbaycan nəsri həm də Anar yaradıcılığı ilə dəyərincə
təmsil olunmaqdadır. Çağdaş nəsr axtarışlarında Anarın yeri seçkincə
görünür. Bu fikri ayrı variasiyasında belə də demək olar: Anar çağı
ilə bütöv, dolğun, ahəngdar görünür. Anar nəsrində Zaman - saat
kimi çıqqıldayır, hər Anın - əbədiyyət qədər zəngin və ləzzətli
olduğu duyğusu yaradılır. Altmışıncılar sırasında Anar dövrünün
yazarları ilə bənzəyişlərindən daha çox bənzəməzliklərinə görə
nəsildaşdır. Yazıçı özü də "Nəsrin fəzası" adlı dəyərli araşdırmasında
"Yeni Azərbaycan nəsrinin" yaradıcılarını ortaq bir müstəviyə
gətirməyə çalışsa da, yenə məhz onların bənzərsizliklərində,
problemə ayrı tərzdə yanaşmalarında "Yeni nəsrin" ədəbi ruhunu
görürdü.
İnsanın daxili aləminə enməyin Balzak, Tolstoy, Dostoyevski,
Unamuno bədii üsulundan ayrı bir səpkidə, ancaq gələnəkli bir
bağlantıda təzahürü Yeni Çağ dünya nəsrinin estetikasını müəyyən
etdi. Buradakı realizm mistika və sürrealizmə varmasında da, sosial
14
problemləri insanın içərisinə ötürməsində, onları şüuraltında
oynatmasında, xırdalıqları qurdalamasında da daha inadlı idi.
Dostoyevski və Eynşteyn "atomik başlanğıca", Markes və Priqojin
isə materiya və ruhun "özünütəşkil stixiyasına", "xaosdan nizam"
yaranmasına istinad etməklə çağlarının bədii və elmi təfəkkürünün
konsentrasiya - birləşik nöqtələrini tapmış olurlar. Azərbaycan
nəsrində Anar şüuraltı psixologiyanın dərinliklərini belə inadla
araması ilə milli bədii düşüncəmizi çağdaş sorulara urcah edir.
Markesin Melkiadesi ("Yüz ilin tənhalığı") isti Makondo şəhərciyinə
qaraçının gətirdiyi buz külçəsinə əlini vurub heyrətlə "Bu bizim
əsrimizin ən böyük kəşfidir!" deyirsə, Anarın ‘eyzulla Kəbirlinskisi,
Dantenin yubileyinə dəvəti ilə aldadılıb çox pərt, yöndəmsiz
vəziyyətə düşdükdən sonra arvadı Həcəri yalnız metro möcüzəsi ilə
təccübləndirməyə gücü çataraq söyləyir: "bəli, görürsən, bu da
yeriyən pilləkən…". Assosiasiya doğuran situasiyalar fərqli poetik
açıma gedir. Markes bütöv bir nəslin aramsız süqutunu, Anar isə
sayğısızlıq gerçəyində mənəviyyatın ölümü təhdidində belə onun
diriliyinə işartıları göstərir. "Xaosdan nizama" doğru gedən sanılmaz
yolların biri də budur… Markesin gözəl Remediosu hamının gözü
qabağında yerdən üzülüb göyə uçur, Anarın gözəl Təhminəsi isə
ölümündən sonra Zaurun gözünə "beşmərtəbəli evin altıncı
mərtəbəsində" görünür… Əslində, Yeni Çağ bədii-fəlsəfi düşüncəsi
elə "beşmərtəbəli evin altıncı mərtəbəsindəkiləri" ələk-vələk etməklə
məşğuldur…
Anarın nəsr əsərlərinin əksər mövzuları - göründüyü kimi,
müasirlik, qəhrəmanları - müasirlərimizdir. Bu real obrazlar bizdə o
fikri yaradır ki, deyək: "Bunlar ki bizik! Yaxud: "Biz ki elə onlarıq!"
Əbədiyyəti də, çağı da yaradıcılığında uzlaşmada alan Anarın
əsərləri yazıldığı vaxtla bu günü aktuallığı və sönməzliyi ilə bağlayır.
Yazıçının cızdığı bədii dünya daim zamanla tənləşmə və
dalaşmadadır. Onun əksər qəhrəmanları - "orbitindən çıxmış
insanlar", "faktla həqiqət arasında" vurnuxan insanlar (O.Şpenqler)
düşdükləri və ya özlərinin yaratdıqları çevrənin darlığında can
çəkişdirirlər. Onlar "obıvatel" mühitinə sığmaq istəmir, bu mühitin
içərisində, yan - böyüründə öz antidünyalarını yaratmağa can atırlar.
Xüsusilə urbanist mənəviyyatın mağaralarında Anar gəzişmələri çox
orijinaldır. Meşşan həyatının yekrəngliyinə, dözülməzliyinə etiraz -
ötən əsrin 60-70-80-ci illərinin mənəviyyat axtarışlarının palitrasında
15
tünd boyaları da ortaya çıxarırdı, o dövrün sərt yasaq və tabularına
əksbasqı kimi bir sıra sosial-siyasi mətləblərə də toxunulurdu. Anar
qəhrəmanlarının çabalayışları, etiraz psixologiyası milli şüurun başqa
qatlarını da tərpədir, vətəndaş təpkilərinə impuls verirdi.
Barışqanlığın, güzəştçilliyin, ipə-sapa yatarlığın içərisində bir
barışmazlıq, güzəştəgetməzlik, ipə-sapa yatmazlıq ruhu çırpınırdı.
