§ 6. TĠCARƏT
XIX əsrin 60-cı illərində Şimali Azərbaycan ticarəti sürətlə genişlənməyə
başladı. Şimali Azərbaycanın Bakı, Nuxa, Şamaxı, Şuşa, Yelizavetpol, Naxçıvan,
Zaqatala və b. şəhərlərində tacirlərin sayı, ticarət müəssisələrinin miqdarı və illik
dövriyyəsi ilbəil çoxalır, ticarət kapitalının həcmi artırdı. 60-cı illərin ortalarında
Şimali Azərbaycan ərazisinin çox böyük hissəsini təşkil edən Bakı quberniyasında
3879 ticarət müəssisəsinin olması bunu açıq göstərir [153]. Bu zaman Naxçıvan
qəzasında 955, Yelizavetpol şəhərində isə 571 ticarət müəssisəsi açılmış, Zaqatalada
150, Qaxda isə 80 ticarət müəssisəsi olmuşdur. Lakin hələ bu dövrdə tacirlərin
kapitallarının miqdarı xeyli az idi. Şuşa və qismən də Şamaxıda çox az tacirin 100 min
manatdan yuxarı kapitalı var idi. Ordubadda isə 10 tacirin müəssisəsinin illik dövriyyəsi
bütünlükdə 300-400 min manatdan artıq deyildi [154].
XIX əsrin 50-60-cı illərində Şimali Azərbaycanın Mərkəzi Rusiya, İran və
digər ölkələrlə ticarəti daha da genişləndi. XIX əsr 50-ci illərində Şimali Azərbaycandan
Mərkəzi Rusiyaya 1309 min manatlıq, oradan isə Şimali Azərbaycana 1695 min
manatlıq mal gətirilmişdi [155].
Azərbaycandan Mərkəzi Rusiyaya aparılan malların içərisində ipək və ipək
məmulatı, qızılboya, balıq və balıq məmulatı, neft və s. mühüm yer tururdu.
Mərkəzi Rusiyadan Azərbaycana başlıca olaraq pambıq-parça məmulatı,
dəmir və dəmir məmulatı, qab-qacaq, xırdavat mallan və s. sənaye malları gətirilirdi.
1857-ci ildə dəmir və dəmir məmulatı Mərkəzi Rusiyadan Şimali Azərbaycana
gətirilən bütün malın 33,2 faizini təşkil edirdi [156].
Azərbaycanın İranla ticarət əlaqələri də genişlənirdi ki, burada da Bakı və
Naxçıvan xüsusilə böyük rol oynayırdı. 50-ci illordə Rusiyadan İrana olan ixracatın
24,1 faizi və İrandan Rusiyaya olan idxalatın 11,6 faizi Bakıdan keçirdi. Bu ticarətdə
yerli tacirlərlə bərabər digər şəhərlərin tacirləri də yaxından iştirak edirdi.
Lakin XIX əsrin 70-ci illərinin ortalarına qədər Azərbaycan ticarətinin
inkişafında müəyyən irəliləyiş baş vermişdisə də, burada ticarətin təşkilində bütünlükdə
heç bir dəyişiklik olmamışdı.
Gildiya
ticarət
qaydasının
tətbiqi,
ticarətin
təşkili
sisteminin
təkmilləşdirilməsi və formalarının genişlənməsi, Azərbaycan rayonları arasında ticarət
dövriyyəsinin artması və bir sıra yeni ticarət mərkəzlərinin meydana gəlməsi,
ticarətdə təmərküzləşmə və mərkəzləşmə prosesinin baş verməsi, kapitalın yeganə
forması kimi ticarət kapitalının öz müstəqilliyini itirib sənaye kapitalının tədavül
dairəsində nümayəndəsinə çevrilməsi, ticarətdə kapitalist münasibətlərinin yaranıb
sürətlə inkişaf etməsi, ticarət əlaqələri coğrafiyasının xeyli genişlənməsi, ticarət
əlaqələrinin getdikcə daha çox qarşılıqlı xarakter daşıması və s. 70-ci illərin
ortalarından etibarən ticarəti səciyyələndirən cəhətlər idi.
1876-cı ilin mart ayından etibarən gildiya ticarət qaydası Azərbaycanda da
tətbiq edilməyə başladı [157]. Bundan sonra tacirlərin hər biri malik olduğu kapitalın
həcmindən və fəaliyyət dairəsindən asılı olaraq gildiyanın hər hansı bir dərəcəsinə
yazılmalı və öz müəssisələri üçün müəyyən bilet götürməli idi.
Birinci gildiya tacirinə çox böyük hüquqlar verilirdi. O, Rusiya başqa
dövlətlərin mallarını ―Rusiyanın hər yerində yük ilə, tay, va top‖ ilə [158] satmaq
üçün lazım olan qədər kontor və anbar açmaq hüququna malik idi.
İkinci gildiya şəhadətnaməsini götürənlər şəhadətnamə aldıqları qəza və
kəndlərdə istənilən qədər dükan açıb Rusiya və başqa (dövlətin gömrüklənmiş
mallarını sata bilərdilər. Xırda alış-veriş şəhadətnaməsi olan tacirin şəhadətnamə aldığı
qəzada dükan açmağa ixtiyarı var idi. Lakin o, bu dükanlarda Qafqaz canişinliyi
tərəfindən tərtib olunmuş siyahıda göstərilən malları satmalı idi.
Gildiya ticarət qaydası Azərbaycana tətbiq edildikdən sonra ticarət-sənaye
dairələri tərəfindən əldə edilən ticarət sənədlərinin miqdarı sürətlə çoxalmağa başladı.