Şüuraltı psixologiyanın içərilərinə varmada Anar əsrdaşları - ‘rans
Kafka, Jan Pol Sartr, Alber Kamyu, Con ‘aulz, Çingiz Aytmatovun
nəsr poetikası ilə səsləşən, lakin tamamilə orijinal bir poetikanın
yaradıcısı olur. Bu - büsbütün Azərbaycan psixologiyasının
dərinliklərinin poetikasıdır. Personajlar bütün mental biçimlərində
Azərbaycan ekzistensiyasını ifadə edirlər. Şüuraltı proseslərin
döngələri, uçurumları, çırpıntıları miniatür və epik təsvirlərin
kontrastı ilə açılır. Yazıçının fikir, söz labirintləri, dolanbacları insan
mənəviyyatının daha çatılmaz qatlarına yetmək vasitələridir.
Mənəviyyatın əks dərinliklərində - okeanında və kosmosunda
bulunduqca nəinki realizmin və romantizmin hüdudları itir, həm də
bu dərinliklərin birindən o birinə əbədi yollar, cığırlar, ünsiyyət
kanalları olduğu üzə çıxır. Təbiətin okeanı və kosmosu birləşdirən
harmoniyası insaniçi dünyaların aranışında da tapılır. Bu mənada
Anar qəhrəmanlarının Qəlb qalaktikasını, Marian çökəkliyini kəşf
etmiş sənətkardır. Bir-biri ilə incə, dordolaşıq, ötəri, isti, soyuq,
sevgili, yağı münasibətləri olan bu qəhrəmanlar - zəngin dünyanın
xırda, xırda dünyanın zəngin insanları Anar nəsrində bütöv bir
cəmiyyət, "poetik dövlət" təşkil edirlər. Xarakterlərin açılması məkan
dəyişmələrini, məkan dəyişmələri xarakter açılmalarını şərtləndirir.
"Ağ liman" - "Beşmərtəbəli evin altıncı mərtəbəsi" - "Otel otağı"
yalnız ayrılıqda mövcud olan fiziki məkanlar deyil, həm də
sıralanmış düşüncə, tale məkanlarıdır. Nemətin qapalı dünyadan
qurtuluşuna heç olmasa bir ümid yeri var: ağ liman. Zaur isə hələ
sağlığında əldən verdiyi ölmüş Təhminəni "beşmərtəbəli evin altıncı
mərtəbəsində" tapıb da itirir. Bütün ümidlərin qırıldığı yer - otel
otağı isə Kərimin ölüm məkanı olur… Tragik sonluğa doğru bu
çapışı Anarın başqa əsərlərində əks tərəfə və ayrı tərəflərə
yönəlmələr şəklində də "düzmək" olar. Məsələn, "Otel otağı"ndan
"Dədə Qorqud"a - dağ zirvəsində alovlanan, insanları bir-birinə hay
verməyə çağıran üç tonqala doğru…
Burası da önəmlidir ki, yazıçının əsərləri süjet xəttinin düyün
16
məqamları, unudulmaz epizodları və bitkin insan obrazları ilə daha
çox yadda qalır. 60-70-80-ci illərdə yazılmış əsərlər məhz belə
səciyyəvi - seçənəkli xüsusiyyətlərinə görə indinin və gələcəyin də
diri əsərləridir. Bütün səviyyələrin və zövqlərin yazarı Anarın
qəhrəmanları elə real və tükənməzdir ki, onlara bütün səviyyə və
zövqlərdən yanaşmaq olar. Heç şübhəsiz, bu qəhrəmanların
"yaşadığı" əsərlərdən başqa, minlərlə oxucunun yaddaşında da
onların bənzərsiz obrazı var. Həmin qəhrəmanlar və onların
yaddaşımızdakı obrazları bizim mənəvi-intellektual həyatımızın
sinirlərindədir.
"Asılqanda işləyən qadın"ı xatırlayaq. Sən demə, heç nəyi ilə
diqqəti cəlb etməyən, cəmiyyəti kənardan izləyən bu qadın insan
münasibətlərinin kardioqrammasını hamıdan yaxşı çıxarırmış.
"Ağzında bir dənə də sağ dişi" olmayan adi bir idarə işçisi Məmməd
Nəsir sən demə, əsl insan sərrafı imiş…
Buna görə də Anarın bədii yaradıcılığında tamdeyilməzliyin
estetikası xüsusilə önəmlidir. Anar heç vaxt hazır dəyərlər
kompleksini təqdim etmir. Əksinə, Anarın təqdim etdiyi dünya öz
dəyərlər kompleksini təbii şəkildə doğurur.
Bu yöndə o ən müxtəlif bədii forma və üslublara müraciət edir.
Yazıçı hiperbolik rəvayət üslubunda qələmə aldığı "Yaxşı padşahın
nağılı"nda (1970) totalitar rejimin hansı mühdiş absurda gətirib
çıxara bilməsini qroteks
yapqıları ilə görükdürür: Qaçırdığı
arvadının xorultusunu maqnitafona yazıb məmləkətin himni edən
təzə padşah (köhnə vəzir), qaçırılmış arvadını heç kim yuxuda
görməsin deyə, bütün rəiyyətdən gördüyü yuxuları yazılı surətdə ona
təqdim etməsini tələb edən köhnə padşah total özbaşınalığın
fantasmoqorik ipostaslarıdır. Şerlərini bəyənmədiyindən tövləyə
saldırdığı şairdən intiqam alsın deyə bir gün də padşahın ağlına gəlir
ki, belə bir fərman çıxarsın: "Məmləkətin bütün əhalisi şer
yazmalıdır! Bu isə görün nəyə gətirib çıxarır: "…Yazmaqdan başqa
hamı bir-birilə şerlə danışmalı idi. Hər şey qafiyələnmişdi - dövlət
qanunları, restoran menyüləri, qatarların gəlib-getmə cədvəli. Əgər
qafiyə düz gəlməsə, qanun maddəsi, ya cədvəl dəyişdirilirdi. Xırda-
para müvəqqəti çətinliklər meydana çıxırdı. Bir yerdə yanğın
olmuşdu, ev sahibi yanğınsöndürənlərə zəng vurmuşdu, amma
ünvanın qafiyəsini tapanacan bina yanıb qurtarmışdı…" Padşah
bütün ölkəni "şair" edəndən sonra tövləyə saldırdığı şairi azadlığa
17
buraxır… "Biçarə şair küçəyə çıxdı… Susuzluqdan dodaqları cadar-
cadar olmuşdu. Su istədi, amma nəsrlə istədiyindən ona su verən
olmadı. Özünə çəkmə almaq istəyirdi, yeyib qarnını doyurmaq, bir
yer tapıb dincəlmək istəyirdi. Amma elə nəsrlə danışırdı.
Tərsliyindən yox. Bacarmadığından. O, şer yazmağı bacarırdı, amma
şerlə danışmağı bacarmırdı. Şairə ya heç cavab vermirdilər, ya da
şerlə cavab verirdilər. Şair gün ərzində o qədər qafiyə eşitdi ki, gedib
özünü qayadan atdı."
Məmləkətində hər şeyi qadağan edib qurtarandan sonra padşah
axırda ölkə vətəndaşlarına ölməyi də qadağan edir! Yazıçı
qadağanlar ölkəsinin bu ironik hiperbolasını yaratmaqla, əslində
totalitar mənəviyyata, diktatura psixologiyasına meydan oxuyur,
ictimai-siyasi azadlığın mənəviyyat dayaqlarına diqqət yönəldirdi.
Anar kənardan gətirilən, yad nəzəriyyələrdən diktə edilən
qondarma azadlıq ülgülərinin deyil, milli mənəviyyatın doğurduğu,
Azərbaycan insanının içindən baş alıb gələn azadlıq duyğularının
fərdin və cəmiyyətin həyatında dönüş yarada biləcəyinə inam və
güvənc verən bir sənətkar kimi Yeni Çağın yönəldici istiqamətlərini
düzgün sezmiş və seçib göstərə bilmişdir. Yazıçının nəsr yaradıcılığı
bu təkamül prosesini izləyib əks etdirən çox güclü və dəyərli sənət
örnəklərindəndir.
DÜNƏNSİZ YAŞAMAĞIN FACİƏSİ
İndi aydın hiss edirik ki, bütövlükdə çağdaş mədəniyyətimizi
düşündürən əsas mətləblərdən, sorunlardan biri - kökündən
uzaqlaşdıqca özündən uzaqlaşan, özünəyadlaşan insanın yenidən öz
təbii ilkinliyinə, əzəli saf varlığına qayıtması olmuşdur. Bu problemi
müxtəlif dünyaduyumuna malik olan sənətkarlar özünəməxsus
şəkildə - yəni ya mənəviyyatın təbii-instinktiv durulaşması, ya ört-
basdır edilməsi mümkün olmayan əzəli sentimental - romantik
duyğuların insana verdiyi daimi narahatlıq, əbədi həyəcan, təşviş,
nəyinsə yerində olmamasının, nəyinsə dolaşıq-çalpaşıq düşdüyünün
dumanlı, yaxud aydın duyuluşu, ya coşğun temperamentin bütün
yabançı, yad, qondarma-qurama görünən şeylərə qəfil nifrəti, qəlbin
hansı bir guşəsindəsə işaran ilkinlik duyğularının birdən kükrəyib
üzə çıxması, nəhayət, qəti inkar və doğmalıqdan hədsiz vəcdəgəlmə
şəklində özünü göstərən xarakter-ruh dəyişmələri ilə açıqlayırlar.
18
Bitkin - tutarlı əsərlərdə isə bütün təbii hisslərin, əgər belə demək
mümkünsə, "kortəbii" özünütəsdiqinə ağılın, rasional məntiqin
sübutları da hay verəndə insanın əxlaqi intibahı, özünəqayıdışı
qanunauyğun-zəruri mənəviyyat hadisəsi kimi insanı daha dərindən
düşündürür. Anarın "Macal" povesti (1977) belə əsərlərdəndir.
Özünəqayıdışın mürəkkəb psixoloji şərait və münasibətlər zəminində
təsvirini verən bu povestdə Anarın yazıçı sənətkarlığının ən etgili
xassələri qabarıq görünür...