1876-cı ildə Bakı və Yelizavetpol quberniyalarında 8 minə yaxın ticarət sənədləri
götürüldüyü halda, 1898-ci ildə onların sayı 25 minə çatmışdı [159].
XIX əsrin sonlarında Azərbaycanda gildiya ticarət müəssisələrinin sayı
xeyli artmışdı. 1890-1900-cü illərdə Bakı və Yelizavetpol quberniyalarında gildiya
ticarət müəssisələrinin sayı 1724-dən 2638-ə yüksəlmişdi. 1897-ci ildə gildiya sistemi
ticarət müəssisələrinin sayının 37 faizini, dövriyyəsinin isə 91,1 faizini əhatə edirdi.
Lakin gildiya ticarət müəssisələri əsasən Bakı şəhərində, qismən də Yelizavetpolda,
Nuxada, Şamaxıda və Şuşada açılmışdı [160].
XIX əsrin 70-ci illərindən etibarən Azərbaycanda gildiya ticarət
müəssisələri ilə bərabər, xırda şəhadətnamə ilə idarə olunan ticarət müəssisələri də
sürətlə artırdı. 1890-cı ildə təkcə Bakı və Yelizavetpol quberniyalarında ticarət
müəssisələrinin sayı 5616; 1900-cü ildə isə 6492 olmuşdu [161].
XIX əsrin sonunda Azərbaycanda bütün ticarət müəssisələrinin illik
dövriyyəsi təqribən 190 milyon manata çatırdı.
Bakı şəhərində ticarət daha sürətlə genişlənirdi. Bu dövrdə Bakı şəhəri ticarət-
sənaye dövriyyəsinin həcminə görə nəinki Azərbaycan və Cənubi Qafqazda, habelə
Ümumrusiya miqyasında əhəmiyyətli yer tuturdu. 1900-cü ildə Bakıda ticarət
müəssisələrinin sayı 3484-ə qalxmışdı. Onların illik dövriyyəsi isə 137,7 milyon manat
idi [162]. 1887-ci ildə Bakı şəhərində ―...kapitalist istehsalının ən görkəmli
nümayəndəsi‖ olan yarmarka təşkil edildi. Yarmarkalar Nuxa və b. yerlərdə də
fəaliyyət göstərirdi.
XIX əsrin sonlarında Azərbaycanda daxili ticarətin təşkili sisteminin
təkmilləşdirilməsinə və onun yeni formalarının yaranmasına baxmayaraq, burada
ənənəvi forma olan bazar ticarətinin əhəmiyyəti azalmırdı. 1895-ci ildə yalnız
Yelizavetpol quberniyasında 27 bazar var idi [163]. Burada özünün ticarət
əhəmiyyətinə görə Azərbaycan hüdudlarından çox-çox kənara çıxan Ağdam və
Ağdaş bazarları kimi bazarlar fəaliyyət göstərirdi. Onların hər birinin illik
dövriyyəsi 2 milyon manatdan yuxarı olurdu.
Azərbaycanda tacirlərin də sayı sürətlə çoxalırdı. Əvvəllər ayrı-ayrı
şəhərlərdə fəaliyyət göstərməklə məhdudlaşan, az miqdar ticarət kapitalına malik
olan tacirlər getdikcə əlverişli satış dairəsinə meyil edir və daha iri ticarət
əməliyyatlarına qoşulurdular. Nəticədə iri kapitala malik olan tacirlərin sayı sürətlə
çoxalırdı. Onlar Şimali Azərbaycanın hüdudlarından kənara çıxır, Rusiyanın daxili
rayonlarında, Orta Asiyada, Cənubi Qafqazın digər rayonlarında, Şimali Qafqazda
və İranda ticarət aparırdılar. Ən iri kapitalı olan tacirlər Bakı, Şamaxı, Nuxa, Şuşa,
Yelizavetpol və b. şəhərlərə toplanır və öz kapitallarını burada yeri gəldikcə
istehsala tətbiq edirdilər. 1897-ci ildə Azərbaycanın bu iki quberniyasında 20018
tacir var idi [164].
Azərbaycanda gildiya tacirlərinin də sayı sürətlə artırdı. Gildiya tacirləri
əsasən iri şəhərlərdə, xüsusən Bakı, Yelizavetpol, Şuşa və Nuxada fəaliyyət
göstərirdilər. 1886-cı ildə Bakıda 20 nəfər birinci və 165 nəfər ikinci gildiya taciri
var idi. 1900-cü ildə onların sayı müvafiq surətdə 78 və 163 nəfər olmuşdu [165].
Yelizavetpol quberniyasında isə 1897-ci ildə 6 nəfər birinci və 58 nəfər ikinci
gildiya taciri var idi.
Bu dövrdə Azərbaycanda illik dövriyyəsi yüz min manatlara çatan
tacirlərin xüsusi çəkisi xeyli çoxalmışdı. 80-ci illərin sonu və 90-cı illərin
başlanğıcında Bakıda ticarət müəssisələrinin çoxunun illik dövriyyəsi 250 min
manatdan çox idi. 8 müəssisənin illik dövriyyəsi 500 min manatdan bir mln manata
qədər idi. Bakıda illik dövriyyəsi bir mln manatdan çox olan ticarət müəssisələri də
var idi. Azərbaycanda ticarət kapitalı yekcins deyildi. Bununla belə milli ticarət
kapitalı da artıb çoxalırdı. 1897-ci ildə Bakıda yerli tacirlərin illik dövriyyəsi 21,5
mln manat olub, bütün ticarət dövriyyəsinin 20 faizini təşkil edirdi. Azərbaycanın
digər şəhərlərində və qəzalarında isə üstünlük Azərbaycanlı tacirlərə məxsus idi.
XIX əsrin sonlarında Azərbaycanda ticarət kapitalının təmərküzləşməsi və
mərkəzləşməsi prosesi xeyli sürətlənmiş, inhisarçı ticarət meydana gəlib inkişaf
etməyə başlamışdı. Bu dövrdə Bakının ticarət müəssisələrinin saymm və
dövriyyəsinin artmasına nisbətən onların mənfəəti daha sürətlə artırdı. 1892-1897-
ci illərdə gakıda ticarət müəssisələrinin sayı 32,5 faiz və illik dövriyyə 207,4 faiz
çoxaldığı halda, illik mənfəət 417,6 faiz artmışdı. 1897-ci ildə illik mənfəəti 5 min
manat və ondan çox olan ticarət müəssisələri bütün müəssisələrin 10,9 faizini əhatə
etdiyi halda, ümumi illik mənfəətdə belə müəssisələrin payı 87,9 faizi təşkil
etmişdi.
Bakıda ticarət evləri və səhmdar cəmiyyətlərinin sayı da sürətlə artır və
fəaliyyət dairəsi genişlənirdi. Bakıda ilk ticarət evləri 70-ci illərin başlanğıcında
təşkil edilmiş və 1893-cü ildə onların sayı 20-yə çatmışdı. 1899-cu ildə Bakıda 38
ticarət evi var idi.
Bakıda səhmdar cəmiyyətlərinin də sayı çoxalırdı. 1899-cu ildə burada 24
səhmdar cəmiyyəti var idi.
Bakıda ticarət kapitalının təmərküzləşməsi və mərkəzləşməsi prosesinin
sürətlənməsi burada inhisar ticarətin yaranıb inkişaf etməsinə səbəb oldu. Neft
sənayesinin ilk inkişafı dövründə yaranan ―Bakı neft cəmiyyəti‖, ―Nobel
qardaşları‖ və daha sonra ―Xəzər-Qara dəniz‖ kimi iri səhmdar cəmiyyətləri neft
icarətində mühüm inhisar təşkilatlarına çevrilmişdilər. 1894-cü ildə Rusiyada ilk
neft ixracedici sindikat – ―Bakı ağ neft zavod sahibləri ittifaqı‖ yaradıldı. Sindikat
Rusiyadan ixrac edilən ağ neftin 98 faizini öz əlində mərkəzləşdirmişdi. 1897-ci
ildə ―Bakı ağ neft zavod sahibləri ittifaqı‖ dağıldı. Rotşild tərəfindən 1898-ci ildə
―Mazut‖ cəmiyyəti təsis edildikdən sonra Nobel onunla saziş bağladı. Nəticədə
1900-cü illərin lap başlanğıcında bu iki neft maqnatı arasında kartel müqaviləsi
bağlandı. Azərbaycanın ticarət əlaqələrinin genişlənməsində mühüm rol oynayan
Bakı limanının mal dövriyyəsi çox böyük sürətlə artırdı.
1886-1900-cü illərdə aparılan malların miqdarı 59066 min puddan 343959
min puda, gətirilən malların miqdarı isə 6000 min puddan 30558 min puda
yüksəlmişdi [166].
1883-cü ilin mayında Bakı-Tiflis yolunun işə düşməsi Azərbaycanın
ticarət əlaqələrinin genişlənməsinə güclü təsir göstərdi. 1883-1894-cü illərdə
Azərbaycanın başlıca dəmir yol stansiyalarından aparılan malların orta illik
miqdarı 44145 min pud, gətirilən malların miqdarı isə 9453 min pud olmuşdu
[167].
Dəmiryol vasitəsi ilə yalnız Yelizavetpol quberniyasından 1889-cu ildə
2534 min pud, 1895-ci ildə isə 4613 min pud mal aparılmış, həmin illərdə müvafiq
surətdə 1518 min və 3312 min pud mal gətirilmişdi [168].
1881-1900-cü illərdə Bakıdan bütün istiqamətlərdə aparılan neft
məhsullarının miqdarı 194,4 milyon puddan artaraq 443,1 mln puda çatmışdı [169].
Azərbaycanın ticarət əlaqələrinin inkişafında pambıq, ipək, yun və şərabla ticarət də
müəyyən rol oynayırdı.
Azərbaycanın ipəyi, yunu, biyan kökü, meyvəsi və s. malları da getdikcə daha
uzaq bazarlara gedib çıxırdı. XIX əsrin sonlarında Bakı quberniyasından aparılan
yunun miqdarı ildə orta hesabla 75 min pud olurdu [170].
Zaqatala dairəsində toplanılan qoz-fındıq Tiflislə yanaşı, Nijni-Novqorod
yarmarkasında yüksək qiymətə satılırdı. 1884-cü ildə Nijni-Novqorod yarmarkasında
Zaqataladan aparılan 23 min pud qoz-fındıq satılmışdı [171].
XIX əsrin sonlarında Şimali Azərbaycanın İranla ticarəti xeyli inkişaf etmişdi.
Burdan İrana yerli məhsullar ixrac edilməklə, habelə İrandan buraya yerli tələbatı ödəmək
üçün müxtəlif mallar idxal olunmaqla bərabər, Azərbaycan Rusiya ilə İran arasında mövcud
olan tranzit ticarətində də əhəmiyyətli rol oynamaqda davam edirdi. 1885-ci ildə
Azərbaycan ərazisində olan bütün gömrükxanalardan İrana ixrac edilən və İrandan
buraya idxal edilən malların dəyəri, 6,8 mln manat olduğu halda, 1895-ci ildə bu, 20,1
mln manata çatmışdı [172].