Gəlin söhbətə həmin əsərin elə bir surətindən başlayaq ki,
oradakı, demək olar, bütün hadisələr, münasibətlər məhz onun
düşüncələrindən süzülüb keçirilərək təqdim olunur. Bu ‘uaddır. Bu
‘uad o ‘uaddır ki, gecənin tən yarısı məmləkətimizin böyük
paytaxtının reklamları sönmüş küçələrini "hadılayaraq" Şövqü
Şəfizadəgildən gəlir. O Şövqü Şəfizadə və o Bilqeyis xanımgildən
ki... Yox!.. Bunlar çox böyük adamlardır... Onların qızını almış,
onların qohumu olmuş ‘uad bu xoşbəxtliyin baş verməsinə, artıq
həyata keçmiş bu həqiqətə inana bilmir. Hey çalışır ki, bu səadətin
şirinliyinə acı qatan qara-qura fikirləri başından qovsun. Bu zaman
ürəyinə əvvəlcədən daman hadisə də baş verir; lakin o qarşılaşdığı
cinayət hadisəsini görməməzliyə vurur, ölümü də, Əzrayılı da
"aldadır..." Və bundan sonra ta ömrünün yetkin çağlarınacan - 40
yaşınacan qara-qura fikirləri başından qova-qova, gördüklərini,
duyduqlarını görməməzliyə, bilməməzliyə vura-vura yaşayır... ‘uad
öz real yaşayış tərzinə, həyat, iş haqqındakı öz konsepsiyasına nə
qədər haqq qazandırmağa çalışsa da, qəlbinə, şüuruna hopmuş əbədi,
heç cür qarşısı alınmayan narahatlıqdan yaxa qurtara bilmir. Ancaq
onun, ömrünün keçmişinə boylanmağa, etdiyi işləri necə etdiyini
götür-qoy eləməyə macalı yoxdur! Bax, burada bizim qarşımızda
Yeni Çağın tipik bir insanı canlanmış olur. Özü də bu Çağın
problemlərini əks etdirən bir çox əsərlərdəki "insanın soyuqlaşması",
"robot-rasional insanın peydası" kimi ənənəvi ideyanı deyil, "dövrün
vaxt qıtlığı", "ritm uyğunsuzluğu", "götür-qoyların, davamlı
ünsiyyətin qeyri-mümkünlüyü", nəhayət, "macalsızlıq" kimi başqa
bir sosioloji ideyanı təmsil edən bu insan özünün "dəqiq məqsədlər"
konsepsiyasının doğruluğunu hər vasitə ilə sübut etməyə çalışır. Özü
də kimə sübut etməyə? - Özünün ikinci daxili "mən"inə və keçmiş
tələbə yoldaşı Oktaya. ‘uad ardıcıl, davamlı-sürəkli düşüncələr
axarında bir də ayılıb görür ki, Oktayla əməlli-başlı "ideya davasına"
19
girişib, təəccüblənir ki, Oktay niyə onun belə daxili opponentinə
çevrilib, niyə özünə belə mənəvi problem yaradır, niyə Oktayın
prinsiplərini təkzib eləmək üçün vurnuxur. Ancaq ‘uad Oktayın
həyat və düşüncə mövqeyinə nə qədər əks olsa da, dəqiq desək, əks
olmağa çalışsa da, ona əhəmiyyət verməyə bilmir. ‘uadın gündəlik
işlər dəftərində icra olunmamış bir iş kimi hər gün o biri günə
keçirilən "özümlə görüş" ifadəsi də məhz Oktayın ciddi zarafatı,
təlqini ilə yazılmışdır. "Özümlə görüş!" - bu, "Macal" povestinin
başlıca ideyasıdır. Vaxt qıtlığından şikayətlənən ‘uadın ömrü sanki
tarıma çəkilib: onun üçün zaman bütöv bir vahid kimi yoxdur, onun
üçün saatlara, dəqiqələrə bölünmüş zaman qırıqları, parçaları var ki,
bu qırıqlar, bu parçalar heç vaxt böyük, əbədi, ali məqsədə xidmət
etmir. Hər zaman parçasının üzərinə bir konkret iş düşür, hətta ‘uad
üçün zamanın bir parçasında gördüyü işin ondan sonra gələn parçada
gördüyü işlə əks olmasının da əhəmiyyəti yoxdur. Belə şəraitdə
zaman insana yox, insan zamana xidmət eləmiş olur, zaman özü
parçalandığı kimi insanı da parçalayır, xırdalayır, onu həyatının
bütünü ilə vahid ali ideal uğrunda əbədi mübarizə edən insandan,
prinsip və ideyaca bir-birini tamamlamayan, hətta "dəqiq məqsədlər"
naminə bir-birinin əksi olan işlər icraçısına çevirir. Belə şəraitdə
"İnsan zamanın özündən də əbədidir" - ideal maksimalizmi süquta
uğrayır... Maraqlıdır, tənqid obyekti kimi ‘IX əsrin sonu - ‘‘ əsrin
əvvəlləri üçün (Mirzə Cəlil, Sabir) nadan, passiv, bekara, əsrin
ritmindən geri qalan insan ədəbiyyatı düşündürən əsas məsələ idisə,
indi - Yeni Çağ Azərbaycan nəsri üçün nadan yox, intellektual,
passiv yox, aktiv, əsrin ritmindən geri qalan yox, əsrin ritmini
qabaqlayan ("macalsızlıq!") insan əsas problemlərdən olub!..
Bəli, insanın bütövləşmədiyi, əksinə, vaxtın quluna çevrildiyi,
xırdalandığı bir vəziyyətdə, yəqin ki, özünüdərketmədən,
özünəqayıdışdan da söhbət gedə bilməz. Bu elə böyük bəşəri faciədir
ki, ona nə macalsızlıqla, nə Yeni Çağ insanının yaşayış tərzindən
doğan vaxt qıtlığı ilə, nə də bunları təsdiq edən maddəli-sübutlu
empirik-sosioloji nəzəriyyə və fıkirlərlə haqq qazandırmaq olar. Öz
keçmişini düşünüb-daşınmağa macalı olmayan ‘uad məhz vaxt
qıtlığından şikayət etsə də, özü də hiss edir ki, bu - macalsızlıqdan
daha çox, "öz-özündən qaçma"dır. Bu artıq ‘uadın real naqisliyidir,
əsrin, zamanın, onu əhatə edən mühitin günahı yox, özünün daxili
əxlaqi-mənəvi çatışmazlığıdır. Bax, bu zaman aydın olur ki,
20
"macalsızlıq" povestin başlıca ideyası olsa da, hələ bütün ideyası
deyildir; çünki insanın öz mənəviyyatını müəyyənləşdirməsinə təkcə
macalsızlıq mane ola bilməz; çünki özünümüəyyənləşdirmə daha
əhatəli ictimai-əxlaqi amillərlə və xüsusilə hər hansı bir insanın fərdi
mənəvi keyfiyyətləri ilə şərtlənir. Anarın da məqsədi bu olmamışdır
ki, özünüdərketmənin, özünəqayıdışın yeganə maneəsinin
macalsızlıq olduğunu sübut etməyə çalışsın. Elə buna görədir ki,
daimi narahatlıq keçirən ‘uadın vaxtı nə qədər saatlara, dəqiqələrə
bölünsə də, təbii olaraq o hərdənbir özünü götür-qoy edir, öz-
özündən qaça bilmir, bu ikili hisslər, düşüncələr onun varlığını didə-
didə böhran vəziyyətinə çatdırır.
Fuadın anlayıb-duyduğu 7-8 yaşlarından tutmuş 40 yaşınacan
mürəkkəb ömründə elə hadisələr olub ki, ‘uad onları heç cür unuda
bilmir, hətta xoşbəxt olduğu anlarda belə, "keçmişin hansı bir müdhiş
qəlpəsi" isə ona sarı atılır və ona əzab gətirir. ‘uadın keçmişi onu
ağrıdır, yaxşı hisslərlə, hətta "yüngül qəribsəmə duyğuları" ilə
xatırlanmayan ləyaqətsiz keçmişi onun arxasınca gəzir. Əgər əvvəllər
də onu keçmişi məyus edirdisə, asta-asta ağrıdırdısa, nəhayət, elə bir
gün gəlir ki, onun bütün varlığını, mənliyini, kişiliyini alt-üst edə
biləcək hadisə baş verir; bu hadisə ‘uadın keçmiş müəllimi ‘uad
Salahlının ölümüdür. Bu ‘uad Salahlı o ‘uad Salahlıdır ki, bizim
qəhrəmanımız ‘uad - "balaca" ‘uad dünyanın bütün məntiqini
pozaraq, həmin ‘uad Salahlıya - "böyük" ‘uada xəyanət etmişdir. Bəs
‘uadın həyatında baş vermiş bu köklü-köməcli məslək, mövqe
dəyişməsində əsas rol oynamış Şövqü Şəfizadə kimdir?
Fuad Salahlı ilə (həmçinin, Oktay, ‘uadın atası Qurban) Şövqü
(həmçinin, dekan Zülfüqarov, Qafur Əhmədli) bir-birindən qəti
ayrılan iki dünyanın adamlarıdır. Bu iki əqidə sahibləri arasında
saziş, yekdillik heç cür mümkün deyil.
Fuad Salahlı elə adamdır ki, haqsız olaraq institutdan qovulandan
8 ay sonra yenidən doğma məktəbə qayıdanda qalib gəlməsindən,
rəqiblərinin uduzmasıdan danışmaq əvəzinə, arasından 8 ay keçmiş
mühazirəni iki 45 dəqiqə arasındakı fasilədən əvvəlki söhbət kimi
davam etdirir: "Keçən dəfə biz modulyardan danışmışdıq, deməli,
modulyar..." Oktayın qəbirüstü nitqdə dediyi kimi, təkcə elə bu
hərəkət ‘uad Salahlının bütün mahiyyətini ifadə edir; "onun üçün
vaxt ayrı-ayrı dövrlərə, kəsiklərə, parçalara bölünmür. ‘uad Salahlı
üçün vaxt bütöv, aramsız, fasiləsiz, daim hərəkətdə olan tam bir etik
21
vahiddir". O özünün əsil memarlıq prinsiplərini heç vaxt tez-tez
dəyişən və ondan da dəyişməyi tələb edən dəblərə, ucuz zövqlərə
tabe eləməzdi. Yəqin ki, ‘uad Salahlı ‘uad kimi ömründə vaxt
qıtlığından, macalsızlığından da şikayətlənməzdi. ‘uad Salahlı Şövqü
və ‘uad kimi özünü zamana yox, zamanı özünə tabe edir! ‘uad
Salahlı üçün ömür dediyimiz fəaliyyət, dirilik yalnız bütöv bir ali
məqsəd üçündür. Belə adamları, əlində imkan olan, nüfuz sahibi olan
Şövqünün etdiyi kimi susdurmaq yox, əksinə, onların qarşılarındakı
hər cür qadağaları, şlaqbaumları atmaq lazımdır. Qorxmaq lazım
deyil. Onlar bəşəriyyətə xeyirdən başqa heç nə verməzlər, özlərini
pərvanə kimi oda-közə vurarlar, dünyanı dəyişdirib təzədən qurarlar,
dünyanı elə rəngarəng, elə gözəl edərlər ki, elə çiçəklənən dünya
yaradarlar ki, gəl görəsən! Əsl istedad, bənzərsiz memar olan Fuad
Salahlının ölümü - faciəvi ölümdür! Çünki Fuad Salahlı dünyaya
yaratmaq üçün gəlmişdi. Ancaq onu bu böyük insani arzularını
həyata keçirməyə qoymurlar, çertyojlar, layihələr şifonerin altında
toz basıb qalır... Bütöv bir şəxsiyyət öz varlığını, öz yeganəliyini
xalqına, doğma torpağına, dünyaya əməli olaraq sübut edə bilmədən
həyatdan gedir. Həyatdan elə bir adam gedir ki, onun görmək istədiyi
işləri bir də heç kim görə bilməyəcək!.. Bu faciənin konkret olaraq
adını nə qoymaq olar? - İçində boğulub qalmış imkan!