§ 7. KREDĠT-BANK MÜƏSSĠSƏLƏRĠ
Şimali Azərbaycanın kredit-bank sistemi Ümumrusiya kredit-bank
sisteminin bir hissəsi kimi formalaşır və inkişaf edirdi.
Bütövlükdə Şimali Azərbaycanın kredit-bank şəbəkəsi Rusiya banklarının
(həm dövlət, həm də səhmdar), bankir evləri, qarşılıqlı kredit cəmiyyətləri, şəhər
kredit cəmiyyətləri, xəzinə, əmanət kassaları, xırda kredit birlikləri, borc-əmanət
birliklərinin, şöbələrinin, həmçinin öz əməliyyatlarını Şimali Azərbaycanda aparan
dövlət və səhmdar torpaq banklarının açılması nəticəsində meydana gəldi.
Bankların, bankir evlərinin, xəzinələrin, qarşılıqlı kredit cəmiyyətlərinin,
şəhər kredit cəmiyyətlərinin cəmləşdikləri əsas yerlər Bakı, Gəncə, Nuxa, Şuşa, Culfa
idi. Xırda kredit birliklərinin və borc-əmanət cəmiyyətlərinin cəmləşdikləri yerlər isə
kənd inzibati və ticarət mərkəzləri idi.
Azərbaycan kredit-bank sisteminin yaranması 1874-cü ildən Bakıda başladı.
Bu dövrdə kapitalist inkişaf yoluna qədəm qoymuş Bakıda ucuz kreditə tələbat xüsusilə
kəskin hiss edilməyə başladı. Bakıda, hətta girov qoymaqla belə, ildə 20-25 faizlik
borcu çətinliklə əldə etmək olurdu [173].
1874-cü il fevralın 28-dən Bakıda fəaliyyətə başlayan Bakı kredit
cəmiyyəti ilk bank müəssisəsi olmaqla Şimali Azərbaycanda kapitalist kredit sisteminin
yaranmasının əsasını qoydu. 1874-cü il iyunun 1 -dən Bakıda ikinci bank müəssisəsi -
Dövlət bankının şöbəsi fəaliyyətə başladı [174]. Bundan sonra bir-birinin ardınca
müxtəlif səhmdar kommersiya banklarının şöbələri açılmağa baş-ladı. Belə ki, Bakıda
1881-ci ildə Bakı ictimai şəhər bankı, 1886-cı ildə Tiflis kommersiya bankının şöbəsi,
1890-cı ildə Volqa-Kama kommersiya bankının şöbəsi, 1897-ci ildə Kiyev və yaxud
Cənubi Rus sənaye bankının şöbəsi, 1898-ci ildə Sankt-Peterburq-Azov kommersiya
bankının şöbəsi, Rus ticarət-sənaye bankının şöbəsi, 1899-cu ildə Don torpaq
bankı,1900-cü ildə Bakı şəhər kredit cəmiyyəti, İranm Uçot-borc bankının şöbəsi
təsis edildi [175].
Beləliklə, sənaye böhranının başlanmasına yaxın Bakıda artıq 10-dan çox
bank müəssisəsi və 5 bankir kontoru (A.Q.Ələsgərov, Q.M.Arafelov, P.B.Haşımov,
Q.N.Seydiyev və H.Z.Tağıyevin kontorları) var idi [176].
Kredit-bank müəssisələrinin əməliyyatları Gəncə şəhərinə də yayılırdı.
1896-cı il iyulun 1-dən Azov-Don səhmdar kommersiya bankı Gəncədə öz şöbəsini
açdı.
Kapitalizmin inkişafı ilə əlaqədar Şuşa, Nuxa şəhərlərində kredit
müəssisələri təşkil etmək üçün cəhd göstərilsə də, XX yüzilliyin əvvəllərinədək bu
şəhərlərdə bank müəssisələri açılmamışdı.
1897-ci il iyulun 1-dən Rusiyanın bütün xəzinələrinin üzərinə ən sadə bank
əməliyyatlarını yerinə yetirmək vəzifəsi qoyulduqdan sonra Şimali Azərbaycanın
bank müəssisələri şəbəkəsi daha da inkişaf etdi. Bıı xəzinələrdən bəziləri Şimali
Azərbaycanda da fəaliyyət göstərirdi. Xəzinələr dövlət palatasına tabe idi. 1872-ci il
iyulun 1-dək Cənubi Qafqazda Baş palata – Cənubi Qafqaz Dövlət Palatası vardı
ki, onun da nəzdində 24 xəzinə və məxaric şöbəsi fəaliyyət göstərirdi. 1872-ci ildə
bu palatanın əvəzində iki palata – Tiflis və Bakı dövlət palataları təşkil olundu.
Bakı
palatası
Bakı
və
Yelizavetpol
quberniyalarında,
Dərbənd
qradonaçalnikliyində və Zaqatala dairəsində yerləşən 10 xəzinəyə rəhbərlik edirdi.
Bakı şəhərindəki quberniya xəzinəsi, qəza xəzinələri, Dərbənd və
Temirxanşuradakı məxaric şöbələri Bakı dövlət palatasına hesabat verirdilər. XIX
yüzilliyin sonuna qədər Göyçay, Qazax, Zəngəzur xəzinələri də təşkil olunmuşdu.
1898-ci il mayın 1-dən üçüncü – İrəvan dövlət palatası açıldıqdan sonra
bəzi xəzinələr onun sərəncamına keçdi. İnqilaba qədərki Şimali Azərbaycanda 14
xəzinə fəaliyyət göstərirdi.