Bax, Fuad belə bir insana, insana yox, böyük, əsl əqidəyə,
məsləkə dönük çıxır. Və onun dəfn mərasimində ilk dəfə olaraq ağrı
ilə peşimançılıq duyğusu keçirir; müəlliminin ölümünə inanmır,
onunla "bir daha görüşməyəcəyinə, nahaq olmuş bu qəbahətləri
təshih edə bilməyəcəyinə" inanmır, bu ölümün yalana çıxmasını,
təkzibini gözləyir. Axı "ölüm - adamları əbədiyyətə bir növ bitkin,
tamamlanmış şəkildə.., qoyduğu irsin, izin, adın müəyyənliyi
baxımından yekunlaşdıraraq, nəticələyərək təqdim edir. Fuad Salahlı
haqqındasa ölümü ilə tamamlanmış, bitmiş fərd kimi düşünmək
mümkün deyil"... Fuad dönük çıxdığı zamandan bəri ilk dəfə olaraq
müəllimi haqqında belə insani mühakimə yürüdür, dumanlı da olsa,
Fuad Salahlının böyük faciəsini və özünün bir də heç vaxt
düzəldilməsi mümkün olmayan səhvini ağrı ilə duyur...
Zamanın, tarixin bütün dolanbaclarından məharətlə irəliləyən, hər
günün, hər saatın hökmünə, tələbinə "ləbbeyk" deyib itaətkarlıqla
əməl edən və bütün bunları yalnız özünün mənafeyi, "güclü olması"
xatirinə edən, bununla da, dünyanın, insanlığın, idealın bütövlüyünə,
22
harmoniyasına əbədi bir ləkə gətirən insanlardan biri də Şövqüdür.
Fuadın fikrincə, "bütün əvvəlki və sonrakı dövrlər üçün ən böyük
memar" hesab olunan Şövqü mahir, kələkbaz bir diplomatdır. O,
"rütbə diplomatiyasını" - açıq yox, xəlvəti mübarizəni, düşməni
məhv etmək üçün taktiki sxem qurmaq üsulunu, tərəfdar, arxa,
havadar qazanmaq vasitələrini, hər zaman parçasının tələbinə uyğun
hərəkət etmək vərdişini, prinsipsiz olaraq hər cür şəraitə
uyğunlaşmaq səriştəsini - belə bir əcaib mimikriyanı - dünənsiz
yaşamağı bütün varlığı ilə mənimsəyərək, bütün bunları konkret iş
gedişatında həyata keçirə bilir. Bu adam qətiyyən imkan verməzdi ki,
onun çertyojları şifonerin altında toz basıb qalsın, əgər onlar işə
keçməyibsə, başqasını çəkərdi, o da dövrə uyğun olmayanda, daha
başqasını qurardı!.. Çünki Şövqüdən hər nə desən olar: hərəmxana
qapısında boynunu büküb oturan xacə də, əli baltalı cəllad da...
İndiki şəraitdə isə Şövqü kimi adamlar, heç vaxt əvvəlcədən kişi
kimi müharibə elan edib döyüşmürlər, onlar yalnız gizli kəşfiyyat,
casusluq yolu ilə əməliyyat aparırlar. Onlar qarşılarına çıxan
maneəni bütövlükdə yox, altdan-altdan, asta-asta, didə-didə məhv
edirlər. Bu adamlar əvəzsiz bir insanı sıradan çıxarıb məhv edərlər,
sonra gəlib onun dəfn mərasimində mərhumla 40 ildən artıq dostluğu
ilə fəxr etməsindən danışarlar, yaxşı-yaxşı, cani-dildən "yanıb
tökülərlər!.."
...Övlad başqa nemətdir! Fuad Salahlının isə övladı yoxdur, o,
Fuadı, Oktayı özünə oğul bilir, onların simasında özünün ardıcılını,
davamçısını görür, ümidlə alışıb yanır ki, onun arzularını məhz
bunlar davam etdirəcəklər. Şövqü isə bilir ki, tək Fuad Salahlı hələ
gücsüzdür, onu bütövləşdirən, güclüləşdirən Oktaydır, Fuaddır, neçə-
neçə gözəl ideallı gəncdir, bax, bu zaman Fuad Salahlı - bütöv,
köklü-budaqlı Fuad Salahlıdır. Ona görə də Şövqü bütöv Fuad
Salahlını (böyük bir gücü, idealı!) parça-parça, tikə-tikə doğramağı
qət edərək, onun ardıcılını, davamçısını - balasını əlindən alır! Çünki
bilir ki, Salahlılar arta bilərlər, daha böyük, gücçatmaz maneəyə
çevrilə bilərlər, ona görə də onların kökünü kəsmək, onları
davamçıdan, övladdan, nəsildən məhrum etmək istəyir... Bu zaman
Şövqü əla düşünülmüş taktiki sxem hazırlayır:
Salahlının əsas davamçısını - Fuadı uçurumun lap kənarından
xilas edir və digər psixoloji üsullardan istifadə edərək (məsələn,
istedadlı, yüksək nəzəri səviyyəli, hətta ədalətli olmasını, özünün də
23
indiyədək gördüyü işlərdən narazı olduğunu "sübut edərək") Fuadı
ram eləyir... Daha sonralar Fuad Şövqünün əsl simasını, kimliyini
öyrənir və bundan sonra da Şövqünün iş üsullarını, Şövqü
prinsiplərini, Şövqü əqidələrini - bütöv bir Şövqüzmi tədriclə
mənimsəyir, özünküləşdirir.