1897-ci ildə xəzinələr bank əməliyyatları apararkən onların üzərinə pul
dəyişmiş, dövlət xəzinə biletlərini almaq və satmaq, kuponlar və kapital üzrə, tirajı
çıxmış faizli kağızlar və vaxtı ötmüş dövlət xəzinə biletləri üzrə faizlərin
ödənilməsi, əmanət kassalarının əməliyyatları, dövlət bankları müəssisələrinin
vəzifəsi qoyulmuşdu.
Xəzinələrin bank funksiyalarının genişləndirilməsi onları tədricən bank
tipli müəssisələrə yaxınlaşdırmaqla yanaşı, borc bank əməliyyatlarının, xüsusilə
şərti və cari hesabların tətbiqindən sonra, ümumi inkişafına yardım etdi və
həmçinin hər hansıp kredit müəssisəsindən məhrum olan ucqar yerlərdə müxtəlif
maliyyə əlaqələrini xeyli yüngülləşdirdi. Belə yerlər isə Şimali Azərbaycanda az
deyildi. Lakin daha fəal kredit əməliyyatları, o cümlədən veksellərin hesaba
alınması və mala görə borc verilməsi, faizli kağızlar digər dəyərlər xəzinələrə şamil
edilmədi.
1849-cu ildə Tiflis şəhərində açılmış, borc vermək hüququ olan Cənubi
Qafqaz ictimai himayə bankının, 1874-cü ildə təsis edilmiş Tiflis zadəgan
bankının, 1890-cı ildən Tiflis şəhərində fəaliyyətə başlayan Dövlət zadəgan
bankının Cənubi Qafqaz şöbəsinin və 1899-cu ildən Bakı şəhərində öz
nümayəndəsi olan Don səhmdar torpaq bankının əməliyyatları da Azərbaycan
ərazisində yayılırdı [177].
Azərbaycanda dövlət və səhmdar kommersiya bankları qısa müddətli
kreditlər verirdi. Nəhəng kapital anbarlarına çevrilən və onu yerdən toplayan
banklar borclar bir qayda olaraq iri kapitalistlərə verirdilər [178].
Veksel uçotundan sonra bankların ikinci fəal əməliyyatları həm bilavasitə
mallara, həm də malların nəqliyyat sənədlərinə görə borc verməkdən ibarət idi.
Banklar neftə, onun məhsullarına, düyüyə, pambığa, meyvə qurusuna və s. görə
borc verirdilər. Kreditin bu forması getdikcə daha çox inkişaf edir və neft sənayesi
ilə az bağlı olan bankların fəaliyyətinin əsas formasına çevrilirdi.
Dövlət və səhmdar torpaq bankları şəhər və mülklərinin girov qoyulması
müqabilində uzunmüddətli borc verirdi. Girov müqabilində verilən borclardan
ancaq imtiyazlı silklər – xan nəslindən olanlar, bəylər, ağalar, kənd və şəhər
burjuaziyasının nümayəndələri istifadə edə bilərdilər. Şimali Azərbaycanın
zəhmətkeş kəndliləri torpaq banklarından borc almaq hüququndan məhrum
edilmişdilər.
Mülkləri girov qoyaraq borc almaq XIX yüzilliyin 90-cı illərinin
başlanğıcından xeyli genişləndi. Azərbaycan torpaq sahiblərinə borc ən çox Tiflis
zadəgan bankı tərəfindən verilirdi. 1898-ci ilə banklar Azərbaycandan ümumi
sahəsi 16 min desyatin olan 17 mülk girov götürmüş və 304 min manat borc
vermişdilər.
Kredit
müəssisələri
şəbəkəsi
genişləndikcə,
bank
kapitalı
təmərküzləşdikcə onun sənayenin müxtəlif sahələrinə, nəqliyyata, ticarətə,
əkinçiliyə və torpaq sahibliyinə müdaxiləsi də güclənirdi. Kapitalist kreditlərinin
daha güclü axını sənayesinin və onun məhsulları ilə ticarətə yönəlmişdi. Ölkə
iqtisadiyyatının müxtəlif sahələri arasında əlaqələri gücləndirən banklar ödəmələr
zamanı həyata keçirdikləri vasitəçi rolundan tədricən kapitalist təsərrüfat
sisteminin mərkəzinə çevrilirdi.
§ 8. ġƏHƏRLƏR
XIX yüzilliyin ikinci yarısında Şimali Azərbaycanda 12 şəhər var idi.
Şəhərlərin inkişafı və ölkənin sosial-iqtisadi və siyasi həyatında rollarının
yüksəlməsi onların əhalisinin sayının artmasına təsir göstərirdi. 50-60-cı illərdə
yenə əvvəlki kimi əhalisi daha çox olan ən iri mərkəzlər 25,6 min əhalisi olan
Şamaxı, sonra Nuxa (23,3 min), Şuşa (19,3 min), Gəncə (14,9 min), Bakı (12,3
min), Quba (11,2 min) və s. şəhərlər idi [179]. Bu illərdə şəhər əhalisinin 143,5
min nəfərə çatırdı ki, bu da Azərbaycanın bütün əhalisinin 12,4 faizini təşkil edirdi.
XIX yüzilliyin sonunda şəhərlərin əhalisi xeyli artışdı. İri sənaye
mərkəzlərinin görünməmiş inkişafı bir sıra yeni sənaye mərkəzlərinin əmələ
gəlməsi islahatdan sonrakı dövrün ən xarakterik əlamətlərindən biri idi.