Ancaq canında-qanında Şövqü əlamətləri olan Fuad üçün əsl, kişi
insan nümunəsi uzaqda deyildi, öz doğma evində idi - atası idi,
həmçinin, o, Fuad Salahlıtək bir adamın tələbəsi olmaq kimi bir
xoşbəxtliyə malik idi! Fuadda isə, əksinə, getdikcə məhz
özünüqoruma "yarağı" möhkəmlənərək, "Şövqü prinsipləri" ilə də
"zənginləşir".
Başqa-başqa məqamlarda Fuad Salahlı Şövqü haqqında
"konyukturşik" (prinsipsiz adam), Şövqü isə Salahlı haqqında
"neudaçnik" (müvəffəqiyyətsiz adam) deyir! Povestdəki bu iki
mövqeyin fərqi də məhz prinsip haqqındakı iki əks həyatayanaşma
yolu ilə bağlıdır. "Neudaçnik" Fuad Salahlının həmfikri Oktayın
"xoşbəxtlik və əzab gətirən prinsiplər" haqqındakı mövqeyi ilə
razılaşmayan, "konyukturşik" Şövqünün "adamı" Fuada elə gəlir ki,
hər hansı bir konkret dövrün tələblərinə cavab vermək özü də bir
prinsipdir. O, dövrün qəbul etmək istəmədiyi prinsiplər, əqidələr
üzərində əsib durmağı məqbul hesab eləmir. Bax, bu zaman
prinsipsizliklə "dəqiq məqsədlər" konsepsiyası birləşərək, həm
insanı, həm də onun görəcəyi böyük işin mahiyyətini heçə endirir.
Fuad öz fikirlərini sübut eləmək üçün, əqidələri yolunda qurban
gedən ilk xristianları, islam şəhidlərini misal gətirir, bəs görəsən,
niyə misallarını davam etdirə bilmir, Nəsimini, Brunonu və neçə-
neçə zamanın özündən də əbədi olan, yaşadığı dövrlərin dediklərinə
əməl etmədiklərinə görə bütün dövrlər üçün prinsipiallıq
mücəssəməsinə çevrilən adamları xatırlamır?! B.Şounun zarafatyana
aforizmlərindən birində deyilir ki, ağıllılar dünyaya uyğunlaşırlar,
axmaqlar isə dünyanı özlərinə uyğunlaşdırmağa cəhd edirlər, elə
buna görə də dünyanı dəyişdirir və tarixi axmaqlaşdırırlar. Şövqü və
Fuad belə "ağıllıardandır"... Birinci tərəfi "dəqiq məqsədlər" olan
"prinsipsizlik" ideyasının ikinci mühüm tərəfi də "dünənsiz
yaşamaq"dır. Bu əslində o deməkdir ki, sən keçmişdə etdiklərin üçün
nə peşimansan, nə də cavabdehsən, çünki keçmişdə səndən başqa şey
tələb edirdilər, indi isə ayrı bir şey tələb edirlər, indi nə etsən olar,
axı, onsuz da sən gələcəkdə yaxşı işlər görəcəksən! - Bu elə bir əyri
24
düşüncənin, şikəst mövqeyin bəliridir ki, onu bir qədər də davam
etdirsən, ən rəzil hərəkətlərə, nəzəriyyələrə belə haqq qazandırmaq
mümkündür; hətta insanların kütləvi fiziki sağlamlığı naminə
anormal körpələri tələf edən qədim yunanlara da, bəşəriyyətin
gələcək səadəti naminə, onların bir hissəsini qırmağı təklif edən
maltusçusayaq konsepsiyalara da! Povestin epiqrafındasa oxuyuruq:
"İşlənmiş günahları sonrakı yaxşılıqlarla yumaq fikri, gələcək
bəxtiyarlıq naminə hazırkı yamanlıqlara bəraət qazandırmaq ideyası
Zen əxlaqına kökündən ziddir". Sufilərin dörd pillədən (şəriət,
təriqət, mərifət, həqiqət) keçən yolu, Dostoyevski Raskolnikovunun
faciəvi sarsıntıları, Kamyunun "Alman dostuma məktubu"nda
dedektivləri məhz bu əxlaqi axtarışların məbədinə gətirir və buradan
qaldırır insanı. F.Engels isə yazırdı: "Şəxsiyyət nə etdiyi ilə deyil,
həm də bunu necə (kursiv bizimdir - R.U.) etdiyi ilə xarakterizə
olunur". Zen fəlsəfəsində və Engelsin ibrətamiz cümləsində ifadə
olunan və çağımız üçün də qətiyyən əhəmiyyətini itirməyən bu
böyük humanist fikirlərlə Şövqü və Fuad "prinsiplərinin" qəti əksliyi
göz qabağındadır. Elə bütün dövrlərdə olduğu kimi, indi də
prinsipiallıq, dəyişməz əqidə, məslək uğrunda əbədi mübarizə davam
edir. Sanki Fuad Salahlının faciəli taleyi Oktay üçün də gözlənilir;
əbəs yerə Fuadın ürəyinə dammır ki, Salahlının dəfnində nitq
söyləyən Oktay həm də özünə, öz gələcək taleyinə ağı deyir. Biz
Salahlı ilə Şövqünün mübarizəsinin davamını nəsillər mübarizəsi
kimi, startda imkanları Fuadla eyni olan Oktayla Fuadın əks əxlaqi
mövqelərində görürük...
Bəs necə olur ki, Şövqünün içərisində az qala həll olmuş, əriyib
yoxalmış Fuad özünə qayıda bilir?!