1897-ci ildə şəhər əhalisinin sayı 270 minə çatmışdı ki, bu da artıq
Azərbaycanın bütün əhalisinin 14,5 faizini təşkil edirdi. Bakı quberniyası
əhalisinin sayı sürətlə artırdı. XIX yüzilliyin sonlarına yaxın buradakı şəhərlərdə
quberniyanın bütün əhalisinin 20 faizi yaşayırdı ki, bu da müvafiq Ümumrusiya
göstəricisindən xeyli yüksək idi [180].
Ümumrusiya əhəmiyyətli iri mərkəzlərə çevrilən Bakı və Gəncə
şəhərlərində əhali daha sürətlə artırdı. 1897-ci ildə Bakının əhalisi 11,9 min nəfər
təşkil edirdi, daha doğrusu, 1867-ci illər müqayisədə, demək olar ki, on dəfə
artmışdı. Həmin müddət ərzində 33,6 min nəfər adam yaşayan Gəncənin əhalisi 2,2
dəfə artmışdı.
Bu dövrdə Nuxada 24,7 min, Şuşada 25,8 min, Qubada 15,3 min,
Naxçıvanda 8,7 min, Lənkəranda 8 min, Ordubadda 7 min nəfər əhali yaşayırdı.
Şamaxı şəhərinin əhalisi 6 min nəfər azalmışdı. Bu kənarda qalması və 1859-u il
zəlzələsi, quberniya inzibati idarələrinin buradan Bakıya köçürülməsi ilə əlaqədar
idi.
Bütövlükdə isə şəhər əhalisinin artım sürəti əhalinin ümumi artım sürəti
ilə müqayisədə xeyli yüksək idi. Şəhərlərin sayı 2 dəfə artdığı halda, Şimali
Azərbaycanın bütün əhalisinin sayı 1,5 dəfədən az artmışdı.
Əhalinin sürətli illik təbii artımı dövrün ümumi meyli idi. 1894-cü ildən
1898-ci ilə qədər, daha doğrusu 5 il ərzində təbii artım Bakıda 2 min nəfər, Gəncə
və Naxçavanda 1,5 min, Şuşada isə 1,3 nəfər təşkil etmişdi [181].
Kapitalist sənayesinin inkişaf etdiyi şəhərlər üçün fəhlə kadrlarının artım
mənbəyi olan kəsbkarlıq xarakterik hal idi. Əsas hissəsini Cənubi Qafqazın ayrı-
ayrı rayonlarının, Dağıstanın, Orta və Aşağı Volqaboyunun və Rusiyanın bəzi
digər mərkəzi quberniyalarının müflisləşməsi kəndliləri, həmçinin Cənubi
Azərbaycanın şimal-qərb vilayətlərindən çıxmış kəsbkarlar təşkil edən gəlmə
əhalinin xüsusi çəkisi böyük şəhərlərdə xüsusilə yüksək idi. Belə ki, 1897-ci ildə
Bakıda gəlmə əhali əhalinin ümumi sayının 64%-ni, Gəncədə 28%-ni, Şamaxıda
16%-ni təşkil edirdi. Həm də Bakıda gəlmə əhali daha gənc yaş qrupunu təşkil
edirdi ki, bunun da nəticəsində şəhər əhalisi içərisində gənc əhali üstünlük təşkil
edirdi. Bu, neft sənayesinin inkişafı, bu sahəyə güclü işçi qüvvəsinin axını ilə bağlı
idi. Neft istehsalatında məşğul olan əhali, sənayenin digər sahələrində məşğul olan
əhaliyə nisbətən daha intensiv artırdı. Bütövlükdə yerli əhali Azərbaycan
şəhərlərində yaşayan əhalinin 63%-ni, gəlmə əhali isə 37%-ni təşkil edirdi.
Gəlmə əhalinin ümumi kütləsi içərisində Şimali Azərbaycanın müxtəlif
qəzalarından olan mövsimi fəhlələrin xüsusi çəkisi daha yüksək idi. Onların
sənayeyə ilk növbədə daimi iş və əmək haqqı cəlb edirdi. 1880-ci ildən onların sayı
ildə 30-35 min nəfərə çatmışdı. 1897-ci ildə Bakı quberniyasının şəhərlərində
işləyən fəhlələrin ümumi sayının yalnız 34%-i yerli əhalidən, 10,3%-isə
Yelizavetpol quberniyasından çıxanlardan ibarət idi. Yerdə qalanlar, daha doğrusu,
şəhər əhalisinin ümumi sayının yarısından çoxu Rusiyadan, Dağıstandan, İrəvan
quberniyasından və Cənubi Azaərbaycandan gələnlər idi [182].
Şəhər əhalisinin milli tərkibində azərbaycanlılar üstün mövqe tuturdular.
Onlar əhalinin 53%-ni təşkil edirdi. Digər millətlərin xüsusi çəkisi yüksək deyildi,
bununla belə, artıq XIX yüzilliyin ikinci yarısında çoxmillətliliyin özəyi
yaranmağa başladı [183]
Kapitalist münasibətlər inkişaf edib dərinləşdikcə, şəhər əhalisinin sosial
tərkibində ciddi dəyişikliklər baş verdi. Hakim təbəqələrin xüsusi çəkisi o qədər də
yüksək deyildi. Belə ki, tərkibinə xanların, bəylərin və rus zadəganlarının
nümayəndələrinin daxil olduğu qrupun sayı çox cüzi idi. 1870-ci ildə onların sayı
6600 nəfəri təşkil edirdi ki, bu da şəhər əhalisindən 4,6%-i və Azərbaycanın bütün
əhalisinin 0,6%-i qədər idi. XIX yüzilliyin sonunda onların sayı 2,3 dəfə
artaraq,15,3 min nəfərə çatsa da, xüsusi çəkiləri yenə cüzi idi və 1897-ci ildə
şəhərlilərin 5,6%-ni, bütün əhalisi isə 90,8%-ni təşkil edirdilər [184]. Eyni
zamanda onların sayı qəzalara nisbətən, demək olar ki, bütün şəhərlərdə az idi.
Bakı və Şamaxı şəhərləri müstəsnalıq təşkil edirdilər. Bu şəhərlərdə əhalinin
göstərilən qrupunun sayı həmin qəzadakılara nisbətən çox idi.
Muzdlu əməkdən istifadə edən sənaye, nəqliyyat, ticarət. Müəssisə və
təşkilatların sahibləri və kapitaldan gələn gəlirdən istifadə edən qrup da kiçik idi.
Məsələn, XIX yüziliyin əvvəlində Bakıda onlar şəhərin iş qabiliyyətli əhalisinin
yalnız 6,5 faizini təşkil edirdi. Lakin Bakı zəhmətkeşlərinin amansız istismarı
hesabına yaradılmış maddi sərvətlərin xeyli hissəsi onlara mənsub idi. Neft
sənayesi burjuaziyasının simasında şəhərin istismarçı yuxarı təbəqəsi mədənlərə,
fabrik və zavodlara, gəmilərə, ticarət müəssisələrinə malik idi. Onların arasında
tacirlər müəyyən yer tuturdular. Həm də onlar Nuxa, Lənkəran, Naxçıvan, Ordubad
kimi ticarət şəhərlərində xüsusilə çox idilər. XIX yüzillyin sonunda şəhərlərin
bütövlükdə 30 min tacir yaşayırdı ki, onlar da şəhər əhalisinin 11%-ni təşkil
edirdilər [185]. Həm daxili, həm də xarici topdan-satış ticarətilıə məşğul olan
birinci gildiya tacirlərinin əsas hissəsi Bakıda cəmləşmişdi. Yerdə qalan bütün
digər şəhərlərdə II gildiya hissəsini isə xırda ticarətlə məşğul olan şəxslər təşkil
edirdilər.
Şəhərlərin
xırda
burjuaziyası,
hər
şeydən
əvvəl,
sənətkar
emalatxanalarının, kiçik ticarət müəssisələrinin, nəqliyyat (at-araba) vasitələri
sahiblərindən və s. ibarət idi. Kənd təsərrüfatı ilə əlaqədar kəsmiş şəhərlilərin xeyli
hissəsi də burjuaziyaya aid idilər. 1870-ci ildə onların sayı 100 min nəfərə çatırdı
ki, bu da Şimali Azərbaycanda şəhər əhalisinin əksəriyyətini təşkil edirdi. 1897-ci
ildə onların sayı 68 min nəfərə enərək, şəhər əhalisinin ümumi sayının yalız 25%-
ni təşkil edən zaman mənzərə əsaslı surətdə dəyişdi [186]. Bu onu göstərirdi ki,
şəhərlər getdikcə daha çox özlərinin xarakterini itirir, yeni sənaye görünüşü
alırdılar. Kənd təsərrüfatı ilə məşğuliyyət artıq şəhər əhalisinin əsas məşğulliyət
artıq şəhər əhalisinin əsas məşğulliyyət sahəsi olmayıb, köməkçi xarakter daşıyırdı.
Şəhərlilərin təsərrüfat fəaliyyətinin əsasd növləri isə sənətkarlıq, ticarət və sənaye
istehsalı idi.
XIX yüzilliyin ikinci yarısında başlayan sənaye-texniki tərəqqi
ziyalılarının sayının artmasına kömək etdi. Belə ki, məhsuldar qüvvələrin inkişafı
və zehni əməyin tətbiq edildiyi sahələrin genişlənməsi alimlərin, mühəndislərin,
texniklərin və digər mütəxəssislərin çoxalmasını tələb edirdi, dövlət aparatının və
ölkənin ictimai strukturunun genişlənməsi isə ideloji funksiyaları yerinə yetirən
məmurların, qulluqçuların və ziyalıların artmasına təkan verdi. XIX yüzilliyin
sonunda ziyalılar aşağıdakı əsas sosial qruplardan ibarət idi: zadəgan-mülkədar,
burjua, xırda burjua ziyalıları [187].
Ziyalıların xeyli hissəsi iri şəhərlərdə, başlıca olaraq Bakı və Gəncədə
toplanmışdı. Onlar öz tərkibinə görə yekcins deyildi. Peşə mənsubiyyəti
baxımından Şimali Azərbaycan ziyalıları aşağıdakılardan ibarət idi: 1) maddi
istehsal sahəsində işləyən ziyalılar (mühəndislər, texniklər, poçt-teleqraf və
dəmiryol qulluqçuları, kənd təsərrüfatı mütəxəssisləri); 2) mədəniyyət sahəsində
çalışan ziyalılar (maarif və tibb işçiləri, alimlər, ədiblər, rəssamlar və b.); 3) dövlət
(inzibati, məhkəmə və digər müəssisələrin məmurları, şəhər və zadəgan məmurları,
sənaye və ticarət müəssisələrinin inzibati işçiləri, hüquqşünaslar və b.). Şimali
Azərbaycan şəhərlərində yuxarıda adları çəkilən peşələrin 35 min nümayəndəsi
yaşayırdı ki, bu da bütün şəhər əhalisinin 13%-ni təşkil edirdi [188].