Yox! Biz burada hind filmlərində olduğu kimi, mənfi qəhrəmanın
hansı bir hadisənin təsiri nəticəsindəsə birdən müsbət qəhrəmanın
qarşısında diz çökərək bağışlanmaq diləməsinin şahidi olmuruq. Bu
özünəqayıdış gündən-günə qövr eləyən, əbədi narahatlığa, əzaba
səbəb olan hisslərin, nəhayət, ağıl məntiqi ilə calanaraq insanda
özünənifrət yaratması nəticəsində baş verir. Ürəyindən keçən
giziltini, sentimentallığı özündən qovmağa çalışan Fuadda çoxdan
başlamış mənəvi ağrıların təbii davamı mütləq böhranla
nəticələnməliydi. Özü də Fuadın böhranı, "öz-özü ilə görüşü" - məhz
Fuad Salahlının dəfni günü olmalıydı! Bu elə bir gündür ki, eyni bir
Fuad xarici qonaqları qarşılayarkən "bu gün bizimçün çox sevincli
25
bir gündür", Salahlının dəfnində isə "bu gün bizimçün çox kədərli bir
gündür" deyir! Bu elə bir gündür ki, Fuad Salahlını bütün arzuları ilə
birlikdə dəfn edirlər, Fuadın isə arzuları həyata keçir! (Onu daha
yüksək vəzifəyə layiq görüblər.) Və bu zaman Fuadın günahları -
BMV-li oğlan qarşısında alçalması, çox böyük şərəfsizlik edib
atasının adını biabırçı halda divara yazması, Asyaya xəyanəti, doğma
ata-anasına yadlaşması, cinayətə rast gəlib onu gizlətməsi və
nəhayət, şüurlu şəkildə etdiyi ən böyük səhvi - Fuad Salahlıya
dönüklüyü - Şövqüyə təslimçiliyi (bir görün, insan necə damcı-
damcı, mərhələ-mərhələ məhv olarmış!) - bir-birinin üstünə
qalaqlanaraq, onun mənəviyyatını sarsıdır. Fuad bir də ayılıb görür
ki, o bütün varlığını, heysiyyətini, kişiliyini itirmişdir, o bütün
doğma, əziz olan varlıqlardan uzaqlaşmışdır, görür ki, o qəti olaraq
müəyyən bir dünyanın adamı deyil, aralıq dünyanın adımıdır. Duyur
ki, sevdiyi arvadı, uşaqları, pulu, vəzifəsi olsa da, xoşbəxtlik sarıdan
əbədilik qısırdır. Müəllimigildə yediyi limon qabığı da, doğmaca
evlərindəki akvarium balıqları da, anasının ütülədiyi paltarların iyi də
- malik olduğu bütün naz-nemətlərdən daha əzizdi, da istəklidi...
Fuad ikinci dəfə özünün ayda bir dəfə gəldiyi, Rumiyyənin
tərbiyəsini görmüş uşaqlarının isə iyrənib gəlmədiyi ata evində -
oğlanlarının şəklini atası Qurbanın çarpayısı yanında asılmış görəndə
sarsılır: - "Fuadın içindən buğum-buğum qalxan, boğazını qəhərlə
tıxayan, gözlərini dumanlandırıb dolduran duyğu-peşimançılıq,
günahlılıq, nisgil idimi bu, qəribə, izahsız, dolaşıq dünyada qəribə,
izahsız, dolaşıq insan münasibətlərinin, ata-oğul, ailə, nəsil
əlaqələrinin pırtlaşıq kələfiydimi, bilmirdi, nə idi bu bağrını çatladan,
nə idi axı..." Fuadın oğlanları isə tamam yad mühitdə tərbiyələnib
böyüyür... Fuad yəqin bunu da anlamalıydı ki, onun övladları mərd
atasının - Qurban kişinin deyil, Şövqünün nəslini davam etdirəcəklər.
Doğma nəvələri ola-ola, Qurban kişinin nəsli kəsiləcəkdir! Fuad
məhz bu anda dərk edir ki, həmişə nəyisə itirə-itirə yüksəlib, amma
əslində heç nə qazanmayıb. Özü də elə şeyləri itirib ki, onu bir də
heç vaxt qazanmaq mümkün olmayacaq!… Düşünür…, düşünür və
nəhayət Çərkəz ananın yanına qayıdır: "Gəldim balıqların suyunu
dəyişməyə".
Biz buna nə deyiriksə deyək: özünəqayıdışmı, təmizlənməmi,
Yeni Çağ katarsisimi, Buddasayağı daxili işıqlanmamı, Karmanın
genetik təcəllasımı, Tolstoyun əxlaq fəlsəfəsinin yeni təsdiqimi, -
26
əslində, mahiyyət birdir ki, birdir. Bu - hər yerdə və hər zaman
şəxsiyyətin özünü dərk etməsi, özünə qayıtması kimi böyük bir
mənəvi intibahın, əxlaqi inqilabın gerçəkləşməsidir. Bu mənəvi-
psixoloji çevrilişin, özünəqayıdışın ümumbəşəri əhəmiyyəti isə odur
ki, bu dünyada ocağa dönüklükdən də yaman dərd olmadığına
inanırsan!… Bu itirgənli çevriliş - son çağın ağrılı Azərbaycan
özünəqayıdışını da ifadə edir.
Anarın özünəqayıdış çarpışmalarında bulunan Fuadı həm də bir
təzadlı milli obraz olaraq qloballaşma çağında başqa
mədəniyyətlərdə əriyib itməyin, özünə yadlaşıb puç olmağın faciəvi
sonuclarını öncə görükdürür. Bu ayıldıcı sağlam ideyanın
mədəniyyətimizdə varlığı - qloballaşma epoxasında Azərbaycanın
itirgənliksiz təbii çağdaşlaşmasının ən möhkəm milli-mənəvi
təməllərindəndir.
Dostları ilə paylaş: |