Cəmiyyətin sosial strukturunda sayı 2 min nəfər olan və yaxud şəhərlilərin
1,4 və ölkə əhalisinin 0,2%-ni təşkil edən ruhanilər mühüm yer tutmaqda davam
edirdilər. 1897-ci ildə onların sayı 1500 nəfərə qədər azalaraq şəhərlilərin 0,55
faizini və Şimali Azərbaycanın bütün əhalisinin 0,8 faizini təşkil etdi [189].
İş qabiliyyətli şəhər əhalisinin bir hissəsini fəhlələr təşkil edirdilər.XIX
yüzilliyin sonunda Bakıda onun xüsusi çəkisi çox yüksək idi və şəhər əhalisi
arasında da fəhlələr böyük yer tuturdu. XIX yüzilliyin sonlarında Şimali
Azərbaycanın çoxmillətli fəhlə sinfi təşəkkül tapmışdı.
Əmtəə kapitalist münasibətlərinin inkişafı ilə şəhərlərin ixtisaslaşması da
baş verirdi. Bakı dünya neft sənayesinin mərkəzinə, Rusiyanın dəniz və dəmir yolu
daşımalarının ən mühüm məntəqələrindən birinə, böyük tranzit və ticarət, maliyyə
və kredit müəssisələrinin inkişaf etdiyi mərkəzə çevrilirdi.
Gəncə ticarət mərkəzi olmaqla yanaşı, həm də mühüm yol daşımaları,
şərab, konyak və spirt istehsalı məntəqəsi idi. Nuxada ipək sənayesi və ticarət daha
yüksək sürətlə inkişaf edirdi. Şuşada ipək, yun istehsalı və xalçaçılıq, Qubada
xalçaçılıq, Lənkəranda balıq sənayesi yayılmış, Şamaxıda ipəktoxuma istehsalı və
şərabçılıq cəmləşmişdi. Yerdə qalan şəhərlər, o cümlədən Naxçıvan, Ordubad
əsasən ticarət əhəmiyyətini qoruyub saxlayırdı.
Şimali Azərbaycan şəhərlərində sənaye və ticarət müəssisələrinin sayı
xeyli artmışdı. 1900-cü ilə yaxın onların ümumi sayı 10 min müəssisəyə, o
cümlədən Bakıda 4365-ə, Gəncədə 1425-ə, Nuxada 810-a, Şuşada 708-ə,
lənkəranda 485-ə çatmışdı [190].
Şəhərlərin ümumi xərcləri içərisində məcburi xərclər – müxtəlif dövlət
müəssisələrinin, polisin, ordunun və s. saxlanılması birinci yerdə dururdu.
Şəhərlərin abadlaşdırılmasına ayrılan xərclər vacib olmayan xərclər sırasına aid
edilirdi, onun miqdarı az idi və daima ixtisar edilirdi. Belə ki, 1879-1882-ci illərdə
Bakı şəhərinin abadlaşdırılmasına bütün xərclərin 40-faizi ayrılmışdı, 1883-1888-ci
illərdə bu, 15, 1895-1899-cu illərdə isə 12 faizə qədər azalmışdı.
Səhiyyə maarif və digər ictimai ehtiyaclara ayrılan vəsait çoz cüzi idi.
Şimali Azərbaycanda kapitalist sənayesinin inkişafı ilə əlaqədar istesalatda savadlı
işçilərə ehtiyac yarandı. Şəhərlərdə ilk peşə məktəbləri təsis olundu. Lakin
ümumtəhsil məktəbləri kimi peşə məktəblərinin də sayı çox deyildi. İşin belə
təşkili şəraitində şəhər əhalisi arasında savadlıların faizi aşağı olaraq qalmaqda
davam edirdi. Bakıda o, 1897-ci ildə 32,3 faiz, Şuşada 25 faiz, Gəncədə 23,3 faiz,
digər şəhərlərdə isə daha aşağı idi [191].
Kapitalist sənaye mərkəzləri olan görkəmli şəhərlərin xarici
görünüşlərində də diyişikliklər baş verirdi. Onlarda daş binalar üstünlük təşkil edir,
ticarət-sənaye burjuaziyasının nümayəndələrinə mənsub olan üç və dördmərtəbəli
yaraşıqlı mülklərin tikintisi başlanırdı. Şəhərlərdə onlar üçün səciyyəvi olan məscid
və kilsələrdən əlavə, yeni müəssisələr – teleqraf, poçt və elektrik stansiyaları, təhsil
müəssisələri tikilir, yaşıllıqlara, bağ və parkların salınması, küçələrin
işıqlandırılması yaxşılaşırdı.
Şəhər nəqliyyatı geridə qalırdı. Yalnız 1889-cu ildə Bakıda konka (at
dəmiryolu) fəaliyyətə başladı. Su ilə təchizat yarıtmaz halda idi. Şəhərlərdə
kanalizasiya yox idi, antisanitariya hökm sürürdü.
Müəyyən müsbət irəliləyişlərə baxmayaraq, bütün ölkədə olduğu kimi,
Şimali Azərbaycan şəhərləri kəskin sosial təzadlar və ziddiyyətləri özündə əks
etdirirdilər. Şəhər əhalisi arasındakı münasibətlərin təbəqəli, antaqonist xarakteri,
şəhərlərdə sənaye fəhlələrinin cəmləşməsi əməklə kapital arasındakı XIX yüzilliyin
sonlarından başlayan döyüşlərdə öz əksini tapırdı.
VI FƏSIL
XIX ƏSRĠN 80-90-cı ĠLLƏRĠNDƏ AZƏRBAYCAN
KƏNDĠNĠN SOSĠAL-ĠQTĠSADĠ VƏZĠYYƏTĠ
Dostları ilə paylaş: |